Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-52/2024 24.09.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, müdafiəçi-Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1984-cü ildə Balakən rayonu Mahamalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evlihimayəsində iki azyaşlı uşaq olan, orta təhsilli, işləməyən, məhkum olunmamış, Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 228.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi və döyüş sursatı əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını qanunsuz olaraq əldə edib idarə etdiyi “Land Cruiser-Prado” markalı, **-DP-*** qeydiyyat nişanlı avtomobildə saxlamaqla Balakən rayonu Qullar kəndi ərazisinə daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat- axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 12 fevral 2024-cü il tarixdə saat 13:15-də Balakən rayonu Qullar kəndi ərazisində idarə etdiyi “X14” markalı, **-DP-*** nişanlı avtomobilin yanında saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə Balakən Rayon Polis Şöbəsinə (bundan sonra Balakən RPŞ) gətirilmiş və həmin tarixdə saat 15:45-dən etibarən onu idarə etdiyi «X14» markalı, **-DP-*** qeydiyyat nişanlı avtomobilə özünün razılığı və iştirakı ilə baxış keçirilən zaman avtomobilin yük yerindən 419266 №-li, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1979-cu ildə istehsal olunmuş 5,45 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş, Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomat hesab edilən 01 ədəd yivli odlu silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal edilmiş, 5,45x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları olan, döyüş sursatı hesab edilən və atəş üçün yararlı olan ümumi sayı 29 ədəd patron və 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadə üçün yararlı olan 01 ədəd daraq aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində onun avtomobilində aşkar edilmiş 01 ədəd 419266 nömrəli, Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomat silah, 01 ədəd daraq və 5,45x39 mm kalibrli patronlarınona məxsus olmadığını, həmin əşyaların ona məxsus olmasını etiraf etmədiyi halında onun evində külli miqdarda narkotik vasitə tapılacağı və ailəsinin bu işə cəlb olunacağı barədə polis əməkdaşlarının hədəsi və ona təzyiq edilməsi səbəbindən avtomaşınında tapılan 01 ədəd 419266 nömrəli, Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomat silah, 01 ədəd daraq və 5,45x39 mm kalibrli patronların ona məxsus olmasını etiraf etdiyini, ibtidai araşdırmada ona qarşı fiziki və psixi zorun tətbiq edildiyini, nəticədə ibtidai istintaqdakı əvvəlki ifadəsində CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində özünü təqsirli bildiyini və etirafedici ifadə verdiyini, həmin ibtidai istintaqda verdiyi əvvəlki ifadəsinin həqiqəti əks etdirmədiyini, məhkəmə iclasında verdiyi ifadəsinin isə həqiqəti əks etdirdiyini, ona məxsus mobil telefonun və avtomobilin ona qaytarılmasını bildirmiş və ona münasibətdə bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsilə nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, orta məktəbi yaşadığı Balakən rayonu Mahamalar kənd orta məktəbində rus dilində oxumuşdur. 2016-cı ildə Mətanət Paraşova ilə ailə həyatı qurmuşdur, həmin evlilikdən 2 övladı vardır. O, polis əməkdaşları tərəfindən tutulmamışdan təxminən 3 gün əvvəl yaşadığı Balakən rayonu Mahamalar kəndi ərazisində yerləşən meşəlik ərazidən təsadüfən qara rəngli sellofan torbanın içərisində 01 ədəd avtomat tipli odlu silah, həmin silaha məxsus olan 01 ədəd daraq və 29 ədəd patron tapmışdır. Avtomat silahı, daraq və patronları saz vəziyyətdə olduğu üçün onun diqqətini cəlb etmiş və xoşuna gəldiyi üçün həmin silahı götürüb idarə etdiyi özünə məxsus olan “Toyota Prado” markalı, **-DP-*** qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyub özündə saxlamışdır. Bundan sonra 12 fevral 2024-cü il tarixdə günorta vaxtı saat 13:15 radələrində Balakən rayonu Qullar kəndi ərazisində idarə etdiyi “Toyota Prado” markalı, **- DP-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib, ondan anket məlumatlarını soruşmuşlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun odlu silah və döyüş sursatları əldə edib saxlamaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla onu tanış etmişlər. O, həmin vaxt yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda idarə etdiyi “Toyota Prado” markalı, **-DP-*** qeydiyyat nişanlı avtomobilin yük yerində avtomat tipli odlu silah, daraq və patronlar vardır. Bundan sonra polis əməkdaşları onu Balakən RPŞ-yə dəvət etmiş və o, buna etiraz etməyib idarə etdiyi avtomobillə birlikdə polis əməkdaşları ilə birlikdə Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi və tərcüməçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə onun üstünə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üstündən 01 ədəd “İphone" markalı mobil telefon, 158 manat 90 qəpik pul, avtomobil açarı və şəxsi əşyaları aşkar edilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən odlu silah, döyüş sursatı və qanunsuz əşyalar aşkar edilməmişdir. Sorğu zamanı o, idarə etdiyi və hazırda Polis Şöbəsinin həyətində saxlanılan “Toyota Prado” markalı, **-DP-*** qeydiyyat nişanlı avtomobilin yük yerində avtomat tipli oldu silah və patronlar olduğunu bildirmişdir. Üzərində aşkar edilmiş avtomobil açarı, pul və digər şəxsi əşyaları onun özünə qaytarılmış, lakin üzərindən aşkar edilmiş “İphone” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün onun və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra həmin gün polis əməkdaşları tərəfindən Balakən RPŞ-nin inzibati binasının həyətində saxlanılmış ona məxsus olan idarə etdiyi “Toyota Prado” markalı, **-DP-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış onun özünün icazəsi və iştirakı ilə aparılmış, baxış zamanı video çəkilişdən istifadə edilmişdir. Baxış zaman o, özündə olan avtomobil açarı ilə idarə etdiyi avtomobilin yük yerinin qapısını açıb, yük yerində saxladığı qara rəngli sellofan torbanın içərisində olan 01 ədəd avtomat tipli odlu silahı, 01 ədəd darağı və 29 ədəd avtomat patronlarını polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi silahlara polis əməkdaşları tərəfindən baxış keçirilmiş və silahın üzərində olan nömrə oxunmuşdur. Sonra təqdim etdiyi avtomat tipli odlu silah, daraq və patronlar polis əməkdaşları tərəfindən qablaşdırılmış, qablaşmanın üzəri möhürlənmiş və qablaşmanın üzəri onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Sonra avtomobilə baxış keçirilməsi davam etdirilmiş, lakin avtomobildən digər qanunsuz əşya və predmetlər aşkar edilməmişdir. O, sorğu zamanı idarə etdiyi avtomobildən aşkar edilmiş avtomat tipli odlu silahı, daraq və patronları 3 gün əvvəl Balakən rayonu ərazisində yerləşən meşəlik ərazidən təsadüfən tapdığını və silahları götürüb özünə məxsus olan avtomobildə saxladığını bildirmişdir. Bundan sonra baxışda iştirak edən iştirakçılar Polis Şöbəsində xidməti otağa dəvət edilmişlər, orada avtomobilə keçirilən baxışla bağlı protokol tərtib edilmiş, iştirakçılara ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün onun və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Aşkar edilmiş silahdan hər hansı bir cinayətin törədilməsində istifadə etməmiş, onda həmin silahın olmasından heç kimin məlumatı olmamış, əlavə olaraq heç bir yerdə odlu silah, onun komplekt hissəsi və ya döyüş sursatı, həmçinin soyuq silah saxlamamış, saxlanılan zaman üzərinə şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirilən zaman polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təziqə məruz qalmamışdır. bildirmişdir. Təqsirləndirilən şəxs qismində 04 mart 2024-cü il tarixdə verdiyi əlavə ifadəsində Təqsirləndirilən şəxs ona elan edilmiş ttiham üzrə özünü təqsirli bilmədiyini, idarə etdiyi avtomobildən aşkar edilmiş odlu silah, onun komplekt hissəsi və döyüş sursatlarının ona məxsus olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş odlu silah, onun komplekt hissəsi və döyüş sursatının ona məxsus olmaması ilə bağlı əlavə ifadəsində göstərdiyi bu hallar ibtidai istintaq tərəfindən özünümüdafiə xarakterli xüsusatları özündə əks etdirən vəsatət kimi qəbul edilmiş və həmin vəsatət cinayət işinin materialları ilə təkzib edildiyi üçün rədd edilmişdir. İbtidai istintaqda Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə yenidən ona elan olunmuş ittiham üzrə 05 aprel 2024-cü il tarixdə dindirilərkən istintaqa verdiyi ifadəsində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək idarə etdiyi avtomobildən aşkar edilmiş odlu silah, onun komplekt hissəsi və döyüş sursatlarının ona məxsus olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi hallara istinadən ifadəsində bildirmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis mayoru xüsusi rütbəsini daşıyır. 12 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Balakən rayonu Qullar kəndi ərazisində saxlanılması ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirində, həmçinin onun üzərində şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirilməsi proseslərində əməliyyat qrupunun rəhbəri olaraq iştirak etmişdir. Belə ki, 11 fevral 2024-cü il tarixdə işlədiyi Baş İdarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. O, özü bu məlumatı Baş İdarənin rəhbərliyinə raportla məruzə etmiş və Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmış, bu məqsədlə əməliyyat qrupu yaradılmış, qrupa rəhbərlik ona həvalə olunmuşdur. Əməliyyat qrupuna Baş İdarənin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, əməliyyat müvəkkili, polis mayoru Şahid3 və Baş X4 təhqiqatçısı, polis leytenantı X8 daxil edilmişdir. Təqsirləndirilən şəxs Balakən rayonu ərazisində olduğu müəyyən edildiyi üçün əməliyyat qrupunun üzvləri Balakən rayonu ərazisinə ezam edilmişlər. 12 fevral 2024-cü il tarixdə Balakən rayonu ərazisində Təqsirləndirilən şəxs olduğu yer barədə əldə edilmiş məlumat üzrə hərəkət edilmiş və həmin gün gün saat 13:15 radələrində Balakən rayonu Qullar kəndi ərazisində “Toyota Prado” markalı, **-DP-*** qeydiyyat nişanlı avtomobilin yanında xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin olduğu müəyyən edilmişdir. Əməliyyat qrupunun üzvləri həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmiş və həmin şəxsə özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlamaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla onu tanış etmişlər. Təqsirləndirilən şəxs isə heç bir etiraz etmədən səmimi şəkildə qeyd etmişdir ki, hazırda idarə etdiyi “Toyota Prado” markalı, **-DP-*** qeydiyyat sanlı avtomobilin arxa yük yerində bir ədəd avtomat silahı, daraq və patronlar saxlayır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirilməsi zərurəti yarandığına görə o, Balakən RPŞ-yə dəvət edilmiş və idarə etdiyi “Toyota Prado” markalı, **-DP-*** qeydiyyat nişanlı avtomobillə birlikdə həmin Polis Şöbəsinə dəvət edilmişdir. Polis Şöbəsinin inzibati binasına gəldikdən sonra Təqsirləndirilən şəxs Baş X4 təhqiqatçısı Murad Azayev tərəfindən şübhəli şəxs qismində tutulmuş, onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilərək Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs bu prosesin videoçəkilişlə həyata keçiriləcəyi, eləcə də hüquq və vəzifələr izah olunmaqla bu barədə qərar ona elan edilmişdir. Şəxsi axtarış və götürmə aparılarkən Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində saxladığı hər hansı qanunsuz əşya, predmet, odlu silah və döyüş sursatı varsa, çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs isə üstündə qanunsuz əşya olmadığını bildirib, üzərində olan 01 ədəd “İphone” markalı mobil telefonu, 158 manat 90 qəpik pulu, avtomobil açarını, şəxsiyyət vəsiqəsini və digər şəxsi əşyalarını çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış zamanı onun üzərindən odlu silah, döyüş sursatı və qanunsuz əşyalar aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs idarə etdiyi və hazırda Polis Şöbəsinin inzibati binasının həyətində saxlanılmış “Toyota Prado” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində 01 ədəd avtomat silahı, 01 ədəd daraq və patronlar saxladığını bildirib və həmin predmetləri təqdim edə biləcəyini qeyd etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “İphone” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi təhqiqatçı tərəfindən götürülmüş, avtomobil açarı və digər əşyalar isə onun özünə qaytarılmışdır. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra həmin gün Balakən RPŞ-nin inzibati binasının həyətində saxlanılmış Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prado” markalı, **-DP-*** qeydiyyat nişanlı avtomobilə Təqsirləndirilən şəxs iştirakı və icazəsi ilə video çəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, idarə etdiyi avtomobildə odlu silah və döyüş sursatı saxlayırsa, həmin predmetləri təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs özündə olan açarla idarə etdiyi “Toyota Prado” markalı, **- DP-*** qeydiyyat nişanlı avtomobilin qapılarını açıb, avtomobilin arxa yük yerində olan 01 ədəd qara rəngli sellofan torbanı təqdim edərək, həmin sellofan torbanın içərisində 01 ədəd avtomat silahı, 01 ədəd daraq və patronlar olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin sellofan torba açıldıqda torbanın içərisində 01 ədəd avtomat tipli odlu silaha oxşar predmet, 01 ədəd daraq və 29 ədəd patron aşkar edilmişdir. Aşkar edilmiş həmin predmetlərə təhqiqatçı tərəfindən baxış keçirilmiş, avtomat tipli silah yoxlanılmış və silahın üzərində olan nömrə ucadan oxunmuşdur. Sonra həmin predmetlər təhqiqatçı tərəfindən qablaşdırılmış, qablaşmanın üzərində qeydiyyat aparılmış və qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, idarə etdiyi avtomobildən aşkar edilmiş avtomat tipli silaha oxşar predmeti, daraq və patronları 3 gün əvvəl yaşadığı Balakən rayonu ərazisində yerləşən meşəlik ərazidən təsadüfən tapmış və götürüb idarə etdiyi avtomobilə qoyaraq özündə saxlamışdır. Bundan sonra “Toyota Prado” markalı, **-DP-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi davam etdirilmiş, lakin avtomobildən qanunsuz digər əşya və predmetlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs özünü yaxşı apardığı üçün avtomaşının digər hissələrinə baxış keçirilməmişdir. Sonra baxışda iştirak edən bütün iştirakçılar təhqiqatçı tərəfindən xidməti otağa dəvət edilərək avtomobilə keçirilmiş baxışla bağlı protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş və həmin protokol düzgün tərtib olunduğu üçün imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs onlara heç bir müqavimət göstərməmiş və onlara heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərilən halları təsdiq etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, Balakən RPŞ-nin dövlət yol polisi bölməsinin rəisi vəzifəsində işləyir. Həmin vaxt Balakən rayonu Qullar kəndi ərazisində xidmətdə olmuş, iki ağ rəngli Toyota Kamri markalı avtomaşında olan polis əməkdaşları onlardan bir avtomaşını polis şöbəsinin duracağına aparılması ilə bağlı kömək istəmiş, onlar da kömək edib Təqsirləndirilən şəxs məxsus avtomaşını Balakən RPŞ-nin duracağına gətirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs avtomaşınını polis əməkdaşı Məhəmməd Əhmədov idarə etmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı fiziki və psixi təsir göstərilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 11 fevral 2024-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsi ilə qeyri-mümkünlüyü nəzərə alınaraq xx.xx.1984cü il tarixdə Balakən rayonu Mahamalar kəndində anadan olmuş, Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşayan Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmış, ona münasibətdə qanunda nəzərdə tutulmuş əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş, bu qərar sözügedən idarənin rəisi tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 11 fevral 2024-cü il tarixli əmrindən görünür ki, qeyd edilən məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid1 (qrupun rəhbəri), Şahid2, Şahid3 və X3 ibarət (qrupun üzvləri) əməliyyat qrupu yaradılmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli qərarından görünür ki, həmin qərarla əməliyyat-axtarış tədbirinin aparılması barədə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 11 fevral 2024-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis leytenantı Murad Azayev tərəfindən tərtib edilmiş 12 fevral 2024-cü il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, BMCMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saxlanılan şəxs Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prado” markalı, **- DP-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin yük yerindən qara rəngli sellofan torbanın içərisindən 01 ədəd avtomat tipli silah, 01 ədəd daraq və 29 ədəd patron aşkar edilmişdir. Aşkar edilmiş həmin predmetlər qablaşdırılaraq götürülmüşdür. Baxış və götürmə prosesi 12 fevral 2024-cü il tarixdə saat 15:45-də başlamış və həmin tarixdə saat 15:54-də başa çatmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məxsus “Toyota Prado” markalı, **-DP-*** qeydiyyat nişanlı avtomobilə keçirilən baxış və götürmənin videogörüntüləri əks olunmuş 1 ədəd DVD diskinə baxış keçirilmiş və həmin diskdəki videogörüntülərin 12 fevral 2024-cü il tarixli Təqsirləndirilən şəxs məxsus “Toyota Prado” markalı, **-DP-*** qeydiyyat nişanlı avtomobilə keçirilən baxış və götürmənin aparılması barədə protokolda qeyd olunanlarla eynilik təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Balakən rayonu Qullar kəndində qeydiyyatda olmaqla yaşayan X2 bacısı oğlu Mahamalar kənd sakini Təqsirləndirilən şəxs məxsus olan X13 Prado markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı minik avtomobili xx.xx.2024-cü il tarixdə Balakən RPŞ-dən saz vəziyyətdə təhvil almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli 24/330 nömrəli rəyində göstərilir: 1.Tədqiqata təqdim edilmiş 01 ədəd 419266 №-li silah 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1979-cu ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir; tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 4,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır; tədqiqata təqdim edilmiş 29 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar; eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir. İş materiallarında olan 14 fevral 2024-cü il tarixli maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülən 01 ədəd 419266 nömrəli, Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomat silahı, 01 ədəd daraq və qalıq sayı 26 ədəd olan patron maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavininə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-13-12/2-41853/2024 nömrəli məktubdan görünür ki, “AK-74“ markalı, 5,45 kalibrli, 1979-cu il istehsallı, 419266 №-li silahın mərkəzləşdirilmiş axtarış uçotlarında olması barədə DİN BƏSİİ-də məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisinə ünvanladığı 15 mart 2024-cü il tarixli 24/1107 nömrəli məktubdan görünür ki, sorğuda qeyd edilən keçmiş SSRİ dövlətində zavod üsulu ilə 1979-cu ildə istehsal olunmuş, 419266 nömrəli, 5,45 mm AK-74 modelli “Kalaşnikov” konstruksiyalı avtomat Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin qeydiyyatından keçmir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisinə ünvanladığı 18 mart 2024-cü il tarixli 3-25/2-15/1104/2024 nömrəli məktubdan görünür ki, 18 mart 2024-cü il tarixə olan məlumata əsasən Müdafiə Nazirliyinin elektronuçot sistemində 1979-cu ildə SSRİ dövlətində istehsal olunmuş, 419266 nömrəli, 5,45 mm AK-74 Kalaşnikov avtomatı qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən tələbnamə üzrə verilmiş xx.xx.2024-cü il tarixli 8 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan 04 aprel 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus avtomobilə baxış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD diski maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs məxsus “X15” markalı, **-DP-*** qeydiyyat nişanlı avtomobilin onun qohumu X1 qaytarılması nəzərə alınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülən 01 ədəd 419266 nömrəli, Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomat silahı, 01 ədəd daraq və qalıq sayı 26 ədəd olan patron maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerinə təhvil verilməsi nəzərə alınmışdır. İş materiallarında olan 12 fevral 2024-cü il tarixli şübhəli şəxs qismində tutma haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs fiziki azadlığı faktiki olaraq 12 fevral 2024-cü il tarixdə saat 13.15-də məhdudlaşdırılmaqla həmin vaxtdan tutulmuş hesab edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(005)-215/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsilə təqsirləndirilən şəxs hesab edilən Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 12 fevral 2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(005)-215/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından həmçinin görünür ki, 15 aprel 2017-ci il tarixdə doğulmuş X9 və 9 aprel 2019-cu il tarixdə doğulmuş X7 olmaqla Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaq vardır. Məhkəmə iş üzrə dindirilmiş şahidlərin ifadələrini, Təqsirləndirilən şəxs məxsus “X15” markalı, **-DP-*** qeydiyyat nişanlı avtomobilə baxış və götürmə keçirilməsi haqqında 12 fevral 2024-cü il tarixli protokolu, həmin baxış və götürmənin videogörüntüləri əks olunmuş 01 ədəd DVD diskini, 14 fevral 2024-cü il tarixli maddi sübut hesab edilməsi haqqında qərarı, maddi sübutları, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli 24/330 nömrəli rəyini, Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən tələbnamə üzrə verilmiş xx.xx.2024-cü il tarixli 8 saylı arayışı, 12 fevral 2024-cü il tarixli şübhəli şəxs qismində tutma haqqında qərar və protokolu, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(005)-215/2024 nömrəli qərarını, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarını, 04 aprel 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs qismində ibtidai istintaqda verdiyi əvvəlki ifadəsi ilə ibtidai istintaqda 04 mart 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi əlavə ifadəsi, 05 aprel 2024-cü il tarixdə verdiyi ifadəsi və məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyətə işdəki mötəbər sübutlarla müqayisəli şəkildə hüquqi qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda təqsirləndirilən şəxs qismində verdiyi əvvəlki ifadəsi daha mötəbər sayılmalı və qəbul olunmalıdır. Belə ki, Təqsirləndirilən şəxs qismində ibtidai istintaqda verdiyi əvvəlki ifadəsində özünü ona istinad olunan CM-nin 228.1-ci maddəsilə təqsirli bilmiş və ona məxsus avtomobilə baxış və götrmə zamanı avtomobildən aşkar edilmiş 01 ədəd 419266 nömrəli, Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomat silah, 01 ədəd daraq və 5,45x39 mm kalibrli patronların ona məxsus olduğunu, həmin odlu silah, onun komplekt hissəsi və döyüş sursatını meşədən tapdığını və götürüb əldə etməklə avtomobilində saxladığını və daşıdığını bildirmiş və polis əməkdaşları tərəfindən ona hər hansı fiziki və psixi təzyiqin edildiyini bildirməmişdir. Təqsirləndirilən şəxs bu ifadəsini müdafiəçisinin iştirakı ilə vermiş və həmin ifadə alınan zaman ona fiziki və ya psixi təsirin edilməsi müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaqda 04 mart 2024-cü il tarixdə təqsirləndirilən şəxs kimi verdiyi əlavə ifadəsində, 05 aprel 2024-cü il tarixli ifadəsində və məhkəmə istintaqında verdiyi ifadəsində ibtidai istintaqlda əvvəlki ifadəsində göstərdiyi hallara dair heç bir sübut göstərmədən və təqdim etmədən tamamilə fərqli məlumatlar vermiş, bu ifadələrində Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, məhkəmə istintaqında qeyd etdiyi kimi onun avtomobilində aşkar edilmiş 01 ədəd 419266 nömrəli, Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomat silah, 01 ədəd daraq və 5,45x39 mm kalibrli patronların ona məxsus olmadığını, həmin əşyaların ona məxsus olmasını etiraf etmədiyi halında onun evində külli miqdarda narkotik vasitə tapılacağı və ailəsinin bu işə cəlb olunacağı barədə polis əməkdaşlarının hədəsi və ona təzyiq edilməsi səbəbindən avtomaşınında tapılan 01 ədəd 419266 nömrəli, Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomat silah, 01 ədəd daraq və 5,45x39 mm kalibrli patronların ona məxsus olmasını etiraf etdiyini, ona qarşı fiziki və psixi zorun tətbiq edildiyini, nəticədə ibtidai istintaqda təqsirləndirilən şəxs kimi əvvəlki ifadəsində CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində özünü təqsirli bildiyini və etirafedici ifadə verdiyini, həmin ibtidai istintaqda verdiyi əvvəlki ifadəsinin həqiqəti əks etdirmədiyini, ibtidai istintaqdakı əlavə ifadəsinin, 05 aprel 2024-cü il tarixli ifadəsinin və məhkəmə iclasında verdiyi ifadəsinin isə həqiqəti əks etdirdiyini göstərmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi əvvəlki ifadəsini nəyə görə dəyişməsini, ibtidai istintaqda təqsirləndirilən şəxs kimi verdiyi əvvəlki ifadəsində CM-nin 228.1-ci maddəsilə etirafedici məlumatlar verdiyi təqdirdə, sonradan bu ifadəsini inkar etdiyini ağlabatan əsaslar göstərmədən və mötəbər sübutlar təqdim etmədən izah edə bilməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ibtidai araşdırmada ona qarşı fiziki və psixi zor tətbiq edilməsini göstərsə də, o və onun müdafiəçisi bu halı təsdiq edən hər hansı sübutu; üstündə həmin fiziki zorun izləri müəyyən olunan tibbi müayinə sənədlərini, ekspertiza rəyini, digər hər hansı sənədi məhkəməyə təqdim etməmiş, məhkəmə istintaqında dindirilən şahidlər, o cümlədən təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında dindirilmiş əlavə şahidlər ifadələrində belə bir halın mövcudluğunu təsdiq etməmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs və onun müdafiəçisi Təqsirləndirilən şəxs qarşı ehtimal edilən fiziki və psixi zorun tətbiq edilməsi xüsusatı üzrə araşdırmanın aparılması üçün prokurorluq orqanlarına və digər hər hansı təşkilata müraciət etməmişlər. Bir sözlə müdafiə tərəfindən Təqsirləndirilən şəxs irəli sürdüyü bu halla bağlı məhkəməyə hər hansı bir mötəbər fakt və sübut təqdim edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaqda təqsirləndirilən şəxs kimi verdiyi 04 mart 2024-cü il il tarixli əlavə ifadəsində, 05 aprel 2024-cü il tarixli ifadəsində və məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərilənlər iş üzrə mötəbər sübutlarla, o cümlədən onun ibtidai araşdırmada şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi əvvəlki ifadələri, 12 fevral 2024-cü il tarixli Təqsirləndirilən şəxs məxsus avtomobilə baxış və götürülmə aparılması haqqında protokol, həmin 12 fevral 2024-cü il tarixli baxış və götürmənin videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski, maddi sübutlar, məhkəmə-ballistik ekspertizasının 13 fevral 2024-cü il tarixli 24/330 nömrəli rəyi, şahidlərlərin ifadələri, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokolları və sair sübutlarla tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs ibtidait istintaqda 04 mart 2024-cü il tarixli əlavə ifadəsində, 05 aprel 2024-cü il tarixli ifadəsində və məhkəmə istintaqı zamanı verdiyi ifadəsində avtomobilində tapılan 01 ədəd 419266 nömrəli, Kalaşnikov konstruksiyalı, AK- 74 modelli avtomat silah, 01 ədəd daraq və 5,45x39 mm kalibrli patronların polis əməkdaşları tərəfindən tutulduqdan sonra avtomaşınına qoyulması, həmin əşyaların ona məxsus olmaması və ona qarşı fiziki və psixi zorun tətbiq edilməsi, nəticədə ibtidai istintaqda təqsirləndirilən şəxs kimi verdiyi əvvəlki ifadəsində CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində özünü təqsirli bilməsi və etirafedici ifadə verməsi barədə göstərdiyi bu məlumatları özünümüdafiə kimi qiymətləndirir və qəbul etmir. Məhkəmə həmçinin onu da qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 04 mart 2024-cü il tarixli əlavə ifadəsində, 05 aprel 2024-cü il tarixli ifadəsində və məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi bu hallar Azərbaycan Respublikası Konstitusiyasının 63, Avropa Konvensiyasının 6 və Azərbaycan Respublikası CPM-nin 21ci maddələrinə əsasən təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququ konteksində nəzərə alınmalıdır. Belə ki, özünü müdafiə etmək və bu xüsusda özünü ifşa edən ifadələr verməmək həmin hüququn mahiyyətindən irəli gəlir. Təqsirsizlik prezumpsiyası hüququna görə təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi Minelli İsveçrəyə qarşı işdə qeyd etmişdir ki, cinayət əməli törətməkdə təqsirləndirilən şəxs öz əleyhinə ifadə verməyə məcbur edilməməlidir. Cinayət araşdırmasının gedişində sübutetmə yükü təqsirləndirilən şəxsin üzərinə qoyula bilməz. Həmçinin təqsirləndirilən şəxs özünü ifşa edən ifadələr verməmək, öz maraqları əleyhinə şahidlik etməkdən imtina etmək hüququna malikdir ki, cinayət araşdırmasının istənilən mərhələsində bu hüquqlara hörmət edilməlidir. Funke Fransaya qarşı məhkəmə işində Avropa Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, təqsirləndirilən şəxsin susmaq hüququ və cinayət törətməkdə ifşa edilməsinə yardım göstərməmək hüququ vardır. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda 04 mart 2024-cü il tarixdə verdiyi ifadəsində, 05 aprel 2024-cü il tarixdə verdiyi ifadəsində və məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qeyd etdiyi və məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməyən və özünümüdafiə kimi qiymətləndirilən bu hallar nə həmin cinayət əməlinin törədilməsinin sübut olunması, nə də cəza verilməsində onun əleyhinə istifadə oluna bilməz. Əks hal təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququnun kobud pozuntusu olacaqdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi və döyüş sursatı əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan ekspertiza rəyini və digər sənədləri bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü,mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir. Onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qanun normasının tələbinə və işin faktiki hallarına əsasən məhkəmə himayəsində iki azyaşlı uşağın olmasını və ilk dəfə cinayət əməli törətməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Bu xüsusda məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağın olmasının onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınması qanun normasının- CM-nin 59.1.4-cü maddəsinin imperativ tələbidir ki, məhkəmə də qanun normasının bu tələbini nəzərə almışdıir. Məhkəmə həmçinin nəzərə çatdırır ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsi, bununla da kriminal meyilli şəxs olmaması, antisosial yönümün psixikasında model davranışa çevrilməməsi işdəki sübutlarla təsdiq olunur. Ona görə də məhkəmə tərəfindən ilk dəfə cinayət əməli törətməsi Təqsirləndirilən şəxs kriminal meyilli şəxslərdən fərqləndirmək üçün ağlataban əsas kimi qiymətləndirilməklə cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən himayəsində iki azyaşlı uşağın olması və ilk dəfə cinayət əməli törətməsi kimi cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini və islah olunması üçün ona cəmiyyətdən təcrid edilmə formasında cəzanın təyin edilməsi zərurətini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs 12 fevral 2024-cü il tarixdən hazırki günədək həbsdə saxlandığı müddət bu cəza müddətinə daxil edilməklə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli 12 fevral 2024-cü il tarixdən hesbalanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət… Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət işi üzrə məhkəməyədək icraatda həbsdə saxlama müddətinin axımı məhkəməyə göndərilmiş cinayət işi üzrə qətimkan tədbiri ilə bağlı məsələyə baxıldığı, yaxud həbs və ya ev dustaqlığı qismində qətimkan tədbirinə xitam verildiyi gün dayandırılır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs tərəfindən ona təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 56.1.2-ci maddəsinə uyğun olaraq ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs götürülmüş ona məxsus “İphone” markalı mobil telefon və “Land Cruiser-Prado” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibinə qaytarılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş 01 ədəd 419266 nömrəli, Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomat silah, 01 ədəd daraq və qalıq sayı 26 ədəd qalmış 5,45x39 mm kalibrli patron Azərbaycan Respublikası DİN-nin silah sursat anbarına təhvil verilməli, Təqsirləndirilən şəxs məxsus avtomobilə keçirilən baxış və götürmənin videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski hazırki cinayət işi materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalı, Təqsirləndirilən şəxs məxsus “İphone” markalı mobil telefonun və “Land Cruiser-Prado” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99- 1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla onun 12 fevral 2024-cü il tarixdən hazırki günədək həbsdə saxlanılma müddəti ona təyin edilən cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 12 fevral 2024-cü il tarixdən hesablansın; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş 01 ədəd 419266 nömrəli, Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomat silah, 01 ədəd daraq və qalıq sayı 26 ədəd qalmış 5,45x39 mm kalibrli patron Azərbaycan Respublikası DİN-nin silah sursat anbarına təhvil verilsin; Təqsirləndirilən şəxs məxsus avtomobilə keçirilən baxış və götürmənin videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski hazırki cinayət işi materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məxsus “İphone” markalı mobil telefonun və “Land Cruiser-Prado” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-52/2024
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-52/2024
24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver