Məhkəmə qərarları › İş №1(019)-49/2023

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-49/2023

20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-49/2023 20.12.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, zərərsəkmiş şəxs Zərərçəkmiş şəxs1, zərərçəkmiş hüquqi şəxs Pashapay MMC-nin nümayəndəsi Nümayəndə, müdafiəçilər-Balakən rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə xx xxxx 1994-cü il tarixdə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş -Balakən Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Balakən Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 ,177.2.3, 29,177.2.3 və 29,177.2.4-cü maddələri və xx xxxx 1996-cı il tarixdə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli-himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan, 08 dekabr 2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 177.2.1 və 177.2.3 maddələrilə təsqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs1 qəsdən, qanunsuz olaraq, təkrarən tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş, həmçinin, qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə saxlanc yerinə daxil olmaqla xeyli miqdarda özgənin əmlakını gizli olaraq talamaqla oğurluğa cəhd cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, qanunsuz olaraq tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədilə 01 dekabr 2022-ci il tarixdə təxminən saat 05 radələrində Zərərçəkmiş şəxs1 işlətdiyi, Balakən şəhəri H.Əliyev prospektində yerləşən və saxlanc yeri hesab edilən “Moskva” adlı ərzaq mağazasının giriş qapısının sol yan tərəfindəki şüşəni ayağının dabanı ilə vurub sındıraraq mağazaya daxil olub rəfdən dəyəri 60 manat olan 01 ədəd 01 litrlik “Jack Daniels” markalı viskini, kassadan qəpik pullardan ibarət ümumilikdə 10 manat məbləğində nağd pulu, mağazanın arxa tərəfində olan otaqdan hər birinin dəyəri 60 manat olmaqla ümumi dəyəri 120 manat olan 02 ədəd 0,7 litrlik “Chivas Legal 12” markalı, hər birinin dəyəri 50 manat olmaqla ümumi dəyəri 100 manat olan 02 ədəd 0,5 litrlik “Chivas Legal 12” markalı, hər birinin dəyəri 90 manat olmaqla ümumi dəyəri 180 manat olan 02 ədəd 01 litrlik “Jack Daniels” markalı, hər birinin dəyəri 60 manat olmaqla ümumi dəyəri 120 manat olan 02 ədəd 0,7 litrlik “Jack Daniels” markalı, hər birinin dəyəri 50 manat olmaqla ümumi dəyəri 100 manat olan 02 ədəd 0,5 litrlik “Jack Daniels” markalı viskiləri, dəyəri 40 manat olan 01 ədəd 01 litrlik “Finlandiya” markalı arağı, dəyəri 30 manat olan 01 ədəd 0,7 litrlik “Finlandiya” markalı arağı və hər birinin dəyəri 12 manat olmaqla ümumi dəyəri 24 manat olan 02 ədəd 0,75 litrlik nar şərablarını saxlanc yerinə qanunsuz daxil olmaqla gizli yolla ələ keçirib talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 784 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş, həmçinin o, həmin mağazada quraşdırılmış Pashapay MMC-nin mülkiyyətində olan 01517 saylı “Milli ün” ödəmə terminalının içərisində 6000 manat pul olduğunu hesab edərək, həmin terminaldan pul oğurlamaq qərarına gəlmiş, daha sonra mağazanın içərisindən tapdığı vintaçanla terminalın ön sağ hissəsinə müdaxilə etməklə inkasassiya texniki qapısını aralayaraq açıb pulu oğurlamaq istəmiş, lakin buna nail ola bilməmiş, ona görə də öz iradəsindən asılı olmayan səbəblərə görə bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən hərəkətini başa çatdıra bilməyərək saxlanc yerinə qanunsuz daxil olmaqla xeyli miqdarda özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməyə cəhd etmişdir. Bundan başqa o, qəsdən, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, sonuncu ilə küçədə dayanıb ətrafa nəzarət etməsi və kimsə gələcəyi halda ona dərhal məlumat verməsi barədə razılaşaraq, 06 dekabr 2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs2 icarəyə götürüb işlətdiyi, Balakən şəhəri H.Əliyev prospektində yerləşən və saxlanc yeri hesab edilən köşkün ön sağ hissəsində olan şüşəni sındırıb köşkün içərisinə daxil olaraq vitrindən hər birinin dəyəri 2 manat 70 qəpik olmaqla ümumi dəyəri 8 manat 10 qəpik olan 03 qutu “Rothmans” Demi Blue markalı, dəyəri 2 manat 70 qəpik olan 01 qutu “Rothmans” Demi Silver markalı, hər birinin dəyəri 2 manat 50 qəpik olmaqla ümumi dəyəri 5 manat olan 02 qutu “West” Silver markalı, dəyəri 2 manat olan 01 qutu “Argo” King Size markalı, hər birinin dəyəri 2 manat 20 qəpik olmaqla ümumi dəyəri 8 manat 80 qəpik olan 04 qutu “Prima” Delux Blue markalı, hər birinin dəyəri 2 manat 70 qəpik olmaqla ümumi dəyəri 8 manat 10 qəpik olan 03 qutu “Winchester” Blue markalı, hər birinin dəyəri 2 manat 70 qəpik olmaqla ümumi dəyəri 8 manat 10 qəpik olan 03 qutu “Winchester” Silver markalı, dəyəri 2 manat 70 qəpik olan 01 qutu “Winchester” Compact Silver markalı, hər birinin dəyəri 2 manat 20 qəpik olmaqla ümumi dəyəri 4 manat 40 qəpik olan 02 qutu “Magna” Black markalı, hər birinin dəyəri 2 manat 20 qəpik olmaqla ümumi dəyəri 8 manat 80 qəpik olan 04 qutu “Magna” Silver markalı, hər birinin dəyəri 2 manat 20 qəpik olmaqla ümumi dəyəri 4 manat 40 qəpik olan 02 qutu “Magna” White markalı, dəyəri 2 manat 20 qəpik olan 01 qutu “Veqas” Slims Silver markalı, hər birinin dəyəri 2 manat 20 qəpik olmaqla ümumi dəyəri 4 manat 40 qəpik olan 02 qutu “Veqas” Slims Blue markalı, dəyəri 3 manat 60 qəpik olan 01 qutu “Winston” XStyle markalı, hər birinin dəyəri 2 manat 20 qəpik olmaqla ümumi dəyəri 4 manat 40 qəpik olan 2 qutu “Viceroy” N-Series Silver markalı, dəyəri 2 manat 20 qəpik olan 01 qutu “Kingston” Nano Slim markalı, dəyəri 2 manat 70 qəpik olan 01 qutu “Pall Mall” American Nights markalı, hər birinin dəyəri 2 manat 70 qəpik olmaqla ümumi dəyəri 5 manat 40 qəpik olan 02 qutu “Pall Mall” Nanokings markalı, dəyəri 2 manat 70 qəpik olan 01 qutu “LD” Club markalı, hər birinin dəyəri 3 manat 80 qəpik olmaqla ümumi dəyəri 7 manat 60 qəpik olan 02 qutu “Kent” Silver markalı, dəyəri 3 manat 80 qəpik olan 01 qutu “Kent” Navy Blue markalı, dəyəri 4 manat 20 qəpik olan 01 qutu “Sobranie” London White markalı, hər birinin dəyəri 4 manat 20 qəpik olmaqla ümumi dəyəri 8 manat 40 qəpik olan 02 qutu “Sobranie” London Black markalı, dəyəri 4 manat 20 qəpik olan 01 qutu “Sobranie” X17 markalı, dəyəri 4 manat 20 qəpik olan 01 qutu “Sobranie” London Whites markalı, dəyəri 4 manat 20 qəpik olan 01 qutu “Sobranie” London Caster markalı, hər birinin dəyəri 4 manat 20 qəpik olmaqla ümumi dəyəri 8 manat 40 qəpik olan 02 qutu “Sobranie” London Blacks markalı və dəyəri 4 manat 20 qəpik olan 01 qutu “Sobranie” London Blues markalı siqaretləri, köşkün içərisindəki sürahinin üzərində olan kiçik plastmas qabın içərisində olan qəpik pullardan ibarət ümumilikdə 5 manat 80 qəpik nağd pulu, həmçinin, köşkün içərisindəki sürahinin üzərindəki ümumi dəyəri 30 manat olan 15 ədəd 02 manatlıq Şans Ulduzu adlı yeni lotoreya biletlərini və uduşa düşmüş ümumilikdə 62 manat pulları, Zərərçəkmiş şəxs2 vətəndaşlarla ödədiyi 19 ədəd silinmiş vəziyyətdə müxtəlif lotoreya biletlərini saxlanc yerinə qanunsuz daxil olmaqla gizli yolla ələ keçirib talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 237 manat 70 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədilə 06 dekabr 2022-ci il tarixdə saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, Təqsirləndirilən şəxs1la küçədə dayanıb ətrafa nəzarət edəcəyi və kimsə gələcəyi halda sonuncuya dərhal məlumat verəcəyi barədə razılaşmış, Təqsirləndirilən şəxs1 da Zərərçəkmiş şəxs2 icarəyə götürüb işlətdiyi, Balakən şəhəri H.Əliyev prospektində yerləşən və saxlanc yeri hesab edilən köşkün ön sağ hissəsində olan şüşəni sındırıb köşkün içərisinə daxil olaraq vitrindən hər birinin dəyəri 2 manat 70 qəpik olmaqla ümumi dəyəri 8 manat 10 qəpik olan 03 qutu “Rothmans” Demi Blue markalı, dəyəri 2 manat 70 qəpik olan 01 qutu “Rothmans” Demi Silver markalı, hər birinin dəyəri 2 manat 50 qəpik olmaqla ümumi dəyəri 5 manat olan 02 qutu “West” Silver markalı, dəyəri 2 manat olan 01 qutu “Argo” King Size markalı, hər birinin dəyəri 2 manat 20 qəpik olmaqla ümumi dəyəri 8 manat 80 qəpik olan 04 qutu “Prima” Delux Blue markalı, hər birinin dəyəri 2 manat 70 qəpik olmaqla ümumi dəyəri 8 manat 10 qəpik olan 03 qutu “Winchester” Blue markalı, hər birinin dəyəri 2 manat 70 qəpik olmaqla ümumi dəyəri 8 manat 10 qəpik olan 03 qutu “Winchester” Silver markalı, dəyəri 2 manat 70 qəpik olan 01 qutu “Winchester” Compact Silver markalı, hər birinin dəyəri 2 manat 20 qəpik olmaqla ümumi dəyəri 4 manat 40 qəpik olan 02 qutu “Magna” Black markalı, hər birinin dəyəri 2 manat 20 qəpik olmaqla ümumi dəyəri 8 manat 80 qəpik olan 04 qutu “Magna” Silver markalı, hər birinin dəyəri 2 manat 20 qəpik olmaqla ümumi dəyəri 4 manat 40 qəpik olan 02 qutu “Magna” White markalı, dəyəri 2 manat 20 qəpik olan 01 qutu “Veqas” Slims Silver markalı, hər birinin dəyəri 2 manat 20 qəpik olmaqla ümumi dəyəri 4 manat 40 qəpik olan 02 qutu “Veqas” Slims Blue markalı, dəyəri 3 manat 60 qəpik olan 01 qutu “Winston” XStyle markalı, hər birinin dəyəri 2 manat 20 qəpik olmaqla ümumi dəyəri 4 manat 40 qəpik olan 2 qutu “Viceroy” N-Series Silver markalı, dəyəri 2 manat 20 qəpik olan 01 qutu “Kingston” Nano Slim markalı, dəyəri 2 manat 70 qəpik olan 01 qutu “Pall Mall” American Nights markalı, hər birinin dəyəri 2 manat 70 qəpik olmaqla ümumi dəyəri 5 manat 40 qəpik olan 02 qutu “Pall Mall” Nanokings markalı, dəyəri 2 manat 70 qəpik olan 01 qutu “LD” Club markalı, hər birinin dəyəri 3 manat 80 qəpik olmaqla ümumi dəyəri 7 manat 60 qəpik olan 02 qutu “Kent” Silver markalı, dəyəri 3 manat 80 qəpik olan 01 qutu “Kent” Navy Blue markalı, dəyəri 4 manat 20 qəpik olan 01 qutu “Sobranie” London White markalı, hər birinin dəyəri 4 manat 20 qəpik olmaqla ümumi dəyəri 8 manat 40 qəpik olan 02 qutu “Sobranie” London Black markalı, dəyəri 4 manat 20 qəpik olan 01 qutu “Sobranie” X17 markalı, dəyəri 4 manat 20 qəpik olan 01 qutu “Sobranie” London Whites markalı, dəyəri 4 manat 20 qəpik olan 01 qutu “Sobranie” London Caster markalı, hər birinin dəyəri 4 manat 20 qəpik olmaqla ümumi dəyəri 8 manat 40 qəpik olan 02 qutu “Sobranie” London Blacks markalı və dəyəri 4 manat 20 qəpik olan 01 qutu “Sobranie” London Blues markalı siqaretləri, köşkün içərisindəki sürahinin üzərində olan kiçik plastmas qabın içərisində olan qəpik pullardan ibarət ümumilikdə 5 manat 80 qəpik nağd pulu, həmçinin, köşkün içərisindəki sürahinin üzərindəki ümumi dəyəri 30 manat olan 15 ədəd 02 manatlıq Şans Ulduzu adlı yeni lotoreya biletlərini və uduşa düşmüş ümumilikdə 62 manat pulları, Zərərçəkmiş şəxs2 vətəndaşlarla ödədiyi 19 ədəd silinmiş vəziyyətdə müxtəlif lotoreya biletlərini saxlanc yerinə qanunsuz daxil olmaqla gizli yolla ələ keçirib talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 237 manat 70 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən cinayət əməllərini törətmələri onların etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, işdə olan ekspertiza rəyi və digər sənədlərin tədqiqi əsasında aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.3 və 29,177.2.4-cü maddələrilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmiş, həmçinin zərərçəkmiş şəxslərə vurduğu ziyanı könüllü şəkildə tam olaraq onlara ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir tələb və şikayətinin olmadığını, cinayət əməlləri törətməsini etiraf edib, bu əməlləri törətməsindən səmimi peşmançılıq hissi keçirdiyini bildirmişdir. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.3 və 29, 177.2.4-cü maddələrilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda ünvan 4 ünvanında tək yaşayır və Balakən şəhəri ərazisində yerləşən “Avtobaza” adlanan yerdə qeyri-rəsmi fəhlə işləyərək pul qazanıb özünü dolandırır. O, hər gün səhər saatlarında işə gedir və təxminən saat 18-19 radələrində işdən çıxıb yaşadığı evə gedir. O, 05 dekabr 2022-ci il tarixdə həmişə olduğu kimi axşam saatlarında işdən çıxıb piyada Balakən şəhəri ərazisində yerləşən “Bayraq Meydanı” adlanan əraziyə gəlmiş, orada fəaliyyət göstərən “Life Market” adlı ərzaq mağazasına daxil olaraq həmin mağazadan özünə 02 litrlik “Xırdalan” pivəsi almış və mağazadan çıxıb piyada yaşadığı evə getmişdir. O, yaşadığı evə getdikdən sonra Balakən şəhər sakini olan dostu Təqsirləndirilən şəxs2 zəng edərək pivə içmək üçün yaşadığı evə dəvət etmiş, Yaqub onun yaşadığı evə gəldikdən sonra həmin 02 litrlik pivəni birlikdə içmişlər. O, evdə siqaret çəkən zaman siqaret qutusunda cəmi 5-6 ədəd siqaretinin qaldığını görmüş və qalan 5-6 ədəd siqaretin səhərə kimi ona yetməyəcəyini düşünmüşdür. Daha sonra təxminən saat 21 radələrində Yaqubla birlikdə pivə içmək üçün onun yaşadığı evin yaxınlığında yerləşən adsız kafeyə gedərək orada hərəsi 5-6 bokal pivə içmişdir. Təxminən saat 23 radələrində onların siqaretləri bitmiş və buna görə onlar mağazaya gedib siqaret almaq qərarına gəlmişlər. Bundan sonra təxminən saat 23 radələrində Yaqubla birlikdə kafedən bayıra çıxıb H.Əliyev prospekti ilə piyada Balakən rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında yerləşən köşkün yanına getmişlər. O, həmin köşkü işlədən Zərərçəkmiş şəxs2 Balakən şəhər sakini kimi uşaqlıqdan tanıyır. Onlar köşkün yanına çatanda köşkün bağlı olduğunu və Fuadın orada olmadığını görmüş, həmin vaxt o, köşkün şüşəsini sındırıb siqaret oğurlamağı Yaquba təklif etmiş, Yaqub da razılaşaraq o, oğurluq etdiyi vaxt ərzində ətrafa nəzarət edəcəyini bildirmişdir. Bundan sonra Yaqub köşkün sağ tərəfində dayanıb ətrafa nəzarət etməyə başlamış, o da həmin vaxt sağ əli ilə bir yumruq zərbəsi vurub köşkün ön hissəsində olan şüşəni sındırmış və həmin yerdən köşkün içərisinə daxil olmuşdur. Daha sonra o, köşkün içərisindəki kiçik plastik qabın içərisində xeyli qəpik pullar olduğunu görmüş, həmin qəpik pulları götürüb cibinə yığmışdır. Bundan başqa o, köşkün içərisindəki rəfdə olan müxtəlif markalı siqaret qutularını götürüb köşkün içərisindən tapdığı ağ rəngli sellofan torbaya doldurmuş, həmçinin köşkün içərisində ön tərəfdə olan sürahinin üzərində müxtəlif lotoreya biletləri olduğunu görmüş və həmin lotoreya biletlərini də tələsik götürüb köşkün içərisindən tapdığı qara rəngli sellofan torbaya doldurmuşdur. Daha sonra o, əlindəki sellofan torbalarla birlikdə köşkün içərisinə daxil olduğu yerdən bayıra çıxan zaman həmin ərazidə xidmət aparan Post Patrul Xidmətinin əməkdaşları yaxınlaşıb onu saxlamışar. Həmin vaxt o, Yaqubun orada olmadığını, sonuncunun artıq oradan qaçıb getdiyini görmüş və Yaqubla birlikdə oğurluq etdiyini polis əməkdaşlarına bildirməmişdir. Daha sonra polis əməkdaşları onu xidməti avtomobilə mindirib oğurladığı əşyalarla birlikdə Balakən Rayon Polis Şöbəsinə gətirmişlər. Polis Şöbəsində o, oğurladığı pulları, siqaretləri və lotoreya biletlərini könüllü şəkildə polis əməkdaşlarına təqdim etmişdir. Sonradan ona məlum olmuşdur ki, köşkdən qəpik pullardan ibarət cəmi 5 manat 80 qəpik nağd pulu, 04 qutu Rothmans markalı, 02 qutu West markalı, 09 qutu müxtəlif çeşiddə Sobranie markalı, 03 qutu müxtəlif çeşiddə Pall Mall markalı, 08 qutu müxtəlif çeşiddə Magna markalı, 03 qutu müxtəlif çeşiddə Kent markalı, 02 qutu Viceroy markalı, 01 qutu LD markalı, 03 qutu müxtəlif çeşiddə Veqas markalı, 04 qutu Prima markalı, 6-sı göy rəngli nazik, 1-i isə ağ rəngli qalın olmaqla 07 qutu Winchester markalı, 01 qutu Winston markalı, 01 qutu Argo markalı və 01 qutu Kingston markalı siqaretləri, 06 ədəd 01 manatlıq Tap, Qazan adlı, 01 ədəd 05 manatlıq Göz Muncuğu adlı, 11 ədəd 02 manatlıq Ani 50m adlı və 16 ədəd 02 manatlıq Şans Ulduzu adlı lotoreya biletlərini oğurlamışdır. Həmçinin oğurladığı lotoreya biletlərinin bəziləri silinmiş vəziyyətdə olmuşdur. Polis əməkdaşları hadisə vaxtı onu saxlayan zaman Təqsirləndirilən şəxs2 hadisə yerindən qaçıb getmiş və polis əməkdaşları Yaqubu görməmişlər. O da Yaqubun həbs olunmaması üçün Təhqiqat Bölməsində izahat verən zaman oğurluq cinayətini dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə törətdiyini bildirməmişdir. Hazırda isə hadisənin necə cərayan etdiyini dəqiqliklə bildirir. O, həmin köşkdən yuxarıda qeyd etdiklərindən başqa hər hansı bir əşya oğurlamamışdır. O, oğurluq cinayətini Təqsirləndirilən şəxs2 ilə birlikdə törətmişdır. Belə ki, o, Yaquba köşkün şüşəsini sındırıb siqaret oğurlamağı təklif edəndə, Yaqub heç bir etiraz etmədən onunla razılaşmış və o, oğurluq edən vaxt ərzində ətrafa nəzarət edəcəyini bildirmişdir. Bundan sonra Yaqub köşkün sağ tərəfində dayanıb ətrafa nəzarət etməyə başlamış, o da köşkün şüşəsini sındırıb içərisinə daxil olmuşdur. Təqsirləndirilən şəxs2 köşkün şüşəsini sındırmaq və içəri daxil olmaq üçün ona yardım etməmiş, sadəcə olaraq onun rahat şəkildə oğurluq etməsinə yardım etmişdir. O, köşkdən oğurladığı siqaretləri, pulları və lotoreya biletlərini tam şəkildə polis əməkdaşlarına təqdim etmişdir. Çünki oğurluq cinayətini törətdikdən dərhal sonra polis əməkdaşları onu saxladıqlarına görə o, oğurladığı əşyaları harasa ata və ya qoya bilməmişdir. Səmimi etiraf edir ki, o, 01 dekabr 2022-ci il tarixdə təxminən 04 radələrində yaşadığı evdə olan zaman maddi durumu ağır olduğuna görə oğurluq etmək qərarına gəlmiş, buna görə yaşadığı evdən çıxıb piyada Balakən şəhəri H.Əliyev prospekti ilə üzü “Bayraq Meydanı” adlanan əraziyə tərəf getməyə başlamış, H.Əliyev prospektində yerləşən və əvvəlcədən tanıdığı Balakən rayon sakini Rövşən adlı şəxsə məxsus olan “Moskva” adlı ərzaq mağazasının qarşısına çatanda həmin mağazadan oğurluq etmək qərarına gəlmişdir. Həmin vaxt o, bir neçə dəqiqə ətrafa göz gəzdirib ətrafda heç kimin olmadığına əmin olduqdan sonra təxminən saat 05 radələrində kürəyini mağazanın qapısının şüşəsinə söykəmiş və dabanı ilə bir zərbə vurub qapının şüşəsini sındırmışdır. Şüşənin bir hissəsi qırılıb yerə düşdükdən sonra o, həmin açıq qalan yerdən mağazanın içərisinə daxil olmuş, mağazaya daxil olduqdan sonra kassanı açıb baxan zaman orada xeyli qəpik pullar olduğunu görmüş və həmin pulları kassadan götürüb cibinə yığmışdır. Daha sonra o, mağazanın içərisindəki “Milli ün” ödəmə terminalının kassasında təxminən 6000 manat pul ola biləcəyini düşünmüşdür. Çünki həmin mağaza şəhərin mərkəzində yerləşir və vətəndaşlar adətən həmin mağazadakı ödəmə terminalından istifadə edirlər. Buna görə o, həmin ödəmə terminalını açıb içərisindən pul götürmək qərarına gəlmiş, bundan sonra mağazanın içərisindən tapdığı vintaçanla ödəmə terminalının ön hissəsini açmağa çalışmışdır. Lakin terminalın üzərindəki dəmir qalın olduğuna görə aça bilməmiş və terminalı açmaq fikrindən daşınmışdır. Bundan sona o, mağazadan spirtli içkilər oğurlayıb satmaq qərarına gəlmiş, buna görə mağazanın içərisində olan qarabaşaq kisəsini çevirib kisənin içərisindəki qarabaşağı yerə boşaltmış və boş kisəni götürüb mağazda rəfdə olan 01 ədəd 01 litrlik Jack Daniels markalı viskini götürüb kisənin içərisinə qoymuşdur. Daha sonra o, mağazanın arxa tərəfində xeyli spirtli içkilər olduğunu görmüş, oradan da 02 ədəd 0,7 litrlik Chivas Legal 12 markalı, 02 ədəd 0,5 litrlik Chivas Legal 12 markalı, 02 ədəd 01 litrlik Jack Daniels markalı, 02 ədəd 0,7 litrlik Jack Daniels markalı, 02 ədəd 0,5 litrlik Jack Daniels markalı viskiləri, 01 ədəd 01 litrlik və 01 ədəd 0,7 litrlik Finlandiya markalı araqları, 02 ədəd 0,75 litrlik şərabları götürüb kisəyə yığmış və mağazadan çıxıb Balakən şəhəri ərazisində yerləşən köhnə, sökülmüş Kino Klubun yanına getmiş, orada oğurladığı içkiləri kisə ilə birlikdə gizlətmiş, özü isə oradan iş yerinə getmişdir. O, həmin tarixdə günorta saatlarında Balakən şəhər sakini olan və “Arifoğlu” taksi xidmətinin sahibi olan Röyal adlı tanışına zəng edərək ona viski, araq və şərab pay verildiyini və təcili pul lazım olduğuna görə həmin spirtli içkiləri satmaq istədiyini bildirmişdir. Röyal da içkilərə baxdıqdan sonra alıb-almamaq barədə fikirləşəcəyini bildirmiş, buna görə o, iş yerindən çıxıb içkiləri gizlətdiyi yerə getmiş və içərisində viski, araq və şərab olan kisəni gizlətdiyi yerdən götürüb Röyalın yaşadığı evin yanına getmişdir. Orada Röyal içkilərə baxdıqdan sonra hamısını cəmi 120 manata ala biləcəyini demiş, o da məcbur olub Röyalla razılaşmış, bundan sonra Röyal orada ona 70 manat pul vermiş və qalan pulu isə bir neçə günə verəcəyini bildirmişdir. O da etiraz etmədən içkiləri Röyala vermiş, sonuncudan 70 manat pulu alıb cibinə qoymuş və oradan iş yerinə getmişdir. Bundan sonra o, Röyaldan aldığı 70 manat pulu, həmçinin mağazadan oğurladığı qəpik pullardan ibarət olan ümumilikdə 10 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. O, Röyal adlı tanışına satdığı həmin viskilərin, araqların və şərabların oğurluq olduğu barədə heç nə deməmişdir. Çünki həmin viskilərin, araqların və şərabların oğurluq olduğu desəydi, Röyal onları almaqdan imtina edərdi və bu barədə kiməsə məlumat verə bilərdi. Buna görə o, həmin viskilərin, araqların və şərabların ona pay verildiyini və təcili pul lazım olduğuna görə həmin spirtli içkiləri satmaq istədiyini Röyala bildirmişdir. O, mağazadan çıxıb gedəndən sonra vintaçanı küçəyə atmışdır, ona görə də həmin vintaçanı İstintaqa təqdim edə bilməz. O, həmin vintaçanı atdığı yeri hazırda xatırlamır. Çünki həmin vaxt hava şəraiti qaranlıq olmuş və o, vintaçanı hazırda yadında qalmayan bir küçədə yerə atmışdır. Ona görə də həmin vintaçanı atdığı yeri hazırda xatırlamır və həmin yeri göstərə bilməz. O, Balakən şəhəri H.Əliyev prospektində yerləşən “Moskva” adlı ərzaq mağazasından yuxarıda qeyd etdiklərindən başqa hər hansı bir ərzaq və ya qeyri-ərzaq məhsulu oğurlamamışdır. O, Balakən şəhəri H.Əliyev prospektində yerləşən “Moskva” adlı ərzaq mağazasından oğurluq edən zaman yanında başqa heç kim olmamış, həmin mağazadan tək oğurluq etmişdir. Onun heç kimlə ədavəti və ya düşmənçiliyi yoxdur, hər iki cinayət əməlini ehtiyacı olduğuna görə törətmişdir. O, qeyd olunan “Moskva” adlı ərzaq mağazasından oğurluq etməsi barədə heç kimə məlumat verməmişdir. Köşkdən isə dostu Təqsirləndirilən şəxs2la birlikdə oğurluq etdiyinə görə, bu barədə sadəcə Yaqubun məlumatı olmuşdur. Zərər çəkmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdikləri doğrudur. O, mağazadan oğurluq etdikdən sonra iz itirmək üçün arxa otaqda olan Şahid1 məxsus ümumvətəndaş pasportunu, 02 ədəd qadın əl çantasını, 01 ədəd qadın paltarını, 01 ədəd qadın şərfini və 01 ədəd kişi kostyumunu bir yerə yığıb yandırmış, sonradan qorxduğuna görə alovu söndürərək mağazadan çıxıb getmişdir. Balakən Rayon Polis Şöbəsində ona qarşı hər hansı bir fiziki və ya psixi təsir göstərilməmişdir. O, fəhlə işlədiyi, ağır işlə məşğul olduğu üçün soyuq havalarda ayaqları ağrıyır. Lakin onun heç bir xəstəliyi yoxdur, buna görə də məhkəmə-tibbi ekspertizasından keçməkdən imtina edir. 08 fevral 2023-cü il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində əlavə dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, şübhəli və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ilkin ifadələrini qismən təsdiq edir. Belə ki, o, istintaqın ilkin mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində ilkin ifadə verən zaman zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini təsdiq edərək, mağazadan oğurluq etdikdən sonra iz itirmək üçün arxa otaqda olan Şahid1 məxsus ümumvətəndaş pasportunu, 02 ədəd qadın əl çantasını, 01 ədəd qadın paltarını, 01 ədəd qadın şərfini və 01 ədəd kişi kostyumunu bir yerə yığıb yandırdığını, sonradan qorxduğuna görə alovu söndürərək mağazadan çıxıb getdiyini bildirmişdir. Əslində isə bu belə olmamışdır. O, istintaqda vediyi ilkin izahatında da bu barədə dəqiq bildirmişdir. Yəni ki, o, mağazaya daxil olanda hava şəraiti qaranlıq olmuş və o, mağazanın arxa tərəfindəki otaqda olan içkiləri kisəyə yığanda ətrafı yaxşı görə bilmək üçün yandırmağa kağız axtarmışdır. Həmin vaxt orada stulun üzərində pasport olduğunu görmüş və həmin pasport orada, yəni arxa otaqda olduğuna görə lazımsız sənəd olduğunu düşünərək cibindən alışqan çıxarıb otağı işıqlandırmaq üçün həmin pasportu yandırmışdır. Daha sonra yandırdığı pasportu otaqdakı əşyaların üzərinə atıb cəld şəkildə içkiləri kisəyə yığmış, içkiləri kisəyə yığıb qurtardıqdan sonra isə pasportu söndürüb otağa atmış və özü otaqdan çıxıb getmişdir. Ola bilər ki, o, pasportu yandırıb otaqdakı əşyaların üzərinə atan zaman orada olan qadın əl çantaları, qadın paltarı, qadın şərfi və kişi kostyumu zədələnmişdir. Lakin, o, mağazadan oğurluq etdikdən sonra iz itirmək üçün və ya başqa hər hansısa bir məqsədlə pasportu, qadın əl çantalarını, qadın paltarını, qadın şərfini və kişi kostyumunu qəsdlə yandırmamışdır. Sadəcə olaraq istintaqın ilkin mərhələsində ifadə verən zaman ona təkrar-təkrar suallar verilməsin deyə, həmin xüsusat üzrə Zərərçəkmiş şəxs1 ifadəsinə uyğun olaraq ona sual verildikdə, o, qısa şəkildə cavab verərək Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərinin doğru olduğunu, mağazadan oğurluq etdikdən sonra iz itirmək üçün arxa otaqda olan Şahid1 məxsus ümumvətəndaş pasportunu, 02 ədəd qadın əl çantasını, 01 ədəd qadın paltarını, 01 ədəd qadın şərfini və 01 ədəd kişi kostyumunu bir yerə yığıb yandırdığını bildirmişdir. Yəni onun iz itirmək üçün həmin əşyaları yandırmaq fikri, niyyəti və ya başqa hər hansı bir məqsədi olmamışdır. Çünki o, qeyd olunan əşyalara, yəni qadın əl çantalarına, qadın paltarına, qadın şərfinə və kişi kostyumuna toxunmamışdır və iz itirmək üçün onları yandırması məntiqə uyğun deyil. O, mağazaya daxil olanda əvvəlcə kassaya, ödəmə terminalına və vitrinə toxunmuşdur. Yəni ki, onun iz itirmək üçün nəsə yandırmaq fikri, niyyəti olsaydı, mağazadan çıxanda mağazanın girişində olan kassanın, ödəmə terminalının və vitrinin yerləşdiyi ərazini yandırardı. Bir daha qeyd edir ki, o, mağazadan oğurluq etdikdən sonra iz itirmək üçün və ya başqa hər hansısa bir məqsədlə mağazada heç bir əşyanı yandırmamışdır. Sadəcə olaraq istintaqın ilkin mərhələsində ifadə verən zaman ona zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsinə uyğun olaraq həmin xüsusat üzrə suallar verildikdə, ona təkrar-təkrar suallar verilməsin deyə qısa şəkildə cavab verərək, Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərinin doğru olduğunu, mağazadan oğurluq etdikdən sonra iz itirmək üçün arxa otaqda olan Şahid1 məxsus ümumvətəndaş pasportunu, 02 ədəd qadın əl çantasını, 01 ədəd qadın paltarını, 01 ədəd qadın şərfini və 01 ədəd kişi kostyumunu bir yerə yığıb yandırdığını bildirmişdir. İlkin ifadələrində göstərdiyi digər xüsusatları təsdiq edir və hazırda qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. O, 06 dekabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılıb Polis Şöbəsinə gətirilən zaman sərxoş, gərgin və həyəcanlı vəziyyətdə olduğuna görə ilkin izahat və ifadəsində tarix və saatı düzgün göstərməmiş, yəni 05 dekabr 2022-ci il tarixdə təxminən saat 23 radələrində siqaret almaq üçün Təqsirləndirilən şəxs2la birlikdə kafedən bayıra çıxıb H.Əliyev prospekti ilə piyada Balakən rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında yerləşən köşkün yanına getdiklərini bildirmişdir. Lakin sonradan hadisələrin necə cərəyan etdiyini, kafedə neçə saat ərzində oturub pivə içdiklərini, siqaretlərinin nə vaxt bitdiyini və siqaret almağa getmək üçün kafedən saat neçədə çıxdıqlarını xatırlamışdır. Buna görə də hazırda dəqiqliklə bildirir ki, o, Təqsirləndirilən şəxs2la birlikdə 06 dekabr 2022-ci il tarixdə təxminən saat 01:30 radələrində kafedən bayıra çıxıb siqaret almaq üçün H.Əliyev prospekti ilə piyada Balakən rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında yerləşən köşkün yanına getmişdir. Yəni o, Zərərçəkmiş şəxs2 icarəyə götürüb işlətdiyi köşkdə oğurluq cinayətini Təqsirləndirilən şəxs2la birlikdə 06 dekabr 2022-ci il tarixdə təxminən saat 02 radələrində törətmişdir. İbtidai istintaqın son mərhələsində iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.3 və 29, 177.2.4-cü maddələrilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, istintaqa şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrini qismən təsdiq edir. Belə ki, o, 01 dekabr 2022-ci il tarixdə təxminən 04 radələrində yaşadığı evdə olan zaman maddi durumu ağır olduğuna görə oğurluq etmək qərarına gəlmiş və buna görə yaşadığı evdən çıxıb piyada Balakən şəhəri H.Əliyev prospekti ilə üzü “Bayraq Meydanı” adlanan ərazi istiqamətinə getməyə başlamışdır. O, təxminən saat 05 radələrində H.Əliyev prospektində yerləşən və əvvəlcədən tanıdığı Balakən rayon sakini Rövşən adlı şəxsə məxsus olan “Moskva” adlı ərzaq mağazasının qarşısına çatanda həmin mağazadan oğurluq etmək qərarına gəlmiş, həmin vaxt bir müddət ətrafa göz gəzdirib ətrafda heç kimin olmadığına əmin olduqdan sonra kürəyini mağazanın qapısının şüşəsinə söykəmiş və sağ ayağının dabanı ilə bir zərbə vurub qapının sol aşağı hissəsinin şüşəsini sındırmışdır. Şüşənin bir hissəsi qırılıb yerə düşdükdən sonra o, həmin açıq qalan yerdən mağazanın içərisinə daxil olmuş, mağazaya daxil olduqdan sonra kassanı açıb baxanda orada xeyli qəpik pullar olduğunu görmüş və həmin pulları kassadan götürüb cibinə yığmışdır. Daha sonra o, mağazanın içərisindəki “Milli ün” ödəmə terminalının kassasında təxminən 6000 manat pul ola biləcəyini düşünmüşdür. Çünki həmin mağaza şəhərin mərkəzində yerləşir və vətəndaşlar adətən həmin mağazadakı ödəmə terminalından istifadə edirlər. Buna görə o, həmin ödəmə terminalını açıb içərisindən pul götürmək qərarına gəlmiş, bundan sonra mağazanın içərisindən tapdığı vintaçanla ödəmə terminalının ön hissəsini açmağa çalışmışdır. Terminalın üzərindəki dəmiri bir qədər əysə də, dəmir qalın olduğuna görə daha aça bilməmiş və terminalı açmaq fikrindən daşınmışdır. Bundan sona o, mağazadan spirtli içkilər oğurlayıb satmaq qərarına gəlmiş, buna görə mağazanın içərisində olan qarabaşaq kisəsini başıaşağı çevirib kisənin içərisindəki qarabaşağı yerə boşaltmış və mağazda içki rəfində olan 01 ədəd 01 litrlik Jack Daniels markalı viskini götürüb boş kisənin içərisinə qoymuşdur. Daha sonra mağazanın arxa tərəfində bir otaq olduğunu və həmin otaqda xeyli sayda spirtli içkilər olduğunu görmüş, həmin otaqdan da 02 ədəd 0,7 litrlik Chivas Legal 12 markalı, 02 ədəd 0,5 litrlik Chivas Legal 12 markalı, 02 ədəd 01 litrlik Jack Daniels markalı, 02 ədəd 0,7 litrlik Jack Daniels markalı, 02 ədəd 0,5 litrlik Jack Daniels markalı viskiləri, 01 ədəd 01 litrlik və 01 ədəd 0,7 litrlik Finlandiya markalı araqları, 02 ədəd 0,75 litrlik şərabları götürüb kisəyə yığmış və mağazadan çıxıb piyada Balakən şəhəri ərazisində yerləşən köhnə, uçub-dağılmış Kino Klubun yanına getmişdir. Orada oğurladığı içkiləri kisə ilə birlikdə dağıntıların arasında gizlətmiş, özü isə oradan iş yerinə getmişdir. O, həmin tarixdə günorta saatlarında Balakən şəhər sakini olan və “Arifoğlu” taksi xidmətinin sahibi olan Röyal adlı tanışına zəng edərək ona viski, araq və şərab pay verildiyini və təcili pul lazım olduğuna görə həmin spirtli içkiləri satmaq istədiyini bildirmişdir. Röyal da içkilərə baxdıqdan sonra alıb-almamaq barədə qərar verəcəyini bildirmişdir. Buna görə o, iş yerindən çıxıb içkiləri gizlətdiyi yerə getmiş və içərisində viski, araq və şərab olan kisəni gizlətdiyi yerdən götürüb Röyalın yaşadığı evin yanına getmişdir. Orada Röyal içkilərə baxdıqdan sonra hamısını cəmi 120 manata ala biləcəyini demiş, o da məcbur olub Röyalla razılaşmış, bundan sonra Röyal orada ona 70 manat pul vermiş və qalan pulu isə bir neçə günə verəcəyini bildirmişdir. O da etiraz etmədən içkiləri Röyala vermiş, sonuncudan 70 manat pulu alıb cibinə qoymuş və oradan iş yerinə getmişdir. Bundan sonra o, Röyaldan aldığı 70 manat pulu, həmçinin mağazadan oğurladığı qəpik pullardan ibarət olan ümumilikdə 10 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. O, Röyal adlı tanışına satdığı həmin viskilərin, araqların və şərabların oğurluq olduğunu deyil, həmin viskilərin, araqların və şərabların ona pay verildiyini demişdir. Çünki o, həmin viskilərin, araqların və şərabların oğurluq olduğu desəydi, Röyal onları almaqdan imtina edərdi və bu barədə kiməsə məlumat verə bilərdi. Buna görə o, həmin viskilərin, araqların və şərabların ona pay verildiyini və təcili pul lazım olduğuna görə həmin spirtli içkiləri satmaq istədiyini Röyala bildirmişdir. Həmçinin o, mağazadan çıxıb gedəndə “Milli ün” ödəmə terminalını açmaq üçün istifadə etdiyi vintaçanı hansısa bir küçədə yerə atmışdır, həmin vintaçanı atdığı küçəni və yeri hazırda xatırlamır. O, “Moskva” adlı ərzaq mağazasından oğurluq edən zaman yanında başqa heç kim olmamış, həmin mağazadan tək oğurluq etmiş, sonradan da həmin mağazadan oğurluq etməsi barədə heç kimə məlumat verməmiş, həmçinin mağazadan yuxarıda qeyd etdiklərindən başqa hər hansı bir ərzaq və ya qeyriərzaq məhsulu oğurlamamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmiş, həmçinin himayəsində bir azyaşlı uşağın olduğunu, zərərçəkmiş şəxsə vurduğu ziyanı könüllü şəkildə tam olaraq ona ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayətinin olmadığını və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirdiyini bildirmişdir. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Sonuncu dəfə Balakən Rayon Məhkəməsinin 23 iyul 2019cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 28 gün müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş və Şəki Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qərarı ilə şərti olaraq 03 ay 12 gün vaxtından əvvəl azad olunmuşdur. 05 dekabr 2022-ci il tarixdə təxminən saat 20 radələrində Balakən şəhər sakini olan dostu Təqsirləndirilən şəxs1 ona zəng edərək pivə içmək üçün onu yaşadığı evə dəvət etmiş, buna görə o, yaşadığı evdən çıxıb piyada Tehranın yaşadığı evə getmiş və orada Tehranın aldığı 02 litrlik pivəni birlikdə içmişlər. Daha sonra onlar əlavə pivə içmək üçün təxminən saat 21 radələrində Tehranın yaşadığı evin yaxınlığında yerləşən adsız kafeyə gedərək orada hərəsi 5-6 bokal pivə içmişlər. Artıq 06 dekabr 2022-ci il tarixdə təxminən saat 02 radələrində onların hər ikisinin siqareti bitdiyinə görə mağazaya gedib siqaret almaq qərarına gəlmiş və Tehranla birlikdə kafedən bayıra çıxıb H.Əliyev prospekti ilə piyada Balakən rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında yerləşən köşkün yanına getmişlər. O, həmin köşkü işlədən Fuad adlı şəxsi Balakən rayon sakini kimi xeyli müddətdir tanıyır, onun Fuadla düşmənçiliyi və ya ədavəti yoxdur. Tehran və o, köşkün yanına çatanda köşkün bağlı olduğunu və Fuadın orada olmadığını görmüş, həmin vaxt Tehran köşkün şüşəsini sındırıb oradan siqaret oğurlamağı ona təklif etmiş, o da etiraz etmədən Tehranla razılaşmış, lakin sonuncunun oğurluq etdiyi müddət ərzində ətrafa nəzarət edəcəyini bildirmişdir. Bundan sonra o, köşkün sağ tərəfində dayanıb ətrafa nəzarət etməyə başlamış, Tehran isə həmin vaxt əli ilə vurub köşkün ön hissəsində olan şüşəni sındırmış və həmin yerdən köşkün içərisinə daxil olmuşdur. Tehran oğurluq edib köşkün içərisindən bayıra çıxan zaman o, həmin ərazidə xidmət aparan Post Patrul Xidmətinin əməkdaşlarının xidməti avtomobillə hadisə yerinə yaxınlaşdıqlarını görmüş və buna görə cəld qaçaraq oradan uzaqlaşıb yaşadığı evə getmişdir. O, 06 dekabr 2022-ci il tarixdə Balakən Rayon Polis Şöbəsinə dəvət olunduqdan sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 həmin köşkdən qəpik pullardan ibarət cəmi 5 manat 80 qəpik nağd pul, 04 qutu Rothmans markalı, 02 qutu West markalı, 09 qutu Sobranie markalı, 03 qutu Pall Mall markalı, 08 qutu Magna markalı, 03 qutu Kent markalı, 02 qutu Viceroy markalı, 01 qutu LD markalı, 03 qutu Veqas markalı, 04 qutu Prima markalı, 07 qutu Winchester markalı, 01 qutu Winston markalı, 01 qutu Argo markalı və 01 qutu Kingston markalı siqaretləri, 06 ədəd 01 manatlıq Tap, Qazan adlı, 01 ədəd 05 manatlıq Göz Muncuğu adlı, 11 ədəd 02 manatlıq Ani 50m adlı və 16 ədəd 02 manatlıq Şans Ulduzu adlı lotoreya biletlərini oğurlamışdır. O, qeyd olunan oğurluq cinayətini Təqsirləndirilən şəxs1la birlikdə törətmiş, lakin həmin köşkdən heç bir əşya oğurlamamışdır. Belə ki, Tehran köşkün şüşəsini sındırıb oradan siqaret oğurlamağı ona təklif edəndə, heç bir etiraz etmədən razılaşmış və Tehran oğurluq edən müddət ərzində ətrafa nəzarət edəcəyini bildirmişdir. Bundan sonra o, köşkün sağ tərəfində dayanıb ətrafa nəzarət etməyə başlamış, Tehran isə köşkün şüşəsini sındırıb içərisinə daxil olaraq oğurluq etmişdir. O, köşkün şüşəsini sındırmaq və içəri daxil olmaq üçün Təqsirləndirilən şəxs1 yardım etməmişdir. Sadəcə olaraq o, ətrafa nəzarət edərək Tehranın rahat şəkildə köşkə daxil olub oğurluq etməsinə şərait yaratmışdır. O, qeyd olunan cinayət əməlindən başqa heç bir cinayət əməli törətməmiş, həmçinin Təqsirləndirilən şəxs1 01 dekabr 2022-ci il tarixdə Balakən şəhəri H.Əliyev prospektində yerləşən “Moskva” adlı ərzaq mağazasından oğurluq etməsi barədə onun heç bir məlumatı olmamışdır. O, ilkin ifadə verən zaman gərgin və həyəcanlı vəziyyətdə olduğuna görə tarix və saatı düzgün xatırlamamış və 05 dekabr 2022-ci il tarixdə təxminən saat 23 radələrində siqaret almaq üçün Təqsirləndirilən şəxs1la birlikdə kafedən bayıra çıxıb H.Əliyev prospekti ilə piyada Balakən rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında yerləşən köşkün yanına getdiklərini bildirmişdir. Sonradan o, Tehranla birlikdə kafedə təxminən 4 saat ərzində oturub pivə içdiklərini xatırlamışdır, buna görə də hazırda dəqiqliklə bildirir ki, o, Təqsirləndirilən şəxs1la birlikdə 06 dekabr 2022-ci il tarixdə təxminən saat 02 radələrində H.Əliyev prospektində, yəni Balakən rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında yerləşən köşkün yanına getmişdir. Yəni onlar oğurluq hadisəsini 06 dekabr 2022-ci il tarixdə təxminən saat 02 radələrində törətmişlər. Balakən Rayon Polis Şöbəsində ona qarşı hər hansı bir fiziki və ya psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib, həmin ifadəyə istinadən ifadəsində göstərdi ki, hazırda Balakən rayonu Tülü kəndində ailə üzvləri ilə birlikdə yaşayır və fərdi qaydada ticarətlə məşğul olaraq ailəsini dolandırır. O, Balakən şəhəri H.Əliyev prospektində yerləşən qeyri-yaşayış sahəsini uzun illərdir icarəyə götürüb işlədir, həmin qeyri-yaşayış sahəsinin bir hissəsini ayırıb orada ərzaq və qeyri-ərzaq məhsullarının satışı ilə, qeyriyaşayış sahəsinin bir hissəsində isə mobil telefon aksessuarlarının satışı ilə məşğul olur. Ərzaq mağazası “Moskva” adı altında fəaliyyət göstərir və mağazada arvadı Şahid1 işləyir. Mobil telefon aksessuarlarının satışı mağazasında isə özü işləyir və hər iki mağazaya özü nəzarət edir. Onlar, yəni arvadı Vüsalə ilə o, hər gün səhər saat 08:30 radələrində yaşadıqları evdən birlikdə çıxıb işə gedir və axşam saat 21 radələrində birlikdə işdən çıxıb evlərinə gedirlər. Səhərlər işə gedəndə adətən mağazaların qapısını o açır, axşam evə gedəndə də hər iki mağazanın qapısını o, bağlayır. Həmişə olduğu kimi, 30 noyabr 2022-ci il tarixdə təxminən saat 21 radələrində işlərini bitirib evə gedəndə o, hər iki mağazanın qapısını açarla bağlamış və arvadı Vüsalə ilə birlikdə yaşadıqları evə getmişdir. Səhəri gün, yəni 01 dekabr 2022-ci il tarixdə saat 09 radələrində onlar iş yerinə gedib qapıya yaxınlaşanda ərzaq mağazasının giriş qapısının sol yan tərəfindəki şüşənin sınmış vəziyyətdə olduğunu, mağazanın içərisinin isə dağınıq vəziyyətdə olduğunu görmüşlər. Buna görə o, dərhal mağazaya daxil olub baxış keçirmiş, həmin vaxt naməlum şəxs və ya şəxslər tərəfindən mağazanın içərisindəki rəfdən dəyəri 60 manat olan 01 ədəd 01 litrlik “Jack Daniels” markalı viskinin, kassadan qəpik pullardan ibarət 10 manat məbləğində nağd pulun oğurlandığını, mağazanın içərisində olan 01 kisə qarabaşaq yarmasının yerə boşaldıldığını, “Milli ün” ödəmə terminalına daxil olmağa cəhd göstərildiyini və arvadı Şahid1 məxsus ümumvətəndaş pasportunun yandırıldığını aşkar etmişdir. Bundan sonra o, dərhal Balakən Rayon Polis Şöbəsinə gəlmiş və hadisə ilə əlaqədar şikayət ərizəsi yazmışdır. Bir qədər sonra Balakən Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gedərək ilkin araşdırma aparmağa başlamışlar. Daha sonra o, Polis Şöbəsinə gəlib hadisə ilə əlaqədar ilkin izahat vermiş və izahatında yuxarıda qeyd olunan xüsusatları bildirmişdir. O, 03 dekabr 2022-ci il tarixdə həmin ərzaq mağazasının arxa tərəfində spirtli içkilər saxladığı otağa baxış keçirən zaman oradan hər birinin dəyəri 60 manat olmaqla ümumi dəyəri 120 manat olan 02 ədəd 0,7 litrlik “Chivas Legal 12” markalı, hər birinin dəyəri 50 manat olmaqla ümumi dəyəri 100 manat olan 02 ədəd 0,5 litrlik “Chivas Legal 12” markalı, hər birinin dəyəri 90 manat olmaqla ümumi dəyəri 180 manat olan 02 ədəd 01 litrlik “Jack Daniels” markalı, hər birinin dəyəri 60 manat olmaqla ümumi dəyəri 120 manat olan 02 ədəd 0,7 litrlik “Jack Daniels” markalı, hər birinin dəyəri 50 manat olmaqla ümumi dəyəri 100 manat olan 02 ədəd 0,5 litrlik “Jack Daniels” markalı viskilərin, dəyəri 40 manat olan 01 ədəd 01 litrlik “Finlandiya” markalı arağın, dəyəri 30 manat olan 01 ədəd 0,7 litrlik “Finlandiya” markalı arağın və hər birinin dəyəri 12 manat olmaqla ümumi dəyəri 24 manat olan 02 ədəd 0,75 litrlik nar şərablarının 30 noyabr 2022-ci il tarixdən 01 dekabr 2022-ci il tarixə keçən gecə oğurlandığını aşkar etmişdir. Bundan sonra o, yenidən şikayət ərizəsi ilə Balakən Rayon Polis Şöbəsinə müraciət edərək mağazadan əlavə spirtli içkilərin oğurlandığını aşkar etdiyini bildirmişdir. Onun mağazasından oğurluğun Təqsirləndirilən şəxs1 tərəfindən edildiyi ona məlum olmuşdur. Ona cinayət nəticəsində 784 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs1 ona vurduğu ziyanı könüllü şəkildə tam olaraq ona ödəmiş və onunla barışıq əldə etmişdir. Onun Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayəti yoxdur. Bu halların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib, həmin ifadəyə istinadən ifadəsində göstərdi ki, 2022-ci ilin sentyabr ayının sonlarından etibarən Balakən şəhəri H.Əliyev prospektində, Balakən rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında yerləşən köşkü aylıq ödənişi 150 manat olmaqla Balakən şəhər sakini kimi tanıdığı Rəsul adlı şəxsdən icarəyə götürüb işlədir və həmin köşkdə müxtəlif markalı siqaretlərin, sərinləşdirici içkilərin və lotoreya biletlərinin satışı ilə məşğul olur. O, hər gün saat 10-11 radələrində köşkü açıb işləyir, axşam saat 23-24 radələrində isə köşkün qapısını açarla bağlayıb evinə gedir. O, həmişə olduğu kimi, 05 dekabr 2022-ci il tarixdə səhər saatlarında gedib köşkü açaraq işə başlamış, axşam saat 23:30 radələrində işini bitirdikdən sonra isə köşkün qapısını açarla bağlayıb yaşadığı evə getmişdir. O, 06 dekabr 2022-ci il tarixdə gecə saatlarında yaşadığı evdə yatan zaman kiminsə küçədən onu səslədiyini eşitmiş, buna görə küçəyə çıxanda Balakən Rayon Polis Şöbəsinin əməkdaşları özlərini ona təqdim etmiş, icarəyə götürüb işlətdiyi köşkdə bir qədər əvvəl oğurluq hadisəsi baş verdiyini bildirmiş və onu hadisə yerinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə hadisə yerinə getmiş, hadisə yerinə çatanda ona məlum olmuşdur ki, Balakən şəhər sakini kimi tanıdığı Təqsirləndirilən şəxs1 onun icarəyə götürüb işlətdiyi köşkün ön sağ hissəsində olan şüşəni sındırıb köşkün içərisinə daxil olaraq oradan müxtəlif markalı siqaretləri, lotoreya biletlərini və qəpik pulları oğurlamışdır. Buna görə o, hadisə ilə bağlı Balakən Rayon Polis Şöbəsinin rəisinin adına ərizə yazaraq hadisə yerində olan təhqiqatçı Zaur Xəlilova təqdim etmişdir. Daha sonra təhqiqatçı Zaur Xəlilov tərəfindən hadisə yerində baxış və götürmə aparılmışdır. Həmin vaxt ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 köşkün ön sağ hissəsində olan şüşəni sındırıb köşkün içərisinə daxil olaraq vitrindən hər birinin dəyəri 2 manat 70 qəpik olmaqla ümumi dəyəri 8 manat 10 qəpik olan 03 qutu “Rothmans” Demi Blue markalı, dəyəri 2 manat 70 qəpik olan 01 qutu “Rothmans” Demi Silver markalı, hər birinin dəyəri 2 manat 50 qəpik olmaqla ümumi dəyəri 5 manat olan 02 qutu “West” Silver markalı, dəyəri 2 manat olan 01 qutu “Argo” King Size markalı, hər birinin dəyəri 2 manat 20 qəpik olmaqla ümumi dəyəri 8 manat 80 qəpik olan 04 qutu “Prima” Delux Blue markalı, hər birinin dəyəri 2 manat 70 qəpik olmaqla ümumi dəyəri 8 manat 10 qəpik olan 03 qutu “Winchester” Blue markalı, hər birinin dəyəri 2 manat 70 qəpik olmaqla ümumi dəyəri 8 manat 10 qəpik olan 03 qutu “Winchester” Silver markalı, dəyəri 2 manat 70 qəpik olan 01 qutu “Winchester” Compact Silver markalı, hər birinin dəyəri 2 manat 20 qəpik olmaqla ümumi dəyəri 4 manat 40 qəpik olan 02 qutu “Magna” Black markalı, hər birinin dəyəri 2 manat 20 qəpik olmaqla ümumi dəyəri 8 manat 80 qəpik olan 04 qutu “Magna” Silver markalı, hər birinin dəyəri 2 manat 20 qəpik olmaqla ümumi dəyəri 4 manat 40 qəpik olan 02 qutu “Magna” White markalı, dəyəri 2 manat 20 qəpik olan 01 qutu “Veqas” Slims Silver markalı, hər birinin dəyəri 2 manat 20 qəpik olmaqla ümumi dəyəri 4 manat 40 qəpik olan 02 qutu “Veqas” Slims Blue markalı, dəyəri 3 manat 60 qəpik olan 01 qutu “Winston” XStyle markalı, hər birinin dəyəri 2 manat 20 qəpik olmaqla ümumi dəyəri 4 manat 40 qəpik olan 2 qutu “Viceroy” N-Series Silver markalı, dəyəri 2 manat 20 qəpik olan 01 qutu “Kingston” Nano Slim markalı, dəyəri 2 manat 70 qəpik olan 01 qutu “Pall Mall” American Nights markalı, hər birinin dəyəri 2 manat 70 qəpik olmaqla ümumi dəyəri 5 manat 40 qəpik olan 02 qutu “Pall Mall” Nanokings markalı, dəyəri 2 manat 70 qəpik olan 01 qutu “LD” Club markalı, hər birinin dəyəri 3 manat 80 qəpik olmaqla ümumi dəyəri 7 manat 60 qəpik olan 02 qutu “Kent” Silver markalı, dəyəri 3 manat 80 qəpik olan 01 qutu “Kent” Navy Blue markalı, dəyəri 4 manat 20 qəpik olan 01 qutu “Sobranie” London White markalı, hər birinin dəyəri 4 manat 20 qəpik olmaqla ümumi dəyəri 8 manat 40 qəpik olan 02 qutu “Sobranie” London Black markalı, dəyəri 4 manat 20 qəpik olan 01 qutu “Sobranie” X17 markalı, dəyəri 4 manat 20 qəpik olan 01 qutu “Sobranie” London Whites markalı, dəyəri 4 manat 20 qəpik olan 01 qutu “Sobranie” London Caster markalı, hər birinin dəyəri 4 manat 20 qəpik olmaqla ümumi dəyəri 8 manat 40 qəpik olan 02 qutu “Sobranie” London Blacks markalı və dəyəri 4 manat 20 qəpik olan 01 qutu “Sobranie” London Blues markalı siqaretləri, köşkün içərisindəki sürahinin üzərində olan kiçik plastmas qabın içərisində saxladığı qəpik pullardan ibarət ümumilikdə 5 manat 80 qəpik nağd pulu, həmçinin, köşkün içərisindəki sürahinin üzərində olan 06 ədəd 01 manatlıq Tap, Qazan adlı, 01 ədəd 05 manatlıq Göz Muncuğu adlı, 11 ədəd 02 manatlıq Ani 50m adlı və 16 ədəd 02 manatlıq Şans Ulduzu adlı lotoreya biletlərini oğurlamışdır. Sonda təhqiqatçı Zaur Xəlilov tərəfindən protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Balakən Rayon Polis Şöbəsinə gələrək hadisə ilə bağlı izahat yazmışdır. Həmin lotoreya biletlərindən 15 ədəd 02 manatlıq Şans Ulduzu adlı lotoreya biletləri yeni olmuş, yəni silinməmişdir. Qalan lotoreya biletləri isə vətəndaşlar tərəfindən silinmiş və silinmiş lotoreya biletlərində müxtəlif məbləğlərdə pul uduşları olduğuna görə, o, uduşa düşən cəmi 62 manat pulu vətəndaşlara ödəmiş, silinmiş biletləri isə şirkət nümayəndəliyinə təqdim edib vətəndaşlara ödədiyi pulları geri almaq üçün biletləri köşkdə sürahinin üzərinə qoyub saxlamışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 287 manat 70 qəpik məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulan ziyan könüllü olaraq tam şəkildə ona ödənilmiş və onunla barışıq əldə edilmişdir. Onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Pashapay MMC-nin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib, ona istinadən ifadəsində göstərdi ki, o, Pasapay MMC-nin Qəbələ Regional Xidmət Mərkəzinin rəhbəri vəzifəsində işləyir. Pashapay MMC Azərbaycan Respublikasında elektron ödəmələr və onların texniki təminatı üzrə aparıcı şirkətdir. Pasapay MMC şirkəti rayon rəhbərliyi ilə, sahibkarlarla razılaşma əsasında şəhərlərdə, rayonlarda, ticarət müəssisələrində, sərnişin avtobuslarının dayanacaqlarında ödəmə aparatlarının quraşdırılmasını təmin edir ki, abunəçilərə rahat və etibarlı yolla qısa vaxt ərzində ödəniş xidmətləri göstərilsin. Ödəmə terminallarına texniki xidmət göstərən əməkdaşları aparatlara qanunsuz müdaxilə və onların zədələnməsi halları ilə rastlaşdıqda, hadisə barədə şirkətə məlumat verirlər. 01 dekabr 2022-ci il tarixdə ona məlum olmuşdur ki, naməlum şəxs Balakən şəhəri Heydər Əliyev prospektində yerləşən Moskva adlı ərzaq mağazasının inzibati binasına daxil olaraq həmin mağazada quraşdırılmış Pashapay MMC-nin şəxsi mülkiyyətində olan 01517 saylı ödəmə aparatının inkasasiya texniki qapısını açmağa cəhd edərək, sağ hissəsinə bərk alətlə təsir edərək qapını əzərək zədələmiş, lakin aparatı aça bilmədiyi üçün pulu oğurlaya bilməmişdir. Bu barədə onun tərəfindən Pasapay MMC şirkətinə məlumat verilmişdir. Ödəmə aparatına müdaxilə edən şəxs aparatı zədələyərək Pasapay MMC-yə 50 manat məbləğində ziyan vurmuşdur. Daha sonra isə Balakən Rayon Polis Şöbəsinin istintaq bölməsindən verilmiş məlumata əsasən Pasapay MMC-yə məlum olmuşdur ki, Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı hadisəni törətmiş Təqsirləndirilən şəxs1 istintaqa təqdim edilərək Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 29,177.2.3 və 29, 177.2.4-cü maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Balakən Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. 01 dekabr 2022-ci il tarixdə Balakən şəhəri Heydər Əliyev prospektində yerləşən Moskva adlı ərzaq mağazasında quraşdırılmış Pashapay MMC-nin şəxsi mülkiyyətində olan 01517 saylı ödəmə aparatında 5089 manat məbləğində pul olmuşdur. Təqsirləndirilən şəxs1 tərəfindən könüllü şəkildə tam olaraq Pasahapay MMC-yə vurulmuş ziyan ödənilmiş və onlarla barışıq əldə edilmişdir. Pasahapay MMC-nin Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqda verdiyi ifadəsinə istinadən ifadəsində göstərdi ki, Balakən şəhər sakini olan Təqsirləndirilən şəxs1 illərdir tanıyır, aralarında ədavət və ya düşmənçilik yoxdur. O, “Arifoğlu” Taksi xidmətinin rəhbəri olduğuna görə istifadə etdiyi mobil telefon nömrəsini çox adam bilir. 01 dekabr 2022-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs1 ona zəng edərək özünə viski, araq və şərab pay verildiyini, təcili pul lazım olduğuna görə həmin spirtli içkiləri satmaq istədiyini bildirmiş və həmin spirtli içkiləri almasını xahiş etmişdir. O da içkilərə baxdıqdan sonra alıb-almamaq barədə qərar verəcəyini Tehrana bildirmişdir. Təxminən 01 saatdan sonra Tehran onun yaşadığı evin yanına getmiş, həmin vaxt Tehranın əlində bir kisə olmuş və sonuncu kisənin içərisində viski, araq və şərab şüşələri olduğunu bildirmişdir. O, kisənin içərisində baxanda 03 ədəd 01 litrlik “Jack Daniels” markalı, 02 ədəd 0,7 litrlik “Jack Daniels” markalı, 02 ədəd 0,5 litrlik “Jack Daniels” markalı, 02 ədəd 0,7 litrlik “Chivas Legal 12” markalı, 02 ədəd 0,5 litrlik “Chivas Legal 12” markalı viskilər, 01 ədəd 01 litrlik “Finlandiya” markalı və 01 ədəd 0,7 litrlik “Finlandiya” markalı araqlar, 02 ədəd 0,75 litrlik şərablar olduğunu görmüş, buna görə Tehrandan həmin içkiləri haradan əldə etdiyini soruşmuş, Tehran da təkrar olaraq həmin içkilərin ona pay verildiyini bildirmişdir. O da Tehranın sözlərinə inanmış, həmin içkilərin hamısına 120 manat pul verə biləcəyini, lakin üzərində cəmi 70 manat pul olduğunu, əgər razı olarsa üzərində olan 70 manatı verib qalan 50 manatı da bir neçə günə verəcəyini demişdir. Tehran da etiraz etmədən onunla razılaşmış, bundan sonra o, orada cibindən 70 manat pul çıxarıb Tehrana vermiş, sonuncu pulu ondan alıb cibinə qoymuş və içkiləri kisə ilə birlikdə ona verib oradan getmişdir. Daha sonra o, Tehrandan aldığı içkilərin bir neçəsini içmiş, bir neçəsini isə açıb içəndə xoşuna gəlmədiyinə görə unitaza boşaltmışdır. 09 dekabr 2022-ci il tarixdə Balakən RPŞ-nə dəvət olunanda ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 ona satdığı spirtli içkiləri Balakən şəhəri ərazisində yerləşən Moskva” adlı ərzaq mağazasından oğurlamışdır. Tehran ona satdığı həmin viskilərin, araqların və şərabların özünə pay verildiyini və təcili pul lazım olduğuna görə həmin spirtli içkiləri satmaq istədiyini bildirmişdir. Təbii ki, Tehran həmin viskilərin, araqların və şərabların oğurluq olduğunu ona desəydi, o, həmin içkiləri almaqdan imtina edərdi və bu barədə polisə məlumat verərdi. O, həmin içkilərin bəzilərini içdikdən sonra, bəzilərini də unitaza boşaltdıqdan sonra şüşələrini elə Tehranın gətirdiyi həmin kisəyə yığıb həyətə qoymuş, bir neçə gündən sonra küçədən at arabası ilə dəmir yığan uşaqlar keçəndə həmin şüşələri kisə ilə birlikdə dəmir yığan uşaqlara vermişdir ki, satıb pul əldə etsinlər. Lakin o, həmin uşaqların kim olduğunu və ya harada yaşadıqlarını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi ifadəsinə istinadən ifadəsində göstərdi ki, hazırda Balakən RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində xidmət edir və polis serjantı rütbəsini daşıyır. O, 06 dekabr 2022-ci il tarixdə saat 02 radələrində RPŞ-nin PPXB-nin polis nəfərləri, polis kiçik serjantları Yüzbaşiyev Vasif Cavanşir oğlu və X5 ilə birlikdə Balakən şəhəri H.Əliyev prospektində 1 nömrəli marşrut üzrə xidmət aparan zaman Balakən rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında, sağ tərəfdə, yəni H.Əliyev prospektində yerləşən köşkün ön şüşəsinin sındırıldığını, bir nəfərin isə əlində sellofan torba ilə köşkün yanından piyada İcra Hakimiyyətinin binasına tərəf getdiyini görmüşlər. Həmin şəxs onları görüb özünü şübhəli apardığına görə, onlar dərhal həmin şəxsin arxasınca getmişlər. Bu zaman həmin şəxs İcra Hakimiyyətinin binasına tərəf qaçmağa başlamış, onlar da arxasınca qaçıb həmin şəxsi Balakən rayon Mədəniyyət Mərkəzinin qarşısında saxlamış və özlərini həmin şəxsə təqdim edərək Balakən RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra həmin şəxs əlindəki sellofan torbaları onlara göstərib köşkdən siqaret, lotoreya biletləri və qəpik pullar oğurladığını səmimi etiraf etmişdir. Daha sonra onlar həmin şəxsi dəvət edib xidməti avtomobillə Polis şöbəsinə gətirmişlər. Polis şöbəsində həmin şəxsin Balakən şəhər sakini Təqsirləndirilən şəxs1 olduğunu müəyyən etmiş və o, Təqsirləndirilən şəxs1 barəsində müvafiq tədbir görülməsi üçün raportla RPŞ-nin rəhbərliyinə müraciət etmişdir. Bundan sonra həmin köşkü işlədən Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs1, Balakən RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, polis mayoru X6, Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Yüzbaşiyev Vasif Cavanşir oğlunun, Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı X1 və onun iştirakı ilə Balakən RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Zaur Xəlilov tərəfindən hadisə yerində videoçəkiliş vasitəsilə baxış və götürmə aparılmışdır. Baxış və götürmə zamanı Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini səmimi etiraf edərək köşkdən oğurladığı siqaretləri, lotoreya biletlərini və qəpik pulları təhqiqatçı Zaur Xəlilova təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi siqaretlər, lotoreya biletləri və qəpik pullar təhqiqatçı Zaur Xəlilov tərəfindən maddi sübut kimi götürülmüşdür. Həmçinin baxış və götürmə zamanı RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti polis mayoru X13 tərəfindən hadisə yerindən əl-barmaq izləri götürülmüşdür. Sonda təhqiqatçı Zaur Xəlilov tərəfindən baxış və götürmə aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan 01 dekabr 2022-ci il tarixli “baxış keçirilməsi barədə” protokoldan görünür ki, həmin tarixdə saat 09:50 dəqiqədən saat 10:15 dəqiqəyədək olan müddət ərzində Balakən şəhəri H.Əliyev prospektində yerləşən Moskva adlı ərzaq mağazasına Zərərçəkmiş şəxs1 şikayəti əsasında baxış keçirilmişdir. Mağazaya daxil olduqda giriş qapısının sol tərəfindəki şüşənin aşağı hissəsinin sınıq vəziyyətdə, içəri daxil olduqda isə sol tərəfdə olan “Milli ün” ödəmə terminalının 40 sm irəli tərəf çəkilməsi görünmüşdür. Həmin aparatın aşağı sağ tərəfinin dəmiri qatlanmış formada olmuşdur. Mağazada kassa aparatının ön hissəsi açıq vəziyyətdə olub, yerə qarabaşaq yarması tökülmüş vəziyyətdə olmuşdur. Mağazada rəflər, həmçinin mağazanın arxa hissəsində sanitar qovşağı və 1 ədəd əlavə otaq vardır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 qapının girişində olan şüşənin sındırıldığını, “Milli ün” ödəmə terminalına müdaxilə olunmağa cəhd göstərildiyini, lakin oradan pul vəsaitin oğurlanmadığını, kassadan 10 manatlıq qəpiklərin və spirtli içki rəfindən 1 ədəd Jack Daniels markalı spirtli içkinin oğurlandığını, həmçinin yerdə olan qarabaşaq yarması kisəsinin cırılıb yerə dağıldığını bildirmişdir. Əlavə olaraq həyat yoldaşı Şahid1 məxsus pasportun yandırılaraq məhv olunmasını bildirmişdir. Mağazada soyuducunun, kassanın, terminalın və pasportun üzərindən 06 ədəd əl-barmaq izləri kriminalist tərəfindən götürülmüşdür. Daha sonra protokol tərtib olunmuş, ucadan oxunmuş və doğruluğu imzalarla təsdiq edilmişdir. Həmçinin baxış zamanı fotoşəkillər çəkilmiş və çap olunaraq protokola əlavə olunmuşdur. İş materiallarında olan 06 dekabr 2022-ci il tarixli “baxış və götürmə keçirilməsi barədə” protokoldan görünür ki, həmin tarixdə saat 03:30 dəqiqədən saat 03:35 dəqiqəyədək olan müddət ərzində Zərərçəkmiş şəxs2 işlətdiyi, Balakən şəhəri H.Əliyev prospektində Balakən rayon İcra Hakimiyyətinin qarşısında yerləşən köşkə baxış keçirilmişdir. Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X2 raportu əsasında həmin köşkə baxış keçirilmişdir. Köşk ümumən yaşıl rəngli olub sol tərəfində “Qarabağ”, sağ tərəfində isə “Azərbaycan” sözləri yazılmışdır. Köşkün ön tərəfində qapı, nəfəslik və pəncərə şüşəsi vardır. Baxış zamanı Təqsirləndirilən şəxs1 hadisənin necə baş verdiyi soruşulduqda, sonuncu yaşadığı evdə spirtli içki qəbul etdikdən sonra siqareti olmadığı üçün köşkün şüşəsini sındırmaqla içəri daxil olub şəffaf rəngli sellofan torbaya vitrindən siqaretləri, qara rəngli sellofan torbaya lotereya biletlərini doldurduğunu,həmçinin qapının girəcəyində olan yumuru plastik qabın içərisindən qəpiklər götürərək uzaqlaşıb getdiyi vaxt polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 əlində olan şəffaf rəngli sellofan torbaya baxış keçirilən zaman oradan 4 ədəd Rothmans, 2 ədəd West, 9 ədəd Sobranie, 2 ədəd Pall mall, 8 ədəd Magna, 3 ədəd Kent, 2 ədəd Viceroy, 1 ədəd LD, 3 ədəd Vegas, 4 ədəd Prima, 7 ədəd Winchester, 1 ədəd Winston, 1 ədəd Argo, 1 ədəd Pall mall və 1 ədəd Kingston markalı siqaret qutuları aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 əlində olan digər qara rəngli sellofan torbaya baxış keçirilərkən oradan 5 manat 80 qəpik dəyərində olan qəpiklər, 6 ədəd Tap, Qazan, 1 ədəd Göz Muncuğu, 11 ədəd Ani və 16 ədəd Şans Ulduzu adlanan lotereyalar aşkar edilmişdir. Hər iki sellofan torbada aşkar edilmiş əşyalar maddi sübut əhəmiyyətinə malik ola biləcək əşya kimi götürülmüşdür. Baxış videoçəkiliş ilə aparılmış, həmin videoçəkilişlər DVD diskə köçürülərək protokola əlavə edilmişdir. Baxış zamanı kriminalist tərəfindən köşkün sındırılmış şüşəsinin, havalandırma şüşəsinin və şüşə vitrininin üzərlərindən götürülən lentaya köçürülmüş 09 ədəd əl-barmaq və 04 ədəd ovuc izləri aşkar edilmişdir. Baxış zamanı protokol tərtib olunmuş, hər hansı şikayət və vəsatət daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarında olan Pashapay MMC şirkətinin Təhlükəsizlik Departamentinin direktoru X10 RPŞ-nin rəhbərliyinə ünvanladığı 02 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, 01 dekabr 2022-ci il tarixdə naməlum şəxslər Balakən şəhəri H.Əliyev prospektində yerləşən “Moskva” marketin inzibati binasına qanunsuz daxil olaraq orada quraşdırılmış şirkətin şəxsi mülkiyyəti olan 01517 saylı ödəmə aparatının inkasassiya tekniki qapısını açmağa cəhd edərək, sağ hissəsinə bərk alətlə təsir edərək qapını əzərək zədələmiş, lakin onu aça bilmədikləri üçün pulu oğurlaya bilməmişlər. Ödəmə aparatından oğurluq etməyə cəhd edən şəxslər onu zədələyərək şirkətə 50 manat məbləğində maddi ziyan vurmuşlar. Hadisə zamanı ödəmə aparatının daxilində nağd vəsait olmuş və onun iş fəaliyyəti pozularaq vətəndaşların haqlı narazılıqlarına, iradlarına səbəb olmuşdur. Ödəmə aparatına kənar müdaxilə edilmə gələcəkdə onun talanmasına səbəb ola bilər. Müraciətin sonunda isə proflaktiki tədbirlər görülməsini, ərazinin nəzarətə götürülməsini, hadisəni törətmiş şəxslərin tapılıb məsuliyyətə cəlb edilməsinin təmin olunmasını xahiş etmişdir. İş materiallarında olan 08 dekabr dekabr 2022-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 10:45 dəqiqədən saat 11:37 dəqiqəyədək olan müddət ərzində iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus mağazada baş vermiş oğurluq hadisəsi ilə əlaqədar Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılmışdır. İfadənin yerində yoxlanılması zamanı iş üzrə Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək mağazaya necə daxil olduğunu, malları və pulları haradan və necə oğurladığını əyanı şəkildə göstərmişdir. İfadənin yerində yoxlanılması zamanı fotoşəkillər çəkilərək tərtib olunmuş protokola əlavə edilmişdir. İş materiallarında olan 08 dekabr 2022-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 12:01 dəqiqədən saat 12:43 dəqiqəyədək olan müddət ərzində iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 işlətdiyi köşkdə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılmışdır. İfadənin yerində yoxlanılması zamanı iş üzrə Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək köşkə necə daxil olduğunu, siqaretləri, lotoreya biletlərini və pulları haradan və necə oğurladığını əyanı şəkildə göstərmişdir. İfadənin yerində yoxlanılması zamanı fotoşəkillər çəkilərək tərtib olunmuş protokola əlavə edilmişdir. İş materiallarında olan 08 dekabr 2022-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 12:51 dəqiqədən saat 13:31 dəqiqəyədək olan müddət ərzində iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 işlətdiyi köşkdə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılmışdır. İfadənin yerində yoxlanılması zamanı iş üzrə Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs1 köşkdən oğurluq etdiyi zaman onun ətrafa nəzarət etmək üçün dayandığı yeri əyanı şəkildə göstərmişdir. İfadənin yerində yoxlanılması zamanı fotoşəkil çəkilərək tərtib olunmuş protokola əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşunaslıq ekspertizasının 16 dekabr 2022-ci il tarixli 9/9115 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilməyən malların 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 774,00 manat, təqdim edilmiş mallar 169,90 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan 06 dekabr 2022-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 06 dekabr 2022-ci tarixdə saat 16:44-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 4(019)- 69/2022-nömrəli qərarından görünür ki,həmin qərarla Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 06 dekabr 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan 06 dekabr 2022-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 06 dekabr 2022-ci tarixdə saat 18:35-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında 08 dekabr 2022-ci il tarixli aktdan görünür ki, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs2 08 dekabr 2022-ci il tarixdə saat 18.30-da Balakən RPŞ-nin MSYdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli 011-14493-1222 nömrəli məktubundan görünür ki, Balakən RPŞ-nin xx.xx.2022-ci il tarixli, 109-30024-1222 nömrəli məktubu vasitəsi ilə, xx.xx.2022-ci il tarixdə, Balakən şəhər sakini Zərərçəkmiş şəxs2 Balakən şəhəri, H.Əliyev prospektində icarəyə işlətdiyi köşkdə baş vermiş oğlurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2022-ci il tarixdə KTİyə daxil olmuşdur. Həmin əl izləri KTİ-nin ADİS-in bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 09 ədəd (şüşə vitrin, havalandırma şüşəsi, sındırılmış şüşə üzərlərindən götürülmüş) (ADİS-in məlumat bankına Balakən RPŞ-dən daxil olan) xx.xx.1994-cü il tarixdə Balakən şəhərində anadan olmuş Təqsirləndirilən şəxs1 sol əlinin ovuc (03 dəfə), şəhadət, orta (02 dəfə), sağ əlinin ovuc, orta və adsız barmaqlarının əksi ilə eynilik müəyyən edilmişdir. İş materiallarından, o cümlədən işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tələbnamə üzrə verilmiş xx.xx.2022-ci il tarixli 7 nömrəli arayışdan və Balakən Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli hökmündən görünür ki, Həsənov X7 Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun 30 yanvar 2021-ci il tarixdən 01 fevral 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılmış və üzərində qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Balakən Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqında» Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 4-cü bəndi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə o, cəzasının çəkilməmiş 1 ay 09 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuş, qərar dərhal icra edilmiş, xx.xx.2022-ci il tarxdə cəza müddəti başa çatmışdır. İş materiallarından, o cümlədən işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tələbnamə üzrə verilmiş xx.xx.2022-ci il tarixli 7 nömrəli arayışdan və Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun 02 mart 2019-cu il tarixdən 04 mart 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 gün müddət CM-nin 69.3-cü maddəsinə uyğun olaraq cəza müddətinə hesablanmaqla həmin cəzadan çıxılmış və üzərində qəti olaraq 1 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasıı saxlanılmış, Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə o, cəzadan şərti olaraq 03 ay 12 gün vaxtından əvvəl azad olunmuş, qərar dərhal icra edilmiş, xx.xx.2021-ci ildə cəza müddəti başa çatmışdır. İş materiallarından həmçinin görünür ki, xx.xx.2020-ci il tarixdə doğulmuş X9 olmaqla Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşaq vardır. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin 08 fevral 2023-cü il tarixli sübutların qiymətləndirilməsi, əmələ hüquqi qiymətin verilməsi və əməlin tövsif edilməsi haqqında qərarından görünür ki, maddi sübut olan 03 qutu “Rothmans” Demi Blue markalı, 01 qutu “Rothmans” Demi Silver markalı, 02 qutu “West” Silver markalı, 01 qutu “Argo” King Size markalı, 04 qutu “Prima” Delux Blue markalı, 03 qutu “Winchester” Blue markalı, 03 qutu “Winchester” Silver markalı, 01 qutu “Winchester” Compact Silver markalı, 02 qutu “Magna” Black markalı, 04 qutu “Magna” Silver markalı, 02 qutu “Magna” White markalı, 01 qutu “Veqas” Slims Silver markalı, 02 qutu “Veqas” Slims Blue markalı, 01 qutu “Winston” XStyle markalı, 2 qutu “Viceroy” N-Series Silver markalı, 01 qutu “Kingston” Nano Slim markalı, 01 qutu “Pall Mall” American Nights markalı, 02 qutu “Pall Mall” Nanokings markalı, 01 qutu “LD” Club markalı, 02 qutu “Kent” Silver markalı, 01 qutu “Kent” Navy Blue markalı, 01 qutu “Sobranie” London White markalı, 02 qutu “Sobranie” London Black markalı, 01 qutu “Sobranie” X17 markalı, 01 qutu “Sobranie” London Whites markalı, 01 qutu “Sobranie” London Caster markalı, 02 qutu “Sobranie” London Blacks markalı, 01 qutu “Sobranie” London Blues markalı siqaretlər, qəpik pullardan ibarət ümumilikdə 5 manat 80 qəpik nağd pul, ümumi dəyəri 30 manat olan 15 ədəd 02 manatlıq Şans Ulduzu adlı yeni lotoreya biletləri və uduşa düşmüş ümumilikdə 62 manat pullar, Zərərçəkmiş şəxs2 vətəndaşlarla ödədiyi silinmiş vəziyyətdə 06 ədəd 01 manatlıq Tap, Qazan adlı, 01 ədəd 05 manatlıq Göz Muncuğu adlı, 11 ədəd 02 manatlıq Ani 50 m adlı və 1 ədəd 02 manatlıq Şans Ulduzu adlı lotoreya biletləri zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qaytarılmış, Zərərçəkmiş şəxs1 mağazasına baxış keçirilərkən qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD diski və Zərərçəkmiş şəxs2 işlətdiyi köşkdə keçirilən baxış və götürmənin videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski, cəmi 02 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs1 ilə barışmışdır, Təqsirləndirilən şəxs1 tərəfindlən ona vurulmuş maddi və mənəvi ziyan tam ödənimişdir. Təqsirləndirilən şəxs1 heç bir tələb və şikayəti yoxdur. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən vurulmuş ziyan ona tam ödənimişdir. Onlardan heç bir tələb və şikayəti yoxdur.Təqsirləndirilən şəxslərlə barışmışdır. İş materiallarına əlavə olunmuş zərərçəkmiş hüquqi şəxs Pashapay MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə nümayəndəsi olduğu zərərçəkmiş hüquqi şəxs Paşhapay MMC ilə barışmışdır. Təqsirləndirilən şəxs1 tərəfindən onlara vurulmuş ziyan tam ödənimişdir.Heç bir şikayət və tələbi yoxdur. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 qəsdən, qanunsuz olaraq, təkrarən tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş, həmçinin qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə saxlanc yerinə daxil olmaqla xeyli miqdarda özgənin əmlakını gizli olaraq talamaqla oğurluğa cəhd cinayət əməlini törətmiş, X3 isə qəsdən, qanunsuz olaraq,tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamanın qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə görə Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində, təkrar törədilməsinə görə Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsinə görə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində, xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 29-cü maddəsinə əsasən bilavasitə cinayəti törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 19-cu bəndində göstərilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.3 və 29,177.2.4-cü maddələrində və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.3 və 29,177.2.4-cü maddələrinin və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin tərkibi vardır,həmin əməllər təqsirləndirilən şəxslər tərəfindən törədilmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.3 və 29,177.2.4-cü maddələrində nəzərdə tutulmuş və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.3 və 29,177.2.4-cü maddələri və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxslər törətdikləri əməllərə görə cəzalanmalıdırlar. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması, CM-nin 59.1.12-ci maddəsində zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi və CM-nin 59.1.13-cü maddəsində cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallar kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iş materiallarına və yuxarıda qeyd olunan qanun normalarına istinad edib, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq zərərçəkmiş şəxslərə tamamilə ödəməsini və cinayət əməlləri törətməsini etiraf edib bu əməlləri törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə bu xüsusda qeyd edir ki, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq zərərçəkmiş şəxslərə tamamilə ödənilməsinin cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınması qanunvericilikdə, müvafiq olaraq CM-nin 59.1.12-ci maddəsində və CM-nin 59.1.13-cü maddəsində nəzərdə tutulmuşdur. Ona görə də qanunun birbaşa tələbinə əsasən həmin hallar Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs1 cinayət əməlləri törətməsini etiraf edib əməllərinə görə təəsüflənməklə səmimi peşman olduğunu bildirməsi, onun öz əməllərinə tənqidi münasibətini ifadə etməklə həqiqətən də onu müsbət xarakterizə edən haldır. Bu konteksdə nəzərə çatdırılmalıdır ki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti, o cümlədən az ağır cinayəti törədən şəxs tərəfindən də yaşana və Cinayət Məcəlləsinin 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Bu konteksdə diqqətə alınmalıdır ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 75-ci maddəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hal (AR CM-nin 72-ci maddəsi ilə eyni hallarda) səmimi peşmançılıq deyil, əməli peşmançılıq adlandırılmış, yəni səmimi peşmançılığın üstünyalnız əməli hərəkətlərlə ifadə olunmuş forması olaraq qeyd edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs1 cinayət əməlləri törətməsini etiraf edib bu əməlləri törətməsindən səmimi peşmançılıq çəkməsi məhz onun istinad olunan Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.3 və 29,177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsinə təəssüflənməklə bu əməllərə tənqidi münasibətini ifadə edir və bu xüsusda onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İş materiallarından görünür ki, Həsənov X7 Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən 01 ay 09 gün müddətinə şərti olaraq vaxtından əvvəl azad edilmiş, onun cəza müddəti xx.xx.2022-ci il tarixdə başa çatmışdır. Həsənov X7 Rayon Məhkəməsinin 19 may 2021-ci tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması nəticəsində yaranmış məhkumluq müddəti ödənilmədən yenidən qəsdən CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.3 və 29,177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmiş, bununla da cinayətin residivinə yol vermişdir. Bu da qanunvericiliyin tələbinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran haldır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsində cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. İşin faktiki hallarına və qanun normasının tələbinə əsasən məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə qeyd edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən,kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qeyd edildiyi kimi, Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 qəsdən CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, bundan nəticə çıxarmamış və həmin cinayət üzrə məhkumluq müddəti ödənilmədən yenidən CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 19,177.2.3 və 29,177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmişdir. Bu da onun mənəvi deqradasiyaya məruz qalmasını və törətdiyi cinayətlərin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu göstərir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bu xüsusda məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli cinayətin residivini yaratdığı üçün ona Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri qaydasında azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanı könüllı olaraq tamamilə zərərçəkmiş şəxslərə ödəməsi və cinayət əməlləri törətməsini etiraf edib bu əməlləri törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları və cinayətin residivi kimi cəzasını ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmaqla cəzanın məqsədlərinə nail olunmasının mümkünlüyü qənaətinə gələrək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.3 və 29,177.2.4-cü maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Həmçinin Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 158.6-cı maddəsinə əsasən onun 06 dekabr 2022-ci il tarixdən hazırki hökmün çıxarıldığı günədək tutulub həbsdə saxlandığı müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 06 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2.ev dustaqlığında saxlanıldığı müddət… Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə hesab edir ki, əməli cinayətin residivini yaratdığı və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi üçün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CMnin 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə cəzasının ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, haqqında azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənaətinə gəlindiyi üçün Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş materiallarına və qanun normalarının tələbinə əsasən himayəsində bir azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə zərərçəkmiş şəxsə ödəməsini və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə bu xüsusda qeyd edir ki, himayəsində azyaşlı uşağın olması, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq zərərçəkmiş şəxsə tamamilə ödənilməsinin cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınması qanunvericilikdə, müvafiq olaraq CM-nin 59.1.4-cü maddəsində, CM-nin 59.1.12ci maddəsində və CM-nin 59.1.13-cü maddəsində nəzərdə tutulmuşdur. Ona görə də qanunun birbaşa tələbinə əsasən həmin hallar Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs2 cinayət əməlini etiraf edib bu əməlinə görə təəsüflənməklə səmimi peşman olduğunu bildirməsi, onun öz əməlinə tənqidi münasibətini ifadə etməklə həqiqətən də onu müsbət xarakterizə edən haldır. Bu konteksdə nəzərə çatdırılmalıdır ki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti, o cümlədən az ağır cinayəti törədən şəxs tərəfindən də yaşana və Cinayət Məcəlləsinin 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Bu konteksdə diqqətə alınmalıdır ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 75-ci maddəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hal (AR CM-nin 72-ci maddəsi ilə eyni hallarda) səmimi peşmançılıq deyil, əməli peşmançılıq adlandırılmış, yəni səmimi peşmançılığın üstün-yalnız əməli hərəkətlərlə ifadə olunmuş forması olaraq qeyd edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs2 cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi məhz onun istinad olunan Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsinə təəssüflənməklə bu əmələ tənqidi münasibətini ifadə edir və bu xüsusda onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs2 Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq 03 ay 12 gün vaxtından əvvəl azad edilmiş və bu qərar dərhal icra edilmiş, yəni o, 09 oktyabr 2020-ci il tarixdə azad edilmişdir. Belə olan halda CM-nin 83.3.3 və 83.4-cü maddələrinə əsasən onun məhkumluq müddətinin hesablanması cəza çəkməkdən vaxtından əvvəl azad edildiyi 09 oktyabr 2020-ci il tarixdən başlanır və həmin məhkumluq 09 oktyabr 2022-ci il tarixdə başa çatır. İş materiallarından isə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət işi üzrə təqsirli bilindiyi CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini 06 dekabr 2022-ci il tarixdə, yəni CM-nin 234.1-ci maddəsilə yaranmış məhkumluq müddəti ödənildikdən sonra törətmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 əməli cinayətin residivini yaratmır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən himayəsində azyaşlı uşağın olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq zərərçəkmiş şəxsə tamamilə ödəməsi və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmadan da islah olunmasının mümkünlüyü qənaətinə gələrək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-nin 277.2.1 və 277.2.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 06 dekabr 2022-ci il tarixdən 08 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddətin bir günü təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, həmin cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs2 qəti olaraq azadlığın məhdulaşdırılması cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd edildiyi kimi, Azərbaycan Respublikası CPMnin 158.6-cı maddəsinə əsasən də cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 ona təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini gecə saat 23:00-da növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hazırki hökmün Təqsirləndirilən şəxs2 münasibətdə icrası onun yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə 50 manat manat ekspertiza xərcinin 25 manatı Təqsirləndirilən şəxs1 və 25 manatı Təqsirləndirilən şəxs2 tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X12 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ibtidai istintaq zamanı maddi sübut olan 03 qutu “Rothmans” Demi Blue markalı, 01 qutu “Rothmans” Demi Silver markalı, 02 qutu “West” Silver markalı, 01 qutu “Argo” King Size markalı, 04 qutu “Prima” Delux Blue markalı, 03 qutu “Winchester” Blue markalı, 03 qutu “Winchester” Silver markalı, 01 qutu “Winchester” Compact Silver markalı, 02 qutu “Magna” Black markalı, 04 qutu “Magna” Silver markalı, 02 qutu “Magna” White markalı, 01 qutu “Veqas” Slims Silver markalı, 02 qutu “Veqas” Slims Blue markalı, 01 qutu “Winston” XStyle markalı, 2 qutu “Viceroy” N-Series Silver markalı, 01 qutu “Kingston” Nano Slim markalı, 01 qutu “Pall Mall” American Nights markalı, 02 qutu “Pall Mall” Nanokings markalı, 01 qutu “LD” Club markalı, 02 qutu “Kent” Silver markalı, 01 qutu “Kent” Navy Blue markalı, 01 qutu “Sobranie” London White markalı, 02 qutu “Sobranie” London Black markalı, 01 qutu “Sobranie” X17 markalı, 01 qutu “Sobranie” London Whites markalı, 01 qutu “Sobranie” London Caster markalı, 02 qutu “Sobranie” London Blacks markalı, 01 qutu “Sobranie” London Blues markalı siqaretlərin, qəpik pullardan ibarət ümumilikdə 5 manat 80 qəpik nağd pulun, ümumi dəyəri 30 manat olan 15 ədəd 02 manatlıq Şans Ulduzu adlı yeni lotoreya biletləri və uduşa düşmüş ümumilikdə 62 manat pulların, Zərərçəkmiş şəxs2 vətəndaşlarla ödədiyi silinmiş vəziyyətdə 06 ədəd 01 manatlıq Tap, Qazan adlı, 01 ədəd 05 manatlıq Göz Muncuğu adlı, 11 ədəd 02 manatlıq Ani 50 m adlı və 1 ədəd 02 manatlıq Şans Ulduzu adlı lotoreya biletlərinin Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalı, Zərərçəkmiş şəxs1 mağazasına baxış keçirilərkən qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD diski və Zərərçəkmiş şəxs2 işlətdiyi köşkdə keçirilən baxış və götürmənin videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski, cəmi 02 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxslərin hazırkı cinayətləri törətdikləri zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmələrini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili- Müdafiəçi1 hazırki cinayət işi üzrə məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə 20 iş saatı, həmçinin Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə 20 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-in 193.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün 120 manat və Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün 120 manat, cəmi 240 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından tutulub Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X8 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.3 və 29,177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin;Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən onun 06 dekabr 2022-ci il tarixdən hazırki hökmün çıxarıldığı günədək tutulub həbsdə saxlandığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli 06 dekabr 2022-ci il tarixdən hesablansın; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 06 dekabr 2022-ci il tarixdən 08 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddətin bir günü ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 manat manat ekspertiza xərcinin 25 manatı Təqsirləndirilən şəxs1 və 25 manatı Təqsirləndirilən şəxs2 tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X12 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. İbtidai istintaq zamanı maddi sübut olan 03 qutu “Rothmans” Demi Blue markalı, 01 qutu “Rothmans” Demi Silver markalı, 02 qutu “West” Silver markalı, 01 qutu “Argo” King Size markalı, 04 qutu “Prima” Delux Blue markalı, 03 qutu “Winchester” Blue markalı, 03 qutu “Winchester” Silver markalı, 01 qutu “Winchester” Compact Silver markalı, 02 qutu “Magna” Black markalı, 04 qutu “Magna” Silver markalı, 02 qutu “Magna” White markalı, 01 qutu “Veqas” Slims Silver markalı, 02 qutu “Veqas” Slims Blue markalı, 01 qutu “Winston” XStyle markalı, 2 qutu “Viceroy” N-Series Silver markalı, 01 qutu “Kingston” Nano Slim markalı, 01 qutu “Pall Mall” American Nights markalı, 02 qutu “Pall Mall” Nanokings markalı, 01 qutu “LD” Club markalı, 02 qutu “Kent” Silver markalı, 01 qutu “Kent” Navy Blue markalı, 01 qutu “Sobranie” London White markalı, 02 qutu “Sobranie” London Black markalı, 01 qutu “Sobranie” X17 markalı, 01 qutu “Sobranie” London Whites markalı, 01 qutu “Sobranie” London Caster markalı, 02 qutu “Sobranie” London Blacks markalı, 01 qutu “Sobranie” London Blues markalı siqaretlərin, qəpik pullardan ibarət ümumilikdə 5 manat 80 qəpik nağd pulun, ümumi dəyəri 30 manat olan 15 ədəd 02 manatlıq Şans Ulduzu adlı yeni lotoreya biletləri və uduşa düşmüş ümumilikdə 62 manat pulların, Zərərçəkmiş şəxs2 vətəndaşlarla ödədiyi silinmiş vəziyyətdə 06 ədəd 01 manatlıq Tap, Qazan adlı, 01 ədəd 05 manatlıq Göz Muncuğu adlı, 11 ədəd 02 manatlıq Ani 50 m adlı və 1 ədəd 02 manatlıq Şans Ulduzu adlı lotoreya biletlərinin Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın; Zərərçəkmiş şəxs1 mağazasına baxış keçirilərkən qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD diski və Zərərçəkmiş şəxs2 işlətdiyi köşkdə keçirilən baxış və götürmənin videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski, cəmi 02 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün 120 manat və Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün 120 manat, cəmi 240 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından tutulub Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X8 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hazırki hökmün Təqsirləndirilən şəxs2 münasibətdə icrası onun yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən:Z.C.Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar