Məhkəmə qərarları › İş №1(019)-46/2021

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-46/2021

24.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-46/2021 24.06.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X13 qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs oğlunun - xx.xx.1996-ci ildə Balakən rayonu Hənifə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu 2020-ci ilin may ayında yaşadığı Balakən rayonu Hənifə kəndi ərazisində küçədən tapdığı narkotik tərkibli çətənə bitkisinin toxumlarını Balakən rayonu, Hənifə kəndi ərazisində çay kənarına yaxın ərazidə qəsdən, qanunsuz olaraq əkmiş, həmin əkdiyi toxumlardan bitərək inkişaf etmiş 3 ədəd, yəni xeyli miqdarda çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərməklə yetişdirib kultivasiya etmiş, həmin qanunsuz olaraq kultivasiya etdiyi narkotik tərkibli bitkilərin hissələrini toplamaqla qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 5.98 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib öz istifadəsi məqsədi ilə əynindəki şalvarının sol cibində daşıyaraq saxlamışdır. 20 aprel 2021-ci il tarixdə saat 21 radələrində Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs RPŞ-yə dəvət edilərək şübhəli şəxs qismində tutulub saat 20:50-dən 21:20-dək üzərində şəxsi axtarış aparılarkən, onun əynindəki şalvarın sol cibində qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib öz istifadəsi məqsədi ilə daşıyaraq saxladığı bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,98 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmçinin onun Balakən rayonu, Hənifə kəndi ərazisində çay kənarına yaxın ərazidə qəsdən, qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi 3 ədəd, yəni xeyli miqdarda, hündürlükləri 42 sm-dən 47 sm-dək, ümumi təmiz çəkisi-20,59 qram olan, yarpaqsız, kök, gövdə və budaqlardan ibarət əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri 21 aprel 2021-ci il tarixdə saat 11:00-dan 12:00-dək keçirilən baxış zamanı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs oğlunun həmin cinayət əməllərini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs oğlu ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hal-hazırda Balakən rayonu Hənifə kəndində atası X7, anası X3, qardaşı Namazov Sahib ismixan oğlu, qardaşının arvadı X5, qardaşı oğlu X12 ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. O, 2020-ci ilin may ayında Balakən rayonu, Hənifə kəndində yaşadığı evə gedərkən öz küçələrində yerdə olan 1 ədəd kağız büküm diqqətini cəlb etmiş, kağız bükümü götürmüşdür. Bükümü açıb baxdıqda içərisində 3 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumlarının olduğunu görmüşdür. Özü narkotikdən istifadə etdiyinə görə tapdığı 3 ədəd narkotik tərkibli bitki toxumlarını tapdıqdan iki gün sonra Hənifə kəndinin aşağı tərəfində “Çayqarışan” adlanan ərazidə çayın kənarına yaxın yerdə kolluq sahənin içərisində kimsənin görməyəcəyi yerdə əkmişdir. Hər 3 toxum bitib inkişaf etməyə başlamış, həmin bitkiləri əkdiyi yerə tez-tez gedib baxmış, diblərini yumşaltmış, suvarmışdır. Təxminən iki ay sonra, 2020-ci ilin iyun ayının sonunda həmin 3 ədəd narkotik bitkisinin üzərindən yığdığı hissələri həmin ərazidə sərib qurutmuşdur. Daha sonra kibrit qutularına doldurmuşdur. 3 kibrit qutusu dolu narkotik olmuşdur. Həmin narkotiki kimsənin bilməməsi, görməməsi üçün həmişə üzərində saxlamışdır, əldə etdiyi narkotikin iki kibrit qutusuna doldurduğu hissəsini artıq istifadə etmişdir. 20.04.2021-ci il tarixdə saat 20 radələrində polis əməkdaşları Hənifə kəndi ərazisində yol ilə piyada getdiyi zaman ona yaxınlaşaraq özlərini təqdim etmiş, ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişlər. Onu Balakən rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində vəkillərin adlı siyahısından seçmiş olduğu vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı onun əynindəki qara cins şalvarın qabaq sol cibində olan kibrit qutusuna dolduraraq üzərində saxladığı narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən əlavə qanunsuz əşya, vasitə aşkar edilməmişdir. Onun və digər iştirakçıların iştirakı ilə təqdim etdiyi içərisində narkotik vasitə olan bir ədəd kibrit qutusu elektron tərəzidə çəkilmiş və kibrit qutusu ilə çəkisi 9.04 qram gəlmişdir.Həmin kibrit qutusu kağız zərfə qoyularaq möhürlənmiş, o və digər iştirakçılar tərəfindən imzalanmış, polis əməkdaşı tərəfindən sübut əhəmiyyətinə malik əşya kimi götürülmüşdür. Ona narkotik vasitəni necə əldə etməsi barədə sual verildikdə o özünün əkib yetişdirdiyi narkotik tərkibli bitkilərin üzərindən yığaraq əldə etdiyini bildirmişdir. 21.04.2021 -ci il tarixdə polis əməkdaşları və vəkil Müdafiəçi iştirakı ilə Balakən rayonu, Hənifə kəndi ərazisində yerləşən narkotik tərkibli çətənə bitkilərini əkib becərdiyi əraziyə baxış keçirilmişdir. Baxış zamanı üzərindəki istifadəyə yararlı hissələrini yığıb kök və gövdədən ibarət bitkilər atdığı yerdən tapılaraq götürülmüşdür. Baxışda iştirak edən mütəxəssisaqronom bildirmişdir ki, həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Həmin 3 ədəd bitki polis əməkdaşları tərəfindən 1 ədəd zərfə qoyulub üzəri möhürlənərək götürülmüşdür. Ekspert rəyi ilə tanış olduqdan sonra ona tamamilə aydın olmuşdur ki, əkib-becərdiyi 3 ədəd bitki narkotik tərkibli çətənə (kannabis) bitkiləridir və həmin bitkilərin ümumi təmiz çəkisi 20.59 qramdır, üzərindən aşkar edilən narkotik vasitə marixuananın təmiz çəkisi isə 5.98 qramdır. Qeyd etmişdir ki, narkotik tərkibi çətənə bitkisi toxumlarını 2020-ci may ayında tapmışdır, bitki toxumlarını tapdığı gün dəqiq yadında deyil, bitki toxumlarını sayarkən onun yanında və ümumiyyətlə küçədə kimsə olmamışdır. Narkotik tərkibli çətənə bitkilərini gizli şəkildə tək özü əkib becərmiş, kimsənin xəbəri olmamışdır. Narkotik tərkibli bitkiləri öz istifadəsi üçün əkmişdir. O təxminən 2 ildir ki narkotik vasitə olan marixuanadan istifadə edir. Əvvəllər narkotik vasitənin satışı və ya qanunsuz dövriyyəsi ilə məşğul olmamışdır. Əməlindən çox peşimandır. Gələcəkdə heç vaxt belə əməllərə yol verməyəcəkdir, yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin Konvoy Hissəsinin konvoy polis nəfəri Şahid3 göstərdi ki, Balakən RPŞ-nin Konvoy Hissəsinin konvoy polis nəfəri vəzifəsində, polis serjantı rütbəsində xidmət edir. 21 apre! 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və üzərində şəxsi axtarış zamanı narkotik vasitə qurudulmuş marixuana aşkar edilmiş Təqsirləndirilən şəxs narkotik vasitəni 2020-ci ilin may ayında Hənifə kəndi ərazisində çay kənarında əkib-becərdiyi 3 ədəd narkotik tərkibli bitkinin üzərindən yığaraq əldə etdiyini bildirdiyindən onun narkotik tərkibli bitkiləri əkib-becərdiyini qeyd etdiyi Balakən rayonu, Hənifə kəndi ərazisində yerləşən kolluq sahəyə baxış keçirilən zaman baxışda iştirak etmişdir. Baxış 21.04.2021-ci il tarixdə saat 11:00-dan başlayaraq 12:00-dək keçirilmiş, baxış fasiləsiz olaraq videokamera ilə qeydə alınmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini əkdiyi ərazini göstərmişdir. Kolluq sahəyə daxil olduqda sağ tərəfdə kolun içərisində kök hissələrindən torpaqdan çıxarılıb yerə qoyulmuş halda 3 ədəd yarpaqsız kök, gövdə və budaqlardan ibarət narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər aşkar edilmişdir. Həmin bitkilərin hündürlükləri ölçüldükdə 42 sm-dən 47 sm-dək olduğu müəyyən olunmuşdur. Baxışda iştirak edən mütəxəssis-aqronom tərəfindən həmin bitkilərə baxış keçirilərkən aqrotexniki qaydada qulluq göstərildiyi bildirilmişdir. Həmin 3 ədəd bitki 1 ədəd kağız zərfə qablaşdırılmış, üzəri Balakən RPŞnin “Arayışlar üçün” 185 nömrəli möhürü ilə möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş mütəxəssis aqronom Şahid4 göstərdi ki, Balakən rayonu Qazma kəndində ailə üzvləri ilə birlikdə yaşayır. İxtisasca bitkiçilik üzrə ali təhsilli alim aqronomdur. Hal-hazırda rəsmi olaraq Balakən rayonunda Dövlət Aqrar inkişaf mərkəzinin bitkiçilik sektorunda baş məsləhətçi vəzifəsində çalışır. 21,04.2021-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən Balakən rayonu, Hənifə kəndinin qurtaracağında yerləşən əraziyə baxış keçirilən zaman mütəxəssis qismində dəvət edilmiş və baxış zamanı iştirak etmişdir. Baxış saat 11:00-dan başlayaraq 12:00-dək davam etmişdir. Baxış zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs 3 ədəd narkotik tərkibli çətənə bitkilərini əkdiyini qeyd etdiyi ərazini göstərmişdir. Sahəyə daxil olduqda sağ tərəfdə kolun içərisində torpaqdan çıxarılıb yerə qoyulmuş halda 3 ədəd yarpaqsız kök, gövdə və budaqlardan ibarət narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər aşkar edilmişdir. Həmin bitkilərin hündürlükləri ölçüldükdə 42 sm-dən 47 sm-dək olduğu müəyyən olunmuşdur. Onun tərəfindən həmin bitkilərə baxış keçirilərkən bitkilərin köklərinin şaxələnməsinə, gövdəsinin qalınlığına, yarpaq saplağının qalıqlarına görə həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini müəyyən etmişdir. Aşkar edilmiş həmin 3 ədəd bitki 1 ədəd kağız zərfə qablaşdırılmış, üzəri Balakən RPŞ-nin “Arayışlar üçün” 185 nömrəli möhürü ilə möhürlənmişdir. Daha sonra baxışda iştirak edən zaman aşkar edilmiş 3 ədəd bitkilərə aqrotexniki qaydada qulluq edilməsi barədə rəy tərtib edib imzalayaraq polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, şahid qismində dindirilmiş, Balakən RPŞ-nin X1 əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Balakən RPŞ-nin X1 əməliyyat müvəkkili vəzifəsində, polis kapitanı rütbəsində xidmət aparır. 20 aprel 2021 -ci il tarixdə Balakən RPŞ-yə Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə daxil olmuş məlumat əsasında sonuncu Balakən RPŞ-yə dəvət edilmişdir. 20 aprel 2021-ci il tarixdə RPŞ rəisinə bu barədə raportla məruzə edərək Təqsirləndirilən şəxs barəsində müvafiq tədbir görülməsi üçün aidiyyəti əməkdaşlara göstəriş verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra saat təxminən 21 radələrində üzərində şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkil Müdafiəçi və polis əməkdaşları ilə birgə o da iştirak etmişdir. Şəxsi axtarış başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə və ya hər hansı başqa bir qanunsuz saxladığı əşya varsa könüllü təqdim etməsi təhqiqatçı tərəfindən təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirərək şalvarının sol ön cibindən bir ədəd kibrit qutusu çıxarıb təqdim etmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilərkən əlavə olaraq qanunsuz saxladığı əşya və ya narkotik vasitə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd kibrit qutusunun içərisinə baxıldıqda içərisində tünd yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan marixuanaya oxşar bitki kütləsi aşkar edilmişdir. Həmin bitki kütləsi kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkildikdə çəkisi 9.04 qram olmuşdur. Aşkar edilmiş bir ədəd kağız bükümdə olan narkotik vasitə- marixuanaya oxşar kütlə bir ədəd kağız zərfə qablaşdırılaraq möhürlənib maddi sübut kimi götürülmüşdür. Baş təhqiqatçı Mikayıl Mahmudov tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni üzərində nə məqsədlə saxlaması və necə əldə etməsi barədə sual verildikdə narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını, çay kənarında əkdiyi 3 ədəd narkotik tərkibli çətənə bitkisinin üzərindən həmin narkotik vasitəni yığaraq əldə etdiyini, həmin bitkilərin yerini göstərə biləcəyini bildirmişdir. Şəxsi axtarış fasiləsiz olaraq videokamera ilə qeydə alınmışdır. Protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. 21.04.2021-ci il tarixdə saat 11:00-dan başlayaraq 12:00-dək Təqsirləndirilən şəxs 3 ədəd narkotik tərkibli çətənə bitkilərini əkdiyini qeyd etdiyi Balakən rayonu, Hənifə kəndinin qurtaracağında çay kənarına kolluq əraziyə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini əkdiyi ərazini göstərmişdir. Kolluq sahəyə daxil olduqda sağ tərəfdə kolun içərisində kök hissələrindən torpaqdan çıxarılıb yerə qoyulmuş halda 3 ədəd yarpaqsız kök, gövdə və budaqlardan ibarət narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər aşkar edilmişdir. Həmin bitkilərin hündürlükləri ölçüldükdə 42 sm-dən 47 sm-dək olduğu müəyyən olunmuşdur. Baxışda iştirak edən mütəxəssis-aqronom tərəfindən həmin bitkilərə baxış keçirilərkən bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyi qeyd edilmişdir. Həmin 3 ədəd bitki 1 ədəd kağız zərfə qablaşdırılmış, üzəri Balakən RPŞ- nin “Arayışlar üçün” 185 nömrəli möhürü ilə möhürlənmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, şahid qismində dindirilmiş, Balakən RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Balakən RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində, polis mayoru rütbəsində xidmət edir. 20 aprel 2021-ci il tarixdə Balakən RPŞ-nə Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə daxil olmuş məlumat əsasında sonuncu Balakən RPŞ-yə dəvət edilmiş, o şübhəli şəxs qismində tutulduqdan sonra saat təxminən 21 radələrində üzərində şəxsi axtarış keçirilən zaman digər polis əməkdaşları ilə birgə o da iştirak etmişdir. Şəxsi axtarış başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə və ya hər hansı başqa bir qanunsuz saxladığı əşya varsa könüllü təqdim etməsi təhqiqatçı tərəfindən təklif edilmiş, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirərək şalvarının sol ön cibindən bir ədəd kibrit qutusu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilərkən əlavə olaraq qanunsuz saxladığı əşya və ya narkotik vasitə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd kibrit qutusunun içərisinə baxıldıqda içərisində tünd yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan marixuanaya oxşar bitki kütləsi aşkar edilmişdir. Həmin bitki kütləsi kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkildikdə çəkisi 9.04 qram olmuşdur. Aşkar edilmiş bir ədəd kağız bükümdə olan narkotik vasitə- marixuanaya kütlə bir ədəd kağız zərfə qablaşdırılaraq möhürlənib maddi sübut kimi götürülmüşdür. Baş təhqiqatçı Mikayıl Mahmudov tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni üzərində nə məqsədlə saxlaması və necə əldə etməsi barədə sual verildikdə narkotik vasitəni şəxsi istifadəsiüçün saxladığını, çay kənarında əkdiyi 3 ədəd bitkidən həmin narkotik vasitəni yığaraq əldə etdiyini, həmin bitkilərin yerini göstərə biləcəyini bildirmişdir. Şəxsi axtarış fasiləsiz olaraq videokamera ilə qeydə alınmışdır. Protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. 21.04.2021- ci il tarixdə saat 11:00-dan başlayaraq 12:00dək Təqsirləndirilən şəxs 3 ədəd narkotik tərkibli çətənə bitkilərini əkdiyini qeyd etdiyi Balakən rayonu, Hənifə kəndinin çay kənarına yaxın kolluqdan ibarət əraziyə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini əkdiyi ərazini göstərmişdir. Kolluq sahəyə daxil olduqda sağ tərəfdə kolun içərisində kök hissələrindən torpaqdan çıxarılıb yerə qoyulmuş halda 3 ədəd yarpaqsız kök, gövdə və budaqlardan ibarət narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər aşkar edilmişdir. Həmin bitkilərin hündürlükləri ölçüldükdə 42 sm-dən 47 sm-dək olduğu müəyyən olunmuşdur. Baxışda iştirak edən mütəxəssis-aqronom tərəfindən həmin bitkilərə baxış keçirilərkən aqrotexniki qaydada qulluq göstərildiyi bildirilmişdir. Həmin 3 ədəd bitki 1 ədəd kağız zərfə qablaşdırıldı, üzəri Balakən RPŞ-nin “Arayışlar üçün” 185 nömrəli möhürü ilə möhürlənmişdir. İşin 20-23-cü vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması haqqında 20 aprel 2021-ci il tarixli protokoldan görünür ki, 20 aprel 2021-ci il tarixdə saat 20:50 radələrindən 21:20 radələrinədək davam edən şəxsi axtarış zamanı aşağıdakılar müəyyən olunmuşdur: Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanmazdan əvvəl vəkili Müdafiəçi və digər iştirakçıların iştirakı ilə hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs üzərində hər hansı qadağan olunmuş əşya, narkotik vasitə olması soruşulduqda Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sol cibindən 1 ədəd kibrit qutusu çıxararaq stolun üzərinə qoymuş, kibrit qutusunun içərisində tünd yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi aşkar edilmişdir. Həmin 1 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi elektron tərəzidə çəkildikdə kibrit qutusu ilə birlikdə çəkisi 9.04 qram gəlmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilərkən onun üzərindən əlavə heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs bildirdi ki, üzərindən aşkar edilmiş narkotik vasitə marixuana ona məxsusdur, özü qəbul edir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir qutu narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi 1 ədəd ağ rəngli zərfə qoyulub möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmış, maddi sübut əhəmiyyətinə malik əşya kimi götürülmüşdür. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, çəkiliş diski protokola əlavə olunmuşdur. İşin 34-37-ci vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən baxış keçirilməsi barədə 21 aprel 2021-ci il tarixli protokoldan görünür ki, baxış 21 aprel 2021 -ci il tarixdə saat 11:00-dan 12:00-dək aparılmışdır. Baxış buludlu, yağışlı hava şəraitində Balakən rayonu, Hənifə kəndinin qurtaracağında aparılmışdır. Həmin ərazidə sağ tərəfdə kolluğun içərisinə doğru 2 metr hərəkət etdikdə hündürlüyü 42, 46 və 47 sm ölçüdə 3 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilərin gövdələri aşkar edilmişdir. Mütəxəssis-aqronom Şahid4 aşkar edilmiş həmin 3 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkiyə gövdəsinin qalınlığına, köklərinin şaxəliliyinə görə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Həmin 3 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər 1 ədəd kağız zərfə qoyularaq möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 3 ədəd narkotik tərkibli çətənə bitkilərini 2020-ci ilin may ayında özü əkmişdir və qulluq edərək ondan yığdığı yarpaqları özü istifadə etmişdir. Onun üzərindən aşkar edilmiş 1 kibrit qutusunda olan narkotik vasitəni də həmin bitkilərin üzərindən yığmışdır. Protokol ucadan oxunmuş, iştirakçılardan şikayət, təklif daxil olmamış, protokol imzalanmışdır. Baxış zamanı videoçəkiliş aparılmış, disk protokola əlavə olunmuşdur. İşin 38-ci vərəqəsində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən ixtisasca aqronom-mütəxəssis Şahid4 verdiyi 21.04.2021-ci il tarixli rəydən görünür ki, 21 aprel 2021-ci il tarixdə Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə kolları əkdiyi yerə baxış keçirilən zaman Hənifə kəndinin qurtaracağında çaylaq ərazidə kolun içərisində hündürlükləri 42 sm-dən 46 sm-dək və 47 sm olan 3 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkinin gövdəsinin hissələri aşkar olunmuşdur. Həmin 3 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki hissələrinə oqranoloptik baxış keçirimiş və onların köklərinin şaxələnməsinə, gövdəsinin qalınlığına,yarpaq saplağının qalınlığına görə həmin 3 ədəd bitkilərə aqrotexniki qulluq göstərildiyi müəyyən edilmişdir. İşin 112-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Gəncə Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji dispanserinin 08 may 2021-ci il tarixli 522 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşin 59-62-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X11 Bölməsinin 21 aprel 2021-ci il tarixli 17/281 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar ediİmiş 01 ədəd kibrit qutusunda” sözləri yazılmış zərfin içərisindəki 01 ədəd kibrit qutusunda, təmiz çəkisi -5.98 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Şəki -regional Bölməsinin 22 aprel 2021-ci il tarixli 17/284 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs Balakən rayonu, Hənifə kəndinin qurtaracağında çaylaq ərazisində əkərək becərdiyi” sözləri yazılmış zərfin içərisindəki 03 (üç) ədəd hündürlükləri 42 sm-dən 47 sm-dək, ümumi təmiz çəkisi-20.59 qram olan, yarpaqsız kök, gövdə və budaqlardan ibarət bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. İşin 14-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş cinayət işi başlanana kimi şəxsi tutma protokolundan görünür ki, 20 aprel 2021-ci ildə saat 20:35-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 80-81-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 22 aprel 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. . İşin 93-cü vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 116-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon Hənifə kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur.Onun barəsində nümayəndəliyə heç bir şikayət və narazılıq daxil olmamışdır. İşin 115-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon Hənifə kənd inzibati ərazi dairəsi tərəfindən 29 aprel 2021-ci il tarixdə verilmiş 380 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İsmixan oğlu Balakən rayon Hənifə kənd sakinidir, himayəsində işləməyən atası, anası vardır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Balakən Rayon Şöbəsinin 24 iyun 2021-ci il tarixli,556 nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs oğlu 21.09.2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən Rayon Şöbəsi tərəfindən təlim toplanışla hərbi xidmətə cəlb olunmuşdur. N saylı hərbi hissənin tərkibində Ağdərə və Tərtər rayonları istiqamətində döyüş əməliyyatlarında iştirak etmişdir. Təqsirləndirilən şəxs 31.12.2020ci il tarixdə ehtiyata buraxılmışdır. Məhkəmə iş üzrə şahidlər- Şahid3 oğlunun, Şahid4 ifadələrini, şahidlər Şahid2 və Şahid1 ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq məhkəmə tərəfindən müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə ( kannabis) bitkilərini xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmə və qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək daşıma və saxlama cinayət əməllərini törətmişdir. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə, onları (onların hissələrini) toplama, habelə çətənə, xaşxaş növlərini və ya tərkibində narkotik maddələr olan digər bitkiləri kultivasiya etməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində, Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə narkotik vasitələr-BMT-nin 1961-ci il tarixli «Narkotik vasitələr haqqında» Vahid Konvensiyasında, 1971-ci il tarixli «Psixotrop maddələr haqqında» Konvensiyasında, 1988-ci il tarixli «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında» Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.6-ci maddəsinə görə tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Həmin Qanunun 1.0.7-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına , yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevirilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 19-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ-qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər).Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət hadisələri baş vermişdir, həmin əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrinin tərkibi vardır, həmin əməllər təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir . Cəza sosial ədalətin bərpası , məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında"Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmasını, X4 iştirak etməsini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini,barəsində daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun cəmiyyətdən təcrid olunmadan da islah olunması mümkündür, ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırırlması növündə cəza təyin edilməlidir Onun 20 aprel 2021-ci il tarixdən 22 aprel 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki ) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və qonşu Zaqatala rayonunun ərazi hüdudlarını tərk etməmək , müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs İsmixan oğlu narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X9 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 71.94 (yetmiş bir manat 94 qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsində saxlanılan 01 (bir) ədəd möhürlənmiş zərfdə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş,ekspert tədqiqatından sonra təmiz qalıq çəkisi 5,96 qram narkotik vasitə qurudulmuş marixuana və Təqsirləndirilən şəxs Balakən rayonu, Hənifə kəndinin “Çayqarışan” adlı ərazisində narkotik tərkibli bitkilərini kultivasiya etdiyi sahədən baxış zamanı aşkar edilərək götürülmüş və ekspert tədqiqatından sonra qalıq çəkisi 20,44 qram olan 03 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, “xxxx” ASC-in X10 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir . Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır . Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə 1(bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 237.1-ci maddəsilə 1(bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş bu cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 1(bir) il 6 (altı)ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 20 aprel 2021-ci il tarixdən 22 aprel 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki ) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs oğlunun üzərində qəti olaraq 1(bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs oğlunun narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X9 Şəxsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 71.94 (yetmiş bir manat doxsan dörd qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************,X2, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon polis şöbəsində saxlanılan 01 (bir) ədəd möhürlənmiş zərfdə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş,ekspert tədqiqatından sonra təmiz qalıq çəkisi 5,96 qram narkotik vasitə qurudulmuş marixuana və Təqsirləndirilən şəxs Balakən rayonu, Hənifə kəndinin “Çayqarışan” adlı ərazisində narkotik tərkibli bitkilərini kultivasiya etdiyi sahədən baxış zamanı aşkar edilərək götürülmüş və ekspert tədqiqatından sonra təmiz qalıq çəkisi 20,44 qram olan 03 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, “xxxx” ASC-in X10 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar