Məhkəmə qərarları › İş №1(019)-47/2020

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-47/2020

01.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-47/2020 01.07.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi x8 qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Şəki şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs-xx xxxxxx 1969-cu ildə Balakən rayonu Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Balakən rayonu Qazma kəndində pasport qeydiyyatında olmaqla yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2017-ci ilin sentyabr ayında Balakən rayonu Qazma kəndi ərazisindəki Gülüzan yaşayış məntəqəsində yerləşən çöllük sahədə yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisinin toxumlarını yığıb əldə edərək yaşadığı evə gətirib saxlamış, həmin toxumları 2020-ci ilin mart ayında Balakən rayonu Qazma kəndində yaşadığı evin həyətyanı sahəsində yerləşən istixanada dibçəklərin içərisində qəsdən, qanunsuz olaraq əkmiş, bitmiş 08 ədəd xeyli miqdarda çətənə (kannabis) bitkilərini, alaq otlarından təmizləyib suvararaq, onlara aqrotexniki qaydada qulluq göstərməklə yetişdirib kultivasiya etmiş, 21 may 2020-ci il tarixdə saat 09 radələrində Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evin həyətyanı sahəsində yerləşən istixanada dibçəklərin içərisindən qəsdən qanunsuz olaraq əkdiyi 65 santimetrdən 95 santimetrədək hündürlükdə olan xeyli miqdarda 08 (səkkiz) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Balakən rayonu Qazma kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təxminən 10 ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. İstifadə etmək üçün marixuananı əsasən yaşadığı Qazma kəndi ərazisində yerləşən çöllük sahələrdə yabanı halda bitən bitkilərin üzərindən yığır. Buna görə də narkotik tərkibli çətənə bitkisini tanımışdır. 2017-ci ilin sentyabr ayında yaşadığı Qazma kəndi ərazisində yerləşən özünə məxsus otlaq sahəsinə gedən zaman Gülüzan yaşayış məntəqəsi ərazisində yerləşən çöllük sahədə yol kənarında yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisinin olduğunu görmüşdür. Həmin vaxt fikiriləşmişdir ki, üzərindəki toxumları yığıb əkərək istifadə etmək üçün marixuana əldə edər. Həmçinin həmin bitkinin üzərində olan hissələrindən də yığaraq özü istifadə etmək üçün marixuana əldə etmişdir. Həmin bitkinin üzərindən təxminən 10 ədəd toxum yığmışdır. Yığmış olduğu toxum və narkotiki yaşadığı evə gətirərək saxlamışdır. Daha sonra narkotik vasitəni istifadə etmişdir. 2020-ci ilin mart ayında isə yığıb özündə saxlamış olduğu narkotik tərkibli bitki toxumlarını 10 ədəd dibçəkdə əkmişdir. Həmin dibçəkləri kənar şəxslər görməsin deyə həyətyanı sahəsində xiyar əkdiyi istixananın içərisində yerləşdirmişdir. Bir müddət sonra əkmiş olduğu toxumlar cücərib inkişaf etməyə başlamışdır. Lakin əkmiş olduğu toxumlardan ikisi bitməmişdir. Həmin vaxtdan etibarən bitmiş 8 ədəd narkotik tərkibli bitkilərə qulluq etməyə başlamışdır. Həmin bitkilərin köklərini alaq otlarından təmizləyib, suvarmışdır. 21 may 2020-ci il tarixdə yaşadığı evdə olduğu zaman evin giriş qapısından onu kim isə səsləmişdir. Baxdıqda isə Balakən rayon polis şöbəsinin əməkdaşları olduqlarını bilmişdir. Polis əməkdaşları ona yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkməkdə şübhəli olduğunu və buna görə də yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişlər. O, da buna etiraz etməmiş və həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkdiyini həmin yeri də göstərəcəyini bildirmişdir. Daha sonra polis əməkdaşları mütəxəssis kimi təqdim edilən Şahid4 və onun iştirakı ilə yaşadığı evə baxış keçirməyə başlamışlar. Baxış zamanı həyətyanı sahəsində dibçəklərdə əkmiş olduğu 8 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilmişdir. Həmin bitkilər kökündən çıxarılaraq ölçüldükdə, hündürlükləri 65 sm-dan 95 sm-dək olmuşdur. Həmçinin baxışda iştirak edən mütəxəssis aqronom əkmiş olduğu 8 ədəd çətənə bitkilərinə qulluq edildiyini bildirmişdir. Bitkilər 1 ədəd sintetik kisəyə qoyulub qablaşdırılmışdır. Elektron tərəzidə çəkildikdə isə çəkisi 1 kq 290 qram olmuşdur. Bundan sonra həmin 1 ədəd sintetik kisə möhürlənərək götürülmüşdür. Yaşadığı evə və evin həyətyanı sahəsinə baxış davam edərkən başqa qanunsuz saxlanılan əşya və ya predmet aşkar edilməmişdir. Daha sonara baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərini əkməsindən heç kimin məlumatı olmamışdır. Gələcəkdə heç vaxt belə əməllərə yol verməyəcəkdir. Ailə vəziyyətini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, Balakən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. 21 may 2020-ci il tarixdə Balakən rayonu Qazma kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkilər yetişdirməsi barədə Balakən RPŞ-nə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə RPŞ-nin rəhbərliyinə raportla müraciət edildikdən sonra mütəxəssis aqronom Şahid4 polis şöbəsinə dəvət edilmiş və məlumatın yoxlanılması məqsədi ilə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmişlər. Oraya çatıb Təqsirləndirilən şəxs giriş qapısından səsləmişlər. Təqsirləndirilən şəxs giriş qapısına gəlmişdir. Onlar Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq narkotik tərkibli bitkilər əkməsi ilə bağlı məlumat olduğunu, buna görə də yaşadığı evə baxış keçirilməsi üçün təxirəsalınmaz qərar əsasında gəldiklərini bildirmişlər. Təqsirləndirilən şəxs da həmin zaman etdiyi əməli səmimi etiraf edərək narkotik tərkibli bitkilər əkdiyini və əkmiş olduğu həmin bitkiləri göstərə biləcəyini qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin arxa tərəfində yerləşən dirrik sahəsindəki xiyar əkilmiş istixananın içərisində dibçəklərdə əkmiş olduğu narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkiləri göstərmişdir. Həmin yerə baxış zamanı 8 ədəd ayrı-ayrı dibçəklərdə hərəsində bir ədəd olmaqla ümumilikdə 8 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilərin əkilməsi müəyyən edilmişdir. Daha sonra baxışda iştirak edən mütəxəssis aqronom həmin bitkilərə baxaraq diblərinin alaq otlarından təmizləndiyini və suvarıldığını əsas gətirərək həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Daha sonra 8 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər köklərindən çıxarılıb, ölçüldükdə ən kiçik bitkinin hündürlüyünün 65 sm, ən böyük bitkinin hündürlüyünün isə 95 sm olması müəyyən edilmişdir. Aşkar edilmiş 8 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər 1 ədəd ağ rəngli sintetik kisədə qablaşdırılmışdır. Sintetik kisənin üzəri DİN-nin 185 saylı arayışlar üçün möhürü ilə möhürlənib, üzərini də digər iştirakçılarla birlikdə imzalamışlar. Həmçinin qablaşdırılmış həmin bitkilər sintetik kisə ilə birlikdə elektron tərəzidə çəkildikdə çəkisinin 1 kq 290 qram olması müəyyən edilmişdir. Bundan sonra Rasim Boduroun yaşadığı evə və evin həyətyanı sahəsinə baxış davam etdirilmişdir. Baxış zamanı qanunsuz saxlanılan başqa hər hansı əşya, predmet aşkar edilməmişdir. Baxış keçirilməsinə dair protokol tərtib edilmiş və ucadan oxunmuşdur. Protokola heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin əməkdaşı Şahid2 Şahid3 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq Balakən rayonunda Dövlət x6 bitkiçilik sektorunda baş məsləhətçi vəzifəsində çalışır. 21 may 2020-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. O, polis şöbəsinə gələndən sonra polis əməkdaşları ona Balakən rayonu Qazma kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkilər yetişdirməsini buna görə də həmin əraziyə baxış keçirəcəklərini, həmin bitkilərə aqrotexniki qaydada qulluq edilib-edilmədiyi barədə rəy verməyini xahiş etmişlər. O, da polis əməkdaşlarına razılıq vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmişlər. Oraya çatıb polis əməkdaşları Təqsirləndirilən şəxs giriş qapısından səsləmişdir. Təqsirləndirilən şəxs giriş qapısına gəlmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq narkotik tərkibli bitkilər əkməsi ilə bağlı məlumat olduğunu, buna görə də yaşadığı evə baxış keçirilməsi üçün təxirəsalınmaz qərar əsasında gəldiklərini bildirmişdir. Təqsirləndirilən şəxs da həmin zaman yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkdiyini və əkmiş olduğu həmin bitkiləri göstərə biləcəyini qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin arxa tərəfində yerləşən dirrik sahəsindəki xiyar əkilmiş istixananın içərisində dibçəklərdə əkmiş olduğu narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkiləri göstərmişdir. Həmin yerə baxış zamanı 8 ədəd ayrı-ayrı dibçəklərdə hərəsində bir ədəd olmaqla ümumilikdə 8 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilərin əkilməsi müəyyən edilmişdir. Bundan sonra o həmin bitkilərə baxaraq onların inkişafına, yarpaqlarına görə həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini, diblərinin suvarıldığını və alaq otlarından təmziləndiyini və həmin bitkilərin narkotik tərkibli çətənə bitkilərinə oxşadığını bildirmişdir. Daha sonra 8 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər köklərindən çıxarılıb, ölçüldükdə ən kiçik bitkinin hündürlüyünün 65 sm ən böyük bitkinin hündürlüyünün isə 95 sm olması müəyyən edilmişdir. Aşkar edilmiş 8 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər 1 ədəd ağ rəngli sintetik kisədə qablaşdırılmışdır. Sintetik kisənin üzəri də möhürlənib, digər iştirakçılarla birlikdə üzərini imzalamışlar. Həmçinin qablaşdırılmış həmin bitkilər sintetik kisə ilə birlikdə elektron tərəzidə çəkildikdə çəkisinin 1 kq 290 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış davam etdirilmişdir. Baxış zamanı qanunsuz saxlanılan başqa hər hansı əşya predmet aşkar edilməmişdir. Baxış keçirilməsinə dair protokol tərtib edilmiş və ucadan oxunmuşdur. Protokola heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. İşin 12-13-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 27 aprel 2020-ci il tarixli baxış protokolundan görünür ki, 21 may 2020-ci il tarixdə Balakən rayonu Qazma kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər yetişdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs yaşadığı evə həmin gün saat 09:45-dən 10:45-dək olan müddətdə baxış keçirilmiş.baxış keçirilməzdən əvvəl Balakən rayonu Qazma kəndi ərazisində Təqsirləndirilən şəxs yaşadığı evin həyət qapısından çağırıldıqda özü küçəyə çıxmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik tərkibli bitkilər əkib becərməsi barədə Balakən RPŞ-nə məlumat daxil olduğu bildirilmişdir. Təqsirləndirilən şəxs isə həqiqətən də həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərdiyini etiraf etmiş və həmin bitkiləri göstərə biləcəyini bildirmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin arxa tərəfində dirrik sahəsinə getmiş və orada olan üzəri sellofan örtüklə örtülmüş istixanalardan birinin içərisində xiyar bitkisi cərgələrinin arxasına düzülmüş 8 (səkkiz) ədəd plastik və dəmir materialdan olan boya qablarının içərisinə əkilmiş narkotik tərkibli çətənə bitkisinə oxşar bitkiləri göstərmişdir. Daha sonra baxışda iştirak edən aqronom Şahid4 hər dibçəkdə 1 ədəd olmaqla yetişdirilmiş ümumi sayı 8 (səkkiz) ədəd olan narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qulluq edildiyini bildirmişdir. Bundan sonra aşkar olunan həmin 8 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər kökündən çıxarılmış və hündürlüyü ölçülmüş, ölçüsü 65 sm-dən 95 sm-dək, ümumi çəkisi isə elektron tərəzidə çəkildikdə 1290 qram olduğu məlum olmuşdur. Daha sonra həmin bitkilər 1 ədəd ağ rəngli kisəyə qoyularaq qablaşdırılmış, üzəri DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Bundan sonra həyətyanı sahəyə və həyətyanı sahədə olan 2 ədəd yaşayış evinə baxış keçirilmiş, əlavə cinayət xarakterli əşya, vasitə aşkar edilməmişdir. Bundan sonra baxış başa çatdırılmış, baxış zamanı Panasonic markalı videokamera vasitəsi ilə qeydə alınmış baxış prosesinin görüntüləri protokola əlavə edilmişdir. Baxış gündüz təbii işıq, yağmursuz hava şəraitində keçirilmişdir. Baxış keçirilməsinə dair protokol tərtib edilmiş, şikayət və vəsatət daxil olmadığından imzalarla təsdiq edilmişdir. İşin 14-cü vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən 27.04.2020-ci il tarixli ixtisasca aqronom-mütəxəssis Şahid4 verdiyi rəydən görünür ki, 21 may 2020-ci il tarixdə Balakən rayonu Qazma kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən 8 ədəd, hündürlükləri 65 sm-dən 95 sm-dək olan narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kollarına aqrotexniki qaydada qulluq edilmişdir, dibləri alaq otlarından təmizlənmiş və suvarılmışdır. İşin 35-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası ƏN-nin MEM-nin Şəki Regional bölməsindən alınmış 21 may 2020-ci il tarixli 17/302 nömrəli ekspert rəyində göstərilmişdir: Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə "Vət Təqsirləndirilən şəxs...yaşadığı evin həyətyanı sahəsindən edilmiş 8 ədəd bitki kolları..." sözləri yazılmış ağ rəngli sintetik kisənin içərisindəki 08 (səkkiz) ədəd hündürlükləri 65 sm-dən 95 sm-dək yaş vəziyyətdə, ümumi təmiz çəkisi -1085,00 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Alim-aqranom Şahid4 tərəfindən verilmiş 21 may 2020-ci il tarixli aqronom rəyinə əsasən təqdim edilmiş 08 (səkkiz) ədəd çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Qeyd:1) 08 (səkkiz) ədəd çətənə bitkilərinin ümumi təmiz çəkisi- 1085,00 qr.,tədqiqata sərf edildi - 0,40 qr (hər bitkidən -0,05 qr.),qalıq- 1084,60 qr. İşin 103-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş x7 Gəncə şəhər ambulator məhkəmə-narkoloji ekspertizasının 08 iyun 2020-ci il tarixli 445 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İşin 23-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş cinayət işi başlanana kimi şəxsi tutma protokolundan görünür ki, 21 may 2020-ci ildə saat 09:45-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 68-69-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 23 may 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və qərarın surəti icra olunması üçün Balakən RPŞ-nə göndərilmişdir. İşin 83-cü vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İşin 100-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən RİHB-nın Qazma kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Barəsində nümayəndəliyə ərizə və şikayət daxil olmamışdır. İşin 102-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Qazma kənd inzibati ərazi dairəsi tərəfindən 08.06.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, Bodurov x5 rayonu Qazma kəndində yaşayır, himayəsində işləməyən arvadı, 2000-ci il təvəllüdlü oğlu Ramil və 2003-cü il təvəllüdlü oğlu Osman vardır. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmə cinayət əməlini törətmişdir. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə, onları (onların hissələrini) toplama, habelə çətənə, xaşxaş növlərini və ya tərkibində narkotik maddələr olan digər bitkiləri kultivasiya etməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə narkotik vasitələr-BMT-nin 1961-ci il tarixli «Narkotik vasitələr haqqında» Vahid Konvensiyasında, 1971-ci il tarixli «Psixotrop maddələr haqqında» Konvensiyasında, 1988-ci il tarixli «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında» Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.6-ci maddəsinə görə tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 19-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİqanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər) Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəmiyyətdən təcrid olunmadan da islah olunmasının mümkünlüyünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Onun 21 may 2020-ci il tarixdən 23 may 2020-ci il tarixə kimi şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə vaxtı saat 23:00-da səhər saat 06:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və qonşu Zaqatala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 35.97 (otuz beş manat 97 qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş 08 (səkkiz) ədəd narkotik tərkibli çətənə bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması üçün hökmün surəti onun yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi x3 Şəxsinə göndərilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəməyədək icraat zamanı 19 iş saatı, məhkəmə icraatı zamanı isə 07 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi nəfinə, «KAPİTALBANK» x4 Rekvizitləri: VÖEN **********, kod 200695, Müxbir hesab AZ37NAB013501**********1944, BİK AİİBAZ2x. hesabına 156 manat köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır . Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. x1rşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Onun 21 may 2020-ci il tarixdən 23 may 2020-ci il tarixə kimi şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 35,97 (otuz beş manat 97 qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış, ekspertizadan sonra Balakən rayon polis şöbəsində saxlanılan, ümumi 08 (səkkiz) ədəd narkotik tərkibli çətənə bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut olan 03 ədəd DVD diski cinayət işinin materialarında saxlansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması üçün hökmün surəti onun yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi x3 Şəxsinə göndərilsin. Hökmün icrası Balakən rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi nəfinə, «KAPİTALBANK» x4 Rekvizitləri: VÖEN **********, kod 200695, Müxbir hesab AZ37NAB013501**********1944, BİK AİİBAZ2x. hesabına 156 manat köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar