Məhkəmə qərarları › İş №1(019)-49/2020

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-49/2020

07.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-49/2020 07.07.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi x13 qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Şəki şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs-09 avqust 1993-cü ildə Balakən rayonu Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Balakən rayonu Talalar kəndində pasport qeydiyyatında olmaqla yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs 2018-ci ilin avqust ayında Balakən rayonu Şambul kəndi ərazisində çöllük sahədə yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisinin toxumlarını yığıb əldə edərək yaşadığı evə gətirib saxlamış, həmin toxumları 17 mart 2020-ci il tarixdə Balakən rayonu Talalar kəndində yaşadığı evin yataq otağında 1 ədəd dəmir qabda qəsdən, qanunsuz olaraq əkmiş, bitmiş 03 ədəd xeyli miqdarda çətənə (kannabis) bitkisinin şitillərini, alaq otlarından təmizləyib suvararaq,onlara aqrotexniki qaydada qulluq göstərməklə yetişdirib kultivasiya etmiş, 17 aprel 2020-ci il tarixdə saat 20 radələrində Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evin yataq otağındakı 1 ədəd dəmir qabda qəsdən qanunsuz olaraq əkdiyi 15 santimetrdən 25 santimetrədək hündürlükdə olan xeyli miqdarda 03 (üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Balakən rayonu Talalar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rayonun Talalar kənd sakini x12 həmkəndlisi olmaqla tanışıdır. Onunla münasibətləri yaxşı olmuşdur. Heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. 16 aprel 2020-ci il tarixdə Tofiq yaşadığı evə gələrək kiminsə ona borcunun əvəzinə müxtəlif markalı siqaretlər verdiyini və həmin siqaretləri ondan saxlamağını xahiş etmişdir. O da Tofiqlə razılaşmış və həmin 1 ədəd sintetik kisədə olan siqaretləri yaşadığı evin otağında saxlamışdır. 17 aprel 2020-ci il tarixdə Balakən rayon polis şöbəsinin əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində ona Tofiq Hacıyevin siqaret verib vermədiyini soruşduqda o, da siqaret verdiyini və həmin siqaretləri yaşadığı evdə saxladığını və təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra yaşadığı evə getmişlər. Yaşadığı evə onun iştirakı və razılığı ilə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı Tofiqin ona verdiyi 1 ədəd sintetik kisədə olan siqaretləri polis əməkdaşlarına təqdim etmişdir. Həmin sintetik kisə açıldıqda içərisində 09 ədəd “Kingston” markalı, 20 ədəd “Magna” markalı, 04 ədəd “Bakı” markalı, 11 ədəd “Argo” markalı, 05 ədəd “Viceroy” markalı, 09 ədəd “Want” markalı, 06 ədəd “Vegas” markalı, 05 ədəd “Classic” markalı, 01 ədəd “Senate” markalı, 02 ədəd “West” markalı, 01 ədəd “Pallmall” markalı, 03 ədəd “Keno” markal və 01 ədəd “Winchester” markalı siqaretlər aşkar edilmişdir. Aşkar edilmiş həmin siqaretlər sintetik kisədə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra yaşadığı evə baxış davam edərkən yaşadığı evin yataq otağındakı dəmir vedrənin içərisində öz istifadəsi üçün əkmiş olduğu 03 ədəd çətənə bitkisinin şitilləri aşkar edilmişdir. Polis əməkdaşları ondan həmin bitki şitillərinin nə olmasını soruşduqda narkotik tərkibli bitki şitilləri olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları mütəxəssis aqranom dəvət etmişlər. x7 həmin bitki şitillərinə baxıb aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Bundan sonra həmin şitillər köklərindən çıxarılaraq 1 ədəd ağ zərfdə qablaşdırılmışdır. Üzərini də digər iştirakçılar, mütəxəssis və hal şahidləri ilə birlikdə imzalamışlar. Bundan sonra yaşadığı evə baxış davam etdirilmişdir. Baxış zamanı başqa qanunsuz saxlanılan hər hansı əşya və ya vasitə aşkar edilməmişdir. Baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Daha sonra polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona təqdim edilmiş vəkillərin siyahısından hüquqlarını dövlət hesabına müdafiə etməsi üçün Balakən rayonu ərazisində fəaliyyət göstərən Müdafiəçi dəvət olunmasını xahiş etmişdir. Daha sonra müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən hər hansı bir qanunsuz saxlanılan əşya aşkar edilməmişdir. Şəxsi axtarış aparılmasına dair protokol tərtib edilmişdir. Protokol ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Həmçinin qeyd etmişdir ki, Tofiq Hacıyev kiminsə özünə borcu olduğunu və həmin borcun əvəzinə siqaretləri ona verdiyini bildirmişdir. Tofiq Hacıyevin həmin siqaretləri hansı səbəbdən özündə saxlamayaraq ona verməsini bilməmişdir. Sadəcə olaraq dostu və tanışı olduğu üçün saxlamasını ondan xahiş etmişdir. O da etiraz etməyərək saxlamışdır. Narkotik vasitə istifadə etdiyi üçün həmin bitkiləri də əkib özü istifadə etmək məqsədilə narkotik əldə etməyi fikirləşmişdir. Əkmiş olduğu bitkilərin toxumlarını 2018-ci ilin avqust ayında Şambul kəndi ərazisindəki çöllük sahədə olduğu zaman oradakı su kanalının üzərində yabanı halda bitmiş çətənə bitkilərinin üzərindən yığaraq əldə edib yaşadığı evə gətirərək özünə istifadə etmək üçün narkotik əldə etmək məqsədilə saxlamışdır. Onu da qeyd etmişdir ki, ilk öncə 5 ədəd toxum yığmışdır, lakin həmin ərazidən evə gələn zaman yolda həmin toxumlardan ikisini itirmişdir. O, həmin bitkiləri əvvəl əkmək istəsədə tutulmağından qorxaraq əkməmişdir. Həmin bitkiləri 17 mart 2020-ci il tarixdə yaşadığı evdə dəmir vedrənin içərisində əkmiş, daha sonra isə həmin vedrəni yaşadığı evin özünə məxsus yataq otağına aparmışdır ki, bitkiləri əkməsindən heç kimin məlumatı olmasın. Bir müddət sonra isə həmin toxumların bitdiyini və şitil halına düşdüyünü görmüşdür. O, həmin şitillərə vaxtaşırı qulluq etmişdir. Yaşadığı evdə narkotik tərkibli bitkilər əkməsindən ailə üzvlərinin və ya başqa şəxslərin məlumatı olmamışdır. Gələcəkdə heç vaxt belə əməllərə yol verməyəcəkdir. Ailə vəziyyətini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, Balakən rayonunun Talalar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 17 aprel 2020-ci il tarixdə yaşadığı evdə olduğu zaman axşam təxminən saat 20 radələrində polis əməkdaşları onu qonşuluğunda yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi üçün dəvət etmişlər. Həmçinin ondan başqa digər qonşusu olan Şahid3 da hal şahidi qismində dəvət edilmişdir. Onlara hüquq və vəzifələri izah edildikdən sonra, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazının olub-olmadığı soruşulmuş, Tural isə etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs dostu Tofiq Hacıyev tərəfindən verilmiş siqaretləri təqdim edə biləcəyini deyərək evin hamam otağındakı bir ədəd sintetik kisəni təqdim etmişdir. Həmin sintetik kisə açıldıqda içərisində 09 ədəd “Kingston” markalı, 20 ədəd “Magna” markalı, 04 ədəd “Bakı” markalı, 11 ədəd “Argo” markalı, 05 ədəd “Viceroy” markalı, 09 ədəd “Want” markalı, 06 ədəd “Vegas” markalı, 05 ədəd “Classic” markalı, 01 ədəd “Senate” markalı, 02 ədəd “West” markalı, 01 ədəd “Pallmall” markalı, 03 ədəd “Keno” markalı və 01 ədəd “Winchester” markalı siqaretlərin olması müəyyən edilmişdir. Daha sonra Turalın yaşadığı evə baxış davam edilərkən yataq otağında 1 ədəd dəmir vedrənin içərisində 3 ədəd polis əməkdaşlarının deməsinə görə narkotik tərkibli bitki şitillərinə oxşar bitki şitilləri aşkar edilmişdir. Həmin bitki şitillərinə aqrotexniki qaydada qulluq edilib-edilməməsini müəyyən etmək məqsədilə polis əməkdaşları x14u dəvət etmişlər. x14 3 ədəd bitki şitillərini alaq otlarından təmizləndiyini və suvarıldığını, deyərək şitillərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Bundan sonra şitillər köklərindən çıxarılaraq ölçülmüş, hündürlüklərinin 15 sm-dən 25 sm-dək olması müəyyən edilmişdir. Daha sonra aşkar edilmiş bitki şitilləri 1 ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, üzərini də iştirakçılarla birlikdə imzalamışlar. Daha sonra baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid4 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. 17 aprel 2020-ci il tarixdə Balakən rayon Sarıbulaq kənd sakini x4 və Talalar kənd sakini x6 məxsus mağazalardan oğurluq edən şəxslərin Balakən rayon Talalar kənd sakinləri x12 və x9, həmçinin Qazma kənd sakini x5 olması müəyyən edilmişdir. Araşdırma zamanı Tofiq Hacıyev oğurlamış olduqları siqaretlərin ona düşən paydan bir hissəsini rayonun Talalar kənd sakini Təqsirləndirilən şəxs saxlaması üçün verdiyini bildirmişdir. Bununla bağlı həmin tarixdə Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilmiş və Tofiq Hacıyevin həqiqətən də ona saxlaması üçün siqaretlər verdiyini və həmin siqaretləri təqdim edə biləcəyini qeyd etdiyindən polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi üçün getmişlər. Həmçinin baxışda iştirak etmək üçün Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında yaşayan Şahid4 və Şahid3 da hal şahidi qismində dəvət edilmişdir. Hal şahidlərinə hüquq və vəzifələri izah edildikdən sonra, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazının olub-olmadığı soruşulmuş, Tural isə etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs tanışı Tofiq Hacıyev tərəfindən verilmiş siqaretləri təqdim edə biləcəyini deyərək yaşadığı evə gedib evin hamam otağındakı bir ədəd sintetik kisəni təqdim etmişdir. Həmin sintetik kisə açıldıqda içərisində 09 ədəd “Kingston” markalı, 20 ədəd “Magna” markalı, 04 ədəd “Bakı” markalı, 11 ədəd “Argo” markalı, 05 ədəd “Viceroy” markalı, 09 ədəd “Want” markalı, 06 ədəd “Vegas” markalı, 05 ədəd “Classic” markalı, 01 ədəd “Senate” markalı, 02 ədəd “West” markalı, 01 ədəd “Pallmall” markalı, 03 ədəd “Keno” markalı və 01 ədəd “Winchester” markalı siqaretlərin olması müəyyən edilmişdir. Daha sonra Turalın yaşadığı evə baxış davam edərkən yataq otağında 1 ədəd dəmir vedrənin içərisində 3 ədəd narkotik tərkibli bitki şitillərinə oxşar bitki şitillərinin olması müəyyən edilmişdir. Həmin bitki şitillərinə aqrotexniki qaydada qulluq edilib-edilməməsini müəyyən etmək məqsədilə aqranom x7u dəvət etmişlər. Aqranom x7 3 ədəd bitki şitillərinin alaq otlarından təmizləndiyini və suvarıldığını deyərək şitillərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Bundan sonra həmin bitki şitilləri köklərindən çıxarılaraq ölçülmüş, hündürlüklərinin 15 sm-dən 25 sm-dək olması müəyyən edilmişdir. Daha sonra aşkar edilmiş bitki şitilləri 1 ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, üzərini də iştirakçılarla birlikdə imzalamışlar. Həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi siqaretlər də 1 ədəd sintetik kisədə qablaşdırılaraq, DİN-nin arayışlar üçün 185 saylı möhürü ilə möhürlənmiş, üzərini də iştirakçılarla birlikdə imzalamışlar. Təqsirləndirilən şəxs yaşadığı evə baxış davam edərkən başqa qanunsuz saxlanılan əşya və sairə aşkar edilməmişdir. Daha sonra baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Daha sonra Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilərək polis şöbəsində şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs üzərindən qanunsuz saxlanılan əşya, predmet və sairə aşkar edilməmişdir. Bundan sonra şəxsi axtarış aparılmasına dair protokol tərtib edilmiş, protokola heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. İşin 74-78-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 17 aprel 2020-ci il tarixli baxış protokolundan görünür ki, 17 aprel 2020-ci il tarixdə Balakən rayonu Talalar kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evə, evin həyətyanı sahəsinə və yardımçı tikililərə həmin gün saat 20:50-dən 22:05-dək olan müddətdə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında 01 ədəd dəmir vedrənin içərisində 03 ədəd narkotik tərkibli çətənə bitki şitillərini əkmişdir. Əkilmiş 03 ədəd narkotik tərkibli çətənə bitki şitillərinə aqrotexniki qaydada qulluq-olunub olunmaması ilə bağlı rəy olunması üçün mütəxəssis aqronom dəvət edilmişdir. Mütəxəssis x14 həmin 03 ədəd narkotik tərkibli çətənə bitki şitillərinə oxşar bitki şitillərinə baxmış və 03 ədəd narkotik tərkibli çətənə bitki şitillərinə oxşar bitki şitillərinin hündürlüyü ölçülmüş, hündürlüyü 15 sm-dən 25 sm-dək olmuşdur. Aqronom mütəxəssis daha sonra bitki şitillərinin olduğu vedrədə başqa heç bir bitki toxumunun və cücərtisinin olmaması, həmin şitillərin toxumunun və ya çiyidin əkilməsi vasitəsi ilə bitdiyini və şitillərə qulluq edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs 03 ədəd narkotik tərkibli çətənə bitkisinin şitillərinə oxşar bitki şitillərinin çətənə bitkisinin şitillərinin olduğunu bildirmişdir. Həmçinin həmin şitilləri gələcəkdə özü istifadə etmək məqsədi ilə əkdiyini bildirmişdir. Daha sonra 03 ədəd narkotik tərkibli çətənə bitki şitillərinə oxşar bitki şitilləri hal şahidlərinin iştirakı ilə 1 ədəd ağ rəngli zərfə qoyularaq möhürlənmiş, üzəri imzalanaraq maddi sübut kimi götürülmüşdür. Baxış zamanı fotoşəkillər çəkilmiş və protokola əlavə olunmuşdur. Daha sonra protokola əlavələr və düzəlişlər daxil olmadığından imzalarla təsdiq edilmişdir. İşin 78-ci vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən 17.04.2020-ci il tarixli ixtisasca aqronom-mütəxəssis x3 verdiyi rəydən görünür ki, nümunə bir ədəd dibçəkdə (vedrədə) əkilmiş üç ədəd şitildən ibarətdir. Baxış zamanı müəyyən etmişdir ki, həmin şitillərin hər biri iki ədəd fildə (dərə), 4 ədəd əsas yarpaq formasındadır. Həmin dibçəkdə (vedrədə) başqa heç bir bitki toxumunun və cücərtisinin olmaması, həmin şitillərin toxumunvəya çiyidin əkilməsi vasitəsi ilə bitdiyinin və şitillərə qulluq edilməsinin nəticəsidir. İşin 108-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası ƏN-nin MEM-nin Şəki Regional bölməsinin 18 aprel 2020-ci il tarixli 17/227 nömrəli ekspert rəyində göstərilmişdir: Tədqiqata təqdim olunmuş, üzərində "Vət Təqsirləndirilən şəxs Balakən rayonu Talalar kəndində yerləşən yaşadığı evin yataq otağında aşkar edilmiş..." sözləri və imzalar yazılmış zərfin içərisindəki 03 (üç) ədəd hündürlükləri 15 sm-dən 25 sm-dək, ümumi təmiz çəkisi – 1,33 qram olan bitki şitilləri narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. -Aqronom mütəxəssis E.Bayramovun 17.04.2020-ci il tarixli aqronom rəyinə əsasən 03(üç) ədəd çətənə (kannabis) bitkisinin şitillərinə aqrotexniki qaydada qulluq edilmişdir. İşin 192-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş x11 Gəncə şəhər ambulator məhkəmə-narkoloji ekspertizasının 08 iyun 2020-ci il tarixli 443 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İşin 91-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş cinayət işi başlanana kimi şəxsi tutma protokolundan görünür ki, 17 aprel 2020-ci ildə saat 22:50-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 140-141-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 19 aprel 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və qərarın surəti icra olunması üçün Balakən RPŞ-nə göndərilmişdir. İşin 160-cı vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsəvvəllərməhkumolunmamışdır. İşin 167-civərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən RİHB-nın Talalar kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 165-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Talalar kənd inzibati ərazi dairəsi tərəfindən 04.05.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, Zohorov x10 rayonu Talalar kəndində yaşamaqla, himayəsində işlməyən atası, anası, qardaş və bacısı vardır. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmə cinayət əməlini törətmişdir. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə, onları (onların hissələrini) toplama, habelə çətənə, xaşxaş növlərini və ya tərkibində narkotik maddələr olan digər bitkiləri kultivasiya etməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə narkotik vasitələr-BMT-nin 1961-ci il tarixli «Narkotik vasitələr haqqında» Vahid Konvensiyasında, 1971-ci il tarixli «Psixotrop maddələr haqqında» Konvensiyasında, 1988-ci il tarixli «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında» Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.6-ci maddəsinə görə tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 19-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİqanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının çıxışını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir,əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəmiyyətdən təcrid olunmadan da islah olunmasının mümkünlüyünü nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Onun 17 aprel 2020-ci il tarixdən 19 aprel 2020-ci il tarixə kimi şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə hesablanmaqla həmin cəzadan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə vaxtı saat 23:00-da səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və qonşu Zaqatala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 51.06 (əlli bir manat altı qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsində saxlanılan yaşadığı evin otağında dəmir vedrənin içərisində aşkar edilmiş 03 ədəd narkotik tərkibli çətənə (kanabbis) şitilləri hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə tam həcmdə məhv edilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd DVD diski cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması üçün hökmün surəti onun yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi x8 Şəxsinə göndərilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 20 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Müdafiəçi məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi nəfinə 120 manat köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. x1rşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Onun 17 aprel 2020-ci il tarixdən 19 aprel 2020-ci il tarixə kimi şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 51.06 (əlli bir manat altı qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN **********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış, ekspertizadan sonra Balakən rayon polis şöbəsində saxlanılan, 03 (üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitki şitilləri hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd DVD diski cinayət işinin materiallarında saxlansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması üçün hökmün surəti onun yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi x8 Şəxsinə göndərilsin. Hökmün icrası Balakən rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi nəfinə, hesabına 120 manat köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar