Məhkəmə qərarları › İş №1(019)-51/2024

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-51/2024

15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-51/2024 15.05.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs1,onun qanuni nümayəndəsi X1, yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs2, onun nümayəndəsi Qanuni nümayəndə2, müdafiəçilər- Balakən Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, YETKİNLİK YAŞİNA ÇATMAMİŞ TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-xx.xx.2006-cı il tarixdə Balakən rayonu Gərəkli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı natamam orta təhsilli, məhkum olunmamış, subay, işsiz, Balakən rayon Gərəkli kəndində qeydiyyatda olmaqla hal-hazırda Balakən rayonu Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsində yaşayan, xx.xx.2024-cü il tarixdə barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1; YETKİNLİK YAŞİNA ÇATMAMİŞ TƏQSİRLƏNDİRİLƏN ŞƏXS - xx.xx.2007-ci il tarixdə Balakən rayonu Gərəkli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, məhkum olunmamış, subay, işsiz, Balakən rayon Gərəkli kəndində qeydiyyatda olmaqla hal-hazırda Balakən rayonu Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsində yaşayan, xx.xx.2024-cü il tarixdə barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs1 05 yanvar 2024-cü il tarixdə saat 20 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qanunsuz olaraq, tamah niyyəti ilə Balakən rayonu Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsinin qəbiristanlığının daş hasarına asılmış, Balakən rayonu Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsinin sakini Zərərçəkmiş şəxs məxsus, saxlanc yeri hesab edilən nəzir qutusuna daxil olaraq özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu niyyətlərini həyata keçirmək məqsədilə həmin nəzir qutusunun asma kilidini sındırmaqla içərisində olan 120 manat dəmir və kağız pulu oğurlayaraq Zərərçəkmiş şəxs ümumilikdə 120 (yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs2 05 yanvar 2024-cü il tarixdə saat 20 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qanunsuz olaraq, tamah niyyəti ilə Balakən rayonu Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsinin qəbiristanlığının daş hasarına asılmış Balakən rayonu Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsinin sakini Zərərçəkmiş şəxs məxsus, saxlanc yeri hesab edilən nəzir qutusuna daxil olaraq özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu niyyətlərini həyata keçirmək məqsədilə həmin nəzir qutusunun asma kilidini sındırmaqla içərisində olan 120 manat dəmir və kağız pulu oğurlayaraq Zərərçəkmiş şəxs ümumilikdə 120 (yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Yetkinlik yaşına çatmamış təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən cinayət əməllərini törətmələri özlərinin etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, işdə olan digər sənədlərin tədqiqi əsasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 -cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hazırda Balakən rayonu Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsində yerləşən evində anası və atası ilə birlikdə yaşayır. 2022-ci ildə Balakən rayonu Poştbinə yaşayış məntəqəsində yerləşən 15 saylı tam orta məktəbin 9-cu sinfini bitirmiş, hal-hazırda isə heç bir yerdə təhsil almır və işləmir. Onun Balakən rayonu Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsində yaşayan Təqsirləndirilən şəxs2 adlı tanışı və dostu vardır. 2024-cü ilin yanvar ayının 5-də axşam saat 20 radələrində yaşadığı yerdə küçədə olan zaman o, Təqsirləndirilən şəxs2 Poştbinə yaşayış məntəqəsinin ərazisində yerləşən qəbiristanlığın nəzir qutusunda olan pulları oğurlamağı və yaşadıqları ərazidə yerləşən kafeyə gedib birlikdə yeyib-içmək istədiyini bildirmiş və bunu birlikdə etməyi Cəfərə təklif etmişdir. Cəfər ilk öncə tərəddüd etsə də sonradan onunla razılaşmış və nəzir qutusunun kilidini qırmaq üçün gedib evlərindən dəmir maşın açarı gətirmişdir. Onlar birlikdə piyada həmin qəbiristanlığa getmiş, oraya çatdıqda Cəfər qəbiristanlığın girişində divara asılmış dəmir qutunun üzərində olan dəmir qıfılı öz evlərindən gətirdiyi dəmir maşın açarı ilə sındırmaq istəsə də bunu bacarmamışdır. Buna görə o da Cəfərə kömək etmiş, onlar birlikdə güc edərək açarla dartıb həmin qıfılı sındırmışlar. Bundan sonra o, qutunun qapağını açmış, ilk öncə o, sonra isə Cəfər əlini salıb nəzir qutusunun içərisindəki pulları çıxartmışdır. Sındırıb açdığı kilidi isə qəbirİstanlığın içəri tərəfdən divarı yanına atmış və onlar oradan qayıdıb qeyd etdiyi kafeyə doğru piyada getməyə başlamışlar. Bir qədər getdikdən sonra Cəfər özündə saxladığı qıfılı sındırdığı açarı yolun kənarına bataqlıq kimi olan bir yerə atmışdır. Bundan sonra onlar yola davam etmiş və bir qədər getdikdən sonra Cəfərlə birlikdə nəzir qutusundan oğurladıqları pulları saymışlar. Onda 67 manat, Cəfərdə isə 53 manat kağız və dəmirdən ibarət pul olduğunu və cəmi 120 manat pul olduğunu görmüşlər, hərəsinə 60 manat olmaqla iki hissəyə ayırıb pulu bölüşmüşlər. Yəni o, 7 manat Cəfərə vermişdir ki, Cəfərdə də 60 manat olsun. Daha sonra onlar kafeyə gedib orada yeyib-içmiş və yadında qalan qədəri ilə 75 manat hesab gəlmişdir. O, Cəfərə 24 manat vermiş, Cəfər də həmin 24 manatın üstünü düzəldib hesabı ödəmiş və təxminən saat 23:40 radələrində onlar kafedən çıxıb hərəsi öz evinə getmişdir. Nəzir qutusundan oğurladıqları puldan ona düşən 60 manatdan qalan 36 manat pul cibində olmuş, səhəri gün yaşadığı yerdə yerləşən ərzaq mağazasına Lətif adlı şəxsə olan 24 manat borcunu vermiş, bundan bir neçə gün sonra atası ilə evdə olan zaman onlara zəng gəlmiş və Balakən rayon polis şöbəsinə dəvət olunmuşdur. Polis şöbəsində onlara Elşad adlı şəxsin nəzir qutusundan oğurluq edilməsi barədə şikayət etdiyi məlum olmuşdur.Əməlindən peşimandır.Vurulmuş zərəri ödəmişlər. Bundan sonra bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hazırda Balakən rayonu Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsində yerləşən evdə anası ilə birlikdə yaşayır. 2023-cü ildə Bakı şəhəri Maştağa qəsəbəsində 1 saylı tam orta internat məktəbin 9-cu sinfini bitirmiş, hal-hazırda isə heç bir yerdə təhsil almır və işləmir. Onun Balakən rayonu Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsində yaşayan Təqsirləndirilən şəxs1 adlı tanışı və dostu vardır. 2024-cü ilin yanvar ayının 5-də axşam saat 20 radələrində yaşadığı kənddə küçədə olan zaman Təqsirləndirilən şəxs1 ona Poştbinə yaşayış məntəqəsinin ərazisində yerləşən qəbiristanlığın nəzir qutusunda olan pulları oğurlamağı və yaşadıqları ərazidə yerləşən kafeyə gedib birlikdə yeyib-içmək istədiyini bildirmiş və bunu birlikdə etməyi ona da təklif etmişdir. O, ilk öncə tərəddüd etsə də sonradan Kənanla razılaşmış və nəzir qutusunun kilidini qırmaq üçün gedib evdən dəmir maşın açarı gətirmişdir. Onlar birlikdə piyada həmin qəbiristanlığa getmişlər, oraya çatdıqda o, qəbiristanlığın girişində divara asılmış dəmir qutunun üzərində olan dəmir qıfılı öz evindən gətirdiyi dəmir maşın açarı ilə sındırmaq istəsə də gücü çatmamışdır. Buna görə də Kənan da ona kömək etmiş və onlar birlikdə güc edərək açarla dartıb həmin qıfılı sındırmışlar. Bundan sonra Kənan qutunun qapağını açmış və ilk öncə Kənan, sonra isə o, əlini salıb nəzir qutusunun içərisindəki pulları çıxartmışlar. Sındırıb açdığı kilidi isə Kənan qəbiristanlığın içəri tərəfdən divarın yanına atmış və onlar oradan qayıdıb qeyd etdiyi kafeyə doğru piyada getməyə başlamışlar. Bir qədər getdikdən sonra o, özündə saxladığı qıfılı sındırdıqları açarı yolun kənarına bataqlıq kimi olan bir yerə atmışdır. Bundan sonra onlar yola davam etmişlər və bir qədər getdikdən sonra Kənanla birlikdə nəzir qutusundan oğurladıqları pulları saymışlar. Onda 53 manat, Kənanda isə 67 manat kağız və dəmirdən ibarət pullar olmaqla cəmi 120 manat pul olduğunu görmüşlər və hərəsinə 60 manat olmaqla iki hissəyə ayırıb pulu bölüşmüşlər. Yəni Kənan ona 7 manat vermişdir ki, onda da 60 manat olsun. Bundan sonra onlar kafeyə gedib orada yeyib-içmiş və yadında qalan qədəri ilə 75 manat hesab gəlmişdir. Kənan ona 24 manat vermiş, o da həmin 24 manatın üstünü düzəldib hesabı ödəmişdir.Təxminən saat 23:40 radələrində onlar kafedən çıxıb hərəsi öz evinə getmişdir. Nəzir qutusundan oğurladıqları puldan ona düşən 60 manatdan qalan 9 manat pul cibində olmuşdur. Bundan sonra xx.xx.2024-cü il tarixdə o və anası Balakən rayon polis şöbəsinə dəvət olunmuş, polis şöbəsində onlara Elşad adlı şəxsin nəzir qutusundan oğurluq edilməsi barədə şikayət etdiyi məlum olmuşdur.Əməlindən peşimandır. Vurulmuş zərəri ödəmişlər. Bundan sonra bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, yuxarıda göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Uzun illərdir dinlə məşğul olur. Çoxdandır ki, yaşadıqları Balakən rayonu Gərəkli kəndi Poştbinə yaşayış məntəqəsinin qəbiristanlığında nəzir qutusu qoyulmuşdur. Bir-iki ildir ki, həmin nəzir qutusuna və qəbiristanlığa nəzarət edən şəxs yaşlandığı üçün o, bu işi öhdəliyinə götürmüşdür və nəzarəti o, edir.Belə ki, kənd camaatı və həmin qəbiristanlıqda ölüləri olan şəxslər qeyd etdiyi nəzir qutusuna ehsan kimi və həmin qəbirsitanlıqda aparılan təmizlik və s. ictimai işlərin görülməsinə görə kimin könlündən nə keçirsə pul atır. O da həmin nəzir qutusunu ildə bir-iki dəfə açaraq orada olan pulları götürür. Nəzir qutusunun açarı təkcə onda olmuşdur.O,həmin qəbiristanlıqda təmizlik işləri aparır. Qəbirstanlığın ot-ələfinin təmizlənməsi və digər ictimai işləri görür və bunun üçün də özü də pul xərcləyir. Buna görə də həmin nəzir qutusunda olan pulları həm qəbiristanlıqda görülən təmizlik və ictimai işlərə, bir hissəsini isə orada gördüyü işlərə görə öz şəxsi problemlərinə xərcləyir. O, heç bir yerdə işləmir. Həmin qəbiristanlıqda işlər gördüyü üçün də orada qutuya yığılan pulun bir hissəsini zəhmət haqqı olaraq öz işləri üçün xərcləyir. Hər dəfə qutunu açanda qutuda təxminən 150-200 manat pul yığıldığını görmüşdür. xx.xx.2024-cü il tarixdə saat 10-11 radələrində qəbiristanlığa getdikdə nəzir qutusunun açıq olduğunu,qutunun dəmir qapağında kənardan müdaxilə edilməsi nəticəsində əyilmələr yarandığını və içində yığılan pulun oğurlandığını aşkar etmişdir. Bu vaxt qutunu sındıran və pulu oğurlayan şəxsin özünün gəlib pulu yerinə qoymasını və etiraf etməsini gözləmiş, lakin heç kimin gəlmədiyini gördükdə Balakən polis şöbəsinə gələrək bu barədə ərizə vermişdir.Sonradan məlum olmuşdur ki, nəzir qutusundan pulu kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurlamışlar. Ona dəymiş ziyan tam ödənmişdir. Təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Onlara yüngül cəza təyin edilməsini xahiş etdi. İşin 8-12-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 26 yanvar 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 17:10-dan 17:40-dək olan müddət ərzində tərəfindən keçirilmiş hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, Balakən rayon sakini Zərərçəkmiş şəxs nəzarət etdiyi və ona məxsus nəzir qutusu Balakən rayonu Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsindəki kənd qəbiristanlığının daş hasarında yerləşir. Qəbiristanlığın daş hasarının çöl tərəfində 01 ədəd dəmir materialdan nəzir qutusu asılmışdır. Nəzir qutusunun dəmir qapağı vardır və nəzir qutusu asma kilidlə kilidlənmişdir. Nəzir qutusunun qapaq hissəsinin dəmirində kiçik əyilmələr vardır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs kənd qəbiristanlığının daş hasarından asılmış dəmir nəzir qutusunu göstərib həmin nəzir qutusunun içərisində olmuş pulların oğurlandığını bildirmişdir.Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən alət, vasitə və ya iz aşkar edilib götürülməmişdir. Baxış zamanı hadisə yerini çəkən ətrafda hər-hansı bir video müşahidə cihazının olmaması müəyyən edilmişdir. Baxış açıq havada təbii işıqlandırma şəraitində keçirilmişdir. Baxış zamanı “Redmi” markalı mobil telefonla fotoşəkillər çəkilmiş, həmin fotoşəkillər protokola əlavə edilmişdir. Baxış zamanı protokol tərtib edilmiş, ucadan oxunmuş, iştirakçılar tərəfindən əlavə, vəsatət daxil olmadığından protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 89-91-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 29 yanvar 2024-cü il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs1, qanuni nümayəndəsi Qanuni nümayəndə1 və müdafiəçisi Müdafiəçi1 iştirakı ilə 29 yanvar 2024-cü il tarixdə Balakən rayonu Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsində ifadənin yerində yoxlanması istintaq hərəkəti keçirilmiş, ifadəsi yerində yoxlanılan zaman şübhəli şəxs Təqsirləndirilən şəxs1 oğurluq etdikləri qəbiristanlığı və qəbiristanlığın daş hasarından asılmış nəzir qutusunu, eləcə də nəzir qutusunun üzərində olmuş, sındırdıqları asma kilidi atdığı yeri əyani olaraq göstərmiş, bu istintaq hərəkəti protokol tərtib olunmaqla, foto şəkillər çəkilməklə rəsmiləşdirilərək cinayət işinin istintaq materiallarına əlavə olunmuşdur. İstintaq hərəkəti keçirilərkən Təqsirləndirilən şəxs1 oğurluq etdikləri zaman sındırdıqları asma kilidi atdığı yer, qəbiristanlığın içəri tərəfdən daş hasarının yanına baxdıqda həmin yerdə sözügedən sındırılmış asma kilid aşkar edilərək iş üçün maddi sübut əhəmiyyətinə malik olduğundan müstəntiq tərəfindən götürülmüşdür. İşin 92-94-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 29 yanvar 2024-cü il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs2, qanuni nümayəndəsi Qanuni nümayəndə2 və müdafiəçisi Müdafiəçi2 iştirakı ilə 29 yanvar 2024-cü il tarixdə Balakən rayonu Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsində ifadənin yerində yoxlanması istintaq hərəkəti keçirilmiş, ifadəsi yerində yoxlanılan zaman şübhəli şəxs Təqsirləndirilən şəxs2 oğurluq etdikləri qəbiristanlığı və qəbiristanlığın daş hasarından asılmış nəzir qutusunu, eləcə də nəzir qutusunun asma kilidini sındırmaq üçün istifadə etdiyi dəmir açarı atdığı yeri əyani olaraq göstərmiş, bu istintaq hərəkəti müstəntiq tərəfindən protokol tərtib olunmaqla, fotoşəkillər çəkilməklə rəsmiləşdirilərək cinayət işinin istintaq materiallarına əlavə olunmuşdur. İfadənin yerində yoxlanılması zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs2 dəmir açarı atdığını bildirdiyi göstərdiyi yerdə qeyd olunan açar aşkar edilməmişdir. İşin 139-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşin 140-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşin 113-cü vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB Gərəkli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 113 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Balakən rayonu Gərəkli kəndində yaşayır, təqaüdçü atası, işləməyən anası və bacısından ibarət ailə üzvüləri vardır. İşin 142-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayonu Gərəkli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 15 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunur, barəsində nümayəndəliyə şikayət və narazılıq daxil olmamışdır. İşin 148-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayonu Gərəkli inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 14 fevral 2024cü il tarixdə verilmiş 109 nömrəli arayışdan görünür ki, Mustafayev X2 sakinidir, təqaüdçü babası, işləməyən atası, anası, baçısı, qardaşları ,bibisi və babasının arvadından ibarət ailə üzvüləri vardır. İşin 146-cı vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayonu Gərəkli inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 fevral 2024-cü il tarixli 13 nömrəli xasiyyətnamədən görünür ki,Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur, onun haqqında inzibati ərazi dairəsinə yazılı və şifahi şikayət daxil olmadığı göstərilmişdir. Məhkəmə iş üzrə zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs ifadəsini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslər X4 və Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməllərdə öz təqsirlərini etiraf etmələrini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün onlara qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq cinayət əməlini törətmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamanın qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə görə Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakının gizli talanmasına görə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 19-cu bəndində göstərilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin tərkibi vardır, həmin əməllər təqsirləndirilən şəxslər tərəfindən törədilmişdir, təqsirləndirilən şəxslər həmin cinayətlərin törədilməsində təqsirlidirlər, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir.Onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur, təqsirləndirilən şəxslər törətdikləri əməllərə görə cəzalanmalıdırlar. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs X4 cinayəti törədərkən və hazırda yetkinlik yaşına çatmaması Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və aradan qaldırılması Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs X4 cəzasını ağırlaşdıran hallar (CM-in 61-ci maddəsində nəzərdə tutulan) yoxdur. Təqsirləndirilən şəxs2 cinayəti törədərkən və hazırda yetkinlik yaşına çatmaması Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və aradan qaldırılması Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını,habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun barəsində CM-nin 85-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini gecə saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzadan azad edilmələri, barələrində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin ediləcək cəzanı çəkməlidir . Məhkəmə Təqsirləndirilən şəxs2 hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını,habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun barəsində CM-nin 85-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini gecə saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barələrində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzadan azad edilməsi, barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 ona təyin ediləcək cəzanı çəkməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. İş üzrə vurulmuş ziyanın tam həcmdə ödənməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan 01 ədəd asma kilid hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılmalı,təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən təqdim edilmiş, cəmi 21 manat olan kağız və dəmir pul əskinaslarının Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınmalıdır. İş materiallarından həmçinin görünür ki, hazırki cinayət işi üzrə məhkəmə icraat zamanı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün 07 iş saatı, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün 07 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-in 193.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 42 manat tutulub Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1,Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 42 manat tutulub Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC X7 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, 1(bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini gecə saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin, onun cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 Astif oğlu barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlansın. Yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, 1(bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini gecə saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin, onun cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlansın. Hökmün icrası təqsirləndirilən şəxslərin yaşayış yeri üzrə Balakən Ryon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 42 manat tutulub Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 42 manat tutulub Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC X7 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar