Məhkəmə qərarları › İş №1(019)-49/2021

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-49/2021

29.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-49/2021 29.06.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X15 qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, zərərçəkmiş hüquqi şəxs X10 Təchizatı və Satışı İdarəsi Balakən Elektrik Şəbəkəsi nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs-xx.xx.1989-cu ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Balakən rayonunun Meşəşambul kəndində qeydiyyatda olan, Balakən rayonu Qabaqçöl qəsəbəsində yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 31 dekabr 2020-ci il tarixdə təxminən saat 21 radələrində idarə etdiyi “Khazar LX” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonu istiqamətindən Balakən şəhəri istiqamətində 60 km/saat sürətlə hərəkət edərkən Yevlax- Zaqatala-Gürcüstan sərhədi yolunun Balakən rayonunun Katex kəndinin ərazisindən keçən 140.9-cu kilometrliyində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1 -ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olsa da almayıb, idarə etdiyi avtomobilin öz hərəkət zolağında təhlükəsiz hərəkətini təmin edə bilməyib, avtomobili hərəkət hissəsindən sola çıxarıb yolun kənarındakı işıq dirəyinə vuraraq aşırmış, nəticədə ehtiyyatsızlıqdan “Khazar LX” markalı avtomobilin salonunda olan sərnişin X9 ağır kəllə beyin travması, başın təpə-sağ gicgah nahiyələrində dərialtının qansızması-hematoması, baş beynin sərt qişasında, yumşaq qişalarda əzilmə-qansızma-hematoma, baş beyin maddəsində ödem, sağ qulağında cırılmış yara, sol bazu sümüyündə qəlpəli yerdəyişməli sınıq, sağ əlinin üstündə qırmızımtıl sıyrıq, sağ qılçada sıyrığın əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığa ağır bədən xəsarətləri yetirmiş və onun 01 yanvar 2021-ci il tarixdə saat 03:30da radələrində Zaqatala RMX-da ölməsinə səbəb olmuş, digər sərnişinlər Zərərçəkmiş şəxs2 onurğa sütunu, onurğa beynin qapalı travması, onurğa beynin yüngül dərəcəli əzilməsi, TH-8, TH-9, TH-10, TH-11 (döş fəqərələri) fəqərələrinin arxa elementlərinin fəsadlaşan sınıqları, TH-8, TH-9, TH-10 səviyyədə epidural hematoması nəticəsində aşağı mötədil paraparez, sümüküstlüyü və vətər reflekslərində, 12 cüt kəllə beyin sinirlərində zədələnmə, çanaq üzvlərinin ləngimə tipli pozulmasının əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığa ağır, Zərərçəkmiş şəxs1 başın təpə nahiyəsinin əzilmiş cırılmış yarası, sağ kürək sümüyünün qapalı qəlpəli yerini dəyişən sınığı, sağ 3-4-5-6-7-8-ci qabırğaların qapalı yerini dəyişən sınıqları, sağ tərəfli hemotoraksın əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığa ağır, Zərərçəkmiş şəxs3 sağ dirsək sümüyünün aşağı 1/3- də qapalı yerdəyişməsiz sınığının əmələ gəlməsi ilə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, habelə bir ədəd elektrik dirəyinin yararsız hala düşməsi nəticəsində X8 534 (beş yüz otuz dörd) manat, həmçinin Zərərçəkmiş şəxs4 məxsus “Khazar LX” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində ona 14500 (on dörd min beş yüz) manat məbləğində ziyan vurmuşdur. Təqsirləndirilən şəxs sözügedən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, bilavasitə tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, “Khazar LX” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs4 məxsusdur, həmin avtomobili etibarnamə əsasında icarəyə götürüb idarə edir və onun avtomobili idarə etməyə hüquq verən BC dərəcəli sürücülük vəsiqəsi vardır. 31.12.2020-ci il tarixdə İİ Qarabağ müharibəsindən qayıdan həmkəndlilərini qarşılamaq üçün tanışları X13, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ilə birlikdə idarə etdiyi “Khazar LX” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən rayonunun girəcəyinə Ala Qapı deyilən yerə getmişlər. Onlar Balakən rayonunun girəcəyində müharibədən qayıdan əsgəri qarşıladıqdan sonra “Khazar LX” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən şəhərinə qayıtmaq üçün yola düşmüşlər. Həmin vaxt Zərərçəkmiş şəxs3 qabaq sağ oturacaqda əyləşmiş, arxa oturacaqda sağ tərəfdə Nicat Keçiliyev, ortada Zərərçəkmiş şəxs1, sol tərəfdə Zərərçəkmiş şəxs2 əyləşmişlər. O, isə “Khazar LX” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobili Zaqatala rayonu istiqamətindən Balakən şəhəri istiqamətində təxminən 40-50 km/saat sürətlə idarə etmişdir. Təxminən saat 21 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Balakən rayonunun ərazisindən keçən 140.9-cu km-də, idarə etdiyi «Khazar LX” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobillə əks hərəkət zolağına çıxıb qarşılarında olan maşın kalonunu ötüb keçmək üçün avtomobilin sürətini təxminən 60 km/saat sürətə qaldırmışdır. Həmin vaxt əks hərəkət zolağından avtomobil gəldiyini görüb idarə etdiyi “Khazar LX” markalı avtomobilin tormoz əyləcindən istifadə etmiş və bu zaman o, avtomobilin idarəçiliyini itirmişdir. Bundan sonra idarə etdiyi “Khazar LX” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobil yolun soluna istiqamətlənib yolun kənarındakı işıq dirəyinə dəyib aşmış, nəticədə o, heç bir xəsarət almasada, idarə etdiyi “Khazar LX” markalı avtomobilin salonunda olan sərnişinlər Zərərçəkmiş şəxs3, X13, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 xəsarət almışlar. Həmin vaxt ətrafa toplaşan tanımadığı şəxslər onları avtomobildən çıxardaraq təcili tibbi yardıma zəng etmişlər, daha sonra o, xəsarət alanları bir neçə dəqiqə sonra hadisə yerinə gələn təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yola salınmasında köməklik göstərmişdir. Bundan sonra o, yoldan keçən tanımadığı avtomobillə Zaqatala RMX-na gedərək xəsarət alanların vəziyyəti ilə maraqlandıqdan sonra həyacanlı olduğundan yaşadığı ünvana getmişdir. Səhəri gün ona Nicat Keçiliyevin 01.01.2021-ci il tarixdə saat 03:30-da Zaqatala RMX-da ölməsi məlum olmuşdur. Əməlindən çox peşimandır. Zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslərlə barışmışdır. Həmin şəxslərin ondan heç bir şikayətləri və tələbləri yoxdur.Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, mərhum X13 onun oğlu olmuşdur. 31.12.2020-ci il tarixdə təxminən saat 21:30 radələrində ona oğlu- Nicat Keçiliyevin yol-nəqliyyat hadisəsinə düşərək Zaqatala rayon Mərkəzi xəstəxanasına daxil olması barədə məlumat verilmişdir. Bundan sonra o, Zaqatala RMX-na getmiş və xəstəxanada ona məlum olmuşdur ki, 31.12.2020-ci il tarixdə təxminən saat 21 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Balakən rayonunun ərazisindən keçən 140.9-cu km-də, Təqsirləndirilən şəxs idarə etdiyi “Khazar LX” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonu istiqamətindən Balakən şəhəri istiqamətində hərəkət edərkən avtomobilin idarəçiliyini itirərək avtomobili yolun soluna çıxardıb işıq dirəyinə vurub aşırmış, nəticədə “Khazar LX” markalı avtomobilin salonunda olan oğlu X13, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 müxtəlif bədən xəsarətləri alaraq Zaqatala RMX-na daxil olmuşlar.01.01.2021-ci il tarixdə saat 03:30-da oğlu Nicat Keçiliyev həmin xəstəxanada ölmüşdür.O, təqsirləndirilən şəxslə barışmışdır, onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 31.12.2020-ci il tarixdə İİ Qarabağ müharibəsindən qayıdan həmkəndlilərini qarşılamaq üçün tanışları X13, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 ilə birlikdə digər tanışı Təqsirləndirilən şəxs idarə etdiyi “Khazar LX” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən rayonunun girəcəyinə Ala Qapı deyilən yerə getmişlər. Onlar Balakən rayonunun girəcəyində müharibədən qayıdan əsgəri qarşıladıqdan sonra “Khazar LX” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən şəhərinə qayıtmaq üçün yola düşmüşlər. Həmin vaxt qabaq sağ oturacaqda o, əyləşmiş, arxa sağ oturacaqda Nicat Keçiliyev əyləşmiş, Zərərçəkmiş şəxs1 ortada əyləşmiş, Zərərçəkmiş şəxs2 sol tərəfdə əyləşmiş, Təqsirləndirilən şəxs isə salonunda olduğu “Khazar LX” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobili Zaqatala rayonu istiqamətindən Balakən şəhəri istiqamətində idarə etmişdir. Təxminən saat 21 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Balakən rayonunun ərazisindən keçən 140.9cu km-də, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi salonunda olduğu “Khazar LX” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobillə əks hərəkət zolağına çıxıb qarşılarında olan maşın kalonunu ötüb keçmək istəmişdir. Həmin vaxt əks hərəkət zolağından avtomobil gəldiyini görüb Rasim avtomobilin tormoz əyləcindən istifadə etmiş və bu zaman avtomobilin idarəçiliyini itirmişdir. Bundan sonra salonunda olduğu “Khazar LX” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobil yolun soluna istiqamətlənib yolun kənarındakı işıq dirəyinə dəyib aşmış, nəticədə sürücü Təqsirləndirilən şəxs heç bir xəsarət almasada, o, X13, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 xəsarət almışlar. Bundan sonra ətrafa toplaşan tanımadığı şəxslər onları avtomobildən çıxardaraq təcili tibbi yardıma zəng etmişlər, bir neçə dəqiqə keçdikdən sonra təcili tibbi yardım avtomobili gəlib onları Zaqatala RMX-na aparmışlar. 01.01.2021-ci il tarixdə saat 03:30-da isə X11 RMX- da ölməsi ona məlum olmuşdur. O, təqsirləndirilən şəxslə barışmışdır,onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs3 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xususatları öz ifadəsində təstiq etdi . O,əlavə olaraq göstərdi ki, təqsirləndirilən şəxslə barışmışdır, onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 göstərdi ki, “Khazar LX” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobili 05.11.2019cu il tarixdə “xxxx" MMC-dən Lizinqlə almış, həmin avtomobil faktiki ona məxsusdur. O, “Khazar LX” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə icarəyə verir. “Khazar LX” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobili 01.12.2020-ci il tarixdə etibarnamə ilə Balakən rayonunun Meşəşambul kəndində qeydiyyatda duran Təqsirləndirilən şəxs icarəyə vermişdi.Təqsirləndirilən şəxs “Khazar LX” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobili göstərilən tarixdə təhvil vermədiyindən o, Təqsirləndirilən şəxs mobil telefonuna zəng etmiş, lakin zəng çatmadığından onunla bir müddət əlaqə saxlaya bilməmişdir. Bundan sonra 13 fevral 2021 -ci il tarixdə o, Zaqatala rayonuna getmiş və özünə məxsus “Khazar LX” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobilin yararsız halda BDYPİ-nin YPXA-nın Zaqatala rayonun ərazisində yerləşən 5ci tağımın 718 saylı duracağında saxlanıldığını görmüşdür. Bundan sonra hadisə barədə məlumat aldıqda ona məlum olmuşdur ki, 31.12.2020-ci il tarixdə təxminən saat 21 radələrində Yevlax- Zaqatala-Gürcüstan sərhədi yolunun Balakən rayonunun ərazisindən keçən 140.9-cu km-də, Təqsirləndirilən şəxs idarə etdiyi “Khazar LX” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonu istiqamətindən Balakən şəhəri istiqamətində hərəkət edərkən avtomobilin idarəçiliyini itirərək avtomobili yolun soluna çıxardıb işıq dirəyinə vurub aşırmış, nəticədə “Khazar LX” markalı avtomobilin salonunda olan X13 xəsarət alaraq Zaqatala RMX-na daxil olmuş və 01.01.2021-ci il tarixdə saat 03:30-da həmin xəstəxada ölmüşdür. Qeyd etmişdir ki, həmin hadisə nəticəsində ona məxsus “Khazar LX” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobilə 14500 (on dörd min beş yüz) manat maddi ziyan vurulmuşdur. Ona dəymiş ziyan ödənməmişdir. Onun təqsirləndirilən şəxsdən şikayəti yoxdur ,lakin ziyanın ödənməsini tələb edir. Təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs X10 Təchizatı və Satışı İdarəsi Balakən Elektrik Şəbəkəsi nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, o, X5 baş mühəndis vəzifəsində işləyir.31.12.2020-ci il tarixdə təxminən saat 21 radələrində Yevlax-Zaqatala- Gürcüstan sərhədi yolunun Balakən rayonunun ərazisindən keçən 140.9-cu km-də baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X6 balansında olan elektrik dirəyinə və naqilə ziyan dəyməsi barədə məlumat almışlar. Bundan sonra hadisə barədə məlumat aldıqda ona məlum olmuşdur ki,31.12.2020-ci il tarixdə təxminən saat 21 radələrində Yevlax-Zaqatala- Gürcüstan sərhədi yolunun Balakən rayonunun ərazisindən keçənci 142-ci km-də, vət. Təqsirləndirilən şəxs idarə etdiyi «Khazar LX” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonu istiqamətindən Balakən şəhəri istiqamətində hərəkət edərkən avtomobilin idarəçiliyini itirərək avtomobili yolun soluna çıxardıb işıq dirəyinə vurub aşırmış, nəticədə «Khazar LX” markalı avtomobilin salonunda olan X13, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 xəsarət alaraq Zaqatala RMX-na daxil olmuşlar. Qeyd etmişdir ki, həmin hadisə nəticəsində X6 balansında olan yararsız hala düşmüş 1 (bir) ədəd elektrik dirəyinin naqillə quraşdırılması ilə birlikdə 534 (beş yüz otuz dörd) manat məbləğdə maddi ziyan vurulmuşdur.X8 dəymiş ziyan ödənməmişdir.Onun təqsirləndirilən şəxsdən şikayəti yoxdur, lakin ziyanın ödənməsini tələb edir. Təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. O, məhkəməyə ərizə göndərərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmir.Təqsirləndirilən şəxs ilə barışmışdır,şikayəti tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2ci maddəsinə əsasən cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra Zərərçəkmiş şəxs2 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsini , qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPXA-nın 5-ci tağımının YPX-ti inspektoru vəzifəsində işləyir, polis baş serjantıdır.O, 31.12.2020-ci il tarixdə Şahid2 ilə birlikdə xidmətdə olduqları zaman təxminən saat 21 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Balakən rayonunun ərazisindən keçən 140.9-cu km-də yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olmuşdur. Onlar həmin məlumata əsasən qeyd olunan əraziyə getmişlər, həmin vaxt orada ona məlum olmuşdur ki, 31.12.2020-ci il tarixdə təxminən saat 21 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Balakən rayonunun ərazisindən keçən 142- ci km-də, Təqsirləndirilən şəxs idarə etdiyi “Khazar LX” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonu istiqamətindən Balakən şəhəri istiqamətində hərəkət edərkən avtomobilin idarəçiliyini itirərək avtomobili yolun soluna çıxardıb işıq dirəyinə vurub aşırmış, nəticədə “Khazar LX” markalı avtomobilin salonunda olan X13, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 xəsarət alaraq Zaqatala RMXna daxil olmuşlar. Bundan sonra hadisə yerini mühafizə edərək baxış keçirilməsində iştirak etmiş və bu barədə tərtib olunmuş protokol və sxemə digər iştirakçılar ilə birlikdə imza etmişdir. Sonradan ona Nicat Keçiliyevin 01.01.2021-ci il tarixdə saat 03:30-da Zaqatala RMX-da ölməsi məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xususatları öz ifadəsində təstiq etmişdir. İşin 47-ci vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş AF 603372 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 18.10.2019-cu ildə verilmiş BC dərəcəli sürücülük vəsiqəsinin etibarlılıq müddəti 18.10.2029-cu ilə kimidir. İşin 19-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 31 dekabr 2020-ci il tarixli 516 nömrəli sərxoşluq hallarının təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, hadisə törədilən zaman 31.12.2020-ci il tarixdə saat 22-50 radələrində Təqsirləndirilən şəxs ayıq olmuşdur. İşin 57-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Zaqatala “Avtoservis 100” Sexlərinin 02.01.2021-ci il tarixli 2 saylı aktından görünür ki, “Khazar LX” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobilə 14500 (on dörd min beş yüz) manat dəyərində ziyan dəymişdir. İşin 82-84-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Məhkəmə-tibbi ekspertin 21.01.2021-ci il tarixli 70 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi ekspertizası zamanı müəyyən edilmiş xəsarət:-sağ dirsək sümüyünün aşağı 1/3-də qapalı yerdəyişməsiz sınığı- bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni 31.12.2020-ci ildə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcələrinə görə onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aid edilir. İşin 85-87-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş məhkəmə-tibbi ekspertin 21.01.2021-ci il tarixli 71 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı müəyyən edilmiş xəsarət:- onurğa sütünu, onurğa beynin qapalı travması, onurğa beynin yüngül dərəcəli əzilməsi, TH-8, TH- 9, TH-10, TH-11 (döş fəqərələri) fəqərələrinin arxa elementlərinin fəsadlaşan sınıqları, TH- 8, TH-9, TH-10 səviyyədə epidural hematoması nəticəsində aşağı mötədil paraparez, sümüküstlüyü və vətər reflekslərində,12 cüt kəllə beyin sinirlərində zədələnmə, çanaq üzvlərinin ləngimə tipili pozulması-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni 31.12.2020-ci ildə yolnəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcələrinə görə ümumilikdə onun həyatı üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid edilir. İşin 88-90-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Məhkəmə-tibbi ekspertin 21.01.2021-ci il tarixli 72 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı müəyyən edilmiş xəsarət:- başın təpə nahiyəsinin əzilmiş cırılmış yarası, sağ kürək sümüyünün qapalı qəlpəli yerini dəyişən sınığı, sağ 3-4-5-6-7-8-ci qabırğaların qapalı yerini dəyişən sınıqları, sağ tərəfli hemotoraks - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni 31.12.2020-ci ildə yol- nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcələrinə görə ümumilikdə onun həyatı üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid edilir. İşin 91-94-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Məhkəmə-tibbi ekspertin 21.01.2021-ci il tarixli 01 №-li rəyindən görünür ki,

1. X1 meyitinin məhkəmə-tibbi ekspertizası zamanı meyitdə aşkar edilmiş xəsarətlər:

1. Ağır kəllə beyin travması, başın təpə-sağ gicgah nahiyələrində dərialtının qansızması-hematoması, baş beynin sərt qişasında, yumşaq qişalarda əzilmə- qansızmahematoma, baş beyin maddəsində ödem, sağ qulağında cırılmış yara, sol bazu sümüyündə qəlpəli yerdəyişməli sınıq, sağ əlinin üstündə qırmızımtıl sıyrıq.

2. Yuxarıda qeyd edilmiş xəsarətlərin hamısı müxtəlif bərk küt (əşyanın) əşyaların dəyməsi təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 31.12.2020-ci ildə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcələrinə görə canlı şəxslərdə təyin edildiyi kimi onun həyatı üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid edilirlər.

3. Mər. X7 ölümünün səbəbi baş beyində əzilmə- qansızma, ödem olmuşdur.

4. Mər. X7 ölümü meyitin müayinəsindən 5-7 saat əvvəl baş verməyə uyğun gəlir. İşin 101-104-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 28 yanvar 2021-ci il tarixli 8/168 №-li rəyindən görünür ki;

1. istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Khazar LX” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.

2. İşin 105-106-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş BDYPİ Qİİ-dən alınmış 22.01.2021-ci il tarixli 016-10477-1221 nömrəli məktubundan görünür ki, xx.xx.1989-cu ildə anadan olmuş Təqsirləndirilən şəxs DİN BDYPİ Qeydiyyat İmtahan şöbəsinin informasiya uçot bazasına görə sürücülük hüququndan məhrum edilməsi və və ya məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxs 18.10.2019-cu il tarixdə AF seriyalı 603372 nömrəli "BC" kateqoriyalı sürücülük vəsiqəsinin verilməsi barədə məlumat mövcuddur.

3. İşin 95-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.

4. Məhkəmə iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X2 , zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, zərərçəkmiş hüquqi şəxs X10 Təchizatı və Satışı İdarəsi Balakən Elektrik Şəbəkəsi nümayəndəsi Nümayəndə, şahidlər- Şahid1 və Şahid2 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq məhkəmə tərəfindən müəyyən edildi ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsi olan avtomobili idarə etməklə yol hərəkəti qaydalarını pozub, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin həyat üçün təhlükəli olan sağlamlığa ölümlə nəticələnən ağır zərər vurmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi yaranır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 3-cü bəndində göstərilir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qərarın 4-cü bəndində isə göstərilir ki, CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin tərkibi vardır, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsi Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsinə,zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq qismən ödəməsi Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, əvvəllər yol hərəkəti qaydasını pozmağa görə məsuliyyətə cəlb olunmamasını, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini ,eyni zamanda onun təqsirli bilindiyi maddənin sanksiyasında yalnız azadlıqdan məhrumetmə növündə cəzanın müəyyən edilməsini, barəsində CM-in 62-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmçinin təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququndan müəyyən müddətə məhrum edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzadan azad edilməsi və ya barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin şərtlərinə əməl etdiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN: **********; AZ34CTRE ********************,X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK STREAZ22 hesaba keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə maddi sübut olan «Khazar LX” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanması üçün qəbzlə Zərərçəkmiş şəxs4 verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxs4 , zərərçəkmiş hüquqi şəxs X10 Təchizatı və Satışı İdarəsi Balakən Elektrik Şəbəkəsi nümayəndəsi Nümayəndə izah olunmalıdır ki, dəymiş zərərin ödənməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edə bilərlər. İş materiallarından həmçinin görünür ki, rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 14 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 84 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «xxxx» ASC-in X12 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır . Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-354, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 2(iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4(dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlansın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN: **********; AZ34CTRE ********************,X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK STREAZ22 hesaba keçirilsin. İş üzrə maddi sübut olan «Khazar LX” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanması üçün qəbzlə Zərərçəkmiş şəxs4 verilməsi nəzərə alınsın. Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Zərərçəkmiş şəxs4 , zərərçəkmiş hüquqi şəxs X10 Təchizatı və Satışı İdarəsi Balakən Elektrik Şəbəkəsi nümayəndəsi Nümayəndə izah olunur ki, dəymiş zərərin ödənməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edə bilərlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 84 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «xxxx» ASC-in X12 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar