Məhkəmə qərarları › İş №1(019)-49/2024

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-49/2024

15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-49/2024 15.05.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi,məhkəmə iclas katibi X4 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi -Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-xx xxx 1987-ci il tarixdə Balakən rayonu Mahamalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə ilə əlaqədar, sonuncuya məxsus mağazanı və mal tövləsini vahid niyyətlə əhatə olunan cinayətkar qəsdlə yandırmaq qərarına gələrək bu niyyətini həyata keçirmək üçün xx.xx.2023-cü il tarixdə saat 19 radələrində alkoqol sərxoşluğu vəziyyətində sonuncunun yaşadığı Balakən rayonu Mahamalar kəndi ərazisində yerləşən ərzaq mağazasını içərisində olan əşyalarla birlikdə qəsdən yandırmaq məqsədi ilə mağazanın şüşələrini sındırıb əvvəlcədən əldə etdiyi plastmas qabda olan 2 litr benzini mağazanın içərisinə boşaltdıqdan sonra həmin boş plastmas qabı yandıraraq mağazanın içərisinə atmaqla qəsdən yanğın törədərək, eləcə də vahid niyyətlə əhatə olunan cinayətkar əməlini davam etdirib Zərərçəkmiş şəxs yaşadığı evin həyətində yerləşən sonuncuya məxsus tövlənin altında olan 1 ədəd 2 litr tutumlu benzin ilə dolu olan plastmas qabı götürüb tövlənin altında benzinlə dolu olan plastmas bidon və qabların üzərinə boşaltdıqdan sonra həmin plastmas qabı yandıraraq benzini boşaltdığı yerə ataraq, qəsdən yanğın törədərək hər birinin qiyməti 2,09 manat olmaqla 12,54 manat dəyərində 6 ədəd hər biri 2 litr tutumlu “Sprite” markalı içkilər, hər birinin qiyməti 2,08 manat olmaqla 12,48 manat dəyərində 6 ədəd hər biri 2 litr tutumlu “Pepsi” markalı içkilər, hər birinin qiyməti 2,09 manat olmaqla 12,54 manat dəyərində 6 ədəd hər biri 2 litr tutumlu “Fanta” markalı içkilər, hər birinin qiyməti 0,25 manat olmaqla 22,5 manat dəyərində 90 ədəd Hacıqabul istehsalı olan toyuq yumurtası, hər birinin qiyməti 2,0 manat olmaqla 240,0 manat dəyərində 120 paket “Rand” markalı peçenye, hər birinin qiyməti 1,20 manat olmaqla 7,20 manat dəyərində 6 ədəd hər biri 250 qram çəkidə olan “Nazlım” markalı qarğıdalı çubuqları, hər birinin qiyməti 0,20 manat olmaqla 2,4 manat dəyərində 12 ədəd hər biri 20 qram çəkidə olan “Nazlım” markalı qarğıdalı çubuqları, hər birinin qiyməti 0,20 manat olmaqla 24,0 manat dəyərində 120 ədəd hər biri 25 qram çəkidə olan “Binqo” markalı günəbaxan tumu, hər birinin qiyməti 1,6 manat olmaqla 9,60 manat dəyərində 6 qutu “Çhamaki” markalı peçenye, hər birinin qiyməti 1,45 manat olmaqla 2,9 manat dəyərində 2 qutu “Azim Bakı” markalı peçenye, hər birinin qiyməti 2,20 manat olmaqla 13,2 manat dəyərində 6 qutu “Yaşkino Priyanik” markalı peçenye, hər birinin qiyməti 1,8 manat olmaqla 3,6 manat dəyərində 2 qutu “Sladyon Borovski” markalı peçenye, hər birinin qiyməti 2,90 manat olmaqla 5,8 manat dəyərində 2 ədəd hər biri 0,5 litr tutumlu “Final” markalı sulu qarğıdalı yağları, hər birinin qiyməti 5,93 manat olmaqla 17,79 manat dəyərində 3 ədəd hər biri 1 litr tutumlu “Final” markalı sulu qarğıdalı yağları, 2,0 manat dəyərində 1 ədəd 0,5 litr tutumlu “Zalotoye Solniçka” markalı sulu günəbaxan yağı, 4,06 manat dəyərində 1 ədəd 1 litr tutumlu “Zalotoye Solniçka” markalı sulu günəbaxan yağı, hər birinin qiyməti 2,95 manat olmaqla 8,85 manat dəyərində 3 ədəd hər biri 1 litr tutumlu “Yurdum” markalı sulu günəbaxan yağları, hər birinin qiyməti 2,60 manat olmaqla 5,20 manat dəyərində 2 ədəd hər biri 900 qram tutumlu “Solniçnoye” markalı sulu günəbaxan yağları, hər birinin qiyməti 2,48 manat olmaqla 7,44 manat dəyərində 3 ədəd hər biri 900 qram tutumlu “Razdele” markalı sulu günəbaxan yağları, hər birinin qiyməti 1,67 manat olmaqla 16,7 manat dəyərində 10 ədəd hər biri 200 qram tutumlu “Bizim süfrə” markalı mayonezlər, hər birinin qiyməti 1,40 manat olmaqla 14,0 manat dəyərində 10 ədəd hər biri 200 qram tutumlu “Bizim süfrə” markalı ketçuplar, 2 manat 30 qəpik dəyərində 01 ədəd 450 qram tutumlu Rusiya istehsalı olan qablaşdırılmış qatı süd məhsulu, 5,5 manat dəyərində 1 ədəd 500 qram tutumlu “Üç inək“ markalı qablaşdırılmış pendir, hər birinin qiyməti 2,35 manat olmaqla 4,7 manat dəyərində 2 ədəd hər biri 185 qram tutumlu “Sardina” markalı balıq konservi, hər birinin qiyməti 2,45 manat olmaqla 4,9 manat dəyərində 2 ədəd hər biri 325 qram tutumlu “Oba Qovyadina” markalı mal əti konservi, hər birinin qiyməti 3,50 manat olmaqla 10,50 manat dəyərində 3 ədəd hər biri 240 qram tutumlu “Botinskaya” markalı balıq konservləri, hər birinin qiyməti 2,82 manat olmaqla 8,46 manat dəyərində 3 ədəd hər biri 240 qram tutumlu “Kuripniye Şprotı” markalı balıq konservləri, hər birinin qiyməti 1,50 manat olmaqla 3,0 manat dəyərində 2 ədəd hər biri 2 litr tutumlu “Sərin qaya" markalı limonadlar, hər birinin qiyməti 0,75 manat olmaqla 4,50 manat dəyərində 6 ədəd hər biri 1 litr tutumlu “Sərin qaya” markalı limonadlar, hər birinin qiyməti 0,50 manat olmaqla 5,0 manat dəyərində 10 ədəd hər biri 0.5 litr tutumlu “Sərin qaya” markalı limonadlar, hər birinin qiyməti 1,0 manat olmaqla 16,0 manat dəyərində 16 ədəd hər biri 0,5 litr tutumlu “Coca-cola” markalı içkilər, hər birinin qiyməti 1,0 manat olmaqla 10,0 manat dəyərində 10 ədəd hər biri 0,5 litr tutumlu “Fanta” markalı içkilər, hər birinin qiyməti 1,0 manat olmaqla 2,0 manat dəyərində 2 ədəd hər biri 0,5 litr tutumlu “Sprite” markalı içkilər, hər birinin qiyməti 0,7 manat olmaqla 2,1 manat dəyərində 3 ədəd hər biri 0,5 litr tutumlu “Qax Suyu” markalı qazsız şüşə qab, hər birinin qiyməti 1,40 manat olmaqla 28,0 manat dəyərində 20 ədəd hər biri 0,3 litr tutumlu “Coca-cola” markalı içki, hər birinin qiyməti 0,34 manat olmaqla 3,45 manat dəyərində 10 ədəd 1 nömrə “Predo” markalı uşaq bezləri, hər birinin qiyməti 0,31 manat olmaqla 6,51 manat dəyərində 21 ədəd 2 nömrə “Predo” markalı uşaq bezləri, hər birinin qiyməti 0,34 manat olmaqla 5,44 manat dəyərində 16 ədəd 3 nömrə “Predo” markalı uşaq bezləri, hər birinin qiyməti 0,34 manat olmaqla 20,40 manat dəyərində 60 ədəd 4 nömrə “Predo” markalı uşaq bezləri, hər birinin qiyməti 0,47 manat olmaqla 4,77 manat dəyərində 10 ədəd 5 nömrə “Predo” markalı uşaq bezləri, hər birinin qiyməti 0,43 manat olmaqla 1,72 manat dəyərində 4 ədəd 6 nömrə “Predo” markalı uşaq bezləri, hər litrinin qiyməti 1,0 manat olmaqla 30,0 manat dəyərində 30 litr həcmində Aİ 92 markalı benzin, 150,0 manat dəyərində 1 ədəd “Adidas” markalı təkər ölçüsü 26 olan velosiped, 90,0 manat dəyərində 1 ədəd 40 litr tutumlu aliminium materialından su bidonu, hər kiloqramının qiyməti 0,9 manat olmaqla 36,0 manat dəyərində 40 kq “Azəryem” markalı cücə yemi, hər birinin qiyməti 50,0 manat olmaqla 200,0 manat dəyərində 4 ədəd 175/70/R13 ölçüdə “Kama” markalı VAZ 21063 markalı avtomaşına məxsus təkərlər, hər bir kub metrinin qiyməti 50 manat olmaqla 300 manat 6 kub metr həcmdə fıstıq materialından olan oduncaq, 350,0 manat dəyərində 1 ədəd uzunluğu 2 metr eni 1 metr 80 sm olan DSP materialından hazırlanmış iki nəfərlik çarpayı, hər kiloqramının qiyməti 4,0 manat olmaqla 1200,0 manat dəyərində 300 ədəd hər biri 20 kq çəkidə olan kustar üsulla hazırlanmış ot presi, və 200 manat dəyərində olmaqla 01 ədəd “Kalbi” markalı otbiçən motoru yandıraraq 3153,05 manat, mağazanın yandırılması nəticəsində tikinti üzrə 350,00 manat, mal tövləsinin yandırılması nəticəsində tikinti üzrə 5070,00 manat olmaqla zərərçəkmiş şəxsə ümumilikdə 8573.05 (səkkiz min beş yüz yetmiş üç manat beş qəpik) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla qəsdən özgənin əmlakını yandırmaqla məhv etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməsi məhkəmə iclasında özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi nikahı olmasa da faktiki olaraq evlidir və himayəsində 3 azyaşlı uşağı vardır. Yaşadığı Mahamalar kəndinin Salban yaşayış məntəqəsində yaşayan Zərərçəkmiş şəxs onun qonşusudur. Təxminən 5-6 aydır ki, Çingizxan və ailə üzvləri onunla daimi mübahisələr edərək ondan əsassız yerə şikayətlər etmişdir. xx.xx.2023-cü il tarixdə o, Zərərçəkmiş şəxs evinin həyətindəki sərhəd hasarının yanına çağırmış və Çingizxana hasarın orta hissəsində bitən 1 ədəd tut ağacının və təxminən 4-5 ədəd akasiya ağaclarının budaqlarının ona, yəni həyətində bitən ağaclara kölgə saldığından kəsməsini bildirmişdir. Çingizxan da onunla razılaşaraq “hansını istəyirsən kəs” sözünü ona demişdir. Bundan sonra o, Çingizxanın yanında özünə məxsus olan motorlu mişarla sərhəd hasarının orta hissəsində bitən Çingizxana məxsus olan 1 ədəd tut ağacını və təxminən 4-5 ədəd akasiya ağaclarının budaqlarını kəsmişdir. Həmin vaxt Çingizxanla aralarında heç bir mübahisə baş verməmişdir. O, ağacları kəsdikdən sonra Çingizxanın qohumu Xaliq adlı şəxs onun yaşadığı evin həyətinə gəlmiş, o, Xaliqə də razılaşma əsasında kəsdiyi ağacları göstərmişdir. Xaliqdə ona düz etdiyini bildirmişdir. O, xx.xx.2023-cü il tarixdə səhər işləmək üçün getmişdir. Həmin gün axşam saat 18 radələrində evə gəlmiş, evə daxil olduqda ailə üzvləri onu Balakən RPŞ-nin sahə rəisinin axtardığını bildirmişdirlər. O sahə rəisinə zəng etdikdə, sahə rəisi ona qonşusu Zərərçəkmiş şəxs ondan şikayət etdiyi bildirmiş və xx.xx.2023-cü il tarixdə Balakən RPŞyə dəvət etmişdir. O da əsəbiləşərək evinin həyətinə düşərək Zərərçəkmiş şəxs və ailə üzvlərini çağırmış, lakin həmin şəxslər ona cavab verməmişlər. O, bu zaman həyətindən Çingizxangilə söyüş söymüş, yenə də Zərərçəkmiş şəxs və ya ailə üzvləri həyətə çıxıb ona cavab verməmişdir. Sonra isə o, evinin həyətindən Çingizxanın yaşadığı evin həyətinə keçərək saat təxminən 19 radələrində Zərərçəkmiş şəxs həyətində yerləşən mal tövləsinin alt hissəsindəki anbarda saxladığı və satdığı benzindən 2 litr götürmüş və onun yaşadığı evin qarşısında yolun kənarında yerləşən Zərərçəkmiş şəxs məxsus balaca ərzaq mağazasına yaxınlaşmışdır. O, əli ilə mağazanın şüşələrini sındıraraq benzini mağazanın içərisinə tökmüş, həmin benzini boşaltdığı boş plastmas şüşəni yandıraraq mağazanın içərisinə atmış, bu zaman mağaza yanmağa başlamışdır. O da mağazadan kənara gedib yanmağına tamaşa etmişdir. Bu zaman artıq Zərərçəkmiş şəxs və ailə üzvləri həmin yerə gəlib mağazanın içərisindəki yanğını söndürmüşlər.O, mağazanın içərisindəki yanğının azaldığını görüb tez Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə qayıdaraq Çingizxanın yaşadığı evin həyətində yerləşən mal tövləsinə tərəf getmiş, bu zaman həmin tövlənin altında olan benzin ilə dolu olan şüşə və plastmas bidonlara yaxınlaşmış, həmin yerdən 1 ədəd 2 litr tutumlu benzin ilə dolu olan plastmas şüşəni və 1 ədəd benzin ilə dolu olan 10 litrlik plastmas bidonu götürüb kənara getmiş, həmin 1 ədəd benzin ilə dolu olan 10 litrlik plastmas bidonu Çingizxanın evinin həyətində olan təndirin arxasında saxlamış, digər 1 ədəd 2 litr tutumlu benzin ilə dolu olan plastmas şüşəni isə tövlənin altında benzinlə dolu olan bidon və şüşələrin üzərinə səpib həmin benzini boşaltdığı şüşəni yandıraraq benzini səpdiyi yerə atmışdır. Həmin zaman orada olan benzin qabları partlamış və dam bütövlükdə yanmağa başlamışdır. Həmin zaman saxladığı 1 ədəd benzin ilə dolu olan 10 litrlik plastmas bidonu da yanan yerə atmış, həmin bidon da alışaraq yanmağa başlamışdır. Bundan sonra onu heç kimin görmədiyi yerdə dayanaraq baxmağa başlamışdır. Sonra isə o, qaçaraq hadisə yerindən uzaqlaşmışdır. O, qəsdən Zərərçəkmiş şəxs məxsus olan mağazanı və mal tövləsini benzinlə yandırmışdır. Əməlindən də peşman deyildir. Həmçinin bildirmək istəyir ki,Çingiz Labazanova məxsus mağazanın şüşəsini sındırdığı zaman sağ qolunda cızıq və kəsiklər olmuşdur. Eyni zamanda tövləni yandırdığı zaman benzinin partlaması ilə kənarda olan kolluğa atılmış, bu zaman da həmin sağ qolunda kol tikanlarının batması ilə cızıqlar olmuşdur.O, Çingiz Labazanova məxsus mağazanı və mal tövləsini yandırmağı əvvəlcədən planlaşdırmamışdır. Mağazanı və tövləni o yandırmışdır. Lakin vurulan ziyanın miqdarı çox göstərilmişdir. Zərərçəkmiş şəxs evini yandırmaqla hədələməmiş, nə də belə bir fikri olmamışdır.Əməlindən peşmandır.Ailə vəziyyətini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Təxminən 3 aydır ki, Təqsirləndirilən şəxs o və ailə üzvləri ilə daimi mübahisələr edərək onları təhqir edir. Kamran çox zaman sərxoş vəziyyətdə bu hərəkətləri edir. Bununla bağlı onun şikayəti əsasında təxminən 3 ay əvvəl Balakən RPŞ-də araşdırma aparılmışdır. Buna baxmayaraq Təqsirləndirilən şəxs öz hərəkətlərinə davam edərək onlarla əsassız yerə münaqişə yaratmış və onları hədələmişdir. xx.xx.2023-cü il tarixdə oğlu Şahid1 Təqsirləndirilən şəxs mağazaya olan 140 manat borcunu istədikdə Təqsirləndirilən şəxs açıq edərək özünə məxsus olan motorlu mişarla ona məxsus olan 2 ədəd tut, 4 ədəd akasiya ağaclarını ondan xəbərsiz olaraq qəsdən kökündən kəsmişdir. O da xx.xx.2023-cü il tarixdə bununla bağlı Balakən RPŞ-yə məlumat vermişdir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs onun Kamrandan şikayət etdiyini eşidərək evinin həyətindən onu və ailə üzvlərini, həmçinin polis əməkdaşlarını söyüb təhqir etmişdir. O, bu zaman öz evinin həyətində olmuş, Kamran isə öz həyətində duraraq onun oğlu Şaban Labazanovu özü ilə döyüşməyə çağırmışdır. Lakin o və ailə üzvləri yenə də Kamranla qarşılaşmamış, onlar evə daxil olmuşdur. Təxminən 10-15 dəqiqədən sonra saat təxminən 19 radələrində qonşusu Rəşid və Asif adlı şəxslər yaşadıqları evə gələrək ona məxsus olan, yaşadığı evin qarşısında yerləşən ərzaq mağazasının Təqsirləndirilən şəxs tərəfindən yandırıldığını, hal-hazırda mağazanın yandığını bildirmişlər. Ailə üzvləri dərhal mağazaya getdikdə mağazanın eni 80 sm uzunluğu 150 sm olan 4 ədəd ayna şüşələrin sındırıldığı və oradan atılan yanıcı maddə ilə mağazanın daxili hissəsinin və tavanının yandığını görmüşlər. Həmin yerə gəlmiş şəxslərin və ailə üzvlərinin köməyi ilə həmin yanğını söndürmüşlər. Mağazanın bir hissəsi tamamilə yanaraq içərisindəki əşyalarla birlikdə yararsız hala düşmüş, həmin vaxt yaxınlıqda olan qohumu Umaxan adlı şəxs 101 xidmətinə zəng etmiş, lakin həmin FHN-nin yanğınsöndürmə maşını gəlib çatana kimi onlar mağazanı söndürmüşlər. Onlar mağazanı söndürdükləri zaman yaşadığı evin həyətində olan 5x20 m ölçüdəki mal tövləsinin yandığını görmüşlər. Elə həmin zaman yanğınsöndürmə xidməti əməkdaşları gələrək tövlədəki yanğını söndürmüşlər. Lakin mal tövləsinin içərisində olan 300 bağlama ot tayı, tövlənin bütün taxta və şifer örtüyü tam olaraq yanmış və yararsız hala düşmüşdür. Ekspert rəyi ilə də müəyyən edilmişdir ki, ümumilikdə ona 8573.05 (səkkiz min beş yüz yetmiş üç manat beş qəpik) manat məbləğində maddi ziyan vurulmuşdur. Təqsirləndirilən şəxs ona vurulmuş zərərin yalnız 500-600 manat hissəsini ödəmişdir. O, ziyanın qalan hissəsini də tələb edir.O,Təqsirləndirilən şəxs şikayətçidir.Təqsirləndirilən şəxs barəsində qanuni cəza təyin edilməsini xahiş etdi . Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs onların qonşusudur. 2023-cü ilin iyun-iyul aylarında, dəqiq yadında qalmayan gündə Təqsirləndirilən şəxs onun yaşadığı kənddə yerləşən işlətdiyi mağazanın qarşısında özünə məxsus olan minik maşınını pis idarə etdiyi üçün atası Çingizxan Kamrana irad bildirdikdə Kamranla mübahisələri yaranmış və həmin vaxtdan Təqsirləndirilən şəxs o və ailə üzvləri ilə daimi mübahisələr edərək onları təhqir etmişdir. Kamran çox zaman bu hərəkətləri sərxoş vəziyyətdə etmişdir. Bununla bağlı atasınin şikayəti əsasında həmin vaxt Balakən RPŞ-də araşdırma aparılmışdır. Buna baxmayaraq Təqsirləndirilən şəxs öz hərəkətlərinə davam edərək o və ailəsi ilə əsassız yerə münaqişə yaratmış və onları hədələmişdir. xx.xx.2023-cü il tarixdə o, Təqsirləndirilən şəxs işlətdiyi mağazaya olan 140 manat borcunu istədikdə Təqsirləndirilən şəxs acıq edərək özünə məxsus olan motorlu mişarla atasına məxsus olan 2 ədəd tut, 4 ədəd akasiya ağaclarını onlardan xəbərsiz olaraq qəsdən kökündən kəsmişdir. Atası da xx.xx.2023-cü il tarixdə bununla bağlı Balakən RPŞyə məlumat vermiş, həmin gün saat 18 radələrində Təqsirləndirilən şəxs atasının özündən şikayət etdiyini eşidərək evinin həyətindən onları söyüb təhqir etmişdir. O, bu zaman evdə olmuş, Kamranın söyüşlərini və özü ilə döyüşməyə çağırdığını eşitmişdir. Lakin onlar yenə də Kamrana baş qoşmamış və atası evə girmişdir. Təxminən 10-15 dəqiqədən sonra saat 19 radələrində qonşuları Abdulrəşid və Asif yaşadıqları evə gələrək atasına məxsus olan və onun işlətdiyi yaşadığı evin qarşısında, küçədə yerləşən ərzaq mağazasının Təqsirləndirilən şəxs tərəfindən yandırıldığını, hal-hazırda mağazanın yandığını bildirmişdir. Onlar da dərhal mağazaya getdikdə mağazanın eni 80 sm, uzunluğu 150 sm olan 4 ədəd ayna şüşələrin sındırıldığını və oradan atılan yanıcı maddə ilə mağazanın daxili hissəsinin və tavanının yandığını görmüşlər. Orada olan şəxslərin və ailə üzvlərinin köməyi ilə həmin yanğını söndürmüşlər. Mağazanın bir hissəsi tamamilə yanaraq içərisindəki əşyalarla birlikdə yararsız hala düşmüşdür. Həmin vaxt yaxınlıqda olan qohumu Umaxan adlı şəxs 101 xidmətinə zəng etmişdir. Lakin həmin FHN-nin yanğınsöndürmə maşını gəlib çatana kimi onlar mağazanı söndürmüşlər. Elə onlar mağazanı söndürdükləri zaman yaşadıqları evin həyətində olan 5x20 m ölçüdəki mal tövləsinin də yandığını görmüşdür. Elə həmin zaman yanğınsöndürmə xidməti əməkdaşları gələrək tövlədəki yanğını söndürmüşlər. Lakin mal tövləsinin içərisində olan 300 bağlama ot tayı, tövlənin bütün taxta və şifer örtüyü tam olaraq yanıb yararsız hala düşmüşdür.Mağaza və tövlənin Təqsirləndirilən şəxs tərəfindən yandırılması nəticəsində atasına ümumilikdə 8573.05 (səkkiz min beş yüz yetmiş üç manat beş qəpik) manat məbləğində maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq,iş üzrə şahid- Şahid2 məhkəmə iclasına gəlməmişdir. Balakən Rayon İcra Hakimiyyəti başçısının Mahamalar kənd İnzibati Ərazi Vahidi üzrə nümayəndəsi tərəfindən verilmiş 08 may 2024-cü il tarixli, 492 nömrəli arayışında göstərilmişdir ki, Cirinqov X1 qeydiyyatda olsa da, hal-hazırda kənd ərazisində yaşamır,anası X2 bildirməsinə görə Rusiya Federasiyasında yaşayır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid2 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Balakən rayonu Mahamalar kəndində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs və ailəsi onun qonşuluğunda yaşayır.Həmçinin Təqsirləndirilən şəxs da onların qonşusudur. Əvvəldən Kamranın, Zərərçəkmiş şəxs, oğlu Şamil və ailəsi ilə ədavətləri vardır. Şamil onların küçəsində balaca ərzaq mağazasını işlədir. xx.xx.2023cü il tarixdə saat 19 radələridə o dostu və qonşusu Şahid3 ilə Asifgilə gedəndə Şamilin işlədiyi mağazanın yandığını və Təqsirləndirilən şəxs da mağazanın qarşısında əlində benzin olan plastmas butulka ilə dayanıb Şamil və ailəsinin ünvanına söyüşlər söydüyünü görmüşlər. Buna görə də tez qaçıb Şamilgilə getmişlər və onlara bu barədə məlumat vermişlər. Onlar da dərhal mağazaya gəlmiş və ətrafa yığılmış şəxslərin və onların köməkliyi ilə həmin yanğını söndürmüşlər.Mağazanın bir hissəsi tamamilə yanaraq içərisindəki əşyalarla birlikdə yararsız hala düşmüşdür. Həmin vaxt fövqalədəyə zəng edilsə də FHN-nin yanğınsöndürmə maşını gəlib çatana kimi onlar mağazanı söndürmüşdürlər. Onlar mağazanı söndürdükləri zaman Şamilin yaşadığı evin həyətində olan mal tövləsinin yandığını görmüşlər. Elə həmin zaman yanğınsöndürmə maşını gələrək tövlədəki yanğını söndürmüşlər. Lakin mal tövləsinin içərisində olan ot tayı, tövlənin taxta və şifer örtüyü tam olaraq yanmış və yararsız hala düşmüşdür. İşin 49-cü vərəqəsində olan və məhkəmə iclasında tədqiq edilmiş 07 noyabr 2023-cü il tarixli 558 nömrəli sərxorşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protoklolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 01:20 radələrində sərxoş olmuşdur. İşin 80-85-ci vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2023-cü il tarixli 3-16-16/2-10/8083-9/8448 nömrəli ekspert rəyindən görünür ki; qərarın birinici süalı üzrə; Ekspertiza təyini haqqında qərarda qeyd edilən malların yanmamışdan əvvəl normal vəziyyətdə 2023-cü ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2650,75 manat müəyyən olunur. Digər qərarda qeyd edilən və cədvəlin 23-48-51-ci bəndlərində qeyd edilən mallar haqqında kifayət qədər məlumat (ölçü, model, marka) olmadığından onların qiymətləndlirilməsi mümkün olmadı. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Qərarın ikinci sualı üzrə; Beləliklə, yanğın nəticəsində Balakən rayonu Mahamalar kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus evin qarşısında olan ərzaq mağazasına tikinti üzrə dəymiş ziyan 350.00 manat, həyətində yerləşən mal tövləsinə tikinti üzrə dəymiş ziyan 5070.00 manat təşkil edir. İşin 87-90-cı vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 dekabr 2023-cü il tarixli 3-16-16/2-10/8715 nömrəli ekspert rəyindən görünür ki, Balakən Rayon Mahamalar kənd sakini Zərərçəkmiş şəxs məxsus tikililərdə iki ədəd müstəqil və əlaqəsiz mənbə zonası olmuşdur. Onlardan birincisi evin həyətyanı sahəsində yerləşən tövləyə bitişik anbarın daxilində ,ikincisi isə evin qarşı tərəfindən yerləşən mağazanın daxilində, döşəmə səviyyəsində olmuşdur. Yanğın kənardan gətirilmiş alışdırma vasitəsinin təsiri ilə iki müstəqil və əlaqəsiz mənbə zonalarının yaranması(-dılması) nəticəsində baş vermişdir. İşin 59-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 31 oktyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, 30 oktyabr 2023-cü il tarixdə X9 şöbəsi tərəfindən Balakən rayonu Mahamalar kəndində Zərərçəkmiş şəxs məxsus mal tövləsində baş vermiş yanğınla əlaqədar yanğın yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki; yanğın hadisəsinin 30 oktyabr 2023-cü il tarixdə saat 19:45-radələrində Balakən rayonu Mahamalar kəndi ərazisində Zərərçəkmiş şəxs məxsus mal tövləsində baş vermişdir.Mal tövləsinin planda ölçüləri 15 metr uzunu,5 metr eni,xarici hündürdüyü təxminən 3 metr olmuşdur.Mal tövləsi bişmiş kərpicdən ,misar və çay daşından istifadə edilməklə tikilmişdir. Dam örtüyü taxta atmalar üzərinə azbest şiferlə bağlanmışdır. Mal tövləsi qaz və elektrik xətiləri ilə təmin olunmamışdır. Yanğın hadisəsi baş vermiş mal tövləsi daxilində 4 ton ot bağlamaları olmuşdur. İşin 106-107-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İşin 101-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Mahamalar kənd inzibati ərazi dairəsi tərəfindən 20 fevral 2024-cü il tarixdə verilmiş 200 nömrəli arayışdan görünür ki, Osmanov X6 rayonu Mahamalar kənd sakinidir, himayəsində təqaüdçü atası, anası, işləməyən arvadı və xx.xx.2018-ci il təvəllüdlü qızı Gülay, xx.xx.2019-cu il təvəllüdlü qızı Solmaz və xx.xx.2021-ci il təvəllüdlü oğlu Qardaş vardır. İşin 101-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Mahamalar kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə iş üzrə Zərərçəkmiş şəxs, şahidlər- Şahid1, Şahid2 və Şahid3 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Vurulmuş ziyanın miqdarının az olması barədə təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlar işdə olan digər mötəbər sübutlarla təkzib edildiyindən məhkəmə onun bu ifadəsini sübut kimi qəbul etmir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki,Təqsirləndirilən şəxs yandırmaqla və zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Özgənin əmlakını yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda Azərbaycan Respublikasının CM-in 186.2.2-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti yaranır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan ekspertiza rəylərini və digər sənədləri bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir,həmin əməldə Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir,təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşaqlarının olması, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsi onun cəzasını yüngülləşdirən hallardır.Onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq ,törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda təqsirli bilindiyi maddənin sanksiyasında yalnız azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutulmasını, barəsində CM-in 62-ci maddəsinin tətbiq olunması üçün əsaslatın olmamasını, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə uyğun olaraq o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 270 (iki yüz yetmiş) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X5, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxs izah olunmalıdır ki, dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 07 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 42 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X8 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlii törətməkdə təqsirli bilinsin, 3(üç) il 6(altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 15 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin. O, məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 270 (iki yüz yetmiş) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X5, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. Zərərçəkmiş şəxs izah olunur ki, dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 42 manat tutulub vəkili Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X8 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar