Məhkəmə qərarları › İş №1(019)-46/2024

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-46/2024

03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-46/2024 03.07.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, X2 oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, tərcüməçi X1, müdafiəçilər- Balakən rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 və təqsirləndirilən şəxslər Hindistan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 Ramzan oğlunun və Hindistan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 iştirakları ilə 12 yanvar 1976-cı ildə Hindistan Respublikasında doğulmuş, Hindistan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Hindistan Respublikasının İndore şəhərində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs2 Ramzan oğlunun və 15 sentyabr 1997-ci ildə Hindistan Respublikasında doğulmuş, Hindistan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Hindistan Respublikasının Hisar şəhərində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 29,318.2-ci maddəsilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs-Hindistan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 Ramzan oğlu qabacadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçməyə cəhd edərkən saxlanılmışdır. Belə ki, Hindistan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 Ramzan oğlu işləmək üçün Gürcüstana qanunsuz yolla getmək məqsədi ilə, Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 05 fevral 2024-cü il tarixdə saat 19 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Balakən rayonu Poştbinə kəndi ərazisində yerləşən 7-ci sərhəd zastavasının 1-ci sahəsindən Azərbaycan Respublikasından Gürcüstana keçməyə cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən dövlət sərhəd xəttindən 350 metr məsafədə sərhəd pozucusu qismində saxlanılmışlar. Təqsirləndirilən şəxs-Hindistan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 qabacadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçməyə cəhd edərkən saxlanılmışdır. Belə ki, Hindistan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 işləmək üçün Gürcüstana qanunsuz olaraq getmək məqsədi ilə, Təqsirləndirilən şəxs2 Ramzan oğlu ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 05 fevral 2024-cü il tarixdə saat 19 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Balakən rayonu Poştbinə kəndi ərazisində yerləşən 7-ci sərhəd zastavasının 1-ci sahəsindən Azərbaycan Respublikasından Gürcüstana keçməyə cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən dövlət sərhəd xəttindən 350 metr məsafədə sərhəd pozucusu qismində saxlanılmışlar. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Ramzan oğlu ona Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, onlar qanuni yolla sərhədi keçmək üçün Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhərindən Zaqatala şəhərinə gəlmiş, orada adını bilmədiyi taksi sürücüsü ilə tanış olmuş, taksi sürücüsü onlara sərhəddən keçməkdə köməklik edəcəyini bildirmiş, onlar taksi ilə Balakən rayonu «Mazımqara» postuna gəlmiş, orada taksi sürücüsü hal-hazırda sərhədin bağlı olduğunu bildirmiş, bir az gözlədikdən sonra onlara sərhəddən keçməsinə kömək edəcəyini söyləmiş, onlar bir neçə saat gömrük postuna yaxın ərazidə yerləşən çayxanada oturmuş, sonra taksi sürücüsü onları gömrük postuna yaxın bir ərazidə yerləşən meşəlik sahəsinə aparmış, onlara kimsənin işıq göstərəcəyindən sonra sərhədi keçəcəklərini bildirmiş, onlar həmin ərazidə olanda sərhəd xidmətinin əməkdaşları onları saxlamış, həmin vaxt onların əlində paltarları və gigiyenik ləvazimatlar olan çantalar olmuşdur. Təqsirləndirilən şəxs1 ona sərhədi qanunsuz yolla keçməsini təklif etməmiş, onlar sərhədi qanunsuz yolla keçməsini planlaşdırmamışlar. Sərhədçilər onlara yalnız paltarlarını qaytarmışlar. Ondan həmin vaxt 1 ədəd Motorola markalı mobil telefon, 1 ədəd pasport və 1 ədəd paltar çantası götürülmüş və həmin əşyalar ona qaytarılmamışdır. Onun vətənində ailəsi və uşaqları vardır. İbtidai istintaqda Təqsirləndirilən şəxs2 Ramzan oğlu ona Azərbaycan Respublikasıi CM-nin 29, 318.2-ci maddəsilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 29 yanvar 2024-cü il tarixdə Hindistan Respublikasının Mumbay şəhərindən təyyarə ilə Azərbaycan Respublikasının Bakı şəhərinə gəlmiş, Bakı şəhərində Nizami küçəsində adını xatırlamadığı bir hosteldə qalmış, 01 fevral 2024-cü il tarixdə Bakı şəhərində həmyerlisi Təqsirləndirilən şəxs1 adlı şəxslə tanış olmuş, Təqsirləndirilən şəxs1 ona Bakı şəhərində iş tapa bilməyəcəklərini demiş, iş tapmaq üçün qanunsuz yolla Gürcüstana getməyi təklif etmiş, o da Təqsirləndirilən şəxs1 ilə razılşarmış, 04 fevral 2024-cü il tarixdə saat 15 radələrində avtobusla Bakı şəhərindən Zaqatala rayonuna getmiş, xx.xx.2024-cü il tarixdə bir gecə Zaqatala rayonunda mehmanxanada qalmış, 05 fevral 2024-cü il tarixdə saat 09 radələrində mehmanxanadan çıxaraq taksi ilə Balakən rayonuna getmiş, Balakən rayonunda olan kafelərin birində yemək yedikdən sonra həmin taksi sürücüsündən onları sərhədə yaxın əraziyə aparmasını xahiş etmiş, taksi sürcücüsü də onları meşəlik əraziyə aparmış, taksidən düşdükdən sonra mobil telefonunda olan “Google map” tətbiqindən istifadə edərək Azərbaycan Respublikası ilə Gürcüstan sərhədi istiqamətdə hərəkət etmiş, bir qədər meşənin içərisinə doğru hərəkət etdikdən sonra hərbi qulluqçular tərəfindən saxlanılmışlar. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, onlar qanuni yolla sərhədi keçmək üçün Təqsirləndirilən şəxs2 Ramzan oğlu ilə Bakı şəhərindən Zaqatala şəhərinə gəlmiş, orada adını bilmədiyi taksi sürücüsü ilə tanış olmuş, taksi sürücüsü onlara sərhəddən keçməkdə köməklik edəcəyini bildirmiş, onlar taksi ilə Balakən rayonu «Mazımqara» postuna gəlmiş, orada taksi sürücüsü hal-hazırda sərhədin bağlı olduğunu bildirmiş, bir az gözlədikdən sonra onlara sərhəddən keçməsinə kömək edəcəyini söyləmiş, onlar bir neçə saat gömrük postuna yaxın ərazidə yerləşən çayxanada oturmuş, sonra taksi sürücüsü onları gömrük postuna yaxın bir ərazidə yerləşən meşəlik sahəsinə aparmış, onlara kimsənin işıq göstərəcəyindən sonra sərhədi keçəcəklərini bildirmiş, onlar həmin ərazidə olanda sərhəd xidmətinin əməkdaşları onları saxlamış, həmin vaxt onların əlində paltarları və gigiyenik ləvazimatlar olan çantalar olmuşdur. O, Təqsirləndirilən şəxs2 Ramzan oğluna sərhədi qanunsuz yolla keçməsini təklif etməmiş, onlar sərhədi qanunsuz yolla keçməsini planlaşdırmamışlar. Sərhədçilər onlara yalnız paltarlarını qaytarmışlar. Ondan həmin vaxt 1 ədəd pasport, 1 ədəd Bivo markalı mobil telefon və 1 ədəd adaptor, 2 ədəd naqilsiz qulaqcıq, 1 ədəd kollecin bitirilməsi ilə bağlı təhsil sənədi, 1 ədəd bank kartı, 1 ədəd Hindistan metro kartı, 1 ədəd paltar çantası, 67 Azərbaycan manatı və 3250 Hindistan rupisi götürülmüş və bu əşyalar ona qaytarılmamışdır. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 29, 318.2-ci maddəsilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 27 yanvar 2024-cü il tarixdə Hindistan Respublikasının Dehli şəhərindən təyyarə ilə Azərbaycan Respublikasının Bakı şəhərinə gəlmiş, Bakı şəhərinə gəldikdən sonra 28 may metro stansiyasının yaxınlığında olan “Local” hosteldə qalmış, 01 fevral 2024-cü il tarixdə Bakı şəhərində Nizami küçəsində gəzərkən həmyerlisi Təqsirləndirilən şəxs2 adlı şəxslə tanış olmuş, Təqsirləndirilən şəxs2lə söhbət edərkən Bakı şəhərində iş tapa bilməyəcəklərini demiş, iş tapmaq üçün qanunsuz yolla Gürcüstana getməyi təklif etmiş, Təqsirləndirilən şəxs2 də onunla razılşaraq 04 fevral 2024-cü il tarixdə saat 15 radələrində avtobusla Bakı şəhərindən Zaqatala rayonuna getmiş, Zaqatala rayonunun avtovağzalında taksi sürücüsünə yaxınlaşmış, onları mehmanxanaya aparmasını xahiş etmiş, bir gecə həmin mehmanxanada qalmış, 05 fevral 2024-cü il tarixdə saat 09 radələrində mehmanxanadan çıxaraq taksi ilə Balakən rayonuna getmiş, Balakən rayonunda olan kafelərin birində yemək yedikdən sonra həmin taksi sürücüsündən onları sərhədə yaxın əraziyə aparmasını xahiş etmiş, taksi sürcücüsü də onları meşəlik əraziyə aparmış, taksidən düşdükdən sonra mobil telefonunda olan “Google map” tətbiqindən istifadə edərək Azərbaycan Respublikası ilə Gürcüstan sərhədi istiqamətdə hərəkət etmiş, bir qədər meşənin içərisinə doğru hərəkət etdikdən sonra hərbi qulluqçular tərəfindən saxlanılmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib, həmin ifadədə qeyd etdikləri faktiki hallara istinadən ifadəsində göstərmişdir ki, 05 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası ərazisindən 2 (iki) nəfər şəxsin qanunsuz yolla Gürcüstana keçəcəkləri barədə məlumat daxil olmuş, daxil olmuş əməliyyat məlumatına əsasən 05 fevral 2024-cü il tarixə saat 16:30-dan saat 20:00-dək N nömrəli hərbi hissənin 7-ci sərhəd zastavasının 1-ci sahəsinin arxa hüduduna baş çavuş Şahid2 ilə birlikdə “Pusqu” sərhəd naryadı xidmətinə təyin olunmuş, müvafiq əmr və təlimat aldıqdan sonra xidməti sahəyə doğru hərəkət etmiş, xidmət zamanı 05 fevral 2024cü il tarixdə saat 19 radələrində 2 nəfər şəxsin Azərbaycan Respublikasından Gürcüstan istiqamətində hərəkət etdiklərini müşahidə etmiş, bu barədə rabitə vasitəsi ilə sərhəd zastavasına məlumat vermiş, əlverişli mövqe seçərək həmin şəxslərin hərəkətlərini nəzarətdə saxlamış, onlara “Dayan” çağrışı verərək saxlamış, təxminən 5-10 dəqiqədən sonra 7-ci sərhəd zastavasının 1-ci sahəsinə həyacan qrupu gəlmiş, həmin şəxsləri sərhəd zastavasına aparmışlar. Sonra saxlanılan şəxslərin Hindistan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs2 Ramzan oğlu və Təqsirləndirilən şəxs1 olmaları ona məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin əsgəri Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan N nömrəli hərbi hissənin komandiri, polkovnik Xalid Əliyevin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 05 fevral 2024-cü il tarixdə saat 19:15-də 7-ci sərhəd zastavasının 1-ci sahəsində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini qanunsuz keçməyə cəhd edən Hindistan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs2 Ramzan oğlu və Təqsirləndirilən şəxs1 pusqu sərhəd naryadı tərəfindən saxlanılmışdır. İş materiallarında olan 06 fevral 2024-cü il tarixli hadisə yerinə baxış protokolundan və xəritə məlumatlarından görünür ki, Hindistan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs2 Ramzan oğlunun və Təqsirləndirilən şəxs1 saxlanıldıqları ərazi N nömrəli hərbi hissənin Balakən rayonu Poştbinə kəndi ərazisində yerləşən 7-ci sərhəd zastavasının 1-ci sahəsidir, dövlət sərhəd xəttindən 350 metr məsafədə yerləşir. İş materiallarında olan 05 fevral 2024-cü il tarixdə saat 19.50-də tərtib olunmuş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 05 fevral 2024-cü il tarixdə saat 19.50-də tutumuşdur. İş materiallarında olan 05 fevral 2024-cü il tarixdə saat 20.30-da tərtib olunmuş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Ramzan oğlu 05 fevral 2024-cü il tarixdə saat 20.30-da tutumuşdur. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(009)-50/2024 saylı qərarından görünür ki, Hindistan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 Ramzan oğlunun barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli Təqsirləndirilən şəxs2 Ramzan oğlunun faktiki saxlanıldığı vaxtdan, yəni 05 fevral 2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(009)-51/2024 saylı qərarından görünür ki, Hindistan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli Təqsirləndirilən şəxs1 faktiki saxlanıldığı vaxtdan, yəni 05 fevral 2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan tələbnamə üzrə Azərbaycan Respublikaksı DİN BƏSİİ-nin 08 fevral 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Ramzan oğlu məhkum olunmamışdır. İş materiallarında olan tələbnamə üzrə Azərbaycan Respublikaksı DİN BƏSİİ-nin 08 fevral 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X7 xx.xx.2024-cü il tarixli 2443 nömrəli məktubundan görünür ki, Hindistan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs2 Ramzan oğlu və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası»nda müalicədə olmayıblar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi bürosunun xx.xx.2024-cü il tarixli 3-13-25/2-2910/2024 saylı arayışından görünür ki, Hindistan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs2 Ramzan oğlu və Təqsirləndirilən şəxs1 beynəlxalq axtarışda olması barədə İnterpolun «e-ASF» avtomatlaşdırılmış axtarış sistemində məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» X7 xx.xx.2024-cü il tarixli xx/xx-2375 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Ramzan oğlu və Təqsirləndirilən şəxs1 «Respublika Narkoloji Mərkəzi»ndə narkoloji qeydiyyatda yoxdurlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Ramzan oğlu və Təqsirləndirilən şəxs1 özlərini onlara istinad olunan Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsi ilə təqsirli bilməmələri, sərhədi qanunsuz keçmə məqsədlərinin olmaması və sərhədi qanuni yolla keçmək üçün Balakən rayonuna gəldikləri barədə məhkəmə istintaqında verdiyi ifadələri ilə Təqsirləndirilən şəxs1 iş tapmaq üçün qanunsuz yolla Gürcüstana getməyi təklif etməsi, Təqsirləndirilən şəxs2 Ramzan oğlunun da onunla razılaşaraq onların 04 fevral 2024-cü il tarixdə saat 15 radələrində avtobusla Bakı şəhərindən Zaqatala rayonuna getməsi, Zaqatala rayonunun avtovağzalında taksi sürücüsünə yaxınlaşaraq onları mehmanxanaya aparmasını xahiş etməsi, bir gecə həmin mehmanxanada qalmaları, 05 fevral 2024-cü il tarixdə saat 09 radələrində mehmanxanadan çıxaraq taksi ilə Balakən rayonuna getmələri, Balakən rayonunda olan kafelərin birində yemək yedikdən sonra həmin taksi sürücüsündən onları sərhədə yaxın əraziyə aparmasını xahiş etmələri, taksi sürcücüsünün də onları meşəlik əraziyə aparması, taksidən düşdükdən sonra mobil telefonunda olan “Google map” tətbiqindən istifadə edərək Azərbaycan Respublikası ilə Gürcüstan sərhədi istiqamətdə hərəkət etmələri barədə ibtidai istintaqda verdiyi ifadələri arasında ziddiyyətə işdəki mötəbər sübutlar əsasında hüquqi qiymət verərək, hesab edir ki, bu xüsusatlar üzrə təqsirləndirilən şəxslərin ibtidai istintaqda verdiyi ifadələri daha mötəbər sübut sayılmalı və qəbul edilməlidir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Ramzan oğlunun və Təqsirləndirilən şəxs1 verilən ittiham üzrə 05 fevral 2024-cü il tarixdə saat 19 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan-Gürcüstan sərhədini qanunsuz keçməyə cəhd etmələri onların ibtidai istintaq zamanı verdiyi ifadələri ilə yanaşı, işdəki digər sübutlarla-şahid ifadələri, 06 fevral 2024-cü il tarixli hadisə yerinə baxış protokolu və xəritə məlumatları, N nömrəli hərbi hissəsinin komandiri Xalid Əliyevin xx.xx.2024-cü il tarixli məktubu, 05 fevral 2024-cü il tarixli əməliyyat tədbirinin keçirilməsi barədə qərar, 05 fevral 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokolları, 11 mart 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərar və sair işdə olan mötəbər sübutlarla təsdiq olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Ramzan oğlu və Təqsirləndirilən şəxs1 onlara istinad olunan cinayət əməlini törətməmələri və sərhədi qanunsuz keçməyə cəhd etməmələri barədə məhkəmə istintaqında verdiyi ifadələrini özünümüdafiə kimi qiymətləndirir və qəbul etmir. Məhkəmə eyni zamanda bildirir ki, heç bir halda təqsirləndirilən şəxslərnin özünümüdafiə üçün gətirdiyi və işdəki mötəbər sübutlarla təsdiq olunmayan dəlilləri nə cinayət əməlinin törədilməsinin sübut olunması, nə də cəza verilməsində onların əleyhinə istifadə oluna bilməz. Bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 63, Avropa Konvensiyasının 6 və Azərbaycan Respublikası CPM-nin 21ci maddələrinə əsasən təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Özünü müdafiə etmək və bu xüsusda özünü ifşa edən ifadələr verməmək həmin hüququn mahiyyətindən irəli gəlir. Təqsirsizlik prezumpsiyası hüququna görə təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Avropa Məhkəməsi Minelli İsveçrəyə qarşı işdə qeyd etmişdir ki, cinayət əməli törətməkdə təqsirləndirilən şəxs öz əleyhinə ifadə verməyə məcbur edilməməlidir. Cinayət araşdırmasının gedişində sübutetmə yükü təqsirləndirilən şəxsin üzərinə qoyula bilməz. Həmçinin təqsirləndirilən şəxs özünü ifşa edən ifadələr verməmək, öz maraqları əleyhinə şahidlik etməkdən imtina etmək hüququna malikdir ki, cinayət araşdırmasının istənilən mərhələsində bu hüquqlara hörmət edilməlidir. Funke Fransaya qarşı məhkəmə işində Avropa Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, təqsirləndirilən şəxsin susmaq hüququ və cinayət törətməkdə ifşa edilməsinə yardım göstərməmək hüququ vardır. Əks hal təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququnun kobud pozuntusu olacaqdır. Məhkəmə iş üzrə şahidlərin ifadələrini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Ramzan oğlunun və Təqsirləndirilən şəxs1 əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikası CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Qanunda nəzərdə tutulmuş qaydada xüsusi ayrılmış nəzarət məntəqələrindən keçmək şərti ilə şəxsi pasportları və beynəlxalq müqavilələrə uyğun olaraq rəsmiləşdirilmiş icazə-viza əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər. Azərbaycan Respublikası CM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxs bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası ərazisində başlamış, yaxud davam etmiş və ya başa çatmış cinayət, Azərbaycan Respublikası ərazisində törədilmiş cinayət sayılır. Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədilməsinə görə Azərbaycan Respublikası CM-nin 318.2ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçilərin çıxışlarını dinləyib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini, təqsirləndirilən şəxslərin yetkinlik yaşına çatmaqla anlaqlı olmasını, onlara istinad olunan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli qəsdən törətmələrini nəzərə alaraq, bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Ramzan oğlu və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər, həmin əməldə Azərbaycan Respublikası CMnin 29,318.2-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxslər tərəfindən törədilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Ramzan oğlu və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməlidirlər, onların əməli Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxslər törətdiyi əmələ görə cəzalanmalıdırlar. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxslərin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qanun normasının tələbinə və iş materiallarına əsasən məhkəmə ilk dəfə cinayət əməli törətməsini Təqsirləndirilən şəxs2 Ramzan oğlunun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Qanun normasının tələbinə və iş materiallarına əsasən məhkəmə həmçinin ilk dəfə cinayət əməli törətməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Bu xüsusda məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Ramzan oğlunun və Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət əməli törətmələri, bununla da kriminal meyilli şəxs olmamaları, antisosial yönümün psixikalarında model davranışa çevrilməməsi işdəki sübutlarla təsdiq olunur. Ona görə də məhkəmə tərəfindən ilk dəfə cinayət əməli törətməsi Təqsirləndirilən şəxs2 Ramzan oğlunu və Təqsirləndirilən şəxs1 kriminal meyilli şəxslərdən fərqləndirmək üçün ağlabatan əsas kimi qiymətləndirilməklə cəzalarını yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Məhkəmə tərəfindən iş materiallarına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Ramzan oğlu və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Hazırkı cinayət əməli törədildiyi vaxt Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsinin sanksiyasında beş ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs2 Ramzan oğluna cəza təyin edərkən ona hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə cinayət əməli törətməsi kimi cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs2 Ramzan oğlu barəsində Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən ona hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə cinayət əməli törətməsi kimi cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bu xüsusda məhkəmə qeyd edir ki, CM-nin 29,318.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının maksimal həddi 5 il müəyyən olunsa da, minimal həddi qeyd edilməmişdir. Azadlıqdan məhrum etmə cəzasının minimal həddi isə CM-nin 55.2-ci maddəsində göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 55.2-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. Buradan belə nəticəyə gəlmək olar ki, CM-nin 29,318.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının aşağı həddi 3 ay qəbul olunmalıdır. Qeyd edildiyi kimi, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İstinad olunan qanun normalarının mənasından görünür ki, əslində qanunverici CM-nin 318.2-ci maddəsinin sanksiyasında 3 aydan 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını həmin cinayətin xarakterinə və ictimal təhküləlik dərəcəsinə, yəni cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasına və qəsdən törədilməsinə, həmçinin onun törədilmə hallarına və təqsirli şəxsin şəxsiyyətinə uyğun olaraq müəyyən etmişdir. Belə olan halda qanuni əsaslar, o cümlədən CM-nin 62-ci maddəsinin tətbiqi əsasları olmadan CM-nin 318.2-ci maddəsinin sanksiyasından kənara çıxan cəzaların tətbiqi bu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğün deyildir. Həmçinin əgər şəxsin əməlində cinayətin sadə, təhlükəli və xüsusi təhlükəli residivi vardırsa, onda qanuni əsaslar olmadan (CM-nin 62, 65.3, 70-ci maddələri) CM-nin 65.2-ci maddəsinin tələblərinin pozularaq residivə görə maddədə nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən və xüsusilə təhlükəli residivə görə dörddə üçündən az cəzanın təyin edilməsi açıq-aşkar ədalətlsiz cəza olardı, yəni o cümlədən təqsirli şəxsin şəxsiyyətinə uyğun olmazdı. Həmçinin Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Belə olan halda cəzanı yüngülləşdirən halın olduğu, cəzanı ağırlaşdıran halların olmadığı, o cümlədən cinayətlərin residivinin olmadığı və qanunun tələbinə görə cinayətə cəhdə görə başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməyən cəzanın təyin edilməsi şərti nəzərə alınmaqla təqsirləndirilən şəxslərə CM-nin 29,318.2-ci maddəsilə qanuni tələblər və şərtlər daxilində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi törədilən cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirləndirilən şəxslərin şəxsiyyətlərinə tam uyğundur. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxslər ilk dəfədir ki, cinayət əməli törədirlər. Təqsirləndirilən şəxslərin əməlində cəzalarını ağırlaşdıran hallar, o cümlədən cinayətin residivi yoxdur. Qanunvericilik mütləq qaydada maddənin sanksiyasında nəzərdə tutulmuş ciddi cəza növünün son həddinin yarısı, üçdə iki və dörddə üç hissə həddində azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını müvafiq olaraq residiv, təhlükəli residiv və xüsusilə təhlükəli residiv halı ilə bağlayır. Qalan hallarda şəxsə mütləq olaraq daha ciddi cəzanın son həddinin yarısı, üçdə ikisi və dörddə üçünün təyin olunmasını imperativ şərt kimi qoymur. Qeyd edildiyi kimi, əgər qanunverici maddənin sanksiyasında cəzanın hədlərini qeyd edirsə, onda residiv halları və cəzanı ağırlaşdıran digər hallar olmadığı şəraitdə, xüsusən cəzanı yüngülləşdirən halların olduğu və cinayət etməyə cəhd edildiyi halında təqsirləndirilən şəxslərə yüksək həddə cəzanın təyin edilməsi ədalətli sayıla bilməz. Bu halın cinayətlər üzrə vahid cəza müddətlərinin müəyyən olunmasına xidmət etməsini qəbul etmək də gülüncdür. Belə ki, ədalət prinsipi, eyni zamanda cinayət məsuliyyətinin fərdiləşdirilməsi meyarı cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə yanaşı, hər bir cinayətə onun törədilməsi halları və onu törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, cəzanın onun ailəsinin həyat şəraitinə təsiri baxımından xüsusi fərdi yanaşmasını tələb edir. Belə olan halda hər hansı cinayətlər, hazırki halda CM-nin 29,318.2-ci maddəsində nəzərdə tutulmuş, törədilməsi halları və onları törədən şəxslərin şəxsiyyətlərini xarakterizə edən hallar müxtəlif olan cinayətlərə görə eyni cəza həddlərinin müəyyən olunması ədalət prinsipinə və CM-nin 9-cu maddəsində nəzərdə tutulmuş humanizm prinsipinə zidd olardı. Cinayət işləri üzrə vahid cəza müddətlərinin tətbiqi, bu xüsusda cəzanın məqsədlərinə nail olmaq adı altında təqsirləndirilən şəxslərə yuxarı hədlərdə cəzanın təyin edilməsi subyektivliyə əsaslanan yanaşmadır, cəzanın məqsədlərinə çatmağa xidmət etməməklə bir növ təqsirləndirilən şəxslərdən qisas almağa yönəlmiş bir mövqedir. Bu da qanunla qadağandır. Belə ki, Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və məqsəd daşıya bilməz, yəni cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədini ehtiva edə bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni təqsirləndirilən şəxsdən əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda humanizm prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Bir də qeyd etmək lazımdır ki, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın əsas məqsədi sosial ədaləti bərpa etmək, yəni insanın ictimai münasibətlərə vurduğu zərər həcmində onun üçün qanunda nəzərdə tutulmuş məhrumiyyətlər yaratmaq və bununla da həmin zərər görmüş ictimai münasibətləri bərpa etməkdir. Bu xüsusda təqsirləndirilən şəxsə tətbiq edilən cəza onun əməlinə adekvat olmalıdır. Cəzanın ədalətliliyinin əsas meyarı da bundan ibarətdir. İlk dəfə cinayət əməli törətdiyi, cinayə etməyə cəhd etdiyi və əməldə qanunda nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar olmadığı xüsusunda təqsirləndirilən şəxslərə onlara istinad olunan maddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə cəza təyin edilməsi əmələ adekvat olmamaqla qanuni və ədalətli cəza sayıla bilməz. Məhz göstərilənləri, ilk dəfə cinayət əməli törətmələri kimi cəzalarını yüngülləşdirən halı və cəzalarını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, məhkəmə hazırki iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Ramzan oğlu və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə yaxın azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əmələ adekvat olmaqla, cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğun, qanuni və ədalətli sayır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Ramzan oğluna və Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxslərin cəzadan azad edilməsi, yaxud barələrində Cinayət Məcəlləsinin 62 və 70-ci maddələrin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər onlara təyin ediləcək cəzanı çəkməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Ramzan oğlu və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə uyğun olaraq onlara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o cümlədən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Ramzan oğlu və Təqsirləndirilən şəxs1 azadlığı faktiki olaraq 05 fevral 2024-cü il tarixdə mədudlaşdırıldığından və onlar həmin vaxtdan hazırki hökmün çıxarıldığı günədək tutulub həbsdə saxlandıqlarından təqsirləndirilən şəxslərin 05 fevral 2024-cü il tarixdən hazırki günədək həbsdə saxlandığı müddət onlara təyin ediləcək azadlıqdan məhrum etmə cəzası müddətinə daxil edilməklə cəza çəkmələrinin əvvəli 05 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət…Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Ramzan oğlu və Təqsirləndirilən şəxs1 hər biri barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Hindistan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 Ramzan oğlundan xx.xx.2024-cü il tarixdə saxlanılan zaman götürülmüş 1 ədəd Motorola markalı mobil telefon, 1 ədəd pasport və 1 ədəd paltar çantası əsas cəzanı çəkdikdən sonra Təqsirləndirilən şəxs2 Ramzan oğluna və Hindistan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saxlanılan zaman götürülmüş 1 ədəd pasport, 1 ədəd Bivo markalı mobil telefon və 1 ədəd adaptor, 2 ədəd naqilsiz qulaqcıq, 1 ədəd kollecin bitirilməsi ilə bağlı təhsil sənədi, 1 ədəd bank kartı, 1 ədəd Hindistan metro kartı, 1 ədəd paltar çantası, 67 Azərbaycan manatı və 3250 Hindistan rupisi əsas cəzanı çəkdikdən sonra Təqsirləndirilən şəxs1 qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxslərin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Ramzan oğlu və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Ramzan oğlu və Təqsirləndirilən şəxs1 Hindistan Respublikasının vətəndaşı olduqlarından onlar barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Azərbaycan Respublikası CM-nin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Azərbaycan Respublikası CM-nin 52.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü aşağıdakı şəxslərə şamil edilmir: 52.2.1. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək beş il Azərbaycan Respublikasının ərazisində daimi yaşayan şəxslərə; 52.2.2. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan şəxslərə; 52.2.3. Azərbaycan Respublikasında doğulmuş şəxslərə; 52.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə; 52.2.5. qaçqın statusuna malik olan və ya Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilmiş şəxslərə; 52.2.6. himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı, fəaliyyət qabiliyyəti olmayan və ya İ qrup əlilli olan şəxslərə; 52.2.7. məcburi çıxarıldığı zaman gedəcəyi ölkədə işgəncəyə və ya təqibə məruz qala biləcəyinə ciddi əsaslar olduğu ehtimal edilən və ya məcburi çıxarılması milli təhlükəsizliyin təmin edilməsi mənafeyinə zidd olan şəxslərə. Məhkəmə Təqsirləndirilən şəxs2 Ramzan oğlu və Təqsirləndirilən şəxs1 Hindistan Respublikasının vətəndaşı olmalarını, hazırki işdə Azərbaycan Respublikası CM-nin 52.2ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Ramzan oğlunun və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək onların Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. İş materiallarından görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs2 Ramzan oğlunun hüquqlarının müdafiəsinə 20 iş saatı və Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə 20 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, hazırki işin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs2 Ramzan oğluna göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün 120 manat və hazırki işin məhkəmə icraat zamanı təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs1 göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün 120 manat, cəmi 240 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X4 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülməlidir. Məhkəmə, iş materiallarına istinad edib, tərcüməçinin hazırki iş üzrə məhkəmə prosesində iştirakını, onun gündəlik və nəqliyyat xərclərini, həmçinin ədalət və ağlabatanlıq prinsiplərini nəzərə alaraq, həmçinin hesab edir ki, hazırki iş üzrə göstərilən tərcümə xidməti ilə bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından tərcüməçi X3 çağırışa və gündəlik xərclərə görə 150 manat məbləğ ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.2-ci maddəsinə əsasən o cümlədən pulsuz hüquqi yardım göstərmiş müdafiəçiyə, tərcüməçiyə çağırışa və gündəlik xərclərə görə ödənilmiş məbləğ məhkəmə məsrəflərinə daxildir. Azərbaycan Respublikası CPM-nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) məhkəmənin ittiham hökmünün nəticə hissəsində göstərilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs2 Ramzan oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; Təqsirləndirilən şəxs2 Ramzan oğlunun 05 fevral 2024-cü il tarixdən hazırki hökmün çıxarıldığı günə kimi tutulub həbsdə saxlandığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkmə müddətinin əvvəli 05 fevral 2024-cü il tarixdən hesablansın; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; Təqsirləndirilən şəxs1 05 fevral 2024-cü il tarixdən hazırki hökmün çıxarıldığı günə kimi tutulub həbsdə saxlandığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkmə müddətinin əvvəli 05 fevral 2024-cü il tarixdən hesablansın; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hindistan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 Ramzan oğlundan xx.xx.2024-cü il tarixdə saxlanılan zaman götürülmüş 1 ədəd Motorola markalı mobil telefon, 1 ədəd pasport və 1 ədəd paltar çantası əsas cəzanı çəkdikdən sonra Təqsirləndirilən şəxs2 Ramzan oğluna və Hindistan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saxlanılan zaman götürülmüş 1 ədəd pasport, 1 ədəd Bivo markalı mobil telefon və 1 ədəd adaptor, 2 ədəd naqilsiz qulaqcıq, 1 ədəd kollecin bitirilməsi ilə bağlı təhsil sənədi, 1 ədəd bank kartı, 1 ədəd Hindistan metro kartı, 1 ədəd paltar çantası, 67 Azərbaycan manatı və 3250 Hindistan rupisi əsas cəzanı çəkdikdən sonra Təqsirləndirilən şəxs1 qaytarılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1, 58.3 və 52.1-1-ci maddələri tətbiq olunmaqla Təqsirləndirilən şəxs2 Ramzan oğlu və Təqsirləndirilən şəxs1 əsas cəzalarını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsınlar; məhkumluqları ödənilənədək və ya götürülənədək Təqsirləndirilən şəxs2 Ramzan oğlunun və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Hazırki işin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs2 Ramzan oğluna göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün 120 manat və hazırki işin məhkəmə icraat zamanı təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs1 göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün 120 manat, cəmi 240 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X4 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülsün. Hazırki iş üzrə göstərilən tərcümə xidməti ilə bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından tərcüməçi X3 150 manat ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar