Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-5/2025 08.01.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi,dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-xx xxxxxx 1964-cü il tarixdə Balakən rayonu Meşəşambul kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN nömrəsi xxxxxxx olan, evli, orta təhsilli, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrinə əsasən təqsirli bilinərək 07 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə çəkdiyi cəzadan 02 (iki) ay, 02 (iki) gün vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, Balakən rayonu Sarıbulaq kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, 22 avqust 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, “Makarov” (PM) konstruksiyalı, “ET1094” nömrəli yivli odlu döyüş silahı hesab edilən istifadəyə (atəşə) yararlı tapançanı, 1 ədəd istifadəyə yararlı, zavod üsulu ilə hazırlanmış, tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 08 ədəd 9x18 mm kalibrli patron tutumuna malik olan “Makarov” (PM) konstruksiyalı yivli tapançanın sandıqçasını və 10 ədəd zavod üsulu ilə istehsal edilmiş, 9 mm kalibrli, istifadəyə yararlı, avtomatik tapançalarda və sair yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronları əldə edib, üzərində daşımaqla yaşadığı evin həyətindəki talvarın alt hissəsində olan çarpayının üzərindəki döşəyin altında bir ədəd sellofan torbanın içərisində gizlədib saxlamış, 20 avqust 2024-cü il tarixdə onun öz könüllü razılığı və iştirakı ilə yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı həmin 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, “Makarov” (PM) konstruksiyalı, “ET1094” nömrəli yivli odlu döyüş silahı hesab edilən, istifadəyə,atəşə yararlı tapança, 1 ədəd istifadəyə yararlı, zavod üsulu ilə hazırlanmış, tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 08 ədəd 9x18 mm kalibrli patron tutumuna malik olan “Makarov” (PM) konstruksiyalı yivli tapançanın sandıqçası və həmin sandıqçanın içərisində 08 ədəd, həmçinin yanında 02 ədəd olmaqla, ümumilikdə 10 ədəd zavod üsulu ilə istehsal edilmiş, 9 mm kalibrli, istifadəyə yararlı, avtomatik tapançalarda və sair yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlar yaşadığı evin həyətindəki talvarın alt hissəsində olan çarpayının üzərindəki döşəyin altından bir ədəd sellofan torbanın içərisindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri, işdə olan ekspertiza rəyləri və digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərdi ki, hazırda Balakən rayonu Sarıbulaq kəndində ailə üzvləri ilə birlikdə yaşayır.Fərdi əməklə məşğuldur. 1992-ci ildə X2 Ağdərə rayonunda döyüşlərdə iştirak etmiş, ayağından yaralanmışdır,hazıra kimi də yarası tam sağalmamışdır. Lakin döyüşlərdə iştirakı ilə bağlı rəsmi sənədi yoxdur. 2024-cü ilin avqust ayının əvvəllərində Balakən rayonu Qabaqçöl qəsəbə ərazisindən keçən Mazım çayında balıq tutduğu zaman çayın kənarında 1 ədəd sellofan torbanın içərisində parçaya bükülmüş vəziyyətdə 1 ədəd “Makarov” markalı tapança, 10 ədəd tapança patronu və 1 ədəd Makarov tapançasının sandıqçasını tapmışdır.Həmin tapdığı 1 ədəd “Makarov” markalı tapançanı,10 ədəd tapança patronunu və 1 ədəd Makarov tapançasının sandıqçasını Balakən rayonu Sarıbulaq kəndində yerləşən yaşadığı evə gətirərək yaşadığı evin həyətində talvarın altındakı çarpayının üzərində olan döşəyin altında gizlədib saxlamışdır. Həmin tapançanı və patronları tapması barədə heç kimə bir söz deməmişdir.Həmin silahdan istifadə etməmişdir. Həmin silahı saxlamaqda məqsədi silahdan xoşu gəlməsi olmuşdur. Onun həmin silahı saxlamaqda məqsədi bir başqa şəxsə zərər vermək olmamışdır. 20 avqust 2024-ci il tarixdə saat 14:45-də yaşadığı Balakən rayonu Sarıbulaq kəndində yerləşən evinin yaxınlığında olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra qanunsuz olaraq odlu əldə edib üzərində saxlamaqda və gəzdirməkdə şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi üçün onu Balakən rayon polis şöbəsinə dəvət etmişlər.O, polis əməkdaşlarının dəvəti ilə etiraz etmədən Balakən rayon polis şöbəsinə gəlmişdir.Polis şöbəsində ona hüquq və vəzifələri izah olunmuş, hüquq və vəzifələrinin izah edilməsi ilə bağlı bildiriş təqdim edilmişdir.Bundan sonra şübhəli şəxs qismində tutulması ilə bağlı tərtib edilmiş qərar ona elan edilmiş və həmin qərarla tanış olmuşdur.Daha sonra hüquqlarının müdafiə edilməsi məqsədi ilə Balakən rayon Vəkil Bürosunun vəkillər siyahısı ona təqdim edilmişdir.O, təqdim edilmiş vəkillərin siyahısından Balakən rayon vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən hüquqlarının dövlət hesabına müdafiə edilməsini xahiş etmişdir.Bir neçə dəqiqə sonra Müdafiəçi polis şöbəsinə dəvət edilmiş və müdafiəçi kimi ona təqdim edilmişdir.O, bir daha vəkil Müdafiəçi tərəfindən hüquqlarının müdafiə edilməsinə etirazının olmadığını bildirmişdir.Daha sonra şübhəli şəxs qismində tutulması ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ilə tanış olduqdan sonra imzalarla təsdiq etmiş, eyni zamanda tutulması ilə bağlı ailə üzvlərinə telefon vasitəsilə məlumat vermişdir. Bir daha hüquq və vəzifələri ona izah edilmişdir. Bundan sonra Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır.Şəxsi axtarış aparılmamışdan əvvəl ona bir daha hüquq və vəzifələri yəni, müdafiəçi tutmaq, öz əleyhinə ifadə verməmək və başqa hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra ona üzərində hər hansı narkotik vasitə və ya əşya, predmet olub-olmadığı barədə sual verilmişdir.O, hazırda üzərində hər hansı qanunla qadağan olunan odlu silah, əşya və ya predmetin olmadığını, Balakən rayonu Sarıbulaq kəndində yaşadığı evdə odlu silah saxladığını bildirmişdir.Şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibində olan bir ədəd “Samsung” markalı qara rəngli telefonu təqdim etmiş və həmin telefon gələcəkdə iş üçün əhəmiyyət daşıdığı üçün möhürlənərək təhqiqatçı tərəfindən götürülmüşdür.Şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan edilmiş hansı əşya və predmet aşkar edilməmişdir.Sonra polis əməkdaşları ilə birlikdə Müdafiəçi və onun iştirakı ilə Balakən rayonu Sarıbulaq kəndində yerləşən evinə baxış keçirilmiş və o, yaşadığı evin həyətində talvarın altındakı çarpayının üzərində olan döşəyin altındakı sellofan torbanın içərisində parçaya bükülmüş vəziyyətdə 1 ədəd “Makarov” markalı tapançanı, 1 ədəd içərisində 8 ədəd “Makarov” markalı tapançanın patronları olan sandıqçanı və onların yanında olan 2 ədəd “Makarov” markalı tapançanın patronlarını təqdim etmişdir. Baxış zamanı evində aşkar edilmiş 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd içərisində 8 ədəd “Makarov” markalı tapançanın patronları olan sandıqça və onların yanında olan 2 ədəd “Makarov” markalı tapançanın patronları 1 ədəd ağ rəngli kağız zərfə qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. Onun yaşadığı evə baxış keçirilən zaman əlavə hər hansı bir qanunsuz əşya və vasitə aşkar edilməmişdir.Ekspert rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, yaşadığı evinin həyətindəki talvarın altında olan çarpayının üzərindəki döşəyin alt hissəsindən aşkar edilmiş 1 ədəd silah 9 mm kalibrli, “Makarov” (PM) konstruksiyalı, “ET1094” nömrəli yivli odlu döyüş silahı hesab edilən tapançadır, 1 ədəd sandıqça istifadəyə yararlı, zavod üsulu ilə hazırlanmış, tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 08 ədəd 9X18 mm kalibrli patron tutumuna malik olan “Makarov” (PM) konstruksiyalı yivli tapançanın sandıqçasıdır və 10 ədəd patronlar isə zavod üsulu ilə istehsal edilmiş, 9 mm kalibrli, istifadəyə yararlı, avtomatik tapançalarda və sair yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır. Həmin “Makarov” tapançasından heç vaxt istifadə etməmişdir. O, həmçinin göstərdi ki, şübhəli şəxs qismində tutularkən həmin silahı Ramil adlı şəxsdən almasına dair göstrərdikləri yalan olmuşdur. Belə ki, onun Mingəçevir şəhərində cəzaçəkmə müəssisəsində olarkən tanış olduğu X7 adlı dostu vardır.O, həmişə Mingəçevir şəhərinə gedərkən orada Sahiblə görüşmüşdür. Sahibin vasitəsi ilə də Mingəçevir şəhərində Şuşa rayon sakini Ramil Həsənovla tanış olmuşdur.Ramil Sahiblə birlikdə Balakən rayonunda bir neçə dəfə onun qonağı da olmuşdur. 20 avqust 2024-cü il tarixdə polis əməkdaşları onu saxladıqda o, əvvəllərdə həbsdə olduğuna görə həmin silahı Ramildən aldığını bildirmişdir. Fikirləşmişdir ki,Ramili tapmazlar. Lakin sonradan işinin daha da çətinə düşəcəyini fikirləşib ifadələrində həqiqətləri deyərək həmin tapançanı, 10 ədəd tapança patronunu və 1 ədəd Makarov tapançasının sandıqçasını 2024-cü ilin avqust ayının əvvəllərində Balakən rayonu Qabaqçöl qəsəbə ərazisindən keçən Mazım çayında balıq tutduğu zaman çayın kənarındakı 1 ədəd sellofan torbanın içərisində parçaya bükülmüş vəziyyətdə tapdığını bildirmişdir. Ona qarşı Balakən RPŞ-də hər hansı bir psixi və fiziki təsir göstərilməmişdir.Əməlindən çox peşimandır.Bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib, həmin ifadəsinə uyğun ifadə verərək göstərdi ki, Balakən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində çalışır. 20 avqust 2024-cü il tarixdə Balakən rayonu Sarıbulaq kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edib saxlaması və gəzdirməsi barədə məlumat daxil olmuş, daha sonra həmin məlumat tərəfindən raportla Balakən RPŞ-nin rəhbərliyinə məruzə olunmuş və həmin tarixdə tərəflərində keçirilən tədbir zamanı Təqsirləndirilən şəxs 20 avqust 2024-cü il tarixdə saat 14:45-də Balakən rayon Sarıbulaq kəndi ərazisində evinin yaxınlığındakı yolda tərəflərindən saxlanılmışdır. Daha sonra Təqsirləndirilən şəxs özlərini təqdim edərək odlu silah əldə edib saxlamaqda və gəzdirməkdə şübhəli olduğunu deyərək Balakən rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişdir.Polis şöbəsində təhqiqatçı Gündüz Fətəliyev tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Hüquq və vəzifələrinin izah olunmasına dair yazılı bildiriş Təqsirləndirilən şəxs təqdim edilmişdir.Bundan sonra onun şübhəli şəxs qismində tutulması ilə bağlı tərtib edilmiş qərar Təqsirləndirilən şəxs elan edilmiş və həmin qərarla tanış olmuşdur.Daha sonra onun hüquqlarının müdafiəsi üçün Balakən rayon vəkil bürosunun vəkillərinin adlı siyahısı Təqsirləndirilən şəxs təqdim edilmiş və sonuncunun vəkillər siyahısından seçdiyi Müdafiəçi polis şöbəsinə dəvət olunmuşdur və Təqsirləndirilən şəxs təqdim edilmişdir.Təqsirləndirilən şəxs bir daha Müdafiəçi tərəfindən onun hüquqlarının müdafiə edilməsinə heç bir etirazının olmadığını bildirmişdir.Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Gündüz Fətəliyev tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış aparılmışdır.Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı qeyri-qanuni əşya olub-olmaması barədə sual verilmişdir.Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olmadığını bildirmişdir.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı qanunla qadağan edilmiş əşya, predmet aşkar olunmamışdır. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyət daşıdığından təhqiqatçı Gündüz Fətəliyev tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı yaşadığı evdə çarpayının döşəyinin altında “Makarov” markalı tapança saxladığını, həmin tapançanı 2 ay əvvəl tanış olduğu Mingəçevir şəhər sakini Ramil adlı şəxsdən 1 ay 10 gün əvvəl 1100 manata aldığını, Ramilin həmin silahı ona evinə gələrək satdığını, 1100 manat puldan 500 manat pulu Ramilə verdiyini, qalan 600 manatı isə verəcəyini, Makarov tapançası ona maraqlı gəldiyi üçün aldığını, həmin silahı təqdim edəcəyini bildirmişdir.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 5 manat məbləğində pul əskinazı ona geri qaytarılmışdır.Şəxsi axtarış Balakən RPŞ-nin KTQ-nın baş inspektor kriminalisti X9 tərəfindən fasiləsiz olaraq videokamera vasitəsi ilə lentə alınmışdır.Sonda təhqiqatçı Gündüz Fətəliyev tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, polis əməkdaşlarının və onun özünün iştirakı ilə yaşadığı Sarıbulaq kəndində yerləşən evə baxış keçirilmişdir.Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında olan talvarın altındakı çarpayıya yaxınlaşaraq çarpayının üzərindəki döşəyi qaldırıb həmin döşəyin altında sellofan torbada silahın olduğunu bildirmişdir.Həmin sellofan torba təhqiqatçı Gündüz Fətəliyev tərəfindən götürülüb içərisinə baxıldıqda, sellofan torbanın içərisində parçaya bükülmüş vəziyyətdə 01 ədəd Makarov tipli tapançaya oxşar silah, 01 ədəd içərisində 08 ədəd patron olan sandıqça və əlavə 02 ədəd Makarov markalı tapançanın patronları aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin silah və sursatı 1 ay 10 gün əvvəl tanışı, Mingəçevir şəhər sakini Ramil adlı şəxsdən maraqlı gəldiyi üçün 1100 manata aldığını, Ramilin həmin silah və sursatı onun evinə gətirib yaşadığı evində ona satdığını, həmin silahdan istifadə etmədiyini bildirmişdir.Daha sonra 01 ədəd Makarov markalı tapançaya oxşar silah, 10 ədəd patron və 01 ədəd sandıqça təhqiqatçı Gündüz Fətəliyev tərəfindən qablaşdırılaraq və möhürlənərək götürülmüşdür.Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən və evin həyətyanı sahəsindən əlavə hər hansı bir qanunsuz əşya və predmet aşkar edilməmişdir.Baxış prosesi Balakən RPŞ-nin KTQ-nın baş inspektor kriminalisti X9 tərəfindən fasiləsiz olaraq videokamera vasitəsi ilə lentə alınmışdır.Sonda təhqiqatçı Gündüz Fətəliyev tərəfindən baxış keçirilməsi barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İşin 23-26-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 20 avqust 2024-cü il tarixdə Balakən RPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı Gündüz Fətəliyev tərəfindən tərtib olunmuş “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki,Balakən rayonu Sarıbulaq kənd sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq odlu silah saxlamaqda və gəzdirməkdə şübhəli olduğundan Balakən rayonu Sarıbulaq kəndində yaşadığı evin yaxınlığında saxlanılaraq 20 avqust 2024-cü il tarixdə saat 14:45-də Balakən RPŞ-yə gətirilmiş, Balakən RPŞ-nin TB-nin təhqiqatçısı Gündüz Fətəliyev tərəfindən şübhəli şəxs qismində tutulmuş və onun üzərinə vəkillər siyahısından seçdiyi vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır.Şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir odlu silah və qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı evində olan çarpayının döşəyinin altında “Makarov” markalı tapança saxladığını, həmin tapançanı 2 ay əvvəl tanış olduğu Mingəçevir şəhər sakini Ramil adlı şəxsdən 01 ay 10 gün əvvəl 1100 manata aldığını, Ramilin həmin silahı ona evinə gələrkən satdığını, 1100 manat puldan 500 manat pulu Ramilə verdiyini qalan 600 manatı isə verəcəyini, Makarov tapançasının ona maraqlı gəldiyi üçün aldığını, həmin silahı təqdim edəcəyini bildirmişdir.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd Samsung markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən 01 ədəd ağ rəngli kağız zərfə qablaşdırılmaqla möhürlənmiş və təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən götürülmüş beş manat məbləğində pul ona geri qaytarılmışdır. Şəxsi axtarış prosesi “Panasonic” markalı videokamera vasitəsi ilə qeydə alınmış və qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD disk şəxsi axtarış protokoluna əlavə olunmuşdur.Şəxsi axtarış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş,əlavə hər hansı şikayət və vəsatət daxil olmamış,protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 28-31-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 20 avqust 2024-cü il tarixdə Balakən RPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı Gündüz Fətəliyev tərəfindən tərtib olunmuş “baxış keçirilməsi barədə” protokoldan görünür ki, Balakən rayon Sarıbulaq kənd sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq odlu silah saxlamaqda və gəzdirməkdə şübhəli olduğundan Balakən rayon Sarıbulaq kəndində yaşadığı evin yaxınlığında saxlanılaraq 20 avqust 2024-cü il tarixdə saat 14:45-də Balakən RPŞ-yə gətirilmiş, TB-nin təhqiqatçısı Gündüz Fətəliyev tərəfindən şübhəli şəxs qismində tutulmuş, onun üzərində şəxsi axtarış keçirilən zaman hər hansı bir odlu silah və ya qanunsuz əşya, vasitə aşkar edilməmişdir.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı Balakən rayon Sarıbulaq kəndində yerləşən evində odlu silah olan “Makarov” markalı tapança saxladığını, həmin silahı təqdim edə biləcəyini bildirmişdir.Həmin tədbirin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətindəki tikilillərə baxış keçirilmişdir.Baxışdan əvvəl Təqsirləndirilən şəxs polis əməkdaşlarının onun yaşadığı evə baxış keçirmələrinə etirazının olmaması barədə Balakən RPŞ-yə ərizə ilə müraciət etmişdir.Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında olan talvarın altındakı çarpayıya yaxınlaşaraq çarpayının üzərindəki döşəyi qaldırmış və döşəyin altındakı 01 ədəd sellofan torbada silahın olduğunu bildirmişdir.Həmin sellofan torba təhqiqatçı tərəfindən götürülməklə içərisinə baxış keçirildikdə parçaya bükülmüş vəziyyətdə 01 ədəd üzərində ET1094 nömrələri olan 1954-cü il istehsal tarixli “Makarov” markalı tapançaya oxşar silah, 01 ədəd içərisində 08 ədəd patron olan sandıqça və əlavə 02 ədəd “Makarov” markalı tapançanın patronları aşkar edilmişdir.Təqsirləndirilən şəxs həmin silah və sursatı 01 ay 10 gün bundan əvvəl tanışı Mingəçevir şəhər sakini Ramil adlı şəxsdən maraqlı gəldiyi üçün 1100 manat aldığını, Ramilin həmin silah və sursatı evinə gətirirək satdığını, həmin silahdan istifadə etmədiyini bildirmişdir.Təqsirləndirilən şəxs evinin həyətindəki talvarın altındakı çarpayının üzərində olan döşəyin altından aşkar edilmiş 01 ədəd “Makarov” markalı tapançaya oxşar silah,10 ədəd patron və 01 ədəd sandıqça təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qablaşdırlmaqla möhürlənmiş və götürülmüşdür.Baxış zamanı Təqsirləndirilən şəxs evindən əlavə qanunsuz əşya və vasitə aşkar edilməmişdir.Baxış prosesi “Panasonic” markalı videokamera vasitəsi ilə qeydə alınmış və qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD disk baxış protokoluna əlavə olunmuşdur. Baxış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Baxış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd diskə məhkəmə iclas zalında baxış keçirilmiş, protokolda qeyd edilənlərin düzgün qeyd edildiyi müəyyən edilmişdir. İşin 46-49-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 21 avqust 2024-cü il tarixli 17/722 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, Makarov (PM) konstruksiyalı, ET1094 nömrəli tapançadır-yivli odlu döyüş silahı hesab edilir.MEM-in Şəki regional bölməsində müvafiq texniki şərait (tir) olmadığından ekspert qarşısında qoyulmuş silahın istifadəyə yararlı olub-olmaması müəyyən edilsin sualını cavablandırma mümkün olmadı. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd sandıqça Makarov (PM) konstruksiyalı yivli tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 08 ədəd 9x18 mm kalibrli patron tutumuna malik olan, zavod üsulu ilə hazırlanmış sandqıqçadır və təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 10 (on) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 9 mm kalibrli olmaqla, həmin kalibrə malik “Makarov” (PM), PA-63, P64, RK59, P61 konstruksiyalı tapançalarda, Steçkin (APS) konstruksiyalı avtomatik tapançalarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardırlar – döyüş sursatıdırlar, istifadəyə yararlıdırlar. İşin 103-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-11/2-9921/2024 nömrəli məktubunda göstərilmişdir ki, təqdim edilmiş 9 mm kalibrli, ET-1094 nömrəli PM modelli Makarov konstruksiyalı tapançadan eksperimental qaydada atılmış güllə və giliz nümunələri idarənin “güllə-giliz kartotekasında “ARSENAL” avtomatlaşdırılmış balistik sistemi vasitəsi ilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Qeyd:Təqdim edilmiş 10 ədəd 9X18 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəş zamanı istifadə olundu. İşin 16-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 20 avqust 2024-cü il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, 20 avqust 2024-cü ildə saat 15:30-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.Onun azadlığının faktiki olaraq 20 avqust 2024-cü ildə saat 14:45-də məhdudlaşdırılması göstərilmişdir. İşin 88-90-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 22 avqust 2024-cü il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi, barəsində qətimkan tədbirinin seçilməsi barədə qərardan və aktdan görünür ki, Təqsirləndirilən şəxs 22 avqust 2024-cü il tarixdə saat 14:40-da Balakən rayon Polis Şöbəsinin MSY-dən azad edilmiş və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin 101-102-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3, 237.2.3-cü maddələrinə əsasən təqsirli bilinərək 07 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə çəkdiyi cəzadan 02 (iki) ay, 02 (iki) gün vaxtından əvvəl azad edilmişdir, məhkumluğu ödənilməmişdir. İşin 135-147-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 20 sentyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, X10 və X4 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İşin 106-113-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 aprel 2016-cı il tarixli 1(019)-030/2016 nömrəli hökmünün surətindən görünür ki,Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrinə əsasən təqsirli bilinərək 07 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdr. İşin 114-118-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Şəki Rayon Məhkəməsininin 28 noyabr 2022-ci il tarixli 7(075)-222/2022 nömrəli qərarından görünür ki,Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə çəkdiyi cəzadan 02 (iki) ay, 02 (iki) gün vaxtından əvvəl azad edilmişdir. İşin 119-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Sarıbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 23 avqust 2024-cü il tarixli 210 nömrəli arayışdan görünür ki, Qazaxov X3 rayonunun Sarıbulaq kəndində yaşayır, himayəsində arvadı və işləməyən iki oğlu vardır. İşin 121-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Sarıbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət cəhətdən xarakterizə olunur,barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmadığı göstərilir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 dekabr 2024-cü il tarixli 3-16-16/2-3/1773 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd 1954-cü ildə zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, Makarov (PM) konstruksiyalı, ET1094 nömrəli yivli odlu döyüş silahı hesab edilən tapança istifadəyə, atəşə yararlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən: Maddə 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Maddə 124.1.2. Bu sübutlarla hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən hallar göstərilməlidir. Maddə 125.1. Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Maddə 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, Azərbaycan Respublikası CPM-nin 125.2.3-cü maddəsinə əsasən şübhəli və təqsirləndirilən şəxsin müdafiə hüquqlarının… pozulması ilə, Azərbaycan Respublikası CPM-nin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraat qaydaları kobud pozuntularla aparıldıqda… əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Maddə 125.3. Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Maddə 137.Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilir. Maddə 144.Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Maddə 145.1.Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə şahidlər-Şahid1 və Şahid2 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam,hərtərəfli və obyektiv yoxlayıb,hər bir sübutu mənsubiyyəti,mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə,eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsi və döyüş sursatını əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Repsublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin töfsifi törədilən kokret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin töfsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Töfsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan inan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli örənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Mülki və xidməti silah haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: silah — canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; döyüş sursatı — müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; odlu silah — barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan silahdır. Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir,onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur,təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar olmasa da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlini etiraf etməklə əməlindən səmimi peşiman olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Belə ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılarkən könüllü olaraq yaşadığı Balakən rayon Sarıbulaq kəndində yerləşən evində odlu silah olan “Makarov” markalı tapança saxladığını, həmin silahı təqdim edə biləcəyini bildirmişdir. O, evinə və həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etməmiş, onun razılığı ilə yaşadığı evə və həmin evin həyətinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında olan talvarın altındakı çarpayıya yaxınlaşaraq çarpayının üzərindəki döşəyi qaldırmış və döşəyin altındakı 01 ədəd sellofan torbada olan 01 ədəd üzərində ET1094 nömrələri olan 1954-cü il istehsal tarixli “Makarov” markalı silahı, 01 ədəd içərisində 08 ədəd patron olan sandıqçanı və əlavə 02 ədəd patronları təqdim etmişdir.O,həmçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını bildirmişdir. Bunlar isə onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissini qoruyub saxlamasına dəlalət edir və tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qeyd edilənlərə əsaslanaraq məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməklə əməlindən səmimi peşiman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Onun əməlində cəzanı ağırlaşdıran hal cinayətlərin residividir. Belə ki, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3, 237.2.3-cü maddələrinə əsasən təqsirli bilinərək 07 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və həmin cəzanı çəkmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəllənin 15.4-cü maddəsinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Qanunvericiliyin qeyd edilən tələblərinə görə Təqsirləndirilən şəxs məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3, 237.2.3-cü maddələri ağır cinayətlər hesab olunurlar. Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən 06 il keçdikdə onların məhkumluqları ödənilmiş hesab olunur. İş materiallarından görünür ki,Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə çəkdiyi cəzadan 02 (iki) ay, 02 (iki) gün vaxtından əvvəl azad edilmişdir. O, cəzadan azad edildiyi vaxtdan 06 il keçməmiş hazırkı cinayət əməlini törətmişdir. Ona görə də onun əməli cinayətlərin residivini yaradır. Cinayət Məcəlləsinin 65.1-65.2-ci maddələrinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmayacağını nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə, Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs tərəfindən ona təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə o,azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs hazırkı əməli cinayətlərin residivini yaratdığından və əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkdiyindən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli,o,20 avqust 2024-cü il tarixdən 22 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı üçün, həmin iki gün müddət təyin ediləcək cəza müddətinə hesablanmaqla həmin cəzadan çıxılmalı,Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin ediləcəyindən,onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalında həbs edilməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 94,60 manat (doxsan dörd manat 60 qəpik) Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, “Makarov” (PM) konstruksiyalı, “ET1094” nömrəli yivli odlu döyüş silahı hesab edilən istifadəyə yararlı tapança, 1 ədəd istifadəyə yararlı, zavod üsulu ilə hazırlanmış, tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 08 ədəd 9x18 mm kalibrli patron tutumuna malik olan “Makarov” (PM) konstruksiyalı yivli tapançanın sandıqçası və ekspert tədqiqatından sonra 06 ədəd zavod üsulu ilə istehsal edilmiş, 9 mm kalibrli, istifadəyə yararlı, avtomatik tapançalarda və sair yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlar hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikasının DİN-in silah sursat anbarına təhvil verilməli, ekspert tədqiqatı zamanı istifadə olunmuş 1 ədəd patronun gilizi məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd DVD diski cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 09 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 54 manat tutulub Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx"ASC-in X6 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 01(bir) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Onun 20 avqust 2024-cü il tarixdən 22 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla,cəmi 2(iki) gün müddət həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın.Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.Cəza çəkmə müddətinin əvvəli 08 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin,onun barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalında həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, “Makarov” (PM) konstruksiyalı, “ET1094” nömrəli yivli odlu döyüş silahı hesab edilən istifadəyə yararlı tapança, 1 ədəd istifadəyə yararlı, zavod üsulu ilə hazırlanmış, tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 08 ədəd 9x18 mm kalibrli patron tutumuna malik olan “Makarov” (PM) konstruksiyalı yivli tapançanın sandıqçası və ekspert tədqiqatından sonra 06 ədəd zavod üsulu ilə istehsal edilmiş, 9 mm kalibrli, istifadəyə yararlı, avtomatik tapançalarda və sair yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlar hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikasının DİN-in silah sursat anbarına təhvil verilsin, ekspert tədqiqatı zamanı istifadə olunmuş 1 ədəd patronun gilizi məhv edilsin. İş üzrə maddi sübut olan iki ədəd DVD disk cinayət işinin materiallarında saxlansın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 94,60 manat (doxsan dörd manat 60 qəpik) Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 54 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X6 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-5/2025
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-5/2025
08.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver