Məhkəmə qərarları › İş №1(019)-50/2023

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-50/2023

02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-50/2023 02.05.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərsəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə xx xxx 2001-ci ildə Balakən rayonu Hənifə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olmaqla həbs olunan vaxta kimi həmin ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs1 25aprel 1997-ci ildəBalakən rayonu Hənifə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olmaqla həbs olunan vaxta kimi həmin ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 177.2.1, 177.2.2 və 177.2.3 maddələrilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs1 qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, təkrarən saxlanc yeri olan yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, 06 dekabr 2022-ci il tarixdə saat 10 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə Balakən rayonu Kortala kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin nəzarətsiz qaldığına əmin olub özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu niyyətini həyata keçirmək məqsədilə saxlanc yeri olan yaşayış sahəsinə, yəni fərdi yaşayış evinə açıq pəncərədən daxil olub otaqdan 01 ədəd 150 manat dəyərində 07 litr tutumlu odun samovarını, 01 ədəd 35 manat dəyərində 40 litr tutumlu alimünum materialından olan su bidonunu və 01 ədəd 25 manat dəyərində 10 litr tutumlu alimünum qazanı oğurlayaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 210 (iki yüz on) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən 12 dekabr 2022-ci il tarixdə saat 11 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə Balakən rayonu Qazma kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin nəzarətsiz qaldığına əmin olub özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu niyyətlərini həyata keçirmək məqsədilə saxlanc yeri olan yaşayış sahəsinə, yəni fərdi yaşayış evinə açıq pəncərədən daxil olub otaqdan hər bir kiloqramı 4 manat olan ümumilikdə 108 manat dəyərində 01 ədəd sintetik kisədə olan orta ölçülü qabıqlı 27 kiloqram fındıq məhsulunu, 01 ədəd 150 manat dəyərində 07 litr tutumlu odun samovarını və 01 ədəd 50 manat dəyərində mis materialından olan aşsüzəni oğurlayaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 308 (üç yüz səkkiz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 qəsdən, qanunsuz olaraq,tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, təkrarən saxlanc yeri olan yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, 06 dekabr 2022-ci il tarixdə saat 10 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə Balakən rayonu Kortala kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin nəzarətsiz qaldığına əmin olub özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu niyyətini həyata keçirmək məqsədilə saxlanc yeri olan yaşayış sahəsinə, yəni fərdi yaşayış evinə açıq pəncərədən daxil olub otaqdan 01 ədəd 150 manat dəyərində 07 litr tutumlu odun samovarını, 01 ədəd 35 manat dəyərində 40 litr tutumlu alimünum materialından olan su bidonunu və 01 ədəd 25 manat dəyərində 10 litr tutumlu alimünum qazanı oğurlayaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 210 (iki yüz on) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən 12 dekabr 2022-ci il tarixdə saat 11 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə Balakən rayonu Qazma kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin nəzarətsiz qaldığına əmin olub özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu niyyətlərini həyata keçirmək məqsədilə saxlanc yeri olan yaşayış sahəsinə, yəni fərdi yaşayış evinə açıq pəncərədən daxil olub otaqdan hər bir kiloqramı 4 manat olan ümumilikdə 108 manat dəyərində 01 ədəd sintetik kisədə olan orta ölçülü qabıqlı 27 kiloqram fındıq məhsulunu, 01 ədəd 150 manat dəyərində 07 litr tutumlu odun samovarını və 01 ədəd 50 manat dəyərində mis materialından olan aşsüzəni oğurlayaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 308 (üç yüz səkkiz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X3 göstərilən cinayət əməllərini törətmələri onların etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və işdə olan digər sübutların tədqiqi əsasında aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, hazırda Balakən rayonu Hənifə kəndində ailə üzvlərilə birlikdə yaşayır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 08 ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 234.1 və 237.1-ci maddələrilə təqsirli bilinərək, CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin olunaraq çəkilməmiş qalan 9 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası 4 ay 29 gün azadlıqdan məhrum etmə cəzasına gətirilib CM-nin 67.1-ci maddəsinə əsasən Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 4 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Balakən rayon ərazisində həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə birlikdə ayrı-ayrı şəxslərdən qara və əlvan metal alıb daha sonra həmin metalların rayon ərazisində topdan alışı ilə məşğul olan şəxslərə sataraq ailəsinin dolanmasını təmin edir. 06 dekabr 2022-ci il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə birlikdə özünə məxsus at arabasında Balakən rayonu ərazisində metal almaq üçün gəzmişlər. Onlar rayonun Kortala kəndi ərazisində saat təximən 10 radələrində dəmir almaq üçün gəzən zaman nəzarətsiz qalan bir evin olduğunu görmüşlər. Bu zaman Əmrahla birlikdə oğurluq etmək qərarına gəlmişlər. Bunun üçün də həmin evin hasarından tullanaraq həyətə daxil olmuşlar. Daha sonra da evin açıq pəncərəsindən içəriyə daxil olaraq otaqlardan 1 ədəd 7 litr tutumlu od samovarını, 1 ədəd alüminium materialından olan su balonunu və 1 ədəd böyük ölçülü alüminium qazanı oğurlayıb küçəyə gətirərək at arabasına yükləmişlər. At arabasına yığandan sonra Təqsirləndirilən şəxs2lə birlikdə həmin 1 ədəd 7 litr tutumlu samovarı, 1 ədəd alüminium materialından olan su balonunu və 1 ədəd böyük ölçülü alüminium qazanı Balakən rayonu Hənifə kənd sakini Yalçın adlı şəxsə satmaq üçün aparmışlar. Daha sonra Yalçının yaşadığı evdə həmin 1 ədəd 7 litr tutumlu samovarı, 1 ədəd alüminium materialından olan su balonunu və 1 ədəd böyük ölçülü alüminium qazanı təxmini olaraq 40-50 manata satmışlar. Həmin pulun yarısını Əmrah, qalanını da o, götürmüşdür. Bundan başqa 12 dekabr 2022-ci il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə yenidən özünə məxsus at arabasında Balakən rayonu ərazisində metal almaq üçün gəzmişlər. Onlar rayonun Qazma kəndi ərazisində saat təximən 11 radələrində dəmir almaq üçün gəzən zaman nəzarətsiz qalan bir evin olduğunu görmüşlər. Bu zaman onlar Əmrahla birlikdə oğurluq etmək qərarına gəlmişlər. Bunun üçün də həmin evin hasarından tullanaraq həyətə daxil olmuşlar.Daha sonra da evin açıq pəncəsərindən içəriyə daxil olaraq otaqlardan 01 kisə fındıq, 01 ədəd 7 litr tutumlu samovarı, 01 ədəd aşsüzəni oğurlayıb küçəyə gətirərək at arabasına yükləmişlər. At arabasına yığandan sonra o, Əmrahla birlikdə həmin 01 ədəd 7 litr tutumlu samovarı və 01 ədəd aşsüzəni Balakən rayonu Hənifə kənd sakini Yalçın adlı şəxsə satmaq üçün aparmışlar. Onlar Yalçının yaşadığı evdə həmin 01 ədəd 7 litr tutumlu samovarı və 01 ədəd aşsüzəni 55 manata satmışlar. Fındıq məhsulunu isə Balakən bazarına satmaq üçün aparmışlar. Balakən bazarında tanımadıqları fındıq alıcısı olan bir şəxsə fındıq satmaq istədiklərini bildirmiş, həmin şəxs də fındığın hər bir kiloqramını 2 manata aldığını demişdir. Bu zaman onlar da həmin şəxslə razılaşmışlar. Fındığı çəkdikdə 27 kq çəkisi olmuş və ümumilikdə 27 kq çəkidə fındığı 54 manata həmin şəxsə satmışlar. Həmin pulun da yarısını Əmrah, qalanını isə o, götürmüşdür. Bundan sonra isə oradan çıxıb yaşadıqları evə getmişlər. Balakən rayonu Hənifə kənd sakini Yalçın adlı şəxs onlardan aldığı samovarların, qazanın və aşsüzənin oğurluq olduğunu bilməmişdir. Çünki Yalçın onlardan adətən dəmir və digər metallar almışdır. Buna görə də haradan əldə etdiklərini bilmir və bu barədə onlardan nə isə soruşmamışdır. Çünki onlar Əmrahla birlikdə hər gün ayrı-ayrı şəxslərdən dəmir və digər metallar alaraq Yalçına metalllolom kimi satmışlar. O və həmkəndlisi Təqsirləndirilən şəxs2 Balakən rayonu Kortala kəndi ərazisində və Balakən rayonu Qazma kəndi ərazisində yaşayış sahəsinə daxil olub oğurluq edən zaman onları görən və ya sonradan bu hadisə barədə məlumatı olan şəxslər olmamışdır. Həmçinin Əmrahla birlikdə daxil olaraq oğurluq etdikləri yaşayış sahələrinin kimlərə məxsus olduğunu bilməmişlər. Hazırda isə Kortala kəndi ərazisindən oğurluq etdikləri evin həmin kənd sakini Zərərçəkmiş şəxs1, Qazma kəndi ərazisindən oğurluq etdikləri evin isə Zərərçəkmiş şəxs2 məxsus olduğunu bilmişdir. O, həmkəndlisi Təqsirləndirilən şəxs2lə birlikdə və ya tək olaraq digər hər hansı oğurluq və ya başqa hər hansı bir cinayət əməli törətməmişdir. Həmçinin, Polis Şöbəsində ona hər hansı bir fiziki və ya psixi təsir göstərilməmişdir. 06 dekabr 2022-ci il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə rayonun Kortala kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış evinə oğurluq etmək üçün getdikləri zaman evin pəncərəsinin arxası bağlanmamış, həmin pəncərəni itələyərək açdıqları zaman pəncərənin şüşələrinin düşməsini görərək, şüşənin birini yerə, digərini isə otaqda yerləşən sandığın üzərində yükün üstünə qoymuş, evin pəncərəsini sındırmamışlar. Həmçinin 12 dekabr 2022-ci il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə rayonun Qazma kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs2 məxsus yaşayış evinə oğurluq etmək üçün getdikləri zaman evin pəncərəsi aralı, yəni tam bağlanmamış vəziyyətdə olmuş, pəncərəni əlləri ilə çəkib açan zaman pəncərənin həmin vaxtı qırıq olan şüşəsi yerə düşmüş, evin pəncərəsini sındırmadan evə daxil olmuşlar. Təqsirləndirilən şəxs2 ilə birlikdə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurduqları ziyanı könüllü şəkildə onlara tam ödəmiş və zərərçəkmiş şəxslərlə barışıq əldə etmişlər. Zərərçəkmiş şəxslərin onlara qarşı tələb və şikayətləri yoxdur. Cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Bu halların ona cəza verilməsində nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, hazırda Balakən rayonu Hənifə kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir və hazırda cəza çəkir. Balakən rayonu ərazisində həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə birlikdə ayrı-ayrı şəxslərdən qara və əlvan metal alıb daha sonra həmin metalların rayon ərazisində topdan alışı ilə məşğul olan şəxslərə sataraq ailəsinin dolanmasını təmin etmişdir. 06 dekabr 2022-ci il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs1 məxsus at arabası ilə Balakən rayonu ərazisində metal almaq üçün gəzmişlər. Onlar rayonun Kortala kəndi ərazisində saat təximən 10 radələrində dəmir almaq üçün gəzən zaman nəzarətsiz qalan bir evin olduğunu görmüşlər. Bu zaman Həsənlə birlikdə oğurluq etmək qərarına gəlmişlər. Bunun üçün də həmin evin hasarından tullanaraq həyətə daxil olmuşlar.Daha sonra da evin açıq pəncəsərindən içəriyə daxil olaraq otaqlardan 1 ədəd 7 litr tutumlu od samovarını, 1 ədəd alüminium materialından olan su balonunu və 1 ədəd böyük ölçülü alüminium qazanı oğurlayıb küçəyə gətirərək at arabasına yükləmişlər. At arabasına yığandan sonra Təqsirləndirilən şəxs1lə birlikdə həmin 1 ədəd 7 litr tutumlu samovarı, 1 ədəd alüminium materialından olan su balonunu və 1 ədəd böyük ölçülü alüminium qazanı Balakən rayonu Hənifə kənd sakini Yalçın adlı şəxsə satmaq üçün aparmışlar. Onlar Yalçının yaşadığı evdə həmin 1 ədəd 7 litr tutumlu samovarı, 1 ədəd alüminium materialından olan su balonunu və 1 ədəd böyük ölçülü alüminium qazanı təxmini olaraq 40-50 manata satmışlar. Həmin pulun yarısını Həsən, qalanını da o götürmüşdür. Bundan başqa isə 12 dekabr 2022-ci il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə yenidən Həsənə məxsus at arabasında Balakən rayonu ərazisində metal almaq üçün gəzmişlər. Onlar rayonun Qazma kəndi ərazisində saat təximən 11 radələrində dəmir almaq üçün gəzən zaman nəzarətsiz qalan bir evin olduğunu görmüşlər. Bu zaman Həsənlə birlikdə oğurluq etmək qərarına gəlmişlər. Bunun üçün də həmin evin hasarından tullanaraq həyətə daxil olmuşlar. Daha sonra da evin açıq pəncəsərindən içəriyə daxil olaraq otaqlardan 1 kisə fındıq, 1 ədəd 7 litr tutumlu samovarı, 1 ədəd aşsüzəni oğurlayıb küçəyə gətirərək at arabasına yükləmişlər. At arabasına yığandan sonra o, Həsənlə birlikdə həmin 1 ədəd 7 litr tutumlu samovarı və 1 ədəd aşsüzəni Balakən rayonu Hənifə kənd sakini Yalçın adlı şəxsə satmaq üçün aparmışlar. Onlar Yalçının yaşadığı evdə həmin 1 ədəd 7 litr tutumlu samovarı və 1 ədəd aşsüzəni 55 manata satmışlar. Fındıq məhsulunu isə Balakən bazarına satmaq üçün aparmışlar. Balakən bazarında tanımadıqları fındıq alıcısı olan bir şəxsə fındıq satmaq istədiklərini bildirmiş, həmin şəxs də fındığın hər bir kiloqramını 2 manata aldığını söyləmişdir. Onlar da həmin şəxslə razılaşmışlar. Fındığı çəkdikdə 27 kq çəkisi olmuş, ümumilikdə 27 kq çəkidə fındığı 54 manata həmin şəxsə satmışlar. Həmin pulun da yarısını Həsən, qalanını da o, götürmüşdür. Bundan sonra isə oradan çıxıb yaşadıqları evə getmişlər. Balakən rayonu Hənifə kənd sakini Yalçın onlardan aldığı samovarların, qazanın və aşsüzənin oğurluq olduğunu bilməmişdir. Çünki Yalçın onlardan adətən dəmir və digər metalları almışdır. Buna görə də haradan əldə etdiklərini bilməmişdir. Çünki onlar da hər gün ayrı-ayrı şəxslərdən dəmir və digər metallar alaraq Yalçına satmışlar. O və həmkəndlisi Təqsirləndirilən şəxs1 Balakən rayonu Kortala kəndi ərazisində və Balakən rayonu Qazma kəndi ərazisində yaşayış sahəsinə daxil olub oğurluq edən zaman onları görən və ya sonradan bu hadisə barədə məlumatı olan şəxslər olmamışdır. Onlar daxil olaraq oğurluq etdikləri yaşayış sahələrinin kimlərə məxsus olduğunu bilməmişlər. Kortala kəndi ərazisindən oğurluq etdikləri evin həmin kənd sakini Zərərçəkmiş şəxs1, Qazma kəndi ərazisindən oğurluq etdikləri evin isə Zərərçəkmiş şəxs2 məxsus olduğunu bilmişdir. Həmçinin o, həmkəndlisi Təqsirləndirilən şəxs1lə birlikdə və ya tək olaraq digər hər hansı oğurluq və ya başqa hər hansı bir cinayət əməli törətməmişdir. Polis Şöbəsində ona hər hansı bir fiziki və ya psixi təsir göstərilməmişdir. 06 dekabr 2022-ci il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə rayonun Kortala kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış evinə oğurluq etmək üçün getdikləri zaman evin pəncərəsinin arxası bağlanmamış, həmin pəncərəni itələyərək açdıqları zaman pəncərənin şüşələrinin düşməsini görərək şüşənin birini yerə digərini isə otaqda yerləşən sandığın üzərində yükün üstünə qoymuş, evin pəncərəsini sındırmamışlar. 12 dekabr 2022-ci il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə rayonun Qazma kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs2 məxsus yaşayış evinə oğurluq etmək üçün getdikləri zaman evin pəncərəsinin aralı, yəni tam bağlanmamış vəziyyətdə olmuş, pəncərəni əlləri ilə çəkib açan zaman pəncərənin qırıq olan şüşəsi yerə düşmüş, evin pəncərəsini sındırmadan evə daxil olmuşlar. Təqsirləndirilən şəxs1 ilə birlikdə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurduqları ziyanı könüllü şəkildə onlara tam ödəmiş və zərərçəkmiş şəxslərlə barışıq əldə etmişlər. Zərərçəkmiş şəxslərin onlara qarşı tələb və şikayətləri yoxdur. Cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Bu halların ona cəza verilməsində nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, hazırda Balakən rayonu Kortala kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmamış, psixi xəstəliklər keçirməmişdir. Onun Balakən rayonu Kortala kəndi ərazisində özünə məxsus olan 2 ədəd fərdi yaşayış evi vardır. Həmin evin birində anası X6 tək yaşamışdır. Təxminən 5-6 il bundan öncə o, anasını həmin evindən çıxarıb hal-hazırda qaldığı evə gətirmişdir. Həmin vaxtdan sonra da anasının yaşadığı evdə heç kim yaşamamışdır. Həmin evdə ona məxsus köhnə əşyalar olmuşdur. O, həftə ərzində 1 dəfə də olsa həmin evə gedib baş çəkmişdir. Sonuncu dəfə də xx.xx.2022-ci il tarixdə səhər saatlarında o, həmin evə getmiş, evin həyətyanı sahəsinə daxil olub gəzmiş, evin arxa tərəfinə keçəndə isə evin arxa otağındakı pəncərə sınıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra o, evin giriş qapısını açıb içəri daxil olmuş, evin içərisinə baxanda isə oğurluq hadisəsi törədildiyini və pəncərəsi sınmış otaqda olan şkafın üstündəki 1 ədəd samovarın, qonaq otağında olan 1 ədəd 40 litrlik alüminium su balonunun və 1 ədəd alüminium böyük ölçülü qazanın oğurlandığını görmüşdür. Bu zaman o, ilk öncə hadisə barədə polis şöbəsinə məlumat vermək istəməmiş və bu barədə kənd ərazisində soraq salmışdır ki, kim edibsə, yəni oğurluğu edən şəxs kimdirsə gətirib əşyalarını geri qaytarsın. Lakin bir neçə gün keçməsinə baxmayaraq əşyalarını geriyə gətirən olmamışdır. Daha sonra, yəni xx.xx.2022-ci il tarixdə ona məxsus fərdi yaşayış evindən oğurluq olması ilə bağlı Balakən RPŞ-yə gəlib ərizə ilə müraciət etmişdir. Ona məxsus fərdi yaşayış evindən oğurlanmış 1 ədəd təxmini qiyməti 100 manat olan 07 litr tutumlu samovarın, 1 ədəd təxmini qiyməti 80 manat olan alüminium materialından olan 40 litrlik su balonunun və 01 ədəd təxmini qiyməti 70 manat olan alüminium materialından olan 10 litr tutumlu qazanın oğurlanması nəticəsində ona ümumilikdə 250 manat məbləğində ziyan dəymişdir. Həmçinin sonradan ona məlum olmuşdur ki, ona məxsus fərdi yaşayış evindən oğurluq edən şəxslər Balakən rayonu Hənifə kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dur. Həmçinin də oğurlanmış 01 ədəd samovarının lüləyinin əl tutan yeri sındığından həmin yeri qaynaq etdirmiş, 01 ədəd 40 litrlik alüminium su bidonunun qapaq hissəsi sınıq olduğundan çıxmış, 01 ədəd alüminium qazanın isə yeni olmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli nəticəsində ona vurduqları ziyanı könüllü şəkildə tam olaraq ona ödəmiş və onunla barışıq əldə etmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, hazırda Balakən rayonu Qazma kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, 2022-ci ilin yay aylarında satmaq üçün özünə qoz və fındıq yığmışdır. 1 kisə qoz və 1 kisə fındığı evinin giriş hissəsində olan otağa qoymuşdur. xx.xx.2022-ci il tarixdə ona pul lazım olduğu üçün öz evinə gedib orada olan 1 kisə fındığı götürüb satmaq qərarına gəlmişdir. Buna görə də atasının evindən çıxıb öz evinə getmişdir. Evə daxil olanda isə qoz ilə fındıq kisələrinin olduğu yerdən həmin 1 kisə fındığın, digər otaqda olan 1 ədəd alüminium materialından olan 07 litr tutumlu od samovarının və 1 ədəd mis materialından olan aşsüzənin olmadığını görmüşdür. Daha sonra ətrafa baxdıqda həmin əşyaları tapa bilməmiş və həmin otağın pəncərəsinə baxanda şüşənin sındırıldığını görmüşdür. Bu zaman o, 1 kisə fındığın, 1 ədəd alüminium materialından olan 07 litr tutumlu od samovarının və 1 ədəd mis materialından olan aşsüzənin oğurlandığını başa düşmüşdür. Həmin otağın pəncərəsinə baxdıqda evin pəncərəsinin şüşəsinin yerə düşməsini, illərdir yağış və qardan xarab olmuş pəncərənin açıq vəziyyətdə olmasını görmüşdür.Həmin vaxt o, bir anlıq həyəcan içərisində olmuş və dərhal DİN-in 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Daha sonra da bu barədə Balakən RPŞ-yə gəlib ərizə ilə müraciət etmişdir. Evindən oğurluq edənlərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqlarını bilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli nəticəsində ona vurduqları ziyanı könüllü şəkildə tam olaraq ona ödəmiş və onunla barışıq əldə etmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olaraq ailəsinin dolanmasını təmin edir. Dəmir alqı-satqısı ilə məşğul olur. Təxminən 1 ildir ki, Balakən rayon ərazisində dəmir və metallolom üçün köhnə əşyaların alışı ilə məşğul olur. Müxtəlif şəxslərdən dəmir və yararsız halda olan əşyaları alaraq metalloloma satır. 06 dekabr 2022-ci il tarixdə həmkəndliləri Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 saat təxminən 16-17 radələrində at arabası ilə yaşadığı evə gəlmişlər. Daha sonra ona 01 ədəd 7 litr tutumlu samovarı, 01 ədəd alüminium materialından olan su balonunu və 01 ədəd böyük ölçülü alüminium qazanı metallolom kimi aldıqlarını və ona satmaq istədiklərini bildirmişlər. O da adətən digər şəxslərdən olduğu kimi Əmrah və Həsəndən də metallolom üçün dəmir və digər əlvan metal aldığından onların gətirdikləri 01 ədəd 7 litr tutumlu samovarı, 01 ədəd alüminium materialından olan su balonunu və 01 ədəd böyük ölçülü alüminium qazanı metallolom kimi təxmini olaraq 50 manata almışdır. O, Bakı şəhərinə Kamaz yükü metallolom dəmir göndərdiyi zaman Əmrah və Həsəndən aldığı böyük ölçülü qazanı da metalloloma vermişdir. Bundan başqa isə 12 dekabr 2022-ci il tarixdə günorta saat 17 radələrində Əmrah ilə Həsən yenidən onun yaşadığı evə gələrək 01 ədəd 7 litr tutumlu samovar, 01 ədəd aşsüzəni satdıqlarını bildirmişlər. Bu zaman o, aşsüzən mis olduğundan 01 ədəd samovar ilə mis aşsüzənə birlikdə metallolom olaraq 55 manat pul vermişdir. Həmçinin o, həmin əşyaları aldığı zaman əşyaların oğurluq olub olmadığını soruşmuş, Əmrah ilə Həsən də ona əvvəl və indi gətirdikləri əşyaları dəmir yığdıqları zaman aldıqlarını, həmin əşyaların oğurluq olmadığını bildirmişlər. Bundan sonra isə oradan çıxıb getmişlər. Sonradan isə həmkəndliləri Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 ona satmış olduğu həmin əşyaların oğurluq olduğunu bilmişdir. Həmin əşyaların oğurluq olmasını bilsəydi, onların oğurluq əməlləri barədə polisə məlumat verərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2019-cu ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olur. O, Balakən şəhərində yerləşən bazara gedən yolun kənarında qoz-fındıq alır və aldığı qoz-fındığı münasib qiymətə sataraq ailəsinə çörək pulu qazanır. 13 dekabr 2022-ci il tarixdə saat təxminən 11 radələrində əvvəllər tanıdığı Həsən və Əmrah onun yanına gələrək özlərində bir kisə fındıq olduğunu və həmin fındığı satmaq istədiklərini bildirmişlər. Əmrah və Həsən əvvəllər də ona qoz-fındıq gətirərək satdıqlarına görə o, onlardan fındığı haradan əldə etdiklərini soruşmamışdır. Daha sonra Əmrah və Həsənin gətirdikləri bir kisə fındığı tərəzidə çəkmiş və çəkisi 27 kiloqram gəlmişdir. Həmçinin o, Əmrahgilə fındığın kiloqramı 2 manat olmasını bildirmişdir. Onlar da fındığın kiloqramının 02 manat olmasına görə onunla razılaşmışlar və 27 kiloqram fındığa görə Əmrah və Həsənə 54 manat pul vermişdir. Əmrah və Həsən 54 manat pulu ondan götürərək oradan getmişlər. Həmin günü günorta saatlarında ona xəbər çatmışdır ki, Həsən ilə Əmrahın ona kiloqramı 2 manat olmaqla satdıqları 27 kiloqram fındıq kiminsə evindən oğurladıqları fındıq olmuşdur. İş materiallarında olan 13 dekabr 2022-ci il tarixli “baxış keçirilməsi barədə” protokoldan görünür ki, həmin tarixdə saat 14:10-dən saat 15:00-dək olan müddət ərzində Zərərçəkmiş şəxs1 yaşadığı evə baxış keçirilmişdir. Baxış keçirilən yer kürsülü bir mərtəbəli, üç otaqlı, bir eyvanlı və bir hamamdan ibarət fərdi yaşayış evidir. Evin qarşısında talvar yerləşir.Evin arxa sol tərəfində yerləşən otağın pəncərəsinin şüşəsi sınmış vəziyyətsədir. Evə daxil olaraq qonaq otağını Zərərçəkmiş şəxs1 göstərərək oradan 01 ədəd su balonu, 01 ədəd alüminium qazanın, şüşəsi sınmış otaqda isə şkafın üzərindən 01 ədəd od somavarının oğurlandığını bildirmişdir. Baxış zamanı fotoşəkillər çəkilmiş və protokola əlavə olunmuşdur. Baxış zamanı tərtib olunmuş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət, vəsatət daxil olmamış və doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarında olan 13 dekabr 2022-ci il tarixli “baxış keçirilməsi barədə” protokoldan görünür ki, həmin tarixdə saat 11:00-dən saat 11:50-dək olan müddət ərzində Zərərçəkmiş şəxs2 yaşadığı evə baxış keçirilmişdir.Qeyd olunan yaşayış evi bir mərtəbəli, üç otaqlı, bir eyvandan ibarət olub, evin qarşısında talvar, yanında isə toyuq hini vardır. Baxış zamanı Zərərçəkmiş şəxs2 evinin sağ yan hissəsində olan otağın pəncərəsini göstərərək həmin yerdən naməlum şəxsin daxil olaraq otaqdan 01 ədəd somavar , 01 ədəd aşsüzən, digər otaqdan isə 01 kisə fındığın oğurlandığını bildirmışdır. Baxışda iştirak edən Balakən RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, polis mayoru Sadiq Vəzirov Zərərçəkmiş şəxs2 yaşadığı evin sındırılmış pəncərə şüşəsinin üzərindən 04 ədəd ədəd əlbarmaq və 02 ədəd ovuc izləri götürmüşdür. Bundan başqa evin həyətindən 01 ədəd “King” markalı siqaretin kötüyü də aşkar edilərək götürülmüşdür. Baxış günün təbii işıqlı şəraitində aparılmış, baxış zamanı fotoşəkillər çəkilmiş, həmin fotoşəkillər protokola əlavə olunmuşdur. Protokol tərtib olunmuş, doğruluğu imzalarla təsdiq olunmuşdur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 yanvar 2023-cü il tarixli 9/278 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edillmiş malların və qərarda qeyd edilən, lakin tədqiqata təqdim edilməyən alüminium qazanın 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 518,00 (210+308) manat müəyyən edilmişdir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir; 1.Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evindən oğlurlanmış mallar (01 ədəd odun samovarı 150 manat, 01 ədəd 40 litrlik alüminium bidon 35 manat və 01 ədəd 10 litrlik alüminium qazan 25 manat) – 210,00 manat, 2.Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evindən oğlurlanmış mallar (01 ədəd odun samovarı 150 manat, 01 ədəd mis materialından olan aşsüzən 50 manat və 01 ədəd sintetik kisədə 27 kiloqram olan orta ölçülü qabıqlı fındıq məhsulu 108 manat) – 308,00 manat. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan 13 dekabr 2022-ci il tarixli şübhəli şəxsi tutulma protokolundan görünür ki, X2 Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi üçün şübhələnməyə əsas verən kifayət qədər dəlillər olduğundan o, 13 dekabr 2022-ci tarixdə saat 17:50-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(019)- 72/2022-nömrəli təqsirləndirilən şəxs barəsində həbs növündə prosessual məcburiyyət tədbirinin seçilməsi haqqında qərarından görünür ki,həmin qərarla Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 13 dekabr 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan 13 dekabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi üçün şübhələnməyə əsas verən kifayət qədər dəlillər olduğundan o, 13 dekabr 2022-ci tarixdə saat 19:40-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(019)- 72/2022-nömrəli təqsirləndirilən şəxs barəsində həbs növündə prosessual məcburiyyət tədbirinin seçilməsi haqqında qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs2 ğoğlu barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 13 dekabr 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(010)-304/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun ümumilikdə tutulduğu və həbsdə saxlandığı 07 ay 29 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq həmin cəzadan çıxılmış və Təqsirləndirilən şəxs1 qəti olaraq 01 il 08 ay 02 gün müddətə azadlığın məhdudlaşqdırılması cəzası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1 (019)-20/2023 nömrəli hökmündən və Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1 (019)-20/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 177.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına və CM-nin 237.1-ci maddəsi ilə 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 4 il müddətə azalqıdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 68.1-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 9 ay 28 gün hissəsinin hər 2 günü azadlıqdan məhrum etmə cəzasının 1 gününə hesablanmaqla-4 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən-3 ay müddətə azadlıqdan məhrum etmə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə birləşdirilmiş, ona qəti olaraq 4 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun 04 iyun 2022-ci il tarixdən 06 iyun 2022-ci il tarixə kimi şübhəli şəxs qismində tutulub saxlandığı 02 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanın müddətinə hesablanmaqla həmin cəzadan çıxılmış və üzərində qəti olaraq 04 il 2 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunmuş, cəza çəkməsinin əvvəli 14 fevral 2023-cü il tarixdən hesablanmış, ona CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmiş və o, məhkəmə iclas zalından həbs edilmiş və həmin hökm Təqsirləndirilən şəxs1 aid hissədə qanuni qüvvəyə minmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsininin xx.xx.2021-ci il tarixli 1(003)-252/2021 nömrəli hökmündən və tələbnamə üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 5 nömrəli arayışdan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsininin xx.xx.2021-ci il tarixli 1(003)- 252/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, CM-nin 69.3-cü maddəsinə əsasən 15 mart 2021-ci il tarixdən 17 mart 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılmış və üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(010)-34/2022 saylı qərarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-252/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs2 barəsində «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci hissəsi tətbiq edilərək, onun azadlığın məhdudlaşdırılması cəzasının 05 noyabr 2021-ci il tarixədək çəkilməmiş 02 il 03 ay 27 gün hissəsi 1 il azaldılmışdır. İş materiallarına əlavə edilmiş Balakən rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli 389/4 saylı arayışından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(003)-252/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə Balakən rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatına alınmışdır. Məhkum Təqsirləndirilən şəxs2 tutulduğu xx.xx.2022-ci il tarixədək cəzasının çəkilməmiş hissəsi 10 ay 12 gün təşkil edir. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin 09 fevral 2023-cü il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərarından və iş materiallarından görünür ki, istintaq zamanı əldə edilərək götürülmüş 02 ədəd odun samovarı, 01 ədəd 40 litrlik alüminium su bidonu, 01 ədəd mis materialından olan aşsüzən və 01 ədəd sintetik kisədə olan 27 kiloqram orta ölçülü qabıqlı fındıq məhsulu maddi sübut kimi tanınmış, 01 ədəd odun samovarı və 01 ədəd 40 litrlik alüminium su bidonu Zərərçəkmiş şəxs1, 01 ədəd odun samovarı, 01 ədəd mis materialından olan aşsüzən və 01 ədəd sintetik kisədə olan 27 kiloqram orta ölçülü qabıqlı fındıq məhsulu Zərərçəkmiş şəxs2 qəbz alınmaqla geri qaytarılmışdır. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladığı yazılı ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli nəticəsində onlara vurduqları ziyanı könüllü şəkildə tam olaraq onlara ödəmiş və onlarla barışıq əldə etmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir tələb və şikayətləri yoxdur. Məhkəmə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, 13 dekabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokolları, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 yanvar 2023-cü il tarixli 9/278 saylı rəyini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(010)-304/2021 nömrəli hökmünü, Bakı şəhəri Xəzər Rayon Məhkəməsininin xx.xx.2021-ci il tarixli 1(003)-252/2021 nömrəli hökmünü, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(010)-34/2022 saylı qərarını, Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1 (019)-20/2023 nömrəli hökmünü, Balakən RPŞ-nin İB-nin müstəntiqinin 09 fevral 2023-cü il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərarını, Balakən rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023cü il tarixli 389/4 saylı arayışını, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Repsublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları əməldə öz təqsirlərini etiraf etmələrini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün onlara qarşı ittihamları təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün sübut kimi qəbul edilməklə yanaşı, təqsirləndirilən şəxslərin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməli və nəzərə alınmalıdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi, İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsilə əlaqədar X1rşı işi üzrə qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsdən, qanunsuz olaraq,tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, təkrarən saxlanc yeri olan yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətmişlər. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamanın qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə görə Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində, təkrar törədilməsinə görə Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakının gizli talanmasına görə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 1ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 19-cu bəndində göstərilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələrinin tərkibi vardır, həmin əməllər təqsirləndirilən şəxslər tərəfindən törədilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur, təqsirləndirilən şəxslər törətdikləri əməllərə görə cəzalanmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsində zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsində cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallar kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəisnə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə zərərçəkmiş şəxslərə ödənilməsini və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə bu xüsusda qeyd edir ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərlə barışıq əldə etmiş və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə zərərçəkmiş şəxslərə ödəmişdir. Qanunvericiliyin imperativ tələbinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Ona görə də məhkəmə zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə zərərçəkmiş şəxslərə ödənilməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınması qənaətinə gəlmişdir. Məhkəmə eyni zamanda nəzərə çatdırır ki, Təqsirləndirilən şəxs1 cinayəti etiraf edib əməlinə görə təəsüflənməklə peşman olduğunu bildirməsi, ona istinad olunan əmələ tənqidi münasibətini ifadə etməklə həqiqətən də onu müsbət xarakterizə edən haldır. Bu konteksdə nəzərə çatdırılmalıdır ki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti, o cümlədən az ağır cinayəti törədən şəxs tərəfindən də yaşana və Cinayət Məcəlləsinin 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Bu konteksdə diqqətə alınmalıdır ki,Rusiya Federasiyası Cinayət Məcəlləsinin 75-ci maddəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hal (Azərbaycan Respublikası CM-nin 72-ci maddəsi ilə eyni hallarda) səmimi peşmançılıq deyil, əməli peşmançılıq adlandırılmış, yəni səmimi peşmançılığın üstün-yalnız əməli hərəkətlərlə ifadə olunmuş forması olaraq qeyd edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs1 cinayət törətməsini etiraf edib bundan peşmançılıq çəkməsi məhz ona istinad olunan Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsinə təəssüflənməklə bu əmələ tənqidi münasibətini ifadə edir və bu xüsusda onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, işin faktoloji hallarına və qanun normalarının tələbinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə zərərçəkmiş şəxslərə ödənilməsini və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə bu xüsusda eynilə qeyd edir ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə barışıq əldə etmiş və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə zərərçəkmiş şəxslərə ödəmişdir. Qanunvericiliyin imperativ tələbinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Ona görə də məhkəmə zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə zərərçəkmiş şəxslərə ödənilməsini Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınması qənaətinə gəlmişdir. Məhkəmə eyni zamanda nəzərə çatdırır ki, Təqsirləndirilən şəxs2 cinayət əməlini etiraf edib əməlinə görə təəsüflənməklə peşman olduğunu bildirməsi, ona istinad olunan əmələ tənqidi münasibətini ifadə etməklə həqiqətən də onu müsbət xarakterizə edən haldır. Bu konteksdə nəzərə çatdırılmalıdır ki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti, o cümlədən az ağır cinayəti törədən şəxs tərəfindən də yaşana və Cinayət Məcəlləsinin 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Bu konteksdə diqqətə alınmalıdır ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 75-ci maddəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hal (Azərbaycan Respublikası CM-nin 72-ci maddəsi ilə eyni hallarda) səmimi peşmançılıq deyil, əməli peşmançılıq adlandırılmış, yəni səmimi peşmançılığın üstün-yalnız əməli hərəkətlərlə ifadə olunmuş forması olaraq qeyd edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs2 cinayət əməli törətməsini etiraf edib bundan peşmançılıq çəkməsi məhz ona istinad olunan Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsinə təəssüflənməklə bu əmələ tənqidi münasibətini ifadə edir və bu xüsusda onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 234.1 və 237.1-ci maddələrilə məhkum olunmasına dair Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il hökmü çıxarıldıqdan sonra onun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl hazırki iş üzrə CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində də təqsirli olduğu müəyyən olunduğu üçün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbləri qaydasında cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012ci il tarixli qərarında göstərilir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən ona hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə zərərçəkmiş şəxslərə ödənilməsi və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbləri qaydasında hazırki hökmlə təyin olunacaq cəzaya Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş 04 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasını qismən toplamaq yolu ilə qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 13 dekabr 2022-ci il tarixdən hazırki günədək həbsdə saxlandığı müddət bu qəti cəza müddətinə hesablanmaqla ona qəti olaraq təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli tutulduğu 13 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü nəzərə alınaraq Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkomaniyadan məcburi müalicə olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2.ev dustaqlığında saxlanıldığı müddət… Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs1 ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətələ görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən ona hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə zərərçəkmiş şəxslərə ödənilməsi və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, ona Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələbləri qaydasında hazırki yeni hökm üzrə təyin olunacaq cəzaya Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 10 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla hesablanmış 5 ay 6 gün müddətə azadlıqdan məhrum etmə cəzasını qismən birləşdirməklə qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla onun 13 dekabr 2022-ci il tarixdən şübhəli şəxs qismində tutularaq hazırki günədək həbsdə saxlanması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 13 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 67.2-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası CM-nin 67.5-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi bu Məcəllənin 66.4.-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası CM-nin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə:…68.1.1-1. azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs2 Raftiq oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə 50 manat ekspertiza xərcinin 25 manatı Təqsirləndirilən şəxs1 və 25 manatı Təqsirləndirilən şəxs2 tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X9 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPMnin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd odun samovarı və 01 ədəd 40 litrlik alüminium su bidonunun Zərərçəkmiş şəxs1 və 01 ədəd odun samovarı, 01 ədəd mis materialından olan aşsüzən və 01 ədəd sintetik kisədə olan 27 kiloqram orta ölçülü qabıqlı fındıq məhsulunun Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə 5 iş saatı və Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə 5 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq, həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün 30 manat və təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 ödənilməsi üçün 30 manat, cəmi 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X8 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3 maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 02 il müddətə müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunan bu cəzaya Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş 04 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasını qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 04 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla onun 13 dekabr 2022-ci il tarixdən hazırki günədək həbsdə saxlandığı müddət bu qəti cəza müddətinə hesablanmaqla cəza çəkməsinin əvvəli tutulduğu 13 dekabr 2022-ci il tarixdən hesablansın; cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü nəzərə alınaraq Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki yeni hökm üzrə təyin olunan bu cəzaya Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 10 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla hesablanmış 5 ay 6 gün müddətə azadlıqdan məhrum etmə cəzasını qismən birləşdirməklə Təqsirləndirilən şəxs2 qəti olaraq 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla onun 13 dekabr 2022-ci il tarixdən şübhəli şəxs qismində tutularaq hazırki günədək həbsdə saxlandığı müddət ona təyin edilən cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 13 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 manat ekspertiza xərcinin 25 manatı Təqsirləndirilən şəxs1 və 25 manatı Təqsirləndirilən şəxs2 tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X9 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd odun samovarı və 01 ədəd 40 litrlik alüminium su bidonunun Zərərçəkmiş şəxs1 və 01 ədəd odun samovarı, 01 ədəd mis materialından olan aşsüzən və 01 ədəd sintetik kisədə olan 27 kiloqram orta ölçülü qabıqlı fındıq məhsulunun Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün 30 manat və təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 ödənilməsi üçün 30 manat, cəmi 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X8 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Z.C.Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar