Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-51/2022 19.07.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə,müdafiəçi-Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi , Təqsirləndirilən şəxs iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-xx.xx.1992-ci ildə Balakən rayonu Ağkilsə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Balakən rayonu Sarıbulaq kəndində qeydiyyatda olan və faktiki olaraq Balakən rayonu Hənifə kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 25 yanvar 2022-ci il tarixdə gecə saat 02 radələrində Balakən şəhəri H.Əliyev prospekti-54 ünvanında yerləşən, əvvəllər çilingər işlədiyi Zərərçəkmiş şəxs MMC-nin inzibati binasında mühasibin otağında olan dəmir seyfdən 2000 manat pulu oğurlamaq məqsədilə əvvəlcə MMC-nin arxa dəmir qapısından həyətə daxil olub həyətdə yerləşən çilingər sexinin qapısını əli ilə itələyərək açıb içəri daxil olaraq oradan bir cüt fəhlə əlcəyi, bir ədəd dəmir çəkic, iki ədəd vintaçan, bir ədəd laqonda aparatı, üç ədəd digər təyinatlı açarları götürüb, götürdüyü əlcəkləri geyinərək inzibati binanın birinci mərtəbəsinin sol tərəfindəki pəncərəni çilingər sexindən götürdüyü vintaçanla açıb saxlanc yeri olan binaya qanunsuz daxil olaraq mühasib otağında olan Zərərçəkmiş şəxs MMC şirkətinə məxsus saxlanc yeri olan, içərisində 2000 (iki min) manat pul olduğunu hesab etdiyi dəmir seyfi əvvəl vintaçanla aralamaqla, buna nail olmadıqda isə daha sonra dəmir çəkiclə vurub sındırıb içərisindəki pulu oğurlamaq istəmiş, lakin seyfin qapısını aça bilməmiş, ona görə də öz iradəsindən asılı olmayan səbəblərə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən hərəkətini başa çatdıra bilməyərək oğurluq etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri və digər sənədlərin tədqiqi əsasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Balakən rayonu Hənifə kəndində ailəsi ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur.2021-ci ilin təxminən avqust ayından noyabr ayına kimi Zərərçəkmiş şəxs MMC-nin Konserv zavodunda çilingər sexində qaynaqçı vəzifəsində işləmişdir. Aylıq məvacib onu qane etmədiyinə görə işdən öz xahişi ilə azad olunmuşdur. Pula ehtiyacı olduğuna görə xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs MMCnin inzibati binasına mühasib otağına daxil olaraq həmin otaqdakı seyfin qapısını qıraraq oradan pul oğurlamaq qərarına gəlmişdir və 24 yanvar 2022-ci il tarixdən 25 yanvar 2022ci il tarixə keçən gecə MMC-nin inzibati binasına daxil olaraq pul oğurlamağı planlaşdırmışdır. Zərərçəkmiş şəxs MMC-nin mühasib otağındakı seyfdə ən azı 2000 (iki min) manat pul ola biləcəyini fikirləşmiş və həmin pulu oğurlamaq qərarına gəlmişdir. Zərərçəkmiş şəxs MMC-nin çilingər sexində işlədiyindən sexdə alətlərin qoyulduğu yeri bilmiş və həmin alətlərdən vintaçanları, laqonda aparatını, çəkici və başqa alətləri sexdən götürərək inzibati binanın mühasib otağına daxil olaraq orada olan seyfin qapısını qırıb içindəki pulları oğurlamağı planlaşdırmışdır. 25 yanvar 2022-ci il tarixdə təxminən gecə saat 01 radələrindən sonra Zərərçəkmiş şəxs MMC-nin Balakən şəhəri H.Əliyev prospektində yerləşən dairəvi yolun qarşısında olan arxa qapısının üstündən tullanıb keçərək içəriyə daxil olmuşdur. 2013-2014-cü illərdə müddətdən artıq hərbi qulluqçu olaraq işlədiyi vaxtdan qalmış yaşıl rəngdə hərbi geyim formasını tanınmamaq üçün əyninə geyinmişdir. Üstündən də qara rəngli mülki gödəkçəsini geyinmişdir. Hərbi gödəkçənin altından geyindiyi jaketin kapüşon papağını başına keçirmiş, üzündə qara tibbi maska olmuşdur. Qapının üstündən içəri keçdikdən sonra əynindəki qara rəngli, üstdən geyindiyi mülki qış gödəkçəsini çıxardıb qapıdan düşüb sağa doğru təxminən 15 metr getdikdən sonra yolun sağında hasarın dibində bitmiş ağacın iki budağının arasına həmin gödəkçəni qoymuşdur.Böyrünə özü ilə gətirdiyi sellofan torbanı da qoymuşdur.Oğurluq edib çıxdıqdan sonra həmin gödəkçəni yenidən üstdən geyinmək fikri olmuşdur.Oradan addımlayaraq birbaşa binaların arxa tərəfində yerləşən çilingər sexinə doğru getmişdir. Çilingər sexinin qapısı adətən iş vaxtı başa çatdıqdan sonra açarla bağlanmalı olmuş, lakin işlədiyi müddətdə də bəzən işçilər qapını örtüb açarla bağlamayaraq çıxıb getmişlər. Həm də əgər qapı açarla bağlı olmuş olsa da açarın qoyulduğu yeri bilmişdir. Adətən qapının açarı çilingər sexinin giriş qapısının sol tərəfində olan pəncərəsində barı ilə şüşəsinin arasında olan yerə qoyulur. Çilingər sexinə yaxınlaşaraq qapını itələdikdə açarla bağlanmadığını görmüşdür. İçəri ətraf binalardan düşən işıqlarla zəif işıqlanmışdır. Diqqəti cəlb etməmək üçün sexin işıqlarını yandırmamışdır. İçəri daxil olaraq bir ədəd laqonda aparatını, bir ədəd dəmir çəkici, iki ədəd vintaçanı, 3 ədəd açarı və bir cüt fəhlə əlcəyini götürərək içəridən çıxmışdır. Laqonda və açarları içəri daxil olduqda sol tərəfdəki divarlarda olan rəflərdən, çəkic, 2 ədəd vintaçan və bir cüt fəhlə əlcəklərini isə içəri daxil olduqda sağ tərəfdəki iki ədəd stolların üzərindən götürmüşdür. Həmin sexdə işlədiyinə görə alətlərin qoyulduğu yeri bilmişdir. Hava soyuq olduğundan, həm də açarlar yağlı olduğuna görə işləmək rahat olsun deyə əlcəkləri elə həmin yerdəcə əllərinə geyinmişdir. Çilingər sexindən çıxaraq inzibati binaya yaxınlaşmışdır. Binanın birinci mərtəbəsinin sol yan tərəfindəki plastik pəncərəni çilingər sexindən götürdüyü vintaçanı salaraq açmışdır. İçəri daxil olan kimi əlindəki laqondanı pəncərə altlığının üzərinə qoymuşdur. Laqonda həm ağır olmuş, həm də ondan ilk başda istifadə etmək fikri olmamışdır, yəni ondan axırda istifadə etmək fikri olmuşdur, buna görə də sonraya saxlamışdır. Daxil olduğu otağın qapısı açarla bağlı olmamışdır. Həmin otaqdan çıxıb əvvəldən MMC-də işlədiyi vaxtı gördüyü və yerini bildiyi mühasib otağına girmişdir. Özü Zərərçəkmiş şəxs MMC-də işlədiyi vaxt bir neçə dəfə maaş verilərkən həmin otağa girib çıxmışdır və mühasibin otağındakı seyfə bir neçə min manat pulu qoyduğunu görmüşdür.Artıq yanvar ayının 25-i olduğundan maaş veriləsi vaxt çatdığına görə seyfdə ən azı 2000 (iki min) manat pul olacağını fikirləşmişdir. Mühasib otağının qapısı da açarla bağlı olmamışdır. Əli ilə itələyərək həmin otağın qapısını açmışdır. Mühasibin oturduğu masanın sağ tərəfində yerdə, pəncərə tərəfdə seyf qoyulmuşdu. Seyfin üstünə çoxlu sənədlər yığılmışdı. Əlindəki mobil telefonun işığını salaraq seyfin üst qapısını bir müddət vintaçanla aralamağa çalışmış, qapının açılmadığını gördükdə çilingər sexindən gətirdiyi çəkiclə qapının üstünə vurmağa başlamışdır. Təxminən 10-15 dəqiqə seyfi açmağa çalışsa da artıq çəkicin səsindən narahat olmuş, kiminsə xəbər tutacağından ehtiyat edərək və seyfi açmağın mümkün olmadığını görüb oradan çıxmaq qərarına gəlmişdir. Alətləri çilingər sexindən götürdüyü zaman seyfi çəkiclə və başqa alətlərlə açacağını, laqondanı işlətməyə zərurət qalmayacağını fikirləşmişdir. Artıq çəkicin səsinin bərk çıxdığını görüb laqondadan istifadə etmək fikrindən daşınmışdır. Çünki, laqondanın səsi daha ucadan çıxacaqdı. Çəkicin səsinə kiminsə gəlib-gəlmədiyinə baxmaq üçün mühasib otağından çıxaraq geri, binaya daxil olduğu pəncərəyə yaxınlaşmışdır. Pəncərədən başını çıxardanda kiminsə əlində fənərlə gəldiyini görmüşdür. Gələnin mühafizəçi olduğunu anlamışdır. Oradan uzaqlaşmaq məqsədi ilə pəncərədən çıxıb binanın qarşısına tərəf getdikdə mühafizəçinin əlində fənərlə gəldiyini görmüşdür. Mühafizəçi ondan kim olduğunu, nə etdiyini soruşduqda mühafizəçiyə “obxod” etdiyini, yəni ərazini gəzdiyini bildirmişdir. Özünü bu sözlə mühafizəçi kimi göstərmək istəmişdir. Ondan kiminlə olduğunu soruşduqda mühafizəçini çaşdırmaq məqsədi ilə içəridə bir nəfərin də olduğunu demişdir. Mühafizəçi ona “gəl” deyərək pəncərəyə doğru getdikdə o da mühafizəçinin arxasınca addımlamışdır. Sonra isə tutulacağından qorxaraq, həm də artıq mühafizəçinin fikrini yayındırdığından geriyə çevrilib qaçmışdır. Mühafizəçi arxasınca qaçsa da onu tuta bilməmişdir. Çilingər sexinin arxasına keçib oradakı hasardan MMC-nin ərazisinin qonşuluğunda olan başqa bir əraziyə, oradan da yola tullanaraq qaçıb uzaqlaşmışdır.Törətdiyi əməlindən peşmandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Balakən rayonu "xxxx" MMC-nin maliyyə müdiri vəzifəsində işləyir. 25 yanvar 2022-ci il tarixdə gecə saat 02 radələrində naməlum şəxs Zərərçəkmiş şəxs MMC-nin inzibati binasına daxil olaraq həmin binanın birinci mərtəbəsində yerləşən mühasib otağındakı dəmir seyfin qapısını sındırmağa cəhd etmişdir. Bu məqsədlə MMC-nin həyətində yerləşən çilingər sexindən bir ədəd laqonda aparatı, dəmir çəkic, 5 ədəd müxtəlif ölçüdə və formada olan vintaçan açarlar, bir cüt iş əlcəyi götürmüşdür. Qeyd etdiyi alətlərin çilingər sexində olmadığını 25 yanvar 2022-ci il tarixdə səhər radələrində işə gəldikləri zaman MMC-nin çilingər sexinin işçiləri aşkarlamışlar. Balacans” MMC-nin inzibati binasındakı mühasib otağına oğurluq etmək məqsədi ilə daxil olmuş şəxs tərəfindən otaqda olan dəmir seyfə müdaxilə edilmiş, seyfin qapısını açmağa cəhd göstərilmişdir. Həmin vaxtı seyfin içində hər hansı bir məbləğdə pul olmamışdır, yalnız sənədlər olmuşdur. Otaqdan pul və yaxud başqa hər hansı maddi dəyərə malik olan əşya oğurlanmamışdır. Seyfin üst qapısının açar yerinin üzərindəki bəzək üçün olan dəmir lövhəcik müdaxilə nəticəsində yerindən çıxmışdır. Həmin dəmir lövhəciyin qırılması hazırda seyfin qapısının açılmasına heç bir maneçilik törətmir. Baş vermiş hadisə nəticəsində MMC-yə hər hansı bir maddi ziyan dəyməmişdir. 25 yanvar 2022-ci il tarixdə gecə radələrində oğurluq etmək məqsədi ilə inzibati binaya daxil olmuş şəxs- Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayından noyabr ayınadək, yəni bir neçə ay MMC-də qaynaqçı vəzifəsində işləmiş, sonradan öz xahişi ilə işdən çıxmışdır.Onların təqsirləndirilən şəxsdən şikayət və tələbləri yoxdur. Təqsirləndirilən şəxsə qanuni cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zaqatala rayonu Car kəndində ailəsi ilə birlikdə yaşayır. 2010-cu ildən hal-hazıradək Zərərçəkmiş şəxs MMC-də mühafizəçi vəzifəsində işləyir. Ondan başqa Zərərçəkmiş şəxs MMC-də 5 mühafizəçi də işləyir. Sutkalıq növbə ilə işləyirlər. Eyni vaxtda iki mühafizəçi MMC-nin ərazisini qoruyur. İki gün evdə, bir gün isə işdə olur. xx.xx.2022-ci il tarixdə səhər saat 09da ondan əvvəl növbədə olmuş Ramil adlı mühafizəçidən növbəni təhvil almışdır. Qaydalara əsasən cüt saatlarda ərazini o gəzib nəzarət edir, tək saatlarda isə o biri mühafizəçi ərazini gəzir. xx.xx.2022-ci il tarixdə gecə saat təxminən 02:30 radələrində əlində fənərlə ərazini gəzdiyi zaman inzibati binanın qarşısından keçib bir qədər irəli getdikdən sonra, yəni təxminən 60-70 metr getdikdən sonra elə bil KAMAZ markalı yük avtomobilinin diskinə vuran kimi dəmir səsi eşitmişdir. Səsin haradan gəldiyini ayırd edə bilmədiyinə görə bir qədər gözləyib səsə qulaq asmışdır.20-25 metr həmin səsə doğru geri qayıtdıqda səs kəsilmişdir.O,artıq ofisin qarşısına çatanda ofisin yan pəncərəsindən bir nəfərin içəridən tullanıb çölə çıxdığını görmüşdür. Həmin şəxsi “bura gəl görüm, kimsən” deyə çağırdıqda həmin şəxs ayaq saxlayıb ona yaxınlaşmışdır. Həmin şəxs orta boylu, ondan daha hündür, arıq cüssəli olmuş, üzündə tibbi maskası olmuş, əynində hərbi paltar, başında da papaq olmuşdur. Onun üzünü görə bilməmiş, həmin şəxsi tanımamışdır. Həmin şəxsdən nə etdiyini soruşduqda “heeç, obxod edirəm” deyərək ona cavab vermişdir. Həmin şəxsdən “kimləsən?“ deyə soruşduqda “içəridə bir nəfər də var” demişdir.Həmin şəxsə “gəl görüm” deyərək pəncərəyə doğru addımlamışdır. Həmin şəxs onun arxasınca da gəlmiş, lakin o elə pəncərəyə çatdıqda geriyə qaçmışdır. Bir anlıq karıxmışdır, çünki ilk başda həmin şəxsin oğru ola biləcəyi ağlına gəlməmişdir. Həmin şəxsin arxasınca qaçıb onu haqlamağa çalışsa da qaranlıqda gözdən itmişdir.Özünə məxsus olan mobil telefonun balansında pul olmadığına görə pəncərədən ofisə girib giriş otağından, yəni “resepşin”dən daxili telefonla zəng edib digər mühafizəçi Zakirə hadisəni danışmış və oğurluğun baş verib-vermədiyini bilmək məqsədi ilə otaqlara baxmağa başlamışdır. Oğrunun içəri daxil olduğu pəncərənin altlığının üzərində bir ədəd laqonda aparatının olduğunu görmüşdür. Otağın qapısı açıq olmuşdur. Otaqdan koridora çıxdıqda mühasibin otağının qapısının da açıq olduğunu və seyfin üzərində bir ədəd dəmir çəkicin, seyfin qarşısında iki ədəd “otvyortka”nın, seyfin yanındakı stolun üzərində də bir-neçə ədəd vintaçan açarların olduğunu görmüşdür. İkinci mərtəbəyə də qalxıb geriyə düşmüşdür. Ordan keçib içəridən ofisin qapısını açıb həyətə çıxmışdır və Zakir özü ilə kömək məqsədi ilə həmin vaxtı işdə olan MMC-nin əməkdaşı Ramazan adlı şəxsi gətirərək gəlmiş və onlar oğrunun qaçıb gözdən itdiyi yerin yaxınlığında qarşılaşıb həmin yerə baxıb ofisə tərəf geri gəlmişlər. Hər üçü birlikdə içəri girib bir də otaqlara baxmışlar.Gecə vaxtı olduğundan müəssisənin rəhbəri Abdulqədir Ansuxskiyə zəng edib onu narahat etməmişlər. Zakir öz mobil telefonu ilə əvvəldən onlarla işləmiş Şahid5 zəng edərək baş vermiş hadisəni danışdıqda Rövşən onunla da danışmaq istəmişdir. O da Zakirin telefonu ilə Rövşənlə danışaraq ona baş vermiş hadisə barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, ünvan 4 ünvanında qeydiyyatda olsa da faktiki olaraq Balakən rayonu Katex kəndində ailəsi ilə birlikdə yaşayır. 2021-ci ilin oktyabr ayından hal-hazıradək Zərərçəkmiş şəxs MMC-də mühafizəçi vəzifəsində işləyir. Ondan başqa Zərərçəkmiş şəxs MMC-də 5 mühafizəçi də işləyir. Günlük növbə ilə işləyirlər. Eyni vaxtda iki mühafizəçi MMC-nin ərazisini qoruyur. İki gün evdə, bir gün isə işdə olur. xx.xx.2022-ci il tarixdə səhər saat 09-da ondan əvvəl növbədə olmuş Təbriz adlı mühafizəçidən növbəni təhvil almışdır. Qaydalara əsasən tək saatlarda ərazini o gəzib nəzarət edir, cüt saatlarda isə o biri mühafizəçi ərazini gəzir. xx.xx.2022-ci il tarixdə gecə saat təxminən 03 radələrinə yaxın onunla növbədə olan Şahid1 mühafizəçi otağında olan daxili telefona zəng edərək ofisə oğrunun girdiyini bildirərək tez ofisə tərəf gəlməyini bildirmişdir. İnzibati binaya tərəf gəldikdə yolüstü soyuducuda işləyən Qallacov Ramazan adlı şəxsi də kömək məqsədi ilə özü ilə inzibati binaya aparmışdır. Onlar yaxınlaşdıqda Abdurahman oğrunun qaçdığını bildirmişdir.Üçü birlikdə Abdurahmanın onlara göstərdiyi, oğrunun qaçdığı istiqamətdə oğrunu axtarmışlar, lakin heç kimi tapa bilməmişlər. Geri qayıdıb inzibati binaya giriş qapısından daxil olub içəridəki otaqlara baxmışlar, heç kimi tapmamışlar. Yalnız mühasib otağında seyfin qapısını qırmağa cəhd edildiyini görmüşlər. Seyfin üzərində dəmir çəkic, qarşıdakı stolun üzərində və yerdə döşəmənin üzərində vintaçan açarlar olmuşdur. Oğrunun içəriyə daxil olduğunu hesab etdikləri digər otağın pəncərə altlığının üzərində isə bir ədəd laqonda aparatı olmuşdur. Gecə vaxtı olduğundan müəssisənin rəhbəri Abdulqədir Ansuxskiyə zəng edib onu narahat etməmişlər. Abdurahmanın mobil telefonunun hesabında pul olmadığından öz mobil telefonu ilə əvvəldən MMC-də işləmiş Şahid5 zəng edərək baş vermiş hadisəni danışdıqda Rövşən Abdurahmanla da danışmaq istəmişdir. Abdurahman onun telefonu ilə Rövşənlə danışaraq ona baş vermiş hadisə barədə məlumat vermişdir. Şahid1 səsə inzibati binaya yaxınlaşmış, həmin binanın pəncərəsindən tullanıb çıxmış şəxsdən orada nə etdiyini soruşduqda həmin şəxs ona “obxod” etdiyini bildirmiş, adını deməmiş, otaqda başqa birinin də olduğunu deyərək Abdurahmanı aldadaraq oradan qaçmışdır.Bu barədə ona Şahid1 bildirmişdir.Özü həmin şəxsi görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Balakən rayonu Gərəkli kəndində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs MMC-də baş mühasib vəzifəsində işləyir. İş günləri səhər saat 09:00-dan axşam saat 18:00-dək işdə olur. Xidməti otağın qapısı açarla bağlanmır, adətən ümumi inzibati binaya giriş qapısı bağlanır. İnzibati binanın içərisindəki xidməti otaqların qapılarını açarla bağlamırlar. 25 yanvar 2022-ci il tarixdə gecə radələrində Zərərçəkmiş şəxs MMC-dəki xidməti iş otağına oğurluq etmək məqsədi ilə daxil olmuş şəxs tərəfindən otaqda olan dəmir seyfə müdaxilə edilmiş, seyfin qapısını açmağa cəhd göstərilmişdir. Həmin vaxtı seyfin içində hər hansı bir məbləğdə pul olmamışdır, yalnız sənədlər olmuşdur. Xidməti otağından pul və yaxud başqa hər hansı maddi dəyərə malik olan əşya oğurlanmamışdır. Seyfin üst qapısının açar yerinin üzərindəki bəzək üçün olan dəmir lövhəcik müdaxilə nəticəsində yerindən çıxmışdır. Həmin dəmir lövhəciyin qırılması hazırda seyfin qapısının açılmasına heç bir maneçilik törətmir. Baş vermiş hadisə nəticəsində MMC-yə hər hansı bir maddi ziyan dəyməmişdir. 25 yanvar 2022-ci il tarixdə gecə radələrində oğurluq etmək məqsədi ilə inzibati binaya daxil olmuş şəxs- Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin yay aylarında bir neçə ay MMC-də qaynaqçı vəzifəsində işləmişdir. Həmin şəxsi tanıyır. Bir neçə dəfə xidməti iş otağına gələrək maaşın nə vaxt vurulacağı, nə qədər maaş alacağı ilə də maraqlanmışdır. Həmin şəxsin yanında seyfi açdığını xatırlamır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmalarına baxmayaraq, iş üzrə şahidlər- Şahid5 və Şahid2 məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağrılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Azərbaycan Respublikası CPM-nin 327.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvələr keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını, hazırki iş üzrə şahidlər- Şahid5 və Şahid2 gəlməməsinin cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmamasını nəzərə alaraq onların ibtidai istintaqda şahid qismində verdiyi ifadələrinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Ə.Mehbalıyev küçəsi bina-7 mənzil -3-də ailəsi ilə birlikdə yaşayır. Hazırda heç bir yerdə işləmir. 2015-ci ilin mart ayından 2021-ci ilin sentyabr ayının 27-dək Zərərçəkmiş şəxs MMC-də müxtəlif vəzifələrdə işləmişdir. Sonuncu vəzifəsi MMC-nin icraçı direktoru vəzifəsi olmuşdur. 22 yanvar 2022-ci il tarixdə şəxsi işləri ilə əlaqədar olaraq Bakı şəhərindən Zaqatala rayonu Yuxarı Tala kəndinə gəlmişdir. xx.xx.2022-ci il tarixdə gecə saat 03:00-də Zərərçəkmiş şəxs MMC-nin mühafizəçisi Zakir adlı şəxs hazırda xatırlamadığı mobil telefon nömrəsindən istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsinə zəng edərək ofisə, mühasibin otağına oğruların girdiyini, bu barədə ona digər mühafizəçi Abdurahmanın bildirdiyini demişdir.Zakirdən Abdulrəhmanın özünün hansı səbəbdən ona zəng etmədiyini soruşduqda Abdulrəhmanın mobil telefonunda kontur olmadığından öz telefonu ilə zəng etdiyini bildirmişdir. Zakirdən telefonu Abdurahmana verməsini xahiş etmişdir. Abdurahmanla danışdıqda mühasib Mehdinin otağına oğruların girdiyini, Mehdinin otağından çıxdıqdan sonra həmin şəxsi tutduğunu, tutduğu adam içəridə ikinci şəxsin olduğunu bildirdikdə pəncərəyə tərəf getdiyni, adamın qaçdığını görüb onun arxasınca qaçdığını, lakin adamı tuta bilmədiyini, pəncərədən ofisə daxil olduğunu, sonradan Zakirlə və MMC-nin həmin vaxtı işdə olan Ramazan adlı əməkdaşı ilə birlikdə də ofisə girib baxdıqlarını, içəridə seyfin yanında müxtəlif alətlərin, açarların olduğunu, içəri daxil olmuş şəxslərin seyfin qapısını açmağa cəhd etdiklərini gördüklərini bildirmişdir. Mühafizəçilərlə danışdıqdan dərhal sonra Zərərçəkmiş şəxs MMC-nin təsisçisi Abdulqədir Ansuxskiy ilə telefon əlaqəsi saxlayaraq baş vermiş hadisə barədə ona xəbər vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq Y/M, 3-cü küçə ev-145 ünvanında qeydiyyatdadır. 2021-ci ilin iyun ayından Zərərçəkmiş şəxs MMCnin çilingər sexində baş mexanik vəzifəsində işləyir və işi ilə əlaqədar olaraq müvəqqəti olaraq Balakən şəhərində yaşayır. Təqsirləndirilən şəxs tanıyır. 2021-ci ilin yay aylarında Zərərçəkmiş şəxs MMC-də işlədiyi müddətdə Təqsirləndirilən şəxs da onunla birlikdə bir neçə ay çilingər sexində qaynaqçı vəzifəsində işləmişdir. Sonradan öz xahişi ilə işdən çıxmışdır. Çilingər sexində səhər saat 09:00-dan axşam saat 18:00-dək işləmişlər. Sexin qapısını bəzən açarla bağlayırlar, bəzən isə bağlamırlar. Sexin qapısının açarlarını adətən giriş qapısının sol tərəfində olan pəncərənin çöl tərəfində divar ilə şüşənin arasındakı boşluğa qoyurlar. Açarlar Təqsirləndirilən şəxs işləyən vaxtda də həmin yerə qoyulurdu. MMC-nin həyəti mühafizəçilər tərəfindən qorunduğundan sexin qapısını çox vaxt açarla bağlamırlar. 26 yanvar 2022-ci il tarixdə səhər işə gəldikdə qapıda mühafizəçilərdən gecə radələrində MMC-nin inzibati binasına naməlum şəxslərin daxil olaraq oğurluq etməyə cəhd etdiklərini eşitmişdir. İşə başlamaq üçün həmin gün səhər sexə daxil olduqda sexdə bir ədəd laqonda aparatının, bir ədəd dəmir çəkicin, iki ədəd vintaçan açarın, 1 ədəd laqonda açarının və 2 ədəd “rekor” açarlarının, bir cüt də əldə işlətdikləri əlcəklərin olmadığını aşkarlamışlar. Sexdən başqa heç nə götürülməmişdir. İşin 4-11-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 25 yanvar 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, hadisə yerinə baxış xx.xx.2022-ci il tarixdə saat 04:10-dan 05:15-dək olan müddət ərzində Balakən şəhəri H.Əliyev prospekti-54 ünvanında keçirilmişdir.Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: İnzibati bina 02 (iki) mərtəbədən ibarətdir. İnzibati binanın 1-ci mərtəbəsinin girişində yerləşən otaqdan 1-ci mərtəbənin koridoruna çıxış vardır və ikinci mərtəbəyə pilləkənlər qalxır. Birinci mərtəbənin koridoruna daxil olduqda solda - koridorun baş tərəfində bir otaq, sağa doğru hərəkət etdikdə isə koridorun hər iki tərəfində üzbəüz otaqlar yerləşir. 1-ci mərtəbənin koridoruna daxil olduqda solda koridorun baş tərəfində yerləşən otağa baxış keçirildikdə baxışda iştirak edən Zərərçəkmiş şəxs MMC-nin mühafizəçisi vəzifəsində işləyən Şahid1 naməlum şəxsin və ya şəxslərin həmin otağın giriş qapısı ilə üzbəüz yerləşən plastik pəncərədən içəri daxil olduqlarını bildirmişdir. Pəncərə örtülü vəziyyətdədir, pəncərə altlığının üzərinə bir ədəd laqonda aparatı qoyulmuşdur. Laqonda aparatının naqili üzərinə dolanmış vəziyyətdədir. Qeyd edilən otağa baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edə biləcək başqa heç bir əşya, predmet aşkarlanmamışdır. Baxışda iştirak edən Şahid1 koridorun sağ tərəfində yerləşən mühasibatlıq otağını göstərərək naməlum şəxsin və ya şəxslərin həmin otağa daxil olub otaqdakı seyfin qapısını açmağa cəhd etdiklərini bildirmişdir. Qeyd edilən mühasibatlıq otağının açıq olan qapısından içəri daxil olduqda otağın giriş qapısının yanındakı sol divarında küncdə kitab və paltar qoymaq üçün nəzərdə tutulmuş şkaf, sağ divarda giriş qapısı ilə üzbəüz olan pəncərənin sağ tərəfində isə bir ədəd yazı masası və stul qoyulmuşdur. Pəncərənin qarşısından jalüz pərdə asılıb, pərdə örtülüdür. Həmin pəncərənin yanında, otağın sağ küncündəki yazı masasının yanında, döşəmənin üzərinə bir ədəd ikiqapılı dəmir seyf qoyulmuşdur.Masanın üzərində yazı ləvazimatları,müxtəlif sənədlər,personal kompüter,klaviatura qoyulmuşdur. Masanın sağ küncündə monitorun qarşısında 3 ədəd müxtəlif ölçüdə və növdə olan vintaçan açarlar qoyulmuşdur. Masanın altında döşəmənin üzərində də sənədlər qoyulmuşdur. Həmçinin dəmir seyfin üstünə də sənədlər və yazı ləvazimatları qoyulmuşdur. Dəmir seyfin üzərindəki sənədlərin üstünə bir ədəd başlığı və tutacağı dəmirdən olan çəkic, seyfin qarşısında yerdə döşəmənin üzərində isə qara-göy tutacağı olan bir ədəd və qırmızı tutacağı olan bir ədəd vintaçan qoyulmuşdur. Dəmir seyfin üst qapısının açar yerinin qırıldığı və üst qapını açmaq məqsədi ilə ona müdaxilə olunduğu aşkar edilmişdir. Seyfin üst qapısının sol küncündə və yuxarısının orta hissəsində cızıq və kəsik izləri vardır. Seyfin qapısı bağlıdır. İnzibati binanın digər otaqlarına baxış keçirdikdə iş üçün əhəmiyyət kəsb edə biləcək heç bir əşya, predmet aşkarlanmamışdır.Mühasib otağındakı seyfin üzərindən bir ədəd dəmir çəkic, seyfin qarşısında yerdən döşəmənin üzərinə qoyulmuş iki ədəd vintaçanlar, həmin otaqda masanın üzərinə qoyulmuş 03 (üç) ədəd müxtəlif ölçüdə olan vintaçan açarlar və birinci mərtəbədəki koridorun baş tərəfində yerləşən və naməlum şəxsin və ya şəxslərin daxil olduğu ehtimal edilən pəncərənin altlığının üzərinə qoyulmuş 01 (bir) ədəd laqonda aparatı iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Balakən RPŞ-nin KTQnun baş inspektoru, polis mayoru Sadiq Vəzirov tərəfindən naməlum şəxsin və ya şəxslərin inzibati binaya daxil olduğu ehtimal edilən otağın plastik pəncərəsinin içəri və çöl tərəfindən, həmçinin dəmir seyfin üzərindən ümumilikdə 06 (altı) ədəd əl-barmaq və 02 (iki) ədəd ovuc izləri götürülmüşdür. Baxış zamanı dəvət olunmuş hal şahidləri və iştirakçılar tərəfindən əlavə, vəsatət və şikayət daxil olmamışdır. Protokol tərtib olunmuşdur, doğruluğu imzalarla təsdiq edilmişdir. Baxış zamanı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. İşin 29-30-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 25 yanvar 2022-ci il tarixli şübhəli şəxsin tutulması protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi üçün şübhələnməyə əsas verən kifayət qədər dəlillər olduğundan sonuncu 25 yanvar 2022-ci tarixdə 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. İşin 80-82-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli 4(019)-12/2022 nömrəli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi, onun məhkəmə iclas zalında dərhal həbsdən azad edilməsi qərara alınmışdır. İşin 68-69-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 27 yanvar 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin 99-100-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İşin 98-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayonu Sarıbulaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 29 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonu Sarıbulaq kəndində yaşayır,himayəsində işləməyən,atası, anası,qardaşı və xx.xx.2013-cü il təvəllüdlü qızı Zəhra vardır. İşdə olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, təqsirləndirilən şəxsin uşaqları - X3 xx.xx.2013-cü ildə, X1 xx.xx.2016-cı ildə anadan olmuşdur. Məhkəmə iş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi –Nümayəndə, şahidlər- Şahid1, Şahid5, Şahid4, Şahid3 və X4 ifadələrini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməllərdə öz təqsirlərini etiraf etmələrini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün onlara qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, təqsirləndirilən Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurlamağa cəhd cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Oğurluq, yəni binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakının gizli talanmasına görə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Cinayət Məcəlləsinin 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir,Təqsirləndirilən şəxs əməlində CM-in 29,177.2.3-cü maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir.Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur,təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarlarıın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması, zərərçəkmiş hüquqi şəxslə barışıq əldə etməsi, zərərçəkmiş hüquqi şəxsin şikayət və tələbinin olmaması onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, o cümlədən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni,əsaslı və ədalətli hesab edir. Onun 25 yanvar 2022-ci il tarixdən 27 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanmalıdır. İş üzrə maddi sübut olan, Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan 01 (bir) ədəd laqonda aparatı, 01 (bir) ədəd dəmir çəkic, 02 (iki) ədəd vintaçan açarlar, 03 (üç) ədəd digər təyinatlı açarlar hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş hüquqi şəxs Balacans” MMC-yə qaytarılmalıdır. İş materiallarından həmçinin görünür ki, Balakən Rayon Vəkil Bürosunun vəkili- Müdafiəçi hazırki cinayət işi üzrə məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-in 193.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X8 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin,2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Onun 25 yanvar 2022-ci il tarixdən 27 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut olan, Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan 01 (bir) ədəd laqonda aparatı, 01 (bir) ədəd dəmir çəkic, 02 (iki) ədəd vintaçan açarlar, 03 (üç) ədəd digər təyinatlı açarlar hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə qaytarılsın. Hökmün icrası Balakən rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X8 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-51/2022
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-51/2022
19.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver