Məhkəmə qərarları › İş №1(019)-47/2021

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-47/2021

22.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-47/2021 22.06.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1965-ci ildə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta işləməyən, 2-ci qrup əlil, məhkum olunmuş-Balakən rayon Məhkəməsinin 17.06.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə əqsirli bilinib 04 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Balakən şəhəri, A.Məmmədov küçəsi, dalan 2 ev 8 ünvanında qeydiyyatda olan və barəsində həbs qətimkan tədbiri seçilənədək həmin ünvanda yaşamış, barəsində Balakən Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, daşıma, saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, 14 yanvar 2021-ci il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Beynəlxalq Avtovağzalın yaxınlığında istintaqa məlum olmayan şəxsdən qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əvəzsiz əldə etdiyi 2 ədəd gümüşü rəngli kağız bükümlərdə olan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,167 qram çəkidə psixotrop maddə metamfetamini üzərində daşıyaraq, yaşadığı Balakən rayonuna gətirməklə bir bükümünü əynindəki isti gödəkçənin sol döş cibində, digər bükümünü isə əynindəki köynəyin sol döş cibində öz istifadəsi məqsədi ilə saxlamışdır. 20 yanvar 2021-ci il tarixdə, saat 19 radələrində Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Balakən RPŞ-yə dəvət edilərək, şübhəli şəxs qismində tutulub, saat 21 radələrində üzərində şəxsi axtarış aparılarkən əynindəki isti gödəkçənin sol döş cibindən 01 ədəd və əynindəki köynəyin sol döş cibindən 01 ədəd gümüşü rəngli kağız bükümlərdə təmiz çəkiləri 0, 088 və 0,079 qram, ümumi təmiz çəkisi 0,167 qram olan kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə etdiyi 2 ədəd kağız bükümlərdə olan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,478 qram çəkidə narkotik vasitə heroini üzərində daşıyaraq, yaşadığı ünvan 3 ünvanda mətbəx otağında olan stolun üzərindəki qənd qabının altında, digər bükümünü isə əynindəki gödəkçənin sağ yan cibindəki «Pall Mall» markalı siqaret qutusunda öz istifadəsi məqsədi ilə saxlamışdır. 09 fevral 2021-ci il tarixdə, saat 19 radələrində Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Balakən RPŞ-yə dəvət edilərək, şübhəli şəxs qismində tutulub, saat 19 radələrində üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkçənin sağ yan cibindəki «Pall Mall» markalı siqaret qutusunda 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,201 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, həmin tədbirin davamı olaraq saat 20 radələrində Təqsirləndirilən şəxs yaşadığı Balakən şəhəri, A. Məmmədov küçəsi, dalan-2 ev-8 ünvanına öz könüllü razılığı və iştirakı ilə keçirilmiş baxış zamanı isə evin mətbəx otağındakı stolun üzərində olan qənd qabının altından 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,277 qram narkotik vasitə-heroin, yəni ümumilikdə 2 bükümdə 0,478 qram çəkidə həmin kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs 30 aprel 2021-ci il tarixdə, saat 16 radələrində Balakən rayon Mərkəzi Bazarının arxa hissəsində yerdən taparaq, qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə etdiyi 1 ədəd kağız bükümdə olan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,212 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini daşıyaraq, əynindəki qış gödəkçəsinin sol yan cibində öz istifadəsi məqsədi ilə saxlamışdır. 30 aprel 2021-ci il tarixdə, saat 19 radələrində Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Balakən RPŞ-yə dəvət edilərək, şübhəli şəxs qismində tutulub, saat 19 radələrində üzərində şəxsi axtarış aparılarkən əynindəki qış gödəkçəsinin sol yan cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş təmiz çəkisi 0,212 qram olan həmin kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, ünvan 4 ünvanında atası İslam İbrahimovla birlikdə yaşayır. Bir neçə dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuşdur. Sonuncu dəfə Balakən Rayon Məhkəməsinin 17.06.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 11 iyul 2019-cu il tarixdə cəzasının sonu ilə həbsdən azad edilmişdir. Təxminən 10-15 ildir ki, narkotik vasitədən istifadə edir. 2021-ci il yanvar ayının 14-də Bakı şəhəri Binəqədi rayonu ərazisində olduğu zaman Beynəlxalq avtovağzal ərazisində tanımadığı şəxsdən saat 14 radələrində şəxsi istifadəsi üçün 2 ədəd gümüşü rəngli kağız bükümdə psixotrop maddə olan metamfetamini (şüşə) götürmüşdür. Həmin psixotrop maddə-metamfetamini şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Üzərində saxladığı psixotrop maddədən bir azını istifadə etmiş, qalanını yenidən üzərində saxlamışdır. 20.01.2021-ci il tarixdə, axşam saat 19 radələrində yaşadığı evin yaxınlığında yolun kənarında dayandığı zaman çoxdan tanıdığı Əbid Qallacovun gəldiyini görmüşdür. Bundan sonra o, həmin yerdə Əbidlə dayanıb söhbət etməyə başlamışdır. Həmin vaxt Əbid ona narkotik vasitə istifadə etdiyini bildiyi üçün üzərində narkotik vasitə olduğunu, istədiyi vaxt birlikdə istifadə edə biləcəklərini demişdir. O da həmin vaxt narkotik istifadə etmək istəmədiyini demişdir. Təxminən 10-15 dəqiqə birlikdə söhbət etdikdən sonra polis əməkdaşları onlara yaxınlaşaraq, üzərlərində narkotik vasitə saxlamaqda şübhəli olduqlarını bilidirib, onu və X7 RPŞ-yə dəvət etmişlər. Polis əməkdaşlarına etiraz etməyərək, onlarla birlikdə polis şöbəsinə gəlmişlər. Balakən RPŞ-də onu şübhəli şəxs kimi tutmuş, vəkillər siyahısından seçmiş olduğu vəkil Hidayət Muradovun və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı üzərində saxladığı 2 ədəd kağız bükümlərdə olan psixotrop maddə metamfetaminin bir ədəd kağız bükümünü əynindəki gödəkçənin sol döş cibindən, digər kağız bükümü isə əynindəki köynəyin sol döş cibindən çıxarıb, təqdim etmişdir. Polis əməkdaşları onun təqdim etdiyi 2 ədəd gümüşü kağız bükümün içərisindəki psixotrop maddə-metamfetamini elektron tərəzidə çəkmişlər. Polis əməkdaşları onun təqdim etdiyi 2 ədəd kağız bükümdə olan psixotrop maddə-metamfetamini qablaşdırıb, üzərini möhürləyərək, götürmüşlər. Daha sonra üzərində keçirilən şəxsi axtarış zamanı başqa hər hansı qanunsuz əşya, vasitə aşkar edilməmişdir. Protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. 21 yanvar 2021-ci il tarixli ekspert rəyi ilə tanış olandan sonra bilmişdir ki, onun üzərində saxladığı 2 ədəd gümüşü kağız bükümün içərisindəki psixotrop maddəmetamfetaminin ümumilikdə təmiz çəkisi 0,167 qramdır. Üzərində saxladığı 2 ədəd gümüşü kağız bükümün içərisindəki psixotrop maddə-metamfetamini 2021-ci ilin yanvar ayının 14-də Bakı şəhərində olduğu zaman avtovağzal ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün götürmüşdür. Həmin saxladığı psixotrop maddə-metamfetamindən heç kimin xəbəri olmamışdır. Tanımadığı şəxsdən həmin psixotrop maddə-metamfetamini təmənnasız olaraq şəxsi istifadəsi üçün götürmüş, almamışdır. Metamfetamini götürdüyü şəxsi əvvəllər tanımamışdır. Həmin şəxsin ona metamfetamini hansı səbəbdən əvəzsiz olaraq verdiyini bilməmişdir. Əbid Qallacovun üzərində narkotik vasitə saxlamağını bilmiş, əvvəllər bir yerdə narkotik vasitə qəbul etmiş, lakin tutulduğu gün, yəni 20 yanvar 2021-ci il tarixdə narkotik vasitə və ya psixotrop maddə qəbul etməmişdir. 20 yanvar 2021-ci il tarixdə, axşam təxminən saat 19 radələrində yaşadığı evin yaxınlığında küçədə dayandığı zaman Əbidlə rastlaşmış və onunla söhbətləşməyə başlamışdır. Həmin vaxt Əbid ona üzərində narkotik vasitə olduğunu, istədikləri vaxt istifadə edə biləcəklərini demişdir. O da Əbidə həmin vaxt narkotik istifadə etmək istəmədiyini bildirmişdir. Üzərində 2 ədəd kağız bükümdə saxladığı psixotrop maddə-metamfetamini Bakı şəhərində tanımadığı şəxsdən götürdüyü zaman elə iki ədəd ayrı-ayrı bükümlərdə olmuşdur. Həmin psixotrop maddəmetamfetaminin üzərindən bir miqdar istifadə etdikdən sonra geriyə qalanını istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Əbid Qallacovu uşaqlıqdan tanıyır və onunla münasibəti vardır. Belə ki, Əbid də Balakən şəhər sakini olmaqla, onunla birlikdə Nizami adına 1 saylı tam orta məktəbdə oxumuşdur. Əbidi məktəb illərindən etibarən tanıyır. 20 yanvar 2021-ci il tarixdə, saat təxminən 19 radələrində Balakən şəhəri ərazisində yaşadığı A. Məmmədov küçəsinin yaxınlığında olduğu zaman əvvəllər tanıdığı Əbidin gəldiyini görmüşdür. Əbidi tanıdığı üçün onunla söhbətləşməyə başlamışdır. Əbidlə görüşməkdə konkret məqsədi olmamışdır. Sadəcə olaraq Əbidi təsadüfən gördüyü üçün onunla söhbət etmək məqsədi ilə onunla birlikdə dayanmışlar. Yaşadıqları ev yaxındır, buna görə də Əbid piyada olaraq həmin yerə gəlmişdir. O da Əbid gəldiyi və onu tanıdığı üçün yol kənarında dayanıb söhbətləşmişlər. Üzərindən aşkar edilmiş psixotrop maddəmetamfetamin iki bükümdə olmaqla gümüşü rəngli kağız bükümlərdə, həmçinin Əbid Qallacovun üzərindən də iki ədəd gümüşü bükümlərdə narkotik vasitə heroinin aşkar edilməsini, öz üzərindən aşkarlanmış psixotrop maddənin və Əbid Qallacovun üzərindən aşkarlanmış narkotik vasitə-heroinin bükümlərdə çəkisinin bir-birinə yaxın olmasını bilməmişdir. Bir daha qeyd edir ki, Əbid ona üzərində narkotik vasitə olduğunu bildirmişdir. Lakin onun üzərində psixotrop maddə olmasından Əbidin xəbəri olmamışdır. Narkotik vasitə və psixotrop maddə adətən siqaret qutusunun içərisindən götürülmüş falqa adlandırılan gümüşü rəngli kağızda saxlanılır. Buna görə Əbidin üzərindən aşkarlanmış narkotik vasitə də gümüşü rəngli kağızda saxlanılmışdır. Polis şöbəsində ona qarşı psixi və fiziki zor tətbiq edilməmişdir. 09.02.2021-ci il tarixdə yaşadığı evdən çıxıb, küçənin baş tərəfinə piyada gedib dayandığı zaman 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq, onu Balakən RPŞ-yə dəvət etmiş, o da onlarla birlikdə şöbəyə gəlmişdir. Balakən RPŞ-nin inzibati binasında olduğu zaman əməliyyat müvəkkili Şahid2 onunla şifahi söhbət zamanı narkotik istifadə edib-etmədiyi barədə ona suallar vermiş, o da narkotik vasitə istifadə etdiyini bildirmişdir. Şamil ona bir neçə dəfə sual verdiyi üçün əsəbləşmiş və bir də sual verdikdə ayağa qalxıb, otaqda olan stulun baş tərəfinə başını vurmuş və alnından qan açılmışdır. Bu vaxt təcili tibbi yardımın işçiləri gələrək, ona yardım etmişlər. Bundan sonra polis şöbəsində onu şübhəli şəxs kimi tutmuş, vəkillər siyahısından seçmiş olduğu vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı əynindəki qış gödəkçəsinin sağ yan cibindən bir ədəd “Pall Mall” adlanan siqaret qutusunun içərisindən 1 ədəd kağız bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək, qablaşıdırılıb, elektron tərəzidə çəkilmiş, çəkisi 0,25 qram təşkil etmiş və ağ rəngli zərfə qoyulub, möhürlənib, götürülmüşdür. Protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Bundan sonra polis əməkdaşları və vəkilin iştirakı ilə yaşadığı evə öz razılığı və iştirakı ilə baxış keçirilən zaman evin birinci mərtəbəsindəki masanın üzərində olan qənd qabının altından bir ədəd kağız bükümdə narkotik vasitə-heroinə oxşar kütlə aşkar edilərək, elektron tərəzidə çəkilmiş və çəkisi 0,32 qram təşkil etmişdir. Həmin kütlə də bir ədəd ağ rəngli kağız zərfə qoyulub, qablaşdırılıb, götürülmüşdür. Bundan başqa evin digər yerlərinə baxış zamanı hər hansı bir qanunsuz əşya, vasitə aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə-heroini şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Onu haradan və nə zaman əldə etdiyini dəqiq xatırlamır. Narkotik istifadəçisi olduğundan həmin narkotik vasitə-heroini də özü istifadə etmək üçün üzərində saxlamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə-heroini öz istifadəsi üçün üzərində saxlamışdır. Haradan və nə zaman əldə etdiyini dəqiq xatırlamır. Lakin narkotik istifadə etdiyi üçün həmin narkotik vasitə-heroini öz istifadəsi üçün üzərində saxlamışdır. Bir daha qeyd edir ki, haradan əldə etdiyini və nə vaxtdan üzərində saxladığını xatırlamır. Lakin üzərindən aşkar edilmiş narkotik vasitə ona məxsusdur və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Polis şöbəsində ona fiziki və ya psixi zor tətbiq edilməmişdir. Balakən RPŞ-nin inzibati binasında olduğu zaman əməliyyat müvəkkili Şahid2 onunla şifahi söhbət zamanı narkotik istifadə edib-etmədiyi barədə ona bir neçə sual vermişdir. Sual verəndə əsəbləşib, ayağa qalxıb, otaqda olan stulun baş tərəfinə başını vurmuş və alnından qan açılmışdır. Bir daha qeyd edir ki, özünün başını özü otaqdakı stula vurmuşdur. Ona başqa şəxs və ya polis əməkdaşları xəsarət yetirməmişlər. Müdafiəçi iştirakı ilə ekspert rəyi ilə tanış olduğu zaman üzərində saxladığı narkotik vasitə-heroinin təmiz çəkisinin ekspert rəyinə görə 0,201 qram kustar üsulla hazırlanmış narkotik vasitə -heroin olduğu və yaşadığı evdən aşkar edilmiş narkotik vasitənin təmiz çəkisinin ekspert rəyinə görə 0,277 qram kustar üsulla hazırlanmış narkotik vasitə -heroin olduğu ona aydın olmuşdur. Ekspert rəyi ilə razıdır. 30 aprel 2021-ci il tarixdə evə pendir almaq üçün saat 16 radələrində Balakən Mərkəzi Bazarına getmişdir. Bazarın arxa hissəsinə çatdıqda yerdə kağız parçası görmüşdür. Həmin kağız parçasını yerdən qaldırdıqda, kağızın içərisində bir büküm narkotik vasitə-heroin olduğunu görmüşdür. Həmin içərisində heroin olan kağız bükümü əynindəki gödəkçənin sol yan cibinə qoymuşdur. Özü narkotik vasitə istifadəçisi olduğundan həmin narkotik vasitədən istifadə etmək fikri olmuşdur. Bazarın içərisinə getdiyi zaman bir müddət sonra ona polis əməkdaşları yaxınlaşmış və narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək, onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində ona narkotik vasitə saxlamaqda şübhəli olduğundan şübhəli şəxs qismində tutulduğunu bildirmiş və ona təqdim edilmiş siyahıdan seçdiyi vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı əynindəki qış gödəkçəsinin sol yan cibindən bir ədəd kağız bükümdə olan narkotik vasitə-heroin aşkarlanmışdır. Həmin narkotik vasitə-heroin elektron tərəzidə çəkildikdə, çəkisi 0,68 qram təşkil etmişdir. Üzərindən narkotik vasitədən başqa 1 ədəd alışqan, içərisində 3 ədəd siqaret olan «Prima» siqaret qutusu, 2 ədəd 5 manatlıq, 1 ədəd 1 manatlıq kağız pullar və üzərində «Aitik» yazısı olan konfetlər aşkarlanmışdır. Üzərindən başqa heç bir qanunsuz əşya, vasitə aşkarlanmamışdır. Üzərindən aşkarlanmış narkotik vasitə polis əməkdaşları tərəfindən bir ədəd zərfə qablaşdırılaraq, möhürlənib, götürülmüşdür. Şəxsi axtarış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Müdafiəçi iştirakı ilə ekspert rəyi ilə tanış olduğu zaman üzərində saxladığı narkotik vasitə-heroinin təmiz çəkisinin ekspert rəyinə görə 0,212 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin olduğu ona aydın olmuşdur. Ekspert rəyi ilə razıdır. Özü narkotik vasitə istifadəçisidir. Narkotik vasitə saxlamaqda məqsədi özü üçün istifadə etmək olmuşdur. Törətdiyi əməlini səmimi olaraq etiraf edir və bu əməlindən peşmandır. Gələcəkdə belə hallara yol verməyəcəkdir. Özü xəstədir. İİ qrup əlildir. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Balakən şəhər sakini, əvvəllər məhkum olunmuş X1 və Balakən şəhər sakini, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə saxlamaları barədə ona daxil olmuş məlumat əsasında həmin şəxslər 20.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında müəyyən edilərək, Balakən RPŞ-yə dəvət olunmuşlar. Bu barədə həmin tarixdə RPŞ rəisinə raportla məruzə etmişdir. 20.01.2021-ci il tarixdə Balakən RPŞ-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasında iştirak etmişdir. Şəxsi axtarışda ondan başqa təhqiqatçı Natiq Muradov, CAB-nin əməliyyat müvəkkili Şahid2, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün seçdiyi vəkil və RPŞ-nin KTQ-nun baş inspektoru Sadiq Vəzirov iştirak etmişlər. Şəxsi axtarış başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə və ya hər hansı başqa bir qanunsuz saxladığı əşya varsa, könüllü təqdim etməsi təhqiqatçı tərəfindən təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki boz rəngli gödəkçənin sol döş cibindən 1 ədəd və əynindəki köynəyin sol döş cibindən 1 ədəd gümüşü rəngli kağız bükümlər çıxarıb təqdim etmiş və həmin 2 ədəd kağız bükümdə «şüşə» adlandırdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs artıq bir ildir ki, narkotik vasitədən istifadə etdiyini, üzərində iki ədəd gümüşü kağız bükümlərdə saxladığı narkotiki 3-4 gün əvvəl Bakı şəhərinə getdiyi zaman tanımadığı şəxsdən şəxsi istifadəsi üçün götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd gümüşü rəngli kağız bükümdə olan psixotrop maddə-metamfetaminə oxşar kütlə üzərindəki kağızla birlikdə elektron tərəzidə çəkilərkən çəkisi 0,35 qram gəlmişdir. Aşkar edilmiş 2 ədəd kağız bükümlərdəki psixotrop maddə-metamfetaminə oxşar kütlə bir ədəd kağız zərfə qoyularaq, qablaşdırılmış və üzəri möhürlənərək, təhqiqatçı Natiq Muradov tərəfindən iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı başqa qanunsuz əşya, vasitə aşkar edilməmişdir. Şəxsi axtarış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Protokol tərtib olunmuş, iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 09 fevral 2021-ci il tarixdə üzərində narkotik vasitə gəzdirməsi və yaşadığı evdə narkotik vasitə saxlaması barədə məlumat daxil olmuş Balakən şəhər sakini Təqsirləndirilən şəxs Balakən şəhəri, R.Səmədov küçəsində saxlanılaraq, Balakən RPŞ-yə gətirilmişdir. RPŞ-yə gətirildikdən sonra üzərində şəxsi axtarış aparılması üçün aidiyyəti üzrə təhvil verilməzdən əvvəl onunla ilkin söhbət aparılarkən məsuliyyətdən yaxa qurtarmaq üçün başını otaqdakı oturacağın baş tərəfinə vuraraq, alın nahiyəsinə xəsarət yetirmişdir.Həmin vaxtı otaqda PPXT-nin manqa komandiri Şahid3 da olmuşdur. 09.02.2021-ci il tarixdə Balakən RPŞdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasında iştirak etmişdir. Şəxsi axtarışda ondan başqa təhqiqatçı Zaur Xəlilov, CAB-nin əməliyyat müvəkkilləri Şahid4 və Mirəziz Hüseynzadə, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün seçdiyi vəkil Müdafiəçi və RPŞ-nin KTQ-nun baş inspektoru Sadiq Vəzirov iştirak etmişlər. Axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qış gödəkçəsinin sol yan cibindən bir ədəd “Nokia” markalı mobil telefon, sağ yan cibindən bir ədəd qırmızı rəngli alışqan, bir ədəd üzərində “Pall Mall” yazısı olan siqaret qutusu və bir ədəd konfet kağızı aşkar edilmişdir. Bundan başqa onun əynində olan şalvarın cibindən bir ədəd cib dəsmalı aşkar edilmişdir. Siqaret qutusunun içərisinə baxış keçirilən zaman orada bir ədəd kağıza bükülmüş narkotik vasitə-heroinə bənzər kütlə aşkar edilərək, bir ədəd elektron tərəzidə çəkilərkən çəkisi 0,25 qram təşkil etmişdir. Həmin kütlə bir ədəd zərfə qoyulub, qablaşdırılıb, möhürlənib maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. 09 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yerləşən evinə saat təxminən 20 radələrində keçirilən baxışda iştirak etmişdir. Baxışda ondan başqa təhqiqatçı Zaur Xəlilov, CAB-nin əməliyyat müvəkkilləri Şahid4 və Mirəziz Hüseynzadə, RPŞ-nin MSY-nin polis nəfəri Sahib Qurbanov, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün seçdiyi vəkil Müdafiəçi və RPŞ-nin KTQ-nun baş inspektoru Sadiq Vəzirov iştirak etmişlər. İkimərtəbəli evin birinci mərtəbəsinə baxış keçirilən zaman mətbəxdə olan masanın üzərindəki qənd qabının altında 1 ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Həmin kütlə 1 ədəd elektron tərəzidə çəkilərkən çəkisi 0,32 qram təşkil etmiş və aşkar edilmiş kütlə bir ədəd zərfə qoyulub, qablaşdırılıb, götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar edilən heroinə bənzər kütlənin ona aid olmadığını bildirmiş və həmin kütlənin qablaşdırıldığı zərfin üzərinə imza etməkdən imtina etmişdir. Evin digər otaqlarına baxış keçirilən zaman oradan hər hansı qeyri-qanuni əşya və ya predmet aşkar olunmamışdır. Protokol tərtib olunmuş, doğruluğu imzalarla təsdiq edilmişdir. Baxış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindiridlmiş Şahid3 ifadəsində göstərmişdir ki, Balakən RPŞ-nin PPXB-nin manqa komandiri vəzifəsində işləyir. 30.04.2021-ci il tarixdə tərəfindən Balakən RPŞ-yə dəvət edilmişdir. 30.04.2021-ci il tarixdə üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğundan Balakən RPŞ-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində saat 19 radələrində aparılan şəxsi axtarışda iştirak etmişdir. Şəxsi axtarışda ondan başqa təhqiqatçı Zaur Xəlilov, şübhəli şəxs Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün seçdiyi vəkil Müdafiəçi, RPŞ-nin baş əməliyat müvəkkili Şahid4 və RPŞ-nin KTQ-nun baş inspektoru Sadiq Vəzirov iştirak etmişlər. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qış gödəkçəsinin sol yan cibindən bir ədəd kağız bükümdə qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər maddə aşkarlanmışdır. Həmin maddənin büküldüyü kağız cırıldığından başqa bir kağıza qoyularaq, elektron tərəzidə çəkilmişdir. Aşkar edilmiş maddənin çəkisi kağızla birlikdə 0,68 qram təşkil etmişdir. Aşkar edilmiş bir ədəd kağız bükümdə olan narkotik vasitə-heroinə bənzər maddə bir ədəd kağız zərfə qablaşdırılaraq, möhürlənib, maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış fasiləsiz olaraq videoqeydiyyata alınmışdır. Protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, iş üzrə Şahid4 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağrılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Azərbaycan Respublikası CPM-nin 327.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvələr keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid4 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan olunmuş Şahid4 da Şahid3 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 20 yanvar 2021-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki,şəxsi axtarış 20.01.2021-ci il tarixdə Balakən RPŞ-nin inzibati binasında saat 21:20-dən 21:55dək olan müddət ərzində keçirilmişdir. Şəxsi axtarış zamanı müəyyən olunmuşdur: 20.01.2021-ci il tarixdə Balakən şəhəri, A.Məmmədov küçəsi, dalan-2 ev-1-də yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli olduğundan Balakən RPŞ-yə dəvət edilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçı Natiq Muradov tərəfindən şübhəli şəxs qismində tutulmuş, onun üzərinə vəkillər siyahısından seçdiyi vəkilin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-də nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əşya, narkotik vasitə saxlayırsa, təqdim etməsi bildirildikdə o, əynindəki gödəkçənin sol döş cibindən bir ədəd və əynindəki köynəyin sol döş cibindən bir ədəd, ümumilikdə 2 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb, təqdim etmiş və həmin 2 ədəd kağız bükümdə «şüşə» adlandırdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını, bir ildən çoxdur ki, narkotik vasitədən istifadə etdiyini, üzərində iki ədəd gümüşü kağız bükümlərdə saxladığı maddəni 3-4 gün əvvəl Bakı şəhərinə getdiyi zaman tanımadığı şəxsdən şəxsi istifadəsi üçün götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd gümüşü rəngli kağız bükümdə olan psixotrop maddə-metamfetaminə oxşar kütlə ümumilikdə kağızla birlikdə elektron tərəzidə çəkilərkən 0,35 qram gəlmişdir. Aşkar edilmiş 2 ədəd kağız bükümlərdəki psixotrop maddə metamfetaminə oxşar kütlə bir ədəd ağ rəngli kağız zərfə qoyularaq, qablaşdırılmışdır və üzəri möhürlənmiş, təhqiqatçı Natiq Muradov tərəfindən iş üçün əhəmiyyət kəsb etdiyinə görə götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı başqa qanunsuz əşya, vasitə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı iştirakçılar tərəfindən əlavə, vəsatət və şikayət daxil olmamışdır. Şəxsi axtarış «Sony» markalı videokamera vasitəsi ilə qeydə alınmışdır. Protokol tərtib olunmuş, ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Videogörüntülərin köçürüldüyü DVD disk protokola əlavə edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 09 fevral 2021-ci şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki,şəxsi axtarış 09.02.2021-ci il tarixdə Balakən RPŞ-nin inzibati binasında saat 19:20-dən 19:40dək olan müddət ərzində keçirilmişdir. Şəxsi axtarış zamanı aşağıdakılar müəyyən olunmuşdur: Balakən şəhər sakini Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində tünd çəhrayı rəngli şalvar, tünd rəngli idman gödəkçəsi, onun üstündən qış gödəkçəsi, başında idman papağı, ayağında isə qara rəngli ayaqqabı vardır. Onun üzərindəki qış gödəkçəsinin sol yan cibindən bir ədəd qara rəngli «Nokia» markalı mobil telefon, sağ yan cibindən bir ədəd qırmızı rəngli alışqan, bir ədəd üzərində «Pall Mall» yazısı olan siqaret qutusu və bir ədəd konfet kağızı aşkar edilmişdir. Bundan başqa onun əynində olan şalvarın arxa sağ yan cibindən bir ədəd cib dəsmalı aşkar edilmişdir. Siqaret qutusunun üstünə baxış keçirilən zaman orada bir ədəd kağıza bükülmüş narkotik vasitə-heroinə bənzər kütlə aşkar edilərək, bir ədəd elektron tərəzidə çəkilərkən çəkisi 0,25 qram təşkil etmişdir. Həmin kütlə bir ədəd ağ rəngli zərfə qoyulub, qablaşdırılıb, möhürlənib, maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış «Sony» markalı videokamera vasitəsi ilə qeydə alınmışdır. Şəxsi axtarış zamanı tərtib edilmiş protokol ucadan oxunmuş, hər hansı şikayət və vəsatət daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs baş nahiyəsində olan sarığı başını stula vurması nəticəsində xəsarət alması ilə əsaslandırmışdır. Videogörüntülərin köçürüldüyü DVD disk protokola əlavə edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 09 fevral 2021-ci baxış keçirilməsi barədə protokoldan görünür ki, baxış 09.02.2021-ci il tarixdə saat 20:00-dən 21:00-dək olan müddət ərzində Balakən RPŞ-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı ünvan 6 ünvanına keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən olunmuşdur: baxış keçirilən yer Balakən şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanındakı yaşayış evidir. Ev ikimərtəbəli olub, üst mərtəbədə 2 otaq, alt mərtəbədə isə 3 otaq vardır. Evin birinci mərtəbəsinə baxış keçirilən zaman mətbəxdə olan masanın üzərindəki qənd qabının altında 1 ədəd gümüşü rəngli kağız bükümün içində narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq, bir ədəd elektron tərəzidə çəkilərkən çəkisi 0,32 qram təşkil etmişdir. Həmin kütlə bir ədəd ağ rəngli zərfə qoyulub, qablaşdırılıb, götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar edilən maddi sübutun ona aid olmadığını bildirərək, ağ rəngli zərfin üzərinə imza etməkdən imtina etmişdir. Bundan başqa evin digər otaqlarına baxış keçirilən zaman oradan hər hansı qeyri-qanuni əşya və ya predmet aşkar olunmamışdır. Baxış “Sony” markalı videokamera vasitəsi ilə görüntülənmişdir. Baxış zamanı tərtib olunmuş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. Videogörüntülərin köçürüldüyü DVD disk protokola əlavə edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 30 aprel 2021-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki,şəxsi axtarış 30.04.2021-ci il tarixdə Balakən RPŞ-nin inzibati binasında saat 18:45-dən 19:25dək olan müddət ərzində keçirilmişdir. Şəxsi axtarış zamanı aşağıdakılar müəyyən olunmuşdur: Balakən şəhər sakini Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində ağ rəngli cins şalvar, zolaqlı qısaqol köynək, qara rəngli qış gödəkçəsi və ayağında isə qara rəngli ayaqqabılar vardır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən onun əynində olan qış gödəkçəsinin sol yan cibindən bir ədəd kağız bükümdə qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik vasitə heroinə oxşar kütlə aşkar edilmişdir. Həmin kağız büküm qablaşdırılarkən kağız yırtıldığı üçün başqa bir ağ rəngli kağıza bükülüb, elektron tərəzidə çəkilərkən çəkisi 0,68 qram təşkil etmişdir. Həmin büküm içərisində olan heroinə oxşar kütlə ilə birlikdə bir ədəd ağ rəngli zərfə qablaşdırılıb, möhürlənib, maddi sübut kimi götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən bir ədəd üzərində “Prima” yazısı olan siqaret qutusu aşkar edilmişdir. Həmin siqaret qutusunun içərisində 3 ədəd “Prima” siqaretinə aid olan siqaretlər, 1 ədəd alışqan, 2 ədəd 5 manatlıq 1 ədəd 1 manatlıq pul əskinasları, 2 ədəd üzərlərinə “Aitik” yazısı olan konfetlər aşkar edilmişdir. Şəxsi axtarış “Panasonic” markalı videokamera vasitəsi ilə görüntülənmişdir. Şəxsi axtarış zamanı tərtib olunmuş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət, vəsatət daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. Videogörüntülərin köçürüldüyü DVD disk protokola əlavə edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 21 yanvar 2021-ci il tarixli 17/55 nömrəli rəyində göstərilmişdir:Tədqiqata təqdim edilmiş, üzərində “...X1 üzərindən aşkar edilmiş narkotik...” sözləri yazılmış zərfin içərisindəki 02 (iki) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,111 qram və 0,116 qram, ümumi təmiz çəkisi 0,227 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroinlərdir; Tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə....” sözləri yazılmış zərfin içərisindəki 02 (iki) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,088 qram və 0,079 qram, ümumi təmiz çəkisi 0,167 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetaminlərdir. Qeyd:metamfetaminlərin ümumi təmiz çəkisi-0,167 qram, tədqiqata sərf edildi-0,050 qram (hər obyektə 0,025 qrpam), qalıq- 0,117 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 71,94 manatdır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 10 fevral 2021-ci il tarixli, 17/107 nömrəli rəyində göstərilmişdir: Tədqiqata təqdim edilmiş, üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş... maddi sübut....” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi - 0,201 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir; tədqiqata təqdim edilmiş, üzərində “Vət.Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar olunmuş... maddi sübut....” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşüağ rəngli kağız bükümdə, təmiz çəkisi - 0,277 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; tədqiqata təqdim edilmiş 02 (iki) ədəd zərflərdəki gümüşü-ağ rəngli kağız bükümlərdə olan heroinlər tərkiblərinə görə eynidirlər. Qeyd:heroinlərin ümumi təmiz çəkisi-0,478 qram, tədqiqata sərf edildi-0,100 qram (hər obyektə 0,050 qram), qalıq- 0,378 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 71,94 manat təşkil edir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 01 may 2021-ci il tarixli, 17/316 nömrəli rəyində göstərilmişdir: Tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ..maddi sübut...” sözləri yazılmış zərfin içərisində ağ rəngli kağıza bükülmüş 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi - 0,212 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Qeyd:heroinin təmiz çəkisi-0,212 qram, tədqiqata sərf edildi- 0,050 qram, qalıq-0,162 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 71,94 manat təşkil edir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş ambulator məhkəmənarkoloji ekspertizasının 05 fevral 2021-ci il tarixli, 90 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulub, 22 yanvar 2021-ci il tarixdə Balakən Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, 22 yanvar 2021ci il tarixdə məhkəmə iclas zalında dərhal həbsdən azad edilmiş, həmçinin o, 09 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Balakən Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməklə, 11 fevral 2021-ci il tarixdə məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs 30 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Balakən Rayon Məhkəməsinin 02 may 2021-ci il tarixli, 4 (019)-37/2021 saylı qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 30 aprel 2021-ci il tarixdən hesablanmış, Şəki Apellyasiya Məhkəməsinin 08.05.2021-ci il tarixli, 4 (107)-40/2021 saylı qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsinə dair Balakən Rayon Məhkəməsinin 02 may 2021-ci il tarixli, 4 (019)-37/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşdə olan və məhkəmə iclasındla elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial müdafəi Fondu Rublik Hüququqi şəxsin 16 saylı regional ərazi filialının Balakən rayon qəbul şöbəsi tərəfindən 25 yanvar 2021-ci il tarixdə verilmiş arayışdan və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir və əlilliyə görə sosial müavinət almışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin 17 iyun 2015-ci il tarixli, 1(019)-30/2015 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 04 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 11.07.2019-cu ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 10.03.2021-ci il tarixli, 47 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş xəsarətlər-alnının yuxarısında sıyrıqqansızmalar, sağ və sol mil-biləkdə arxa səthdə sıyrıqlar bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 09.02.2021-ci ildə əmələ gələ bilərdilər, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İşə əlavə olunmuş Balakən rayon prokurorunun köməkçisinin 31 may 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs 09.02.2021-ci il və 02.05.2021-ci il tarixlərdə xəsarət alması xüsusatlarında cinayətin əlamətlərini əks etdirən cinayət hadisəsi müəyyən edilmədiyindən toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1-1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən RPŞ-nin İB-nin müstəntiqinin sübutların qiymətləndirilməsi haqqında 18 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş ekspert rəyindən sonra ümumi təmiz çəkisi 0,117 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan 09.02.2021ci il tarixdə aşkarlanaraq götürülmüş ekspert rəyindən sonra ümumi təmiz çəkisi 0,378 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə–heroin, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzərindən 30.04.2021-ci il tarixdə aşkarlanaraq götürülmüş ekspert rəyindən sonra ümumi təmiz çəkisi 0,162 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin iş üzrə maddi sübut kimi tanınaraq, saxlanması üçün Balakən RPŞ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində axtarış aparılarkən, həmçinin yaşayış evinə baxış keçirilərkən aparılmış videoçəkilişlər əks olunmuş 04 ədəd DVD diskləri sübut kimi qiymətləndirilərək, cinayət işinə əlavə edilmişdir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qəsdən, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahılarda bu miqdar heroin üçün 0,15 qram, psixotrop maddə olan metamfetamin üçün 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İstinad olunan qanun normasına əsasən məhkəmə İİ qrup əlil olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluqları ödənilmiş hesab olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin 17.06.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11.07.2019-cu ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluq müddəti ödənilmədən yenidən qəsdən az ağır cinayət əməli törətmiş, cinayətin residivinə yol vermişdir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsində cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaratdığından ona Azərbaycan Respublikası CM-nin 65.2-c maddəsinin tələbləri qaydasında cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri əsasında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 yanvar 2021-ci il tarixdən 22 yanvar 2021-ci il tarixədək və 09 fevral 2021-ci il tarixdən 11 fevral 2021-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı dörd gün müddət həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, onun 30 aprel 2021-ci il tarixdən şübhəli şəxs qismində tutulub hazırki günədək həbsdə saxlandığı müddət ona təyin ediləcək cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 30 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPMnin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 62 və 70-ci maddələrinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaratdığından və əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkdiyindən Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə uyğun olaraq o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 15 aprel 2021-ci il tarixli, 380 nömrəli rəyinə hüquqi qiymət verib, hesab edir ki, İİ qrup əlil olduğuna görə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilə bilməz, lakin o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası»nın 3.2-ci bəndinə əsasən əlilliyi olan şəxslərə narkomaniyadan məcburi müalicə tətbiq oluna bilməz. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X4 Şəxsinə göndərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə aparılmış məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri olan 215.82 (iki yüz on beş manat 82 qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM;VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan ümumi təmiz çəkisi 0,167 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,177 qramı, ümumi təmiz çəkisi 0,478 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,378 qramı və ümumi təmiz çəkisi 0,212 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,162 qramı məhv edilməli, Təqsirləndirilən şəxs üzərində axtarış aparılarkən və yaşayış evinə baxış keçirilərkən aparılmış videoçəkilişlər əks olunmuş 04 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq, həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X5 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 saylı hesabına köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşina Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 yanvar 2021-ci il tarixdən 22 yanvar 2021-ci il tarixədək və 09 fevral 2021-ci il tarixdən 11 fevral 2021-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı dörd gün müddət həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın; Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun 30 aprel 2021-ci il tarixdən şübhəli şəxs qismində tutulub hazırki günədək həbsdə saxlandığı müddət ona təyin edilən cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 30 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın; onun ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün hazırki hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X4 Şəxsinə göndərilsin. İş üzrə 215.82 (iki yüz on beş manat 82 qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM;VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan ümumi təmiz çəkisi 0,167 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,177 qramı, ümumi təmiz çəkisi 0,478 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,378 qramı və ümumi təmiz çəkisi 0,212 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,162 qramı məhv edilsin; Təqsirləndirilən şəxs üzərində axtarış aparılarkən və yaşayış evinə baxış keçirilərkən aparılmış videoçəkilişlər əks olunmuş 04 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X5 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar