Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-46/2020 13.10.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, tərcüməçi X5 və təqsirləndirilən şəxs Khutsishvili Zazanın iştirakı ilə xx.xx.1979-cu ildə Gürcüstanın Laqodexi şəhərində anadan olmuş, Gürcüstan vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Gürcüstan, Laqodexi şəhəri, Tsereteli küçəsi, ev 1 ünvanında qeydiyyatda olan və barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş- Khutsishvili Zazanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 206.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İ. Verilmiş ittihamın mahiyyəti İbtidai istintaq orqanı tərəfindən Khutsishvili Zazaya ittiham verilmişdir ona görə ki, o, 2020-ci ilin yanvar ayında Gürcüstanın Laqodexi şəhərində istintaqa məlum olmayan mənbədən şəxsi istifadə məqsədilə əldə etdiyi 0,72 qram qurudulmuş marixuana narkotik vasitəsini 1 kağız bükümdə qablaşdırıb, özünə məxsus portmanenin içərisinə yerləşdirmiş və idarə etdiyi «Mersedes-Benz» markalı, «FE899EF» dövlət nömrə nişanlı avtomobili ilə Gürcüstandan Azərbaycan Respublikasına gələrkən xx xxxxxx 2020-ci il tarixdə, saat 11 radələrində Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin «Mazımçay» gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. İİ. Tərəflərin arqumentləri. 1.Təqsirləndirilən şəxs Khutsishvili Zazanın ifadəsi 1.Təqsirləndirilən şəxs Khutsishvili Zaza Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsilə ona elan olunmuş ittiham üzrə özünü təqsili-bilməməsi barədə suala əvvəl cavab verməmiş, bir neçə saniyə susmuş, bu barədə sual bir neçə dəfə təkrar olunduqdan sonra əli ilə sinəsinin sol tərəfini tutmuş və 1 dəqiqəyə qədər vaxtda susaraq, yenə də suala cavab verməmiş, axırda sağ əlini sinəsinin sol hissəsindən götürüb, havada yellədərək, «yaxşı, təqsirli bilirəm» deyə cavab vermişdir. Təqsirləndirilən şəxs Khutsishvili Zaza məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, 2018-ci il tarixində “Mercedes- Benz” markalı, FE899EF qeydiyyat nişanlı minik avtomobili almışdır. Azərbaycanda yanacaq Gürcüstana nisbətən ucuz olduğundan, ayda üç dəfə idarə etdiyi “Mercedes- Benz” markalı, FE899EF qeydiyyat nişanlı minik avtomobili ilə Balakən rayonuna gəlib, yanacaq doldurub, geri qayıtmışdır. xx xxxxxx 2020-ci il tarixində yenə də yanacaq doldurmaq məqsədi ilə idarə etdiyi “Mercedes-Benz” markalı, FE899EF qeydiyyat nişanlı minik avtomobili ilə Balakən rayonuna gəlmək üçün yola çıxmış və saat 11:23 radələrində “Mazımçay” gömrük postuna çatmışdır. Posta daxil olub maşını minik avtomobilləri üçün nəzərdə tutulmuş talvarın altında saxlamışdır. Bir nəfər gömrük əməkdaşı ona yaxınlaşaraq, rus dilində gömrük orqanına bəyan olunmalı və ya gömrük nəzarətindən gizlədilmiş predmetin olub-olmadığını soruşmuşdur. O, Azərbaycan, rus və ingilis dillərini bilmədiyindən birtəhər işarə ilə qanunla qadağan olunmayan heç bir predmetin olmadığını, yanacaq doldurmaq üçün gəldiyini bildirmişdir. Bundan sonra iki nəfər gömrük əməkdaşı avtomobilə baxış keçirməyə başlamış, baxış zamanı avtomobildən qanunla qadağan olunmuş heç bir predmet aşkar olunmamışdır. Avtomobilə baxış zamanı tərcüməçi və hal şahidləri iştirak etməmiş və bu zaman videoçəkiliş aparılmamışdır. Daha sonra gömrük əməkdaşı onu saxlamış və onun üzərində şəxsi yoxlama keçiriləcəyini ona deyərək, otağa aparmışdır. Yoxlama başlamazdan əvvəl onunla üzərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmalı predmetin, o cümlədən narkotik vasitələrin olubolmadığı barədə sorğu-sual aparılaraq, üzərində gömrük nəzarətinə təqdim edilməyən malların könüllü olaraq təqdim edilməsi təklif edilmişdir. O da üzərində gizlədilmiş və bəyan olunmalı heç bir şeyin olmadığını bildirmişdir. Ciblərindəki mobil telefonu, siqaret qutularını, eyni zamanda gödəkcənin içəri sol cibindən bir ədəd qara rəngli portmaneni çıxarıb stolun üstünə qoymuşdur. Gömrük əməkdaşlarının portmaneyə baxış zamanı içərisindən bir ədəd kağız bükülü aşkar etməsi müəyyən olunmuşdur. Gömrük əməkdaşları aşkar olunmuş kağız bükülünü açıb baxarkən içərisində narkotik vasitə olan marixuana olduğunun, kağız bükülü “Qosmetr BT 3000” markalı tərəzidə çəkilərək və bükümlə birlikdə çəkisinin təxminən 2,0 qram olduğunun müəyyən edildiyi bildirilmişdir. O, gənc vaxtlarında bir neçə dəfə narkotik vasitədən istifadə etmişdir. Hal-hazırda narkotik vasitədən istifadə etmir və Gürcüstanda heç vaxt heç bir narkotik vasitə almamış və ya əldə etməmişdir. Ola bilsin ki, dostları ilə yeyib-içən zaman dostları ora qoymuşlar. Ancaq dostlarının narkotik vasitəni portmaneyə nə vaxt; 2 il bundan əvvəl və ya 2020-ci ilin yanvar ayında qoymasını bilməmişdir. Ümumiyyətlə narkotik vasitənin portmanenin içində olduğunu bilməmişdir. Belə ki, həmin portmane cibində dəfələrlə kömrük sərhədindən Gürcüstandan Azərbaycana keçmişdir. Əgər narkotik vasitənin portmanenin içində olduğunu bilsəydi, onda təbii ki, onu atar və onunla sərhəddən keçməzdi. Portmanedə aşkar edilən narkotik vasitə onun deyildir. Yəqin kimsə həmin narkotik vasitəni ora qoyubdur. Narkotik vasitənin onun və ya başqası tərəfindən portmaneyə qoyulmasını xatırlamır və bilmir. Sərhəddən keçəndə heç vaxt pormaneni yoxlamamış, çibində narkotik vasitə olub-olmadığını bilməmişdir. İbtidai istintaqda və məhkəmədə ona yüngül cəza verilsin deyə özünü təqsirli bilmişdir və bilir. Belə ki, zənnincə ona yüngül cəza verildiyi təqdirdə vətəninə qayıda bilər. O, bununla bağlı Azərbaycan qanunlarını bilir. Ona məlum olmuşdur ki, istintaqda və məhkəmədə özünü təqsirli biləndə, bu hal nəzərə alınır və cərimə cəzası verilir. Həmçinin eşitmişdir ki, sərhəddən narkotik vasitə keçirmək qadağandır. Ancaq bu barədə gömrük sərhədində heç bir məlumatlandırıcı lövhə asılmamışdır. Həbs edilən zaman nəyə görə həbs olunması onun başa düşdüyü dildə ona izah edilməmiş, həbsi müvafiq qaydada qeyd edilməmiş və sənədləşdirilməmiş, həbs zamanı onun üstündə qanuni qaydada-tərcüməçinin və müdafiəçinin iştirakı ilə və ya videoçəkiliş aparılmaqla axtarış və götürmə aparılmamış, axtarış zamanı onun başa düşdüyü dildə hüquq və vəzifələri ona izah edilməmiş və bu hüquqların həyata keçirilməsinə şərait yaradılmamışdır. Həmçinin bildirir ki, «Mazımçay» gömrük sərhədində hansı miqdarda narkotik vasitənin saxlanması, daşınması və sərhəddən keçirilməsinin Azərbaycan Respublikasında hansı maddə ilə cinayət məsuliyyəti yaratması və buna görə hansı cəzanın nəzərdə tutulduğu barədə, həmçinin hansı malların Azərbaycana gətirilməsinin qadağan edilməsi haqqında bildiyi gürcü dilində gözlə görünən lövhədə və ya başqa yerdə informasiya görməmiş və bu barədə sərhəddə olan gömrük əməkdaşları ona hər hansı məlumat və bilgi verməmişlər. Onun ana dili və başa düşdüyü dil gürcü dilidir. Azərbaycan, rus və ingilis dilllərini ümumiyyətlə bilmir və bu dillərdə deyilənləri anlamır. Onun məhkəmədə verdiyi ifadəsi doğrudur. Himayəsində 3 azyaşlı uşağı vardır. Bu halların nəzərə alınmasını xahiş edir.
2. İttiham tərəfinin Khutsishvili Zazanın Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsilə ittiham olunması ilə bağlı təqdim etdiyi sübutlar- şəxsi yoxlama (faktiki şəxsi axtarış və götürmə) aparılması haqqında xx.xx.2020-ci il tarixli protokol, nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokol, xx xxxxxx 2020-ci il tarixli, 134 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyi, maddi sübutlar, xx.xx.2020-ci il tarixli, 870 saylı məcburi-narkoloji tibbi yoxlamanın rəyi, şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri və Khutsishvili Zazada şəxsi axtarış zamanı «tapılması» göstərilən narkotik vasitədən ibarət maddi sübutla bağlı istintaq hərəkətlərinin nəticələri təşkil edir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, hazırda Qərb Ərazi Baş Gömrük İdarəsinın “Mazımçay” gömrük postunda instruktor-kinoloq vəzifəsində işləyir. Əməliyyat-Təhqiqat İdarəsindən daxil olmuş əməliyyat məlumatını yoxlamaq üçün xx.xx.2020-ci il tarixində, saat 11:23 radələrində Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz” markalı, FE899EF dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Gürcüstan istiqamətindən “Mazımçay” gömrük postuna daxil olaraq, nəqliyyat vasitəsini talvarın altında saxladıqdan sonra, onunla şifahi olaraq rus dilində üzərində və nəqliyyat vasitəsində bəyan olunmalı hər hansı bir predmetin olub-olmaması barədə sorğu-sual aparmış, Təqsirləndirilən şəxs isə üzərində və avtomobilində qanunla qadağan olunmuş hər hansı bir predmetin olmadığını və Azərbaycan Respublikasına yanacaq doldurmaq üçün gəldiyini bildirmişdir. Bundan sonra “Mazımçay” gömrük postunun müfəttişi Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz” markalı, FE899EF dövlət qeydiyyat nişanlı minik avtomobilinə gömrük baxışı keçirilmiş və avtomobildən qanunla qadağan olunmuş hər hansı bir predmet aşkar olunmamışdır. Daha sonra o və Şahid2, Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılması məqsədi ilə onu şəxsi yoxlama otağına dəvət edərək, iki hal şahidinin iştirakı ilə onun üzərində şəxsi yoxlama aparmışlar. Şəxsi yoxlama başlamazdan əvvəl Təqsirləndirilən şəxs ilə üzərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmalı predmetin, o cümlədən narkotik vasitələrin olub-olmadığı barədə sorğu-sual aparılmış və Təqsirləndirilən şəxs üzərində gizlədilmiş və ya bəyan olunmalı predmetin olmadığını bildirmişdir. Bundan sonra Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs ciblərindəki mobil telefonu, siqaret qutularını, eyni zamanda gödəkcənin içəri sol cibindən bir ədəd qara rəngli portmaneni çıxararaq, stolun üstünə qoymuşdur. O, portmaneyə baxış zamanı portmanenin içərisindən bir ədəd kağız bükülü aşkar etmiş və onu portmanedən çıxarmışdır. Aşkar olunmuş kağız bükülünü açıb baxarkən içərisində kəskin iyli, marixuanaya oxşar bitki kütləsinin olduğu müəyyən edilmişdir. Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində marixuanaya oxşar bitki olan kağız bükülü “Qosmetr BT 3000” markalı tərəzidə çəkilmiş və bükümlə birlikdə çəkisinin təxminən 2,0 qram olduğu müəyyən olunmuşdur. Aşkar olunmuş marixuanaya oxşar bir ədəd bükülü protokol əsasında götürülmüşdür. Şəxsi axtarışda xüsusi olaraq tərcüməçi dəvət edilməmiş, əslən Gürcüstan Azərbaycanlısı olan hal şahidi Şahid3 tərcüməçi kimi iştirak etmiş və onların dediklərini Azərbaycan dilindən gürcü dilinə, Təqsirləndirilən şəxs dediklərini isə gürcü dilindən Azərbaycan dilinə tərcümə etmişdir. Şahid3 rəsmən tərcüməçi kimi təyin olunmamış və ona bilə-bilə yanlış tərcümə etməyə görə məsuliyyət daşıması barədə xəbərdarlıq edilməmişdir. Təqsirləndirilən şəxs portmanesindən çıxan bükülü barədə soruşduqda, o, gürcü dilində nə isə demiş, lakin o, bu deyilənləri başa düşməmişdir. Hal şahidi Şahid3 bildirdiyinə görə, Təqsirləndirilən şəxs dostlarının verdiyini bildirmişdir. Onların dediklərinin Təqsirləndirilən şəxs və ya Təqsirləndirilən şəxs dediklərinin onlara düzgün tərcümə olunub-olunmamasını dəqiq deyə bilməz. Çünki o, gürcü dilini bilmir. Eyni zamanda Təqsirləndirilən şəxs üstündə narkotik vasitə olması barədə əməliyyat məlumatı daxil olmuş və onlar bu əməliyyat məlumatını yoxlamaq üçün Təqsirləndirilən şəxs avtomaşınında və üstündə axtarış aparmışlar. Həmin əməliyyat məlumatı Əməliyyat-Təhqiqat İdarəsindən telefon vasitəsilə daxil olmuşdur. Bu əməliyyat məlumatı ilə bağlı əməliyyat-qeydiyyat işi olmamışdır. Sonra Təqsirləndirilən şəxs saxlayıb, təhqiqat şöbəsinə təhvil vermişlər. Şəxsi yoxlama (şəxsi axtarış) protokolunu o, tərtib etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə, xidmətdə olduğu zaman giriş minik nəqliyyat vasitələrinə baxış keçirilməsi ona həvalə olunmuşdur. Xidmətdə olduğu vaxt, saat xx xxxxxx 2020-ci il tarixdə, saat 11:23 radələrində Gürcüstan istiqamətindən “Mazımçay” gömrük postuna daxil olan “Mercedes-Benz” markalı, FE899EF dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü, Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs ilə üzərində və nəqliyyat vasitəsində bəyan olunmalı hər hansı bir predmetin olub-olmaması barədə rus dilində şifahi sorğusual aparılmışdır. Təqsirləndirilən şəxs isə əl hərəkətləri ilə üzərində və avtomobilində qanunla qadağan olunmuş hər hansı bir predmetin olmadığını və Azərbaycan Respublikasına yanacaq doldurmaq üçün gəldiyini bildirmişdir. Bundan sonra avtomaşına instruktor-kinoloq Şahid1 ilə birlikdə baxış keçirilmiş və avtomobildən qanunla qadağan olunmuş hər hansı bir predmet aşkar olunmamışdır. Daha sonra Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılması məqsədi ilə şəxsi yoxlama otağına dəvət olunmuş və onlar hər iki hal şahidinin iştirakı ilə onun üzərində şəxsi yoxlama aparmışlar. Şəxsi yoxlama başlamazdan əvvəl Təqsirləndirilən şəxs ilə üzərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmalı predmetin, o cümlədən narkotik vasitələrin olub-olmadığı barədə sorğu-sual aparılmış və o, üzərində gizlədilmiş və ya bəyan olunmalı predmetin olmadığını bildirmişdir. Bundan sonra Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs ciblərindəki mobil telefonu, siqaret qutularını, eyni zamanda gödəkcənin içəri sol cibindən bir ədəd qara rəngli portmaneni çıxararaq, stolun üstünə qoymuşdur. Onlar tərəfindən portmaneyə baxış zamanı içərisindən bir ədəd kağız bükülü aşkar olunmuşdur. Onlar aşkar olunmuş kağız bükülünü açıb baxarkən içərisində kəskin iyli, marixuanaya oxşar bitki kütləsinin olduğu müəyyən olunmuşdur. Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində marixuanaya oxşar bitki olan kağız bükülü “Qosmetr BT 3000” markalı tərəzidə çəkilmiş və bükümlə birlikdə çəkisinin təxminən 2,0 qram olduğu müəyyən olunmuşdur. Aşkar olunmuş marixuanaya oxşar bir ədəd bükülü protokol əsasında götürülmüşdür. Şəxsi axtarışda xüsusi olaraq tərcüməçi dəvət edilməmişdir. Belə ki, postda tərcüməçi olmur. Əslən Gürcüstan Azərbaycanlısı olan hal şahidi Şahid3 tərcüməçi kimi iştirak etmiş və onların dediklərini Azərbaycan dilindən gürcü dilinə, Təqsirləndirilən şəxs dediklərini isə gürcü dilindən Azərbaycan dilinə tərcümə etmişdir. Şahid3 rəsmən tərcüməçi kimi təyin olunmamış və ona bilə-bilə yanlış tərcümə etməyə görə məsuliyyət daşıması barədə xəbərdarlıq edilməmişdir. Təqsirləndirilən şəxs portmanedən çıxan bükülü barədə soruşduqda, o, gürcü dilində nə isə demiş, hal şahidi Şahid3 bildirdiyinə görə, Təqsirləndirilən şəxs dostlarının verdiyini bildirmişdir. Onların dediklərinin Təqsirləndirilən şəxs və ya Təqsirləndirilən şəxs dediklərinin onlara düzgün tərcümə olunub-olunmamasını dəqiq deyə bilməz. Çünki o, gürcü dilini bilmir. Eyni zamanda Təqsirləndirilən şəxs üstündə narkotik vasitə olması barədə əməliyyat məlumatı daxil olmuş və onlar bu əməliyyat məlumatını yoxlamaq üçün Təqsirləndirilən şəxs avtomaşınında və üstündə axtarış aparmışlar. Həmin əməliyyat məlumatı Əməliyyat-Təhqiqat İdarəsindən telefon vasitəsilə Şahid1 daxil olmuşdur. Əməliyyat məlumatı ilə bağlı əməliyyat-qeydiyyat işi olmamışdır. Sonra Təqsirləndirilən şəxs saxlayıb, təhqiqat şöbəsinə təhvil vermişlər. Şəxsi axtarış protokolunu Şahid1 tərtib etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 11:45 radələrində gömrük postunun qarşısında dayanarkən, bir nəfər gömrük işçisi ona və burada fəhləlik edən Şahid4 yaxınlaşıb, “Mazımçay” gömrük postunda keçirilən yoxlamada hal şahidi kimi iştirak etmələrini xahiş etmişdir. Onlar da razılaşaraq, birlikdə posta daxil olmuşlar. Əvvəlcə gömrük əməkdaşı ona və Şahid4 hal şahidi kimi hüquqlarını və vəzifələrinin nədən ibarət olduğunu izah etmişdir. Burada adı və soyadı sonradan məlum olan Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz” markalı, FE899EF dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilmiş və maşından qanunla qadağan olunmuş hər hansı bir predmet aşkar olunmamışdır. Daha sonra Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılması məqsədi ilə şəxsi yoxlama otağına dəvət olunmuş və onların iştirakı ilə onun üzərində şəxsi yoxlama aparılmışdır. Şəxsi yoxlama başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmalı predmetin, o cümlədən narkotik vasitələrin olub-olmadığı barədə sorğusual aparılmış və o, üzərində gizlədilmiş və ya bəyan olunmalı predmetin olmadığını bildirmişdir. Bundan sonra Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs ciblərindəki mobil telefonu, siqaret qutularını, eyni zamanda gödəkcənin içəri sol cibindən bir ədəd qara rəngli portmaneni çıxararaq, stolun üstünə qoymuşdur. Gömrük əməkdaşları tərəfindən portmaneyə baxış zamanı içərisindən bir ədəd kağız bükülü aşkar olunmuşdur. Aşkar olunmuş kağız bükülünü açıb baxarkən içərisində kəskin iyli, marixuanaya oxşar bitki kütləsinin olduğu müəyyən olunmuşdur. Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində marixuanaya oxşar bitki olan kağız bükülü “Qosmetr BT 3000” markalı tərəzidə çəkilmiş və bükümlə birlikdə çəkisinin təxminən 2,0 qram olduğu müəyyən olunmuşdur. Aşkar olunmuş marixuanaya oxşar bir ədəd bükülü protokol əsasında götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman o, həm hal şahidi, həm də tərcüməçi olmuşdur. Lakin Azərbaycan və gürcü dillərində ali təhsil almamışdır və bu barədə diplomu yoxdur. Əslən Gürcüstan Azərbaycanlısı olduğundan gürcü dilini də bilir. Ona görə də şəxsi axtarışda Təqsirləndirilən şəxs dediklərini gürcü dilindən Azərbaycan dilinə, gömrük əməkdaşlarının dediklərini isə Azərbaycan dilindən gürcü dilinə tərcümə etmişdir. Lakin o, rəsmən tərcüməçi kimi təyin olunmamış və ona bilə-bilə yanlış tərcümə etməsi ilə bağlı məsuliyyət daşıması barədə xəbərdarlıq edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitənin ola bilsin ki, dostları tərəfindən verildiyini bildirmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında çağırış vərəqəsi ilə xəbərdarlıq olunmasına baxmayaraq, iş üzrə Şahid4 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağrılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Azərbaycan Respublikası CPM-nin 327.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvələr keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid4 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan olunmuş Şahid4 Şahid3 ifadəsinə uyğun ifadə vermiş və onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İİİ. İstinad olunan digər sənədlər və işin müəyyən olmuş digər zəruri halları: İş materiallarında olan xx.xx.2020-ci il tarixli "şəxsi yoxlama aparılması haqqında» protokolda qeyd olunan tarixdə saat 12.40-dan saat 13.00-dək olan müddətdə Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlamanın Qərb Ərazi Baş Gömrük İdarəsinin «Mazımçay» gömrük postunda şəxsi yoxlama otağında aparılması, eyni zamanda yoxlama başlamazdan əvvəl Təqsirləndirilən şəxs ilə üzərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmalı predmetin , o cümlədən narkotik vasitələrin olub-olmadığı barədə sorğu-sual aparılaraq, üzərində gömrük nəzarətinə təqdim edilməyən malların könüllü olaraq təqdim edilməsinin izah edilməsi, üzərində yoxlama aparılan Təqsirləndirilən şəxs üzərində gizlədilmiş və ya gömrük orqanına bəyan olunmalı predmetin olmadığını bildirməsi, bundan sonra Gürcüstan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs ciblərindəki mobil telefonu, siqaret qutularını, eyni zamanda gödəkçənin içəri sol cibindən bir ədəd qara rəngli portmaneni çıxarıb stolun üzərinə qoyması, portmaneyə baxış zamanı içərisindən bir ədəd kağız bükülünün aşkar olunması, aşkar olunmuş kağız bükülünü açıb baxarkən içərisində kəskin iyli, marixuanaya oxşar bitki kütləsinin olduğunun müəyyən olunması, Gürcüstan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərsində marixuanaya oxşar bitki olan kağız bükülünün «Qosmetr BT 3000» markalı tərəzidə çəkilməsi və bükümlə birlikdə çəkisinin təxminən 2,0 qram olduğunun müəyyən olunması, aşkar olunmuş marixuanaya oxşar bir ədəd bükülünün protokol əsasında götürülməsi və aşkar olunmuş predmetin 207580 saylı paketdə qablaşdırılaraq, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99.3-cü maddəsinə əsasən götürülməsi göstərilmiş, protokolda onu tərtib edən şəxsin Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunun instruktor kinoloqu Şahid1 olması, həmin prosessual hərəkətdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunun baş müfəttişi Şahid2 iştirak etməsi, şəxsi yoxlamada iştirak edən hal şahidlərinin Şahid3 və Şahid4 olması (hazırki iş üzrə şahidlər) qeyd olunmuşdur. (Təqsirləndirilən şəxs Azərbaycan, rus və ingilis dillərini bilməməsinə baxmayaraq, həmin şəxsi yoxlamada rəsmən tərcüməçi iştirak etməmişdir). Həmçinin onlara Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99.2.6-cı maddəsinə əsasən hüquq və vəzifələrinin izah edilməsilə yanaşı, Azərbaycan Respublikası Gömrük Məcəlləsi ilə (maddə göstərilməmişdir) nəzərdə tutulan məsuliyyət barədə xəbərdar edilməsi, yoxlama başlanmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılacağı barədə məlumat verilməklə hüquq və vəzifələri və məsuliyyətinin izah edilməsi qeyd edilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokolda həmin tarixdə saat 11:50-dən 12:20-dək Təqsirləndirilən şəxs idarə etdiyi «Mersedes-Benz» markalı, 9FE899EF qeydiyyat nişanlı minik nəqliyyat vasitəsinin üzərinə baxışın keçirilməsi və avtomobildən qanunla qadağan olunmuş heç bir predmetin aşkar olunmaması göstərilmiş, protokolda onu tərtib edən şəxsin Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunun instruktor kinoloqu Şahid1 olması, həmin prosessual hərəkətdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunun baş müfəttişi Şahid2 iştirak etməsi, baxışda iştirak edən hal şahidlərinin Şahid3 və Şahid4 olması qeyd edilmiş, həmin baxışda tərcüməçi iştirak etməmişdir. İş materiallarında olan Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat-Təhqiqat İdarəsinin rəisi X32 Ərazi Baş Gömrük İdarəsinin rəis müavini Arif Mehdiyevə yazdığı 25.02. 2020-ci il tarixli raportda Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat-Təhqiqat İdarəsinə daxil olmuş məlumatı əsasında xx.xx.2020-ci il tarixdə, saat 11:23 radələrində Gürcüstan Respublikası istiqamətindən Azərbaycan Respublikasına gələn Gürcüstan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi «Mersedes-Benz» markalı, FE899EF qeydiyyat nişanlı minik nəqliyyat vasitəsinə instruktor-kinoloq Şahid1 və «Mazımçay» gömrük postunun əməkdaşı Mübariiz Məhərrəmov tərəfindlən gömrük baxışının keçirilməsi və avtomobildən qanunla qadağan olunmayan heç bir predmetin aşkar edilmədiyi qeyd olunmuşdur. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsi tutma haqqında protokoldan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 15:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (maraqlıdır ki, Təqsirləndirilən şəxsşübhəli şəxs qismində tutma haqqında protokolunda protokolun tərtib etmə tarixi saat 15:00 göstərilmişdir. Buradan belə nəticə çıxır ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 11.23-də və ya saat 11.50-dən saat 12.20-dək onun avtomaşınında və xx xxxxxx 2020-ci il tarixdə saat 12.40-dan saat 13.00-dək onun üstündə şəxsi yoxlama (əslində şəxsi axtarış) aparılanda onun şübhəli şəxs kimi prosessual statusu hələ müəyyən olunmamışdır). İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokoldan (iş vərəqi 75-76) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmasının göstərildiyi vaxtdan təqribən bir gün sonra (xx xxxxxx 2020-ci il tarixdə saat 10:00-saat 10:30-da) şübhəli şəxs kimi dindirilmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 134 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim olunmuş, üzərində "…AR DGK Qərb Ərazi Baş Gömrük İdarəsi” sözləri yazılmış 01 (bir) ədəd polietilen paketin içərisindəki 01 (bir) ədəd ağ rəngli salfet kağızı bükümündə, təmiz çəkisi-0,72 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan-qurudulmuş marixuanadır. Qeyd: marixuananın təmiz çəkisi-0,72 qram, tədqiqata sərf edildi-0,02 qram, qalıq-0,70 qram. İş materiallarından həmçinin görünür ki, həmin 0,72 qram narkotik vasitə olanqurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı qalığı-0,70 qram maddi sübut kimi tanınmışdır. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2020-ci il tarixli, 870 nömrəli rəyində göstərilmişdir ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(004)-154/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvəli onun saxlandığı xx.xx.2020-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4 (004)-313/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlanılma müddəti xx xxxx 2020-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1 (019)-46/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə hazırlıq iclasının müddəti xx xxxx 2020-ci il tarixədək uzadılmış, həmin cinayət işi üzrə hazırlıq iclası xx xxxx 2020-ci il tarixə, saat 12.00-a Balakən Rayon Məhkəməsinin inzibati binasına təyin edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1 (019)-46/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə hazırlıq iclasının müddəti xx xxxx 2020-ci il tarixədək uzadılmış, həmin cinayət işi üzrə hazırlıq iclası xx xxxx 2020-ci il tarixə, saat 12.00-a Balakən Rayon Məhkəməsinin inzibati binasına təyin edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1 (019)-46/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsilə məhkəməyə verilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. İV.Müvafiq Daxili və Beynəlxalq Qanunvericilik və Təcrübə A) Azərbaycan Respublikasının Konstitusiyası Maddə 12. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Konstitusiyanın 61-ci maddəsinin İİİ hissəsinə əsasən hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Konstitusiyanın 63-cü maddəsinin İİ və İV hissələrinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Konstitusiyanın 67-ci maddəsinin 1-ci hissəsinə əsasən səlahiyyətli dövlət orqanlarının tutduğu, həbsə aldığı, cinayət törədilməsində təqsirləndirdiyi hər bir şəxsə dərhal onun hüquqları bildirilir və tutulmasının, həbsə alınmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin səbəbləri izah edilir. Konstitusiyanın 69-cu maddəsinin 1-ci hissəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrində qeyd olunmuşdur: «Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz». Konstitusiyanın 127-ci maddəsinin İV hissəsində göstərilir ki, ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. İşlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılmalıdır. Konstitusiyanın 148-ci maddəsinin İİ hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Konstitusiyanın 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. B) İnsan Hüquqlarının və X21 Haqqında Konvensiya (Avropa Konvensiyası) Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz: …c) yarımbəndi: hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud törətdikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin tutulması və ya həbsə alınması… Avropa Konvensiyasının 5-ci maddəsinin 2-ci bəndinə əsasən tutulmuş hər kəsə ona aydın olan dildə onun tutulmasının səbəbləri və ona qarşı irəli sürülən istənilən ittiham barədə dərhal məlumat verilir. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər həs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü bəndinin «a» yarımbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir. Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü bəndinin «b» və «c» yarımbəndlərinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq, şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiəçidən pulsuz istifadə etmək hüquqlarına malikdir. Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü bəndinin «e» yarımbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs məhkəmədə istifadə olunan dili başa düşmürsə və ya bu dildə danışa bilmirsə, tərcüməçinin pulsuz köməyindən istifadə etmək hüququna malikdir. Avropa Konvensiyasının 19 və 32-ci maddələrinə əsasən X38 Avropa Məhkəməsi dövlətlərin Konvensiya və ona dair Protokollarla üzərinə götürdükləri öhdəliklərə riayət olunmasını təmin edir, o cümlədən Konvensiyanın və ona dair Protokolların müddəalarının şərhi və tətbiqi üzrə məsələləri həll edir Avropa Konvensiyasının 46-cı maddəsinin 1-ci hissəsinə əsasən hər bir razılığa gələn yüksək tərəf istənilən anda bildirə bilər ki, o, məhkəmənin bu Konvensiyanın şərhinə və tətbiqinə dair bütün məsələlər üzrə məcburi olan yurisdiksiyasını xüsusi saziş olmadan və ipso-facto tanıyır. «Müqavilələr haqqında» 1969-cu il Vyana Konvensiyasının 3-cü maddəsində deyilir ki, beynəlxalq müqavilələr onların tətbiqi təcrübəsi ilə birlikdə iştirakçıdövlətlərüçün məcburi xarakter daşıyır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı İnsan Hüquqlarının və X21 Haqqında» Avropa Konvensiyası müddəalarının və X38 Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəalarının rəhbər tutulması və bu zaman X38 Avropa Məhkəməsinin təcrübəsinə istinad edilməsi tövsiyyə olunmuşdur. C)Azərbaycan Respublikası Cinayət-Prosessul Məcəlləsi (bundan sonra Azərbaycan Respublikası CPM) Azərbaycan Respublikası CPM-nin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Azərbaycan Respublikası CPM-nin 10.1-ci maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Azərbaycan Respublikası CPM-nin 10.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Azərbaycan Respublikası CPM-nin 10.5-ci maddəsinə əsasən Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublikası CPM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında cinayət prosesi hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilir. Azərbaycan Respublikası CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Azərbaycan Respublikası CPM-nin 14.2-ci maddəsinə əsasən bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunu ilə müəyyən edilmiş əsaslar olmadan heç kəs tutula və həbs edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 14.4-cü maddəsinə əsasən hər bir tutulmuş və ya həbsə alınmış şəxsə dərhal tutulmanın, yaxud həbsə almanın səbəbləri, habelə şübhənin və ya ittihamın mahiyyəti, ifadə verməmək və müdafiəçi tərəfindən hüququ yardım almaq hüquqları bildirilməlidir. Azərbaycan Respublikası CPM-nin 19.1-ci maddəsinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərərçəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Azərbaycan Respublikası CPM-nin 19.4.1 və 19.4.2-ci maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqan tutulduğu, həbsə alındığı və ya müvafinq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməli; hüquqlarını izah etməlidir. Azərbaycan Respublikası CPM-nin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 32.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilir. Azərbaycan Respublikası CPM-nin 33.1 və 33.2-ci maddələrinə əsasən hakimlər və andlı iclasçılar cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirir; cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-nin 125, 144, 146-cı maddələrinin müddəlarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Azərbaycan Respublikası CPM-nin 124.1.2-ci maddəsinə əsasən bu sübutlarla hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olubolmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən hallar göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-nin 125.2.1-ci maddəsinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, Azərbaycan Respublikası CPM-nin 125.2.3-cü maddəsinə əsasən şübhəli və təqsirləndirilən şəxsin müdafiə hüquqlarının… pozulması ilə, Azərbaycan Respublikası CPM-nin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraat qaydaları kobud pozuntularla aparıldıqda… əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 147.1-ci maddəsinə əsasən cinayət prosesində tutulma yalnız aşağıdakı şəxslərə tətbiq oluna bilər: -cinayət törətməkdə şübhəli olan şəxsə (maddə 147.1.1); -ittiham elan edilməli olan şəxsə və ya haqqında seçilmiş qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsə (maddə 147.1.2); -hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, yaxud cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğvi məsələsinin həlli məqsədi ilə məhkuma (maddə 147.1.3). Azərbaycan Respublikası CPM-nin 147.2-ci maddəsinə əsasən tutulma aşağıdakı hallarda tətbiq edilir: -şəxsin cinayət törətməsinə şübhə yarandıqda (maddə 147.2.1); -bu Məcəllənin 147.1.2-ci maddəsində nəzərdə tutulmuş şəxs haqqında cinayət təqibi orqanının müvafiq qərarı olduqda (maddə 147.2.2); -hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğvi məsələsinin həllinədək məhkumun tutulması barədə məhkəmənin qərarı olduqda (maddə 147.2.3). Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (Azərbaycan Respublikasının xx xxxxxx 2015-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikası CPM-nə edilmiş dəyişikliyə görə) Azərbaycan Respublikası CPM-nin 148.2-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə bilavasitə şübhə yarandıqda təhqiqatçı, təhqiqat orqanının digər əməkdaşı, müstəntiq və ya prokuror onun tutulmasını aşağıdakı hallarda tətbiq edə bilər: -şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən, yaxud bilavasitə bundan sonra cinayət başında yaxalandıqda (maddə 148.2.1); -zərərçəkmiş şəxs, yaxud hadisəni görən digər şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin həmin şəxs tərəfindən törədilməsini birbaşa göstərdikdə (maddə 148.2.2); -şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunları ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunduqda (maddə 148.2.3); Azərbaycan Respublikası CPM-nin 148.3-cü maddəsinə əsasən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar olduqda, o, təhqiqatçı, təhqiqat orqanının digər əməkdaşı, müstəntiq və ya prokuror tərəfindən aşağıdakı hallarda tutula bilər: -hadisə yerindən qaçıb gizlənməyə, yaxud cinayət prosesini həyata keçirən orqandan gizlənməyə cəhd göstərdikdə (maddə 148.3.1); -daimi yaşayış yeri olmadıqda və ya başqa ərazidə yaşadıqda (maddə 148.3.2); -şəxsiyyəti müəyyən edilmədikdə (maddə 148.3.3). Azərbaycan Respublikası CPM-nin 148.4-cü maddəsinə əsasən bu Məcəllənin 148.1 və 148.2-ci madddələrində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda tutulma müvafiq cinayət işi başlananadək həyata keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 153.2-ci maddəsinə əsasən tutulmuş şəxslərin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvafiq saxlama yerlərinin əməkdaşları aşağıdakıları etməlidir: -tutulmadan dərhal sonra tutulmanın əsaslarını bildirmək, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etmək (maddə 153.2.1); -tutumuş şəxsi təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirmək, tutulma faktını qeydə almaq, protokollaşdırmaq və onu tutulma protokolu ilə tanış etmək (maddə 153.2.2); -hər bir tutulma faktı müvəqqəti saxlama yerlərində qeydiyyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat vermək (bu məlumat yazılı və tutulma anından sonra 12 saat müddətində verilir) (maddə 153.2.3); -tutulmadan dərhal sonra şəxsin tutulması barədə xəbər vermək hüququnu təmin etmək (maddə 153.2.4); -şəxsə tutulduğu andan öz vəkili və qanuni nümayəndəsi ilə ləyaqətli şəraitdə və nəzarət altında təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq imkanı yaratmaq (maddə 153.2.5); -tutulmuş şəxsin öz vəkili olmadıqda, ona müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarında fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmək, seçilmiş vəkillə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmaq (maddə 153.2.6); -tutulmuş şəxsin maddi vəziyyəti öz hesabına vəkil tutmağa imkan vermədikdə, ona dövlət hesabına müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarına daxil olan növbətçi vəkillə görüşmək imkanı yaratmaq (maddə 153.2.6). Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin232.1-ci maddəsinə əsasən şübhəli şəxsin dindirilməsi onun tutulmasından və ya barəsində qətimkan tədbirinin tətbiq edilməsi barədə qərar ona elan edildikdən dərhal sonra aparılır. Azərbaycan Respublikası CPM-nin 236.1-ci maddəsinə əsasən cinayət izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədi ilə müstəntiq hadisə yerinin, binaların, sənədlərin, əşyaların, insan meyitinin və heyvan cəsədinin baxışını aparır. Azərbaycan Respublikası CPM-nin 236.2-ci maddəsinə əsasən hadisənin aşkar edilməsindən sonra hadisə yerinin təxirə salınmadan baxışı halları istisna olmaqla baxış gündüz vaxtı aparılır. Azərbaycan Respublikası CPM-nin 236.3-cü maddəsinə əsasən baxış cinayət işi başlandıqdan sonra və həmin iş üzrə təqsirləndirilən və ya şübhəli şəxs olduğu halda aparıldıqda, onun aparılmasında təqsirləndirilən və ya şübhəli şəxsin müdafiəçisi iştirak edə bilər. Bu halda müstəntiq baxışın aparılmasında müdafiəçinin iştirakını əvvəlcədən təmin etməlidir. Hadisə yerinin baxışının aparılmasında azı 2 (iki) hal şahidi iştirak edir. Azərbaycan Respublikası CPM-nin 242.1, 242.2 və 242.3-cü maddələrinə əsasən əldə edilmiş (mövcud sübutlar) və ya əməliyyat-axtarış fəaliyyətinin materialları hər hansı yaşayış, xidməti və ya istehsalat binasında, digər yerdə, yaxud hər hansı şəxsdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və ya sənədlərin olmasını güman etməyə kifayət qədər əsas verdikdə, müstəntiq axtarış apara bilər; axtarış həmçinin axtarışda olan şəxslərin, habelə heyvanların, insan meyitlərinin və ya heyvan cəsədlərinin aşkar edilməsi məqsədi ilə aparıla bilər; toplanmış sübutlarla və ya əməliyyataxtarış fəaliyyətinin materialları ilə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və sənədlərin kimdə və harada olması müəyyən edildikdə müstəntiq həmin əşya və sənədləri götürə bilər. Azərbaycan Respublikası CPM-nin 243.1-ci maddəsinə əsasən axtarış və götürmə bir qayda olaraq məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə axtarış və götürmənin aparılması haqqında qərarı müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı olduqda çıxara bilər. Azərbaycan Respublikası CPM-nin 243.3-cü maddəsinə əsasən təxirə salına bilməyən hallarda müstəntiq axtarış və ya götürməni məhkəmənin qərarı olmadan yalnız aşağıdakıları güman etməyə əsas verən dəqiq məlumat olduqda apara bilər: -şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsini (maddə 243.3.1); -şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, həbsdən və ya azadlıqdan məhrum etmə yerlərindən qaçmış şəxsin yaşayış yerində gizləndiyini (maddə 243.3.2); -yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olmasını (maddə 243.3.3); -yaşayış yerində insanın həyat və səhhəti üçün real təhlükə olduğunu (maddə 243.3.4). Azərbaycan Respublikası CPM-nin 243.4-cü maddəsinə əsasən bu Məcəllənin 243.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müstəntiq axtarış və ya götürmənin aparılması barədə əsaslandırılmış qərar çıxarır. Müstəntiqin qərarı bu Məcəllənin 243.2-ci maddəsinin tələblərinə müvafiq olaraq, habelə məhkəmənin qərarı olmadan axtarış və ya götürmə aparılmasının zəruriliyi və təxirə salına bilməməsi əsasları nəzərə alınmaqla tərtib edilir. Azərbaycan Respublikası CPM-nin 244.1-ci maddəsinə əsasən axtarış və ya götürmə zamanı azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Azərbaycan Respublikası CPM-nin 244.2-ci maddəsinə əsasən şübhəli və təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Həmin istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə, müstəntiq onun bu arzusunu təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 244.6-cı maddəsinə əsasən barəsində axtarış və ya götürmənin aparıldığı şəxslər, habelə hal şahidləri, mütəxəssislər, tərcüməçilər, nümayəndələr, müdafiəçilər müstəntiqin bütün hərəkətləri zamanı həmin yerdə olmaq, protokolda yazılmalı olan qeydləri vermək hüququna malikdirlər. Azərbaycan Respublikası CPM-nin 245.2-ci maddəsinə əsasən axtarış və götürmə aparılmasından əvvəl müstəntiq barəsində axtarış və ya götürməni apardığı şəxsi bu barədə qərarla tanış etməlidir. Azərbaycan Respublikası CPM-nin 245.6-245.8-ci maddələrinə əsasən götürmə apararkən müstəntiq qərarı elan etdikdən sonra götürülməli olan əşya və sənədləri könüllü surətdə verməyi təklif edir, bundan imtina etdikdə isə götürməni məcburi aparır; axtarış apararkən müstəntiq qərarı elan etdikdən sonra götürülməli olan əşya və sənədlərin könüllü surətdə verilməsini və gizlənən şəxsin yerinin göstərilməsini təklif edir. Əşya və sənədlər könüllü verildikə və ya gizlənən şəxsin yeri könüllü göstərildikdə, bu protokolda öz əksini tapmalıdır. Axtarılan əşya və sənədlər verilmədikdə və ya tam verilmədikdə, yaxud gizlənən şəxsin yeri göstərilmədikdə axtarış aparılır; axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlər istintaq hərəkətinin iştirakçılarına təqdim edilir, onların müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi, hansı materialdan hazırlanması və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilir, əşyalar və sənədlər qablaşdırılır, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənir. Azərbaycan Respublikası CPM-nin 246.1-ci maddəsinə əsasən müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri bir qayda olaraq məhkəmənin qərarı əsasında götürə bilər. Azərbaycan Respublikası CPM-nin 246.2.1-246.2.3-cü maddələrinə əsasən şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə; təqsirləndirilən şəxs barəsində həbsə alma qətimkan tədbiri tətbiq edildikdə; axtarış və ya götürmənin aparıldığı binada olan şəxsin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədləri gizlətməsini güman etməyə kifayət qədər əsaslar olduqda məhkəmənin qərarı alınmadan şəxsi axtarış aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 246.3-cü maddəsinə əsasən şəxsi axtarış və götürmə müstəntiq tərəfindən mütəxəssisin və barəsində şəxsi axtarış aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı ilə aparılır. Azərbaycan Respublikası CPM-nin 247.1.1, 247.1.4 və 247.1.6-cı maddələrinə əsasən axtarış və götürmə haqqında protokolda axtarış və ya götürmənin aparıldığı yer, tarix və vaxtı; barəsində axtarış və ya götürmə aparılmış şəxsə onun, hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi haqqında qeyd; hal şahidlərinin hər birinin şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxslə qarşılıqlı münasibəti haqqında məlumat göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 247.1.9-cu maddəsinə əsasən axtarış və götürmə aparılarkən müşahidə etmə ardıcıllığı ilə bütün aşkar olunanlar, o cümlədən axtarılan əşya və şəxslərin könüllü surətdə verilməsi hallarının olub-olmaması; istintaq hərəkəti zamanı belə hal baş vermişsə, aşkar edilmiş əşya və sənədləri gizlətmək cəhdləri; götürülmüş əşyaların sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsviri axtarış və ya götürmə protokolunda əks olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 247-ci maddəsinə əsasən axtarış və ya götürmə qurtardıqdan sonra həmin qanun normasında nəzərdə tutulmuş məlumatlar əks olunmuş protokol tərtib edilir. Azərbaycan Respublikası CPM-nin 443.1-ci maddəsinə əsasən bu Məcəllənin 177.3-cü maddəsində nəzərdə tutulmuş istintaq hərəkətləri (o cümlədən baxış, axtarış, götürmə) bir qayda olaraq məhkəmənin qərarı əsasında məcburi aparılır. Azərbaycan Respublikası CPM-nin 443.2-ci maddəsinə əsasən bu Məcəllənin 177.3.1-177.3.5-ci maddələrində nəzərdə tutulmuş istintaq hərəkətləri məhkəmənin qərarı olmadan müstəntiqin əsaslandırılmış qərarı əsasında məcburi aparıldığı hallarda müvafiq istintaq hərəkətinin aparılması qurtardıqdan sonra müstəntiq aparılmış istintaq hərəkəti barədə 24 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməlidir. D) Azərbaycan Respublikası Gömrük Məcəlləsi: Madde 58.1. Aşağıdakı hallardan birinin və ya bir necəsinin mövcudluğuna dair əsası olduqda, gömrük orqanlarının vəzifəli şəxsləri nəqliyyat vasitəsini yoxlama aparmaq məqsədi ilə dayandırır və gömrük nəzarəti altında olma müddətindən çox olmamaq şərtilə həmin nəqliyyat vəsitəsini saxlayır: 58.1.1. nəqliyyat vasitəsində gömrük ödənişləri ödənilməmiş, habelə aparılması və ya gətirilməsi qanunvericiliklə qadağan edilmiş mallar olduqda; 58.1.2. nəqliyyat vasitəsində müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydalara əsasən təhlükəli hesab edilmiş mallar olduqda; 58.1.3. nəqliyyat vasitəsində qanunvericiliyə zidd olaraq idxalı və ya ixracı nəzərdə tutulan mallar olduqda; 58.1.4. bu Məcəllənin və ya gömrük işi üzrə digər qanunvericilik aktlarının pozulması faktları barədə məlumatlar olduqda; 58.1.5. malların qanunvericiliyə zidd qaydada idxalına və ya ixracına cəhdlə bağlı digər əsaslı dəlillər olduqda. 58.2. Nəqliyyat vasitəsinin sürücüsü nəqliyyat vasitəsini gömrük orqanlarının vəzifəli şəxslərinin tələbi ilə könüllü dayandırmadıqda, bunun üçün bu Məcəllədə müəyyən edilmiş qaydada fiziki qüvvədən, gömrük orqanlarının sərəncamında olan xüsusi vasitələrdən və bu Məcəllədə 80.2.5-ci maddəsində müəyyən edilmiş hallarda odlu silahdan istifadə oluna bilər. 58.3. Gömrük orqanlarının vəzifəli şəxsləri bu Məcəllənin 57.1-ci maddəsində göstərilən hallarda da nəqliyyat vasitələrində yoxlama aparmaq hüququna malikdirlər. 58.4. Nəqliyyat vasitələrində yoxlama aparan gömrük orqanlarının vəzifəli şəxslərinin bu Məcəllənin 58.1.1 - 58.1.5-ci maddələrində göstərilən halların mövcudluğuna əsaslı şübhəsi olduqda, nəqliyyat vasitəsinin istənilən hissəsinə daxil ola, oradakı bütün bağlamaları, bağlı qutuları aça, malları yoxlaya bilərlər. 58.5. Qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxslərinin nəqliyyat vasitələrində yoxlama aparmaq səlahiyyətləri məhdudlaşdırıla bilməz. 58.6. Yoxlama nəticəsində bu Məcəllənin 58.1.1 - 58.1.5-ci maddələrində göstərilən hallar aşkar olunmadıqda, gömrük orqanlarının vəzifəli şəxsləri nəqliyyat vasitəsinin marşrut üzrə hərəkətinin davam etməsini təmin etməlidirlər. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 64-cü maddəsinə əsasən ilkin yoxlamadan sonra fiziki şəxsin aparılması və ya gətirilməsi qanunvericiliklə qadağan edilmiş, yaxud məhdudlaşdırılmış, habelə barəsində gömrük ödənişləri ödənilməmiş malları, bu Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının müddəalarının pozulması faktını təsdiq edən əşyaları üzərində gizlətməsi və daşıması barədə əsaslı şübhə yarandıqda, gömrük orqanlarının vəzifəli şəxsləri onu saxlayır və gömrük nəzarətinin müstəsna forması kimi, bu Məcəllənin 92.2.2-ci maddəsinə müvafiq olaraq üzərində şəxsi yoxlama aparırlar. -Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən həyata keçirilən şəxsi yoxlama sanitar-gigiyenik tələblərə cavab verən təcrid olunmuş yerdə aparılır. Şəxsi yoxlama zamanı videoçəkilişdən istifadə edilmədikdə azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Şəxsi yoxlama zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda videoçəkilişdən istifadəyə yol verilmir(maddə 64.2). -Fiziki şəxsin bədənində narkotik vasitələri və psixotrop maddələri gizlətməsini müəyyən etmək məqsədilə tibbi müayinə tibb işçisi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilməlidir (maddə 64.3). -Üzərində şəxsi yoxlama aparılan fiziki şəxsin bədən üzvləri tibb işçisi tərəfindən yoxlanılmalıdır (maddə 64.4). -Gömrük orqanlarının şəxsi yoxlama aparan vəzifəli şəxsləri, hal şahidləri, bu prosesə cəlb edilən tibb işçiləri yoxlanılan fiziki şəxslə eyni cinsdən olmalıdırlar (maddə 64.5). -Şəxsi yoxlama zamanı fiziki şəxs üzərində gizlətdiyi malları (əşyaları) könüllü surətdə təqdim etmədikdə, gömrük orqanlarıının vəzifəli şəxsləri bu Məcəllənin 77-ci və 78-ci maddələrində nəzərdə tutulmuş qaydada fiziki qüvvə tətbiq etmək hüququna malikdirlər (maddə 64.6). -Şəxsi yoxlama aparılarkən, fiziki şəxsin üzərində aşkar edilən malın (əşyanın) bu Məcəllənin 64.1-ci maddəsində göstərilənlərə aid olması barədə kifayət qədər əsas olduğu halda, həmin mallar və əşyalar gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən qanunla nəzərdə tutulmuş qaydada götürülür (maddə 64.7). -Şəxsi yoxlama aparılması haqqında bu Məcəllənin 99-cu maddəsinin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada protokol tərtib olunur (maddə 64.8). -Protokol gömrük orqanının yoxlama aparan vəzifəli şəxsi, yoxlanılan fiziki şəxs, hal şahidləri, narkotik vasitələr və psixotrop maddələr gizlədilməsini müəyyən etmək məqsədilə tibbi müayinə aparıldıqda və ya fiziki şəxsin bədən üzvləri yoxlanıldıqda tibb işçisi tərəfindən imzalanır (maddə 64.9). Maddə 82. Malların və nəqliyyat vasitələrinin gömrük nəzarətindən keçirilməsi 82.1. Bütün şəxslər malları bu Məcəllədə nəzərdə tutulmuş qaydada, bərabər əsaslarla gömrük ərazisinə gətirmək və bu ərazidən aparmaq hüququna malikdirlər. 82.2. Bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, heç bir şəxs malları gömrük ərazisinə gətirmək və bu ərazidən aparmaq hüququndan məhrum edilə və ya onun bu hüququ məhdudlaşdırıla bilməz. 82.3. Bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan bütün mallar və nəqliyyat vasitələri, gömrük rüsumları və vergilərin tutulma obyektləri olub-olmadığından asılı olmayaraq gömrük nəzarətindən keçməlidir. 82.4. Gömrük orqanları gömrük nəzarətini həyata keçirərkən, bu Məcəllənin 84-cü maddəsində və gömrük işi üzrə digər qanunvericilik aktlarında müəyyən edilmiş hallar istisna olmaqla, gömrük nəzarətinin bu Məcəllənin 92.2-ci maddəsində göstərilən bütün formalarından istifadə etmək hüququna malikdirlər. 82.5. Gömrük sərhəd buraxılış məntəqələrində bu Məcəllənin 214-cü və 215-ci maddələri, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında”, “Aviasiya haqqında” Azərbaycan Respublikasının qanunları, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qadağan edilən, yaxud məhdudlaşdırılan malların siyahısı hər kəs üçün yaxşı görünən lövhələrdə yerləşdirilməlidir. Həmin siyahılarda malların gətirilməsi və ya aparılmasına qadağa qoyan, yaxud məhdudlaşdırılan qanunun və digər normativ hüquqi aktların adı, qəbul edilmə tarixi və müvafiq maddəsi (bəndi) əks etdirilməlidir. 82.6. Bu Məcəllənin 82.5-ci maddəsində göstərilən siyahılardakı malların gömrük ərazisinə gətirilməsinə və ya bu ərazidən aparılmasına məhdudiyyət qoyan vəzifəli şəxs həmin malları gömrük sərhədindən keçirən şəxsə bu barədə müvafiq normativ hüquqi aktın adını, maddəsini (bəndini) və qəbul edilmə tarixini əks etdirən protokolun surətini verməlidir. 82.7. Bu Məcəllənin 82.5-ci maddəsində göstərilən siyahılarda nəzərdə tutulmayan malların gömrük ərazisinə gətirilməsinə və ya bu ərazidən aparılmasına məhdudiyyət qoyan vəzifəli şəxslər cinayət və ya inzibati məsuliyyətə cəlb edilirlər. 82.8. Şəxs barəsində gömrük nəzarətinin müəyyən formalarının tətbiq olunmaması və ya onlardan azadetmə onu bu Məcəllənin müddəalarına, digər qanunvericilik aktlarına, beynəlxalq müqavilələrə riayət etmək vəzifəsindən azad etmir. Maddə 83. Malların və nəqliyyat vasitələrinin gömrük nəzarəti altında olma müddəti 83.1. Gömrük ərazisinə gətirilən mallar və nəqliyyat vasitələri gömrük sərhədini keçdiyi andan başlayaraq aşağıdakı hallardan biri baş verənədək gömrük nəzarəti altında olurlar: 83.1.1. sərbəst dövriyyəyə buraxılanadək; 83.1.2. məhv edilənədək; 83.1.3. dövlətin xeyrinə imtina olunanadək; 83.1.4. malların dövlət mülkiyyətinə keçirilməsi, yaxud bu Məcəllənin 330-cu maddəsinə müvafiq olaraq onlar barəsində sərəncam verilməsinədək; 83.1.5. mallar və nəqliyyat vasitələri gömrük ərazisindən faktiki çıxarılanadək. 83.2. İxrac gömrük proseduru, daxili tranzit və ya xaricdə emal xüsusi gömrük prosedurları üçün bəyan edilən daxili mallar və nəqliyyat vasitələri müvafiq gömrük bəyannaməsi gömrük orqanı tərəfindən təsdiq olunduğu vaxtdan başlayaraq, gömrük ərazisindən aparılana, dövlətin xeyrinə imtina ya məhv edilənə, yaxud gömrük bəyannaməsinin bu Məcəllənin 154-cü maddəsinə uyğun olaraq ləğvinədək gömrük nəzarəti altında olurlar. 83.3. Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar bu Məcəllənin 195-ci maddəsində nəzərdə tutulmuş müddətdə gömrük nəzarəti altında olurlar. 83.4. Gömrük nəzarəti altında olan mallar və nəqliyyat vasitələrindən istifadə olunmasına və onlar barəsində sərəncam verilməsinə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada və şərtlər daxilində yol verilir. 83.5. Əvvəllər gömrük ərazisindən çıxarılmış malların və nəqliyyat vasitələrinin, yaxud emal məhsullarının gömrük qanunvericiliyinə əsasən mütləq qaydada geri qaytarılması nəzərdə tutulduğu hallarda, gömrük orqanları həmin malların və nəqliyyat vasitələrinin, yaxud emal məhsullarının geri gətirilməsinə dair öhdəliklərin şəxslər tərəfindən bu Məcəllədə göstərilən qaydada, gömrük prosedurlarının şərtlərinə uyğun olaraq yerinə yetirilməsinə nəzarəti həyata keçirirlər. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 92-ci maddəsinə əsasən gömrük orqanları malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olmasını, bu ərazidən çıxmasını, tranzitini, daşınmasını və son istifadəsini tənzimləyən gömrük qanunvericiliyinə, həmçinin icrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş digər qanunvericiliyə və beynəlxalq müqavilələrə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük nəzarətini həyata keçirirlər. Gömrük nəzarəti həyata keçirilərkən müasir texnologiya və avadanlıqdan istifadə edilir. -Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük nəzarətini aşağıdakı formalarda həyata keçirirlər (maddə 92.2): 92.2.1. malların və nəqliyyat vasitələrinin yoxlanılması; 92.2.2. şəxsi yoxlama; 92.2.3. gömrük məqsədləri üçün lazım olan məlumatların, elektron və ya kağız üzərində yazılı formalarda sənədlərin, o cümlədən Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlarla (şəhadətnamələrlə), qida məhsullarına münasibətdə qida təhlükəsizliyi (sağlamlıq) sertifikatı ilə, onların istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarış ilə müşayiət olunmasının yoxlanılması; 92.2.4. gömrük auditi; 92.2.5. şəxslərin sorğu-sual edilməsi; 92.2.6. gömrük nəzarətindən keçməli olan mallara və nəqliyyat vasitələrinə, onların yerləşdiyi ərazilərə və binalara, müvəqqəti saxlanc və gömrük anbarlarında, sərbəst zonalarda yerləşən ərazilərə və binalara, həmçinin icrasına nəzarət gömrük orqanına həvalə edilmiş fəaliyyətin həyata keçirildiyi digər yerlərə gömrük baxışının keçirilməsi; 92.2.7. keşik çəkmənin (patrulluğun) və gömrük müşahidəsinin aparılması. -Gömrük nəzarətinin formaları milli və beynəlxalq səviyyədə işlənib hazırlanmış meyarlar əsasında risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və qarşısının alınması üzrə zəruri tədbirlərin həyata keçirilməsi məqsədi ilə risklərin idarə olunması təcrübəsinə əsaslanmalıdır (maddə 92.4). -Gömrük nəzarəti formaları seçilərkən bu Məcəllənin 100.2-ci maddəsində müəyyən edilmiş qaydada yaradılan riskin idarə edilməsi sistemindən istifadə olunur (maddə 92.5). -Müvafiq icra hakimiyyəti orqanı gömrük nəzarətinin təşkili məqsədi ilə bu Məcəlləyə uyğun olaraq aşağıdakıları müəyyən edir (maddə 92.6): 92.6.1. gömrük nəzarətinin həyata keçirilməsi qaydalarını; 92.6.2. ümumi risklərin idarə edilməsi qaydalarını; 92.6.3. ümumi meyarların və prioritet nəzarət sahələrinin müəyyən edilməsi üzrə qaydaları; 92.6.4. aidiyyəti orqanlarla birlikdə risklərə dair məlumatların və gömrük kəşfiyyatı məlumatlarının mübadiləsini tənzimləyən qaydaları. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99-cu maddəsinə əsasən gömrük nəzarətinin həyata keçirilməsi üzrə hərəkətlərin yerinə yetirilməsi zamanı protokollar tərtib olunur. Protokollar Azərbaycan Respublikasının dövlət dilində tərtib edilir. Protokolların formasını bu Məcəllənin 82.6-cı, 99.2-ci və 99.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -Protokolda aşağıdakılar göstərilir (maddə 99.2): 99.2.1. protokolun adı; 99.2.2. konkret hərəkətlərin həyata keçirilməsinin yeri, tarixi və vaxtı; 99.2.3. hərəkətin başlanması və başa çatmasının vaxtı; 99.2.4. protokolu tərtib etmiş şəxsin vəzifəsi, adı, soyadı, atasının adı; 99.2.5. barəsində müvafiq hərəkət aparılan şəxsin, hal şahidlərinin (yalnız hal şahidlərinin iştirak etdiyi halda) və hərəkətin həyata keçirilməsində iştirak edən digər şəxslərin adı, soyadı, atasının adı, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, yaşadığı və qeydiyyatda olduqları ünvan, Azərbaycan Respublikasının dövlət dilində danışa bilib-bilməməsi 99.2.6. barəsində müvafiq hərəkət aparılan şəxsə, hal şahidlərinə (yalnız hal şahidlərinin iştirak etdiyi halda) və hərəkətin həyata keçirilməsində iştirak edən digər şəxslərə onların hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi haqqında qeyd; 99.2.7. hərəkətin həyata keçirilməsinə əsas olan bu Məcəllənin müvafiq maddəsi; 99.2.8. hərəkətin məzmunu, onun yerinə yetirilməsinin ardıcıllığı; 99.2.9. hərəkətin yerinə yetirilməsi zamanı aşkar olunan və iş üçün əhəmiyyətli olan faktlar və hallar. -Mallar və ya sənədlər bu Məcəlləyə uyğun olaraq götürüldükdə, protokolda bu Məcəllənin 99.2-ci maddəsində qeyd olunanlardan əlavə aşağıdakılar da göstərilməlidir (maddə 99.3): 99.3.1. götürülən malların, prob və nümunələrin sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsviri; 99.3.2. götürülən sənədlərin növü və rekvizitləri. -Şəxsi yoxlama həyata keçirilərkən, həmçinin mallar və ya sənədlər götürülərkən videoçəkilişdən istifadə edilmədikdə, işin nəticəsində maraqlı olmayan və yetkinlik yaşına çatmış azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Şəxsi yoxlama və götürmə zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda videoçəkilişdən istifadəyə yol verilmir. Bu halda şəxsi yoxlama və götürmə barəsində müvafiq hərəkət aparılan şəxslə eyni cinsdən olan şəxslərin iştirakı ilə aparılır. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər(maddə 99.4). -Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda gömrük nəzarətinin həyata keçirilməsi üzrə hərəkətlərin icraatı zamanı foto, kino və video çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə edildikdə müvafiq yazılar, fotoşəkillər, çəkiliş lentləri və ya başqa məlumat daşıyıcıları protokola əlavə edilir (maddə 99.5). -Protokol, barəsində müvafiq hərəkət aparılan şəxs, hal şahidləri (yalnız hal şahidlərinin iştirak etdiyi halda) və hərəkətin həyata keçirilməsində iştirak edən digər şəxslər tərəfindən imzalanır. Protokol bir neçə səhifədə tərtib edildikdə, onun hər bir vərəqi həmin şəxslər tərəfindən imzalanır. Onlar protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır (maddə 99.6). -Barəsində müvafiq hərəkət aparılan şəxsin, hal şahidlərinin (yalnız hal şahidlərinin iştirak etdiyi halda) və hərəkətin həyata keçirilməsində iştirak edən digər şəxslərin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur (maddə 99.7) -Barəsində müvafiq hərəkət aparılan şəxsə protokolun surəti verilir (maddə 99.8). Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 109-cu maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının dövlət dilində aparılır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin214-cü maddəsinə əsasən milli təhlükəsizliyin, ictimai asayişin, insanların mənəviyyatının, həyat və sağlamlığının, mülkiyyət hüququnun, o cümlədən əqli mülkiyyət hüquqları obyektlərinin, heyvanlar və bitkilər aləminin, ətraf mühitin, xalqların bədii, tarixi və arxeoloji sərvətlərinin qorunması baxımından və Azərbaycan Respublikasının başqa maraqları nəzərə alınaraq, qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq aşağıdakı malların gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qadağandır: 214.1.1. saxta kağız və metal pullar; 214.1.2. gömrük ərazisinə idxalı və ya bu ərazidən ixracı qanunvericiliklə qadağan edilmiş narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları; 214.1.3. pornoqrafik materialları və ya əşyalar; 214.1.4. gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan olunmuş mallar. -Qadağan olunmuş mallar gömrük ərazisinə gətirilərkən və ya bu ərazidən aparılarkən müsadirə edilməsi qanunla nəzərdə tutulmamışdırsa, dərhal müvafiq olaraq gömrük ərazisindən çıxarılmalı və ya bu əraziyə qaytarılmalıdır. Həmin mallar onları gömrük sərhədindən keçirən şəxsin hesabına müvafiq olaraq çıxarılır və ya qaytarılır (maddə 214.2). Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 215-ci maddəsinə əsasən beynəlxalq müqavilələrlə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsi, dövlətin iqtisadi maraqlarının müdafiəsi, daxili bazarın qorunması baxımından, həmçinin rezidentlərin mənafeyinə zərər vuran xarici dövlətlərin və onların ittifaqlarının ayrı-seçkilik və digər iqtisadi siyasət tədbirlərinə qarşı cavab kimi, qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun surətdə malların gömrük ərazisinə gətirilməsinə və ya bu ərazidən aparılmasına müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhdudiyyətlər müəyyən edilə bilər. -Bu Məcəllənin 215.1-cü maddəsində qeyd olunan məhdudiyyətlər müəyyən edildikdə, onların təsiri altına düşən malların buraxılışı yalnız qanunvericiliklə və beynəlxalq müqavilələrlə müəyyən edilən tələblərə riayət edilməsi şərti ilə gömrük orqanları tərəfindən həyata keçirilir (maddə 215.2). -“Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş malların gömrük sərhədindən keçirilməsi üçün xüsusi icazə tələb olunur (maddə 215.3). «X2» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ və İİİ hissələrinə əsasən əməliyyat-axtarış fəaliyyəti insan həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, hüquqi şəxslərin qanuni mənafelərini, dövlət sirrini, habelə milli təhlükəsizliyi cinayətkar qəsdlərdən müdafiə etmək məqsədi ilə həyata keçirilir; əməliyyat-axtarış fəaliyyətinin vəzifələri 1) hazırlanan və törədilən cinayətlərin qarşısının alınması; 2) törədilmiş cinayətlərin aşkar edilməsi və açılması; 3) cinayətləri hazırlayan, törədən, və ya törətmiş şəxslərin müəyyən edilməsi; 4) məhkəmə, istintaq və təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyun qaçıran və ya itkin düşən şəxslərin axtarılması və 5) naməlum meyitlərin şəxsiyyətinin müəyyən edilməsidir. «X2» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin İİ hissəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi zamanı Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş insan və vətəndaş hüquq və azadlıqlarını, hüquqi şəxslərin qanuni mənafelərini pozmaq qadağandır. «X2» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən əməliyyataxtarış fəaliyyətinin subyektlərinə öz səlahiyyətlərinin icra edilməsi zamanı 1) insanların həyatını, sağlamlığını, əmlakını və qanuni mənefelərini təhlükə altına alan hərəkətlərə yol vermək; 2) hər hansı şəxsi qanun pozuntularına təhrik etmək; 3) zor işlətmək, hədələmək və şantaj etmək, habelə insan və vətəndaşların hüquq və azadlıqlarını, qanunla müdafiə olunan mənafelərini məhdudlaşdıran digər qanunsuz tədbirlərə əl atmaq; 4) səlahiyyətlərindən kənara çıxan tədbirləri həyata keçirmək qadağan olunur. «X2» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən əməliyyataxtarış fəaliyyətinin subyektləri bu qanunla müəyyən edilmiş qaydada aşağıdakı əməliyyat-axtarış tədbirləri tətbiq edə bilərlər: 1) vətəndaşların sorğusu; 2) soraqlaşma; 3) telefon danışıqlarına qulaq asma; 4) poçt, teleqraf və digər göndərişlərin yoxlanması; 5) texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması; 6) məhkumların məktublarının yoxlanılması; 7) nəqliyyat vasitələrinə baxış keçirilməsi; 8) binalara, o cümlədən yaşayış binalarına, habelə digər qapalı tikililərə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə; 9) binaların, o cümlədən yaşayış binalarının, habelə digər qapalı tikililərin, qurğuların, torpaq sahələrinin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsi; 10) insanların güdülməsi; 11) şəxsiyyətin eyniləşdirilməsi; 12) nəzarət qaydasında mal alınması; 13) əşya və sənədlərin tədqiqi; 14) müqayisəli tədqiq üçün nümunələrin toplanılması; 15) nəzarətli göndəriş; 16) cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi; 17) hüquqi şəxsin yaradılması; 18) əməliyyat eksperimenti, yəni cinayətkar fəaliyyəti təqlid edən davranış modelinin tətbiqi. Bu maddənin İ hissəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin siyahısı yalnız Qanunla dəyişdirilə bilər. Bu maddənin İ hissəsinin 3-5,8 və 10-cu bəndlərində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə başqa yolla nail ola bilmədikdə məhkəmənin (hakimin) qərarı əsasında həyata keçirilə bilər. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan: 1) şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişləri yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiya çıxara, habelə insanları güdə bilərlər; 2) cinayəti hazırlayan, törədən, törətmiş cəzaçəkmə müəssisəsindən və ya həbsdən qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış binalarına, habelə digər qapalı tikililərə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər. Bu maddənin İİİ hissəsində nəzərdə tutulmuş hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri həyata keçirilmiş tədbirlər barəsində 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərarı təqdim etməlidirlər. «X2» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat-axtarış fəaliyyətinin subyektlərində bu maddədə nəzərdə tutulmuş səbəblər və əsaslar olmalıdır. Əməliyyat-axtarış tədbirlərinin həyata keçriliməsi üçün səbəblər aşağıdakılardır: 1) fiziki şəxslərin ərizələri; müəssisə, idarə, təşkilatların vəzifəli şəxslərinin müraciətləri; 3) kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar; 4) əməliyyat-axtarış fəaliyyəti subyektlərinin bilavasitə əldə etdikləri məlumatlar. «X2» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin İ və İİİ hissələrinə əsasən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi lazım olduqda bu Qanunun 11-ci maddəsinin İİİ hissəsində nəzərdə ttulmuş qərarların əsasında əməliyyat-qeydiyyat işi başlanılmalı və bu iş əməliyyat-axtarış fəaliyyətinin suybekti tərəfindən mütləq qeydiyyata alınmalıdır; əməliyyat-axtarış tədbirlərinin nəticələri əməliyyat-qeydiyyat işində əks edilməli və sistemləşdirilməlidir. «X2» Azərbaycan Respublikası Qanununun 19-1-ci maddəsinə əsasən əməliyyataxtarış fəaliyyətinə məhkəmə nəzarəti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir. «X2» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İV hissəsinə əsasən əməliyyat-axtarış tədbirlərinin təşkili, taktikası, üsul və vasitələrinə dair məlumatlar prokuror nəzarətinin predmetinə daxil deyil. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 2011-ci il 4 mart tarixli, 2 №-li qərarının 28-ci bəndində qeyd olunur ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər tətqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilsin ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə edilmiş sübutların mümkünlüyü məsələsini Azərbaycan CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarın 5-ci bəndində məhkəmələrə izah edilmişdir ki, şəxsin əməllərində CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olması məsələsini həll edərkən məhkəmələr qeyri-qanuni keçirilmiş mallar və ya digər əşyaların bu maddədə sadalanan qaçaqmalçılıq əşyalarına mənsubiyyətinin düzgün müəyyən edilməsini yoxlamalıdırlar. Bu zaman gömrük sərhədindən keçirilməsi dövlət nəzarəti altında olan vasitələrin, maddələrin və əşyaların siyahısını müəyyən edən normativ-hüquqi aktların müddəaları nəzərə alınmalıdır (məsələn, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında”, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanunları, GM-nin 82.5-ci maddəsi və sair ). Qaçaqmalçılığın predmetinin narkotik vasitələrə, psixotrop maddələrə, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı, radioaktiv maddələrə aid edilməsi, eləcə də qeyd olunmuş vasitələr və maddələrin növünün müəyyən edilməsi üçün xüsusi biliklər tələb olunduğundan məhkəmələr bu kateqoriyadan olan işlərə baxan zaman müvafiq ekspert rəylərinə əsaslanmalıdırlar. Həmin Qərarın 10-cu bəndində qeyd edilmişdir ki, malların və ya digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. Həmin Qərarın 13-cü bəndində qeyd edilmişdir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə - CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli CM-nin 206.2-ci maddəsi ilə tövsif edilməlidir ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil. Həmin Qərarın 28-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, qaçaqmalçılıq cinayətinə dair işlərə baxarkən bu cinayətin aşkar edilməsindən sonra onun törədilməsində şübhəli bilinən şəxs gömrük zonasında və ondan kənar saxlanılarkən təhqiqat və ibtidai araşdırma orqanları tərəfindən bununla bağlı CPM-nin 148-ci maddəsinin tələblərinə əməl edilib-edilməməsini yoxlasınlar. Bu zaman cinayətin törədilməsində şübhəli bilinən şəxsin hüquqlarının, o cümlədən azadlıq hüququnun pozulması müəyyən edildikdə məhkəmələrə xüsusi qərarlar qəbul etməklə belə pozuntulara münasibət bildirmələri, təqsirləndirilən şəxslərə təqsirli bilindikləri əməllərə görə azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən isə cəza çəkmə müddətinin onların azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablamaları tövsiyə edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa (bu Qanunla təsdiq edilmiş siyahıya) əsasən qurudulmuş marixuana-kannabisin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla daxil olmaqla) yuxarı həddi 5 qram müəyyən edilmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsiyə görə Azərbaycan Respublikası Cinayət Məcəllənin 206.2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. V. Avropa Konvensiyasının 6-cı maddəsinin iddia edilən pozuntusu 1.Tərəflərin gətirdiyi əsaslar A) Təqsirləndirilən şəxs portmanesində «tapılmış» narkotik maddənin ona aid olmadığını və dostları və ya kimsə tərəfindən qoyulmasında şübhələndiyini və portmanesində tapılması adı ilə adına sənədləşdirildiyini bildirmişdir. O, eyni zamanda həbs edilən zaman onun prosessual statusunun müəyyən olunmadığını, nəyə görə həbs olunmasının ona izah edilmədiyini, həbsinin müvafiq qaydada qeyd edilmədiyini və sənədləşdirilmədiyini, onun üstündə axtarış və götürmənin qanunauyğun aparılmadığını, axtarışın aparılacağı barədə ona heç bir məlumatın verilmədiyini, axtarış aparılanda tərcüməçinin və müdafiəçinin iştirak etmədiyini, onun hüquq və vəzifələrinin izah edilmədiyini və bir çox prosessual hüquqlarının pozulduğunu, xüsusən müdafiə hüququnun pozulduğunu, ona münasibətdə ibtidai araşdırmada ədalətli araşdırmanın pozulduğunu qeyd etmişdir. B) İttiham tərəfi narkotik vasitənin təqsirləndirilən şəxsin portmanesində tapıldığını, ora qoyulmadığını və ona ittihamın düzgün verildiyini bildirmişdir. 2.Məhkəmənin Avropa Məhkəməsinin presedentlərinə istinad etməklə qiymətləndirməsi Məhkəmə qeyd edir ki, baxılan işdə təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən ibtidai araşdırma mərhələsində Təqsirləndirilən şəxs ədalətli məhkəmə araşdırmasına olan hüququnun pozulması haqqında məsələ qaldırıldığından və bu, təqsirləndirilən şəxsin portmanesində «tapılmış» narkotik vasitənin ona aid olmaması və portmaneyə kimsə tərəfindən qoyulması, tərcüməçi və müdafiəçinin iştirakı təmin edilməməklə prosessual qanunvericilik pozulmaqla üstündə axtarışın və götürmənin aparılması, bu zaman prosessul hüquqlarının pozulması və onun ittihamı üçün sübutlar bazasının məhz bu yolla, yəni qanunsuz yolla əldə edilməsi barədə şübhə ilə əlaqələndirildiyindən, X38 Avropa Məhkəməsinin bu məsələyə dair geniş presedent təcrübəsi olduğundan, məhkəmə bu məsələnin həlli ilə bağlı Avropa Məhkəməsinin Tacir Layıcov Azərbaycana qarşı (22062/07 nömrəli iş üzrə xx xxxxx 2014-cü il tarixli qərar), Sakit Zayidov Azərbaycana qarşı (51164/07 nömrəli iş üzrə xx xxxxxx 2015-ci il tarixli qərar)vəKobiaşvili Gürcüstana qarşı(xx xxxx 2019-cu il tarixli qərar) presedentlərinə istinad etməyi zəruri hesab edir. Belə ki, işin mühüm əhəmiyyət kəsb edən halları baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsilə təqsirləndirilməsinə dar cinayət işi ilə Tacir Layıcov Azərbaycana qarşı, Sakit Zayidov Azərbaycana qarşı və Kobiaşvili Gürcüstana qarşı işlər arasında olan oxşarlıq həmin presedentlərin hazırki işə tətbiqini şərtləndirir. A) Tacir Layıcov Azərbaycana qarşı olan iş İşin qısa məzmunu
1. Ərizəçinin həbsi və barəsindəki ibtidai istintaq N.V və H.M polisə ərizəçinin narkotik alverçisi olması və onlara narkotik maddələr satmaq istəməsini bildirmələrindən sonra 2005-ciil 16 martda ərizəçinin həbsi üçün əməliyyat tədbiri hazırlanmışdır. 2005-ci il 17 martda, təxminən saat 16.00 radələrində ərizəçi benzin doldurmaq üçün Balakəndəki yanacaq doldurma məntəqəsində dayanmışdır. Həmin vaxt ona mülki geyimdə olan bir neçə polis işçisi yaxınlaşmışdır. Ərizəçinin sözlərinə görə, polis işçiləri onu avtomobilindən çıxarmış və döyməyə, yumruq və ayaqla zərbələr edirməyə, dəyənəklə vurmağa başlamışlar. Sonra o, huşunu itirmişdir. Özünə gələndə o, yuxarıda qeyd edilən polis işçiləri ilə birlikdə hərəkətdə olan avtomobilin arxa oturacağında olduğunu görmüşdür. Ərizəçinin sözlərinə görə, arxa oturacaqda onun hər iki tərəfində oturmuş iki polis əməkdaşından biri gizlicə şalvarının sağ cibinə nə isə qoymuşdur. Ərizəçi onu dayandırmaq istəmiş, lakin polis işçisi onun baş nahiyyəsinə yumruqla və tapançanın arxa hissəsi ilə vurmuş və o, yenidən huşunu itirmişdir. Onu Zaqatala Rayon Polis Şöbəsinə aparmışlar. Ərizəçinin sözlərinəgörə, onu Zaqatala Rayon Polis Şöbəsində dəfələrlə döyüblər. Polis şöbəsində ərizəçinin və onun avtomobilinin üzərində axtarış aparılmışdır. Axtarış protokoluna görə axtarış 2005-ciil 17 martda, saat 16.30-da ərizəçinin, polis əməkdaşlarının və iki hal şahidinin iştirakıilə həyata keçirilmişdir. Protokoldan göründüyü kimi, ərizəçi vəkillə təmin olunmamışdır. Axtarış zamanı onun maşınında və üzərində narkotik maddə (həşiş mənşəli) aşkar edilmişdir. Ərizəçi narkot ikin ona məxsus olmadığını və gizli şəkildə cibinə qoyulduğunu iddia etmişdir. O, axtarış protokolunu imzalamaqdan imtina etmişdir. Ərizəçinin sözlərinə görə, axtarış prosesi lentə alınmışdır və lent yazısı onun bədənində pis rəftarın izlərinin olmasını üzə çıxarırdı. 2005ci il 18 martda, saat 19 radələrində polis müstəntiqi ərizəçi barədə tutma protokolunu tərtib etmişdir. Protokolda ərizəçinin 2005-ciil 17 martdadeyil, 18 martda tutulduğu göstərilmişdir. Ərizəçi protokolu imzalamaqdan imtina etmişdir. 2005-ciil 18 martda dəqiq məlum olmayan saatda müstəntiq ərizəçiyə onu təmsil edə biləcək Zaqatala Vəkillər Assosiyasiyasının dörd vəkili barədə məlumat vermişdir. Ərizəçi onlardan heç birini seçməmiş və müdafiəsini özünün aparacağını bildirmişdir. Lakino, hüquqi yardımdan imtina etməsi barədə sənədə imza etməkdən imtinaetmişdir. 2005-ciil 20 martda Zaqatala Rayon Məhkəməsi ərizəçi barəsində üç aylıq həbs qətimkan tədbirinin seçilməsi və həbs müddətinin 2005-ci il 18 martdan hesablanması barədə qərar qəbul etmişdir. Həmin gün Zaqatala Rayon Məhkəmə-Tibb Ekspertizası və X15 məhkəmə-tibb eksperti ərizəçini müayinə etmişdir. Məhkəmə-tibb ekspertinin rəyinə görə ərizəçi 2005-ciil 17 martda polis tərəfindən pis rəftara məruz qaldığını bildirmişdir. Ekspert onun boyun nahiyyəsində oval formalı qançır izi olduğunu müəyyənləşdirmişdir. Dindirmə dövründə vaxtı dəqiq olmayan tarixdə ərizəçi müstəntiqə avtomobilində bıçağın olduğunu bildirmişdir. O, bununla bağlı qeyd etmişdir ki, polis 2005-ci il 17 martda onun avtomobilində «əsl» axtarış həyata keçirməmiş və yalnız orada özləri tərəfindən gizlədilmiş narkotik maddə aşkarlanmışdır. Belə olmasaydı, onlar bıçağı da tapardılar. Ərizəçinin dindirilməsindən sonra 2005-ciil 25 martda onun avtomobilində yenidən axtarış aparılmış və bıçaq aşkar edilmişdir. 2005-ciil 14 iyunda Zaqatala Rayon Polis Şöbəsinin müstəntiqi sübutların qiymətləndirilməsi barədə qərar qəbul etmişdir. Qərardan göründüyü kimi, ərizəçinin üzərində həmçinin məhkəmətibb narkoloji eksperti tərəfindən müayinə aparılmış və o, ərizəçinin narkotik maddələrdən istifadə etmədiyi, narkotik aludəçisi olmadığını müəyyən etmişdir. 2005-ci il 25 iyunda tərtib edilmiş ittiham aktına görə ərizəçiyə o cümlədən Cinayət Məcəllənin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham irəli sürülmüşdür. Qərarda daha sonra T.Layıcovun işinə ölkədaxili müxtəlif məhkəmələrdə baxılması, lakin onun ədalətli məhkəmə araşdırması hüququnun pozulması ilə bağlı şikayətlərinə həmin məhkəmələrdə baxılmaması qeyd edilmişdir.
2. Avropa Məhkəməsinin qiymətləndirməsi və gəldiyi nəticə Avropa Məhkəməsi həmin qərarında Tacir Layıcova qarşı Avropa Konvensiyasının 3cü maddəsinin (işgəncəyə və ya qeyri-insani, yaxud alçaldıcı rəftara və ya cəzaya məruz qalmamaq hüququ) və 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) pozuntusunu müəyyən etmişdir. Həmin işin Avropa Konvensiyasının 6-cı maddəsinin pozuntusunun müəyyən edilməsi hissəsində Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 19-cu maddəsinə görə onunvəzifəsi Konvensiyanın iştirakçısı olan dövlət tərəfindən üzərinə götürdükləri öhdəliklərinə əməl etmələrini təmin etməkdir. Xüsusilə, milli məhkəmələr tərəfindən törədilməsi iddia olunan fakta və ya hüquqa aid səhvlə məşğul olmaq, əgər bu səhvlər Konvensiya ilə qorunan hüquq və azadlıqların pozulmasına səbəb olmuşdursa, Məhkəmənin funksiyası deyil (bax: Şenk İsveçrəyə qarşı iş). Buna görə prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək məhkəmənin vəzifəsi deyil. Burada cavab verməli olan sual bütünlüklə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmamasıdır. Avropa Məhkəməsi xüsusi olaraq vurğulamışdır ki, prosesin bütünlüklə ədalətli olubolmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır (bax: «Xan» işi, 35 və 37-ci bəndlər).Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha çox əhəmiyyət kəsb etmiş olur (bax «Allan» işi, Bıkov Rusiyaya qarşı iş). Qeyd olunan standartları hazırki işə tətbiq edən Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçinin əvvəldən təqsirləndirildiyi üç cinayətdən ikisi üzrə ittiham sonradan bir çox maddi və prosessual hüquq normalarının pozulması ilə əlaqədar yerli məhkəmələr tərəfindən rədd edilmiş və ərizəçi sonda qanunsuz narkotik saxlamağa görə məhkum edilmişdir. Onun barəsində ittiham hökmü yalnız maddi sübuta, yəni polis tərəfindən 2005ciil 17 martda həyata keçirilmiş axtarış nəticəsində onun üzərində və avtomobilində tapılmış narkotik maddəyə əsasən çıxarılmışdır. Belə olan halda Məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbədə, sübutun mötəbərliyini təkzib etmək və ölkə daxili proseslərdə ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmışdır («Bıkov» işi və Lisica Xorvatiyaya qarşı iş). Həmin iş üzrə birinci məsələ ilə bağlı Avropa Məhkəməsi bir sıra çatışmazlıqlar üzə çıxarmışdır. Belə ki, Məhkəmə bildirmişdir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun «qoyulması» mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır. Beləki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında olmuşdur. Məhkəmə bundan əlavə qeyd etmişdir ki, istintaq orqanları ölkədə keçirilmiş məhkəmə prosesləri zamanı ərizəçinin və onun avtomobilinin axtarışının video çəkilişinin surətini təqdim etməmiş və Hökumətdən açıq şəkildə xahiş edilsədə, o, sözügedən video çəkilişin surətini Məhkəməyə təqdim etməmişdir. Hər bir halda hazırki işdə axtarışın ərizəçinin həbsindən bir başa sonra həyata keçirilməsini mümkünsüz edənhər hansı xüsusi halın mövcud olmasınıgüman etməyə əsas verən heç bir dəlilyoxdur. Bundanəlavə, onun hansı səbəbə həbs yerindən təxminən beş-on dəqiqə aralıda yerləşən Balakən Rayon Polis Şöbəsinə deyil, Zaqatala Rayon Polis Şöbəsinə aparıldığı aydın deyildir. İkincisi, məhkəmə hazırki işdə ərizəçinin 2005-ci il 17 martda polis tərəfindən həbs olunduğu və polisdə saxlandığı zaman, yəni polis tərəfindən üzərində axtarışın aparıldığı və ona qarşı sübut kimi çıxış etmiş narkotik maddənin tapıldığı vaxt pis rəftara məruz qaldığını artıq müəyyən etmişdir. Üçüncüsü, məhkəmə qeyd etmişdir ki, sonralar yerli məhkəmələr tərəfindəndə müəyyən edildiyi kimi, ərizəçinin 2005-iil 17 martda həbsi sənədləşdirilməmiş və o, birgün qanunsuz olaraq polis idarəsində saxlanmışdır. İkinci məsələyə gəlincə, Məhkəmə qeyd etmişdir ki, ərizəçionun üzərində və avtomobilində tapılmış maddi sübutun mötəbərliyi məsələsini istər cinayət prosesinin başlanğıcında, istərsə də bütün məhkəmələrdə keçirilmiş proseslərdə qaldırmışdır. Lakin bu məsələyə ölkə məhkəmələri adekvat şəkildə baxmamışdır. Belə ki, onların qərarlarında bu məsələyə toxunulmamışdır. Məhkəmə bununla bağlı həmçinin qeyd etmişdir ki, ərizəçinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə məhkum edilməsini son olaraq müəyyən etmiş Apellyasiya Məhkəməsinin 2006-cıil 22 dekabr tarixli qərarı ərizəçinin əleyhinə N.V və H.M.-nin ifadələri kimi digər sübutların istifadə edilməsini istisna etmiş, lakin 2005-ci il 17 mart tarixində həyata keçirilmiş axtarış zamanı əldə edilmiş sübutlardan istifadə məsələsinə toxunmamışdır. Ali Məhkəmənin ərizəçinin üzərində və avtomobilində axtarışın hansı səbəbdən həbs yerində dərhal həyata keçirilmədiyini araşdırmağa apelyasiya məhkəmələrindən xahiş etməsinə baxmayaraq, Apellyasiya Məhkəməsi 2006cı il 22 dekabr tarixli qərarında bu məsələyə toxunmamışdır. Bu işlə bağlı Avropa Məhkəməsi daha sonra bildirmişdir: «Hər bir halda ərizəçinin sübutun mötəbərliyi və ondan ölkə məhkəmələri tərəfindən istifadə edilməsi ilə bağlı şikayətlərinə ölkə məhkəmələri tərəfindən onun barəsində sözügedən bu sübut əsasında ittiham hökmü çıxarılan zaman baxılmamasının səbəblərinə ölkə məhkəmələri və ya Hökumət tərəfindən hər hansı izah verilməmişdir. Buna görə də Məhkəmə ərizəçiyə sübutun mötəbərliyini təkzib etməsivə ondan ölkə məhkəmələrində istifadəyə etiraz etməsi üçün imkan yaradılmadığı nəticəsinə gəlməyə bilməz. Beləki, onun bununla bağlı şikayətlərini ölkə məhkəmələri heç bir səbəb göstərmədən araşdırmamışlar. Məhkəmə ərizəçinin üzərində və onun avtomobilində tapılmış maddi sübutun onun barəsində yekun ittiham hökmünün çıxarılması üçünyeganə sübut kimi çıxış etdiyini nəzərə alaraq, hesabedir, yuxarıdakı mülahizələr Məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlüklə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Beləliklə, bu işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilmişdir». B) Sakit Zayidov Azərbaycana qarşı iş.
1. İşin qısa məzmunu-faktlar Həmin iş üzrə müəyyyən olunmuş hallarından görünür ki, S.Zayidov xx xxxx 2006-cı il tarixdə, saat 19-da polis əməkdaşları tərəfindən tutulmuş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 gətirilmişdir. Onun üzərində axtarış xx xxxx 2006-cıiltarixdə, saat 19.20-də aparılmışdır. Ərizəçi üstündə tapılan narkotik vasitənin polis əməkdaşları tərəfindən cibinə qoylmasını, bu sübutun məhkum edilməsi üçün yeganə sübut olmasını və onun qanunsuz yolla əldə edilməsini, lakin ölkə məhkəmələri tərəfindən buna qiymət verilməməsini və bununladaonun Avropa Konvensiyasında nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasını bildirmişdir.
2. Avropa Məhkəməsinin qiymətləndirməsi və gəldiyi nəticə Hazırki işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçi nəticədə Cinayət Məcəllənin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsilə məhkum olunmuşdur. Ərizəçinin ittiham olunduğu əməldə təqsirli olması yalnız xx xxxx 2006-cı ildə keçirilən şəxsi axtarış zamanı onun üstündə tapılmış maddi sübuta (narkotik vasitə) əsasən müəyyən olunmuşdur. Hansı ki, həmin maddi sübut olmadığı halda, belə nəticəyə gəlmək qeyri-mümkün idi. Belə olan halda, Məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onunmötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmışdır. Araşdırılan birinci məsələ ilə bağlı Məhkəmə vurğulamışdır ki, tərəflər arasında mübahisə doğurmur ki, ərizəçinin şəxsi axtarışı onun xx xxxx 2006-cı il tarixdə, saat 19-da tutulmasından dərhal sonra keçirilməmişdir. Həmin axtarış xx xxxx 2006-cı il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində xx xxxx 2006-cı il tarixdə, saat 19.20-də keçirilmişdir. Həbslə axtarış arasında təxminən 20 dəqiqəlik vaxt boşluğu sübutun «qoyulması» ilə bağlı əsaslı narahatlıq yaradır. Belə ki, bu müddət ərzində ərizəçi tamamilə polis əməkdaşlarının tam nəzarətindəidi. Hər bir halda, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmasını güman etməyə heç bir əsas yoxdur. Daha sonra məhkəmə qeyd etmişdir ki, ərizəçi tərəfindən birbaşa vəsatət verilməsinə baxmayaraq, milli məhkəmələr axtarışın video çəkilişini tədqiq etməkdən imtina etmişlər. Bundan əlavə, Hökümət Məhkəmənin soruğusuna baxmayaraq, bu video çəkilişin surətini təqdim etməmişdir. Məhkəmə o halı da nəzərdən qaçıra bilməz ki, polis əməkdaşları ərizəçinin tutulmasını dərhal sənədləşdirməmişlər. O cümlədən tərəflər ərizəçinin polis əməkdaşları tərəfindən xx xxxx 2006-cı il tarixdə, saat 19-da tutulması faktını mübahisələndirməsələrdə, tutulma protokolu xx xxxx 2006-cı il tarixə, saat 22.50-ə qədər tərtib olunmamışdı. Bundan əlavə, deyəsən, tutulma və DİN BNMİ-də axtarış zamanı ərizəçi müdafiəçi ilə təmin olunmamışdır. Qeyd edilənlərə əsasən Avropa Məhkəməsi belə hesab etmişdir ki, ərizəçinin təqsirli bilinməsi üçün milli məhkəmələrin gəldiyi nəticənin əsasında duran maddi sübutun keyfiyyəti şübhəlidir. Belə ki, onun əldə edilməsi üsulu onun mötəbərliliyini şübhə altında qoyur. İkinci məsələ ilə bağlı Məhkəmə qeyd etmişdir ki, ərizəçi maddi sübutun mötəbərliyini və onun istifadə edilməsini bütün milli məhkəmələrdə qaldırmışdır. Bununla bağlı Məhkəmə nəzərə çatdırmışdır ki, ərizəçinin konkret şikayətinin olmasına baxmayaraq, xx xxxx 2006-cı il tarixdə keçirilən axtarış zamanı əldə edilmiş sübutun istifadəsi məsələsi qulaqardına vurulmuşdur. Xüsusilə onlar, nəyə görə ərizəçinin axtarışının dərhal onun tutulduğu yerdə həyata keçirilməməsi və ümumiyyətlə axtarışın prosessual normalara uyğun keçirilib-keçirilməməsi məsələsini araşdırmamışlar. Milli məhkəmələr heç ərizəçinin yuxarıda göstərilən şikayətinə baxmamaqla, o qərara gəlməklə kifayətlənmişlər ki, onun cibinə narkotik vasitənin qoyulması barədə ərizəçinin bildirdikləri özünü müdafiə xarakteri daşıyır və məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır. Ona görə də məhkəmə belə nəticəyə gəlməyə bilməz ki, ərizəçiyə bu məsələnin qaldırılması üçün imkan yaradılmamışdır. Beləki, onun bununla bağlı şikayətlərini ölkə məhkəmələri heç bir səbəb göstərmədən araşdırmamışlar. Məhkəmə daha sonra qeyd etmişdir: «Məhkəmə ərizəçinin üzərində tapılmış maddi sübutun onun barəsində ittiham hökmünün çıxarılması üçün yeganə sübut kimi çıxış etdiyini nəzərə alaraq, belə nəticəyə gəlir ki, yuxarıdakı mülahizlər Məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilməsi üsulu və bu sübutun mötəbərliliyi ilə bağlı onun etirazlar və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Beləliklə, bu işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilmişdir. C) Kobiaşvili Gürcüstana qarşı iş üzrə qərardada Tacir Layıcov Azərbaycana qarşı işvə Sakit Zayidov Azərbaycana qarşı iş üzrə qərarlarda müəyyən olunmuş əsas və şərtlər qeyd edilməklə, bu əsasların və şərtlərin pozulması Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin pozuntusu kimi qiymətləndirilmişdir. Vİ. Avropa Məhkəməsinin Tacir Layıcov Azərbaycana qarşı, Sakit Zayidov Azərbaycana qarşı və Kobiaşvili Gürcüstana qarşı işlər üzrə presedentlərinin hazırki işə tətbiqi. Məhkəmə tərəfindən işin hallarının milli və beynəlxalq qanunvericiliyin və həmin presedentlərin tələbinə əsasən qiymətləndirilməsi İlk əvvəl məhkəmə onu qeyd edir ki, Avropa Məhkəməsinin bəzi presedentlərinə görə Avropa Konvensiyasının 6-cı maddəsi təkcə işin məhkəmə mərhələsinə deyil, məhkəməyə qədərki mərhələyə də (hazır ki işdə ibtidai araşdırma mərhələsinə) tətbiq oluna bilər. Beləki, Salduz Türkiyəyə qarşı işdə (xx xxxxxx 2008-ci il tarixli qərar) Avropa Məhkəməsi belə bir hüquq mövqe formalaşdırmışdır ki, cinayət işləri ilə bağlı 6-cı maddənin ilkin məqsədi «cinayət məsuliyyəti» ni müəyyən etmək üçün səlahiyyəti olan «məhkəmə» tərəfindən ədalətli araşdırmanın aparılmasının təmin edilməsi olsa da, bu, həmin maddənin məhkəməyə qədərki proseslərə tətbiq edilmədiyi anlamına gəlmir. Beləki, 6-cı maddənin müddəalarına ilkin olaraq əməl olunmaması məhkəmə baxışının ədalətliliyinə ciddi xələl gətirdikdə, həmin maddə işin məhkəməyə göndərilməsinə qədər olan mərhələyə də tətbiq oluna bilər. Məhz bu nöqteyi-nəzərdən çıxış edən Avropa Məhkəməsi Tacir Layıcov və Sakit Zayidovun işləri üzrə qərarlarında Avropa Konvensiyasının 6-cı maddəsində göstərilən təminatları işin məhkəməyə qədərki mərhələsinə aid etmiş və bunun əsası kimi Salduz Türkiyəyə qarşı işə istinad etmişdir. Layıcov Azərbaycana qarşı, Sakit Zayidov Azərbaycana qarşı və Kobiaşvili Gürcüstana qarşı işlər üzrə Avropa Məhkəməsinin qərarlarında müəyyən olunan standartları hazırki işə tətbiq edən məhkəmə hesab edir ki, bu işdə dörd məsələ: birincisi, sübutun, yəni xx xxxxxx 2020-ci il tarixdə keçirilməsi göstərilən yoxlama vəgötürmə (faktiki axtarış və götürmə) zamanı Təqsirləndirilən şəxs cibindən çıxan portmanedə «tapılan» narkotik vasitə olan qurudulmuş marixuanadan ibarət maddi sübutun keyfiyyəti, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığı, ikincisi, sübutun mötəbərliyini təkzib etmək və ölkədaxili proseslərdə ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyi, üçüncüsü, ibtidai istintaq zamanı verilən ifadələrlə məhkəmə istintaqı zamanı verilən ifadələr arasındakı fərqlər, ziddiyyətli hallar və bu xüsusda onların hüquqi qiymətləndirilməsi və dördüncü, təqsirləndirilən şəxsin ittiham olunduğu qanun normasının hüquqi müəyyənlik prinsipinə və bu baxımdan «keyfiyyətli qanun» standartına cavab verib-vermədiyi məsələsi araşdırılacaqdır. İşin hallarına Avropa Konvensiyasının 5 və 6-cı maddələrinin, Avropa Məhkəməsinin həmin maddələrin tətbiqi üzrə presedentlərində formalaşdırdığı hüquqi mövqenin və Azərbaycan Respublikasının yuxarıda istinad olunan qanunvericilik aktlarının işığında hüquqi qiymət verən məhkəmə birinci məsələ ilə bağlı qeyd edir ki, bu işdə bir sıra çatışmazlıqlar və qanun pozuntuları olmuş və bunlar maddi sübutun və onun əsasında dayanan digər sübutların mötəbərliyinə əsaslı kölgə salmışdır. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 11.23-də gömrük yoxlamasına daxil olması, bəzi sənədlərə görə (xx.xx.2020-ci il tarixli raport) onun avtomaşınında yoxlamanın saat 11.23-də, protokola görə isə saat 11.50-dən saat 12.20dək aparılması, üstündə yoxlama və götürmənin (əslində faktiki axtarış və götürmənin) isə protokola görə saat 12.40-dan saat 13.00-dək aparılması, şübhəli şəxs qismində tutulmanın isə xx xxxxxx 2020-ci il tarixdə, saat 15:00-da protokollaşdırmaqla rəsmiləşdirilməsinin həyata keçirilməsi, Azərbaycan Respublikası Gömrük Məcəlləsində yoxlama kimi nəzərdə tutulmasına baxmayaraq, faktiki olaraq Cinayət-Prosessual Məcəlləsinin müəyyən etdiyi şərtlərə görə xx xxxxxx 2020-ci il tarixdə, saat 12:40-dən 13:00-dək Təqsirləndirilən şəxs üstündə qanunun tələblərinə zidd olaraq şəxsi axtarış və götürmənin aparılması, bu zaman təqsirləndirilən şəxsin əcnəbi vətəndaş və başqa millətdən (gürcü) olmasına, Azərbaycan dilini, rus dilini və ingilis dilini ümumiyyətlə bilməməsinə baxmayaraq, ona tərcüməçinin və müdafiəçinin verilməməsi, həmin şəxsi yoxlama və götürmənin (faktiki şəxsi axtarış və götürmənin) tərcüməçinin və müdafiəçinin iştirakı olmadan, həmçinin faktiki olaraq hal şahidlərinin formal iştirakı ilə və ya videoçəkiliş aparılmadan həyata keçirilməsi, kobud qanun pozuntuları əsasında gizli olaraq keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs cibindən çıxarılan portmanenin içərəsində narkotik vasitənin «tapılması», həmçinin maddi sübut-qurudulmuş marixuananın miqdarının müxtəlif rəqəmlərlə (xx xxxxxx 2020-ci il tarixli yoxlama və götürmə protokolunda 2,0 qram, məhkəmə bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 134 nömrəli rəyində isə 0,72 qram) göstərilməsi (şübhəli şəkildə çəkisinin 2 dəfədən də çox azalması) ilə bağlı işdə olan və ittiham tərəfindən heç bir mötəbər sübutlarla aradan qaldırıla bilməyən ziddiyətli məqamlar, ibtidai araşdırma zaman həmin prosessual hərəkətlərdə Təqsirləndirilən şəxs bütün prosessual hüquqlarının təmin olunmaması Təqsirləndirilən şəxs portmanesində «tapılan» maddi sübütün-qurudulmuş marixuananın əldə ediliməsinin mötəbərliyinə, həmçinin həmin maddi sübut əsasında əldə edilmiş digər sübutların əldə edilməsi mötəbərliyinə əsaslı şübhələr yaratmış və bu hallar həmin sübutların mötəbərliliyini heçə endirmişdir. Belə ki, məhkəmə istintaqında tədqiq olunmuş sübutlardan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə keçirilən şəxsi yoxlama və götürmədə (faktiki şəxsi axtarış və götürmədə) tərcüməçi və müdafiəçi iştirak etməmiş, videoçəkişi aparılmamış və Təqsirləndirilən şəxs tam şəkildə gömrük orqanı əməkdaşlarının nəzarətində olmuşdur. Bu da onun portmanesində «tapılan» narkotik vasitənin ona məxsus olmaması və kimsə tərəfindən ora qoyula bilməsi və onun adına sənədləşdirilə bilməsi barədə əsaslı narahatlıqlar ortaya qoyur. xx xxxxxx 2020-ci il tarixdə keçirilən şəxsi yoxlamada (faktiki şəxsi axtarış və götürmədə) tərcüməçinin və müdafiəçinin iştirak etməməsi xx xxxxxx 2020-ci il tarixli şəxsi yoxlama aparılması haqqında protokolda, Təqsirləndirilən şəxs və həmin yoxlama və götürməni aparan şahid qismində dindirilmiş gömrük əməkdaşı Şahid1, digər gömrük əməkdaşı Şahid2 və hal şahidləri X27 və Şahid4 məhkəmədə verdiyi ifadələrindən aydın görünür. Belə ki, həmin şəxslər məhkəmədə verdiyi ifadələrində xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üstündə şəxsi yoxlama (faktiki şəxsi axtarış və götürmə) aparılarkən tərcüməçinin bu prosesə cəlb olunmadığını, tərcüməçinin iştirak etmədiyini, hal şahidi Şahid3 gürcü dilini bildiyi üçün həm də tərcüməçi rolunda çıxış etdiyini, lakin Şahid3 tərcüməçi kimi işə cəlb olunmadığını və bilə-bilə yanlış tərcümə etməyə görə məsuliyyət daşıması barədə xəbərdar olunmadığını bildirmiş, həmçinin gömrük əməkdaşları Şahid1 və Şahid2 gürcü dilini bilmədikləri üçün Şahid3 Azərbaycan dilindən gürcü dilinə və ya gürcü dilindən Azərbaycan dilinə tərcüməni düzgün edib-etmədiyini bilmədiklərini göstərmişlər. Bundan başqa həmin şəxsi yoxlama prosesi barədə videoçəkiliş də aparılmamışdır ki, həmin videoçəkiliş əsasında bu prosesin qanuna uyğun şəkildə aparılıb-aparılmaması, həmçinin tərcümənin düzgün edilib-edilməməsi barədə məsələyə aydınlıq gətirilsin. İş materiallarından, o cümlədən Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsindən birmənalı şəkildə görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan dilini, həmçinin rus və ingilis dillərini bilmir və onun bildiyi və sərbəst surətdə iradə ifadəsini əks etdirdiyi dil gürcü dilidir. Belə olan halda onun avtomaşını yoxlanılarkən gömrük əməkdaşları onunla rus dilində sorğu-sual edə və rus dilində ondan cavab ala bilməzdilər. Şahid2 məhkəmə bildirdiyi kimi, avtomaşında yoxlama aparılarkən əl işarələri ilə təqsirləndirilən şəxs üstündə və ya avtomaşınında hər hansı qanunsuz predmetin olubolmadığı barədə verilən suala düzgün və əhatəli cavab verə və ya digər məsələlər, o cuümlədən ayda üç dəfə Gürcüstandan Azərbaycana yanacaq üçün keçməsi barədə halı rus dilində bildirə bilməzdi. Bu xüsusda Azərbaycan dilini və gömrük əməkdaşlarının bildiyi başqa dili bilmədiyi şəraitdə Təqsirləndirilən şəxs üstündə axtarış və götürmə aparılarkən qanunun tələbinə görə mütləq qaydada tərcüməçi və həmçinin müdafiəçi ilə təmin edilməli idi. Və yaxud bu axtarış və götürmənin videoçəkilişi həyata keçirildiyi təqdirdə bu xüsusda meydana çıxan hər hansı şübhələrin əsaslı olub-olmamasına hüquqi qiymət verilməsi asan olardı. İş materiallarından görünür ki, xx xxxxxx 2020-ci il tarixli şəxsi yoxlama (faktiki şəxsi axtarış və götürmə) protokolu tərcüməçinin iştirakı odlmadan Azərbaycan dilində kompüterdə tərtib olunmuşdur. Ona görə də həmin vaxt Azərbaycan dilini bilməyən Təqsirləndirilən şəxs həmin protokolla tanış ola və ona öz etirazını və qeydlərini verə bilməzdi. Bunun təsdiqi olaraq məhkəmə qeyd edir ki, iş materiallarında həmin xx xxxxxx 2020-ci il tarixli şəxsi yoxlama protokolunun (faktiki şəxsi axtarış protokolunun) gürcü dilinə tərcümə edilməsi və gürcü dilindəki variantda Təqsirləndirilən şəxs təqdim edilməsi barədə heç bir sübut (gürcü dilinə tərcümə) yoxdur. Ona görə də Təqsirləndirilən şəxs həmin protokolla gürcü dilində tanış olmaq, ona öz etirazlarını bildirmək, qeydlərini yazmaq, bu protokoldakı hallarla bağlı öz müdafiəsini hazırlamaq və sair hüquqlarının kobud şəkildə pozulması göz önündədir. Belə olan halda məhkəmə üçün şübhə yeri qalmır ki, xx xxxxxx 2020-ci il tarixli şəxsi yoxlama protokolunda (şəxsi axtarış və götürmə protokolunda) İbrahimov L.M adlı şəxsin protokolu tərcümə etməsi barədə əlyazması reallığı əks etdirməyən bir fiksiyadır və həqiqət deyildir. Belə ki, şəxsi yoxlamada (faktiki axtarış və götürmədə) İbrahimov L.M adlı şəxs tərcüməçi kimi iştirak etməmiş və onun adı xx xxxxxx 2020-ci il tarixli həmin protokola daxil edilməmişdir. Digər tərəfdən həmin X28, xx xxxxxx 2020-ci il tarixli şəxsi yoxlama (əslində şəxsi axtarış və götürmə) keçirildikdən sonra işin təhqiqatı mərhələsində Əməliyyat və X17 Şöbəsinin böyük təhqiqatçısı Natiq Əmirov tərəfindən xx xxxxxx 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs işi üzrə tərcüməçi təyin edilmişdir. Lakin iş materiallarında xx xxxxxx 2020-ci il tarixli avtomaşında yoxlama və həmin tarixli şəxsi yoxlamada (faktiki şəxsi axtarış və götürmədə) Təqsirləndirilən şəxs tərcüməçi təyin olunması, həmçin tərcüməçinin Azərbaycan və gürcü dillərini sərbəst bilməsi barədə heç bir qərar yoxdur. Həmçinin xx xxxxxx 2020-ci il tarixli avtomaşında baxış və şəxsi yoxlamanın (faktiki şəxsi axtarış və götürmə) aparılmasında Təqsirləndirilən şəxs tərcüməçiyə bilə-bilə yanlış tərcümə etməsinə görə cinayət məsuliyyəti daşıması barədə xəbərdarlıq edilməsi haqqında işdə heç bir sənəd yoxdur. Bundan başqa iş materiallarında Təqsirləndirilən şəxs Azərbaycan dilində tərcüməçi və dövlət hesabına müdafiəçi ilə təmin olunması xahişi haqqında ərizəsi vardır. Azərbaycan dilində yazıb oxuya bilmədiyi və tərcüməçi olmadığı halda təqsirləndirilən şəxsin belə bir ərizə yazması və ya orada kompüterdə yazılan bu ərizənin mahiyyətindən xəbərdlar olması qeyri-mümkündür. Təqsirləndirilən şəxs avtomaşında baxış və üstündə şəxsi yoxlama aparılarkən belə bir ərizənin yazılmaması və həmin yoxlamalarda tərcüməçinin və müdafiəçinin təmin edilməməsi və belə kobud qanun pozuntularına yol verilməsi məhkəmə üçün başa düşülən deyildir. Məhz xx xxxxxx 2020-ci il tarixli şəxsi yoxlama (şəxsi axtarış və götürmə) zamanı Təqsirləndirilən şəxs 206.2-ci maddəsilə verilən ittihamın əsasında duran maddi sübut-narkotik vasitə olan qudlurulmuş marixuana «tapılmış» və bu ittihamla bağlı bütün sübutlar həmin maddi sübuta söykənmişlər. Həmin maddi sübutun əldə edilməsinin qanuniliyinə böyük şübhələr olduğu və həmin maddi sübutun qanunsuz yolla əldə edildiyi halında bu maddi sübuta əsaslanmış digər sübutlar da mötəbərliyini itirir. Həmin maddi sübutun əldə edilməsi prosesi-keçirilən şəxsi yoxlama (faktiki şəxsi axtarış və götürmə) tərcüməçinin və müdafiəçinin iştirakı olmadan kobud qanun pozuntuları ilə keçirildiyi üçün bu maddi sübutun qanunsuz yolla əldə edilməsinə dair şübhələr özünü doğruldur. Bu qənaət o faktoloji və hüquqi əsaslarla da güclənir ki, qanunda (CPM-nin 146-cı maddəsi) göstərilir ki, yalnız şübhəli şəxsin üstündə şəxsi axtarış və götürmə həyata keçirilə bilər. Yalnız şəxsin prosessual statusu müəyyən olunduqdan sonra onun üstündə şəxsi axtarış və götürülmə aparılması qanununvericiliyin tələbləri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun«Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 2011-ci il 4 mart tarixli, 2 №-li qərarının 28-ci bəndində də qeyd olunmuşdur. Lakin xx xxxxxx 2020-ci il 2020-ci il tarixdə şəxsi yoxlama (faktiki şəxsi axtarış və götürmə) keçirilən zaman Təqsirləndirilən şəxs hələ prosessual statusu müəyyən olunmamış, o, şübhəli şəxs statusunda olmamışdır. Belə olan halda onun üstündə həyata keçirilən şəxsi yoxlama (faktiki şəxsi axtarış və götürmə) qanunun tələblərinə uyğun həyata keçirilməmiş və qanunsuz olmuşdur. Bununla bağlı məhkəmə onu da nəzərə çatdırır ki, Gömrük Məcəlləsində bu prosessual hərəkətin adı və proseduru başqa cür müəyyən olunsa da, xx xxxxxx 2020-ci il tarixli şəxsi yoxlama Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun hüquqi nəticələrinə görə şəxsi axtarış və götürmədir və bu prosessual hərəkət kimi də ona hüquqi qiymət verilməlidir. Belə ki, məhz bu prosessual hərəkətin hüquqi nəticələrinə görə CPM-nin tələbləri və şərtləri qaydasında sübutlar əldə edilmiş və həmin sübutlar əsasında təqsirləndirilən şəxsə cinayət ittihamı irəli sürülmüşdür. Bununla da məhkəmə yekun olaraq bu nəticəyə gəlir ki, xx xxxxxx 2020-ci il tarixli Təqsirləndirilən şəxs üstündə şəxsi yoxlama (faktiki olaraq şəxsi axtarış və götürmə)aparılması zamanı barəsində müvafiq hərəkət aparılan şəxsin-Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının dövlət dilində danışa bilibbilməməsi aydınlaşdırılmamış, ona tərcüməçi verilməmişdir. Bu halda sözügedən protokolda qeyd edilən «…şəxsi yoxlamada iştirak edən digər şəxslərə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99.2.6-cı maddəsinə əsasən hüquq və vəzifələri izah edilməklə yanaşı, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 97.4-cü maddəsi ilə nəzərdə tutulan məsuliyyət barədə xəbərdarlıq edildi. Şəxsi yoxlama başlanmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində yoxlama aparılacağı barədə məlumat verilməklə hüquq və vəzifələri və məsuliyyəti izah edildi, eyni zamanda yoxlama başlanmazdan öncə Təqsirləndirilən şəxs üzərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmalı predmetin, o cümlədən narkotik vasitələrin olub-olmadığı barədə sorğusual aparılaraq üzərində gömrük nəzarətinə təqdim edilməyən malların könüllü olaraq təqdim edilməsi izah edildi, üzərində yoxlama aparılan Gürcüstan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxsüzərində gizlədilmiş və ya gömrük orqanına bəyan olunmalı predmetin olmadığını bildirmişdir» sözləri həqiqəti əks etdirməməklə bərabər, bu istintaq hərəkətinin tərcüməçi tərəfindən tərcümə edilənədək ünsiyyətin hansı dildə aparılması barədə suallar yaratmaqla şübhə altına alır. Həmin yoxlama (faktiki şəxsi axtarış və götürmə) aparılan zaman rəsmi olaraq Azərbaycan və gürcü dillərini sərbəst bilməsi müvafiq sənədlərlə təsdiq olunan və bilə-bilə yanlış tərcüməyə görə cinayət məsuliyyəti barədə xəbərdarlıq olunmuş tərcüməçi cəlb olunmadığı halda, işdə hal şahidi olan və rəsmi olaraq tərcüməçi kimi cəlb olunmayan, Azərbaycan və gürcü dillərini sərbəst bilməsi müvafiq sənədlərlə təsdiq olunmayan və bilə-bilə yanlış tərcüməyə görə cinayət məsuliyyəti barədə xəbərdarlıq olunmayan Şahid3 müvafiq səlahiyyətləri olmadığı halda həmin prosessual hərəkətdə Azərbaycan dilindən gürcü dilinə və gürcü dilindən Azərbaycan dilinə tərcüməni düzgün həyata keçirib-keçirmədiyi bilinmədən (yoxlamada iştirak edilməsi göstərilən digər şəxslər gürcü dilini və Təqsirləndirilən şəxs Azərbaycan dilini bilmir və müvafiq olaraq Şahid3 bu tərcüməni düzgün və hansı keyfiyyətdə həyata keçirib-keçirməməsini bilə bilməzdilər) xx xxxxxx 2020-ci il tarixli şəxsi yoxlama protokolunda (faktiki şəxsi axtarış və götürmə protokolunda) “aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq edilməsi üçün cəlb edilmiş Yusif Ərəblinakinin, Şahid2, həmçinin digər hal şahidi Şahid4 bilmədikləri gürcü dilində və Təqsirləndirilən şəxs bilmədiyi Azərbaycan dilində baş verənləri nə dərəcədə tam və düzgün dərk etmələri sual yaradır. Digər tərəfdən təqsirləndirilən şəxsin məhkəmədə bildirdiynə görə onun ana dili və başa düşdüyü dil gürcü dilidir. Belə olan halda onun portmanesində narkotik vasitənin «tapılması» ilə müşayiət olunan və sonradan bütün sübutların bu maddi sübutun əsasında əldə edilməsi fakt olan hazırki işdə yoxlama və götürmədə (faktiki axtarış və götürmədə) təqsirləndirilən şəxsə tərcüməçinin və müdafiəçinin verilməməsi, orada videoçəkilişin aparılmaması şübhəsiz birmənalı nəticəyə gəlməyə əsas verir ki, həmin vaxt istər maddi sübut, istərsə də digər sübutlar qanunsuz yolla əldə edilmişdir və mötəbər deyildir. Bundan başqa, iş matertiallarından, həmçinin gömrük əməkdaşları Şahid1 və Şahid2 ibtidai istintaqda və məhkəmə iclasında verdiyi ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs üzərində prosessual hərəkətlər-onun avtomaşınında baxış və üstündə şəxsi yoxlama (faktiki şəxsi axtarış və götürmə) Baş İstintaq-Əməliyyat İdarəsindən daxil olmuş əməliyyati məlumatı əsasında aparılmışdır. Qanunun tələbinə görə də (X2 Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi) həmin əməliyyat məlumatı əsasında əməliyyat-qeydiyyat işi açılmalı və bütün əməliyyat-axtarış tədbirləri həmin əməliyyat-qeydiyyat işində öz əksini tapmalı idi. Lakin iş materiallarında Təqsirləndirilən şəxs barəsində kimdən və hansı məzmunda əməliyyat məlumatının daxil olması və göstərilən idarədə əməliyyat-qeydiyyat işinin asçılması haqqında heç bir sübut yoxdur. Gömrük əməkdaşları Şahid1 və Şahid2 məhkəmədə verdiyi ifadələrində Təqsirləndirilən şəxs barədə daxil olmuş əməliyyat məlumatı ilə bağlı əməliyyat-qeydiyyat işinin olmadığını və həmin məlumatın kimdən daxil olmasını bilmədiklərini bildirmişlər. Bu hal da şəxsi yoxlamanın (şəxsi axtarış və götürmənin) qanunun tələblərinə uüyğun aparılmamasını göstərir. Avropa Məhkəməsi Dialli İsveçə qarşı iş üzrə qərardadında qeyd etmişdir ki, istintaq mərhələsi cinayət işinin hazırlanması üçün mühüm əhəmiyyətə malikdir, çünki bu mərhələdə əldə edilmiş sübutlar ittiham olunan cinayətin baxılacağı çərçivəni müəyyənləşdirir. Konvensiyanın 6-cı maddəsinin 3 (e) bəndində deyilir ki, cinayət törətməkdə ittiham olunan hər kəsin tərcüməçinin pulsuz yardımından istifadə hüququ vardır. Bu hüquq yalnız məhkəmə iclasında verilən şifahi ifadələrə deyil, sənədli materiallara və məhkəməyə qədərki icraata da şamil olunur. Bu o deməkdir ki, məhkəmədə istifadə olunan dili başa düşməyən və ya danışa bilməyən təqsirləndirilən şəxsin anlamaq üçün ona lazım olan bütün sənədləri və ya ifadələri tərcümə etmək və ya şərh etmək üçün tərcüməçinin pulsuz yardımından istifadə etmək hüququ vardır. Bundan əlavə, pis rəftardan qorunmaq və məhkum üçün istifadə olunan bir vəkilin iştirakı olmadan polis dindirilməsində səsləndirilən ifadələrin qarşısını almaq üçün, bir qayda olaraq, şübhəli şəxsin ilk dindirilməsindən etibarən vəkilə giriş təmin edilməlidir. 6-cı maddənin 3cü bəndinin (e) yarımbəndi yalnız məhkəmə iclası zamanı verilmiş şifahi ifadələrə deyil, həmçinin sənəd formasındakı materiallara və məhkəməyədək ilkin prosedurlara tətbiq edilir (Kamasinski Avstriyaya qarşı iş üzrə qərar, § 74; Ermi İtaliyaya qarşı iş üzrə qərar). Təqsirləndirilən şəxsin məlumatın verildiyi dili yaxşı bilmədiyi müəyyən edilibsə və ya bunun güman edilməsi üçün əsas varsa, hakimiyyət orqanları onu tərcümə ilə təmin etməlidirlər (Brozisek İtaliyaya qarşı, § 41; Tabai Fransaya qarşı). Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü bəndinin (e) yarımbəndinin təmin etdiyi hüququn səmərəli və praktiki şəkildə həyata keçirilməsi üçün səlahiyyətli orqanlar təkcə tərcüməçinin təyin edilməsi ilə kifayətlənməməli, həmçinin müvafiq xəbərdarlıq halında tərcümənin keyfiyyətini yoxlamalıdırlar (Kamasinski Avstriyaya qarşı, § 74; Ermi İtaliyaya qarşı [BP] §70; Protopapa Türkiyəyə qarşı işlər). Nəticədə təqdim edilmiş tərcüməçi köməyi təqsirləndirilən şəxsin ona qarşı açılmış iş barədə məlumatlı olmasına və məhkəmədə hadisələri öz versiyası ilə təqdim etmək imkanı qazanmaqla özünü müdafiə etməsinə şərait yaratmalıdır (Kamasinski Avstriyaya qarşı iş). Tərcümə xidməti təmin edilmədikdə sübutetmə yükü birinci instansiya məhkəməsinin hakimin üzərinə düşür, yəni o, sübut etməlidir ki, işə tərcüməçinin iştirakı olmadan baxılmasının ərizəçinin onun üçün mühüm əhəmiyyət daşıyan məsələləri tam anlaya bilməsinə mane olmayacağını müəyyənləşdirmək üçün yetərincə səy göstərilib (Kuskaninin işi). Avropa Məhkəməsinin yuxarıda qeyd olunan qərarlarında müəyyən olunan standartları hazırki işə tətbiq edən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərində yoxlama və götürmə (faktiki şəxsi axtarış və götürmə) aparılarkən tərcüməçinin və müdafiəçinin iştirakının təmin edilməməsi onun edilən prosessual hərəkətin mənasını kifayət qədər anlamaq və buna qarşı müdafiə olunmaq imkanından məhrum etmişdir. Gürcüstan Respublikasının vətəndaşı olan Təqsirləndirilən şəxstərcüməçi və müdafiəçi olmadan axtarış və götürməyə məruz qalmaqla onun öz davranışının nəticələrini ağlabatan çərçivədə əvvəlcədən müəyyən edə biləcəyi dərəcədə dərk etməməsi və özünü keyfiyyətli müdafiə etməsi nöqteyi-nəzərindən prosessual hərəkətlərin mənasını başa düşməməsi və bu xüsusda səmərəli müdafiə vasitələrinə malik olmaması kimi qiymətləndirilməlidir. Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü yarımbəndində cinayət törətməkdə ittiham olunan hər kəsin şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsait kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiəçidən pulsuz istifadə etmək hüququ təsbit edilmişdir. Mayzit Rusiyaya qarşı işdə (xx xxxxxx 2005-ci il tarixli qərar) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 3 «c» yarımbəndində təsbit olunmuş hüququn məqsədi müdafiə tərəfini adekvat təqdim etməkdən ibarətdir. Bulut Avstriyaya qarşı (xx xxxxxx 1996-cı il tarixli iş üzrə qərar), həmçinin Popov Rusiyaya qarşı (xx xxxxxxxx 2006-cı il tarixli iş üzrə qərar) işlərdə Avropa Məhkəməsi qeyd etmişdir ki, çəkişmə prinsipi baxımından bu müddəanın məqsədi təqsirləndirilən şəxsə qarşı tərəflə müqayisədə onu əlverişsiz vəziyyətə qoymayan şərtlərlə öz müdafiəsini qura bilməsi üçün ağlabatan imkan verməkdir. Puatrimol Fransaya qarşı işdə (xx xxxxxx 1993-cü il tarixli qərar) Avropa Məhkəməsi öz hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir təqsirləndirilən şəxsin müdafiəçi ilə səmərəli müdafiə olunmaq hüququ ədalət mühakiməsinin əsas cəhətlərindən biridir. Təqsirləndirilən şəxsin müdafiəçisi həmçinin cinayət prosesinin qanuniliyinin təminatçısı kimi çıxış edir. Avropa Məhkəməsi Psalnikov Rusiyaya qarşı işdə (xx xxxxxxxx 2009-cu il tarixli qərar) nəzərə çatdırmışdır ki, tələb olunan hüquqdan imtina təkcə könüllü deyil, eyni zamanda bilikli və şüurlu olmalıdır. Ədalətli məhkəmə araşdırılmasının anlayışını təşkil edən fundamental hüquqlardan biri olaraq və Konvensiyanın 6-cı maddəsinin təminatlarının səmərəliliyini təmin edən müdafiəçiyə malik olmaq hüququ bilikli və şüurlu imtina standartlarının xüsusi mühafizəsini tələb edən hüquqların vacib nümunəsidir. «Dayanan» Türkiyəyə qarşı iş üzrə Avropa Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarında göstərilir ki, məhkəmənin qəbul etdiyi və özünün presedent hüququnun əsaslandığı hamılıqla qəbul olunmuş beynəlxalq hüquq normalarının vurğuladığı kimi, təqsirləndirilən şəxs məruz qaldığı dindirmələrdən asılı olmadan, tutulduğu andan vəkilin yardımından istifadə edə bilməlidir. Həqiqətən prosesin ədalətliliyi tələb edir ki, təqsirləndirilən şəxs məsləhətə xas olan bütün geniş imkanlardan istifadə edə bilsin. Bununla bağlı işin müzakirəsi, müdafiənin təşkili, təqsirləndirilən şəxsin xeyrinə olan sübutların toplanması, dindirmələrin hazırlanması, narahatlıq içində olan təqsirləndirilən şəxsə dəstək olması və həbsin şərtlərinə nəzarət olunması vəkilin sərbəst keçirməli olduğu müdafiənin fundamental elementlərini təşkil edir. İşin faktiki hallarına həmin məhkəmə presedentlərinin tələbləri işığında qiymət verən məhkəmə belə qənaətə gəlir ki, faktiki olaraq tutulduğu vaxt və şəxsi yoxlama və götürmə (faktiki şəxsi axtarış və götürmə) aparılan zaman Azərbaycan dilində yazıb-oxumağı bilmədiyi halda tərcüməçinin köməyindən istifadə etmək və müdafiə hüququ təmin edilməməklə, Təqsirləndirilən şəxsittiham tərəfinə münasibətdə işinin ədalətli, tam və obyektiv araşdırılması ilə bağlı olduqca əlverişsiz vəziyyətə salınmış, bu hal ona qarşı ittihamın əsasını təşkil edən maddi sübutun onun üstündə axtarış aparılan zaman portmanenin içərisində «tapılması» ilə bağlı əsaslı şübhələr və narahatlıqlar ortaya qoymuşdur. Bütün bu hallar onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs münasibətdə müdafiə hüquqları kobud şəkildə pozulmuş və nəticədə ona qarşı sübutlar qanunsuz yolla əldə edilmişdir. Cinayət işinin materiallarında olan xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokolda Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 15.00-da şübhəli şəxs qismində tutulması göstərilmişdir. İş materiallarına əsasən Təqsirləndirilən şəxs avtomaşınında yoxlamanın bəzi sənədlərə görə xx xxxxxx 2020-ci il tarixdə, saat 11.23-də, protokola görə həmin tarixdə saat 11.50-12.20-də, şəxsi yoxlama və götürmənin (faktiki şəxsi axtarış və götürmənin) xx xxxxxx 2020-ci il tarixdə saat 12.40-dan saat 13.00-dək keçirilməsi və onun cibindən çıxan portmanedəki kağız bükülüdə qurudulmuş marixuanaya oxşar bitki kütləsinin «aşkar edilməsi» müəyyən olunur. Buradan belə çıxır ki, onun üstündə aparılan şəxsi yoxlama (faktiki şəxsi axtarış və götürmə) xx xxxxxx 2020ci il tarixdə, saat 13.00-da yekunlaşmışdır. Bu hal sübut edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 13.00-dan xx xxxxxx 2020-ci il saat 15:00-dək prosessual statusu müəyyən olunmadan, tutulmanın əsasları, səbəbləri, vaxtı və yeri göstərilməklə sənədləşdirilmədən (qeyd edilmədən) tutulmuş, yəni faktiki olaraq həmin vaxt ərzində onun azadlığı əsassız məhdudlaşdırılmışdır. Bu da faktdır ki, onun tutulmasının səbəbləri, tutulma yeri və vaxtı göstərilməməklə faktiki tutulması müvafiq qaydada qeydə alınmamış,bu zaman onun başa düşdüyü dildə tutulmanın səbəblərini və əsaslarını bilmək, öz yaxınları ilə əlaqə saxlamaq, tərcümçəçiyə və müdafiəçiyə malik olmaq, özünə qarşı ifadə verməmək və sair qanunda göstərilən prosessual hüquqları izah edilməmiş və onların həyata keçirilməsinə şərait yaradılmamışdır. Bu xüsusda Təqsirləndirilən şəxsprosessual statusu müəyyən edilmədən xx xxxxxx 2020-ci il tarixdə 2 saat əsassız saxlanılmaqla, onun tutulmasını həyata keçirən orqana münasibətdə olduqca əlverişsiz vəziyyətə salınmışdır. Qeyd etmək lazımdır ki, tutulma ilə həbs edilmə eyni mahiyyət daşıyır və şəxsin azadlığının məhdudlaşdırılmasını özündə ehtiva edir.Tutulmanın vaxtı ilə bağlı daxili hüquqla Avropa Konvensiyasının 5-ci maddəsi arasında müyyən ziddiyyət olmuş, lakin Azərbaycan Respublikasının xx xxxxxx 2015-ci il tarixli qanunu ilə Azərbaycan Respublikası CPM-nə dəyişiklik edilməklə, bu hal müəyyən qədər aradan qalxmışdır. Belə ki, Avropa Məhkəməsinin Avropa Konvensiyasının 5-ci maddəsi ilə bağlı presedentləri tutulmanı, həbsə almanı o cümlədən şəxsin konkret olaraq polisin nəzarəti altına keçməsi, bu zaman onun hərəkət sərbəstliyinin məhdudlaşdırılması vaxtı ilə bağlayırsa, Azərbaycan Respublikası CPM-də əvvəl tutulmanın və həbsin vaxtı cinayət prosesini həyata keçirən orqanın-təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin onun barəsində müvafiq qanuni əsaslar olduqda tutulma və həbs barədə protokol tərtib edilməsi və ya prosessual qərarın çıxarılması ilə şərtləndirilirdi. Lakin xx xxxxxx 2015-ci il tarixli Qanunla CPM-də müvafiq dəyişiklik edilmiş, Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsində tutulma vaxtı barəsində tutulma tətbiq edilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesab edilmişdir. Lakin Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsində azadlığın faktiki məhdudladırılması anlayışının nəyi ehtiva etməsi aydın deyildir. Bu xüsusda məhkəmə qeyd edir ki, Avropa Konvensiyası tutulma, həbs və azadlıqdan məhrum etmə anlayışlarına eyni məna verirsə, milli qanunvericilikdə xarakteri və prosessual əsasları müxtəlif olmaqla, bu anlayışlar eyni məna daşımır. Bununla bağlı milli qanun normaları yuxarıda göstərilmişdir. Ancaq hər bir halda Avropa Konvensiyası Azərbaycan Respublikasının qoşulduğu dövlətlərarası müqavilə olduğundan, Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən o, Azərbaycan Respublikası CPM-dən daha üstün hüquqi qüvvəyə malikdir və onlar arasında ziddiyyət olduqda Avropa Konvensiyasının normaları tətbiq olunmalıdır. Avropa Məhkəməsi özünün presedentlərində bildirmişdir ki, istənilən azadlıqdan məhrum etmə daxili hüquqa, habelə Avropa Konvensiyasının normalarına tam uyğun olmaqla həyata keçirilməlidir. Başqa sözlə, Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, Avropa Konvensiyasının 5-ci maddəsinin konkret tələblərinə əməl edilməsini, hətta onlar daxili hüquqda nəzərdə tutulmasa belə, təmin etmək zəruridir. Azadlıqdan məhrum edilmə Avropa Konvensiyasının təmin etdiyi digər hüquq və azadlıqlara müdaxilə məqsədilə və ya əsassız olaraq tətbiq edilən qanun əsasında həyata keçirilibsə, yaxud bu tədbirin xarakterində qüsur varsa, o, etiraza səbəb olacaqdır. Kurt Türkiyəyə qarşı məhkəmə işində Avropa Məhkəməsi qərara aldı ki, hər bir azadlıqdan məhrum etmə təkcə milli hüququn əsas prosessual normalarına uyğun həyata keçirilməməli, həm də 5-ci maddənin məqsədinə, yəni fərdi hakimiyyət orqanlarının zorakılığından qorumaq məqsədinə cavab verməlidir. Avropa Məhkəməsinin mövqeyinə görə, hüquq-mühafizə orqanının əməkdaşı (faktiki gücün tətbiq edilib-edilməməsindən asılı olmayaraq) aydın şəkildə bildirsə ki, şəxs bu və ya digər yeri tərk edə bilməz, yaxud onun ardınca hər hansı başqa bir yerə getməlidir, bu artıq şəxsin tutulması, həbsə alınması deməkdir. Beləliklə, bu anlayış şəxsin küçədə saxlanılaraq, ondan polis məntəqəsinə getməyin tələb edildiyi hallara da şamil olunur. Burada məcburiyyət amilinin olması önəmlidir. De Vilde, Qoms və Versip Belçikaya qarşı məhkəmə işində Avropa Məhkəməsi bildirdi ki, şəxsin könüllü gəlməsi heç bir əhəmiyyət daşımır. Bundan başqa, azadlıqdan məhrum edilmiş şəxsin azadlıqdan məhrum edildiyindən xəbərsiz olması xüsusi əhəmiyyətə malik deyil; əgər şəxs konkert yeri sərbəst tərk edə bilmirsə, bu kifayətdir. Azadlıq ifrat dərəcədə məhdudlaşdırılırsa və bu tədbirə məruz qalan şəxs istər küçədə, istərsə də, hər hansı digər açıq məkanda müəyyən yeri tərk edə bilmirsə, yaxud hər hansı nəqliyyat vasitəsinin içərisində və ya binada (bunun kamera olması vacib deyil) qalmağa məcbur edilirsə, 5-ci maddənin müddəaları tətbiq edilməlidir. Bununla belə, şəxs müəyyən yerdə olarkən müəyyən dərəcədə azadlığa malikdirsə, bu mütləq o demək deyil ki, 5-ci maddə tətbiq edilə bilməz (məsələn X10rşı, Qutsardi İtaliyaya qarşı, Mantsoni İtaliyaya qarşı, Kipr Türkiyəyə qarşı işlər). Avropa Konvensiyası tutulan şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun təmin edilməsini tələb edir və əks halı Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin pozuntusu kimi qiymətləndirir. Lakin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 13.00-dan saat 15.00-a qədər faktiki saxlandığı, yəni tutulduğu zaman onun hansı vaxtda (hansı il, gün, saat və dəqiqədə) və yerdə, hansı əsasa görə və hansı məqsədlər üçün gömrük əməkdaşları tərəfindən tutulması sənədləşdirilməmişdir. Halbuki qanunun tələbinə görə tutulmanın dərhal sənədləşdirilməsi, onun vaxtının, yerinin, hansı məqsədlər üçün və hansı əsaslarla həyata keçirilməsinin qeyd edilməsi mütləq vacibdir. Bu, şəxsin onun tutulmasını aparan orqanın özbaşınalığından qorunma vasitəsi olmaqla, həm də tutulmuş şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun həyata keçirilməsi üçün bir başlanğıc məqamdır. Qeyd edildiyi kimi, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində şəxsin azadlıq və şəxsi toxunulmazlıq hüququna təminat verilməklə, a)-f) yarımbəndlərində hər kəsin qanunla müəyyən olunmuş hallarda və qaydada azadlıqdan məhrum edilməsi (tutulması və ya həbsə alınması) üçün nəzərdə tutulan halların tam siyahısı göstərilmişdir. Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin c) yarımbəndində şəxsin azadlıqdan məhrum edilməsi (o cümlədən həbs edilməsi) üçün hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud törətdikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin tutulması və ya həbsə alınması əsası qeyd edilmişdir. Avropa Konvensiyasının 2,3,4 və 5-ci bəndlərində isə tutulmuş şəxsin hüquqları göstərilir ki, həmin hüquqlara da tam təminat verilməklə, bu təminatın məhkəmə nəzarəti təsbit edilir. Mülki və X29 Beynəlxalq Paktın 9-cu maddəsində də birbaşa qeyd olunur ki, heç kim qanunsuz həbs edilə və ya həbsdə saxlanıla bilməz. Heç kim qanunla müəyyən edilən əsaslara və prosedurlara uyğun olmayan qaydada azadlıqdan məhrum edilə bilməz. Bu hallardan kənara çıxmalar təbii ki, Avropa Konvensiyasının 5-ci maddəsinin pozuntusunu təşkil edir. Anqelova Bolqarıstana qarşı işdə Avropa Məhkəməsi ərizəçinin oğlunun faktiki həbsi (onun əsasları, vaxtı və yeri göstərilməklə) sənədləşdirilmədiyi üçün, ona münasibətdə Avropa Konvesiyasının 5-ci maddəsinin 1-ci bəndinin pozuntusunu qeyd etmişdir. Eyni hal X3rşı və X4rşı işlər üzrə qərarlarda da qeyd edilmişldir. Hazırki işin hallarına Avropa Konvensiyasının 5-ci maddəsi və Avropa Məhkəməsinin Anqelova Bolqarıstana qarşı, X3rşı və X4rşı işlər üzrə göstərilən presedentlərin işığında qiymət verən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs faktiki tutulan zaman, yəni azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (həmin vaxt barədə yuxarıda göstərilmişdir) həbsi dərhal sənədləşdirilmədiyindən, müvafiq qaydada onun tutulmasının vaxtı, yeri, məqsədləri və əsasları qeyd edilmədiyindən, həmçinin o, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində qeyd olunan əsaslar olmadan xx xxxxxx 2020-ci il tarixdə, saat 13.00-dan xx xxxxxx 2020-ci il saat 15.00-dək saxlandığından ona münasibətdə Avropa Kovensiyasının 5-ci maddəsinin 1-ci bəndi pozulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının CPM-də və digər qanunvericilik aktlarında tutulmuş şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun təmin edilməsi xüsusi olaraq göstərilir. Bu xüsusda məhkəmə bildirir ki, şübhəsizdir ki, Təqsirləndirilən şəxs qeyd olunan vaxtda faktiki tutulması sənədləşdirilməməklə, həmin tutulmanın vaxtı, yeri, əsasları və hansı məqsəd daşıması qeyd edilməməklə, həmçinin Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində qeyd olunan əsaslar olmadan gömrük orqanında saxlandığından ona qarşı özbaşınalıq baş vermiş, tutulma anından onun qanunda nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə şərait yaradılmamış, bununla da onu tutan orqan qarşısında tam əlverişsiz vəziyyətə salınmaqla, Təqsirləndirilən şəxsözbaşınalıqdan müdafiə olunmamışdır. Belə ki, yuxarıda qeyd olunan vaxtda hansı statusda həbs olunması və nəyə görə həbsdə saxlanması aydın olmamış, həbs olunan şəxs kimi onun hüquqları, o cümlədən müdafiə hüququ təmin olunmamış, onun azadlıq və toxunulmazlıq hüququna qanunsuz və əsassız müdaxilə baş vermişdir. Bu da şəxsin azadlıq və toxunulmazlıq hüququna təminat verən Avropa Konvensiyasının 5-ci maddəsinin mənası və məqsədləri ilə bir araya sığmayan faktoloji haldır. Bu hal da Gürcüstan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxsmünasibətdə Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndinin pozuntusunun müəyyən edilməsinə tam əsas verir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsilə verilən ittihamla bağlı Məhkəmə Ekspertizası X30 bölməsinin xx xxxxxx 2020-ci il tarixli, 134 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyinə hüquqi qiymət verməyi zəruri hesab edir. Həmin ekspert rəyində tədqiqat obyeki olaraq “üzərində AR DGK Qərb Ərazi Baş Gömrük İdarəsi sözləri yazılmış 01 ədəd polietilen paketin içərisində aşkar edilmiş bir ədəd ağ rəngli salfet kağızı büküm”ü qeyd edilmişdir. Göründüyü kimi, tədqiqata təqdim edilmiş bitki kütləsinin üzərində həmin bitki kütləsinin “Təqsirləndirilən şəxs aşkar edilməsi” qeyd olunmamışdır. Bu hal tədqiqat obyektinin dəqiq və konkret göstərilmədiyini sübut etməklə təqdiq olunan kütlə ilə Təqsirləndirilən şəxs portmanesində «aşkar edilən» kütlə arasında mübahisə doğurmayan eyniləşdirmə müəyyən edilməsi baxımından əminliyə kölgə salır. Məhkəmə hesab edir ki, ittihamın əsasını təşkil edilən maddi sübutla bağlı hər hansı rəy alınarkən məlumatlar konkret və dəqiq yazılmalıdır. Maraqlıdır ki, hətta həmin ekspertiza rəyində ekspertizanın tədqiqatı predmetinin Təqsirləndirilən şəxs üstündən (portmanesindən) «tapılan» qurudulmuş marixuana olması belə qeyd edilməmişdir. Belə olan halda, ekspertizanın tədqiqat predmetinin həqiqətən Təqsirləndirilən şəxs portmanesindən «aşkar edilən» narkotik vasitə-qurudulmuş marixuana olub-olmaması əsaslı şübhələr yaradır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinə əsasən (yuxarıda həmin qanun normasına istinad edilmişdir) yoxlama zamanı videoçəkilişdən istifadə edilmədikdə azı 2 nəfər hal şahidinin iştirakı məcburidir. Qanunvericliyin sözügedən müddəasına istinadən məhkəmə bildirir ki, üstündə şəxsi yoxlama və götürmə (faktiki şəxsi axtarış və götürmə) aparılması zamanı faktik olaraq tərcüməçinin və müdafiəçinin iştirak etmədikləri və tərcüməçi olmadığı və hal şahidlərinin orada baş verən faktların mahiyyətini düzgün qavramasına əsaslı şübhə olduğu halında təqsirləndirilən şəxsin portmanesindən narkotik vasitənin «tapılması» və məhz həmin vasitənin ekspertizaya təqdim edilməklə, burada bu vasitə üzərində tədqiqatın aparılması və bu rəyin təqsirləndirilən şəxslə bağlı həqiqəti əks etdirməsi əsaslı şübhələr yaradır. Bundan başqa, xx xxxxxx 2020-ci il tarixdə şəxsi yoxlama və götürmə haqqında (faktiki şəxsi axtarış və götürmə) protokolda Təqsirləndirilən şəxs portmanesindən «götürülən» narkotik vasitənin-qurudulmuş marixuananın «Qosmetr BT 3000» markalı tərəzidə çəkilməklə çəkisinin təxminən 2,0 qram olduğunun müəyyən edildiyi halda, iş üzrə keçirilən məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 134 nömrəli rəyində isə tədqiqata AR DQK Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən təqdim olunmuş 01 ədəd polietilen paketdəki 01 ədəd ağ rəngli salfet kağızı bükümündə həmin maddənin təmiz çəkisinin 0,72 qram olması, bundan 0,02 qramının tədqiqata sərf olunması, qalıq kütlənin isə 0,70 qram olması qeyd edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs portmanesində «tapılması» göstərilən qurudulmuş marixuanının şəxsi yoxlama və götürmə zamanı (faktiki şəxsi axtarış və götürmə) tərəzidə çəkisi (2,0 qram) ilə ekspertiza rəyindəki çəkisi (0,72 qram) arasında kəskin fərq vardır. Sübutların qiymətləndirilməsi barədə xx xxx 2020-ci il tarixli qərarda və ya iş üzrə ibtidai araşdırma orqanının hər hansı digər qərarında «Qosmetr BT 3000» markalı elektron tərəzidə çəkilərkən narkotik vasitənin (qurudulmuş marixuanının) çəkisi ilə hansı markalı tərəzidə çəkilməsi bilinməyən ekspertiza tədqiqi zamanı çəkisi arasında fərqin (özü də 2 dəfədən də çox fərqin) nəyə görə yaranmasına heç bir hüquqi qiymət verilməmiş, həmin tərəzilər (yoxlama və götürmədə istifadə olunan «Qosmetr BT 3000» markalı tərəzi və məhkəmə-bioloji ekspertizasında istifadə olunmuş markası məlum olmayan tərəzi) tədqiq edilməmiş, onların düzgün işləyib-işləməməsi, nəyə görə belə fərq verməsi, həmçinin nəyə görə yoxlama və götürmədə və ekspertizada biri-biri ilə ölçüdə fərq verən tərəzilərdən istifadə olunması, bunun hansı zərurətdən yaranması və hansı qanunvericilik aktı ilə tənzimlənməklə qanuni olması məsələləri aydınlaşdırılmamışdır. Bundan başqa məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 134 nömrəli rəyində tədqiqata ağ rəngli salfet kağızı bükümünün təqdim edilməsi göstərildiyi halda, xx xxxxxx 2020-ci il tarixli şəxsi yoxlama potokolunda Təqsirləndirilən şəxs portmanesindən «çıxan» narkotik vasitə olan bükümün salfet kağızı bükümü olması qeyd olunmur, həmin bükümün kağız bükümü olması göstərilir. Salfet kağızı isə adi kağızdan fərqlənir və əgər həmin narkotik vasitə salfet kağızı bükümündlə deyil, adi kağız bükümündə olsaydı, onda xx xxxxxx 2020ci il tarixli, 134 nömrəli ekspertiza rəyində bu qeyd olunardı. Digər tərəfdən xx xxxxxx 2020-ci il tarixli şəxsi yoxlama (faktiki şəxsi axtarış və götürmə protokolu) protokolunda «aşkar olunmuş» narkotik vasitənin və onun olduğu kağız bükümün ayrıca çəkiləri qeyd edilməmişdir. Ona görə də təqsirləndirilən şəxsin portmanesindən «tapılan» narkotik vasitənin çəkisi protokolda göstərilməmişdlir və məlum deyildir. Bu da qanunun tələblərinin pozuntusudur. Belə ki, Azərbaycan Respublikası CPM-nin 247.1.9-cu maddəsinə əsasən şəxsi axtarış və götürmə zamanı aşkar edilmiş əşyaların o cümlədən çəkisi (hazırki halda narkotik vasitə olan qurudulmuş marixuananın çəkisi) göstərilməlidir. Göstərilənlər xx xxxxxx 2020-ci il tarixdə şəxsi yoxlama və götürmədə (faktiki şəxsi axtarış və götürmədə) Təqsirləndirilən şəxs portmanesindən 01 ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuananın «tapılması», məhz bu «tapılan» kütlənin təmiz çəkisinin ekspertiza rəyində göstərilən 0,72 qram olması, həmçinin ekspertizaya məhz Təqsirləndirilən şəxs portmanesindən «tapılan» narkotik vasitə olan qurudulmuş marixuananın göndərilməsi və orada tədqiq olunması əsaslı şübhələr yaradır. İttiham tərəfi də bu əsaslı şübhələri aradan qaldıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Qanuna görə həmin əsaslı şübhələr ittiham tərəfindən aradan qaldırıla bilmədikdə təqsirləndirilən şəxsin xeyrinə həll olunur. Digər tərəfdən, işdəki sübütlara, o cümlədən təqsirləndirilən şəxsin və şahidlərin məhkəmədə verdiyi ifadələrinə görə faktiki Təqsirləndirilən şəxs üstündə şəxsi yoxlama (faktiki şəxsi axtarış və götürmə) aparılan zaman tərcüməçi və müdafiəçi iştirak etməmişlər. Həmin vaxt tərcüməçinin və müdafiəçinin iştirak etməməsi isə məhkəmə tərəfindən işin müəyyən olunmuş mübahisəsiz halıdır. Bu kimi qanunsuz hallara əsaslanan və heç bir mötəbər sübutlarla aradan qaldırıla bilməyən əsaslar təqsirləndirilən şəxsin təqsirli bilinməsi üçün faktoloji və hüquqi əsaslar kimi qəbul oluna bilməz və olunmur. Məhkəmə hesab edir ki, qeyd olunanlarla da tərəflərin bərabərliyi prinsipi real olaraq tətbiqi heçə enmişdir ki, bu hal da hazırki işin ibtidai araşdırmasının ədalətli və qanuni şəkildə həyata keçirilməsini tam şübhə altına alır. Halbuki yuxarıda istinad olunan Azərbaycan Respublikası Konstitusiyasının 25, 61-ci maddəsinin 3-cü bəndi, 63-cü maddəsi, 67-ci maddəsinin 1-ci bəndi, 127-ci maddəsi, Avropa Konvensiyasının 6-cı maddəsinin 1 və 3-cü bəndləri, Azərbaycan Respublikası CPM-nin 10.1, 10.2, 10.5, 11.1, 12.1, 14.2, 14.4, 19.1, 19.4.1, 19.4.2, 21.1, 21.2, 21.3, 32.1, 33.1 və 33.2-ci maddələrinə əsasən cinayət prosesinin ədalətli şəkildə və qanun əsasında həyata keçirilməsi, bu zaman cinayət prosesi tərəflərinə bərabər şəraitin yaradılması, onların hüquqlarının təmin edilməsi, şübhə altına alınan şəxsin və təqsirləndirilən şəxsin bütün hüquqlarının, o cümlədən müdafiə hüququnun təmin edilməsi istər milli qanunvericilikdə, istərsə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə imperativ qaydada qeyd edilmişdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmə işin hallarına hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üstündə şəxsi yoxlamanın (faktiki şəxsi axtarış və götürmə) gömrük qanunvericiliyinə və cinayət-prosessual qanunvericiliyin normalarına uyğun aparılıb-aparılmamasına, həmçinin sübutların qanuni yolla əldə edilib-edilməməsinə düzgün hüquqi qiymət vermədən, cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında xx xxx 2020ci il tarixli qərarda ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs portmanesindən narkotik vasitə «tapılması» qeyd olunan xx xxxxxx 2020-ci il tarixli şəxsi yoxlama haqqında protokolu (faktiki şəxsi axtarış və götürmə haqqında protokolu), həmçinin bu protokol nəticəsində əldə edilmiş digər sübutları, yəni şahid ifadələrini, ekspertiza rəylərini və sair sübut kimi tanımışdır. Həmçinin Təqsirləndirilən şəxs portmanesindən «tapılan» narkotik vasitə maddi sübut kimi tanınmışdır. Həmin sübutların mötəbərliyinə böyük şübhələr olduğu halda, əldə edilməsi üsuluna görə şübhəli olan və bu səbəbdən mötəbər sayılmayan sübutların şəxsin təqsirli bilinməsinə yol verilmədiyini tələb edən qanunun tələbinə əməl etməyən ibtidai istintaq orqanı həmin sübutlardan istifadə etməklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsilə cinayət məsuliyyətinə cəlb etmiş, ona həmin maddə ilə ittiham vermişdir. Bununla da ibtidai araşdırma orqanı Azərbaycan Respublikası CPM-nin tələblərini də pozmuşdur. Belə ki, qanuna görə cinayət prosesini həyata keçirən orqan cinayət təqibi üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması və onlara düzgün hüquqi qiymət verilməsi vəzifəsini daşıyır. Azərbaycan Respublikası CPM-nin 8.0.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaqdan ibarətdir. Azərbaycan Respublikası CPM-nin 85.2.1, 86.2.1 və 207-209-cu maddələrinə əsasən müstəntiq və təhqiqatçı törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək vəzifəsini daşıyır. Bu vəzifələr həmçinin həmin mərhələdə şəxsin işinin ədalətli aradırılması hüququnun təmin edilməsi zərurətindən doğur ki, təhqiqatçı və müstəntiq, həmçinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror da ibtidai araşdırma mərhələsində təqsirləndirilən şəxsin həmin hüququnu təmin etməmişlər. Hazırkı iş üzrə ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs bir sıra konstitusion hüquqları pozulmaqla, kobud qanun pozuntularına yol verilməklə (yuxarıda istinad olunan Konstitusiyanın 25, 61-ci maddəsinin 3-cü hissəsi, 67-ci maddənin 1-ci hissəsi, 127-ci maddəsi, Avropa Konvensiyasının 5 və 6-cı maddələri, Azərbaycan Respublikası CPM-nin 19.1,19.4.1 və 19.4.2-ci maddələrinin pozuntusu və s), ona qarşı sübutlar əldə edilmişdir. İşin hallarına hüquqi qiymət verən məhkəmə Azərbaycan Respublikası CPM-nin 9.2,125.2.1, 125.2.3, 125.3-cü maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 63cü maddəsinin 4-cü hissəsi, Avropa Konvensiyasının 6-cı madddəsi və həmin maddənin tətbiqi ilə bağlı yuxarıda göstərilən presedentlərin tələbinə istinad edərək, birmənalı nəticəyə gəlir ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilmədiyindən, xx xxxxxx 2020-ci il tarixli şəxsi yoxlama aparılması haqqında protokol (faktiki şəxsi axtarış və götürmə haqqında protokol), Təqsirləndirilən şəxs portmanesindən «tapılan» maddi sübut, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizasının rəyləri və şahid ifadələri CM-nin 206.2-ci maddəsilə verilən ittihamın həqiqiliyini şübhə altına almaqla, həmin prosessual hərəkətlər və onlara əsaslanan istintaq hərəkəti protokolları, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və bununla bağlı həyata keçirən digər istintaq hərəkətlərinin nəticələri mötəbər sübut kimi qəbul edilməməlidir və edilmir. Məhkəmə hazırki işlə bağlı təqsirləndirilən şəxsin üstündə (portmanesində) «tapılmış» maddi sübutun ona verilmiş ittihamın yeganə sübutu kimi çıxış etdiyini nəzərə alaraq, belə nəticəyə gəlir ki, yuxarıdakı mülahizələr Təqsirləndirilən şəxs qarşı ibtidai araşdırmada istifadə olunmuş maddi sübutun əldə edilməsi üsulu və bu sübutun mötəbərliliyi ilə bağlı onun prosessual hüquqlarının təmin olunmaması və qanunun tələbləri zərurətinə istintaq orqanı tərəfindən baxılmaması bu məhkəməyəqədərki proseslərin bütünlüklə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Ona görə də məhkəmə hesab edir ki, ibtidai araşdırma mərhələsində Təqsirləndirilən şəxs Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Deveyer Belçikaya qarşı işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ittiham-fərdin cinayət hüquq pozuntusu törətdiyinə dəlalət edən və ya şübhəli şəxs qismində onun vəziyyətinə mühüm təsir göstərən ehtimalların olduğu barədə səlahiyyətli dövlət hakimiyyəti orqanı tərəfindən ona rəsmi məlumatın verilməsidir. X20rşı işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, azadlıqdan məhrum edilmə riski mövcud olduqda ədalət mühakiməsinin maraqları prinsip etibarı ilə müdafiəçi ilə təmsil olunmaq hüququnu nəzərdə tutur. İşin yuxarıda göstərilən faktoloji və hüquqi əsaslarına, qanun normalarına istinad edən məhkəmə həmçinin hesab edir ki, məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2020ci il tarixli, 134 №-li rəyi təqsirləndirilən şəxsin ədalətli məhkəmə araşdırması hüququnun pozulması ilə qanunuz yolla əldə edilməklə, mötəbər sayılmayan maddi sübuta (narkotik vasitə olan qurudulmuş marixuanaya) əsaslandığından, mötəbər sayıla bilməz. Ona görə də məhkəmə, məhkəmə- bioloji ekspertizasının həmin xx xxxxxx 2020-ci il tarixli, 134 №-li rəyini Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsilə təqsirli bilinməsinə əsas verən mötəbər sübut saymır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsilə təqsirləndirilməsinə dair ittiham tərəfinin digər sübutu şahid ifadələridir. İfadələri alınmış bu şahidlərin məhkəmə iclasında verdikləri ifadələri həqiqilik, mötəbərlik baxımından əsaslı şübhə doğurmaqla, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyini sübut edən mötəbər sübutlar kimi qəbul oluna bilməz və qəbul olunmur. Belə ki, Azərbaycan Respublikası CPM-nin 94.1-ci maddəsinə əsasən cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətlərinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Təhqiqat, ibtidati istintaq, prokurorluq orqanlarının və məhkəmələrin əməkdaşları, yetkinlik yaşına çatmamışlar, Azərbaycan Respublikasının vətəndaşı olmayanlar, cinayət prosesinin iştirakçısı və ya onların yaxın qohumları, habelə görmə, eşitmə və nitq qabiliyyətində qusurlar olan və ya psixi xəstəliklərdən əziyyət çəkən şəxslər cinayət işi üzrə hal şahidi ola bilməzlər. Hal şahidi qismində cəlb olunmuş hər bir şəxs onun iştirakı ilə baş verənləri tam və düzgün dərk etmək qabiliyyətinə malik olmalıdır. Azərbaycan Respublikası CPM-nin 94.2-ci maddəsinə əsasən hal şahidi bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir: 94.2.1. cinayət təqibi orqanının çağırışı ilə gəlmək; 94.2.2. cinayət prosesini həyata keçirən orqanın tələbi ilə cinayət prosesində iştirak edən şəxslərlə münasibətləri barədə məlumat vermək; 94.2.3. istintaq hərəkətini aparan şəxsin göstərişlərinə tabe olmaq; 94.2.4. iştirak etdiyi istintaq hərəkəti aparılarkən baş verənləri diqqətlə izləmək, istintaq hərəkəti aparılan yeri tərk etməmək; 94.2.5. müvafiq istintaq hərəkəti protokolunu imzalamaq, onun qeydləri protokolda əks olunmadığı halda isə protokolu imzalamaqdan imtina etmək; 94.2.6. cinayət prosesini həyata keçirən orqanın icazəsi olmadan onun iştirakı ilə aparılmış istintaq hərəkəti və bu hərəkət zamanı aşkar edilmiş hallar barədə məlumatları yaymamaq; şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq; 94.2.7. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Azərbaycan Respublikası CPM-nin 94.3-cü maddəsinə əsasən hal şahidi öz vəzifələrini icra edərkən yol verdiyi qanun pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyət daşıyır. Azərbaycan Respublikası CPM-nin 94.4-cü maddəsinə əsasən hal şahidi bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir: 94.4.1. müvafiq istintaq hərəkətinin icraatında onun başlanmasından qurtarmasınadək iştirak etmək; 94.4.2. iştirak etdiyi istintaq hərəkətinin protokolu ilə tanış olmaq, qeyd edilməsi zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək; 94.4.3. müvafiq istintaq hərəkətinin icraatı və onun protokolu ilə tanış olarkən baş verənlərə dair öz etirazını bildirmək; 94.4.4. istintaq hərəkəti protokolunu yalnız şəxsən dərk etdiyi hallarda imzalamaq; 94.4.5. cinayət prosesində sərf etdiyi xərclərin ödənilməsinə və cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq; 94.4.6. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək. Eynilə yuxarıda istinad olunan Azərbaycan Respublikası Gömrük Məcəlləsinin müvafiq maddələrinə əsasən yoxlama həyata keçirilərkən, həmçinin mallar və ya sənədlər götürülərkən videoçəkilişdən istifadə edilmədikdə, işin nəticəsində maraqlı olmayan və yetkinlik yaşına çatmış azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Qanun normalarının tələbinə əsasən gömrük orqanında şəxsi yoxlama, həmçinin avtomaşında yoxlama keçiriləndə və mallar və ya sənədlər götürülərkən videoçəkiliş istifadə edilmədikdə birməlanı şəkildə işin nəticəsində maraqlı olmayan və yetkinlik yaşına çatmış ən azı 2 hal şahidinin iştirakı məcburidir. Bu qanunun imperativ tələbidir. Qanun normasının mənasına görə bu tələbə əməl edilməyən istənilən hüquqi prosedur, prosessual hərəkət qanunsuz sayılmalıdır. İşdəki mötəbər sübutlardan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə şəxsi yoxlama (faktiki şəxsi axtarış və götürmə) keçirilərkən qanunun tələblərinə uyğun, yəni Azərbaycan və gürcü dillərini sərbəst bilməsi barədə müvafiq qaydada yoxlanılan və bilə-bilə yanlış tərcümə etməsinə görə cinayət məsuliyyətinə cəlb edilməsi barədə müvafiq qaydada xəbərdarlıq olunan tərcüməçi olmadan Təqsirləndirilən şəxs üstündə şəxsi yoxlama (şəxsi axtarış və götürmə) aparılmış, bu zaman qanunun tələbləri pozularaq, Azərbaycan və gürcü dillərini sərbəst bilməsi barədə müvafiq qaydada yoxlanılmayan, bilə-bilə yanlış tərcüməyə görə cinayət məsuliyyətinə cəlb edilməsi barədə müvafiq qaydada xəbərdarlıq olunmayan və prosesdə hal şahidi olması göstərilən Şahid3 qanunsuz tərcüməçiliklə məşğul olmuş, nəticədə axtarış və götürmədə baş verənlərin Azərbaycan dilindən gürcü dilinə və gürcü dilindən Azərbaycan dilinə düzgün tərcümə olunub-olunmaması bilinməmiş, şəxsi axtarış və götürmədə baş verənlərin həmin prosessual hərəkətdə iştirak edən şəxslər tərəfindən güzgün qavranılmaması barədə itttiham tərəfindən aradan qaldırılmayan əsaslı şübhələr yaratmışdır. Eyni zamanda göstərilən şahidlərin, o cümlədən hal şahidlərinin ifadələri kobud qanun pozuntuları ilə keçirilən və məhkəmə tərəfindən mötəbər sübut sayılmayan xx xxxxxx 2020-ci il tarixli şəxsi yoxlama (şəxsi axtarış və götürmə) protokoluna və qanunsuz yolla əldə edilmiş narkotik vasitədən ibarət maddi sübuta əsaslanmışdır. Ona görə də məhkəmə şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələrini mötəbər sübutlar kimi qəbul etmir. Bu xüsusda ilk öncə məhkəmə qeyd edir ki, istənilən prosessual tədbir, o cümlədən cinayətkarlıqla mübarizə fəaliyyəti qanunsuz yolla, şəxsin qanuni hüquqlarının pozulması yolu ilə onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün faktiki əsasların «yaradılmasını» deyil, hüquq-mühafizə orqanlarının müdaxiləsi olmadan hazırlanan və ya törədilmiş cinayətin ifşa edilməsini təmin etməli və məhz belə olduqda həmin əməliyyatın özü və həm də həmin əməliyyat nəticəsində əldə olunmuş sübutlar qanunilik tələbinə cavab verən, şəxsin hüquq və azadlıqlarını pozmayan, beləliklə də, şəxsin təqsirliliyinin müəyyən olunmasında istifadə edilə bilən əsaslar kimi qəbul edilməlidir. Bunun əksinə olaraq, əgər şəxsin polisin müdaxiləsi olmadan da ona istinad edilən cinayəti törədəcəyini və yaxud törətməyə hazırlaşdığını göstərən əsaslar yoxdursa və törədilmiş əməl, həmçinin şəxsin təqsirliliyi barədə nəticənin əsaslandırılmasında istifadə olunmuş sübutlar hüquq-mühafizə orqanının qanunsuz müdaxiləsinin nəticəsidirsə, şəxsin cinayət məsuliyyətinə cəlb edilib, cinayətdə təqsirli bilinməsi sübutlara və sübutların tədqiqinə dair qaydalara, ümumiyyətlə ədalətli məhkəmə araşdırması hüququnun ehtiva etdiyi tələblərə cavab verən araşdırmanın nəticəsi kimi qiymətləndirilə bilməz. Bununla bağlı məhkəmə nəzərə çatdırır ki, ittiham tərəfinin bu şahidlərinin ifadələri məhz qanunilik tələbinə cavab verməyən, hüquq və azadlıqların kobud pozuntusu ilə əldə edilən, son nəticədə şəxsin ədalətli məhkəmə araşdırması hüququna cavab verməyən araşdırmanın nəticəsi kimi ortaya çıxan maddi sübut- Təqsirləndirilən şəxs portmanesində «tapılan» narkotik vasitə (qurudulmuş marixuana) ilə bağlı olmuşdur. İş materiallarında da əsas sübut olan maddi sübut olmadığı halda, bu şahidlərin təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi və ya ona hazırlaması barədə məlumata malik olması haqqında heç bir sübut yoxdur və ittiham tərəfi də bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Vanyan Rusiyaya qarşı işdə (xx xxxxxx 2005-ci il tarixli qərar) Avropa Məhkəməsi qeyd etmişdir ki, narkotiklərlə bağlı qanunsuz keçirilmiş milis əməliyyatı nəticəsində əldə edilmiş sübutlar nəticəsində şəxs haqqında cinayət işinin qaldırılması ədalət mühakiməsinin ədalətliliyinə zərbə vurmuşdur. Həmin işdə Avropa Məhkəməsi qanunsuz yolla əldə edilmiş sübutların şəxsə qarşı cinayət işinin qaldırılması və onun təqsirliliyinin sübut olunmasında istifadəsini Avropa Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) pozuntusu kimi qiymətləndirmişdir. Eynilə məhkəmə tərəfindən iş üzrə keçirilmiş xx.xx.2020-ci il tarixli, 870 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi də aşağıda göstərilənlərə əsasən mötəbər sübut kimi qəbul olunmur. Belə ki, həmin rəy də mənbə olaraq Təqsirləndirilən şəxs pormanesində «tapılmış» və mötəbər sayılmayan maddi sübuta-qurudulmuş marixuanaya söykənmişdir. Təbii ki, ittihamın əsasını təşkil edən maddi sübut mötəbər sübut sayılmadığı halda, bu sübutdan doğan ambulator-məcburi narkoloji tibbi yoxlamanın rəyi və digər sübutlar da mötəbər sübut sayıla bilməz. Digər tərəfdən, həmin rəydə Təqsirləndirilən şəxs narkomaniya xəstəlyinin əlamətlərinin aşkar olunmadığı, onun narkomaniya xəstəliyindən əzab çəkmədiyi və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmadığı göstərilir. Həmin rəy heç bir halda Təqsirləndirilən şəxs CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini sübut etmir. Belə ki, Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarında narkotik vasitə-qurudulmuş marixuananı istehlak edib, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə də onda əvvəllər çətənə bitkisi preparatlarından istifadə etməsi hallarının olması müəyyən oluna bilərdi. Həmin rəydə həmçinin Təqsirləndirilən şəxs məhz cinayət əməli törətməklə onda çətənə bitkisi preparatlarından istifadə etməsi hallarının olması qeyd edilmir. Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından istifadə etməsi hallarının olmasının ona istinad olunan cinayət əməli ilə bağlı olması nə bu rəylə, nə də işdəki digər sübutlarla təsdiqini tapmır. Ümumiyyətlə həmin rəydə Təqsirləndirilən şəxs narkomaniya xəstəlyinin əlamətlərinin aşkar olunmadığı, onun narkomaniya xəstəliyindən əzab çəkmədiyi və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmadığı nəticəsinə gəlinməsi əslində təqsirləndirilən şəxsin Gürcüstanda qurudulmuş marixuana əldə etməsi, onu qəsdən cibindəki portmanedə gəzdirməsi və gömrük sərhədindən keçirməyə cəhd etməsi barədə verdikti dolayı yolla təkzib edir. Belə ki, hazırda narkotik vasitə istifadə etməyən bir şəxsin qəsdən narkotik vasitə əldə etməsi və onu gömrük sərhədindən keçirməyə cəhd göstərməsi ağlabatan görünmür. Təqsirləndirilən şəxs da məhkəmə iclasında verdiyi ifadəsində narkotik vasitələrdən istifadə etmədiyini, Gürcüstandan narkotik vasitə əldə etmədiyini və onu portmanesinə qoymadığını bildirmişdir. Bundan başqa, həmin rəyin konkret olaraq, hansı tədqiqat metodlarına, anamnez məlumatlarına, qan və sidik analizi məlumatlarına əsaslanması rəydə göstərilməmişdir. Qeyd edilənlər əsasında məhkəmə ambulator məcburi- narkoloji tibbi yoxlamanın xx.xx.2020-ci il tarixli, 870 №-li rəyini Təqsirləndirilən şəxsAzərbaycan Respublikası CM-nin 206.2-ci maddəsilə təqsirli bilinməsi üçün mötəbər sübut kimi qəbul etmir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsilə verilən ittihamla bağlı ibtidai araşdırmada şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri ilə məhkəmədə verdiyi ifadəsi arasında ziddiyyətə hüquqi qiymət verərək, hesab edir ki, onun məhkəmə istintaqında verdiyi ifadəsi məhkəmə istintaqı zamanı mötəbər sübutların tədqiqi əsasında müəyyən olunmuş işin həqiqi halları uyğunluq təşkil etdiyindən və onun iradə ifadəsinin nəticəsi olduğundan daha əsaslıdır. Onun ibtidai araşdımada bu xüsusda şübhəli şəxs və təqsrləndirilən şəxs qismində verdiyi ifadələri isə onun prosessual hüquqlarının, xüsusən ədalətli məhkəmə araşdırması hüquququnun pozulması ilə bilavastə bağlı olduğundan (yuxarıda bu pozuntular göstərilmişdir) iradə ifadəsini əks etdirməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2ci maddəsilə verilən ittiham üzrə ibtidai araşdırmada verdiyi ifadələri məhkəmə iclasında tədqiq olunmuş və qiymətləndirilmiş hər hansı mötəbər sübutla və ya sübutların məcmuyu ilə təsdiqini tapmamışdır. İşin halları və onların hüquqi qiymətləndirməsi isə o nəticəyə bir daha gəlməyə əsas verir ki, ibtidai araşdırma mərhələsində ona qarşı ədalətli məhkəmə araşdırması hüququ pozulmaqla, ittihamın əsasını təşkil edən sübutlar qanunsuz yolla əldə edilmişdir, mötəbər deyildir və ittihamın təsdiqi üçün qəbul edilə bilməz. Məhkəmə istintaqı və qiymətləndirilməsi ilə Təqsirləndirilən şəxs qarşı ittihamın əsasını təsdiq edən maddi sübutun qanunsuz yolla əldə edildiyi və həmin sübutun və bunun əsasında yaranmış digər sübutların mötəbər olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi halda, ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxsverilən ittihamla bağlı verdiyi ifadələri iş üzrə heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Yəni ona verilən ittihamla bağlı ittihamın təqdim etdiyi sübutlar-xx xxxxxx 2020-ci il tarixli şəxsi yoxlama haqqında (faktiki şəxsi axtarış və götürmə haqqında) protokol, maddi sübut, məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 134 nömrəli rəyi, ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2020-ci il tarixli, 870 saylı rəyi, şahid ifadələri və verilən ittihamla bağlı ibtidai istintaq hərəkətinin digər protokolları mötəbər subutlar sayılmamışdır. Belə olan halda qanunun tələbinə əsasən heç bir mötəbər sübutla təsdiqi tapmayan təqsirləndirilən şəxsin verilən ittiham üzrə öz təqsirini etiraf etməsi ona verilən ittihamın əsası kimi qəbul edilə bilməz. Bu etiraf həm də ona görə ittihamın əsasını təşkil edə bilməz ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində ona verilən ittiham üzrə özünü təqsirli bilməsini bunu etdiyi halda ona yüngül cəza, yəni cərimə cəzası veriləcəyi və nəticədə onun vətəninə qayıda biləcəyi barədə məlumatlı olması və bunu zənn etməsi ilə əlaqələndirmişdir. Həmçinin məhkəmə iclasında ittihamın nəticəvi hissəsi elan olunduqdan sonra elan olunmuş ittiham üzrə özünü təqsirli bilibbilməməsi barədə hakimin sualına Təqsirləndirilən şəxs susması, yəni cavab verməməsi, sual bir daha təkrar olunduqdan sonra onun ürəyini tuması, oturması, bir müddət keçdikdən sonra ayağa qalxıb, əlini havada yellədərək, «yaxşı, təqsirli bilirəm» sözlərini deməsi məhkəmədə onun verilən ittiham üzrə özünü təqsirli bilməsinin onun iradə ifadəsini əks etdirməsinə böyük şübhələr yaratmışdır. Bu şübhələr təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsində portmanesində «tapılan» narkotik vasitənin onun olmadığını deməsi, sonra isə dostları tərəfindən ora qoyulmasını ehtimal etməsi və portmanesində tapılan narkotik vasitədən xəbərinin olmadığını bildirməsi halı ilə daha da güclənir. Bundan başqa, ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2020-ci il tarixli, 870 №-li rəyində də Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmadığı, onun narkomaniya xəstəliyindən əzab çəkmədiyi, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmadığının göstərilməsi onun Gürcüstanda narkotik vasitə əldə etməsi, bunu üstündə qəsdən gəzdirməsi və gömrük sərhədindən qəsdən keçirməsinın ağlabatan olmamasını dolayı yolla sübut edir. Belə ki, şəxsi istehlak miqdarından az miqdar- 0,72 qram narkotik vasitə olan qurudulmuş marixuananın ancaq istifadə məqsədilə əldə edilib, daşınması qəbul oluna bilər, ki, ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2020-ci il tarixli, 870 №-li rəyi ilə də müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Yəni o, hazırda narkotik vasitədən, o cümlədən çətənə bitkisi preparatlarından (o cümlədən qurudulmuş marixuanadan) istifadə etmir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə onuda bildirməyi vacib hesab edir ki, Avropa Məhkəməsinin bir sıra presedentlərində (Andondonskinin işi, Bıkov Rusiyaya qarşı iş və sair) Avropa Məhkəməsinin qeyd etdiyi ki, ibtidai istintaqın gedişində toplanmış sübutlar şəxsin ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi üçün deyil, şəxsin həmin ittiham üzrə məhkəmə qarşısına çıxarılması üçün əsas kimi qəbul oluna bilər. Şəxsin ittiham olunduğu əməldə təqsirli bilinməsi məsələsi yalnız məhkəmə iclasında tədqiq olunmuş və hüquqi cəhətdən qiymətləndirilmiş sübutlar əsasında həll olunur. Azərbaycan Respublikasının qanunuvericiliyidə məsələyə məhz bu mövqedən yanaşır. Belə, Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin fəlsəfəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu verdikt tamamilə əsaslı və ədalətlidir. Belə ki, Avropa Məhkəməsinin bəzi presedentlərinə görə Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) təkcə işin məhkə məmərhələsinə deyil, məhkəməyə qədərki mərhələyə də (hazırki işdə ibtidai araşdırma mərhələsinə) tətbiq olunabilər (yuxarıda istinad olunan Salduz Türkiyəyə qarşı iş üzrə qərar). Məhkəmə qeyd edir ki, Avropa Konvensiyasının 6-ci maddəsinin kvintessensiyasını prosesdə tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin təmin edilməsi təşkil edir. Lakin cinayət prosesinin bütün mərhələlərində tərəflər heçdə bərabər olmur. Beləki, Azərbacan Respublikası CPM-nin tələblərinə görə ibtidai araşdırma mərhələsində birtərəf, yəni ittiham orqanı sübutları toplamaq və bununla bağlı müvafiq prosessual hərəkətləri aparmaq səlahiyyəti daşıyır, bu zaman qanun ona bütün prosessual imkanları yaradır. Lakin həmin mərhələdə müdafiətərəfisübuttoplamaq, o cümlədən şahidləri dindirmək hüquqlarından məhrum edilir. İbtidai istintaqda müdafiə tərəfi ittiham tərəfinin şahidlərinin dindirilməsində iştirak etmək, onları çarpaz dindirmək, onların bildirdiklərini təkzib etmək imkanına malikdeyildir. İbtidai araşdırmada müdafiə tərəfi yalnız ittiham tərəfinə bu və ya digər məsələ ilə bağlı vəsatətlə-xahişlə müraciət edə bilər ki, bu da cinayət prosesində bərabərliyin təmin edilməsi deyil, bir tərəfin digər tərəfdən asılı edilməsidir. Belə halda şübhəsizdi rki, tərəflərin bərabərliyi (ilkin şərtləri bərabərliyi) prinsipi pozulur, çəkişmə prinsipinin mahiyyəti isə heçə enir. Ona görə də ibtidai araşdırma mərhələsində müdafiə tərəfinin iştirakı olmadan ittiham orqanı tərəfindən dindirilmiş və müdafiə tərəfinə onların ifadələrinin təkzib edilməsi üçün müvafiq imkan yaradılmayan şahidlərin ifadələri ədalətli məhkəmə araşdırması standartlarına cavab vermədiyindən şəxsin məhkəmə qaydasında təqsirli bilinməsi üçün əsas ola bilməz. Bu hal ibtidai araşdırmada toplanmış digər sübutlara da bir mənalı şəkildə aid edilir. İşin hallarına hüquqi qiymət verən məhkəmə onuda bildirir ki, təqsirləndirilən şəxsin portmanesində narkotik vasitənin “tapılması” ehtimal edilsə belə, heç bir mötəbər sübut olmadan həmin vasitənin məhz Təqsirləndirilən şəxs məxsus olması və onun tərəfindən qaçaqmalçılıq yolu ilə sərhədən keçirilməsi nəticəsinə gəlinməsi sırf ehtimal xarakteri dayışır və bu mülahizə heç bir mötəbər sübutla təsdiqini tapmır. Maraqlıdır ki, həmin qurudulmuş marixuananın olduğu güman edilən kağız bükümdəTəqsirləndirilən şəxs əlbarmaq izlərinin olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə-daktiloskopik ekspertizası belə təyin olunub, keçirilməmiş, beləliklə də iş üçün vacib olan hal-kağız bükümdə Təqsirləndirilən şəxs əl-barmaq izlərinin olub-olmamaması müəyyənləşdirilməmişdir. Halbuki həmin məhkəmə ekspertizasının rəyi iləhəmin kağız bükümdə Təqsirləndirilən şəxs əl-barmaq izlərinin aşkar olunduğu şəraitdə həmin narkotik vasitənin məhz ona məxsus olması və onun tərəfindən portmanesinə qoyulmaqla qaçaqmalçılıq yolu ilə sərhəddən qəsdən keçirilməsi qənaətinə gəlmək müəyyən qədər əsaslı olardı. Ancaq işdə bunu təsdiq edən belə bir ekspertiza rəyi və ya digər mötəbər sübut yoxdur. Digər tərəfdən Təqsirləndirilən şəxs portmanesində “tapılan” narkotik vasitənin Gürcüstanda iki il bundan əvvəl və ya 2020-ci ilin yanvar ayında dostları ilə yeyib-içən zaman dostları tərəfindən ora qoyulmasından şübhələndiyini bildirsədə, ibtidai istintaq orqanı tərəfindən həmin dostların adları və yaşayış ünvanları müəyyən olunmamış, qarşılıqlı hüquqi yardım haqqında Beynəlxalq Konvensiyaya və dövlətlərası müqaviləyə əsasən bu xüsusatla bağlı onların dindirilməsi barədə Gürcüstanın aidiyyəti orqanlarına tapşırıqlar göndərilməmiş və həmin adamların Gürcüstanda dindirilməsi ilə bağlı müvafiq prosessual sənədlər əldə edilməmişdir. Halbuki bu xüsusatın araşdırılması, ona hüquqi qiymətin verilməsi işin hərtərəfli, tam və obyektiv araşdırılması və işin hallarına düzgün hüquqi qiymətin verilməsi üçün son dərəcə vacibdir. İş üzrə gömrük əməkdaşı və hal şahidlərinini fadələri ilə, nə də başqa sübutlarla portmanedə aşkar edilməsi göstərilən narkotik vasitənin məhz Təqsirləndirilən şəxs məxsus olması, onun tərəfindən Gürcüstanda əldə edilərək portmaneyə qoyulması və qəsdən qaçaqmalçılıq yolu ilə sərhəddən keçirilməsi təsdiq olunmur və sübut olunmur. Beləki, gömrük əməkdaşı və hal şahidləri narkotik vasitənin Təqsirləndirilən şəxs tərəfindən Gürcüstanda əldə olunmasını və portmaneyə qoyulmasını görməmişlər, təqsirləndirilən şəxsdə həmin narkotiki Gürcüstanda almadığını, əldə etmədiyini və portmanesinə qoymadığını bildirmişdir. Ona görə də gömrük əməkdaşıvə hal şahidlərinin ifadələri əsasında həmin narkotik vasitənin məhz Təqsirləndirilən şəxs məxsus olması, onun tərəfindən portmaneyə qoyulması və sərhəddən qaçaqmalçılıq yolu ilə keçirilməsinin onun qəsdi ilə əhatə olunması nəticəsinə gəlmək əsassızdır. Eynilə işdə olan narkotik vasitədən ibarət maddi sübut, məhkəməbioloji ekspertizasının və məhkəmə-tibbi-narkoloji yoxlamanın rəyləri və ittihamın təqdim etdiyi digər sübutlarda bu narkotik vasitənin məhz Təqsirləndirilən şəxs məxsus olmasını və onun tərəfindən portmaneyə qoyulmasını sübut etmir. Təqsirləndirilən şəxs portmanesində tapılması güman edilən narkotik vasitənin büküldüyü kağızda Təqsirləndirilən şəxs əl-barmaq izlərinin aşkar edilmədiyi, bu vasitənin təqsirləndirilən şəxs tərəfindən əldə edilməsi, məhz ona məxsus olması və onun tərəfindən portmanesinə qoyulması barədə heçbir mötəbər sübutlar olmadığı, həmçinin şəxsi yoxlama və götürmə (faktiki şəxsi axtarış və götürmə) aparılarkən və o, şübhəli şəxs qismində tutularkən prosessual qanunvericiliyin kobud şəkildə pozulması və Təqsirləndirilən şəxs müdafiə və sair hüquqlarının kobud pozuntusu halında həmin narkotik vasitənin Təqsirləndirilən şəxs məxsus olması və onun tərəfindən portmanesinə qoyulmaqla qaçalqmalçılıq yolu ilə sərhəddən keçirilməsi əsaslı şübhə doğurur. Bu şübhə onunla da möhkəmlənir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə görə yanacaq ucuz oduğu üçün onun dəfələrlə Azərbaycan Respublikasına avtomaşını ilə gəlməsivəyanacaqvurubgeriqayıtması, bu vaxtlar onda narkotik vasitənin aşkarlanmaması və narkotik vasitə ilə Azərbaycan Respublikasına gəlməsinin məsuliyyətə cəlb olunacağını bildiyi halında portmanesində narkotik vasitə saxlaması və bunun gömrük işçiləri tərəfindən xx xxxxxx 2020-ci il tarixdə portmanesində “aşkarlanması” ağlataban deyildir. Həmçinin Gürcüstanda qurudulmuş marixuananın istifadə edilməsinə icazə verilməsi şəraitində onun həmin vasitəni Gürcüstanda istifadəsini həyata keçirməsinin daha ağlabatan olması, bunun üçün həmin marixuananın Azərbaycana gətirilməsinə üzüm omaması, avtomaşınına yanacaq doldurub tez olaraq Gürcüstana qayıtması və həmin istifadəni həyata keçirə bilməsi, narkotiklərin saxlanması və istifadəsinə görə cinayət məsuliyyətinin və inzibati məsuliyyətin müəyyən olunması ilə bağlı Azərbaycana narkotiklərlə gəlməyin təhlükəli olması halında təqsirləndirilən şəxsin heç bir əsaslı məqsəd olmadan narkotik vasitə ilə sərhəddən keçməsi və bununla da özünü ağlasığmaz riskə atması normal, sağlamağıl və məntiqə sığmır. İşdəki sübutlardan isə görünürki, təqsirləndirilən şəxs psixi cəhətdən sağlamdır, öz hərəkətlərinin xarakterini başa düşüb onları dərk etmək və idarə etmək iqtidarındadır. Əks nəticəyə gəlmək üçün isə işdə heç bir mötəbər sübut yoxdur. Oda qeyd edilməlidir ki, narkotik vasitə təqsirləndirilən şəxsin cibində olan portmanedə, yəni gözlə görünən açıq və asan bir yerdə «aşkarlanmış» və bu zaman təqsirləndirilən şəxsin avtomaşınında yoxlama zamanı heç bir qanunla qadağan olunmuş predmet və vasitə aşkar olunmamışdır. Beləki, narkotik vasitənin qaçaqmalçılıq yolu ilə sərhəddən keçirilməsi üçün bu vasitənin gözlə görünən adi açıq yerdə deyil, gizli, xüsusi hazırlanmış yerdə gizlədilməsi daha ağlabatandır. Bu halda təqsirləndirilən şəxsin narkotik qaçaqmalçılığı ilə məşğul olmasını şübhə altına alır. İttiham tərəfidə nə ibtidai istintaq mərhələsində, nə də məhkəmə baxışında bu əsaslı şübhələri aradan qaldıran və təqsirləndirilən şəxsin ittiham olunduğu maddə üzrə təqsirli bilinməsinə əsas yaradan hər hansı mötəbər sübut əldə etməmiş və məhkəməyə təqdim etməmişdir. İttihamın topladığı sübutlar qanunsuz yolla əldə edilmiş sübutlardır və mötəbər deyildir, ittihamda sırf ehtmallara əsaslanmışdır. Ehtimallar isə şəxsin təqsirli bilinməsi üçün yol verilməzdir. Məhkəmə onuda xüsusi olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Bu tələblər Azərbaycan Respublikasının tərəfdar çıxdığı Avropa Konvensiyasının 6-cı maddəsində və Azərbaycan Respublikası CPM-nin 28-ci maddəsində də öz əksinitapmışdır. Azərbaycan Respublikası CPM-nin 8.0.3-cü maddəsinə əsasən cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tamvə obyektiv araşdırmaq cinayət təqibi orqanının vəzifəsidir. Qanuna görə isə məhkəmə cinayət təqibi orqanı deyildir. Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququ tərəflər üçün ilkin şərtlərin bərabərliyi prinsipini və çəkişmə prinsipini özündə ehtiva edir. Ədalətli məhkəmə araşdırılması məhkəməüçün bir vəzifə olaraq məhz tərəflərə öz işlərini aparmaqda bərabər imkanların yaradılmasını, bir tərəfin o biri tərəfə nisbətdə əlverişsiz vəziyyətə salınmamasını və onlar üçün prosesdə çəkişmənin təmin edilməsini müəyyənedir. Buhal Azər baycan Respublikası CPM-nin 28.4.1-ci maddəsində də xüsusi olaraq göstərilmişdir. Beləki, CPM-nin 28.4.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələr cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməlidirlər. Azərbaycan Respublikası CPM-nin 32.1-cimaddəsinə əsasən Azərbaycan Respublikasında cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilir. Azərbaycan Respublikası CPM-nin 32.2.1-32.2.5-ci maddələrində bu çəkişmənin həyata keçirilməsi üçün zəruri şərtlər göstərilmişdir. Azərbaycan Respublikası CPM-nin 32.2.6-cı maddəsinə əsasən məhkəmə yalnız cinayət prosesi tərəflərindən hər birinin vəsatəti ilə əlavə olaraq zəruri materialların əldə olunmasına kömək göstərir. Göründüyü kimi, cinayət mühakimə icraatında məhkəmə arbitr rolunu oynayır, ittiham və müdafiə tərəfi isə çəkişməni həyata keçirirlər, yəni çəkişən tərəflərdir. İttiham tərəfi cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması, şəxsə ittiham verilməsi və bu ittihamın müdafiə olunması vəzifəsini, müdafiə tərəfi isə irəli sürülmüş ittihamın təkzibi vəzifəsini yerinə yetirir, həmçinin hər iki tərəf yekun məhkəmə qərarına dair öz təkliflərini verir. Qanun normasının tələbinə görə məhkəmə cinayət təqibi üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması və ya təqsirləndirilən şəxsin müdafiə olunması məsələsi ilə bağlı ittiham tərəfinin və ya müdafiə tərəfinin tərəfində iştirak edə bilməz. Əgər məhkəmə şəxsin təqsirli bilinməsi üçün ittiham tərəfində və ya verilən ittihamın təkzibi üçün müdafiə tərəfində dayanıb, tərəflər üçün müvafiq sübut toplayırsa, onda məhkəmə arbitr funksiyasını itirir və işdə tərəfə çevrilir. Bu da məhkəmənin işə qərəzsiz və ədalətlə baxılması barədə ədalət mühakiməsinin fundamental prinsiplərini heçə endirir. Belə olan halda artıq məhkəmə ədalətli məhkəmə rolunu oynaya bilməz. Hətta qanunda məhkəməyə öz təşəbbüsü ilə sübut toplamaq səlahiyyəti verilsə belə (ekspertizanın keçirilməsi, əlavə şahidlərin dindirilməsi və sair), bu səlahiyyətlərdən istifadə edilməsi məhkəmənin tərəfsiz, qərəzsiz və ədalətli olması barədə konstitusion prinsiplərə, həmçinin Avropa Konvensiyasının 6-cı maddəsinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq müqavilələrə ziddir. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci addəsinə əsasən Konstitusiya bütün digər normativhüquqi aktlara münasibətdə ən üstün hüquqi qüvvəyəmalikdir. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən atklar istisnaolmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlər arası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edlir. Göstərilən məsələ ilə bağlı da Azərbaycan Respublikası Konstiusiyasının və Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinin gözlənilməsi şübhəsizdir və məhkəmə də bunu rəhbər tutur. Ona görə də məhkəmənin öz təşəbbüsü ilə (hətta tərəflərin vəsatəti olmadan) Təqsirləndirilən şəxs portmanesində narkotik tapılması göstərilən kağız bükümdə onun əl-barmaq izlərinin olub-olmaması barədə məhkəmə-daktiloskopik ekspertizası təyin etmsəsi və həmin ekspertizanın rəyini alması, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitəni portmanesinə qoyduğundan şübhələndiyi dostlarının adının və ünvanının müəyyən olunması və onların bu xüsusat üzrə dindirilməsi üçün Gürcüstanın aidiyyəti orqanlarına məhkəmə tapşırığının göndərilməsi məhkəmənin cinayət mühakiməsində arbitr olması, ona görə də tərəfsiz, qərəzsiz və ədalətli olması prinsiplərinə, yəni ədalət mühakiməsinin fundamental prisnipləri və maraqlarına ziddir və qəbul oluna bilməz. Birdahaqeydolunurki, qanuna görə cinayət təqibi üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması cinayət təqibi orqanının vəzifəsidir. Ona görə də ittiham orqanı bu vəzifə ilə məşğul olmalıdır. Məhkəmənin ittiham orqanının bu vəzifəsini yerinə yetirməsi cinayət mühakimə icraatında onun üçün müəyyən olunmuş funksiyaya ziddir və yol verilməzdir. İşin hallarına hüquqi qiymət verən məhkəmə onuda qeyd etməyi lazım bilir ki, əməliyyat məlumatı əsasında narkotrafiklə mübarizə adı altında aparılan tədbirlərin nəticələri onu göstərir ki, şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olması barədə əməliyyat məlumatının daxil olması adı ilə şəxs barəsində əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqan tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilir, həmin qərar həmin orqanın rəhbəri tərəfindən təsdiq edilir, sonra həmin orqanın işçilərindən ibarət əməliyyat qrupu yaradılır. Bu işlərdə eyni orqan, hazırki halda gömrük əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir, sonra işin təhqiqatı və istintaqı aparılır. Faktiki olaraq hazırki halda olduğu kimi gömrük orqanı bu barədə öz fəaliyyətini sanksiyalaşdırır, yəni ona icazə verir. Eyni orqanın, yəni gömrük orqanının əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı öz fəaliyyətini sanksiyalaşdırması, bu fəaliyyəti həyata keçirməsi, sonradan həmin işin təhqiqatını və ibtidai istintaqını (ibtidai araşdırma) aparması və qanunvericilikdə bununla bağlı hər hansı effektiv nəzarət mexanizminin olmaması təbi iki, bu işlərdə qanunsuz halların baş verməsi üçün şəraitin yaranması nəticəsinə gəlməyə əsas verir. «Əməliyyat- AxtarışFəaliyyəti Haqqında» Azərbaycan Respublikasının Qanunundaəməliyyataxtarış fəaliyyəti subyektlərinin həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri barədə əsaslandırılmış qərarı 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməsi (10-cu maddənin V hissəsi), əməliyyat-axtarış fəaliyyətinə məhkəmə nəzarətinin Azərbaycan Respublikası CPM ilə nəzərdə tutulmuş qaydada həyatakeçirilməsi (maddə 19-1) və əməliyyat-axtarış fəaliyyətinə prokuror nəzarətinin olması (maddə 20) göstərilsə də, Azərbaycan Respublikası CPM-də bu fəaliyyətə məhkəmə nəzarətinin hansı prosessual qaydalar çərçivəsində, hansı əsaslarla həyata keçirilməsi, bu zaman kimin müraciətinə, hansı müddətdə baxılması, hansı şəxslərin həmin prosesdə iştirak etməli olması, işə hansı ardıcıllıqla baxılması və hansı qərarın qəbul edilməsi barədə hər hansı qanun norması yoxdur. Eynilə hətta əməliyyat-axtarış fəaliyyəti subyektinin əməliyyat-axtarış tədbirləri ilə bağlı əsaslandırılmış qərarı 48 saat ərzində məhkəməyə daxil olsabelə, qanunda (o cümlədən Azərbaycan Respublikası CPM-də) bu qərara məhkəmə tərəfindən necə baxılması, ona hansı əsaslarla və hansı formada hüquqi qiymət verilməsi nəzərdə tutulmamışdır. Eynilə əməliyyat-axtarış fəaliyyətinə məhkəmə nəzarətinin həyata keçirilməsi, məhkəmədə baxılma qaydası və qərarların qəbul edilməsi haqqında məhkəmə təcrübəsi yoxdur və məhkəmələr tərəfindən əməliyyat-axtarış fəaliyyətini həyata keçirən gömrük orqanının bu fəaliyyətinin qanunsuz hesab edilməsi barədə hansısa qərarın qəbul edilməsi məlum deyildir. Bundan başqa, «X2» Qanunda (20-ci maddənin İV hissəsi) əməliyyat-axtarış tədbirlərinin təşkili, taktikası, üsul və vasitələrinə dair məlumatların prokuror nəzarətininpredmetinədaxilolmaması, yəni prokurorun onları yoxlayıb, müvafiq hüquqi qiymət verəbilməməsiqeydedilmişdirki, bu da həmin nəzarətin effektivliyini heçə endirir. Bununlayanaşı, qanuna görə prokurorluq cinayət təqibini həyata keçirdiyi halda, onun eyni zamanda əməliyyat-axtarış fəaliyyətinə nəzarət etməsi bu nəzarətin müstəqilliyinə şübhə yaradır. Həmçinin Azərbaycan Respublikasının qanunvericiliyində prokuror tərəfindən qanunsuz hesab edilən əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin dərhal məhv edilməsi haqqında müddəa yoxdur. Digər tərəfdən, bu sahədə prokuror nəzarətinin nəticələri kütləvi informasiya vasitələrində və yaxud başqa formada ictimaiyyətə açıqlanmır. Bundan əlavə, əməliyyat-axtarış fəaliyyətinin qanunsuz hesabolunması, bu qanunsuzluğa yol verən vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi və pozulmuş hüquqların bərpa olunması bardə tədbirlərin görülməsi haqqında heç bir qərar praktikada mövcud deyildir. Göstərilənlər «X1rşı» iş üzrə Avropa Məhkəməsinin (şikayət №47143/06) qərarında Rusiya Federasiyasının əməliyyat-axtarış fəaliyyəti ilə bağlı qanunverciliyi üçün qeyd etdiyi kimi, Azərbaycan Respublikasının da əməliyyat-axtarış fəaliyyəti ilə bağlı qanunvericiliyinin «keyfiyyətli qanun» standartına tam şəkildə cavab vermədiyini göstərir. Hazırki iş materiallarına əsasən əməliyyat-axtarış məlumatları əsasında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar və sənədlər məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməmiş, həmin nəticələr məhkəmə nəzarəti və ya prokuror nəzarətinin predmeti olmamışdır. Göstərilənlər məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı adı altında gömrük əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri və onun nəticələri barədə heç bir məhkəmə nəzarəti və ya prokuror nəzarəti olmamışdır. Şərh olunanlar məhkəməyə o cümlədən gömrükdə əməliyyat-axtarış fəaliyyətinə məhkəmə və prokuror nəzarətinin effektli olması barədə nəticəyə gəlməyə heç birəsasyaratmır. Əksinə, göstərildiyikimi, qanunun özü təkmil olmayan bu nəzarət mexanizminin səmərəliliyini şübhə altına almağa şərait yaradır. Beləhallar, gömrük orqanı tərəfindən əməliyyat-axtarış fəaliyyətinə sanksiyanın verilməsi və onun həyata keçirilməsi, qanuni təminatlarla əməliyyat-axtarış fəaliyyəti üzərində effektik məhkəmə və prokuror nəzarətinin olmaması şəxsin həmin orqan qarşısında tam əlverişsiz vəziyyətə düşməsi və nəticədə onun ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına şəraitin yaranması barədə müəyyən narahatlıqlar doğurur. Ümumiyyətlə, göstərilənlərin işığında eyni orqan tərəfindən bu fəaliyyət növlərinin həyata keçirilməsi şəraitində, bir tabeçilikdə olan gömrük əməkdaşlarının bir-birinin hərəkətinə nəzarət etməsi və bir-birinin əleyhinə qərarlar verməsini ehtimal etmək belə çətinlik yaradır. Belə ki, əməliyyatı həyata keçirən şəxslər, işin təhqiqatını aparan təhqiqatçı və ibtidai istintaqını həyata keçirən müstəntiq gömrük işçiləri olmaqla, bir başa bu əməliyyatı sanksiyalaşdıran gömrük orqanının rəisinə tabe olan şəxslərdir və onların tabe olduğu şəxsə qarşı gedərək, sanksiyalaşdırdığı işlə bağlı hər hansı fərqli qərarlar qəbul etməsi inandırıcı deyildir. Eyni zamanda belə vəziyyətə tutulma ilə bağlı Avropa Konvensiyasının və Avropa Məhkəməsinin presedentlərinin tələbləri ilə milli qanunvericilikdə olan ziddiyyətlər, bu zaman artıq praktika halına çevrilmiş milli qanunvericiliyin normalarının tətbiq ivə şəxsin Avropa Konvensiyasının tələbinə baxmayaraq, tutulduğu andan müdafiəçi ilə təmin olunmaması və digər hüquqlarının təmin edilməməsidə birbaşa təsir göstərir və tutulan şəxs tam olaraq hüquq-mühafizə orqanına münasibətdə əlverişsiz vəziyyətə salınır ki, bu da ona qarşı hər hansı özbaşınalığa yol aça bilər. «Veselov və başqaları» Rusiyaya qarşıişdə Avropa Məhkəməsi bir sıra Avropa ölkələrinin qanunvericiliyini tədqiq edərək, həmin ölkələrdə əməliyyat-axtarış fəaliyyətini sanksiyalaşdıran orqanın və onu həyata keçirən orqanın başqa-başqa olduqlarını göstərmişdir. Mütləq əksər ölkələrdə bu fəaliyyət məhkəmə və ya prokuror sanksiyalaşdırılması əsasında həyata keçirilir. Məsələn Türkiyə, Bolqarıstan, Estoniya, Yunanıstan, Lixtenşteyn, Polşa və Sloveniya da bu sanksiya məhkəmə tərəfindən, Çexiya, Fransa, Makedoniya, Portuqaliya, İspaniya və İtaliyada prokuror və xüsusi hallarda məhkəmə tərəfindən verilir. Veselovun işində, həmçinin Vanyan Rusiyaya qarşı və Xudobin Rusiyaya qarşı işlərdə Avropa Məhkəməsi eyni orqan tərəfindən əməliyyat-axtarış tədbirinin sanksiyalaşdırılaraq, həyata keçirilməsini və qanunun buna imkan verməsini, şəxsə qarşı hüquq-mühafizə orqanının özbaşınalığına və nəticədə şəxsin ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına yol açdığını bildirmişdir. Avropa Məhkəməsinin qənaətinə görə qanun əlçatan olmalı, nəticələrini öncədən görmək mümkün olmalı, kifayət qədər aydın şəkildə ifadə edilməli, eləcə də onun qüvvəsinin şamil olunduğu şəxslərlə rəftarda özbaşınalığa qarşı digər təminatlar orada yer almalıdır (Amyur Fransaya qarşı iş və s.). Göstərilən hallar hazırki işdə də baş vermişdir. Beləki, Təqsirləndirilən şəxs qarşı əməliyyat fəaliyyətini eyni orqan sanksiyalaşdırmış və həyata keçirmiş, həmin orqanda işin təhqiqat və istintaqını, yəni ibtidai araşdırmasını aparmışdır. Təqsirləndirilən şəxs, barəsində narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanması ilə bağlı sanksiyaşdırılaraq həyata keçirilmişəm əliyyat-axtarış fəaliyyətinin nəticəsi olaraq tutulmuş, yəni həbs edilmişdir. Halbuki qeyd edildiyi kimi, «X2» Qanunda şəxsin tutulması əməliyyat-axtarış tədbiri kimi nəzərdə tutulmamışdır. Digər tərəfdən, «X2» Qanunda şəxsin üzərində şəxsi axtarış və götürülmənin aparılmasını və onun şübhəli şəxs qismində tutulmasını nəzərdə tutmur. Tutulma və şəxsi axtarış Azərbaycan Respublikası CPM-də nəzərdə tutulan prosessual hərəkətlərdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməliyyat məlumatı əsasında tutulması və onun üstündə şəxsi axtarışın və götürmənin aparılması həm «X2» Qanunun, həmdə Azərbycan Respublikası CPM-nin, eyni zamanda Azərbayan Respublikası Konsitusiyasının 61, 63 və 67-ci maddələrinin və Avropa Konvensiyasının 5 və 6-cı maddələrinin kobud pozuntusudur. İş materiallarından görünür ki, gömrük orqanında Təqsirləndirilən şəxs barəsində əməliyyat-qeydiyyat işi başlanmamışdır. Halbuki qanun bir mənalı şəkildə o cümlədən əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərarları əsasında əməliyyatqeydiyyat işinin başlanılmasını, həmin subyekt tərəfindən mütləq qeydiyyata alınmasını və əməliyyat-axtarış tədbirlərinin nəticələrinin əməliyyat-qeydiyyat işində əks edilməsini və sistemləşdirilməsini təsbit edir («X2» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi). Bu qanun normasınında məqsədi şəxsin hüquq-mühafizə orqanlarının səlahiyyətli şəxslərinin mümkün özbaşınalığından, o cümlədən əsassız tutulmaya və axtarışa məruz qalmasından qorunmasıdır. Lakin haqqında əməliyyat-qeydiyyat işi açılmadığı və əməliyyat-axtarış tədbirlərinin nəticələri qeyd olunmadığı halda, hansı əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs tutulması və onun üstündə şəxsi axtarış və götürmənin aparılması məhkəməyə aydın deyildir və belə məlumatın olması haqqında da ittiham tərəfindən müvafiq sübutlar təqdim edilməmişdir. Heç şübhəsiz ki, şəxsi hüquq-mühafizə orqanlarının mümkün özbaşınalığından qorumaq, pozulmuş hüquqları və ədaləti bərpa etmək funksiyası məhkəmənin ədalət və qanunçuluq prinsiplərinin və insan hüquqlarının qorunmasına nəzarət olunun daha da gücləndirilməsini önə çəkir. Avropa Məhkəməsidə məsələyə məhz bu mövqedən yanaşaraq, yuxarıda istinad olunan və digər presedentlərində heç bir məqsədin, o cümlədən narkotiklərlə mübarizənin şəxsin ədalətli məhkəmə araşdırması hüququnun pozulması yolu ilə həyata keçirilməsinin yolverilməz olduğunu qeyd edir. Məhkəmə onuda bildirir ki, Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı bir sıra qərarlarından (Vanyan Rusiyaya qarşı, Xudobin Rusiyaya qarşı, Veselov və başqaları Rusiyaya qarşı, Bannikova Rusiyaya qarşı və s.) sonra Rusiya Federasiyası öz cinayət-prosessual və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı qanunvericiliyində müvafiq dəyişikliklər etmiş, əməliyyat-axtarış fəaliyyəti orqanının telefon danışıqlarına qulaq asmaq, video kamera ilə müşahidə aparmaq, şəxsə qarşı heç bir provokasiyaya yol vermədən ilkin sübutlar toplamaq və bu sübutların onun ittiham olunmasında istifadə edilməsi və sair səlahiyyətləri qanunvericilik qaydasında daha da təkmilləşdirilmiş, Konstitusiya Məhkəməsi və Ali Məhkəmə tərəfindən bu məsələlərlə bağlı müvafiq şərhlər verilmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəllənin 206.2ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanununa əsasən cinayət məsuliyyətinə cəlb edilməsi üçün qurudulmuş marixuana-kannabisin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla daxil olmaqla) yuxarı həddi 5 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 206-cı maddəsi qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. Qanun normalarının mənasından görünür ki, 5 qram və ondan yuxarı miqdarda qurudulmuş marixuana-kannabisin əldə edilməsinə, saxlanmasına, hazırlanmasına, emal edilməsinə və daşınmasına görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti, 5 qramdan aşağı miqdarda qurudulmuş marixuana-kannabisin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Əslində Azərbaycan Respublikası CM-nin 206.2-ci madəsində müəyyən olunmuş narkotik vasitələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi həmin narkotik vasitələrin saxlanması və daşınması anlamını verir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarının 13-cü bəndində göstərilən izah da bu halı təsdiq edir. Belə ki, «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarının 13-cü bəndində qeyd edilmişdir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin…qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə-CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların (narkotik vasitələrin…) qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 234 və sair) tövsif olunmalıdır. Yəni burada Ali Məhkəmənin Plenumu sözügedən qərarı ilə şəxsin qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri sərhəddən keçirərkən (satış olmadan) CM-nin 206.2-ci maddəsi ilə yanaşı həm də CM-nin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməli olmasını qeyd edirsə, CM-nin 234.1-ci maddəsində də həm də narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınmasına cinayət məsuliyyəti nəzərdə tutulursa, deməli göstərilən qərara görə narkotik vasitələrin qanunsuz olaraq sərhəddən keçirilməsi həm də o cümlədən onların saxlanması və daşınması anlamını verir. Digər tərəfdən həmin Plenum qərarında sərhəddən keçirilməsi nəzərdə tutulan narkotik vasitələrin miqdarı şəxsi istehlak miqdarından artıq olduğu təqdirdə şəxsin əməlinin həm CM-nin 206.2, həm də CM-nin 234-cü maddəsi ilə tövsif olunması bparədə hüquqi nəticəyə gəlinirsə, deməli sərhəddəin keçirilən narkotik vasitələrin miqdarının əməlin tövsifi üçün əhəmiyyəti vardır. Bu xüsusda hüquqi müəyyənlik prinsipinə görə şəxsin şəxsi istehlak miqdarından az miqdarda narkotik vasitəni sərhəddən keçirməsi halı əslində İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyəti yaratmalıdır. Bununla da narkotik vasitələrə münasibətdə CM-nin 206.2-ci maddəsi ilə Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu və CM-nin 234.1 və İXM-nin 207-ci maddələrinin arasında bir ziddiyyət yaranır. Belə ki, 5 qramdan az miqdarda qurudulmuş marixuananın o cümlədən saxlanması və daşınmasına görə İXMnin 206-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulduğu halda, 5 qramdan az miqdarda, hazırki işdə verilən ittihama görə 0,72 qram çəkidə qurudulmuş marixuananın kömrük sərhəddindən keçirilməsinə (verilən ittihama görə) görə cinayət məsuliyyətinin müəyyən edilməsi, həm də CM-nin 206.2-ci maddəsində bunun az ağır cinayət sayılmaqla sanksiyasında 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulması, İXM-nin 206-cı maddəsində isə şəxsi istehlak miqdarından az miqdarda-5 qramdan az qurudulmuş marixuananın saxlanması və daşınmasına görə (faktiki olaraq eyni əmələ görə) 300 manatdan 400 manatadək məbləğdə cərimə və ya iki ayadək inzibati həbsin nəzərdə tutulması, yəni məsuliyyət növlərinin və cəzaların ağırlığına görə bir-birindən kəskin fərqlənməsi və praktikada tətbiq olunması hüquqi müəyyənlik prinsipinin, bu prinsipin mahiyyətinə daxil olan «keyfiyyətli qanun» standartının və Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində təsbit olunmuş hamının qanun və məhkəmə qarşısında bərabərlik hüququnun pozulmasıdır. Eyni miqdarda narkotik vasitə saxlanması və daşınmasına görə bir halda CM-nin 206.2-ci maddəsində cinayət məsuliyyətinin və 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının, digər halda isə İXM-nin 206-cı maddəsilə inzibati məsuliyyətin və daha yüngül cəzanın- 300 manatdan 400 manatadək məbləğdə inzibati cərimənin və ya 2 ayadək inzibati həbsin müəyyən edilməsi heç bir məntiqlə əhatə olunmur, ədalət və bərabərlik prinsiplərinə ziddir. Belə ki, istər CM-nin 206.2-ci maddəsində, istərsə də İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş əməllərin predmeti narkotik vasitələr, hazırki halda qurudulmuş marixuanadır. Həmçinin bu əməllərin əsas obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən münasibətlərdir. Eyni miqdar narkotik vasitəyə görə CM-nin 206.2-ci maddəsilə qorunan əhalinin sağlamlıq dərəcəsi İXM-nin 206-cı maddəsilə qorunan eyni əhalinin sağlamlıq dərəcəsindən üstün ola bilməz. Həmçinin hamının qanun və məhkəmə qarşısında bərabərliyinin konstitusion prinsip kimi təsbit olunduğu şəraitdə bir halda şəxsi istehlak miqdarında qurudulmuş marixuanya görə cinayət məsuliyyətinin, digər halda isə həmin bu miqdarda narkotik vasitəyə görə inzibati məsuliyyətin nəzərdə tutulması və bunun hüquq tətbiq etmə praktikasında geniş yer alması təbii ki, həmin qanun normasının və hüquq tətbiq etmə praktikasının keyfiyyətinə xələl gətirir. Belə hallar ölkə vətəndaşları kimi, xarci ölkə vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə münasibətə də aid edilməlidir. Belə ki, qanuna görə əcnəbilər Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan, o cümlədən ədalətli məhkəmə araşdırmasından istifadə etmək hüququna malikdirlər. Məhkəmə hesab edir ki, şübhəsizdir ki, gömrük sərhəddi ərazisi Azərbaycan Respublikasının ərazisi hesab edilir və həmin ərazi Azərbaycan Respublikasının yurisdiksiyasında olmaqla ölkə qanunları həmin əraziyə də aiddir. Verilmiş ittihama görə Təqsirləndirilən şəxsşəxsiyoxlamasıiləbağlıportmanesindəyoxlama və götürmənin həyata keçirildiyi və narkotik vasitənin «tapıldığı» ərazi Azərbaycan Respublikasının ərazisidir. Belə olan halda ümumiyyətlə təqsirləndirilən şəxsin məsuliyyətini daha çox yüngülləşdirən qanun normasının tətbiq edilməsi hüquqi müəyyənlik prinsipinə uyğundur. Maraqlıdır ki, bir sıra ölkələrdə narkotik qaçaqmalçılığı üzrə cinayət məsuliyyətinə səbəb olan narkotiklərin miqdarı müəyyən edilmişdir. X23 Hökumətinin x xxxxxxx 2012-ci il tarixli, 1001 №-li qərarı ilə o cümlədən Rusiya Federasiyası CM-nin 229.1-cu maddəsində nəzərdə tutulmuş narkotik qaçaqmalçılığına görə cinayət məsuliyyətini müəyyən edən narkotiklərin miqdarının dərəcələri müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 206.2-cı maddəsi üzrə gömrük sərhəddindən keçirilən narkotik vasitələrin miqdarının müəyyən edilməməsi isə həmin normanın xx xxxx 2005-ci il tarixli Qanun və İXM-nin 206-cı maddəsi ilə ziddiyyəti konteksində keyfiyyətli qanun standartına cavab verməməsi və bu xüsusda hüquqi müəyyənlik prinsipinə uyğun olmaması nəticəsinə gəlinməsi üçün kifayət qədər əsaslar yaradır. Məhkəmə bu xüsusda qeyd edir ki, hüquq filosofu Gustav Radbruch qanuni müəyyənliyi, ədaləti və məqsədyönlülüyünü qanunun üç əsas sütunu hesab edirdi. Bu gün qanuni müəyyənlik beynəlxalq səviyyədə qanunun aliliyi üçün əsas tələb kimi qəbul olunur. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) görə qanunun aliliyi anlayışı "hər şeydən əvvəl qanuni müəyyənlik və uzaqgörənlik naminə qayda əsaslı bir cəmiyyətin qurulmasının zəruriliyini vurğulayır." Hüquqi müəyyənlik – hüquqi sistemin əvvəlcədən bilinən və şəffaf olmasıdır. Bu elə bir müdafiədir ki, qanunun ixtiyari bir şəkildə istifadə edilməyəcəyinə zəmanət verir. Hüquqi müəyyənlik qanunun aliliyi üçün olduqca vacibdir, çünki qanunu ədalətli və başa düşülən kimi qəbul edən vətəndaşlar daha çox buna tabe ola bilərlər. Hüquqi müəyyənlik hüquq normalarına tabe olanları öz davranışlarını tənzimləmək və dövlət hakimiyyətinin özbaşına həyata keçirilməsindən qorumaq üçün qanunun kifayət qədər aydın olmasıdır. Beləliklə, hüquqi müəyyənlik fərdi azadlıq məkanının və dövlət hakimiyyət dairəsinin müəyyənləşdirməkdə mühüm rol oynayır. Bu yolla normativ gözləntilərin sabitləşməsində və sosial qarşılıqlı münasibətlərin qurulmasında, eyni zamanda müasir cəmiyyətdə fərdi azadlıq və siyasi gücün sərhədlərinin müəyyənləşməsində hüquqi müəyyənlik əsas yer tutur. X35 Məhkəməsinə görə hüquqi müəyyənlik prinsipi qanun normalarının təsirinə dair məlum, aydın, sabit, müəyyən və proqnozlaşdırılmış olmasını tələb edir. Böyük mütəfəkkir Jerome Frank qeyd etmişdir ki, qanunun qeyri-müəyyənliyi ehtiyatsızlıqdan baş verən “bədbəxt bir hadisə” deyil, bu daha böyük əhəmiyyətə malikdir. Hüquqi müəyyənlik nəzəri cəhətdən qanunun təsbit prinsipi kimi müəyyən edilmişdir. Ümumiyyətlə, bu, müəyyən hərəkətlərin hüquqi nəticələrinin dəqiq müəyyənləşdirildiyini və proqnozlaşdırıla biləcəyini bildirir. Xüsusilə, qanun açıq və əlçatan, etibarlı, zamanla sabit və proqnozlaşdırıla biləndirsə, hüquqi müəyyənlik davam edir. Artıq hüquqi müəyyənlik Avropa Birliyi hüququnun ümumi prinsiplərindən biri kimi qəbul edilir və tələb olunur ki: qanunlar və qərarlar ictimaiyyətə verilməlidir qanunlar və qərarlar qəti və aydın olmalıdır məhkəmələrin qərarları məcburi sayılmalıdır qanunların və qərarların geriyə hərəkəti məhdud olmalıdır qanuni maraqlar və gözləntilər qorunmalıdır. Qanuni müəyyənlik hüququmuzu müdafiə etmək, dövlət özbaşınalığına və hüquqlarımızı səmərəli şəkildə həyata keçirmək üçün təminatların olmamasına qarşı mübarizə silahıdır. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci il və xx xxxx 2004-cü il tarixli qərarları). Qanuni təhlükəsizliyin digər alt prinsipi olan hüquqi sabitliyin birinci istiqaməti hüquqi qaydalar baxımından sabitlikdir. Qanuni qaydaların sabitliyi nisbi sabitlikdir. Başqa sözlə, mütləq dəyişməzlik və tez-tez təqib edilə bilməyən dəyişiklik arasında tarazlıq yaratmaqdır. Şübhəsiz ki, cəmiyyətin və texnikanın dəyişməsi fonunda qaydaları qorumaq mümkün və ağlabatan deyil. Digər tərəfdən, ağlabatan davamlılıq və sabitlik səviyyəsini aradan qaldıracaq hüquq sistemində tez-tez dəyişikliklər də hüquqi təhlükəsizlik baxımından problemlidir. Ağlabatan sabitlik və qaydaların dəyişmə diapazonu qayda tipinə, qaydanı dəyişdirən orqana və dəyişiklik metoduna görə dəyişə bilər. Buna görə əvvəlcədən dəqiq bir sabitlik və ya dəyişiklik sürətini təyin etmək mümkün deyil. Nəhayət, sabitliyin mövcudluğu, norma və şərtlərə uyğun olaraq müəyyən ediləcək əsas meyarlara görə dəyişikliyi izləyə bilməyən şəxslərin və qurumların etibarsız bir vəziyyətə gətirilməməsinə görə müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, hüquqi müəyyənlik prinsipinə və bu xüsusda «keyfiyyətli qanun» standartına cavab verməyən qanunun tətbiqi ilə şəxsin hüquqlarının məhdudlaşdırılması onun Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnu pozmaqla həmçinin Avropa Konvensiyasının 7-ci maddəsində nəzərdə tutulmuş qanunsuz cəzalandırılmamaq hüququnun pozulması riskini də artırır. Məhkəmə nəzərə çatdırır ki, Avropa Konvensiyasının 6-cı maddəsinə, 7-ci maddəsinə və Avropa Məhkəməsinin presedentlərində ifadə olunmuş hüquqi mövqeyə görə əgər Avropa Konvensiyanı ratifikasiya etmiş dövlətlərin qanunlarında eyni məsələ ilə bağlı ziddiyyətli məqamlar vardırsa, onda birmənalı şəkildə şəxsin hüququi vəziyyətini yüngülləşdirən və məsuliyyətini aradan qaldıran qanun normalarından istifadə olunmalıdır. Bu tələb həm də Avropa Konvensiyasının 7-ci maddəsindən irəli gəlir. Belə ki, Avropa Konvensiyasının 7-ci maddəsinə əsasən heç kəs törətdiyi zaman milli və ya beynəlxalq hüquqa görə cinayət sayılmayan hər hənsı hərəkət və ya hərəkətsizliyə görə cinayət törətməkdə təqsirli hesab edilə bilməz. Habelə cinayət əməlinin törədildiyi zaman tətbiq edilməli olan cəzadan daha ağır cəza verilə bilməz. Cəmil Fransaya qarşı işdə Avropa Məhkəməsi bildirdi ki, ərizəçinin ittiham edilməsinə səbəb olan əməllər törədildikdən sonra məhkəmələr tərəfindən ilk dəfə tətbiq edilən hər hansı qanunun müddəasının genişləndirilmiş şərhi bəzi hallarda həmin müddəanın pozulmasına gətirilb çıxara bilər. Təkcə yazılmış qanunlar yox, həm də ümumi hüququn və ya hər hansı başqa adi hüququn normaları istər barəsində Konvensiyada yer alan qeyd-şərt kimi məhdudlaşdırıcı qeydşərtlərin tətbiq edildiyi əsas hüquqların məhdudlaşdırılması üçün, istərsə də Konvensiyanın 7-ci maddəsində nəzərdə tutulan cinayət sanksiyaları üçün yetərli hüquqi baza rolunu oynaya bilər. Avropa Məhkəməsi həmin işdə qeyd etdi ki, olduqca mühüm məqam hər şeydən əvvəl hüququn müəyyənliyidir, habelə dağınıq hüquqi müddəaların və ya konsepsiyaların dəqiqləşdirilməsində və ya inkişaf edilməsində məhkəmələrin funksiyalarıdır… Başqa məsələlərlə yanaşı, həm də qanunun mətni ilə əsaslı şəkildə əhatə edilə bilməyən faktlar barəsində cinayət hüququnun «in malam partem» prinsipinin tətbiqi qadağan edilib…Cinayət hüququ sahəsində… Konvensiyanın 7-ci maddəsinin 1-ci bəndi belə bir imkanı istisna edir ki, əvvəllər cəzalandırılmayan hər hansı əməllər məhkəmə nəticəsində cinayət məsuliyyətinə səbəb olsun və ya mövcud cinayətlər əvvəllər açıq-aşkar cinayət olmayan faktları da əhatə etsin. Bu, o deməkdir ki, cinayət tərkibinin elementləri, məsələn cinayətin törədilməsi üçün tələb olunan təqsirin xüsusi forması istənilən halda məhkəmə praktikası ilə təqsirləndirilən şəxsin ziyanına əhəmiyyətli şəkildə dəyişdirilə bilməz. Başqa tərəfdən, cinayətin orijinal konsepsiyası çərçivəsində ağlabatan şəkildə yerləşdirilə bilən mövcud cinayət elementlərinin dəqiqləşdirilməsi və şəraitə uyğunlaşdırılması etiraz doğurmur. X11rşı işdə Avropa Məhkəməsi bildirmişdir ki, məhkəmələr tərəfindən dövlətdaxili normaların lazımi şəkildə tətbiqinin yoxlanması, bir qaydada olaraq, Avropa Məhkəməsinin vəzifələrinə daxil olmasa da, 7-ci maddədə olduğu kimi, Konvensiya dövlətdaxili hüquqa istinad etdikdə, o, hər halda bunu edir, belə hallarda dövlətdaxili hüququn hər hansı pozuntusu Konvensiya ilə kolliziyaya (ziddiyyətə) səbəb olduqda, Komissiya buna diqqət yetirə bilər və yetirməlidir. 7-c maddə belə bir imkanı istisna etmir ki, cinayət törədilən anda yol verilə bilən şərtlərə nisbətən daha sərt şərtlər tətbiq edilmədiyi təqdirdə, artıq təyin edilmiş olan cəza dəyişdirilmiş formada həyata keçirilə bilər. Hüquqi müəyyənlik prinsipinin və bu prinsipə daxil olan «keyfiyyətli qanun» şərtlərinin pozulmasının Avropa Konvensiyasının pozuntusunu yaratmasına dair Avropa Məhkəməsinin ən son qərarlarından biri də Şokin Ukraynaya qarşı iş üzrə qərardır. Həmin işin hallarından görünür ki, iki bir-biri ilə eyni hüquqi qüvvəyə malik olan, lakin birbiri ilə ziddiyyət təşkil edən qanunlar olduğu halında Ukraynanın müvafiq orqanları tərəfindən Şokinə daha çox stavka üzrə vergiləri müəyyənləşdirən qanunun tətbiq edilməsi və bununla da şəxsin vəziyyətinin ağırlaşdırılması Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirilmişdir (Yuxarıda qeyd edildiyi kimi, Deveyer Belçikaya qarşı işdə Avropa Məhkəməsi cinayət ittihamı ilə bağlı Konvensiyanın 6-cı maddəsində qeyd olunmuş təminatların mülki işlərə da tətbiq edilməli olduğunu müəyyən etmişdir). Şokinin işində Avropa Məhkəməsi qeyd etmişdir ki, Spaçek Çexiya Respublikasına qarşı və Beyeler İtaliyaya qarşı işlərdə göstərildiyi kimi, Avropa Konvensiyasında və 1 saylı protokolun 1-ci maddəsində müəyyən olunmuş «qanun» anlayışı, görülmüş tədbirlərin milli qanunvericiliyə əsaslanmasını, eyni zamanda həmin qanunun keyfiyyətini, yəni onun maraqlı şəxslərə çatımlı olması, aydın olması və dəqiq və tətbiqində gözlənilən olmasını ehtiva edir. Milli qanunvericiliyin şərhi və tətbiqi birinci növbədə milli orqanların səlahiyyətindədir. Ancaq hər bir halda milli qanunvericiliyin şərhi və tətbiqinin nəticələrinin Konvensiyanın prinsiplərinə və praktikada şərhinə uyğunluğunun yoxlanılması Avropa Məhkəməsinin vəzifələrinə aiddir (Skordino İtaliyaya qarşı iş ). Məhkəmə bildirdi ki, bu məsələ ilə bağlı milli qanunvericiliyin ümumi vəziyyəti qənaətbəxş deyildir. Belə ki, istinad olunan normativ-hüquqi aktlar aşkar şəkildə bir-biri ilə ziddiyyət təşkil edirlər. Nəticədə yerli orqanlar bu normativ aktların korrelyasiyası zamanı bir-birinə zidd yanaşmalar tətbiq etmişlər. Hazırki məsələ ilə bağlı müxtəlif şərhlərə və praktikaya yol açan milli qanunvericilik normasında zəruri açıqlığın və dəqiqliyin olmaması Konvensiya nöqteyi-nəzərindən «qanunun keyfiyyəti» tələbinə ziddir və nəticədə dövlət orqanları tərəfindən şəxsin hüquqlarına qeyri-adekvat müdaxiləyə yol açmaqla onun həmin hüquqlarının müdafiəsinə şərait yaratmamışdır. Bu xüsusda Avropa Məhkəməsi həmin iş üzrə yekun olaraq qeyd etmişdir ki, əgər daxili qanunvericilik iki bir-birinə zidd olan qanun normaları ilə hüquq və vəzifələrə, hüquqi nəticələrə, həmçinin dövlət orqanlarının səlahiyyətinə dair müxtəlif yanaşmalara yol açırsa, onda vətəndaşın vəziyyətini yaxşılaşdıran qanun norması tətbiq edilməlidir. Ancaş Şokinin işində əks hal baş vermiş, vətəndaşın vəziyyətini pisləşdirən, ancaq dövlət orqanının mənafeyinə uyğun qanun norması tətbiq edilməklə, Şokinin hüquqları pozulmuşdr. Vorbanov Bolqarıstana qarşı iş üzrə qərarda Avropa Məhkəməsi bildirmişdir ki, hüquqi müəyyənlik prinsipi hüququn məhdudlaşdırılması şərtlərinin qanunda aydın və dəqiq təsbitini, hüquq tətbiq etmə praktikasında qanunun eyni cür və dürüst təfsirinə əsaslanmanı, müxtəlif məhkəmə qərarlarında hüququn tətbiqində ardıcıllığı, qanunun tətbiqi təcrübəsinin şəxslər üçün gözlənilən olmasını ehtiva edir. Məhkəmə hazırki işə Avropa Məhkəməsinin Şokin Ukraynaya qarşı və Vorbanov Bolqarıstana qarşı prsedentlərinin işığında qiymət verərək, hesab edir ki, əslində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə küllü miqdarına görə siyahıların təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanunu və Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi arasında olan ziddiyyət, yəni birinci halda 5 qramdan az olan (hazırki halda 0,72 qram olan) qurudulmuş marixuananın saxlanması və daşınmasına görə inzibati məsuliyyətin, CM-nin 206.2-ci maddəsində isə 5 qramdan az olan (hazırki halda 0,72 qram) qurudulmuş marixuananın saxlanması və daşınmasına görə cinayət məsuliyyətinin və 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının müəyyən edilməsi, bu zaman belə halda həmin qanunun normasının (CM-nin 206.2-ci maddəsinin) şərhində və hüquq tətbiq etmə praktikasında birmənalı şəkildə İXM-nin 206-cı maddəsinin deyil, CM-nin 206.2-ci maddəsinin və cinayət cəzasının tətbiq edilməsi, bununla da şəxsin hüquqi vəziyyətinin pisləşdirilməsi bu xüsusda 5 qramdan az miqdarda narkotik vasitənin-qurudulmuş marixuananın saxlanması və daşınması ilə bağlı bir-birinə zidd inzibati və cinayət məsuliyyəti müəyyən edən qanunvericiliyin (xüsusən CM-nin 206.2-ci maddəsinin) «keyfiyyətli qanun» standartına cavab vermədiyini göstərir. Qeyd olunan şərtlərə əsasən hazırki iş üzrə şəxsi istehlak miqdarında qurudulmuş marixuanaya görə (0,72 qram) «keyfiyyətli qanun» standartına cavab verməyən CM-nin 206.2-ci maddəsinin şəxsə qarşı tətbiq edilməsi və onun cinayət cəzasına məruz qoyulması şübhəsizdir ki, şəxsin ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına və qanunsuz cəzalandırılmasına gətirib çıxarar ki, bu da yolverilməzdir. Məhkəmə hesab edir ki, Avropa Konvensiyası Azərbaycan Respublikasınının tərəfdar çıxdığı dövlətlərarası müqavilə olduğundan və Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunlarından daha üstün hüquqi qüvvəyə malik olduğundan, eyni zamanda Avropa Konvensiyasının 46-cı maddəsinə və «Müqavilələr haqqında» 1969-cu il Vyana Konvensiyasının 3-cü maddəsinə əsasən beynəlxalq müqavilələr onların tətbiqi təcrübəsi ilə birlikə iştirakçı dövlətlər üçün məcburi olduğundan hazırki halda Avropa Konvensiyasının və onun tətbiqi təcbübəsi ilə bağlı X38 Avropa Məhkəməsinin yuxarıda istinad olunan presedentlərinin tətbiq olunması və müvafiq ədalətli qərarın qəbul edilməsi zəruridir. Məhkəmə həmçinin yuxarıda göstərilən Avropa Məhkəməsinin presedentləri işığında Azərbaycan Respublikasının Gömrük Məcəlləsində nəzərdə tutulmuş şəxsi yoxlama və avtomaşına baxışla Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş baxış, axtarış və götürmə arasında keçirilmə qaydası, şərtləri və nəticələrinə dair uyğunsuzluğu şərh edərək, bildirir ki, əslində Cinayət Məcəlləsinin məqsədləri nöqteyi-nəzərindən (o cümlədən CM-nin 206.2-ci maddəsi) gömrük postunda həyata keçirilən şəxsi yoxlama və götürmə CPM-nin tələbləri baxımından şəxsi axtarış və götürmədir. Ona görə də həmin tədbirə CPM-nin axtarış və götürmə ilə bağlı olan prosessual qayda, şərt və təminatlar aid edilməli, həmin hərəkətdə müdafiəçinin və tərcüməçinin iştirakı, həmçinin şəxsin digər hüquqları təmin olunmalıdır. Şəxsi yoxlama və götürmənin Gömrük Məcəlləsi ilə tənzimlənməsi, baxış, axtarış və götürmənin isə CPM ilə təsbit olunması şəxsin hüquqlarının pozulması üçün əsas yaratmamalıdır. Bu halda da hüquqi müəyyənlik prinsipi təmin olunmalı, şəxsin hüquqlarının həyata keçirilməsinə daha əsaslı təminat verən qanun normaları tətbiq olunmalıdır. Əks hal hüquqi müəyyənlik prinsipinin (keyfiyyətli qanun standartının) və bu xüsusda şəxsin müdafiə hüququ və sair hüquqları da daxil olmaqla geniş mənada ədalətli məhkəmə araşdırma hüququnun pozulmasıdır. Məhkəmə onu da qeyd edir ki, hakimlərin o cümlədən cinayət mühakimə icraatında qanunları tətbiq etməsi onların şərh edilməsini də nəzərdə tutur. Qanunlar müvafiq qaydada şərh olunmadan onların düzgün tətbiqi qeyri-mümkündür. Bu hakimlərin müstəqil olması və yalnız Azərbycan Respublikasınının Konstitusiyasına və qanunlara tabe olması barədə Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsində muüəyyən edilmiş konstitusion prinsipdən, o cümlədən Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərindən irəli gəlir. İş materiallarından həmçinin görünür ki, sübutların qiymətləndirilməsi haqqında xx xxx 2020-ci il tarixli qərarda Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin tərkib əlamətləri olmadığından həmin hissədə Azərbaycan RespublikasıCPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkibi olduğu üçün cinayət işinin materiallarından onun barəsində inzibati icraat qaydasında material ayrılaraq, baxılması üçün Balakən Rayon Polis Şöbəsinə göndərilmiş, Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin xx.xx.2020-ci il tarixli, MH ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmiş və Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3 (019)-229/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəislə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsilə inzibati məsuliyyətdən azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs və ya hər hansı dövlətin qanunlarına və ya cinayət-prosessual normalarına müvafiq olaraq, artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə, həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar məhkum edilə və ya cəzalandırıla bilməz. Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü maddəsinin 2-ci bəndində qeyd olunur ki, bundan əvvəlki bəndin müddəaları, əgər yeni və ya təzədən ortaya çıxmış hallar barəsində məlumatlar varsa və ya əgər əvvəlki araşdırma zamanı işin nəticəsinə təsir göstərən əsaslı pozuntulara yol verilibsə, müvafiq dövlətin qanunlarına və cinayətprosessual normalarına uyğun olaraq, işə təkrar baxılmasına mane olmur. Avropa Məhkəməsinin Engel və başqaları Niderlanda qarşı qərarında inzibati xəta haqqında ittihamın Avropa Konvensiyasının 5, 6 və 7-ci maddələri və Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü maddəsi baxımından cinayət ittihmına bərabər sayılması üçün 3 meyar müəyyən edilmişdir: 1) hüquq pozuntusu təşkil edən əməlin daxili qanunvericilikdə cinayət əməli kimi təsnifləşdirilməsi; 2) hüquq pozuntusunun xarakteri və 3) mümkün cəzanın xarakteri və ağırlığı. İkinci və üçüncü meyarlar alternativ qaydada istifadə olunur və onların bir yerdə əmələ gəlməsi mütləq şərt deyildir. Ancaq onların ayrılıqla analizi işdə cinayət ittihamının verilməsi nəticəsinə gəlməyə tam əsas yaratmırsa, həmin meyarlar bir yerdə də istifadə oluna bilər (bax: Yussila Finlandiyaya qarşı və Ezex və X16rşı işlər). Məhkəmə nəzərə çatdırır ki, əməlin daxili qanunvericilikdə açıq-aydın cinayət əməli kimi təsnifləşdirilməsi o deməkdir ki, 6-cı maddənin cinayət-hüquqi aspekti avtomatik olaraq həmin işə tətbiq edilir. X31rşı işdə (32- 34-cü bəndlər) Avropa Məhkəməsi bildirmişdir ki, hüquq pozuntusunun daxili qanunvericilikdə cinayət əməli kimi təsnifləşdirilməməsi nisbi xarakter daşıyır. Belə ki, bu halda ikinci və ya üçüncü meyarlar ön plana keçir. İkinci meyar, yəni hüquq pozuntusunun xarakteri tətbiq edilərkən daxili qanunvericilik normalarının və onların tətbiqi dairəsinin həmin hüquq sistemindəki digər cinayət əməlləri ilə müqayisəsi aparılır (Engelin işi, 80-85-ci bəndlər).Öztürk Almaniyaya qarşı işdə (53-cü bənd) Avropa Məhkəməsi vurğulamışdır ki, konkret cinayət əməlinin cəzalandırılmasına yönələn daxili qanunvericilik normaları prinsipcə «cinayət-hüquqi» xarakter daşıyır, lakin bəzi hallarda cəzalandırma məqsədi çəkindirmə məqsədi ilə yanaşı, yəni birgə mövcud olur. Bu o deməkdir ki, konkret sanksiyada bu məqsədlərin hər ikisi mövcud ola bilər və beləliklə, onlar qarşılıqlı surətdə bir-birini istisna etmir. Kempbell və X25rşı işdə (101-ci bənd) Avropa Məhkəməsi bildirdi ki, qanunvericilik normalarının konkret qrup tərəfindən deyil, daha geniş əhali kateqoriyası tərəfindən törədilən hüquq pozuntularının qarşısını almağa yönəlməsi faktı adətən həmin pozuntunun «cinayət» xarakteri daşımasının önəmli göstəricilərindən biridir, digər bir mühüm göstərici isə onun ağırlıq dərəcəsinin yüksək olmasıdır. İXM-nin 206-cı maddəsinin sanksiyasında 300 manatdan 400 manatadək cərimənin və 2 ayadək həbsin nəzərdə tutulması cəzanın xarakteri və ağırlıq dərəcəsinə İXM-nin 206-cı maddəsindəki ittihamı cinayət ittihamına bərabər edir. Əslində inzibati xəta haqqında ittihamın yuxarıda sadalanan 2-ci və 3-cü Engel meyarlarına-hüquq pozuntusunun xarakteri və mümkün və tətbiq olunan cəzanın xarakteri və ağırlığı dərəcəsinə görə Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü maddəsi baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 206-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi və bu barədə Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı cinayət xarakterli olaraq qəbul olunmalı və ona qarşı irəli sürülən cinayət ittihamı sayılmalıdır. Bu xüsusda ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin İXM-nin 206-cı maddəsinin tərkibini yaratması qənaəti hüquqi müəyyənlik prinsipi, keyfiyyətli qanun standartı və ədalət nöqteyi-nəzərindən daha düzgün olmuş, lakin onun həm də CM-nin 206.2-ci maddəsilə cinayət məsuliyyətinə cəlb edilməsi hüquqi müəyyənlik prinsipi mənasında düzgün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, Avropa Konensiyasının 6 və 7-ci maddələri və Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü maddəsinin 1-ci bəndinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində İXM-nin 206-cı maddəsilə inzibati xəta haqqında protokol və məhkəmənin qərarı olduğu, yəni bu əmələ görə onun İXM-nin 206-cı maddəsilə inzibati məsuliyyətə cəlb olunmasından və bu barədə məhkəmə qərarı qanuni qüvvəyə minməsindən sonra onun cinayət məsuliyyətinə cəlb olunduğu CM-nin 206.2-ci maddəsi ilə cinayət cəzasına məruz qalacağı onun barəsində Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü maddəsinin 1-ci bəndinin pozuntusu olardı (non bis in idem prinsipi). Bu da qəbuledilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Avropa Konvensiyası Azərbaycan Respublikası CPM və Azərbaycan Respublikası İXMdən daha üstün hüquqi qüvvəyə malikdir və ziddiyyətlər olduğu təqdirdə Avropa Konvensiyası tətbiq olunmalıdır. Məhkəmə nəzərə çatdırır ki, İttiham orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respubllkası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsini təsdiq edən, qanunilik tələblərinə cavab verən, şəxsin hüquq və azadlıqlarını pozmayan, şəxsin təqsirliliyinin əsaslandırılmasında istifadə edilə bilən sübutlara və sübutların tədqiqinə dair qaydalara, ümumiyyətlə ədalətli məhkəmə araşdırması hüququnu ehtiva edən tələblərə cavab verən, şəxsin təqsirliliyi barədə bütun faktların uzlaşması ilə bağlı birmənalı nəticəyə gəlməyə əsas yaradan hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Belə halda məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respubllkası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi və bununla da ona qarşı ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan əsaslı şübhələr yaranır ki, ittiham tərəfi bu şübhələri aradan qaldıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməməklə, məhkəmə üçün həmin şübhələrin təqsirləndirilən şəxsin xeyrinə şərh olunması üçün qanuni zəmin yaradır. Məhkəmə elə ona görə də həmin əsaslı şübhələri Təqsirləndirilən şəxs xeyrinə həll edir. Belə ki, qeyd edildiyi kimi, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll olunur (Konstitusiyanın 63-cü maddəsi, Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsi). Məhkəmə hesab edir ki, ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respubllkası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətməsini təsdiq edən mötəbər, əsaslı şübhə yeri qoymayan, faktlara dair eyni cür təkzibedilməz nəticəyə gəlməyə əsas verən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respubllkası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübut olunmamışdır. Qeyd olunan hal isə Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxshaqqında bəraət hökmünün çıxarılması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn möhtəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 351.3.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri onun təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələrin onun xeyrinə şərh edilməsi nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər. Azərbaycan Respublikası CPM-nin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası CPM-nin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası Konstitusiyasının təqsirsizlik prezumpsiyasından bəhs edən 63-cü maddəsinin 2-ci hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Barbera, Messege və Xabardo İspaniyaya qarşı işdə Avropa Məhkəməsi bildirmişdir ki, ittiham verilən şəxsin təqsirsiz sayılmaq hüququ tələb edir ki, məhkəmənin üzvləri öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsin təqsirləndirildiyi cinayəti törətməsi kimi yanlış fikirdən çıxış etməsinlər; sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə şərh edilməlidir. Minelli İsveçrəyə qarşı işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası ibtidai istintaqın necə nəticələnməsindən asılı olmayaraq, cinayət prosesinin bütün mərhələlərinə aiddir; o, təkcə ittihamın mahiyyətinin araşdırılması ilə məhdudlaşmır. Rinqvold Norveçə qarşı işdə Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, bəraət hökmü çıxarıldıqdan və ya qanunla nəzərdə tutulan müddət keçdiyinə görə prosesə xitam verildikdən sonra məsrəflərin əvəzinin ödənilməsi və kompensasiya üzrə işlərə, hətta həmin işlərdə müvafiq şəxs daha «cinayət törətməkdə ittiham olunan» şəxs olmasa belə, 6-cı maddənin 2-ci bəndi tətbiq edilə bilər. Kompensasiyaya dair proses cinayət prosesinin nəticəsidirsə və ya həmin proseslə əlaqədar olub paralel həyata keçirilirsə, bu halda da 6-cı maddənin 2-ci bəndi tətbiq edilir. «Taxqet Belçikaya qarşı» iş üzrə Avropa Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli qərarında göstərilir ki, vacibdir ki, qəbul edilmiş qərarın mənası təqsirləndirilən şəxslərə və eləcə də adından qərar qəbul edilən «Xalqa» izah edilsin, təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olmasına dair qəbul etdiyi dəlilləri, hər bir suala hansı əsasla təsdiqedici və ya inkaredici cavab verməsinin səbəbləri göstərilsin. Vİİ. Məhkəmənin Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 206.2-ci maddəsilə bağlı gəldiyi yekun nəticə İşdəki sübutlara hüquqi qiymət verən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsilə verilmiş ittiham üzrə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsilə bəraət verilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Eyni zamanda «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə və Azərbaycan Respublikası CPM-nin 62-ci maddəsinə əsasən barəsində CM-nin 206.2-ci maddəsilə bəraət hökmü çıxarılan Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilməlidir. İş materiallarından, xx xxxxxx 2020-ci il aktdan və iş materiallarında olan xx xxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı Əmirov Natiq və Qərb Ərazi Baş Gömrük İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Yusifov Əlixan tərəfindən Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung SM-J710» markalı mobil telefon, 1 ədəd 11AB59021 seriyalı pasport, FE899EF qeydiyyat nişanlı minik nəqliyyat vasitəsinə məxsus RV0841320 seriyalı texniki pasport və içərisində 110 lari, 50 manat, 17 ədəd 20-lik tetri, 1 ədəd 2-lik metal lari, 1 ədəd 1-lik metal lari olduğu göstərilən, lakin faktiki məhkəmə baxışı zamanı boş olduğu müəyyən edilən bir ədəd portmane istintaqa təhvil verilməsi üçün götürülmüş, Təqsirləndirilən şəxs idarə etdiyi «Mersedes-Benz» markalı, FE899EF qeydiyyat nişanlı nəqliyyat vasitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin «Mazımçay» gömrük postunda saxlanılmış, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı gödəkçəsinin içəri sol cibində olan bir ədəd portmanenin içərisindlən aşkar edilərək götürülməsi göstərilən ilkin tədqiqat zamanı çəkisi 0,72 qram, aparılmış tədqiqatdan sonra qalığı 0,70 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi maddi sübut kimi tanınmış və cinayət təqibi üzrə icraat başa çatanadək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına saxlanma üçün verilmiş, Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli portmane maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra ibtidai istintaq orqanı tərəfindən maddi sübut kimi tanınması göstərilən 0,72 qram narkotik vasitə olan qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,70 qramı məhv edilməli, Təqsirləndirilən şəxs məxsus «Mersedes-Benz» markalı, FE899EF qeydiyyat nişanlı avtomaşın, bir ədəd «Samsung SM-J710» markalı mobil telefon, 1 ədəd 11AB59021 seriyalı pasport, FE899EF qeydiyyat nişanlı minik nəqliyyat vasitəsinə məxsus RV0841320 seriyalı texniki pasport və bir ədəd portmane Təqsirləndirilən şəxs qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132.0.2-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Azərbaycan Respublikası CPM-nin 132.0.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.0.4-cü maddəsinə əsasən cinayət yolu ilə əldə edilmiş və ya cinayətin predmeti olan pul və qiymətli əşyalar məhkəmənin hökmü ilə cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilir, zərərçəkmiş şəxs məlum olmadıqda isə dövlətin nəfinə keçirilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X30 Bölməsinin ekspertiza xərclərinə dair xx.xx.2020-ci il tarixli, 134 saylı bildirişindən görünür ki, iş üzrə məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 34,55 (otuz dörd manat əlli beş qəpik) manat təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsilə bəraət verilməsi nəticəsinə gəldiyi üçün, hesab edir ki, iş üzrə 34,55 manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. İş materiallarında olan olan Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X12 hesabatında onun ibtidai istintaq mərhələsində müdafiəçi qismində Təqsirləndirilən şəxs dövlət hesabına 50 saat hüquqi yardım göstərməsi və ona görə də dövlət hesabına ona ödənilməli olan məbləğin 300 manat təşkil etməsi göstərilmişdir. Məhkəmə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X12 hesabatını iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, bu hesabat qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əsasən Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X12 ibtidai istintaq mərhələsində müdafiəçi qismində Təqsirləndirilən şəxs dövlət hesabına 50 saat hüquqi yardım göstərməsi və ona görə də dövlət hesabına ona ödənilməli olan məbləğin 300 manat təşkil etməsi müəyyən olunmur və bu barədə hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə ədalət və ağlabatanlıq prinsiplərindən çıxış edərək, hesab edir ki, ibtidai istintaq mərhələsində müdafiəçi X12 Təqsirləndirilən şəxs dövlət hesabına 20 saat hüquqi yardım göstərməsi nəticəsinə gəlinməsi daha əsaslıdır. İşin iri həcmli olmaması və iş materiallarında olan təqsirləndirilən şəxsin və müdafiəçinin iştirakı ilə keçirilmiş azsaylı prosessual hərəkətlər bu hüquqi yardımın qeyd olunan 20 saat olmasının daha düzgün və ağlabatan olmasını göstərir. İş materiallarına əsasən fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi da məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 20 iş saatı vaxt sərf etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçilər tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X12 nəfinə 120 manat ödənilməli, həmçinin Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi X36 rayon filialındakı CİF ******* valyuta: AZN Benefisiarın Bankı: Kapital Bank ASC Balakən rayon filialı Filialın Kodu:200695 VÖEN: ********** SVVİFT kod: AİİBAZ2X Benefisiarın adı: Ceyhun X14 hesabı: AZ11AİİB******************** VÖEN:********** Muxbir bank:SVVİFT kod: Müxbir hesabına köçürülməlidir. Məhkəmə, iş materiallarına istinad edib, tərcüməçinin hazırki iş üzrə bütün məhkəmə proseslərində iştirakını, onun gündəlik və nəqliyyat xərclərini, həmçinin ədalət və ağlabatanlıq prinsiplərini nəzərə alaraq, hesab edir ki, hazırki iş üzrə göstərilən tərcümə xidməti ilə bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından tərcüməçi X9 çağırışa və gündəlik xərclərə görə 100 manat məbləğ ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.2-ci maddəsinə əsasən o cümlədən pulsuz hüquqi yardım göstərmiş müdafiəçiyə, tərcüməçiyə çağırışa və gündəlik xərclərə görə ödənilmiş məbləğ məhkəmə məsrəflərinə daxildir. Azərbaycan Respublikası CPM-nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məhkəmə baxışının nəticələrinə dair müşafirə otağında müzakirə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 353.5.4-cü maddəsinə əsasən mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) bəraət hökmünün nəticəsi hissəsində göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4, 55.1, 344-347, 349-350, 352-353, 356-358, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra ibtidai istintaq orqanı tərəfindən maddi sübut kimi tanınması göstərilən 0,72 qram narkotik vasitə olan qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,70 qramı məhv edilsin; Təqsirləndirilən şəxs məxsus «Mersedes-Benz» markalı, FE899EF qeydiyyat nişanlı avtomaşın, bir ədəd «Samsung SM-J710» markalı mobil telefon, 1 ədəd 11AB59021 seriyalı pasport, FE899EF qeydiyyat nişanlı minik nəqliyyat vasitəsinə məxsus RV0841320 seriyalı texniki pasport və bir ədəd portmane Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə 34,55 (otuz dörd manat əlli beş qəpik) manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X12 nəfinə 120 manat ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi X36 rayon filialındakı CİF ******* valyuta: AZN Benefisiarın Bankı: Kapital Bank ASC Balakən rayon filialı Filialın Kodu:200695 VÖEN: ********** SVVİFT kod: AİİBAZ2X Benefisiarın adı: Ceyhun X14 hesabı: AZ11AİİB******************** VÖEN:********** Muxbir bank:SVVİFT kod: Müxbir hesabına köçürülsün. Hazırki iş üzrə göstərilən tərcümə xidməti ilə bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından tərcüməçi X9 100 (bir yüz) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən: Zamin Tahirov