Məhkəmə qərarları › İş №1(019)-46/2023

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-46/2023

02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-46/2023 02.05.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər-Balakən rayon Vəkil Bürosunun vəkilləri-Müdafiəçi1 və Müdafiəçi2 və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Nəzirməmməd oğlunun və Təqsirləndirilən şəxs2 iştirakı ilə xx.xx.1975-ci il tarixdə Balakən rayon Talalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Balakən rayon Talalar kəndində qeydiyyatda olan və həmin kənddə daimi yaşayan və 04 yanvar 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə və xx.xx.1980-cı il tarixdə Balakən rayonu Mahamalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olan və həimin kənddə daimi yaşayan və 04 yanvar 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs1 qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, 30 dekabr 2022-ci il tarixdə saat 15:30 radələrində Balakən rayonu Mahamalar kənd sakini Təqsirləndirilən şəxs2 qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz yaşadığı evin həyətində ona əvəzsiz olaraq pay verdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd sellofan bükümdə təmiz çəkisi 6,84 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qəsdən, qanunsuz olaraq, satış məqsədi olmadan, öz şəxsi istifadəsi məqsədi ilə əldə edib üzərində daşıyaraq əynindəki gödəkçənin sağ yan cibində saxlamışdır. 02 yanvar 2023-cü il tarixdə Balakən Rayon Polis X17 Bölməsinin (bundan sonra Balakən RPŞ Qabaqçöl PB) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutularaq saat 18:25 dəqiqədən 18:55 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılarkən onun Təqsirləndirilən şəxs2 qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, əvəzsiz olaraq pay götürüb əldə edərək öz şəxsi istifadəsi məqsədi ilə üzərində daşıyaraq saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd sellofan bükümdə təmiz çəkisi 6,84 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana onun əynindəki gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qəsdən, qanunsuz olaraq, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda əkib-yetişdirməklə kultivasiya etmə, həmçinin qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməllərini törətmişdir. Belə ki, o, 2021-ci ilin sentyabr ayında yaşadığı Balakən rayonu Mahamalar kəndinin çöl ərazisində yabanı halda bitmiş 01 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin üzərindən yığaraq əldə etdiyi 10 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2022-ci ilin aprel ayının əvvəllərində, yaşadığı Balakən rayonu Mahamalar kəndinin çöl ərazisində, kolluq sahədə qəsdən, qanunsuz olaraq torpağa əkmiş, həmin toxumlardan bitmiş xeyli miqdar hesab edilən, yəni 06 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini suvarıb diblərini alaq otlarından təmizləməklə və digər tədbirlər görməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək kultivasiya etmiş, 2022-ci ilin dekabr ayının sonlarında əkib-yetişdirərək kultivasiya etdiyi həmin 06 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin üzərindən qurumuş yararlı hissələrindən qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz şəxsi istifadəsi məqsədi ilə əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 167,4 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əvvəlcə üzərində daşıyaraq aparıb yaşadığı evin həyətində olan ot presinin altında sellofan torbada gizlədib saxlamış, daha sonra 30 dekabr 2022-ci il tarixdə saat 15:30 radələrində həmin narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 6,84 qram hissəsini 01 ədəd sellofan bükümə dolduraraq Balakən rayonu Mahamalar kəndində, yaşadığı evin həyətində tanışı Təqsirləndirilən şəxs1 qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, əvəzsiz olaraq pay vermiş, geriyə qalan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd sellofan torbada təmiz çəkisi 160,56 qram olan narkotik vasitə maruxunanı isə qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, üzərində daşıyıb öz şəxsi istifadəsi məqsədi ilə yaşadığı evin həyətindəki ot presinin altında gizlədib saxlamışdır. 02 yanvar 2023-cü il tarixdə Balakən RPŞ-nin Qabaqçöl PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, üzərində daşıyıb saxlayaraq 30 dekabr 2022-ci il tarixdə saat 15:30 radələrində yaşadığı evin həyətində şəxsi istifadəsi məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 əvəzsiz olaraq pay verdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd sellofan bükümdə təmiz çəkisi 6,84 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana həmin tarixdə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutularaq saat 18:25 dəqiqədən 18:55 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılarkən onun əynindəki gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Həmçinin 02 yanvar 2023-cü il tarixdə həmin tədbirlərin davamı olaraq Balakən RPŞ-nin Qabaqçöl PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saat 21:15 dəqiqədən saat 22:00 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs2 Balakən rayon Mahamalar kəndində yerləşən evinə və evinin həyətyanı sahəsinə onun öz könüllü razılığı və iştirakı ilə baxış keçirilərkən onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib öz şəxsi istifadəsi məqsədi il üzərində daşıyaraq evinin həyətindəki ot presinin altında gizlədib saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd sellofan torbada təmiz çəkisi 160,56 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, yəni tərkiblərinə görə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana ilə eynilik təşkil edən narkotik vasitə qurudulmuş marixuana onun evinin həyətindəki ot presinin altından aşkar edilərək götürülmüşdür. Həmçinin 02 yanvar 2023-cü il tarixdə həmin tədbirlərin davamı olaraq Balakən RPŞ-nin Qabaqçöl PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saat 23:00 dəqiqədən saat 23:50 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs2 iştirakı ilə Balakən rayon Mahamalar kəndinin çöllük ərazisində yerləşən kolluq sahəyə baxış keçirilərkən Təqsirləndirilən şəxs2 həmin kolluq sahədə qəsdən, qanunsuz olaraq, əkib yetişdirməklə kultivasiya etdiyi xeyli miqdar hesab edilən, yəni 06 ədəd hündürlükləri 166 santimetrdən 235 santimetrədək, quru vəziyyətdə təmiz çəkiləri 205,0 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cəlaləddin oğlunun həmin cinayət əməllərini törətmələri məhkəmə iclasında özlərinin etirafedici ifadələri, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hazırda Balakən rayonu Talalar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Kişi bərbəridir. 1993-cü ildən etibarən narkotik vasitə marixuanadan istifadə edir. Balakən rayonu Mahamalar kənd sakini Təqsirləndirilən şəxs2 tanıyır. Arazla aralarında heç bir düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs2 onun qardaşı X2 qaynıdır. Onunla bir qohum kimi yaxşı münasibəti var. 30 dekabr 2022-ci il tarixdə günorta saatlarında o, yaşadığı evdən çıxıb yeni il bayramı münasibətilə Təqsirləndirilən şəxs2 Balakən rayonu Mahamalar kəndində olan evinə qonaq getmişdir. O, Təqsirləndirilən şəxs2lə söhbət edən zaman Arazdan özü çəkmək üçün az miqdarda narkotik vasitə marixuana pay verməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 də ona çölə çıxmağını demişdir. Həmin vaxtı Arazla birlikdə evdən çölə çıxmış və Araz ondan uzaqlaşıb getmiş, bir qədər sonra yanına qayıdıb kiçik ölçülü sellofan bükümdə ona narkotik vasitə qurudulmuş marixuana vermişdir. Həmin vaxt saat 15:30 radələri olmuşdur. O, Təqsirləndirilən şəxs2lə birlikdə yenidən evinə daxil olmuş və bir qədər orada oturandan sonra Arazla sağollaşıb evinə getmişdir. Yolda Arazın ona verdiyi narkotiki əynində olan qış gödəkcəsinin sağ yan cibinə qoymuşdur. Həmin gündən Arazın ona verdiyi narkotik vasitə qurudulmuş marixuana onun əynindəki gödəkçəsinin sağ yan cibində qalmışdır. O, uzun müddətdir ki, bərbər işləyir. 02 yanvar 2023-cü il tarixdə o, Balakən rayon Talalar kəndində yaşadığı evdə olduğu zaman Zaqatala rayonunda yaşayan dayısı oğlu Ramiz ona zəng edib Balakən rayonu Şambul kəndi ərazisində yaşayan xəstə bir uşağın saçını düzəltməyini deyib onun oraya getməsini xahiş etmişdir. O da Ramizlə telefonda danışandan sonra avtobusla Şambul kəndi ərazisinə getmək üzrə yola düşmüşdür. O, Şambul kəndi ərazisində avtobusdan düşüb piyada getdiyi zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmiş və onu Balakən RPŞ-nin Qabaqçöl PB-nə dəvət etmişlər. O da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Balakən RPŞ-nin Qabaqçöl PB-nə gəlmişdir. Polis bölməsində xidməti otaqların birində təhqiqatçı Şahid5 tərəfindən ona Balakən rayon Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, onun vəkillər siyahısından seçdiyi Müdafiəçi1 Polis bölməsinə dəvət olunmuş və bundan sonra o, təhqiqatçı Şahid5 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra təhqiqatçı Şahid5 tərəfindən ona hüquq və vəzifələri izah edilməklə müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, Təqsirləndirilən şəxs2 pay götürdüyü və əynindəki gödəkçəsinin sağ yan cibində saxladığı 01 ədəd sellofan bükümdə olan narkotik vasitə marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd sellofan bükümdəki narkotik vasitə marixuana elektron tərəzidə çəkilmiş və üzərindəki sellofanla birlikdə ümumi çəkisi 7,3 qram təşkil etmişdir. Şəxsi axtarış zamanı o, üzərində olan və polis əməkdaşlarına təqdim etdiyi narkotik vasitə marixuananı ona Təqsirləndirilən şəxs2 pay olaraq, yəni əvəzsiz olaraq verdiyini səmimi etiraf etmişdir. Daha sonra təqdim etdiyi 01 ədəd sellofan büküm təhqiqatçı Şahid5 tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Şəxsi axtarış zamanı onun üzərindən digər hər hansı bir qeyriqanuni əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış bir polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Sonda təhqiqatçı Şahid5 tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin məhkəmə-bioloji ekspertizasının 03 yanvar 2023-cü il tarixli 17/7 nömrəli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükümdəki narkotik vasitə marixuananın təmiz çəkisi 6,84 qramdır. Təqsirləndirilən şəxs2 yaşadığı evinin həyətindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 160,56 qramdır.Həmçinin üzərindən aşkar edilmiş və Təqsirləndirilən şəxs2 həyətindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. O, narkotik vasitə marixuanadan istifadə edir. Lakin uzun müddət istifadə etməyinə baxmayaraq mütəmadi olaraq istifadə etməmişdir. O, üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdəki narkotik vasitə marixuananı çəkib istifadə etmək üçün üzərində saxlamışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmur. O, Təqsirləndirilən şəxs2 əvvəllər narkotik vasitə almamış, lakin Arazın narkotik vasitə marixuana istifadə etdiyini bilmişdir. Ona görə də Arazdan pay olaraq narkotik vasitə marixuana istəmişdir. Araz da ona heç bir təmənna olmadan pay olaraq narkotik vasitə marixuana vermişdir. Lakin o, əvvəllər Arazdan narkotik vasitə götürməmiş və ya Arazla birlikdə narkotik vasitə qəbul etməmişdir. Həmçinin o, hazırda yaşadığı ünvanda və ya başqa bir yerdə narkotik vasitə marixuana saxlamamışdır. Onun Təqsirləndirilən şəxs2 narkotik vasitə marixuana pay götürməyi və üzərində saxlamağı barədə təkcə Arazın məlumatı olmuşdur. Bu barədə başqa heç kimin məlumatı olmamışdır. Üzərində aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanadan istifadə etməmişdir. Həmçinin Balakən RPŞ-də ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməmişdir. Himayəsində bir azyaşlı uşaq vardır. İlk dəfədir ki, cinayət əməli törədir. Cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşqmançılıq hissti keçirir. Özü şəhid qardaşıdır. Bu halların ona cəza verilməsində nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Balakən rayonu Mahamalar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Heç yerdə işləmir. Evlidir. 10 ildir ki, narkotik vasitə marixuanadan istifadə edir. 2021-ci ilin sentyabr ayında Balakən rayonu Mahamalar kəndində yaşadığı evdən çıxıb iribuynuzlu heyvanlarını otarmaq üçün yaşadığı Balakən rayonu Mahamalar kəndinin ərazisindəki çöllük əraziyə getmişdir. Orada malları otaran zaman kollluq ərazidə 1 ədəd yabanı halda bitmiş və qurumuş halda olan narkotik tərkibli çətənə bitkisini görmüşdür. Narkotik vasitə marixuanadan istifadə etdiyinə görə həmin yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisinin üzərindən yararlı hissələri yığıb özü ilə yaşadığı evə gətirmiş və ailə üzvlərindən gizlədib evdə saxlamışdır. Daha sonra müəyyən vaxtlarda həmin narkotik vasitə marixuanadan az-az istifadə etmişdir. O, narkotik vasitə maruxuanadan istifadə edəndə içərisində çətənə bitkisi toxumları olduğunu görmüşdür. Həmin çətənə bitkisi toxumlarını yığıb sellofan torbaya doldurmuşdur. Daha sonra sellofan torbanı evinin həyətində olan üzüm ağacının budaqlarının arasında gizlədib saxlamışdır. Çöl ərazisində olan yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisinin üzərindən yığdığı narkotik vasitə qurudulmuş marixuananı isə müəyyən vaxtlarda çəkib qurtarmışdır. Həmçinin gizlədib saxladığı toxumların sayı 10 ədəd olmuşdur. Həmin 10 ədəd toxum gizlətdiyi yerdə qalmışdır. 2022-ci ilin aprel ayının əvvəllərində həmin saxladığı narkotik tərkibli çətənə bitkisinin toxumlarını götürüb Mahamalar kəndində olan çöllük sahəyə aparıb orada əkmək və özü çəkib istifadə etmək üçün narkotik vasitə marixuana əldə etmək qərarına gəlmişdir. Daha sonra toxumları içərisində gizlətdiyi sellofan torba ilə birlikdə üzüm ağacının budaqlarının arasından çıxarıb özü ilə çöllük ərazidə olan kolluq sahəyə aparmışdır. Sonra isə torpağı bellə qazıb toxumları əkmək üçün, yəni əkin üçün yararlı vəziyyətə gətirmişdir. Daha sonra 10 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumlarını kolluq ərazidə torpağa əkmişdir. O, vaxtaşırı çöllük sahəyə gedib əkdiyi toxumlara qulluq etməyə başlamış, yəni toxumları əkdiyi yerin üzərinə az miqdarda su tökmüşdür ki, toxumlar cücərsin. Bir müddət sonra əkdiyi toxumlardan 6 ədədi cücərdiyini görmüşdür. Bir müddətdən yenə çöl ərazisinə getmiş və bitkilərin bir qədər böyüdüyünü görmüşdür. Yəni çətənə bitkiləri bir qədər böyümüşdür. Daha sonra 06 ədəd bitmiş narkotik tərkibli çətənə bitkilərinin diblərində olan torpağı yumşaltmış və diblərində olan balaca alaq otlarını da təmizləmişdir. Daha sonra bitkilərin diblərinə su vermişdir. Sonuncu dəfə bitkilərin yanına getdiyi, yəni bitkilərə qulluq etdiyi vaxt 2022-ci ilin may ayının sonları olmuşdur. Həmin gündən sonra isə vaxtı olmadığı üçün həmin narkotik əkdiyi sahəyə gedə bilməmişdir. Çünki özünün kənddə başqa təsərrüfat işləri olmuşdur. Daha sonra 2022-ci ilin dekabr ayının sonlarında çöllük sahəyə getmək və orada əkdiyi narkotik tərkibli çətənə bitkilərinə baxmaq, əgər bitkilərin üzərində yararlı yerləri varsa yığıb evə gətirmək və istifadə etmək qərarına gəlmişdir. Bundan sonra o, narkotik tərkibli çətənə bitkilərini əkdiyi çöl ərazisində olan kolluq sahəyə getmiş və orada əkdiyi 06 ədəd narkotik tərkibli çətənə bitkilərinin quruduğunu, lakin üzərində yararlı yerləri olduğunu görmüşdür. Daha sonra narkotik tərkibli çətənə bitkilərinin üzərində olan yararlı hissələrini özü çəkib istifadə etmək üçün özü ilə götürdüyü sellofan torbaya doldurmuş və həmin sellofan torbanı özü ilə götürüb yaşadığı evin həyətinə gəlmişdir. Həmin içərisində narkotik vasitə marixuana olan sellofan torbanın üzərinə bir ədəd də sellofan torba keçirmiş, evinin həyətində olan talvarın altındakı ot presinin altında gizlədib saxlamışdır ki, özünə lazım olduqda çəkib istifadə edər. 06 ədəd çətənə bitkisi ağaclarını isə kökündən çıxarmamışdır. Ağaclar əkilmiş vəziyyətdə qalmışdır. Həmçinin də gizlədib saxladığı narkotik vasitə qurudulmuş marixuanadan istifadə etməmişdir. 30 dekabr 2022-ci il tarixdə o, Balakən rayonu Mahamalar kəndində yaşadığı evdə olduğu vaxt bacısı Vüsalənin həyat yoldaşı Anarın qardaşı Təqsirləndirilən şəxs1 onun evinə yeni il bayramı münasibətilə qonaq gəlmişdir. Təqsirləndirilən şəxs1 onunla söhbət zamanı ondan özünə çəkib istifadə etmək üçün narkotik vasitə marixuana təşkil etməyini xahiş etmişdir. O da ot presinin altında olan saxladığı narkotikdən bir qismini ayırıb sellofan bükümə büküb Təqsirləndirilən şəxs1 əvəzsiz olaraq, yəni pay vermişdir. Həmin gün Təqsirləndirilən şəxs1 onlarda bir qədər oturandan sonra çıxıb getmişdir. 02 yanvar 2023-cü il tarixdə o, Balakən rayonu Mahamalar kəndində yaşadığı evə olduğu vaxt onu yoldan kiminsə çağırdığını görüb yol darvazasından çölə çıxmışdır.Çölə çıxdıqda onu çağıran şəxslər özlərini ona təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları özlərini ona təqdim edib, onu Balakən RPŞ-nin Qabaqçöl PB-nə dəvət etmişlər. O da etiraz etmədən polis əməkdaşları ilə birlikdə Balakən RPŞ-nin Qabaqçöl PB-nə gəlmişdir. Polis bölməsində ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən saxlanılaraq üzərində şəxsi axtarış aparılan zaman onun Nazimə əvəzsiz olaraq pay verdiyi narkotik vasitə marixuana polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Daha sonra Qabaqçöl PB-də xidməti otaqların birində təhqiqatçı Şahid5 tərəfindən ona Balakən rayon Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. Sonra onun vəkillər siyahısından seçdiyi müdafiəçi Mahmudov X7 PB-nə dəvət olunmuş və bundan sonra o, təhqiqatçı Şahid5 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra təhqiqatçı Şahid5 tərəfindən ona hüquq və vəzifələri izah edilməklə müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı onun üzərindən hər hansı bir qeyriqanuni əşya və ya predmet aşkar edilməmişdir. Sonda təhqiqatçı Şahid5 tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin səxsi axtarış zamanı ona Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın kim tərəfindən ona verilməsi soruşulmuş, o da polis əməkdaşlarına könüllü şəkildə etiraf etmiş və Təqsirləndirilən şəxs1 narkotik vasitə satmadığını, sadəcə olaraq hədiyyə etdiyini bildirmişdir. Şəxsi axtarış zamanı polis əməkdaşları Təqsirləndirilən şəxs1 verdiyi narkotik vasitəni hardan əldə etdiyini soruşmuş, o da polis əməkdaşlarına səmimi olaraq Balakən rayonu Mahamalar kəndində çöllük ərazidə kolluq sahədə əkdiyi narkotik tərkibli çətənə bitkiləri əkib-yetişdirdiyini və həmin çətənə bitkilərinin üzərindən yararlı hissələrini yığıb sellofan torbaya yığaraq yaşadığı evin həyətində gizlətdiyini, bir qismini isə Təqsirləndirilən şəxs1 əvəzsiz olaraq pay verdiyini demişdir. O, polis əməkdaşlarına yaşadığı evin həyətyanı sahəsində də narkotik vasitə qurudulmuş marixuana saxladığını bildirdikdən sonra vəkili Müdafiəçi2, polis əməkdaşlarının və onun öz könüllü razılığı, razılıq ərizəsi və iştirakı ilə Balakən rayonu Mahamalar kəndində yaşadığı evinin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı o, evinin həyətyanı sahəsində talvarın altında olan ot presinin altında gizlətdiyi sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuananı gizlətdiyi yerdən çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik vasitə qurudulmuş marixuana sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 165,5 qram təşkil etmişdir.Daha sonra təqdim etdiyi 01 ədəd sellofan torba təhqiqatçı Şahid5 tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Baxış zamanı həyətindən digər hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Sonda təhqiqatçı Şahid5 tərəfindən baxış keçirilməsi barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra vəkili Müdafiəçi2, polis əməkdaşlarının, aqronom Şahid4 və onun iştirakı ilə Balakən rayonu Mahamalar kəndində çöl ərazisində kolluq sahədə 06 ədəd narkotik tərkibli çətənə bitkilərini əkib-becərdiyi yerə baxış keçirilmişdir. Baxış zamanı o, çöl sahəsində kolluq ərazidə əkib-becərdiyi və üzərindən yararlı yerlərini yığdığı 06 ədəd qurumuş halda olan narkotik tərkibli bitkiləri təqdim etmişdir. Baxışda iştirak edən aqronom Şahid4 onun əkib-becərdiyi narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərildiyini və diblərinin alaq otlarından təmizləndiyini bildirmişdir. Daha sonra həmin bitkilər kökündən çıxarılmış və uzunluğu ölçülmüş, ən kiçiyinin uzunluğu 166 sm, ən uzun bitkinin isə uzunluğu 235 sm təşkil etmişdir. Onun əkib-becərdiyi və polis əməkdaşlarına təqdim etdiyi 06 ədəd narkotik tərkibli çətənə bitkiləri təhqiqatçı Şahid5 tərəfindən 01 ədəd ağ rəngli sintetik kisəyə qoyulub qablaşdırılmış, sintetik kisə möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Sonda təhqiqatçı Şahid5 tərəfindən baxış keçirilməsi barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə-bioloji ekspertizasının 03 yanvar 2023-cü il tarixli 17/7 nömrəli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, həyətindən aşkar edilmiş 01 ədəd sellofan torbadakı narkotik vasitə marixuananın təmiz çəkisi 160,56 qramdır. Həmçinin onun çöl ərazisində əkdiyi 06 ədəd bitkilər isə əkilib becərilməsi qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Həmçinin aqronom mütəxəssis Şahid4 rəyinə əsasən həmin çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Sadəcə olaraq Təqsirləndirilən şəxs1 ondan əvəzsiz olaraq, yəni pay olaraq özü istifadə etmək üçün narkotik vasitə marixuana istəyəndə o, özündə olan narkotik vasitə marixunanı Nazimə əvəzsiz olaraq pay vermişdir. Yəni Təqsirləndirilən şəxs1 narkotik vasitə qurudulmuş marixuananı pay olaraq əvəzsiz vermişdir. Həmin narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs1 verməyinin əvəzində Təqsirləndirilən şəxs1 pul və yaxud hər hansı bir şey istəməmişdir. Aralarında hər hansı bir təmanna olmamışdır. O, hazırda yaşadığı ünvanda və ya başqa bir yerdə narkotik vasitə marixuana saxlamır. Onun Təqsirləndirilən şəxs1 narkotik vasitə marixuana verməyi barədə başqa heç kimin məlumatı olmamışdır. Həmçinin əvvəllər Təqsirləndirilən şəxs1 narkotik vasitə marixuana verməmişdir.O, saxladığı narkotik vasitə marixuanadan istifadə etməmişdir. Narkotik tərkibli çətənə bitkilərini əkdiyi yeri çəpərləməmiş, hasarlamamışdır. Həmin yer çöl sahəsində olan kolluq sahədir. Həmin yerdən heç kim istifadə etməmişdir. Narkotik tərkibli çətənə bitkilərini həmin kolların içərisində əkmişdir.Yəni istifadə edilməyən yerdə əkmişdir. Kolluq sahə olduğu üçün həmin yerdən heç kim istifadə etməmişdir. Narkotik tərkibli çətənə bitkilərini əkibbecərməyi barədə heç kimə bir söz deməmişdir. Həmin narkotik tərkibli çətənə bitkiləri əkib becərməyindən heç kimin xəbəri olmamışdır.Yaşadığı evin həyətində narkotik vasitə saxlamağından heç kimin xəbəri olmamışdır. Bu barədə heç kimə bir söz deməmişdir. Həmçinin Balakən RPŞ-də ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməmişdir. Himayəsində 3 azyaşlı uşaq vardır. İİİ qrup əlildir və əlilliyə görə pensiya alır. Cinayət əməlləri törətməsini etiraf edib bu əməlləri törətməsindən səmimi peşmançılıq hissi keçirir. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hazırda Balakən RPŞ-nin Qabaqçöl PB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 02 yanvar 2023-cü il tarixdə Balakən rayonu Talalar kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daha sonra həmin məlumat tərəfindən raportla Balakən RPŞ-nin Qabaqçöl PB-nin rəhbərliyinə məruzə olunmuş və həmin məlumatın yoxlanılması məqsədilə Təqsirləndirilən şəxs1 tərəflərindən Balakən RPŞ-nin Qabaqçöl PB-nə gətirilmişdir. Həmçinin Baradov X3 PB-nə gətirildikdən sonra Təhqiqat Bölməsinin təhqiqatçısı Şahid5 tərəfindən şübhəli şəxs kimi saxlanılmış, daha sonra Təqsirləndirilən şəxs1 vəkillər siyahısından seçdiyi və ona təqdim edilmiş hüquqlarını müdafiə edən Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əvvəlcə təhqiqatçı Şahid5 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah olunmuş və üzərində narkotik vasitə, yaxud hər hansı qanunsuz əşya olub-olmaması barədə sual verilmiş, əgər narkotik vasitə, yaxud qanunsuz əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi olan sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 7,3 qram təşkil etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi narkotik vasitə marixuanaya oxşar bitki kütləsini ona Balakən rayonu Mahamalar kənd sakini Təqsirləndirilən şəxs2 pay olaraq, yəni əvəzsiz olaraq verdiyini səmimi etiraf etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd sellofan büküm təhqiqatçı Şahid5 tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən digər hər hansı bir qeyriqanuni əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış Balakən RPŞ-nin PPXB-nin polis nəfəri X8 tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Sonda təhqiqatçı Şahid5 tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 üzərində aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsini ona Balakən rayon Mahamalar kənd sakini Təqsirləndirilən şəxs2 verməsini Təqsirləndirilən şəxs1 səmimi etiraf etməsindən sonra Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 narkotik vasitə verməsinə əsaslı şübhələr yarandığından Təqsirləndirilən şəxs2 02 yanvar 2023-cü il tarixdə tərəflərindən dəvət edilərək Balakən RPŞ-nin Qabaqçöl PB-nə gətirilmişdir. Daha sonra Qabaqçöl PB-də xidməti otaqların birində təhqiqatçı Şahid5 tərəfindən Təqsirləndirilən şəxs2 Balakən rayon Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 vəkillər siyahısından seçdiyi müdafiəçi Mahmudov X7 PB-nə dəvət olunmuş və bundan sonra Təqsirləndirilən şəxs2 təhqiqatçı Şahid5 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra təhqiqatçı Şahid5 tərəfindən Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edilməklə müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Sonda təhqiqatçı Şahid5 tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın kim tərəfindən ona verilməsi barədə Təqsirləndirilən şəxs2 sual verilmiş və Təqsirləndirilən şəxs2 könüllü şəkildə etiraf edərək Təqsirləndirilən şəxs1 narkotik vasitə qurudulmuş marixuana satmadığını, sadəcə olaraq hədiyyə etdiyini, yəni pay verdiyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 verdiyi narkotik vasitəni hardan əldə etməsi barədə təhqiqatçı Şahid5 sual verilmiş, Təqsirləndirilən şəxs2 də səmimi olaraq etiraf edərək, Balakən rayonu Mahamalar kəndində çöllük ərazidə kolluq sahədə narkotik tərkibli çətənə bitkiləri əkib-yetişdirdiyini və həmin çətənə bitkilərinin üzərindən yararlı hissələrini yığıb sellofan torbaya yığaraq yaşadığı evin həyətində gizlətdiyini, bir qismini isə Təqsirləndirilən şəxs1 əvəzsiz olaraq pay verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 göstərdiklərindən sonra müdafiəçisi Müdafiəçi2, polis əməkdaşlarının və öz könüllü razılığı, razılıq ərizəsi və iştirakı ilə Balakən rayonu Mahamalar kəndində yaşadığı evinin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 evinin həyətyanı sahəsində talvarın altında olan ot presinin altında gizlətdiyi sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuananı gizlətdiyi yerdən çıxarıb təqdim etmişdir. Həmin narkotik vasitə qurudulmuş marixuana sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 165,5 qram təşkil etmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd sellofan torba təhqiqatçı Şahid5 tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs2 həyətindən digər hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Sonda təhqiqatçı Şahid5 tərəfindən baxış keçirilməsi barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 vəkili Müdafiəçi2, polis əməkdaşlarının, aqronom Şahid4 və Təqsirləndirilən şəxs2 özünün iştirakı ilə Balakən rayonu Mahamalar kəndində çöl ərazisində kolluq sahədə 06 ədəd narkotik tərkibli çətənə bitkilərini əkib-becərdiyi yerə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 çöl sahəsində kolluq ərazidə əkibbecərdiyi və üzərindən yararlı yerlərini yığdığı 06 ədəd qurumuş halda olan narkotik tərkibli bitkiləri təqdim etmişdir. Baxışda iştirak edən aqronom Şahid4 Təqsirləndirilən şəxs2 əkib-becərdiyi narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərildiyini və diblərinin alaq otlarından təmizləndiyini bildirmişdir. Daha sonra həmin bitkilər kökündən çıxarılmış və hündürlükləri ölçülərkən bitkilərin hündürlüklərinin 166 sm-dən 235 sm-dək olması müyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs2 əkib-becərdiyi və polis əməkdaşlarına təqdim etdiyi 06 ədəd narkotik tərkibli çətənə bitkiləri təhqiqatçı Şahid5 tərəfindən 01 ədəd ağ rəngli sintetik kisəyə qoyulub qablaşdırılmış, sintetik kisə möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Baxış prosesi Balakən RPŞ-nin PPXB-nin polis serjantı X8 tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Sonda təhqiqatçı Şahid5 tərəfindən baxış keçirilməsi barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, iş üzrə şahid-Balakən RPŞ-nin Qabaqçöl PB-nin sahə rəisi Şahid2 məhkəmə iclasına gəlməmiş və gətirilməmişdir. İş materialları ilə müəyyən olunmuşdur ki, Şahid2 verilən ittihamın həlli üçün yeganə və həlledici şahid deyildir. Həmçinin təqsirləndirilən şəxslər və onların müdafiəçiləri həmin şahidin ibtidai istintaqda verdiyi ifadəsi ilə tanış olmuş və bu ifadəyə hər hansı etiraz bildirməmiş, eyni zamanda həmin ifadənin təkzib edilməsi üçün hər hansı vəsatətlər verməmiş, onun dindirilməsi zamanı eyni şərtlər daxilində öz şahidlərinin çağrılıb dindirilməsini xahiş etməmiş, bu şahidin ifadəsində göstərdiyi halların təkzibi ilə bağlı hər hansı sübutlar təqdim etməmişlər. Həmçinin məhkəmədə ittiham və müdafiə tərəflərinin iştirakı ilə iş üzrə ittihamın həlli üçün ifadələri əsas hesab edilə biləcək şahidlər dindirilmiş, tərəflərə onlara müvafiq sualların verilməsi, ifadələrində göstərdiyi halların tədqiq edilməsi üçün hərtərəfli şərait yaradılmış, həmin ifadələrə işdə olan digər sübutlarla müqayisəli şəkildə hüquqi qiymətin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual tədbirlər həyata keçirilmişdir. İş üzrə təqsirləndirilən şəxslər də məhkəmədə verdiyi ifadələrində onlara verilən ittihamlar üzrə özlərini təqsirli bilmiş, bu konteksdə həmin şəxsin ifadəsi və işdə olan digər mötəbər sübutlarla tanış olmuşlar. Bu xüsusda ittiham və müdafiə tərəfləri Şahid2 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsinin məhkəmədə elan olunmasına və tədqiq olunmasına razılığını bildirmişlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağrılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Azərbaycan Respublikası CPM-nin 327.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvələr keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Məhkəmə, Şahid2 məhkəməyə gəlməsinin təmin edilməsi üçün müvafiq tədbirlərin görüldüyünü, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid2 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan olunmuş Şahid2 və məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadələr verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, hazırda Kənd Təsərrüfatı Nazirliyi yanında aqrar xidmətlər agentliyinin Balakən DAİM-də bitkiçilik sektorunun müdiri vəzifəsində işləyir. 02 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2, onun vəkili Müdafiəçi2, polis əməkdaşlarının və onun özünün iştirakı ilə Balakən rayonu Mahamalar kəndində çöl ərazisində kolluq sahədə 06 ədəd narkotik tərkibli çətənə bitkilərini əkib-becərdiyi yerə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 çöl sahəsində kolluq ərazidə əkibbecərdiyi və üzərindən yararlı yerlərini yığdığı 06 ədəd qurumuş halda olan narkotik tərkibli bitkiləri təqdim etmişdir. Həmin bitkilərə baxış zamanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs2 əkib-becərdiyi narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmiş və dibləri alaq otlarından təmizlənmişdir. Daha sonra həmin bitkilər kökündən çıxarılmış və hündürlükləri ölçülərkən bitkilərin hündürlükləri 166 sm-dən 235 sm-dək olması müyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 əkib-becərdiyi və polis əməkdaşlarına təqdim etdiyi 06 ədəd narkotik tərkibli çətənə bitkiləri təhqiqatçı Şahid5 tərəfindən 01 ədəd ağ rəngli sintetik kisəyə qoyulub qablaşdırılmış, sintetik kisə möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Baxış prosesi bir polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Sonda təhqiqatçı Şahid5 tərəfindən baxış keçirilməsi barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, hazırda Balakən RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı vəzifəsində xidmət edir. 02 yanvar 2023-cü il tarixdə Balakən rayonu Talalar kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat Balakən RPŞ-nin Qabaqçöl PB-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən raportla Balakən RPŞ-nin Qabaqçöl PB-nin rəhbərliyinə məruzə olunmuş və həmin məlumatın yoxlanılması məqsədi ilə Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən Balakən RPŞ-nin Qabaqçöl PB-nə gətirilmişdir. Həmçinin Baradov X1 PB-nə gətirildikdən sonra tərəfindən şübhəli şəxs kimi saxlanılmış, daha sonra Təqsirləndirilən şəxs1 vəkillər siyahısından seçdiyi və Təqsirləndirilən şəxs1 təqdim edilmiş hüquqlarını müdafiə edən Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və polis əməkdaşlarının iştirakları ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əvvəlcə tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah olunmuş və daha sonra üzərində narkotik vasitə, yaxud hər hansı qanunsuz əşya olubolmaması barədə sual verilmiş, əgər narkotik vasitə, yaxud qanunsuz əşya vardırsa təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi olan sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 7,3 qram təşkil etmişdir. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi narkotik vasitə marixuanaya oxşar bitki kütləsini ona Balakən rayonu Mahamalar kənd sakini Təqsirləndirilən şəxs2 pay olaraq, yəni əvəzsiz olaraq verdiyini səmimi etiraf etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd sellofan büküm tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən digər hər hansı bir qeyriqanuni əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış Balakən RPŞ-nin PPXB-nin polis nəfəri X8 tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Sonda tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 üzərində aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsini ona Balakən rayon Mahamalar kənd sakini Təqsirləndirilən şəxs2 verməsini Təqsirləndirilən şəxs1 səmimi etiraf etməsindən sonra Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 narkotik vasitə verməsinə əsaslı şübhələr yarandığından Təqsirləndirilən şəxs2 02 yanvar 2023-ci il tarixdə polis əməkdaşları tərəfindən dəvət edilərək Balakən RPŞnin Qabaqçöl PB-nə gətirilmişdir. Daha sonra Qabaqçöl PB-də xidməti otaqların birində tərəfindən Təqsirləndirilən şəxs2 Balakən rayon Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, daha sonra Təqsirləndirilən şəxs2 vəkillər siyahısından seçdiyi müdafiəçi Mahmudov X7 PB-nə dəvət olunmuş və bundan sonra Təqsirləndirilən şəxs2 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra tərəfindən Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edilməklə müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Sonda tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın kim tərəfindən ona verilməsi barədə Təqsirləndirilən şəxs2 sual verilmiş və Təqsirləndirilən şəxs2 könüllü şəkildə etiraf dərək, Təqsirləndirilən şəxs1 narkotik vasitə qurudulmuş marixuana satmadığını, sadəcə olaraq hədiyyə etdiyini, yəni pay verdiyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 verdiyi narkotik vasitəni hardan əldə etməsi barədə tərəfindən sual verilmiş, bu zaman Təqsirləndirilən şəxs2 səmimi olaraq etiraf edərək, Balakən rayonu Mahamalar kəndində çöllük ərazidə kolluq sahədə narkotik tərkibli çətənə bitkiləri əkib-yetişdirdiyini və həmin çətənə bitkilərinin üzərindən yararlı hissələrini yığıb sellofan torbaya yığaraq yaşadığı evin həyətində gizlətdiyini, bir qismini isə Təqsirləndirilən şəxs1 əvəzsiz olaraq pay verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 göstərdiklərindən sonra müdafiəçisi Müdafiəçi2, polis əməkdaşlarının və özünün könüllü razılığı, həmçinin razılıq ərizəsi və iştirakı ilə Balakən rayonu Mahamalar kəndində yaşadığı evinin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 evinin həyətyanı sahəsində talvarın altında olan ot presinin altında gizlətdiyi sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuananı gizlətdiyi yerdən çıxarıb təqdim etmişdir. Həmin narkotik vasitə qurudulmuş marixuana sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 165,5 qram təşkil etmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd sellofan torba tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs2 həyətindən digər hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Sonda tərəfindən baxış keçirilməsi barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 vəkili Müdafiəçi2, polis əməkdaşlarının, aqronom Şahid4 və Təqsirləndirilən şəxs2 özünün iştirakı ilə Balakən rayonu Mahamalar kəndində çöl ərazisində kolluq sahədə 06 ədəd narkotik tərkibli çətənə bitkilərini əkib-becərdiyi yerə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 çöl sahəsində kolluq ərazidə əkib-becərdiyi və üzərindən yararlı yerlərini yığdığı 06 ədəd qurumuş halda olan narkotik tərkibli bitkiləri təqdim etmişdir. Baxışda iştirak edən aqronom Şahid4 Təqsirləndirilən şəxs2 əkib-becərdiyi narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərildiyini və diblərinin alaq otlarından təmizləndiyini bildirmişdir. Sonra həmin bitkilər kökündən çıxarılmış və hündürlükləri ölçülərkən bitkilərin hündürlükləri 166 sm-dən 235 smdək olması müyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 əkib-becərdiyi və polis əməkdaşlarına təqdim etdiyi 06 ədəd narkotik tərkibli çətənə bitkiləri tərəfindən 01 ədəd ağ rəngli sintetik kisəyə qoyulub qablaşdırılmış, sintetik kisə möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Baxış prosesi Balakən RPŞ-nin PPXB-nin polis serjantı X8 tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Sonda tərəfindən baxış keçirilməsi barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. O, Təqsirləndirilən şəxs2 həyətində narkotik vasitə qurudulmuş marixuananı çəkərkən fasiləsiz olaraq videçəkilişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxs2, polis əməkdaşlarının, Müdafiəçi2 iştirakı ilə narkotik vasitə qurudulmuş marixuananı elektron tərəzidə sellofan torba ilə birlikdə çəkərkən çəkisinin 1.655 kq olması kimi görünmüşdür. Lakin həqiqətdə həmin narkotik vasitə qurudulmuş marixuananın sellofan torba ilə birlikdə çəkisi 160,56 qram olmuşdur. Məhkəmə bioloji ekspertizasının 03 yanvar 2023-cü il tarixli rəyindən də Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 160,56 qram olduğu görünmüşdür. Məlum məsələdir ki, ekspert təqdim olunmuş narkotik vasitə marixuananı onlardan fərqli olaraq adi elektron tərəzi vasitəsi ilə deyil “CAS” və “CAS MWP-300” markalı elektron tərəzi vasitəsi ilə ölçərək rəy vermişdir. Ona görə də ekspert rəyinə uyğun olaraq narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 160,56 qram olması nəzərə alınmış və ekspert rəyində göstərilən təmiz çəki əsas götürülmüşdür. İş materiallarında olan 02 yanvar 2023-cü il tarixli “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, həmin tarixdə saat 18:25dan saat 18:55-dək olan müddət ərzində Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs1 əynində göy rəngli cins şalvar, tünd yaşıl rəngli kofta, qara rəngli qış gödəkcəsi, ayağında qara rəngli ayaqqabılar, başında isə qara rəngli papaq olmuşdur. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmamışdan öncə üzərində hər hansı qeyri qanuni əşya və ya predmetin olub olmaması barədə sual verilmiş, Təqsirləndirilən şəxs1 da əynində olan qış gödəkcəsinin sağ yan cibindən içərisində qurudulmuş marixuanaya oxşar bitki kütləsi olan sellofan büküm təqdim etmişdir. Həmin büküm 1 ədəd elektron tərəzidə çəkilmiş, çəkisi 7,3 qram təşkil etmişdir. Daha sonra həmin büküm 1 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış və götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində aşkar edilmiş kütləni haradan əldə etməsi barədə sual verilmiş, Təqsirləndirilən şəxs1 da həmin qurudulmuş marixuanaya oxşar bitki kütləsini qohumu Araz adlı şəxsdən pay olaraq götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərində əlavə şəxsi axtarış zamanı heç bir qeyri qanuni əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış Sony HP markalı videokamera vasitəsi ilə qeydə alınmış, videogörüntünün olduğu disk protokola əlavə olunmuşdur. Protokol tərtib olunmuş, doğruluğu imzalarla təsdiq olunmuşdur. İş materiallarında olan 02 yanvar 2023-cü il tarixli “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, həmin tarixdə saat 20:00dan saat 20:30-dək olan müddət ərzində Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində idman üsullu qara şalvar, qara poliver, qara rəngli qış gödəkcəsi, başında qara rəngli papaq və ayağında şəpitlər olmuşdur. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış zamanı heç bir qeyri qanuni əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 qohumu Təqsirləndirilən şəxs1 hər hansı narkotik vasitə verib-verməməsi barədə sual verilmiş, Təqsirləndirilən şəxs2 də Təqsirləndirilən şəxs1 narkotik vasitə verməsini etiraf etmiş, həmçinin 2022-ci ilin aprel-may aylarında narkotik tərkibli çətənə bitkiləri əkərək bir qismini yığıb yaşadığı evə gətirməklə həmin narkotikin bir hissəsini Təqsirləndirilən şəxs1 verdiyini bildirmişdir. Şəxsi axtarış Sony HP markalı videokamera vasitəsi ilə qeydə alınmış, videogörüntünün olduğu disk protokola əlavə olunmuşdur. Protokol tərtib olunmuş, doğruluğu imzalarla təsdiq olunmuşdur. İş materiallarında olan 02 yanvar 2023-cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, həmin tarixdə saat 21:15-dan saat 22:00-dək olan müddət ərzində Təqsirləndirilən şəxs2 Balakən rayonu Mahamalar kəndində yerləşən yaşadığı evin həyətinə baxış keçirilmişdir. Həyətyanı sahəyə daxil olduqda sağ tərəfdə talvar, ona bitişik yardımçı tikili və 1 mərtəbəli yaşayış evi olmuşdur. Təqsirləndirilən şəxs2 baxış keçirilməmişdən öncə həyətyanı sahədə harada narkotik vasitə saxlaması barədə sual verilmiş, Təqsirləndirilən şəxs2 də evin həyətyanı sahəsində olan talvardakı ot presinin altından 1 ədəd sellofan torba çıxarıb təqdim etmişdir. Şəffaf rəngli sellofan torbanın içərisindən əlavə olaraq rəngli sellofan torba çıxarmış, içərisinə baxış keçirilmiş və içərisində qurudulmuş marixuanaya oxşar bitki kütləsi aşkar edilmişdir. Həmin kütlə sellofan torbalarla birlikdə elektron tərəzidə çəkilmiş, çəkisi 165,5 qram təşkil etmişdir. Həmin kütlə 1 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmış, möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Bundan əlavə həyətyanı sahədə olan 1 mərtəbəli yaşayış evinə baxış keçirilən zaman heç bir qeyri qanuni əşya və ya predmetə rast gəlinməmişdir. Baxış prosesi Sony HP markalı videokamera vasitəsi ilə qeydə alınmış, videogörüntünün olduğu disk protokola əlavə olunmuşdur. Protokol tərtib olunmuş, doğruluğu imzalarla təsdiq olunmuşdur. İş materiallarında olan 02 yanvar 2023-cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, həmin tarixdə saat 23:00-dan saat 23:50-dək olan müddət ərzində Təqsirləndirilən şəxs2 06 ədəd narkotik tərkibli çətənə bitkilərini əkibbecərdiyi Balakən rayonu Mahamalar kəndində yerləşən çöl sahəsinə baxış keçirilmişdir. Həmin sahəyə baxış keçirilməmişdən öncə Təqsirləndirilən şəxs2 hansı yerdə narkotik tərkibli bitkilər becərməyi barədə sual verilmiş, Təqsirləndirilən şəxs2 də kolluq ərazidə olan 6 ədəd qurumuş halda olan narkotik tərkibli çətənə bitkisinə oxşar bitkiləri göstərib həmin bitkilərin üzərindən narkotik vasitə əldə etdiyini bildirmişdir. Daha sonra həmin bitkilər kökündən çıxarılmış, uzunluqları ölçülmüş, uzunluqları 166 sm-dən 235 sm-dək təşkil etmişdir. Bundan sonra həmin bitkilər 1 ədəd sintetik kisəyə qoyulub möhürlənmiş, qablaşdırılmış və maddi sübut kimi götürülmüşdür. Baxışda iştirak edən mütəxəssis aqronom Şahid4 06 ədəd qurumuş halda olan narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilərə baxaraq həmin bitkilərə aqrotexniki qaydada qulluq götərilməklə diblərinin alaq otlarından təmizləndiyini bidirmişdir. Baxış prosesi Sony HP markalı videokamera vasitəsi ilə qeydə alınmış, videogörüntünün olduğu disk protokola əlavə olunmuşdur. Protokol tərtib olunmuş, doğruluğu imzalarla təsdiq olunmuşdur. İş materiallarında olan aqronom-mütəxəssis Şahid4 verdiyi xx.xx.2022-ci il tarixli rəydən görünür ki, xx.xx.2023-cü il tarixdə Balakən rayonu Mahamalar kəndi ərazisində çöllük sahədə aşkar edilmiş 6 ədəd qurumuş halda olan narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kollarına aqrotexniki qaydada qulluq göstərilməklə kökləri alaq otlarından təmizlənmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 03 yanvar 2023-cü tarixli 17/7nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda "Aşkar edilmiş 6 ədəd qurumuş halda olan narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər" yazısı olan sintetik kisənin içərisindəki, uzunluqları 166 sm-dən 235 sm-dək, quru vəziyyətdə ümumi çəkiləri- 205,0 qram olan 06 (altı) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olumuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom mütəxəssis Şahid4 02 yanvar 2023-cü il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim edilmiş, üzərində "Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 ədəd sellofan torbada qurudulmuş marixuanaya oxşar kütlədən ibarət maddi sübut" yazısı olan zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi- 6,84 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, üzərində "Vət. Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş 1 ədəd sellofan torbada qurudulmuş marixuanaya oxşar kütlədən ibarət maddi sübut" yazısı olan zərfin içərisindəki 01 (bir) ədəd rəngli sellofan torbada, təmiz çəkisi-160,56 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd sellofan bükümdə və 01 (bir) ədəd sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd:a) Çətənə bitkilərinin ümumi çəkisi-205,0 qram, cəmi tədqiqata sərf edildi-0,60 qram (hər bitkidən 0,10 qram), qalıq-204,40 qram;b) Qurudulmuş marixuananın təmiz çəkisi-6,84 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-6,79 qram;c) Qurudulmuş marixuananın təmiz çəkisi-160,56 qram, tədqiqata sərf edildi- 0,05 qram, qalıq-160,51 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34,55 manat təşkil edir. İş materiallarında olan Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 03 yanvar 2023-cü il tarixli aktdan görünür ki, 02 yanvar 2023cü il tarixli qərara əsasən tədqiqata təqdim edilən 01 ədəd sintetik kisədə 06 ədəd quru halda 6 bitki nümunəsi, 01 ədəd sellofan paketdə və 01 ədəd sellofan torbada bitki mənşəli kütlələr CAS/CAS-MWP300/ CAS-CUW 420H markalı tərəzidə çəkildi. 205,0, 6,84, 160,56 qram/ml maddə (kütlə) qəbul olundu, tarix xx.xx.2023 saat 10.30; 0,60, 0,05, 0,05 qram/ml nümunə götürüldü, 204,40, 6,79, 160,51 qram/ml maddə (kütlə) geri qaytarıldı, tarix xx.xx.2023 saat 13.00. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 16 yanvar 2023-cü il tarixli 74 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator məhkəmə narkoloji ekspertizasının 16 yanvar 2023-cü il tarixli 75 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 02 yanvar 2023-cü il tarixdə saat 18:10-da Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmış, 04 yanvar 2023-cü il tarixdə saat 18:00-da Balakən RPŞ-nin MSY-dən azad olunmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs2 02 yanvar 2023-cü il tarixdə saat 19:40-da Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmış, 04 yanvar 2023-cü il tarixdə saat 19:30-da Balakən RPŞ-nin MSY-dən azad olunmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan tələbnamə üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi xx.xx.2023-cü il tarixli 5 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi xx.xx.2023-cü il tarixli 5 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. İş materiallarından görünür ki, xx.xx.2009-cu il tarixdə doğulmuş X21 olmaqla Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşaq vardır və onun qardaşı X4 xx.xx.1993-cü ildə Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. İş materiallarından həmçinin görünür ki, xx.xx.2009-cu il tarixdə doğulmuş X22, xx.xx.2009-cu il tarixdə doğulmuş X23 və xx.xx.2015-ci il tarixdə doğulmuş X16 olmaqla Təqsirləndirilən şəxs2 himayəsində üç aşyaşlı uşaq vardır və Təqsirləndirilən şəxs2 İİİ qrup əlildir və pensiya alır. İş materialarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin 28 yanvar 2023cü il tarixli tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilmiş təmiz çəkisi 6,84 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 6,79 qramı, Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətindən aşkar edilmiş təmiz çəkisi 160,56 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 160,51 qramı və Təqsirləndirilən şəxs2 Balakən rayonu Mahamalar kəndində çöl ərazisində əkib-becərdiyi 06 ədəd təmiz çəkisi 205,0 qram olan və ekspertiza tədqiqatından sonra qalıq təmiz çəkisi 204,40 qram olan narkotik tərkibli çətənə bitkiləri maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində aparılmış şəxsi axtarışların, Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətinə keçirilmiş baxışın və Təqsirləndirilən şəxs2 narkotik tərkibli çətənə bitkiləri əkib becərdiyi Balakən rayonu Mahamalar kəndinin çöl sahəsində olan kolluq əraziyə keçirilmiş baxışın videogörüntüləri əks olunmuş cəmi 04 ədəd DVD diski sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə 02 yanvar 2023-cü il tarixli “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokolu, 02 yanvar 2023-cü il tarixli “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokolu, 02 yanvar 2023-cü il tarixli “Baxış keçirilməsi barədə” protokolu, 02 yanvar 2023-cü il tarixli “Baxış keçirilməsi barədə” protokolu, keçirilmiş şəxsi axtarışların və baxışların videogörüntüləri əks olunmuş 04 ədəd DVD diskini, aqronom-mütəxəssis Şahid4 verdiyi xx.xx.2022-ci il tarixli rəyi, məhkəmə-bioloji ekspertizasının 03 yanvar 2023-cü tarixli 17/7nömrəli rəyini, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 03 yanvar 2023cü il tarixli aktı, ambulator məhkəmə- narkoloji ekspertizasının 16 yanvar 2023-cü il tarixli 74 nömrəli rəyini, ambulator məhkəmə narkoloji ekspertizasının 16 yanvar 2023-cü il tarixli 75 nömrəli rəyini, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi xx.xx.2023-cü il tarixli 5 nömrəli arayışı, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi xx.xx.2023-cü il tarixli 5 nömrəli arayışı, Balakən RPŞ-nin İB-nin müstəntiqinin 28 yanvar 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarını, yuxarıda istinad olunan sair sübutları, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və işdə olan sair sənədləri işin hallarını ziddiyyət olmadan əlaqəli şəkildə təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları əməllərdə öz təqsirlərini etiraf etmələrini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün onlara qarşı ittihamları təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün sübut kimi qəbul edilməklə yanaşı, təqsirləndirilən şəxslərin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməli və nəzərə alınmalıdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi, İnsan Hüquqlarının və X11 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsilə əlaqədar X6rşı işi üzrə qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə, təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini dinləyib, işdə olan ekspertiza rəylərini və digər sübutları bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini, Təqsirləndirilən şəxs2 isə qəsdən, qanunsuz olaraq, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda əkibyetişdirməklə kultivasiya etmə, həmçinin qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməllərini törətmişdir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməllərinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməyə (əkmə, yetişdirmə və ya onların (onların hissələrini toplama) Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə narkotik vasitələr-BMT-nin 1961-ci il tarixli «Narkotik vasitələr haqqında» Vahid Konvensiyasında, 1971-ci il tarixli «Psixotrop maddələr haqqında» Konvensiyasında, 1988-ci il tarixli «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında» Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Yenə də həmin Qanunun 1.0.6-ci maddəsinə görə tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Həmin Qanunun 1.0.7-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına , yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevirilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 19-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ-qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər).Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Məhkəmə, işdəki sübutlara hüquqi qiymət verərək, bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 234.1 və 237-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs1 cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə, Təqsirləndirilən şəxs2 cinayət əməlləri isə Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllərə görə cəzalanmalıdırlar. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, işin faktoloji hallarına və qanun normalarının tələbinə əsasən himayəsində bir azyaşlı uşağın olmasını, şəhid qardaşı olmasını, ilk dəfə cinayət əməli törətməsini və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə bu xüsusda qeyd edir ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşaq vardır. Qanunvericiliyin imperativ tələbinə əsasən cinayət törətmiş şəxsin himayəsindlə azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Ona görə də məhkəmə himayəsində bir azyaşlı uşağın olmasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alınması qənaətinə gəlmişdir. Digər tərəfdən Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət əməli törətməsi, bununla da kriminal meyilli şəxs olmaması, antisosial yönümün psixikasında model davranışa çevrilməməsi işdəki sübutlarla təsdiq olunur. Ona görə də məhkəmə tərəfindən ilk dəfə cinayət əməli törətməsi Təqsirləndirilən şəxs1 kriminal meyilli şəxslərdən fərqləndirmək üçün ağlataban əsas kimi qiymətləndirilməklə cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Bundan başqa iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 qardaşı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Bu halın təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alınması şəhid ailəsinə olun ehtiramın, qayğı və humanizmin təzahürü kimi qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda nəzərə çatdırır ki, Təqsirləndirilən şəxs1 cinayəti etiraf edib əməlinə görə təəsüflənməklə peşman olduğunu bildirməsi, ona istinad olunan əmələ tənqidi münasibətini ifadə etməklə həqiqətən də onu müsbət xarakterizə edən haldır. Bu konteksdə nəzərə çatdırılmalıdır ki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti, o cümlədən az ağır cinayəti törədən şəxs tərəfindən də yaşana və Cinayət Məcəlləsinin 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Bu konteksdə diqqətə alınmalıdır ki,Rusiya Federasiyası Cinayət Məcəlləsinin 75-ci maddəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hal (Azərbaycan Respublikası CM-nin 72-ci maddəsi ilə eyni hallarda) səmimi peşmançılıq deyil, əməli peşmançılıq adlandırılmış, yəni səmimi peşmançılığın üstün-yalnız əməli hərəkətlərlə ifadə olunmuş forması olaraq qeyd edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs1 cinayət törətməsini etiraf edib bundan peşmançılıq çəkməsi məhz ona istinad olunan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə təəssüflənməklə bu əmələ tənqidi münasibətini ifadə edir və bu xüsusda onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, işin faktoloji hallarına və qanun normalarının tələbinə əsasən himayəsində üç azyaşlı uşağın olmasını, İİİ qrup əlil olmasını və cinayət əməlləri törətməsini etiraf edib, bu əməlləri törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə bu xüsusda qeyd edir ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs2 himayəsində üç azyaşlı uşaq vardır. Qanunvericiliyin imperativ tələbinə əsasən cinayət törətmiş şəxsin himayəsindlə azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Ona görə də məhkəmə himayəsində üç azyaşlı uşağın olmasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alınması qənaətinə gəlmişdir. Digər tərəfdən iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 İİİ qrup əlildir və bu əsasla pensiya alır. Bu halın təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alınması ona olan humanizmin təzahürü kimi qiymətləndirilməlidir. Belə ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən şəxsiyyətini xarakterizə edən halların, həmçinin cəza təyin etmədə humanizm prinsipinin nəzərə alınması CM-nin 9 və 58-ci maddələrində xüsusi olaraq qeyd edilmişdir. Məhkəmə eyni zamanda nəzərə çatdırır ki, Təqsirləndirilən şəxs2 cinayət əməllərini etiraf edib əməllərinə görə təəsüflənməklə peşman olduğunu bildirməsi, ona istinad olunan əməllərə tənqidi münasibətini ifadə etməklə həqiqətən də onu müsbət xarakterizə edən haldır. Bu konteksdə nəzərə çatdırılmalıdır ki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti, o cümlədən az ağır cinayəti törədən şəxs tərəfindən də yaşana və Cinayət Məcəlləsinin 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Bu konteksdə diqqətə alınmalıdır ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 75-ci maddəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hal (Azərbaycan Respublikası CM-nin 72-ci maddəsi ilə eyni hallarda) səmimi peşmançılıq deyil, əməli peşmançılıq adlandırılmış, yəni səmimi peşmançılığın üstün-yalnız əməli hərəkətlərlə ifadə olunmuş forması olaraq qeyd edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs2 cinayət əməlləri törətməsini etiraf edib bundan peşmançılıq çəkməsi məhz ona istinad olunan Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsinə təəssüflənməklə bu əməllərə tənqidi münasibətini ifadə edir və bu xüsusda onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar vardır və onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə həmçinin qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlər öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs2 da cəzasını yüngüləşdirən hallar vardır və onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətlərini xarakterizə edən halları, o cümlədən cəzalarını yüngülləşdirən halları, cəzalarını ağırlaşdıran halların olmamasını və cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən himayəsində bir azyaşlı uşağın olması, şəhid qardaşı olması, ilk dəfə cinayət əməli törətməsi və cinayət əməli törətməsini etiraf edib bu əməli törətmələrindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmadan da islah olunmasının mümkünlüyü qənaətinə gələrək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 02 yanvar 2023-cü il tarixdən 04 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki) gün müddətin bir günü təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, həmin cəzadan çıxılmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən himayəsində üç azyaşlı uşağın olması, İİİ qrup əlil olması və cinayət əməlləri törətməsini etiraf edib bu əməlləri törətməsindən səmimi peşmançılıq çəkməsi cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmadan da islah olunmasının mümkünlüyü qənaətinə gələrək, belə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-nin 234.1 və 237.1-ci maddələrinin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzalar təyin edilməli, Azərbaycan Respublikası CMnin 66.2-ci maddəsinə əsasən təyin olunacaq bu cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 02 yanvar 2023-cü il tarixdən 04 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki) gün müddətin bir günü təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, həmin cəzadan çıxılmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2.ev dustaqlığında saxlanıldığı müddət… Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxslərin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin ediləcək cəzanı çəkməlidirlər. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə Balakən rayonu Talalar kəndində yerləşən yaşayış yerini gecə saat 23:00-da növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Balakən rayonu Mahamalar kəndində yerləşən yaşayış yerini gecə saat 23:00-da növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hazırki hökmün icrası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onların cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər biri barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 16 yanvar 2023-cü il tarixli 75 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmədiyinin, narkomaniya xəstəliyindən məcburi mualicəyə ehtiyacının olmadığının və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 16 yanvar 2023-cü il tarixli 74 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmədiyinin, narkomaniya xəstəliyindən məcburi mualicəyə ehtiyacının olmadığının və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti onların yaşayış yeri üzrə Balakən rayon X13 Hüquqi Şəxsinə göndərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə 34,55 manat ekspertiza xərcinin 17,28 manatı Təqsirləndirilən şəxs1 və 17,28 manatı Təqsirləndirilən şəxs2 tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X19 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs1 aşkar edilmiş təmiz çəkisi 6,84 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 6,79 qramı, Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətindən aşkar edilmiş təmiz çəkisi 160,56 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 160,51 qramı və Təqsirləndirilən şəxs2 Balakən rayonu Mahamalar kəndində çöl ərazisində əkibbecərdiyi 06 ədəd təmiz çəkisi 205,0 qram olan və ekspertiza tədqiqatından sonra qalıq təmiz çəkisi 204,40 qram olan narkotik tərkibli çətənə bitkiləri məhv edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində aparılmış şəxsi axtarışların, Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətinə keçirilmiş baxışın və Təqsirləndirilən şəxs2 narkotik tərkibli çətənə bitkiləri əkib becərdiyi Balakən rayonu Mahamalar kəndinin çöl sahəsində olan kolluq əraziyə keçirilən baxışın videogörüntüləri əks olunmuş cəmi 04 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə 5 iş saatı və Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə 5 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq, həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün 30 manat və təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün 30 manat, cəmi 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X14 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hö k m e t d i : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 02 yanvar 2023-cü il tarixdən 04 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki) gün müddətin bir günü ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 11 (on bir) ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Balakən rayonu Talalar kəndində yerləşən yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın; onun narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən rayon X13 Hüquqi Şəxsinə göndərilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 237.1-ci maddəsilə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunan bu cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 2 (iki) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 02 yanvar 2023-cü il tarixdən 04 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki) gün müddətin bir günü ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 2 (iki) il 9 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Balakən rayonu Mahamalar kəndində yerləşən yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın; onun narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən rayon X13 Hüquqi Şəxsinə göndərilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 34,55 manat ekspertiza xərcinin 17,28 manatı Təqsirləndirilən şəxs1 və 17,28 manatı Təqsirləndirilən şəxs2 Cəlaləddin oğlundan tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X19 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs1 aşkar edilmiş təmiz çəkisi 6,84 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 6,79 qramı, Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətindən aşkar edilmiş təmiz çəkisi 160,56 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 160,51 qramı və Təqsirləndirilən şəxs2 Balakən rayonu Mahamalar kəndində çöl ərazisində əkib-becərdiyi 06 ədəd təmiz çəkisi 205,0 qram olan və ekspertiza tədqiqatından sonra qalıq təmiz çəkisi 204,40 qram olan narkotik tərkibli çətənə bitkiləri məhv edilsin; Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində aparılmış şəxsi axtarışların, Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətinə keçirilmiş baxışın və Təqsirləndirilən şəxs2 narkotik tərkibli çətənə bitkiləri əkib becərdiyi Balakən rayonu Mahamalar kəndinin çöl sahəsində olan kolluq əraziyə keçirilən baxışın videogörüntüləri əks olunmuş cəmi 04 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün 30 manat və təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili X5 ödənilməsi üçün 30 manat, cəmi 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X14 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar