Məhkəmə qərarları › İş №1(019)-47/2022

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-47/2022

08.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-47/2022 08.04.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Balakən Rayon Vəkil Bürosunun vəkili-Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1997-ci il tarixdə Balakən rayonu Poştbinə kənində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Natəvan küçəsi 5N C, 50N5-ci məhəllə, ev N, mənzil N9 ünvanında qeydiyyatda olan, Balakən rayon Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsində daimi yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 139-1.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratma cinayət əməlini törətmişdir. Belə ki o, “Covid-19” virusuna yoluxaraq 07 gün ərzində, yəni 08.0N.N0NN-ci il tarixdən 16.0N.N0NN-ci il tarixədək evdən çıxmadan ev şəraitində müalicə almalı olduğu halda və bu barədə xüsusi qaydada məlumatlandırılmaqla ona xəbərdarlıq edilməsinə baxmayaraq, 10 fevral N0NN-ci il tarixdə saat 1N radələrində Balakən şəhərində yerləşən apteklərdən birinə getmək məqsədilə Balakən rayon Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsində yerləşən Covid-19 xəstəliyindən müalicə almalı olduğu yaşadığı evi idarə etdiyi Vaz N1060 markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə qəsdən, karantin rejimini pozmaqla, icazəsiz tərk edib həmin avtomobillə insanların sıx olduğu və intensiv hərəkət etdiyi, ictimai yer olan Balakən rayon Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsindən Balakən şəhəri istiqamətinə hərəkət edərək, insanların “Covid-19” virusuna yoluxması üçün real təhlükə yaratmış, 10 fevral N0NN-ci il tarixdə saat 1N radələrində Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs idarə etdiyi Vaz N1060 markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobildə aşkar edilərək, saxlanılıb X1 Yardım Stansiyasının avtomobili ilə cəmiyyətdən təcrid olunması üçün Balakən rayon Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsində yerləşən evinə qaytarılmışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Balakən rayon Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsində yaşayır. Fərdi əməklə məşğul olur. İş olduğu zaman fəhləlik işləri görür. Əvvəllər məhkum edilməmiş, psixi xəstəliklər keçirməmişdir. 44 XN iştirakçısı olmuşdur. İşğal edilmiş torpaqların işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Cəbrayıl rayonunun və Zəngilan rayonunun azad edilməsinə görə medalları ilə təltif olunmuşdur. Hal-hazırda Şəki şəhərində müharibədən yaranmış psixoloji problemlərlə əlaqədar müalicə alır. Ona görə də bu məqsədlə vaxtaşırı Şəki şəhərinə gedir. 05 fevral N0NN-ci il tarixdə Balakən Rayon Mərkəzi Xəstəxanasında Covid 19 virusundan yaxma yolu ilə test, yəni analiz vermişdir. 08 fevral N0NN-ci ildə isə həmin analizin Pozitiv (+) olması barədə mobil telefonuna sms gəlmişdir. Yəni onda Covid 19 virusu aşkarlanmışdır. Həmçinin həmin tarixdə ona həkim tərəfindən mobil telefon vasitəsilə zəng edilmiş və həkim ona 05 fevral N0NN-ci ildə Covid 19 virusundan verdiyi analizin cavabının pozitiv (+) olduğunu, həmçinin Balakən rayon Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsində yerləşən yaşadığı evin karantin nəzarətinə götürüldüyünü, buna görə də 7 gün müddətinə yaşadığı evi tərk etməməli olduğunu bildirmişdir. Əks təqdirdə xəstəliyin yayılmasına real təhlükə yarada biləcəyini və cinayət məsuliyyətinə cəlb edilə biləcəyini demişdir. Bundan sonra o, ev şəraitində müalicə almağa başlamışdır. Karantin nəzarətinə götürüldüyü müddətdə yaşadığı ünvanı tərk etməməyi barədə həkim tərəfindən ona xəbərdar edilmişdir. Lakin o, 10 fevral N0NN-ci il tarixdə saat 1N radələrində aldığı bəzi dərmanların dəyişdirilməsi üçün, həmçinin dərman almaq üçün Balakən şəhərinə getmək məqsədilə yaşadığı evi idarə etdiyi Vaz N1060 markalı,**-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə tərk etmişdir. Daha sonra idarə etdiyi avtomobillə yaşadığı evdən çıxıb, Balakən şəhəri istiqmətinə doğru hərəkət edərək, təxminən 300 metr uzaqlaşdıqda, yaşadığı Balakən rayon Gərəkli kəndinin Poştinə yaşayış məntəqəsinin yolunda, hər iki tərəfi yaşayış evləri ilə əhatə edilmiş yolda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları onun şəxsiyyətini müəyyən etmiş, daha sonra isə hadisə yerinə polis əməkdaşları və tibb işçiləri gəlmişlər. Hadisə yerinə müstəntiq tərəfindən onun, tibb işçilərinin və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir. O, hadisə yerində yaşadığı ünvanı tərk etdiyini bildirmişdir. Buna görə səhv etdiyini və Covid 19 virusunun yayılmasına təhlükə yaratdığını demişdir. Baxış başa çatdıqdan sonra isə o, tibb işçilərinin nəzarəti ilə Təcili Yardım avtomobilinə minmiş və Təcili Yardım avtomobili ilə tibb işçilərinin nəzarəti ilə Balakən rayon Gərəkli kəndinin Poştinə yaşayış məntəqəsində yerləşən yaşadığı evə yerləşdirilmişdir. İlk dəfədir ki, cinayət əməli törədir. Cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Bu halları, həmçinin Vətən Müharibəsində iştirak etməsini və Cəbrayıl və Zəngilan rayonlarının azad edilməsinə görə medalları ilə və hərbi hissə komandirinin Fəxri Fərmanı ilə təltif olunmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 oğlu ifadəsində göstərmişdir ki, hal-hazırda Balakən RPŞ-nin İTB-nin polis sahə nəfəri vəzifəsində xidmət edir. 10 fevral N0NN-ci il tarixdə Balakən rayon Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsi ərazisində Balakən RPŞ-nin İTB-nin polis sahə nəfəri Şahid3 ilə birlikdə xidmətdə olmuşlar. Həmin ərazidə xidmət apararkən 08 fevral N0NN-ci il tarixdə Covid 19 virusuna yoluxmuş xəstə, 07 gün müddətinə karantin nəzarətinə götürlümüş, ev şəraitində müalicə alan, Balakən rayon Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsində yaşayan Təqsirləndirilən şəxs idarə etdiyi Vaz N1060 markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə icazəsiz olaraq karantin nəzarətinə götürüldüyü evi tərk edib, Balakən şəhəri istiqamətinə hərəkət etdiyini görmüşlər. O, idarə etdiyi avtomobil ilə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxasınca getmiş və avtomobili saxlatmışdır. Daha sonra Şahid3la birlikdə avtomobildən düşərək,Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə yaxınlaşmış və özlərini təqdim edərək, onun Covid 19 virusundan müalicə alan xəstə Təqsirləndirilən şəxs olubolmadığını soruşmuşlar. Həmin şəxs də cavabında Təqsirləndirilən şəxs olduğunu və idarə etdiyi avtomobillə Balakən şəhərinə aptekə getmək üçün yaşadığı evi tərk etdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs Covid 19 virusunun yayılması üçün real təhlükə yaratdığını bildiyini, buna görə səhv etdiyini, etdiyi əməldən peşman olduğunu qeyd etmişdir. Bundan sonra o, dərhal Balakən RPŞ-nin rəhbərliyinə müraciət etmişdir. Rəhbərliyin müvafiq göstərişinə əsasən hadisə yerinə Balakən RPŞ-nin əməkdaşları gəlmişlər. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı evi özbaşına tərk etməsi və Covid 19 virusunun yayılmasına real təhlükə yaratması ilə bağlı Balakən Rayon Mərkəzi Xəstəxanasına məlumat verilmiş və hadisə yerinə Balakən Rayon Mərkəzi Xəstəxanasının tibb işçiləri və təcili tibbi yardım avtomobili gəlmişdir. Hadisə yerinə Balakən RPŞ-nin İBnin müstəntiqi Tural Mahatov tərəfindən baxış keçirilmişdir. Baxışda Təqsirləndirilən şəxs özü, Balakən Rayon Mərkəzi Xəstəxanasının həkim və tibbi işçisi və hadisə yerinin mühafizəsini təmin edən polis əməkdaşları iştirak etmişlər. Təqsirləndirilən şəxs baxış zamanı yaşadığı evi Balakən şəhərinə aptekə getmək üçün tərk etdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs Covid 19 virusunun yayılması üçün real təhlükə yaratdığını, buna görə səhv etdiyini, etdiyi əməlindən peşman olduğunu bildirmişdir. Baxış başa çatdıqdan sonra Təqsirləndirilən şəxs Balakən Rayon Mərkəzi Xəstəxanasının həmin əraziyə gələn təcili tibbi yardım xidməti əməkdaşlarına təhvil verilmiş və təcili tibbi yardım avtomobili ilə Balakən rayon Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsində yaşadığı evə yerləşdirilməsi üçün aparılmışdır. Baxış zamanı baxış prosesi tərəfindən videokamera vasitəsilə fasiləsiz videoçəkiliş aparılmaqla qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin İTB-nin polis sahə nəfəri Şahid3 da Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, halhazırda Balakən Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinin həkimi vəzifəsində işləyir.10 fevral N0N1-ci il tarixdə Balakən RPŞ-dən Balakən Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə Covid 19 virusuna yoluxaraq ev şəraitində müalicə alan xəstə-Balakən rayon Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsində yaşayan Təqsirləndirilən şəxs Balakən rayon Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsində yerləşən yaşadığı evi icazəsiz olaraq tərk etməsi və polis əməkdaşları tərəfindən saxlanması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında o, Balakən Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinin işçiləri ilə birlikdə təcili tibbi yardım şöbəsinin avtomobili ilə xəstə Təqsirləndirilən şəxs Balakən rayon Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsində polis əməkdaşları tərəfindən aşkar edilərək saxlanıldığı hər iki tərəfi yaşayış evləri ilə əhatə edilmiş yola getmişlər. Hadisə yerinə Balakən RPŞ-nin İB-nin müstəntiqi Tural Mahatov tərəfindən baxış keçirilmişdir. Baxışda Təqsirləndirilən şəxs və polis əməkdaşları iştirak etmişlər. Təqsirləndirilən şəxs baxış zamanı yaşadığı evi Balakən şəhərində olan aptekə getmək üçün tərk etdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs Covid 19 virusunun yayılması üçün real təhlükə yaratdığını, etdiyi əməldən peşman olduğunu bildirmişdir. Baxış prosesi başa çatdıqdan sonra Təqsirləndirilən şəxs onların nəzarətində təcili tibbi yardım avtomobilinə yerləşdirilmiş və təcili tibbi yardım avtomobili ilə Balakən rayon Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsində yerləşən yaşadığı evə aparılaraq, yaşadığı evə yerləşdirilmişdir. Baxış zamanı baxış prosesi vodeokamera vasitəsilə fasiləsiz videçəkiliş aparılmaqla qeydə alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, iş üzrə şahid-Balakən RPŞ-nin İTB-nin sahə polis nəfəri ŞahidN məhkəmə iclasına gəlməmişdir. Polis əməkdaşı ŞahidN şahid qismində dindirilməsi üçün məhkəmə iclasına gəlməsinin təmin edilməsi barədə Balakən RPŞ-yə müraciət edilmişdir. Balakən RPŞ-nin rəisi Çingiz Aslanov tərəfindən məhkəməyə 05.04.N0NN-ci il tarixli, 109-8451- 1NNN nömrəli arayış göndərilmiş və həmin arayışda ŞahidN 14.0N.N0NN-ci il tarixdən üç ay müddətinə DİN-nin Arif Heydərov adına sıravi və kiçik rəis heyəti hazırlayan məktəbə ilkin hazırlıq kursunda iştirak etmək məqsədilə ezam edildiyi qeyd edilmişdir. İş materialları ilə müəyyən olunmuşdur ki, ŞahidN verilən ittihamın həlli üçün yeganə və həlledici şahid deyildir. Həmçinin təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin şahidin ibtidai istintaqda verdiyi ifadəsi ilə tanış olmuş və bu ifadəyə hər hansı etiraz bildirməmiş, eyni zamanda həmin ifadənin təkzib edilməsi üçün hər hansı vəsatətlər verməmiş, onun dindirilməsi zamanı eyni şərtlər daxilində öz şahidlərinin çağrılıb dindirilməsini xahiş etməmiş, bu şahidin ifadəsində göstərdiyi halların təkzibi ilə bağlı hər hansı sübutlar təqdim etməmişlər. Həmçinin məhkəmədə ittiham və müdafiə tərəflərinin iştirakı ilə iş üzrə ittihamın həlli üçün ifadələri əsas hesab edilə biləcək şahidlər dindirilmiş, tərəflərə onlara müvafiq sulların verilməsi, ifadələrində göstərdiyi halların tədqiq edilməsi üçün hərtərəfli şərait yaradılmış, həmin ifadələrə işdə olan digər sübutlarla müqayisəli şəkildə hüquqi qiymətin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual tədlbirlər həyata keçirilmişdir. İş üzrə təqsirləndirilən şəxs də məhkəmədə verdiyi ifadəsində ona verilən ittiham üzrə özünü təqsirli bilmiş, bu konteksdə həmin şəxsin ifadəsi və işdə olan digər mötəbər sübutlarla tanış olmuşlar. Bu xüsusda ittiham və müdafiə tərəfləri ŞahidN ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsinin məhkəmədə elan olunmasına və tədqiq olunmasına razılığını bildirmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 317.1-ci maddəsinə əsasən bu Məcəllənin NN6.1-NN6.3cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağrılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 3N9.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 3N7.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Azərbaycan Respublikası CPM-nin 3N7.1.N-ci maddəsinə əsasən məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvələr keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Məhkəmə, ŞahidN məhkəməyə gəlməsinin təmin edilməsi üçün müvafiq tədbirlərin görüldüyünü, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə ŞahidN ibtidai istintaqda verdiyi ifasinin elan olunmasını və tədqiq olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan olunmuş Balakən RPŞ-nin İTB-nin əməkdaşı ŞahidN ifadəsində göstərmişdir ki, hal-hazırda Balakən RPŞ-nin növbətçi hissəsinin polis nəfəri olaraq xidmət edir.10 fevral N0NN-ci ildə Balakən rayon Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsi ərazisində Balakən RPŞ-nin İTB-nin polis sahə nəfəri Həsənli X6 RPŞ-nin İTB-nin polis sahə nəfəri Şahid3 ilə birlikdə xidmətdə olarkən 08 fevral N0NN-ci il tarixdə Covid 19 virusuna yoluxmuş xəstə, 07 gün müddətinə karantin nəzarətinə götürülmüş, ev şəraitində müalicə alan, Balakən rayon Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsində yaşayan Təqsirləndirilən şəxs idarə etdiyi Vaz N1060 markalı,**-DN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə icazəsiz olaraq karantin nəzarətinə götürüldüyü evi tərk etdiyini, Balakən şəhəri istiqamətinə hərəkət edərək, Balakən rayon Gərəkli kəndinin Poştinə yaşayış məntəqəsində hər iki tərəfi yaşayış evləri ilə əhatə edilmiş yolda saxlanılması barədə Balakən RPŞ-yə məlumat verilməsi ilə əlaqədar hadisə yerinə baxış keçirilərkən o, həmin yerdə iştirak etmişdir. Həmçinin hadisə yerində Təqsirləndirilən şəxs yaşadığı evi özbaşına tərk etməsi və Covid 19 virusunun yayılmasına real təhlükə yaratması ilə bağlı Balakən Rayon Mərkəzi Xəstəxanasına məlumat verilmişdir. Buna görə də hadisə yerinə Balakən Rayon Mərkəzi Xəstəxanasının tibb işçiləri və təcili tibbi yardım avtomobili gəlmişdir. Hadisə yerinə Balakən RPŞ-nin müstəntiqi Tural Mahatov tərəfindən baxış keçirilmişdir. Baxışda o, Təqsirləndirilən şəxs özü, Balakən Rayon Mərkəzi Xəstəxanasının həkim və tibb işçisi və hadisə yerinin mühafizəsini təmin edən polis əməkdaşları iştirak etmişlər. Təqsirləndirilən şəxs baxış zamanı yaşadığı evi Balakən şəhərinə aptekə getmək üçün tərk etdiyini, həmçinin Covid 19 virusunun yayılması üçün real təhlükə yaratdığını, buna görə səhv etdiyini, etdiyi əməlindən peşman olduğunu bildirmişdir. Baxış başa çatdıqdan sonra Təqsirləndirilən şəxs Balakən Rayon Mərkəzi Xəstəxanasının həmin əraziyə gələn təcili yardım avtomobili ilə təcili tibbi yardım xidməti əməkdaşlarına təhvil verilmiş və təcili tibbi yardım avtomobili ilə Balakən rayon Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsində yaşadığı evə yerləşdirilməsi üçün həkim və tibb işçisinin nəzarəti ilə yaşadığı evə aparılmışdır. Baxış zamanı baxış prosesi videokamera vasitəsi ilə fasiləsiz videoçəkiliş aparılmaqla qeydə alınmışdır. İş materiallarında olan 10 fevral N0NN-ci il tarixli saat 1N:N5-dən 1N:45-dək baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı aşağıdakılar müəyyən edilmişdir.Təqsirləndirilən şəxs Covid -19 virusuna 05.0N.N0NN-ci il tarixdə verdiyi analizin nəticəsi 08.0N.N0NN-ci il tarixdə pozitiv(+) olmuşdur.10 fevral N0NN-ci il tarixdə Balakən RPŞ-nin İTB-nin sahə polis nəfəri Həsənli X6 RPŞ-nin rəhbərliyinə məlumat verərək göstərmişdir ki, Covid 19 virusuna yoluxaraq, ev şəraitində müalicə alan xəstə, Balakən rayon Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsində daimi yaşayan Təqsirləndirilən şəxs Balakən rayon Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsində daimi yaşadığı və müalicə aldığı evi özbaşına tərk edərək, Covid 19 virusunun vətəndaşlara yoluxmasına real təhlükə yaratmış və idarə etdiyi Vaz N1060 markalı, **-DN- *** dövlət qeydiyyat nişanlı avtomobildə Balakən rayon Gərəkli kəndinin Poştibə yaşayış məntəqəsi istiqamətinə hərəkət edərkən hər iki tərəfi yaşayış evləri ilə əhatə edilmiş qeyd edilən yaşayış məntəqəsində aşkar edilərək, saxlanılmışdır. Həmin məlumat əsasında Balakən RPŞ-nin əməkdaşları və Balakən Rayon Mərkəzi Xəstəxanasının tibb işçiləri Balakən rayon Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsinə Təqsirləndirilən şəxs aşkar edildiyi hadisə yerinə gəlmişlər. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi Vaz N1060 markalı, **-DN-*** dövlət nömrə nişanlı avtomobillə Balakən rayon Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsində Balakən şəhəri istiqamətinə doğru hərəkətdə olmuşdur.Təqsirləndirilən şəxs bildirmişdir ki, o, yaşadığı evi tərk edərək, Balakən şəhəri ərazisinə aptekə getmək üçün idarə etdiyi avtomobillə Balakən rayon Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsində yerləşən yaşadığı evdən çıxmış, avtomobillə Balakən şəhər istiqamətinə hərəkət edərkən Poştbinə yaşayış məntəqəsində saxlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, o, yaşadığı evi icazəsiz tərk etməklə Covid 19 virusunun yayılmasına real təhlükə yaratmışdır.Buna görə də törətdiyi əməldən peşmandır. Daha sonra isə əraziyə gələn təcili tibbi yardım əməkdaşlarına Təqsirləndirilən şəxs təhvil verilmiş və təcili tibbi yardım əməkdaşlarının müşayəti altında təcili tibbi yardım avtomobilinə mindirilərək, yaşadığı evə aparılaraq yerləşdirilmışdir. Həmçinin protokol tərtib edilmiş, ucadan oxunmuş, imzalarla təsdiq edilmişdir.Həmçinin də videoçəkiliş zamanı videoçəkilişin qeydə alındığı 01 ədəd videogörüntülərin olduğu disk protokola əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X8 Ərazi Bölmələrini İdarəetmə Birliyi Balakən rayon X3 Hüquqi Şəxsinin NN.0N.N0NN-ci il tarixli, 60 nömrəli arayışından görünür ki, Balakən rayon Gərəkli kənd sakini 1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 05.0N.N0NN-ci il tarixdə Covid 19 virusuna görə analiz vermişdir. 08.0N.N0NN-ci il tarixdə analizin cavabı pozitiv olmuşdur. 09.0N.N0NN-ci il tarixdə ev nəzarətinə alınıb.16.0N.N0NN-ci il tarixdə ev nəzarəti bitir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X8 Ərazi Bölmələrini İdarəetmə Birliyi Balakən rayon X3 Hüquqi Şəxsinin arayışından görünür ki, 08.0N.N0NN-ci il tarixdə Təqsirləndirilən şəxs icra olunan PZR-in müayinəsinin nəticəsi Pozitiv (+) Covid 19 kimi qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamə üzrə NN.0N.N0NN-ci il tarixli, 1 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin sübutların qiymətləndirilməsi haqqında 14 mart N0NN-ci il tarixli qərarından görünür ki, iş üzrə hadisə yerinə baxış keçirilərkən aparılmış videoçəkiliş əks olunmuş 01 ədəd DVD diski sübut kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs məxsus SX ******* nömrəli hərbi biletin surətindən və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsinin 04.04.N0NN-ci il tarixli, N63 nömrəli arayışından görünür ki, xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs N9.09.N0N0-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsi tərəfindən qismən səfərbərliklə N nömrəli hərbi hissənin tərkibinə hərbi xidmətə cəlb olunmuşdur. 16.01.N0N1-ci il tarixində Azərbaycan Respublikası MN-nin N5.1N.N0N0-ci il tarixli N74 nömrəli əmri əsasında ehtiyata buraxılmışdır. Təqsirləndirilən şəxs N8.1N.N0N1-ci il tarixdə «Zəngilanın azad olunmasına görə» və 01.03.N0NN-ci il tarixdə «Cəbrayılın azad olunmasına görə» medalı ilə təltif olunmuşdur. İş materiallarına əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin N yanvar N0N1-ci il tarixli Fəxri Fərmanından görünür ki, Zaxmayev X4 və Zəngilan rayonlarının işğaldan azad olunmasında vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə Fəxri Fərmanla təltif olunmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratma cinayət əməlini törətmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sənədləri bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir, onun cinayət əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41 -ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral N017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, N5 iyun N003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin N və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın N-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.N-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, qanun normalarının tələbinə əsasən 44 günlük Vətən Müharibəsində iştirak etməsini, «Zəngilanın azad olunmasına» və «Cəbrayılın azad olunmasına görə» medalları ilə təltif edilməsini, Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunmasında vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə hərbi hissə komandiri tərəfindən Fəxri Fərmanla təltif olunmasını, ilk dəfə cinayət əməli törətməsini və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə bu xüsusda eyd edir ki, təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi işdəki sübutlarla təsdiq olunur. Ona görə də məhkəmə tərəfindən bu hal onun kriminal meyilli şəxslərdən fərqləndirmək üçün ağlataban əsas kimi qiymətləndirilməklə cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin cinayəti etiraf edib əməlinə görə təəsüflənməklə peşman olduğunu bildirməsi, onun öz əməlinə tənqidi münasibətini ifadə etməklə həqiqətən də onu müsbət xarakterizə edən haldır. Nəzərə çatdırılmalıdır ki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti, o cümlədən az ağır cinayəti törədən şəxs tərəfindən də yaşana və Cinayət Məcəlləsinin 7N.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Bu konteksdə diqqətə alınmalıdır ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 75-ci maddəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hal (AR CM-nin 7N-ci maddəsi ilə eyni hallarda) səmimi peşmançılıq deyil, əməli peşmançılıq adlandırılmış, yəni səmimi peşmançılığın üstün-yalnız əməli hərəkətlərlə ifadə olunmuş forması olaraq qeyd edilmişdir. Ona görə də təqsirləndirilən şəxsin cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi məhz onun istinad olunan CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə təəssüflənməklə bu əmələ tənqidi münasibətini ifadə edir və bu xüsusda onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxsin Vətən müharibəsində iştirakı, bununla bağlı dövlət tərəfindən N medalla təltif edilməsi və hərbi hissə komandirinin Fəxri Fərmanı ilə təltif olunması Təqsirləndirilən şəxs istər sosiumun qarşısında, istərsə də fərdi mənada müsbət xarakterizə edən hallardır və təbii kimi, bu hallar qanun normasının tələbinə, ədalət və humanizm prinsiplərinə görə onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.N-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası CM-nin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketrizə edən amillərdəndir. Bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. İnsan öz imkanlarından kənara çıxmaq qabiliyyətinə malik deyil. Ancaq o, öz həyatı baxışlarına uyğun hərəkət vasitəsi seçməkdə azaddır. Əgər o, cəmiyyət tərəfindən qəbul olunmuş sosial-mənəvi normalara zidd olan davranış forması seçirsə, onda bu, şəxsin psixologiyasında antisosial yönümün olduğunu göstərir. Lakin bu yönümün davamlı olması, yəni şəxsin psixologiyasında dominantlıq təşkil edərək model davranışa çevrilməsi, yoxsa təsadüf nəticəsində meydana çıxması hallarını fərqləndirmək lazımdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi üçün onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Şübhəsiz ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.N-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, Cinayət Məcəlləsinin 41.N-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. N) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli CM-nin 15.3-ci maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Bu zaman cəza təyinatında onu da nəzərə almaq lazımdır ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar vardır, onun cəzasını ağırlaşdıran hallar isə mövcud deyildir. Yuxarıda göstərildiyi kimi, qanunvericilik şəxsə ədalətli cəza, yəni törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və şəxsiyyətinə uyğun cəza təyin olunmasını tələb edir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə, üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə növlərində cəzalar nəzərdə tutulmuşdur. Qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 139-1.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasından əvvəl cərimə və azadlığın məhdudlaşdırılması növündə cəzalar nəzərdə tutulmuşdur. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə isə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Məhkəmə nəzərə çatdırır ki, Təqsirləndirilən şəxs şəxsiyyətinin xarakterizasiyası ilə bağlı cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların olmaması ilə əlaqədar xüsusatlar onu cinayətə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad olması istəyinə dəlalət edir. Cəzanın əsas məqsədlərindən də biri məhz şəxsin ictimai-faydalı fəaliyyətə qayıtması və islah olunması, həmçinin normal cəmiyyətə qovuşması üçün zəmin yaratmaqdır. Buna görə Azərbaycan Respublikasının cinayət qanunvericiliyi şəxsə cəza təyin edilməsi zamanı həm də hümanizm prinsipini önə çəkir (Cinayət Məcəlləsinin 9-cu maddəsi). Məhkəmə xüsusi qeyd edir ki, humanizm insanın şəxsiyyət kimi dəyərini müəyyən edən, onun ləyaqətinə hörmətlə yanaşmağı aşılayan, onun rifahını ictimai prosesin məqsədi kimi qəbul edən mənəvi mövqedir. Humanizm prinsipi insan şəxsiyyətini əsas prioritet sayan Azərbaycan Respublikasının konstitusion quruluşundan irəli gələn bir meyardır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 1N-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının qarantı olan Azərbaycan Respublikası Prezidentinin «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» 10 fevral N017-ci il tarixli Sərəncamı da Azərbaycan Dövlətinin humanizm siyasətinin, o cümlədən cəza siyasətində humanizminin bariz nümunəsidir. Həmin Sərəncamda penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi barədə istiqamətlərin müəyyən olunması ilə yanaşı, cinayət qanunvericiliyinin prinsiplərinə və cəza təyin etmənin ümumi əsaslarına ciddi riayət edilməsi, cəza siyasətinin humanistləşdirilməsi barədə qanun layihələrinin hazırlanması, cinayətlərin, xususilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması, cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi, törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması, azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi, həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməsi, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməsi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması barədə aidiyyəti orqanlara strateji tapşırıqlar verilmiş, o cümlədən məhkəmələrə cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyinin əsas tutulması, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət edilməsinə xüsusi diqqət yetirilməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsinə isə həbs qətimkan tədbirinin seçilməsi və azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə bağlı məhkəmə təcrübəsinin mütəmadi ümumiləşdirilməsi və bu sahədə ədalətli məhkəmə təcrübəsinin formalaşdırılmasının təmin edilməsi barədə tövsiyyələr verilmişdir. Bununla bağlı cəza siyasətinin humanistləşdirilməsi nöqteyi-nəzərindən də Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə, o cümlədən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə xeyli dəyişikliklər edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası cəzanın hümanistləşdirilməsi üçün xüsusilə, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etməyə nisbətən digər alternativ cəzaların tətbiq edilməsini, şərti məhkum etmə institutunun daha geniş tətbiq edilməsini, mediasiya institutundan daha geniş istifadə edilməsini, cinayətlərin, xüsusilə iqtisadi sahədə olan cinayətlərin dekriminallaşdırılmasını strateji istiqamət kimi müəyyənləşdirmişdir. Cəza siyasətinə məhz bu mövqedən yanaşan Azərbaycan Respublikası da cəza təyin edilməsi zamanı mediasiya, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların və şərti məhkum etmə institutlarının geniş tətbiq olunmasını qanunvericilik qaydasında təsbit edir. Qanunla təqsirləndirilən şəxsin bağışlanması hüququnun sahibi olan o cümlədən dövlət az ağır cinayətə görə təqsirləndirilən şəxsə humanizmlə yanaşılmasını-ona mərhəmət göstərilməsini, onun bağışlanmasını tələb edirsə, Azərbaycan Respublikasının Prezidenti dövlətin strateji xətti kimi cəzanın humanistləşdirilməsini, xüsusilə böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etməyə nisbətən digər alternativ cəzaların tətbiq edilməsini, şərti məhkum etmə institutunun daha geniş tətbiq edilməsini, mediasiya institutundan daha geniş istifadə olunmasını, cinayətlərin, xüsusilə iqtisadi sahədə olan cinayətlərin dekriminallaşdırılmasını müəyyən edirsə, təbii ki, bu tələblər hazırki iş üzrə də mütləq qaydada nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinin tətbiqi humanizm prinsipinin həyata keçirilməsi üsullarından biridir. Cinayət qanunvericiliyində humanizm prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsində öz əksini tapır. Əks hal, yəni humanizm prinsipinin ancaq zərərçəkmiş şəxslərə tətbiq edilməsi qanunçuluq, ədalət və humanizm prinsiplərinin pozuntusu olardı. Dünya praktikasında cinayət əməli törədən şəxsə münasibət humanizm prinsipinin cinayət hüququnda həyata keçirilməsinin göstəricisidir. Heç şübhəsiz ki, hazırki iş üzrə də təqsirləndirilən şəxsə, onun islah olunmasına, qanunlara hörmətlə yanaşmasına, yeni cinayət əməlinin törədilməsinin qarşısının alınmasına böyük mənəvi və hüquqi stimul yaradan cəza təyin edilməlidir ki, həmin cəza da həm ədalət prinsipini, həm də humanizm prinsipini özünə ehtiva etsin və fərdin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalət tarazlıq yaratmış olsun. Göstərildiyi kimi, qanunvericilik şəxsə ədalətli cəza, yəni törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və şəxsiyyətinə uyğun cəza təyin olunmasını tələb edir. Qeyd olunanların işığında heç şübhəsiz ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməsi formasında cəzaya, yəni azadlıqdan məhrum etmə cəzasına məruz qalması törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və şəxsiyyətinə uyğun olmamaqla, ədalətli olmazdı. Belə ki, cəzasını yüngülləşdirən halların olduğu və cəzasını ağırlaşdıran halların olmadığı, həmçinin onun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmədən əvvəl iki cəza növünün nəzərdə tutulduğu şəraitdə, Təqsirləndirilən şəxs ən sərt cəzanın-azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun fərdi azadlıq hüququ ilə şəxslərin sağlamlığı ilə bağlı ictimai münasibətlərin qorunmasında ifadə olunan ictimai maraq arasında ədalətli tarazlığı pozmuş olardı, işin hallarına əsasən heç də cəzanın məqsədlərinə nail olunmasına xidmət etməzdi və bir növ ondan qisas almağa xidmət edərdi ki, bu da qanunla yolverilməzdir. Belə ki, qeyd edildiyi kimi, cəza «talion» prinsipinə, yəni təqsirləndirilən şəxsdən əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Cəzanın məqsədi sosial ədalətin bərpası, xüsusi prevensiya (şəxsin özünü cinayət əməlinin törədilməsindən çəkindirmək) və ümumi prevensiyanın (başqa şəxsləri cinayət əməlinin törədilməsindən çəkindirmək) təmin edilməsidir. Qeyd edilənlərə əsasən məhkəmə hazırki işdə cəzanın məqsədlərinə nail olunması üçün Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə lüzum görmür. Digər tərəfdən, «Azərbaycan Respublikasında N0NN-ci il üçün yayayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən ölkə üzrə yaşayış minimumunun N10 manat, əmək qabiliyyətli əhali üçün yaşayış minimumunun NN0 manat müəyyən olunduğu, onun daşınmaz əmlakının, pensiya və digər müavinətlərinin olmadığı və yaşayış minimumu məbləğində aylıq qazancının olubolmadığının müəyyən edilmədiyi şəraitdə Təqsirləndirilən şəxs Azərbaycan Respulikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə cəzasının təyin edilməsi şübhə yoxdur ki, onun üçün ağır maddi məhrumiyyətlər yaratmış olardı və qətiyyən cəzanın məqsədlərinə xidmət etməzdi. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi, onun islah olunması və cəzanın digər məqsədlərinə nail olunması nöqteyi-nəzərindən daha məqsədəuyğundur. Həm də bu cəza törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə tam uyğun olmaqla, ədalətlidir. Bu cəza ilə Təqsirləndirilən şəxs azadlığına müəyyən məhdudiyyətlər tətbiq edilməklə cəzanın məqsədlərinə nail olunması mümkündür. Həmçinin bu cəza təyin edilərkən ərazi məhdudiyyətinin müəyyən olunması ilə əlaqədar Təqsirləndirilən şəxs müharibə dövründə yaranmış psixoloji problemlərlə bağlı Balakən, Zaqatala, Qax və Şəki rayonlarının ərazilərini keçməklə Şəki şəhərində yerləşən psixonevroloji xəstəxanada vaxtaşırı müayinədən keçməsi və müalicə olunması da nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, 44 günlük Vətən Müharibəsində iştirak etməsi, «Zəngilanın azad olunmasına» və «Cəbrayılın azad olunmasına görə» medalları ilə təltif edilməsi, Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunmasında vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə hərbi hissə komandiri tərəfindən Fəxri Fərmanla təltif olunması, ilk dəfə cinayət əməli törətməsi və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini,ona törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddinin təyin edilməsi üçün əsasların olmamasını, eyni zamanda hazırkı vaxtda “Covid-19” pandemiyası ilə bağlı mübarizənin daha ciddi aparılmasının zəruriliyini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 5N-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-N.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 5N-1.N-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 5N-1.N.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 5N-1.N.N. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 5N-1.N.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 5N-1.N.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə vaxtı saat N3:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən, Zaqatala, Qax və Şəki rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hazırki hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə sübut kimi tanınmış 10.0N.N0NN-ci il tarixdə hadisə yerinə baxış keçirilərkən aparılmış videoçəkiliş əks olunmuş 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 13N.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:... 13N.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99- 1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 5 iş saatı vaxt sərf edilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.N-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 9N.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may N018-ci il tarixli, N0N №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N001ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X5 Rekvizitləri: VÖEN **********, kod N0138N, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə vaxtı saat N3:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən, Zaqatala, Qax və Şəki rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə sübut kimi tanınmış 10.0N.N0NN-ci il tarixdə hadisə yerinə baxış keçirilərkən aparılmış videoçəkiliş əks olunmuş 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X5 Rekvizitləri: VÖEN **********, kod N0138N, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) N0 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Z.C.Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar