Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-47/2024 12.09.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, zərərçəkmsiş şəxs Zərərçəkmiş şəxs, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.2003-cü il tarixdə Balakən rayonu İtitala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli-himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmayan, Balakən rayonu İtitala kəndində qeydiyyatda olmaqla Balakən rayonu Hənifə kəndində yaşayan, Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(019)- 47/2024 saylı qərarı ilə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmiş və xx.xx.2024-cü il tarixdə tutularaq hazırda həbsdə olan- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 177.2.3-1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Belə ki, o, "xxxx" ASC tərəfindən Zərərçəkmiş şəxs verilmiş “Birbank Cashback” kartını xx.xx.2024-cü il tarixdə onunla kirayədə yaşadığı Balakən şəhəri Nəsimi küçəsindəki evin otağında masanın üzərindəki cüzdanın içərisindən götürüb, qəsdən, qanunsuz olaraq, vahid tamah niyyəti və talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 11:53-də həmin elektron daşıyıcısı olan kartı Balakən şəhəri H.Əliyev prospektində yerləşən "xxxx" ASC-nin bankomatına daxil etməklə Zərərçəkmiş şəxs məxsus 500 manat məbləğində pulu, həmin tarixdə saat 13:13-də yenidən həmin elektron daşıyıcısı olan kartı Balakən şəhəri H.Əliyev prospektində yerləşən "xxxx" ASC-nin bankomatına daxil etməklə Zərərçəkmiş şəxs məxsus 200 manat məbləğində pulu və həmin tarixdə saat 15:13-də bir daha həmin elektron daşıyıcısı olan kartı Balakən şəhəri H.Əliyev prospektində yerləşən "xxxx" ASC-nin bankomatına daxil etməklə Zərərçəkmiş şəxs məxsus 400 manat məbləğində pulu bankomatdan çıxarıb özgə əmlakını elektron məlumat daşıyıcılarından istifadə etməklə gizli yolla ələ keçirib talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 1100 (min yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi, ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahid ifadələri və işdə olan digər sübutların bilavasitə tədqiqi əsasında aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, həmçinin ibtidai istintaqda təqsirləndirilən şəxs qismində verdiyi ifadəsini təsdiq edərək, ifadəsində Zərərçəkmiş şəxs məxsus bank kartını ondan xəbərsiz götürərək, "xxxx" ASC-nin bankomatına üç dəfə daxil edib cəmi 1100 manat məbləğində pulu çıxarmaqla, Zərərçəkmiş şəxs ümumilikdə 1100 (min yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etdiyini, ilk dəfə cinayət əməli törətdiyini, cinayət əməli törətməsini etiraf edib bundan səmimi peşmançılıq çəkdiyini, himayəsində 2022-ci il təvəllüdlü bir azyaşlı uşağının olduğunu, zərərərçəkmiş şəxslə barışıq əldə etdiyini və cinayət nəticəsində dəymiş 1100 manat ziyanı könüllü şəkildə tamamilə Zərərçəkmiş şəxs ödədiyini bildirmiş və bu halların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3- 1-ci maddəsilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Balakən rayon sakini X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə etdiyi müraciəti və ifadəsinin məzmunu ilə tanış oldu. Hazırda Balakən rayonu İtitala kəndində qedydiyyatda olsa da, faktiki olaraq Balakən rayonu Hənifə kəndində yaşayır. Əvvəllər məhkum olunmamış və psixi xəstəliklər keçirməmişdir. 2021-ci ildə Balakən şəhər sakini Şahid ilə ailə həyatı qurmuşdur, bu evlilikdən onların 2 yaşlı X11 adlı oğul övladı vardır. O, ərindən təxminən 2 ay əvvəl ayrılmış, lakin rəsmi olaraq ayrılmamışdır. O, ərindən ayrıldığı üçün 2024-cü ilin yanvar ayının əvvəllərində Balakən şəhəri Nəsimi küçəsində nömrəsiz evdə kirayədə yaşamışdır. Həmin evdə onunla birlikdə bir otaqda Balakən rayonu Hənifə kənd sakini Zərərçəkmiş şəxs da kirayədə yaşamışdır. O, həmin vaxt Balakən şəhəri ərazisində yerləşən “Ekonom” adlanan mağazada satıcı işləmişdir. Kirayədə yaşadığı üçün oğlu Ömər əri ilə birlikdə yaşamışdır. Təxminən 2023-cü ilin dekabr ayında gözəllik salonunda işləyən Pərvanə adlı qadının vasitəçiliyi ilə Pədimat ilə tanış olmuşdur. O, həmin vaxtlarda rayon ərazisində kirayə ev axtarmış, Pədimat ona şəhər ərazisində kirayədə yaşadığını, aylıq 100 manat kirayə verdiyini, əgər razıdırsa kirayə pulunu ödəməkdə köməklik edəcəyi təqdirdə Pədimatın qaldığı evə köçməyini təklif etmişdir. O da Pədimatla razılaşıb Pədimatın kirayədə yaşadığı evinə köçmüşdür. Pədimat ilə aralarında xoş ünsiyyət yaranmış və onlar birlikdə bir neçə dəfə mağazaya alış-veriş etmək üçün getmişlər. Hər dəfə onlar mağazya gedəndə Pədimat kartla bağlı əməliyyatlardan anlayışı olmadığı üçün plastik kartını ona vermişdir ki, o, bankomatdan pul çıxardıb Pədimata versin. Pədimatın kartından pul çıxaranda bilmişdir ki, Pədimatın kartının kodu 1995-dir. 12 yanvar 2024-cü il tarixdə o, işlədiyi mağazaya gedərək, mağazanın sahibi Amil adlı şəxsə işə bir daha gəlməyəcəyini, işin ağır olduğunu deyib işdən çıxmışdır.xx.xx.2024-cü il tarixdə səhər saatlarında Pədimat kirayədə yaşadıqları evdən çıxıb işə getmiş, Pədimat evdən çıxanda qırmızı rəngli cüzdanın masanın üzərində olduğunu görmüşdür. Pədimat gedəndən sonra cüzdanı açanda içərisində onun səndələri və "xxxx" tərəfindən verilmiş plastik bank kartının olduğunu görmüş, bir anlıq belə fikrə gəlmişdir ki, kartdan pul çıxarıb öz ehtiyacları üçün xərcləsin. Kartı cüzdandan götürüb Pədimatın iş yerinə getmiş, onunla söhbət edən vaxt yalandan müdirindən 2 günlük icazə aldığını demişdir. Pədimat ilə söhbət edən vaxt Balakən şəhəri ərazisində yerləşən “Bahar” adlanan mağazaya paltar almaq üçün gedəcəyini də bildirmişdir. Pədimat ilə söhbət edəndən sonra oradan çıxıb Balakən şəhəri H.Əliyev prospektində yerləşən Bayraq meydanının qarşısında olan "xxxx"ın bankomatının qarşısına getmiş, həmin gün saat 11:53 radələrində Pədimatın kartını bankomata daxil edib şifrəni yazmış, bu vaxt Pədimatın hesabında 3192 manat pul vəsaiti olduğunu görmüşdür. O, kart hesabından 500 manat pul çıxarmış, pulu çıxarandan sonra 400 manatı yaxınlıqda olan dayanacağın arxasında yerləşən “MilliÖn” ödəmə terminalı vasitəsilə özünə aid "xxxx" tərəfindən verilən plastik kartına yükləmiş və geri qalan 100 manatı isə cibinə qoymuşdur. Daha sonra orada belə qərara gəlmişdir ki, “Bahar” mağazasına gedib özünə geyimlər alsın. Piyada həmin mağazaya getmiş, orada özünə 1 dəst, Pədimata 1 dəst geyimlər, özünə 1 ədəd qış gödəkcəsi 1 cüt ayaqqabı almışdır. Ona geyimin pulunun 210 manat təşkil etdiyi deyildikdə geyimləri mağazada qoyub oradan çıxaraq, Pədimatın kartını bankomata daxil etməklə saat 13:13 radələrində bankomatdan 200 manat pul çıxarmışdır. Bundan sonra mağazaya gedib geyimlərə görə 210 manat pulu verib geyimləri götürmüş və cibində 90 manat pul qalmışdır. O, övladı Ömər ilə həftədə 1 dəfə görüşmüşdür. xx.xx.2024-cü il tarixdə əri İsmayıla zəng edərək, oğlu Ömərlə xx.xx.2024-cü il tarixdə görüşmək istədiyini demiş, əri də etiraz etməmişdir. Geyim mağazasından çıxanda əri zəng edərək oğlu ilə birlikdə rayon ərazisində olduğunu demiş, o da aldığı geyimləri Pərvanə adlı qadının işlədiyi gözəllik salonuna qoyub oradan çıxaraq, yenidən Balakən şəhəri H.Əliyev prospektində yerləşən “Bayraq meydanı”nın qarşısında olan "xxxx"ın bankomatının qarşısına gedib Pədimatın kartından saat 15:13 radələrində əlavə olaraq 400 manat da pul çıxarıb, əri və və oğlu ilə Balakən şəhəri ərazisində yerləşən “Bayraq Meydanı” adlanan ərazidə görüşmüşdür. Əri ilə oğlunu yaxınlıqda yerləşən uşaq geyimləri satılan mağazaya aparmış, orada oğluna 200 manat məbləğində bir neçə dəst paltar almış, geyimləri alandan sonra oradan çıxıb şəhər ərazisində yerləşən “Ass Men” adlanan kişi geyimləri mağazasına getmiş, orada İsmayıla 120 manat dəyərində geyimlər almışdır. Onlar oradan çıxanda taksiyə əyləşmiş, yolda o, İsmayıla uşağın maddi ehtiyaclarını ödəsin deyə 100 manat, əlavə olaraq da uşağın əlinə 20 manat pul vermişdir. Onlar taksi ilə İsmayılın evinin qarşısına gedən zaman yolda gözəllik salonundan aldığı geyimləri götürmüş, İsmayılın evinin qarşısına çatmış və İsmayıl ilə uşaq maşından düşüb getmişlər. Bir qədər sonra İsmayıl ona zəng edərək borca 120 manat pul verməyini istəmişdir. İsmayıl ilə razılaşıb öz kartından 120 manat pul çıxarıb, İsmayılın Balakən bazarı ərazisində işlədiyi mağazaya gedib ona vermiş, bir qədər sonra yenidən bankomata gedib öz kart hesabından 40 manat pul çıxartmışdır. Bundan sonra mağazaya gedərək ərzaq alıb evə getmişdir. Həmin gün axşam saatlarında Pədimat evə gəlmişdir. Pədimat evə gəldikdən bir qədər sonra onların həyətində yaşayan Ayşə adlı qadın onlara gəlmişdir. Onlar söhbət edən vaxt Ayşə oğlunun kart hesabından 70 manat pul çıxarıldığı, həmin şəxsi tapa bilmədiyi barədə söhbətlər etmişdir. Pədimat ona özünün kartından pulu çıxararaq evə gətirmək lazım olduğunu deməklə, onunla birlikdə bankomata getməyini xahiş etmiş, o da Pədimat ilə birlikdə evdən çıxıb bankomata getmişdir. O, Pədimatdan kartını götürüb bankomatdan 4 dəfə hissə-hissə ümumi olaraq 2090 manat pul çıxarıb Pədimata vermişdir. Onlar oradan çıxıb evə gəlmişlər. xx.xx.2024-cü il tarixdə isə bilmişdir ki, Pədimat pulunun oğurlanmasını bilərək, polisə müraciət etmişdir. Pədimatın kartından oğurladığı ilkin 500 manat puldan 400 manatını özünə məxsus olan "xxxx" ASC tərəfindən verilmiş **********692639 nömrəli “Birbank Cashback” kartına yükləsə də, oğlu Ömərlə görüşməzdən əvvəl həmin puldan 100 və 200 olmaqla ümumilikdə 300 manat çıxarmış, sonra isə yenidən 300 manatı öz kart hesabına vurmuşdur. Həmin gün içərisində də pulun qalanını hissə-hissə olmaqla yenidən öz kartından çıxarmışdır. O, Zərərçəkmiş şəxs kartından əvvəlcədən elə 1000 və ya 1100 manat məbləğində pul çıxarmağı planlaşdırmış, sadəcə olaraq ilkin 500 manat çıxarmışdır ki, həmin pulu xərcələyəndən sonra yenə çıxarsın. Bundan sonra isə həmin 500 manatı xərcləmiş, yenidən kartdan 200 manat çıxarmış, həmin 200 manatı xərclədikdən sonra da yenidən 400 manat məbləğində pul çıxarmışdır. Həmin pulları da öz ehtiyaclarına xərcləmişdir. Onun əvvəlcədən Zərərçəkmiş şəxs kartından 3 dəfə olmaqla çıxardığı ümumilikdə 1100 manat məbləğində pulu əldə etmək niyyəti olmuşdur. Başqa da Pədimatın kartından pul əldə etmək niyyəti olmamışdır. Əri İsmayılla görüşüb ona və oğluna paltar alan zaman, daha sonra da İsmayıla borc pul verdiyi zaman əri İsmayıl onun həmin pulu Pədimat adlı şəxsin kart hesabından oğurladığını bilməmiş və ya həmin pulun onda haradan olması barədə o, İsmayıla heç nə deməmişdir. İsmayılın onun oğurluq etməyindən məlumatı olmamışdır. Onun Pədimat adlı şəxsin kart hesabından pul oğurladığını başqa hər hansı bir şəxs bilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib həmin ifadəsinə istinadən verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2015-ci ildə Balakən rayonu Hənifə kənd sakini X5 ilə ailə həyatı qurmuşdur, bu evlilikdən onların Cəvahir adlı 7 yaşlı övladı vardır. O, Orxandan 2017-ci ildə rəsmi şəkildə boşanmışdır. Həmin vaxtdan etibarən Orxanla birlikdə yaşamamışdır. Təxminən 4 ay bundan öncə o, Balakən şəhəri Nəsimi küçəsində yerləşən Maral adlı qadının evinə köçmüş, həmin evdə aylıq 100 manat verməklə kirayədə yaşamışdır. Təxminən 1 ay bundan öncə gözəllik salonunda işləyən tanışı Pərvanə adlı qadının vasitəsilə Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Gülşən onunla söhbət zamanı kirayə ev axtardığını demişdir. O, Gülşənə şəhər ərazisində kirayədə yaşadığını dedikdən sonra Gülşən ona həmin evdə birlikdə qalmağı təklif etmiş, o da Gülşənlə razılaşmışdır. Aralarında belə razılıq olmuşdur ki, kirayə haqqını, yəni 100 manatın yarısını 50 manatı hər ay Gülşən, geri qalan 50 manatı isə o, versin. O, 2 ilə yaxındır ki, Balakən rayon mərkəzi bazarın yaxınlığında yerləşən gül mağazasında satıcı işləyir. Gülşənin isə Balakən şəhəri ərazisində yerləşən “Ekonom” adlanan mağazada satıcı işlədiyini, Gülşənin 2 yaşlı övladının olduğunu və birlikdə hər gün səhər saatlarında işə gedib axşam saatlarında evə gəldiyini bilmişdir. 1 il bundan öncə Kapital Bankdan özünə **********125480 nömrəli “Cash Back” adlanan kredit kartı almış, həyat yoldaşının verdiyi aliment pullarını və hər ay aldığı məvacibini həmin kart hesabına yükləmişdir. Onun hesabında 3192 manat pul olmuş, kartını qırmızı rəngli cüzdanında saxlamışdır. xx.xx.2024cü il tarixdə səhər saatlarında o, bank kartını cüzdanına, həmin cüzdanı da evdə masanın üzərinə qoyub evdən çıxıb işə getmiş, həmin gün səhər saat təxminən 10 radələrində Gülşən onun iş yerinə gəlmiş, müdiri Amil adlı şəxsdən 2 günlük icazə aldığını, Balakən şəhəri ərazisində yerləşən “Bahar” adlanan mağazaya gedəcəyini bildirmiş və bir qədər sonra çıxıb getmişdir. Həmin gün axşam saatlarında o, evə gələndə görmüşdür ki, Gülşən evdədir. Evə daxil olanda Gülşənin çoxlu sayda özünə yeni dəst paltarlar aldığını görmüşdür. Gülşənə hansı pul ilə bu qədər paltar aldığını soruşduqda, Gülşən tanışı bir nəfər oğlanın həmin paltarları aldığını söyləmişdir. Həmin gün axşam saatlarında Gülşən ilə evdə söhbət edən vaxt Gülşən ona kart hesabında olan pul vəsaitinə görə gündəlik bank tərəfindən faiz çıxılacağını demiş, o da kart ilə bağlı əməliyyatlardan anlayışı olmadığı üçün inanmışdır. Gülşən ona təklif etdi ki, gedib pulu birlikdə çıxarıb evə gəlsinlər. Onlar birlikdə evdən çıxıb Balakən şəhəri H.Əliyev prospektində yerləşən Kapital Banka məxsus bankomatın qarşısına getmişlər. O, kartını Gülşənə vermiş və kart hesabında nə qədər pul varsa çıxarıb ona verməsini bildirmiş, bu zaman Gülşən kartdan 3 dəfə hissə-hissə ümumilikdə 2088 manat pul çıxarıb ona vermiş və demişdir ki, kart hesabında 28 qəpik pul qalmışdır. O, pulu götürüb Gülşən ilə birlikdə evə gələndən sonra özü üçün kart hesabında olan pulu hesablayanda müəyyən etmişdir ki, hesabında 3192 manat pul olub, lakin onlar kartdan 2088 manat pul çıxarmışlar. O, kart hesabında olan pulun dəqiq haraya xərcləndiyini müəyyən etmək üçün bank kartı alan vaxt qeydiyyatdan keçdiyi, lakin istifadə etmədiyi ***-***-**-** saylı mobil nömrəni telefonuna daxil etmək istəmiş, lakin nömrəni telefonuna daxil edə bilmədiyi üçün Gülşənə vermiş, o da nömrəni telefonuna daxil etmişdir. Nömrə telefona daxil olunduqdan sonra bir neçə dəfə telefonuna mesajlar gəlmişdir. O, baxanda telefonuna Kapital Bank tərəfindən 3 dəfə mesaj gəldiyini görmüşdür. Həmin mesajlarda xx.xx.2024-cü il tarixdə saat 11:53 radələrində 500 manat, saat 13:13 radələrində 200 manat, saat 15:13 radələrində isə 400 manat çıxarıldığı qeyd edilmişdir. Gülşəndən bunun necə baş verdiyini soruşanda Gülşən ona bundan xəbərinin olmadığını demişdir. O, bunu aydınlaşdırmaq üçün xx.xx.2024-cü il tarixdə Balakən RPŞ-yə gələrək, bu barədə ərizə ilə müraciət etmişdir. Sonradan isə Təqsirləndirilən şəxs həmin kartda olan pulun 1100 manat hissəsini ondan gizli çıxarıb oğurladığı ona məlum olmuşdur. Kart hesabından 1100 manat pul çıxarılıb və ona ümumilikdə 1100 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona vurduğu 1100 manat məbləğində ziyanı könüllü şəkildə tamamilə ona ödəmiş və onunla barışmışdır. Onun Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib, həmin ifadəyə istinadən verdiyi ifadəsində göstərmişdir ki, 2021-ci ildə Balakən rayon sakini Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur və bu evlilikdən onların 2 yaşlı Ömər adlı oğul övladları vardır. O, arvadı Gülşən ilə təxminən 3 ay əvvəl ayrılmış, lakin rəsmi olaraq ayrılmamışdır. Gülşən həmin vaxtdan başqa evdə, ondan ayrı yaşayır. xx.xx.2024-cü il tarixdə Gülşən ona zəng edərək, oğulları Ömərlə xx.xx.2024-cü il tarixdə görüşmək istədiyini demiş və razılaşmışlar. xx.xx.2024-cü il tarixdə səhər təxminən 11 radələrində Gülşənə zəng edib oğulları Ömər ilə birlikdə rayon ərazisində olduğunu demiş və X8 yaxılığında görüşüb Öməri Gülşənə verib ondan ayrılmışdır. Təxminən 2-3 dəqiqədən sonra Gülşən təkrar ona zəng edib uşağın ağladığını, onu istədiyini deyib çağırmış və o da gedib Gülşənlə H.Əliyev prospektində yerləşən adı yadında qalmayan uşaq geyimi mağazasının qarşısında görüşmüş və Gülşən orada oğullarına 200 manat məbləğində bir neçə dəst paltar almışdır. Gülşən geyimləri alandan sonra oradan çıxıb şəhər ərazisində yerləşən “Ass Men” adlanan kişi geyimləri mağazasına getmiş və orada Gülşən ona ümumilikdə 120 manat dəyərində 01 ədəd qara rəngli kofta, 01 ədəd boz rəngli şalvar və 01 ədəd boz rəngli qış gödəkçəsi almışdır. Onlar oradan çıxıb yadında qalmayan nömrəli və markalı taksiyə əyləşmiş, yolda Gülşən uşağın maddi ehtiyaclarını ödəməsi üçün ona 100 manat, əlavə olaraq da uşağın əlinə 20 manat pul vermişdir. Onlar taksi ilə Milana adlı gözəllik salonuna getmiş, Gülşən oradan geyimlər götürmüş və daha sonra taksi ilə Gülşənin kirayə yaşadığı evin qarşısına çatmış və o, oğlu Ömərlə maşından düşüb getmişdir. Bir qədər sonra Gülşənə zəng edərək, borca 120 manat pul verməsini istəmiş, Gülşən də razılaşıb Balakən bazarı ərazisində işlədiyi Vahid Store adlı mağazaya gəlib 120 manat pulu ona vermişdir. O, arvadı Təqsirləndirilən şəxs verdiyi 120 manat pulun, ona və oğlu Ömərə geyimlər alarkən xərclədiyi pulların və əlbəəl taksidə verdiyi pulun oğurluq olmasını bilməmiş, Təqsirləndirilən şəxs ona bu barədə heç bir məlumat verməmiş, əksinə, maaş aldığını bildirmişdir. Sonradan polis şöbəsində Gülşənin Zərərçəkmiş şəxs kartından 1100 manat pul çıxardığını eşitmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 2024/111/8300 saylı məktubu ilə göndərilmiş 01 ədəd CD diskə baxış keçiriləmsi haqqında 01 aprel 2024-cü il tarixli protokoldan və 01 ədəd CD diskindəki görüntülərdən görünür ki, disk və sənədlərə baxış zamanı həmin 01 ədəd CD diskdə olan fotoşəkillərdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus kartdan Balakən şəhəri H.Əliyev prospektinde yerləşən Kapital Bank ASC-yə məxsus bankomat vasitəsilə xx.xx.2024-cü il tarixdə saat 11:53-də 500 manat, həmin tarixdə saat 13:13-də 200 manat məbləğində, yenə həmin tarixdə saat 15:13-də isə 400 manat məbləğində pulu çıxarmasına dair görüntülər əks olunduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tələbnamə əsasında verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan «Balakən rayon Mərkəzi Xəstəxanası» X14 6 mart 2024-cü il tarixli 18-1-27/2-175/2024 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Balakən MRX-nın Polikilinika şöbəsində həkim narkoloqun və həkim psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan Balakən Rayon Polis X4 (bundan sonra Balakən RPŞ-nin İB) müstəntiqinin 04 aprel 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Şahid barəsində Azərbaycan Respublikası CM-nin 194 və 307-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, Kapital Bank” ASC-nin xx.xx.2024-cü il tarixli 2024/111/8300 saylı məktubu ilə göndərilmiş 01 ədəd CD diski maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarından həmçinin görünür ki, xx.xx.2022-ci il tarixdə doğulmuş X11 olmaqla Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşaq vardır. İş materiallarına əlavə olunmuş Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1 (019)-47/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsilə Təqsirləndirilən şəxs 04 iyun 2024-cü il tarixdə saat 15.40-da məcburi qaydada Balakən Rayon Məhkəməsinə gətirilməsi qərara alınmış, qərarın icrası Balakən RPŞ-yə həvalə edilmişdir. İş materiallarına əlavə olunmuş Balakən RPŞ-nin Balakən Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-13-66/2-397/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs rayon ərazisində olmadığından onun Balakən Rayon Məhkəməsinə gətirilməsinin təmin edilməsi mümkün olmamışdır. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1 (019)- 47/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsilə Təqsirləndirilən şəxs 25 iyun 2024-cü il tarixdə saat 12.00-a məcburi qaydada Balakən Rayon Məhkəməsinə gətirilməsi qərara alınmış, qərarın icrası Balakən RPŞ-yə həvalə edilmişdir. İş materiallarına əlavə olunmuş Balakən RPŞ-nin Balakən Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-13-66/2-14664/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs rayon ərazisində olmadığından onun Balakən Rayon Məhkəməsinə gətirilməsinin təmin edilməsi mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1 (019)-47/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsilə Təqsirləndirilən şəxs haqqında axtarış elan olunmaqla barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmiş, Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respulikası Ədliyyə Nazirliyinin Şəki Penitensiar X1 təhvil verilməsi, qərarının icrasının Balakən RPŞ-yə tapşırılması, Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsilə Təqsirləndirilən şəxs tapılanadək hazırki cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Balakən RPŞ-nin Balakən Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-13-66/2-18279/2024 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsilə Təqsirləndirilən şəxs axtarışa elan olunması haqqında məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı əsasında xx.xx.2024-cü il tarixdə Balakən RPŞ-də 320849 nömrəli axtarış işi açılmaqla mərkəzləşdirilmiş uçotda qeydiyyata qoyulmuşdur. Hazırda Təqsirləndirilən şəxs yerinin müəyyən edilərək tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir. İş materiallarına əlavə olunmuş Balakən RPŞ-nin Balakən Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-13-66/2-14226/2024 saylı məktubdan və 10 sentyabr 2024-cü il tarixli barəsində axtarış elan olunmuş şəxsin tutulması barədə protokoldan görünür ki, Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə Balakən RPŞ-nin CAB-də açılmış 320849 nömrəli axtarış işi üzrə Balakən Rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsilə axtarışa elan olunmuş Musayeva X3 şəhəri ərazisində müəyyən edilərək tutulmuş və Balakən RPŞ-yə gətirilməklə həmin şöbənin X12 təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs Balakən Rayon Məhkəməsinə ünvanladığı yazılı ərizədən görünür ki, Təqsirləndirilən şəxs onu vurduğu 1100 manat ziyanı ona tam ödəmiş və onunla barışmışdır. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iş üzrə Zərərçəkmiş şəxs və Şahidov Yusif oğlunun verdikləri ifadələri, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Oğurluğun, yəni özgənin əmlakını gizli olaraq talamanın elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədilməsinə görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair» 22 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin tərkibi vardır,həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyşalı uşağın olması, CM-nin 59.1.12-ci maddəsində zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, CM-nin 59.1.13-cü maddəsində cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallar kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. İşin faktoloji hallarına və qanun normalarının tələbinə əsasən məhkəmə himayəsində bir azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə zərərçəkmiş şəxsə ödəməsini, ilk dəfə cinayət əməli törətməsini və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasının göstərilən yüngülləşdirən hallarının nəzərə alınmasını onunla əsaslandırır ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olması, onun zərərçəkmiş şəxslə barışıq əldə etməsi və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə zərərçəkmiş şəxsə ödəməsi müəyyən olunmuşdur. Bu halların təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalı olması yuxarıda istinad olunan qanun normalarının-müvafiq olaraq CM-nin 59.1.4cü maddəsinin, CM-nin 59.1.12-ci maddəsinin və CM-nin 59.1.13-cü maddəsinin tələbindən irəli gəlir ki, məhkəmə də həmin qanun normalarının tələbini nəzərə almışdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsi, bununla da kriminal meyilli şəxs olmaması, antisosial yönümün psixikasında model davranışa çevrilməməsi işdəki sübutlarla təsdiq olunur. Ona görə də məhkəmə tərəfindən ilk dəfə cinayət əməli törətməsi Təqsirləndirilən şəxs kriminal meyilli şəxslərdən fərqləndirmək üçün ağlataban əsas kimi qiymətləndirilməklə cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Məhkəmə eyni zamanda nəzərə çatdırır ki, Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlinə görə təəsüflənməklə peşman olduğunu bildirməsi, ona istinad olunan əmələ tənqidi münasibətini ifadə etməklə həqiqətən də onu müsbət xarakterizə edən haldır. Bu konteksdə nəzərə çatdırılmalıdır ki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti, o cümlədən az ağır cinayəti törədən şəxs tərəfindən də yaşana və Cinayət Məcəlləsinin 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Bu konteksdə diqqətə alınmalıdır ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 75-ci maddəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hal (Azərbaycan Respublikası CM-in 72-ci maddəsi ilə eyni hallarda) səmimi peşmançılıq deyil, əməli peşmançılıq adlandırılmış, yəni səmimi peşmançılığın üstün-yalnız əməli hərəkətlərlə ifadə olunmuş forması olaraq qeyd edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs cinayət törətməsini etiraf edib bundan peşmançılıq çəkməsi məhz ona istinad olunan Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə təəssüflənməklə bu əmələ tənqidi münasibətini ifadə edir və bu xüsusda onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə nəzərə çatdırır ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsinin saknsiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və onun şəxsiyyətini xarakterizə edən hallar, o cümlədən himayəsində bir azyaşlı uşağın olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə zərərçəkmiş şəxsə ödəməsi, ilk dəfə cinayət əməli törətməsi və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların olmaması ilə bağlı əməlinə adekvatlıq, islah olunmasına və ailəsinin həyat şəraitinə mənfi təsir edəcəyi xüsusunda ədalət prinsipinə zidd olardı. Ona görə də məhkəmə qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından əsaslı və məqsədəuyğun sayır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən himayəsində bir azyaşlı uşağın olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə zərərçəkmiş şəxsə ödəməsi, ilk dəfə cinayət əməli törətməsi və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmasını, onun barəsində daha ciddi cəzanın təyin edilməsi üçün əsasların olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 10 sentyabr 2024-cü il, 11 sentyabr 2024-cü il və 12 sentyabr 2024-cü il tarixlərdə tutulub həbsdə saxlandığı 3 (üç) gün müddətin bir günü ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraat aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayət məsuliyyətindən azad edilməsi və habelə barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Balakən rayonu Hənifə kəndində yerləşən yaşayış yerini gecə saat 23:00-da növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hazırki hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi nəticəsinə gəlindiyi üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, barəsində seçilən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 162.1.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirildikdə və ya ləğv edildikdə, habelə məhkuma təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadıqda, həmin Məcəllənin 162.1.3-cü maddəsinə əsasən şəxsin həbsdə saxlanılmasına zərurət olmadığı müəyyən edildikdə şəxs məhkəmənin qərarına əsasən həbsdən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 162.3-cü maddəsinə əsasən bu Məcəllənin 162.1.1 və 162.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda həbsdə saxlanılan şəxs məhkəmə zalında dərhal həbsdən azad olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Azərbaycan Respublikası CPM-nin 175.3-cü maddəsinə əsasən məhkəmənin həbs, ev dustaqlığı və ya girov qismində seçdiyi qətimkan tədbiri yalnız məhkəmə tərəfindən dəyişdirilə və ya ləğv oluna bilər… Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD diski hazırki cinayət işi materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:… 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X9 Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 12 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 72 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X10 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinndə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 10 sentyabr 2024-cü il, 11 sentyabr 2024-cü il və 12 sentyabr 2024-cü il tarixlərdə tutulub həbsdə saxlandığı 3 (üç) gün müddətin bir günü ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Balakən rayonu Hənifə kəndində yerləşən yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin; barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD diski hazırki cinayət işi materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 72 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X10 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən:Z.C.Tahirov
Məhkəmə qərarları › İş №1(019)-47/2024
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-47/2024
12.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver