Məhkəmə qərarları › İş №1(019)-53/2020

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-53/2020

12.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-53/2020 12.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X9 qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi X5 və Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs-xx.xx.1998-ci ildə Balakən rayon Hənifə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum edilməyən, fərdi əməklə məşğul olan, Balakən rayon Hənifə kəndində pasport qeydiyyatında olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə saat 22 radələrində yaşadığı Balakən rayon Hənifə kəndində yerləşən evinin yataq otağında, 16 yaşına çatmamış, yəni xx.xx.2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs razılığı ilə qəsdən sonuncu ilə ilk dəfə təbii yolla cinsi əlaqədə olub, qızlıq bəkarət pərdəsinin tamlığını pozduqdan sonra hərəkətlərini davam etdirməklə 2019-cu ilin dekabr ayının sonlarına kimi Zərərçəkmiş şəxs razılığı ilə sonuncuyla mütəmadi olaraq təbii yolla cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, hal-hazırda Balakən rayon Hənifə kəndində Zərərçəkmiş şəxs və ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi əməklə yəni kənd təsərrüfatı işləri ilə məşğul olur. xx xxxx 1998-ci il tarixdə Balakən rayon Hənifə kəndində anadan olmuşdur. Həmkəndlisı hal-hazırda həyat yoldaşı olan Zərərçəkmiş şəxs ilə aralarında sevgi münasibətləri olmuşdur. Nərminə evlənmək istədiyini onun barəsində ciddi fikri olduğunu bildirmişdir. xx xxx 2019-cu il tarixində Nərmin Balakən rayon Hənifə kəndində ailəsi ilə birlikdə yaşadığı evə qoşularaq onunla birlikdə gəlmişdır. Məqsədləri ailə qurmaq, evlənmək olmuşdur. Həmçinin ailə üzvlərinin bundan xəbəri olmuşdur. Hər iki ailənin üzvlərinin onların Nərminlə evlənmələrinə heç bir etirazı olmamışdır. Nərmin öz istəyi ilə evlənmək məqsədilə gəldikdə ailə üzvlərinə deməmişdir. Lakin evlənmək məqsədilə getdikdən sonra ailə üzvləri bu barədə xəbərdar olmuşdur. Həmçinin də Nərminin 16 yaşı tamam olmadığına görə ailəsi evlənmələrinə razı olmamışdır. Buna görədə Nərmin ilə 05 may tarixində yaşadıqları Balakən rayon Hənifə kəndində yolda görüşmüş, biraz söhbət etdikdən sonra Nərmin ilə razılaşmış, Nərmin xx xxx 2019-ci ildə onunla evlənmək məqsədilə gələcəyini bildirmiş və xx xxx 2019-ci ildə Nərmin evdən çıxaraq saat 12 radələrində Hənifə kəndində onunla görüşüb birlikdə evlənmək məqsədilə yaşadığı evə gəlmişdir. Yaşadıqları evdə atası Qasım və anası Nəzakət Nərminə qarşı hədə qorxu gələrək yaxud qorxuzmaqla gətirib gətirməməsini soruşmuşlar. Lakin Nərmin öz istəyi ilə evlənmək məqsədi ilə gəldiyini demişdir. Həmçinin bildirmişdir ki, ona qarşı hər hansı psixi və fiziki zor göstərilməmişdir. 2019-cu ilin 10 iyun tarixində isə Nərmin ilə Balakən rayon Hənifə kəndində olan hal-hazırda birlikdə yaşadıqları evdə saat 22 radələrində cinsi əlaqədə olmuşlar. Həmin günə qədər isə həyat yoldaşı Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmamışlar. Ayrı-ayrı otaqlarda yatmışlar. Nərmin cinsi əlaqədə olmağa razılıq vermiş, buna görə o, əynində olan paltarı soyunmuş, həmin vaxt Nərmində əynində olan paltarı soyunmuşdur. Hər ikisi çarpayıya uzanmışdır. Nərmin onunla öz razılığı ilə cinsi əlaqədə olmuşdur. O, öz cinsi orqanını Nərminin cinsi orqanına soxmuşdur. Bu zaman Nərminin cinsi orqanından qan gəlmişdir. Nərminin qızlıq bəkarətinin tamlığını pozmuşdur. Nərminin cinsi orqanından gələn qan uzandıqları çarpayı üzərində salınmış mələfənin üstünə axmışdır. Sonra çarpayıdan qalxıb paltarlarını geyinmişlər. Sonra isə həmin mələfəni özü ilə götürmüş və Nərminə mələfəni yandıracağını bildirmişdir. Mələfəni yandırmaqda məqsədi ailə üzvlərinin görməsindən utanması olmuşdur. Sonra isə çölə çıxmış mələfəni yandıraraq geri qayıtmışdır. Hal-hazırda Zərərçəkmiş şəxs ilə ər-arvad olaraq yaşayırlar. Həmçinin atası Qasım və anası Nəzakət onlarla birlikdə yaşayır. Nərminlə cinsi münasibətdə olduqdan sonra bir müddət sonra Nərmin hamilə qalmışdır. Birlikdə yaşadıqları vaxtdan sonra 2019-cu ilin dekabr ayının 31 tarixinədək cinsi münasibətdə təxminən 20-25 dəfə olmuşlar. 2019-cu ilin dekabr ayının sonlarından sonra isə cinsi münasibətdə olmamışlar. Cünki Nərmin hamiləliyinə görə narahatçılıq keçirmişdir. 2020-ci ilin mart ayında isə Balakən rayon Mərkəzi xəstəxanasına müraciət etdikdə Nərminin 36- 37 həftəlik hamilə olduğunu bildirmişlər. 21 mart tarixində isə Balakən rayon mərkəzi xəstəxanasında bir övladları dünyaya gəlmişdir. Hal-hazırda Nərmin ilə ər-arvad olaraq birlikdə yaşayırlar. Zərərçəkmiş şəxs öz istəyi ilə evlənmək məqsədilə gəlmiş və halhazırda evlidirlər. Evliliklərindən bir oğul övladları dünyaya gəlmişdir. Azyaşlı oğlu X3 xx xxxx 2020-ci ildə dünyaya gəlmişdir. O, Nərmin ilə evlənərək cinsi əlaqədə olmuşdur. Ailə vəziyyətini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs göstərdi ki, halhazırda Balakən rayon Hənifə kəndində Təqsirləndirilən şəxs və Qaqunun ailəsi birlikdə yaşayır. xx.xx.2019-cu ildə tarixdə Balakən rayon Hənifə kəndində anadan olmuşdur. Ailədə 3 uşaq olmuşlar. Digər bacıları yaşca özündən böyükdür. Hər iki bacısı evlidir. Həmkəndlisi Təqsirləndirilən şəxs ilə aralarında sevgi münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs onunla evlənmək istədiyini, onun barəsində ciddi fikri olduğunu bildirmişdir. Həmçinin o,da Qaqunu sevmişdir. Məqsədləri isə gələcəkdə ailə həyatı qurmaq olmuşdur. 15 yaşı xx xxxxx 2019-cu ildə tamam olmuşdur. xx xxx 2019-cu il tarixində isə Balakən rayon Hənifə kəndində Qaqu ilə birlikdə Qaqunun Balakən rayon Hənifə kəndində ailəsi ilə birlikdə yaşadığı evə qoşularaq gəlmişdir. Məqsədləri isə evlənmək olmuşdur. Həmçinin ailələrinin bundan xəbəri olmuşdur. Onun və Qaqunun ailəsinin onların bir-birini sevməsinə və evlənmək məqsədlərinin olmasına ailə üzvlərinin heç bir etirazı olmamışdır. Qaquya qoşularaq öz istəyi ilə evlənmək məqsədilə gəldikdə ailə üzvlərinə deməmişdir. Lakin evlənmək məqsədilə getdikdən sonra ailə üzvləri bu barədə xəbərdar olmuşdur. Həmçinin də 16 yaşı tamam olmadığına görə ailəsi evlənməyinə razı olmadığından Qaqu ilə o, 05 may tarixində yaşadıqları Balakən rayon Hənifə kəndində yolda görüşmüş və biraz söhbət etdikdən sonra Qaqu ilə xx xxx 2019-ci ildə onunla evlənmək məqsədilə gələcəyini bildirmiş və xx xxx 2019-ci ildə evdən çıxaraq saat 12 radələrində Hənifə kəndində Qaqu ilə görüşüb evlənmək məqsədilə Qaqunun ailəsi ilə birlikdə yaşadığı evə gəlmişdir. Evdən çıxdığı zaman isə anası Qanuni nümayəndə kəndin mağazasına gedəcəyini bildirirək çıxmışdır. Qaqunun atası Qasım və anası Nəzakət ondan Qaqunun ona qarşı hədə-qorxu gələrək yaxud, qorxuzmaqla gətirdiyini soruşmuşlar. Lakin o, öz istəyi ilə Qaqu ilə evlənmək məqsədilə gəldiyini bildirmişdir. Həmçinin Qaqu ona qarşı hər hansı psixi və fiziki zor göstərməmişdir. Qaquya öz istəyi ilə gəlmişdir. 2019-cu ilin 10 iyun tarixində isə Qaqu ilə onların Balakən rayon Hənifə kəndində olan hal-hazırda birlikdə yaşadıqları evdə öz razılığı ilə saat 22 radələrində cinsi əlaqədə olmuşlar. Həmin günə qədər isə Qaqu ilə cinsi əlaqədə olmamışlar. Ayrı-ayrı otaqlarda yatmışlar. Qaqu cinsi əlaqədə olmağa razılıq vermiş, buna görə də əynində olan paltarı soyunmuş və evdəki çarpayıya uzanmışdır. Qaqu da əynində olan paltarı soyunmuş və onun yanına çarpayıya uzanmışdır. O, öz razılığı ilə Qaqu ilə cinsi əlaqədə olmuşdur. Qaqu öz cinsi orqanını onun cinsi orqanına soxmuşdur. Bu zaman ağrı hiss etmiş, cinsi orqanından qan gəlmişdir. Qaqu onun qızlıq bəkarətinin tamlığını pozmuşdur. Cinsi orqanından gələn qan uzandıqları çarpayının üzərində salınmış mələfənin üstünə axmışdır. Bunu Qaqu da görmüşdür. Sonra çarpayıdan qalxıb paltarlarını geyinmişlər. Qaqu həmin mələfəni özü ilə götürmüş və yandıracağını bildirmişdir. Qaqu ailə üzvlərinin mələfəni görəcəyindən utandığı üçün mələfəni yandıracağını bildirmişdir. Sonra isə Qaqu çölə çıxmış və mələfəni yandıraraq geri qayıtmışdır. Ona mələfəni yandırdığını bildirmişdir. Hal-hazırda Təqsirləndirilən şəxslə ərarvad olaraq yaşayırlar. Həmçinin Qaqunun atası Qasım və anası Nəzakətdə onlarla birlikdə yaşayırlar. Əri Qaqu ilə cinsi münasibətdə olduqdan bir müddət sonra hamilə qalmışdır. Birlikdə yaşadıqları vaxtdan sonra 2019-cu ilin dekabr ayının 31 tarixinədək cinsi münasibətdə təxminən 20-25 dəfə olmuşlar. 2019-cu ilin dekabr ayının sonlarından sonra isə cinsi münasibətdə olmamışlar. Səbəb isə hamiləliyinin onu narahat etməsi olmuşdur. Mart ayında isə Balakən rayon Mərkəzi xəstəxanasına müraciət etmiş və xəstəxanada 36-37 həftəlik hamilə olduğunu bildirmişlər. 21 mart tarixində isə Balakən rayon mərkəzi xəstəxanasında bir övladları dünyaya gəlmişdir. Hal-hazırda Qaqu ilə ərarvad olaraq birlikdə yaşayırlar. Təqsirləndirilən şəxs öz istəyi ilə evlənmək məqsədilə gəlmişdir. Qaqu tərəfindən ona qarşı heç bir psixi və fiziki zor tətbiq edilməmişdir. Heç bir şikayəti və tələbi yoxdur. Ona cəza təyin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə göstərdi ki, Balakən rayon Hənifə kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Evdar qadındır. Balakən rayon Hənifə kənd sakini Zərərçəkmiş şəxs onun qızıdır. Qızı Zərərçəkmiş şəxs xx.xx.2004-cü il təvəllüdlüdür. Qızı Zərərçəkmiş şəxs həmkəndliləri olan Balakən rayon Hənifə kənd sakini Təqsirləndirilən şəxs ilə bir-birlərini sevmişlər. Onların evlənmək fikri olmuşdur. Qızı Nərminin və Qaqunun evlənməsinə ailə olaraq heç bir etirazları olmamışdır. Lakin qızı Nərminin yaşı az olduğu üçün o, qızının 18 yaşı tamam olmamış evlənmələrini istəməmişdir. xx xxx 2019-cu il tarixdə təxminən saat 12 radələrində qızı Nərmin evdən mağazadan şəkər almaq üçün getdiyini bildirirək evdən çıxmışdır. Təxminən bir saatdan sonra Nərminin evə qayıtmadığını görmüş və qızı Nərminin arxasınca çıxaraq kəndlərində olan mağazaya getmişdir. Mağazada Nərminin olmadığını görərək yol ilə geri yaşadığı evə qayıtmışdır. Lakin qızı Nərmini evdə tapmamışdır. Fikirləşmişdir ki, qızı Nərmin yəqin kənddə yaşayan qohumlarından birinin evinə gedibdir. Lakin gecəyə kimi qızı gəlmədikdə narahat olmuşdur. Sonra isə Qaqunun atası Qasım və anası Nəzakət onların yaşadığı evə gələrək qızı Nərminin Təqsirləndirilən şəxs ilə birlikdə evlənmək məqsədilə onların evinə gəldiyini bildirmişlər və ondan razılıq istəmişlər. O, isə heç bir etiraz etməmişdir. Həmçinin Nəzakət və Qasımla birlikdə onların yaşadığı evə gedərək qızı Nərminlə görüşmüşdür. Nə üçün xəbərsiz belə iş etdiyini dedikdə isə qızı Nərmin öz istəyi ilə Təqsirləndirilən şəxs ərə gəldiyini bildirmişdir. Ona qarşı heç bir psixi və fiziki zor tətbiq edilmədiyini bildirmişdir. Qızı Nərmin Təqsirləndirilən şəxs sevdiyini və onunla evlənmək istədiyini bildirmişdir. Həmin gündən qızı Nərmin və əri Təqsirləndirilən şəxs ər-arvad olaraq yaşayırlar. Qızı Qaqu və onun ailəsinin ona qayğı göstərdiyini bildirmişdir. Qızı Nərmin hər zaman ərindən və onun ailə üzvülərindən razılıq etmişdir. xx xxxx 2020-ci ildə isə qızı Nərmin Balakən rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə müraciət etmiş bu zaman xəstəxanada qızı Nərminin hamilə olduğunu bildirmişlər. xx xxxx 2020-ci ildə Balakən rayon mərkəzi xəstəxanasında bir uşaqları dünyaya gəlmişdir. Onun heç bir şikayət və tələbi yoxdur. Həmçinin də heç bir şikayət və tələbi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, ailə üzvləri ilə birlikdə Balakən rayon Hənifə kəndində yaşayır. Daimi iş yeri yoxdur. Fərdi işlə, yəni kənd təsərrüfatı işləri ilə məşğuldur. Balakən rayon Hənifə kənd sakini Təqsirləndirilən şəxs onun oğludur. Həmçinin Balakən rayon Hənifə kənd sakini Zərərçəkmiş şəxs onun gəlinidir, yəni oğlu Təqsirləndirilən şəxs həyat yoldaşıdır. Onların bir azyaşlı övladları vardır. X4 gəlini Zərərçəkmiş şəxs, oğlu Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid3 ilə Balakən rayon Hənifə kəndində birlikdə yaşayırlar. Oğlu Qaqu ona və anası Nəzakətə bir neçə dəfə bildirmişdi ki, o, həmkəndliləri Zərərçəkmiş şəxs sevir və onunla evlənmək istəyir. xx xxx 2019-cu ildə oğlu Qaqu saat təxminən 11-12 radələrində kəndə çıxdığını deyərək yaşadıqları evdən getmişdir. Təxminən saat 13 radələrində Qaqu yanında Zərərçəkmiş şəxs ilə birgə yaşadıqları evə gəlmişlər. O və həyat yoldaşı Qaqudan nə olduğunu soruşduqda oğlu Qaqu Nərmini öz razılığı ilə evlənmək məqsədilə evə gətirdiyini demişdir. Bu zaman Nərmindən oğlu Qaqunun onu zorla gətirib gətirməməsini soruşmuşdur. Həmçinin ona qarşı hədə-qorxu gəlib gəlməməsini soruşmuşdur. Lakin Nərmin öz razılığı ilə gəldiyini məqsədlərinin isə evlənmək olduğunu bildirmişdir. Həmin gün axşam saat 20 radələrində həyat yoldaşı ilə birlikdə Zərərçəkmiş şəxs Balakən rayon Hənifə kəndində yaşadığı evə getmişdir. Həyətə girdikdə Zərərçəkmiş şəxs anası Qanuni nümayəndə onları qarşılamışdır. Qanuni nümayəndə bildirmişdir ki, qızı Nərmin oğlu Qaquya qoşularaq evlənmək məqsədilə gəlib və hal-hazırda evdədirlər. Qanuni nümayəndə qızı Nərmini axtardığını və narahat olduğunu bildirmişdir. Qanuni nümayəndə onların yaşadığı evə gəlməsini və qızı ilə görüşməsini bildirmişdir. Sonra Qanuni nümayəndə ilə birlikdə yaşadıqları evə getmişlər. Evə gəldikdə Ayşa Zərərçəkmiş şəxslə görüşdükdən sonra qızına nə üçün Qaquyla gəldiyini və ona bu barədə demədiyini bildirmişdir. Nərmin isə Qaqu ilə evlənmək məqsədilə öz razılığı ilə gəldiyini bildirmişdir. Həmçinin ona Qaqu tərəfindən heç bir təsir edilmədiyi, yəni zor edilmədiyini həmçinin hədə qorxu gəlinmədiyini bildirmişdir. Qaqunu sevdiyini və onunla ailə qurmaq istədiyini bildirmişdir. Qanuni nümayəndə qızı Nərmini dinlədikdən sonra heç bir etirazının olmadığını bildirmiş və bir müddət oturduqdan sonra bizimlə sağollaşaraq getmişdir. Həmin gündən Zərərçəkmiş şəxs onlarla birlikdə yaşayır. Ona qarşı ailə üzvləri tərəfindən qayğı göstərilir. xx xxxx 2020-ci ildə isə gəlini Zərərçəkmiş şəxs Balakən rayon xəstəxanasına müraciət edərək uşaq dünyaya gətirmişdir. Oğlu Təqsirləndirilən şəxs ilə gəlini Zərərçəkmiş şəxs evlənməsində valideyn olaraq heç bir etiraz etməmişdir. Həmçinin Nərminində valideynlərinin heç bir şikayət və tələbi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən rayon Hənifə kənd sakini Şahid3 Şahid2 ifadəsində göstərdiklərini təsdiq edərək onun ifadəsinə uyğun ifadə vermişdir. İşin 19-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Balakən RPŞ tərəfindən verilmiş AZE ******** nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2004-cü ildə Balakən rayonu Hənifə kəndində anadan olmuşdur. İşin 25-ci vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Potoloji Anatomiya ETT Birliyinin Balakən rayon MTE və PA şöbəsinin xx.xx.2020-ci il tarixli 41 nömrəli rəyində göstərilmişdir. Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsinə, tibbi sənədində qeyd edilənlərə, hadisə haqqında olanları nəzərə alaraq, eskpertiza qarşısında qoyulmuş suallara əsasən aşağıdakı nəticəyə gəlirik. 1.Tahirovanın bədəni üzərində hər-hansı bir xəsarət olmadı. 2.Tahirovanın qızlıq bəkarəti pərdəsinin tamlığı pozulmuşdur, pozulma müayinədən iki üç həftədən əvvəl olduğuna görə dəqiq müddətini təyin etmək mümkün deyildir. 3.Tahirovada qeyri təbii yolla cinsi əlaqədə olmaya xarakteri əlamətlər müəyyən edilmədi. 4.Tahirovada 37-38 həftəlik hamiləlik vardır. Onun hamilə qalma müddəti 2019-cu ilin iyun ayına uyğun gəlir. İşin 77-78,85-87-ci vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Psixonevroloji Dispanserinin xx xxx 2020-ci il tarixli 270 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırki əməli törətməzdən əvvəl həmin əməli törədərkən və ekspertiza zamanı Yüngül dərəcəli əqli gerilik XTB 10 F70.0 xəstəliyi keçirmişdir və keçirir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları tibbi sənədlər anemnestik məlumatlar və hazırki ekspertiza imkan verir. Təqsirləndirilən şəxs YÜNGÜL DƏRƏCƏLİ ƏQLİ GERİLİK XTB-10 F70.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olduğundan, o, hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur. Yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. İşin 75-76, 83-84-cü vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Psixonevroloji Dispanserinin xx xxx 2020-ci il tarixli 106 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs mərkəzi sinir sistemində üzvü miqroorqanik patalogiya aşkar olunmur. Göz bəbəkləri bərabərdir. Fotoreaksiya normaldır. Əzələ vətər refsleksləri canlı və bərabərdir. Romberq duruşunda davamlıdır. Pataloji reflekslər müəyyən olunmur. Xarici görünüşü səliqəlidir. Zamana və məkana ətraf mühitə öz şəxsiyyətinə bələdliyi qənaətbəxşdir. Keçirilən ekspertizanın məqsədini və mahiyyətini başa düşür. Zərərçəkmiş şəxs qavara pozğunluğu və və kəskin produktiv psixosimptomatika aşkar etmək mümkün olmur. 1.16 yaşına çatmayan Zərərçəkmiş şəxs fərdi psixi xüsusiyyətləri aşağıdakılardır. Praktiki olaraq özünün fikirlərini müdafiəyə meylilik hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə asan daxil olma. 2.16 yaşına çatmayan Zərərçəkmiş şəxs psixi inkişafında gerilik əlamətləri müşahidə ounmur. 3.16 yaşına çatmayan Zərərçəkmiş şəxs əqli və psixi inkişafını nəzərə almaqla onun yaranmış şəraitin mahiyyətini, öz hərəkətlərinin mənasını tam dərk etmək, öz hərəkətlərini idarə etmək və ona qarşı edilən hərəkətlərin mənasını, iş üçün əhəmiyyətli halları və mümkün nəticələri düzgün qavramaq, həmçinin onlar barəsində doğru və dolğun ifadə vermək qabiliyyətinə malikdir. 4.Zərərçəkmiş Zərərçəkmiş şəxs fərdi psixi xüsusiyyətlərindən və hadisə baş verərkən psixi halından asılı olaraq təqsirləndirilən şəxsə müqavimət göstərmək imkanına malik olmuşdur. İşin 17-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 30-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Balakən rayon Hənifə kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. İşin 26-cı vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Balakən rayon İHB-nın Balakən rayon Hənifə kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünürki, Təqsirləndirilən şəxs Balakən rayonu Hənifə kəndlində yaşayır, himayəsində işləməyən atası, anası və bacısı vardır. İşin 69-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx xxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma cinayət əməlini törətmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısınınvə müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir,əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx xxxx 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə razılıq əldə etməsi, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmaması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallardır və onun əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyasında yalnız azadlıqdan məhrumetmə cəzasının olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını, əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, zərərçəkmiş şəxslə faktiki olaraq ailə qurmasını, bir azyaşlı uşaqlarının olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin ediləcək cəza şərti tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələr qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələri də qoya bilər. Məhkəmə qeyd etməyi lazım bilir ki, cəzanın şərti olaraq tətbiq edilməsi cinayət məsuliyyətinin reallaşmasının xüsusi formasıdır. Belə ki, dövlət adından ittiham hökmü çıxarılmaqla şəxs cinayət əməli törədilməsində təqsirli bilinir və ona cəza verilməklə, həmin cəza şərti hesab edilir. Cəzanın şərti olaraq tətbiq edilməsi məhkəməyə cinayət məsuliyyətinin fərdiliyinin təmin olunması üçün əlavə imkan verir, daha humanist formada şəxsə cəmiyyətdən təcrid olunmadan islah olunması, cəzanı icra etmədən onun məqsədlərinə nail olunması üçün şərait yaradır. Məhkəmə onu da nəzərə çatdırır ki, şərti məhkum etmənin tətbiqi cinayət məsuliyyətinin xüsusi forması olmaqla, heç də şəxsi cəzadan azad etmir. Qanunda bu institutun tətbiqi zamanı bir sıra nəzarət mexanizmləri nəzərdə tutulmuşdur. Belə ki, şərti məhkum etmə təyin edilərkən, məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Həmçinin məhkumun üzərinə müəyyən vəzifələr qoyula bilər. Eyni zamanda bu şəxslər üzərində müvafiq orqanlar tərəfindən nəzarət həyata keçirilir. (Azərbaycan Respublikası CM-nin 70.3, 70.5 və 70.6-cı maddələri) Cinayət Məcəlləsinin 71.2-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən boyun qaçırdığına və ya ictimai qaydanı pozduğuna görə barəsində inzibati tənbeh tətbiq edildikdə, məhkəmə bu Məcəllənin 71.1-ci maddəsində göstərilən dövlət orqanının təqdimatı əsasında sınaq müddətini bir ildən çox olmayaraq uzada bilər. Həmin Məcəllənin 71.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçırdıqda, bu Məcəllənin 71.1-ci maddəsində göstərilən dövlət orqanının təqdimatı əsasında məhkəmə şərti məhkum etmənin ləğv edilməsi və hökmlə təyin olunmuş cəzanın icra olunması haqqında qərar çıxarır. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza şərti olaraq tətbiq olunmalı, onun üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, davranışlarına nəzarət yaşayış yeri üzrə rayon İcra və Probasiya Şöbələrinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından həmçinin görünür ki, Balakən rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəməyədək icraat zamanı 26 iş saatı, məhkəmə icraatı zamanı isə 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Daanov Ceyhun Rauf oğlunun nəfinə, «KAPİTALBANK» X7 Rekvizitləri: VÖEN **********, kod 200695, Müxbir hesab AZ37NAB********************, BİK AİİBAZ2x. hesabına 216 manat köçürülməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci və maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır . Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. X1rşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlikprinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla və 1 (bir) il sınaq müddəti müəyyən edilməklə ona təyin edilmiş cəza şərti olaraq tətbiq olunsun. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Ona təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Daanov Ceyhun Rauf oğlunun nəfinə, «KAPİTALBANK» X7 Rekvizitləri: VÖEN **********, kod 200695, Müxbir hesab AZ37NAB********************, BİK AİİBAZ2x. hesabına 216 (iki yüz on altı) manat köçürülsün. Hökmün icrası Balakən rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar