Məhkəmə qərarları › İş №1(019)-51/2023

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-51/2023

15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-51/2023 15.03.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS - xx xxxxxxx 1976-cı il tarixdə Balakən rayonu Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixli hökm dəyişdirilərək, CM-nin 234.1-ci maddəsi ilə üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 02 ay 24 gün müddətə cəzadan vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, Balakən Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Balakən rayonu Qullar kəndində qeydiyyatda olan və həbs olunan günədək həmin ünvanda yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayının əvvəllərində Balakən rayonu Qabaqçöl qəsəbəsi ərazisindən keçən “Mazım” çayında balıq tutduğu zaman çayın kənarından aşkar etdiyi yabanı halda bitmiş 01 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin üzərindən yararlı hissələrini yığıb həmin yerdə qurudaraq 02 ədəd kibrit qutularına doldurmaqla qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz şəxsi istifadəsi məqsədi ilə əldə etdiyi, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 02 (iki) ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 4,21 qram və 4,69 qram, ümumi çəkiləri 8,90 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı üzərində daşıyaraq əvvəlcə yaşadığı evə aparıb özünə məxsus gödəkçənin sağ yan cibində gizlədərək saxlamış, daha sonra 07 yanvar 2023-cü il tarixdən etibarən həmin 02 ədəd kibrit qutularında olan narkotik vasitə qurudulmuş marixuananı öz şəxsi istifadəsi məqsədi ilə əynindəki gödəkçənin sağ yan cibində daşıyaraq üzərində saxlamışdır. Bundan başqa o, 2022-ci ilin noyabr ayının əvvəllərində Balakən rayonu Qabaqçöl qəsəbəsi ərazisindən keçən “Mazım” çayında balıq tutduğu zaman çayın kənarından taparaq qəsdən, qanunsuz olaraq, əldə etdiyi 01 ədəd nömrəsi silinmiş, Çexoslovakiya istehsalı olan, “PM” modelli, 7.65 mm kalibrli, istifadəyə yararlı, yivli-odlu döyüş silahı hesab edilən tapançanı, 01 ədəd 7.65 mm kalibrli “PM” konstruksiyalı tapançalarda və aşkar edilmiş 7.65 mm kalbrli “PM” modelli tapançada istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən istifadəyə (atəşə) yararlı patronu və 01 ədəd yivli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 09 ədəd 7.65 mm kalibrli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış “PM” modelli tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş, təyinatı üzrə istifadəyə yararlı sandıqçanı üzərində daşıyaraq əvvəlcə Balakən rayonu Qullar kəndində yaşadığı evində gizlədərək saxlamış, daha sonra 07 yanvar 2023-cü il tarixdən etibarən yaşadığı Qullar kəndinin çöl sahəsinə aparıb gizlətmək üçün 01 ədəd nömrəsi silinmiş, Çexoslovakiya istehsalı olan, “PM” modelli, 7.65 mm kalibrli, istifadəyə yararlı, yivli-odlu döyüş silahı hesab edilən tapançanı, 01 ədəd yivli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 09 ədəd 7.65 mm kalibrli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış “PM” modelli tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş, təyinatı üzrə istifadəyə yararlı sandıqçanı əynindəki cins şalvarın üzərindəki kəmərin altında daşıyıb saxlamaqla üzərində gəzdirmiş, həmçinin 01 ədəd 7.65 mm kalibrli “PM” konstruksiyalı tapançalarda və aşkar edilmiş 7.65 mm kalbrli “PM” modelli tapançada istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən istifadəyə (atəşə) yararlı patronu əynindəki gödəkçənin sağ yan cibində saxlamaqla üzərində gəzdirmişdir. 07 yanvar 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs RPŞ-nə dəvət edilib şübhəli şəxs qismində tutularaq saat 20:45 dəqiqədən saat 21:30 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz şəxsi istifadəsi məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində daşıyaraq əvvəlcə yaşadığı evə aparıb özünə məxsus gödəkçənin sağ yan cibində gizlədərək saxladığı, daha sonra isə 07 yanvar 2023-cü il tarixdən etibarən öz şəxsi istifadəsi məqsədi ilə üzərində daşıyaraq saxladığı 02 (iki) ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 4,21 qram və 4,69 qram, ümumi çəkiləri 8,90 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əynindəki gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüş, eləcə də onun qəsdən, qanunsuz olaraq, əldə edərək əvvəlcə yaşadığı evində gizlədərək saxladığı, daha sonra isə 07 yanvar 2023-cü il tarixdən etibarən üzərində daşıyıb saxlamaqla gəzdirdiyi 01 ədəd nömrəsi silinmiş, Çexoslovakiya istehsalı olan, “PM” modelli, 7.65 mm kalibrli, istifadəyə yararlı, yivli-odlu döyüş silahı hesab edilən tapança, 01 ədəd yivli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 09 ədəd 7.65 mm kalibrli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış “PM” modelli tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş, təyinatı üzrə istifadəyə yararlı sandıqça əynindəki cins şalvarın üzərindəki kəmərin alt hissəsindən, həmçinin 01 ədəd 7.65 mm kalibrli “PM” konstruksiyalı tapançalarda və aşkar edilmiş 7.65 mm kalbrli “PM” modelli tapançada istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən istifadəyə (atəşə) yararlı patron əynindəki gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o hal-hazırda tək yaşayır. Subaydır. 23 fevral 1999-cu ildə X8 ilə ailə həyatı qurmuş, Sədaqət Sahibova ilə evliliklərindən 2 övladları olmuşdur. X1 2002-ci il təvəllüdlü, X6 isə 2009-cu il təvəllüdlüdür.O,həyat yoldaşı Sədaqət Sahibova ilə 8 ildir ki, ayrı yaşayır, yəni boşanmışlar. Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixli hökm dəyişdirilərək, ona qəti olaraq 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 02 ay 24 gün müddətə cəzadan vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmişdir. O, təxminən 15 ildir ki, narkotik vasitə marixuanadan istifadə edir. Təxminən 4 ay bundan əvvəl, yəni 2022-ci ilin sentyabr ayının əvvəllərində Balakən rayonu Qabaqçöl qəsəbəsi ərazisindən keçən “Mazım” çayının kənarında balıq tutduğu zaman orada 1 ədəd yabanı halda bitən narkotik tərkibli çətənə bitkisinin olduğunu görmüşdür. Həmin yabanı halda bitmiş çətənə bitkisinin yararlı hissələrindən yığaraq çay ərazisində daşların üzərində qurutmuş və qurutduğu narkotik vasitə qurudulmuş marixuananı 2 ədəd kibrit qutusuna dolduraraq yaşadığı evə gətirmiş, evdə olan qış gödəkçəsinin cibində gizlədib saxlamışdır. 1 ədəd yabanı halda bitən çətənə bitkisinin qalan hissələrini isə məhv edərək Mazım çayına atmışdır. Üzərində saxladığı narkotik vasitədən bir neçə dəfə istifadə etmiş, qalanı da elə 2 ədəd kibrit qutusunda qalmış və gələcəkdə istifadə etmək üçün yaşadığı evdə olan qış gödəkçəsinin cibinə qoyaraq gizlədib saxlamışdır. 2 ay bundan əvvəl, yəni 2022-ci ilin noyabr ayının əvvəllərində Balakən rayonu Qabaqçöl qəsəbə ərazisindən keçən “Mazım” çayında balıq tutduğu zaman çayın kənarındakı 1 ədəd sellofan torbanın içərisində 1 ədəd markasını bilmədiyi, üzərində əcnəbi dildə yazılar olan tapançanı, tapançanın 1 ədəd sandıqçasını və 1 ədəd tapança patronunu tapmışdır. Həmin tapdığı 1 ədəd tapançanı, tapança sandıqçasını və 1 ədəd patronu yaşadığı evə gətirərək gizlədib saxlamışdır. Ondan istifadə etməmişdir. 07 yanvar 2023-cü il tarixdə yaşadığı evdə saxladığı markasını dəqiq bilmədiyi odlu silah olan tapançanı, həmin tapançanın 1 ədəd sandıqçasını və 1 ədəd patronunu yaşadığı evdə saxlamaqdan qorxduğu üçün yəni, polis əməkdaşlarının evində silah olmasından xəbər tutub onu həbs etməsindən qorxduğu üçün evdən götürərək başqa yerdə gizlətmək məqsədi ilə yaşadığı Qullar kəndində yerləşən evindən çıxmışdır. Fikirləşmişdir ki,silahı Balakən rayon Qullar kəndinin ərazisində olan çöllük sahədə gizlədər. Həmin vaxt 02 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuana da əynindəki qış gödəkçəsinin cibində olmuşdur. Daha sonra Balakən rayonu Qullar kəndi ərazisində piyada hərəkətdə olduğu zaman Balakən RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq üzərində qanunsuz olaraq odlu silah və narkotik vasitə saxlamağında şübhəli olduğundan onu Balakən RPŞ-yə dəvət etmişlər. O da etiraz etmədən polis əməkdaşları ilə razılaşaraq Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsinə gəldikdən sonra xidməti otaqların birində Təhqiqat Bölməsinin təhqiqatçısı Şahid3 tərəfindən ona Balakən rayon Vəkillər Bürosunun siyahısı təqdim edilmiş, daha sonra onun vəkillər siyahısından seçdiyi Müdafiəçi PŞ-nə dəvət olunmuş və bundan sonra o, şübhəli şəxs qismində tutulmuşdur. Müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Şahid3 tərəfindən ona hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində hər hansı qeyri-qanuni əşya olub-olmaması barədə sual verilmişdir. Həmin vaxt o, əynindəki boz rəngli qış gödəkçəsinin sağ yan cibində saxladığı 2 ədəd kibrit qutularında olan narkotik vasitə marixuananı və əynindəki cins şalvarın üzərindəki kəmərin altında saxladığı 1 ədəd markasını dəqiq bilmədiyi üzərində sandıqçası ilə birlikdə olan tapançanı polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa bir ədəd patron isə əynindəki gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqdim etdiyi 2 ədəd kibrit qutularında olan narkotik vasitə marixuana elektron tərəzidə çəkilmiş, kibrit qutuları ilə birlikdə ümumi çəkisi 13,77 qram təşkil etmişdir.Həmin 2 ədəd kibrit qutuları 1 ədəd ağ rəngli kağız zərfə qoyulub möhürlənərək götürülmüşdür. Daha sonra onun üzərində saxladığı 1 ədəd markasını dəqiq bilmədiyi üzərində sandıqçası ilə birlikdə olan tapança və 1 ədəd həmin tapançaya aid patron 1 ədəd kağız zərfə qoyularaq möhürlənib götürülmüşdür. Şəxsi axtarış zamanı üzərindən digər hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış bir polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Məhkəmə bioloji ekspertizasının 08 yanvar 2022-ci il tarixli 17/31 nömrəli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuş ki, üzərindən aşkar edilmiş 02 ədəd kibrit qutusunda aşkar edilmiş ayrı-ayrılıqda təmiz çəkiləri 4,21 qram və 4,69 qram, ümumi çəkiləri 8,90 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə kannabis bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmçinin məhkəmə ballistik ekspertizasının 08 yanvar 2022-ci il tarixli 17/32 nömrəli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuş ki, üzərindən aşkar edilmiş 1 ədəd silah keçmiş Çexoslovakiya istehsallı, 7.65 mm kalibrli, “PM” modelli, nömrəsi silinmiş tapançadır- yivli odlu döyüş silahıdır və istifadəyə yararlıdır.1 ədəd sandıqça yivli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla,09 ədəd 7.65 kalibrli patron tutumuna malik olan zavod üsulu ilə hazırlanmış sandıqçadır və təyinatı üzrə istifadəyə yararlıdır. Həmin sandıqça 7.65 mm kalibrli silinmiş PM modelli tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsidir.Bir ədəd patron isə zavod üsulu ilə istehsal edilmiş,7.65 kalibrli, “PM” konstruksiyalı, tapançalarda və tədqiqata təqdim edilmiş 7.65 mm kalibrli, “PM” modelli tapançada istifadə edilmək üçün nəzərdə tutulmuş patrondur, döyüş sursatı hesab edilir, istifadəyə (atəşə) yararlıdır. Əməlindən peşimandır, bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Ziyad oğlu ifadəsində göstərdi ki, hazırda Balakən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində çalışır. 07 yanvar 2023-cü il tarixdə Balakən rayonu Qullar kənd sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə və odlu silah saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunmuş və həmin tarixdə tərəflərindən keçirilən əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs Balakən rayonu Qullar kəndi ərazisində saxlanılmışdır. Daha sonra özlərini təqdim etmiş, Balakən RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər və Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə və odlu silah saxlamaqda şübhəli olduğunu deyərək Təqsirləndirilən şəxs Balakən RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etmədən onlarla birlikdə Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsinə gəldikdən sonra xidməti otaqların birində Təhqiqat Bölməsinin təhqiqatçısı Şahid3 tərəfindən Balakən rayon Vəkillər Bürosunun siyahısı Təqsirləndirilən şəxs təqdim edilmiş, sonuncunun vəkillər siyahısından seçdiyi Müdafiəçi PŞ-nə dəvət olunmuş və bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı Şahid3 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Şahid3 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı qeyri-qanuni əşya olubolmaması barədə sual verilmişdir.Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki boz rəngli qış gödəkçəsinin sağ yan cibində saxladığı 2 ədəd kibrit qutularında olan narkotik vasitə marixuananı və əynindəki cins şalvarın üzərindəki kəmərin altında saxladığı 1 ədəd üzərində sandıqçası ilə birlikdə olan tapançanı təqdim etmişdir. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən 1 ədəd patron aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd kibrit qutularında olan narkotik vasitə marixuana elektron tərəzidə çəkilmiş, kibrit qutularının birlikdə ümumi çəkisi 13,77 qram təşkil etmiş, həmin 2 ədəd kibrit qutuları 1 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərində saxladığı 1 ədəd üzərində sandıqçası ilə birlikdə olan tapança və 1 ədəd həmin tapançaya aid patron 1 ədəd kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür.Şəxsi axtarış Balakən RPŞ-nin PPXB-nin polis serjantı X4 tərəfindən fasiləsiz olaraq videokamera vasitəsi ilə lentə alınmışdır.Sonda təhqiqatçı Şahid3 tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin PPXB-nin manqa komandiri Mamedov X16 Bəxtiyar Ziyad oğlu ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, hazırda Balakən RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı vəzifəsində çalışır. 07 yanvar 2023-cü il tarixdə Balakən rayonu Qullar kənd sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə və odlu silah saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat tərəfindən raportla Balakən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 Ziyad oğlu tərəfindən Balakən RPŞ-nin rəhbərliyinə məruzə olunmuş və həmin tarixdə keçirilən əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs Balakən rayonu Qullar kəndi ərazisində saxlanılmış, daha sonra RPŞ-nin əməkdaşları özlərini təqdim edərək Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə və odlu silah saxlamaqda şübhəli olduğunu deyərək Təqsirləndirilən şəxs Balakən RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etmədən polis əməkdaşları ilə birlikdə Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsinə gəldikdən sonra xidməti otaqların birində tərəfindən Balakən rayon Vəkillər Bürosunun siyahısı Təqsirləndirilən şəxs təqdim edilmiş,sonuncunun vəkillər siyahısından seçdiyi Müdafiəçi PŞ-nə dəvət olunmuş və bundan sonra Təqsirləndirilən şəxs tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı qeyri-qanuni əşya olub-olmaması barədə sual verilmişdir.Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki boz rəngli qış gödəkçəsinin sağ yan cibində saxladığı 2 ədəd kibrit qutularında olan narkotik vasitə marixuananı və əynindəki cins şalvarın üzərindəki kəmərin altında saxladığı 1 ədəd üzərində sandıqçası ilə birlikdə olan tapançanı təqdim etmişdir.Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən 1 ədəd patron aşkar edilərək tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd kibrit qutularında olan narkotik vasitə marixuana tərəfindən elektron tərəzidə çəkilmiş, kibrit qutularının birlikdə ümumi çəkisi 13,77 qram təşkil etmiş, həmin 2 ədəd kibrit qutuları 1 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq tərəfindən maddi sübut kimi götürülmüşdür. Daha sonra tərəfindən Təqsirləndirilən şəxs üzərində saxladığı 1 ədəd üzərində sandıqçası ilə birlikdə olan tapança və 1 ədəd həmin tapançaya aid patron 1 ədəd kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür.Şəxsi axtarış Balakən RPŞ-nin PPXB-nin polis serjantı X4 tərəfindən fasiləsiz olaraq videokamera vasitəsi ilə lentə alınmışdır.Sonda təhqiqatçı tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. O, həmçinin göstərmişdir ki, Motuxov X5 rayon polis şöbəsinə dəvət edilib tərəfindən şübhəli şəxs qismində tutularaq saat 20:45 dəqiqədən saat 21:30 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman qeydə alınmış videoçəkilişdən müəyyən edilmişdir ki, 02 (iki) ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 4,21 qram və 4,69 qram, ümumi çəkiləri 8,90 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüş, eləcə də 01 ədəd nömrəsi silinmiş, Çexoslovakiya istehsalı olan, “PM” modelli, 7.65 mm kalibrli, istifadəyə yararlı, yivli-odlu döyüş silahı hesab edilən tapança, 01 ədəd yivli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 09 ədəd 7.65 mm kalibrli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış “PM” modelli tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş sandıqça əynindəki cins şalvarın üzərindəki kəmərin alt hissəsindən, həmçinin 01 ədəd 7.65 mm kalibrli “PM” konstruksiyalı tapançalarda və aşkar edilmiş 7.65 mm kalbrli “PM” modelli tapançada istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən istifadəyə (atəşə) yararlı patron isə tərəfindən Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən aşkar edilmişdir.Lakin o, patronun Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən aşkar edilməsini ayrılıqda qeyd etməmişdir. Bir ədəd tapança, həmin tapançaya aid sandıqça və patronun birlikdə götürülməsi kimi qeyd etmişdir. 01 ədəd 7.65 mm kalibrli “PM” konstruksiyalı tapançalarda və aşkar edilmiş 7.65 mm kalbrli “PM” modelli tapançada istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən istifadəyə (atəşə) yararlı patron onun tərəfindən Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. İşin 21-24-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 07 yanvar 2023-cü il tarixli “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, həmin tarixdə saat 20:45 dəqiqədən saat 21:30 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərində narkotik vasitə saxlamaqda və odlu silah saxlamaqda şübhəli olduğundan Balakən RPŞ-nə dəvət edilmiş və şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli qış gödəkçəsinin sağ yan cibindən 2 ədəd kibrit qutularında olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsini və əynindəki cins şalvarın üzərindəki kəmərin altında saxladığı 1 ədəd odlu silah olan tapançaya oxşar silah, həmin tapançanın 1 ədəd sandıqçası və 1 ədəd patronunu təqdim etmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərindəki 2 ədəd kibrit qutularında saxladığı kütləni 4 ay əvvəl Balakən rayonu Qabaqçöl qəsəbə ərazisindən keçən Mazım çayının kənarında yabanı halda bitən 1 ədəd narkotik tərkibli bitkidən əldə etdiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını, uzun müddətdir ki, narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Aşkar edilmiş 2 ədəd kibrit qutularındakı narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütlələri elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 13,77 qram təşkil etmişdir. Həmin 2 ədəd kibrit qutusu 1 ədəd kağız zərfdə qablaşdırılmış və maddi sübut kimi götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində saxladığı 1 ədəd tapançaya baxılmış, tapançanın tutacağı qara rəngli, yuxarı hissəsinin isə gümüşü rəngli olması, üzərində hər hansı bir silah nömrəsinin olmaması, tapançaya oxşar silahın üst hissəsində əcnəbi dilində “CESKA ZBROJOVKA AS PRAZE” yazısının, həmin yazıdan bir az aşağıda isə 7,65 yazısının həkk olunduğu müəyyən edilmişdir. Aşkar edilmiş tapançanın 1 ədəd sandıqçası və 1 ədəd alt hissəsində 7,65 yazısı olan patronu olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində saxladığı 1 ədəd sandıqçası ilə birlikdə tapançanı və onun 1 ədəd patronunu 2-3 ay əvvəl Balakən rayonu Qabaqçöl qəsəbə ərazisindən keçən Mazım çayına balıq tutmaq üçün getdiyi zaman çayın kənarından 1 ədəd sellofanın içərisində tapdığını, daha sonra həmin tapançanı, sandıqçası və 1 ədəd patronu yaşadığı evinə gətirdiyini, xx.xx.2023-cü il tarixdə isə tapança və patronu evdən çıxararaq başqa yerdə gizlətməyə apardığı zaman polis əməkdaşlarının onu saxladıqlarını, tapdığı tapança və patrondan istifadə etmədiyini bildirmişdir. Aşkar edilmiş 1 ədəd odlu silah hesab edilən tapançaya oxşar silah, onun 1 ədəd sandıqçası və 1 ədəd patronu 1 ədəd kağız zərfə qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ona qarşı Balakən RPŞ-də hər hansı bir fiziki və psixi zor tətbiq göstərilmədiyini qeyd etmişdir.Şəxsi axtarış zamanı Balakən RPŞ-nin PPXB-nin polis baş serjantı X4 tərəfindən “Panasonic” markalı videokamera vasitəsi ilə çəkiliş aparılmışdır. Qeydə alınmış videogörüntülərin əks olunduğu DVD disk şəxsi axtarış protokoluna əlavə olunmuşdur. Şəxsi axtarış zamanı iştirakçılardan hər hansı bir şikayət və vəsatət daxil olmamış, protokol ucadan oxunmuş, doğruluğu imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün əks olunduğu DVD markalı diskə məhkəmə istintaqı zamanı baxış keçirilərkən protokolda qeyd edilənlərin düzgünlüyü müəyyən edilmişdir. İşin 33-36-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X15 Bölməsinin 08 yanvar 2023-cü tarixli 17/31 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində "Vət. Təqsirləndirilən şəxs üzərindən 2 ədəd kibrit qutularında aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi..." yazısı, adlar və imzalar olan zərfin içərisindəki 02 (iki) ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri – 4,21 qram və 4,69 qram, ümumi çəkiləri 8,90 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 02 (iki) ədəd kibrit qutusunda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İşin 39-42-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X15 Bölməsinin 08 yanvar 2023-cü tarixli 17/32 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah keçmiş Çexoslovakiyada istehsal olunmuş, 7.65 mm kalibrli, “PM” modelli, nömrəsi silinmiş tapançadır – yivli odlu döyüş silahıdır, istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd sandıqça yivli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 09 ədəd 7.65 kalibrli patron tutumuna malik olan, zavod üsulu ilə hazırlanmış sandıqçadır və təyinatı üzrə istifadəyə yararlıdır. Həmin sandıqça 7.65 mm kalibrli nömrəsi silinmiş “PM” modeli tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsidir. Tədqiqata təqdim edilmiş bir ədəd patron zavod üsulu ilə istehsal edilmiş, 7.65 mm kalibrli, “PM” konstruksiyalı tapançalarda və tədqiqata təqdim edilmiş 7.65 mm kalibrli, “PM” modelli tapançada istifadə edilmək üçün nəzərdə tutulmuş patrondur, döyüş sursatı hesab edilir, istifadəyə (atəşə) yararlıdır. İşin 165-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin 16 yanvar 2023-cü il tarixli 81 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 110-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-11/2-565/23 nömrəli məktubunda göstərilmişdir ki, təqdim edilmiş 01 ədəd 7.65 mm kalibrli nömrəsi silinmiş ÇZ (Çeşka Zbroevka) modelli tapançadan eksperimental qaydada atılmış güllə və giliz nümunələri İdarənin “güllə-giliz” kartotekasında “Arsenal” avtomatlaşdırılmış balistik sistemi vasitəsi ilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir.Təqdim edilmiş 01 ədəd 7.65 mm kalibrli patron eksperimental atəş zamanı istifadə olundu. İşin 14-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş şübhəli şəxsi tutma protokolundan görünür ki, 07 yanvar 2023-cü ildə saat 20:30-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 228.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 91-95- ci vərəqələrində olan və Balakən Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli 4(019)-5/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 07 yanvar 2023-cü il tarixdən hesablanmışdır. İşin 142-144-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Motuxov X5 Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixlə hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli qərarı ilə Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilərək ,CM-nin 234.1,69.3 maddələrinə əsasən onun üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış,xx.xx.2022-ci il tarixli Şəki Rayon Məhkəməsinin qərarı ilə o, 02 ay 24 gün müddətə cəzadan vaxtından əvvəl şərti olaraq azad edilmiş xx.xx.2022-ci ildə cəza müddəti başa çatmışdır. İşin 118-127-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli 1(019)-26/2020 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş, 1il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun 02 mart 2020-ci il tarixdən 04 mart 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 1 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin 129-133-cü vərəqələrində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2021-ci il tarixli 1(107)-420/2021 nömrəli qərarından görünür ki, həmin qərarla Dövlət ittihamçısı X13 tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Balakən Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli ,1(019)-26/2020 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilmiş ,Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs 02 mart 2020-ci il tarixdən 04 mart 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Balakən Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli,1(019)-26/2020 nömrəli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin 134-136-cı vərəqələrində olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli 1(102)-621/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs kassasiya şikayət təmin edilməmiş,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşin 137-141-ci vərəqələrində olan Şəki Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 7(075)-57/2022 nömrəli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Penitensiar Müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilərək o, cəzadan şərti olaraq iki ay iyirmi dörd gün vaxtından əvvəl azad edilmişdlir. İşin 150-152-ci vərəqələrində olan Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(019)-11/2023 nömrəli qərarın surətindən görünür ki,həmin qərarla vəsatət rədd edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs hesab edilən Təqsirləndirilən şəxs barəsində Balakən Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli 4(019)-5/2023 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsindən imtina olunmuşdur. İşin 115-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Qullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 16 nömrəli arayışdan görünür ki, Motuxov X5 rayonu Qullar kəndində yaşayır, himayəsində anası, qardaşı, 2002-ci il təvəllüdlü oğlu Zaur və 2009-cu il təvəllüdlü oğlu Zamir vardır. İşin 116-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Qullar kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. İşin 117-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş doğum haqqında akt qeydindən çıxarışdan görünür ki, X6 19 avqust 2009-cu ildə anadan olmuşdur Məhkəmə iş üzrə şahidlər- Şahid1 Ziyad oğlunun, Şahid2 və Şahid3 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə,eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama, həmçinin qəsdən, qanunsuz olaraq, odlu silah, onun komplekt hissəsini və döyüş sursatını əldə etmə, saxlama, daşıma və gəzdirmə cinayət əməllərini törətmişdir. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində döyüş sursatını qanunsuz əldə etmə, saxlama, daşımağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin,psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 05 qram müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 234.1 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələrinin tərkibi vardır, həmin əməllər təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətlərin törədilməsində təqsirlidir, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Onun əməlində CM-in 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal cinayətlərin residividir. Belə ki, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluqları ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli qərarı ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun 02 mart 2020-ci il tarixdən 04 mart 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Şəki Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 7(075)-57/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs cəzadan şərti olaraq iki ay iyirmi dörd gün vaxtından əvvəl azad edilmişdir. O, cəzasını çəkib qurtardığı gündən iki il keçməmiş hazırkı cinayət əməllərini törətmişdir. Ona görə onun hazırkı əməlləri cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 65.1-65.2-ci maddələrinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlini etiraf etməklə əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları,habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, barəsində CM-in 62-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını,onun islah olunması üçün cəmiyyətdən təcrid edilməsinin zəruri olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə Cinayət Məcəlləsinin 65.1-65.2-ci maddələrinin tələblərinə uyğun azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 07 yanvar 2023-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. Ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı olduğundan CM-in 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o narkomaniyadan məcburi müalicə olunmalıdır. O, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X11 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65.15 (altmış beş manat 15 qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra Balakən Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 02 (iki) ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri 4,21 qram və 4,69 qram, ümumi çəkiləri 8,90 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0,10 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 8,80 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməli, və 01 ədəd nömrəsi silinmiş, Çexoslovakiya istehsalı olan, “PM” modelli, 7.65 mm kalibrli, istifadəyə yararlı, yivli-odlu döyüş silahı hesab edilən tapança, 01 ədəd yivli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 09 ədəd 7.65 mm kalibrli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış “PM” modelli tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş sandıqça hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikasının DİN-in silah sursat anbarına təhvil verilməlidir. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X12 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin , CM-nin 228.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 234.1ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin.Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 07 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o narkomaniyadan məcburi müalicə olunsun. O, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X11 Şəxsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. 65.15 (altmış beş manat 15 qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra Balakən Rayon Polis Şöbəsində saxlanılan,Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 02 (iki) ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri 4,21 qram və 4,69 qram, ümumi çəkiləri 8,90 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0,10 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 8,80 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra Balakən Rayon Polis Şöbəsində saxlanılan, 01 ədəd nömrəsi silinmiş, Çexoslovakiya istehsalı olan, “PM” modelli, 7.65 mm kalibrli, istifadəyə yararlı, yivli-odlu döyüş silahı hesab edilən tapança, 01 ədəd yivli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 09 ədəd 7.65 mm kalibrli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış “PM” modelli tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş sandıqça hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikasının DİN-in silah sursat anbarına təhvil verilsin. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlansın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X12 Rekvizitləri: VÖEN-**********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar