Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-51/2020 27.11.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, müdafiəçilər-fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi2, Müdafiəçi1 və X21 və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Balakən rayonu Mahamalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, İİ qrup əlil, məhkum olunmuş, Balakən şəhəri, Atatürk prospekti, ev 23, mənzil 6 ünvanında qeydiyyatda olan və həmin ünvanda daimi yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs3, xx.xx.1983-cü il tarixdə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda daimi yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs1 və xx.xx.1993-cü il tarixdə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, ünvan 2 mənzil 4 ünvanında qeydiyyatda olan və həmin ünvanda daimi yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.1-ci maddəsilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İ. Verilmiş ittihamın mahiyyəti İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 ittiham verilmişdir ona görə ki, o, xx xxx 2020-ci il tarixdə, saat 18 radələrində Yevlax şəhərində yolun kənarında tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə dayandığı zaman bir nəfər tanımadığı şəxsə 15 manat məbləğində pul verməklə, təmiz çəkisi 0,636 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq, satış məqsədi olmadan, qəsdən qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq üzərində gəzdirmişdir. Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs3 xx xxx 2020-ci il tarixdə, saat 01 radələrində şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ yan cibindən 01 ədəd sellofan torbanın içərisində təmiz çəkisi 0,636 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 ittiham verilmişdir ona görə ki, o, xx xxx 2020-ci il tarixdə Balakən çayının Balakən şəhərindən keçən dağlıq hissəsində yabanı halda bitən narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələrini toplayıb qurudaraq satış məqsədi olmadan, qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 340 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq əvvəlcə yaşadığı evdə, sonra isə üzərində saxlamışdır. Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs1 xx xxx 2020-ci il tarixdə, saat 03 radələrində şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılarkən 1 ədəd sellofan torbada 340 qram kustar üsulla hazırlanmış olan narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 ittiham verilmişdir ona görə ki, o, xx xxx 2020-ci il tarixdə, saat 18 radələrində Yevlax şəhərində yolun kənarında tanışı Təqsirləndirilən şəxs3 ilə birlikdə dayandığı zaman bir nəfər tanımadığı şəxsə 15 manat məbləğində pul verməklə, təmiz çəkisi 0,639 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq, satış məqsədi olmadan, qəsdən qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq üzərində gəzdirmişdir. Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs3 xx xxx 2020-ci il tarixdə, saat 04 radələrində şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sol yan cibindən 01 ədəd sellofan torbanın içərisində təmiz çəkisi 0,639 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İİ. Tərəflərin arqumentləri. 1.Təqsirləndirilən şəxs3 ifadəsi Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə saat 12-13 arası Mətin, Elvin və Elxanla onun idarə etdiyi avtomaşında Balakən şəhərindən Yevlax şəhərinə Elxanın qohumugilə getmiş və orada Elvin və o, hərəsi 15 manatdan 30 manata çəkmək üçün heroin almış və həmin heroini Şəki ərazisinə çatanda istifadə etmişlər. Həmin gün, yəni xx xxx 2020-ci il tarixdə, saat 19 radələrində qayıdan zaman Balakən rayonunun Katex kəndi ərazisində mülki geyimli Tofiq adlı polis əməkdaşı yanında polis geyimində olan bir şəxslə birlikdə səbəbini bildirmədən avtomaşını saxlamış, onları avtomaşında saxlayaraq, bir yerə getməyə qoymamış, bundan təxminən 40 dəqiqə sonra adlarını bilmədiyi 10 nəfərdən çox polis əməkdaşları gəlmişlər. Tofiq onu kəmərindən tutmuş, onları tapşırıq əsasında tutduğunu demiş və bundan sonra polis şöbəsinə məlumat vermişdir. Katex kəndinə gələn polis əməkdaşları onu, Şahid1, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomaşından düşürərək, üst-başlarını və paltarlarını axtarmış, ancaq onlarda heç bir narkotik vasitə tapılmamışdır. Həmçinin polis əməkdaşları tərəfindən onun avtomaşını axtarılmış, lakin avtomaşında da heç bir narkotik vasitə tapılmamışdır. Sonra onları Balakən RPŞ-yə aparmış, polis şöbəsinin həyətində yenə də üstlərində axtarış aparılmış, lakin heç bir narkotik vasitə tapılmamışdır. Balakən rayonu Katex kəndindən Balakən RPŞ-yə avtomaşın məsafəsi təqribən 15 dəqiqə olar. Sonra onların 4-nü, yəni onu, Mətini, Elxanı və Elvini əməliyyatçıların otağına aparmışlar. Bundan sonra onu təhqiqatçının otağına aparmış, təhqiqatçı onu çölə çıxarıb balaca sellofanda nəyi isə göstərmiş və demişdir ki, bu heroindir və bunu sənədləşdirir. Əgər qəbul etmirsə, külli miqdarda metamfetaminin satışını sənədləşdirəcəkdir. O da çarəsizlikdən boynuna almışdır. Həmin sellofan torbanı təhqiqatçı çəkilişdən əvvəl ona verimş və o da təhqiqatçının tapşırdığı kimi çəkiliş zamanı həmin sellofan torbanı stolun üstünə qoymuşdur. Bunları vəkilə ona görə deməyib ki, onu polis şöbəsində incitməsinlər. O, Mətin, Elxan və Elvinlə 2020-ci il tarixdə, saat 19 radələrində tutulmuş və deyilənə görə hansısa məlumat əsasında tutulmuşlar. Ancaq bu məlumatın kim tərəfindən verilməsi və hansı məlumat olması ona bildirilməmişdir. Üstündə videoçəkiliş gecə vaxtı aparılmışdır. O, Mətin və Elvin haqqında cinayət işi başlanmış, lakin Elxan haqqında başlanmamışdır. Buna səbəb Elxanın Milli Qəhrəmanın oğlu olmasıdır. Onun xx xxx 2020-ci il tarixdə, saat 19 radələrində tutulması barədə protokol tərtib olunmamışdır. Onun şübhəli şəxs qismində tutulması barədə tərtib olunan protokol da həqiqətə uyğun deyildir. O, tutularkən tutulmanın səbəbləri, nədə ittiham olunması ona bildirilməmiş, ona hüquqları və vəzifələri izah olunmamış, müdafiəçi ilə təmin edilməmişdir. O, polis əməkdaşları tərəfindən tutularkən və onun boynuna narkotik vasitəni qanunsuz əldə edib, saxlaması qoyularkən vəkil və hal şahidləri həmin proseslərdə iştirak etməmişlər. Tutulduğu vaxt və axtarış zamanı onun vəkillə təklikdə ünsiyyət saxlamaq, görüşmək, onunla birlikdə müdafiəsini hazırlamaq üçün heç bir imkan yaradılmamışdır. Eyni zamanda ona bu axtarışa etiraz etmək, qeydlərini yazmaq və sair hüquqları təmin edilməmişdir. O, latın qrafikalı Azərbaycan əlifbası ilə sərbəst oxuya və yaza bilmədiyi halda, ona sonradan latın qrafikasında yazılmış hüquqları barədə bildiriş verilmişdir. İstintaq zamanı onun prosessual hüquqları izah edilməmişdir. Tutulan zaman, yəni polisin nəzarəti altına keçəndən sonra, tam sarsılmış vəziyyətdə olmuş, nə edəcəyini bilməmişdir. Həmin vaxt müdafiəçinin olmaması da bu mənəvi sarsıntılarını daha da artırmışdır. Belə ki, polisin əsassız olaraq onu narkotik vasitə olan metamfetaminin küllü miqdarda satışı ittihamı ilə cinayət məsuliyyətinə cəlb edəcəyindən çox qorxmuşdur. Tutulduğu zaman polis tutulmanın səbəblərini bildirməmiş, həmin vaxt onun şübhəli şəxs qismində tutulması barədə protokol tərtib edilməmiş, hüquq və vəzifələri izah olunmamış, ona vəkil təqdim edilməmiş, ailə üzvlərinə xəbər verilməmiş, həmçinin tutulan zaman üstündə aparılan axtarış sənədləşdirilməmişdir. O, tutulana qədər üstündə narkotik vasitənin olmamasını və üstündə «aşkarlanan» narkotik vasitənin polis tərəfindən qoyulmasını polis müstəntiqinə və prokurora bildirmiş, lakin onun dindirilmə protokollarında və cinayət işinin digər materiallarında bunlar əks olunmamış, bununla bağlı ibtidai istintaq orqanı tərəfindən heç bir araşdırma aparılmamış, müstəntiq və prokuror tərəfindən bu hallara heç bir hüquqi qiymət verilməmişdir. O, polislərin təzyiqi nəticəsində, dediklərinə razılaşmadığı təqdirdə, ona küllü miqdarda metamfetaminin satışı ittihamı veriləcəyindən qorxub, şübhəli və təqsirləndirilən şəxs qismində ibtidai araşdırmada yalan ifadə vermişdir. Onun ibtidai araşdırmada şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri həqiqəti əks etdirmir. Onun məhkəmə iclasında verdiyi ifadəsi isə doğrudur. İbtidai araşdırma aparılan zaman hüquqları pozulmuş və ona qarşı sübutlar qanunsuz yolla əldə edilmişdir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinin əsasında polis tərəfindən ona verilən narkotik vasitə olan heroinin üstündə «tapılması» durmuşdur ki, bütün digər «sübutlar» da bunun əsasında əldə edilmişdir. Belə ki, ona qarşı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə verilmiş ittiham üzrə ekspertizaların rəyləri, şahid ifadələri və digər sənədlər yalnız polis tərəfindən ona verilən narkotik vasitə ilə, yəni qanunsuz yolla əldə edilən maddi sübutla bağlı olmuşdur. Onun barəsində ədalətli araşdırma hüququ pozulmuşdur. O, qanunsuz yolla əldə edilmiş sübutlarla məhkum oluna bilməz. Ona görə də barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsilə bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə, saat 12-13 arası Qəhrəman, Elvin və Elxanla Qəhrəmanın idarə etdiyi avtomaşında Balakən şəhərindən Yevlax şəhərinə getmiş və Qəhrəmanın dediyinə görə Qəhrəman və Elvin hərəsi 15 manatdan 30 manata birdəfəlik istifadə etmək üçün heroin almışlır. Həmin heroini Şəki ərazisinə çatanda istifadə etmişlər. Həmin gün, yəni xx xxx 2020-ci il tarixdə, saat 19 radələrində qayıdan zaman Balakən rayonunun Katex kəndi ərazisində mülki geyimli Tofiq adlı polis əməkdaşı səbəbini bildirmədən avtomaşını saxlamış, onları avtomaşında saxlayaraq, bir yerə getməyə qoymamışdır. Tofiqin yanında adını bilmədiyi polis geyimində bir şəxs də olmuşdur. Bundan təxminən 40 dəqiqə sonra 10 nəfərdən çox polis əməkdaşları gəlmişlər. Katex kəndinə gələn polis əməkdaşları onu, Təqsirləndirilən şəxs3, Şahid1 və Təqsirləndirilən şəxs2 avtomaşından düşürərək, üst-başlarını və paltarlarını axtarmış, ancaq onların heç birində narkotik vasitə tapılmamışdır. Həmçinin polis əməkdaşları tərəfindən Qəhrəmanın avtomaşını axtarılmış, avtomaşında da heç bir narkotik vasitə aşkarlanmamışdır. Sonra onları Katex kəndindən Balakən RPŞ-yə aparmış, polis şöbəsinin həyətində yenə də üstlərində axtarış aparılmış, lakin heç bir narkotik vasitə tapılmamışdır. Sonra onu, Qəhrəmanı, Elxanı və Elvini əməliyyatçıların otağına aparmışlar. Balakən rayonu Katex kəndindən Balakən RPŞ-yə məsafə təxminən 15 dəqiqədir. Bundan sonra onu polis əməliyyatçısının otağına aparmış, əməliyyatçı ona adına marixuananı sənədləşdirdiyini, razı olmadığı təqdirdə külli miqdarda metamfetamini adına sənədləşdirəcəyini bildirmişdir. O da qorxub üstündə qurudulmuş mariuxana olduğunu boynuna almışdır. Həmin sellofan torba polis tərəfindən çəkilişdən əvvəl ona verilmiş və o da çəkiliş zamanı həmin marixuananı stolun üstünə qoyaraq, ona məxsus olduğunu bildirmişdir. Əslində isə həmin marixuananı xx xxx 2020-ci il tarixdə çöldən tapmamışdır. Üstündə «tapılan» qurudulmuş marixuana polis tərəfindən ona verilən marixuana olmuşdur. O, ona qarşı fiziki zor tətbiq edilməsin deyə bunları açıb-ağartmamış və vəkilə bu barədə heç nə bildirməmişdir. Tofiq onları tutanda tapşırıq əsasında tutulduqlarını bildirmişdir. O, Qəhrəman, Elxan və Elvinlə 2020-ci il tarixdə, saat 19 radələrində tutulmuş və deyilənə görə hansısa məlumat əsasında tutulmuşlar. Ancaq bu məlumatın nədən ibarət olması barədə ona bildirilməmişdir. Üstündə videoçəkiliş gecə vaxtı aparılmışdır. Onun xx xxx 2020-ci il tarixdə, saat 19 radələrində tutulması barədə protokol tərtib olunmamışdır, şübhəli şəxs qismində tutulması barədə işdə olan protokol həqiqəti əks etdirmir. Tutularkən tutulmanın səbəbləri ona bildirilməmiş, ona hüquqları və vəzifələri izah olunmamış, müdafiəçi ilə təmin edilməmişdir. O, latın qrafikalı Azərbaycan əlifbası ilə sərbəst oxuya və yaza bilmir. Tutulduğu zaman polis tutulmanın səbəblərini bildirməmiş, həmin vaxt onun şübhəli şəxs qismində tutulması barədə protokol tərtib edilməmiş, hüquq və vəzifələri izah olunmamış, ona vəkil təqdim edilməmiş, ailə üzvlərinə xəbər verilməmiş, həmçinin tutulan zaman üstündə aparılan axtarış sənədləşdirilməmişdir. Üstündə çıxan narkotik vasitə ona məxsus olmamış, polis tərəfindən ona verilmişdir ki, onu saxlamağını boynuna alsın. O, polislərin təzyiqi nəticəsində, ona küllü miqdarda narkotik vasitə satışı ittihamı veriləcəyindən qorxub, ibtidai istintaqda yalan ifadə vermişdir. Onun məhkəmə iclasında verdiyi ifadəsi isə doğrudur. İbtidai araşdırma aparılan zaman hüquqları pozulmuş və ona qarşı sübutlar qanunsuz yolla əldə edilmişdir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinin əsasında polis tərəfindən ona verilən narkotik vasitə olan qurudulmuş marixunanan üstündə «tapılması» durmuşdur ki, bütün digər «sübutlar» da bunun əsasında əldə edilmişdir. Onun barəsində ədalətli araşdırma hüququ pozulmuşdur. Barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, ailəlir, 4 yaşında bir uşağı vardır. Ali təhsillidir. X1 hüquq fakultəsini bitirmişdir. xx xxx 2020-ci il tarixdə, saat 12 radələrində Qəhrəman, Mətin və Elxanla Qəhrəmanın idarə etdiyi avtomaşında Balakən şəhərindən Yevlax şəhərinə getmişlər. Yevlax şəhərinə getməkdə məqsədi əsgər yoldaşı ilə görüşmək olmuş, lakin əsgər yoldaşı ilə görüşə bilməmişdir. Yevlaxda çayxanada oturan zaman bir kişi onunla Qəhrəmandan pul istəmiş və 30 manat pulun əvəzində onlara çəkmək üçün heroin təklif etmişdir. Onlar da həmin heroini alaraq, Balakən rayonuna qayıdan zaman Şəki rayonunun ərazisində hamısını qəbul etmişlər. xx xxx 2020-ci il tarixdə, saat 19 radələrində Balakənə qayıdan zaman Balakən rayonunun Katex kəndi ərazisində mülki geyimli Tofiq adlı polis əməkdaşı gəldiyi avtomaşına işarə edərək, onları saxlamışdır. Tofiq Qəhrəmanın kəmərindən tutub saxlamış, bu zaman yanında polis geyimində bir polis əməkdaşı da olmuşdur. O, polis əməkdaşlarına evə tələsdiyini demiş, Tofiq də cavabında onluq heç nə olmadığını, onları Qəhrəmana görə tutduqlarını bildirmişdir. Təxminən 40 dəqiqə sonra əməliyyat qrupu gəlib, Mətini və onu avtomaşından düşürüb,Tofiqlə bir yerdə yoxlamışlar. Polis əməkdaşları onu, Qəhrəmanı, Mətini və Elvini ayaqqabılarına qədər soyundurub, yoxlamış, lakin nə Qəhrəmanda, nə Mətində, nə Elxanda, nə də onda heç bir narkotik vasitə aşkarlanmamışdır. Polis əməkdaşları onların dördünü də polis şöbəsinə aparmış və burada şöbənin həyətində onların üstündə yenə də axtarış aparmışlar. Ancaq bu dəfə də onların üstündə heç nə tapılmamışdır. Növbətçi hissədə paltarlarını təhvil alanda üstlərində heç bir narkotik vasitə olmamışdır. Daha sonra onun və Qəhrəmanın qollarını qandallayıb, onları növbətçi hissənin qabağına gətirmiş, orada telefon, açar və kəməri təhvil alaraq zirzəmiyə düşürtmüşlər. Polis şöbəsinin zirzəmisindən isə polis əməkdaşı onu Orxan müəllim adlı polis əməkdaşının yanına qaldırmışdır. Orada ona 2 büküm vermişlər. O, bu bükümləri götürməmiş və sonra onu polis şöbəsinin rəisinin otağına aparmışlar. O, qorxduğu üçün nə versələr, götürəcəyini bildirmişdir. Şahid1 ona bildirmişdir ki, polis əməkdaşları ona da narkotik vasitə təklif etmiş, amma o, götürməmişdir. Zənnincə Elxanın atası Milli Qəhrəman olduğu üçün onu tutmamışlar. Gecə saat 04-ə kimi zirzəmidə qalmışdır. Narkotik vasitə ona sellofanda polis şöbəsində verilmiş və o, sellofanda nə olduğunu görməmişdir. Amma heroin olduğunu deyirdilər. Barmaqları vasitəsilə sellofanı yoxlamış, lakin sellofanın içində heroinin olmaması, quru sementin olması qənaətinə gəlmişdir. Səhərə yaxın şöbədə guya axtarışı barədə videoçəkiliş qurama şəkildə aparılmış, orada ona hüquq və vəzifələri izah olunmamışdır. O, xx xxx 2020-ci il tarixdə, saat 19 radələrində Katex kəndində tutulmuş, tutulanda və Katexdə üstündə axtarış aparılanda ona vəkil təqdim edilməmiş, hal şahidləri iştirak etməmiş və videoçəkiliş aparılmamışdır. Sabahısı gün müstəntiq tərəfindən ona imza çəkdirəndə vəkil iştirak etməmişdir. Müstəntiq onu tutulandan 3-4 gün sonra dindirmişdir. Göstərilənlər barədə prokurora yazılı ərizə yazmamış, lakin şifahi şəkildə bildirmişdir. Yazılı şikayət verməməsinin səbəbi istintaq getdiyi üçün cəsarət etməməsi olmuşdur. Balakən rayonu Katex kəndindən Balakən RPŞ-yə avtomaşın məsafəsi təqribən 15 dəqiqə olar. Çəkiliş zamanı polis tərəfindən ona verilən sellofan torbanı stolun üstünə qoymuşdur. Onun xx xxx 2020-ci il tarixdə, saat 19 radələrində tutulması barədə protokol tərtib olunmamışdır. Onun şübhəli şəxs qismində tutulması barədə tərtib olunan protokol da həqiqətə uyğun deyildir. O, tutularkən tutulmanın səbəbləri, nədə ittiham olunması ona bildirilməmiş, ona hüquqları və vəzifələri izah olunmamış, müdafiəçi ilə təmin edilməmişdir. O, polis əməkdaşları tərəfindən tutularkən və onun boynuna narkotik vasitəni qanunsuz əldə edib, saxlaması qoyularkən vəkil və hal şahidləri həmin proseslərdə iştirak etməmişlər. Tutulduğu vaxt və axtarış zamanı onun vəkillə təklikdə ünsiyyət saxlamaq, görüşmək, onunla birlikdə müdafiəsini hazırlamaq üçün heç bir imkan yaradılmamışdır. O, latın qrafikalı Azərbaycan əlifbası ilə sərbəst oxuya və yaza bilmədiyi halda, ona sonradan latın qrafikasında yazılmış hüquqları barədə bildiriş verilmişdir. İstintaq zamanı onun prosessual hüquqları izah edilməmişdir. Tutulan zaman, yəni polisin nəzarəti altına keçəndən sonra, tam sarsılmış vəziyyətdə olmuş, nə edəcəyini bilməmişdir. Həmin vaxt müdafiəçinin olmaması da bu mənəvi sarsıntılarını daha da artırmışdır. Tutulandan sonra Katex kəndində üstündə aparılan axtarış sənədləşdirilməmişdir. O, tutulana qədər üstündə narkotik vasitənin olmamasını və üstündə «aşkarlanan» narkotik vasitənin polis tərəfindən onun cibinə qoyulmasını müstəntiqə və prokurora bildirmiş, lakin bunlara hüquqi qiymət verilməmişdir. İbtidai araşdırmada şübhəli və təqsirləndirilən şəxs qismində ibtidai araşdırmada yalan ifadə vermişdir. Onun ibtidai araşdırmada şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri həqiqəti əks etdirmir. Onun məhkəmə iclasında verdiyi ifadəsi isə doğrudur. İbtidai araşdırma aparılan zaman hüquqları pozulmuş və ona qarşı sübutlar qanunsuz yolla əldə edilmişdir. Onun barəsində ədalətli araşdırma hüququ pozulmuşdur. O, qanunsuz yolla əldə edilmiş sübutlarla məhkum oluna bilməz. Ona görə də barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onun atası Əsəd Əsədov Azərbaycanın Milli Qəhrəmanıdır. xx xxx 2020-ci il tarixdə, saat 12-13 arası Qəhrəman, Elvin və Mətinlə birlikdə Qəhrəmanın idarə etdiyi avtomaşında Balakən şəhərindən Yevlax şəhərinə getmiş və Qəhrəmanın dediyinə görə Qəhrəman və Elvin hərəsi 15 manatdan 30 manata istifadə etmək üçün heroin almışlar. Həmin heroini Şəki rayonu ərazisinə çatanda istifadə etmişlər. Həmin gün, yəni xx xxx 2020-ci il tarixdə, saat 19 radələrində qayıdan zaman Balakən rayonunun Katex kəndi ərazisində mülki geyimli Tofiq adlı polis əməkdaşı səbəbini bildirmədən avtomaşını saxlamış, onları avtomaşından düşməyə və getməyə qoymamışdır. Tofiqin yanında adını bilmədiyi polis geyimində bir şəxs də olmuşdur. Tofiq Balakən RPŞ-yə zəng etdikdən təxminən 40 dəqiqə sonra 10 nəfərdən çox polis əməkdaşları-əməliyyat qrupu gəlmişdir. Balakən rayonu Katex kəndinə gələn polis əməkdaşları onu, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomaşından düşürərək, üstlərində axtarış aparmış, həmçinin Qəhrəmanın avtomaşınında axtarış aparmış, ancaq onların heç birində və Qəhrəmanın avtomaşınında narkotik vasitə tapılmamışdır. Sonra onları Katex kəndindən Balakən RPŞyə aparmış, polis şöbəsinin həyətində yenə də üstlərində axtarış aparılmış, lakin yenə də onların heç birinin üstündə narkotik vasitə tapılmamışdır. Sonra onu, Qəhrəmanı, Mətini və Elvini əməliyyatçıların otağına aparmışlar. Balakən rayonu Katex kəndindən Balakən RPŞyə məsafə təxminən 15 dəqiqədir. Əməliyyatçıların otağında ona narkotik vasitə təklif olunmuş, lakin o, bu narkottik vasitəni götürməkdən imtina etmişdir. Fikrincə onun Milli Qəhrəmanın oğlu olması bu işdə həlledici rol oynamışdır. Yəqin ki, polis əməkdaşları onun cibinə narkotik vasitə qoymasından çəkinmişlər. Ona görə də onun üstündə heç bir narkotik vasitə tapılmamışdır. Qəhrəmandan, Mətindən və Elvindən eşitdiyinə görə onlarda tapılan narkotik vasitələr onların cibinə və üstünə polis tərəfindən qoyulmuş və onlar da narkotik vasitələrlə bağlı daha ağır maddi ilə cinayət məsuliyətinə cəlb ediləcəklərindən qorxaraq, onlara polis tərəfindən verilən narkotiklərin onlara məxsus olduğunu bildirmişlər. Halbuki o, şahiddir ki, nə Balakən rayonu Katex kəndində şəxsi axtarış zamanı, nə də polis şöbəsinin həyətində şəxsi axtarış zamanı Qəhrəmanda, Mətində, Elvində və onda heç bir narkotik vasitə tapılmamışdır. O, Qəhrəman, Mətin və Elvin xx xxx 2020-ci il tarixdə, saat 19 radələrində tutulmuş və deyilənə görə hansısa məlumat əsasında tutulmuşlar. Ancaq bu məlumatın nədən ibarət olması barədə ona bildirilməmişdir. Üstündə videoçəkiliş gecə vaxtı aparılmışdır. Onların xx xxx 2020-ci il tarixdə, saat 19 radələrində tutulması barədə protokol tərtib olunmamışdır, işdə olan şübhəli şəxs qismində tutulması barədə protokol həqiqəti əks etdirmir. Tutularkən tutulmanın səbəbləri ona bildirilməmiş, ona hüquqları və vəzifələri izah olunmamış, müdafiəçi ilə təmin edilməmişdir. O, latın qrafikalı Azərbaycan əlifbası ilə sərbəst oxuya və yaza bilmir. Tutulduğu zaman polis tutulmanın səbəblərini bildirməmiş, həmin vaxt onun şübhəli şəxs qismində tutulması barədə protokol tərtib edilməmiş, hüquq və vəzifələri izah olunmamış, ona vəkil təqdim edilməmiş, ailə üzvlərinə xəbər verilməmiş, Balakən rayonu Katex kəndində Qəhrəman, Mətin, Elvin və onun üstündə aparılan axtarış sənədləşdirilməmişdir.
2. İttiham tərəfinin Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə ittiham olunması ilə bağlı təqdim etdiyi sübutlar-xx xxx 2018-ci il tarixli şəxsi axtarışın keçirilməsi barədə videogörüntüləri əks etdirən disklər, şəxsi axtarışın keçirilməsinə dair xx xxx 2020-ci il tarixli protokollar, xx xxxx 2020-ci il tarixli qərarla tanınmış maddi sübutlar, polis əməkdaşları-Şahid2, Şahid3, Şahid4 və Şahid5 ifadələri, məhkəmə-bioloji ekspertizasının xx xxx 2018-ci il tarixli, 17/296 nömrəli rəyi, ambulator məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 451 №-li, xx xxxx 2020-ci il tarixli, 452 №-li və xx xxxx 2020-ci il tarixli, 453 №-li rəyləri və Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsi axtarış zamanı «tapılması» göstərilən maddi sübutlarla bağlı istintaq hərəkətlərinin nəticələri təşkil edir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci ildə Balakən RPŞ-nin PPXBnün polis nəfəri, polis serjantı X37 RPŞ-yə məlumat verərək, Balakən şəhər sakinləri Təqsirləndirilən şəxs3 özünün, həmçinin Təqsirləndirilən şəxs3 məxsus Xəzər markalı avtomaşınında olan sərnişinlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərində qanunsuz narkotik vasitə və qadağan edilmiş əşya saxlamalarında şübhəli olduğunu bildirmişdir. Balakən RPŞ-nin müvafiq göstərişinə əsasən Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı Təqsirləndirilən şəxs3, həmçinin Təqsirləndirilən şəxs3 idarə etdiyi Xəzər markalı, **-BJ-*** qeydiyyat nişanlı avtomaşında olan sərnişinlər vətəndaş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 saxlanılaraq, Balakən RPŞ-yə dəvət edilmişlər. xx xxx 2020-ci ildə vətəndaş Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş, Zaqatala-Balakən rayonlarında fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs1 isə hüquqlarının müdafiəsini vəkil Müdafiəçi1 dövlət hesabına müdafiəçi dəvət edilməsini istəmişdir. xx xxx 2020-ci ildə, saat 03 radələrində Balakən RPŞ-də Təqsirləndirilən şəxs1 üzərində vəkili Müdafiəçi1 iştirakı ilə şəxsi axtarış aparılmışdır.Şəxsi axtarış zamanı Balakən RPŞ-nin TQnun təhqiqatçısı X22 tərəfindən Təqsirləndirilən şəxs1 üzərində hər hansı bir qanunsuz əşya, yaxud narkotik vasitə olub-olmaması barədə sual verilmiş, həmçinin əgər üzərində qanunsuz əşya, yaxud narkotik vasitə varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 isə üzərində narkotik vasitə olduğunu bildirərək, əynindəki jaketin sağ qoltuq altından bir ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsini təqdim etmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 həmin bitki kütləsini Balakən şəhərindən keçən Balakən çayının kənarından çətənə bitkisinin üzərindən yığaraq, qurudub şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi elektron tərəzi vasitəsilə çəkilərkən sellofan torba ilə birlikdə çəkisinin 350 qram olması müəyyən edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən başqa hər hansı qanunsuz əşya, yaxud narkotik vasitə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi ağ rəngli kağız zərfə qoyularaq möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış zamanı təhqiqatçı Mikayıl Mahmudov tərəfindən protokol tərtib edilmiş, tərtib edilmiş protokol Mikayıl Mahmudov tərəfindən ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin xx xxx 2020-ci ildə Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutularaq, Balakən və Zaqatala rayonlarında fərdi fəaliyyət göstərən vəkillərin siyahısından dövlət hesabına seçmiş olduğu vəkil Müdafiəçi3 iştirakı ilə saat 04 radələrində üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs2 oğlunun üzərində şəxsi axtarış aparılarkən təhqiqatçı Mikayıl Mahmudov üzərində narkotik vasitə, yaxud qadağan olunmuş əşya olub-olmaması barədə soruşmuş, həmçinin əgər narkotik vasitə, yaxud qadağan edilmiş əşya varsa, təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs2 oğlu isə üzərində narkotik vasitə saxladığını bildirərək, əynindəki şalvarın sol qabaq cibindən 1 ədəd səffaf sellofan bükümdə narkotik vasitə heroinə oxşar bükülünü təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi narkotik vasitə heroinə oxşar bükülü elektron tərəzi vasitəsilə çəkilərkən çəkisinin 0,64 qram olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi narkotik vasitə heroinə oxşar kütlə ağ rəngli kağız zərfə qoyularaq, qablaşdırılaraq möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Bundan sonra təhqiqatçı Mikayıl Mahmudov tərəfindən protokol tərtib edilmiş, ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa xx xxx 2020-ci ildə, gecə saat 05 rədələrində şübhəli şəxs qismində tutulmuş vətəndaş Şahid1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Əsədov X31-Balakən rayonlarında fəaliyyət göstərən vəkillərin siyahısından seçdiyi dövlət hesabına dəvət edilmiş vəkil X30 ilə təmin edilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı Mikayıl Mahmudov Şahid1 üzərində narkotik vasitə, yaxud hər hansı qeyri-qanuni əşya olub-olmamasını soruşmuş, Şahid1 isə üzərində narkotik vasitə, həmçinin qeyri-qanuni əşya olmadığını bildirmişdir. Daha sonra Şahid1 üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Şahid1 üzərindən narkotik vasitə, yaxud qeyriqanuni əşya aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı Mikayıl Mahmudov tərəfindən protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai araşdırma zamanı xx xxx 2020-ci ildə, saat 12 radələrində Təqsirləndirilən şəxs1 ünvan 3 ünvanında yerləşən yaşadığı evə özünün, həmçinin polis əməkdaşlarının və müdafiəçisi Müdafiəçi1 iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirərək, bu barədə Balakən RPŞ-yə ərizə də vermişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 yaşadığı evdən narkotik vasitə, yaxud qadağan olunmuş əşya aşkar edilməmişdir. Daha sonra təhqiqatçı tərəfindən baxış keçirilməsinə dair protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Keçirilmiş tədbirlərin davamı olaraq xx xxx 2020-ci ildə, saat 13 radələrində Şahid1 ünvan 4 ünvanında yerləşən yaşadığı evə özünün, həmçinin polis əməkdaşlarının və müdafiəçisi X16 iştirakı ilə baxış keçirilmişdir. Şahid1 baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirib, bu barədə Balakən RPŞ-yə ərizə də vermişdir. Baxış zamanı Şahid1 yaşadığı evdən narkotik vasitə, yaxud qadağan olunmuş əşya aşkar edilməmişdir. Daha sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa xx xxx 2020-ci ildə, saat 21 radələrində Təqsirləndirilən şəxs2 ünvan 5 mənzil 4 ünvanında yerləşən yaşadığı evə özünün, həmçinin polis əməkdaşlarının və müdafiəçisi Müdafiəçi3 iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs2 atası X36 və Təqsirləndirilən şəxs2 özü baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmiş və bu barədə Balakən RPŞ-yə ərizə də vermişlər. Baxış zamanı Təqsirləndirilən şəxs2 yaşadığı evdən narkotik vasitə, yaxud qadağan olunmuş əşya aşkar edilməmişdir. Daha sonra təhqiqatçı tərəfindən baxış keçirilməsinə dair protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmin axtarışlar videokamera ilə çəkilmiş və bu zaman tərtib edilən protokollar ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Balakən RPŞ-də Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 haqqında əməliyyat-qeydiyyat işi olmamışdır. Onda olan məlumata görə həmin şəxslər xx xxx 2020-ci il tarixdə Balakən rayonu Katex kəndində polis əməkdaşları tərəfindən saxlanılmış və rayon polis şöbəsinə dəvət edilmişlər. X40 adlı bir polis əməkdaşı başqa adını bilmədiyi bir polis əməkdaşı ilə saxlamışdır. Onda olan məlumata görə polis əməkdaşlarında Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 qanunsuz narkotik vasitə saxlaması və istifadə etməsi barədə məlumat olmuş, həmin məlumat əsasında da bu şəxslər saxlanılmışdır. Lakin bu məlumatın kim tərəfindən verilməsi və məzmunu, həmçinin onda Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 narkotik vasitələrin konkret olaraq qanunsuz dövriyyəsilə məşğul olması barədə heç bir fakt, məlumat və sübutlar olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili Şahid3 da Şahid2 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin X27 nəzarətçisi Şahid4 ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci ildə Balakən RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı X37 RPŞ-yə məlumat verərək, Balakən şəhər sakinləri Təqsirləndirilən şəxs3 özünün, həmçinin Təqsirləndirilən şəxs3 məxsus Xəzər markalı avtomaşınında olan sərnişinlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində qanunsuz narkotik vasitə və qadağan edilmiş əşya saxlamalarında şübhəli olduğunu bildirmişdir. Balakən RPŞ-nin rəhbərliyinin müvafiq göstərişinə əsasən Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı Təqsirləndirilən şəxs3, həmçinin Təqsirləndirilən şəxs3 idarə etdiyi Xəzər markalı, **-BJ-*** qeydiyyat nişanlı avtomaşında olan sərnişinlər vətəndaş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 saxlanılaraq, Balakən RPŞ-yə dəvət edilmişlər. xx xxx 2020-ci ildə Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutularaq, Balakən və Zaqatala rayonlarında fərdi fəaliyyət göstərən vəkillərin siyahısından dövlət hesabına seçmiş olduğu vəkil Müdafiəçi2 iştirakı ilə saat 01 radələrində üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılarkən təhqiqatçı Mikayıl Mahmudov üzərində narkotik vasitə, yaxud qadağan olunmuş əşya olub-olmaması barədə soruşmuş, həmçinin əgər narkotik vasitə, yaxud qadağan edilmiş əşya varsa, təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs3 isə üzərində narkotik vasitə heroin saxladığını bildirərək, əynindəki cins şalvarın sağ cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar bükülünü təqdim etmişdir. Təqsirləndirilən şəxs3 təqdim etdiyi narkotik vasitə heroinə oxşar bükülü elektron tərəzi vasitəsilə çəkilərkən çəkisinin 0,64 qram olması müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs3 üzərində saxladığı narkotik vasitənin “kakos" olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs3 təqdim etdiyi narkotik vasitə heroinə oxşar kütlə ağ rəngli kağız zərfə qoyularaq, qablaşdırılaraq möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Bundan sonra təhqiqatçı Mikayıl Mahmudov tərəfindən protokol tərtib edilmiş, ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. xx xxx 2020-ci ildə, saat 09 radələrində Təqsirləndirilən şəxs3 məxsus Xəzər markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomaşına Təqsirləndirilən şəxs3, həmçinin polis əməkdaşlarının və müdafiəçisi Müdafiəçi2 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs3 məxsus Xəzər markalı avtomaşından narkotik vasitə, yaxud qadağan olunmuş əşya aşkar edilməmişdir. Daha sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa xx xxx 2020-ci ildə, saat 10 radələrində Təqsirləndirilən şəxs3 Balakən şəhəri, Atatürk prospekti ev 23 mənzil 6 ünvanında yerləşən yaşadığı evə özünün, həmçinin polis əməkdaşlarının və müdafiəçisi Müdafiəçi2 oğlunun iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs3 baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirərək, bu barədə Balakən RPŞ-yə ərizə də vermişdir. Baxış zamanı Təqsirləndirilən şəxs3 yaşadığı evdən narkotik vasitə, yaxud qadağan olunmuş əşya aşkar edilməmişdir. Daha sonra isə baxış keçirilməsinə dair təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Balakən RPŞ-də Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 haqqında əməliyyat-qeydiyyat işi olmamışdır. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 xx xxx 2020-ci il tarixdə Balakən rayonu Katex kəndində polis əməkdaşları tərəfindən saxlanılmış və rayon polis şöbəsinə dəvət edilmişlər. X40 adlı bir polis əməkdaşı başqa adını bilmədiyi bir polis əməkdaşı ilə saxlamışdır. Onda olan məlumata görə polis əməkdaşlarında Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 qanunsuz narkotik vasitə saxlaması və isttifadə etməsi barədə məlumat olmuş, həmin məlumat əsasında da bu şəxslər saxlanılmışdır. Lakin bu məlumatın kim tərəfindən verilməsi və məzmunu, o cümlədən onda Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 narkotik vasitələrin konkret olaraq qanunsuz dövriyyəsilə məşğul olması barədə heç bir fakt, məlumat və sübutlar olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında çağırış vərəqəsi ilə xəbərdarlıq olunmasına baxmayaraq, iş üzrə Şahid5 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağrılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvələr keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid5 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan olunmuş Balakən RPŞ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid5 da Şahid4 ifadəsində göstərdiklərini təsdiq edərək, onun ifadəsinin məzmununa uyğun ifadə vermişdir. İş materiallarında olan (İ cild iş vərəqi 3) Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X33 RPŞ-nin rəisinə ünvanladığı, Balakən RPŞ NK-1 də xx.xx.2020-ci il tarixdə 273 № ilə qeydə alınmış və polis şöbəsinin rəisi tərəfindən «c.b.A.Məmmədov, icrasını təmin edin xx.xx.2020-ci il» dərkənarı qoyulmuş raportda Balakən şəhəri, Atatürk prospekti ev 23, mənzil 6-da yaşayan Təqsirləndirilən şəxs3 idarə etdiyi Xəzər markalı, **- BJ-*** qeydiyyat nişanlı avtomaşında sərnişin qismində əyləşən Balakən şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində qanunsuz olaraq narkotik vasitə və qadağan edilmiş əşya saxlamaları barədə məlumatın daxil olması, məlumat əsasında Balakən DYPB-nin YPX inspektoru, polis baş serjantı Anar Mirəliyev ilə birlikdə Təqsirləndirilən şəxs3 idarə etdiyi Xəzər markalı, 08-Bj-950 qeydiyyat nişanlı avtomaşınla və sərnişinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə Balakən RPŞ-yə gətirilməsi göstərilmişdir (buradan belə çıxır ki, təqsirləndirilən şəxslər hansısa məlumat əsasında xx.xx.2020-ci il tarixdə tutulmuş və polis şöbəsinə gətirilmişlər). İş materiallarında olan (İ cild, iş vərəqi 4) cinayət törətməkdə şübhə edilən şəxsin cinayət işi başlanıladək tutulması haqqında xx xxx 2020-ci il tarixli qərarda Təqsirləndirilən şəxs3 xx.xx.2020-ci il tarixdə narkotik maddəyə bənzər kütlə saxlamaqda şübhəli olduğundan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olması qeyd edilərək, Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulmuş, lakin bu qərarın ona xx xxx 2020-ci il tarixdə elan edilməsi və Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin ona izah edilməklə hüquq və vəzifələri barədə yazılı bildiriş verilməsi göstərilmişdir. İş materiallarında olan xx xxx 2020-ci il tarixli protokoldan, Təqsirləndirilən şəxs3 ərizəsindən və dövlət hesabına müdafiəçi dəvət etmək haqqında qərardan (İ cild, iş vərəqləri-6-8) görünür ki, Təqsirləndirilən şəxs3 Balakən və Zaqatala rayonlarında fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs3 ərizəsində Müdafiəçi3 ona müdafiəçi təyin edilməsini istəməsinə baxmayaraq, onun seçiminin əksinə olaraq Balakən RPŞ-nin TB-nin təhqiqatçısı tərəfindən ona müdafiəçi qismində Müdafiəçi2 təyin edilmişdir (ərizə kompyuterdə hazır vəziyyətdə yazılmışdır). İş materiallarında olan cinayət işi başlananadək şəxsi tutma haqqında xx xxx 2020-ci il tarixli protokolda (İ cild, iş vərəqi 17) Təqsirləndirilən şəxs3 xx xxx 2020-ci il tarixdə, saat 01.10-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinməsi göstərilmiş, bu zaman tutulma üçün əsaslar qrafasında «1) həmin şəxs cinayət törədərkən və ya bilavasitə sonra yaxalanmışdır; 2) zərərçəkmiş şəxs, yaxud hadisəni görənlər cinayətin məhz həmin şəxs tərəfindən törədilməsini göstərir;3) həmin şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində, cinayətin törədilməsini göstərən aşkar izlər müəyyən edilmişdir» kimi əsaslar qeyd edilmiş, tutulmanın motivləri kimi 1) hadisə yerindən qaçıb gizlənməyə, yaxud cinayət prosesini həyata keçirən orqandan gizlənmə ehtimalının olması; 2) daimi yaşayış yeri yoxdur və başqa ərazidə yaşayır; 3) şəxsiyyəti müəyyən edilməmişdir» göstərilmiş, onun tutulması barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora 2020-ci ilin may ayının hansı günündə və saatında məlumat verilməsi göstərilməmişdir. Lakin cinayət işinin matieriallarından görünür ki, Təqsirləndirilən şəxs3 şübhəli şəxs kimi tutulmamışan qabaq onda narkotik vasitə aşkar edilməmiş, hadisəni görən hər hansı şəxs tərəfindən onda narkotik vasitə olması barədə göstərilməmiş, həmçinin onun bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayətin-yəni qanunsuz şəxsi istehlak miqdarından artıq narkotik vasitə əldə edilməsi, daşınması və saxlanmasının izləri müəyyən edilməmişdir. Həmçinin onun daimi yaşayış yeri vardır, başqa ərazidə yaşamır və şəxsiyyəti məlum olmuşdur. İş materiallarına əsasən Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarışın xx.xx.2020-ci il tarixdə, saat 01.40-02.20-də aparılması və üstündən 0,64 qram narkotik vasitə olan heroinin «çıxması» göstərilir. Hələ üstündə narkotik vasitə aşkar edilmədiyi və digər qanunda göstərilən əsaslar olmadığı halda, həmin vasitənin onda «tapılması» qeyd edilən axtarışın aparılmasının ehtimal olunduğu saat 01.40-02.20-dən təqribən 1 saat əvvəl həmin şəxsin şübhəli şəxs adı altında həbs edilməsi tam qanunsuzdur. İş matertiallarında olan (İ cild, iş vərəqləri 18-20) xx.xx.2020-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokolda Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarışın xx.xx.2020-ci il tarixdə, saat 01.40-dan saat 02.20-yədək aparılması və bu zaman ondan 0,64 qram narkotik vasitə olan heroinə oxşar kütlənin aşkar olunması göstərilmişdir. Maraqlıdır ki, Təqsirləndirilən şəxs3 xx.xx.2020-ci il tarixdə, saat 01.10da şübhəli şəxs qismində tutulduğu və onun tutulmasında müdafiəçinin artıq iştirak etdiyi halda, onun üstündə şəxsi axtarış dərhal deyil, tutulmasından 30 dəqiqə sonra başlanmışdır. İkinci anlaşılmayan hal ondan ibarətdir ki, ona verilən ittihamda Təqsirləndirilən şəxs3 xx.xx.2020-ci il tarixdə, saat 01 radələrində tutulmaqla üstündə aparılan axtarış zamanı heroinin «tapılması» göstərilir, ancaq şəxsi axtarış protokolunda onun üstündə axtarışın saat 02.20-də başa çatması qeyd edilir. Saat 01 radələri ilə saat 02.20 tamamilə başqa-başqa vaxtlardır. Buradan belə çıxır ki, xx.xx.2020-ci il tarixdə, saat 01 radələrində Təqsirləndirilən şəxs3 üstündə hələ narkotik vasitə «aşkar edilməmişdir» və onun tutulması qanunsuz olmuşdur. İş materiallarında olan (İ cild, iş vərəqi 21) Təqsirləndirilən şəxs3 xx.xx.2020-ci il tarixli izahatından görünür ki, o, məhz xx xxx 2020-ci il tarixdə Elxan, Mətin və Elvinlə Yevlax şəhərindən qayıdan zaman polis əməkdaşları tərəfindən Balakən rayonu Katex kəndində saxlanıldığını və polis şöbəsinə gətirildiyini, burada üstündə axtarışın aparıldığını və onun 0,64 qram çəkidə narkotik vasitə olan heroin təqdim etdiyini göstərmişdir. Maraqdır ki, həmin vaxt Təqsirləndirilən şəxs3 artıq şübhəli şəxs statusunda olduğu halda, o, şübhəli şəxs qismində, özü də dərhal dindirilməmiş, ondan faktiki öz əleyhinə şahid qismində ifadəsi alınmışdır ki, bu da Konstitusiyanın 63-cü və Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyasına ziddir. İş materiallarında olan (İ cild, iş vərəqi 22) cinayət törətməkdə şübhə edilən şəxsin cinayət işi başlanıladək tutulması haqqında xx xxx 2020-ci il tarixli qərarda Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə narkotik maddəyə bənzər kütlə saxlamaqda şübhəli olduğundan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olması qeyd edilərək, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx xxx 2020-ci il tarixli protokoldan, Təqsirləndirilən şəxs1 ərizəsindən və dövlət hesabına müdafiəçi dəvət etmək haqqında qərardan (İ cild, iş vərəqləri-24-26) görünür ki, Təqsirləndirilən şəxs1 Balakən və Zaqatala rayonlarında fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs1 ərizəsində Müdafiəçi1 ona müdafiəçi təyin edilməsini xahiş etmiş, həmin şəxs də ona müdafiəçi qismində təyin edilmişdir (ərizə kompyuterdə hazır vəziyyətdə yazılmışdır). İş materiallarında olan cinayət işi başlananadək şəxsi tutma haqqında xx xxx 2020-ci il tarixli protokolda (İ cild, iş vərəqi 35) Təqsirləndirilən şəxs1 xx xxx 2020-ci il tarixdə, saat 02.50-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinməsi göstərilmiş, bu zaman tutulma üçün əsaslar qrafasında «1) həmin şəxs cinayət törədərkən və ya bilavasitə sonra yaxalanmışdır; 2) zərərçəkmiş şəxs, yaxud hadisəni görənlər cinayətin məhz həmin şəxs tərəfindən törədilməsini göstərir;3) həmin şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində, cinayətin törədilməsini göstərən aşkar izlər müəyyən edilmişdir» kimi əsaslar qeyd edilmiş, tutulmanın motivləri kimi 1) hadisə yerindən qaçıb gizlənməyə, yaxud cinayət prosesini həyata keçirən orqandan gizlənmə ehtimalının olması; 2) daimi yaşayış yeri yoxdur və başqa ərazidə yaşayır; 3) şəxsiyyəti müəyyən edilməmişdir» qeyd edilmiş, onun tutulması barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora 2020-ci ilin 18 mayının hansı saatında məlumat verilməsi göstərilməmişdir. Lakin cinayət işinin matieriallarından görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi tutulmamışan qabaq onda narkotik vasitə aşkar edilməmiş, hadisəni görən hər hansı şəxs tərəfindən onda narkotik vasitə olması barədə göstərilməmiş, həmçinin onun bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayətin-yəni qanunsuz şəxsi istehlak miqdarından artıq narkotik vasitə əldə edilməsi, daşınması və saxlanmasının izləri müəyyən edilməmişdir. Həmçinin onun daimi yaşayış yeri vardır, başqa ərazidə yaşamır və şəxsiyyəti artıq məlumdur. İş materiallarına əsasən Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarışın xx.xx.2020-ci il tarixdə, saat 03.15-03.55-də aparılması və üstündən 350 qram narkotik vasitə olan qurudulmuş marixuananın «çıxması» göstərilir. Hələ üstündə narkotik vasitə aşkar edilmədiyi və şübhəli şəxs qismində tutulması üçün digər qanuni əsaslar olmadığı halda, həmin vasitənin onda «tapılması» göstərilən saat 03.15-03.55-dən təqribən 1 saat 05 dəqiqə əvvəl həmin şəxsin şübhəli şəxs adı altında həbs edilməsi tam qanunsuzdur. İş matertiallarında olan (İ cild, iş vərəqləri 36-38) xx.xx.2020-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokolda Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarışın xx.xx.2020-ci il tarixdə saat 03.15-dən saat 03.55-dək aparılması və bu zaman ondan 350 qram narkotik vasitə olan qurudulmuş marixuananın aşkar olunması göstərilmişdir. Maraqlıdır ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə, saat 02.50də şübhəli şəxs qismində tutulduğu və onun tutulmasında müdafiəçinin artıq iştirak etdiyi halda, onun üstündə şəxsi axtarış dərhal deyil, tutulmasından 25 dəqiqə sonra başlanmışdır. İkinci anlaşılmayan hal ondan ibarətdir ki, ona verilən ittihamda Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə, saat 03 radələrində tutulmaqla üstündə aparılan axtarış zamanı qurudulmuş marixuananın «tapılması» göstərilir, ancaq şəxsi axtarış protokolunda onun üstündə axtarışın saat 03.55-də başa çatması qeyd edilir. Saat 03 radələri ilə saat 03.55 tamamilə başqa-başqa vaxtlardır. Buradan belə çıxır ki, xx.xx.2020-ci il tarixdə, saat 03 radələrində Təqsirləndirilən şəxs3 üstündə hələ narkotik vasitə aşkar edilməmişdir və onun tutulması qanunsuz olmuşdur. İş materiallarında olan (İ cild, iş vərəqi 29) Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixli izahatından görünür ki, o, məhz xx xxx 2020-ci il tarixdə Elxan, Qəhrəman və Elvinlə Yevlax şəhərindən qayıdan zaman polis əməkdaşları tərəfindən Balakən rayonu Katex kəndində saxlanıldığını və polis şöbəsinə gətirildiyini, burada üstündə axtarışın aparıldığını və onun 350 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana təqdim etdiyini göstərmişdir (maraqdır, həmin vaxt Təqsirləndirilən şəxs1 artıq şübhəli şəxs statusunda olduğu halda, şübhəli şəxs qismində, özü də dərhal dindirilməmiş, ondan faktiki öz əleyhinə şahid qismində ifadəsi alınmışdır ki, bu da Konstitusiyanın 63-cü və Azərbaycan Respubikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyasına ziddir). İş materiallarında olan (İ cild, iş vərəqi 40) cinayət törətməkdə şübhə edilən şəxsin cinayət işi başlanıladək tutulması haqqında xx xxx 2020-ci il tarixli qərarda Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə narkotik maddəyə bənzər kütlə saxlamaqda şübhəli olduğundan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olması qeyd edilərək, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuş, lakin bu qərarın ona xx xxx 2020-ci il tarixdə elan edilməsi və Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin ona izah edilməklə hüquq və vəzifələri barədə yazılı bildiriş verilməsi göstərilmişdir. İş materiallarında olan xx xxx 2020-ci il tarixli protokoldan, Təqsirləndirilən şəxs2 ərizəsindən və dövlət hesabına müdafiəçi dəvət etmək haqqında qərardan (İ cild, iş vərəqləri-41-43) görünür ki, Təqsirləndirilən şəxs2 Balakən və Zaqatala rayonlarında fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs2 ərizəsində Müdafiəçi3 Əli oğlunun ona müdafiəçi təyin edilməsini xahiş etmiş, həmin şəxs də ona müdafiəçi qismində təyin edilmişdir (ərizə kompyuterdə hazır vəziyyətdə yazılmışdır). İş materiallarında olan cinayət işi başlananadək şəxsi tutma haqqında xx xxx 2020-ci il tarixli protokolda (İ cild, iş vərəqi 52) Təqsirləndirilən şəxs2 xx xxx 2020-ci il tarixdə, saat 04.10-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinməsi göstərilmiş, bu zaman tutulma üçün əsaslar qrafasında «1) həmin şəxs cinayət törədərkən və ya bilavasitə sonra yaxalanmışdır; 2) zərərçəkmiş şəxs, yaxud hadisəni görənlər cinayətin məhz həmin şəxs tərəfindən törədilməsini göstərir;3) həmin şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində, cinayətin törədilməsini göstərən aşkar izlər müəyyən edilmişdir» kimi əsaslar, tutulmanın motivləri kimi «1) hadisə yerindən qaçıb gizlənməyə, yaxud cinayət prosesini həyata keçirən orqandan gizlənmə ehtimalının olması ; 2) daimi yaşayış yeri yoxdur və başqa ərazidə yaşayır; 3) şəxsiyyəti müəyyən edilməmişdir» qeyd edilmiş, onun tutulması barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora 2020-ci ilin may ayının 18-ci günün hansı saatında məlumat verilməsi göstərilməmişdir. Cinayət işinin matieriallarından görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi tutulmamışan qabaq onda narkotik vasitə aşkar edilməmiş, hadisəni görən hər hansı şəxs tərəfindən onda narkotik vasitə olması barədə göstərilməmiş, həmçinin onun bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayətin-yəni qanunsuz şəxsi istehlak miqdarından artıq narkotik vasitə əldə edilməsi, daşınması və saxlanmasının izləri müəyyən edilməmişdir, onun daimi yaşayış yeri vardır və başqa ərazidə yaşamır, həmçinin şəxsiyyəti artıq bəlli olmuşdur. İş materiallarına əsasən Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarışın xx.xx.2020-ci il tarixdə, saat 04.35-05.05-də aparılması və üstündən 0,64 qram narkotik vasitə olan heroinin «çıxması» göstərilir. Hələ üstündə narkotik vasitə aşkar edilmədiyi və digər əsaslar olmadığı halda, həmin vasitənin onda «tapılması» göstərilən saat 04.35-05.05-dən 55 dəqiqə əvvəl həmin şəxsin şübhəli şəxs adı altında həbs edilməsi tam qanunsuzdur. İş matertiallarında olan (İ cild, iş vərəqləri 53-55) xx.xx.2020-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokolda Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarışın xx.xx.2020-ci il tarixdə, saat 04.35-dən saat 04.05-ədək aparılması və bu zaman ondan 0,64 qram narkotik vasitə olan heroinə oxşar kütlənin aşkar olunması göstərilmişdir. Maraqlıdır ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə, saat 04.10-da şübhəli şəxs qismində tutulduğu və onun tutulmasında müdafiəçinin artıq iştirak etdiyi halda, onun üstündə şəxsi axtarış dərhal deyil, tutulmasından 25 dəqiqə sonra başlanmışdır. İkinci anlaşılmayan hal ondan ibarətdir ki, ona verilən ittihamda Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə, saat 04 radələrində tutulmaqla üstündə aparılan axtarış zamanı heroinin «tapılması» göstərilir, ancaq şəxsi axtarış protokolunda onun üstündə axtarışın saat 05.05-də başa çatması qeyd edilir. Saat 04 radələri ilə saat 05.05 tamamilə başqa-başqa vaxtlardır. Buradan belə çıxır ki, xx.xx.2020-ci il tarixdə, saat 04 radələrində Təqsirləndirilən şəxs2 üstündə hələ narkotik vasitə aşkar edilməmişdir və onun tutulması qanunsuz olmuşdur. İş materiallarında olan (İ cild, iş vərəqi 56) Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixli izahatından görünür ki, o, məhz xx xxx 2020-ci il tarixdə Elxan, Mətin və Qəhrəmanla Yevlax şəhərindən qayıdan zaman polis əməkdaşları tərəfindən Balakən rayonu Katex kəndində saxlanıldığını və polis şöbəsinə gətirildiyini, burada üstündə axtarışın aparıldığını və onun 0,64 qram çəkidə narkotik vasitə olan heroin təqdim etdiyini göstərmişdir (maraqdır, həmin vaxt Təqsirləndirilən şəxs2 artıq şübhəli şəxs statusunda olduğu halda, şübhəli şəxs qismində, özü də dərhal dindirilməmiş, ondan faktiki öz əleyhinə şahid qismində ifadəsi alınmışdır ki, bu da Konstitusiyanın 63-cü və Azərbaycan Respubikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyasına ziddir). İş materiallarında olan materialların məhkəmə ekspertizasının xx xxx 2020-ci il tarixlli, 17/296 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində «Vət.Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş maddi sübut.» sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi-0,636 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim olunmuş, üzərində «Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş maddi sübut» sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi -0,639 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim olunmuş 02 (iki) ədəd zərfdə olan heroinlər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş, üzərində «Vət.Təqsirləndirilən şəxs1 İnqilab oğlundan aşkar edilmiş maddi sübut.» sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan torbada, təmiz çəkisi-340,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş mariuxanadır. Qeyd: a) Heroinin təmiz çəkisi-0,636 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,586 qram. B) Heroinin təmiz çəkisi-0,639 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,589 qram. Qeyd: Marixuananın təmiz çəkisi-340 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-339,95 qram. İş materiallarında olan şübhəli şəxsi dindirmə protokollarından görünür ki, Bayramov Qəhrəman İlyas oğlu xx xxx 2020-ci il tarixdə, saat 15.00-dan saat 15.25-dək (şübhəli şəxs kimi tutulduğu göstərilən xx xxx 2020-ci il tarix, saat 01.10-dan təqribən 14 saat sonra), Təqsirləndirilən şəxs1 xx xxx 2020-ci il tarixdə, saat 15.35-dən saat 16.00-dək (şübhəli şəxs kimi tutulduğu göstərilən xx xxx 2020-ci il tarix, saat 02.50-dən təqribən 12 saat sonra), Təqsirləndirilən şəxs2 isə xx xxx 2020-ci il tarixdə, saat 16.30-dan saat 17.05dək (şübhəli şəxs qismində tutulduğu göstərilən xx xxx 2020-ci il tarix, saat 04.10-dan təqribən 12 saatdan artıq sonra) şübhəli şəxs qismində dindirilmişlər. İş materiallarında olan (İ cild, iş vərəqi 124) Balakən RPŞ-nin TB-nin baş təhqiqatçısı X24 RPŞ-nin rəisinə ünvanladığı xx.xx.2020-ci il tarixli raportda xx.xx.2020-ci il tarixdə Balakən şəhəri, Atatürk prospekti ev 23, mənzil 6-da yaşayan Təqsirləndirilən şəxs3 və onun idarə etdiyi Xəzər markalı, **-BJ-*** qeydiyyat nişanlı avtomaşında sərnişin qismində əyləşən Balakən şəhər sakinləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Balakən şəhəri, Həsən Əliyev küçəsi, ev 14-də yaşayan Şahid1 üzərlərində qanunsuz olaraq narkotik vasitə saxlamaları barədə məlumat daxil olması, məlumat əsasında həmin şəxslərin Balakən RPŞ-yə gətirilərək, üzərlərində şəxsi axtarış aparılması göstərilmişdir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 451 №-li, xx xxxx 2020-ci il tarixli, 452 №-li və xx xxxx 2020-ci il tarixli, 453 №-li rəylərində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hər birinin narkotik vasitələrdən istifadə etməsi, narkotik vasitə olan kannabinoidlərdən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkməsi, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması, narkoloji kabinetdə qeydiyyata alınmasının məsləhət görülməsi göstərilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs3 götürülməsi göstərilən 0,636 qram çəkidə və ekspertiza rəyindən sonra faktiki çəkisi 0,586 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 götürülməsi göstərilən təmiz çəkisi 0,639 qram çəkidə və ekspertiza rəyindən sonra faktiki çəkisi 0,589 qram narkotik vasitə heroin və Təqsirləndirilən şəxs1 götürülməsi göstərilən təmiz çəkisi 340 qram çəkidə və ekspertiza rəyindən sonra faktiki çəkisi 339,95 qram olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Balakən RPŞ-nin saxlanc anbarına verilmiş, həmçinin Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən, həmin şəxslərin yaşadıqları evə, həmçinin Təqsirləndirilən şəxs3 məxsus Xəzər markalı avtomaşına baxış keçirilərkən aparılmış videoçəkilişlər əks olunmuş 07 ədəd CD diski sübut növü kimi qiymətləndirilərək, cinayət işinə əlavə edilmişdir. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Balakən RPŞ-də əməliyyat-qeydiyyat işi olmamışdır. İİİ.Müvafiq Daxili və Beynəlxalq Qanunvericilik və Təcrübə A) Azərbaycan Respublikasının Konstitusiyası Maddə 12. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Konstitusiyanın 61-ci maddəsinin İİİ hissəsinə əsasən hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Konstitusiyanın 63-cü maddəsinin İİ və İV hissələrinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Konstitusiyanın 67-ci maddəsinin 1-ci hissəsinə əsasən səlahiyyətli dövlət orqanlarının tutduğu, həbsə aldığı, cinayət törədilməsində təqsirləndirdiyi hər bir şəxsə dərhal onun hüquqları bildirilir və tutulmasının, həbsə alınmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin səbəbləri izah edilir. Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrində qeyd olunmuşdur: «Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz». Konstitusiyanın 127-ci maddəsinin İV hissəsində göstərilir ki, ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. İşlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılmalıdır. Konstitusiyanın 148-ci maddəsinin İİ hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Konstitusiyanın 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. B) İnsan Hüquqlarının və X19 Haqqında Konvensiya (Avropa Konvensiyası) Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz: …c) yarımbəndi: hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud törətdikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin tutulması və ya həbsə alınması… Avropa Konvensiyasının 5-ci maddəsinin 2-ci bəndinə əsasən tutulmuş hər kəsə ona aydın olan dildə onun tutulmasının səbəbləri və ona qarşı irəli sürülən istənilən ittiham barədə dərhal məlumat verilir. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər həs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü bəndinin «b» və «c» yarımbəndlərinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq, şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiəçidən pulsuz istifadə etmək hüquqlarına malikdir. Avropa Konvensiyasının 19 və 32-ci maddələrinə əsasən X43 Avropa Məhkəməsi dövlətlərin Konvensiya və ona dair Protokollarla üzərinə götürdükləri öhdəliklərə riayət olunmasını təmin edir, o cümlədən Konvensiyanın və ona dair Protokolların müddəalarının şərhi və tətbiqi üzrə məsələləri həll edir Avropa Konvensiyasının 46-cı maddəsinin 1-ci hissəsinə əsasən hər bir razılığa gələn yüksək tərəf istənilən anda bildirə bilər ki, o, məhkəmənin bu Konvensiyanın şərhinə və tətbiqinə dair bütün məsələlər üzrə məcburi olan yurisdiksiyasını xüsusi saziş olmadan və ipso-facto tanıyır. «Beynəlxalq müqavilələrin bağlanması, dəyişdirilməsi və denonsasiyası haqqında» 1969-cu il Vyana Konvensiyasının 3-cü maddəsində deyilir ki, beynəlxalq müqavilələr onların tətbiqi təcrübəsi ilə birlikdə məcburi xarakter daşıyır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı İnsan Hüquqlarının və X19 Haqqında» Avropa Konvensiyası müddəalarının və X43 Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəalarının rəhbər tutulması və bu zaman X43 Avropa Məhkəməsinin təcrübəsinə istinad edilməsi tövsiyyə olunmuşdur. C) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi (bundan sonra Azərbaycan Respublikası CPM) Azərbaycan Respublikası CPM-nin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Azərbaycan Respublikası CPM-nin 10.1-ci maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Azərbaycan Respublikası CPM-nin 10.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Azərbaycan Respublikası CPM-nin 10.5-ci maddəsinə əsasən Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublikası CPM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında cinayət prosesi hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilir. Azərbaycan Respublikası CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Azərbaycan Respublikası CPM-nin 14.2-ci maddəsinə əsasən bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunu ilə müəyyən edilmiş əsaslar olmadan heç kəs tutula və həbs edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 14.4-cü maddəsinə əsasən hər bir tutulmuş və ya həbsə alınmış şəxsə dərhal tutulmanın, yaxud həbsə almanın səbəbləri, habelə şübhənin və ya ittihamın mahiyyəti, ifadə verməmək və müdafiəçi tərəfindən hüququ yardım almaq hüquqları bildirilməlidir. Azərbaycan Respublikası CPM-nin 19.1-ci maddəsinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərərçəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Azərbaycan Respublikası CPM-nin 19.4.1 və 19.4.2-ci maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqan tutulduğu, həbsə alındığı və ya müvafinq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməli; hüquqlarını izah etməlidir. Azərbaycan Respublikası CPM-nin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 32.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilir. Azərbaycan Respublikası CPM-nin 33.1 və 33.2-ci maddələrinə əsasən hakimlər və andlı iclasçılar cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirir; cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-nin 125, 144, 146-cı maddələrinin müddəlarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Azərbaycan Respublikası CPM-nin 124.1.2-ci maddəsinə əsasən bu sübutlarla hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olubolmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən hallar göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-nin 125.2.1-ci maddəsinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, Azərbaycan Respublikası CPM-nin 125.2.3-cü maddəsinə əsasən şübhəli və təqsirləndirilən şəxsin müdafiə hüquqlarının… pozulması ilə, Azərbaycan Respublikası CPM-nin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraat qaydaları kobud pozuntularla aparıldıqda… əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Azərbaycan Respublikası CPM-nini 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «X3» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 147.1-ci maddəsinə əsasən cinayət prosesində tutulma yalnız aşağıdakı şəxslərə tətbiq oluna bilər: -cinayət törətməkdə şübhəli olan şəxsə (maddə 147.1.1); -ittiham elan edilməli olan şəxsə və ya haqqında seçilmiş qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsə (maddə 147.1.2); -hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, yaxud cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğvi məsələsinin həlli məqsədi ilə məhkuma (maddə 147.1.3). Azərbaycan Respublikası CPM-nin 147.2-ci maddəsinə əsasən tutulma aşağıdakı hallarda tətbiq edilir: -şəxsin cinayət törətməsinə şübhə yarandıqda (maddə 147.2.1); -bu Məcəllənin 147.1.2-ci maddəsində nəzərdə tutulmuş şəxs haqqında cinayət təqibi orqanının müvafiq qərarı olduqda (maddə 147.2.2); -hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğvi məsələsinin həllinədək məhkumun tutulması barədə məhkəmənin qərarı olduqda (maddə 147.2.3). Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (Azərbaycan Respublikasının xx xxxxxx 2015-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikası CPM-nə edilmiş dəyişikliyə görə) Azərbaycan Respublikası CPM-nin 148.2-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə bilavasitə şübhə yarandıqda təhqiqatçı, təhqiqat orqanının digər əmkdaşı, müstəntiq və ya prokuror onun tutulmasını aşağıdakı hallarda tətbiq edə bilər: -şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən, yaxud bilavasitə bundan sonra cinayət başında yaxalandıqda (maddə 148.2.1); -zərərçəkmiş şəxs, yaxud hadisəni görən digər şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin həmin şəxs tərəfindən törədilməsini birbaşa göstərdikdə (maddə 148.2.2); -şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunları ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunduqda (maddə 148.2.3); Azərbaycan Respublikası CPM-nin 148.3-cü maddəsinə əsasən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar olduqda, o, təhqiqatçı, təhqiqat orqanının digər əməkdaşı, müstəntiq və ya prokuror tərəfindən aşağıdakı hallarda tutula bilər: -hadisə yerindən qaçıb gizlənməyə, yaxud cinayət prosesini həyata keçirən orqandan gizlənməyə cəhd göstərdikdə (maddə 148.3.1); -daimi yaşayış yeri olmadıqda və ya başqa ərazidə yaşadıqda (maddə 148.3.2); -şəxsiyyəti müəyyən edilmədikdə (maddə 148.3.3). Azərbaycan Respublikası CPM-nin 148.4-cü maddəsinə əsasən bu Məcəllənin 148.1 və 148.2-ci madddələrində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda tutulma müvafiq cinayət işi başlananadək həyata keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 153.2-ci maddəsinə əsasən tutulmuş şəxslərin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvafiq saxlama yerlərinin əməkdaşları aşağıdakıları etməlidir: -tutulmadan dərhal sonra tutulmanın əsaslarını bildirmək, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etmək (maddə 153.2.1); -tutumuş şəxsi təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirmək, tutulma faktını qeydə almaq, protokollaşdırmaq və onu tutulma protokolu ilə tanış etmək (maddə 153.2.2); -hər bir tutulma faktı müvəqqəti saxlama yerlərində qeydiyyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat vermək (bu məlumat yazılı və tutulma anından sonra 12 saat müddətində verilir) (maddə 153.2.3); -tutulmadan dərhal sonra şəxsin tutulması barədə xəbər vermək hüququnu təmin etmək (maddə 153.2.4); -şəxsə tutulduğu andan öz vəkili və qanuni nümayəndəsi ilə ləyaqətli şəraitdə və nəzarət altında təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq imkanı yaratmaq (maddə 153.2.5); -tutulmuş şəxsin öz vəkili olmadıqda, ona müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarında fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmək, seçilmiş vəkillə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmaq (maddə 153.2.6); -tutulmuş şəxsin maddi vəziyyəti öz hesabına vəkil tutmağa imkan vermədikdə, ona dövlət hesabına müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarına daxil olan növbətçi vəkillə görüşmək imkanı yaratmaq (maddə 153.2.6). Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 232.1-ci maddəsinə əsasən şübhəli şəxsin dindirilməsi onun tutulmasından və ya barəsində qətimkan tədbirinin tətbiq edilməsi barədə qərar ona elan edildikdən dərhal sonra aparılır. Azərbaycan Respublikası CPM-nin 232.1-ci maddəsinə əsasən şübhəli şəxsin dindirilməsi onun tutulmasından və ya barəsində qətimkan tədbirinin tətbiq edilməsi barədə qərar ona elan edilməsindən dərhal sonra aparılır. Azərbaycan Respublikası CPM-nin 242.1, 242.2 və 242.3-cü maddələrinə əsasən əldə edilmiş (mövcud sübutlar) və ya əməliyyat-axtarış fəaliyyətinin materialları hər hansı yaşayış, xidməti və ya istehsalat binasında, digər yerdə, yaxud hər hansı şəxsdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və ya sənədlərin olmasını güman etməyə kifayət qədər əsas verdikdə, müstəntiq axtarış apara bilər; axtarış həmçinin axtarışda olan şəxslərin, habelə heyvanların, insan meyitlərinin və ya heyvan cəsədlərinin aşkar edilməsi məqsədi ilə aparıla bilər; toplanmış sübutlarla və ya əməliyyat-axtarış fəaliyyətinin materialları ilə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və sənədlərin kimdə və harada olması müəyyən edildikdə müstəntiq həmin əşya və sənədləri götürə bilər. Azərbaycan Respublikası CPM-nin 243.1-ci maddəsinə əsasən axtarış və götürmə bir qayda olaraq məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə axtarış və götürmənin aparılması haqqında qərarı müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı olduqda çıxara bilər. Azərbaycan Respublikası CPM-nin 243.3-cü maddəsinə əsasən təxirə salına bilməyən hallarda müstəntiq axtarış və ya götürməni məhkəmənin qərarı olmadan yalnız aşağıdakıları güman etməyə əsas verən dəqiq məlumat olduqda apara bilər: -şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsini (maddə 243.3.1); -şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, həbsdən və ya azadlıqdan məhrum etmə yerlərindən qaçmış şəxsin yaşayış yerində gizləndiyini (maddə 243.3.2); -yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olmasını (maddə 243.3.3); -yaşayış yerində insanın həyat və səhhəti üçün real təhlükə olduğunu (maddə 243.3.4). Azərbaycan Respublikası CPM-nin 243.4-cü maddəsinə əsasən bu Məcəllənin 243.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müstəntiq axtarış və ya götürmənin aparılması barədə əsaslandırılmış qərar çıxarır. Müstəntiqin qərarı bu Məcəllənin 243.2-ci maddəsinin tələblərinə müvafiq olaraq, habelə məhkəmənin qərarı olmadan axtarış və ya götürmə aparılmasının zəruriliyi və təxirə salına bilməməsi əsasları nəzərə alınmaqla tərtib edilir. Azərbaycan Respublikası CPM-nin 244.1-ci maddəsinə əsasən axtarış və ya götürmə zamanı azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Azərbaycan Respublikası CPM-nin 244.2-ci maddəsinə əsasən şübhəli və təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Həmin istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə, müstəntiq onun bu arzusunu təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 244.6-cı maddəsinə əsasən barəsində axtarış və ya götürmənin aparıldığı şəxslər, habelə hal şahidləri, mütəxəssislər, tərcüməçilər, nümayəndələr, müdafiəçilər müstəntiqin bütün hərəkətləri zamanı həmin yerdə olmaq, protokolda yazılmalı olan qeydləri vermək hüququna malikdirlər. Azərbaycan Respublikası CPM-nin 245.2-ci maddəsinə əsasən axtarış və götürmə aparılmasından əvvəl müstəntiq barəsində axtarış və ya götürməni apardığı şəxsi bu barədə qərarla tanış etməlidir. Azərbaycan Respublikası CPM-nin 245.6-245.8-ci maddələrinə əsasən götürmə apararkən müstəntiq qərarı elan etdikdən sonra götürülməli olan əşya və sənədləri könüllü surətdə verməyi təklif edir, bundan imtina etdikdə isə götürməni məcburi aparır; axtarış apararkən müstəntiq qərarı elan etdikdən sonra götürülməli olan əşya və sənədlərin könüllü surətdə verilməsini və gizlənən şəxsin yerinin göstərilməsini təklif edir. Əşya və sənədlər könüllü verildikə və ya gizlənən şəxsin yeri könüllü göstərildikdə, bu protokolda öz əksini tapmalıdır. Axtarılan əşya və sənədlər verilmədikdə və ya tam verilmədikdə, yaxud gizlənən şəxsin yeri göstərilmədikdə axtarış aparılır; axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlər istintaq hərəkətinin iştirakçılarına təqdim edilir, onların müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi, hansı materialdan hazırlanması və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilir, əşyalar və sənədlər qablaşdırılır, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənir. Azərbaycan Respublikası CPM-nin 246.1-ci maddəsinə əsasən müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri bir qayda olaraq məhkəmənin qərarı əsasında götürə bilər. Azərbaycan Respublikası CPM-nin 246.2.1-246.2.3-cü maddələrinə əsasən şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə; təqsirləndirilən şəxs barəsində həbsə alma qətimkan tədbiri tətbiq edildikdə; axtarış və ya götürmənin aparıldığı binada olan şəxsin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədləri gizlətməsini güman etməyə kifayət qədər əsaslar olduqda məhkəmənin qərarı alınmadan şəxsi axtarış aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 246.3-cü maddəsinə əsasən şəxsi axtarış və götürmə müstəntiq tərəfindən mütəxəssisin və barəsində şəxsi axtarış aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı ilə aparılır. Azərbaycan Respublikası CPM-nin 247.1.1, 247.1.4 və 247.1.6-cı maddələrinə əsasən axtarış və götürmə haqqında protokolda axtarış və ya götürmənin aparıldığı yer, tarix və vaxtı; barəsində axtarış və ya götürmə aparılmış şəxsə onun, hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi haqqında qeyd; hal şahidlərinin hər birinin şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxslə qarşılıqlı münasibəti haqqında məlumat göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 247.1.9-cu maddəsinə əsasən axtarış və götürmə aparılarkən müşahidə etmə ardıcıllığı ilə bütün aşkar olunanlar, o cümlədən axtarılan əşya və şəxslərin könüllü surətdə verilməsi hallarının olub-olmaması; istintaq hərəkəti zamanı belə hal baş vermişsə, aşkar edilmiş əşya və sənədləri gizlətmək cəhdləri; götürülmüş əşyaların sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsviri axtarış və ya götürmə protokolunda əks olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 443.1-ci maddəsinə əsasən bu Məcəllənin 177.3-cü maddəsində nəzərdə tutulmuş istintaq hərəkətləri (o cümlədən baxış, axtarış, götürmə) bir qayda olaraq məhkəmənin qərarı əsasında məcburi aparılır. Azərbaycan Respublikası CPM-nin 443.2-ci maddəsinə əsasən bu Məcəllənin 177.3.1-177.3.5-ci maddələrində nəzərdə tutulmuş istintaq hərəkətləri məhkəmənin qərarı olmadan müstəntiqin əsaslandırılmış qərarı əsasında məcburi aparıldığı hallarda müvafiq istintaq hərəkətinin aparılması qurtardıqdan sonra müstəntiq aparılmış istintaq hərəkəti barədə 24 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməlidir. «X3» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ və İİİ hissələrinə əsasən əməliyyat-axtarış fəaliyyəti insan həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, hüquqi şəxslərin qanuni mənafelərini, dövlət sirrini, habelə milli təhlükəsizliyi cinayətkar qəsdlərdən müdafiə etmək məqsədi ilə həyata keçirilir; əməliyyat-axtarış fəaliyyətinin vəzifələri 1) hazırlanan və törədilən cinayətlərin qarşısının alınması; 2) törədilmiş cinayətlərin aşkar edilməsi və açılması; 3) cinayətləri hazırlayan, törədən, və ya törətmiş şəxslərin müəyyən edilməsi; 4) məhkəmə, istintaq və təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyun qaçıran və ya itkin düşən şəxslərin axtarılması və 5) naməlum meyitlərin şəxsiyyətinin müəyyən edilməsidir. «X3» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin İİ hissəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi zamanı Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş insan və vətəndaş hüquq və azadlıqlarını, hüquqi şəxslərin qanuni mənafelərini pozmaq qadağandır. «X3» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən əməliyyataxtarış fəaliyyətinin subyektlərinə öz səlahiyyətlərinin icra edilməsi zamanı 1) insanların həyatını, sağlamlığını, əmlakını və qanuni mənefelərini təhlükə altına alan hərəkətlərə yol vermək; 2) hər hansı şəxsi qanun pozuntularına təhrik etmək; 3) zor işlətmək, hədələmək və şantaj etmək, habelə insan və vətandaşların hüquq və azadlıqlarını, qanunla müdafiə olunan mənafelərini məhdudlaşdıran digər qanunsuz tədbirlərə əl atmaq; 4) səlahiyyətlərindən kənara çıxan tədbirləri həyata keçirmək qadağan olunur. «X3» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən əməliyyataxtarış fəaliyyətinin subyektləri bu qanunla müəyyən edilmiş qaydada aşağıdakı əməliyyat-axtarış tədbirləri tətbiq edə bilərlər: 1) vətəndaşların sorğusu; 2) soraqlaşma; 3) telefon danışıqlarına qulaq asma; 4) poçt, teleqraf və digər göndərişlərin yoxlanması; 5) texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması; 6) məhkumların məktublarının yoxlanılması; 7) nəqliyyat vasitələrinə baxış keçirilməsi; 8) binalara, o cümlədən yaşayış binalarına, habelə digər qapalı tikililərə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə; 9) binaların, o cümlədən yaşayış binalarının, habelə digər qapalı tikililərin, qurğuların, torpaq sahələrinin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsi; 10) insanların güdülməsi; 11) şəxsiyyətin eyniləşdirilməsi; 12) nəzarət qaydasında mal alınması; 13) əşya və sənədlərin tədqiqi; 14) müqayisəli tədqiq üçün nümunələrin toplanılması; 15) nəzarətli göndəriş; 16) cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi; 17) hüquqi şəxsin yaradılması; 18) əməliyyat eksperimenti, yəni cinayətkar fəaliyyəti təqlid edən davranış modelinin tətbiqi. Bu maddənin İ hissəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin siyahısı yalnız Qanunla dəyişdirilə bilər. Bu maddənin İ hissəsinin 3-5,8 və 10-cu bəndlərində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə başqa yolla nail ola bilmədikdə məhkəmənin (hakimin) qərarı əsasında həyata keçirilə bilər. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan: 1) şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişləri yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiya çıxara, habelə insanları güdə bilərlər; 2) cinayəti hazırlayan, törədən, törətmiş cəzaçəkmə müəssisəsindən və ya həbsdən qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış binalarına, habelə digər qapalı tikililərə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər. Bu maddənin İİİ hissəsində nəzərdə tutulmuş hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri həyata keçirilmiş tədbirlər barəsində 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərarı təqdim etməlidirlər. «X3» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat-axtarış fəaliyyətinin subyektlərində bu maddədə nəzərdə tutulmuş səbəblər və əsaslar olmalıdır. Əməliyyat-axtarış tədbirlərinin həyata keçriliməsi üçün səbəblər aşağıdakılardır: 1) fiziki şəxslərin ərizələri; müəssisə, idarə, təşkilatların vəzifəli şəxslərinin müraciətləri; 3) kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar; 4) əməliyyat-axtarış fəaliyyəti subyektlərinin bilavasitə əldə etdikləri məlumatlar. «X3» Azərbaycan Respublikası Qanununun 19-1-ci maddəsinə əsasən əməliyyataxtarış fəaliyyətinə məhkəmə nəzarəti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir. «X3» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İV hissəsinə əsasən əməliyyat-axtarış tədbirlərinin təşkili, taktikası, üsul və vasitələrinə dair məlumatlar prokuror nəzarətinin predmetinə daxil deyil. İV.Avropa Konvensiyasının 6-cı maddəsinin iddia edilən pozuntusu 1.Tərəflərin gətirdiyi əsaslar Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların üstündə «tapılmış» narkotik maddələrin polis tərəfindən qoyulduğunu bildirmişlər. Onlar eyni zamanda xx xxx 2020-ci il tarixdə, saat 19 radələrində Balakən rayonu Katex kəndində həbs edilən zaman onların prosessual statusunun müəyyən olunmadığını, nəyə görə həbs olunmasının onlara izah edilmədiyini, həbslərinin müvafiq qaydada qeyd edilmədiyini və sənədləşdirilmədiyini, həbs zamanı onların üstündə axtarışın hal şahidlərinin və müdafiəçilərin iştirakı olmadan və videoçəkiliş olmadan aparıldığını, bu zaman heç bir narkotik vasitənin tapılmadığını və həmin axtarışların sənədləşdirilmədiyini, Balakən RPŞ-də 5-6 saat və daha çox qanunsuz saxlandıqdan sonra formal axtarışa məruz qaldıqlarını, polis əməkdaşlarının hədə-qorxu gələrək, onlara verdikləri narkotik vasitələrin üstlərində «tapıldığını», onların hüquq və vəzifələrinin izah edilmədiyini və bir çox prosessual hüquqlarının pozulduğunu, onlara münasibətdə ibtidai araşdırmada ədalətli araşdırmanın pozulduğunu qeyd etmişlər. 2.İttiham tərəfi təqsirləndirilən şəxslərin üstünə heç bir narkotik vasitə qoyulmadığını və iş üzrə sübutların qanuni yolla əldə edildiyini bildirmişdir. V. Məhkəmənin Avropa Məhkəməsinin presedentlərinə istinad etməklə qiymətləndirməsi Məhkəmə qeyd edir ki, baxılan işdə təqsirləndirilən şəxslər və onların müdafiəçiləri tərəfindən ibtidai araşdırma mərhələsində Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ədalətli məhkəmə araşdırmasına olan hüququnun pozulması haqqında məsələ qaldırıldığından və bu, təqsirləndirilən şəxslərin üstündə «tapılmış» narkotik vasitələrin polis əməkdaşları tərəfindən qoyulması, tutularkən üstlərində axtarışın qanunvericiliyin pozulması yolu ilə aparılması və həmin axtarışların sənədləşdirilməməsi, sonradan prosessual qanunvericilik pozulmaqla üstlərində axtarışın aparılması, bu zaman prosessual hüquqlarının pozulması və onların ittihamı üçün sübutlar bazasının məhz bu yolla, yəni qanunsuz yolla əldə edilməsi ilə əlaqələndirildiyindən, X43 Avropa Məhkəməsinin bu məsələyə dair geniş presedent təcrübəsi olduğundan, məhkəmə bu məsələnin həlli ilə bağlı hazırki iş üzrə Avropa Məhkəməsinin Tacir Layıcov Azərbaycana qarşı (22062/07 nömrəli iş üzrə xx xxxxx 2014-cü il tarixli qərar) və Sakit Zayidov Azərbaycana qarşı (51164/07 nömrəli iş üzrə xx xxxxxx 2015-ci il tarixli qərar) presedentlərini tətbiq etməyi zəruri hesab edir. Belə ki, işin mühüm əhəmiyyət kəsb edən halları baxımından Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirləndirilmələrinə dar cinayət işi ilə Tacir Layıcov və Sakit Zayidovun işləri arasında olan oxşarlıq həmin presedentlərin hazırki işə tətbiqini şərtləndirir. Tacir Layıcov Azərbaycana qarşı olan iş İşin qısa məzmunu Ərizəçinin həbsi və barəsindəki ibtidai istintaq N.V və H.M polisə ərizəçinin narkotik alverçisi olması və onlara narkotik maddələr satmaq istəməsini bildirmələrindən sonra 2005-ci il 16 martda ərizəçinin həbsi üçün əməliyyat tədbiri hazırlanmışdır. 2005-ci il 17 martda, təxminən saat 16.00 radələrində ərizəçi benzin doldurmaq üçün Balakəndəki yanacaqdoldurma məntəqəsində dayanmışdır. Həmin vaxt ona mülki geyimdə olan bir neçə polis işçisi yaxınlaşmışdır. Ərizəçinin sözlərinə görə, polis işçiləri onu avtomobilindən çıxarmış və döyməyə, yumruq və ayaqla zərbələr edirməyə, dəyənəklə vurmağa başlamışlar. Sonra o, huşunu itirmişdir. Özünə gələndə o, yuxarıda qeyd edilən polis işçiləri ilə birlikdə hərəkətdə olan avtomobilin arxa oturacağında olduğunu görmüşdür. Ərizəçinin sözlərinə görə, arxa oturacaqda onun hər iki tərəfində oturmuş iki polis əməkdaşından biri gizlicə şalvarının sağ cibinə nə isə qoymuşdur. Ərizəçi onu dayandırmaq istəmiş, lakin polis işçisi onun baş nahiyyəsinə yumruqla və tapançanın arxa hissəsi ilə vurmuş və o, yenidən huşunu itirmişdir. Onu Zaqatala Rayon Polis Şöbəsinə aparmışlar. Ərizəçinin sözlərinə görə, onu Zaqatala Rayon Polis Şöbəsində dəfələrlə döyüblər. Polis şöbəsində ərizəçinin və onun avtomobilinin üzərində axtarış aparılmışdır. Axtarış protokoluna görə axtarış 2005-ci il 17 martda, saat 16.30-da ərizəçinin, polis əməkdaşlarının və iki hal şahidinin iştirakı ilə həyata keçirilmişdir. Protokoldan göründüyü kimi, ərizəçi vəkillə təmin olunmamışdır. Axtarış zamanı onun maşınında və üzərində narkotik maddə (həşiş mənşəli) aşkar edilmişdir. Ərizəçi narkotikin ona məxsus olmadığını və gizli şəkildə cibinə qoyulduğunu iddia etmişdir. O, axtarış protokolunu imzalamaqdan imtina etmişdir. Ərizəçinin sözlərinə görə, axtarış prosesi lentə alınmışdır və lent yazısı onun bədənində pis rəftarın izlərinin olmasını üzə çıxarırdı. 2005ci il 18 martda, saat 19 radələrində polis müstəntiqi ərizəçi barədə tutma protokolunu tərtib etmişdir. Protokolda ərizəçinin 2005-ci il 17 martda deyil, 18 martda tutulduğu göstərilmişdir. Ərizəçi protokolu imzalamaqdan imtina etmişdir. 2005-ci il 18 martda dəqiq məlum olmayan saatda müstəntiq ərizəçiyə onu təmsil edə biləcək Zaqatala Vəkillər Assosiyasiyasının dörd vəkili barədə məlumat vermişdir. Ərizəçi onlardan heç birini seçməmiş və müdafiəsini özünün aparacağını bildirmişdir. Lakin o, hüquqi yardımdan imtina etməsi barədə sənədə imza etməkdən imtina etmişdir. 2005-ci il 20 martda Zaqatala Rayon Məhkəməsi ərizəçi barəsində üç aylıq həbs qətimkan tədbirinin seçilməsi və həbs müddətinin 2005-ci il 18 martdan hesablanması barədə qərar qəbul etmişdir. Həmin gün Zaqatala Rayon Məhkəmə-Tibb Ekspertizası və X14 məhkəmə-tibb eksperti ərizəçini müayinə etmişdir. Məhkəmə-tibb ekspertinin rəyinə görə ərizəçi 2005-ci il 17 martda polis tərəfindən pis rəftara məruz qaldığını bildirmişdir. Ekspert onun boyun nahiyyəsində oval formalı qançır izi olduğunu müəyyənləşdirmişdir. Dindirmə dövründə vaxtı dəqiq olmayan tarixdə ərizəçi müstəntiqə avtomobilində bıçağın olduğunu bildirmişdir. O, bununla bağlı qeyd etmişdir ki, polis 2005-ci il 17 martda onun avtomobilində «əsl» axtarış həyata keçirməmiş və yalnız orada özləri tərəfindən gizlədilmiş narkotik maddə aşkarlanmışdır. Belə olmasaydı, onlar bıçağı da tapardılar. Ərizəçinin dindirilməsindən sonra 2005-ci il 25 martda onun avtomobilində yenidən axtarış aparılmış və bıçaq aşkar edilmişdir. 2005-ci il 14 iyunda Zaqatala Rayon Polis Şöbəsinin müstəntiqi sübutların qiymətləndirilməsi barədə qərar qəbul etmişdir. Qərardan göründüyü kimi, ərizəçinin üzərində həmçinin məhkəmə-tibb narkoloji eksperti tərəfindən müayinə aparılmış və o, ərizəçinin narkotik maddələrdən istifadə etmədiyi, narkotik aludəçisi olmadığını müəyyən etmişdir. 2005-ci il 25 iyunda tərtib edilmiş ittiham aktına görə ərizəçiyə o cümlədən Cinayət Məcəllənin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham irəli sürülmüşdür. Qərarda daha sonra T.Layıcovun işinə ölkədaxili müxtəlif məhkəmələrdə baxılması, lakin onun ədalətli məhkəmə araşdırması hüququnun pozulması ilə bağlı şikayətlərinə həmin məhkəmələrdə baxılmaması qeyd edilmişdir. Avropa Məhkəməsinin qiymətləndirməsi və gəldiyi nəticə Avropa Məhkəməsi həmin qərarında Tacir Layıcova qarşı Avropa Konvensiyasının 3cü maddəsinin (işgəncəyə və ya qeyri-insani, yaxud alçaldıcı rəftara və ya cəzaya məruz qalmamaq hüququ) və 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) pozuntusunu müəyyən etmişdir. Həmin işin Avropa Konvensiyasının 6-cı maddəsinin pozuntusunun müəyyən edilməsi hissəsində Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 19-cu maddəsinə görə onun vəzifəsi Konvensiyanın iştirakçısı olan dövlət tərəfindən üzərinə götürdükləri öhdəliklərinə əmələ etmələrini təmin etməkdir. Xüsusilə, milli məhkəmələr tərəfindən törədilməsi iddia olunan fakta və ya hüquqa aid səhvlə məşğul olmaq, əgər bu səhvlər Konvensiya ilə qorunan hüquq və azadlıqların pozulmasına səbəb olmuşdursa, Məhkəmənin funksiyası deyil (bax: Şenk İsveçrəyə qarşı iş). Buna görə prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək məhkəmənin vəzifəsi deyil. Burada cavab verməli olan sual bütünlüklə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmamasıdır. Avropa Məhkəməsi xüsusi olaraq vurğulamışdır ki, prosesin bütünlüklə ədalətli olubolmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır (bax: «Xan» işi, 35 və 37-ci bəndlər). Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha çox əhəmiyyət kəsb etmiş olur (bax «Allan» işi, Bıkov Rusiyaya qarşı iş). Qeyd olunan standartları hazırki işə tətbiq edən Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçinin əvvəldən təqsirləndirildiyi üç cinayətdən ikisi üzrə ittiham sonradan bir çox maddi və prosessual hüquq normalarının pozulması ilə əlaqədar yerli məhkəmələr tərəfindən rədd edilmiş və ərizəçi sonda qanunsuz narkotik saxlamağa görə məhkum edilmişdir. Onun barəsində ittiham hökmü yalnız maddi sübuta, yəni polis tərəfindən 2005ci il 17 martda həyata keçirilmiş axtarış nəticəsində onun üzərində və avtomobilində tapılmış narkotik maddəyə əsasən çıxarılmışdır. Belə olan halda Məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbədə, sübutun mötəbərliyini təkzib etmək və ölkə daxili proseslərdə ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmışdır («Bıkov» işi və Lisica Xorvatiyaya qarşı iş). Həmin iş üzrə birinci məsələ ilə bağlı Avropa Məhkəməsi bir sıra çatışmazlıqlar üzə çıxarmışdır. Belə ki, Məhkəmə bildirmişdir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun «qoyulması» mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır. Belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında olmuşdur. Məhkəmə bundan əlavə qeyd etmişdir ki, istintaq orqanları ölkədə keçirilmiş məhkəmə prosesləri zamanı ərizəçinin və onun avtomobilinin axtarışının videoçəkilişinin surətini təqdim etməmiş və Hökumətdən açıq şəkildə xahiş edilsə də, o, sözügedən videoçəkilişin surətini Məhkəməyə təqdim etməmişdir. Hər bir halda hazırki işdə axtarışın ərizəçinin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil yoxdur. Bundan əlavə, onun hansı səbəbə həbs yerindən təxminən beş-on dəqiqə aralıda yerləşən Balakən Rayon Polis Şöbəsinə deyil, Zaqatala Rayon Polis Şöbəsinə aparıldığı aydın deyildir. İkincisi, məhkəmə hazırki işdə ərizəçinin 2005-i il 17 martda polis tərəfindən həbs olunduğu və polisdə saxlandığı zaman, yəni polis tərəfindən üzərində axtarışın aparıldığı və ona qarşı sübut kimi çıxış etmiş narkotik maddənin tapıldığı vaxt pis rəftara məruz qaldığını artıq müəyyn etmişdir. Üçüncüsü, məhkəmə qeyd etmişdir ki, sonralar yerli məhkəmələr tərəfindən də müəyyən edildiyi kimi, ərizəçinin 2005-i il 17 martda həbsi sənədləşdirilməmiş və o, bir gün qanunsuz olaraq polis idarəsində saxlanmışdır. İkinci məsələyə gəlincə, Məhkəmə qeyd etmişdir ki, ərizəçi onun üzərində və avtomobilində tapılmış maddi sübutun mötəbərliyi məsələsini istər cinayət prosesinin başlanğıcında, istərsə də bütün məhkəmələrdə keçirilmiş proseslərdə qaldırmışdır. Lakin bu məsələyə ölkə məhkəmələri adekvat şəkildə baxmamışdır. Belə ki, onların qərarlarında bu məsələyə toxunulmamışdır. Məhkəmə bununla bağlı həmçinin qeyd etmişdir ki, ərizəçinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə məhkum edilməsini son olaraq müəyyən etmiş Apellyasiya Məhkəməsinin 2006-cı il 22 dekabr tarixli qərarı ərizəçinin əleyhinə N.V və H.M.-nin ifadələri kimi digər sübutların istifadə edilməsini istisna etmiş, lakin 2005-ci il 17 mart tarixində həyata keçirilmiş axtarış zamanı əldə edilmiş sübutlardan istifadə məsələsinə toxunmamışdır. Ali Məhkəmənini ərizəçinin üzərində və avtomobilində axtarışın hansı səbəbdən həbs yerində dərhal həyata keçirilmədiyini araşdırmağa apellyasiya məhkəmələrindən xahiş etməsinə baxmayaraq, Apellyasiya Məhkəməsi 2006cı il 22 dekabr tarixli qərarında bu məsələyə toxunmamışdır. Bu işlə bağlı Avropa Məhkəməsi daha sonra bildirmişdir: «Hər bir halda ərizəçinin sübutun mötəbərliyi və ondan ölkə məhkəmələri tərəfindən istifadə edilməsi ilə bağlı şikayətlərinə ölkə məhkəmələri tərəfindən onun barəsində sözügedən bu sübut əsasında ittiham hökmü çıxarılan zaman baxılmamasının səbəblərinə ölkə məhkəmələri və ya Hökumət tərəfindən hər hansı izah verilməmişdir. Buna görə də Məhkəmə ərizəçiyə sübutun mötəbərliyini təkzib etməsi və ondan ölkə məhkəmələrində istifadəyə etiraz etməsi üçün imkan yaradılmadığı nəticəsinə gəlməyə gilməz. Belə ki, onun bununla bağlı şikayətlərini ölkə məhkəmələri heç bir səbəb göstərmədən araşdırmamışlar. Məhkəmə ərizəçinin üzərində və onun avtomobilində tapılmış maddi sübutun onun barəsində yekun ittiham hökmünün çıxarılması üçün yeganə sübut kimi çıxış etdiyini nəzərə alaraq, hesab edir, yuxarıdakı mülahizələr Məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlüklə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Beləliklə, bu işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilmişdir». Sakit Zayidov Azərbaycana qarşı iş. İşin qısa məzmunu-faktlar Həmin iş üzrə müəyyyən olunmuş hallarından görünür ki, S.Zayidov xx xxxx 2006-cı il tarixdə, saat 19-da polis əməkdaşları tərəfindən tutulmuş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 gətirilmişdir. Onun üzərində axtarış xx xxxx 2006-cı il tarixdə, saat 19.20-də aparılmışdır. Ərizəçi üstündə tapılan narkotik vasitənin polis əməkdaşları tərəfindən cibinə qoylmasını, bu sübutun məhkum edilməsi üçün yeganə sübut olmasını və onun qanunsuz yolla əldə edilməsini, lakin ölkə məhkəmələri tərəfindən buna qiymət verilməməsini və bununla da onun Avropa Konvensiyasında nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasını bildirmişdir. Avropa Məhkəməsinin qiymətləndirməsi və gəldiyi nəticə Hazırki işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçi nəticədə Cinayət Məcəllənin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsilə məhkum olunmuşdur. Ərizəçinin ittiham olunduğu əməldə təqsirli olması yalnız xx xxxx 2006-cı ildə keçirilən şəxsi axtarış zamanı onun üstündə tapılmış maddi sübuta (narkotik vasitə) əsasən müəyyən olunmuşdur. Hansı ki, həmin maddi sübut olmadığı halda, belə nəticəyə gəlmək qeyri-mümkün idi. Belə olan halda, Məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmışdır. Araşdırılan birinci məsələ ilə bağlı Məhkəmə vurğulamışdır ki, tərəflər arasında mübahisə doğurmur ki, ərizəçinin şəxsi axtarışı onun xx xxxx 2006-cı il tarixdə, saat 19-da tutulmasından dərhal sonra keçirilməmişdir. Həmin axtarış xx xxxx 2006-cı il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində xx xxxx 2006-cı il tarixdə, saat 19.20-də keçirilmişdir. Həbslə axtarış arasında təxminən 20 dəqiqəlik vaxt boşluğu sübutun «qoyulması» ilə bağlı əsaslı narahatlıq yaradır. Belə ki, bu müddət ərzində ərizəçi tamamilə polis əməkdaşlarının tam nəzarətində idi. Hər bir halda, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmasını güman etməyə heç bir əsas yoxdur. Daha sonra məhkəmə qeyd etmişdir ki, ərizəçi tərəfindən birbaşa vəsatət verilməsinə baxmayaraq, milli məhkəmələr axtarışın video çəkilişini tədqiq etməkdən imtina etmişlər. Bundan əlavə, Hökümət Məhkəmənin soruğusuna baxmayaraq, bu videoçəkilişin surətini təqdim etməmişdir. Məhkəmə o halı da nəzərdən qaçıra bilməz ki, polis əməkdaşları ərizəçinin tutulmasını dərhal sənədləşdirməmişlər. O cümlədən tərəflər ərizəçinin polis əməkdaşları tərəfindən xx xxxx 2006-cı il tarixdə, saat 19-da tutulması faktını mübahisələndirməsələr də, tutulma protokolu xx xxxx 2006-cı il tarixə, saat 22.50-ə qədər tərtib olunmamışdı. Bundan əlavə, deyəsən, tutulma və DİN BNMİ-də axtarış zamanı ərizəçi müdafiəçi ilə təmin olunmamışdır. Qeyd edilənlərə əsasən Avropa Məhkəməsi belə hesab etmişdir ki, ərizəçinin təqsirli bilinməsi üçün milli məhkəmələrin gəldiyi nəticənin əsasında duran maddi sübutun keyfiyyəti şübhəldir. Belə ki, onun əldə edilməsi üsulu onun mötəbərliliyini şübhə altında qoyur. İkinci məsələ ilə bağlı Məhkəmə qeyd etmişdir ki, ərizəçi maddi sübutun mötəbərliyini və onun istifadə edilməsini bütün milli məhkəmələrdə qaldırmışdır. Bununla bağlı Məhkəmə nəzərə çatdırmışdır ki, ərizəçinin konkret şikayətinin olmasına baxmayaraq, xx xxxx 2006-cı il tarixdə keçirilən axtarış zamanı əldə edilmiş sübutun istifadəsi məsələsi qulaqardına vurulmuşdur. Xüsusilə onlar, nəyə görə ərizəçinin axtarışının dərhal onun tutulduğu yerdə həyata keçirilməməsi və ümumiyyətlə axtarışın prosessual normalara uyğun keçirilib-keçirilməməsi məsələsini araşdırmamışlar. Milli məhkəmələr heç ərizəçinin yuxarıda göstərilən şikayətinə baxmamaqla, o qərara gəlməklə kifayətlənmişlər ki, onun cibinə narkotik vasitənin qoyulması barədə ərizəçinin bildirdikləri özünü müdafiə xarakteri daşıyır və məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır. Ona görə də məhkəmə belə nəticəyə gəlməyə bilməz ki, ərizəçiyə bu məsələnin qaldırılması üçün imkan yaradılmamışdır. Belə ki, onun bununla bağlı şikayətlərini ölkə məhkəmələri heç bir səbəb göstərmədən araşdırmamışlar. Məhkəmə daha sonra qeyd etmişdir: «Məhkəmə ərizəçinin üzərində tapılmış maddi sübutun onun barəsində ittiham hökmünün çıxarılması üçün yeganə sübut kimi çıxış etdiyini nəzərə alaraq, belə nəticəyə gəlir ki, yuxarıdakı mülahizlər Məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilməsi üsulu və bu sübutun mötəbərliliyi ilə bağlı onun etirazlar və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Beləliklə, bu işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilmişdir. Vİ.Avropa Məhkəməsinin Tacir Layıcov Azərbaycana qarşı və Sakit Zayidov Azərbaycana qarşı işlər üzrə presedentlərinin hazırki işə tətbiqi. Məhkəmə tərəfindən işin hallarının milli və beynəlxalq qanunvericiliyin və həmin presedentlərin tələbinə əsasən qiymətləndirilməsi İlk əvvəl məhkəmə onu qeyd edir ki, Avropa Məhkəməsinin bəzi presedentlərinə görə Avropa Konvensiyasının 6-cı maddəsi təkcə işin məhkəmə mərhələsinə deyil, məhkəməyəqədərki mərhələyə də (hazırki işdə ibtidai araşdırma mərhələsinə) tətbiq oluna bilər. Belə ki, Salduz Türkiyəyə qarşı işdə (xx xxxxxx 2008-ci il tarixli qərar) Avropa Məhkəməsi belə bir hüquq mövqe formalaşdırmışdır ki, cinayət işləri ilə bağlı 6-cı maddənin ilkin məqsədi «cinayət məsuliyyəti»ni müəyyən etmək üçün səlahiyyəti olan «məhkəmə» tərəfindən ədalətli araşdırmanın aparılmasının təmin edilməsi olsa da, bu, həmin maddənin məhkəməyəqədərki proseslərə tətbiq edilmədiyi anlamına gəlmir. Belə ki, 6-cı maddənin müddəalarına ilkin olaraq əməl olunmaması məhkəmə baxışının ədalətliliyinə ciddi xələl gətirdikdə, həmin maddə işin məhkəməyə göndərilməsinə qədər olan mərhələyə də tətbiq oluna bilər. Məhz bu nöqteyi-nəzərdən çıxış edən Avropa Məhkəməsi Tacir Layıcov və Sakit Zayidovun işləri üzrə qərarlarında Avropa Konvensiyasının 6-cı maddəsində göstərilən təminatları işin məhkəməyəqədərki mərhələsinə aid etmiş və bunun əsası kimi Salduz Türkiyəyə qarşı işə istinad etmişdir. Tacir Layıcov Azərbaycana qarşı və Sakit Zayidov Azərbaycana qarşı işlər üzrə Avropa Məhkəməsinin qərarlarında müəyyən olunan standartları hazırki işə tətbiq edən məhkəmə hesab edir ki, bu işdə də iki məsələ:birincisi, maddi sübutların, yəni xx xxx 2020-ci il tarixdə keçirilməsi göstərilən şəxsi axtarışlar zamanı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 «tapılan» heroin və Məmədov Mətin İqbal oğlundan «tapılan» narkotik vasitə olan qurudulmuş marixuanadan ibarət maddi sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edilmə şəraitinin onların mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığı, ikincisi, sübutların mötəbərliyini təkzib etmək və ölkədaxili proseslərdə ondan istifadəyə etiraz etmək üçün təqsirləndirilən şəxslərə imkan verilib-verilmədiyi məsələsi araşdırılacaqdır. İşin hallarına Avropa Konvensiyasının 5 və 6-cı maddələrinin, Avropa Məhkəməsinin həmin maddələrin tətbiqi üzrə presedentlərində, o cümlədən «Tacir Layicov Azərbaycana qarşı» və «Zakit Zayidov Azərbaycana qarşı» qərarlarında formalaşdırdığı hüquqi mövqenin və Azərbaycan Respublikasının yuxarıda istinad olunan qanunvericilik aktlarının işığında hüquqi qiymət verən məhkəmə birinci məsələ ilə bağlı qeyd edir ki, bu işdə bir sıra çatışmazlıqlar və qanun pozuntuları olmuş və bunlar sübutların mötəbərliyinə əsaslı kölgə salmışdır. Belə ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulması və onların şəxsi axtarışı ilə bağlı işdə olan və ittiham tərəfindən heç bir mötəbər sübutlarla aradan qaldırıla bilməyən ziddiyyətli məqamlar Təqsirləndirilən şəxs3 xx xxx 2020-ci il tarixdə, saat 01.10-da, Təqsirləndirilən şəxs1 xx xxx 2020-ci il tarixdə, saat 02.50-də və Təqsirləndirilən şəxs2 xx xxx 2020-ci il tarixdə, saat 04.10-da şübhəli şəxs qismində tutulması, onların üstündə şəxsi axtarışın müvafiq olaraq xx xxx 2020-ci il tarixdə, saat 01.40-02.20-də, saat 03.15-03.55-də və saat 04.35-05.05-də həyata keçirilməsi və tutulma və şəxsi axtarış zamanı onların bütün prosessual hüquqlarının təmin olunmasına əsaslı şübhələr yaradır. Belə ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadələrində artıq polis tərəfindən xx xxx 2020-ci il tarixdə, saat 19 radələrində Balakən rayonu Katex kəndində tutulduqlarını, burada 40 dəqiqə ərzində avtomaşında saxlanıldıqlarını və təqribən 40 dəqiqədən sonra Balakən RPŞ-dən gələn polis əməkdaşları tərəfindən şəxsi axtarışa məruz qaldıqlarını, üstlərində və həmçinin Təqsirləndirilən şəxs3 avtomaşınında heç bir narkotik vasitənin tapılmadığını, bundan sonra polis şöbəsinə aparıldıqlarını və polis şöbəsinin həyətində bir daha şəxsi axtarışa məruz qaldıqlarını və üstlərində və avtomaşında heç bir narkotik vasitənin tapılmadığını, lakin onların Katex kəndində həmin vaxt tutulmasının və üstlərində axtarışın aparılmasının qeyd edilmədiyini və sənədləşdirilmədiyini, həmin axtarışın hal şahidlərinin və müdafiəçilərin iştirakı olmadan və videoçəkiliş aparılmadan keçirilməsini göstərmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid1 da Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özü ilə birlikdə xx xxx 2020-ci il tarixdə, saat 19 radələrində Balakən rayonu Katex kəndində saxlanıldığını, 40 dəqiqədən sonra polis əməkdaşlarının ora gəldiyini, üstlərində şəxsi axtarış aparılmasını və üstlərində heç bir narkotikin tapılmadığını, bundan sonra polis şöbəsinə aparıldıqlarını və polis şöbəsinin həyətində bir daha şəxsi axtarışa məruz qaldıqlarını və üstlərində və avtomaşında heç bir narkotik vasitənin tapılmadığını, lakin onların Katex kəndində həmin vaxt tutulmasının və üstlərində axtarışın aparılmasının qeyd edilmədiyini və sənədləşdirilmədiyini, həmin axtarışın hal şahidlərinin, müdafiəçinin iştirakı olmadan və videoçəkiliş aparılmadan keçirilməsini göstərmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx xxx 2020-ci il tarixdə tutulması və polis şöbəsinə gətirilməsi həmçinin işin İ cildi, 3-cü vərəqində olan Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X33 RPŞ-nin rəisinə ünvanladığı və Balakən RPŞ-nin NK-1 kitabında xx.xx.2020-ci il tarixdə 273 № ilə qeydə alınmış xx.xx.2020-ci il tarixli raportu, işin İ cild 124-cü vərəqində olan Balakən RPŞ-nin TB-nin baş təhqiqatçısı X24 RPŞ-nin rəisinə ünvanladığı xx.xx.2020-ci il tarixli raportu və digər iş materialları, o cümlədən təqsirləndirilən şəxslərin ilk əvəl yazdıqları izahatları ilə də təsdiq olunur. Əslində iş materialları ilə, həmçinin təqsirləndirilən şəxslərin məhkəmədə verdiyi ifadələri və iş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmədəki ifadəsi, həmçinin polis əməkdaşlarının ifadələri ilə birbaşa müəyyən olunur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx xxx 2020-ci il tarixdə, saat 19 radələrində tutulması ilə müvafiq olaraq Təqsirləndirilən şəxs3 tutulmasının sənədləşdirildiyi xx xxx 2020-ci il saat 01.10 arasında 6 saatdan artıq, üstündə şəxsin axtarışın başlanması göstərilən xx xxx 2010-ci il tarix saat 01.40 vaxtı arasında 7 saata yaxın, Təqsirləndirilən şəxs1 tutulmasının sənədləşdirildiyi xx xxx 2020-ci il saat 02.50arasında 8 saata yaxın, üstündə şəxsin axtarışın başlanması göstərilən xx xxx 2010-ci il tarix saat 03.15 vaxtı arasında 8 saatdan artıq, Təqsirləndirilən şəxs2 tutulmasının sənədləşdirildiyi xx xxx 2020-ci il saat 04.10 arasında 9 saatdan artıq, üstündə şəxsin axtarışın başlanması göstərilən xx xxx 2010-ci il tarix saat 04.35 vaxtı arasında 10 saata yaxın vaxt keçmiş və həmin vaxtlar ərzində Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçisiz polis əməkdaşlarının tam nəzarəti altında olmuşlar. Buradan belə nəticəyə gəlmək olar ki, şübhəli şəxs qismindlə tutulması üçün qanunda nəzərdə tutulmuş əsaslar olmadan, yalnız hansısa məlumat əsasında Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx xxx 2020-ci il tarixdə, saat 19 radələrində tutulmuş, onların hələ şübhəli şəxs qismində prosessual statusu müəyyən olunmadan hal şahidlərinin, müdafiəçilərin iştirakı olmdaan və videoçəkiliş aparılmadan üstlərində axtarış aparılmış və bu axtarışın nəticələri sənədləşdirilməmişdir. Eyni prosedur qanunsuz olaraq təqsirləndirilən şəxslər rayon polis şöbəsinə aparıldıqdan sonra polis şöbəsinin həyətində də baş vermişdir. İttihama görə təqsirləndirilən şəxslərin üstlərində Balakən rayonu Katex kəndində heç bir axtarış aparılmamış, bu, polis şöbəsində həyata keçirilmişdir. İttihamın bu mövqeyi əsaslı hesab edildiyi təqdirdə (hərçənd ki, məhkəmə bunu qəbul etmir), məhkəmə üçün başadüşülən deyildir ki, qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında ittiham olunan təqsirləndirilən şəxslər üzərində şəxsi axtarış nəyə görə tutulma yerində-Balakən rayonu Katex kəndində həyata keçirilməmişdir. İttiham tərəfinin təqdim etdiyi sübutlara əsasən təqsirləndirilən şəxslərin üzərində axtarış və götürmə onların Balakən rayonu Katex kəndində saxlanılmasından dərhal sonra həyata keçirilməmişdir. Tərəflər arasında o hal mübahisələndirilmir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulduğu Balakən rayonu Katex kəndindən Balakən RPŞ-nin inzibati binasına təqribən 15 dəqiqə məsafə vardır və onlar bu vaxt məsafəsində tutulduqları yerdən Balakən RPŞ-nin inzibati binasına aparılmış və bir neçə saat polis şöbəsində saxlanılmışlar. İş materialları ilə birmənalı olaraq təqsirləndirilən şəxslərin xx xxx 2020-ci il tarixdə Katex kəndində tutulması, həmin tarixdə də polis şöbəsinə aparılması və burada Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulmasının xx xxx 2020-ci il tarixdə, müvafiq olaraq saat 01.10, 02.50 və 04.10-da sənədləşdirilməsi həmin şəxslərin məhz saatlarla polisin nəzarəti altında olması müəyyən olunur. Yalnız saatlarla polisin nəzarəti altında qaldıqdan sonra təqsirləndirilən şəxslərin üstlərində axtarış və götürmənin keçirildiyi sənədləşdirilmişdir. Hətta axtarış və götürmələrin protokollarda göstərilən vaxt ərzində aparılmasını nəzərə alsaq, onda belə bir nəticə çıxır ki, təqsirləndirilən şəxslərin xx xxx 2020-ci il tarixli həbsi ilə onların üstündə həyata keçirilən prtokollardla göstərilən şəxsi axtarış və götürmə arasında müəyyən vaxt, təqsirləndirilən şəxslərin bildirdiyinə görə təxminən bir neçə saat vaxt keçmişdir. İttiham tərəfi təqsirləndirilən şəxslərin xx xxx 2020ci il tarixdə Balakən rayonu Katex kəndində tutulmasından onların üstündə axtarış aparılmasınadək nə qədər vaxt keçdiyi barədə məhkəməyə hər hansı fakt və sübut təqdim etməmişdir. Ona görə də təqsirləndirilən şəxslərin həbsi ilə protokollarda qeyd edilən şəxsi axtarış və götürmə arasında olan bu vaxt boşluğu sübutların (narkotik vasitələrin) təqsirləndirilən şəxslərin cibinə və ya üzərinə «qoyulması» mümkünlüyü ilə bağlı qanuni və əsaslı narahatlıqlar ortaya qoyur. Belə ki, bu vaxt, yəni Balakən rayonu Katex kəndindən tutulub, Balakən RPŞ-yə gətirilmələri və polis şöbəsində saxlanmaları zamanı Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tamamilə polisin nəzarəti altında olmuşlar. Həmçinin təqsirləndirilən şəxslərin və Şahid1 məhkəmədə verdiyi ifadələrinə görə təqsirləndirilən şəxslər üzərində şəxsi axtarış faktiki olaraq tutulduqları xx xxx 2020-ci il tarixdə, saat 19 radələrində hal şahidlərinin və müdafiəçilərin iştirakı olmadan və videoçəkilişq aparılmadan Balakən rayonu Katex kəndində keçirilmiş, bu zaman təqsirləndirilən şəxslərin üstündə və Təqsirləndirilən şəxs3 avtomaşınında heç bir narkotik vasitə tapılmamış, eyni axtarış onlar Balakən RPŞ-yə gətirildikdən sonra polis şöbəsinin həyətində aparılmış və yenidən təqsirləndirilən şəxslərin üstündə heç bir narkotik vasitə tapılmamışdır. Buradan belə nəticəyə gəlmək olar ki, hələ prosessual statusları müəyyən olunmadan xx xxx 2020-ci il tarixdə Balakən rayonu Katex kəndində təqsirləndirilən şəxs üzərində hal şahidlərinin və müdlafiəçilərin iştirakı olmadan və ya videoçəkiliş aparılmadan şəxsi axtarışın aparılması qanunun tələblərinə zidd olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 2011-ci il 4 mart tarixli, 2 №-li qərarının 28-ci bəndində qeyd olunur ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər tətqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarnının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah eldilsin ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə edilmiş sübutların mümkünlüyü məsələsini Azərbaycan CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bunda əlavə, ittihama əsasən təqsirləndirilən şəxslər üzərində axtarışın onların xx xxx 2020-ci il tarixdə Balakən rayonu Katex kəndində tutulmasından sonra həyata keçirilməməsi qəbul olunduğu şəraitdə, iş materiallarında təqsirləndirilən şəxslər üzərində axtarışın onların xx xxx 2020-ci il tarixdə Balakən rayonu Katex kəndində tutulmasından birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın olmasını güman etməyə əsas verən heç bir dəlil yoxdur və ittiham tərəfindən belə dəlillər məhkəməyə təqdim edilməmişdir. Şübhəsiz ki, belə hallara tutulan şəxslərin ağır xəstəliyi, onların qaçması barədə əsaslı şübhələr, axtarışın həyata keçirilməsinə digər şəxslər tərəfindən yaradılacaq maneələr, texnogen qəzalar, sosial kataklizmlər (müharibə vəziyyəti, fövqəladə vəziyyət və s. bu kimi hallar), təbii kataklizimlər (zəlzələ, sel, daşqınlar və s.) və s. aiddir. Hər halda təqsirləndirilən şəxslər barəsində əməliyyat hazırlayan polis əməkdaşları onların tutulmasını həyata keçirən zaman, onların üzərində axtarışın həyata keçirilməsi üçün müvafiq hazırlıq işləri görməli, yəni axtarışın həmin ərazidə keçirildiyi yeri müəyyən etməli, hal şahidlərini cəlb etməli və ya videoçəkilişi təmin etməli, təqsirləndirilən şəxslərin prosessual hüquqlarının, o cümlədən müdafiə hüququnun təmin edilməsinə şərait yaratmalıydılar. Belə ki, əməliyyat qrupuna təhqiqatçı da daxil edilmişdir ki, Azərbaycan Respublikası CPM-nin 86.4.2-ci maddəsinə görə onun təhqiqatçı kimi təqsirləndirilən şəxslərin üstündə o cümlədən şəxsi axtarış və götürmə prosessul hərəkətini aparmaq səlahiyyəti var idi. Lakin bunlar həmin vaxt qanuni şəkildə edilməmişdir. Balakən RPŞ-yə gətirilənə qədər təqsirləndirilən şəxslərin üstlərində narkotik vasitələrin olmamasını o hal da sübut əsası verir ki, əgər Yevlax şəhərinə gedəndə və qayıdanda Təqsirləndirilən şəxs1 jaketinin altında sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuana olsaydı, onda Katex kəndində və polis şöbəsinin həyətində axtarış zamanı həmin narkotik vasitə dərhal tapılardı. Ancaq Balakən rayonu Katex kəndində və rayon polis şöbəsinin həyətində axtarış zamanı təqsirləndirilən şəxslərin, o cümlədən Təqsirləndirilən şəxs1 üstündə heç bir narkotik vasitə tapılmamışdır. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olması barədə kifayət qədər ilkin sübutlar olduğu təqdirdə şübhəli şəxslər qismində təhqiqat və istintaq orqanına çağrışı vərəqəsi, teleqram, telefonoqram və ya takosqram vasitəsilə çağrılmamış, gəlmədikləri təqdirdə onlar barəsində məcburi gətirmə qərarı verilməmişdir. Qanun norması ancaq cinayət prosesi sübektlərinin göstərilən vasitələrlə cinayət prosesini həyata keçirən orqana çağrılmasını, gəlmədikləri təqdirdə onların məcburi gətirilməli olmasını təsbit edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 226.1-ci maddəsinə əsasən şahid, zərərçəkmiş şəxs, şübhəli, təqsirləndirilən şəxs və başqa şəxslər müstəntiqin yanına şəxsən, özləri olmadıqda isə onların yetkinlik yaşına çatmış ailə üzvlərindən, qonşulardan, mənzil-istismar təşkilatının nümayəndələrindən birinə və ya onların iş, yaxud təhsil yeri üzrə verilən çağırış vərəqəsi ilə çağrılırlar. Onlar həmçinin teleqram, telefonoqram, taksoqram vasitəsilə çağrıla bilər. Azərbaycan Respublikası CPMnin 178.1-ci maddəsinə əsasən məcburi gətirilmə şəxsin cinayət prosesi aparan orqana məcburi çatdırılmasından, habelə istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında onun iştirakının təmin edilməsindən ibarətdir. Azərbaycan Respublikası CPM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanını məcburi çağırışlarına üzrlü səbəb olmadan gəlmədikdə; cinayət prosesini həyata keçirən orqanın çağırışlarını almaqdan boyun qaçırdıqda; cinayət prosesini həyata keçirən orqandan gizləndikdə; daimi yaşayış yeri olmaqıda cinayət prosesində iştirak edən və cinayət prosesini həyata keçirən orqana çağrılan şəxs haqqında məcburi gətirilmə tətbiq edilə bilər. Digər tərəfdən, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olmaları ilə bağlı heç bir əməliyyat-axtarış tədbirləri; onlarla bağlı videomüşahidələrin aparılması, onların izlənilməsi, telefon danışıqlarına qulaq asılması, telefon danışıq məlumatlarının götürülməsi, onların narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olmasına dair videoçəkilişlər həyata keçirilmədən, bunu görən şahidlərin ifadələri alınmadan və sair ilkin sübutlar toplanılmadan, hətta barələrində əməliyyat-qeydiyyat işi açılmadan onların tutulması və prosessual hüquqları pozulmaqla üstlərində narkotik vasitələrin «tapılması» əsaslı şübhələrə səbəb olur və polisin nəzarəti altında olan müddətdə onların üstünə bu narkotik vasitələrin qoyulması nəticəsinə gəlməyə tam əsas yaradır. Göstərilənlərə əsasən məhkəmə birmənalı olaraq hesab edir ki, təqsirləndirilən şəxslərin həbsi ilə onların üstündə şəxsin axtarışın aparılması arasında müəyyən müddət keçmiş, bu müddət ərzində təqsirləndirilən şəxslər tam olaraq polis əməkdaşlarının nəzarətində olmuşlar. İş materiallarının ümumi qiymətləndirilməsinə istinadən məhkəmə belə haqlı nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin həbsi ilə onların üstündə həyata keçirilən şəxsi axtarış arasında müəyyən vaxt; təqsirləndirilən şəxslərin və Şahid1 məhkəmədəki ifadələrinə görə bir neçə saat, iş materiallarına görə də bir neçə saat müddət keçmiş, yəni Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsi ilə onların şəxsi axtarışı arasında müəyyən vaxt boşluğu olmuşdur. Ona görə də həbslə şəxsi axtarış arasında olan bu vaxt boşluğu sübutların (narkotik vasitələrin) təqsirləndirilən şəxslərin üstünə qoyulması mümkünlüyü ilə bağlı qanuni və əsaslı narahatlıqlar ortaya qoyur. Belə ki, həmin vaxt ərzində Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçisiz və prosessual hüquqlarının həyata keçirilməsinə şarait yaradılmadan tamamilə polisin nəzarətində olmuşlar. İşin hallarına hüquqi qiymət verən məhkəmə bu xüsusda onu da bildirir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Avropa Konvensiyasının 5-ci maddəsinin və Azərbaycan Respublikası CPM-nin tələblərinə uyğun tutulmamış; onlara münasibətldə tutulmanın əsasları göstərilməmiş, tutulmanın tarixi, vaxtı və yeri də dəqiq qeyd edilməmişdir. Belə ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndinin «c» yarımbəndinə əsasən hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud törətdikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxs qanuni tutula və ya həbsə alına bilər. «Lukanov Bolqarıstana qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, hüquq pozuntusunun törədilməsində əsaslı olaraq şübhəli bilinən şəxsin həbsi üçün 3 əsas mövcud olmalıdır: 1-si, həmin hüquq pozuntusu həbsin əsası kimi daxili hüquqda faktiki olaraq nəzərdə tutulmalıdır. 2-si, hüquq pozuntusunun törədlilməsində şübhəli bilinən şəxsin tutulması onun səlahiyyətli məhkəmə orqanı qarşısında durması məqsədilə həyata keçirilməlidir. 3-sü, hüquq pozuntusunun törədilməsi barədə şübhə əsaslı olmalıdır. Burada mütləq qaydada şəxsin güman edilən hüquq pozuntusunun törədilməsini təsdiq edən ilkin sübutlar olmalıdır. Cinayət törətməsinə bilavasitə şübhəli olan şəxsin tutulmasının əsasları Azərbaycan Respublikası CPM-nin 148.2.1. 148.2.2 və 148.2.3-cü maddələrində də dəqiq göstərilmişdir. Belə ki, həmin maddələrdə şəxs ya cinayət başında yaxalanmalı, ya da bunun üçün ya zərərçəkmiş şəxs və ya şahidlər həmin şəxsin cinayət əməlinin törətməsini göstərməli, ya da şəxsin bədənində, üstündə, paltarında, istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət əməlinin törədilməsini göstərən aşkar izlər olmalıdır. Azərbaycan Respublikası CPM-nin 148.3-cü maddəsinə əsasən cinayət törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən və cinayət prosesi orqanından qaçıb gizlənməyə cəhd göstərdikdə də o, tutula bilər. Tutulmanın bu əsasları da qanunda birmənalı şəkildə göstərilmiş, şəxsin tutulması üçün mütləq olaraq onun cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsinə aidiyyəti barədə ilkin sübutların, faktların olması təsbit edilmişdir. Bu ona görə edilmişdir ki, tutulan şəxs onu tutan orqanın özbaşınalığından müdafiə olunsun və onun prosessual hüquqlarının həyata keçirilməsinə şərait yaradılsın. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məzmunu və mənbəyi bilinməyən hansısa məlumat əsasında tutulmuşlar. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində isə şəxsin mücərrəd əməliyyat məlumatı, yəni kimliyi bilinməyən şəxsin hansısa yoxlanılmayan məlumatı əsasında tutulması nəzərdə tutulmamışdır. Avropa Konvensiyasının 5-ci maddəsində tutulmanın əsası kimi göstərilən və Azərbaycan Respublikası üçün mütləq olan əsaslarda da mücərrəd əməliyyat məlumatı əsasında şəxsin tutulması qeyd olunmamışdır. Eynilə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx xxx 2020-ci il tarixdə, saat 19 radələrində tutulması həyata keçirilsə də, şübhəli şəxs qismində tutulma haqqında protokollarda Təqsirləndirilən şəxs3 xx xxx 2020-ci il tarixdə, saat 01.10-da, Təqsirləndirilən şəxs1 xx xxx 2020-ci il tarixdə, saat 02.5-də, Təqsirləndirilən şəxs2 isə xx xxx 2020-ci il tarixdə, saat 04.10-da tutulması göstərilmişdir. Bununla da təqsirləndirilən şəxslərin faktiki tutulmasının dəqiq tarixi, vaxtı, yeri və əsasları göstərilməmiş, tutulma qanunamüvafiq qaydada sənədləşdirilməmişdir. Halbuki tutulmanın tarixinin, vaxtının, yerinin və əsaslarının dəqiq müəyyən olunması tutulmuş şəxsin prosessual və digər hüquqlarının təmin olunması nöqteyi-nəzərindən prinsipial əhəmiyyət daşıyır. Şübhəsizdir ki, qanuni əsaslar olmadan şəxsin tutulması, həmçinin tutulmanın vaxtının, yerinin və əsaslarının dəqiq göstərilməməsi Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndinin və Azərbaycan Respublikası CPM-nin 147 və 148-ci maddələrinin kobud pozuntusudur. Məhkəmə onu da bildirir ki, tutulmanın vaxtı ilə bağlı daxili hüquqla Avropa Konvensiyasının 5-ci maddəsi arasında müyyən ziddiyyət olmuş, lakin Azərbaycan Respublikasının xx xxxxxx 2015-ci il tarixli qanunu ilə Azərbaycan Respublikası CPM-nə dəyişiklik edilməklə, bu hal müəyyən qədər aradan qalxmışdır. Belə ki, Avropa Məhkəməsinin Avropa Konvensiyasının 5-ci maddəsi ilə bağlı presedentləri tutulmanı, həbsə almanı o cümlədən şəxsin konkret olaraq polisin nəzarəti altına keçməsi, bu zaman onun hərəkət sərbəstliyinin məhdudlaşdırılması vaxtı ilə bağlayırsa, Azərbaycan Respublikası CPM-də əvvəl tutulmanın və həbsin vaxtı cinayət prosesini həyata keçirən orqanın-təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin onun barəsində müvafiq qanuni əsaslar olduqda tutulma və həbs barədə protokol tərtib edilməsi və ya prosessual qərarın çıxarılması ilə şərtləndirilirdi. Lakin xx xxxxxx 2015-ci il tarixli Qanunla CPM-də müvafiq dəyişiklik edilmiş, Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsində tutulma vaxtı barəsində tutulma tətbiq edilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesab edilmişdir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsində qeyd olunan azadlığın faktiki məhdudladırılması anlayışının isə nəyi ehtiva etməsi aydın deyildir. Bu xüsusda məhkəmə qeyd edir ki, Avropa Konvensiyası tutulma, həbs və azadlıqdan məhrum etmə anlayışlarına eyni məna verirsə, milli qanunvericilikdə xarakteri və prosessual əsasları müxtəlif olmaqla, bu anlayışlar eyni məna daşımır. Bununla bağlı milli qanun normaları yuxarıda göstərilmişdir. Bu da tutulmanın həyata keçirilməsi və sənədləşdirilməsi ilə bağlı hüquqtətbiqetmə praktikasında yanlışlıqlara gətirib çıxarır. Məsələn praktika göstərir ki, bir sıra hallarda polis əməkdaşları şəxsin müəyyən vaxtda və ərazidə saxlanılmasını tutulma ikim qəbul etmir və sənədləşdirmirlər. Onlar bunu polisə dəvət kimi qəbul edir və polis şöbəsində tərtib olunmuş şübhəli şəxsi tutma protokolunun göstərildiyi vaxtdan şəxsin şübhəli şəxs qismində tutulmasını qəbul edirlər. Bu xüsusda məhkəmə nəzərə çatdırır ki, hər bir halda Avropa Konvensiyası Azərbaycan Respublikasının qoşulduğu dövlətlərarası müqavilə olduğundan, Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən o, Azərbaycan Respublikası CPM-dən daha üstün hüquqi qüvvəyə malikdir və onlar arasında ziddiyyət olduqda Avropa Konvensiyasının normaları tətbiq olunmalıdır. Avropa Məhkəməsi özünün presedentlərində dəfələrlə qeyd etmişdir ki,istənilən azadlıqdan məhrum etmə daxili hüquqa, habelə Avropa Konvensiyasının normalarına tam uyğun olmaqla həyata keçirilməlidir. Başqa sözlə, Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, Avropa Konvensiyasının 5-ci maddəsinin konkret tələblərinə əməl edilməsini, hətta onlar daxili hüquqda nəzərdə tutulmasa belə, təmin etmək zəruridir. Azadlıqdan məhrum edilmə Avropa Konvensiyasının təmin etdiyi digər hüquq və azadlıqlara müdaxilə məqsədilə və ya əsassız olaraq tətbiq edilən qanun əsasında həyata keçirilibsə, yaxud bu tədbirin xarakterində qüsur varsa, o, etiraza səbəb olacaqdır. Kurt Türkiyəyə qarşı məhkəmə işində Avropa Məhkəməsi qərara aldı ki, hər bir azadlıqdan məhrum etmə təkcə milli hüququn əsas prosessual normalarına uyğun həyata keçirilməməli, həm də 5-ci maddənin məqsədinə, yəni fərdi hakimiyyət orqanlarının zorakılığından qorumaq məqsədinə cavab verməlidir. Avropa Məhkəməsinin mövqeyinə görə, hüquq-mühafizə orqanının əməkdaşı (faktiki gücün tətbiq edilib-edilməməsindən asılı olmayaraq) aydın şəkildə bildirsə ki, şəxs bu və ya digər yeri tərk edə bilməz, yaxud onun ardınca hər hansı başqa bir yerə getməlidir, bu artıq şəxsin tutulması, həbsə alınması deməkdir. Beləliklə, bu anlayış şəxsin küçədə saxlanılaraq, ondan polis məntəqəsinə getməyin tələb edildiyi hallara da şamil olunur. Burada məcburiyyət amilinin olması önəmlidir. De Vilde, Qoms və Versip Belçikaya qarşı məhkəmə işində Avropa Məhkəməsi bildirdi ki, şəxsin könüllü gəlməsi heç bir əhəmiyyət daşımır. Bundan başqa, azadlıqdan məhrum edilmiş şəxsin azadlıqdan məhrum edildiyindən xəbərsiz olması xüsusi əhəmiyyətə malik deyil; əgər şəxs konkret yeri sərbəst tərk edə bilmirsə, bu kifayətdir. Azadlıq ifrat dərəcədə məhdudlaşdırılırsa və bu tədbirə məruz qalan şəxs istər küçədə, istərsə də, hər hansı digər açıq məkanda müəyyən yeri tərk edə bilmirsə, yaxud hər hansı nəqliyyat vasitəsinin içərisində və ya binada (bunun kamera olması vacib deyil) qalmağa məcbur edilirsə, 5-ci maddənin müddəaları tətbiq edilməlidir. Bununla belə, şəxs müəyyən yerdə olarkən müəyyən dərəcədə azadlığa malikdirsə, bu mütləq o demək deyil ki, 5-ci maddə tətbiq edilə bilməz (məsələn X10rşı, Qutsardi İtaliyaya qarşı, Mantsoni İtaliyaya qarşı, Kipr Türkiyəyə qarşı işlər). Avropa Konvensiyası tutulan şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun təmin edilməsini tələb edir və əks halı Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin pozuntusu kimi qiymətləndirir. Hazırki işin halları ilə bağlı məhkəmə qeyd edir ki, polis əməkdaşları tərəfindən xx xxx 2020-ci il tarixdə Balakən rayonu Katex kəndində təqsirləndirilən şəxslərin saxlanılması, onlara avtomaşından düşüb sərbəst hərəkət edə bilmələrinə icazə verilməməsi və əməliyyat qrupu gələnə qədər 40 dəqiqə ərzində onların avtomaşında saxlanması Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulmasıdır və bu zaman tutulmanı həyata keçirən orqanın və vəzifəli şəxsin tutulmanın tarixi, vaxtı, yeri və əsasları göstərilməklə onun sənədləşdirilməsi, qeydə alınması və tutulan şəxslərin proessual hüquqlarının təmin olunması vəzifəsi ortaya çıxır. İşin hallarına hüquqi qiymət verən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin tutulması qanunamüvafiq qaydada sənədləşdirilmədiyindən, yəni müvafiq qaydada tutulma yeri, tutulmanın dəqiq tarixi, vaxtı və tutulmanın qanuni əsasları qeyd edilmədiyindən, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə Avropa Kovensiyasının 5-ci maddəsinin 1-ci bəndi pozulmuşdur. Anqelova Bolqarıstana qarşı işdə Avropa Məhkəməsi ərizəçinin oğlunun faktiki həbsi sənədləşdirilmədiyi üçün, ona münasibətdə Avropa Konvesiyasının 5-ci maddəsinin 1-ci bəndinin pozuntusunu qeyd etmişdir. Eyni hal X4rşı iş üzrə qərarda da qeyd edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının CPM-də və digər qanunvericilik aktlarında tutulmuş şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun təmin edilməsi xüsusi olaraq göstərilir. Bu xüsusda məhkəmə onu da bildirir ki, xx xxx 2020-ci il tarixdə, saat 19 radələrində tutulan zaman təqsirləndirilən şəxslərə tutulmalarının səbəbləri və onlara qarşı irəli sürülən ittiham barədə məlumat verilməmiş, bununla da onlara münasibətdə Avropa Konvensiyasının 5-ci maddəsinin 2-ci bəndinin tələbləri də pozulmuşdur. Belə ki, qeyd edildiyi kimi, Avropa Konvensiyasının 5-ci maddəsinin 2-ci bəndi tutulmuş hər kəsə ona aydın olan dildə onun tutulmasının səbəbləri və ona qarşı irəli sürülən istənilən ittiham barədə dərhal məlumat verilməsini tələb edir. İşdəki sübutlara hüquqi qiymət verən məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxslər xx xxx 2020-ci il tarixdə, saat 19 radələrində tutulan zaman müdafiəçilərlə təmin olunmamışlar. Təqsirləndirilən şəxslərin faktiki tutulan zaman müdafiəçilərlə təmin olunmasının zəruriliyi onların prosessual hüquqlarının təmin edilməsi zərurəti və həm də latın qrafikalı Azərbaycan əlifbasını bilmədikləri ilə də şərtlənir. Belə ki, iş materiallarına (ərizələr, protokollara aid qeydlər va sair sənədlər) və təqsirləndirilən şəxslərin məhkəmədə verdiyi ifadələrinə görə onlar latın qrafikalı Azərbaycan əlifbasını bilmirlər və ədalət mühakiməsinin maraqları birbaşa tələb edirdi ki, təqsirləndirilən şəxslər tutularkən müdafiəçi ilə təmin olunsunlar. İş materiallarından birmənalı görünür ki, xx xxx 2020-ci il tarixdə tutulan zaman təqsirləndirilən şəxslərin hansı prosessual statusda (şübhəli şəxs qismində) olması, həmçinin bu statusda hüquq və vəzifələri onlara izah edilməmiş, bu hüquqlarının, o cümlədən müdafiə hüquqlarının həyata keçirilməsinə şərait yaradılmamış, tutulan zaman onların müdafiəçiləri iştirak etməmişdir. Şəxsi axtarış haqqında protokollardan da görünür ki, təqsirləndirilən şəxslərin şübhəli şəxs statusunda hansı hüquqlarının olması onlara bildirilməmiş, hüquqlarının həyata keçirilməsi üçün heç bir imkan yaradılmamış, onlar polis əməkdaşlarına münasibətdə olduqca əlverişsiz vəziyyətə salınmışdır (prosessual hüquqlarına heç bir təminat verilmədən polisin tam nəzarətində olmuşlar). Bununla da təqsirləndirilən şəxslərin müdafiəçiləri ilə təklikdə konfidensial ünsiyyət saxlamaq və öz müdafiəsini hazırlmaq imkanı verilməmiş, onlara prosessual hüquqları izah edilməmiş, tutulmasının səbəbləri və əsasları izah edilməmişdir. Bu halların özü birbaşa sübut edir ki, ibtidai araşdırma mərhələsində təqsirləndirilən şəxslərin ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Avropa Konvensiyasının 6-cı maddəsinin 3cü yarımbəndində cinayət törətməkdə ittiham olunan hər kəsin şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsait kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiəçidən pulsuz istifadə etmək hüququ təsbit edilmişdir. Mayzit Rusiyaya qarşı işdə (xx xxxxxx 2005-ci il tarixli qərar) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 3 «c» yarımbəndində təsbit olunmuş hüququn məqsədi müdafiə tərəfini adekvat təqdim etməkdən ibarətdir. Bulut Avstriyaya qarşı (xx xxxxxx 1996-cı il tarixli iş üzrə qərar), həmçinin Popov Rusiyaya qarşı (xx xxxxxxxx 2006-cı il tarixli iş üzrə qərar) işlərdə Avropa Məhkəməsi qeyd etmişdir ki, çəkişmə prinsipi baxımından bu müddəanın məqsədi təqsirləndirilən şəxsə qarşı tərəflə müqayisədə onu əlverişsiz vəziyyətə qoymayan şərtlərlə öz müdafiəsini qura bilməsi üçün ağlabatan imkan verməkdir. Puatrimol Fransaya qarşı işdə (xx xxxxxx 1993-cü il tarixli qərar) Avropa Məhkəməsi öz hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir təqsirləndirilən şəxsin müdafiəçi ilə səmərəli müdafiə olunmaq hüququ ədalət mühakiməsinin əsas cəhətlərindən biridir. Təqsirləndirilən şəxsin müdafiəçisi həmçinin cinayət prosesinin qanuniliyinin təminatçısı kimi çıxış edir. Avropa Məhkəməsi Psalnikov Rusiyaya qarşı işdə (xx xxxxxxxx 2009-cu il tarixli qərar) nəzərə çatdırmışdır ki, tələb olunan hüquqdan imtina təkcə könüllü deyil, eyni zamanda bilikli və şüurlu olmalıdır. Ədalətli məhkəmə araşdırılmasının anlayışını təşkil edən fundamental hüquqlardan biri olaraq və Konvensiyanın 6-cı maddəsinin təminatlarının səmərəliliyini təmin edən müdafiəçiyə malik olmaq hüququ bilikli və şüurlu imtina standartlarının xüsusi mühafizəsini tələb edən hüquqların vacib nümunəsidir. «Dayanan» Türkiyəyə qarşı iş üzrə Avropa Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarında göstərilir ki, məhkəmənin qəbul etdiyi və özünün presedent hüququnun əsaslandığı hamılıqla qəbul olunmuş beynəlxalq hüquq normalarının vurğuladığı kimi, təqsirləndirilən şəxs məruz qaldığı dindirmələrdən asılı olmadan, tutulduğu andan vəkilin yardımından istifadə edə bilməlidir. Həqiqətən prosesin ədalətliliyi tələb edir ki, təqsirləndirilən şəxs məsələyə xas olan bütün geniş imkanlardan istifadə edə bilsin. Bununla bağlı işin müzakirəsi, müdafiənin təşkili, təqsirləndirilən şəxsin xeyrinə olan sübutların toplanması, dindirmələrin hazırlanması, narahatlıq içində olan təqsirləndirilən şəxsə dəstək olması və həbsin şərtlərinə nəzarət olunması vəkilin sərbəst keçirməli olduğu müdafiənin fundamental elementlərini təşkil edir. İşin faktiki hallarına həmin məhkəmə presedentlərinin tələbləri işığında qiymət verən məhkəmə belə qənaətə gəlir ki, faktiki olaraq tutulduqları vaxt və üstlərində axtarış aparılan zaman latın qrafikalı Azərbaycan əlifbasını bilmədikləri halda müdafiə hüququ təmin edilməməklə, təqsirləndirilən şəxslər ittiham tərəfinə münasibətdə işinin ədalətli, tam və obyektiv araşdırılması ilə bağlı olduqca əlverişsiz vəziyyətə salınmış, bu hal onlara qarşı ittihamın əsasını təşkil edən maddi sübutların məhz həmin vaxt, yəni tutularaq, tutulduqları yerdən Balakən RPŞ-yə gətirildiyi və saxlandığı, müdafiəçi ilə təmin olunmadığı zaman «qoyulması»nı mümkün edən əsaslı şübhələr və narahatlıqlar ortaya qoymuşdur. Bütün bu hallar onu deməyə əsas verir ki, təqsirləndirilən şəxslərə münasibətdə müdafiə hüquqları kobud şəkildə pozulmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dəqiq hansı tarixdə, hansı vaxtda və hansı yerdə tutulduğu, ittihama əsasən axtarışların onların prosessual hüquqları təmin edilməklə təqsirləndirilən şəxslərin faktiki tutulduğu yerdə nəyə görə qanunamüvafiq aparılmadığını müəyyən etmədən, şəxsi axtarışların cinayət-prosessual qanunvericiliyin normalarına uyğun aparılıb-aparılmadığına düzgün hüquqi qiymət vermədən, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üstündən narkotik vasitə «tapılması» qeyd olunan xx xxx 2020-ci il tarixli şəxsi axtarış keçirmə haqqında protokolları, həmin axtarışların videogörüntülərini (CD diskləri), həmçinin bunun nəticəsində yaranmış digər əsasları, yəni şahid ifadələrini, ekspertiza rəylərini sübut kimi tanımışdır. Həmçinin xx xxxx 2020-ci il tarixli qərarla təqsirləndirilən şəxslərin üstündən «tapılan» narkotik vasitələr maddi sübut kimi tanınmışdır. Həmin sübutların mötəbərliyinə böyük şübhələr olduğu halda, əldə edilməsi üsuluna görə şübhəli olan və bu səbəbdən mötəbər sayılmayan sübutların şəxsin təqsirli bilinməsinə yol verilmədiyini tələb edən qanunun tələbinə əməl etməyən ibtidai araşdırma orqanı həmin sübutlardan istifadə etməklə, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb etmiş, onlara həmin maddə ilə ittiham vermişdir. Bununla da ibtidai araşdırma orqanı Azərbaycan Respublikası CPM-nin tələblərini də pozmuşdur. Belə ki, qanuna görə cinayət prosesini həyata keçirən orqan cinayət təqibi üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması və onlara düzgün hüquqi qiymət verilməsi vəzifəsini daşıyır. Azərbaycan Respublikası CPM-nin 8.0.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaqdan ibarətdir. Azərbaycan Respublikası CPM-nin 85.2.1, 86.2.1 və 207-209-cu maddələrinə əsasən müstəntiq və təhqiqatçı törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək vəzifəsini daşıyır. Bu vəzifələr həmçinin həmin mərhələdə şəxsin işinin ədalətli araşdırılması hüququnun təmin edilməsi zərurətindən doğur ki, təhqiqatçı, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror da ibtidai araşdırma mərhələsində təqsirləndirilən şəxslərin həmin hüququnu təmin etməmişlər. Məhkəmə hazırki işlə bağlı təqsirləndirilən şəxslərin üstündə «tapılmış» maddi sübutların onlara verilmiş ittihamın yeganə sübutu kimi çıxış etdiyini nəzərə alaraq, belə nəticəyə gəlir ki, yuxarıdakı mülahizələr təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı ibtidai araşdırmada istifadə olunmuş maddi sübutların əldə edilməsi üsulu və bu sübutun mötəbərliliyi ilə bağlı onların prosessual hüquqlarının təmin olunmaması və qanunun tələbləri zərurətinə istintaq orqanı, o cümlədən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən baxılmaması bu məhkəməyəqədərki proseslərin bütünlüklə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Ona görə də məhkəmə hesab edir ki, ibtidai araşdırma mərhələsində Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Məhkəmə gəldiyi bu nəticəni həm də onunla əsaslandırır ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş və onlara qarşı ittihamın əsasını təşkil edən sübutlar cinayət-prosessual qanunvericiliyi normalarının pozulması ilə əldə edilmişdir. Belə ki, qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx xxx 2020-ci il tarixdə polis tərəfindən tutularkən, onların prosessual statusu, yəni hansı qisimdə-şübhəli və ya təqsirləndirilən şəxs qismində və ya digər statusda tutulması, tutulmanın əsasları və halları müəyyən olunmamış, onlara tutulmanın əsasları barədə hər hansı məlumat verilməmiş, onların dəqiq hansı tarixdə, vaxtda və yerdə tutulması qeyd olunmamış, hüquq və vəzifələri, o cümlədən özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, tutulduğu andan müdafiəçinin yardımından istifadə etmək, tutulmadan dərhal sonra tutulmasını ailə üzvlərinə xəbər vermək hüququ və digər hüquqları izah edilməmiş, onların tutulma faktının qeydə alınmaq, tutulma sənədləri ilə tanış edilmək, tutulma barədə ailə üzvlərinə xəbər vermək, tutulduğu andan öz vəkili ilə ləyaqətli şəraitdə və nəzarət altında təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq, öz vəkili olmadıqda, onlara müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarında fəaliyyət göstərən vəkillərin siyahısını almaq və seçilmiş vəkillə əlaqə saxlamaq və onunla görüşmək, maddi vəziyyətləri imkan vermədikdə, dövlət hesabına müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarına daxil olan növbətçi vəkillə görüşmək imkanı əldə etmək və ya vəkildən imtina etmək hüquqları pozulmuşdur. Hətta təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulması tarixi, vaxtı və yerinin real əks olunmadığı şübhəli şəxsin tutulması haqqında yazılan protokollarda onların hansı əsaslarla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə nəzərdə tutulan əməli törətməsində şübhəli bilinərək, tutulması, yəni qanunda göstərilən: cinayət qanunu ilə nəzərdə tutulan əməli törədərkən, yaxud bilavasitə bundan sonra cinayət başında yaxalanması; zərərçəkmiş, yaxud hadisəni görən digər şəxslərin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin onun tərəfindən törədilməsini birbaşa göstərməsi; onların bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlərin olması; hadisə yerindən qaçıb gizlənməyə, yaxud cinayət prosesini həyata keçirən orqandan gizlənməyə cəhd göstərməsi; daimi yaşayış yerinin olmaması və ya başqa ərazidə yaşaması və şəxsiyyətinin müəyyən edilməməsi (CPM-nin 148.2.1-148.2-3 və 148.3.1-148.3.3-cü maddələri) hallarının birinin və ya hamısının olması müəyyən edilməmiş və göstərilməmiş, bu iş üzrə həmin əsaslar olmadan CPM-dən sadəcə protokollara köçürülmüşdür. Bundan başqa, iş materiallarından görünür ki, həmin tutma protokolları təqsirləndirilən şəxslərin axtarış protokollarından əvvəl yazılmış və təqsirləndirilən şəxslərin şübhəli şəxs qismində tutulması üçün ibtidai araşdırma orqanında heç bir sübut və şübhəli şəxs qismində tutulması üçün qanunda göstərilən heç bir əsas olmamışdır. Təqsirləndirilən şəxslər üzərində narkotik vasitə axtarış protokolları üzrə Təqsirləndirilən şəxs3 tutulmasından 30 dəqiqə sonra, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulmasından müvafiq olaraq 25 dəqiqə sonra «tapılmışdır». Eyni zamanda şəxsi axtarış protokollarında təqsirləndirilən şəxslərin üstündə narkotik vasitələrin «tapılması» vaxtları ilə verilmiş ittiham üzrə onlarda bu vasitələrin «tapılması» vaxtları arasında böyük fərqlər vardır ki, bu da ittihamın mötəbər olmayan sübutlara söykənməsini bir daha göstərir. Məhkəmə qeyd edir ki, qanunda göstərilən əsaslar olmadan təqsirləndirilən şəxslərin hansısa məlumat əsasında tutulması qanunsuzdur. Digər tərəfdən, iş materiallarının hüquqi qiymətləndirilməsi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bu tutulma protokollarının tərtib edilməsindən əvvəl xx xxx 2020-ci il tarixdə polis tərəfindən tutulmuş və polis şöbəsinə gətirilmişlər. Göstərildiyi kimi, bu tutulma zamanı da onların yuxarıda göstərilən prosessual hüquqları kobud şəkildə pozulmuşdur. Halbuki qeyd edilən hüquqlara təminat verilməsi Azərbaycan Respublikası Konstitusiyasının 63 və 67-ci maddələrinin, Avropa Konvensiyasının 5 və 6-cı maddələrinin və Azərbaycan Respublikası CPM-nin 147-148 və 153-cü maddələrinin birbaşa tələbidir. Məhkəmə daxili qanunvericiliyə istinad edərək, onu da bildirir ki, «X3» Qanunda əməliyyat-axtarış tədbiri və onun nəticəsi kimi şəxsin şübhəli şəxs qismində tutulması nəzərdə tutulmamışdır. Məhkəmə bir daha qeyd edir ki, faktiki tutularkən, həmçinin üstündə axtarış aparılan zaman müdafiə hüquqları təmin edilməməklə, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində əməliyyat-axtarış fəaliyyətini sanksiyalaşdıran, onların tutulmasını həyata keçirən, işləri barəsində təhqiqat və istintaqı həyata keçirən orqana müqayisədə olduqca əlverişsiz vəziyyətə salınmışlar. Ədalət mühakiməsinin maraqları tələb edirdi ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhz tutulduğu andan müdafiəçi ilə təmin olunsun və prosessual hüquqlarının pozulması hallarına imkan verilməsin. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə ittiham verilməsi ilə bağlı ittiham tərəfinin yuxarıda sadalanan sübutlarının hər birinə ayrı-ayrılıqda hüquqi qiymət verməyi zəruri hesab edir. xx xxx 2020-ci il tarixli şəxsi axtarış haqqında protokollarından və videogörüntü disklərindən görünür ki, həmin protokollar və videoçəkilişlər polis şöbəsinin təhqiqatçısı tərəfindən tərtib və təşkil edilmişdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CPM-nin 246-247-ci maddələri şəxsi axtarış və götürmənin prosessual əsaslarını: bu hərəkətlərin keçirilməsi halları, şərtləri, qaydaları, ardıcıllığı və bu hərəkətin kimin qərarı əsasında aparılmasını, həmçinin bu hərəkətlər zamanı hansı sənədlərin tərtib olunması və həmin prosessual sənədlərdə hansı halların göstərilməli olması, bu prosessul hərəkətlərdə iştirak edən şəxslərin müvafiq hüquq və vəzifələrinin izah olunaraq, həmin hüquqların təmin olunmasını təsbit etmişdir. Bununla da qanun cinayət prosesi tərəfləri üçün bərabər imkanlar,həmçinin müdafiə tərəfini cinayət prosesini həyata keçirən orqanın mümkün özbaşınalığından qorumaq üçün əsas yaratmışdır. Axtarış və götürmə zamanı bu prosessual hüquqların pozulması, müdafiə tərəfinə öz hüquqlarının həyata keçirilməsinə lazımi şəraitin yaradılmaması təbii ki, həmin prosessual hərəkətlərin nəticələrinə böyük kölgə salır və onların mötəbərliyinə ciddi şübhə yaradır. Əldə olunma üsulu və qaydası şübhəli olan, prosessual qanunvericiliyin tələblərinin pozulması ilə xarakterizə olunan axtarış, şəxsi axtarış və ya götürmənin nəticələrini əks etdirən müvafiq protokol da bu mənada şəxsin təqsirliliyini təsdiq edən mötəbər sübut kimi qəbul oluna bilməz. Hazırki işdə də şəxsi axtarış haqqında prosessual hərəkətlərə, o cümlədən onların protokollaşdırılmasına dair qanunda nəzərdə tutulmuş tələblər kobud şəkildə pozulmuşdur. Belə ki, mötəbər sübutlar əsasında müəyyn olunmuş hal kimi xx xxx 2020-ci il tarixdə Katex kəndində və polis şöbəsinin həyətində keçirilən şəxsi axtarışda müdafiəçilərin və hal şahidlərinin iştirakı təmin edilməmiş, videoçəkiliş aparılmamış, həmin prosessual hərəkətdə həmin vaxt kim tərəfindən hansı prosessual hərəkətin; şəxsi axtarışın aparılması, onun məqsədi barədə iştirakçılara elan olunmamış, bununla bağlı müvafiq qərar təqsirləndirilən şəxslərə təqdim edilməmiş, onların hansı prosesul statusda həmin hərəkətdə iştirakı onlara bildirilməmiş, təqsirləndirilən şəxslərin hüquq və vəzifələri və məsuliyyəti, o cümlədən onların müdafiə hüququnun, yəni müdafiəçi tələb etmək və müdafiəçinin bu prosesdə iştirakının təmin olunması hüququnun olması izah olunmamış, təqsirləndirilən şəxslərin axtarışın qanunun tələblərinə uyğun keçirilməsini tələb etmək, protokolda yazılmalı olan qeydlər vermək, həmin hərəkəti həyata keçirən şəxsə etiraz etmək, bunu həyata keçirən şəxsin hərəkətlərindən şikayət etmək hüquqları pozulmuşdur. Həmin axtarış haqqında qərar qəbul edilməməklə, təqsirləndirilən şəxslərin həmin qərarla tanış olmaq hüququ da pozulmuşdur. Eynilə xx.xx.2020-ci il tarixli axtarış protokollarında da hansı prosessual hərəkətin; şəxsi axtarışın aparılması, onun məqsədi barədə iştirakçılara elan olunmamış, onların hansı prosesul statusda həmin hərəkətdə iştirakı onlara bildirilməmiş, təqsirləndirilən şəxslərin hüquq və vəzifələri və məsuliyyəti izah olunmamış, təqsirləndirilən şəxslərin axtarışın qanunun tələblərinə uyğun keçirilməsini tələb etmək, protokolda yazılmalı olan qeydlər vermək, həmin hərəkəti həyata keçirən şəxsə etiraz etmək, bunu həyata keçirən şəxsin hərəkətlərindən şikayət etmək hüquqları izah edilməmiş və pozulmuşdur. Marqlıdır ki, xx.xx.2020-ci il tarix göstərilən şəxsi axtarış təqsirləndirilən şəxslərin şübhəli şəxs kimi tutulduğu göstərilən vaxtlardan müvafiq olaraq 30 və 25 dəqiqə sonra keçirilmişdir. Halbuki qanun şübhəli şəxsin dərhal şəxsi axtarışının keçirilməsini nəzərdə tutur. Göstərilənlər təqsirləndirilən şəxslər üzərində şəxsi axtarışın 2018-ci ilin gecə vaxtlarında keçirilməsinə əsaslı şübhələr yaradır. Qeyd olunanları ümumiləşdirməklə belə nəticəyə gəlmək olar ki, təqsirləndirilən şəxslərin üstündə şəxsi axtarış aparılan zaman, onların axtarış barədə qərarla və onun keçirilməsi əsasları ilə tanış olmaq, şübhəli şəxs qismində həmin prosessual hərəkətdə iştirak etmək, öz müdafiəçisi ilə birlikdə müvafiq müdafiəsini hazırlamaq, şəxsi axtarışa dair qeydlərini vermək, axtarışın qanunda göstərilən tələblərə riayət edilməklə aparılmasını tələb etmək, məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılmasından şikayət etmək və digər hüquqları kobud şəkildə pozulmuşdur. Qanunda tutulan şəxsin tutulduğu vaxtdan axtarışda müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ göstərildiyi halda, tutulduğu vaxtda və axtarışda real olaraq müdafiəçinin yardımından istifadə etməyə şərait yaradılmayaraq, bu hüquq təmin olunmamaqla, təqsirləndirilən şəxslərin müdafiə hüquqları kobud şəkidə pozulmuşdur. Bununla da tərəflərin bərabərliyi prinsipinin real olaraq tətbiqi heçə enmişdir ki, bu hal da hazırki işin ibtidai araşdırmasının ədalətli və qanuni şəkildə həyata keçirilməsini tam şübhə altına alır. Halbuki yuxarıda istinad olunan Azərbaycan Respublikası Konstitusiyasının 25, 61-ci maddəsinin 3-cü bəndi, 63-cü maddəsi, 67-ci maddəsinin 1-ci bəndi, 127-ci maddəsi, Avropa Konvensiyasının 6-cı maddəsinin 1 və 3cü bəndləri, Azərbaycan Respublikası CPM-nin 10.1, 10.2, 10.5, 11.1, 12.1, 14.2, 14.4, 19.1, 19.4.1, 19.4.2, 21.1, 21.2, 21.3, 32.1, 33.1 və 33.2-ci maddələrinə əsasən cinayət prosesinin ədalətli şəkildə və qanun əsasında həyata keçirilməsi, bu zaman cinayət prosesi tərəflərinə bərabər şəraitin yaradılması, onların hüquqlarının təmin edilməsi, şübhə altına alınan şəxsin və təqsirləndirilən şəxsin bütün hüquqlarının, o cümlədən müdafiə hüququnun təmin edilməsi istər milli qanunvericilikdə, istərsə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə imperativ qaydada qeyd edilmişdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Hazırkı iş üzrə ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir sıra konstitusion hüquqları pozulmaqla, kobud qanun pozuntularına yol verilməklə (yuxarıda istinad olunan Konstitusiyanın 25, 61-ci maddəsinin 3-cü hissəsi, 67-ci maddənin 1-ci hissəsi, 127-ci maddəsi, Avropa Konvensiyasının 6-cı maddəsi, Azərbaycan Respublikası CPM-nin 19.1,19.4.1 və 19.4.2-ci maddələrinin pozuntusu və s), onlara qarşı sübutlar qanunsuz yolla əldə edilmişdir. Bundan başqa, xx xxx 2020-ci il tarixli şəxsi axtarış keçirmə haqqında protokollarda elektron tərəzidə çəkilməklə Təqsirləndirilən şəxs3 “götürülən» narkotik vasitə olan heroinin 0,64 qram, Təqsirləndirilən şəxs1 «götürülən» qurudulmuş marixuananın 350 qram və Təqsirləndirilən şəxs2 «götürülən» heroinin 0,64 qram olduğu müəyyən edilmişdir. İş üzrə keçirilən məhkəmə-bioloji ekspertizasının xx xxx 2020-ci il tarixli, 17/296 nömrəli rəyində isə Təqsirləndirilən şəxs3 “götürülən» narkotik vasitə olan heroinin 0,636 qram, Təqsirləndirilən şəxs1 «götürülən» qurudulmuş marixuananın 340 qram və Təqsirləndirilən şəxs2 «götürülən» heroinin 0,639 qram olması, bundan 0,05 qramının (Təqsirləndirilən şəxs3) tədqiqata sərf olunması, qalıq kütlənin 0,586 qram olması, bundan 0,05 qramının (Təqsirləndirilən şəxs2) tədqiqata sərf olunması və qalıq kütlənin 0,589 qram olması, bundan 0,05 qramının (Təqsirləndirilən şəxs1) tədqiqata sərf olunması və qalıq kütlənin 339,95 qram olması qeyd edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs3 “götürülən» narkotik vasitə olan heroinin, Təqsirləndirilən şəxs1 «götürülən» qurudulmuş marixuananın və Təqsirləndirilən şəxs2 «götürülən» heroinin şəxsi axtarış zamanı tərəzidə çəkisi ilə ekspertiza rəyindəki çəkisi arasında kəskin fərq vardır. Sübutların qiymətləndirilməsi barədə xx xxxx 2020-ci il tarixli qərarda və ya iş üzrə ibtidai araşdırma orqanının hər hansı digər qərarında şəxsi axtarışda istifadə olunan tərəzi ilə məhkəməbioloji ekspertizasında istifadə olunmuş markası məlum olmayan tərəzi tədqiq edilməmiş, onların düzgün işləyib-işləməməsi, nəyə görə belə fərq verməsi, həmçinin nəyə görə şəxsi axtarışlarda və ekspertizada biri-biri ilə ölçüdə fərq verən tərəzilərdən istifadə olunması, bunun hansı zərurətdən yaranması və hansı qanunvericilik aktı ilə tənzimlənməklə qanuni olması məsələləri aydınlaşdırılmamış, bu ziddiyyətlər aradan qaldırılmamış və onlara hüquqi qiymət verilməmişdir. Hətta narkotik vasitələrin olduğu güman edilən büküm və ya sellofan torbalar çəkilməmiş, onların çəkisi müəyyən edilməmiş və məhz həmin torbaların çəkisi ilə narkotik vasitələrin təmiz çəkisinin birlikdə şəxsi axtarış zamanı protokollarda göstərilən çəkiləri verməsi aydınlaşdırılmamış və buna hüquqi qiymət verilməmişdir. Göstərilənlər şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs3 şəxsi istehlak miqdarından artıq miqdarda heroinin «tapılması», bu kütlənin təmiz çəkisinin 0,64 qram, yoxsa 0,636 qram olması, Təqsirləndirilən şəxs1 şəxsi istehlak miqdlarından artıq miqdarda qurudulmuş marixuananın «tapılması» və bu kütlənin təmiz çəkisinin 350 qram, yoxsa 340 qram olması, həmçinin Təqsirləndirilən şəxs2 şəxsi istehlak miqdarından artıq miqdarda heroinin «tapılması» və bu kütlənin təmiz çəkisinin 0,64 qram, yoxsa 0,639 qram olması və təqsirləndirilən şəxslərdə axtarış zamanı «tapılması» göstərilən heroin və qurudulmuş marixuananın ekspertizaya təqdim edilməsi və məhkəmə-bioloji ekspertizası tərəfindən də şəxsi axtarış zamanı «tapılan» heroin və qurudulmuş marixunaya dair xx xxx 2020-ci il tarixli, 17/296 saylı nömrəli rəyin verməsi ilə bağlı əsaslı şübhələr yaradır. İttiham tərəfi də bu əsaslı şübhələri aradan qaldıran hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İşin hallarına hüquqi qiymət verən məhkəmə Azərbaycan Respublikası CPM-nin 9.2,125.2.1, 125.2.3, 125.3-cü maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 4-cü hissəsi, Avropa Konvensiyasının 6-cı madddəsi və həmin maddənin tətbiqi ilə bağlı yuxarıda göstərilən presedentlərin tələbinə istinad edərək, birmənalı nəticəyə gəlir ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilmədiyindən, xx xxx 2020-ci il tarixli şəxsi axtarış protokolları (3 ədəd), xx xxx 2020-ci il tarixli şəxsi axtarış keçirmə haqqında videogörüntüləri (CD disklərini), maddi sübutları CM-nin 234.1-ci maddəsilə verilən ittihamın həqiqiliyini şübhə altına almaqla, həmin prosessual hərəkətlər və ona əsaslanan istintaq hərəkəti protokolları, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və bununla bağlı həyata keçirən digər istintaq hərəkətlərinin nəticələri mötəbər sübut kimi qəbul edilməməlidir və edilmir. Deveyer Belçikaya qarşı işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ittiham-fərdin cinayət hüquq pozuntusu törətdiyinə dəlalət edən və ya şübhəli şəxs qismində onun vəziyyətinə mühüm təsir göstərən ehtimalların olduğu barədə səlahiyyətli dövlət hakimiyyəti orqanı tərəfindən ona rəsmi məlumatın verilməsidir. X18rşı işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, azadlıqdan məhrum edilmə riski mövcud olduqda ədalət mühakiməsinin maraqları prinsip etibarı ilə müdafiəçi ilə təmsil olunmaq hüququnu nəzərdə tutur. İşin yuxarıda göstərilən faktoloji və hüquqi əsaslarına, qanun normalarına istinad edən məhkəmə həmçinin hesab edir ki, məhkəmə-bioloji ekspertizasının xx xxx 2020-ci il tarixli, 17/296 nömrəli rəyi məhz təqsirləndirilən şəxslərin üstündən «tapılması» göstərilən, əslində isə təqsirləndirilən şəxslərin ədalətli məhkəmə araşdırması hüququnun pozulması ilə qanunuz yolla əldə edilməklə, mötəbər sayılmayan maddi sübutlara (narkotik vasitə olan heroinlər və qurudulmuş marixuanaya) əsaslandığından, mötəbər sayıla bilməz. Ona görə də məhkəmə, məhkəmə- bioloji ekspertizasının həmin xx xxx 2020-ci il tarixli, 17/296 nömrəli rəyini Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinmələrinə əsas verən mötəbər sübut saymır. İttiham tərəfi həmin ekspertiza rəyinin tək mötəbər sayılmayan maddi sübuta istinad edilməklə verilməməsi və həmin maddi sübut olmadan da təqsirləndirilən şəxslərin qanunsuz olaraq narkotik vasitə əldə edib, saxlanmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair ittiham tərəfinin digər sübutu şahid ifadələridir. İfadələri alınmış bu şahidlər də təqsirləndirilən şəxslərin şəxsi axtarışlarında iştirakı qeyd edilən polis əməkdaşları Şahid2, Şahid3, Şahid4 və Şahid5dur. Azərbaycan Respublikası CPM-nin 95.1-ci maddəsinə əsasən iş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağrılıb şahid qismində dindirilə bilər. İlk öncə məhkəmə qeyd edir ki, istənilən əməliyyat-axtarış tədbiri, o cümlədən cinayətkarlıqla mübarizə fəaliyyəti qanunsuz yolla, şəxsin qanuni hüquqlarının pozulması yolu ilə onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün faktiki əsasların «yaradılmasını» deyil, polisin müdaxiləsi olmadan hazırlanan və ya törədilmiş cinayətin ifşa edilməsini təmin etməli və məhz belə olduqda həmin əməliyyatın özü və həm də həmin əməliyyat nəticəsində əldə olunmuş sübutlar qanunilik tələbinə cavab verən, şəxsin hüquq və azadlıqlarını pozmayan, beləliklə də, şəxsin təqsirliliyinin müəyyən olunmasında istifadə edilə bilən əsaslar kimi qəbul edilməlidir. Bunun əksinə olaraq, əgər şəxsin polisin müdaxiləsi olmadan da ona istinad edilən cinayəti törədəcəyini və yaxud törətməyə hazırlaşdığını göstərən əsaslar yoxdursa və törədilmiş əməl, həmçinin şəxsin təqsirliliyi barədə nəticənin əsaslandırılmasında istifadə olunmuş sübutlar polisin qanunsuz müdaxiləsinin nəticəsidirsə, şəxsin cinayət məsuliyyətinə cəlb edilib, cinayətdə təqsirli bilinməsi sübutlara və sübutların tədqiqinə dair qaydalara, ümumiyyətlə ədalətli məhkəmə araşdırması hüququnun ehtiva etdiyi tələblərə cavab verən araşdırmanın nəticəsi kimi qiymətləndirilə bilməz. Bu xüsusda məhkəmə nəzərə çatdırır ki, ittiham tərəfinin bu şahidlərinin ifadələri məhz qanunilik tələbinə cavab verməyən, hüquq və azadlıqların kobud pozuntusu ilə əldə edilən, son nəticədə təqsirləndirilən şəxslərin ədalətli məhkəmə araşdırması hüququna cavab verməyən araşdırmanın nəticəsi kimi ortaya çıxan maddi sübutlar-təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üstündə «tapılan» narkotik vasitələrlə bağlı olmuşdur. Həmin şahidlər məhkəmədə həmin maddi sübut olmadığı halda, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsilə nəzərdə tutulan cinayəti törətməsi barədə hər hansı fakta malik olmadıqlarını bildirmişlər. İş materiallarında da əsas sübutlar olan maddi sübutlar olmadığı halda, bu şahidlərin təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi və ya ona hazırlaması barədə məlumata malik olması haqqında heç bir sübut yoxdur və ittiham tərəfi də bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulması və üstlərində həyata keçirilən şəxsi axtarışlar qanunun tələblərinə zidd olaraq, onların konstitusion və prosessual hüquqlarının kobud pozuntusu ilə aparıldığı və həqiqiliyinə əsaslı təsir göstərdiyi, Şahid2, Şahid3, Şahid4 və Şahid5 təqsirləndirilən şəxslərin üstündə narkotik vasitələrin aşkarlanması barədə ifadələri mənbə kimi xx xxx 2020-ci il tarixli şəxsi axtarış barədə protokollara və videoçəkilişlərə və qanunsuz yolla əldə edilmiş maddi sübutlara əsaslandığı, həmin şəxsi axtarışlar, onların keçirilməsinin əks etdirildiyi videogörüntülər və bunlar əsasında aşkar edilmiş maddi sübutlar mötəbər sübutlar kimi qəbul olunmadığı üçün, həmin şahid ifadələri də həqiqilik, mötəbərlik baxımından əsaslı şübhə doğurmaqla, təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyini sübut edən mötəbər sübutlar kimi qəbul oluna bilməz və qəbul olunmur. Vanyan Rusiyaya qarşı işdə (xx xxxxxx 2005-ci il tarixli qərar) Avropa Məhkəməsi qeyd etmişdir ki, narkotiklərlə bağlı qanunsuz keçirilmiş milis əməliyyatı nəticəsində əldə edilmiş sübutlar nəticəsində şəxs haqqında cinayət işinin qaldırılması ədalət mühakiməsinin ədalətliliyinə zərbə vurmuşdur. Həmin işdə Avropa Məhkəməsi qanunsuz yolla əldə edilmiş sübutların şəxsə qarşı cinayət işinin qaldırılması və onun təqsirliliyinin sübut olunmasında istifadəsini Avropa Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) pozuntusu kimi qiymətləndirmişdir. Ancaq məhkəmə iş üzrə obyektiv həqiqəti əks etdirdiyi və mötəbər sübutlarla işin hallarını ziddiyyətsiz və əlaqəli şəkildə təsdiq etdiyi üçün Şahid1 məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut kimi qəbul edir. Eynilə məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 451 №-li, xx xxxx 2020-ci il tarixli, 452 №-li və xx xxxx 2020-ci il tarixli, 453 №-li rəyləri də aşağıda göstərilənlərə əsasən mötəbər sübutlar kimi qəbul olunmur. Belə ki, həmin rəylər də mənbə olaraq Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qanunsuz yolla əldə edilmiş və mötəbər sayılmayan maddi sübutlara-narkotik vasitələrə söykənmişdir. Təbii ki, ittihamın əsasını təşkil edən maddi sübutlar mötəbər sübut sayılmadığı halda, bu sübutlardan doğan ambulator məhkəmə-narkoloji ekspertizasının sözügedən rəyləri və digər sübutlar da mötəbər sübut sayıla bilməz. Digər tərəfdən, həmin rəylər təqsirləndirilən şəxslərin qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələr əldə etməsi və saxlamasını sübut etmir. Hətta həmin rəylərə inanılaraq, təqsirləndirilən şəxslərdə narkomaniya xəstəliyinin aşkar olunması qəbul edilsə belə, bu, təqsirləndirilən şəxslərin müvafiq olaraq qurudulmuş marixuana və heroin olan narkotik vasitəni qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, daşınması və saxlamasının sübutu anlamına gəlmir. Belə ki, həmin narkotik vasitələr satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarında da istehlak edilə, həmçinin hazırlana, əldə edilə, saxlanıla, daşına və ya göndərilə bilərdi ki, bu əmələ görə də cinayət məsuliyyəti yox, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsilə inzibati məsuliyyət nəzərdə tutulur. Bundan başqa, həmin rəylərin konkret olaraq, hansı tədqiqat metodlarına, anamnez məlumatlarına, qan və sidik analizi məlumatlarına əsaslanması rəylərdə göstərilməmişdir. Həmçinin həmin rəylərdə hansı tədqiqat metodlarına və anamnez məlumatlarına əsaslanaraq, təqsirləndirilən şəxslərin narkomaniya xəstəliyindən əziyyət çəkməsi göstərilmir. Qeyd edilənlər əsasında məhkəmə həmin ambulator məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 451 №li, xx xxxx 2020-ci il tarixli, 452 №-li və xx xxxx 2020-ci il tarixli, 453 №-li rəylərini təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinməsi üçün mötəbər sübut kimi qəbul etmir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə verilən ittihamla bağlı ibtidai araşdırmada şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri ilə məhkəmədə verdiyi ifadələri arasında ziddiyyətə hüquqi qiymət verərək, hesab edir ki, onların məhkəmə istintaqında verdiyi ifadələri mötəbər sayılmalı və qəbul ediməlidir. Onların ibtidai araşdımada bu xüsusda şübhəli şəxs və təqsrləndirilən şəxs qismində verdiyi ifadələri isə iradə ifadələrini əks etdirməmişdir. Belə ki, məhkəmədə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs3, Məmmədov Mətin İqbal oğlu və Təqsirləndirilən şəxs2 xx xxx 2020-ci il tarixdə polisin tam nəzarətinə keçərək tutulması və şöbədə müəyyən müddət saxlanması rəsmiləşdirilməmiş, hüquq və vəzifələri izah edilməmiş, onlar həmin vaxt müdafiəçi ilə təmin olunmamış, sonrakı hərəkətlər zamanı da onların bir sıra hüquqları kobud şəkildə pozulmuşdur. Onlara qarşı ittihamın əsasını qanunsuz yolla əldə edilmiş maddi sübutlar-heroinlər və qurudulmuş marixuana təşkil etmişdir. Eyni zamanda iş materiallarından o da görünür ki, tutulma və axtarış zamanı onlara müdafiəçi ilə görüşmək, konfidensial ünsiyyət saxlamaq, öz müdafiəsini hazırlamaq imkanı verilməmişdir. Təqsirləndirilən şəxslərin müəyyən zaman ərzində müdafiəçisiz tam şəkildə polisin nəzarəti altında olduğu, hüquqlarının izah edilmədiyi və polisin təsiri altında özləri üçün əlverişsiz vəziyyətdə müəyyən qorxu və təşviş keçirdikləri halda, həmin şəraitdə verdiyi ifadələri iradə ifadələrinin nəticəsi kimi qəbul oluna bilməz. Digər tərəfdən, Təqsirləndirilən şəxs3, Məmmədov Mətin İqbal oğlu və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə verilən ittiham üzrə ibtidai araşdırmada verdiyi ifadələri məhkəmə iclasında tədqiq olunmuş və qiymətləndirilmiş hər hansı mötəbər sübutla və ya sübutların məcmuyu ilə təsdiqini tapmamışdır. Əksinə onların məhkəmə iclasında verdiyi ifadələri işin real faktiki halları ilə tam təsdiqini tapır. İşin halları və onların hüquqi qiymətləndirməsi isə o nəticəyə bir daha gəlməyə əsas verir ki, ibtidai araşdırma mərhələsində təqsirləndirilən şəxslərə qarşı ədalətli məhkəmə araşdırması hüququ pozulmaqla, ittihamın əsasını təşkil edən sübutlar qanunsuz yolla əldə edilmişdir, mötəbər deyildir və ittihamın təsdiqi üçün qəbul edilə bilməz. Məhkəmə iclasında verdiyi ifadələrində isə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə verilən ittiham üzrə özlərini təqsirli bilməmiş və onların cinayət məsuliyyətinə cəlb edilməsini polisin onların üstünə narkotik vasitə qoyması ilə əlaqələndirmişlər. Məhkəmə istintaqı və qiymətləndirilməsi ilə də Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə bildirdiklərinin həqiqəti əks etdirdiyi, yəni onlara qarşı ittihamın əsasını təsdiq edən maddi sübutların qanunsuz yolla əldə edildiyi və həmin sübutların və bunların əsasında yaranmış digər sübutların mötəbər olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi halda, ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Məmmədov Mətin İqbal oğlu və Təqsirləndirilən şəxs2 onlara verilən ittihamda öz təqsirini etiraf etməmiş və onların ibtidai araşdırmada CM-nin 234.1-ci maddə üzrə ittihamla bağlı verdiyi ifadələri iş üzrə heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs3, Məmmədov Mətin İqbal oğlu və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında verdiyi ifadələrini mötəbər sübutlar kimi qəbul edir. Həm də Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair cinayət ittihamının hüquqi qiymətləndirilməsi ilə bağlı qanun normalarına və məhkəmə təcrübəsinə istinadən, hazırki iş üzrə müəyyən olunmuş hallara hüquqi qiymət verən məhkəmə qeyd etməyi lazım bilir ki, bu qəbildən olan cinayət işlərinə baxılmasının nəticələri onu göstərir ki, şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olması barədə əməliyyat məlumatının daxil olması adı ilə şəxs barəsində polis əməkdaşı tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilir, həmin qərar rayon polis şöbəsinin rəisi tərəfindən təsdiq edilir, sonra rayon polis şöbəsinin müvafiq qərarı ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılır. Bu işlərdə eyni orqan, yəni polis şöbəsinin əməkdaşları tərəfindən müvafiq qərarla əməliyyat-axtarış tədbirləri həyata keçirilir, sonra işin təhqiqatı və istintaqı aparılır. Faktiki olaraq polis bu barədə öz fəaliyyətini sanksiyalaşdırır, yəni ona icazə verir. Eyni hüquq-mühafizə orqanının, yəni polisin əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı öz fəaliyyətini sanksiyalaşdırması, bu fəaliyyəti həyata keçirməsi, sonradan həmin işin təhqiqatını və ibtidai istintaqını (ibtidai araşdırma) aparması və qanunvericilikdə bununla bağlı hər hansı effektiv nəzarət mexanizminin olmaması təbii ki, bu işlərdə qanunsuz halların baş verməsi üçün şəraitin yaranması nəticəsinə gəlməyə əsas verir. «X3» Azərbaycan Respublikasının Qanununda əməliyyat-axtarış fəaliyyəti subyektlərinin həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri barədə əsaslandırılmış qərarı 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməsi (10-cu maddənin V hissəsi), əməliyyat-axtarış fəaliyyətinə məhkəmə nəzarətinin Azərbaycan Respublikası CPM ilə nəzərdə tutulmuş qaydada həyata keçirilməsi (maddə 19-1) və əməliyyat-axtarış fəaliyyətinə prokuror nəzarətinin olması (maddə 20) göstərilsə də, Azərbaycan Respublikası CPM-də bu fəaliyyətə məhkəmə nəzarətinin hansı prosessual qaydalar çərçivəsində, hansı əsaslarla həyata keçirilməsi, bu zaman kimin müraciətinə, hansı müddətdə baxılması, hansı şəxslərin həmin prosesdə iştirak etməli olması, işə hansı ardıcıllıqla baxılması və hansı qərarın qəbul edilməsi barədə hər hansı qanun norması yoxdur. Eynilə hətta əməliyyat-axtarış fəaliyyəti subyektinin əməliyyat-axtarış tədbirləri ilə bağlı əsaslandırılmış qərarı 48 saat ərzində məhkəməyə daxil olsa belə, qanunda (o cümlədən Azərbaycan Respublikası CPM-də) bu qərara məhkəmə tərəfindən necə baxılması, ona hansı əsaslarla və hansı formada hüquqi qiymət verilməsi nəzərdə tutulmamışdır. Eynilə əməliyyat-axtarış fəaliyyətinə məhkəmə nəzarətinin həyata keçirilməsi, məhkəmədə baxılma qaydası və qərarların qəbul edilməsi haqqında məhkəmə təcrübəsi yoxdur və məhkəmələr tərəfindən əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın bu fəaliyyətinin qanunsuz hesab edilməsi barədə hansısa qərarın qəbul edilməsi çoz az rast gəlinən haldır. Bundan başqa, «X3» Qanunda (20-ci maddənin İV hissəsi) əməliyyat-axtarış tədbirlərinin təşkili, taktikası, üsul və vasitələrinə dair məlumatların prokuror nəzarətinin predmetinə daxil olmaması, yəni prokurorun onları yoxlayıb, müvafiq hüquqi qiymət verə bilməməsi qeyd edilmişdir ki, bu da həmin nəzarətin effektivliyini heçə endirir. Bununla yanaşı, qanuna görə prokurorluq cinayət təqibini həyata keçirdiyi halda, onun eyni zamanda əməliyyat-axtarış fəaliyyətinə nəzarət etməsi bu nəzarətin müstəqilliyinə şübhə yaradır. Həmçinin Azərbaycan Respublikasının qanunvericiliyində prokuror tərəfindən qanunsuz hesab edilən əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin dərhal məhv edilməsi haqqında müddəa yoxdur. Digər tərəfdən, bu sahədə prokuror nəzarətinin nəticələri kütləvi informasiya vasitələrində və yaxud başqa formada ictimaiyyətə açıqlanmır. Bundan əlavə, əməliyyat-axtarış fəaliyyətinin qanunsuz hesab olunması, bu qanunsuzluğa yol verən vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi və pozulmuş hüquqların bərpa olunması barədə tədbirlərin görülməsi haqqında heç bir qərar praktikada mövcud deyildir. Göstərilənlər «X2rşı» iş üzrə Avropa Məhkəməsinin (şikayət №47143/06) qərarında Rusiya Federasiyasının əməliyyat-axtarış fəaliyyəti ilə bağlı qanunverciliyi üçün qeyd etdiyi kimi, Azərbaycan Respublikasının da əməliyyat-axtarış fəaliyyəti ilə bağlı qanunvericiliyinin «keyfiyyətli qanun» standartına tam şəkildə cavab vermədiyini göstərir. Hazırki iş materiallarında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün təqsirləndirilən şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə hansısa məlumatın olması qeyd edilsə də, bu məlmatın kimdən alınması, həmin mənbənin etibarlı olub-olmaması və məlumatın məzmunu barədə işdə heç bir fakt yoxdur, eyni ilə işdə həmin məlumatın yoxlanılması ilə bağlı əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi və həmin əməliyyat-axtarış fəaliyyətinə məhkəmə və prokuror nəzarətinin həyata keçirilməsinə dair heç bir məlumat, fakt və sübut yoxdur və ittiham tərəfi də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Göstərilənlər məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində polis əməkdaşları tərəfindən əməliyyat-axtarış fəaliyyəti adı altında həyata keçirilən tədbirlərə heç bir məhkəmə nəzarəti və ya prokuror nəzarəti olmamışdır. Şərh olunanlar məhkəməyə əməliyyat-axtarış fəaliyyətinə məhkəmə və prokuror nəzarətinin effektli olması barədə nəticəyə gəlməyə heç bir əsas yaratmır. Əksinə, göstərildiyi kimi, qanunun özü təkmil olmayan bu nəzarət mexanizminin səmərəliliyini şübhə altına almağa şərait yaradır. Belə hallar, polis tərəfindən əməliyyat-axtarış fəaliyyətinə sanksiyanın verilməsi və onun həyata keçirilməsi, qanuni təminatlarla əməliyyat-axtarış fəaliyyəti üzərində effektik məhkəmə və prokuror nəzarətinin olmaması şəxsin hüquq-mühafizə orqanı qarşısında tam əlverişsiz vəziyyətə düşməsi və nəticədə onun ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına şəraitin yaranması barədə müəyyən narahatlıqlar doğurur. Ümumiyyətlə, göstərilənlərin işığında eyni orqan tərəfindən bu fəaliyyət növlərinin həyata keçirilməsi şəraitində, bir tabeçilikdə olan polis əməkdaşlarının bir-birinin hərəkətinə nəzarət etməsi və bir-birinin əleyhinə qərarlar verməsini ehtimal etmək belə çətinlik yaradır. Belə ki, əməliyyatı həyata keçirən şəxslər, işin təhqiqatını aparan təhqiqatçı və ibtidai istintaqını həyata keçirən müstəntiq polis işçiləri olmaqla, birbaşa bu əməliyyatı sanksiyalaşdıran rayon polis şöbəsinin rəisinə tabe olan şəxslərdir və onların tabe olduğu şəxsə qarşı gedərək, sanksiyalaşdırdığı işlə bağlı hər hansı fərqli qərarlar qəbul etməsi inandırıcı deyildir. Eyni zamanda belə vəziyyətə tutulma ilə bağlı Avropa Konvensiyasının və Avropa Məhkəməsinin presedentlərinin tələbləri ilə milli qanunvericilikdə olan ziddiyyətlər, bu zaman artıq praktika halına çevrilmiş milli qanunvericiliyin normalarının tətbiqi və şəxsin Avropa Konvensiyasının tələbinə baxmayaraq, tutulduğu tarix, vaxt, yer və əsaslar gösərilməklə tutulmanın dərhal sənədləşdirilib qeydə alınmaması, tutulduğu andan müdafiəçi ilə təmin olunmaması və digər hüquqlarının təmin edilməməsi də birbaşa təsir göstərir və tutulan şəxs tam olaraq hüquq-mühafizə orqanına münasibətdə əlverişsiz vəziyyətə salınır ki, bu da ona qarşı hər hansı özbaşınalığa yol aça bilər. «Veselov və başqaları» Rusiyaya qarşı işdə Avropa Məhkəməsi bir sıra Avropa ölkələrinin qanunvericiliyini tədqiq edərək, həmin ölkələrdə əməliyyat-axtarış fəaliyyətini sanksiyalaşdıran orqanın və onu həyata keçirən orqanın başqa-başqa olduqlarını göstərmişdir. Mütləq əksər ölkələrdə bu fəaliyyət məhkəmə və ya prokuror sanksiyalaşdırılması əsasında həyata keçirilir. Məsələn Türkiyə, Bolqarıstan, Estoniya, Yunanıstan, Lixtenşteyn, Polşa və Sloveniyada bu sanksiya məhkəmə tərəfindən, Çexiya, Fransa, Makedoniya, Portuqaliya, İspaniya və İtaliyada prokuror və xüsusi hallarda məhkəmə tərəfindən verilir. Veselovun işində, həmçinin Vanyan Rusiyaya qarşı və Xudobin Rusiyaya qarşı işlərdə Avropa Məhkəməsi eyni orqan tərəfindən əməliyyat-axtarış tədbirinin sanksiyalaşdırılaraq, həyata keçirilməsini və qanunun buna imkan verməsini, şəxsə qarşı polis özbaşınalığına və nəticədə şəxsin ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına yol açdığını bildirmişdir. Avropa Məhkəməsinin qənaətinə görə qanun əlçatan olmalı, nəticələrini öncədən görmək mümkün olmalı, kifayət qədər aydın şəkildə ifadə edilməli, eləcə də onun qüvvəsinin şamil olunduğu şəxslərlə rəftarda özbaşınalığa qarşı digər təminatlar orada yer almalıdır (Amyur Fransaya qarşı iş və s.). Göstərilən hallar bir sıra işlərdə olduğu kimi, hazırki işdə də baş vermişdir. Belə ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı əməliyyataxtarış fəaliyyətini eyni orqan sanksiyalaşdırmış və həyata keçirmiş, həmin orqan da işin təhqiqat və istintaqını, yəni ibtidai araşdırmasını aparmışdır. Təqsirləndirilən şəxs3, Məmmədov Mətin İqbal oğlu və Təqsirləndirilən şəxs2 barələrində narkotik vasitələrin qanunsuz əldə edilməsi, daşınması və saxlanması ilə bağlı sanksiyalaşdırılaraq həyata keçirilmiş əməliyyat-atarış fəaliyyətinin nəticəsi olaraq tutulmuş, yəni həbs edilmişlər. Halbuki qeyd edildiyi kimi, «X3» Qanunda şəxsin tutulması əməliyyat-axtarış tədbiri kimi nəzərdə tutulmamışdır. Digər tərəfdən, «X3» Azərbaycan Respublikası haqqında qanundakı əməliyyat-axtarış tədbirləri üçün şəxsin şübhəli şəxs qismində tutulması, həmçinin onun üzərində axtarışın aparılması müəyyən edilməmişdir. Bunlar, yəni şübhəli şəxsin tutulması və onun üstündə şəxsi axtarışın aparılması Azərbaycan Respublikası CPM-də nəzərdə tutulan prosessual hərəkətlərdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 «X3» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün tutulması və rayon polis şöbəsinə gətirilməsi, onların üstündə şəxsi axtarışın aparılması həm «X3» Qanunun, həm də Azərbycan Respublikası CPM-nin, eyni zamanda Azərbayan Respublikası Konsitusiyasının 61, 63 və 67-ci maddələrinin və Avropa Konvensiyasının 5 və 6-cı maddələrinin kobud pozuntusudur. İş materiallarından, o cümlədən məhkəmədə dindirilən polis əməkdaşlarının ifadələrindən görünür ki, Balakən RPŞ-də Təqsirləndirilən şəxs3, Məmmədov Mətin İqbal oğlu və Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-qeydiyyat işi başlanmamışdır. Halbuki qanun birmənalı şəkildə o cümlədən əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərarları əsasında əməliyyat-qeydiyyat işinin başlanılmasını, həmin subyekt tərəfindən mütləq qeydiyyata alınmasını və əməliyyat-axtarış tədbirlərinin nəticələrinin əməliyyat-qeydiyyat işində əks edilməsini və sistemləşdirilməsini təsbit edir. Belə ki, «X3» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin İ və İİİ hissələrinə əsasən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi lazım olduqda bu Qanunun 11-ci maddəsinin İİİ hissəsində nəzərdə tutulmuş qərarların əsasında əməliyyat-qeydiyyat işi başlanılmalı və bu iş əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən mütləq qeydiyyata alınmalıdır; əməliyyat-axtarış tədbirlərinini nəticələri əməliyyat-qeydiyyat işində əks edilməli və sistemləşdirilməlidir. Bu qanun normasının da məqsədi şəxsin hüquq-mühafizə orqanlarının səlahiyyətli şəxslərinin mümkün özbaşınalığından, o cümlədən əsassız tutulmaya və axtarışa məruz qalmasından qorunmasıdır. Lakin haqqında əməliyyatqeydiyyat işi açılmadığı və əməliyyat-axtarış tədbirlərinin nəticələri qeyd olunmadığı halda, hansı əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulması və onlarla bağlı əməliyyat-axtarış tədbirlərinin aparılması məhkəməyə aydın deyildir və belə məlumatın olması haqqında da ittiham tərəfindən müvafiq sübutlar təqdim edilməmişdir. Halbuki Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olması məsələsini araşdırmaq üçün qanunvericilik kifayət qədər imkanlar verir. Qanunvericilik, bu əməliyyat məlumatı əsasında əməliyyat-qeydiyyat işi açıldıqdan sonra, heç bir provokasiyaya yol vermədən videokamera vasitəsilə şəxsin özünün və evinin, torpaq sahəsinin və sair obyektlərinin müşahidəsinin aparılmasına, qanuni əsaslar və prosedurlar daxilində onun telefon danışıqlarına qulaq asılmasına, bu yolla şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən şəxsi istehlak miqdarından artıq miqdarda saxlaması üçün məlumatların əldə edilməsinə, ilkin şahid məlumatlarının yoxlanılmasına və sair tədbirlərinin həyata keçirilməsinə icazə verir. Şəxsi provokasiyaya çəkmədən, haqqında narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olması barədə ilkin sübutlar toplandıqdan sonra onun qanunda nəzərdə tutulmuş şərtlər daxilində tutulmasının həyata keçirilməsi və bundan sonra prosessual hüquqlarına tam təminat verməklə müvafiq təhqiqat və istintaq prosedurlarının həyata keçirilməsi, o cümlədən şəxsi axtarışın və götürmənin həyata keçirilməsi mümkün və zəruridir. Təbii ki, bunun üçün istər cinayətprosessual qanunvericiliyinə, istərsə də X3 qanunvericiliyə müvafiq dəyişikliklər edilib, çatışmayan cəhətləri aradan qaldırmaq və əlavə səlahiyyətlər nəzərdə tutulmaqla, bu tədbirlərin keçirilməsi prosedurlarının daha da təkmilləşdirilməsi zəruridir. Yalnız qanuni prosedurlar daxilində toplanmış ilkin sübutlar əsasında şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törətməsinə tam yəqinlik yarandıqdan sonra şəxsin tutulması və prosessual hüquqlar təmin edilməklə iş üzrə müvafiq təhqiqat və istintaq hərəkətlərinin aparılması, o cümldən şəxsi axtarış və götürmənin aparılması, sübutların qanuni yolla əldə edilməsinə şərait yaradar və bu xüsusda olan şübhələri aradan qaldırardı. Heç şübhəsiz ki, şəxsi hüquq-mühafizə orqanlarının mümkün özbaşınalığından qorumaq, pozulmuş hüquqları və ədaləti bərpa etmək funksiyası məhkəmənin ədalət və qanunçuluq prinsiplərinin və insan hüquqlarının qorunmasına nəzarət rolunun daha da gücləndirilməsini önə çəkir. Avropa Məhkəməsi də məsələyə məhz bu mövqedən yanaşaraq, yuxarıda istinad olunan və digər presedentlərində heç bir məqsədin, o cümlədən narkotiklərlə mübarizənin şəxsin ədalətli məhkəmə araşdırması hüququnun pozulması yolu ilə həyata keçirilməsinin yolverilməz olduğunu qeyd edir. Məhkəmə onu da bildirir ki, Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı bir sıra qərarlarından (Vanyan Rusiyaya qarşı, Xudobin Rusiyaya qarşı, Veselov və başqaları Rusiyaya qarşı, Bannikova Rusiyaya qarşı və s.) sonra Rusiya Federasiyası öz cinayət-prosessual və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı qanunvericiliyində müvafiq dəyişikliklər etmiş, özünün, yaşadığı ev və digər obyektlərin videomüşahidəsini aparmaq, əməliyyat-axtarış fəaliyyəti orqanının telefon danışıqlarına qulaq asmaq, şəxsə qarşı heç bir provokasiyaya yol vermədən ilkin sübutlar toplamaq və bu sübutların onun ittiham olunmasında istifadə edilməsi və sair səlahiyyətləri qanunvericilik qaydasında daha da təkmilləşdirilmiş, Konstitusiya Məhkəməsi və Ali Məhkəmə tərəfindən bu məsələlərlə bağlı müvafiq şərhlər verilmişdir. Bu xüsusda bir sıra Avropa ölkələrində, həmçinin Rusiya Federasiyasında şəxsə qarşı heç bir provokasiyaya yol vermədən özünün, yaşadığı ev və digər obyektlərin videomüşahidəsini aparmaq, əməliyyat-axtarış fəaliyyəti orqanının telefon danışıqlarına qulaq asmaq, şəxsin narkotrafiklə məşğul olması barədə ilkin sübutlar toplanılır və yalnız bu ilkin sübutlar əsasında şəxs şübhəli şəxs qismində tutularaq, onun üstündə şəxsi axtarış və götürmə aparılır. Bu işlər üzrə Azərbaycan Respublikasının hüquqtətbiqetmə praktikasında isə heç bir ilkin sübutlar toplanmadan şəxs yalnız hansısa mücərrəd əməliyyat məlumatı əsasında (əksər hallarda iş üzrə əməliyyat-qeydiyyat işi açılmır və təbii ki, həmin məlumat əməliyat-qeydiyyat işində qeyd olunmur) CPM-də nəzərdə tutulmuş əsaslar olmadan və şübhəli şəxs statusu müəyyən edilmədən qanunsuz olaraq tutulur, bu zaman onun tutulması tarixi, vaxtı, yeri və əsasları göstərilməklə dərhal sənədləşdirilmir və qeydə alınmır, tutulmada dərhal müdafiəçiyə malik olmaq hüquqları, tutulmanın əsaslarını və nəyə görə tutulduğunu bilmək, yaxın adamlarına bu barədə məlumat verilmək və digər hüquqları kobud şəkildə pozulur, üstündə dərhal tutulduğ yerdə müdafiəçinin iştirakı ilə və hal şahidləri, ya da videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılmır, şəxs tutulduğu yerdən polis nəzarətində polis şöbəsinə aparılır və müəyyən müddət şöbədə saxlanıldıqdan sonra onun üstündə şəxsi axtarış aparılır. Belə qanunsuz yanaşmalar da təbii ki, tutulan şəxsi onu tutan orqana münasibətdə olduqca əlverişsiz vəziyyətə salır, vəzifəli şəxslərin mümkün özbaşınalığından müdafiə imkanları heçə enir. Nəticədə belə axtarışlar zamanı şəxsin üstündə çox vaxt şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə-maddi sübut «tapılır» və iş üzrə digər sübutlar da bu maddi sübutun əsasında yaranır. Yəni digər sübutların kvintessensiyasını həmin maddi sübut təşkil edir. Ona görə də belə maddi sübutun həqiqiliyi və mötəbərliyinə böyük şübhələr yaranır. Avropa Məhkəməsi də şəxsə verilən ittihamın əsasında həqiqiliyi və mötəbərliyi şübhə doğuran maddi sübutun dayanmasını, onun və bu sübuta əsaslanan digər sübutların mötəbər olub-olmaması məsələsinin aydınlaşdırılmamasını Avropa Konvensiyasının 6-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu kimi qiymətləndirir. Bu halların aradan qaldırılması isə insan hüquqlarının qorunması və qanunçuluğun təmin edilməsi nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir. Hazırki işə baxılmasına istinadən məhkəmə onu da qeyd edir ki, bu səpkili işlərə, habelə digər cinayət işlərinə baxılan zaman başqa ağrılı məsələlər qanunvericilikdə cinayət prosesinin bütün mərhələlərində ittiham və müdafiə tərəflərinin öz işlərinin aparılmasında bərabər imkanlara malik olmasının təsbit edilməməsi, cinayət işlərində ikili istintaqın-ibtidai istintaqın və məhkəmə istintaqının aparılması, yəni faktiki bu istintaqların bir-birini əvəzləməsi, bir çox hallarda isə ziddiyyət təşkil etməsidir (bir-birinə zidd olan halların müəyyən edilməsi). Nəticədə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlər bu istintaqlarda bir-birindən fərqli ifadələr verdikləri halda, bu ifadələrin hansına üstünlük verilməsi, müdafiə tərəfinin dindirilməsində iştirak etmədiyi və bununla da ilkin şərtlərin bərabərliyi prinsipinə cavab verməyən, yəni yalnız bir tərəfin iştirakı ilə alınmış zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaqda alınmış ifadələrinin sübut kimi qəbul edilib-edilməməsi praktikada çox böyük çətinliklər yaradır. Maraqlıdır ki, ittiham tərəfi demək olar ki, bütün məhkəmə araşdırmalarında cinayət prosesi iştirakçılarının ibtidai istintaqda verdiyi ifadələrinə üstünlük verməklə, onlara istinad edir. Lakin bu şəxslərin məhkəmədə fərqli ifadələr verməsinin fərqinə varılmır. Azərbaycan Respublikası CPM-də cinayət prosesi tərəflərinin cinayət prosesinin bütün mərhələlərində bərabərliyi qeyd olunsa (maddə 11, maddə 32 və.) və ibtidai araşdırma cinayət prosesinin mərhələlərindən biri sayılsa da, qanunvericilik həmin mərhələdə ancaq ittiham tərəfinə sübut toplamaq, həmin sübutları qiymətləndirmək və sair səlahiyyətlər vermiş, müdafiə tərəfinə isə həmin mərhələdə verilən ittihamın təkzib edilməsi ilə bağlı müstəqil şəkildə sübutlar əldə etmək, ittihamın şahidlərinin dindirilməsində iştirak etmək, o cümlədən ittihamın şahidlərinin çarpaz dindirilməsini həyata keçirmək, əldə etdiyi sübutları cinayət prosesini həyata keçirən orqana təqdim etmək və onların müvafiq qaydada qiymətləndirilməsini tələb etmək və sair səlahiyyəti verməmişdir. Qanun yalnız həmin mərhələdə müdafiə tərəfinə təhqiqatçı, müstəntiq və ya prokuror qarşısında bu və ya digər məsələ ilə bağlı vəsatət vermək, yəni xahiş etmək hüququ verir. Həmin vəsatətin təmin edilib-edilməməsi isə cinayət prosesini həyata keçirən bu vəzifəli şəxslərin müstəsna səlahiyyətindədir. Azərbaycan Respublikası CPM-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan əməllə bağlı ibtidai istinaqın keçirilməsi mütləq hesab edilmişdir (37-ci maddə, 214-215-ci maddələr və s.). Bu xüsusda məhkəmə bildirir ki, cinayət işi ibtidai istintiaq orqanı tərəfindən toplanmış sübut bazası ilə birlikdə məhkəməyə göndərilir və çox vaxt qəbul edilən məhkəmə qərarlarının əsasında müvafiq qaydada tədqiq edilməklə, həmin sübut bazası dayanır. İş məhkəməyə daxil olduqdan sonra qanuna görə faktiki məhkəmələr, müdafiə tərəfinin ibtidai araşdırmada heç bir sübut təqdim etməyə və həmin mərhələdə ittiham tərəfinin topladığı sübutları təkzib etməyə imkan və səlahiyyətinin olmadığı şəraitdə ittihamın topladığı və təqdim etdiyi sübutlarla «yüklənmiş olurlar». Əslində, əgər qanunvericilikdə işin təhqiqat formasında aparılmaqla ilkin sübutlar əsasında tez bir zamanda məhkəmə müstəvisinə çıxarılması təsbit olunsaydı, onda bu məsələ öz həllini tapardı. Belə ki, məhkəmə müstəvisində tərəflərə öz işlərinin aparılması üçün bütün prosessual imkanlar yaradılır və qanun buna tam yol açır. Lakin hazırki qanunvericiliyin ibtidai istintaqın aylarla davam etməsinə hüquqi əsas verməsi, bu xüsusda həmin mərhələdə təqsirləndirilən şəxsin və ümumən müdafiə tərəfinin ittiham tərəfinə nisbətdə olduqca əlverişsiz vəziyyətə salınması, iş üzrə ikili istintaqın; həm ibtidai istintaqın, həm də məhkəmə istintaqının keçirilməsi və sair bu kimi hallar ilkin şərtlərin bərabərliyi prinsipini pozur. Belə qanun normaları isə «keyfiyyətli qanun» standartına və bu xüsusda «hüquqi müəyyənlik» prinsipinə cavab vermir. Məhkəmə bununla bağlı qeyd edir ki, ümumən, o cümlədən hazırki iş üzrə ittiham orqanı tərəfindən ibtidai istintaqda dindirilən şahid ifadələri «keyfiyyətli qanun» standartına cavab verməyən qanun normaları əsasında alındığı və ədalətli məhkəmə araşdırması standartına cavab vermədiyi səbəbindən, məhkəmə üçün təqsirləndirilən şəxsin təqsirli bilinməsinə faktoloji və hüquqi əsas yarada bilməz. Belə ki, ibtidai istintaqda şahidlər, hazırki işdə polis işçiləri müdafiə tərəfinin; təqsirləndirilən şəxsin və onun müdafiəçisinin iştirakı olmadan dindirilmiş, ibtidai istintaqda həmin şahidlərlə təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilməmiş, eyni zamanda bu şahidlərin ifadələrinin videoçəkili aparılmamışdır. Bununla da müdafiə tərəfi ibtidai istintaqda həmin şahidlərin dindirilməsində iştirak etimək, onlara suallar vermək, onları çarpaz dindirmək, həmin şahidlərin ifadələrini təkzib etmək, bunun üçün müvafiq sübutlarını təqdim etmək, heç olmasa, həmin sübutların əldə edilməsi üçün müstəntiq qarşısında vəsatət verməkdən və sair prosessual imkanlardan məhrum edilmişdir. İbtidai araşdırma mərhələsində bir tərəfin iştirakı olmadan, ədalətli məhkəmə araşdırmasının kvintessensiyasını təşkil edən ilkin şərtlərin bərabərliyi prinsipi pozulmaqla, birtərəfli qaydada (yalnız ittiham tərəfindən) dindirilən şahid ifadələrinin obyektivli və düzgünlüyü təbii ki, böyük şübhə doğurur. Bu şübhə onunla da güclənir ki, bu şahidlərin dindirməsini həyata keçirən müstəntiq təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış fəaliyyətini sanksiyalaşdıran və onun aparılmasını həyata keçirən orqanın işçisi olmaqla, bu qurumun rəhbərinə birbaşa tabedir. Buna görə bu ibtidai istintaq orqanı tərəfindən dindirilən şahidlərinin ifadələrinin həqiqəti əks etdirməsi və obyektiv olması çoxlu suallar doğurur. Məhz məsələyə bu konteksdən yanaşan Avropa Məhkəməsi «X5rşı» iş üzrə qərarında qeyd etmişdir ki, ibtidai istintaq orqanının məhkəməyə təqdim etdiyi sübutlar şəxsin ittiham olunduğu əməldə təqsirli bilinməsinin müəyyən edilməsi üçün deyil, şəxsin məhkəməyə çıxarılması üçün əsas ola bilər. Azərbaycan Respublikası CPM-nin 349.1-ci maddəsinə əsasən də məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Lakin məhkəmə tərəfindən baxılan narkotik vasitələrin qanunsuz dövriyyəsilə bağlı əksər işlərdə qanunsuz yolla əldə edilmiş standart hərəkətlərdən, sübut bazasından; tutulmasının səbəbləri bildirilmədən və prosessual hüquqları izah edilib, bu hüquqlardan istifadə edilməsinə şərait yaradılmadan əməliyyat-axtarış fəaliyyəti adı altında şəxsin tutulması, tutulduğu yerdə üstündə axtarışın aparılmaması, onun müdafiəçisiz və başqa şəxslərin iştirakı olmadan polisin tam nəzarəti altında polis şöbəsinə aparılması, burada prosessual qanunvericiliyin tələblərinin pozulması ilə üstündə formal olaraq axtarışın aparılması, axtarış aparılmazdan əvvəl şəxsə müdafiəçisi ilə görüşmək və öz müdaifəsini hazırlamaq üçün vaxtın verilməməsi və şəraitin yaradılmaması, axtarış zamanı üstündə «tapılan» narkotik vasitənin maddi sübut kimi bütün sübut bazasının əsasını təşkil etməsi, bu «sübut» əsasında ekspertizaların keçirilməsi və əməliyyat-axtarış fəaliyyətində və axtarışda iştirak edən və müdafiə tərəfinin iştirakı olmadan ibtidai istintaqda dindirilən polis əməkdaşlarının və onların dəfələrlə hal şahidləri qismində işə cəlb etdiyi şəxslərin ifadələrindən istifadə olunur, belə «sübutetmə standartı» bu qəbildən olan bütün işlərdə təkrar olunur. Şahid ifadələrində də eyni standart cümlələr və stilistika yer alır. Çox təəssüf ki, ibtidai istintaqa prosessual rəhbərlik həyata keçirilərkən bu hallar nəzərdən qaçırılır. İttiham tərəfi də çox vaxt məhz ibtidai istintaqda verilən şahid ifadələri və qanunsuz yolla əldə edilmiş sübutları təqsirləndirilən şəxsin ittihamı üçün əsas kimi ortaya qoyur. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyəti nəzərdə tutur. Göründüyü kimi, CM-nin 234.1-ci maddəsində narkotik vasitələrin istehlakı üçün cinayət məsuliyyəti nəzərdə tutulmamışdır. Yəni təqsirləndirilən şəxslərin xx xxx 2020-ci il tarixdə Şəki rayonunun ərazisində narkotik vasitənin saxlanması və istehlakı, yəni çəkmələri qəbul olunsa belə, bu narkotik vasitənin şəxsi istehlak miqdarından artıq olub-olmaması və onun saxlanmasının cinayət məsuliyyətini yaradıbyaratmaması müəyyən olunmamış, həmin narkotik vasitələr maddi sübut kimi tanınmamış, onlarla bağlı ekspertiza rəyi alınmamış, ən əsası onlarla, yəni Şəki rayonu ərazisində istehlak olundluğu göstərilən vasitələrlə bağlı təqsirləndirilən şəxslərə ittiham verilməmişdir. Məhkəmə isə CPM-nin 318.1-ci maddəsinə əsasən işə verilən ittiham daxilində baxır və cinayət-prosessual qanunvericiliyində məhkəmələrə ittiham vermək səlahiyyəti verilməmişdir. İttiham tərəfi Təqsirləndirilən şəxs3, Məmmədov Mətin İqbal oğlu və Təqsirləndirilən şəxs2 Azərbaycan Respubllkası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsini təsdiq edən, qanunilik tələblərinə cavab verən, şəxslərin hüquq və azadlıqlarını pozmayan, onların təqsirliliyinin əsaslandırılmasında istifadə edilə bilən sübutlara və sübutların tədqiqinə dair qaydalara, ümumiyyətlə ədalətli məhkəmə araşdırması hüququnu ehtiva edən tələblərə cavab verən, şəxslərin təqsirliliyi barədə bütun faktların uzlaşması ilə bağlı birmənalı nəticəyə gəlməyə əsas yaradan hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə sübutlar olmadığı halda, məhkəmədə Təqsirləndirilən şəxs3, Məmmədov Mətin İqbal oğlu və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi və bununla da onlara qarşı ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan əsaslı şübhələr yaranır ki, ittiham tərəfi bu şübhələri aradan qaldıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməməklə, məhkəmə üçün həmin şübhələrin təqsirləndirilən şəxslərin xeyrinə şərh olunması üçün qanuni zəmin yaradır. Məhkəmə elə ona görə də ittiham tərəfindən aradan qaldırıla bilməyən həmin əsaslı şübhələri Təqsirləndirilən şəxs3, Məmmədov Mətin İqbal oğlu və Təqsirləndirilən şəxs2 xeyrinə həll edir. Belə ki, qeyd edildiyi kimi, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll olunur (Konstitusiyanın 63-cü maddəsi, Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsi). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs3, Məmmədov Mətin İqbal oğlu və Təqsirləndirilən şəxs2 narkotik vasitələri qanunsuz əldə etmələri, daşımaları və saxlamaları və bununla da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübut olunmamışdır. Qeyd olunan hal isə Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər haqqında bəraət hökmünün çıxarılması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn möhtəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 351.3.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri onun təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələrin onun xeyrinə şərh edilməsi nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər. Azərbaycan Respublikası CPM-nin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası CPM-nin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası Konstitusiyasının təqsirsizlik prezumpsiyasından bəhs edən 63-cü maddəsinin 2-ci hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Barbera, Messege və Xabardo İspaniyaya qarşı işdə Avropa Məhkəməsi bildirmişdir ki, ittiham verilən şəxsin təqsirsiz sayılmaq hüququ tələb edir ki, məhkəmənin üzvləri öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsin təqsirləndirildiyi cinayəti törətməsi kimi yanlış fikirdən çıxış etməsinlər; sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə şərh edilməlidir. Minelli İsveçrəyə qarşı işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası ibtidai istintaqın necə nəticələnməsindən asılı olmayaraq, cinayət prosesinin bütün mərhələlərinə aiddir; o, təkcə ittihamın mahiyyətinin araşdırılması ilə məhdudlaşmır. Rinqvold Norveçə qarşı işdə Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, bəraət hökmü çıxarıldıqdan və ya qanunla nəzərdə tutulan müddət keçdiyinə görə prosesə xitam verildikdən sonra məsrəflərin əvəzinin ödənilməsi və kompensasiya üzrə işlərə, hətta həmin işlərdə müvafiq şəxs daha «cinayət törətməkdə ittiham olunan» şəxs olmasa belə, 6-cı maddənin 2-ci bəndi tətbiq edilə bilər. Kompensasiyaya dair proses cinayət prosesinin nəticəsidirsə və ya həmin proseslə əlaqədar olub paralel həyata keçirilirsə, bu halda da 6-cı maddənin 2-ci bəndi tətbiq edilir. «Taxqet Belçikaya qarşı» iş üzrə Avropa Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli qərarında göstərilir ki, vacibdir ki, qəbul edilmiş qərarın mənası təqsirləndirilən şəxslərə və eləcə də adından qərar qəbul edilən «Xalqa» izah edilsin, təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olmasına dair qəbul etdiyi dəlilləri, hər bir suala hansı əsasla təsdiqedici və ya inkaredici cavab verməsinin səbəbləri göstərilsin. Vİİ.Məhkəmənin Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə bağlı gəldiyi yekun nəticə İşdəki sübutlara hüquqi qiymən verən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə verilmiş ittiham üzrə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən, Təqsirləndirilən şəxs3, Məmmədov Mətin İqbal oğlu və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə bəraət verilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs3, Məmmədov Mətin İqbal oğlu və Təqsirləndirilən şəxs2 hər biri barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Eyni zamanda «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə və Azərbaycan Respublikası CPM-nin 62-ci maddəsinə əsasən barələrində CM-nin 234.1-ci maddəsilə bəraət hökmü çıxarılması nəticəsinə gəlinən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilməlidir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs3 götürülməsi göstərilən 0,636 qram çəkidə narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,586 qramı, Təqsirləndirilən şəxs2 götürülməsi göstərilən 0,639 qram çəkidə narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,589 qramı və Təqsirləndirilən şəxs1 götürülməsi göstərilən 340 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 339,95 qramı mənbəyi (sahibi) müəyyən edilənə kimi Balakən RPŞ-də saxlanılmalı, həmçinin iş üzrə maddi sübut kimi tanınması göstərilən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən, həmin şəxslərin yaşadıqları evə, həmçinin Təqsirləndirilən şəxs3 məxsus Xəzər markalı avtomaşına baxış keçirilərkən aparılmış videoçəkilişlər əks olunmuş 07 ədəd CD diski hazırki cinayət işi materiallarının saxlama müddəti ərzində cinayət işində saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132.0.5-ci maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X41 Bölməsinin ekspertiza xərclərinə dair xx.xx.2020-ci il tarixli, 17/296 saylı bildirişindən görünür ki, iş üzrə məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 103,65 manat təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə bəraət verilməsi nəticəsinə gəlindiyi üçün, hesab edir ki, iş üzrə 103,65 manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. İş materiallarında olan vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsinə 20 iş saatı vaxt sərf etməsi göstərilmişdir. Məhkəmə hesabatı iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, hesabat təmin edilməlidir. Belə ki, iş materiallarına əsasən Müdafiəçi2 qeyd edilən cinayət işi ilə bağlı Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsinə məhkəməyədək icraat zamanı 20 iş saatı vaxt sərf etməsi ağlabatan və ədalətlidir. Həmçinin fərdi qaydada fəaliyyət göstərən vəkil Muradov X25 Rayon Məhkəməsində Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsinə 5 iş saatı vaxt sərf etmişdir. İş materiallarında olan vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə 24 iş saatı vaxt sərf etməsi göstərilmişdir. Məhkəmə hesabatı iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, hesabat qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əsasən Müdafiəçi1 qeyd edilən cinayət işi ilə bağlı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə məhkəməyədək icraat zamanı 20 iş saatı vaxt sərf etməsi ağlabatan və ədalətlidir. Həmçinin fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 Balakən Rayon Məhkəməsində Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə 5 iş saatı vaxt sərf etmişdir. İş materiallarında olan vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə 28 iş saatı vaxt sərf etməsi göstərilmişdir. Məhkəmə hesabatı iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, hesabat qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əsasən Müdafiəçi3 qeyd edilən cinayət işi ilə bağlı Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə məhkəməyədək icraat zamanı 20 iş saatı vaxt sərf etməsi ağlabatan və ədalətlidir. Həmçinin fərdi qaydada fəaliyyət göstərən vəkil Daanov X32 Rayon Məhkəməsində Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə 3 iş saatı vaxt sərf etmişdir. İş materiallarında olan vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatda fərdi qaydada fəaliyyət göstərən vəkil X16 məhkəməyədək icraat zamanı şübhəli şəxs Şahid1 hüquqlarının müdafiəsinə 30 iş saatı vaxt sərf etməsi göstərilmişdir. Məhkəmə hesabatı iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, hesabat qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əsasən müdafiəçi X16 qeyd edilən cinayət işi ilə bağlı şübhəli şəxs Şahid1 hüquqlarının müdafiəsinə məhkəməyədək icraat zamanı 10 iş saatı vaxt sərf etməsi ağlabatan və ədalətlidir. Həmçinin iş materiallarından görünür ki, fərdi qaydada fəaliyyət göstərən vəkil X6 Rayon Məhkəməsində Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə 2 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxslərin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxslərin müdafiəçilər tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 120 manat və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat, cəmi 150 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 nəfinə, X39 rayon filialındakı CİF ******* valyuta: AZN Benefisiarın Bankı: Kapital Bank ASC Balakən rayon filialı Filialın Kodu:200695 VÖEN: ********** SVVİFT kod: AİİBAZ2X Benefisiarın adı: Hidayət X11 hesabı: AZ71AİİB******************** VÖEN:********** Muxbir bank:SVVİFT kod: Müxbir hesabına köçürülməli, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 120 manat və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat, cəmi 150 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 nəfinə, «KAPİTALBANK» X29 Rekvizitləri: VÖEN **********,kod 200695, Müxbir hesab AZ37NAB********************, BİK AİİBAZ2x. hesabına köçürülməli, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 120 manat və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 18 manat, cəmi 138 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 nəfinə, X39 rayon filialındakı CİF ******* valyuta: AZN Benefisiarın Bankı: Kapital Bank ASC Balakən rayon filialı Filialın Kodu:200695 VÖEN: ********** SVVİFT kod: AİİBAZ2X Benefisiarın adı: Ceyhun X13 hesabı: AZ11AİİB******************** VÖEN:********** Muxbir bank:SVVİFT kod: Müxbir hesabına köçürülməli, şübhəli şəxs Şahid1 məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat fərdi qaydada fəaliyyət göstərən vəkil X16 nəfinə köçürülməli, həmçinin Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 12 manat fərdi qaydada fəaliyyət göstərən vəkil X21 nəfinə köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4, 55.1, 344-347, 349-350, 352-353, 356-358, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs3, ona qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə bəraət verilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs3 cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs1, ona qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə bəraət verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. X23 cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs2, ona qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilsin. İbtidai istintaq orqanı tərəfindən maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs3 götürülməsi göstərilən 0,636 qram çəkidə narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,586 qramı, Təqsirləndirilən şəxs2 götürülməsi göstərilən 0,639 qram çəkidə narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,589 qramı və Təqsirləndirilən şəxs1 götürülməsi göstərilən 340 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 339,95 qramı mənbəyi (sahibi) müəyyən edilənə kimi Balakən RPŞ-də saxlanılsın; iş üzrə maddi sübut kimi tanınması göstərilən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən, həmin şəxslərin yaşadıqları evə, həmçinin Təqsirləndirilən şəxs3 məxsus Xəzər markalı avtomaşına baxış keçirilərkən aparılmış videoçəkilişlər əks olunmuş 07 ədəd CD diski hazırki cinayət işi materiallarının saxlama müddəti ərzində cinayət işində saxlanılsın. İş üzrə 103,65 manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilsin. Hazırki iş üzrə Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 120 manat və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat, cəmi 150 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 nəfinə, X39 rayon filialındakı CİF ******* valyuta: AZN Benefisiarın Bankı: Kapital Bank ASC Balakən rayon filialı Filialın Kodu:200695 VÖEN: ********** SVVİFT kod: AİİBAZ2X Benefisiarın adı: Hidayət X11 hesabı: AZ71AİİB******************** VÖEN:********** Muxbir bank:SVVİFT kod: Müxbir hesabına köçürülsün; Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 120 manat və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat, cəmi 150 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 nəfinə, «KAPİTALBANK» X29 Rekvizitləri: VÖEN **********,kod 200695, Müxbir hesab AZ37NAB********************, BİK AİİBAZ2x. hesabına köçürülsün; Təqsirləndirilən şəxs2 məhkəməyədək icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 120 manat və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 18 manat, cəmi 138 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 nəfinə, X39 rayon filialındakı CİF ******* valyuta: AZN Benefisiarın Bankı: Kapital Bank ASC Balakən rayon filialı Filialın Kodu:200695 VÖEN: ********** SVVİFT kod: AİİBAZ2X Benefisiarın adı: Ceyhun X13 hesabı: AZ11AİİB******************** VÖEN:********** Muxbir bank:SVVİFT kod: Müxbir hesabına köçürülsün; şübhəli şəxs Şahid1 məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat fərdi qaydada fəaliyyət göstərən vəkil X16 nəfinə köçürülsün; Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 12 manat fərdi qaydada fəaliyyət göstərən vəkil X21 nəfinə köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Sədrlik edən: Zamin Tahirov