Məhkəmə qərarları › İş №1(019)-45/2024

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-45/2024

22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-45/2024 22.05.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Qantayeva RahiləTamrazovnanın katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi –Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, TƏQSİRLƏNDİRİLƏN ŞƏXS -xx xxxxxx 1993-cü il tarixdə Balakən rayonu Talalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, Balakən rayonu Talalar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, 23 mart 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs 06 yanvar 2024-cü il tarixdə saat 19 radələrində Balakən rayon Püştətala kəndi ərazisində kənd arası yolda idarə etdiyi “Mercedes Benz 208 D” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla hərəkətdə olduğu zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları və yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda bunları etməyərək yolun sağ kənarı ilə onunla eyni istiqamətdə hərəkət edən piyada X10 idarə etdiyi mikroavtobusun ön sağ hissəsi ilə ehtiyatsızlıqdan vurmuş, nəticədə piyada X11 ağır kəllə-beyin travması, başının sağ ənsə nahiyyəsində böyük ölçülü şişkinlik, baş beyinin sərt və yumşaq qişalarında qansızmaəzilmə, baş beyinin maddəsində ödem,ənsə sümüyündə və sağ gicgah sümüyündə yerdəyişməli qapalı sınıqlar, kəllə əsasının sınığı ilə nəticələnən dərəcələrinə görə onun həyatı üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər, belinin orta aşağı səthində sıyrıqla nəticələnən sağlamlığa zərər vurmayan xəsarət yetirmiş, zərərçəkmiş şəxs X7 hadisə zamanı aldığı baş-beyində kobud əzilmə-qansızma, beyin ödemi xəsarətləri nəticəsində ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozma cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs sözügedən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, bilavasitə tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hazırda Balakən rayonu Talalar kəndində ailə üzvləri ilə birlikdə yaşayır.Evlidir, himayəsində iki azyaşlı övladı var. Əvvəllər məhkum edilməmişdir.O, X12 məxsus “Mercedes Benz 208D” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı, etibarnamə əsasında idarə etdiyi mikroavtobus ilə Zaqatala Balakən rayonları arası sərnişin daşıyır. Həmin mikroavtobus Şahid3dur.Yəni mikroavtobus rəsmi sənəddə X8 adına olsada, Şahid3 mikroavtobusu Sucəddin Əliyevdən pulunu verib almışdır və ona mikroavtobusu idarə etmək üçün etibarnamə vermişdir.O, həmin mikroavtobusu 2023-cü ilin avqust ayından idarə etmişdir.Onun B,D,C,E dərəcəli sürücülük vəsiqəsi vardır. 06 yanvar 2024-cü il tarixdə Balakən rayon Katex kəndində yerləşən “Balxurma MMC”-nin işçilərini Balakən rayon Katex kəndi ərazisində həmin müəssisənin qarşısından idarə etdiyi mikroavtobusa əyləşdirib Zaqatala rayon Uzuntala kəndinə aparmışdır.Sərnişinləri düşürdükdən sonra geri Balakən rayon Talalar kəndinə yaşadığı evə qayıdarkən, saat 19 radələrində idarə etdiyi Mercedes Benz 208D markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı mikroavtobus ilə Püştətala kəndinin ərazisində kənd arası asfalt yolla təxminən 25-30 km/saat sürətlə hərəkət edərkən əyri yolu dönüb təxminən 15 metr məsafə qət etmişdir ki, iki nəfər şəxsin yolun kənarı ilə getdiyini görmüşdür.O, həmin şəxsləri gördüyü vaxt aralarında təxminən 4 metr məsafə qalmışdır. Həmin şəxslərin biri asfalt yolun tam kənarında asfalt yolla, digəri isə ehtiyat yolla hərəkət etmişdir.Həmin piyadalar adi yerişlə hərəkət etmişlər.Bu zaman o, idarə etdiyi mikroavtobusu sola doğru hərəkət etdirmək və piyadalardan yayındırmaq istəmişdir. Lakin tam yayındıra bilmədiyi üçün asfalt yolun kənarı ilə hərəkət edən piyada, Balakən rayon Püştətala kənd sakini X10 idarə etdiyi mikroavtobusun sağ ön hissəsi ilə vurmuşdur.Mikroavtobusun sağ ön tin hissəsi Abdulla Alqayevin başına dəymişdir. Bu zaman piyada Abdullla Alqayev təxminən bir neçə metr irəli yolun kənarında olan işıq dirəyinin yanına yıxılmışdır.O, tez idarə etdiyi mikroavtobusu saxlayıb yerə düşmüş və Abdulla Alqayevin yanında olan Şahid2 köməyi ilə Abdulla Alqayevi idarə etdiyi mikroavtobusun içəri salonuna uzandırmışdır.Abdulla Alqayevin yanında olan şəxsdə mikroavtobusa əyləşmişdir.Daha sonra tez idarə etdiyi mikroavtobusu Balakən şəhərinə, Balakən rayon Mərkəzi Xəstəxanasına tərəf hərəkət etdirməyə başlamışdır ki, Abdulla Alqayevi xəstəxanaya çatdırsın.Abdulla Alqayev tam hərəkətsiz vəziyyətdə olmuşdur. Balakən şəhərinə çatıb Balakən şəhəri Heydər Əliyev prospekti ilə təxminən 40 km/saat sürətlə hərəkətdə olduğu zaman Abdulla Alqayevi xəstəxanaya tez çatdırmaq üçün yolun əks istiqamətinə çıxmış və qarşıdan öz yolu ilə gələn Şahid1 idarə etdiyi Opel markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, həmin toqquşma zamanı xəsarət alan olmamışdır.Həmin toqquşmadan əvvəl o, mikroavtobus ilə təxminən 40 km/saat sürətlə hərəkət etmişdir. Toqquşmadan əvvəl Opel markalı avtomobilin sürücüsü avtomobilin tam olaraq sürətini azaltmışdır. Həmin yol qarşı tərəfdən gələn avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş yol olmuşdur.O, xəstəxanaya tez çatmaq üçün mikroavtobusu həmin əks yolla hərəkət etdirmişdir.Daha sonra tez avtomobildən düşmüş və Abdulla Alqayevi yolda olan tanımadığı və dövlət qeydiyyat nişanını xatırlamadığı Vaz 2107 markalı avtomobilə mindirib Balakən rayon mərkəzi xəstəxanasına aparmışdır.Xəstəxanaya çatdıqda isə Abdulla Alqayevin artıq aldığı xəsarətdən öldüyü müəyyən edilmişdir. Daha sonra o, polis əməkdaşlarının çağırışına əsasən polis əməkdaşları ilə hadisə yerinə getmiş və hadisə yerində polis əməkdaşları tərəfindən ilkin araşdırma aparılmışdır. Hadisə zamanı o, tam sağlam olmuş və onun idarə etdiyi avtomobil texniki cəhətdən tam saz vəziyyətdə olmuşdur. Hadisə zamanı hər hansı spirtli içki və ya psixotrop maddə qəbul etməmişdir. İlk dəfə cinayət törətməsini, əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını, ailə vəziyyətini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, hazırda Balakən rayonu Püştətala kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda fərdi əməklə məşğul olaraq ailəsini dolandırır.X2 doğma oğludur. Abdulla Alqayev onlarla birlikdə Balakən rayon Püştətala kəndində yaşamışdır. 06 yanvar 2024-cü il tarixdə saat 19 radələrində oğlu Abdulla Alqayev evdən çıxmış və Püştətala kəndində olan kafeyə çay içmək üçün gedəcəyini bildirmişdir. Oğlu evdən çıxdıqdan bir qədər sonra, yaşadığı evdə olduğu zaman hazırda xatırlamadığı şəxs ailələrinə məlumat verərək oğlu Abdullanın yolun kənarı ilə hərəkətdə olduğu zaman avtomobil vurmasını bildirmişdir. Ona əvvəlcə oğlu Abdullanın xəsarət almasını bildirmişlər.O, özünə məxsus avtomobillə Balakən rayon Mərkəzi Xəstəxanasına gəlmişdir.Xəstəxanada oğlu Abdulla Alqayevin yol nəqliyyat hadisəsi nəticəsində vəfat etdiyini bilmişdir. Sonradan isə o, rayonun Talalar kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz 208D markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı, etibarnamə əsasında idarə etdiyi mikroavtobus ilə hərəkət edib Balakən rayon Püştətala kəndi ərazisində hərəkətdə olan zaman oğlu Abdullanı yolun sağ hərəkət hissəsində vurduğunu bilmişdir.O,təqsirləndirilən şəxsdən şikayətçidir,ona ağır cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hazırda Balakən rayonu Püştətala kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Subaydır. Əvvəllər məhkum edilməmişdir. Heç yerdə işləmir.Balakən rayon Püştətala kənd sakini X2 onun həmkəndlisidir.06 yanvar 2024-cü il tarixdə axşam saat 19 radələrində həmkəndlisi X14 ilə birlikdə yaşadıqları Püştətala kəndində olan çay evinə çay içmək üçün getmişlər.Onlar Püştətala kənd arası asfalt yolla yolun sağ tərəfi ilə piyada hərəkətdə olarkən o, yolun kənarında olan ehtiyat yolla hərəkət etmişdir.Abdulla Alqayev isə asfalt yolun sağ tərəfi ilə, asfalt yolun tam qırağı ilə asfaltın üstü ilə piyada hərəkət etmişdir. Onlar hər ikisi adi yerişlə hərəkət etmişlər. Bu zaman arxadan onlarla eyni istiqamətdə gələn, sonradan sürücüsünün adını və soyadını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz 208D markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı mikroavtobus yolun sağ tərəfində Abdulla Alqayevi vurmuşdur. Mikroavtobus onlarla eyni istiqamətdə gəldiyindən mikroavtobusun sürətinin nə qədər olmasını bilməmişdir. X4 vurduqdan sonra Abdulla yolun kənarında olan təxminən 4-5 metr qabaqda olan işıq dirəyinin yanına düşmüş və hərəkətsiz vəziyyətdə yerə uzanmışdır.Bu zaman mikroavtobusun sürücüsü Təqsirləndirilən şəxs yerə düşmüşdür.Daha sonra o, dərhal hərəkətsiz vəziyyətdə uzanmış olan Abdulla Alqayevin üzünə onun uzandığı yerin yanında olan su arxından götürüb əli ilə su vurmuşdur. X25 heç bir reaksiya verməmişdir .O hərəkətsiz olmuşdur. Daha sonra o, mikroavtobusun sürücüsü Təqsirləndirilən şəxs ilə köməkləşib Abdulla Alqayevi mikroavtobusun salonuna uzandırmışlar.Bundan sonra sürücü Təqsirləndirilən şəxs mikroavtobusu sürərək Balakən şəhər istiqamətinə gəlməyə başlamışdır ki, X16 rayon mərkəzi xəstəxanasına çatdırsın. Yolda gələrkən o, Abdulla Alqayevin başından tutmaq istəmış, lakin başının qan olduğunu görüb onun əynindəki gödəkçənin papağını başının altına qoymuşdur. Abdulla Alqayev hərəkətsiz vəziyyətdə olmuşdur. Balakən şəhəri Heydər Əliyev prospektinə çatdıqda sonradan adını bildiyi Təqsirləndirilən şəxs Heydər Əliyev prospektində öz yolu ilə gəlməyərək əks yola keçmiş və qarşıdan öz yolu ilə gələn, sonradan adını bildiyi Şahid1 idarə etdiyi “Opel” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur.Toqquşma zamanı heç kim xəsarət almamışdır.Həmçinin o, da heç bir xəsarət almamışdır.Həmçinin göstərmişdir ki, hər iki hadisə zamanı o, heç bir xəsarət almamışdır.Toqquşmadan sonra Mercedes Benz 208D markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Təqsirləndirilən şəxs mikroavtobusdan düşmüş və onlar birlikdə Abdulla Alqayevi götürüb dövlət qeydiyyat nişanı yadında qalmayan VAZ 2107 markalı avtomobilə qoyub Balakən rayon mərkəzi xəstəxanasına gətirmişlər. X5 artıq ölməsi məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hazırda Balakən rayonu Kortala kəndində ailə üzvləri birlikdə yaşayır.Evlidir, himayəsində iki övladı vardır. Onun istifadəsində özünə məxsus olan “Opel Astra” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 06 yanvar 2024-cü il tarixdə saat 19 radələrində Balakən şəhəri Heydər Əliyev prospekti ilə idarə etdiyi Opel Astra” markalı,**-UL-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı Kortala kəndinə tərəf getmişdir.Avtobilli ilə təxminən 25-30 km/saat sürətlə hərəkətdə olarkən birdən sonradan markasını və dövlət qeydiyyat nişanını bildiyi “Mercedes Benz 208D” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü həmin mikroavtobusla qarşıdan əks yola çıxaraq idarə etdiyi avtomobilin üstünə gəlmişdir. Bu zaman o, avtomobili kənara çəkərək əyləci basmış həmin mikroavtobusun onun avtomobili ilə toqquşmaması üçün demək olar ki, avtomobili tam saxlamışdır. Lakin həmin Mercedes Benz 208D markalı, **- BK-*** dövlət qediyyat nişanlı mikroavtobusun sürücüsü sürətlə gəldiyindən o, avtomobili kənara,yolun sağ tərəfinə çəkməyinə baxmayaraq onun idarə etdiyi avtomobillə toqquşmuşdur. “Mercedes Benz 208D” markalı, **-BK-*** dövlət qediyyat nişanlı mikroavtobus onun idarə etdiyi avtomobilin ön hissəsindən dəymişdir.Daha sonra sürücü mikroavtobusdan düşmüş və bir nəfər ona avtomobildə xəstə olduğunu həmin şəxsi xəstəxanaya çatdırmaq lazım olduğunu bildirirək yolda tanımadığı taksi ilə mikroavtobusdan bir nəfəri düşürüb həmin taksiyə mindirib xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, hazırda Balakən rayonu Qazma kəndində ailə üzvləri ilə birlikdə yaşayır.Evlidir.Əvvəllər hər hansı psixi xəstəliklər keçirməmişdir.Məhkum edilməmişdir. Balakən rayon Talalar kənd sakini Təqsirləndirilən şəxs tanıyır.Onunla aralarında heç bir düşmənçiliyi və ədavəti yoxdur.”Mercedes Benz 208D” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı mikroavtobus onundur.Həmin mikroavtobus Balakən rayonu Talalar kənd sakini X8 adına olmasına baxmayaraq, həmin avtomobili o, mülki etibarnamə əsasında almış, nəqliyyat vasitəsinə sərəncam vermək hüququ onun səlahiyyəti daxilində olmuş, avtomobil onun istifadəsində olmuş, həmin avtomobili dostu olan Təqsirləndirilən şəxs idarə etmək üçün vermişdir ki, işləyib ailəsinin maddi ehtiyaclarını qarşılasın.06 yanvar 2023-cü il tarixdə isə sonradan ona məlum olmuşdur ki, dostu Təqsirləndirilən şəxs həmin mikroavtobusla Balakən rayon Püştətala kəndində yol-nəqliyyat hadisəsi törətmiş və həmin hadisə nəticəsində Abdulla Alqayev adlı Püştətala kənd sakini vəfat etmiş, daha sonra isə Ülvi mərhum X16 rayon mərkəzi xəstəxanasına gətirərkən Balakən şəhəri Heydər Əliyev prospektində Şahid1 idarə etdiyi Opel Astra markalı avtomobillə toqquşmuşdur. İşin 4-14-cü vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 06 yanvar 2024-cü il tarixdə saat 20:05 dəqiqədən saat 20:50 dəqiqəyədək olan müddət ərzində tərtib edilmiş “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan, həmin protokola əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, qeyd edilən yol-nəqliyyat hadisəsi 06 yanvar 2024-cü il tarixdə saat 19 radələrində Balakən rayonu Püştətala kəndi ərazisində, yaşayış məntəqəsində kənd arası yolda baş vermişdir. Hadisə yerində yol asfalt örtüklü olmaqla hamar və quru olmuşdur. Hadisə yerində yolun iki hərəkət istiqaməti var. Hadisə baş verdiyi yerdə yolun ümumi hərəkət hissəsinin eni 4,5 metrdir. Hadisə yerinin sağ və sol tərəflərində fərdi yaşayış evləri yerləşir. Hadisə yerində tormoz izləri aşkar edilməmişdir.Hadisə nəqliyyatın hərəkət zolağında, yolun hərəkət hissəsinin sağ tərəfində, “Mercedes Benz 208D” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı, mikroavtobusun hərəkət zolağında baş vermişdir. Hadisə zamanı “Mercedes Benz 208D” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı mikroavtobus texniki cəhətdən saz vəziyyətdə olmuş və avtomobildə yük olmamışdır.Mikroavtobus piyadanı vurduqdan sonra piyada X14 toqquşma yerindən 5,2 metr məsafədə sağ tərəfə, yolun sağ kənarında olan işıq dirəyinin yanına düşmüş və aldığı xəsarətlərdən ölmüşdür.Hadisə yerində yol işıqlandırılmamışdır. Hadisədən əvvəl sürücü Təqsirləndirilən şəxs idarə etdiyi mikroavtobusla Balakən rayonu Püştətala kəndi ərazisində kənd arası yolla yolun sağ tərəfi ilə hərəkətdə olmuş, piyada X14 da yolun kənarı ilə eyni istiqamətinə hərəkətdə olmuşdur. Hadisə yerinə baxış zamanı süni işıqlandırmadan istifadə edilmiş, baxış zamanı sürücü Təqsirləndirilən şəxs hadisənin baş vermə yerini əyani şəkildə göstərmişdir.Baxış prosesi zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 15-25-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 06 yanvar 2024-cü il tarixdə saat 21:05 dəqiqədən saat 21:40 dəqiqəyədək olan müddət ərzində tərtib edilmiş “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan, həmin protokola əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, qeyd edilən yol-nəqliyyat hadisəsi 06 yanvar 2024-cü il tarixdə Balakən şəhəri Heydər Əliyev prospektində saat 19 radələrində baş vermiş, hadisə yerində yol iki tərəfli və asfalt beton örtüklü olmuş, hadisə nəqliyyatın hərəkət zolağında, yolun Balakən şəhəri Heydər Əliyev prospektində üzü Balakən şəhəri Bayraq meydanı istiqamətində hərəkət hissəsinin sol tərəfində, sağ hərəkət zolağında, yəni “Opel Astra” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağında baş vermişdir. “Mercedes Benz 208D” markalı, **- BK-*** dövlət qeydiyyat nişanlı, mikroavtobus Heydər Əliyev prospekti ilə üzü Balakən şəhəri Bayraq Meydanı istiqamətində yolun sağ hərəkət zolağı ilə gələrək dairəvi yolu sol tərəfdən əks istiqamətdə əks hərəkət yoluna keçərək qarşı tərəfdən yolun sağ hərəkət zolağı ilə, öz yolu ilə hərəkətdə olan “Opel Astra” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsindən vurmaqla toqquşmuşdur. Hadisə zamanı “Mercedes Benz 208D” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı mikroavtobus və “Opel Astra” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş və avtomobildə yük olmamışdır.Hadisə yerində tormoz izləri aşkar edilməmişdir. Hərəkət zolaqlarının sayı 4, hadisə baş verdiyi yerdə yolun ümumi hərəkət hissəsinin eni 9,60 metr olması müəyyən edilmişdir. Hadisə yerinə baxış zamanı süni işıqlandırmadan istifadə edilmiş, baxış zamanı sürücü Şahid1 hadisənin baş vermə yerini əyani şəkildə göstərmişdir.Baxış prosesi zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 36-cı vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş AE 056970 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci ildə verilmiş BCED dərəcəli sürücülük vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2030-cu ilə kimidir. İşin 65-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 15 yanvar 2024-cü il tarixli 718 nömrəli aktdan görünür ki, sürücü Təqsirləndirilən şəxs 06 yanvar 2024-cü il tarixdə saat 19:22 dəqiqədə sərxoşluq müayinəsindən keçirilmiş və onun hadisə zamanı ayıq olduğu müəyyən edilmişdir. İşin 74-75-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Məhkəmə-tibbi ekspertizasının 09 yanvar 2024-cü il tarixli 03 nömrəli rəyindən görünür ki, X1 meyitinin müayinəsində aşkar edilmiş xəsarətlər aşağıdakılardır.a)Ağır kəllə-beyin travması.Başın sağ ənsə nahiyyəsində böyük ölçülü şişkinlik - baş beyinin sərt və yumşaq qişalarında qansızma əzilmə, baş beyin maddəsində ödem.Ənsə sümüyündə və sağ gicgah sümüyündə yerdəyişməli qapalı sınıqlar. Kəllə əsasının sınığı. b)Belinin aşağı orta səthində sıyrıq. X1 meyitinin müayinəsində yuxarıda qeyd edilmiş xəsarətlərin hamısı müxtəlif cür bərk-küt əşyanın (əşyaların) dəyməsi təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2024-cü ildə yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin vurması təsirindən əmələ gələ bilərdilər. Dərəcələrinə görə a) bəndində göstərilən canlı şəxslərdə təyin edildiyi kimi onun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilirlər, b) bəndində göstərilən canlı şəxslərdə təyin edildiyi kimi sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir.X1 ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi nəticəsində baş beyində kobud əzilmə-qansızma, beyin ödemi olmuşdur. X1 ölümü meyit əlamətlərinə görə, meyitin müayinəsindən 2-4 saat əvvəl baş verməyə uyğun gəlir.X1 baş beyindəki xəsarətlərə görə, demək olar ki, onun ölümü həmin xəsarətləri alandan çox az müddət ərzində baş verməyə uyğun gəlir. X1 meyitinin qanından Bakı şəhəri MTE və P/A Birliyinin Kimya şöbəsinə qan göndərilmişdir.Cavab alınandan sonra onun qanında spirtli içki və yaxud narkotik vasitə olub-olmaması barədə əlavə rəy veriləcəkdir. İşin 102-105-ci vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 05 mart 2024-cü il tarixli 3-16-16/2- 8/265 nömrəli rəyindən görünür ki, Mercedes Benz 208D markalı mikroavtobusun piyadanı vurması hadisəsi ilə əlaqədar-1.2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz 208D markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Mercedes Benz 208D” markalı mikroavtobusun “Opel Astra” markalı avtomobillə toqquşması hadisəsi ilə əlaqədar-1.2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes Benz 208D” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 3.4. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən tədqiq olunan şəraitdə “Opel Astra” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hərəkətlərinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə ziddiyyət təşkil etməməsi də nəzərə alınmaqla, onun hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. İşin 67-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Daxili İşlər Nazirliyinin BDYPİ-nin Şəki Regional Qİ və TB şöbəsindən alınmış 16 yanvar 2024-cü il tarixli 3-13-16-6/2-22/2024 saylı məktubdan görünür ki, X18 İmtahan və Texniki Baxış şöbəsində yaradılan mərkəzləşdirilmiş kompüter bazasına əsasən Balakən rayonu Talalar kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs etibarlılıq müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2030-cu il tarixədək olan AE 056970 nömrəli “BDCE” kateqoriyalı sürücülük vəsiqəsi almış, inzibati xətaya yol verməsi və nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində hər hansı məlumat qeydə alınmamışdır. İşin 85-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon Məhkəmə-Tibbi Ekspertiza və X9n alınmış 20 yanvar 2024-cü il tarixli 03 nömrəli məktubda göstərilir ki, “sizin xx.xx.2024-cü il tarixli ********* saylı qərarınıza əsasən Balakən rayon Məhkəmə Tibbi Ekspertiza və X9 məhkəmə tibbi ekspertizadan keçmiş X1 meyitinin ekspertizası aparılıb,qanından Kimya şöbəsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixli 03 nömrəli verilmiş rəyə əlavə olaraq bildirirəm ki, Bakı şəhəri MTE və P/A Birliyinin Kimya şöbəsindən alınmış 154 /k nömrəli 19.01,2024-cü il tarixli AKT-da qeyd edilmişdir ki, məhkəmə kimya tədqiqatı nəticəsində onun qanında metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi”. İşin 68-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 71-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayonu Talalar kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs Balakən rayonu Talalar kəndində qeydiyyatda olması, Talalar kəndində yaşaması, barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmadığı göstərilmişdir. İşin 72-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayonu Talalar kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonu Talalar kənd sakinidir, himayəsində pensiyaçı atası, anası və arvadı, bacısı,qardaşı, qardaşı arvadı,qardaşı uşaqları və xx.xx.2022-cü il təvəllüdlü oğlu Ümid , xx.xx.2023-cü il təvəllüdlü oğlu Nadir vardır. Məhkəmə iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X6, şahidlər- Şahid1, Şahid2 və Şahid3 Sədrəddin oğlunun ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi yaranır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 3-cü bəndində göstərilir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qərarın 4-cü bəndində isə göstərilir ki, CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin tərkibi vardır, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsi, himayəsində iki nəfər az yaşlı uşaqlarının olması cəzanı yüngülləşdirən hallardır.Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, əvvəllər məhkum olunmamasını,yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, əvvəllər yol hərəkəti qaydasını pozmağa görə məsuliyyətə cəlb olunmamasını, o, cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini ,eyni zamanda onun təqsirli bilindiyi maddənin sanksiyasında yalnız azadlıqdan məhrumetmə növündə cəzanın müəyyən edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin şikayətçi olmasını, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmçinin təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququndan müəyyən müddətə məhrum edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzadan azad edilməsi və ya barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN: **********; AZ34CTRE ********************,X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK STREAZ22 hesaba keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə maddi sübut olan və Balakən rayon X21 X26 cərimə meydançasında saxlanılan təqsirləndlirilən şəxs Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz 208D markalı, **- BK-*** dövlət qeydiyyat nişanlı mikroavtobus sahibi Şahid3 qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 08 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 48 manat tutulub vəkil Müdafiəçi2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X15 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-354, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. O, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 22 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin. O, məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN: **********; AZ34CTRE ********************,X3, KOD210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK STREAZ22 hesaba keçirilsin. İş üzrə maddi sübut olan və Balakən rayon X21 X26 cərimə meydançasında saxlanılan, Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz 208D markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı mikroavtobus sahibi Şahid3 qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 48 manat tutulub vəkil Müdafiəçi2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X15 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar