Məhkəmə qərarları › İş №1(019)-48/2024

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-48/2024

03.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-48/2024 03.09.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, X1 oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİİ dərəcəli hüquqşünas X2, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 2001-ci il tarixdə Balakən rayonu Gərəkli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Balakən rayonu Gərəkli kəndində qeydiyyatda olan və həmin kənddə daimi yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda həbsdə olan- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə, qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə xeyli miqdarda – 20,83 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı əldə edib özündə saxlayaraq daşımış, Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) əməkdaşları tərəfindən keçirilmiş müvafiq tədbir nəticəsində 30 yanvar 2024-cü il tarixdə saat 02:00 radələrində yaşadığı Balakən rayonu Gərəkli kəndində evinin qarşısındakı yolda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Balakən RPŞ-yə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə-qurudulmuş marixuana bir ədəd sellofan bükümdə olmaqla əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. 21 may 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadə vermək istəmədiyini bildirmiş, lakin cinayət prosesi iştirakçılarının suallarına cavabında toxumlarını yabanı halda əldə etməklə iki ağacdan ibarət narkotik vasitəni özünün meşə ərazisində əkdiyini, narkotik vasitələri satış məqsədilə deyil, çəkmək məqsədilə verdiyini və bununla bağlı 30-40 manat pul aldığını, gecə saat 2-də qapılarının ağzında saxlandığını, həmin vaxt çölə hava almaq üçün çıxdığını, ona zəng gəlmədiyini, saxlandığı zaman polis əməkdaşları tərəfindən ona təzyiq olunmadığını, onun da yayınmadığını və polisə müqavimət göstərmədiyini, onda xəsarətin əvvəldən olduğunu, onun polis şöbəsinə aparıldığını və üzərində narkotik vasitə çıxdığını, onun narkotik verdiyi adamların da saxlandığını, Şahid3 mühafizə polisi işlədiyini, onun üzərində pul aşkar olunmadığını, pulu xərclədiyini, narkotikin nə vaxt verdiyinin dəqiq yadında olmadığını, ibtidai istintaqda çaşdığını və fikrini tam çatdırmadığını, onun məhkəmə istintaqında verdiyi ifadəsinin doğru olduğunu, polis tərəfindən ona fiziki və psixi təsirin göstərilmədiyini qeyd etmişdir. 05 iyun 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə özünü təqsirli bilməyərək, onun üstündə 20 qram narkotik vasitənin olmadığını, polis şöbəsində ona boynuna almadığı təqdirdə evinə külli miqdarda narkotik vasitə qoyulacağının bildirlildiyini, lakin bunun kim tərəfindən deyildiyini bilmədiyini, bu barədə müdafiəçisinə heç nə demədiyini, saxlanıldıqdan sonra vəkilin gəldiyini, qorxduğu və çəkindiyi üçün əvvəl təqsirini boynuna aldığını, narahat olduğu və qorxduğu üçün ibtidai istintaqda belə ifadə verdiyini, ibtidai istintaqda təqsirini boynuna aldığını, lakin satış məqsədilə narkotik vasitə əldə etdiyini deməsini xatırlamadığını, kiminləsə narkotik vasitəni satmaq barədə razılığa gəlmədiyini, bir-iki dəfə narkotikdən istifadə etdiyini, evlərində axtarışın aparılmadığını, avtomaşınının olmadığını, hər hansı tərəzinin tapılmadığını, onun evinin qapısının ağzında gecə saat 02-də tutulduğunu, tutulanda üzərində narkotik vasitənin olmadığını, üstünə narkotikin polis şöbəsində qoyulduğunu, kimin narkotiki qoymasını və necə qoymasını bilmədiyini və tanımadığını, vəkilin bir saatdan sonra videoçəkilişlə şəxsi axtarış aparılanda gəldiyini, üzərinə narkotik vasitə qoyan polisin axtarışda iştirak edib-etməməsini bilmədiyini, qorxduğumdan müstəntiqə və prokurora şikayət etməməsini göstərmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsində özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilərək, göstərmişdir ki, istintaq zamanı verdiyi ifadələrini təsdiq edir.Tutulan günədək Balakən rayonu Gərəkli kəndində ailə üzvləri ilə birlikdə yaşamışdır.Ailə təsərrüfatlarında hal-hazırda 2 baş iri buynuzlu heyvanları vardır. O, həmin iribuynuzlu heyvanları vaxtaşırı yaşadıqları evin yaxınlığında olan meşəlik əraziyə aparıb, otarıb evə gətirir. 2022-ci ilin sentyabr ayının sonlarında iribuynuzlu heyvanlarını yaşadığı Balakən rayonunun Gərəkli kəndinin ərazisində olan meşəlik əraziyə aparmışdır. Meşəlik ərazidə iribuynuzlu heyvanlarını otaran zaman kolluq ərazinin kənarında 1 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisini görmüş və həmin narkotik tərkibli çətənə bitkisinin üzərində olan toxumlardan 10 ədəd toxum yığmış, daha sonra çətənə bitkisini kökündən çıxarıb məhv etmişdir.Sonra yığdığı 10 ədəd toxumu sellofan bükümə qoyub həmin sellofan bükümü özlərinə məxsus Balakən rayonu Gərəkli kəndinin ərazisində olan bağ sahəsinə gətirib, orada olan qurumuş odun parçalarının arasında gizlədib saxlamışdır. Sellofanda saxladığı 10 ədəd toxumlar həmin gündən sonra bağ sahəsində olan qurumuş ağacların arasında qalmışdır. Həmin toxumları saxlamaqda məqsədi ondan ibarət olmuşdur ki, gələcəkdə həmin toxumları əkib-becərər, bitmiş narkotik tərkibli çətənə bitkilərindən narkotik vasitə marixuana əldə edib, həmin marixuananı həm çəkib istifadə edər, həm də satıb gəlir əldə edər və maddi ehtiyaclarını qarşılayar. 2023-cü ilin iyul ayının əvvəllərində isə bağ sahəsinə gedərək, orada gizlətdiyi narkotik tərkibli çətənə bitkisinin 10 ədəd toxumlarını gizlətdiyi yerdən götürmüş və meşəlik əraziyə gedib orada münbit bir yer seçərək, həmin toxumları torpağı yumşaldıb tarpağa əkmişdir. Həmin toxumları əkdiyi yerə az miqdarda su tökmüşdür ki, toxumlar bitsin. Bir müddət sonra həmin meşə ərazisində olan çətənə bitkilərinin toxumlarını əkdiyi yerə getdikdə görmüşdür ki, əkdiyi 10 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumlarından 2 ədədi cücərib bitmişdir. Daha sonra həmin iki ədəd cücərmiş toxumların üzərinə az miqdar su tökmüşdür. Bundan sonra müxtəlif vaxtlarda həmin meşəlik əraziyə gedib 2 ədəd toxumdan bitmiş narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qaydada qulluq etmişdir. Yəni bitkilərin diblərini yumşaltmış, diblərini alaq otlarından təmizləmiş, həmçinin bitkilərin diblərinə su vermişdir. Daha sonra həmin iki ədəd narkotik tərkibli çətənə bitkilərinin böyüdüyünü və üzərində baş yığdığını görmüşdür. Bir müddət sonra, yəni 2023-cü ilin sentyabr ayının sonlarında Balakən rayonu Gərəkli kəndinin ərazisində meşə sahəsində əkdiyi narkotik tərkibli çətənə bitkilərinin üzərində olan yararlı hissələrini yığmış, daha sonra həmin əkdiyi və üzərindən yararlı hissələrini yığdığı narkotik tərkibli çətənə bitkilərini kökündən çıxarıb meşə ərazisindən keçən çaya tullamışdır. Sonra narkotik tərkibli çətənə bitkilərinin üzərindən yığdığı narkotik vasitə marixuananı özünün bağ sahəsinə aparıb orada sərib qurutmuşdur. Daha sonra qurumuş hissələri sellofan bükümə doldurub bağda qurumuş halda olan və topa yığılmış ağacların arasında daşın altında gizlədib saxlamışdır. Məqsədi isə həmin narkotik vasitə qurudulmuş marixuanadan həm istifadə etmək, həm də ki, istəyən olsa satıb gəlir əldə edib maddi ehtiyaclarını ödəmək olmuşdur. Həmin narkotik vasitə qurudulmuş marixuanadan bir neçə dəfə müxtəlif vaxtlarda çəkib istifadə etmiş və geriyə saxladığı yerə qoymuşdur. 2023-cü ilin dekabr ayının sonlarında tanışı, Balakən rayon Gərəkli kənd sakini Şahid3 ondan 40 manatlıq narkotik vasitə marixuana satmasını xahiş etmiş, daha sonra o, bağda gizlətdiyi narkotik vasitə qurudulmuş marixuanadan bir qədər götürüb salfet bükümə yığmışdır. Emilə narkotik vasitə marixuananı salfet bükümdə vermiş, Emil də bunun əvəzində ona 40 manat pul vermişdir. Emilə satdığı narkotik vasitə marixuanadan 40 manat məbləğində gəlir əldə etmişdir.Həmçinin narkotik vasitə marixuananı Emilə yaşadığı Balakən rayonu Gərəkli kəndi ərazisində satmış, narkotik vasitəni Emilə satdığı zaman yanında heç kim olmamışdır. 2024-cü ilin yanvar ayının ortalarında isə tanışı, Balakən rayonu Gərəkli kənd sakini Şahid4 ondan ona 15 manatlıq narkotik vasitə marixuana satmasını xahiş etdiyi üçün eyni ilə bağ sahəsinə gedib gizlətdiyi narkotik vasitə marixuanadan bir qədər götürüb salfet bükümə qoyub Rəsula vermiş, Rəsul da bunun əvəzində ona 15 manat pul vermişdir. Beləliklə Rəsula satdığı narkotik vasitə marixuanadan 15 manat məbləğində gəlir əldə etmişdir. Həmçinin narkotik vasitə marixuananı Rəsula yaşadığı Balakən rayonu Gərəkli kəndi ərazisində satmışdır. Narkotik vasitə marixuananı Rəsula satdığı zaman yanında heç kim olmamışdır. Həmçinin 2024-cü ilin yanvar ayının ortalarında tanışı, Balakən rayon Gərəkli kənd sakini X6 ona 15 manatlıq narkotik vasitə marixuana satmasını ondan xahiş etmiş, o da Elmara özündə narkotik vasitə marixuana olduğunu və sata biləcəyini demişdir. Daha sonra bağ səhəsində gizlətdiyi narkotik vasitə marixuananın bir hissəsini götürüb salfet bükümə büküb Elmar adlı tanışına vermiş və Elmar ona bunun əvəzində 15 manat pul vermişdir. Elmara narkotik vasitə marixuana satmaqla 15 manat məbləğində gəlir əldə etmişdir. Həmçinin narkotik vasitə marixuananı Elmara yaşadığı Balakən rayonu Gərəkli kəndi ərazisində satmışdır. Narkotik vasitə marixuananı Elmara satdığı zaman yanında heç kim olmamışdır. Bundan sonra Şahid3 yenidən ondan 40 manatlıq narkotik vasitə marixuana istədiyi üçün 24 yanvar 2024-cü il tarixdə Emilə saxladığı narkotik vasitə marixuanadan salfet bükümə bükərək bir qədər vermiş, o da bunun əvəzində ona 40 manat pul vermişdir. Beləliklə Emilə satdığı narkotik vasitə marixuanadan 40 manat məbləğində gəlir əldə etmişdir. Həmçinin narkotik vasitə marixuananı Emilə yaşadığı Balakən rayonu Gərəkli kəndi ərazisində satmışdır. Narkotik vasitə marixuananı Emilə satdığı zaman yanında heç kim olmamışdır. Həmin gündən 4 gün keçdikdən sonra 28 yanvar 2024-cü il tarixdə Emil yenidən ondan özünə 50 manatlıq narkotik vasitə satmasını istədiyi üçün o, Emilə narkotik vasitə marixuanadan bir qədər də vermiş və Emil də ona 50 manat pul vermişdir. Həmçinin narkotik vasitə marixuananı Emilə yaşadığı Balakən rayonu Gərəkli kəndi ərazisində satmışdır. Narkotik vasitə marixuananı Emilə satdığı zaman yanında heç kim olmamışdır. Satdığı narkotik vasitə marixuananı tərəzi vasitəsi ilə çəkib satmamışdır. Narkotik vasitə marixuana istəyən şəxsin istəyinə görə, yəni verdiyi pula uyğun təxmini götürüb verdiyi pula uyğun miqdarda narkotik vasitə vermişdir. 29 yanvar 2024-sü il tarixdə axşam saatlarında narkotik vasitə marixuananı saxladığı yerdə geriyə qalmış narkotik vasitəni 01 ədəd sellofanda bağdan gizlətdiyi yerdən götürüb əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibinə qoyub yaşadığı evə gətirmişdir. Həmin narkotik vasitə marixuananı istifadə edəcək, həmçinin istəyən olsa satacaqdı.Yəni satış məqsədi ilə üzərində saxlamışdır. 30 yanvar 2024-cü il tarixdə gecə saat 02 radələrində yaşadığı evdə yatdığı zaman yuxuya gedə bilmədiyi üçün əynini geyinib evdən çıxıb hava almaq üçün evlərinin darvaza qapısının qarşısına yola çıxmışdır. Həmin vaxt narkotik vasitə qurudulmuş marixuana üzərindəki gödəkçəsinin sağ yan cibində olmuşdur. Yolda dayanan zaman 2 nəfər polis əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim etmişlər. Bundan sonra üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirərək, onu Balakən RPŞ-yə dəvət etmişlər. Əvvəlcə o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və qaçmağa cəhd etmişdir. Qaçarkən yıxılmış, lakin heç bir xəsarət almamışdır. Daha sonra polis əməkdaşları tərəfindən saxlanılaraq, Balakən RPŞyə gətirilmişdir. Polis şöbəsində ona hüquq və vəzifələri izah olunmuş, hüquq və vəzifələrinin izah edilməsi ilə bağlı bildiriş təqdim edilmişdir. Bundan sonra şübhəli şəxs qismində tutulması ilə bağlı tərtib edilmiş qərar ona elan edilmiş və həmin qərarla tanış olmuşdur. Daha sonra hüquqlarının müdafiə edilməsi məqsədilə Balakən rayon Vəkil Bürosunun vəkillər siyahısı ona təqdim edilmişdir. O, təqdim edilmiş vəkillərin siyahısından Müdafiəçi1 tərəfindən hüquqlarının dövlət hesabına müdafiə edilməsini xahiş etmişdir. Bir neçə dəqiqə sonra Müdafiəçi1 polis şöbəsinə dəvət edilmiş və müdafiəçi kimi ona təqdim edilmişdir.O, bir daha Müdafiəçi1 tərəfindən hüquqlarının müdafiə edilməsinə etirazının olmadığını bildirmişdir. Daha sonra şübhəli şəxs qismində tutulması ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ilə tanış olduqdan sonra imzalarla təsdiq edilmiş, eyni zamanda tutulması ilə bağlı ailə üzvlərinə telefon vasitəsi ilə məlumat vermişdir. Bir daha hüquq və vəzifələri ona izah edilmişdir. Bundan sonra Müdafiəçi1 və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış aparılmamışdan əvvəl bir daha hüquq və vəzifələri, yəni müdafiəçi tutmaq, öz əleyhinə ifadə verməmək və digər hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra ondan üzərində hər hansı narkotik vasitə və ya əşya, predmet olub-olmadığı soruşulduqda, o, əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibində olan 1 ədəd sellofan bükümdə saxladığı narkotik vasitə qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. Şəxsi axtarış zamanı üzərində aşkar edilmiş 1 ədəd sellofan bükümdə saxladığı narkotik vasitə polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkildikdə ümumi çəkisi 21,64 qram təşkil etmişdir. Şəxsi axtarış zamanı üzərindən başqa hər hansı qanunla qadağan edilmiş əşya, predmet aşkar olunmamışdır. Bundan sonra onun təqdim etdiyi 01 ədəd sellofan bükümdəki narkotik vasitə qurudulmuş marixuana təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür.Sonra şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış bir polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Daha sonra onun və müdafiəçisinin iştirakı ilə əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananı gizlədib saxladığı Balakən rayonu Gərəkli kəndində yaşadığı evin baş tərəfində yerləşən bağ sahəsinə baxış keçirilmişdir. Bağ sahəsində o, qurumuş ağacların içərisində olan daşı göstərib, narkotik vasitə marixuananı həmin daşın altında gizlədib saxladığını bildirmişdir. Həmçinin bir qədər yuxarıda isə əldə etdiyi narkotik vasitə marixuananı qurutduğunu bildirmişdir. Baxış zamanı ərazidə hər hansı qeyri qanunu əşya və predmet aşkar edilməmişdir. Sonra baxış keçirilməsi barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Baxış prosesi bir polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Məhkəmə-bioloji ekspertizasının rəyindən ona məlum olmuşdur ki, onun üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 20,83 qramdır. O, xx.xx.2023-cü il tarixdə saat 02:00 radələrində Balakən rayonu Gərəkli kəndi ərazisində yerləşən evinin qarşısındakı yolda saxlanılmışdır. Onu saxlayan polis əməkdaşlarının heç birini tanımır və onlarla hər hansı ədavəti və düşmənçiliyi olmamışdır, həmçinin polis əməkdaşları onu saxladıqları zaman onu heç kim görməyib. Ona qarşı Balakən RPŞ-də hər hansı bir psixi və fiziki təsir göstərilməyib. Lakin Balakən RPŞ-də polis əməkdaşları onu polis şöbəsinə dəvət edərkən o, polislərin qanuni tələblərinə tabe olmayaraq qaçmağa cəhd göstərmiş və qaçarkən yıxılmışdır. Lakin heç bir xəsarət almamışdır. Daha sonra polis əməkdaşları tərəfindən saxlanılıb Balakən RPŞ-yə gətirilmişdir. Narkotik tərkibli çətənə bitkilərini əkdiyi yeri göstərə bilməz. Çünki üzərindən çox vaxt keçdiyinə görə yadında qalmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib, həmin ifadədə qeyd olunan faktiki hallara istinad edib, ifadəsində göstərmişdir ki, hazırda Balakən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində çalışır. 30 yanvar 2024-cü il tarixdə Balakən rayonu Gərəkli kəndində yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və mütəmadi olaraq gəzdirməsi barədə məlumat daxil olmuş, daha sonra həmin məlumat tərəfindən raportla Balakən RPŞ-nin rəhbərliyinə məruzə olunmuş və həmin tarixdə tərəflərindən keçirilən tədbirlər zamanı Təqsirləndirilən şəxs 30 yanvar 2024-cü il tarixdə saat 02:00-da Balakən rayonu Gərəkli kəndində yaşadığı evin qarşısında yolda tərəflərindən saxlanılmışdır. Sonra Təqsirləndirilən şəxs özlərini təqdim edərək, üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və mütəmadi olaraq gəzdirməkdə şübhəli olduğunu deyərək, Balakən RPŞ-yə dəvət etmişlər. Bu zaman Təqsirləndirilən şəxs onların qanunu göstərişinə və tələbinə tabe olmayıb qaçmağa cəhd etmiş, qaçarkən yıxılmış, lakin heç bir xəsarət almamışdır. Sonra Təqsirləndirilən şəxsla birlikdə Balakən RPŞ-yə gəlmişlər.Polis şöbəsində təhqiqatçı Zaur Xəlilov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Hüquq və vəzifələrinin izah olunmasına dair yazılı bildiriş Təqsirləndirilən şəxs təqdim edilmişdir. Bundan sonra onun şübhəli şəxs qismində tutulması ilə bağlı tərtib edilmiş qərar ona elan edilmiş və həmin qərarla tanış olmuşdur. Daha sonra onun hüquqlarının müdafiəsi üçün Balakən rayon Vəkil Bürosunun vəkillərinin adlı siyahısı Təqsirləndirilən şəxs təqdim edilmiş və onun vəkillər siyahısından seçdiyi Müdafiəçi1 polis şöbəsinə dəvət olunmuş və Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs bir daha Müdafiəçi1 tərəfindən onun hüquqlarının müdafiə edilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı Zaur Xəlilov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı qeyri-qanuni əşya olub-olmaması barədə sual verilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd sellofan bükümdə olan narkotik vasitə marixuanaya oxşar kütləni çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş və təqdim etdiyi 01 ədəd sellofan bükümdə olan kütlənin narkotik vasitə marixuana olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümdə olan narkotik vasitə marixuanaya oxşar kütlə sellofan büküm ilə birlikdə təhqiqatçı Zaur Xəlilov tərəfindən elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 21,64 qram təşkil etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümdəkı narkotik vasitə marixuanaya oxşar kütlə təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis sertjantı Yüzbaşıyev Vasif Cavanşir oğlu tərəfindən fasiləsiz olaraq videokamera vasitəsilə lentə alınmışdır. Sonda təhqiqatçı Zaur Xəlilov tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək, bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa Təqsirləndirilən şəxs iştirakı ilə onun Balakən rayonu Gərəkli kəndində yerləşən bağ sahəsinə baxış keçirilmişdir.Baxış zamanı Təqsirləndirilən şəxs bağ sahəsində olan qurumuş ağacların içərisindəki daşı göstərərək, üzərində aşkar edilmiş narkotik vasitəni həmin daşın altında saxladığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs bağ sahəsindən bir qədər yuxarı istiqaməti göstərib, həmin narkotik vasitəni əldə etdiyi zaman bir qədər yuxarı istiqamətdə qurutduğunu bildirmişdir. Baxış zamanı ərazidə hənsı qeyriqanunu əşya aşkar edilməmişdir. Baxış Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis sertjantı Yüzbaşıyev Vasif Cavanşir oğlu tərəfindən fasiləsiz olaraq videokamera vasitəsi ilə lentə alınmışdır. Sonda təhqiqatçı Zaur Xəlilov tərəfindən baxış keçirilməsi barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ittiham və müdafiə tərəflərinin razılığı ilə ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi elan olunmuş Balakən RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləmiş Şahid2 da Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Hadisə yadında qalmamışdır. Bir neçə dəfə narkotik vasitədən istifadə etmişdir. Təqsirləndirilən şəxs tanıyır, bir kənddə yaşayırlar. Abduldan narkotik götürmüşdür. Aralarında telefon danışıqları olmuşdur. Tanışıdır deyə Abdula pul vermişdir. Abdul ondan bir neçə dəfə pul götürüb və qaytarıb. Abduldan bir-iki dəfə narkotik götürmüşdür. Abdulla münasibəti olduğu üçün Abdulda narkotik olduğunu bilmişdir. Abduldan narkotiki kənddə götürmüşdür. Abduldan ondan başqa kiminsə narkotik götürməsini eşitməmişdir. Abdulun narkotiki haradan əldə etdiyini soruşmamışdır. İbtidai istintaqda ona fiziki və psixi təsir göstərilməmişdir. Abduldan narkotiki pul qarşılığında almamışdır. İbtidai istintaqda verdiyi ifadəsinin ona məxsus olması barədə cavab verə bilmir. Narkotikin nə qədər olduğunu bilməmişdir. 40 manata nə qədər narkotik satıldığını bilmir. 1-2 qram narkotik götürmüş və özü istifadə etmişdir. Həmin vaxt mühafizə polisində işləmişdir. Abdula pul vermiş, lakin narkotik vasitə qarşılığında verməmiş, Abdulun xahişi ilə ona köməklik məqsədilə vermişdir. Məhkəmə istintaqında verdiyi ifadə daha doğrudur. Pullar onun özünün olmuşdur. Abdulda narkotik vasitənin olduğunun kimin dediyini bilmir və xatırlamır. İbtidai istintaqda verdiyi ifadəsini oxumuş və imzalamışdır. Müstəntiqə etiraz bildirməmişdir. Abduldan narkotik vasitəni Balakən rayonu Gərəkli kəndi ərazisində şəxsən götürmüşdür. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hazırda Balakən rayonu Gərəkli kəndində ailə üzləri ilə birlikdə yaşayır. Heç yerdə işləmir.Təxminən bir aydır ki, narkotik vasitə marixuanadan istifadə edir. Balakən rayonu Gərəkli kənd sakini Təqsirləndirilən şəxs həmkəndlisi olaraq uşaq vaxtından tanıyır. Onunla aralarında heç bir düşmənçiliyi və ədavəti yoxdur. Təxminən bir ay əvvəl halhazırda yadında qalmayan şəxs ona Təqsirləndirilən şəxs narkotik vasitə marixuana olduğunu bildirmişdir. O da buna görə Təqsirləndirilən şəxsla görüşəndə ondan özünə narkotik vasitə marixuana satmasını xahiş etmişdir. Həmin vaxt 2023-cü ilin dekabr ayının sonları olmuşdur. Təqsirləndirilən şəxs 40 manat pulu olduğunu bildirib, ona 40 manatlıq narkotik vasitə marixuana satmasını xahiş etmişdir. Abdul da ona özündə narkotik vasitə marixuana olduğunu və sata biləcəyini demişdir. Daha sonra həmin gün o, Abdul ilə Balakən rayonu Gərəkli kəndi ərazisində görüşmüşdür. Təqsirləndirilən şəxs ona bir ədəd salfet bükümdə narkotik vasitə marixuana vermiş və həmin salfet bükümdə 40 manatlıq narkotik vasitə marixuana olduğunu bildirmişdir. O da Abdulun ona satdığı salfet bükümdə olan narkotik vasitə marixuananın əvəzində ona 40 manat pul vermişdir. Daha sonra Təqsirləndirilən şəxs götürdüyü narkotik vasitə qurudulmuş marixuananı bir neçə dəfə istifadə edərək, çəkib qurtarmışdır. Sonra 24 yanvar 2024-cü il tarixdə yaşadığı kənddə Təqsirləndirilən şəxs ilə görüşmüş və ondan 40 manatlıq narkotik vasitə marixuana satmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs da onda narkotik vasitə marixuana olduğunu və ona sata biləcəyini demişdir. Həmin gün Balakən rayonu Gərəkli kəndi ərazisində Təqsirləndirilən şəxsla görüşmüşdür. Abdul ona cibindən çıxarıb salfet bükümdə narkotik vasitə marixuana vermiş və həmin bükümdə 40 manatlıq narkotik vasitə marixuana olduğunu bildirmişdir. O da həmin narkotik vasitə marixuananın əvəzində Təqsirləndirilən şəxs 40 manat məbləğində pul vermişdir. Təqsirləndirilən şəxs aldığı narkotik vasitə marixuananı bir neçə dəfə çəkib istifadə etmişdir. Həmin narkotik vasitəni çəkib istifadə etdikdən sonra narkotik vasitə qurtarmış, sonra o, Təqsirləndirilən şəxsla görüşmüş və o, Təqsirləndirilən şəxs yenidən 50 manatlıq narkotik vasitə marixuana almaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs da ona 50 manatlıq narktotik vasitə marixuana gətirəcəyini bildirmişdir. Həmin gün, yəni 28 yanvar 2024-cü il tarixdə o, Təqsirləndirilən şəxsla yaşadığı Balakən rayonu Gərəkli kəndinin ərazisində görüşmüşdür. Abdul ona bir ədəd salfet bükümdə narkotik vasitə marixuana vermiş və həmin bükümdə 50 manatlıq narkotik vasitə marixuana olduğunu bildirmişdir. O, Abdula ondan aldığı narkotik vasitə marixuananın əvəzində 50 manat məbləğində pul vermişdir. Daha sonra Abdulla sağollaşıb ayrılmışdır. Təqsirləndirilən şəxs aldığı narkotik vasitə marixuananı bir neçə dəfə istifadə etmiş və narkotik vasitə marixuananı çəkib qurtarmışdır. Narkotik vasitə marixuananı Abduldan aldığı vaxtlarda onların yanında heç kim olmamışdır. Onun bir ədəd Azercell Telecom MMC-yə məxsus olan ***-***-**-** nömrəli mobil telefon nömrəsi vardır və həmin nömrəni istifadə edir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Abduldan aldığı narkotik vasitə qurudulmuş marixuanadan kiməsə pay verməmiş, həmin narkotik vasitə marixuananı özü çəkib istifadə etmişdir. Hazırda yaşadığı evdə və ya başqa bir yerdə narkotik vasitə qurudulmuş marixuana saxlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs kənddə tanımış və ondan bir-iki dəfə narkotik vasitə götürmüşdür. Bir-iki dəfə narkotik vasitə istifadə etmişdir. Abdulu məktəbdən tanımış, narkotik vasitəni 5- 6 ay bundan qabaq çəkmişdir. Abduldan narkotik olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs 15 manata narkotik almış, Abduldan cəmi iki dəfə narkotik götürmüş, lakin Abduldan 15 manata narkotik vasitə almamışdır. O, ibtidai istintaq zamanı da bu sözləri demişdir. Onun məhkəmədə verdiyi ifadəsi daha doğrudur. Kəndə çıxanda Abduldan narkotik vasitə olub-olmadığını soruşmuş, o da tapa biləcəyini demişdir. Abdul narkotik vasitəni ona satmamış, pulsuz vermişdir. Başqa heç kimdən narkotik vasitə götürməmişdir. Polis əməkdaşları tərəfindən ona fiziki və psixi təsir göstərilməmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hazırda Balakən rayonu Gərəkli kəndində ailə üzləri ilə birlikdə yaşayır. Hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. Subaydır. Əvvəllər məhkum edilməmiş, psixi xəstəliklər keçirməmişdir.Təxminən iki aydır ki, narkotik vasitə marixuanadan istifadə edir. Qeyd etdiyi müddətdə 3-4 dəfə narkotik vasitə marixuana istifadə etmişdir. Balakən rayonu Gərəkli kənd sakini Təqsirləndirilən şəxs həmkəndlisi olaraq uşaq vaxtından tanıyır. Onunla aralarında heç bir düşmənçiliyi və ədavəti yoxdur.Təxminən 2024-cü ilin yanvar ayının ortalarında hal-hazırda yadında qalmayan şəxs ona Təqsirləndirilən şəxs narkotik vasitə marixuana olduğunu bildirmişdir. O da buna görə Təqsirləndirilən şəxsla görüşəndə ondan narkotik vasitə marixuana satmasını xahiş etmişdir. Həmin vaxt 2024-cü ilin yanvar ayının ortaları olmuşdur. Təqsirləndirilən şəxs 15 manat pulu olduğunu bildirmiş və ona 15 manatlıq narkotik vasitə marixuana satmasını xahiş etmişdir. Abdul da ona özündə narkotik vasitə marixuana olduğunu və sata biləcəyini demişdir. Daha sonra həmin gün Abdulla Balakən rayonu Gərəkli kəndi ərazisində görüşmüşdür. Təqsirləndirilən şəxs ona bir ədəd salfet bükümdə narkotik vasitə marixuana vermiş və həmin salfet bükümdə 15 manatlıq narkotik vasitə marixuana olduğunu bildirmişdir. O da Abdulun ona satdığı salfet bükümdə olan narkotik vasitə marixuananın əvəzində 15 manat pul vermişdir. Daha sonra Təqsirləndirilən şəxs götürdüyü narkotik vasitə qurudulmuş marixuananı bir neçə dəfə istifadə edərək çəkib qurtarmışdır. Narkotik vasitə marixuananı Abduldan aldığı vaxtlarda onların yanında heç kim olmamışdır. Onun bir ədəd Azercell Telecom MMC-yə məxsus olan ***-***-**-** nömrəli mobil telefon nömrəsi vardır və həmin nömrəni istifadə edir. Həmin nömrə ilə Təqsirləndirilən şəxsla həm mobil telefonla, həm də vatsap vasitəsi ilə əlaqə saxlamışdır. Lakin Abduldan bir dəfə narkotik vasitə marixuana almışdır. Qalan vaxtlarda isə yaşadıqları kənddə və rayonda çay içib istirahətə getmək üçün zəngləşmişlər. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs aldığı narkotik vasitə qurudulmuş marixuanadan heç kimə pay verməmişdir. Hazırda yaşadığı evdə və ya başqa bir yerdə narkotik vasitə qurudulmuş marixuana saxlamır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 29 yanvardan 30 yanvara keçən gecə saat 02 olanda Nurəddin deyə çağıraraq dörd nəfər polis əməkdaşı evlərinə gəlmişlər. Onlardan kim olduqlarını soruşduqda, həmin şəxslər Abdulu soruşmuşlar. Bu zaman Abdulun yatdığı yeri göstərmiş, yoldaşı və o, həmin vaxt əyinlərini geyinməmişlər. Polis əməkdaşlarından biri Zaur olduğunu, digəri isə Bəxtiyar olduğunu demişlər. Abdulu yatdığı yerdən durğuzub apardılar. Abdulun üstündə alışqan, siqaret və qulaqcıqdan başqa heç nə aşkar etməmişlər. Abdul geyinib onlarla getmişdir. Oğlu Abdul meşədə işləyib qoz-fındıq yığımı ilə məşğul olumuş, narkotik vasitədən istifadə etməmişdir. Əgər istifadə etsəydi, hiss edərdi. Şahid3 və Şahid4 tanımır və onlar onların evinə gəlməmişlər. İş materiallaırnda olan 30 yanvar 2024-cü il tarixli Balakən RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Zaur Xəlilov tərəfindən tərtib olunmuş “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, həmin tarixdə saat 03:20 dəqiqədən saat 03:55 dəqiqəyədək olan müddət ərzində qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlamaqda və mütəmadi olaraq üzərində gəzdirməkdə şübhəli olduğundan 30 yanvar 2024-cü il tarixdə saat 02:00-da Balakən rayonu Gərəkli kəndində yerləşən yaşadığı evin qarşısındakı yolda saxlanılaraq Balakən RPŞ-yə gətirilmiş Balakən rayonu Gərəkli kənd sakini Təqsirləndirilən şəxs oğunun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs onun Balakən rayon Vəkillər Bürosunun adlı siyahısından seçdiyi vəkil Müdafiəçi1 və digər iştirakçıların iştirakı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilərək şübhəli şəxs qismində tutulduğu bildirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs onun üzərində narkotik vasitə və ya başqa qanunla qadağan edilən vasitə, əşya, predmet olub-olmadığı soruşulduqda, Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb təqdim etmiş və üzərində 01 ədəd sellofan bükümdə saxladığı kütlənin narkotik vasitə marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi elektron tərəzidə çəkilərkən ümumi çəkisi 21,64 qram təşkil etmişdir. Həmin 01 ədəd sellofan büküm 01 ədəd zərfə qablaşdırılmış, zərfin üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa qanunla qadağan edilmiş vasitə, kütlə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ona qarşı Balakən RPŞ-də hər hansı fiziki və psixi təsir göstərilib-göstərilmədiyi soruşulduqda, o, belə bir halın olmadığını, ona qarşı Balakən RPŞ-də hər hansı fiziki və psixi təsir göstərilmədiyini bildirmişdir. Şəxsi axtarış prosesi Balakən RPŞ-nin PPXB-nin polis nəfəri Yüzbaşıyev Vasif Cavanşir oğlu tərəfindən videokamera vasitəsilə qeydə alınmış və qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD disk şəxsi axtarış protokoluna əlavə olunmuşdur. Şəxsi axtarış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışın videogörüntüləri əks olunmuş 1 ədəd DVD diskinə baxış keçirilmiş və həmin diskdəki videogörüntülərin 30 yanvar 2024-cü il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokolda qeyd olunanlarla eynilik təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan 30 yanvar 2024-cü il tarixli Balakən RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Zaur Xəlilov tərəfindən tərtib olunmuş “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, həmin tarixdə saat 16:00 dəqiqədən saat 16:30 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi1 və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində saxladığı narkotik vasitə marixuananı əvvəllər gizlədib saxladığı yerə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, baxış keçirilən ərazi Balakən rayonu Gərəkli kəndinin ərazisində olan bağ sahəsidir. Bağda çoxlu sayda meyvə ağacları vardır. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş həmin narkotik vasitə marixuananı harada gizlədib saxladığı soruşulduqda, Təqsirləndirilən şəxs bağın baş tərəfində qurumuş ağac budaqlarının arasında olan daşı göstərərək, narkotik vasitə qurudulmuş marixuananı həmin daşın altında gizlədib saxladığını bildirmişdir. Həmçinin bir qədər yuxarıda isə narkotik vasitəni sərib qurutduğunu bildirmişdir. Baxış zamanı həmin ərazidə hər hansı qeyri-qanunu predmet və əşya aşkar edilməmişdir. Baxış prosesi Balakən RPŞ-nin PPXB-nin polis nəfəri Yüzbaşıyev Vasif Cavanşir oğlu tərəfindən videokamera vasitəsilə qeydə alınmış və qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD disk baxış protokoluna əlavə olunmuşdur. Baxış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı keçirilən baxışın videogörüntüləri əks olunmuş 1 ədəd DVD diskinə baxış keçirilmiş və həmin diskdəki videogörüntülərin 30 yanvar 2024-cü il tarixli baxış keçirilməsi barədə protokolda qeyd olunanlarla eynilik təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 30 yanvar 2024-cü il tarixli 3-16-16-2-17/110 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd sellofan bükümdə olan qurudulmuş marixuanaya oxşar kütlədən ibarət maddi sübut” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 20,83 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi-20,83 qram, tədqiqata sərf edildi-0,10 qram, qalıq-20,73 qram. Ekspertiza tədqiqatının dəyəri 34,55 manat təşkil edir. İş materiallarında olan Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 30 yanvar 2024-cü il tarixli aktdan görünür ki, 30 yanvar 2024-cü il tarixli qərara əsasən tədqiqata təqdim edilən 01 ədəd sellofan bükümdə bitki mənşəli kütlə CAS/CAS-MWP300/ CAS-CUW 420H markalı tərəzidə çəkildi. 20,83 qram maddə (kütlə) qəbul olundu, tarix xx.xx.2024 saat 14.05; 0,10 qram/ml nümunə götürüldü; 20,73 qram/ml maddə (kütlə) geri qaytarıldı, tarix xx.xx.2024 saat 15.08. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 13 mart 2024-cü il tarixli 442 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 01 fevral 2024-ci il tarixli 26 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarət – sifətinin sağ yuxarı hissəsində dəri səthindən cüzi aşağı nəzərə çarpan yara çapığının izi-küt əşyanın təsirindən törənmişdir, müayinədən 1,5 ildən əvvəl əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs fiziki azadlığı faktiki olaraq xx.xx.2024-cü il tarixdə saat 02.00-da məhdudlaşdırılmış, Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(019)-5/2024 saylı qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə təqsirləndirilən şəxs hesab edilən Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli onun tutulduğu 30 yanvar 2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus Galaxy A 52 nömrəli mobil telefona baxış zamanı bildirdi ki, yuxarıda adları qeyd edilən Emil, Elmar və Rəsul adlı şəxslərin adları istifadə etdiyi “Samsung Galaxy A 52” markalı mobil telefonda Emil ***-***- **-** nömrəsi ilə “Emil 600” adı ilə, Elmar ***-***-**-** nömrəsi ilə “Elmir Pivanoy” adı ilə, Rəsul ***-***-**-** nömrəsi ilə “Rəsul” adı ilə qeyd olunmuşdur. Təqsirləndirilən şəxs bildirdi ki, həmin şəxslərlə özünə məxsus ***-***-**-** mobil nömrə ilə vatsap proqramı vasitəsilə, həmçinin mobil telefon vasitəsilə ünsiyyətdə olmaqla onlara narkotik vasitə marixuana satmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən zaman X5 bildirdi ki, onun 2023-cü ilin dekabr ayının sonlarında, həmçinin 24 yanvar 2024-cü il tarixdə və 28 yanvar 2024-cü il tarixdə narkotik vasitə marixuana aldığı Balakən rayonu Gərəkli kənd sakini Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefonda “Abdul kend” adı il qeyd olunmuşdur; Şahid3 istifadə etdiyi “Redmi BLACK SHARK” markalı mobil telefona baxış keçirilən zaman müəyyən edildi ki, o, Təqsirləndirilən şəxs ilə 26 dekabr 2023-cü il tarixdən etibarən vatsap proqramı vasitəsilə, həmçinin mobil telefon vasitəsilə Şahid3la ünsiyyətdə olmuşdur. 26 dekabr 2023-cü il tarixdən Şahid3 və Təqsirləndirilən şəxs vatsap proqramı vasitəsilə ilə bir-birinə mesajlar yazmışlar. İş materiallarında olan tələbnamə üzrə Azəprbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 5 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin 04 aprel 2024-cü il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 237-ci maddəsilə cinayət təqibinin başlanması rədd edilmiş, şəxsi axtarış zamanı X4 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 20,83 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 20,73 qramı maddi sübut kimi tanınmış və saxlanması üçün Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində aparılan şəxsin axtarışın və yaşadığı evin bağ sahəsinə keçirilən baxışın videogörüntüləri əks olunmuş 02 ədəd DVD diski və Azərcell Telekom MMC-dən daxil olmuş 01 ədəd CD diski protokolllara əlavə sübut kimi cinayət işinə əlavə edilmişdir. Məhkəmə iş üzrə şahidlərŞahid1 məhkəmə istintaqında və ibtidai istintaqda verdiyi ifadəsini, şahidlər Şahid2, Şahid3 və Şahid4 ibtidai istintaqda verdiyi ifadələrini, xx.xx.2024-cü il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış keçirilməsi haqqında protokolu, xx.xx.2024-cü il tarixli baxış keçirmə haqqında protokolu, şəxsi axtarış və baxış aparılarkən videoçəkilişlərin əks olunduğu 02 ədəd DVD diskini, Azərcell Telekom MMC-dən daxil olmuş 01 ədəd CD diskini, maddi sübutu, məhkəmə-bioloji ekspertizasının 30 yanvar 2024cü il tarixli 3-16-16-2-17/110 nömrəli rəyini,ambulator məhkəmə-narkoloji ekspertizasının 13 mart 2024-cü il tarixli 442 nömrəli rəyini, Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tələbnamə üzrə verilmiş xx.xx.2024-cü il tarixli 5 saylı arayışı, xx.xx.2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokolu, xx.xx.2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokolu, Balakən RPŞ-nin İB-nin müstəntiqinin 04 aprel 2024-cü il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərarını, məhkəmənin və ibtidai istintaq orqanının işdə olan digər qərarlarını və hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində və 21 may 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında verdiyi ifadəsində özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilmiş, lakin məhkəmədə 05 iyun 2024-cü il tarixdə verdiyi ifadəsindəki məlumatda özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilmədiyini, onda narkotik vasitənin olmadığını, narkotik vasitənin polis əməkdaşı tərəfindən onun üstünə qoyulduğunu və bu zaman polis əməkdaşları tərəfindən narkotik vasitənin satış məqsədilə üstündə saxlamasını boynuna almalı olduğunu, əks təqdirdə onun evinə külli miqdarda narkotik vasitənin qoyulacağını bildirildiyini qeyd etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaqda təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi ilə 05 iyun 2024-cü il tarixdə məhkəmədə verdiyi məlumatlar arasında ziddiyyətə işdəki mötəbər sübutlarla müqayisəli şəkildə hüquqi qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi daha mötəbər sayılmalı və qəbul olunmalıdır. Belə ki, ibtidai istintaqda təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilmiş, narkotik vasitə marixuananı bir neçə nəfərə göstərilən pul məbləğləri müqabilində satdığını və onun üstündə çıxan 20,83 qram narkotik vasitə qurudulmuş mariuxananı satış məqsədilə əldə etdiyini, saxladığını və daşıdığını bildirmiş, həmin ifadəsində Balakən RPş-də polis əməkdaşları tərəfindən ona heç bir fiziki və psixi təzyiqin edilmədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs bu ifadəsini müdafiəçisinin iştirakı ilə vermiş və bu ifadə alınan zaman ona fiziki və ya psixi təsirin edilməsi müəyyən olunmamışdır. Eyni zamanda təqsirlərndirilən şəxs Təqsirləndirilən şəxs 21 may 2024-cü il tarixdə keçirilən məhkəmə prosesində də özünü CM-nin 234.2-ci maddəsilə təqsirli bilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsini və 21 may 2024-cü il tarixdə məhkəmədə verdiyi ifadəsini nəyə görə dəyişməsini, ibtidai istintaqda təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində və 21 may 2024-cü il tarixdə məhkəmədə verdiyi ifadəsində CM-nin 234.2-ci maddəsilə təqsirli olduğunu etiraf etdiyi təqdirdə, sonradan 05 iyun 2024-cü il tarixdə məhkəmədə verdiyi ifadəsində bu xüsusatları nəyə görə inkar etdiyini tutarlı əsaslar göstərmədən və mötəbər sübutlar təqdim etmədən ağlabatan formada izah edə bilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs 05 iyun 2024-cü il tarixdə məhkəmə iclasında göstərdiyi hallar iş üzrə mötəbər sübutlarla, o cümlədən onun ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi, 21 may 2024-cü il tarixdə məhkəmədə verdiyi ifadəsi, xx.xx.2024-cü il tarixli üzərində keçirilən şəxsi axtarış protokolu, bu şəxsi axtarışın videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski, xx.xx.2024cü il tarixli baxış keçirilməsi haqqında protokol, bu baxışın videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski, maddi sübut, məhkəmə-bioloji ekspertizasının 30 yanvar 2024-cü il tarixli 3-16-16-2-17/110 nömrəli rəyi, ambulator məhkəmə-narkoloji ekspertizasının 13 mart 2024-cü il tarixli 442 nömrəli rəyi, xx.xx.2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokol, xx.xx.2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokol, Balakən RPŞ-nin İB-nin müstəntiqinin 04 aprel 2024-cü il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərarı və işdə olan digər mötəbər sübutlarla tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs 05 iyun 2024-cü il tarixdə məhkəmədə verdiyi ifadəsindəki CM-nin 234.2-ci maddəsilə özünü təqsirli bilməməsi, onda tapılan narkotik vasitənin üstünə qoyulması və onun bu narkotik vasitəni satış məqsədilə əldə etməsi, saxlaması və daşımasını hədəqorxu altında boynuna alması barədə göstərdiyi bu məlumatları özünümüdafiə kimi qiymətləndirir və qəbul etmir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs 05 iyun 2024-cü il tarixdə məhkəmə iclasında CM-nin 234.2-ci maddəsilə özünü təqsirli bilməməsi, onda tapılan narkotik vasitənin üstünə qoyulması və onun bu narkotik vasitəni satış məqsədilə əldə etməsi, saxlaması və daşımasını hədə-qorxu altında boynuna alması barədə göstərdiyi bu xüsusatlar Azərbaycan Respublikası Konstitusiyasının 63, Avropa Konvensiyasının 6 və Azərbaycan Respublikası CPM-nin 21-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququ konteksində nəzərə alınmalıdır. Belə ki, özünü müdafiə etmək və bu xüsusda özünü ifşa edən ifadələr verməmək həmin hüququn mahiyyətindən irəli gəlir. Təqsirsizlik prezumpsiyası hüququna görə təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi Minelli İsveçrəyə qarşı işdə qeyd etmişdir ki, cinayət əməli törətməkdə təqsirləndirilən şəxs öz əleyhinə ifadə verməyə məcbur edilməməlidir. Cinayət araşdırmasının gedişində sübutetmə yükü təqsirləndirilən şəxsin üzərinə qoyula bilməz. Həmçinin təqsirləndirilən şəxs özünü ifşa edən ifadələr verməmək, öz maraqları əleyhinə şahidlik etməkdən imtina etmək hüququna malikdir ki, cinayət araşdırmasının istənilən mərhələsində bu hüquqlara hörmət edilməlidir. Funke Fransaya qarşı məhkəmə işində Avropa Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, təqsirləndirilən şəxsin susmaq hüququ və cinayət törətməkdə ifşa edilməsinə yardım göstərməmək hüququ vardır. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 05 iyun 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında CM-nin 234.2-ci maddəsilə özünü təqsirli bilməməsi, onda tapılan narkotik vasitənin üstünə qoyulması və onun bu narkotik vasitəni satış məqsədilə əldə etməsi, saxlaması və daşımasını hədə-qorxu altında boynuna alması barədə göstərdiyi bu hallar nə həmin cinayət əməlinin törədilməsinin sübut olunması, nə də cəza verilməsində onun əleyhinə istifadə oluna bilməz. Əks hal təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququnun kobud pozuntusu olacaqdır. Məhkəmə həmçinin şahidlər Şahid3 və Şahid4 (həmin şahidin məhkəmədə verdiyi ifadəsində göstərdiyi Təqsirləndirilən şəxs 15 manata narkotik alması xüsusatından başqa) məhkəmə istintaqı zamanı və ibtidai istintaqda şahid qismində verdiyi ifadələri arasında ziddiyyətə hüquqi qiymət verərək, hesab edir ki, işdəki mötəbər sübutlarla təsdiq olunduğu üçün şahidlər Şahid3 və Şahid4 ibtidai istintaqda şahid qismində verdiyi ifadələrində əks olunmuş məlumatlar daha mötəbər sayılmalı və qəbul olunmalıdır. Belə ki, həmin şahidlər ibtidai araşdırmada polis əməkdaşları tərəfindən onlara heç bir fiziki və psixi təsirin göstərilmədiyini bildirmişlər. İşdəki mötəbər sübutlarla da onların ibtidai istintaqdakı şahid ifadələrinin daha doğru olması, həqiqəti əks etdirməsi müəyyən olunur. Şahid4 məhkəmədə verdiyi ifadəsində göstərdiyi Təqsirləndirilən şəxs 15 manata narkotik alması xüsusatından başqa həmin şahidlərin məhkəmə istintaqında verdiyi ifadələrində göstərilən digər məlumatlar işdəki mötəbər sübutlarla təkzib olunduğu üçün mötəbər sübut sayılmır və qəbul olunmur. Məhkəmə bu xüsusda Şahid4 məhkəmədə verdiyi ifadəsində göstərdiyi Təqsirləndirilən şəxs 15 manata narkotik alması barədə məlumatı isə həqiqi və mötəbər sayır. Məhkəmə eyni zamanda müdafiə tərəfinin şahidi qismində dindirilmiş Şahid5 məhkəmə istintaqında verdiyi ifadəsini də Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsilə verilmiş ittihamın təkzibi üçün mötəbər sübut kimi qəbul etmir. Belə ki, həmin şahid ifadəsində verilən ittihamın mahiyyəti ilə bağlı heç bir faktoloji məlumat bildirməmiş, öz ifadəsində verilən ittihamı nə təqsirləndirilən şəxsin üstündə şəxsi axtarış zamanı narkotik vasitənin çıxıb-çıxmaması, bu narkotik vasitənin miqdarı, onun hansı məqsədlə əldə edilməsi, saxlanması və daşınması və sair xüsusatlarla bağlı işdəki mötəbər sübutlarla təsdiq edilən heç bir hal göstərməmişdir. Faktiki olaraq Şahid5 iş üzrə hər hansı prosessual hərəkətdə iştirak etməmiş, işin hər hansı faktoloji halınının vizual şahidi olmamışdır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş sifətinin sağ yuxarı hissəsində dəri səthindən cüzi aşağı nəzərə çarpan yara çapığının izi hazırki işlə bağlı olmamış və işdəki mötəbər sübutlara əsasən onun tutulduğu vaxtdan xeyli əvvəl yaranması müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsində bu xəsarəti tutulmamışdan xeyli əvvəl aldığını bildirmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 01 fevral 2024-ci il tarixli 26 nömrəli rəyindən də görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətin – sifətinin sağ yuxarı hissəsində dəri səthindən cüzi aşağı nəzərə çarpan yara çapığının izinin-küt əşyanın təsirindən törənməklə müayinədən 1,5 ildən əvvəl əmələ gələ bilməsi göstərilmişdir. İş materialları ilə də birmənalı şəkildə müəyyən olunur ki, Təqsirləndirilən şəxs 30 yanvar 2024-cü il tarixdə tutulduğu zaman və ondan sonra hər hansı xəsarət almamışdır. Məhkəmə işdəki mötəbər sübutları bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Repsublikası CPM) 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövriyyəsi nəzarət edilən, məhdudlaşdırılmış və ya qadağan edilmiş (bundan sonra - nəzarət edilən) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsi (idxalı), Azərbaycan Respublikasının ərazisindən çıxarılması (ixracı) və ya onların tranzit nəql edilməsi, habelə həmin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının saxlanılması, alınması, daşınması, göndərilməsi, məhv edilməsi, istifadə edilməsi və onlar barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əməliyyatların aparılmasıdır. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü tarixli 8 nömrəli qərarının 9-cu bəndində qeyd olunur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələroi) məhz satmaq məqsədi ilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir; təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxslər tərəfindən törədilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə cəzalanmalıdırlar. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində cəzanı yüngülləşdirən hallar, CM-nin 61-ci maddəsində isə cəzanı ağırlaşdıran hallar nəzərdə tutulmuşdur. Məhkəmə, işin faktoloji hallarına və qanun normalarının tələbinə əsasən ilk dəfə cinayət əməli törətməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə bu xüsusda bildirir ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsi, bununla da kriminal meyilli şəxs olmaması, antisosial yönümün psixikasında model davranışa çevrilməməsi işdəki sübutlarla təsdiq olunur. Ona görə də məhkəmə tərəfindən ilk dəfə cinayət əməli törətməsi Təqsirləndirilən şəxs kriminal meyilli şəxslərdən fərqləndirmək üçün ağlataban əsas kimi qiymətləndirilməklə cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Məhkəmə tərəfindən iş materiallarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə cinayət əməli törətməsi kimi cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-cii maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bu xüsusda məhkəmə qeyd edir ki, CM-nin 234.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının aşağı həddi 3 il, yuxarı həddi isə 7 il müəyyən edilmişdir. Qeyd edildiyi kimi, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İstinad olunan qanun normalarının mənasından görünür ki, əslində qanunverici CM-nin 234.2-ci maddəsinin sanksiyasında 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını həmin cinayətin xarakterinə və ictimal təhküləlik dərəcəsinə, yəni cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasına və qəsdən törədilməsinə, həmçinin onun törədilmə hallarına və təqsirli şəxsin şəxsiyyətinə uyğun olaraq müəyyən etmişdir. Qanunverici maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da aşağı həddə cəzanın təyin edilməsini CM-nin 62-ci maddəsinin tətbiqi şərtləri ilə bağlayır. Həmçinin qanuna əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən və xüsusiilə təhlükəli residivə görə dörddə üçündən az ola bilməz (CM-nin 65.2-ci maddəsi). Belə olan halda cəzanı yüngülləşdirən halın olduğu, cəzanı ağırlaşdıran halların olmadığı, o cümlədən cinayətlərin residivinin olmadığı nəzərə alınmaqla təqsirləndirilən şəxsə CM-nin 234.2-ci maddəsilə qanuni tələblər və şərtlər daxilində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi törədilən cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirləndirilən şəxslərin şəxsiyyətlərinə tam uyğundur. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, cinayət əməli törədir. Təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran hallar, o cümlədən cinayətin residivi yoxdur. Qeyd olunduğu kimi qanunvericilik mütləq qaydada maddənin sanksiyasında nəzərdə tutulmuş ciddi cəza növünün son həddinin yarısı, üçdə iki və dörddə üç hissə həddində azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını müvafiq olaraq residiv, təhlükəli residiv və xüsusilə təhlükəli residiv halı ilə bağlayır. Qalan hallarda şəxsə mütləq olaraq daha ciddi cəzanın son həddinin yarısı, üçdə ikisi və dörddə üçünün təyin olunmasını imperativ şərt kimi qoymur. Nəzərə çatdırıldığı kimi, əgər qanunverici maddənin sanksiyasında cəzanın hədlərini qeyd edirsə, onda residiv halları və cəzanı ağırlaşdıran digər hallar olmadığı şəraitdə, xüsusən cəzanı yüngülləşdirən halın olduğu halında təqsirləndirilən şəxsə yüksək həddə cəzanın təyin edilməsi ədalətli sayıla bilməz. Bu halın cinayətlər üzrə vahid cəza müddətlərinin müəyyən olunmasına xidmət etməsini qəbul etmək də gülüncdür. Belə ki, ədalət prinsipi, eyni zamanda cinayət məsuliyyətinin fərdiləşdirilməsi meyarı cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə yanaşı, hər bir cinayətə onun törədilməsi halları və onu törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, cəzanın onun ailəsinin həyat şəraitinə təsiri baxımından xüsusi fərdi yanaşmasını tələb edir. Belə olan halda hər hansı cinayətlər, hazırki halda CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş, törədilməsi halları və onları törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar müxtəlif olan cinayətlərə görə eyni cəza həddlərinin müəyyən olunması ədalət prinsipinə və CM-nin 9-cu maddəsində nəzərdə tutulmuş humanizm prinsipinə zidd olardı. Cinayət işləri üzrə vahid cəza müddətlərinin tətbiqi, bu xüsusda cəzanın məqsədlərinə nail olmaq adı altında təqsirləndirilən şəxsə yuxarı hədlərdə cəzanın təyin edilməsi subyektivliyə əsaslanan yanaşmadır, cəzanın məqsədlərinə çatmağa xidmət etməməklə bir növ təqsirləndirilən şəxsdən qisas almağa yönəlmiş bir mövqedir. Bu da qanunla qadağandır. Belə ki, Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan xarakter və məqsəd daşıya bilməz, yəni cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədini ehtiva edə bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni təqsirləndirilən şəxsdən əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda humanizm prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Bir də qeyd etmək lazımdır ki, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın əsas məqsədi sosial ədaləti bərpa etmək, yəni insanın ictimai münasibətlərə vurduğu zərər həcmində onun üçün qanunda nəzərdə tutulmuş məhrumiyyətlər yaratmaq və bununla da həmin zərər görmüş ictimai münasibətləri bərpa etməkdir. Bu xüsusda təqsirləndirilən şəxsə tətbiq edilən cəza onun əməlinə adekvat olmalıdır. Cəzanın ədalətliliyinin əsas meyarı da bundan ibarətdir. İlk dəfə cinayət əməli törətdiyi və əməldə qanunda nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar olmadığı xüsusunda təqsirləndirilən şəxsə ona istinad olunan maddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə cəza təyin edilməsi əmələ adekvat olmamaqla qanuni və ədalətli cəza sayıla bilməz. Məhz göstərilənləri, ilk dəfə cinayət əməli törətməsi kimi cəzasını yüngülləşdirən halı və cəzalarını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əmələ adekvat olmaqla, cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğun, qanuni və ədalətli sayır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ilk dəfə cinayət əməli törətməsi kimi cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran hallların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmaqla cəzanın məqsədlərinə nail olunmasının mümkünlüyü qənaətinə gələrək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş aşağı həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, onun azadlığının faktiki məhdudlaşdırıldığı 30 yanvar 2024-cü il tarixdən hazırki günədək həbsdə saxlandığı müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 30 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət…Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə hesab edir ki, qəsdən törədilmiş az ağır cinayətə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalı olduğu üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə görə o cümlədən qəsdən törədilmiş az ağır cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 13 mart 2024-cü il tarixli 442 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə hallarının olduğunun, onun narkomaniya xəstəliyindən əzab çəkmədiyinin, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olmadığının və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti “Balakən rayon Mərkəzi Xəstəxanası” X14 göndərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə 34,55 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı Adı X3 Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-in 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-in 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan şəxsi axtarış zamanı X4 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 20,83 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 20,73 qramı məhv edilməli, Təqsirləndirilən şəxs üzərində aparılan şəxsin axtarışı və yaşadığı evin bağ sahəsinə keçirilən baxışın videogörüntüləri əks olunmuş 02 ədəd DVD diski və Azərcell Telekom MMC-dən daxil olmuş 01 ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətdiyi zaman cinayət yolu ilə əldə etdiyi hər hansı əmlakın mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı 30 yanvar 2024-cü il tarixdən hazırki günədək həbsdə saxlandığı müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzası müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 30 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın; onun narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti «Balakən rayon Mərkəzi Xəstəxanası» X14 göndərilsin. İş üzrə 34,55 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 saylı hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 20,83 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 20,73 qramı məhv edilsin; Təqsirləndirilən şəxs üzərində aparılan şəxsin axtarışın və yaşadığı evin bağ sahəsində keçirilən baxışın videogörüntüləri əks olunmuş 02 ədəd DVD diski və Azərcell Telekom MMC-dən daxil olmuş 01 ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar