Məhkəmə qərarları › İş №1(019)-48/2023

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-48/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-48/2023 12.04.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi,məhkəmə iclas katibi X1 katibliyi,tərcüməçi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsinin icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və təqsirləndirilən şəxs Nigeriya Federativ Respublikası vətəndaşı Təqsirləndirilən şəxs (X6) və onun müdafiəçisi-Balakən Rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS - 13 aprel 1989-cu ildə Nigeriya Federativ Respublikasında anadan olmuş, Nigeriya Federativ Respublikasının vətəndaşı, natamam ali təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, evli, Nigeriya Federativ Respublikasının Okposi şəhərində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs (X6) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs (X6) Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahı tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət- buraxılış məntəqələrində tətbiq edilən məhdudiyyətlərlə bağlı həmin məntəqələrdən piyada keçid zolağı ilə ölkə ərazisini tərk edə bilmədiyindən və hava yolu ilə ölkə ərazisini tərk etməyə maddi imkanı olmadığından işləmək məqsədi ilə Gürcüstana getmək üçün 02 yanvar 2023-cü il tarixdə, saat 21 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Balakən rayonunda yerləşən 7-ci sərhəd zastavasının xidməti ərazisinin 1ci sahəsindən Azərbaycan Respublikasından Gürcüstana qəsdən qanunsuz olaraq keçməyə cəhd edərkən, Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəbə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxs (X6) sözügedən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, şahidlərin ifadələri və tədqiq olunan digər sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs (X6) ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 03 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikasında yerləşən Asiya Universitetinə daxil olaraq elektron sistemlə Nigeriyada universitetin hesabına 200 ABŞ dolları ödəmiş və qalan 1000 ABŞ dolları da ödəyəcəyi təqdirdə 1-ci kursda təhsilə başlayacaqmış. Lakin pulu olmadığı üçün işləyərək pul əldə edib təhsil haqqını tamamlamağı düşünərək Gürcüstana getmək qərarına gəlmişdir. Təyyarə bileti almağa pulu olmadığı, piyada keçid məntəqələridən isə Gürcüstana getmək mümkün olmadığı üçün Bakı şəhərində taksiyə əyləşərək taksi sürücüsünə onu Balakən rayonuna aparmasını söyləmiş, N yanvar 2023-cü il tarixdə telefonunda “Google Maps” programı vasitəsilə Gürcüstan sərhədinə getmiş və sərhədi keçmək istəyərkən sərhədçilər tərəfindən saxlanılmışdır. Azərbaycan Respublikasında heç kimi tanımır, saxlanıldığı zaman, yaxud saxlanıldıqdan sonra ona qarşı hər hansısa bir formada fiziki, psixoloji təzyiq edilməmişdir.Əməlindən çox peşmandır.Ailə vəziyyətini, xəstə uşağının olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikasının DSX-nin N nömrəli hərbi hissəsinin sərhəd komendantlığının komendantı, mayor Şahid2 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2023-cü il tarixdə, saat 21:00-dan N nömrəli hərbi hissənin 7-ci sərhəd zastavasının 1-ci sahəsinin arxa istiqamətinə “Pusqu” sərhəd naryadına o, sərhəd naryadının üzvü kapitan Şahid1, mayor Məqsəd Məhərrəmov, leytenant Şahid3 və əsgər Toğrul Hadıyev ilə birlikdə təyin edilmiş, xidmətdə olduqları zaman 02 yanvar 2023-cü il tarixdə, saat 21 radələrində bir nəfərin yol kənarında avtomobildən düşüb Azərbaycan Respublikasından Gürcüstan istiqamətində meşəlik əraziyə getdiyini görmüşlər.Hadisə barədə aidiyyət üzrə məruzə etdikdən sonra həmin şəxsi və ərazini nəzarətdə saxlamaqla bağlı göstəriş alaraq bir müddət ərazini müşahidə etdikdən sonra Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə ərazini müşahidə edə-edə, ağacların arxasından gizlənə-gizlənə hərəkət edən həmin şəxsə nizamnamənin tələbinə uyğun olaraq “Dayan!” çağırış komandası vermişlər.Daha sonra ona yaxınlaşaraq qanunvericiliyin tələblərinə uyğun şəkildə saxlamışlar.Sərhəd zastavasının heyəti “Silaha” komandasına qalxaraq hadisə yerinə gəldikdən sonra komandaya uyğun olaraq ərazidə axtarış tədbirləri aparılaraq saxlanılmış şəxs sərhəd zastavasına aparılmışdır. Sonradan onun Nigeriya Federativ Respublikası vətəndaşı Təqsirləndirilən şəxs (X7) olduğunu və Azərbaycan Respublikasından Gürcüstana qanuni yolla gedə bilmədiyinə görə dövlət sərhədini pozduğunu öyrənmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikasının DSX-nin N nömrəli hərbi hissəsinin hərbi qulluqçuları Şahid1 və Şahid3 Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişlər. İşin 4-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş DSXnin N nömrəli hərbi hissəsinin komandirinin N yanvar 2023-cü il tarixli məktubundan görünür ki, 02 yanvar 2023-cü il tarixdə dövlət sərhədini Azərbaycan Respublikasından Gürcüstan istiqamətində qanunsuz yolla keçməyə cəhd etmiş Nigeriya Federativ Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs (X7) sərhəd naryadı tərəfindən saxlanılmışdır. İşin 16-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs (X7) N yanvar 2023-cü il tarixdə 24 saat müddətinə inzibati qaydada tutulmuşdur. İşin 17-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli şəxsi axtarış, fiziki şəxsdə olan əşyaları yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında protokoldan görünür ki, N yanvar 2023-cü il tarixdə saat 03:15-də Təqsirləndirilən şəxs (X7) şəxsi axtarışı, fiziki şəxsdə olan əşyaların yoxlanması keçirilmiş, Təqsirləndirilən şəxs (X7) üzərindən 1 ədəd smartfon tipli “Tesno” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. İşin 25-26-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş N yanvar 2023-cü il tarixli, hadisə yerinə baxış protokolundan görünür ki, Nigeriya Federativ Respublikası vətəndaşı Təqsirləndirilən şəxs (X7) 02 yanvar 2023-cü il tarixdə dövlət sərhədini Azərbaycan Respublikasından Gürcüstan istiqamətində qanunsuz yolla keçməyə cəhd etdiyi ərazini göstərmiş və həmin ərazi N nömrəli hərbi hissənin 7-ci sərhəd zastavasının 1-ci sahəsi olmuşdur. İşin 79-82-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 05 yanvar 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs (X7) məxsus emaillə “Google Maps” proqramının axtarış tarixçəsində 02 yanvar 2023-cü il tarixdə ‘Azərbaycan Resbublikası-Gürcüstan” sərhədinin koordinatının axtarışı aparılmışdır. Bu barədə Təqsirləndirilən şəxs (X7) ona məxsus telefonun “Google Maps” proqramında Gürcüstan sərhədini axtardığını və həmin koordinat əsasında Gürcüstana getmək istədiyini demişdir. İşin 99-100-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş DSX-nin ƏABİ-dən daxil olmuş sorğuya cavabdan görünür ki, Nigeriya Federativ Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs (X7) dövlət sərhədindən ümumilikdə 1 hərəkəti qeydə alınmaqla 03 dekabr 2023-cü il tarixdə Qətər Dövlətindən Azərbaycan Respublikasına olmuşdur. İşin 83-85-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsininin 05 yanvar 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki,həmin tarixdə Təqsirləndirilən şəxs (X7) barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbs müddətinin əvvəlinin xx.xx.2023-cü ildən hesablanması qərara alınmışdır. İşin 55-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs (X6) əvvəllər məhkum olunmamışdır. Məhkəmə iş üzrə şahidlər- Şahid1,Şahid3 və Şahid2 ifadələrini,məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs (X6) ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs (X6) Gürcüstana getmək məqsədi ilə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqəsindən kənarda Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçməyə cəhd etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Qanunda nəzərdə tutulmuş qaydada xüsusi ayrılmış nəzarət məntəqələrindən keçmək şərti ilə şəxsi pasportları və beynəlxalq müqavilələrə uyğun olaraq rəsmiləşdirilmiş icazə-viza əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər. Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini, təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmaqla anlaqlı olmasını, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə cəhd etməsini, həmin əməli qəsdən törətməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs (X6) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir,həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsinin tərkibi vardır,həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında"Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs (X6) cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs (X6) cəza təyin edərkən ona hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini,onun şəxsiyyətini,əvvəllər məhkum olunmamasını,cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda cərimə cəzasının təyin edilməsinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini, onun islah olunması üçün cəmiyyətdən təcrid edilməsinin zəruri olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs (X6) barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq,işin hallarını,təqsirləndirilən şəxsin cəzadan azad edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. O,xx.xx.2023-cü il tarixdə tutulduğundan onun cəzaçəkmə müddətinin əvvəli həmin gündən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2ci maddəsinə uyğun olaraq o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs (X6) barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs (X6) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Təqsirləndirilən şəxs (X6) Nigeriya Respublikasının vətəndaşı olduğundan məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir.Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs (X6) Nigeriya Federativ Respublikasının vətəndaşı olmasını,Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs (X6) barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. İş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs (X7) üzərindən götürülmüş, DSX İTİ-nin maddi sübutların saxlanc yerində saxlanılan 1 ədəd smartfon tipli “Tesno” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs (X7) qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxsin (X6) hüquqlarının müdafiəsinə 09 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsə (X6) məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 54 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X4 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Həmçinin hazırki iş üzrə göstərilən tərcümə xidməti ilə bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 80 (səksən) manat tərcüməçi X3 ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs - Nigeriya Federativ Respublikası vətəndaşı Təqsirləndirilən şəxs (X6) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin.Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli N yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs (X6) barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs (X7) üzərindən götürülmüş, DSX İTİ-nin maddi sübutların saxlanc yerində saxlanılan 1 ədəd smartfon tipli “Tesno” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs (X7) qaytarılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1 və 58.3-cü maddələri tətbiq olunmaqla Təqsirləndirilən şəxs (X6) əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Təqsirləndirilən şəxsə (X6) məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 54 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, “KAPİTALBANK” X4 Rekvizitləri:VÖEN-**********,kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Hazırki iş üzrə göstərilən tərcümə xidməti ilə bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 80(səksən) manat tərcüməçi X3 ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar