Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-5/2023 04.07.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X15 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3, Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxs X8 və onun müdafiəçisi -Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS- xx xxxxxxxx 1978-ci il tarixdə Balakən rayonu Talalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, Balakən rayonu Talalar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs X12 01 noyabr 2021-ci il tarixində saat 17 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi VAZ-2101 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən şəhəri H. Əliyev prospekti ilə Balakən rayonu Mahamalar kəndinin Qazbinə yaşayış məntəqəsi istiqamətinə təxminən 60 km/saat sürətlə hərəkət edən zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni, hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunları etməyərək Balakən şəhəri 28 may küçəsindən saatda 5-10 km sürətlə üzü Balakən şəhəri H.Əliyev prospekti istiqamətində hərəkət edib qeyd edilən küçələrin kəsişməsindəki dairəyə daxil olmaq istəyən Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ 2101 markalı 08.BB.780 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs1 sağ sirkə kasasının dibinin yerdəyişməyən sınığı, soldan oturaq sümüyünün ikili və qasıq sümüklərinin qəlpəli yerdəyişən sınıqları, başının sol gicgahında sıyrıq, sol dirsəkdə yaralar olmaqla, dərəcəsinə görə Zərərçəkmiş şəxs1 sağlamlığının uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, həmçinin həmin vaxt idarə etdiyi VAZ- 2101 markalı 62.BL-968 dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olan Zərərçəkmiş şəxs2 sağ bazu sümüyünün aşağı 1/3-nin qapalı-qəlpəli yerdəyişən sınığı olmaqla, dərəcəsinə görə Zərərçəkmiş şəxs2 sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcədə zərər vurmaya aid edilən xəsarətlər yetirmiş, eləcə də Zərərçəkmiş şəxs1 məxsus olan VAZ 2101 markalı 08.BB.780 dövlət qeydiyyat nişanlı avtomobilə 2391 (iki min üç yüz doxsan bir) manat maddi zərər vurmaqla yol nəqliyyat hadisəsi cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs X1 cinayət əməlini törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X12 ona Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Balakən rayonu Talalar kəndində ailə üzvləri ilə birlikdə yaşayır.Etibarnamə əsasında idarə etdiyi VAZ 2101 markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. Onun avtomobilə aid texniki pasport, etibarnamə və sığorta sənədləri olmuş, lakin sürücülük vəsiqəsi olmamışdır. 01 noyabr 2022-ci il tarixdə saat 17 radələrində qardaşı Zərərçəkmiş şəxs2 soyulmuş xurma meyvəsinin asılması işi olduğunu bildirmiş və əlavə bir nəfər də adam lazım olduğunu demişdir. Bu zaman Sərxan tanışı olan, həmçinin onun da tanıdığı Balakən şəhər sakini Şahid1 mobil telefonuna zəng edərək xurma meyvəsinin asılması ilə bağlı iş olduğunu və həmin işin görülməsi ilə bağlı gəlib-gəlməyəcəyini soruşmuşdur. Şahid1 da hazırda əlində başqa işi olmadığını, gələ biləcəyini demişdir. Sərxan Zübahirlə mobil telefon vasitəsi ilə danışdıqdan sonra ona bildirmişdir ki, Şahid1 yaşadığı evdən götürmək lazımdır. Bundan sonra qardaşı Sərxan və o, onun idarə etdiyi avtomobilə əyləşmişlər və Balakən şəhərində olan Balakən Bazarının arxa tərəfindən Şahid1 yaşadığı evdən götürmüşlər və Balakən rayon Mahamalar kəndinin Qazbinə yaşayış məntəqəsinə xurma asılması işini görmək üçün yola düşmüşlər. O, idarə etdiyi Vaz-2101 markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Balakən şəhərinin Heydər Əliyev prospekti istiqamətinə çıxmış və həmin prospektlə hərəkət etməyə başlamışdır. O, avtomobili idarə edərkən qardaşı Zərərçəkmiş şəxs2 avtomobildə onun sağ tərəfində qabaq tərəfdə sərnişin üçün nəzərdə tutulmuş yerdə oturmuşdur.Şahid1 isə idarə etdiyi avtomobilin arxa sağ tərəfində əyləşmişdir. Balakən şəhəri Heydər Əliyev prospekti ilə saatda 50-60 km sürətlə hərəkətdə olarkən həmin prospektdə olan Balakən çay körpüsünü keçib dairəvi yola çatdıqda, onun hərəkətdə olduğu Heydər Əliyev prospektinə sağdan birləşən 28 may küçəsindən Vaz 2101 markalı **-BB-*** nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 qəfil onun hərəkətdə olduğu Heydər Əliyev prospektinə doğru hərəkət edərək qarşısına çıxmışdır. Yəni sürücü Zərərçəkmiş şəxs1 gözləmədən ikinci dərəcəli yoldan onun hərəkətdə olduğu baş yola tərəf hərəkət edərək qarşısına çıxmışdır. Zərərçəkmiş şəxs1 idarə etdiyi Vaz 2101 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşısına çıxdıqda o, idarə etdiyi avtomobili qaçırtmağa çalışmış, lakin həmin avtomobil ilə idarə etdiyi avtomobil arasında məsafə 2-3 metr qaldığından avtomobilini saxlaya bilməmiş və Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobillə onun idarə etdiyi avtomobil toqquşmuşdur. Zərərçəkmiş şəxs1 idarə etdiyi Vaz- 2101 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşısına qəfildən çıxdığı üçün əyləcdən-tormozdan istifadə edə bilməmişdir, qəzanın baş verməsinin qarşısına ala bilməmişdir. Həmin zaman da o və qardaşı Zərərçəkmiş şəxs2 baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət almışdır. Həmçinin baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs1 da xəsarət almışdır. Şahid1 isə heç bir xəsarət almamışdır. Yol nəqliyyat hadisəsi baş verdikdən sonra onlar təcili tibbi yardım avtomobili çağırmışlar. Təcili tibbi yardım avtomobili gəldikdə digər avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 təcili tibbi yardım maşını ilə xəstəxanaya yola salmışlar. Onu və qardaşı Zərərçəkmiş şəxs2 qohumları Balakən şəhər sakini X10 Rayon xəstəxanasına aparmışdır. Onun bu hadisədə təqsiri yoxdur. Ona bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Balakən rayonu Hənifə kəndində ailə üzvləri ilə birlikdə yaşayır,hazırda 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Onun istifadəsində Vaz - 2101 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur və həmin avtomobili etibarnamə ilə idarə etmişdir. Həmin avtomobili Balakən rayon Katex kənd sakini X13 1700 manat məbləğində pul verməklə almışdır. 01 noyabr 2021-ci il tarixdə o, tanışları Şahid2, Şahid3 və Şahid4 ilə birlikdə Balakən şəhəri 28 may küçəsində yerləşən “İdman kompleksinin” yaxınlığında fəhlə işləməyə getmişlər. Həmin gün işlərini qurtardıqdan sonra saat 17 radələrində o, Şahid2, Şahid4 və Şahid3 işləri bitdikdən sonra onun idarə etdiyi VAZ- 2101 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək Balakən şəhərinin mərkəzi istiqamətinə gəlmək üçün yola düşmüşlər. Onun idarə etdiyi Vaz- 2101 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobildə ön sağ oturacaqda Şahid4 oturmuşdur. Arxa oturacaqda sağ tərəfdə Şahid2, sol tərəfdə isə Şahid3 oturmuşdur. O, idarə etidiyi Vaz-2101 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Balakən şəhərində yerləşən “Konserv dairəsi” kimi adlanan yerə, yəni Balakən şəhəri 28 may küçəsi ilə Heydər Əliyev prospektinin kəsişdiyi yerə çatmış, sonra yolu qarşı tərəfə keçmək üçün avtomobilin sürətini azaltmış və dayanmışdır. Daha sonra isə avtomobili hərəkətə gətirmiş və qarşı yola keçmək üçün Heydər Əliyev prospektinə daxil olmuşdur. Onun idarə etdiyi avtomobillə hərəkətdə olaraq ikinci dərəcəli yoldan, yəni 28 may küçəsindən baş yola, X33 prospektinə daxil olub təxminən 07 metr məsafə qət etmişdir ki, digər tərəfdən gələn, yəni Balakən şəhəri Heydər Əliyev prospekti ilə hərəkət edərək Balakən şəhərindən Balakən rayon Mahamalar kəndinin Qazbinə yaşayış məntəqəsinə doğru hərəkətdə olan, sonradan adını bildiyi Balakən rayon Talalar kənd sakini X8 idarə etdiyi Vaz-2101 markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi Vaz 2101 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur.Yol-nəqliyyat hadisəsi baş verdikdə o, xəsarət almışdır.Yol-nəqliyyat hadisəsi baş verdikdən sonra onun avtomobilində olan Şahid2, Şahid3 və Şahid4 ona avtomobildən düşmək üçün köməklik etmişlər.Sonra ətrafdan kimsə təcili tibbi yardım çağırmış, təcili tibbi yardım maşını gəldikdən sonra onu tibbi yardım göstərilməsi üçün Balakən rayon mərkəzi xəstəxanasına aparmışlar. Yolnəqliyyat hadisəsi baş verdikdə, digər avtomobilin sürücüsü X12 və avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2 xəsarət almışdır. Onun avtomobilində olan sərnişinlər Şahid3, Şahid4 və Şahid2 isə heç bir xəsarət almamışlar. Yol-nəqliyyat hadisəsi baş verərkən saat 17 radələri olmuşdur.Həmçinin yol-nəqliyyat hadisəsi baş verdiyi zaman hava işıqlı olmuşdur. Onun sürücülük vəsiqəsi yoxdur. Avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmişdir. O, idarə etdiyi avtomobillə ikinci dərəcəli yoldan baş yola doğru hərəkət etdiyi zaman avtomobilində təxminən 5-10 km sürət olmuşdur. O, idarə etdiyi avtomobillə ikinci dərəcəli yoldan baş yola yəni Balakən şəhəri 28 may küçəsindən Heydər Əliyev prospektinə doğru hərəkət edərkən təxminən 7 metr məsafə qət etdikdən sonra toqquşma baş vermişdir. Onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur.Ona cəza verilməməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Balakən rayonu Hənifə kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir və fərdi əməklə məşğuldur, yəni xurma meyvəsi soyulması, qurudulması ilə əlaqədar olan fəhləlik işləri görür. Balakən rayon Talalar kənd sakini X12 onun qardaşıdır. X27 xurma alqı-satqısı, xurmanın soyulması və qurudulması ilə məşğul olur. İş olduqda qardaşı Əhməd fəhləlik işləri görmək üçün onu çağırır. X22 istifadəsində Vaz 2101 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili var.Həmin avtomobili X27 idarə edir. xx.xx.2021-ci il tarixdə o,X23 birlikdə olmuşdur. X23 birlikdə olduqları zaman Əhməd ona xurma asmaq üçün iş olduğunu bildirmişdir. Əhməd həmçinin işləmək üçün əlavə adam da lazım olduğunu demişdir. O da tanışı Balakən şəhər sakini Şahid1 zəng etmiş və xurma asılması ilə bağlı iş olduğunu bildirmişdir. Şahid1 da ona vaxtı olduğunu və gedə biləcəyini demişdir. Daha sonra isə o, Əhmədin idarə etdiyi Vaz 2101 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Əhmədlə birlikdə Balakən şəhərində olan Balakən Bazarının arxasından Zübairin yaşadığı evdən, Zübahiri götürmüşlər.O,Əhməd və Zübahir birlikdə Balakən rayon Mahamalar kəndinin Qazbinə yaşayış məntəqəsinə xurma asılması üçün fəhləlik işini görmək üçün getməli olmuşdurlar. Həmin vaxt X27 avtomobili idarə etmişdir.Əhməd idarə etdiyi avtomobillə hərəkət edərək Balakən şəhəri Heydər Əliyev prospektinə çıxmışdır.Əhməd idarə etdiyi avtomobillə Balakən şəhəri Heydər Əliyev prospektindən magistral yolla hərəkət edərək Qazbinə yaşayış məntəqəsi istiqamətinə hərəkətdə olarkən həmin asfalt yolun sağ tərəfində olan 28 may küçəsindən Heydər Əliyev prospekti ilə 28 may küçəsinin kəsişdiyi yerdən qəfildən yolun sağ tərəfindən Vaz 2101 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Balakən rayon Hənifə kənd sakini sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobillə ikinci dərəcəli yoldan, yəni 28 may küçəsindən baş yola yəni X22 idarə etdiyi avtomobil ilə hərəkətdə olduğu Heydər Əliyev prospektinə daxil olmuşdur. X33 prospektinə doğru hərəkət etmişdir. Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobil qəfildən X22 idarə etdiyi avtomobilin qarşısına çıxdığı üçün X22 idarə etdiyi avtomobil ilə toqquşmuşdur. Həmin vaxt o, qabaq oturacaqda sağ tərəfdə sərnişin üçün nəzərdə tutulmuş yerdə oturmuşdur. Şahid1 isə X22 idarə etdiyi avtomobilin arxa oturacağının sağ tərəfində oturmuşdur. X2 idarə etdiyi Vaz 2101 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs1 idarə etdiyi Vaz 2101 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillər toqquşduqda o, sağ qolunda bərk ağrı hiss etmişdir. Həmçinin avtomobili idarə edən X27 də xəsarət almışdır. Arxada oturan sərnişin Şahid1 isə heç bir xəsarət almamışdır. Həmin vaxt Vaz 2101 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 da xəsarət aldığını görmüşdür. Sonra isə təcili tibbi yardım avtomobili gəlmiş və Zərərçəkmiş şəxs1 Təcili Tibbi yardım avtomobili ilə Balakən rayon mərkəzi xəstəxanasına aparmışlar.O,qardaşı Əhməd və Zübahir isə tanışları olan hadisə zamanı hadisə yerinə gələn Balakən şəhər sakini X17 idarə etdiyi avtomobilə minərək Balakən rayon mərkəzi xəstəxanasına getmişlər. Ona xəstəxanada bütün tibbi yardımlar göstərilmişdir. Təqsirləndirilən şəxs Əhməd Qərzəliyevdən şikayəti və tələbi yoxdur. Qardaşının günahı olmadığından ona bəraət verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. 01 noyabr 2021-ci il tarixdə tanışı, Balakən rayon Hənifə kənd sakini Zərərçəkmiş şəxs2 ona zəng vuraraq xurma asılması işinin olduğunu bildirmiş və işləməyə getmək üçün vaxtı olub-olmadığını soruşmuş, o da Sərxanla razılaşaraq işləmək üçün vaxtı olduğunu və işləməyə getmək istədiyini demişdir. Həmçinin o, Zərərçəkmiş şəxs2 Balakən şəhərində yaşadığı evdə olduğunu bildirmişdir. Bir müddət sonra Sərxan onun Balakən şəhəri Nəsimi küçəsində yaşadığı evin qarşısına gəlmişdir. Sərxan onu evdən götürmək üçün qardaşı Əhmədlə gəlmişdir. Həmçinin Sərxan və qardaşı Əhməd Vaz- 2101 markalı avtomobillə gəlmişlər. Həmin vaxt avtomobili Sərxanın qardaşı Əhməd idarə etmişdir.Sərxan isə qabaq sərnişin oturmaq üçün nəzərdə tutulmuş oturacaqda oturmuşdur. O da Əhmədin idarə etdiyi Vaz- 2101 markalı avtomobilin arxa oturacağında sağ tərəfdə sərnişin üçün nəzərdə tutulmuş yerdə oturmuşdur. O, Əhməd və Sərxan birlikdə Balakən rayon Mahamalar kəndinin Qazbinə yaşayış məntəqəsinə xurma asılması üçün fəhləlik işini görmək üçün getməli olmuşdurlar. Əhməd idarə etdiyi avtomobillə hərəkət edərək Balakən şəhəri Heydər Əliyev prospektinə çıxmışdır. Əhməd idarə etdiyi avtomobillə Balakən şəhəri Heydər Əliyev prospektindən magistral yolla hərəkət edərək Qazbinə yaşayış məntəqəsi istiqamətinə hərəkətdə olarkən həmin asfalt yolun sağ tərəfində olan 28 may küçəsindən Heydər Əliyev prospekti ilə 28 may küçəsinin kəsişdiyi yerdən, dairəvi yolun qarşısında qəfildən yolun sağ tərəfindən Vaz- 2101 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Balakən rayon Hənifə kənd sakini sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobillə ikinci dərəcəli yoldan, yəni 28 may küçəsindən baş yola yəni Əhməd Qərəzliyevin idarə etdiyi avtomobil ilə hərəkətdə olduğu Heydər Əliyev prospektinə daxil olmuş, X33 prospektinə doğru hərəkət etmişdir. Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobil qəfildən Əhməd Qərzəliyevin idarə etdiyi avtomobilin qarşısına çıxdığı üçün Əhməd Qərzəliyevin idarə etdiyi avtomobil ilə toqquşmuşdur. X8 idarə etdiyi Vaz 2101 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs1 idarə etdiyi Vaz 2101 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillər toqquşduqda Zərərçəkmiş şəxs2 və Əhməd Qərzəliyev xəsarət almışlar. O isə heç bir xəsarət almamışdır.Həmin vaxt Vaz- 2101 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1da xəsarət aldığını görmüşdür. Sonra isə təcili tibbi yardım avtomobili gəlmiş və Zərərçəkmiş şəxs1 Təcili Tibbi yardım avtomobili ilə Balakən rayon mərkəzi xəstəxanasına aparmışlar. O, Əhməd və Sərxan isə Əhməd və Sərxanın tanışı, hadisə zamanı hadisə yerinə gələn Balakən şəhər sakini X17 idarə etdiyi avtomobilə minərək Balakən rayon mərkəzi xəstəxanasına getmişlər. O, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı heç bir xəsarət almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, hazırda Balakən rayonu Talalar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 01 noyabr 2021-ci il tarixdə o, tanışları Balakən rayon Hənifə kənd sakini Zərərçəkmiş şəxs1, Şahid2, Şahid3 ilə birlikdə Balakən şəhəri 28 may küçəsində yerləşən “İdman kompleksinin” yaxınlığında fəhlə işləməyə getmişlər. Həmin gün işlərini qurtardıqdan sonra saat 17 radələrində onlar dördü, yəni o, Şahid2, Zərərçəkmiş şəxs1 və Şahid3 iş bitdikdən sonra Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ 2101 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək Balakən şəhərinin mərkəzi istiqamətinə gəlmək üçün yola düşmüşlər. Kamranın idarə etdiyi avtomobildə ön sağ oturacaqda o, oturmuşdur. Arxa oturacaqda sağ tərəfdə Şahid2, sol tərəfdə isə Şahid3 oturmuşdur. Onlar Kamranın idarə etdiyi avtomobil ilə Balakən şəhərində yerləşən “Konserv dairəsi” kimi adlanan yerə, yəni Balakən şəhəri 28 may küçəsi ilə Heydər Əliyev prospektinin kəsişdiyi yerə çatdıqlarında Kamran yolu qarşı tərəfə keçmək üçün avtomobilin sürətini azaltmış və dayanmışdır. Sonra isə Kamran maşını hərəkətə gətirmiş və qarşı yola keçmək üçün Heydər Əliyev prospektinə daxil olmuşdur. Kamranın idarə etdiyi avtomaşın hərəkətdə olaraq ikinci dərəcəli yoldan, yəni 28 may küçəsindən baş yola, X33 prospektinə daxil olub təxminən 07 metr məsafə qət etmişdir ki, digər tərəfdən gələn, yəni Balakən şəhəri Heydər Əliyev prospekti ilə hərəkət edərək Balakən şəhərindən Balakən rayon Mahamalar kəndinin Qazbinə yaşayış məntəqəsinə doğru hərəkətdə olan, sonradan adını bildiyi Balakən rayon Talalar kənd sakini X8 idarə etdiyi Vaz- 2101 markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil onların içərisində olduqları Zərərçəkmiş şəxs1 idarə etdiyi Vaz 2101 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi baş verdikdən sonra o, özü avtomobildən düşmüşdür. Avtomobildən düşdükdən sonra sürücü olan Zərərçəkmiş şəxs1 avtomobildən çıxması üçün köməklik etmişlər. Daha sonra ətrafdan kimsə təcili tibbi yardım çağırmış, təcili tibbi yardım maşını gəldikdən sonra Kamranı xəstəxanaya aparmışlar. Bundan sonra onlar avtomobildə olan sərnişinlər Kamranın arxasınca xəstəxanaya getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid4 ifadəsində göstərdiklərini təsdiq edərək onun ifadəsinin məzmununa uyğun ifadələr vermişlər Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Balakən rayon Talalar kənd sakini X12 və Zərərçəkmiş şəxs2 qohumlarıdır. Zərərçəkmiş şəxs2lə və Əhməd Qərzəliyevlə heç bir düşmənçiliyi və ədavəti yoxdur. 01 noyabr 2022-ci il tarixdə Əhməd Qərzəliyev onun mobil telefonuna zəng edərək Balakən şəhəri H.Əliyev prospektində “Konserv” dairəsi adlanan yerdə idarə etdiyi avtomobillə qəzaya düşdüyünü bildirmişdir. X25 telefonda ona Balakən şəhəri H.Əliyev prospektində yerləşən Konserv dairəsi adlanan yerə gəlməsini demişdir. O, da Balakən şəhəri H.Əliyev prospektinə getmişdir. Hadisə yerinə getmiş və hadisə yerinə çatdıqda Əhməd Qərzəliyevin idarə etdiyi Vaz- 2101 markalı avtomobillə Balakən şəhəri H.Əliyev prospektində qəzaya düşdüyünü görmüşdür. Əhməd Qərzəliyevin idarə etdiyi Vaz-2101 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə əvvəllər tanımadığı, sonradan adını bildiyi Balakən rayon Hənifə kənd sakini Zərərçəkmiş şəxs1 idarə etdiyi Vaz- 2101 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. O, hadisə yerinə çatdıqda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Əhməd Qərzəliyev və Zərərçəkmiş şəxs2 xəsarət aldıqlarını görmüşdür. Əhməd Qərzəliyevin avtomobilində olan sərnişin Zübahir adlı şəxs isə xəsarət almamışdır. Lakin o, hadisə yerinə çatdıqda Vaz -2101 markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisə yerində olmadığını görmüşdür. Sonradan isə ona məlum olmuş ki, xəsarət aldığı üçün Zərərçəkmiş şəxs1 təcili tibbi yardım avtomobili ilə Balakən rayon mərkəzi xəstəxanasına aparılmışdır. Daha sonra isə o, idarə etdiyi BMV markalı avtomobillə Zərərçəkmiş şəxs2, Əhməd Qərzəliyevi və Zübahir adlı şəxsi Balakən rayon mərkəzi xəstəxanasına aparmışdır. X18 və Zərərçəkmiş şəxs2a tibbi yardım göstərilmişdir. Zübahir adlı şəxs isə xəsarət almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, hazırda Balakən rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı vəzifəsində xidmət edir.01 noyabr 2021-ci ildə Balakən şəhəri Heydər Əliyev prospektində Balakən rayon Talalar kənd sakini X8 idarə etdiyi Vaz- 2101 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin və Balakən rayon Hənifə kənd sakini Zərərçəkmiş şəxs1 idarə etdiyi Vaz 21011 markalı **- BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində baş vermiş yolnəqliyyat hadisəsi yerinə tərəfindən baxış keçirilmiş, müvafiq protokol tərtib edilmiş, həmçinin tərtib edilmiş protokola əlavə olaraq tərəfindən müvafiq sxem tərtib edilmişdir. Həmçinin də hadisə yerində Balakən rayon polis şöbəsinin DYPB-nin YPX-nin inspektoru Şahid6, dəvət edilmiş hal şahidləri Şahid7 və Şahid8 iştirak etmişdir. Hadisə yerinin fotoşəkilləri çəkilmiş, qeyd edilən avtomobillərin toqquşmadan əvvəl hərəkəti şəhər təhlükəsiz kamerasından əldə edilərək toplanmış materiala əlavə edilmişdir. Hadisə yerinə baxış keçirilərkən qeyd edilən yol-nəqliyyat hadisəsi 01 noyabr 2022-ci il tarixdə Balakən şəhəri Heydər Əliyev prospektində, yaşayış məntəqəsi ərazisində magistral yolda dairənin qarşısında baş verdiyi müəyyən edilmişdir. Hadisə yerində yol asfalt örtüklü olmaqla hamar və quru olmuşdur. Hadisənin baş verdiyi Heydər Əliyev prospektində olan asfalt örtüklü yolun ümumi eni 11 mert olmaqla yol ikitərəfli olmuşdur. Asfalt örtüklü yolun üzərində hərəkəti nizamlayan qırıq-qırıq xətt olmuşdur.Toqquşma yerindən dairəyə olan məsafə 4,8 metr, toqquşma yerində yolun sağ ehtiyat hissəsinə doğru sağ tərəf səkiyə olan məsafə 8,6 metr, toqquşmanın baş verdiyi yerdən avtomobillərin toqquşmadan sonra dayandıqları yerə olan məsafə isə 30,8 metr olmuşdur. Həmçinin baxış zamanı müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi baş verməmişdən əvvəl Vaz- 2101 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobillə Balakən şəhəri 28 küçəsindən, yəni ikinci dərəcəli yoldan baş yola, X33 prospektinə daxil olmuş, həmin vaxt Vaz- 2101 markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X12 isə idarə etdiyi avtomobillə baş yolda, yəni Balakən şəhəri Heydər Əliyev prospektinin başlanğıcından sonuna doğru, yəni Balakən rayon Mahamalar kəndinin Qazbinə yaşayış məntəqəsi istiqamətinə hərəkət etmiş və Zərərçəkmiş şəxs1 28 may küçəsindən Heydər Əliyev prospektinə daxil olduğu zaman həmin yolda hərəkətdə olan X8 idarə etdiyi avtomobillə toqquşma baş vermişdir.Həmçinin hadisədən əvvəl hər iki nəqliyyat vasitəsi saz vəziyyətdə olmuşdur. Hadisə yerində tərəfindən baxış protokolu və sxem tərtib edilmiş, tərtib edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında protokol və sxem iştirakçılar tərəfindən imzalanmışdır. O, hadisə yerinə gəldikdə sürücülər Əhməd Qərzəliyev və Zərərçəkmiş şəxs1 hadisə yerində olmamışlar. Hər iki avtomobilin sürücüsü və Əhməd Qərzəliyevin avtomobilində olan sərnişin Zərərçəkmiş şəxs2 xəsarət alaraq tibbi yardım göstərilməsi üçün Balakən rayon mərkəzi xəstəxanasına aparılmışlar. Hadisə nəticəsində X12, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almışlar. Bundan başqa hər iki avtomobildə olan sərnişinlər də müayinə üçün Balakən rayon mərkəzi xəstəxasına getmişlər. O, hadisə yerinə baxış keçirdikdən sonra Balakən rayon mərkəzi xəstəxanasına getmiş, Balakən rayon mərkəzi xəstəxanasına getdikdə orada Əhməd Qərzəliyevin, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xəsarət aldıqlarını görmüşdür. Həmçinin hər iki sürücü Zərərçəkmiş şəxs1 və Əhməd Qərzəliyevin sərxoş olub-olmamadığını müəyyən edilməsi üçün həkim müayinəsindən keçirilmişdir. Buna görə də sürücülərin hadisə yerinə baxış zamanı iştirakını təmin etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Balakən rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin yol patrul xidmətinin inspektoru vəzifəsində xidmət edir. 01 noyabr 2021-ci ildə Balakən şəhəri Heydər Əliyev prospektində Balakən rayon Talalar kənd sakini X8 idarə etdiyi Vaz-2101 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin və Balakən rayon Hənifə kənd sakini Zərərçəkmiş şəxs1 idarə etdiyi Vaz- 21011 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi yerinə təhqiqatçı Şahid5 tərəfindən baxış keçirilmiş, müvafiq protokol tərtib edilmiş, həmçinin tərtib edilmiş protokola əlavə olaraq müvafiq sxem tərtib edilmişdir. O, həmin hadisə yerinə baxış keçirilərkən hadisə yerində iştirak etmişdir. Hadisə yerinə dəvət edilmiş hal şahidləri Şahid7 və Şahid8 iştirak etmişdir. Hadisə yerinin fotoşəkilləri çəkilmiş, qeyd edilən avtomobillərin toqquşmadan əvvəl olan hərəkət istiqaməti təhlükəsiz şəhər kamerasından əldə edilmişdir. Hadisə yerinə baxış zamanı təhqiqatçı tərəfindən aşkar edilmişdir ki, qeyd edilən yol-nəqliyyat hadisəsi 01 noyabr 2022-ci il tarixdə Balakən şəhəri Heydər Əliyev prospektində, yaşayış məntəqəsi ərazisində magistral yolda dairənin qarşısında baş vermiş, hadisə yerində yol asfalt örtüklü olmaqla hamar və quru olmuşdur. Hadisənin baş verdiyi Heydər Əliyev prospektində olan asfalt örtüklü yolun ümumi eni 11 mert olmaqla yol ikitərəfli olmuşdur. Asfalt örtüklü yolun üzərində hərəkəti nizamlayan qırıq-qırıq xətt var. Toqquşma yerindən dairəyə olan məsafə 4,8 metr, toqquşma yerində yolun sağ ehtiyat hissəsinə doğru, sağ tərəf səkiyə olan məsafə 8,6 metr, toqquşmanın baş verdiyi yerdən avtomobillərin toqquşmadan sonra dayandıqları yerə olan məsafə isə 30,8 metr olmuşdur. Həmçinin baxış zamanı müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi baş verməmişdən əvvəl Vaz-2101 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobillə Balakən şəhəri 28 küçəsindən yəni ikinci dərəcəli yoldan baş yola, X33 prospektinə daxil olmuş, həmin vaxt Vaz- 2101 markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X12 isə idarə etdiyi avtomobillə baş yolda yəni Balakən şəhəri Heydər Əliyev prospektinin başlanğıcından sonuna doğru, yəni Balakən rayon Mahamalar kəndinin Qazbinə yaşayış məntəqəsi istiqamətinə hərəkət etmiş və Zərərçəkmiş şəxs1 28 may küçəsindən Heydər Əliyev prospektinə daxil olduğu zaman həmin yolda hərəkətdə olan X8 idarə etdiyi avtomobillə toqquşma baş vermişdir. Həmçinin hadisədən əvvəl hər iki nəqliyyat vasitəsi saz vəziyyətdə olmuşdur. Hadisə yerində təhqiqatçı Şahid5 tərəfindən baxış protokolu və sxem tərtib edilmiş, tərtib edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında protokol və sxem iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilən Şahid8 ifadəsində göstərdi ki, 01 noyabr 2021-ci il tarixdə saat 17 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, yəni sürücülük vəsiqəsi olmadan idarə etdiyi VAZ 2101 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən şəhəri H.Əliyev prospekti ilə Balakən rayonu Mahamalar kəndinin Qazbinə yaşayış məntəqəsi istiqamətinə gedərkən yol nəqliyyat hadisəsinin baş verdiyini görmüş və o da hadisə olan yerə baxmışdır. Həmin vaxt yol polisi əməkdaşı ona bir neçə sənədə imza etdirmişdir. Ona təqdim edilmiş hadisə yerinə baxış protokolundakı ona aid imzaları o imzalamışdır, hadisə sxemində olan ona aid imzaları o imzalamamışdır. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilən Şahid7 ifadəsində göstərdi ki, 01 noyabr 2021-ci il tarixdə saat 17 radələrində Balakən şəhəri H.Əliyev prospekti ilə Balakən rayonu Mahamalar kəndinin Qazbinə yaşayış məntəqəsi istiqamətinə gedərkən yol nəqliyyat hadisəsinin baş verdiyini görmüş və o, da hadisə olan yerə baxmışdır. Həmin vaxt yol polisi əməkdaşı ona bir neçə sənədə imza etdirmişdir. Ona təqdim edilmiş hadisə yerinə baxış protokolundakı ona aid imzaları və hadisə sxemində olan ona aid imzaları o imzalamamışdır. İşin 1-ci cild 20-31-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 01 noyabr 2022-ci il tarixdə saat 19:50 dəqiqədən saat 20:35 dəqiqəyədək olan müddət ərzində tərtib edilmiş “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokolda göstərilmişdir ki, qeyd edilən yol-nəqliyyat hadisəsi 01 noyabr 2022-ci il tarixdə Balakən şəhəri Heydər Əliyev prospektində, yaşayış məntəqəsi ərazisində magistral yolda dairənin qarşısında baş vermişdir. Hadisə yerində yol asfalt örtüklü olmaqla hamar və quru olmuşdur.Hadisənin baş verdiyi Heydər Əliyev prospektində olan asfalt örtüklü yolun ümumi eni 11 mertdir.Yol ikitərəflidir.Asfalt ötüklü yolun üzərində hərəkəti nizamlayan qırıqqırıq xətt vardır.Toqquşma yerində dairəyə olan məsafə 4,8 metrdir.Toqquşma yerində yolun sağ ehtiyat hissəsinə doğru, sağ tərəf səkiyə olan məsafə isə 8,6 metrdir.Toqquşmanın baş verdiyi yerdən avtomobillərin toqquşmadan sonra dayandıqları yerə olan məsafə isə 30,8 metrdir.Həmçinin baxış zamanı müəyyən edilmişdir ki, yolnəqliyyat hadisəsi baş verməmişdən əvvəl Vaz -2101 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobillə Balakən şəhəri 28 küçəsindən yəni ikinci dərəcəli yoldan baş yola, X33 prospektinə daxil olmuş, həmin vaxt Vaz 2101 markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X12 isə idarə etdiyi avtomobillə baş yolda, yəni Balakən şəhəri Heydər Əliyev prospektinin başlanğıcından sonuna doğru, yəni Balakən rayon Mahamalar kəndinin Qazbinə yaşayış məntəqəsi istiqamətinə hərəkət etmiş və Zərərçəkmiş şəxs1 28 may küçəsindən Heydər Əliyev prospektinə daxil olduğu zaman həmin yolda hərəkətdə olan X8 idarə etdiyi avtomobillə toqquşma baş vermişdir.Həmçinin hadisədən əvvəl hər iki nəqliyyat vasitəsi saz vəziyyətdə olmuşdur. Hadisə yerinin sxemi tərtib edilərək protokola əlavə edilmişdir. İşin 1-ci cild 44-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 01 noyabr 2021-ci il tarixli 403 nömrəli aktdan görünür ki, sürücü Zərərçəkmiş şəxs1 sərxoşluq müayinəsindən keçirilmiş və onun hadisə zamanı ayıq olduğu müəyyən edilmişdir. İşin 1-ci cild 45-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 01 noyabr 2021-ci il tarixli 405 nömrəli aktdan görünür ki, sürücü X3 müayinəsindən keçirilmiş və onun hadisə zamanı ayıq olduğu müəyyən edilmişdir. İşin 1-ci cild 61-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 12 noyabr 2021-ci il tarixli 358 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 müəyyən edilmiş xəsarətlər aşağıdakılardır: Sağ sirkə kasasının dibinin yerini dəyişməyən sınığı, soldan oturaq sümüyünün ikili və qasıq sümüklərinin qəlpəli yerdəyişən sınıqları, başının sol gicgahında sıyrıq, sol dirsəkdə yaralar-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qəranın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci ildə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcəsinə görə onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilirlər. İşin 1-ci cild 65-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 12 noyabr 2021-ci il tarixli 360 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 müəyyən edilmiş xəsarətlər aşağıdakılardır: Sağ bazu sümüyünün aşağı 1/3-nin qapalı-qəlpəli yerdəyişən sınığı-bərk küt əşyanın təsirindən törənmişdir, qəranın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci ildə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. İşin 1-ci cild 63-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 12 noyabr 2021-ci il tarixli 361 nömrəli rəyindən görünür ki, vətəndaş X9 aşkar edilmiş xəsarətlər aşağıdakılardır: Sağ mil sümüyünün aşağı ucunun yerdəyişməyən qapalı sınığı- bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci ildə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AGİR zərər vurmaya aid edilir. İşin 1-ci cild 81-85-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 24 yanvar 2022-ci il tarixli 8/3258 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən; 1.2.VAZ-21011 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 "Yol verin üstünlük yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Uzunov avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. 3.4. VAZ-21011 markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Qərzəliyev avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İşin 1-ci cild 76-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Daxili İşlər Nazirliyinin BDYPİ-nin Şəki Regional Qİ və TB şöbəsindən alınmış 09 dekabr 2021-ci il tarixli 300-272-1221 saylı məktubdan görünür ki, X29 İmtahan və Texniki Baxış şöbəsində yaradılan mərkəzləşdirilmiş kompüter bazasına əsasən Zərərçəkmiş şəxs1 və X4 vəsiqəsi almamışdırlar. İşin 1-ci cild 111-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon 777 nömrəli Avtoservisdən Balakən rayon polis şöbəsinə daxil olmuş xx.xx.2022-cil tarixli aktda göstərilmişdir: X8 istifadəsində olan Vaz- 2101 markalı **- BL-*** dövlət nömrə nişanlı avtomobilə baxış zamanı müəyyən edilmişdir ki, həmin avtomobilə dəymiş zərər 1229 manat olmaqla yuxarıda göstərilən avtohissələrin avtomaşına yerləşdirilməsi və avtomaşının rənglənməsi 1350 manat olmaqla 2579 manat təşkil edir. İşin 1-ci cild 112-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon 777 nömrəli Avtoservisdən Balakən rayon polis şöbəsinə daxil olmuş xx.xx.2022-cil tarixli aktda göstərilmişdir: Zərərçəkmiş şəxs1 istifadəsində olan Vaz 2101 markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobilə baxış zamanı müəyyən edilmişdir ki, həmin avtomobilə dəymiş zərər 1591 manat olmaqla yuxarıda göstərilən avtohissələrin avtomaşına yerləşdirilməsi və avtomaşının rənglənməsi 800 manat olmaqla 2391 manat təşkil edir. İşin 1-ci cild 125-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, X12 əvvəllər məhkum olunmamışdır. İşin 1-ci cild 116-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB-nın Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 25 aprel 2022-ci il tarixli 159 nömrəli arayışdan görünür ki, X5 rayonu Talalar kəndində yaşayır. Himayəsində təqaüdçü anası, arvadı, 2004-cü il təvəllüdlü oğlu Eltac və 2007-ci il təvəllüdlü qızı Zəhra vardır. İşin 1-ci cild 118-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB-nın Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 25 aprel 2022-ci il tarixdə verilmiş 157 nömrəli xasiyyətnamədən görünür ki, X12 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İnzibati ərazi dairəsinə barəsində heç bir şikayət daxil olmadığı göstərilmişdir.. İşin 3-cü cild 127-128-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 mart 2023-cü il tarixli 4/252 nömrəli ekspert rəyindən görünür ki; 1.1 Ekspertizaya təqdim edilmiş ,1(019)-5/2023 saylı cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında Protokolun hər səhifəsinin aşağısında “hal-şahidləri” sözünün altında “2” rəqəminin qarşısındakı imza- Şahid8 tərəfindən icra olunmuşdur. 1.2 Ekspertizaya təqdim edilmiş,1(019)-5/2023 saylı cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokolun hər səhifəsinin aşağısında “Hal-şahidləri” sözünün altında “1” rəqəminin qarşısınlakı imza- Şahid7 tərəfindlən icra olunmuşdur. 2.1 Ekspertizaya təqdim edilmiş ,1(019)-5/2023 saylı cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoluna əlavə olunan Sxemin aşağısında “hal şahidləri” qrafasında olan “2)”rəqəminin qarşısındakı imza-Şahid8 tərəfindən yox,başqa şəxs (şəxslər ) tərəfindən icra olunmuşdur. 2.2 Ekspertizaya təqdim edilmiş ,1(019)-5/2023 saylı cinayət işinin materiallarında xx.xx.2021-ci il tarixli Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoluna əlavə olunan Sxemin aşağısında “hal şahidləri” qrafasında olan “2)” rəqəminin qarşısındakı imza-Şahid7 tərəfindən yox,başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 iyun 2023cü il tarixli 8/1543 nömrəli ekspert rəyində göstərilmişdir: 1.məhkəmə tərəfindən təqdim olunan məlumatlara əsasən, VAZ-21011 markalı , 08BB780 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma kimi qət etdiyi məsafəyə sərf olunan minimum vaxt 3,7-7,3 saniyədir və həmin vaxt ərzində VAZ-21011 markalı , 62BL968 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən olduğu minimum məsafə 61,7-121,7 metrdir. 2.3.Məhkəmə tərəfindən təqdim olunan məlumatlara əsasən, VAZ-21011 markalı, 62BL-968 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Ə.S.Qərzəliyev avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hşərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəmsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarına əlavə edilmiş Balakən RPŞ-in DYPB-in 04 iyul 2023-cü il tarixli arayışından görünür ki, Balakən RPŞ-in müvəqqəti saxlama duracağında saxlanılan VAZ- 21011 markalı, 62BL-968 dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə sahibi olan X11 qaytarılmışdır. Məhkəmə tərəfindən cinayət prosesi iştirakçılarının iştirakı ilə hadisə yerinə baxış keçirilərkən müəyyən edilmişdir ki, yol- nəqliyyat hadisəsi Balakən şəhəri Heydər Əliyev prospektindən Balakən rayon Mahamalar kəndinin Qazbinə yaşayış məntəqəsinə gedən asfalt örtüklü yolda, dairənin qarşısında baş vermişdir. Yol yaşayış məntəqəsindən keçən asfalt örtüklü mağistral yoldur. X6 idarə etdiyi Vaz -21011 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən şəhəri H.Əliyev prospekti ilə Balakən şəhər istiqamətindən Balakən rayon Mahamalar kəndinin Qazbinə yaşayış məntəqəsi istiqamətinə saatda 60 km/saat sürətlə hərəkətdə olarkən, həmin asfalt yolun sağ tərəfində olan , asfalt örtüklü yolda 28 may küçəsindən H.Əliyev prospekti ilə 28 may küçəsinin kəsişdiyi yerdən dairəyə doğru hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi **-BB-*** dövlət qeydiyyat nişanlı, Vaz 21011 markalı avtomobillə toqquşmuşdur. -Hadisə baş verən Balakən şəhəri H.Əliyev prospektində olan asfalt örtüklü yolun ümumi eni 11 metrdir. Yol ikitərəflidir. Asfalt örtüklü yolun üzərində hərəkəti nizamlayan qırıq- qırıq xətt vardır. Əhməd Qərzəliyevin hərəkəti istiqamətində həmin yoldan 28 may küçəsindən gələn avtomaşının dayanıb gözlədiyi yerin görünmə məsafəsi 76 metrdir. Toqquşma yerindən dairəyə olan məsafə 2.80 metrdir. Toqquşma yerində yolun sağ ehtiyat hissəsinə doğru, sağ tərəf səkiyə olan məsafə isə 8,20 metrdir. -Vaz 21011 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 hərəkətdə olduğu yol 4.3 və 2.1 yol nişanlarının təsiri altındadır. -Vaz 21011 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hərəkətdə olduğu yol 2.4 yol nişanının təsiri altındadır. Məhkəmə iş üzrə zərərçəkmiş şəxslərin və və şahidlərin ifadələrini, məhkəmə- tibbi ekspertizalarının rəylərini, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələrinə dair 09 iyun 2023-cü il tarixli 8/1543 nömrəli ekspert rəyini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. İstintaq orqanı tərəfindən hadisə yerinə baxış protokoluna əlavə edilmiş hadisə yerinin sxemində hal şahidlərinə aid imzalar onlar tərəfindən icra edilmədiyindən həmin sxemi və bu sənədlər əsasında keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 24 yanvar 2022-ci il tarixli 8/3258 nömrəli rəyini sübut kimi qəbul etmir. Hadisənin qarşısını almağa texniki imakanının olmaması, baş vermiş yol nəqliyyat hadisəsində təqsirinin olmaması barədə təqsirləndirilən şəxs Əhməd Qərzəliyevin məhkəmə iclasında göstərdiyi xüsusatlar iş üzrə digər sübutlarla təkzib olunduğundan məhkəmə onun bu ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmağa hesablanmış, özünü müdafiə məqsədi ilə verilmiş ifadə hesab edərək sübut kimi qəbul etmir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, təqsirləndirilən şəxs X12 yol hərəkəti qaydalarını nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmaya səbəb olan yol-nəqliyyat hadisəsi cinayət əməlini törətmişdir. Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda Cinayət Məcəlləsinin 263- 1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi yaranır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 3-cü bəndində göstərilir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263 və 263-1.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qərarın 4-cü bəndində isə göstərilir ki, CM-nin 263 və 263-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin tərkibi vardır, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Təqsirləndirilən şəxs X8 hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsi , zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şxsin ondan heç bir şikayət və tələbinin olmaması onun cəzasını yüngülləşdirən hallardır.Təqsirləndirilən şəxs X8 cəzasını ağırlaşdıran hallar yoxdur. Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxs X11 hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, əvvəllər yol hərəkəti qaydasını pozmağa görə məsuliyyətə cəlb olunmamasını, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaqla hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmçinin təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququndan müəyyən müddətə məhrum edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirlndirilən şəxs X11 təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzadan azad edilməsi, Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X12 ona təyin ediləcək cəzanı çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən X12 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. X12 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin şərtlərinə əməl etdiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 205 (iki yüz beş) manat X7 tutulub Az.MEM; VÖEN: **********; AZ34CTRE ********************,X16, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK STREAZ22 hesaba keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan, X8 idarə etdiyi Vaz 2101 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı zamanı X8 hüquqlarının müdafiəsinə 29 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X11 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 174 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X26 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-354, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1(bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1(bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. X12 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. X12 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlansın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 205 (iki yüz beş) manat təqsirləndirilən şəxs X7 tutulub Az.MEM; VÖEN: **********; AZ34CTRE ********************,X16, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK STREAZ22 hesaba keçirilsin. İş üzrə maddi sübut olan X8 idarə etdiyi Vaz- 2101 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınsın. Hökmün icrası təqsirləndirilən şəxs X8 yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs X11 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 174 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X26 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-5/2023
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-5/2023
04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver