Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-52/2023 16.05.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1989-cu il tarixdə Balakən rayonu Tülü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, işləməyən, Balakən rayonu Tülü kəndində qeydiyyatda olmaqla həbs olunan vaxta kimi həmin ünvanda yaşamış və xx.xx.2023cü il tarixdə Balakən Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs- Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 228.1 və 234.1-ci maddələrilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama, həmçinin qəsdən, qanunsuz olaraq, odlu silah və döyüş sursatını əldə etmə,daşıma və saxlama cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2022-ci ilin iyul ayının sonlarında Balakən rayonu Gərəkli kəndinin Poşbinə yaşayış məntəqəsinin Arılıqbinə məntəqəsi ərazisində yerləşən meşəlik sahədə aşkar etdiyi 02 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin üzərindən yararlı hissələrini yığaraq qəsdən,satış məqsədi olmadan, qanunsuz olaraq, öz şəxsi istifadəsi məqsədi ilə əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 110,26 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı cibinə doldurub üzərində daşıyaraq, əvvəlcə Balakən rayonu Tülü kəndində yaşadığı ünvana aparmış, daha sonra əldə etdiyi həmin narkotik vasitə qurudulmuş marixuananı 01 ədəd qara rəngli sellofan torbaya doldurub öz şəxsi istifadəsi məqsədi ilə evinin həyətyanı sahəsində olan dəmir qutunun içərisində gizlədib saxlamış, daha sonra 17 yanvar 2023-cü il tarixdə həmin narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 7,66 qram olan hissəsini qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz şəxsi istifadəsi məqsədi ilə əynindəki parça gödəkçənin sağ yan cibində daşıyaraq üzərində saxlamışdır. Bundan başqa o, 2017-ci ilin sentyabr ayının əvvəllərində Balakən rayonu Gərəkli kəndinin Poşbinə yaşayış məntəqəsinin Arılıqbinə məntəqəsinin ərazisində yerləşən meşəlik sahədən taparaq qəsdən, qanunsuz olaraq, əldə etdiyi 01 ədəd Rusiyada zavod üsulu ilə istehsal edilmiş, 7,62 mm kalibrli, “276465” №-li “Mosin” (Mosin) konstruksiyalı, yivli odlu döyüş silahı hesab edilən, istifadəyə yararlı, snayper tüfəngini və 5 (beş) ədəd zavod üsulu ilə istehsal edilmiş, 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrə malik 1908-ci il nümunəli, 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrə malik 1891/30-cu il nümunəli “Mosin” (Mosin) sistemli tüfəngdə, “Draqunov” (Draqunov) (“SVD”) (SVD) konstruksiyalı snayper tüfənglərində, 1936-cı il nümunəli avtomatik “Simonov” (Simonov) tüfəngində, “Kalaşnikov” (Kalaşnikov) (“PK” (PK), “PKM” (PKM), “PKT” (PKT), “PKS” (PKS)) konstruksiyalı pulemyotlarda və s. yivli odlu döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən və atəşə yararlı patronları üzərində daşıyıb yaşadığı Balakən rayonu Tülü kəndində yerləşən evinin həyətyanı sahəsinə aparıb orada olan dəmir qutunun içərisində parça kisəyə bükərək gizlədib saxlamışdır. 17 yanvar 2023-cü il tarixdə Balakən Rayon Polis X11 Bölməsinin (bundan sonra Balakən RPŞ Qabaqçöl PB) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Balakən RPŞ-nin Qabaqçöl PB-nə dəvət edilib şübhəli şəxs qismində tutularaq saat 19:50 dəqiqədən saat 20:30 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib öz şəxsi istifadəsi məqsədi ilə üzərində daşıyaraq saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 7,66 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əynindəki parça gödəkçəsinin sağ yan cibindən aşkar edilərək götürülmüş, həmin tədbirin davamı olaraq 17 yanvar 2023-cü il tarixdə saat 21:00 dəqiqədən saat 21:55 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs öz könüllü razılığı və iştirakı ilə yaşadığı Balakən rayonu Tülü kəndində yerləşən evinə və evinin həyətyanı sahəsinə baxış və götürmə keçirilən zaman Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib öz şəxsi istifadəsi məqsədi ilə üzərində daşıyaraq yaşadığı evin həyətyanı sahəsinə aparıb gizlədərək saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd qara rəngli sellofan torbada təmiz çəkisi 102,60 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana həyətyanı sahədə olan dəmir qutunun içərisindən aşkar edilərək götürülmüş, eləcə də Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq, əldə edib üzərində daşıyaraq yaşadığı evin həyətyanı aparıb gizlədərək saxladığı 01 ədəd Rusiyada zavod üsulu ilə istehsal edilmiş, 7,62 mm kalibrli, “276465” №-li “Mosin” konstruksiyalı, yivli odlu döyüş silahı hesab edilən, istifadəyə yararlı, snayper tüfəngi və 5 (beş) ədəd zavod üsulu ilə istehsal edilmiş, 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrə malik 1908-ci il nümunəli, 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrə malik 1891/30-cu il nümunəli “Mosin” (Mosin) sistemli tüfəngdə, “Draqunov” (Draqunov) (“SVD”) (SVD) konstruksiyalı snayper tüfənglərində, 1936-cı il nümunəli avtomatik “Simonov” (Simonov) tüfəngində, “Kalaşnikov” (Kalaşnikov) (“PK” (PK), “PKM” (PKM), “PKT” (PKT), “PKS” (PKS)) konstruksiyalı pulemyotlarda və s. yivli odlu döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən və atəşə yararlı patronlar həmin dəmir qutunun içərisindən parça kisəyə bükülmüş vəziyyətdə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələrilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hal-hazırda Balakən rayonu Tülü kəndində ailəsi ilə birlikdə yaşayır.Balakən Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Uzun müddətdir ki, narkotik vasitədən istifadə edir. Hazırda xatırladığı qədəri ilə 2017-ci ilin sentyabr ayının əvvəllərində Balakən rayonu Gərəkli kəndinin Poşbinə yaşayış məntəqəsində yerləşən Arılıqbinə məntəqəsində yerləşən meşə sahəsinə odun yığmaq məqsədilə getmiş, orada odun topladığı zaman kolluğun içərəsindən 01 ədəd tüfəng tapmışdır. Tapdığı tüfəngin yanında olan ağ rəngli parça bükümü açdıqda içərisində 07 ədəd patronlar olmasını görmüş, tapdığı silahı yoxlamaq üçün tüfəngin yanında tapdığı 07 ədəd patrondan 01 ədədini götürərək yaxınlıqda olan ağacın üstünə qonan quşa, birini də götürərək havaya atəş açmış, bundan sonra qalan 05 ədəd patronları və tüfəngi ona maraqlı gəldiyi üçün yaşadığı evə gətirərək həyətində olan dəmir qutunun içərəsində parça kisəyə qoyub gizlətmışdır. Həmçinin həmin silahı və patronları yaşadığı evə apararaq gizlətməkdə məqsədi qış aylarında dağa ov etmək üçün istifadə etmək olmuşdur. Bundan başqa o, 2022-ci ilin iyul ayının sonlarında Gərəkli kəndinin Poşbinə yaşayış məntəqəsinin Arılıqbinə məntəqəsində yerləşən meşə sahəsinə yenidən odun yığmaq məqsədilə getmiş, meşədə odun yığdığı zaman kolluğun içərisində yabanı halda bitmiş və qurumuş bir neçə ədəd narkotik bitkilərini görmüş, həmin bitkilərin üzərindən yararlı hissələrini yığıb cibinə doldurmuş, daha sonra isə həmin narkotikin yararlı hissələrini evə aparıb qara rəngli sellefona bükərək yaşadığı evin sol yan tərəfində yerləşən dəmir qutunun içərisində gizlətdiyi tüfəngin yanına qoymuşdur. Həmin vaxtdan o, həmin gizlətdiyi narkotikdən bir neçə dəfə götürüb istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində hal-hazırda yaşadığı Balakən rayon Tülü kəndindən evdən çıxıb Qabaqçöl qəsəbə ərazisinə iş tapmaq məqsədilə getmişdir. O, evdən çıxanda həyətində olan dəmir qutunun içərisində gizlətdiyi qara rəngli sellefona bükdüyü narkotikdən bir qədər istifadə etmək üçün sellofan bükümdə götürmüş və əynində olan qara rəngli parça gödəkçəsinin sağ yan cibinə qoymuşdur. Təxminən bir neçə dəqiqə sonra piyada yol ilə getdiyi zaman iki nəfər polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və onu Balakən RPŞ-nin Qabaqçöl PB-nə dəvət etmişlər. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsində ona təqdim edilmiş vəkillərin adlı siyahısından seçdiyi vəkil Müdafiəçi1 ona vəkil təyin edilməsini istəmişdir. Vəkil Müdafiəçi1 və polis əməkdaşlarının iştirakı ilə ona hüquq və vəzifələri izah edilmiş, bundan sonra ona üzərində hər hansı qeyri-qanuni əşya və ya predmetin olub-olmaması, əgər varsa təqdim etməsi bildirilmişdir. O da əynində olan qara rəngli parça gödəkçəsinin sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitəni çıxarıb təqdim etmişdir. Həmin narkotik vasitə təhqiqatçı tərəfindən büküldüyü sellofan ilə birlikdə elektron tərəzidə çəkilmiş və təmiz çəkisi 8,18 qram təşkil etmişdir. Bundan sonra isə həmin narkotik vasitə sellofan büküm ilə birlikdə 01 ədəd kağız zərfdə qablaşdırılıb polis əməkdaşları tərəfindən götürülmüşdür. Həmçinin o, həmin vaxt yaşadığı evində əlavə olaraq narkotik vasitə, 01 ədəd silah və 05 ədəd patronlar gizlətdiyini bildirmişdir. Bundan başqa polis əməkdaşları tərəfindən üzərində apardıqları şəxsi axtarış zamanı qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra yaşadığı evə və evin həyətyanı sahəsinə polis əməkdaşları tərəfindən baxış və götürmə keçirilməsinə etirazı olmadığını bildirərək, bununla bağlı ərizə də yazmışdır. Bundan sonra müdafiəçisi Müdafiəçi1 və polis əməkdaşlarının iştirakları ilə Balakən rayonu Tülü kəndi ərazisində yerləşən fərdi yaşayış evinə və evin həyətyanı torpaq sahəsinə baxış və götürmə keçirilməsi üçün getmişlər. Baxış keçirilməmişdən əvvəl ona 01 ədəd silah və 05 ədəd patronları, həmçinin narkotik vasitəni harada gizlətdiyi barədə sual verilmiş, o da həyətdə yerləşən yaşadığı evin giriş hissəsinin sol yan tərəfində olan sarı rəngli dəmir qutunu açaraq, içərəsindəki parça kisəyə bükülmüş vəziyyətdə olan 01 ədəd tüfəngi, 05 ədəd patronları və həmin qutunun içərisində saxladığı qara rəngli sellofan torbanın içərisində olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Baxış və götürmə zamanı parça kisə polis əməkdaşları tərəfindən açıldıqda üzərində 276465 rəqəmləri yazılmış 01 ədəd tüfəng və ağ rəngli parçanın içərisində 05 ədəd patronlar olması müəyyən edilmişdir. Həmçinin dəmir qutunun içərisindən 01 ədəd qara rəngli sellovan torbanı açdıqda içərisində narkotik vasitə qurudulmuş marixuananın olması müəyyən edilmişdir. Qara rəngli sellofan torbanın içərisində aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 110,96 qram gəlmişdir. Aşkar edilmiş qara rəngli sellofan torbada olan narkotik vasitə ağ rəngli kağız zərfə qoyularaq möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Həmçinin üzərində 276465 rəqəmləri yazılmış 01 ədəd tüfəng və ağ rəngli parçanın içərisində 05 ədəd patronlar 01 ədəd sintetik kisəyə qoyulub möhürlənərək götürülmüşdür. Daha sonra polis əməkdaşları tərəfindən yaşadığı evə və evin həyətyanı sahəsinə baxış və götürülmə keçirilən zaman heç bir qeyri qanuni əşya və ya predmet aşkar edilməmişdir. Baxış və götürülmə polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Məhkəmə-bioloji ekspertizasının 18 yanvar 2023-cü il tarixli 17/71 nömrəli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükümdə aşkar edilmiş təmiz çəkisi 7,66 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə kannabis bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmçinin yaşadığı evin həyətyanı sahəsinə baxış və götürülmə keçirilən zaman təqdim etdiyi 01 ədəd qara rəngli sellofan torbada təmiz çəkisi 102,60 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə kannabis bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 01 ədəd sellofan bükümdə və 01 ədəd qara rəngli sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Məhkəmə-ballistik ekspertizasının 18 yanvar 2023-cü il tarixli 17/70 nömrəli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, baxış zamanı təqdim etdiyi 1 ədəd Rusiyada zavod üsulu ilə istehsal edilmiş 7,62 mm kalibrli, “276465” №-li “Mosin” konstruksiyalı, yivli odlu döyüş silahı hesab edilən, istifadəyə yararlı, snayper tüfəngi və 5 (beş) ədəd zavod üsulu ilə istehsal edilmiş, 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrə malik 1891/30-cu il nümunəli “Mosin” sistemli tüfəngdə, “Draqunov” (“SVD”) konstruksiyalı snayper tüfənglərində, 1936-cı il nümunəli avtomatik “Simonov” tüfəngində, “Kalaşnikov” (“PK”, “PKM”, “PKT”, “PKS”) konstruksiyalı pulemyotlarda və s. yivli odlu döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulmuş patrondurlar-döyüş sursatlarıdır və atəşə yararlıdırlar. O, narkotik vasitələrin satışı ilə məşğul olmur. Lakin uzun müddətdir ki, narkotik vasitə qəbul edir. Onun üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofana bükülmüş və yaşadığı evin həyətyanı torpaq sahəsində dəmir qutunun içərisində gizlədib saxladığı 01 ədəd qara rəngli sellofan torbanın içərisində olan narkotik vasitə qurudulmuş marixuanadan ailə üzvlərinin və ya başqa bir şəxsin xəbəri olmamışdır. Həmçinin o, 2017ci ilin sentyabr ayının əvvələrində Gərəkli kəndinin Poşbinə yaşayış məntəqəsinin Arılıqbinə məntəqəsində yerləşən meşə sahəsindən tapdığı 01 ədəd tüfəngi və 05 ədəd patronları həyətində olan dəmir qutunun içərisində gizlədib saxlamış, onun 01 ədəd tüfəngi və 05 ədəd patronları orada gizlətməyi barədə ailə üzvlərinin və ya başqa bir şəxsin xəbəri olmamışdır. O, Gərəkli kəndinin Poşbinə yaşayış məntəqəsinin Arılıqbinə məntəqəsi ərazisində yerləşən meşə sahəsindən taparaq evinə aparıb gizlədiyi tüfəngdən istifadə etməmişdir. O, ilk öncə həmin silahdan ov etmək üçün istifadə etməyi düşünsə də, sonradan qorxduğuna görə həmin silahı istifadə etmək fikrindən daşınmış və buna görə də silahı və patronları yaşadığı evin həyətyanı sahəsində dəmir qutuda gizlədib saxlamışdır. Həmçinin o, həmin silahdan ov etmək üçün istifadə etmək fikrindən daşındıqdan sonra, həmin 01 ədəd silahı və 05 ədəd patronları aparıb meşə sahəsinə atmağı da düşünmüşdür. Lakin polis əməkdaşlarının və ya başqa kiminsə silahı onun əlində görməsindən qorxduğu üçün həmin 01 ədəd silahı və 05 ədəd patronları yaşadığı evin həyətyanı sahəsində dəmir qutuda gizlədib saxlamışdır. Üzərindən və yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş narkotik vasitə marixuananı yığdığı yabanı halda bitən narkotik tərkibli bitkilərin sayı səhv etmirsə iki ədəd olmuşdur. Həmçinin üzərindən və yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananı yığdığı yeri, yəni yabanı halda bitən bir neçə ədəd narkotik tərkibli bitkilərin yerini dəqiq xatırlamır, buna görə də həmin yeri göstərə bilmir. Həmçinin də üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuanadan heç kimə pay verməmişdir. Bir daha qeyd edir ki, həmin 01 ədəd tüfəngi və 05 ədəd patronları 2017-ci ilin sentyabr ayının əvvələrində Balakən rayonu Gərəkli kəndinin Poşbinə yaşayış məntəqəsinin Arılıqbinə məntəqəsində yerləşən meşə sahəsindən tapmışdır. Həmin tarixdən 05 ildən artıq müddət keçdiyinə görə o, 01 ədəd tüfəngi və 05 ədəd patronları tapdığı yeri artıq xatırlamır və buna görə həmin yeri göstərə bilmir. Cinayət əməlləri törətməsini etiraf edib bu əməlləri törətməsindən səmimi peşmançılıq hissi keçirir. Himayəsində iki azyaşlı uşaq vardır. Bu halların ona cəza verilməsində nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Balakən RPŞ-nin Qabaqçöl PB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. 17 yanvar 2023-cü il tarixdə Balakən rayonu Tülü kənd sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, daha sonra həmin məlumat tərəfindən raportla PB-nin rəhbərliyinə məruzə olunmuş və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə həmin tarixdə Balakən RPŞ-nin TH-nin inspektoru, polis serjantı Şahid2 ilə birlikdə tərəfindən keçirilən əməliyyat tədbiri zamanı saat 18:00 radələrində Təqsirləndirilən şəxs Balakən rayonu Tülü kəndi ərazisində tərəflərindən saxlanılaraq, Balakən RPŞ-nin Qabaqçöl PB-nə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə Polis Bölməsinə getmiş, Polis Bölməsinə getdikdən sonra xidməti otaqların birində Balakən RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Qasım Hüseynov tərəfindən Balakən rayon Vəkillər Bürosunun siyahısı Təqsirləndirilən şəxs təqdim edilmiş, Təqsirləndirilən şəxs vəkillər siyahısından seçdiyi Müdafiəçi1 PB-nə dəvət olunmuş və bundan sonra Təqsirləndirilən şəxs müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə X8 tərəfindən hüquq və vəzifələri izah edilməklə şübhəli şəxs qismində tutulmuşdur. X8 tərəfindən şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan edilmiş əşya olubolmaması barədə sual verilmiş, Təqsirləndirilən şəxs da əynindəki gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf sellofan büküm çıxarıb masanın üstünə qoyaraq, həmin bükümün içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan büküm X8 tərəfindən açıldıqda bükümün içərisində tünd yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması aşkar edilmişdir. Həmin narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi X8 tərəfindən elektron tərəzidə çəkilmiş və sellofanla birlikdə ümumi çəkisi 8,18 qram təşkil etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aşkar edilmiş 01 ədəd bükümdə olan narkotik vasitəyə oxşar kütlə kağız zərfə qoyularaq möhürlənmiş və X8 tərəfindən götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. X8 tərəfindən Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış zamanı aşkar edilmiş narkotik tərkibli marixuanaya oxşar kütlədən kimlərəsə satması və nə məqsədlə saxlaması barədə sual verilmiş, Təqsirləndirilən şəxs da cavabında həmin narkotik vasitədən heç kimə satmadığını və özü istifadə etmək üçün saxladığını bildirmişdir. Bundan başqa X8 tərəfindən Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik tərkibli marixuanadan başqa narkotik tərkibli marixuanaya oxşar kütlə gizlədib-gizlətməməsi barədə sual verilmiş, Təqsirləndirilən şəxs da yaşadığı evdə narkotik tərkibli marixuanaya oxşar kütlə olmasını və həmin kütləni təqdim edəcəyini bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs yaşadığı evdə kəsici-deşici və qanunla qadağan edilmiş əşya olub olmaması barədə sual verilmiş, Təqsirləndirilən şəxs yaşadığı evdə beşatılan silah olduğunu və həmin silahı 5-6 il əvvəl arılıq meşəsindən tapdığını söyləmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq evdə narkotik tərkibli marixuananı və silahı saxlamasından ailə üzlərinin xəbəri olmadığını, bundan əlavə 4-5 ədəd patronlar da olmasını, yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Şəxsi axtarış videokamera vasitəsi ilə lentə alınmışdır. Şəxsi axtarışın nəticəsinə dair protokol tərtib edilərək tərəflərindən imzalanmışdır. Həmin tədbirin davamı olaraq Təqsirləndirilən şəxs Balakən rayonu Tülü kəndində yerləşən yaşadığı evinə və həyətyanı torpaq sahəsinə Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1, X8, Balakən RPŞ-nin TH-nin inspektoru, polis serjantı Şahid2, Balakən RPŞnin Qabaqçöl PB-nin PPXT-nın polis nəfəri, polis serjantı Şahid3 və o, baxış keçirilməsi üçün getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə daxil olduqda həyətin yol tərəfində olan sarı rəngli dəmir qutu yerləşmişdir. Həyətdə 1 mərtəbəli, 3 otaqdan ibarət kürsülü ev olmuşdur. Baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs evin hansı hissəsində narkotik vasitə və silah saxlaması barədə sual verilmiş, Təqsirləndirilən şəxs da həyətdə olan dəmir qutuya yaxınlaşmış və qutunun içərisindən bir ədəd parçaya bükülmüş predmet və bir ədəd qara rəngli selofan torbanı təqdim etmişdir. Həmin parçaya bükülmüş predmet açılmış, üzərində 276465 rəqəmləri yazılmış odlu silaha oxşar silah, 05 ədəd patronlar, həmçinin qara rəngli sellofan torba açılan zaman içərisində tünd yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Həmin kütlə qara rəngli sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 110,96 qram gəlmişdir. Həmin narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə ağ rəngli kağız zərfə qoyularaq möhürlənmişdir. Baxış prosesi Balakən RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, polis mayoru Sadiq Vəzirov tərəfindən videokamera vasitəsi ilə lentə alınmışdır. Sonda X8 tərəfindən baxış və götürülmə aparılması barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin TH-nin inspektoru, polis serjantı Şahid2 və Balakən RPŞ-nin Qabaqçöl PB-nin PPXT-nın polis nəfəri, polis serjantı Şahid3 da şahid-Balakən RPŞ-nin Qabaqçöl PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ilə eyni məzmunlu ifadələr verərək, onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan 17 yanvar 2023-cü il tarixli Balakən RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Qasım Hüseynov tərəfindən tərtib olunmuş “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, həmin tarixdə saat 19:50 dəqiqədən saat 20:30 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan Balakən RPŞ-nin Qabaqçöl PB-nə dəvət edilmiş və şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və digər qanunsuz olaraq saxladığı əşya, vasitə varsa təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli poliverin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmiş, həmin sellofan büküm açıldıqda içərisində tünd yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi aşkar edilmişdir. Həmin narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi sellofan ilə birlikdə çəkildikdə çəkisi 8,18 qram gəlmişdir. Daha sonra içərisində marixuanaya oxşar bitki kütləsi olan sellofan büküm 01 ədəd zərfdə qablaşdırılıb möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığı zamanı aşkar edilmiş narkotik tərkibli qurudulmuş marixuanaya oxşar bitki kütləsini 2022-ci ilin iyun və iyul ayında Arılıq meşəsinə odun yığmaq məqsədilə getdiyi vaxt orada yabanı halda bitmiş bitkilərin üzərindən yığdığını və özü istifadə etmək üçün saxladığını bildirmişdir.Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı Balakən rayonu Tülü kəndində yerləşən fərdi yaşayış evinin həyətində narkotik vasitə, 01 ədəd silah və 4-5 ədəd patronlar saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs 01 ədəd silahı və 4-5 ədəd patronları 5-6 il əvvəl Arılıqbinə meşində tapdığını bildirmişdir. Şəxsi axtarış Panasonic markalı videokamera vasitəsi ilə görüntülənmiş və həmin videogörüntü 01 ədəd DVD diskə köçürülərək protokola əlavə edilmişdir. Tərtib edilmiş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. İş matieriallarında olan 17 yanvar 2023-cü il tarixli Balakən RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Qasım Hüseynov tərəfindən tərtib olunmuş “baxış və götürülmə barədə” protokoldan görünür ki, həmin tarixdə saat 21:00 dəqiqədən saat 21:55 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs iştirakı ilə onun yaşadığı Balakən rayonu Tülü kəndində yerləşən evinə və evinin həyətyanı sahəsinə baxış və götürülmə keçirilmişdir. Baxış və götürülmə zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə daxil olduqda həyətin yol tərəfində sarı rəngli dəmir qutu yerləşir. Həyətdə kürsülü 1 mərtəbəli, 3 otaqdan ibarət yaşayış evi var. Baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs evinin və ya həyətyanı torpaq sahəsinin hansı hissəsində narkotik vasitə və ya silah saxlaması barədə sual verildikdə, o, həyətində olan dəmir qutunun içərisində olan parçaya bükülmüş predmeti və 01 ədəd qara rəngli sellofanı təqdim etmişdir. Həmin parça bükülü açıldıqda içərisindən 01 ədəd odlu silaha bənzər predmet aşkar olunmuşdur. Silahın üzərində 276465 yazısı həkk olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qara rəngli sellofan torba açıldıqda içərisində tünd yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi aşkar edilmişdir. Baxış və götürülmə zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş bitki kütləsinin üzərindən aşkar edilmiş bitki kütləsi ilə eyni olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi parçanın içərisindən əlavə ağ rəngli parça kəsiyinə bükülmüş vəziyyətdə 05 ədəd patronlar aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qara rəngli sellofan torba içərisindəki bitki kütləsi ilə birlikdə elektron tərəzidə ölçülərkən çəkisi 110,96 qram gəlmişdir. Daha sonra həmin 01 ədəd qara rəngli selofan torba X8 tərəfindən bir ədəd zərfə qoyulub qablaşdırılmış və maddi sübut kimi götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd silaha oxşar predmet və 05 ədəd patronlar sintetik kisəyə qoyulub qablaşdırılaraq maddi sübut kimi götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evinə baxış keçirilmiş, lakin evdən digər hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Baxış və götürülmə prosesi proses “Panasonic” markalı videokamera vasitəsi ilə lentə alınmış, həmin videogörüntü 01 ədəd DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. Baxış və götürülmə zamanı protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışın və onun yaşadığı evə və evin həyətyanı sahəsinə keçirilən baxış və götürmənin videogörüntüləri əks olunmuş 2 ədəd DVD diskinə baxılmış və həmin disklərdəki videogörüntülərdə 17 yanvar 2023-cü il tarixli «şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə» protokolda və 17 yanvar 2023-cü il tarixli “baxış və götürülmə barədə” protokolda qeyd olunan halların əks edilməsi təsdiq olunmuşdur. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 18 yanvar 2023-cü tarixli 17/71 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “R. Məmmədovun üzərindən aşkar olunmuş kütlə.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 7,66 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “R. Məmmədovun yaşadığı evin həyətindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qara rəngli sellofan torbada, təmiz çəkisi - 102,60 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd sellofan bükümdə və 01 (bir) ədəd sellofan torbada olan qurudulmuş marixuanalar tərkibinə görə eynidirlər. Qeyd:Marixuanaların ümumi təmiz çəkisi-110,26 qram, cəmi tədqiqata sərf edildi- 0,20 qram (hər ob.0,10 qram), qalıq-110,06 qram. Ekspertiza tədqiqatının dəyəri 34,55 manat təşkil edir. İş materiallarında olan Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 18 yanvar 2023-cü il tarixli aktdan görünür ki, 17 yanvar 2023-cü il tarixli qərara əsasən tədqiqata təqdim edilən 01 ədəd sellofan bükümdə və 01 ədəd sellofan torbada bitki mənşəli kütlələr CAS/CAS-MWP300/ CAS-CUW 420H markalı tərəzidə çəkildi. 7,66 102,60 qram/ml maddə (kütlə) qəbul olundu, tarix xx.xx.2023 saat 12.20; 0,10 0,10 qram/ml nümunə götürüldü, 7,56 102,50 qram/ml maddə (kütlə) geri qaytarıldı, tarix xx.xx.2023 saat 15.10. İş materiallarında olan məhkəmə-ballistik ekspertizasının 18 yanvar 2023-cü tarixli 17/70 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd Rusiyada zavod üsulu ilə istehsal edilmiş 7,62 mm kalibrli, “276465” №-li “Mosin” konstruksiyalı, yivli odlu döyüş silahıdır, snayper tüfəngidir, istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 5 (beş) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrə malik 1908-ci il nümunəli, 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrə malik 1891/30-cu il nümunəli “Mosin” sistemli tüfəngdə, “Draqunov” (“SVD”) konstruksiyalı snayper tüfənglərində, 1936-cı il nümunəli avtomatik “Simonov” tüfəngində, “Kalaşnikov” (“PK”, “PKM”, “PKT”, “PKS”) konstruksiyalı pulemyotlarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patrondurlar - döyüş sursatıdırlar və atəşə yararlıdırlar. Ekspertiza tədqiqatının dəyəri 30,60 manat təşkil edir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 29 yanvar 2023-cü il tarixli 162 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən Balakən RPŞ-yə yazılmış xx.xx.2023-cü il tarixli 3-13-11/2-1227/2023 saylı məktubdan görünür ki, 1 (bir) ədəd 7,62 mm kalibrli, 276465 №-li MOSİN konstruksiyalı karabindən eksperimental qaydada atılmış güllə və giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik vasitəsilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Qoşma: 01 ədəd 7,62 mm kalibrli 276465 №-li MOSİN konstruksiyalı karabin və 05 ədəd 7,62x54 mm kalibrli patron möhürlənmiş polimer bükümdə. İş materiallarında olan 17 yanvar 2023-cü il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2023-cü il tarixdə, saat 19:30-da Azərbaycan Respublikası CM-nin 234.1 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Balakən Rayon Məhkəməsininin 19 yanvar 2023-cü il tarixli 4(019)-8/2023 nömrəli qərardan görünür ki, həmin qərarla Azərbaycan Respublikası CMnin 234.1 və 228.1-ci maddələrilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli 17 yanvar 2023-cü il tarixdən hesab edilmişdir. İş materiallarında olan tələbnamə üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023 tarixli, 7 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 02 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli 1(019)-80/2022 nömrəli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il 3 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun 23 iyun 2022-ci il və 24 iyun 2022-ci il tarixlərdə şübhəli şəxs qismində tutulub saxlandığı 02 gün müddətin bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılmış və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 il 2 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, həmçinin Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış 05 aprel 2023-cü il tarixli 310/4 nömrəli və xx.xx.2023-cü il tarixli 365/4 nömrəli arayışlardan görünür ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(019)-80/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 1 il 2 ay 26 gün müddətinə azadlığın məhdudlaşdarılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixədək cəzasının çəkilməmiş hissəsi 10 ay 24 gün təşkil edir. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin 23 fevral 2023-cü il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymətin verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evinin həyətyanı sahəsində yerləşən dəmir qutudan aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 01 ədəd sellofan bükümdə və 01 ədəd sellofan torbada ümumi təmiz çəkiləri 110,26 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 110,06 qramı və eləcə də Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən dəmir qutudan aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 1 (bir) ədəd Rusiyada zavod üsulu ilə istehsal edilmiş 7,62 mm kalibrli, “276465” №-li “Mosin” (Mosin) konstruksiyalı, istifadəyə yaralı, yivli odlu döyüş silahı hesab edilən snayper tüfəngi və 5 (beş) ədəd zavod üsulu ilə istehsal edilmiş, 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrə malik 1908-ci il nümunəli, 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrə malik 1891/30-cu il nümunəli “Mosin” (Mosin) sistemli tüfəngdə, “Draqunov” (Draqunov) (“SVD”) (SVD) konstruksiyalı snayper tüfənglərində, 1936-cı il nümunəli avtomatik “Simonov” (Simonov) tüfəngində, “Kalaşnikov” (Kalaşnikov) (“PK” (PK), “PKM” (PKM), “PKT” (PKT), “PKS” (PKS)) konstruksiyalı pulemyotlarda və s. yivli odlu döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı hesab edilən patronlar maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışın və onun yaşadığı evə və evin həyətyanı sahəsinə keçirilən baxış və götürmənin videogörüntüləri əks olunmuş 2 ədəd DVD diski cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından həmçinin görünür ki, xx.xx.2010-cu il tarixdə doğulmuş X10 və xx.xx.2013-cü il tarixdə doğulmuş X7 olmaqla Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaq vardır. Məhkəmə iş üzrə şahidlər Şahid1, Şahid2 və Şahid3 verdiyi ifadələri, məhkəməbioloji ekspertizanın 18 yanvar 2023-cü il tarixli 17/71 nömrəli rəyini, məhkəmə-ballistik ekspertizasının 18 yanvar 2023-cü il tarixli, 17/70 nömrəli rəyini, Balakən Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli 1(019)-80/2022 nömrəli hökmünü, Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tələbnamə üzrə verilmiş xx.xx.2023-cü il tarixli 7 saylı arayışı, ambulator məhkəmə- narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 162 nömrəli rəyini, maddi sübutları, Balakən RPŞ-nin İB-nin müstəntiqinin 23 fevral 2023-cü il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymətin verilməsi haqqında qərarını və məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün sübut kimi qəbul edilməklə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməli və nəzərə alınmalıdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi, İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsilə əlaqədar X1rşı işi üzrə qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin Qanunla təsdiq edilmiş İ siyahıya əsasən bu miqdar qurudulmuş mariuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə, işdəki sübutlara hüquqi qiymət verərək, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, həmin əməllərdə Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrinin tərkibi vardır, həmin əməllər təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, işin faktoloji hallarına və qanun normalarının tələbinə əsasən himayəsində iki azyaşlı uşağın olmasını və cinayət əməlləri törətməsini etiraf edib, bu əməlləri törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə bu xüsusda qeyd edir ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaq vardır. Qanunvericiliyin imperativ tələbinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Ona görə də məhkəmə himayəsində iki azyaşlı uşağın olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınması qənaətinə gəlmişdir. Məhkəmə eyni zamanda nəzərə çatdırır ki, Təqsirləndirilən şəxs cinayət əməllərini etiraf edib əməllərinə görə təəsüflənməklə peşman olduğunu bildirməsi, ona istinad olunan əməllərə tənqidi münasibətini ifadə etməklə həqiqətən də onu müsbət xarakterizə edən haldır. Bu konteksdə nəzərə çatdırılmalıdır ki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti, o cümlədən az ağır cinayəti törədən şəxs tərəfindən də yaşana və Cinayət Məcəlləsinin 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Bu konteksdə diqqətə alınmalıdır ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 75-ci maddəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hal (Azərbaycan Respublikası CM-nin 72-ci maddəsi ilə eyni hallarda) səmimi peşmançılıq deyil, əməli peşmançılıq adlandırılmış, yəni səmimi peşmançılığın üstün-yalnız əməli hərəkətlərlə ifadə olunmuş forması olaraq qeyd edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməlləri törətməsini etiraf edib bundan peşmançılıq çəkməsi məhz ona istinad olunan Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsinə təəssüflənməklə bu əməllərə tənqidi münasibətini ifadə edir və bu xüsusda onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlər öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən halları, o cümlədən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını və cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi CM-nin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri cinayətlərin məcmusunu yaratdığı üçün ona təqsirli bilindiyi hər bir maddə üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələbləri qaydasında qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsilə məhkum olunmasına dair Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü çıxarıldıqdan sonra onun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl hazırki iş üzrə CM-nin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində də təqsirli olduğu müəyyən olunduğu üçün CM-nin 66.5-ci maddəsinin tələbləri qaydasında Təqsirləndirilən şəxs CM-nin 62.2-ci maddəsinə əsasən CM-nin 228.1 və 234.1-ci maddələrinin məcmusu qaydasında təyin edilən qəti azadlıqdan məhrum etmə cəzası Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilən 1 il 2 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının onun tutulduğu 17 yanvar 2023-cü il tarixədək çəkilməmiş qalan 10 ay 24 gün müddəti CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla hesablanmış 5 ay 12 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə:…68.1.1-1. azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, himayəsində iki azyaşlı uşağın olması və cinayət əməlləri törətməsini etiraf edib bu əməlləri törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 228.1 və 234.1-ci maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunacaq bu cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbləri qaydasında hazırki hökm üzrə təyin olunacaq qəti cəzaya Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 10 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla hesablanmış 5 ay 12 gün müddətə azadlıqdan məhrum etmə cəzasını qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs 17 yanvar 2023-cü il tarixdən şübhəli şəxs qismində tutularaq hazırki günədək həbsdə saxlanması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 17 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2.ev dustaqlığında saxlanıldığı müddət… Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-cü maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Balakən Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli hökmünü və ambulator məhkəmə-narkoloji ekspertizasının 29 yanvar 2023-cü il tarixli 162 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdət sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkdiyinin, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olduğunun və narkoloji kabinetdə qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən rayon X6 Hüquqi Şəxsinə göndərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyərini təşkil edən 34,55 manat və məhkəmə-ballistik ekspertizası tədqiqatının dəyərini təşkil edən 30,60 manat olmaqla cəmi 65,15 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPMnin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evinin həyətyanı sahəsində yerləşən dəmir qutudan aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 01 ədəd sellofan bükümdə və 01 ədəd sellofan torbada ümumi təmiz çəkiləri 110,26 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 110,06 qramı məhv edilməli, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən dəmir qutudan aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 1 (bir) ədəd Rusiyada zavod üsulu ilə istehsal edilmiş 7,62 mm kalibrli, “276465” №-li “Mosin” (Mosin) konstruksiyalı, istifadəyə yaralı, yivli odlu döyüş silahı hesab edilən snayper tüfəngi və 5 (beş) ədəd zavod üsulu ilə istehsal edilmiş, 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrə malik 1908-ci il nümunəli, 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrə malik 1891/30-cu il nümunəli “Mosin” (Mosin) sistemli tüfəngdə, “Draqunov” (Draqunov) (“SVD”) (SVD) konstruksiyalı snayper tüfənglərində, 1936-cı il nümunəli avtomatik “Simonov” (Simonov) tüfəngində, “Kalaşnikov” (Kalaşnikov) (“PK” (PK), “PKM” (PKM), “PKT” (PKT), “PKS” (PKS)) konstruksiyalı pulemyotlarda və s. yivli odlu döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı hesab edilən patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah sursat anbarına təhvil verilməli, Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışın və onun yaşadığı evə və evin həyətyanı sahəsinə keçirilən baxış və götürmənin videogörüntüləri əks olunmuş 2 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayət əməllərini törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmələrini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkil Müdafiəçi1 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X9 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş bu cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunan bu cəzaya Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 10 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla hesablanmış 5 ay 12 gün müddətə azadlıqdan məhrum etmə cəzasını qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs 17 yanvar 2023-cü il tarixdən şübhəli şəxs qismində tutularaq hazırki günədək həbsdə saxlanması müddəti ona təyin edilən cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 17 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Balakən Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli hökmü və ambulator məhkəmə-narkoloji ekspertizasının 29 yanvar 2023-cü il tarixli 162 nömrəli rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın; onun narkoloji kabinetdə qeydiyyata alınması üçün hazırki hökmün surəti yaşayış yeri üzrə Balakən rayon X6 Hüquqi Şəxsinə göndərilsin. İş üzrə məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyərini təşkil edən 34,55 manat və məhkəmə-ballistik ekspertizası tədqiqatının dəyərini təşkil edən 30,60 manat olmaqla cəmi 65,15 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 saylı hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evinin həyətyanı sahəsində yerləşən dəmir qutudan aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 01 ədəd sellofan bükümdə və 01 ədəd sellofan torbada ümumi təmiz çəkiləri 110,26 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 110,06 qramı məhv edilsin; Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən dəmir qutudan aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 1 (bir) ədəd Rusiyada zavod üsulu ilə istehsal edilmiş 7,62 mm kalibrli, “276465” №-li “Mosin” (Mosin) konstruksiyalı, istifadəyə yaralı, yivli odlu döyüş silahı hesab edilən snayper tüfəngi və 5 (beş) ədəd zavod üsulu ilə istehsal edilmiş, 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrə malik 1908-ci il nümunəli, 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrə malik 1891/30-cu il nümunəli “Mosin” (Mosin) sistemli tüfəngdə, “Draqunov” (Draqunov) (“SVD”) (SVD) konstruksiyalı snayper tüfənglərində, 1936-cı il nümunəli avtomatik “Simonov” (Simonov) tüfəngində, “Kalaşnikov” (Kalaşnikov) (“PK” (PK), “PKM” (PKM), “PKT” (PKT), “PKS” (PKS)) konstruksiyalı pulemyotlarda və s. yivli odlu döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı hesab edilən patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah sursat anbarına təhvil verilsin; Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışın və onun yaşadığı evə və evin həyətyanı sahəsinə keçirilən baxış və götürmənin videogörüntüləri əks olunmuş 2 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X9 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-52/2023
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-52/2023
16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver