Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-5/2024 06.02.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, müdafiəçilər-Balakən rayon Vəkil Bürosunun vəkilləri- Müdafiəçi5, Müdafiəçi2 və Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4 və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1,Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakı ilə xx xxxxxx 1974-cü il tarixdə Balakən rayon Mahamalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Balakən rayon Mahamalar kəndində qeydiyyatda olan və yaşayan və 28 yanvar 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 2342-ci maddələrilə xx xxxxxx 1989-cu il tarixdə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan və 22 yanvar 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrilə və xx xxxxxx 1966-cı il tarixdə Qırğızıstan Respublikasının Oş vilayəti Karasu rayonu Kizil-Kışlak kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 9ində yaşayan və 22 yanvar 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.1-ci maddəsilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyəti ilə narkotik vasitə əldə etmə, daşıma, saxlama və satma, eləcə də qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməllərini törətmişdir. Belə ki, o, 2022-ci ilin oktyabr ayının əvvəllərində günorta saatlarında Balakən rayonu Mahamalar kəndi ərazisində yerləşən meşə sahəsindəki kanalın içərisindən aşkar etdiyi 01 ədəd gövdəsindən kəsilmiş narkotik tərkibli çətənə (kannabis) bitkisinin üzərindən yararlı hissələrindən yığaraq qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 13,49 qramdan çox olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı üzərində daşıyaraq əvvəlcə yaşadığı evə aparıb gizlədərək saxlamış, daha sonra 2023-cü ilin yanvar ayının əvvəllərində həmin narkotik vasitə qurudulmuş marixuananı 02 ədəd kibrit qutusuna doldurub yaşadığı evin yaxınlığındakı küçədə daşın altında gizlədərək saxlamış, 20 yanvar 2023-cü il tarixdə saat 14 radələrində qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq həmin narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd kibrit qutusunda təmiz çəkisi 7,55 qramdan çox olan hissəsini 50 manat müqabilində ünvan 2 ünvanın yaxınlığında tanışı Təqsirləndirilən şəxs3 satmış, həmin narkotik vasitə qurudulmuş marixuananın geriyə qalan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,94 qram olan hissəsini isə qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq öz şəxsi istifadəsi məqsədi ilə əynindəki qəhvəyi rəngli gödəkçənin sağ yan cibində daşıyaraq üzərində saxlamışdır. 20 yanvar 2023-cü il tarixdə Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq tanışı Təqsirləndirilən şəxs3 satdığı 01 ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 7,55 qramdan çox olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın 0,31 qram olan hissəsi 01 ədəd göy-ağ rəngli kağız bükümdə 20 yanvar 2023-cü il tarixdə saat 18:30 dəqiqədən saat 19:05 dəqiqəyədək olan müddət ərzində üzərində aparılmış şəxsi axtarış zamanı Şahid2 əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən, həmin narkotik vasitə qurudulmuş marixuananın 6,48 qram olan hissəsi 01 ədəd kibrit qutusunda 20 yanvar 2023-cü il tarixdə saat 20:40 dəqiqədən saat 21:20 dəqiqəyədək olan müddət ərzində üzərində aparılmış şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən, həmin narkotik vasitə qurudulmuş marixuananın geriyə qalan, yəni 02 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,40 qram və 0,36 qram olmaqla, ümumi təmiz çəkiləri 0,76 qram olan hissəsi isə 20 yanvar 2023-cü il tarixdə saat 22:50 dəqiqədən saat 23:30 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs3 əynindəki göy rəngli cins gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüş, eləcə də Təqsirləndirilən şəxs1 qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib öz şəxsi istifadəsi məqsədi ilə üzərində daşıyaraq saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,94 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, yəni tərkiblərinə görə Şahid2, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərlərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuanalarla eynilik təşkil edən narkotik vasitə marixuana 26 yanvar 2023-cü il tarixdə saat 19:45 dəqiqədən saat 20:20 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs1 əynindəki qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyəti ilə narkotik vasitə əldə etmə, daşıma, saxlama və satma, eləcə də qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməllərini törətmişdir. Belə ki, o, 20 yanvar 2023-cü il tarixdə saat 14 radələrində Balakən rayonu Mahamalar kəndi ərazisində ünvan 9ində yaşayan tanışı Təqsirləndirilən şəxs3 vasitəsi ilə Balakən rayon Mahamalar kənd sakini Təqsirləndirilən şəxs1 onun yaşadığı ünvanın yaxınlığında 50 manat müqabilində qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz şəxsi istifadəsi məqsədi ilə alaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd kibrit qutusunda təmiz çəkisi 6,79 qramdan çox olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı üzərində daşıyıb saxlamış, həmin tarixdə əldə etdiyi 01 ədəd kibrit qutusundakı narkotik vasitə qurudulmuş marixuananın istintaqa məlum olmayan miqdarını istifadə etmiş, daha sonra niyyətini dəyişərək həmin tarixdə təxminən saat 16 radələrində qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq həmin narkotik vasitə qurudulmuş marixuananın 0,31 qram olan hissəsini 01 ədəd göy-ağ rəngli kağız bükümdə Balakən şəhəri ərazisində 5 manat müqabilində tanışı Şahid2 satmış, həmin narkotik vasitə qurudulmuş marixuananın geriyə qalan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd kibrit qutusunda təmiz çəkisi 6,48 qram olan hissəsini isə qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq öz şəxsi istifadəsi məqsədi ilə əynindəki göy rəngli cins şalvarın sağ yan cibində daşıyaraq üzərində saxlamışdır. 20 yanvar 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 16 radələrində qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq tanışı Şahid2 5 manat müqabilində satdığı 01 ədəd göy-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,31 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana həmin tarixdə saat 18:30 dəqiqədən saat 19:05 dəqiqəyədək olan müddət ərzində üzərində aparılmış şəxsi axtarış zamanı Şahid2 əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən, eləcə də Təqsirləndirilən şəxs2 qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz şəxsi istifadəsi məqsədi ilə əldə edib üzərində daşıyaraq saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd kibrit qutusunda təmiz çəkisi 6,48 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana həmin tarixdə saat 20:40 dəqiqədən saat 21:20 dəqiqəyədək olan müddət ərzində üzərində aparılmış şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 qəsdən, qanunsuz olaraq, satış məqsədi olmadan narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, 20 yanvar 2023-cü il tarixdə Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 öz istifadəsindən ötrü narkotik vasitə qurudulmuş marixuana əldə etmək üçün ona verdiyi 50 manat müqabilində həmin tarixdə saat 14 radələrində Balakən rayon Mahamalar kənd sakini Təqsirləndirilən şəxs1 onun Mahamalar kəndində yaşaşadığı ünvanın yaxınlığında qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq alıb əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd kibrit qutusunda təmiz çəkisi 7,55 qramdan çox olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs2 vermək məqsədi ilə daşıyıb üzərində saxlamış, daha sonra həmin 01 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananın üzərindən 02 ədəd gümüşü-ağ rəngli kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,40 qram və 0,36 qram olmaqla, ümumi təmiz çəkiləri 0,76 qram olan hissəsini götürüb öz şəxsi istifadəsi məqsədi ilə əynindəki göy rəngli cins gödəkçənin sağ yan cibində daşıyaraq üzərində saxlamış, daha sonra isə həmin 01 ədəd kibrit qutusunda qalan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 6,79 qramdan çox olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq üzərində daşıyıb saxlayaraq həmin tarixdə saat 14 radələrində Balakən rayonu Mahamalar kəndi ərazisində Təqsirləndirilən şəxs2 vermişdir. 20 yanvar 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs3 RPŞ-nə dəvət edilib şübhəli şəxs qismində tutularaq saat 22:50 dəqiqədən saat 23:30 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman onun Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 öz istifadəsindən ötrü narkotik vasitə qurudulmuş marixuana əldə etmək üçün ona verdiyi 50 manat pul müqabilində qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq Təqsirləndirilən şəxs1 alıb əldə edərək Təqsirləndirilən şəxs2 vermək məqsədi ilə üzərində daşıyıb saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd kibrit qutusunda təmiz çəkisi 7,55 qramdan çox olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın üzərindən qəsdən, qanunsuz olaraq, satış məqsədi olmadan öz şəxsi istifadəsi məqsədi ilə götürüb üzərində daşıyaraq saxladığı 02 ədəd gümüşü-ağ rəngli kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,40 qram və 0,36 qram olmaqla, ümumi təmiz çəkiləri 0,76 qram olan narkotik vasitə qurudulmuş marixuana onun əynindəki göy rəngli cins gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadə verməkdən imtina etdiyini, lakin ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, cinayət əməlləri törətməsini etiraf edib bu əməlləri törətməsindən səmimi peşmançılıq çəkdiyini bildirmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Evlidir, heç yerdə işləmir. Təxminən 10 ildir ki, narkotik vasitə marixuanadan istifadə edir. O, 2022-ci ilin oktyabr ayının əvvəllərində günorta saatlarında Balakən rayon Mahamalar kəndində yerləşən yaşadığı evdən çıxıb Balakən rayon Mahamalar kəndi ərazisində olan meşə sahəsinə odun yığmaq üçün getmişdir. Meşə sahəsində odun yığdığı zaman kanalın içərisində 1 ədəd gövdəsinin aşağı hissəsindən kəsilərək atılmış 1 ədəd qurumuş halda olan narkotik tərkibli çətənə bitkisinin olduğunu görmüşdür. Həmin kəsilmiş vəziyyətdə olan çətənə bitkisinə baxdığı zaman bitkinin üzərində yararlı yerlərinin olduğunu görmüşdür. O da narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyi üçün çətənə bitkisinin üzərindən yararlı hissələrini yığmış və cibinə doldurmuşdur. Narkotik tərkibli çətənə bitkisi quruduğu üçün üzərində olan yararlı yerləridə qurumuş halda olmuşdur. Buna görə də yığdığı çətənə bitkisinin yararlı hissələrini qurutmağa ehtiyac olmamışdır. Bundan sonra o, həmin narkotik vasitə qurudulmuş marixuananı evə gətirib gizlədib saxlamışdır. Bir hissəsini müxtəlif vaxtlarda çəkib istifadə etmişdir. 2023-cü ilin yanvar ayının əvvəllərində isə narkotik vasitə qurudulmuş marixuananın geri qalan hissəsini 2 ədəd kibrit qutusuna doldurub yaşadığı evin qarşısında yolda daşın altında gizlədib saxlamışdır ki, çəkib istifadə edər. Kibrit qutusunda saxladığı narkotik vasitə qurudulmuş marixuanadan iki dəfə müxtəlif vaxtlarda az miqdarda götürüb istifadə etmişdir. 20 yanvar 2022-ci il tarixdə səhər saatlarında daşın altında olan içərisindən istifadə etmədiyi kibrit qutusunu cibinə qoymuşdur ki, lazım olsa çəkib istifadə edər. 20 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 özünün istifadəsində olan mobil telefon nömrəsi ilə onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. O isə cavabında Həmidə Balakən rayon Mahamalar kəndində yaşadığı evdə olduğunu demişdir. Həmid onunla görüşmək istədiyini dedikdə o, Həmidə görüşə biləcəklərini və yaşadığı ünvana gəlməsini bildirmişdir. Bir müddətdən sonra Həmid yenidən onun mobil telefonuna zəng edərək yaşadığı kəndə gəldiyini və yolda olduğunu bildirmişdir. Daha sonra o, yaşadığı evdən küçəyə çıxmış, küçədə Həmidlə görüşmüşdür. Həmiddən nə üçün gəldiyini soruşmuş, bu zaman Həmid ona özünə narkotik vasitə marixuana lazım olduğunu və narkotik vasitə marixuana almaq istədiyini bildirmişdir. O da Həmidə əsəbləşmiş və Həmidi acılayaraq onda narkotik vasitə olmadığını və narkotik satmadığını demişdir. Daha sonra Həmid ondan uzaqlaşıb yolda olan avtomobilə minmişdir. Həmçinin Həmid ona Arzuman adlı tanışı ilə gəldiyini bildirmişdir. Lakin orada o, Arzumanla görüşməmişdir. Çünki Azruman idarə etdiyi avtomobillə kənarda dayanmışdır. O, Arzuman adlı şəxsin Təqsirləndirilən şəxs3 qohumu olduğunu bilir. Həmid getdikdən sonra o, Təqsirləndirilən şəxs3 zəng edərək Həmidin Azrumanla birlikdə onun yaşadığı ünvana gəldiyini, Həmidin ondan narkotik vasitə almaq istədiyini demişdir. X19 Həmiddən uzaq durmasını deməsini bildirmişdir. Həmidə heç bir işdə etibar etmədiyini demişdir. Daha sonra Muradla telefon danışığını bitirmişdir. Bir qədər sonra Murad yenidən onun mobil telefon nömrəsinə zəng edərək özü çəkib istifadə etmək üçün narkotik vasitə marixuana almaq istədiyini bildirmişdir. O da Murada narkotik vasitə satacağını demişdir. Murad ona Balakən rayon Mahamalar kəndinə onun yaşadığı ünvana gələcəyini bildirmişdir. Bir müddətdən sonra isə Murad onun mobil telefonuna zəng edərək onun yaşadığı ünvanın qarşısında olduğunu bildirmişdir. O da küçəyə çıxmış, Muradla küçədə görüşmüş və həmin zaman üzərində saxladığı bir kibrit qutusunda olan narkotik vasitə marixuananı 50 manat müqabilində Təqsirləndirilən şəxs3 satmışdır. Daha sonra Murad 50 manatı ona verib həmin bir ədəd kibrit qutusunda olan narkotik vasitə marixuananı götürüb oradan uzaqlaşmışdır. Lakin o, Muradın kimlə və nə ilə gəldiyini bilməmişdir. 20 yanvar 2022-ci il tarixdə təxminən saat 14 radələrində X12 rayon Mahamalar kəndində yaşadığı evin yaxınlığında bir ədəd kibrit qutusunda olan narkotik vasitə marixuananı 50 manat müqabilində satmışdır. 26 yanvar 2023-cü il tarixdə isə axşam saatlarında o, yaşadığı evin qarşısına çıxıb daşın altında gizlətdiyi 01 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı götürüb əynində olan qəhvəyi rəngli qış gödəkcəsinin sağ yan cibinə qoymuşdur. Daşın altında kibrit qutusunda gizlətdiyi narkotik vasitə qurudulmuş marixuananı üzərinə götürməkdə məqsədi çəkib istifadə etmək olmuşdur. Daha sonra kənd yolu ilə piyada hərəkət edərkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək Balakən RPŞ-nin əməkdaşları olduqlarını bildirmiş və üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyərək, onu Balakən RPŞ-yə dəvət etmişlər. O da etiraz etmədən polis əməkdaşları ilə razılaşaraq Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsinə gəldikdən sonra xidməti otaqların birində Təhqiqat Bölməsinin təhqiqatçısı Zaur Xəlilov tərəfindən ona Balakən rayon Vəkillər Bürosunun siyahısı təqdim edilmiş, daha sonra onun vəkillər siyahısından seçdiyi Müdafiəçi3 PŞ-nə dəvət olunmuş və bundan sonra o, şübhəli şəxs qismində tutulmuşdur. Müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Zaur Xəlilov tərəfindən ona hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində hər hansı qeyri-qanuni əşya olub-olmaması barədə sual verilmişdir. Bu zaman o, əynində olan qəhvəyi rəngli qış gödəkcəsinin sağ yan cibində saxladığı 1 ədəd kibrit qutusunda olan narkotik vasitəni çıxarıb təqdim etmişdir. Şəxsi axtarış zamanı onun üzərindən digər hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra onun təqdim etdiyi 01 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuana kibrit qutusu ilə birlikdə təhqiqatçı Zaur Xəlilov tərəfindən elektron tərəzidə ölçülmüş və ümumi çəkisi 8,40 qram təşkil etmişdir. Bundan sonra onun təqdim etdiyi 01 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuana təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Sonra şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış bir polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Məhkəmə-bioloji ekspertizasının 27 yanvar 2023-cü il tarixli 17/102 nömrəli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş 01 ədəd kibrit qutusundakı tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 5,94 qramdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci və 234.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, özünü narkotik istifadə etməklə təqsirli bilir. 20 yanvar 2023-cü il tarixdə Arzumana aid avtomobillə özünə məxsus qozu satmaq üçün bazara çıxarmışdır. Sonradan Arzumana narkotik almaq istədiyini bildirmişdir. Arzuman həmişə Muraddan narkotik alırdı. Arzuman Murada zəng vurdu, lakin Murad cavab vermədi. Sonra Arzuman onun qohumu olan Şahinin narkotik satdığını bildirmişdir. O, Şahinə zəng edib, onunla görüşmək istədiyini demiş, Şahin də razılığını bildirmişdir. Şahingilə getmiş, lakin Şahin narkotik satan olmadığını söyləmişdir. Sonra Arzuman yenidən Murada zəng etmiş, Murad həmin vaxt telefonu açmış və gəlmələrini və narkotik tapacağını bildirmişdir. Murad Şahindən narkotik götürmüş və üçü-Arzuman, o və Murad bir yerdə narkotik çəkmişlər. Sonra evə gəlmişdir. Şahid2 içkili vəziyyətdə gəlib ondan narkotik istəmiş və Arzumanın onda narkotik olduğunu dediyini bildirmişdir. O, Mətinə narkotik verməmişdir. Sonra ailəsini qaynatasıgilə yola salmaq üçün yola çıxmış, həmin vaxt polis əməkdaşları gəlib onu tutmuşlar. Onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində ona işgəncələr vermişlər. Sonra dedilər ki, imza et, onu buraxsınlar. İmza etmiş, lakin həmin gün onu buraxmamışlar. Onun gözü şişmişdi, ona görə buraxmadılar. Təqsirləndirilən şəxs1 onun qaynatasının qardaşıdır. O, Şahinin narkotik vasitə satdığını bilməmiş, Təqsirləndirilən şəxs1 ona narkotik satmamışdır. Narkotikin bir hissəsini bir yerdə istifadə etmiş, bir hissəsini də evə gətirib istifadə etmişdir. 23 yanvar 2023-cü il tarixdə onu polis şöbəsindən buraxmışlar. Sonra o, Bakıya Baş Prokurorluğa şikayət üçün getmiş, lakin yanvar ayının 25-i onu Bakıdan qaytarmışlar. Sonra anası ona zəng etmiş və polis əməkdaşı Şahid1 evə gəlib təhdid etdiyini bildirmişdir. Ona görə də Bakıdan geri qayıtmışdır. Sonra onu Balakən rayon prokurorluğuna dəvət etmişlər. Bir polis avtomaşını sürmüş, iki polis yerə düşmüş və onun qolunu burub avtomaşına otuzdurmuşlar. Onun göz əlilliyi vardır və 2-3 metrdən adam tanıya bilmir. O, narkotik almaq üçün Arzumana pul vermişdir. Murad Arzumanın qohumudur. Çəkəndən sonra Muradın dediyinə görə bir siqaretlik narkotik götürmüşdür. Onun məhkəmədə verdiyi ifadəsi düzgündür. İbtidai istintaqda verdiyi ifadəsi düzgün deyil. Polis şöbəsində ona təzyiq edənlər Şahid3 və Şahid4 olmuşlar. Onu sillə, təpik və dubinka ilə vurmuşlar. Üzərində axtarış aparılanda üzərində 5 manat olmamışdır. Ümumiyyətlə 5 manat götürməmişdir. Həkim onu müayinə etmiş, dizi şişmiş vəziyyətdə olmuş, kürəyində qançırlar olmuşdur. Polis şöbəsində üstündə oturub ayağının altına dubinka ilə vurmuşlar. Onu koridorda sürüyürdülər. 2 gün sonra onu müstəntiqin otağına aparmış, o, imza etməkdən imtina etmişdir. İstintaqın rəisi Babək müstəntiq Turl Mahatovun yanında gözünə vurmuş, gözü şişmişdir. Həkimlər gözündəki şişi görmüş və ora maz vurmasını bildirmişlər. Buraxıldıqdan sonra Balakən xəstəxanasına, oradan da Zaqatala xəstəxanasına getmişdir. Orada onu KT etmiş, ayağında çat olduğu müəyyən olunmuşdur. Onu 20 yanvar 2023-cü il tarixdə Balakən şəhərində Rəşid Behbudov küçəsində tutmuşlar. Orada tutmaları barədə heç bir əsas göstərməmişlər. 4 mülki geyimli polislər idi. Onları tanımamış, onlar da özlərini təqdim etməmişlər. Onu 20 yanvar 2023-cü il tarixdə polis şöbəsinə gətirmiş, Şahid4 gödəkçəsinin cibinə marixuana qoymuş, həmin marixuananın onun olduğunu demiş, o da qorxudan bununla razılaşmışdır. İşgəncəyə dözə bilməmişdir. Müstəntiq onu dindirəndə əməliyyatçı başının üstündə olmuş, hətta başına telefonla vurmuşdur. Protokoldakı imza ona məxsusdur, orada müdafiəçi iştirak etməmişdir. O, müdafiəçisini prokurorluğa şikayət verdikdən sonra görmüşdür. Müstəntiq Şahid7 ona təzyiq etməmişdir. Prokurorluğun qərarından şikayət etməmişdir. Polisə gətiriləndə tibbi müayinədən keçməmiş, əvvəl xəsarəti olmamışdır. Bunu ailə üzvləri də təsdiq edir. O, ailəsinin yanında narkotik vasitə istifadə etməmişdir. O, tez-tez narkotik istifadə edən olmuşdur. Vəkil çəkiliş vaxtı gəlmiş və çəkiliş otağından çıxandan sonra vəkili olduğunu bildirmişdir. Dindiriləndə vəkil onun yanında olmamışdır. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci və 234.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Evlidir. Heç yerdə işləmir. Xeyli müddətdir narkotik vasitə marixuanadan istifadə edir. Balakən rayon Şambul kəndində alma bağında işləyən Murad adlı şəxsi bir neçə ildir ki tanıyır. O, əvvəllər Muraddan dəfələrlə alma almışdır. Həmin vaxtlardan da o, Muradın narkotik vasitə marixuana çəkdiyini bilmişdir. Hətta o, Muradla birlikdə bir neçə dəfə ayrıayrı vaxtlarda narkotik vasitə marixuana çəkmişdir. Buna görə də 20 yanvar 2023-cü il tarixdə saat 13 radələrində istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefondan Muradın istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefona zəng etmiş və Murada narkotik vasitə marixuana almaq istədiyini bildirmişdir. Murad isə ona cavabında narkotik vasitə marixuana təşkil edə biləcəyini və Balakən rayon Şambul kəndində Mazım çayının üzərində yerləşən körpünün üzərinə gəlməyini bildirmişdir. O da təxminən saat 13 radələrində Balakən şəhəri ərazisindən tanımadığı şəxsə məxsus taksi avtomobilinə əyləşərək Balakən rayon Şambul kəndinə getmişdir. O, təxminən saat 14 radələrində Şambul kəndindən keçən Mazım çayının üzərində yerləşən körpünün üzərinə çatıb orada Muradla görüşmüş və həmin vaxt cibindən 50 manat pul çıxarıb Murada vermişdir. Murad da həmin 50 manat pulun müqabilində ona 01 ədəd kibrit qutusunda narkotik vasitə marixuana verməli olmuşdur. Murad həmin vaxt ona narkotik vasitə marixuananı başqa şəxsdən alıb ona verəcəyini bildirmişdir. Lakin Murad narkotik vasitəni kimdən alacağı barədə ona heç nə deməmişdir. Daha sonra Murad oradan getmiş, o, isə bir müddət həmin körpünün yanında dayanıb Muradı gözləmişdir. Təxminən 20 dəqiqədən sonra Murad geri qayıtmış və 01 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuananı ona vermişdir. O, kibrit qutusunu açıb içərisinə baxanda narkotik vasitə qurudulmuş marixuananın az olduğunu görmüşdür. Həmin vaxt o, kibrit qutusunun içərisində olan narkotik vasitə marixunanın nə üçün az olduğunu Muraddan soruşmuş, Murad isə cavabında ona narkotik vasitə marixuananın üzərindən özü istifadə etmək üçün az miqdarda götürdüyünü bildirmişdir. Daha sonra o, Muradla sağollaşıb oraya getdiyi taksi avtomobili ilə Balakən şəhəri ərzisinə qayıtmışdır. Balakən şəhəri ərazisinə qayıtdıqdan sonra təxminən saat 16 radələrində Balakən şəhər sakini Şahid2 görmüş və Mətinlə salamlaşıb görüşmüşdür. Həmçinin o, Şahid2la əvvəllər birlikdə narkotik vasitə marixuana qəbul etmişdir. O, üzərində olan pullarının hamısını narkotik vasitə marixuanaya və taksiyə verdiyinə görə cibində pulu qalmadığında həmin vaxt fikirləşmişdir ki, Şahid2 5 manatlıq narkotik vasitə satsa siqaret almaq üçün pulu olar. Həmçinin də taksi ilə harasa getmək lazım olarsa, taksiyə vermək üçün pulu olar. Buna görə o, Şahid2 üzərində narkotik vasitə marixuana olduğunu və əgər istəsə 5 manatlıq marixuana sata biləcəyini demişdir. Şahid2 da etiraz etmədən özü çəkmək üçün ondan 5 manatlıq narkotik vasitə marixuana istəmişdir. Daha sonra Mətin ona orada 5 manat pul vermiş və o da üzərində saxladığı 01 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuananın bir hissəsini kağız bükümə qoyaraq Şahid2 vermişdir. Daha sonra o, piyada yaşadığı küçəyə getmişdir. Yaşadığı küçədə olduğu zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək Balakən RPŞ-nin əməkdaşları olduqlarını bildirmiş və üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyərək onu Polis Şöbəsinə dəvət etmişlər. O da etiraz etmədən polis əməkdaşları ilə birlikdə Polis Şöbəsinə gəldikdən sonra xidməti otaqların birində təhqiqatçı Vasif Əliyev tərəfindən ona Balakən rayon Vəkil Bürosunun vəkillər siyahısı təqdim edilmiş, onun həmin siyahıdan seçdiyi vəkil Müdafiəçi1 Polis Şöbəsinə dəvət olunmuş və bundan sonra o, şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Vasif Əliyev tərəfindən ona hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Vasif Əliyev tərəfindən ona üzərində hər hansı narkotik vasitə, əşya və ya predmet olub-olmaması barədə sual verilmiş, bu zaman o, Muraddan alıb əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan edilmiş digər hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı onun üzərindən aşkar edilmiş, içərisində narkotik vasitə marixuana olan 01 ədəd kibrit qutusu təhqiqatçı Vasif Əliyev tərəfindən elektron tərəzidə çəkilmiş və kibrit qutusunun içərisindəki narkotik vasitə marixuana ilə birlikdə ümumi çəkisi 8,78 qram təşkil etmişdir. Daha sonra onun üzərindən aşkar edilmiş, içərisində narkotik vasitə marixuana olan 01 ədəd kibrit qutusu təhqiqatçı Vasif Əliyev tərəfindən 01 ədəd zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Həmçinin şəxsi axtarış zamanı polis əməkdaşları ona 20 yanvar 2023-cü il tarixdə Balakən şəhər sakini Şahid2 şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış aparılarkən üzərindən narkotik vasitə marixuanaya oxşar kütlə aşkar edildiyini, Şahid2 həmin narkotik vasitəni ondan 5 manata aldığını bildirdiyini və onun Şahid2 5 manata narkotik vasitə qurudulmuş marixuana satıb-satmadığını soruşmuşlar. O da səmimi etiraf edərək 20 yanvar 2023-cü il tarixdə Murad adlı şəxsdən 50 manata 01 ədəd kibrit qutusunda narkotik vasitə marixuana aldığını və həmin narkotik vasitənin bir hissəsini 5 manata tanışı Şahid2 satdığını bildirmişdir. Həmçinin Məhkəmə Ekspertizası X20 Bölməsindən Balakən RPŞ-yə daxil olmuş 21 yanvar 2023-cü il tarixli 17/82 nömrəli ekspert rəyi ilə tanış olduqdan sonra Şahid2 üzərində aşkar edilmiş, ümumi təmiz çəkisi 0,31 qram bitki mənşəli kütlənin kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olması, onun üzərindən aşkar edilmiş, ümumi təmiz çəkisi 6,48 qram və Təqsirləndirilən şəxs3 üzərində aşkar edilmiş 0,40 qram və 0,36 qram olmaqla ümumi çəkisi 0,76 qram olan bitki mənşəli kütlələrin kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olması, həmçinin tədqiqata təqdim edilmiş Şahid2, Təqsirləndirilən şəxs3 üzərlərində və onun üzərində aşkar edilmiş qurudulmuş marixuanaların tərkiblərinə görə eyni olduğu ona məlum olmuşdur. O, ilkin izahat verən zaman həyəcanlı olduğuna görə fikrini düzgün ifadə edə bilməmişdir. Əslində o, 01 ədəd kibrit qutusunda narkotik vasitə aldıqdan sonra cibində pulu qalmadığı üçün, yəni siqaret almağa və ya harasa getmək lazım olduğu halda yol pulu olmadığı üçün Şahid2 5 manatlıq narkotik vasitə marixuana satmaq qərarına gəlmiş və satmışdır. Həmçinin o, Murad adlı şəxsdən narkotik vasitə marixuana almaq üçün Şambul kəndinə getdiyi taksi avtomoblinin sürücüsünü tanımadığını qeyd etmişdir. O, Balakən şəhəri ərazisində olan zaman yoldan keçən bir taksi avtomobilini saxladıb onu Şambul kəndinə aparıb geri qaytarmasını xahiş etmiş, həmin avtomobilin sürücüsü də razılaşaraq onu Şambul kəndinə aparmış, orada onu təxminən 20 dəqiqə gözləmiş və daha sonra onu şəhər ərazisinə geri gətirmişdir. O da bunun müqabilində həmin sürücüyə üzərində qalan sonuncu 10 manat pulunu vermişdir. O, əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olmamış, əvvəllər Mətinə narkotik vasitə satmamış, həmçinin əvvəllər Muraddan narkotik vasitə almamışdır. Lakin hər iki şəxslə, yəni Mətin və Muradla birlikdə müxtəlif vaxtlarda, ayrı-ayrılıqda narkotik vasitə marixuana qəbul etmişdir. Təqsirləndirilən şəxs3 narkotik vasitə marixuananı kimdən alması barədə heç bir məlumatı olmamışdır. Murad ona narkotik vasitəni başqa şəxsdən alıb gətirəcəyini bildirmiş, lakin kimdən alacağı barədə ona heç bir söz deməmiş, o da bu barədə Muraddan heç nə soruşmamışdır. O, ünvan 9inə getdiyi taksi sürücüsünə öz şəxsi işi ilə bağlı Şambul kəndinə getdiyini bildirmişdir. Taksi sürücüsü onun Şambul kəndinə nə üçün getdiyini bilməmişdir. Həmçinin, o, orada avtomobili xeyli kənarda saxladıb Muradla görüşməyə getmişdir. O, üzərində aşkar edilmiş narkotik vasitə marixuananı özü istifadə etmək üçün üzərində saxlamışdır. Bir hissəsini isə pula ehtiyacı olduğu üçün Şahid2 5 manata satmışdır.Üzərində narkotik vasitə marixuana olmasını Mətin və Muraddan başqa heç kim bilməmişdir. O, bu barədə heç kimə heç bir söz deməmişdir. Onun Murad və Mətin adlı şəxslərlə heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. Həmçinin də ona qarşı Balakən RPŞ-də hər hansı bir psixi və fiziki təsir göstərilməmişdir. Himayəsində 2 azyaşlı uşaq vardır. Cinayət işinin ibtidai istintaqı zamanı 04 fevral 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində əlavə dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində əlavə olaraq göstərmişdir ki, istintaq zamanı verdiyi ifadələrini təsdiq etmir. Özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci və 234.2-ci maddələri ilə ona görə təqsirli bilmir ki, o, Balakən RPŞ-yə gətirilərkən üzərində narkotik vasitə marixuana olmamışdır. Həmçinin o, Şahid2 narkotik vasitə marixuana satmamışdır. Lakin etiraf etmişdir ki, əvvəllər müxtəlif vaxtlarda Şahid2la narkotik vasitə marixuana çəkmişdir. 20 yanvar 2023-cü il tarixdə də Şahid2 onu Balakən şəhər ərazisində evinə yaxın ərazidə görərək ondan çəkib istifadə etməsi üçün narkotik vasitə marixuana istəmişdir. O da Şahid2 narkotik vasitə marixuanası olduğunu, lakin çəkib istifadə etdiyini bildirmişdir. Yəni Mətinə narkotik vasitə marixuana olmadığını demişdir. Həmçinin Balakən şəhər sakini Şahid6 uzun müddətdir ki, tanıyır. Arzumanla aralarında heç bir düşmənçilikləri və ya ədavətləri olmamışdır. Əvvəllər Arzumanla birlikdə narkotik vasitə marixuana istifadə etmişdir. Həmçinin dəfələrlə Arzumandan narkotik vasitə marixuana almışdır. O, Arzumandan 5 manata, 10 manata, hətta 50 manat müqabilində narkotik vasitə qurudulmuş marixuana alıb çəkib istifadə etmişdir. O, 20 yanvar 2023-cü ildə səhər saat 11-12 radələrində özünə məxsus olan qozu satmaq üçün Arzuman adlı şəxslə Arzumana aid Vaz 2106 markalı avtomobillə Balakən bazarına gedib həmin qozu satmışdır. Həmin satışdan 108 manat pul əldə etmişdir. Daha sonra özünün narkotik vasitə marixuana çəkməyi üçün Arzumana narkotik vasitə marixuana təşkil etməsini xahiş eləmişdir. Arzuman isə ona Murad adlı şəxsin narkotik satdığını, bunun üçün Murada müraciət etməklərini demişdir. O, özü də dəfələrlə Arzuman vasitəsi ilə Murad adlı şəxsdən narkotik vasitə marixuana almışdır. O, Muradı da tanıyır. Murad adlı şəxs istintaqın ilkin mərhələsində adını çəkdiyi Balakən rayon Şambul kəndində yaşayan Bayoğluyev Muraddır. Arzuman ona Murad adlı şəxsin işdə olduğunu, eyni zamanda evinin uzaq olduğunu söyləyərək ona qohumu olan, yəni onun Balakən rayon Mahamalar kəndində yaşayan qaynatası Babayev Abdullanın qardaşı Şahindən narkotik ala biləcəklərini demişdir. Daha sonra o, öz istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonu ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng etmiş və Şahinə görüşmək istədiyini bildirmişdir. Şahin isə cavabında evdə olduğunu deyərək onu yaşadığı evə dəvət etmişdir. Daha sonra o, Arzumanın idarə etdiyi avtomobillə Arzumanla birlikdə Balakən rayon Mahamalar kəndinə Şahinin evinə getmişdir. Mahamalar kəndində əvvəlcə Şahinin mağazasına gedərək oradan siqaret almışdır. Mağazada Şahinin oğlu olmuşdur. O, mağazadan çıxıb Şahinə zəng etmiş və yolda olduğunu bildirmişdir. Bu zaman Şahin ona evdə olduğunu və yola çıxacağını demişdir. Daha sonra Şahin yaşadığı evin həyətindən yola çıxmış, yolda Şahinlə görüşdükdən sonra Şahinə Arzumanın onun narkotik vasitə marixuana satışı ilə məşğul olduğunu dediyini, o da narkotik vasitə marixuanadan istifadə etdiyini söyləmiş və ona da narkotik vasitə marixuana təşkil edə bilib-bilməyəcəyini soruşmuşdur. Şahin isə cavabında onu acılayaraq bu işlə əvvəl məşğul olduğunu, indi isə məşğul olmadığını bildirmişdir. Onlar daha sonra Arzumanla maşına minib geri qayıtmışlar. Yolda Arzuman narkotik vasitə marixuana almaq üçün Murada zəng edəcəyini bildirmişdir. Arzuman Murada zəng edərək çəkib istifadə etməkləri üçün 50 manatlıq narkotik vasitə marixuana təşkil etməsini demişdir. Murad isə Arzumana Şahinin yanına gedərək Şahindən narkotik vasitə marixuana almaq istədiklərini bildirmişdir. Yəni Şahindən onlara narkotik vasitə satmasını xahiş etmişlər. Buna görə də Şahin ona, yəni Murada zəng edərək öz iradını bildirmişdir. Murad telefon danışığı zamanı bütün bunlara görə Şahindən narkotik vasitə marixuana alması çətin olacağını bildirmişdir. Həmin vaxt Arzuman Murada yalvararaq narkotik vasitə marixuananı özü üçün almasını deyǝrǝk Şahindən narkotik vasitə marixuana alıb təşkil etməsini xahiş etmişdir. Bu zaman Murad telefonda Arzumana 5 dəqiqə gözləməklərini və cavab deyǝcəyini demişdir. Təxminən 5 dəqiqə sonra Murad Arzumana zəng edərək özünün işdə olduğunu və özünü işdən götürməklərini bildirmişdir. Murad özü də narkotik vasitə marixuananı onun qohumu olan Şahin adlı şəxsdən alaraq əldə etmişdir. Çünki Murad əvvəllər ona narkotik vasitə marixuana təşkil etmişdir. Birlikdə də narkotik vasitə marixuana çəkmişlər. Daha sonra onlar Arzumanın idarə etdiyi avtomobillə Muradı işlədiyi Alma bağından götürərək Balakən rayon Mahamalar kəndinə getmişlər. O, daha əvvəl üzərindəki 108 manatdan 50 manatını Arzumana vermişdir ki, həmin pulu Murada versin, Murad narkotik vasitə marixuananı Şahindən alsın. Murad yolla gələrkən ona avtomobildən düşməsini, əgər Şahin onu görsə narkotik vasitə marixuana satmayacağını bildirmişdir. Buna görə də o, Sarıbulaq kəndinin ərazisində avtomobildən düşmüşdür. Bundan sonra X13 idarə etdiyi avtomobillə Mahamalar kəndi istiqamətinə getmişlər. Təxminən 20-25 dəqiqə sonra narkotik vasitə marixuananı alıb geri qayıtmışlar. O, avtomobilə oturmuşdur. Sarıbulaq kəndinin ərazisində X21 aldığı kibrit qutusunda olan narkotik vasitə marixunanın bir hissəsini papirosa doldurmüş, onlar üçü birlikdə narkotik vasitə marixuananı qəbul etmişlər. Daha sonra isə geri qalan narkotik vasitə marixuananı 3 yerə bölmüşlər. Kibrit qutusunu parçalamışlar və bölüşdürdükləri narkotik vasitə marixuananı həmin parçalanmış kibrit qutusunun kağızına bükərək hərə özünə düşən payı götürmüşdür. Həmin gün, yəni 20 yanvar 2023-cü il tarixdə axşam saat 17-18 radələrində Balakən şəhəri ərazisində evinin istiqamətinə gedərkən o, Balakən RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış və polis şöbəsinə gətirilmişdir. Onu əməliyyat müvəkkili Şahid4 otağına aparmışlar. Daha sonra Şahid4 onun üzərinə çıxaraq şiddətli yumruq və təpik zərbələri ilə baş qabırğa nahiyyəsinə, ayaqlarının alt hissəsinə vurmağa başlamış və ondan Şahid2 5 manat müqabilində narkotik vasitə marixuana satdığını etiraf etməyini tələb etmişdir. Daha sonra Şahid2 gətirmişlər. Şahid2 ondan 5 manata narkotik vasitə qurudulmuş marixuana aldığını bildirmişdir. Daha sonra onu aşağı düşürüb üzərinə, yəni əynindəki şalvarın cibinə kibrit qutusu ilə doldurulmuş narkotik vasitə marixuana yerləşdirmişlər. Daha sonra yuxarıya qaldırıb video müşahidə altında üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışı polis şöbəsinin birinci mərtəbəsində təhqiqat bölməsinin əməkdaşlarının otağında keçirmişlər və şəxsi axtarışı təhqiqatçı Vasif Əliyev keçirmişdir. O, döyüldüyü üçün özündə olmadığından polis əməkdaşlarının ona tapşırdıqları kimi dediklərini təkrarlamışdır. Yəni narkotik vasitə marixuananı Murad adlı şəxsdən 50 manata aldığını və Mətin adlı şəxsə isə həmin narkotik vasitənin bir hissəsini 5 manata satdığını demişdir. 2 gün o, Balakən RPŞ-nin MSY-də qalmışdır. 2 gün sonra onu MSY-dən çıxararaq kağızlara imza çəkməyini söyləmişlər və bu zaman o, imza çəkməyəcəyini, yazılanların həqiqətə uyğun olmadığını, ondan ilkin izahatını heç almadıqlarını bildirmişdir. Bu zaman Balakən RPŞ-nin İstintaq Bölməsinin rəisi Babək Hacıyev gəlmiş və onu başqa otağa aparmışlar. Babək müəllim ona qol çəkməyəcəyi təqdirdə ailəsi ilə hədələmiş və evinə narkotik atacaqlarını söyləmişdir. O, yenə də razılaşmadıqda Babək müəllim gözünün alt hissəsinə, baş nahiyyəsiə vuraraq başından aşağı buz kimi su tökmüşdür. Artıq dözə bilmədikdən sonra kağızlara imzasını çəkmişdir. Bundan sonra yenə onu səhərə kimi aşağıda saxlamışlar, gözünə dərman sürtmüşlər ki, gözünün şişi getsin. Babək müəllim ona gedib harasa şikayət etsə onun vəziyyətin daha da ağırlaşacağını, onalra heç kim nəsə edə bilməyəcəyini demişdir. O, daha sonra Balakən RPŞ-nin rəisi Çingiz Aslanovun qəbuluna düşmüşdür. Həmçinin ona köməklik edəcəklərini, qanun çərçivəsində həll edəcəklərini bildirmişdir. Bütün qeyd etdiklərinə də əsaslanaraq bidirir ki, özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci və 234.2-ci maddələri ilə ona görə təqsirli bilmir ki, o, Balakən RPŞ-yə gətirilərkən üzərində narkotik vasitə marixuana olmamışdır. Həmçinin o, Şahid2 narkotik vasitə marixuana satmamışdır. İstintaqın ilkin mərhələsində etiraf etdiklərini isə təziq altında döyülərək demişdir. Əlavə olaraq qeyd edir ki, Şahid6 onunla ***-***-**-** və ***-***-**-** nömrəli mobil telefon nömrələri ilə əlaqə saxlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadə vermək istəmədiyini, lakin ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşman olduğunu bildirmişdir. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1 maddəsilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə yaşayır. 25 ildir ki, Azərbaycanda yaşayır. 1998-ci ildə Balakən rayon Şambul kənd sakini X5 ilə ailə həyatı qurmuşdur. O, özü ünvan 9ində olan alma bağında uzun illərdir ki, bağban işləyir. Təxminən 10 ildir narkotik vasitə marixuanadan istifadə edir. Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 bir neçə ildir tanıyır. Həmidlə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs2 əvvəllər onun işlədiyi bağa gələrək alma almışdır. Həmin vaxtlarda Həmidlə söhbət edərkən ona məlum olmuşdur ki, Həmid narkotik vasitə marixuanadan istifadə edir. Bundan sonra Həmid bağa gəldiyi zaman Həmidlə birlikdə müxtəlif vaxtarda narkotik vasitə marixuana istifadə etmişlər. 20 yanvar 2023-cü il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs2 ona mobil telefon vasitəsi ilə zəng edərək istifadə etməsi üçün narkotik vasitə marixuana tapmaqda köməklik etməyini xahiş etmişdir. O da əvvəllər işlədiyi alma bağına alma almaq üçün gələn Mahamalar kənd sakini olan Şahin adlı şəxsin narkotik vasitə satdığını bildiyinə görə Həmidlə razılaşmış və Həmidə narkotik vasitə marixuana ala biləcəyini demişdir. Həmçinin o, fikirləşmişdir ki, Həmidə narkotik vasitə qurudulmuş marixuana alar, həmin marixuanadan da çəkmək üçün bir az özü götürüb çəkib istifadə edər. Daha sonra Həmidə Balakən rayon Şambul kəndində Mazım çayının üzərində olan körpünün yanına gəlməsini bildirmişdir. Bundan sonra o, həmin körpünün üstünə gedərək Həmidi gözləmişdir.Təxminən saat 14 radələrində Təqsirləndirilən şəxs2 Şambul kəndinə tanımadığı taksi avtomobillə gəlmiş və onunla görüşərək ona 50 manat məbləğində pul vermiş və özünə 50 manatlıq narkotik vasitə marixuana təşkil etməyini xahiş etmişdir. Daha sonra o, Həmidə gözləməsini bildirmişdir. Həmçinin narkotik vasitə qurudulmuş marixuananı başqa adamdan alıb verəcəyini demişdir. Həmid də ona körpünün yanında gözləyəcəyini bildirmişdir. Həmin gün Şahin adlı şəxsin kənd ərazisində çay içdiyini görmüşdür. Buna görə də Həmiddən 50 manat məbləğində pulu götürüb Şambul kəndinin ərazisində olan çay evinə gəlmişdir. Orada Şahini görmuş və Şahinə 50 manat pulu olduğunu və özü çəkib istifadə etmək üçün bir kibrit qutusu narkotik vasitə verməsini xahiş etmişdir. Daha sonra Həmidin ona verdiyi 50 manat məbləğində pulu Şahin adlı şəxsə vermiş və Şahin cibindən çıxarıb ona bir kibrit qutusu narkotik vasitə qurudulmuş marixuana vermişdir. O, həmin 01 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuananı Şahindən alıb cibinə qoymuş və Şahinlə sağollaşıb oradan uzaqlaşmışdır. Daha sonra o, həmin 01 ədəd kibrit qutusundakı narkotik vasitə marixuananın üzərindən özü istifadə etmək məqsədi ilə bir qədər götürmüş, cibində olan kağız parçasını iki yerə bölmüş və kibrit qutusundan götürdüyü narkotik vasitəni sonra çəkmək üçün həmin kağızlara büküb əynindəki göy rəngli cins gödəkçənin sağ yan cibinə qoyub üzərində saxlamışdır. Bundan sonra o, geri qayıdaraq Şambul kəndində olan körpünün yanına gedərək Həmidlə görüşmüş, orada Şahindən 50 manat müqabilində aldığı 01 ədəd kibrit qutusundakı narkotik vasitə marixuananı Həmidə vermişdir. Bu zaman Həmid kibrit qutusunu açıb baxmış və içərisində narkotik vasitə qurudulmuş marixuananın az olduğunu bildirmişdir. O da Həmidə narkotik vasitə marixuananın bir hissəsini özü çəkib istifadə etmək üçün götürdüyünü bildirmişdir. Bu zaman Həmid ona heç nə deməmiş və etirazının olmadığını bildirmişdir. Daha sonra o, Həmidlə görüşüb sağollaşmış və oradan yaşadığı evə getmişdir. O, 20 yanvar 2023-cü il tarixdə ünvan 9ində yaşadığı evin yaxınlığında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Balakən RPŞ-nin əməkdaşları olduqlarını bildirmiş və üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və satmaqda şübhəli olduğunu deyərək onu Polis Şöbəsinə dəvət etmişlər. O da etiraz etmədən polis əməkdaşları ilə birlikdə Polis Şöbəsinə gəldikdən sonra xidməti otaqların birində təhqiqatçı Vasif Əliyev tərəfindən ona Balakən rayon Vəkil Bürosunun vəkillər siyahısı təqdim edilmiş, onun həmin siyahıdan seçdiyi vəkil Müdafiəçi2 Polis Şöbəsinə dəvət olunmuş və bundan sonra o, şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Vasif Əliyev tərəfindən ona hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Vasif Əliyev tərəfindən ona üzərində hər hansı narkotik vasitə, əşya və ya predmet olub-olmaması barədə sual verilmiş, həmin vaxt o, əynindəki göy rəngli cins gödəkçənin sağ yan cibində saxladığı 02 ədəd kağız bükümlərdəki narkotik vasitə marixuananı çıxarıb masanın üzərinə qoymaqla polis əməkdaşlarına təqdim etmişdir. Şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan edilmiş digər hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı onun üzərindən aşkar edilmiş içərisində narkotik vasitə marixuana olan 02 ədəd kağız bükümlər təhqiqatçı Vasif Əliyev tərəfindən elektron tərəzidə çəkilmiş və həmin bükümlərin ümumi çəkiləri 1,30 qram təşkil etmişdir. Daha sonra içərisində narkotik vasitə marixuana olan həmin 02 ədəd kağız bükümlər təhqiqatçı Vasif Əliyev tərəfindən 01 ədəd zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış zamanı polis əməkdaşları ona 20 yanvar 2023-cü il tarixdə Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 şübhəli şəxs qisimində tutularaq üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən narkotik vasitə marixuanaya oxşar kütlə aşkar edildiyini, Həmidin həmin narkotik vasitə maruxuananı ondan 50 manata aldığını bildirdiyini demiş və Təqsirləndirilən şəxs2 narkotik vasitə maruxuana satıb-satmadığını soruşmuşlar. O da hər şeyi olduğu kimi deyərək Təqsirləndirilən şəxs2 20 yanvar 2023-cü il tarixdə özünə narkotik vasitə marixuana almağı üçün ona 50 manat pul verdiyini, o da həmin 50 manat pul müqabilində Şahin adlı şəxsdən narkotik vasitə marixuana alıb Təqsirləndirilən şəxs2 verdiyini, 01 ədəd kibrit qutusunda olan həmin narkotik vasitə marixuananı Təqsirləndirilən şəxs2 verməzdən əvvəl üzərindən özü istifadə etmək üçün bir qədər götürüb üzərində saxladığını və üzərindən aşkar edilmiş 02 ədəd kağız bükümlərdə olan narkotik vasitə marixuananın həmin kibrit qutusundan götürdüyü narkotik vasitə olduğunu bildirmişdir. Həmçinin Məhkəmə Ekspertizası X20 Bölməsindən Balakən RPŞ-yə daxil olmuş 21 yanvar 2023-cü il tarixli 17/82 nömrəli ekspert rəyi ilə tanış olduqdan sonra Şahid2 üzərində aşkar edilmiş, ümumi təmiz çəkisi 0,31 qram bitki mənşəli kütlə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olması, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş, ümumi təmiz çəkisi 6,48 qram və onun üzərindən aşkar edilmiş 0,40 qram və 0,36 qram olmaqla ümumi çəkisi 0,76 qram olan bitki mənşəli kütlələrin kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olması, həmçinin tədqiqata təqdim edilmiş Şahid2, Təqsirləndirilən şəxs2 üzərlərində və onun üzərindən aşkar edilmiş qurudulmuş marixuanaların tərkiblərinə görə eyni olduğu ona məlum olmuşdur. O, Şahin adlı şəxsin ancaq adını bilir, Şahinin haqqında əlavə heç nə bilmir. Şahin onun işlədiyi alma bağına alma almaq üçün gəlmiş və o, Şahinlə orada tanış olmuşdur. Həmçinin kəndlərində olan çay evinə tez tez gəlmişdir. O, üzərində aşkar edilmiş narkotik vasitə marixuananı özü istifadə etməyi üçün üzərində saxlamışdır.Həmin narkotik vasitə qurudulmuş marixuananın ondan olmasını heç kim bilməmiş və o, bu barədə heç kimə heç bir söz deməmişdir. Həmçinin o, narkotik vasitə marixuanadan istifadə edir, üzərində aşkar olunan narkotik vasitə marixuanadan isə hələ istifadə etməmişdir. Onun Şahin adlı şəxslə heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. Həmçinin də ona qarşı Balakən RPŞ-də hər hansı bir psixi və fiziki təsir göstərilmədiyini bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı 06 fevral 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində əlavə dindirilmiş Təqsirləndirilən şəxs3 ifadəsində əlavə olaraq göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsinə bəzi əlavələr etmək istəyir və bildirir ki, 20 yanvar 2023-cü il tarixdə o, Şahindən narkotik vasitə almaq üçün Həmid və Arzumanla birlikdə Arzumanın idarə etdiyi Vaz 2106 markalı avtomobillə getmişdir. Lakin o, əvvəlki ifadəsində dayısı oğlu olan Şahid6 adını çəkmək istəmədiyi üçün narkotik vasitə qurudulmuş marixuananı almaq üçün tək getdiyini göstərmişdir. Balakən şəhər sakini Şahid6 onun dayısı oğludur və Arzumanla heç bir düşmənçiliyi və ədavəti yoxdur. 20 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 öz istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsinə zəng edərək ona Təqsirləndirilən şəxs2 Şahid6lə birlikdə özünün yaşadığı ünvana gəldiyini və Həmidin özündən narkotik vasitə marixuana almaq istədiyini bildirmişdir. Şahin ona Həmidin təhlükəli adam olduğunu, həmçinin də Təqsirləndirilən şəxs1 ona Arzumana Həmiddən uzaq olmasını dediyini bildirmişdir. X37 bağlı onu demək istəmişdir ki, Həmid narkotiklə bağlı olan məlumatları polisə verir. Buna görə də Həmidə narkotik satmaq təhlükəli olduğunu demişdir. Daha sonra o, mobil telefonu ilə Arzumana zəng etmiş və Arzumana Həmidlə birlikdə Şahindən narkotik vasitə marixuana almaq üçün yaşadığı evə getdiyini, lakin Şahin Həmidə narkotik vasitə marixuana satmadığını, Arzumana Həmidin polisin “iş verəni” olduğunu bildirmişdir. Bu zaman Arzuman telefonda Həmidin onunla danışmaq istədiyini bildirmiş və telefonu Həmidə vermişdir. Həmid telefonda ona Şahindən narkotik vasitə marixuana almaq üçün getdiyini, lakin Şahin narkotik vasitə marixuana satmadığını bildirmişdir. Buna görə də Həmid ona Şahindən narkotik vasitə almağını xahiş etmişdir. O da Həmidə onun Şahindən narkotik vasitə almaq istədiyini, bu barədə Şahinin ona zəng etdiyini, buna görə də Şahinin ona da narkotik vasitə satmayacağını bildirmişdir. Bu zaman Həmid bir daha xahiş etmişdir ki, Şahinə zəng edərək özü istifadə üçün narkotik vasitə marixuana istədiyini deməsini demişdir. Daha sonra o, Həmidə 5 dəqiqədən xəbər edəcəyini bildirmişdir. Şahinə zəng edərək özünə öz istifadəsi üçün narkotik vasitə almaq istədiyini bildirmişdir. Şahin də ona narkotik vasitə satacağını demişdir. Bundan sonra o, mobil telefonu ilə zəng etmiş, lakin telefonla Arzumanın mobil telefon nömrəsinə yaxud Həmidin telefon nömrəsinə zəng etməyini tam olaraq xatırlamır. Onda həm Arzumanın həm də Həmidin mobil telefon nömrələri olmuşdur. O, zəng etdiyi zaman Həmid telefona cavab vermişdir. Həmin vaxt Həmidə onu Balakən rayon Şambul kəndində işlədiyi alma bağına yaxın ərazidən yoldan götürmələrini bildirmişdir. X22 narkotik vasitə marixuana ala biləcəyini demişdir. Yəni Şahinin ona narkotik vasitə marixuana satacağını Həmidə bildirmişdir. Daha sonra isə Şambul kəndi ərazisində alma bağından bir qədər aralı məsafədə yolda Həmid və Arzumanın gəlməsini gözləmişdir. Təxminən 20 dəqiqədən sonra X14 idarə etdiyi Vaz 2106 markalı avtomobillə gəlmiş və o, avtomobilə minmişdir. Daha sonra onlar birlikdə Şahinin yaşadığı Balakən rayon Mahamalar kəndinə getmişlər. Həmid avtomobillə getdikləri zaman ona Təqsirləndirilən şəxs1 50 manatlıq narkotik vasitə marixuana alması üçün 50 manat pul vermişdir. Mahamalar kəndinə çatdıqda Arzuman Şahinin yaşadığı evdən təxminən 200 metr aralı məsafədə avtomobili saxlamışdır. Həmid və Arzuman Arzumanın idarə etdiyi avtomobildə qalmışlar. O isə avtomobildən düşüb Şahinin yaşadığı evə tərəf getmiş və orada Şahinlə görüşmüşdür. Şahinə bir daha öz istifadəsi üçün narkotik vasitə verməsini bildirmiş və 50 manat pulu Şahinə vermişdir. Şahin də ona cibindən çıxarıb bir kibrit qutusunda narkotik vasitə marixuana vermişdir. O, həmin 01 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuananı Şahindən alıb cibinə qoymuş, Şahinlə sağollaşıb oradan bir qədər uzaqlaşmış və həmin 01 ədəd kibrit qutusundakı narkotik vasitə marixuananın üzərindən özü istifadə etmək məqsədi ilə bir qədər götürmüş, cibində olan kağız parçasını iki yerə bölmüş və kibrit qutusundan götürdüyü narkotik vasitəni sonra çəkmək üçün həmin kağızlara büküb əynindəki göy rəngli cins gödəkçənin sağ yan cibinə qoyub üzərində saxlamışdır. Geri qayıdıb avtomobilə mindikdə Şahindən 50 manata bir kibrit qutusunda narkotik vasitə marixuana aldığını bildirmiş və bir kibrit qutusunda olan narkotik vasitə marixuananı Həmidə vermişdir. Lakin narkotik vasitə marixuananın üzərindən götürməyi barədə Həmidə və Arzumana heç bir söz deməmişdir. Onlar bir qədər avtomobildə yol gəldikdən sonra Balakən rayon Sarıbulaq kəndi ərazisində kolluq sahə olan yerə çatdıqda Həmid Arzumana avtomobilini kolluq sahəyə yaxın sürməyini və marixuana çəkmək istədiyini demişdir. Arzuman da avtomobilini kolluq sahəyə sürmüşdür. Daha sonra hər üçü, yəni o, Arzuman və Həmid avtomobildən düşmüşlər. Həmid üzərində olan, yəni onun Şahindən 50 manata aldığı bir kibrit qutusunda olan narkotik vasitə marixuananı cibindən çıxararaq həmin narkotik vasitə marixuananın bir hissəsini bir ədəd papirosun tütününü boşaldaraq tütünlə marixuananı qarışdırıb geri papirosun içərisinə doldurmuşdur. Kibrit qutusunu isə içərisində olan narkotik vasitə marixuana ilə birlikdə cibinə qoymuşdur. Daha sonra papirosu alışqan vasitəsi ilə yandırmış və birlikdə marixuana qəbul etmişlər. Sonra avtomobilə əyləşmiş və Balakən rayon Şambul kəndinə gələrək orada o, Həmid və Arzumanla sağollaşıb avtomobildən düşmüş və Həmid və Arzuman Arzumanın idarə etdiyi avtomobillə getmişlər. Daha sonra isə o, işlədiyi alma bağına getmişdir. O, əvvəllər dəfələrlə Həmidlə birlikdə narkotik vasitə marixuana qəbul etmişdir. Həmçinin bildirir ki, Həmid yalan deyir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, Həmidə heç vaxt narkotik vasitə marixuana satmamışdır. Ancaq Həmidlə birlikdə narkotik vasitə marixuana istifadə etmişdir. Həmin narkotik vasitələri isə xatırlamadığı tarixlərdə halhazırda dəqiq yeri yadında qalmadığı çöllük ərazidə bitən yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərinin üzərindən yığıb əldə etmişdir. O, Şahindən narkotik vasitə almaq üçün getdiyi zaman Həmid onlarla birlikdə getmiş, avtomobildə onlarla birlikdə olmuş, lakin Arzuman avtomobili kənarda saxladığı üçün Şahin Arzumanı və Həmidi görməmiş, o, özü gedib Həmidin ona verdiyi 50 manata Şahindən narkotik vasitə marixuana almışdır. Onlar yəni, o, Arzuman və Həmid birlikdə narkotik vasitə marixuana qəbul etmişlər. Lakin narkotik vasitə marixuana kibrit qutusunda Həmidin üzərində olmuş və narkotik vasitə marixuananı Həmid papirosa doldurmuşdur. Həmçinin Həmid nə ona nə də Arzumana narkotik vasitə marixuana verməmişdir. Həmid papirosa narkotik vasitə marixuana doldurduqdan sonra marixuananın geri qalan hissəsini kibrit qutusu ilə birlikdə öz cibinə qoymuşdur. O, özü Həmiddən xəbərsiz narkotik vasitəni Şahindən aldığı zaman bir hissəsini götürüb öz üzərində özünün şəxsi istifadəsi üçün saxlamışdır. Təqsirləndirilən şəxs2 yalan deyir. Ona 50 manat məbləğində pulu Təqsirləndirilən şəxs1 narkotik vasitə marixuana almağı üçün Təqsirləndirilən şəxs2 özü vermişdir. Arzuman ona pul verməmişdir. Həmidin ona verdiyi 50 manat məbləğində pulu verib Təqsirləndirilən şəxs1 bir ədəd kibrit qutusunda narkotik vasitə marixuana almışdır. Həmçinin o, Təqsirləndirilən şəxs2 dayısı oğlu Azruman Nəbiyevin vasitəsi ilə tanımışdır. Həmçinin Həmid ondan alma meyvəsi də almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Həmidlə görüşmüş, Həmid ondan taksi pulu istəmiş, o da taksi pulu kimi Həmidə 5 manat vermişdir. Litseyin yanında görüşmüş, Həmid ona 5 manat taksi pulu çatmadığını demiş, o da Həmidə 5 manat taksi pulu vermişdir. Həmiddən yarım siqaret narkotik götürmüşdür. Bir saatdan sonra Həmidə zəng etmiş, kənddən rayona qayıdıb-qayıtmamasını soruşmuş, Həmidlə litseyin yanında yenidən görüşmüşlər. Həmid ona 1 siqaretlik narkotik vermiş və ona kömək etdiyi üçün əvəzi olsun demişdir. Həmidin narkotik vasitə almağa getməsini bilməmişdir. Həmin gün içkili olmuş, lakin özünü idarə etmişdir. O, Həmiddən əvvəllər narkotik götürməmişdir. Sonra polis əməkdaşları tərəfindən tutulmuşdur. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Polis əməkdaşları tərəfindən ona təzyiq olmamışdır. İbtidai istintaqda ifadə verəndə içkili olmuş, müstəntiq nə yazıbsa ona imza etmişdir. İfadələrindəki ziddiyyət bununla bağlıdır. Onunla Həmid arasında üzləşdirmə keçirilmişdir. Hazırki ifadəni təsdiq edir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 5 ildir ki, narkotik vasitə marixuanadan istifadə edir. Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 tanıyır. Həmidlə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs2 narkotik vasitə marixuana istifadə etdiyini bilir və əvvəllər də Həmidlə birlikdə müxətlif vaxtlarda narkotik vasitə marixuana istifadə etmişlər. 20 yanvar 2022-ci il tarixdə Balakən şəhər ərazisində saat təxminən 16 radələrində Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 görmüş və Həmidlə salamlaşıb görüşmüşdür. Həmidlə söhbət edərkən, həmçinin Həmidlə əvvəllər də birlikdə narkotik vasitə marixuanadan istifadə edikləri üçün Həmid ona özündə narkotik vasitə marixuana olduğunu, əgər istəyirsə ona 5 manatlıq marixuana sata biləcəyini demişdir. O da narkotik vasitə marixuana istifadə etdiyi üçün özü çəkib istifadə etmək məqsədi ilə narkotik vasitə marixuana istədiyini bildirmişdir. Daha sonra Həmidə 5 manat pul vermiş və Həmid cibindən kibrit qutusu çıxarıb kibrit qutusunda olan narkotik vasitə marixuananın bir hissəsini kağız bükümə qoyaraq ona vermişdir. Bundan sonra 20 yanvar 2022-ci il tarixdə yaşadığı küçədə olduğu zaman Balakən RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq Balakən RPŞ-nin əməkdaşları olduqlarını və üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyərək onu Polis Şöbəsinə dəvət etmişlər. O da etiraz etmədən polis əməkdaşları ilə birlikdə Polis Şöbəsinə gəldikdən sonra xidməti otaqların birində təhqiqatçı Vasif Əliyev tərəfindən ona Balakən rayon Vəkil Bürosunun vəkillər siyahısı təqdim edilmiş, onun həmin siyahıdan seçdiyi vəkil X15 Polis Şöbəsinə dəvət olunmuş və bundan sonra o, şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Vasif Əliyev tərəfindən ona hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Vasif Əliyev tərəfindən ona üzərində hər hansı narkotik vasitə, əşya və ya predmet olub-olmaması barədə sual verilmiş, bu zaman o, əynindəki qara rəngli gödəkçənin sağ yan cibində saxladığı Təqsirləndirilən şəxs2 aldığı bir ədəd kağız bükümdə olan olan narkotik vasitə qurudulmuş marixuanı cibindən çıxarıb təqdim etmişdir. Şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan edilmiş digər hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı onun üzərindən aşkar edilmiş içərisində narkotik vasitə marixuana olan 01 ədəd kağız bükümdə olan narkotik vasitə marixuana təhqiqatçı Vasif Əliyev tərəfindən elektron tərəzidə çəkilmiş və həmin bükümlərin ümumi çəkisi 0,41 qram təşkil etmişdir. Daha sonra içərisində narkotik vasitə marixuana olan bir ədəd kağız büküm təhqiqatçı Vasif Əliyev tərəfindən 01 ədəd zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış zamanı polis əməkdaşları ona narkotik vasitə marixuananı hardan əldə etdiyi barədə sual vermişlər. O da cavabında hər şeyi olduğu kimi deyərək 20 yanvar 2023-cü il tarixdə Həmid adlı şəxsdən 5 manata narkotik vasitə marixuana aldığını səmimi etiraf etmişdir. Həmçinin Məhkəmə Ekspertizası X20 Bölməsindən Balakən RPŞ-yə daxil olmuş 21 yanvar 2023-cü il tarixli 17/82 nömrəli ekspert rəyi ilə tanış olduqdan sonra üzərindən aşkar edilmiş, ümumi təmiz çəkisi 0,31 qram olan bitki mənşəli kütlə kustar üsulla hazırlanmış narkotik vasitənin qurudulmuş marixuana olması, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş, ümumi təmiz çəkisi 6,48 qram və Təqsirləndirilən şəxs3 üzərində aşkar edilmiş 0,40 qram və 0,36 qram olmaqla ümumi çəkisi 0,76 qram olan bitki mənşəli kütlələrin kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olması məlum olmuşdur. Həmçinin tədqiqata təqdim edilmiş onun, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərlərində aşkar edilmiş qurudulmuş marixuanaların tərkiblərinə görə eyni olduğu göstərildiyi ona məlum olmuşdur. Üzərində aşkar edilmiş narkotik vasitəni özü istifadə etməyi üçün saxlamışdır. Həmin narkotik kütlənin onda olmasını Təqsirləndirilən şəxs2 başqa heç kim bilməmiş və o bu barədə heç kimə heç bir söz deməmişdir. Həmçinin narkotik vasitə marixuanadan istifadə etmişdir. Ona qarşı Balakən RPŞ-də hər hansı bir psixi və fiziki təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib, həmin ifadəyə istinadən verdiyi ifadəsində göstərdi ki, Balakən RPŞnin CAB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. 20 yanvar 2023-cü il tarixdə ünvan 5 ünvanında yaşayan Şahid2 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuş, daha sonra həmin məlumat tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunmuş və həmin tarixdə tərəflərindən keçirilən əməliyyat tədbiri zamanı Şahid2 Balakən şəhər ərazisində saxlanılmışdır. Daha sonra özlərini təqdim edərək Balakən RPŞ-nin əməkdaşları olduqlarını bildirmiş və üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu deyərək Şahid2 Balakən RPŞ-nə dəvət etmişlər. Şahid2 da etiraz etmədən onlarla birlikdə Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsinə gəldikdən sonra xidməti otaqların birində Təhqiqat Bölməsinin təhqiqatçısı Vasif Əliyev tərəfindən Balakən rayon Vəkillər Bürosunun siyahısı Şahid2 təqdim edilmiş, sonuncunun vəkillər siyahısından seçdiyi müdafiəçi Məlahət Emçiyeva PŞ-nə dəvət olunmuş və bundan sonra Şahid2 təhqiqatçı Vasif Əliyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Vasif Əliyev tərəfindən Şahid2 hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Şahid2 üzərində hər hansı qeyri-qanuni əşya olub-olmaması barədə sual verilmişdir. Həmin vaxt Şahid2 əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd kağız bükümdə olan narkotik vasitə marixuanaya oxşar kütləni çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmçinin Şahid2 kağız bükümün içərisində olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsini 20 yanvar 2023-cü il tarixdə tanışı Balakən şəhər sakini Həmid adlı şəxsdən 5 manata aldığını bildirmişdir. Şəxsi axtarış zamanı Şahid2 üzərindən digər hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Şahid2 təqdim etdiyi 01 ədəd kağız bükümdə olan narkotik vasitə marixuanaya oxşar kütlə üzərindəki kağız bükümlə birlikdə təhqiqatçı Vasif Əliyev tərəfindən elektron tərəzidə ölçülmüş və ümumi çəkisi 0,41 qram təşkil etmişdir. Bundan sonra Şahid2 təqdim etdiyi 01 ədəd kağız bükümündəki narkotik vasitə marixuanaya oxşar kütlə təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış Balakən RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, polis mayoru Sadiq Vəzirov tərəfindən fasiləsiz olaraq videokamera vasitəsi ilə lentə alınmışdır. Sonda təhqiqatçı Vasif Əliyev tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şahid2 üzərində aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsini 20 yanvar 2023-cü il tarixdə Balakən şəhər sakini Həmid adlı şəxsdən 5 manat müqabilində alması ilə əlaqədar göstərdiyi xüsusatla bağlı keçirilmiş əməliyyat tədbirləri zamanı Şahid2 üzərində aşkar edilmiş narkotik vasitə marixuanaya oxşar kütləni ona ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 satması müəyyən edildiyindən bu barədə həmin məlumat tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunmuş və həmin tarixdə tərəflərindən keçirilən əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs2 Balakən şəhər ərazisində saxlanılmışdır. Daha sonra özlərini təqdim edərək Balakən RPŞ-nin əməkdaşları olduqlarını bildirmiş və üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və satmaqda şübhəli olduğunu deyərək Təqsirləndirilən şəxs2 Balakən RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 da etiraz etmədən onlarla birlikdə Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsinə gəldikdən sonra xidməti otaqların birində Təhqiqat Bölməsinin təhqiqatçısı Vasif Əliyev tərəfindən Balakən rayon Vəkillər Bürosunun siyahısı Təqsirləndirilən şəxs2 təqdim edilmiş, sonuncunun vəkillər siyahısından seçdiyi Müdafiəçi1 PŞ-nə dəvət olunmuş və bundan sonra Təqsirləndirilən şəxs2 təhqiqatçı Vasif Əliyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Vasif Əliyev tərəfindən Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 üzərində hər hansı qeyri-qanuni əşya olub-olmaması barədə sual verilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Həmin kibrit qutusunun içərisində narkotik vasitə marixunaya oxşar bitki kütləsinin olduğu müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 həmin narkotik vasitə marixunaya oxşar bitki kütləsini 20 yanvar 2023-cü il tarixdə Balakən rayon Qabaqçöl qəsəbə sakini Murad adlı şəxsdən 50 manata aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 Şahid2 5 manata narkotik vasitə marixuana satıb-satmadığı barədə sual verilmiş, Təqsirləndirilən şəxs2 da Murad adlı şəxsdən 50 manata narkotik vasitə marixuana aldığını, taksiyə vermək üçün pulu qalmadığına görə həmin narkotik vasitədən Şahid2 verdiyini və taksiyə vermək üçün Şahid2 5 manat götürdüyünü bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 əvvəllər Şahid2la birlikdə narkotik vasitə qəbul etdiklərini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən digər hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuanaya oxşar kütlə kibrit qutusu ilə birlikdə təhqiqatçı Vasif Əliyev tərəfindən elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 8,78 qram təşkil etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuanaya oxşar kütlə təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış Balakən RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, polis mayoru Sadiq Vəzirov tərəfindən fasiləsiz olaraq videokamera vasitəsi ilə lentə alınmışdır. Sonda təhqiqatçı Vasif Əliyev tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 üzərində aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsini 20 yanvar 2023-cü il tarixdə Balakən rayon Qabaqçöl qəsəbəsində yaşayan adlı Murad adlı şəxsdən 50 manat müqabilində alması ilə əlaqədar göstərdiyi xüsusatla bağlı keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs2 qeyd etdiyi Murad adlı şəxsin Balakən rayon Şambul kəndində yaşayan Təqsirləndirilən şəxs3 olduğu müəyyən edilmişdir. Daha sonra bu barədə həmin məlumat tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunmuş və həmin tarixdə tərəflərindən keçirilən əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs3 Balakən rayon Şambul kəndi ərazisində saxlanılmışdır. Daha sonra özlərini təqdim edərək Balakən RPŞ-nin əməkdaşları olduqlarını bildirmiş və üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və satmaqda şübhəli olduğunu deyərək Təqsirləndirilən şəxs3 Balakən RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs3 də etiraz etmədən onlarla birlikdə Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsinə gəldikdən sonra xidməti otaqların birində Təhqiqat Bölməsinin təhqiqatçısı Vasif Əliyev tərəfindən Balakən rayon Vəkillər Bürosunun siyahısı Təqsirləndirilən şəxs3 təqdim edilmiş, sonuncunun vəkillər siyahısından seçdiyi Müdafiəçi2 PŞ-nə dəvət olunmuş və bundan sonra Təqsirləndirilən şəxs3 təhqiqatçı Vasif Əliyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Vasif Əliyev tərəfindən Təqsirləndirilən şəxs3 hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs3 üzərində hər hansı qeyri-qanuni əşya olub-olmaması barədə sual verilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs3 əynindəki göy rəngli cins gödəkçənin sağ yan cibindən 02 ədəd kağız bükümləri çıxarıb təqdim etmişdir. Həmin 02 ədəd kağız bükümlərin içərisində narkotik vasitə marixunaya oxşar bitki kütləsinin olduğu müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs3 həmin narkotik vasitə marixunaya oxşar bitki kütləsini 20 yanvar 2023-cü il tarixdə Balakən rayon Şambul kənd sakini kimi bildiyi Şahin adlı şəxsdən 50 manata aldığını bildirmişdir. Həmçinin də Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 50 manata müqabilində narkotik vasitə satıbsatmadığı barədə sual verilmiş, Təqsirləndirilən şəxs3 də Təqsirləndirilən şəxs2 ona Şahin adlı şəxsdən narkotik vasitə alması üçün 50 manat verdiyini, o isə həmin 50 manata Şahin adlı şəxsdən bir ədəd kibrit qutusunda narkotik vasitə aldığını və həmin kibrit qutusunda olan narkotik vasitədən özü çəkib istifadə etmək üçün üzərindən götürüb iki ədəd kağız bükümlərdə saxladığını, daha sonra isə Şahin adlı şəxsdən Təqsirləndirilən şəxs2 ona verdiyi 50 manata aldığı narkotik vasitəni kibrit qutusunda Təqsirləndirilən şəxs2 verdiyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 üzərindən digər hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs3 təqdim etdiyi 02 ədəd kağız bükümlərdə olan narkotik vasitə marixuanaya oxşar kütlə kağız bükümlərlə birlikdə təhqiqatçı Vasif Əliyev tərəfindən elektron tərəzidə çəkilmiş və ümumi çəkiləri 1,30 qram təşkil etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi 02 ədəd kağız bükümlərdə olan narkotik vasitə marixuanaya oxşar kütlə təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış Balakən RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, polis mayoru Sadiq Vəzirov tərəfindən fasiləsiz olaraq videokamera vasitəsi ilə lentə alınmışdır. Sonda təhqiqatçı Vasif Əliyev tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bildirir ki, saxlanılarkən Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməmişdir. Təxmini yadındadır ki, Təqsirləndirilən şəxs2 qaçmağa cəhd göstərmişdir. İbtidai istintaqda dediyini təsdiq edir. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 heç bir fiziki və psixi təsir olmamışdır. Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən xəsarət yetirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqdakı ifadəsini təsdiq edib, həmin ifadəyə istinadən verdiyi ifadəsində göstərdi ki, Balakən RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində çalışır və polis baş serjantı rütbəsini daşıyır. 20 yanvar 2023-cü il tarixdə ünvan 5 ünvanında yaşayan Şahid2 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuş, daha sonra həmin məlumat Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən raportla RPŞnin rəhbərliyinə məruzə olunmuş və həmin tarixdə tərəflərindən keçirilən əməliyyat tədbiri zamanı Şahid2 Balakən şəhər ərazisində saxlanılmışdır. Daha sonra özlərini təqdim edərək Balakən RPŞ-nin əməkdaşları olduqlarını bildirmiş və üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu deyərək Şahid2 Balakən RPŞ-nə dəvət etmişlər. Şahid2 da etiraz etmədən onlarla birlikdə Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsinə gəldikdən sonra xidməti otaqların birində Təhqiqat Bölməsinin təhqiqatçısı Vasif Əliyev tərəfindən Balakən rayon Vəkillər Bürosunun siyahısı Şahid2 təqdim edilmiş, sonuncunun vəkillər siyahısından seçdiyi müdafiəçi Məlahət Emçiyeva PŞnə dəvət olunmuş və bundan sonra Şahid2 təhqiqatçı Vasif Əliyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Vasif Əliyev tərəfindən Şahid2 hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Şahid2 üzərində hər hansı qeyri-qanuni əşya olub-olmaması barədə sual verilmişdir. Həmin vaxt Şahid2 əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd kağız bükümdə olan narkotik vasitə marixuanaya oxşar kütləni çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmçinin Şahid2 kağız bükümün içərisində olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsini 20 yanvar 2023-cü il tarixdə tanışı Balakən şəhər sakini Həmid adlı şəxsdən 5 manata aldığını bildirmişdir. Şəxsi axtarış zamanı Şahid2 üzərindən digər hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilmədi. Daha sonra Şahid2 təqdim etdiyi 01 ədəd kağız bükümdə olan narkotik vasitə marixuanaya oxşar kütlə üzərindəki kağız bükümlə birlikdə təhqiqatçı Vasif Əliyev tərəfindən elektron tərəzidə ölçülmüş və ümumi çəkisi 0,41 qram təşkil etmişdir. Bundan sonra Şahid2 təqdim etdiyi 01 ədəd kağız bükümündəki narkotik vasitə marixuanaya oxşar kütlə təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış Balakən RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, polis mayoru Sadiq Vəzirov tərəfindən fasiləsiz olaraq videokamera vasitəsi ilə lentə alınmışdır. Sonda təhqiqatçı Vasif Əliyev tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şahid2 üzərində aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsini 20 yanvar 2023-cü il tarixdə Balakən şəhər sakini Həmid adlı şəxsdən 5 manat müqabilində alması ilə əlaqədar göstərdiyi xüsusatla bağlı keçirilmiş əməliyyat tədbirləri zamanı Şahid2 üzərində aşkar edilmiş narkotik vasitə marixuanaya oxşar kütləni ona ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 satması müəyyən edildiyindən bu barədə həmin məlumat Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunmuş və həmin tarixdə tərəflərindən keçirilən əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs2 Balakən şəhər ərazisində saxlanılmışdır. Daha sonra özlərini Təqsirləndirilən şəxs2 təqdim edərək Balakən RPŞ-nin əməkdaşları olduqlarını bildirmiş və üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və satmaqda şübhəli olduğunu deyərək Təqsirləndirilən şəxs2 Balakən RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 da etiraz etmədən onlarla birlikdə Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsinə gəldikdən sonra xidməti otaqların birində Təhqiqat Bölməsinin təhqiqatçısı Vasif Əliyev tərəfindən Balakən rayon Vəkillər Bürosunun siyahısı Təqsirləndirilən şəxs2 təqdim edilmiş, sonuncunun vəkillər siyahısından seçdiyi Müdafiəçi1 PŞ-nə dəvət olunmuş və bundan sonra Təqsirləndirilən şəxs2 təhqiqatçı Vasif Əliyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Vasif Əliyev tərəfindən Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 üzərində hər hansı qeyri-qanuni əşya olub-olmaması barədə sual verilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Həmin kibrit qutusunun içərisində narkotik vasitə marixunaya oxşar bitki kütləsinin olduğu müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 narkotik vasitə marixunaya oxşar bitki kütləsini 20 yanvar 2023-cü il tarixdə Balakən rayon Qabaqçöl qəsəbə sakini Murad adlı şəxsdən 50 manata aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 Şahid2 5 manata narkotik vasitə marixuana satıb-satmadığı barədə sual verilmiş, Təqsirləndirilən şəxs2 da Murad adlı şəxsdən 50 manata narkotik vasitə marixuana aldığını, taksiyə vermək üçün pulu qalmadığına görə həmin narkotik vasitədən Şahid2 verdiyini və taksiyə vermək üçün Şahid2 5 manat götürdüyünü bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 əvvəllər Şahid2la birlikdə narkotik vasitə qəbul etdiklərini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən digər hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuanaya oxşar kütlə kibrit qutusu ilə birlikdə təhqiqatçı Vasif Əliyev tərəfindən elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 8,78 qram təşkil etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuanaya oxşar kütlə təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış Balakən RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, polis mayoru Sadiq Vəzirov tərəfindən fasiləsiz olaraq videokamera vasitəsi ilə lentə alınmışdır. Sonda təhqiqatçı Vasif Əliyev tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 üzərində aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsini 20 yanvar 2023-cü il tarixdə Balakən rayon Qabaqçöl qəsəbəsində yaşayan adlı Murad adlı şəxsdən 50 manat müqabilində alması ilə əlaqədar göstərdiyi xüsusatla bağlı keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs2 qeyd etdiyi Murad adlı şəxsin Balakən rayon Şambul kəndində yaşayan Təqsirləndirilən şəxs3 olduğu müəyyən edilmişdir. Daha sonra bu barədə həmin məlumat Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunmuş və həmin tarixdə tərəflərindən keçirilən əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs3 Balakən rayon Şambul kəndi ərazisində saxlanılmışdır. Daha sonra Təqsirləndirilən şəxs3 özlərini təqdim edərək Balakən RPŞ-nin əməkdaşları olduqlarını bildirmiş və üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və satmaqda şübhəli olduğunu deyərək Təqsirləndirilən şəxs3 Balakən RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs3 də etiraz etmədən onlarla birlikdə Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsinə gəldikdən sonra xidməti otaqların birində Təhqiqat Bölməsinin təhqiqatçısı Vasif Əliyev tərəfindən Balakən rayon Vəkillər Bürosunun siyahısı Təqsirləndirilən şəxs3 təqdim edilmiş, sonuncunun vəkillər siyahısından seçdiyi Müdafiəçi2 PŞ-nə dəvət olunmuş və bundan sonra Təqsirləndirilən şəxs3 təhqiqatçı Vasif Əliyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Vasif Əliyev tərəfindən Təqsirləndirilən şəxs3 hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs3 üzərində hər hansı qeyri-qanuni əşya olub-olmaması barədə sual verilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs3 əynindəki göy rəngli cins gödəkçənin sağ yan cibindən 02 ədəd kağız bükümləri çıxarıb təqdim etmişdir. Həmin 02 ədəd kağız bükümlərin içərisində narkotik vasitə marixunaya oxşar bitki kütləsinin olduğu müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs3 narkotik vasitə marixunaya oxşar bitki kütləsini 20 yanvar 2023-cü il tarixdə Balakən rayon Şambul kənd sakini kimi bildiyi Şahin adlı şəxsdən 50 manata aldığını bildirmişdir. Həmçinin də Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 50 manat müqabilində narkotik vasitə satıbsatmadığı barədə sual verilmiş, Təqsirləndirilən şəxs3 də Təqsirləndirilən şəxs2 ona Şahin adlı şəxsdən narkotik vasitə alması üçün 50 manat verdiyini, o isə həmin 50 manata Şahin adlı şəxsdən bir ədəd kibrit qutusunda narkotik vasitə aldığını və həmin kibrit qutusunda olan narkotik vasitədən özü çəkib istifadə etmək üçün üzərindən götürüb iki ədəd kağız bükümlərdə saxladığını, daha sonra isə Şahin adlı şəxsdən Təqsirləndirilən şəxs2 ona verdiyi 50 manata aldığı narkotik vasitəni kibrit qutusunda Təqsirləndirilən şəxs2 verdiyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 üzərindən digər hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilmədi. Daha sonra Təqsirləndirilən şəxs3 təqdim etdiyi 02 ədəd kağız bükümlərdə olan narkotik vasitə marixuanaya oxşar kütlə kağız bükümlərlə birlikdə təhqiqatçı Vasif Əliyev tərəfindən elektron tərəzidə çəkilmiş və ümumi çəkiləri 1,30 qram təşkil etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 təqdim etdiyi 02 ədəd kağız bükümlərdə olan narkotik vasitə marixuanaya oxşar kütlə təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış Balakən RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, polis mayoru Sadiq Vəzirov tərəfindən fasiləsiz olaraq videokamera vasitəsi ilə lentə alınmışdır. Sonda təhqiqatçı Vasif Əliyev tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. 26 yanvar 2023-cü il tarixdə Balakən rayon Mahamalar kəndində yaşayan Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, daha sonra həmin məlumat Balakən RPŞ-nin CAB-nin əməliyyat baş müvəkkili Şahid4 tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunmuş və həmin tarixdə tərəflərindən keçirilən əməliyyat tədbiri zamanı Babayev X18 rayon Mahamalar kəndi ərazisində saxlanılmışdır. Daha sonra özlərini təqdim edərək Balakən RPŞ-nin əməkdaşları olduqlarını bildirmiş və üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyərək Təqsirləndirilən şəxs1 Balakən RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 də etiraz etmədən onlarla birlikdə Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsinə gəldikdən sonra xidməti otaqların birində Təhqiqat Bölməsinin təhqiqatçısı Zaur Xəlilov tərəfindən Balakən rayon Vəkillər Bürosunun siyahısı Təqsirləndirilən şəxs1 təqdim edilmiş, sonuncunun vəkillər siyahısından seçdiyi Müdafiəçi3 PŞ-nə dəvət olunmuş və bundan sonra təhqiqatçı Zaur Xəlilov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Zaur Xəlilov tərəfindən Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 üzərində hər hansı qeyri-qanuni əşya olub-olmaması barədə sual verilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 əynindəki qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuanaya oxşar kütləni çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir.Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuanaya oxşar kütlə kibrit qutusu ilə birlikdə təhqiqatçı Zaur Xəlilov tərəfindən elektron tərəzidə ölçülmüş və ümumi çəkisi 8,40 qram təşkil etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd kibrit qutusundakı narkotik vasitə marixuanaya oxşar kütlə təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış Balakən RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, polis mayoru Sadiq Vəzirov tərəfindən fasiləsiz olaraq videokamera vasitəsi ilə lentə alınmışdır. Sonda təhqiqatçı Vasif Əliyev tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 polis şöbəsinə Şahid1 və onun tərəfindən aparılmışdır. Təqsirləndirilən şəxs2 fiziki və psixi təsir göstərilməmiş, polis əməkdaşları Həmidi döyməmişdir. Prokurorluqda verdiyi izahatı yadında deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaqdakı ifadəsini təsdiq edib, həmin ifadəyə istinadən verdiyi ifadəsində göstərdi ki, Balakən RPŞ-nin CABnin baş əməliyyat müvəkkili vəzifəsində çalışır. 26 yanvar 2023-cü il tarixdə Balakən rayon Mahamalar kəndində yaşayan Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, daha sonra həmin məlumat tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunmuş və həmin tarixdə tərəflərindən keçirilən əməliyyat tədbiri zamanı Babayev X18 rayon Mahamalar kəndi ərazisində saxlanılmışdır. Daha sonra özlərini təqdim edərək Balakən RPŞ-nin əməkdaşları olduqlarını bildirmiş və üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyərək Təqsirləndirilən şəxs1 Balakən RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 də etiraz etmədən onlarla birlikdə Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsinə gəldikdən sonra xidməti otaqların birində Təhqiqat Bölməsinin təhqiqatçısı Zaur Xəlilov tərəfindən Balakən rayon Vəkillər Bürosunun siyahısı Təqsirləndirilən şəxs1 təqdim edilmiş, sonuncunun vəkillər siyahısından seçdiyi Müdafiəçi3 PŞ-nə dəvət olunmuş və bundan sonra təhqiqatçı Zaur Xəlilov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Zaur Xəlilov tərəfindən Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 üzərində hər hansı qeyri-qanuni əşya olub-olmaması barədə sual verilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 əynindəki qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuanaya oxşar kütləni çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuanaya oxşar kütlə kibrit qutusu ilə birlikdə təhqiqatçı Zaur Xəlilov tərəfindən elektron tərəzidə ölçülmüş və ümumi çəkisi 8,40 qram təşkil etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd kibrit qutusundakı narkotik vasitə marixuanaya oxşar kütlə təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış Balakən RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, polis mayoru Sadiq Vəzirov tərəfindən fasiləsiz olaraq videokamera vasitəsi ilə lentə alınmışdır. Sonda təhqiqatçı Vasif Əliyev tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışddır. Təqsirləndirilən şəxs2 fiziki və psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 da Şahid4 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 2023-cü il yanvar ayının 20-i Həmid onu taksi sürücüsü kimi çağırmış və qozunu satmaq üçün onu bazara aparmasını xahiş etmişdir. Həmid taksini saxlatdırıb kiminləsə telefonla danışmış, sonra əsəbi halda maşına oturub Şahin barədə xoşəgəlməz sözlər deməyə başlamışdır. Həmid qozu 110 və yaxud 108 manat satmışdır. Həmid Şahindən narkotik vasitə istədiyini, Şahin başqalarına narkotik verdiyi halda ona vermədiyini, ona görə də ondan narazı olduğunu demişdir. Qozu satıb birbaşa kəndə getmişlər. Murad ona zəng edəndə dedi ki, Şahinin bildirdiyinə görə Həmid polisin adamıdır. O, Həmidi evə düşürəndə Həmid ev üçün kərpic alacağını bildirdi. Şahinlə Həmidin uzaqdan görüşməyini bilmiş, amma nə danışdıqlarını eşitməmişdir. Muradla Həmid bir-birini tanıyırlar. Muradı çağırmağını Həmid istəmişdir. Həmid Murada 50 manat pul vermiş, bunun qarşılığında da Murad 1 spiçka korobkası narkotik vasitə alıb gətirmişdir. Həmin vaxt Həmid çəkmək üçün narkotik hazırladı. Ona da təklif etdilər, o da bir-iki tüstü narkotik çəkmişdir. Spiçka qutusu tam dolu idi. Çəkmək üçün bir dırnaq boyda narkotik düzəltmişlər. Həmidin dediyindən eşitmişdir ki, narkotiki xırda-xırda bükümlərdə satacaqdır. Çəkdikdən sonra qalan narkotiki Həmid götürmüşdür. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə ünvan 6 ünvanında yaşayır. Evlidir. Psixi xəstəliklər keçirməmişdir. İdarə etdiyi Vaz 2106 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, tanıyır. Həmidlə aralarında heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 20 yanvar 2023-cü il tarixdə səhər saat təxminən 11 radələrində Təqsirləndirilən şəxs2 onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng edərək qoz satmaq üçün Balakən bazarına gedəcəyini və yaşadığı ünvana gəlməyini ondan xahiş etmişdir. Daha sonra o, idarə etdiyi Vaz 2106 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Təqsirləndirilən şəxs2 Balakən şəhərində yaşadığı evin qarşısına getmişdir. O, Təqsirləndirilən şəxs2 yaşadığı evin qarşısına çatdıqda Həmid yaşadığı evin həyətindən yola çıxmışdır. Daha sonra o da idarə etdiyi avtomobildən yerə düşmüş, birlikdə bir kisədə olan qozu avtomobilin yük hissəsinə qoymuş və sonra Balakən bazarına gəlmişlər. Balakən bazarında Həmid qozu 108 manata satmışdır. Bundan sonra yolda avtomobillə gələrkən Həmid ona narkotik vasitə marixuana çəkmək istədiyini bildirmişdir. Daha sonra Həmid özünün qohumu olan, Şahin adlı şəxsin narkotik vasitə marixuana satdığını və narkotik vasitə marixuana almaq üçün qohumu Şahinə zəng edəcəyini deyərək mobil telefonu ilə Şahin adlı şəxsin mobil telefonuna zəng etmiş və Şahinə görüşmək istədiyini bildirmişdir. Şahin də Həmidə yaşadığı kənddə olduğunu və yaşadığı ünvana gəlməsini demişdir. Bundan sonra Həmid ondan avtomobili qohumu Şahin adlı şəxsin yaşadığı Balakən rayon Mahamalar kəndinə sürməsini xahiş etmişdir. Həmçinin Həmid onun avtomobilinə 5 manatlıq yanacaq da vurmuşdur. Daha sonra o, idarə etiyi avtomobili Balakən rayon Mahamalar kəndinə sürmüşdür. Mahamalar kəndində Həmid yolun kənarında olan ərzaq mağazasının yanında ona avtomobili saxlamağını demişdir. Daha sonra isə avtomobildən düşərək oradakı mağazaya girmişdir. Həmin mağazanın Şahinin mağazası olduğunu bildirmişdir. Mağazadan siqaret alıb çıxdıqdan sonra isə Həmid mobil telefonla danışaraq irəliyə doğru piyada getməyə başlamışdır. O isə idarə etdiyi avtomibilində oturmuşdur. Daha sonra isə Şahin adlı şəxs yola çıxmışdır. Şahin Həmidlə birlikdə söhbət edərək mağazaya tərəf gəlmişlər. Həmidlə Şahin təxminən 20 dəqiqə söbhət etmişlər. Daha sonra Şahin mağazaya getmişdir. Həmid isə onun idarə etdiyi avtomobilə əyləşərək avtomobili sürməyini demişdir. O, avtomobili idarə edib bir az yol getdikdən sonra Həmid Şahinin narkotik vasitə marixuana satmadığını demişdir. O, bir qədər avtomobillə hərəkət etdikdən sonra onun Balakən rayon Şambul kəndində yaşayan bibisi oğlu Təqsirləndirilən şəxs3 öz istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsinə zəng etmişdir. Murad onunla hal-əhval tutduqdan sonra isə Həmidin Şahinin yanına gedərək narkotik vasitə marixuana almaq istədiyini, Şahinin isə Həmidə narkotik vasitə marixuana satmadığını, həmçinin Həmidin “polislərin iş verəni” olduğunu ona bildirmişdir. Daha sonra Həmid onun Muradla danışdığını bilmiş və ondan Muradla danışmaq üçün telefonu özünə verməyini xahiş etmişdir. O da Murada Həmid danışmaq istədiyini bildirirək telefonu Həmidə vermişdir. Həmid mobil telefonda Muradla danışdıqdan sonra Murada Şahindən narkotik vasitə marixuana almasını xahiş etmişdir. Daha sonra isə telefonu söndürmüşdür. Həmid telefonu ona vermiş və Murad özünə 5 dəqiqə gözləməsini və Şahinlə danışacağını demişdir. Təxminən 5 dəqiqədən sonra Həmid Muradla telefonla danışmış, lakin ikinci danışıq zamanı Muradla Həmidin hansı telefon vasitəsi ilə zəng etdikləri onun yadında qalmamışdır. Həmid ya onun ya özünün telefonu ilə Murada zəng etmiş, yaxud da Murad öz mobil telefonu ilə ya ona ya da Həmidə zəng etmişdir. Muradla Həmid telefon vasitəsi ilə danışdıqdan sonra Həmid ona Muradın işlədiyi alma bağının yaxınlığından yoldan özünü götürməklərini və Şahindən narkotik vasitə alacağını dediyini bildirmişdir. Daha sonra Həmid ona idarə etdiyi avtomobili Balakən rayon Şambul kəndi istiqamətinə sürməyini xahiş etmişdir. O da idarə etdiyi avtomobili Balakən rayon Şambul kəndi istiqamətinə sürmüşdür. Həmid Balakən rayon Qabaqçöl qəsəbəsində olan yanacaq doldurma məntəqəsindən onun avtomobilinə 5 manatlıq yanacaq vurmuşdur. Daha sonra Şambul kəndi ərazisinə gedərək oradan Muradı götürmüşlər. Onlar yolla gələrkən X32 narkotik vasitə marixuana alması üçün 50 manat məbləğində pul vermişdir. Daha sonra onlar Şahinin yaşadığı Balakən rayon Mahamalar kəndinə gəlmişlər. O, avtomobili Şahinin yaşadığı evdən təxminən 200 metr aralı məsafədə saxlamışdır. Daha sonra Murad avtomobildən düşüb getmişdir. Təxminən 15-20 dəqiqədən sonra Murad geri qayıtmış və avtomobilə minmişdir. Murad Şahindən 50 manata bir kibrit qutusunda narkotik vasitə marixuana aldığını bildirmiş və bir kibrit qutusunda olan narkotik vasitə marixuananı Həmidə vermişdir. Onlar bir qədər avtomobildə yol gəldikdən sonra Balakən rayon Sarıbulaq kəndi ərazisində kolluq sahə olan yerə çatdıqda Həmid ondan avtomobilini kolluq sahəyə yaxın sürməyini və marixuana çəkmək istədiyini demişdir. O, avtomobili kolluq sahəyə sürmüşdür. Daha sonra hər üçü, yəni o, Murad və Həmid avtomobildən düşmüşlər. Həmid üzərində olan, yəni Muradın Şahindən 50 manata aldığı bir kibrit qutusunda olan narkotik vasitə marixuananı cibindən çıxardaraq həmin narkotik vasitə marixuananın bir hissəsini bir ədəd papirosun tütününü boşaldaraq tütünlə marixuananı qarışdırıb geri papirosun içərisinə doldurmuşdur. Kibrit qutusunu isə içərisində olan narkotik vasitə marixuana ilə birlikdə cibinə qoymuşdur. Daha sonra papirosu alışqan vasitəsi ilə yandırmış və onlar birlikdə marixuana qəbul etmişlər. Sonra avtomobilə əyləşib Balakən rayon Şambul kəndinə gələrək orada Muradı avtomobildən düşürüb geri Balakən şəhərinə qayıtmışlar. Yolla gələrkən Həmid ona əlavə olaraq pul əldə etmək üçün kibrit qutusunda olan narkotik vasitə marixuananı bir dəfəlik istifadə halında kiçik kağız bükümlərə yığaraq 5 manatdan satacağını və beləcə daha artıq pul əldə edəcəyini bildirmişdir. Daha sonra o, Həmidi yaşadığı evin qarşısına aparmışdır. Həmid onun avtomobilindən düşərkən axşam yaşadığı evə kərpic gələcəyini, buna görə də həmin kərpici boşaltmaq üçün özünə kömək lazım olduğunu və ona kərpici boşaltmaq üçün kömək etməyi üçün gəlməyini xahiş etmişdir. O da Həmidə zəng etməsini və kərpic boşaltmağa kömək edəcəyini bildirmişdir. Bundan sonra Həmid yaşadığı evə getmişdir. Həmin gündən sonra isə o, Həmidi görməmişdir. O, əvvəllər dəfələrlə Həmidlə birlikdə narkotik vasitə marixuana qəbul etmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Həmidə heç vaxt narkotik vasitə marixuana satmamışdır. Ancaq Həmidlə birlikdə narkotik vasitə marixuana istifadə etmişlər. Lakin ondan heç vaxt narkotik vasitə marixuana almamışdır. Narkotik vasitə marixuana isə Həmiddə olmuşdur. O, Həmidə nə Şahindən nə də Muaraddan narkotik vasitə almasını deməmişdir. Nə də Muraddan xahiş etməmişdir ki, Şahindən narkotik vasitə marixuana alsın. Həmid özü narkotik vasitə marixuana almaq üçün özü Şahinə zəng etmiş, həmçinin Muraddan da Şahindən narkotik vasitə marixuana almasını xahiş etmiş və Şahindən narkotik vasitə marixuana alması üçün 50 manat Murada pul vermiş, Murad isə narkotik vasitəni Şahindən almışdır. Həmçinin Həmid onlarla birlikdə getmiş, avtomobildə onlarla birlikdə olmuş, lakin o, avtomobili kənarda saxladığı üçün Şahin onu və Həmidi görməmişdir. Murad özü gedib Həmidin verdiyi 50 manata Şahindən narkotik vasitə marixuana almışdır. Onlar, yəni o, Murad və Həmid birlikdə narkotik vasitə marixuana qəbul etmişlər. Lakin narkotik vasitə marixuana kibrit qutusunda Həmidin üzərində olmuş və narkotik vasitə marixuananı Həmid papirosa doldurmuşdur. Həmçinin Həmid nə ona nə də Murada narkotik vasitə marixuana verməmişdir. Papirosa narkotik vasitə marixuana doldurduqdan sonra marixuananın geri qalan hissəsini kibrit qutusu ilə birlikdə öz cibinə qoymuş, həmçinin yolda ona həmin kibrit qutusunda olan narkotik vasitə marixuananı kağız bükümlərə ayırıb hissə hissə 5 manatdan satacağını da bildirmişdir. O, əvvəllər Təqsirləndirilən şəxs1 tanımamışdır. O, əvvəllər kağız bükümdə Həmiddən dəfələrlə 5 manata bir dəfə istifadəyə yetdik olan narkotik vasitə marixuana almışdır. Həmçinin də Həmidlə birlikdə narkotik vasitə marixuana qəbul etmişdir. O, heç vaxt Muraddan narkotik vasitə almamışdır. Lakin Murad narkotik vasitə marixuana qəbul edir və Muradla birlikdə əvvəllər bir neçə dəfə narkotik vasitə marixuana qəbul etmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Narkotik vasitə marixuana olduqda qəbul etmiş, lakin mütəmadi olaraq narkotik vasitə marixuana qəbul etməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 anasıdır. 20 yanvar 2023-cü il tarixdə o, qızıgilə getmişdir. Axşam saat 18-19 radələrində evə gəlmiş, qapılar açıq olmuş, evdə heç kim olmamışdır. Həmidin yoldaşı da anasıgilə getmişdir. Axşam polisdən zəng gəldi, dedilər ki, Həmidi tutmuşlar. 2-3 gün sonra Həmid evə gəlmiş və tanınmaz vəziyyətdə olmuşdur. Həmidə dedilər ki, şikayət etsin. Onlar prokurorluğa getmiş, oradan onları geri qaytarmışlar. Oğlu Həmidin narkotik vasitə istifadə etdiyini bilməmişdir. Şahid1 onların evinə gəlmişdir, uzaq qohumu kimi onu tanıyır. O, evə daxil olmaq istəyərək Həmidi çağırmasını, ona söz deyəcəyini bildirmiş, pilləkənlərə kimi çıxmışdır. Onu polis şöbəsinə aparmaq istədi, o da getmədi. Prokurorluqda izahatı alınmamışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərimşdir ki, Təqsirləndirilən şəxs2 arvadıdır. 20 yanvar 2023-cü il tarixdə saat 17-də yoldaşı Həmid onu atasıgilə yola salmışdır. O, gedəndə Həmiddə heç bir xəsarət olmamışdır. Axşam evə zəng edib dedilər ki, Həmidi tutmuşlar. 2-3 gün sonra Həmid evə gələndə onda xəsarətlər var idi. Bakıya prokuroruğa şikayət etmək üçün getmişlər. 23 yanvar 2023-cü il tarixdə Həmid evə gələndə 13 radələri olardı. Həmin gün axşam saat 16-17 arası Bakıya çxmışlar. Onlar Bakıya gedəndən sonra evə gəlib qaynanasına təzyiqlər etməyə başlamışlar. Ona görə də geri qayıtmışlar. Həmidin narkotikdən istifadə etməsi ilə bağlı heç nə bilmir. 2019-cu ildə Həmidin tutulduğunu bilmişdir. Evdə hamam tikmək üçün kərpic almalı idilər. Qaynanası zəng edib Elnurun gəldiyini, təzyiqlər etdiyini və onların evə qayıtmasını bildirmişdir. Sonrakı bir il ərzində polis əməkdaşları onların evinə gəlməmiş, onlara hədə-qorxu gəlməmiş, bu barədə görməmiş və eşitməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 bacısıdır. 20 yanvar 2023-cü il oğlunun ad günü olduğu üçün anasıgil onlarda olmuşlar. Sonra anasıgil evə qayıdandan sonra Həmidin tutulmasını bildirmişlər. 3 gün sonra anası ona zəng edib evlərinə çağırmışdır. Evə gələndə Həmidin xəsarətlər aldığını görmüşdür. Özünə məxsus telefonla bu xəsarətlərin şəklini çəkmişdir. 23 yanvar 2023-cü il tarixdə Həmidgil Bakıya getmişlər. 23 yanvar 2023-cü il tarixdə anası demişdir ki, polislər gəlib evdə onları incidirlər. Qardaşı Həmidin narkotik istifadə etməsini bilməmişdir. Həmid ona demişdir ki, narkotik satışını boynuna qoymaq üçün ona işgəncə vermişlər. Bir il ərzində polis tərəfindən ailələrinə hədə-qorxu gəlinməsi barədə bilmir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Balakən RPŞ-nin İB-nin müstəntiqi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs2 ifadə alınan zaman heç bir əməliyyatçı ona təzyiq etməmişdir. O, heç vaxt təqsirləndirilən şəxslərə məcburi qaydada nə isə yazdırmır. O, Təqsirləndirilən şəxs2 ona hər hansı fiziki və psixi təsirin göstərilib-göstərilmədiyini, hər hansı xəsarətin olub-olmadığını soruşmuş, olduğu təqdirdə ona bildirməsini xahiş etmişdir. O, Təqsirləndirilən şəxs2 hər hansı xəsarət görməmişdir. Onun yanında ifadəsi alınarkən başqa heç kim olmamışdır. Təqsirləndirilən şəxs2 ifadəsi müdafiəçinin iştirakı ilə alınmış, müdafiəçinin iştirakı təmin edilmiş, Təqsirləndirilən şəxs2la Şahid2 üzləşdirilmiş və bu barədə protokol tərtib edilmişdir. İfadəsi alınarkən əməliyyatçı Şahid4 tərəfindən Təqsirləndirilən şəxs2 başına telefonla vurulmamışdır. Təqsirləndirilən şəxs2 ifadəsini özü oxumuş və imzalamışdır. Dindiriləndə Təqsirləndirilən şəxs2 ona fiziki və psixi təsirlə bağlı heç nə bildirməmişdir. İş materiallarında olan 20 yanvar 2023-cü il tarixli şübhəli şəxsi tutma protokolundan, 22 yanvar 2023-cü il tarixli qərardan və 22 yanvar 2023-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs2 20 yanvar 2023-cü il tarixdə saat 20.25-də şübhəli şəxs qismində tutulmuş və o, 22 yanvar 2023-cü il tarixdə saat 20.25-də Balakən RPŞ-nin MSY-dən azad edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 20 yanvar 2023-cü il tarixli şübhəli şəxsi tutma protokolundan, 22 yanvar 2023-cü il tarixli qərardan və 22 yanvar 2023-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs3 Mardaliyeviç 20 yanvar 2023-cü il tarixdə saat 22.40-da şübhəli şəxs qismində tutulmuş və o, 22 yanvar 2023-cü il tarixdə saat 22.45-də Balakən RPŞ-nin MSY-dən azad edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 26 yanvar 2023-cü il tarixli şübhəli şəxsi tutma protokolundan, 28 yanvar 2023-cü il tarixli qərardan və 28 yanvar 2023-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs1 26 yanvar 2023-cü il tarixdə saat 19.30-da şübhəli şəxs qismində tutulmuş və o, 28 yanvar 2023-cü il tarixdə saat 19:30-da Balakən RPŞ-nin MSY-dən azad edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 20 yanvar 2023-cü il tarixli “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, şəxsi axtarış həmin tarixdə saat 18:30dən saat 19:05-dək olan müddət ərzində qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğundan dəvət edilərək Balakən RPŞ-yə gətirilmiş Balakən şəhər sakini Şahid2 üzərində aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Şahid2 Balakən rayon Vəkil Bürosunun adlı siyahısından seçdiyi vəkil X4 və digər iştirakçıların iştirakı ilə hüquq və vəzifələri izah edilmiş və şübhəli şəxs qismində tutulduğu bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Şahid2 üzərində narkotik vasitə və ya başqa qanunla qadağan edilmiş vasitə, kütlə olub olmaması soruşulmuş, Şahid2 da əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibində saxladığı bir ədəd kağız bükümü çıxarıb təqdim etmiş və həmin bükümün içərisindəki kütlənin marixuana olduğunu bildirmişdir. Daha sonra Şahid2 təqdim etdiyi bir ədəd kağız bükümün içərisindəki qurudulmuş marixuanaya oxşar kütləni haradan əldə etdiyi soruşulmuş, Şahid2 da həmin kütləni xx.xx.2023-cü il tarixdə Balakən şəhər sakini olan Həmid adlı şəxsdən 5 manata aldığını bildirmişdir. Daha sonra Şahid2 üzərində aşkar edilmiş bir ədəd kağız büküm içərisindəki qurudulmuş marixuanaya oxşar kütlə ilə birlikdə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 0,41 qram təşkil etmişdir. Həmin bir ədəd kağız büküm bir ədəd kağız zərfdə qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şahid2 üzərində başqa hər hansı qanunla qadağan edilən vasitə, kütlə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Şahid2 ona qarşı Balakən RPŞ-də hər hansı fiziki və ya psixi təsir göstərilib-gəstərilmədiyi soruşulmuş, Şahid2 da belə bir halın olmadığını bilmişdir. Keçilrilmiş şəxsi axtarış Balakən RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti, polis mayoru X24 tərəfindən video kamera vasitəsi ilə qeydə alınmış və həmin video görüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Şəxsi axtarış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, əlavə hər hansı şikayət və ya vəsatət daxil olmadığından protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında 20 yanvar 2023-cü il tarixli şübhəli şəxs Şahid2 üzərində şəxsi axtarış aparılması barədə videogörüntülər əks olunmuş 01 ədəd DVD diskinə baxış keçirilmiş və həmin videogörüntülərlə 20 yanvar 2023-cü il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokolda qeyd olunanların təsdiq olunduğu müəyyən olunmuşdur. İş materiallarında olan 20 yanvar 2023-cü il tarixli “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, şəxsi axtarış həmin tarixdə saat 20:40dən saat 21:20-dək olan müddət ərzində qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda və satmaqda şübhəli olduğundan Balakən RPŞ-yə gətirilmiş Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 üzərində aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs2 Balakən rayon Vəkil Bürosunun adlı siyahısından seçdiyi vəkil Müdafiəçi1 və digər iştirakçıların iştirakı ilə hüquq və vəzifələri elan edilmiş və şübhəli şəxs qismində tutulduğu bildirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins şalvarın sağ yan cibində içərisində qurudulmuş marixuanaya oxşar kütlə olan bir ədəd kibrit qutusu aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 həmin kütləni haradan əldə etdiyi soruşulmuş, Təqsirləndirilən şəxs2 da həmin kütləni xx.xx.2023-cü il tarixdə Balakən rayonu Qabaqçöl kənd sakini Murad adlı şəxsdən 50 manata aldığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 Balakən şəhər sakini Şahid2 5 manat qarşılığında narkotik vasitə satıb-satmadığı soruşulmuş, Təqsirləndirilən şəxs2 da Murad adlı şəxsdən narkotik vasitə aldığında pulu qalmadığını və Şahid2 narkotik vasitəni verdiyində taksiyə verməsi üçün sonuncudan 5 manat götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs2 həmçinin əvvəllər Şahid2 ilə birlikdə narkotik vasitə qəbul etdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərində aşkar edilmiş bir ədəd kibrit qutusu içərisindəki qurudulmuş marixuanaya oxşar kütlə ilə birlikdə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 8,78 qram təşkil etmişdir. Həmin bir ədəd kibrit qutusu bir ədəd kağız zərfdə qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində başqa qanunla qadağan edilən əşya, vasitə və kütlə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 ona qarşı Balakən RPŞ-də hər hansı fiziki və ya psixi təsir göstərilib-gəstərilmədiyi soruşulmuş, Təqsirləndirilən şəxs2 da belə bir halın olmadığını bilmişdir. Keçilrilmiş şəxsi axtarış Balakən RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti, polis mayoru X24 tərəfindən video kamera vasitəsi ilə qeydə alınmış və həmin video görüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Şəxsi axtarış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, əlavə hər hansı şikayət və ya vəsatət daxil olmadığından protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında 20 yanvar 2023-cü il tarixli şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılması barədə videogörüntülər əks olunmuş 01 ədəd DVD diskinə baxış keçirilmiş və həmin videogörüntülərlə 20 yanvar 2023-cü il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokolda qeyd olunanların təsdiq olunduğu müəyyən olunmuşdur. İş materiallarında olan 20 yanvar 2023-cü il tarixli “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, şəxsi axtarış həmin tarixdə saat 22:50dən saat 23:30-dək olan müddət ərzində qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda və satmaqda şübhəli olduğundan Balakən RPŞ-yə gətirilmiş ünvan 9ində yaşayan Təqsirləndirilən şəxs3 üzərində aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs3 Balakən rayon Vəkil Bürosunun adlı siyahısından seçdiyi vəkil Müdafiəçi2 və digər iştirakçıların iştirakı ilə hüquq və vəzifələri elan edilmiş və şübhəli şəxs qismində tutulduğu bildirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 üzərində narkotik vasitə və ya başqa qanunla qadağan edilmiş vasitə, kütlə olub olmaması soruşulmuş, Təqsirləndirilən şəxs3 də əynindəki göy rəngli cins gödəkcəsinin sağ yan cibində saxladığı iki ədəd içərisində qurudulmuş marixuanaya oxşar kütlələr olan bükümləri çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs3 həmin kütlələri haradan əldə etdiyi soruşulmuş, Muraq Bəyoğluyev də həmin kütlələri ünvan 9 sakini olduğunu təxmin etdiyi Şahin adlı şəxsdən 50 manata aldığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 50 manat qarşılığında narkotik vasitə satıb satmadığı soruşulmuş, Təqsirləndirilən şəxs3 də Təqsirləndirilən şəxs2 50 manat pul alaraq Şahin adlı şəxsdən narkotik vasitə aldığını və sonra həmin narkotik vasitəni Təqsirləndirilən şəxs2 verdiyini, lakin narkotik vasitəni Təqsirləndirilən şəxs2 verməzdən əvvəl həmin kibrit qutusundan özünün istifadə etmək üçün narkotik vasitə götürdüyünü və daha sonra Təqsirləndirilən şəxs2 verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs3 üzərində aşkar edilmiş iki ədəd kağız bükümlər içərisindəki qurudulmuş marixuanaya oxşar kütlələr ilə birlikdə elektron tərəzidə çəkilmiş, həmin kütlələrin ümumi çəkiləri 1,30 qram təşkil etmişdir. Həmin iki ədəd kağız bükümlər bir ədəd kağız zərfdə qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 üzərində başqa hər hansı qanunla qadağan edilən vasitə, kütlə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 ona qarşı Balakən RPŞdə hər hansı fiziki və ya psixi təsir göstərilib gəstərilmədiyi soruşulmuş, Təqsirləndirilən şəxs3 də belə bir halın olmadığını bilmişdir. Keçilrilmiş şəxsi axtarış Balakən RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti, polis mayoru X24 tərəfindən video kamera vasitəsi ilə qeydə alınmış və həmin video görüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Şəxsi axtarış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, əlavə hər hansı şikayət və ya vəsatət daxil olmadığından protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında 20 yanvar 2023-cü il tarixli şübhəli şəxs Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılması barədə videogörüntülər əks olunmuş 01 ədəd DVD diskinə baxış keçirilmiş və həmin videogörüntülərlə 20 yanvar 2023-cü il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokolda qeyd olunanların təsdiq olunduğu müəyyən olunmuşdur. İş materiallarında olan 26 yanvar 2023-cü il tarixli “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, şəxsi axtarış həmin tarixdə saat 19:45dən saat 20:20-dək olan müddət ərzində Balakən rayonu Mahamalar kənd sakini Təqsirləndirilən şəxs1 üzərində keçirilmişdir. Təqsirləndirilən şəxs1 əynində göy rəngli cins şalvar, tünd qəhvəyi rəngli polver, açıq qəhvəyi rəngli qış gödəkçəsi, ayağında isə qara rəngli ayaqqabı olmuşdur. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmazdan öncə Təqsirləndirilən şəxs1 üzərində hər hansı qeyri-qanuni əşya və predmetin olub olmaması barədə sual verilmiş, Təqsirləndirilən şəxs1 də əynində olan açıq qəhvəyi rəngli qış gödəkcəsinin sağ yan cibindən 1 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Həmin kibrit qutusunun içərisindən qurudulmuş marixuanaya oxşar bitki kütləsi aşkar edilmişdir. Daha sonra həmin kibrit qutusu içərisindəki kütlə ilə birlikdə elektron tərəzidə çəkilmiş, çəkisi 8,40 qram təşkil etmişdir. Bundan sonra həmin kibrit qutusu bir ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış və maddi sübut kimi götürülmüşdür. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış zamanı başqa heç bir qeyri qanuni əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış Panasonic HD markalı videokamera vasitəsi ilə görüntülənmiş və həmin video görüntü 1 ədəd DVD diskə köçürülərək protokola əlavə edilmişdir. Şəxsi axtarış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, əlavə hər hansı şikayət və ya vəsatət daxil olmadığından protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında 26 yanvar 2023-cü il tarixli şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılması barədə videogörüntülər əks olunmuş 01 ədəd DVD diskinə baxış keçirilmiş və həmin videogörüntülərlə 26 yanvar 2023-cü il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokolda qeyd olunanların təsdiq olunduğu müəyyən olunmuşdur. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 21 yanvar 2023-cü tarixli 17/82 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə "Şahid2 üzərindən aşkar edilmiş kütlə " sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd göyağ rəngli kağız bükümdə, təmiz çəkisi- 0,31 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; tədqiqata təqdim olunmuş, üzərində "Təqsirləndirilən şəxs2 İqbal oğlunun üzərində aşkar edilmiş kütlə " sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi- 6,48 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; tədqiqata təqdim olunmuş, üzərində "Təqsirləndirilən şəxs3 üzərində aşkar edilmiş kütlələr" sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 02 (iki) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri- 0,40 qram və 0,36 qram, ümumi çəkiləri- 0,76 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; tədqiqata təqdim olunmuş 01 (bir) ədəd göy-ağ rəngli kağız bükümdə, 01 (bir) ədəd kibrit qutusunda və 02 (iki) ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd:a) Marixuananın çəkisi-0,31 qram, tədqiqata sərf edildi-0,02 qram, qalıq-0,29 qram; b) Marixuananın çəkisi-6,48 qram, tədqiqata sərf edildi-0,02 qram, qalıq-6,46 qram; c) Marixuanının çəkisi-0,40 qram, tədqiqata sərf edildi-0,02 qram, qalıq-0,38 qram; ç) Marixuananın çəkisi-0,36 qram, tədqiqata sərf edildi-0,02 qram, qalıq-0,34 qram. Ekspertiza tədqiqatının dəyəri 34,55 manat təşkil edir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 27 yanvar 2023-ci tarixli 17/102 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində "Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsindən ibarət maddi sübut" sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi- 5,94 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi-5,94 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-5,89 qram. Ekspertiza tədqiqatının dəyəri 34,55 manat təşkil edir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 07 mart 2022-ci tarixli 17/220 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusunda olan qurudulmuş marixuana ilə Şahid2 üzərindən aşkar edilmiş 01 (bir) ədəd kağız bükümdə olan qurudulmuş marixuana, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 01 (bir) ədəd kibrit qutusunda olan marixuana və Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş 02 (iki) ədəd kağız bükümdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd:a) Marixuananın çəkisi-5,89 qram, tədqiqata sərf edildi-0,02 qram, qalıq-5,87 qram; b) Marixuananın çəkisi-0,29 qram, tədqiqata sərf edildi-0,02 qram, qalıq-0,27 qram; b) Marixuanının çəkisi-6,46 qram, tədqiqata sərf edildi-0,02 qram, qalıq-6,44 qram; c) Marixuananın çəkisi-0,38 qram, tədqiqata sərf edildi-0,02 qram, qalıq-0,36 qram; ç) Marixuananın çəkisi-0,34 qram, tədqiqata sərf edildi-0,02 qram, qalıq-0,32 qram. Ekspertiza tədqiqatının dəyəri 34,55 manat təşkil edir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 29 yanvar 2023cü il tarixli 161 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 narkotik vasitə kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 16 fevral 2023cü il tarixli 298 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 16 fevral 2023cü il tarixli 299 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan tələbnamə üzrə Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. İş materiallarından görünür ki, xx.xx.2026-cı il tarixdə doğulmuş X6 və xx.xx.2020-ci il tarixdə doğulmuş X2 olmaqla Təqsirləndirilən şəxs2 himayəsində 2 azyaşlı uşaq vardır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 163183 nömrəli Vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs2 ümumi xəstəlikdən İİİ qrup əlildir. İş materiallarında olan tələbnamə üzrə Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 7 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan tələbnamə üzrə Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 Mardaliyeviç əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Balakən rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X3 24 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, xx.xx.2023-cü il tarixdə rayon prokurorluğuna Balakən RPŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubla Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 17.30 radələrində Balakən RPŞ-nin əməkdaşları tərəfindən üzərinə baxış keçirilməsi ilə bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə Təqsirləndirilən şəxs2 yaşadığı küçədə saxlanılarkən üzərində olan narkotik vasitələri ataraq qaçmağa cəhd göstərərkən yerə yıxılaraq xəsarət almasına dair toplanmış material araşdırılmış və toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmiş, qəbul edilmiş qərardan rayon prokuroruna, yuxarı prokurora və rayon məhkəməsinə şikayət vermək hüququ tərəflərə izah edilmişdir. İş materiallarında olan 06 mart 2023-cü il tarixli təqdim edilmiş CD diskinə baxış keçirilməsi barədə protokoldan görünür ki, baxış zamanı "xxxx" MMC-dən götürülmüş məlumatlara əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan "xxxx" MMC-yə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə, Təqsirləndirilən şəxs3 istifadəsində olan "xxxx" MMC-yə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi, Təqsirləndirilən şəxs1 istifadəsində olan "xxxx" MMC-yə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi və iş üzrə Şahid6 istifadəsində olan "xxxx" MMC-yə məxsus ***-***-**-** saylı mobil telefon nömrələri arasında 20 yanvar 2023-cü il tarixdə saat 12.21 radələrindən 14.21 radələrinədək müxtəlif vaxtlarda mobil telefon danışığı olmuşdur. "xxxx" MMC-dən götürülmüş məlumatların əks edildiyi 01 ədəd CD diskinə baxış zamanı müəyyən edilir ki, qeyd edilən şəxslər arasında, yəni Təqsirləndirilən şəxs2 və Şahid6 arasında, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 arasında, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 arasında 20 yanvar 2023-cü il tarixdə mobil telefon danışıqları olmuşdur. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymətin verilməsi haqqında 26 mart 2023-cü il tarixli qərarından və iş materiallarından görünür ki, Şahid2 aşkar edilərək götürülmüş təmiz çəkisi 0,31 qram olan qurudulmuş marixuananın ekspertiza tədiqatından sonrakı maddə qalığını təşkil edən 0,27 qramı, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş təmiz çəkisi 6,48 qram olan narkotik vasitə qurudulmuş marixuanının ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 6,44 qramı, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş təmiz çəkisi 5,89 qram olan qarkotik vasitə qurudulmuş marixuanının ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 5,87 qramı və Təqsirləndirilən şəxs3 aşkar edilərək götürülmüş təmiz çəkiləri 0,40 qram və 0,36 qram olan narkotik vasitə qurudulmuş marixuanaların ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşikl edən 0,36 qramı və 0,32 qramı maddi sübut kimi tanınmış və saxlanması üçün Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Şahid2, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 üzərində aparılan şəxsi axtarışların videogörüntüləri əks olunmuş cəmi 04 ədəd DVD diski və "xxxx" MMC-dən götürülmüş məlumatların əks olunduğu 01 ədəd CD diski iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında 19 aprel 2023-cü il tarixli ******* nömrəli qərarından görünür ki, 26 iyun 1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. İş materiallarına əlavə olunmuş «Balakən Rayon Mərkəzi Xəstəxanası» X30 Zaqatala rayon Vəkil Bürosuna ünvanlanmış 11 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə Balakən RPŞ-nin MSY-də saxlanılan Təqsirləndirilən şəxs2 polis şöbəsində saxlanılarkən təcibi yardım şöbəsinə çağırış olmuş həkim tərəfindən müayinə olunmuş, hər hansı xəsarət aşkar olunmamışdır. Yalnız saxlanılan şəxsdən Covid 19 analizi götürülmüşdür. Məhkəmə, təqsirləndirilən şəxslərin 20 yanvar 2023-cü il tarixli və 26 yanvar 2023-cü il tarixli şəxsi axtarış protokollarını, maddi sübutları, şəxsi axtarışların videogörüntüləri əks olunmuş cəmi 04 ədəd DVD diskini, "xxxx" MMC-dən götürülmüş məlumatları əks etdirən 01 ədəd CD diskini, məhkəmə-bioloji ekspertizasının 21 yanvar 2023-cü tarixli 17/82 nömrəli rəyini, məhkəmə-bioloji ekspertizasının 27 yanvar 2023-ci tarixli 17/102 nömrəli rəyini, məhkəmə-bioloji ekspertizasının 07 mart 2022-ci tarixli 17/220 nömrəli rəyini, ambulator məhkəmə-narkoloji ekspertizasının 29 yanvar 2023-cü il tarixli 161 nömrəli rəyini, ambulator məhkəmə-narkoloji ekspertizasının 16 fevral 2023-cü il tarixli 298 nömrəli rəyini, ambulator məhkəmə-narkoloji ekspertizasının 16 fevral 2023-cü il tarixli 299 nömrəli rəyini, təqsirləndirilən şəxslər barəsində tələbnamələr üzrə Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5 saylı arayışı, xx.xx.2023-cü il tarixli 5 saylı arayışı və xx.xx.2023-cü il tarixli 7 saylı arayışı, ittiham tərəfinin şahidlərinin ifadələrini, Balakən RPŞ-nin İB-nin müstəntiqinin 26 mart 2023-cü il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymətin verilməsi haqqında qərarını, məhkəmənin və ibtidai istintaq orqanının işdə olan digər qərarlarını və hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 CM-nin 234.1 və 234.2-ci maddələrilə ittiham olunduğu əməllərdə öz təqsirini etiraf etməsini və Təqsirləndirilən şəxs3 CM-nin 234.1-ci maddəsilə ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini onlara qarşı verilmiş ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün onlara verilən ittihamın əsası kimi qəbul edilməklə yanaşı, həmin təqsirləndirilən şəxslərin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 CM-nin 234.1 və 234.2-ci maddələrilə təqsirləndirilməsi ilə bağlı ittiham tərəfinin təqdim etdiyi sübutları hüquqi cəhətdən qiymətləndirərək, hesab edir ki, təqsirləndirilən şəxsin CM-nin 234.1 və 234.2-ci maddələrilə təqsirli bilinməsi üçün həmin sübutlar mötəbər hesab edilməlidir. Belə ki, iş materiallarından görünür ki, faktiki olaraq Təqsirləndirilən şəxs2 barəsində «Əməliyyat-Axtarış Fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirlərinin heç biri həyata keçirilməmiş, o, soyadı, adı, atasının adı və yaşadığı ünvanı məlum olan və şahid qismində dindirilmiş şəxsin məlumatı əsasında CPM-də nəzərdə tutulmuş əsaslar üzrə şübhəli şəxs qismində 20 yanvar 2023-cü il tarixdə saat 20.25-də tutulmuş, qanunvericiliyin tələbinə əsasən tutulması tutulma haqqında qərar və protokol əsasında həyata keçirilmiş və o, şəxsi axtarış aparılması üçün yaxınlıqda yerləşən polis orqanına-Balakən RPŞ-nə gətirilmişdir. Balakən RPŞ-də Təqsirləndirilən şəxs2 müdafəçi ilə təmin olunmuş, onun müdafiəçisi ilə konfidensial ünsiyyət saxlanılmasına şərait yaradılmış, ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçisinin iştirakı ilə polis bölməsində videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs2 üstündə şəxsi axtarış həyata keçirilmiş, şəxsi axtarış zamanı polis əməkdaşları tərəfindən ona heç bir fiziki və psixi təsir edilməmiş və bir bükümdə narkotik vasitə qurudulmuş marixuana ondan aşkar olunaraq götürülmüş, həmin narkotik vasitə elektron tərəzidə çəkilmiş, həmin prosessual tədbirdə iştirak edən şəxslər, o cümlədən şübhəli şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi bu protokola imza etmiş, bu zaman protokolda heç bir etiraz, irad və narazılıqlarını bildirməmiş, şəxsi axtarışla bağlı protokola aid Azərbaycan Respublikası CPM-nin 247-ci maddəsində göstərilmiş tələblərə riayət edilmişdir. Həmçinin 20 yanvar 2023-cü il tarixli şəxsi axtarışın videogörüntülərində Təqsirləndirilən şəxs2 hər hansı işgəncə və döyülmə izləri müşahidə olunmur, eyni zamanda o və müdafiəçisi bu barədə heç bir məlumat bildirməmiş və protokolda bu barədə heç bir qeyd etməmişlər. Halbuki qanunvericiliyə əsasən onların belə hüquqları vardır və bu hüquqların həyata keçirilməsi üçün onlara lazımi imkanlar yaradılmışdır. Eyni zamanda Şahid2 20 yanvar 2023-cü il tarixli “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” prosessual hərəkətdə təqdim etdiyi bir ədəd kağız bükümün içərisindəki qurudulmuş marixuanaya oxşar kütləni xx.xx.2023-cü il tarixdə Balakən şəhər sakini olan Həmid adlı şəxsdən 5 manata aldığını bildirmiş, Şahid2 üzərində aşkar edilmiş bir ədəd kağız büküm içərisindəki qurudulmuş marixuanaya oxşar kütlə ilə birlikdə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 0,41 qram təşkil etmişdir. Bu şəxsi axtarış video kamera vasitəsi ilə qeydə alınmış və həmin video görüntü diskə köçürülərək protokola əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 20 yanvar 2023-cü il tarixdə 1 ədəd kibrit qutusunda təmiz çəkisi 6,79 qramdan çox olan narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə etməsi, daşıması və saxlaması və daha sonra niyyətini dəyişərək qəsdən satış məqsədi və tamah niyyəti ilə qanununsuz olaraq həmin narkotik vasitə qurudulmuş marixuanın 0,31 qram olan hissəsini 5 manata Şahid2 satması və geriəyə qalan 6,48 qram hissəsini isə qəsdən satıq məqsədi olmadan öz şəxsi istifadəsi üçün üstündə daşıyaraq saxlaması ilə bağlı CM-nin 234.1 və 234.2-ci maddələrilə ittiham verilmiş, həmin narkotik vasitələrin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən hissəsi maddi sübut kimi tanınmış və saxlanması üçün Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Bu xüsusda məhkəmə Təqsirləndirilən şəxs2 onda narkotik vasitə olan qurudulmuş marixuananın olmaması, polis bölməsinə gətirildikdən sonra polis əməkdaşları tərəfindən onun döyülməsi, işgəncə verilməsi nəticəsində həmin narkotik vasitənin ona məxsus olmasını etiraf etməsi və həmçinin onun Şahid2 5 manata narkotik vasitə qurudulmuş marixuana satmaması barədə məhkəmə istintaqında verdiyi ifadəsini və ibtidai istintaqın son mərhələsində təqsirləndirilən şəxs qismində əlavə dindirmədə verdiyi ifadəsini mötəbər sübut saymır. Onun ibtidai istintaqda ilkin olaraq təqsirləndirilən şəxs qismində həmin 6,79 qram narkotik vasitə olan qurudulmuş marixuananın ona məxsus olması və niyyətini dəyişərək satış məqsədi və tamah niyyəti ilə həmin narkotik vasitənin 0,31 qram olan hisəsini 5 manata Şahid2 satması barədə ifadəsini isə CM-nin 234.1 və 234.2-ci maddələrilə ona verilmiş ittiham üzrə mötəbər sübut sayır. Belə ki, təqsrirləndirilən şəxs Təqsirləndirilən şəxs2 ibtidai istintaqda əlavə dindirmədə verdiyi ifadəsində və məhkəmə istintaqında verdiyi ifadəsində CM-nin 234.1 və 234.2-ci maddələrilə bağlı narkotik vasitə qurudulmuş marixuananın ona məxsus olması barədə etirafedici ifadələrinin polis əməkdaşları tərəfindən onun döyülməsi və ona işgəncə verilməsi halı ilə əlaqələndirmişdir. Bu konteksdə məhkəmə qeyd edir ki, işdəki sübutlarla tutulduğu və polisdə saxlanıldığı vaxt polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 döyülməsi və ona işgəncə verilməsi müəyyən olunmamışdır. Belə ki, iş materiallarından görünür ki, Balakən rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X3 24 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə yekunlaşdırılmış araşdırma nəticəsində Balakən RPŞ-nin əməkdaşlarıhəmin vaxt şöbənin İB-nin rəisi olmuş X25, CAB-nin baş əməliyyat müvəkkili Şahid4, CABnin əməliyyat müvəkkili Şahid1, CAB-nin baş əməliyyat müvəkkili Şahid5, Balakən RPŞnin məsul növbətçisi X7, RPŞ-nin növbətçi hissəsinin növbətçi köməkçisi X9 və Balakən RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 izahatları alınmış, Təqsirləndirilən şəxs2 tibbi müayinə sənədləri alınmış, araşdırma üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 32 nömrəli rəyinə və işdəki digər materiallara hüquqi qiymət verilmiş və araşdırma zamanı Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən döyülməsi və daxil olmuş məlumatda cinayət hadisəsinin olması öz təsdiqini tapmamış və toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Prokurorluqda aparılan həmin araşdırmanı qanunvericiliyin tələbləri və tətbiqi təcrübəsi baxımından səmərəli araşdıma sayılmaması üçün müvafq faktoloji əsaslar yoxdur. Belə ki, təqsirləndirilən şəxs və ümumən müdafiə tərəfi Təqsirləndirilən şəxs2 həmin xəsarətləri məhz tutulduqdan sonra, polisin nəzarəti altında olduğu vaxt almasını birmənalı nəticəyə gəlməyə əsas yaradan fakt olaraq sübut edə bilməmişlər. Halbuki həmin xəsarətlərin Təqsirləndirilən şəxs2 polisin nəzarətində olduğu vaxt alınmasını sübut etmə yükü müdafiə tərəfinin üzərinə düşür. Dövlət şəxsin həmin xəsarətləri polisin nəzarəti altında olduğu vaxtda alınması faktı təsdiq olunduğu təqdirdə bunun səmərəli maddihüquqi və prosessual aspektdə araşdırılması öhdəliyini daşıyır (Avropa Məhkəməsinin Assenov Bolqarıstana qarşı iş üzrə, Sərdar Cəlaloğlu Azərbaycana qarşı iş üzrə qərarları və sair). Eynilə məhkəmə istintaqında da Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı müəyyən olunmuş xəsarətləri polis tərəfindən tutulduqdan sonra və polis nəzarəti altında olduğu vaxt alması təsdiq olunmamış, bunun əksini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Onu da qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi tərəfindən Balakən rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X3 24 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından şikayət verilməmiş və həmin qərarla müəyyən olunmuş faktiki hallar və nəticə mübahisələndirilməmişdir. Bu xüsusda müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid10, Şahid9 və Şahid8 ifadələri də polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 işgəncə verilməsi və onun döyülməsi barədə məlumatın təsdiqi üçün mötəbər sübut deyildir. Belə ki, Şahid10, Şahid9 və Şahid8 ehtimal olunan polis əməkdaşlarınının Təqsirləndirilən şəxs2 döyməsi və ona işgəncə verməsi ilə bağlı hər hansı halı görməmiş, bunun birbaşa şahidi olmamışlar. Həmin şahidlər bu məlumatları Təqsirləndirilən şəxs2 aldıqlarını bildirmişlər ki, bu şahidlər də müvafiq olaraq Təqsirləndirilən şəxs2 anası, arvadı və bacısıdır, yəni yaxın qohumlarıdır. Yaxın qohumların isə Təqsirləndirilən şəxs2 məsuliyyətdən azad etmək üçün onun bildirdiyi və işdəki mötəbər sübutlarla təsdiqini tapmayan məlumatlara istinadən ifadə vermələri təbiidir. Ancaq bu xüsusat, heç də həmin şahidlərinin ifadələrinin mötəbər olmasına dəlalət etmir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 126.3-cü maddəsinə əsasən o cümlədən şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Digər tərəfdən həmin şəxslərin ifadələrində Təqsirləndirilən şəxs2 bədəni üzərində xəsarətlərin olmasını iddia etməsi heç də həmin xəsarətlərin polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 yetirilməsini sübut etmir. Belə ki, həmin xəsarətlər Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə yıxılaraq bərk küt əşyalara dəyməklə əmələ gəlmələri də inkar olunmur. Bu fakt Balakən rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X3 24 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında da məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 32 nömrəli rəyinə istinad edilib həmin rəyə hüquqi qiymət verilməklə göstərilmişdir. Məhkəmə işdəki digər mötəbər sübutlarla müqayisəli hüquqi qiymət verməklə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqındakı ifadəsində və ibtidai istintaqda təqsirləndirilən şəxs qismində əlavə dindirmə zamanı ifadəsində CM-nin 234.1 və 234.2-ci maddələrilə verilmiş ittiham xüsusunda özünü həmin maddələrlə təqsirli bilməməsi və onda tapılan narkotik vasitə qurudulmuş marixuananın polis əməkdaşları tərəfindən ona zor tətbiq etməklə cibinə qoylması və Şahid2 5 manata narkotik vasitə satmaması barədə verdiyi məlumatları özünümüdafiə kimi qiymətləndirir və qəbul etmir. Bu xüsusda məhkəmə Təqsirləndirilən şəxs2 ibtidai istintaqın əvvəlki mərhələsində təqsirləndirilən şəxs qismində verdiyi ifadəsini işdəki mötəbər sübutlarla qiymətləndirməklə mötəbər sübut kimi qəbul edir. Məhkəmə həmçinin onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 CM-nin 234.1 və 234.2-ci maddələrilə verilən ittihamla bağlı məhkəmə istintaqı zamanı verdiyi ifadəsində və ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində əlavə dindirmədə verdiyi ifadəsində göstərdiyi bu hallar Azərbaycan Respublikası Konstitusiyasının 63, Avropa Konvensiyasının 6 və Azərbaycan Respublikası CPM-nin 21-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququ konteksində nəzərə alınmalıdır. Belə ki, özünü müdafiə etmək və bu xüsusda özünü ifşa edən ifadələr verməmək həmin hüququn mahiyyətindən irəli gəlir. Təqsirsizlik prezumpsiyası hüququna görə təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi Minelli İsveçrəyə qarşı işdə qeyd etmişdir ki, cinayət əməli törətməkdə təqsirləndirilən şəxs öz əleyhinə ifadə verməyə məcbur edilməməlidir. Cinayət araşdırmasının gedişində sübutetmə yükü təqsirləndirilən şəxsin üzərinə qoyula bilməz. Həmçinin təqsirləndirilən şəxs özünü ifşa edən ifadələr verməmək, öz maraqları əleyhinə şahidlik etməkdən imtina etmək hüququna malikdir ki, cinayət araşdırmasının istənilən mərhələsində bu hüquqlara hörmət edilməlidir. Funke Fransaya qarşı məhkəmə işində Avropa Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, təqsirləndirilən şəxsin susmaq hüququ və cinayət törətməkdə ifşa edilməsinə yardım göstərməmək hüququ vardır. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-nin 234.1 və 234.2-ci maddələri xüsusunda məhkəmə istintintaqında və ibtidai istintaqdada əlavə dindirmədə göstərdiyi bu hallar nə CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsinin sübut olunması, nə də həmin maddələrlə cəza verilməsində onun əleyhinə istifadə oluna bilməz. Əks hal təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququnun kobud pozuntusu olacaqdır. Məhkəmə həmçinin işdəki mötəbər sübutlarla müqayisəli şəkildə qiymət verməklə şahidlər Şahid2 və Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadələrini işin həqiqi faktiki halları nöqteyi-nəzərindən mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyəti ilə narkotik vasitə əldə etmə, daşıma, saxlama və satma, eləcə də qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməllərini törətmiş, Təqsirləndirilən şəxs2 qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyəti ilə narkotik vasitə əldə etmə, daşıma, saxlama və satma, eləcə də qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməllərini törətmiş, Təqsirləndirilən şəxs3 isə qəsdən, qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməllərinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövriyyəsi nəzarət edilən, məhdudlaşdırılmış və ya qadağan edilmiş (bundan sonra-nəzarət edilən) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsi (idxalı), Azərbaycan Respublikasının ərazisindən çıxarılması (ixracı) və ya onların tranzit nəql edilməsi, habelə həmin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının saxlanılması, alınması, daşınması, göndərilməsi, məhv edilməsi, istifadə edilməsi və onlar barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əməliyyatların aparılmasıdır. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Yenə də Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin Qanunla təsdiq olunmuş İ Siyahıda bu miqdar qurudulumş marixuana üçün 5 qram müəyyən edilmişdir. Həmin Qərarın 8-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Həmin qərarın 9-cu bəndində qeyd olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət erərək, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrinin tərkibi, Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrinin tərkibi və Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməllər təqsirləndirilən şəxslər tərəfindən törədilmişdir.Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs1 cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrilə, Təqsirləndirilən şəxs2 cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrilə və Təqsirləndirilən şəxs3 cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməllərinə görə cəzalanmalıdırlar. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-591.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə işin faktiki hallarına və qanunvericiliyin tələbinə istinad edib cinayət əməlləri törətməsini etiraf edib bu əməlləri törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Bu xüsusda məhkəmə nəzərə çatdırır ki, Təqsirləndirilən şəxs1 ona istinad olunan CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayətləri etiraf edib əməllərinə təəsüflənməklə peşman olduğunu bildirməsi, ona istinad olunan əməllərə tənqidi münasibətini ifadə etməklə həqiqətən də onu müsbət xarakterizə edən haldır. Bu konteksdə nəzərə çatdırılmalıdır ki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti, o cümlədən az ağır cinayəti törədən şəxs tərəfindən də yaşana və Cinayət Məcəlləsinin 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Bu konteksdə diqqətə alınmalıdır ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 75-ci maddəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hal (Azərbaycan Respublikası CM-nin 72-ci maddəsi ilə eyni hallarda) səmimi peşmançılıq deyil, əməli peşmançılıq adlandırılmış, yəni səmimi peşmançılığın üstün-yalnız əməli hərəkətlərlə ifadə olunmuş forması olaraq qeyd edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs1 cinayətlər törətməsini etiraf edib bundan peşmançılıq çəkməsi məhz ona istinad olunan Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsinə təəssüflənməklə bu əməllərə tənqidi münasibətini ifadə edir və bu xüsusda onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Məhkəmə tərəfindən iş materiallarına əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin himayəsində iki azyaşlı uşağın olmasını və İİİ qrup əlil olmasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs2 İİİ qrup əlil olmasının cəzasını yüngülləşdirən hal kimi nəzərə alınması ona göstərilən humanizm prinsipinin nəticəsi olaraq qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 9-cu maddəsində təsbit olunmuş humanizm prinsipi həm də təqsirləndirilən şəxsə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Belə ki, Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə tərəfindən iş materiallarına əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanun normalarının tələbinə və iş materiallarına əsasən ilk dəfə cinayət əməli törətməsini və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Bu konteksdə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs3 ilk dəfə cinayət əməli törətməsi, bununla da kriminal meyilli şəxs olmaması, antisosial yönümün psixikasında model davranışa çevrilməməsi işdəki sübutlarla təsdiq olunur. Ona görə də məhkəmə tərəfindən Təqsirləndirilən şəxs3 kriminal meyilli şəxslərdən fərqləndirmək üçün ağlataban əsas kimi qiymətləndirilməklə cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Məhkəmə eyni zamanda bildirir ki, Təqsirləndirilən şəxs3 cinayəti etiraf edib əməlinə görə təəsüflənməklə peşman olduğunu bildirməsi, ona istinad olunan cinayət qanunu ilə nəzərdə tutulmuş əmələ tənqidi münasibətini ifadə etməklə həqiqətən də onu müsbət xarakterizə edən haldır. Bu konteksdə bir daha nəzərə çatdırılmalıdır ki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti, o cümlədən az ağır cinayəti törədən şəxs tərəfindən də yaşana və Cinayət Məcəlləsinin 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Bu konteksdə diqqətə alınmalıdır ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 75-ci maddəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hal (Azərbaycan Respublikası CM-nin 72-ci maddəsi ilə eyni hallarda) səmimi peşmançılıq deyil, əməli peşmançılıq adlandırılmış, yəni səmimi peşmançılığın üstün-yalnız əməli hərəkətlərlə ifadə olunmuş forması olaraq qeyd edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs3 cinayət əməli törətməsini etiraf edib bundan peşmançılıq çəkməsi məhz ona istinad olunan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə təəssüflənməklə bu əmələ tənqidi münasibətini ifadə edir və bu xüsusda onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Məhkəmə tərəfindən iş materiallarına əsasən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərə cəza təyin edilməsi zamanı onların xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş əməllər və Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməl öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Digər tərəfdən cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzalarını yüngülləşdirən hallar vardır və cəzalarını ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cinayət əməlləri törətməsini etiraf edib bu əməlləri törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmaqla cəzanın məqsədlərinə nail olunması mümkünlüyü qənaətinə gələrək, hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyası həddində və Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 26 yanvar 2023-cü il tarixdən 28 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 gün müddət həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılıb üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəza çəkməsinin əvvəli hazırkı hökmün çıxarıldığı 06 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən himayəsində 2 azyaşlı uşağın olması və İİİ qrup əlil olması kimi cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmaqla cəzanın məqsədlərinə nail olunması mümkünlüyü qənaətinə gələrək, hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyası həddində və Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 20 yanvar 2023-cü il tarixdən 22 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 gün müddət həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəza çəkməsinin əvvəli hazırkı hökmün çıxarıldığı 06 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2.ev dustaqlığında saxlanıldığı müddət, 158.2.3.məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Azərbaycan Respublikası CPMnin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, təqsirləndirilən şəxslərin cəzadan azad edilməsi və barələrində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin ediləcək cəzanı çəkməlidirlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən onlara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənaətinə gəlindiyi üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və onlar, məhkəmə iclas zalında həbs edilməli, barələrinində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 16 fevral 2023-cü il tarixli 298 nömrəli rəyinə hüquqi qiymət verib həmin rəylə Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə etdiyinin, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinin, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olduğunun və narkoloji kabinetdə qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin Təqsirləndirilən şəxs1 narkoloji kabinetdə qeydiyyata alınması üçün hazırki hökmün surəti Balakən rayon X11 Hüquqi Şəxsinə göndərilməlidir. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 16 fevral 2023-cü il tarixli 299 nömrəli rəyinə hüquqi qiymət verib həmin rəylə Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etdiyinin, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinin, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olduğunun və narkoloji kabinetdə qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Həmçinin Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə qeydiyyata alınması üçün hazırki hökmün surəti Balakən rayon X11 Hüquqi Şəxsinə göndərilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs3 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ilk dəfə cinayət əməli törətməsi və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmadan da islah olunmasının mümkünlüyü qənaətinə gələrək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 20 yanvar 2023-cü il tarixdən 22 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki) gün müddətin bir günü təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, həmin cəzadan çıxılmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPMnin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs3 təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, həmin təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs3 ona təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 üzərinə ünvan 9i ünvanında yerləşən yaşayış yerini gecə saat 23:00-da növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hazırki hökmün Təqsirləndirilən şəxs3 münasibətdə icrası onun yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə ambulator məhkəmə-narkoloji ekspertizasının 29 yanvar 2023-cü il tarixli 161 nömrəli rəyinə hüqqui qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs3 narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə hallarının olduğunun, narkomaniya xəstəliyindən əzab çəkmədiyinin, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olmadığının və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Həmçinin Təqsirləndirilən şəxs3 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti onların yaşayış yeri üzrə Balakən rayon X11 Hüquqi Şəxsinə göndərilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə cəmi 103,65 manat ekspertiza xərcinin 34,55 manatı Təqsirləndirilən şəxs1, 34,55 manatı Təqsirləndirilən şəxs2 və 34,55 manatı Təqsirləndirilən şəxs3 tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Şahid2 aşkar edilərək götürülmüş təmiz çəkisi 0,31 qram olan qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,27 qramı, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş təmiz çəkisi 6,48 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 6,44 qramı, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş təmiz çəkisi 5,89 qram olan narkotik vasitə qurudulmuş marixuanının ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 5,87 qramı və Təqsirləndirilən şəxs3 aşkar edilərək götürülmüş təmiz çəkiləri 0,40 qram və 0,36 qram olan narkotik vasitə qurudulmuş marixuanaların ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşikl edən 0,36 qramı və 0,32 qramı məhv edilməli, Şahid2, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 üzərində aparılan şəxsi axtarışların videogörüntüləri əks olunmuş cəmi 04 ədəd DVD diski və "xxxx" MMC-dən götürülmüş məlumatların əks olunduğu 01 ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara istinad olunan hazırkı cinayət əməllərini törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmələrini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 99-1.1ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: 99-1.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla)… İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X26 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə 25 saat vaxt və Balakən rayon Vəkil Bürosunun vəkil Müdafiəçi2 isə məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsinə 25 saat vaxt, sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçisi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi5 ödənilməsi üçün 150 manat, Təqsirləndirilən şəxs3 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün 150 manat, cəmi 300 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X16 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş bu cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 26 yanvar 2023-cü il tarixdən 28 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki) gün müddət həbsdə saxlamanın müddəti azadlıqdan məhurm etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzalan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın; Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin;cəza çəkməsinin əvvəli hazırkı hökmün çıxarıldığı 06 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında həbs edilsin; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs1 narkoloji kabinetdə qeydiyyata alınsın; onun narkoloji kabinetdə qeydiyyata alınması üçün hazırki hökmün surəti Balakən rayon X11 Hüquqi Şəxsinə göndərilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş bu cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 20 yanvar 2023-cü il tarixdən 22 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki) gün müddət həbsdə saxlamanın müddəti azadlıqdan məhurm etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzalan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın; Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin;cəza çəkməsinin əvvəli hazırkı hökmün çıxarıldığı 06 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında həbs edilsin; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə qeydiyyata alınsın; onun narkoloji kabinetdə qeydiyyata alınması üçün hazırki hökmün surəti Balakən rayon X11 Hüquqi Şəxsinə göndərilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 20 yanvar 2023-cü il tarixdən 22 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki) gün müddətin bir günü təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə ünvan 9i ünvanında yerləşən yaşayış yerini gecə saat 23:00da növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti Balakən rayon X11 Hüquqi Şəxsinə göndərilsin. Təqsirləndirilən şəxs3 münasibətdə hazırki hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə cəmi 103,65 manat ekspertiza xərcinin 34,55 manatı Təqsirləndirilən şəxs1, 34,55 manatı Təqsirləndirilən şəxs2 və 34,55 manatı Təqsirləndirilən şəxs3 tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 saylı hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Şahid2 aşkar edilərək götürülmüş təmiz çəkisi 0,31 qram olan qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,27 qramı, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş təmiz çəkisi 6,48 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 6,44 qramı, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş təmiz çəkisi 5,89 qram olan narkotik vasitə qurudulmuş marixuanının ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 5,87 qramı və Təqsirləndirilən şəxs3 aşkar edilərək götürülmüş təmiz çəkiləri 0,40 qram və 0,36 qram olan narkotik vasitə qurudulmuş marixuanaların ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşikl edən 0,36 qramı və 0,32 qramı məhv edilsin; Şahid2, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 üzərində aparılan şəxsi axtarışların videogörüntüləri əks olunmuş cəmi 04 ədəd DVD diski və "xxxx" MMC-dən götürülmüş məlumatların əks olunduğu 01 ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi5 ödənilməsi üçün 150 manat, Təqsirləndirilən şəxs3 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün 150 manat, cəmi 300 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X16 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-5/2024
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-5/2024
06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver