Məhkəmə qərarları › İş №1(019)-5/2021

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-5/2021

17.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-5/2021 17.03.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X16 qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs-xx xxxxxx 1995-ci ildə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Balakən rayonu kərpic zavodunda fəhlə işləyən, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib qazancının 10 faizinin dövlət nəfinə tutulmaqla 1(bir) il 11(on bir) ay 24(iyirmi dörd) gün müddətə islah işləri cəzasına məhkum edilmiş, məhkumluğu ödənməmiş, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində Balakən rayonu Katex kəndi ərazisində yerləşən Katex istirahət guşəsi adlı restoranda heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında, şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsində, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda ifadə olunan hərəkətləri ilə yəni, Katex istirahət guşəsi adlı restoranı işlədən Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər etməklə, sonuncuya başı ilə zərbə endirməklə burnunda üst yuxarı səthində sıyrıqlar, sol göz altında qançır, burun sümüyünün qapalı yerdəyişməli sınığı ilə müşayiət olunan, ümumilikdə onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmiş, daha sonra qərəzli hərəkətlərini davam etdirərək faktiki Zərərçəkmiş şəxs istifadəsində olan əmlaka, yəni Katex istirahət guşəsi adlı restoranın binasında olan kabinetin qapısının 28 manat dəyərində 135x70sm ölçüdə buz şüşəsini, restoranın həyətində yerləşən kabinetin pəncərəsinin 8 manat dəyərində 110x35sm ölçüdə sadə şüşəsini sındırmış, həmçinin restoranın həyətində yerləşən kənarları açıq kabinetdəki stolu itələyib çevirməklə hər birinin qiyməti 2 manat olan 12 manat dəyərində 6 ədəd şəffaf şüşədən qənd qabını, hər birinin qiyməti 1 manat 50 qəpik olan 3 manat dəyərində 2 ədəd şəffaf şüşədən mürəbbə qablarını, hər birinin qiyməti 50 qəpik olan 4 manat 50 qəpik dəyərində 9 ədəd şəffaf şüşədən armudu stəkanı, hər birinin qiyməti 3 manat olan 6 manat dəyərində 2 ədəd dəm çaynikini, 60 manat dəyərində 1 ədəd İstifadədə olmuş "Samsung Duos" markalı GT-İ8262 modelli mobil telefonu və 115 manat dəyərində istifadədə olmuş, 2016-cı il buraxılışlı "Samsung" markalı J2 modelli mobil telefonu ümumilikdə 236.5 (iki yüz otuz altı manat əlli qəpik) manat dəyərində əmlakı məhv edib maddi ziyan vurmaqla qəsdən qərəzli xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan sözügedən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və digər sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır.Sonuncu dəfə xx xxxxxx 2018-ci il tarixdə Balakən Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 1(bir) il 11(on bir) ay 24(iyirmi dörd) gün müddətə islah işləri cəzasına məhkum edilmişdir. Cəzasını çəkib qurtarmışdır. Balakən rayon kərpic zavodunda fəhlə işləyir.xx xxxx 2020-ci il tarixdə xalası oğlu Şahid1la birlikdə Balakən şəhəri ərazisində olduğu zaman tanışı Şahid2 telefonla ona zəng edərək görüşüb çay içmək istədiyini bildirmişdir. Həmçinin Səmra həmin zaman özünün və onun tanışı olan Aygün Süleymanova ilə birlikdə olduğunu demişdir. O, da Əmrahla birlikdə Balakən şəhəri ərazisində olduqlarını və onları gəlib götürmələrini bildirmişdir. Saat təxminən 21 radələrində Şahid2 Aygünlə birlikdə sonuncuya məxsus “Mersedes” markalı avtomaşınla onları Balakən şəhəri ərazisindən götürmüşlər. Daha sonra həmin avtomaşınla Balakən rayonu ərazisində biraz gəzdikdən sonra rayonunun Katex kəndi istiqamətinə getmişlər. Katex kəndi ərazisində olduqları zaman Katex kəndi ərazisində yolun kənarında yerləşən Katex istirahət guşəsi adlı restorana gedərək orada çay içməyi qərarlaşdırmışlar. Bundan sonra Aygün idarə etdiyi avtomaşınla restoranın həyətinə daxil olub restoranın baş tərəfində yerləşən kənarları açıq olan kabinetə tərəf sürmüşdür. Onlar orada maşından aşağı düşdükləri zaman sonradan adını Əliheydər olaraq bildiyi şəxs onlara yaxınlaşaraq “mən sizə burda stolbayammı icazə almayıb obyektə daxil olursuz” demişdir. Bu zaman o da Əliheydərə “üzrlü say ağsaqqal, bağışla, bilmədim, obyektin sahibi sənsənmi” demişdir. Daha sonra Əliheydər oradan uzaqlaşaraq getmişdir. Onlar isə orada kənarları açıq olan kabinetdə əyləşmişlər. Daha sonra isə çay içəcəklərini bildirdikləri üçün orada ofisant işləyən qadın mürəbbəli çay gətirmişdir. Elə bir neçə dəqiqə oturduqdan sonra Səmra və Aygün işləri olduğu üçün oradan çıxıb getmişlər. Daha sonra Əmrahla orada oturub çay içməyə davam etmişdir. Bir müddət orada oturduqdan sonra onlar çıxıb getmək istədikləri üçün hesabı istəmişlər. Həmin restoranda işləyən qadın- ofisant hesabın 7 manat elədiyini bildirmişdir. Əmrah həmin qadına hesabı ödəmək üçün 50 manat məbləğində pul vermişdir. Həmçinin həmin vaxt o əmisi oğlu Azərə zəng edərək gəlib onları oradan aparmasını bildirmişdir. Çünki Aygün və Səmra oradan getdikləri üçün onlarda maşın olmamışdır. Restoranda ofisant işləyən qadın bir neçə dəqiqə sonra geri gəlmiş və 50 manata xırda olmadığını bildirib pulu geri Əmraha qaytarmışdır. Daha sonra onlar durub restoranın girişindəki kənarları açıq olan kabinetə yaxınlaşmış və orada oturan, onlar kafeyə daxil olan zaman özünü restoranın sahibi kimi təqdim edən, sonradan adını bildiyi Əliheydər adlı şəxsə 50 manat pulu vermişlər ki, hesabları olan 7 manatı çıxsın. Bu zaman Əliheydər cibindən pul çıxardıb saymış və qalıq pul olmadığını bildirmişdir. Halbuki, pulu saydığı zaman onda qaytarmalı olan qalıq 43 manat məbləğində pulun olduğunu görmüşlər. Onlar necə edəcəklərini soruşduqda “sabah gətirib verərsiniz” demişdir. Onlar da razılaşıb həmçinin “əgər narahatçılıq varsa 50 manat səndə qalsın qalıq pulumuzu sonra götürərik” demişlər. Hətta kartla ödəmə varsa kartla da ödəyə biləcəklərini də demişlər. Çünki, Əmrahın maaş kartı üzərində olmuş və içərisində də deməsinə görə pul olmuşdur. Əliheydər kartla ödəmə olmadığını, buna görə də pulu sabah gətirib verərsiniz demişdir. Bu zaman o da Əliheydərə ”narahat olma sabah pulu gətirib verəcəyik” demişdir. Daha sonra isə həmin kənarları açıq olan kabinetdən bir qədər restoranın girişinə doğru getmişdir. O, həmin kabinetdən uzaqlaşaraq oradan çıxıb getmək istədikdə Əliheydər oturduğu stuldan ayağa qalxıb sərt formada gözündə olan eynəkləri stolun üstünə ataraq onun üstünə gəlmiş və ona demişdir ki, “mən nədən narahat olmalıyam, narahat olsam deyərdimmi ki, pul səndə qalsın, sən uşaqsan”. O, da Əliheydərə “niyə qışqırırsan üstümə, ağsaqqal adamsan” deyə bildirmişdir. Bu zaman Əliheydər yenidən sərt formada qışqıraraq onun üstünə gələrək “mənim əlim qanlıdı, mənim əlimin qanı hələ qurumayıbdı, mənə siverlovski Əli deyirlər” demişdir. Əliheydərin etdikləri onu özündən çıxartmış və o da əsəbiləşərək Əliheydərə yaxınlaşıb burun nahiyəsindən bir dəfə başı ilə zərbə vurmuşdur. Həmin zaman orada olan tanımadığı qadın və Əmrah araya girib Əliheydəri sakitləşdirib kənarlaşdırmışlar. O, da kənara çəkilmiş və Əliheydərə “Ağsaqqal, yaşlı başlı adamsan üstümə niyə qışqırırsan” demişdir. Həmçinin Əliheydərə vuran zaman yaxınlıqda olan azyaşlı uşaq qışqırdığı üçün kənara çəkilmiş və ikinci dəfə Əİiheydərə vurmaq istəməmişdir.Onun Əliheydərə vurmaq və ya onunla hər hansı bir formada mübahisə etmək fikri olmamışdır. Lakin Əliheydər özündən razı hərəkətlər edib onun üstünə gələrək onu qıcıqlandırdığı üçün özündən çıxıb onu vurmağa məcbur olmuşdur. Bundan sonra isə Əliheydərin hərəkətləri ona təsir etdiyi üçün əsəbiləşib özünü saxlaya bilməmiş restoranın kabinetinin aynasına bir dəfə yumruqla zərbə vurduqda ayna qırılıb yerə tökülmüş və sağ qolu biləyə yaxın hissədən kəsilmişdir. Elə bu zaman əmisi oğlu Azər qardaşı Ariflə birlikdə özünə məxsus VAZ 2106 markalı avtomaşınla restorana onları aparmaq üçün gəlmişdir. Onlar da maşına əyləşib oradan uzaqlaşaraq yaşadığı evin qarşısına getmişlər. Bu zaman polis əməkdaşları gələrək onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş və hadisə barədə izahat vermişdir . Daha sonra isə Zaqatala rayon mərkəzi xəstəxanasına gedərək qoluna baxdırdıqda kəsildiyi üçün tikiş vurmuşlar. El arasında Miqiş kimi tanınan atası Miqdatın da kriminalla heç bir əlaqəsi yoxdur. Cavanşir Piriyevin qardaşı Kənanı da Balakən rayon sakini kimi tanıyır. Onunla yaxın münasibəti də yoxdur. Orada 13-15 nəfər şəxs olmamışdır. Restorana onunla birlikdə gedən Aygün və Səmra getdikdən sonra Əmrahla özü olmuşdur. Əliheydər 13-15 nəfər şəxslə oraya getdiklərini bildirməsi tamamilə yalandır. Əməlindən peşimandır.Gələcəkdə belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, Balakən rayonu Katex kəndində Katex istirahət guşəsinin otelində yaşayır. 2019-cu ilin dekabr ayında şəxsən Katex kənd Bələdiyyəsinin sədri Piriyev Cavanşirlə görüşüb Balakən rayon Katex kəndi ərazisində yerləşən Katex istirahət mərkəzini icarəyə götürmüşdür. Həmin zaman X17 istirahət mərkəzinin ona məxsus olduğunu və iki gündən sonra görüşüb əraziyə baxış keçirmələrini bildirmişdir. Görüş zamanı abadlıq və təmir işlərinə ehtiyac olduğundan bir ay işləyib sonra icarə haqqını təyin edək demişdir. 2020-ci ilin aprel ayına kimi dəfələrlə Piriyev Cavanşiri icarə müqaviləsi bağlamaq üçün restorana dəvət etsədə Cavanşir gəlməkdən boyun qaçırmışdır. xx xxxxxx 2020-ci il tarixdə şəhidlərin ruhuna ehsan verməsi ilə bağlı məclisə də Cavanşir gəlməmişdir. 2020-ci ilin yanvar ayında ərazinin talan və qarət olunmasından, yəni orada gözətçi olmadığından restoranda qalmaq məcburiyyətində olmuşdur. Hansı ki, aprel ayına qədər Zaqatala rayonu Çay Sovxoz kəndində ev kirayaləmişdir. Buna baxmayaraq restoranda qalmağa məcbur olmuşdur. 2020-ci ilin aprel ayı ərzində, yəni Ramazan ayı müddətində Azərişıq səhmdar cəmiyyətinin əməkdaşlarını restorana göndərərək iki il bundan öncə olan 72 manat borca görə işığın təchizatını kəsdirib onu restorandan çıxartmaq istəmişdir. Zəng edib etirazını bildirdikdə Cavanşir demişdir ki, ya borcu ödə ya da ki, işığı kəssinlər. Faktiki ona aid olmayan borcu ödəməyə məcbur etmişdir. May ayının təxminən 4-5-i olardı ki, Cavanşir restorana gəlib ondan və onun gördüyü işdən razı qalmadığını bildirib iki gün ərzində restoranı təhvil verməsini bildirmişdir. Təmir və abadlıq işlərinə çəkdiyi 3200 manat məbləğində xərci tələb etdikdə Cavanşir ona bildirmişdir ki, heç nə qaytarmayacaq. Guya orada işləmiş, halbuki qış fəslində restoran heç bir fəaliyyət göstərməmişdir. Mübahisədən sonra restoranı tərk etməkdən imtina etmişdir. Təxminən 2 gün sonra Fərrux adlı şəxs restorana gəlib tanışlıq verəndən sonra bildirmişdir ki, bu obyektlər Rusiyada yaşayan qardaşı Fərmana məxsusdur. Fərmanın onunla telefon əlaqəsi yaratmaq istədiyini də bildirmişdir. O, etiraz etməyib nömrəsini və restoranın təmirdən sonrakı şəkillərini Fərruxa vermişdir. Səhəri gün Rusiyada yaşayan Fərman onunla əlaqə saxlayaraq işindən razı qaldığını bildirmişdir. Faktiki iyun ayından ticarətin başlandığını bilərəkdən Fərman təklif etmişdir ki, çatışmamazlıqları aradan qaldırsın, avqust ayında gələndə bütün xərcləri icarə haqqına danışıb bölər. Fərmandan bir xahişi olmuşdur ki, Piriyev Cavanşiri restoranın nəzarətindən uzaqlaşdırsın. Belə ki, lazım olan məqamda Piriyev Cavanşirlə görüşmək mümkün olmur. Fərman ona bildirmişdir ki, həmin gündən restorana nəzarəti Fərrux edəcək. Bu söhbətdən təxminən 20 gün keçmiş kənd sakinlərindən ona xəbər gəlmişdir ki, Piriyevlərin kiçik qardaşı Kənan restoranda dava salmağa icraçı axtarır. Həmin dəqiqə bu barədə məlumatı sahə rəisi Ramil Ağayevə vermişdir. xx xxxx 2020-ci il tarixdə təxminən saat 21:10 radələrində Balakən istiqamətindən “Mersedes” markalı qırmızı rəngli cip maşın yoldan restoran tərəfə dönərək saxlamışdır. Sükan arxasında olan qadın kiminləsə telefonla danışaraq istiqamətini dəyişib Katex kəndinə tərəf yönəlmişdir. Təxminən 7-8 dəqiqə sonra həmin maşın restoranın ərazisinə daxil olaraq girişdə saxlamayaraq özbaşına restoranın sonundakı kolluq tərəfə sürmüşdür. O, birinci altıaçıq kabinetdən durub maşın istiqamətində getmişdir. Maşın restoran ərazisinin sonuna sürülmüşdür. Maşından iki oğlan iki qız özlərini saymazyana apararaq aşağı düşmüşlər. O, həmin şəxslərlə görüşüb maşını niyə oraya sürdüklərini soruşmuşdur. Ona sonradan adını Həsən olaraq bildiyi şəxs restoranın dostuna məxsus olduğunu bildirmişdir. O, Həsəndən dostunun kim olmasını soruşduqda Kənan olduğunu bildirmişdir. O, da bildirmişdir ki, restoran Fərmana məxsusdur və restorana daxil olan zaman girəcəkdə maşını saxlayıb hara sürmək və harada oturmaq lazım olduğunu maraqlanmaq lazım idi. Həsən ona bildirmişdir ki, həmişə bura belə gəlmişlər. Halbuki Həsən və yanındakı şəxsləri 2019-cu ilin dekabr ayından restoranda görməmişdir. Mübahisəni davam etdirməmək üçün əyləşmələrini təklif edib ofisantın yaxınlaşacağını bildirmişdir. Ofisant işləyən Naciyə adlı qadın yaxınlaşıb sifariş götürəndə mürəbbəli çay və falqa gətirməsini istədiklərini bilmişdir. Falqanın narkotik istifadəsində lazım olduğunu bildiyindən falqanı verməyi qadağa etmişdir. Mürəbbəli çayı isə oturduqları stola göndərmişdir. Həmin vaxt restoranın girişinə öz şəxsi maşınında Cavanşir və oğlu yaxınlaşıb dayanmışlar. O, yaxınlaşıb Cavanşirlə görüşdükdən sonra restoranda qardaşı Kənanın adından narahat şəxslər daxil olduğunu bildirib xahiş etmişdir ki, oğlu Tərlan maşından düşüb baxsın ki, bəlkə həmin şəxsləri tanıyır. Əgər narahatlıq yaranacağı halda həmin şəxslərin kimlər olduqlarını bilsinlər. Çünki, həmin şəxslər təxminən Cavanşirin oğlu Tərlanla həmyaşıd idilər. Cavanşir bildirmişdir ki, nə onun, nə də ki, qardaşının restorana aidiyyatı yoxdur, daha sonra isə traktor sürücüsü olan Rəvanla söhbət edib maşını sürüb oradan getmişdir. Bundan sonra iki qız və Həsən kolluq tərəfə çəkilmişlər, iyindən hiss etmişdir ki, narkotik maddə qəbul edirlər. Təxminən 5 dəqiqədən sonra oturacağa yaxınlaşıb bir stəkan çay içdikdən sonra iki qız maşına minib restoranı tərk edib Katex kəndi istiqamətinə getmişlər. Ofisiant Naciyə 50 manat pul gətirib Həsəngilin hesabını çıxmağı istəmişdir. O, da xırda olmadığından pulu geri göndərmişdir. Təxminən 6-7 dəqiqədən sonra Həsən və sonradan xalası oğlu olaraq bildiyi şəxs yaxınlaşıb pulu yenidən ona təklif etmişlər. Üzərindəki pulu göstərib bildirmişdir ki, borcları 7 manatdır, xırda olmadığından çıxıb getmələrini, bu tərəfə yolu düşdükləri zaman pulu gətirmələrini təklif etmişdir. Həsənin xalası oğlu razılaşıb onunla görüşmüş və uzaqlaşaraq bir az getmişlər. Təxminən 5-6 metr aralandıqdan sonra Həsən ona “narahat olma biz kişiyik borcu gətirəcəyik” demişdir. O, da bildirmişdir ki, “narahat olsaydım sizə çıxıb getməyinizi deməzdim”. Bu zəmində mübahisə başlamışdır. Mübahisə zamanı xalası oğlu Həsəni sakitləşdirmək istəmişdir. Onun sakitləşmədiyini görüb təklif etmişdir ki, müştərilərin yanında narahatçılıq yaratmamaq üçün kənara çəkilsinlər. Həsənin ona məhəl qoymadığını görüb restoranı tərk etmələrini tələb etmişdir. Restorandan onları müştəri olan Naciyənin tanışı, onun tanımadığı və adını bilmədiyi şəxs ağ rəngli VAZ markalı maşında aparmışdır. Həsən maşına oturan zaman sabah gəlib söhbət edəcəyini bildirmişdir. Xalası oğlu ona etirazını bildirib “dalbayovu nakazat eləməyi söz vermisən hara gedirsən” demişdir. Daha sonra isə maşına oturaraq ərazini tərk etmişlər. O, sonradan bilmişdir ki, onlar Balakənə tərəf gəlməyib Katex kəndi ərazisində tərəzinin yaxınlığında maşından düşmüşlər. Həsəngil restorandan çıxan kimi Cavanşirə zəng edib həmin müştərilərin narahatçılıq yaratdıqlarını ona bildirmişdir. Sonra sahə rəisi Ramil Ağayevə zəng edib xəbər verdiyi mübahisənin baş verdiyini ona çatdırmışdır. Sabahı olacaq söz söhbətdən də xəbərdar etmişdir. Ramil ona polis şöbəsini yığmasını təklif etmişdir. Həmin dəqiqə Balakən istiqamətindən sürətlə 3 maşının restorana daxil olduğunu görmüşdür. O, həmin zaman sahə rəisi Ramil Ağayevlə telefonda danışdığı üçün ona “restorana maşınlar daxil olub kömək lazımdır” demişdir. Restoranın birinci altıaçıq kabinetində Naciyə, 12 yaşlı qızı, kababçı Fazil, Bal meyvənin işçisi Rəvan və yoldaşı Cahanla oturmuşlar. Katex istirahət mərkəzinə Həsən adlı şəxsin 3 maşında 15 nəfər şəxslə gəldiyi maşınların dövlət qeydiyyat nömrələrini görməmişdir. Restorana birinci Həsənin əmisi oğlunun VAZ 2106 markalı maşını daxil olmuşdur. Həmin şəxsi və maşını ona görə tanıyır ki, Zaqataladan Balakənə rayonu Katex kəndinə bir neçə dəfə onu taksi kimi gətirmişdir. Həmçinin ofisant axtaranda ona kömək edəcəyinə söz vermişdir. Həmçinin bir- iki dəfə qonağı olmuşdur. Sonradan bilmişdir ki, həmin şəxs Həsənin xalası oğludur və adının Azər olduğunu bilmişdir. Həmçinin əlinin üzərində döymə var idi. Digər şəxsləri və oraya gələn maşınları tanımamışdır. Həsən maşından düşən kimi altıaçığın girişinə yaxınlaşdıqda mübahisə olacağını hiss edib həmin mübahisəni altıaçıq kabinetdən uzaqlaşdırmaq üçün ayağa qalxmışdır. Həsən yaxınlaşaraq “nə demək istəyirdin” deyərək anidən onun sifətinə başı ilə zərbə endirmişdir. Burnundan qan açıldığını görüb qadınlarla uşağı altıaçıq kabinetdən çıxartmışdır. Həmin zaman Həsən və yanında olan təxminən 5-6 nəfər şəxs altıaçığa daxil olub stolu çevirib ona və balmeyvənin işçisi Rəvana zərbələr endirməyə başlamışlar. Azər adlı şəxs ona ayağı ilə zərbələr endirmişdir. Bundan əlavə hadisə zamanı zərbələrdən hansının kim tərəfindən yetirildiyini o görməmişdir. Hadisənin sonunda Həsənin xalası oğlu adını sonradan Əmrah olaraq bildiyi şəxs ona yaxınlaşaraq “bura Balakəndi özünü yaxşı apar, biz hələ görüşəcəyik” deyib əməliyyat olunmuş sol gözünə yumruqla zərbə endirmişdir. 3 maşınla gələn təxminən 15 nəfər olmuşdur. Onlardan 5 nəfər kənarda durmuşdur. Heç nə etməmişdirlər. Ona birinci zərbə dəydikdən sonra kənarda dayanmış həmin 5 nəfər tanımadığı şəxslər gəldikləri maşına minib hadisə qurtarana qədər maşından çıxmamışlar. Təxminən 4-5 dəqiqə dava getdikdən sonra arxadan “bəsdi vurduz” deyiblər restoranı dağıdın deyə kim isə qışqırmışdır. Həmin zaman orada olan Həsən və tanımadığı 5-6 nəfər şəxs ondan aralanıb ikinci altıaçığın altında olan stolu çevirib üzərindəki qab-qacaqları sındırmışlar. Həmçinin bağlı kabinetin plastik pəncərəsinin yuxarı şüşəsini sındırıb, 5 nömrəli kabinetin qapısının şüşəsini də sındırıb restorana maddi ziyan vurmuşlar. Kabinetin şüşəsini qıran zaman da Həsənin qolu kəsilmişdir. Dava zamanı 102 xidmətinə ofisiant Naciyə öz şəxsi telefonu ilə zəng edərək məlumat vermişdir. Daha sonra isə qeyd etdiyi kimi restoranı dağıtmışlar, bu zaman Azər qışqırıb Həsənə otur maşına restoranı itlər basacaq dedikdən sonra maşına oturub oranı tərk etmişlər. Hadisə təxminən 10-12 dəqiqə davam etmişdir. Həsən və yanında gələn şəxslər restorana maddi ziyan vurmuşlar. Belə ki, kabinetdə olan stolu çevirdikləri zaman stolda olan yoldaşı Cahana məxsus 230 manata almış olduğu 2016-cı il olan Samsung J2 markalı mobil telefon, hər birinin qiyməti təxminən 4 manat olan 6 ədəd aynadan qənd qabları, iki ədəd hər birinin qiyməti 3 manat olan aynadan mürəbbə qabları, hər bir cütün qiyməti 1 manat olan 9 cüt armudu stəkan və bölmələr, hər birinin qiyməti 6 manat olan 2 ədəd dəm çaynikləri, kabinetin qapısında olan 170x80 sm ölçüdə plastik mat pəncərəsi və kabinetin pəncərəsinin açılmayan yuxarı şüşəsini sındırıb restorana maddi ziyan vurulmuşdur. Amma maddi ziyanın dəqiq məbləğini bilmir. Həsən və onunla 3 maşında gəlmiş 15 nəfər şəxs restoranı dağıtdıqdan sonra maşınlara minib restoranı tərk etmişlər. Polis əməkdaşları gələnə qədər əl -üzünü yuduğu vaxta onun ***-***-**-** saylı mobil nömrəsinə Piriyev Cavanşirdən zəng gəlmiş, zəngə yoldaşı Cahan cavab verdiyi zaman Cavanşir hədə- qorxu gələrək “mənim və qardaşımın adını polislərə versəniz başınıza oyunlar açaram” demişdir. Həmçinin onu da qeyd etmişdir ki, hadisə yerini polislər müayinə edən zaman şahidlərdən heç bir izahat götürülməmişdir. Onun xəsarətlərini qeyd etmək üçün təcili tibbi yardım çağırılmamışdır. Yalnız içkili olub-olmadığı yoxlanılmışdır. Daha sonra isə polis şöbəsinə gələrək olan hadisə barədə ərizə yazıb yoldaşı Cahan və o hadisə barədə izahat vermişlər. İstintaq düzgün aparılmamış, cinayət törətmiş şəxslərdən yalnız Həsən cinayət məsuliyyətinə cəlb olunmuşdur.Digər şəxslər cinayət məsuliyyətindən kənarda qalmışlar. Həmin şəxslər də cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Zərərçəkmiş şəxs həmçinin göstərdi ki, onun sol gözü bir il bundan əvvəl zədə aldığından həmin gözü görmə qabiliyyətini itirmişdir.O, gözünün çıxarılmaması, habelə müalicəsi və reabilitasiyası üçün Bakı şəhərində Zərifə Əliyeva adına Göz Xəstəlikləri xəstəxanasında dəfələrlə əməliyyat olunmuş, habelə sonradan Zaqatalada yerləşən xəstəxanada bir neçə dəfə müalicə almışdır. Həmin müalicə və əməliyyatlara o, 3500 manatdan artıq xərc çəkmişdir. Cavabdeh və onunla birlikdə ona qarşı cinayət əməli törətmiş şəxslər onun müalicə almış gözünə xəsarət yetirərək bugünədək aparılmış bütün müalicənin nəticələrini puç etmişdir. Hal-hazırda onun həmin gözündən iltihab axır və onun həmin gözünə təcilli əməliyyat və sonrakı müalicə tələb olunur. Bu da külli miqdarda vəsait tələb edir. Eyni zamanda ona qarşı tətbiq olunmuş zorakılıq nəticəsində onun burnu da sındırılmışdır. Bu günədək o bu səbəbdən əziyyət çəkir və nəfəs almaqda çətinliklər yaşayır. Onun burnu da əməliyyat olunmalıdır, bu da xeyli xərc tələb edir. Eyni zamanda cavabdeh və onunla birlikdə cinayət əməlini törətmiş şəxslər ictimai yerdə,digər şəxslərin qarşısında ona qarşı qabaqcadan əlbir olan qrup şəklində zor tətbiq etməklə onun mənəvi hissələrini və şəxsiyyətini təhqir etmişlər. Qarabağ müharibəsi veteranı və faktiki gözdən əlil olan bir şəxs kimi ona qarşı edilən bu hərəkət ona ciddi mənəvi sarsıntı vermiş, əsəb gərginliyinə və mənəvi iztirab çəkməyinə səbəb olmuşdur. Bu səbəbdən o cavabdehin cinayət məsuliyyətinə cəlb olunması ilə yanaşı , mülki qaydada cavabdehlik daşımasını və ona vurduğu maddi və mənəvi ziyan məbləğini ödəməsini, ona vurulmuş ziyanın aradan qaldırılmasını tələb etmək qərarına gəlmişdir. Göründüyü kimi cavabdehin törətdiyi cinayət əməli nəticəsində ona bədən xəsarəti yetirilmişdir ki, bunun nəticələrinin aradan qaldırılması üçün onun müalicə və əməliyyat olunmağı tələb olunur ,bunun üçün də xeyli miqdarda pul vəsaiti tələb olunur. Bu səbəbdən o, pozulmuş hüququnun müdafiəsi və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsinin təmin edilməsi üçün mülki iddia qaydasında məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, onun iddia tələbləri təmin edilməli və cavabdehdən tələb etdiyi maddi və mənəvi ziyan məbləği tutularaq ona ödənilməlidir. Təqsirləndirilən şəxsdən şikayətçidir. İşin ibtidai istintaqa qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 əri-Zərərçəkmiş şəxs ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Balakən rayon Azpetrol yanacaq doldurma məntəqəsində kassir operator vəzifəsində işləyir. xx xxxx 2020-ci il tarixdə xalası oğlu Təqsirləndirilən şəxsla birlikdə Balakən şəhəri ərazisində olduğu zaman Həsənin tanışları, sonradan adlarının Aygün Süleymanova və Şahid2 olaraq bildiyi şəxslər Aygünə məxsus “Mersedes” markalı avtomaşınla onları Balakən şəhəri ərazisindən götürmüşlər. Daha sonra həmin avtomaşınla Balakən rayonu ərazisində gəzdikləri zaman rayonun Katex kəndi ərazisində yerləşən restorana gedərək orada çay içməyi qərarlaşdırmışlar. Daha sonra onlar restoranın həyətinə maşınla daxil olub restoranın baş tərəfində yerləşən kənarları açıq olan kabinetə getmişlər. Onlar orada maşından aşağı düşdükləri zaman sonradan adını Əliheydər olaraq bildiyi şəxs onlara yaxınlaşaraq “mən sizə burda stolbayammı icazə almayıb obyektə daxil olursuz” demişdir. O, Aygün və Səmra ilə birlikdə kabinetə oturmağa getmişlər. Həsən də Əliheydərə “bağışla bilmədim obyektin sahibi sənsən” demişdir. Daha sonra həmin şəxs oradan uzaqlaşaraq getmişdir. Onlar çay içəcəklərini bildirdikləri üçün mürəbbəli çay gətirmişlər. Elə bir neçə dəqiqə oturduqdan sonra Səmra və Aygün işləri olduğu üçün oradan çıxıb getmişlər. Daha sonra Həsənlə orada oturub çay içməyə davam etmişlər. Bir müddət orada oturduqdan sonra hesabı istəmişlər. Həmin restoranda işləyən qadın- ofisant hesabın 7 manat etdiyini bildirmişdir. O, həmin qadına hesabı ödəmək üçün 50 manat vermişdir. Həmçinin Həsən əmisi oğlu Azərə zəng edərək gəlib onları oradan aparmasını bildirmişdir. Çünki Aygün və Səmra oradan getdikləri üçün onlarda maşın olmamışdır. Həmin qadın bir neçə dəqiqə sonra geri gəlmiş və 50 manata xırda olmadığını bildirmişdir. Daha sonra oradan durub restoranın girişində olan kabinetə yaxınlaşmışlar və orada oturan kafeyə daxil olan zaman özünü restoranın sahibi kimi təqdim edən, sonradan adını bildiyi Əliheydər adlı şəxsə 50 manat pulu vermişdir ki, hesab olan 7 manatı çıxsın. Bu zaman Əliheydər cibindən pul çıxardıb saymış və qalıq pul olmadığını bildirmişdir. Halbuki, pulu saydığı zaman onda qaytarmalı olan 43 manatın olduğunu görmüşdür. Onlar necə edəcəklərini soruşduqda Əliheydər sabah gətirib verərsiniz demişdir. Onlar da onunla razılaşmış, “əgər narahatçılıq varsa 50 manat səndə qalsın biz sonra qalıq pulumuzu götürərik” demişlər. Hətta ona kartla ödəmə varsa kartla da ödəyə biləcəklərini də demişlər. Bundan sonra Əliheydər onlara “sabah gətirib verərsiniz” demişdir. Bu zaman Həsən də Əliheydərə “narahat olma sabah pulu gətirib verəcəyik” demişdir. Onlar oradan çıxıb getmək istədikdə Əliheydər bir anlıq sərtləşmiş və gözündə olan eynəyi stolun üstünə ataraq Həsənin üstünə gəlmiş və ona demişdir ki, “mən nədən narahat olmalıyam, narahat olsam deyərdimmi ki, pul səndə qalsın, sən uşaqsan”. Həsən də Əliheydərə “niyə qışqırırsan üstümə, ağsaqqal adamsan” demişdir. Bu zaman Əliheydər yenidən sərt formada qışqıraraq Həsənin üstünə gələrək “mənim əlim qanlıdı, mənim əlimin qanı hələ qurumayıbdı, mənə siverlovski Əli deyirlər” demişdir. Bu zaman Həsən də əsəbiləşərək Əliheydərin burun nahiyəsindən bir dəfə başı ilə zərbə vurmuşdur. Həmin zaman orada olan tanımadığı qadın, oğlan və o Əliheydəri sakitləşdirib kənarlaşdırmışlar. Həsəni o kənara aparmışdır. Bu zaman Həsən restoranın kabinetinin aynasına bir dəfə yumruqla zərbə vurduqda ayna qırılıb yerə tökülmüş və Həsənin sağ əli biləyə yaxın hissədən kəsilmişdir. Elə bu zaman Həsənin əmisi oğlu Azər qardaşı Ariflə birlikdə özünə məxsus VAZ 2106 markalı avtomaşınla restorana onları aparmaq üçün gəlmişdir. Onlar da maşına əyləşib oradan uzaqlaşaraq Həsənin yaşadığı evin qarşısına getmişlər. Bu zaman polis əməkdaşları gələrək Həsəni polis şöbəsinə dəvət etmişlər. Hadisə zamanı Əliheydər və Həsəndən başqa heç kim xəsarət almamışdır. Çünki mübahisə onların arasında olmuşdur. O, Əliheydəri və Həsəni bir-birlərindən kənarlaşdırmaq istəmişdir. Buna görə də ümumiyyətlə Əliheydərə və ya başqa bir şəxsə vurmamışdır. Hadisə təxminən 4-5 dəqiqə davam etmişdir. Əliheydər yalan deyir onlar restorana gedən zaman ayıq olmuşlar. Sərxoş olmamışlar. Əliheydər yalan deyir, onlar restoranda olduqları zaman qurğuşunlu kağız istəməmişlər. Sadəcə olaraq orada onlara çay gətirən ofisant qadından siqaret satıb satmadıqlarını soruşmuşlar. Həmin qadın da siqaret satmadıqlarını bildirmişdir. Həsən Əliheydərə başı ilə zərbə vurduqdan sonra kabinetin aynasına yumruqla bir dəfə vurmuş və ayna qırılmış Həsənin də qolu kəsilmişdir. Həmçinin mübahisə zamanı Həsən kabinetdə olan stolu Əliheydərin üstünə itələmişdir. Başqa da orada nəyisə dağıtmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, azyaşlı övladları- Şahid5 və Dilşad Məsiyeva ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olaraq uşaqlarını dolandırır. 2020-ci ilin iyun ayının əvvəllərində iş axtardığı zaman Balakən rayon Katex kəndi ərazisində yerləşən restoranda iş elanı olduğunu və işçi axtardıqlarını bilmişdir. Buna görə də həmin nömrə ilə əlaqə saxlayaraq işləmək istədiyini bildirmişdir. Daha sonra isə Əliheydər adlı şəxsin işlətdiyi həmin restoranda həm ofisiant, həm də mətbəxdə olmaqla işləməyə başlamışdır. Səhər saat 09:30 radələrindən başlayaraq gecə saat 23:30 radələrinə kimi işləmişdir. xx xxxx 2020-ci il tarixdə axşam saatlarında restorana müştəri kimi iki oğlan və iki qız gəlmişdir. Restoranın baş tərəfində olan kənarları açıq kabinetə gedib əyləşmişlər. Daha sonra ondan mürəbbəli çay istəmişlər. O, da həmin şəxslərə mürəbbəli çay vermişdir. Həmçinin ondan siqaret satılıb-satılmadığını soruşduqda o da siqaret satılmadığını bildirmişdir.Bir müddət onlar oturduqdan sonra oraya gəlmiş iki nəfər qız özlərinin idarə etdikləri maşınla oradan getmişlər. Bir az keçmiş həmin iki oğlan hesabı olan 7 manatı ödəmək üçün ona 50 manat pul vermişlər. O, da 50 manatı Zərərçəkmiş şəxs apararaq qalıq pulu verməsini istəmişdir. Əliheydər də ona “50 manatı niyə götürmüsən məndə 50 manata xırdamı var” demişdir. O, da 50 manatı aparıb həmin şəxslərə qaytarmışdır. Daha sonra restoranın mətbəx hissəsinə qayıtmışdır. Bir az sonra isə səs-küy olduğundan həyətə baxdıqda iki oğlandan adını sonradan Həsən olaraq bildiyi şəxslə Əliheydərin mübahisə etdiyini görmüşdür. Həmin vaxt azyaşlı qızı Leyla da restoranda onların mübahisə etdiyi kabinetin yaxınlığında olduğundan o qızını oradan götürməyə getmişdir. O, qızını götürüb restoranın kabinet hissəsinə qayıtdığı zaman Həsən Əliheydərlə mübahisə etdiyi kabinetdən biraz uzaqlaşmışdır. Həmin vaxt nə olduğunu bilməmiş Həsən birdən geri qayıtmış və Əliheydərin burun nahiyəsinə başı ilə bir dəfə zərbə vurmuşdur. Bundan sonra Həsən və onun yanındakı oğlan restorandan uzaqlaşaraq getmişlər. Amma onların necə getdiklərini bilməmişdir. Hadisə zamanı o və azyaşlı qızı Leyla hər hansı bir xəsarət almamışlar. Orada 13-15 nəfər şəxsin olduğunu görməmişdir. Hadisə baş verən zaman yəni Həsənin yanındakı sonradan adını Əmrah olaraq bildiyi oğlan da oradan uzaqlaşmışdır. Həmin zaman da Həsən tək olmuşdur. Başqa da orada kimsə olmamışdır. Həsənin də oradan necə getdiyini bilmir. Çünki hadisədən sonra Həsən və Əmrah restoranın giriş hissəsinə getmişlər. Hadisə baş verən zaman mətbəxdə olmuşdur. Həmin zaman restoranda kababçı işləyən Fazil adlı şəxs və Rəvan adlı şəxs olmuşdur. Orada başqa kim isə olmamışdır. Hadisə təxminən 4-5 dəqiqə davam etmişdir. Orada 13-15 şəxs olmasını görməmişdir. Həmçinin Həsənin kabinetləri dağıtdığını və ya aynaları qırdıqlarını görməmişdir. Daha sonra isə o taksi xidmətinə zəng edərək oradan getmək üçün maşın çağırmışdır. Həmin maşın restoranın giriş hissəsinə gəldikdən sonra qızı Leyla ilə birlikdə oradan getmək istəyən zaman Əliheydər və arvadı Cahan onu oradan getməyə qoymamışlar.Həmin zaman Əliheydər ona hadisənin şahidi olduğundan polis əməkdaşlarına hadisə barədə izahat verməsini istəmişdir. Həmin zaman da hadisəyə tam bilmədiyi üçün həmçinin ona restoranın aynasının qırıldığını bildirdiklərindən o da aynanın qırıldığını görmədiyindən izahat vermək istəməmişdir. Buna görə də restoranın mətbəxinə getmişdir. Daha sonra oraya çağırmış olduğu taksi xidmətinə məxsus avtomaşınla oradan çıxıb yaşadığı evə getmişdir. xx xxxx 2020-ci il tarixdə səhər saat 09 radələrində restorana getmişdir. Həmin zaman restoranın işlədiyini görmüşdür. Baş vermiş hadisəyə görə xx xxxx 2020-ci il tarixdə artıq işləməyəcəyini bildirərək həmin restrorandan işdən çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 göstərdi ki,xx xxxx 2020-ci il tarixdə axşam saat təxminən 22 radələrində Balakən şəhəri ərazisində olduğu zaman əmisi oğlu Həsən ona zəng edərək Katex kəndi ərazisində yolun kənarında yerləşən Katex restoranına gəlməsini bildirmişdir. Həmin zaman ona məxsus VAZ 21063 markalı avtomaşın Balakən şəhəri ərazisində qardaşı Arifdə olmuşdur. O, qardaşının yanına gedərək ondan maşının açarını istəmişdir. Bu zaman qardaşı nə olduğunu soruşduqda Həsənin çağırdığını bildirmişdir. Bu zaman qardaşı “mən də gəlirəm” deyərək maşına əyləşmişdir. Onlar Katex kəndi ərazisində yerləşən həmin restorana getmişlər. Restoranın qarşısına çatdıqda Həsənin xalası oğlu Əmrahla birlikdə restoranın girişində olduqlarını və Həsənin sağ əlindən qan gəldiyini görmüşdür. Bu zaman Həsəni bu vəziyyətdə görüb maşından aşağı düşüb nə olmasını soruşduqda Həsən heçnə olmadığını bildirib maşına əyləşmiş və getmələrini demişdir. Bundan sonra maşına oturmuş və maşınla Həsəni Balakən şəhəri ərazisinə, yaşadığı evin qarşısına aparmışdır. Onlar orada olduğu zaman polis əməkdaşları gələrək Həsəni polis şöbəsinə aparmışlar. Daha sonra Həsənin yaşadığı evə getmiş bir müddət sonra onu və qardaşını da polis şöbəsinə dəvət etmişlər. O, polis şöbəsinin qarşısında olduğu zaman Həsənin əli kəsildiyi üçün onu xəstəxanaya aparmasını bildirmişlər. Daha sonra Həsənin atası Miqdat və xalası oğlu Əmrahla birlikdə Həsəni Zaqatala rayon mərkəzi xəstəxanasına aparmışlar. Orada Həsənə ilkin tibbi yardım göstərilmişdir. Həsəndən əlinin niyə kəsilməsini soruşduqda restoranda olan aynaya vurduğunu bildirmişdir. Həmçinin restoranda olan yaşlı bir kişi ilə mübahisə etdiyini, daha sonra isə əsəbiləşdiyi üçün yumruqla aynaya vurduğunu bildirmişdir.O, qardaşı Ariflə Katex kəndi ərazisində yerləşən restorana getdiyi zaman restoranın içərisinə daxil olmamışdır. O, restoranın girişində Həsənlə xalası oğlu Əmrahı görmüşdür. Başqa da kiminsə də orada olmasını görməmişdir. O, qardaşı Ariflə Katex kəndi ərazisində yerləşən restorana getdiyi zaman orada idarə etdiyi avtomaşından başqa maşın olmamışdır.Həmçinin orada olan zaman da başqa maşın oraya gəlməmişdir. Orada olduğu zaman ərzində də hər hansı mübahisə və münaqişə, ümumiyyətlə heç bir hadisə olmamışdır.Təxminən orada 1-2 dəqiqə qalmış çünki Həsənin əlindən qan gəldiyini görüb onu tez maşınla Balakən şəhərinə gətirmişdir. Həmçinin orada Həsənə əlini bağlaması üçün parça da vermişdir. Əliheydər yalan deyir. O, ümumiyyətlə həmin şəxsi tanımır. Sadəcə Həsənin ona deməsindən bilmişdir ki, həmin şəxs yaşlı adamdır. O, Kənan və Cavanşir Piriyevləri tanımır. Həmçinin Əliheydərin qeyd etdiyi 13-15 nəfər şəxsin onu döyməsi də tamamilə yalandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 şahid Azər Məmmədovun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 göstərdi ki, Balakən rayonu Katex kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 2000-ci ildən etibarən Balakən rayon Katex kənd bələdiyyə sədri vəzifəsində işləyir. Həmçinin Katex kəndi ərazisində yerləşən Katex restoranı Rusiya Federasiyasında yaşayan qardaşı Fərman Piriyevə məxsus olsada hazırda Balakən rayonunda olmadığından həmin restorana o və qardaşları nəzarət etmişdir. Hazırda həmin restoran onun mülkiyyətindədir. 2019-cu ilin noyabr ayında sonradan adını bildiyi Zərərçəkmiş şəxs adlı şəxs işlədiyi bələdiyyə idarəsindəki otağına gəlmişdir. Ona Zaqatala rayonunda yerləşən bazarda kafe işlətdiyini, lakin daha böyük restoran götürmək istədiyini, buna görə də ona müraciət etdiyini bildirmişdir. Həmin zaman Zərərçəkmiş şəxs ondan Katex restoranını icarəyə götürmək istədiyini bildirmişdir. O, da həmin vaxt restoranı bir ay, yəni 2019-cu ilin dekabr ayında işlədib müştəri yığmasını 2020-ci ilin yanvar ayından etibarən isə aylıq icarə haqqını, yəni 2020-ci ilin mart ayına qədər aylıq 400 manat, mart ayından sonra isə aylıq 600 manat icarə haqqı verməli olduğunu bildirmişdir. Həmin vaxtdan etibarən Əliheydər restoranı götürüb işlətməyə başlamışdır. Lakin 2020-ci ilin yanvar ayından etibarən aralarındakı şifahi razılaşmaya əsasən verməli olduğu aylıq icarə haqqını verməmişdir. Bundan sonra isə qardaşı Fərrux 2020-ci ilin may ayında həmin restorana gedib Əliheydərlə icarə müqaviləsi bağlamaq istəsə də həmin zaman müştərilərinin az olduğunu bəhanə edərək müqavilə bağlamaqdan imtina etmişdir. Bunlara baxmayaraq o həmin restorana müxtəlif vaxtlarda tanışları ilə gedərək orada oturub çörək yeyib çay içmiş və bunun müqabilində ödənişlərini də etmişdir.Təxminən 2020-ci ilin iyun ayının əvvəllərində Katex kənd ərazisində yerləşən fermada fəhlə işləyən şəxslərin gecə qalmaq üçün restoranda yerləşən otaqlarda qalmaq istəyib ona müraciət etdiklərindən həmin şəxslərlə birlikdə restorana getmişdir. Lakin restoranda və otaqlarda lazımi şərait olmadığından həmin şəxslər restoranda qalmaqdan imtina etmişlər. 2020-ci ilin iyun ayının 16-da həmin restoranın qarşısından keçdiyi zaman restoranın həyətində ekskavator olduğunu ona da qarğıdalı sahəsini suvarmaq məqsədilə kanal açmaq üçün ekskavator lazım olduğundan həmin ekskavatorçu ilə danışmaq qərarına gəlmişdir. Buna görə də restorana getmiş və sonradan adını Rəvan olaraq bildiyi şəxsin həmin ekskavatoru işlətdiyini və Katex kəndi ərazisində yerləşən alma bağında işlədiyini və bir müddətdir ki, restoranda qaldığını bilmişdir. Bundan sonra təxminən saat 22-23 radələrində evdə olduğu zaman Əliheydər ona zəng edərək restorana gələn müştərinin pul ödəməsi ilə bağlı mübahisəsi olduğunu, buna görə də onu vurduqlarını bildirmişdir. O, da Əliheydərdən polisə müraciət edib etmədiyini soruşduqda polisə müraciət etdiyini bildirmişdir. Sonrakı gün isə o, eşitmişdir ki, Zərərçəkmiş şəxs ilə Həsən adlı şəxs arasında mübahisə olmuşdur. Həsən adlı şəxs Əliheydərə başı ilə zərbə vurmuşdur. Həmçinin o birisi gün, yəni xx xxxx 2020-ci il tarixdə Rəvan gələrək qarğıdalı sahəsini sulamaq üçün kanal açmışdır.Sonradan Əliheydər heç bir əsas və səbəb olmadan kənd camaatı arasında şaiyələr yayıb müxtəlif dövlət orqanlarına da şikayətlər etmişdir ki, guya o və qardaşı Kənan həmin davanı hazırlayıb onu döydürmüşlər. Amma onun qeyd etdikləri ilə bağlı heç bir məlumatı və əlaqəsi yoxdur. Əliheydərin onun və qardaşı Kənanın sifarişi ilə döyülməsi ilə bağlı qeyd etdikləri tam yalandır. Mixo ləqəbli şəxs Katex kənd sakini Şahid13dir. Onu kənd sakini kimi tanıyır.Həqiqətən də 2-ci qrup əlildir. Həmin hadisədən 2 gün sonra onun eşitdiyinə görə Mehman xx xxxx 2020-ci il tarixdə saat 02 radələrində həmin restorana getmişdir ki, həmin ərazidə yaşayır və həmin zaman yəni gec saatlarda restoranda maşınla musiqi qoyulduğundan və yüksək səs olduğundan narahat olub nə məsələ olduğunu aydınlaşdırmaq məqsədilə oraya getmişdir. Mehmanın həmin restorana getməsi ilə bağlı onun heç bir əlaqəsi yoxdur. Mehmanın restorana hansı vəziyyətdə gedib, nə deməsini də bilmir.Ümumiyyətlə Zərərçəkmiş şəxs onun və ailəsi haqqında dedikləri, yalan, şər və böhtandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 və Piriyev X6 Piriyevin ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 göstərdi ki, Balakən RPŞ-nin İTBnin sahə rəisi olmaqla Balakən rayon Katex kəndinin sahə rəisi vəzifəsində xidmət aparır. Zərərçəkmiş şəxs ona zəng edərək Katex kənd sakini Şahid10 işlətdiyi restoranda dava saldırmaq üçün adam axtarması ilə bağlı ona dediyini göstərməsi xüsusatını yalan deyir. Ona zəng edərək və ya üzbəüz olaraq Şahid10 restoranda dava saldırmaq üçün adam axtarması ilə bağlı nə isə deməmişdir. Əliheydər xx xxxx 2020-ci il tarixdə axşam saatlarında ona zəng edərək işlətdiyi Katex restoranında dava olduğunu bildirmişdri. O, da polis şöbəsinə məlumat verməsini bildirmişdir. Daha sonra özü də polis şöbəsinə məlumat verərək gündəlik əməliyyat istintaq qrupunun hadisə yerinə göndərilməsini bildirmişdir. Lakin Əliheydər xəbər verdiyi mübahisənin baş verməsi ilə bağlı deməmişdir. Sadəcə olaraq mübahisə olduğunu, polisin gəlməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 göstərdi ki, Balakən rayonu Katex kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. O, Zərərçəkmiş şəxs adlı şəxsi tanımamışdır. Amma hazırda bilmişdir ki, Zərərçəkmiş şəxs yaşadığı Katex kəndi ərazisində yerləşən Katex istirahət guşəsi adlı restoranı işlədir. xx xxxx 2020-ci il tarixdə gecə saat 02 radələrində həmin restorandan çalıb-oynamaq səsləri gəlmişdir. Onun evi də restoranın yaxınlığında olduğundan səs-küyə görə narahat olub yata bilməmiş həmçinin yaşadığı evdə də ailəsi olduğundan ailəsi də narahat olmuşdur. Buna görə də həmin restorana getmiş və restorana çatar-çatmaz həyətdən maşının çıxdığını görmüş, ancaq kimin olduğunu bilməmişdir. Həmin zaman orada olan adının Əliheydər olaraq bildiyi şəxs restoranın kabinetinin pəncərəsindən baxmışdır. O, Əliheydərə “bu nə səs küydür, gecə saat 02 radələridir camaatı narahat edirsiniz” demişdir. Həmin vaxt Əliheydər ona orada səs- küy olmadığını, ona şər atdığını bildirmişdir. O, da Əliheydərə restorana girdiyi zaman oradan maşının çıxıb getdiyini gördüyünü demişdir. Əliheydər də üzünə duraraq orada maşın olmadığını bildirmişdir. O, bir daha Əliheydərə restoranın ətrafında camaatın yaşadığını,buna görə də gecə saatlarında belə səs-küy yaratmamalarını xahiş etmişdir. Bu zaman Əliheydər ona “restoran mənimdi mən bilərəm sən kimsən” demişdir. O, da bu barədə polisə məlumat verəcəyini bildirmişdir. Əliheydər də ona “kişisənsə qaçma, burda dayan” demişdir. O, da orada dayanmışdır ki, nə etmək istədiyinə baxsın. Bir az keçmiş həmin yerə polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları gəldikdən sonra isə polislərə onu guya ki, kənd bələdiyyə sədri Cavanşirin oraya göndərdiyini bildirib ona şər- böhtan atmışdır. Cavanşir Piriyevdən ərizə yazması ilə bağlı onun ümumiyyətlə məlumatı da yoxdur. Buna görə də Əliheydərə belə bir şey də deməmişdir. Restoranı təhvil verib onu hədələyərək şəhərə rədd olması ilə bağlı da heç nə deməmişdir. Onu və ailəsini də təhqir etməmişdir. Hətda bu hadisədən sonra Cavanşirlə söhbət edib hansı səbəbdən restoranı işlətməsi üçün Əliheydərə verdiyini onu, ailəsini və orada yaşayan digər şəxsləri narahat etdiyini bildirərək öz etirazını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 göstərdi ki, Balakən rayonu Katex kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Zərərçəkmiş şəxs və Şahid8 tanıyır. Belə ki, bir müddət əvvəl həmin şəxslər Katex kəndi ərazisində yerləşən Katex istirahət guşəsi adlı restoranı işlətmək üçün oraya gəlib yerləşmişlər. O, da həmin zaman restoranın qarşısında olan kürəkəni Eldənizə məxsus tikilinin içərisində cücə baxmışdır. Həmin şəxslər ilk öncə gəldikləri zaman həmin şəxslərlə tanışlıq yaradıb restoranda bir neçə dəfə onlarla oturmuşdur.Lakin sonradan həmin şəxslərlə münasibətinin alınmayacağını görüb bir daha həmin restorana getməmişdir. Ondan sonra da həmin şəxslərlə münasibəti olmamışdır. Şahid8 yalan deyir. Çünki onun belə bir hadisənin olmasından xəbəri olmamışdır. O, ümumiyyətlə belə bir hadisəni müşahidə də etməmişdir. Həmçinin demək olar ki, işlədiyi tikilidə 3000-4000 ədəd cücə baxır, onun yolun kənarına çıxıb restoranı müşahidə etməyə də imkanı və vaxtı yoxdur. Hansı səbəbə də restoranı müşahidə etməlidir ki, çünki restorana bir çox şəxs gəlib gedir. Bunun da ona heç bir aidiyyəti yoxdur. Həmçinin onun cücə baxdığı tikilidən və həyətindən də restoranı görmək mümkün deyildir. xx xxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs işlətdiyi Katex istirahət guşəsi adlı restoranda dava olmasını bilməmişdir. Həmçinin həmin zaman oradan səs-küy də eşitməmişdir. Onun ümumiyyətlə belə bir hadisədən xəbəri də olmamışdır. İşin 61-62-ci vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli, 156 №-li rəyində göstərilmişdir ki, vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə, tibbi sənədində qeyd edilənlərə, hadisə haqqında olanları nəzərə alaraq, ekspertiza qarşısında qoyulmuş suallara əsasən aşağıdakı nəticəyə gəlirəm: Vət.Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlər-- burnunda üst yuxarı səthində sıyrıqlar, sol göz altında qançır, burun sümüyünün qapalı yerdəyişməli sınığı - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə yəni, xx.xx.2020-ci ildə əmələ gələ bilərdilər, ümumilikdə onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilirlər. İşin 124-cü vərəqəsində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 257 №-li rəyində göstərilmişdir ki, vət. Təqsirləndirilən şəxs məhkəmə- tibbi müayinəsinə, tibbi sənədində qeyd edilənlərə, hadisə haqqında olanları nəzərə alaraq, ekspertiza qarşısında qoyulmuş suallara əsasən aşağıdakı nəticəyə gəlirəm: Vət. Mamedovda müəyyən edilmiş xəsarət-sol mil-biləkdə çapıq hər-hansı bir yaranın nəticəsi olub, iti əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2020-ci ildə (şüşə parçasının kəsməsi təsirindən) əmələ gələ bilərdi, dərəcəsinə görə onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilirlər. İşin 212-213-cü vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 443 nömrəli ekspert rəyindən göstərilmişdir: xx.xx.2020-ci il tarixli ekspertiza təyinin haqqında qərarda sadalanan 8 adda əmlakın 2020-ci ilin iyun ayına nəzəri hesablama yolu ilə orta bazar qiyməti ilə ümumi dəyəri 236,50 manat müəyyən edilir. Müəyyən edilən əşyaların Köhnəlmə № Sayı qiymət (manat) Dəyəri(manat) xarakteristikası 50% Təzə İşlənmiş 135x70sm ölçüdə 1 1 28 28 buzlu şüşə 110x35sm ölçüdə sadə 2 1 8 8 şüşə 4 manat məbləğinə 3 alınmış şəffaf şüşədən 6 4 2 12 qənd qabı 3 manat məbləğinə 4 alınmış şəffaf şüşədən 2 3 1.5 3 mürəbbə qabı 1 manat məbləğinə 5 9 1 0.5 4,5 alınmış şəffaf şüşədən armudu stəkan 6 manat məbləğinə 6 2 6 3 6 alınmış dəm çayniki İstifadədə olmuş "Samsung Duos" 7 1 120 60 60 markalı GT-İ8262 modelli mobil telefon İstifadədə olmuş, 2016-cı il buraxılışlı 8 1 230 115 115 "Samsung" markalı J2 modelli mobil telefon C Ə M İ: 236,5 İşin 1-ci cild 125-127-ci vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Mamedov X11 Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib qazancının 10 faizinin dövlət nəfinə tutulmaqla 1(bir) il 11(on bir) ay 24(iyirmi dörd) gün müddətə islah işləri cəzasına məhkum edilmişdir. İşdə olan Balakən rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2021-ci il tarixli nömrəli məlumatından görünür ki, Təqsirləndirilən şəxs 2021-ci ilin fevral ayında ona təyin edilmiş islah işləri cəzasını çəkib qurtarmışdır. İşin 1-ci cild 49-cu vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB-nın şəhər İƏD-si tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı şikayət ərizəsi daxil olmamışdır. İşin 1-ci cild 48-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən xx.xx.2020-ci ildə verilmiş arayışdan görünür ki, Mamedov X11 şəhəri Xətai küçəsi 17 nömrəli evdə yaşayır. İşin 1-ci cild 240-241-ci vərəqələrində olan nikahın bağlanması haqqında şəhadətnamənin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu ildə X7 ilə rəsmi nikah bağlamaqla evlənmiş onların birgə nikahlarından xx xxxxxxxx 2019-cu ildə Kübra adlı qızları anadan olmuşdur. Məhkəmə iş üzrə şahidlər-Şahid1, Şahid2, Şahid3, Azər Məmmədov,Şahid4, Şahid6, Cavanşir Piriyev, Şahid10,Şahid11,Şahid12 ,Ramil Ağayev və Şahid13 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə,eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. xx xxxx 2020-ci il tarixdə Katex istirahət guşəsinə Təqsirləndirilən şəxs üç maşında 15 nəfərlə birlikdə gəlməsi, 5 nəfərin kənarda dayanması, qalan şəxslərin onu döymələri, əmlakları dağıtmaları barədə Zərərçəkmiş şəxs və onun arvadı Şahid8 göstərdikləri məhkəmə iclasında öz təsdiqini tapmadığından və digər sübutlarla təkzib olunduğundan məhkəmə tərəfindən qəbul edilmir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki,məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs oğlu qəsdən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşın üzərində zor tətbiq olunması ilə, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətləri ilə xuliqanlıq cinayət əməlini törətmişdir. Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. ”Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli, 1 nömrəli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin tərkibi vardır, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx xxxx 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki,cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır, onun əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini,onun şəxsiyyətini, əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını,əvvəllər dəfələrlə məhkum olunsa da sonuncu məhkumluğu istisna olmaqla digər məhkumluqlarının ödənməsini, Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi ilə məhkumluqla bağlı olan bütün hüquqi nəticələrin ləğv olunmasını, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, daha ciddi cəza növünü tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq Mamedov Həsən Miqdat oğluna təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli manat) manat Təqsirləndirilən şəxs tutulub «xxxx«MMC; Kod:201025,VÖEN-**********,SWİFT kod AİİBAZ2X; M/h:AZ37NABZ********************,VÖEN**********:Hesab:AZ53AİİB********************42 hesaba köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub- olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Mülki iddia ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-179.2-ci maddələrinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. İş üzrə Zərərçəkmiş şəxs iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ona vurulmuş maddi zərərin əvəzi olaraq 3500 (üç min beş yüz) manat, mənəvi zərər olaraq 15000 (on beş min) manat birdəfəlik pul məbləğinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Zərərçəkmiş şəxs Məmməd oğlu məhkəmə istintaqı zamanı iddia tələbinin artırılması barədə məhkəməyə ərizə verərək həmçinin hər birinin qiyməti 2 manat olan 12 manat dəyərində 6 ədəd şəffaf şüşədən qənd qabının, hər birinin qiyməti 1 manat 50 qəpik olan 3 manat dəyərində 2 ədəd şəffaf şüşədən mürəbbə qablarının, hər birinin qiyməti 50 qəpik olan 4 manat 50 qəpik dəyərində 9 ədəd şəffaf şüşədən armudu stəkanların, hər birinin qiyməti 3 manat olan 6 manat dəyərində 2 ədəd dəm çaynikinin, 60 manat dəyərində 1 ədəd istifadədə olmuş “Samsung Duos” markalı GT-İ8262 modelli mobil telefonun və 115 manat dəyərində istifadədə olmuş,2016-cı il buraxılışlı “Samsung” markalı G2 modelli mobil telefonun dəyərinin ümumilikdə 236.5 (iki yüz otuz altı manat əlli qəpik) manatın Təqsirləndirilən şəxs alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iddiaçı Zərərçəkmiş şəxs iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh (cinayət işi üzrə təqsirləndirilən şəxs ) Təqsirləndirilən şəxs ilə birlikdə digər 14 nəfərin ona hücum çəkərək törətdikləri cinayət əməli nəticəsində ciddi bədən xəsarətləri alaraq maddi və mənəvi zərərə uğradılmışdır. Belə ki, həmin şəxslərin qanunazidd əməlləri nəticəsində onun burnu sındırılmış, əməliyyat olunmuş,gözü zədələnmiş, digər gözünə də xəsarət yetirilərək çoxsaylı bədən xəsarətləri almışdır.Təssüf ki, cavabdehin və onunla birlikdə bu əməlləri törətmiş şəxslərin havadarları ibtidai istintaqın gedişinə təsir göstərməyə nail olaraq Təqsirləndirilən şəxs savayı cinayətin törədilməsində iştirak etmiş digər şəxslərin məsuliyyətdən yayınmasına hələ ki, nail olmuşlar. Bu səbəbdən o, bu iddia ərizəsi ilə cavabdehə qarşı çıxış etməli olmuşdur. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, onun sol gözü bir il bundan əvvəl zədə aldığından həmin gözü görmə qabiliyyətini itirmişdir. O, gözünün çıxarılmaması, habelə müalicəsi və reabilitasiyası üçün Bakı şəhərində Zərifə Əliyeva adına Göz Xəstəlikləri xəstəxanasında dəfələrlə əməliyyat olunmuş, habelə sonradan Zaqatalada yerləşən xəstəxanada bir neçə dəfə müalicə almışdır. Həmin müalicə və əməliyyatlara o, 3500 manatdan artıq xərc çəkmişdir. Cavabdeh və onunla birlikdə ona qarşı cinayət əməli törətmiş şəxslər onun müalicə almış gözünə xəsarət yetirərək bugünədək aparılmış bütün müalicənin nəticələrini puç etmişdir. Hal-hazırda onun həmin gözündən iltihab axır və onun həmin gözünə təcilli əməliyyat və sonrakı müalicə tələb olunur. Bu da külli miqdarda vəsait tələb edir. Eyni zamanda ona qarşı tətbiq olunmuş zorakılıq nəticəsində onun burnu da sındırılmışdır. Bu günədək o bu səbəbdən əziyyət çəkir və nəfər almaqda çətinliklər yaşayır. Onun burnu da əməliyyat olunmalıdır, bu da xeyli xərc tələb edir. Eyni zamanda cavabdeh və onunla birlikdə cinayət əməlini törətmiş şəxslər ictimai yerdə,digər şəxslərin qarşısında ona qarşı qabaqcadan əlbir olan qrup şəklində zor tətbiq etməklə onun mənəvi hissələrini və şəxsiyyətini təqhir etmişlər. Qarabağ müharibəsi veteranı və faktiki gözdən əlil olan bir şəxs kimi ona qarşı edilən bu hərəkət ona ciddi mənəvi sarsıntı vermiş, əsəb gərginliyinə və mənəvi iztirab çəkməyinə səbəb olmuşdur.Bu səbəbdən o cavabdehin cinayət məsuliyyətinə cəlb olunması ilə yanaşı , mülki qaydada cavabdehlik daşımasını və ona vurduğu maddi və mənəvi ziyan məbləğini ödəməsini, ona vurulmuş ziyanın aradan qaldırılmasını tələb etmək qərarına gəlmişdir. Göründüyü kimi cavabdehin törətdiyi cinayət əməli nəticəsində ona bədən xəsarəti yetirilmişdir ki, Bunun nəticələrinin aradan qaldırılması üçün onun müalicə və əməliyyat olunmağı tələb olunur , bunun üçün də xeyli miqdarda pul vəsaiti tələb olunur. Bu səbəbdən o, pozulmuş hüququnun müdafiəsi və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsinin təmin edilməsi üçün mülki iddia qaydasında məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, onun iddia tələbləri təmin edilməli və cavabdehdən tələb etdiyi maddi və mənəvi ziyan məbləği tutularaq ona ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində Balakən rayonu Katex kəndi ərazisində yerləşən Katex istirahət guşəsi adlı restoranda heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətləri ilə restoranı işlədən Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər etməklə, sonuncuya başı ilə zərbə endirməklə burnunda üst yuxarı səthində sıyrıqlar, sol göz altında qançır, burun sümüyünün qapalı yerdəyişməli sınığı ilə müşayiət olunan, ümumilikdə onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmiş, daha sonra qərəzli hərəkətlərini davam etdirərək faktiki Zərərçəkmiş şəxs istifadəsində olan əmlaka yəni Katex istirahət guşəsi adlı restoranın binasında olan kabinetin qapısının 28 manat dəyərində 135x70sm ölçüdə buz şüşəsini, restoranın həyətində yerləşən kabinetin pəncərəsinin 8 manat dəyərində 110x35sm ölçüdə sadə şüşəsini sındırmış, həmçinin restoranın həyətində yerləşən kənarları açıq kabinetdəki stolu itələyib çevirməklə hər birinin qiyməti 2 manat olan 12 manat dəyərində 6 ədəd şəffaf şüşədən qənd qabını, hər birinin qiyməti 1 manat 50 qəpik olan 3 manat dəyərində 2 ədəd şəffaf şüşədən mürəbbə qablarını, hər birinin qiyməti 50 qəpik olan 4 manat 50 qəpik dəyərində 9 ədəd şəffaf şüşədən armudu stəkanı, hər birinin qiyməti 3 manat olan 6 manat dəyərində 2 ədəd dəm çaynikini, 60 manat dəyərində 1 ədəd İstifadədə olmuş "Samsung Duos" markalı GT-İ8262 modelli mobil telefonu və 115 manat dəyərində istifadədə olmuş, 2016-cı il buraxılışlı "Samsung" markalı J2 modelli mobil telefonu ümumilikdə 236.5(iki yüz otuz altı manat əlli qəpik) manat dəyərində əmlakı məhv etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi məhv edilmiş 236.5 (iki yüz otuz altı manat əlli qəpik) manat dəyərində əmlaka aid hissədə əsaslı olduğundan təmin edilməli, Təqsirləndirilən şəxs vurulmuş ziyana görə 236.50 manat alınıb Zərərçəkmiş şəxs verilməlidir. İddia tələbi maddi ziyana aid qalan hissədə isə təmin edilməməlidir. Belə ki, mülki iddiaçı Zərərçəkmiş şəxs müalicəsi üçün 3500 manat pul xərclədiyini göstərsə də bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilmədi. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. «X3rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İddia tələbinin mənəvi ziyana aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin alçaldılmasına əsas verə bilməz. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərında izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”-nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi,fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və sair hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu sözügedən qərarında həmçinin izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Məhkəmə mülki iddiaçı Zərərçəkmiş şəxs 56 yaşlı olmasını, 25 yaşlı Təqsirləndirilən şəxs onu vurub xəsarət yetirməsini, bu xəsarət nəticəsində onun fiziki əzab çəkməsini, həmçinin Təqsirləndirilən şəxs bu əməllərini digər şəxslərin, o cümlədən Zərərçəkmiş şəxs arvadının yanında törətməsini, bunun zərərçəkmiş şəxsdə psixoloji ağrı və əzab , sıxıntı, narahatlıq, məyusluq, alçalma hissi yaratmasını, bununla yanaşı iddiaçının mənəvi zərərə görə tələb etdiyi məbləğin həddən artıq yüksək olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi mənəvi ziyana aid hissədə qismən təmin edilməli, Təqsirləndirilən şəxs mənəvi ziyana görə 1000 (bir min ) manat alınıb Zərərçəkmiş şəxs verilməlidir. İddia tələbi mənəvi ziyana aid qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edilənlərə əsasən mülki iddia ilə bağlı yekun olaraq bu nəticəyə gəlir ki, mülki iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs maddi ziyana görə 236.50 manat, mənəvi ziyana görə 1000 manat, cəmi 1236,50 manat pul alınıb Zərərçəkmiş şəxs verilməlidir. Mülki iddia qalan hissədə təmin edilməməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi , müstəntiq Natiq Hacıyevin xx xxxxxxx 2020-ci il tarixli qərarı əsasında məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 16 iş saatı sərf etmişdir. Vəkil Müdafiəçi məhkəmə icraat zamanı isə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından156 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X12 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. X1rşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs maddi ziyana görə 236.50 manat, mənəvi ziyana görə 1000 manat, cəmi 1236,50 manat pul alınıb Zərərçəkmiş şəxs verilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Hökmün icrası Balakən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub “xxxx” MMC-nə Kod: 201025, VÖEN-**********, SWİFT kod AİİBAZ2X; M/h: AZ37NABZ********************,VÖEN**********:Hesab:AZ53AİİB********************42 hesaba köçürülsün. Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraat zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından156 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X12 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar