Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-53/2022 06.05.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1989-cu il tarixdə Balakən rayonu Hənifə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli-himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olan və həmin kənddə daimi yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 263-1.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmaya səbəb olan yol-nəqliyyat hadisəsi cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 01 noyabr 2021-ci il tarixdə saat 17 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, yəni sürücülük vəsiqəsi olmadan idarə etdiyi VAZ 2101 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən şəhəri 28 may küçəsində saatda 5-10 km sürətlə üzü Balakən şəhəri H.Əliyev prospekti istiqamətinə hərəkət edib qeyd edilən küçələrin kəsişməsindəki dairəyə daxil olmaq istəyən zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4.»Yol verin» üstünlük yol nişanının) tələblərini pozaraq, yəni üstünlük nişanları yolayrıcılarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini (2.4 «Yol verin» üstünlük nişanı sürücünün kəsişən yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməli olduğunu göstərir) gözləməli olduğu halda, bunları etməyərək dairəyə doğru təxminən 7 metr yol qət etmiş, nəticədə Balakən şəhəri H.Əliyev prospekti ilə Balakən rayonu Mahamalar kəndinin Qazbinə yaşayış məntəqəsi istiqamətinə təxminən 60 km/saat sürətlə hərəkət edən Zərərçəkmiş şəxs2 idarə etdiyi VAZ 2101 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs2 sağ mil sümüyünün aşağı ucunun yerdəşişməyən qapalı sınığı, dərəcəsinə görə onun sağlamlğının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, həmçinin həmin avtomobilin sərnişini olan Zərərçəkmiş şəxs1 sağ bazu sümüyünün aşağı 1/3-nin qapalıqəlpəli yerdəyişən sınığı, dərəcəsinə görə onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər yetirməklə, eləcə də Zərərçəkmiş şəxs2 məxsus olan VAZ 2101 markalı **-BL-*** dövlət nömrə nişanlı avtomobilə 2579 (iki min beş yüz yetmiş doqquz) manat zərər vurulması ilə nəticələnən yorl-nəqliyyat hadisəsi cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs sözügedən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, bilavasitə tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda Balakən rayonu Hənifə kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir, əvvəllər məhkum edilməmiş, pxisi xəstəliklər keçirməmişdir. Onun istifadəsində VAZ 2101 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Həmin avtomobili etibarnamə ilə idarə edir. Avtomobil onun istifadəsindədir və özünə məxsusdur. Həmin avtomobili Balakən rayon Katex kənd sakini X4 1700 manat məbləğində pul verməklə almışdır. Yəni avtomobil özünə məxsusdur. 01 noyabr 2021-ci il tarixdə o, tanışları Şahid2, Şahid3 və X13 ilə birlikdə Balakən şəhəri 28 may küçəsində yerləşən «İdman kompleksi»nin yaxınlığında fəhlə işləməyə getmişlər. Həmin gün saat 17 radələrində o, Şahid2, İlfan Hüseynov və Şahid3 işlərini bitirdikdən sonra onun idarə etdiyi VAZ 2101 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək, Balakən şəhərinin mərkəzi istiqamətinə gəlmək üçün yola düşmüşlər. Onun idarə etdiyi VAZ 2101 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobildə ön sağ oturacaqda İlfan Hüseynov oturmuşdur. Arxa oturacaqda sağ tərəfdə Şahid2, sol tərəfdə isə Şahid3 oturmuşlar. O, idarə etdiyi VAZ 2101 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Balakən şəhərində yerləşən “Konserv dairəsi” kimi adlanan yerə, yəni Balakən şəhəri 28 may küçəsi ilə Heydər Əliyev prospektinin kəsişdiyi yerə çatmış, sonra yolu qarşı tərəfə keçmək üçün avtomobilin sürətini azaltmış və dayanmışdır. Daha sonra isə avtomobili hərəkətə gətirmiş və qarşı yola keçmək üçün Heydər Əliyev prospektinə daxil olmuşdur. Onun idarə etdiyi avtomobillə hərəkətdə olaraq ikinci dərəcəli yoldan, yəni 28 may küçəsindən baş yola, X22 prospektinə daxil olub təxminən 07 metr məsafə qət etmişdir ki, digər tərəfdən gələn, yəni Balakən şəhəri Heydər Əliyev prospekti ilə hərəkət edərək, Balakən şəhərindən Balakən rayonu Mahamalar kəndinin Qazbinə yaşayış məntəqəsinə doğru hərəkətdə olan, sonradan adını bildiyi Balakən rayonu Talalar kənd sakini Zərərçəkmiş şəxs2 idarə etdiyi VAZ 2101 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi VAZ 2101 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur.Yol-nəqliyyat hadisəsi baş verdikdə o, xəsarət almışdır. Yolnəqliyyat hadisəsi baş verdikdən sonra onun avtomobilində olan Şahid2, Şahid3 və İlfan Hüseynov ona avtomobildən düşmək üçün köməklik etmişlər.Sonra ətrafdan kimsə təcili tibbi yardım çağırmış, təcili tibbi yardım maşını gəldikdən sonra onu tibbi yardım göstərilməsi üçün Balakən Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Hol-nəqliyyat hadisəsi nəticəsində digər avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 və avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs1 xəsarət almışlar. Onun avtomobilində olan sərnişinlər Şahid3, İlfan Hüseynov və Şahid2 heç bir xəsarət almamışlar. Yol-nəqliyyat hadisəsi baş verərkən saat 17 radələri olmuşdur. Həmçinin yol-nəqliyyat hadisəsi baş verdiyi zaman hava işıqlı olmuşdur. Onun sürücülük vəsiqəsi yoxdur. Avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Yol-nəqliyyat hadisəsi baş verən zaman spirtli içkinin təsiri altında olmamışdır. Yəni spirtli içki qəbul etməmişdir. O, idarə etdiyi avtomobillə ikinci dərəcəli yoldan baş yola doğru hərəkət etdiyi zaman avtomobilində təxminən 5-10 km sürət olmuşdur. O, idarə etdiyi avtomobillə ikinci dərəcəli yoldan baş yola, yəni Balakən şəhəri 28 may küçəsindən Heydər Əliyev prospektinə doğru hərəkət edərkən təxminən 7 metr məsafə qət etdikdən sonra toqquşma baş vermişdir. Həmçinin məhkəmə tibbi ekspertizasının rəyindən sonra ona məlum olmuşdur ki, yol-nəqliyyat hadisəsi zamanı onun aldığı xəsarətlər - sağ sirkə kasasının dibinin yerini dəyişməyən sınığı, soldan oturaq sümüyünün ikili və qasıq sümüklərinin qəlpəli yerdəyişən sınıqları, başının sol gicgahında sıyrıq, sol dirsəkdə olan yaralar dərəcəsinə görə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olan xəsarətlərdir. O, uzun müddət xəstəxanada və ev şəraitində müalicə almışdır. Cinayət əməli nəticəsində vurduğu ziyanı zərərçəkmiş şəxslərə ödəməmişdir. Onun buna maddi imkan yoxdur. Cinayət əməli törətməsini etiraf edir. İlk dəfədir ki, cinayət əməli törədir. Himayəsində iki azyaşlı uşaq vardır. Bu halların ona cəza verilməsində nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Balakən rayonu Talalar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Etibarnamə əsasında idarə etdiyi VAZ 2101 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 01 noyabr 2022-ci il tarixdə saat 17 radələrində qardaşı Zərərçəkmiş şəxs1 ilə birlikdə olmuşdur. Həmin gün Balakən rayonu Qazbinə kəndində xurma işi olduğundan qardaşı Zərərçəkmiş şəxs1 soyulmuş xurma meyvəsinin asılması işi olduğunu və əlavə bir nəfər də adam lazım olduğunu bildirmişdir. Bu zaman Sərxan tanışı olan, həmçinin onun da tanıdığı Balakən şəhər sakini Şahid1 mobil telefonuna zəng edərək xurma meyvəsinin asılması ilə bağlı iş olduğunu demiş və həmin işin görülməsi ilə bağlı gəlib-gəlməyəcəyini soruşmuşdur. Şahid1 da hazırda əlində başqa işi olmadığını və gələ biləcəyini söyləmişdir. Sərxan Zübahirlə mobil telefon vasitəsi ilə danışdıqdan sonra ona Şahid1 yaşadığı evdən götürmək lazım olduğunu bildirmişdir. Bundan sonra qardaşı Sərxan və o, onun idarə etdiyi avtomobilə əyləşmiş və Balakən şəhərində olan Balakən Bazarının arxa tərəfindən Şahid1 yaşadığı evdən götürmüş və Balakən rayonu Mahamalar kəndinin Qazbinə yaşayış məntəqəsinə xurma asılması işini görmək üçün yola düşmüşlər. O, idarə etdiyi VAZ 2101 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Balakən şəhərinin Heydər Əliyev prospekti istiqamətinə çıxmış və həmin prospektlə hərəkət etməyə başlamışdır. O, avtomobili idarə edərkən qardaşı Zərərçəkmiş şəxs1 avtomobildə onun sağ tərəfində qabaq tərəfdə sərnişin üçün nəzərdə tutulmuş yerdə oturmuşdur. Şahid1 isə idarə etdiyi avtomobilin arxa sağ tərəfində əyləşmişdir. Balakən şəhəri Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən həmin prospektdə olan Balakən çay körpüsünü keçib dairəvi yola çatdıqda, onun hərəkətdə olduğu Heydər Əliyev prospektinə sağdan birləşən 28 may küçəsindən VAZ 2101 markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs qəfil onun hərəkətdə olduğu Heydər Əliyev prospektinə doğru hərəkət edərək qarşısına çıxmışdır. Yəni sürücü Təqsirləndirilən şəxs gözləmədən ikinci dərəcəli yoldan onun hərəkətdə olduğu baş yola tərəf hərəkət edərək, qarşısına çıxmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2101 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşısına çıxdıqda o, idarə etdiyi avtomobili qaçırtmağa çalışmış, lakin həmin avtomobil ilə idarə etdiyi avtomobil arasında məsafə az qaldığından avtomobilini saxlaya bilməmiş və Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə onun idarə etdiyi avtomobillər toqquşmuşdur. Həmin vaxt da o və qardaşı Zərərçəkmiş şəxs1 baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət almışlar. Həmçinin baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs da xəsarət almışdır. Şahid1 isə heç bir xəsarət almamışdır. Yol-nəqliyyat hadisəsi baş verdikdən sonra onlar təcili tibbi yardım avtomobili çağırmışlar. Təcili tibbi yardım avtomobili gəldikdə digər avtomobilin sürücüsü Təqsirləndirilən şəxs təcili tibbi yardım maşını ilə xəstəxanaya yola salmışlar. O isə qardaşı Zərərçəkmiş şəxs1 və avtomobilində olan sərnişin Şahid1 ilə birlikdə Balakən Rayon Mərkəzi Xəstəxanasına getmişlər. Onları xəstəxanaya qohumları Balakən şəhər sakini X9 aparmışdır. VAZ 2101 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid texniki pasport, etibarnamə və sığorta sənədləri vardır. Lakin sürücülük vəsiqəsi yoxdur. Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2101 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşısına qəfildən çıxdığı üçün əyləcdən-tormozdan istifadə edə bilməmişdir. Yol-nəqliyyat hadisəsi baş verdikdə avtomobildə sərnişin qismində ön oturacaqda oturan qardaşı Zərərçəkmiş şəxs1 olmuş, arxa oturacaqda isə Zübahir əyləşmişdir. Avtomobildə üçündən başqa heç bir şəxs olmamışdır. İdarə etdiyi VAZ 2101 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili hadisə baş verməzdən əvvəl saatda 60 km/saat sürətlə idarə etmişdir. Yol-nəqliyyat hadisəsi baş verdikdə o, spirtli içkinin təsiri altında olmamışdır. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil onun idarə etdiyi avtomobilin qarşısına qəfil çıxmışdır.Həmin avtomobil ilə aralarında məsafə toqquşmazdan əvvəl 2-3 metr olmuşdur. Buna görə də qəzanın baş verməsinin qarşısına ala bilməmişdir. Yol-nəqliyyat hadisəsi baş verdiyi vaxt hava işiqlı olmuşdur. Həmçinin yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt saat 17 radələri olmuşdur. Avtomobili Zaqatala rayonu Faldarlı kənd sakini X1 pulunu verərək almışdır. Texniki pasportla Əmirəhməd Səfərova məxsus olmasına baxmayaraq, avtomobil onun istifadəsindədir. Yəni özünə məxsusdur. O, avtomobili pulunu verərək almışdır. Təqsirləndirilən şəxs onun səhhəti ilə maraqlanmamış, ona vurulmuş ziyanı ödəməmiş və onunla barışıq əldə etməmişdir. Təqsirləndirilən şəxs qanuni cəza verilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Balakən rayonu Hənifə kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir və fərdi əməklə məşğuldur, yəni xurma meyvəsi soyulması, qurudulması ilə əlaqədar olan fəhləlik işləri görür. Balakən rayonu Talalar kənd sakini Zərərçəkmiş şəxs2 onun qardaşıdır. Qardaşı Zərərçəkmiş şəxs2 xurma alqı-satqısı, xurmanın soyulması və qurudulması ilə məşğul olur. İş olduqda qardaşı Əhməd fəhləlik işləri görmək üçün onu çağırır. Qardaşı Zərərçəkmiş şəxs2 istifadəsində VAZ 2101 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Həmin avtomobili qardaşı Zərərçəkmiş şəxs2 idarə edir. 01.11.2021-ci il tarixdə o, qardaşı Zərərçəkmiş şəxs2lə birlikdə olmuşdur. Qardaşı Zərərçəkmiş şəxs2lə birlikdə olduqları zaman Əhməd ona xurma asmaq üçün iş olduğunu bildirmişdir. Əhməd həmçinin işləmək üçün əlavə adam da lazım olduğunu demişdir. O da tanışı Balakən şəhər sakini Şahid1 zəng etmiş və xurma asılması ilə bağlı iş olduğunu demişdir. Şahid1 da ona vaxtı olduğunu və gedə biləcəyini söyləmişdir. Daha sonra isə o, Əhmədin idarə etdiyi VAZ 2101 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Əhmədlə birlikdə Balakən şəhərində olan Balakən Bazarının arxasından Zübairin yaşadığı evdən Zübahiri götürmüşlər. O, Əhməd və Zübahir birlikdə Balakən rayonu Mahamalar kəndinin Qazbinə yaşayış məntəqəsinə xurma asılması üçün fəhləlik işini görmək üçün getməli olmuşlar. Həmin vaxt qardaşı Zərərçəkmiş şəxs2 avtomobili idarə etmişdir. Əhməd idarə etdiyi avtomobillə hərəkət edərək, Balakən şəhəri Heydər Əliyev prospektinə çıxmış, Balakən şəhəri Heydər Əliyev prospektindən magistral yolla hərəkət edərək, Qazbinə yaşayış məntəqəsi istiqamətinə hərəkətdə olarkən həmin asfalt yolun sağ tərəfində olan 28 may küçəsindən Heydər Əliyev prospekti ilə 28 may küçəsinin kəsişdiyi yerdən qəfildən yolun sağ tərəfindən VAZ 2101 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Balakən rayonu Hənifə kənd sakini, sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə ikinci dərəcəli yoldan, yəni 28 may küçəsindən baş yola, yəni qardaşı Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobil ilə hərəkətdə olduğu Heydər Əliyev prospektinə daxil olmuşdur. X22 prospektinə doğru hərəkət etmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil qəfildən qardaşı Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobilin qarşısına çıxdığı üçün qardaşı Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobil ilə toqquşmuşdur. Həmin vaxt o, qabaq oturacaqda, avtomobilin sürücüsü qardaşı Zərərçəkmiş şəxs2 yanında, yəni sağ tərəf sərnişin üçün nəzərdə tutulmuş yerdə oturmuşdur. Şahid1 isə qardaşı Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobilin arxa oturacağının sağ tərəfində oturmuşdur. Qardaşı Zərərçəkmiş şəxs2 idarə etdiyi VAZ 2101 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2101 markalı **-BB- *** dövlət qeydiyyat nişanlı avtomobillər toqquşduqda o, sağ qolunda bərk ağrı hiss etmişdir. Həmçinin avtomobili idarə edən qardaşı Zərərçəkmiş şəxs2 də xəsarət almışdır. Arxada oturan sərnişin Şahid1 isə heç bir xəsarət almamışdır. Həmin vaxt VAZ 2101 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs da xəsarət aldığını görmüşdür. Sonra isə təcili tibbi yardım avtomobili gəlmiş və Təqsirləndirilən şəxs Təcili Tibbi yardım avtomobili ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. O, qardaşı Əhməd və Zübahir isə tanışları olan, hadisə zamanı hadisə yerinə gələn Balakən şəhər sakini X6 idarə etdiyi avtomobilə minərək, Balakən Rayon Mərkəzi Xəstəxanasına getmişlər.Ona xəstəxanada bütün tibbi yardımlar göstərilmişdir. Həmçinin tibbi ekspertizanın rəyindən sonra ona məlum olmuşdur ki, onda müəyyən edilmiş xəsarətlər sağ bazu sümüyünün 1/3-nin qapalı qəlpəli yerdəyişən sınığı olmaqla dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağllamlığa az ağır zərər vurmaya aid olan xəsarətlərdir. Hadisə baş verdiyi vaxt hava işıqlı olmuş və saat təxminən 17 radələri olmuşdur. Təqsirləndirilən şəxs hadisədən sonra onunla ümumiyyətlə maraqlanmamış, ona vurulmuş ziyanı ödəməmiş və onunla barışıq əldə etməmişdir. Təqsirləndirilən şəxs qanuni cəza verilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, hazırda Balakən rayonu Talalar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 01 noyabr 2021-ci il tarixdə o, tanışları Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs, Şahid2 və Şahid3 ilə birlikdə Balakən şəhəri 28 may küçəsində yerləşən «İdman kompleksi»nin yaxınlığında fəhlə işləməyə getmişlər. Həmin gün işlərini qurtardıqdan sonra saat 17 radələrində onlar dördü, yəni o, Şahid2, Təqsirləndirilən şəxs və Şahid3 Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2101 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək, Balakən şəhərinin mərkəzi istiqamətinə gəlmək üçün yola düşmüşlər. Kamranın idarə etdiyi avtomobildə ön sağ oturacaqda o, oturmuşdur. Arxa oturacaqda sağ tərəfdə Şahid2, sol tərəfdə isə Şahid3 oturmuşlar. Onlar Kamranın idarə etdiyi avtomobil ilə Balakən şəhərində yerləşən “Konserv dairəsi” kimi adlanan yerə, yəni Balakən şəhəri 28 may küçəsi ilə Heydər Əliyev prospektinin kəsişdiyi yerə çatdıqda Kamran yolu qarşı tərəfə keçmək üçün avtomobilin sürətini azaltmış və dayanmışdır. Sonra isə Kamran maşını hərəkətə gətirmiş və qarşı yola keçmək üçün Heydər Əliyev prospektinə daxil olmuşdur. Kamranın idarə etdiyi avtomaşın hərəkətdə olaraq ikinci dərəcəli yoldan, yəni 28 may küçəsindən baş yola, X22 prospektinə daxil olub təxminən 07 metr məsafə qət etmişdir ki, digər tərəfdən gələn, yəni Balakən şəhəri Heydər Əliyev prospekti ilə hərəkət edərək, Balakən şəhərindən Balakən rayonu Mahamalar kəndinin Qazbinə yaşayış məntəqəsinə doğru hərəkətdə olan, sonradan adını bildiyi Balakən rayonu Talalar kənd sakini Zərərçəkmiş şəxs2 idarə etdiyi VAZ 2101 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil onların içərisində olduqları Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2101 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur.Yol-nəqliyyat hadisəsi baş verdikdən sonra o, özü avtomobildən düşmüşdür. Avtomobildən düşdükdən sonra sürücü olan Təqsirləndirilən şəxs avtomobildən çıxması üçün köməklik etmişlər. Daha sonra ətrafdan kimsə təcili tibbi yardım çağırmış, təcili tibbi yardım maşını gəldikdən sonra Kamranı xəstəxanaya aparmışlar. Bundan sonra onlar avtomobildə olan sərnişinlər Kamranın arxasınca xəstəxanaya getmişlər. Yol-nəqliyyat hadisəsi baş verdikdə Təqsirləndirilən şəxs, digər avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 və avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs1 xəsarət almışlar. O və onların avtomobilində olan sərnişinlər Şahid2 və Şahid3 isə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət almamışlar. Yolnəqliyyat hadisəsi baş verərkən saat 17 radələri olmuş, hava işıqlı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da şahid X8 ifadəsinə uyğun ifadələr verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişlər. Məhkəmə iclasında atası X2 iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid1 ifadəsində göstərmişdir ki,xx xxxxxx 2005-ci il tarixdə doğlulmuşdur, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. 01 noyabr 2021-ci il tarixdə tanışı, Balakən rayonu Hənifə kənd sakini Zərərçəkmiş şəxs1 ona zəng vuraraq, xurma asılması işinin olduğunu bildirmiş və işləməyə getmək üçün vaxtı olub-olmadığını soruşmuş, o da Sərxanla razılaşaraq işləmək üçün vaxtı olduğunu və işləməyə getmək istədiyini demişdir. Həmçinin o, Zərərçəkmiş şəxs1 Balakən şəhərində yaşadığı evdə olduğunu bildirmişdir. Sərxan onun Balakən şəhəri Nəsmi küçəsində yaşadığı evi tanıyır. Bir müddət sonra Sərxan onun Balakən şəhəri Nəsimi küçəsində yaşadığı evin qarşısına gəlmişdir. Sərxan onu evdən götürmək üçün qardaşı Əhmədlə gəlmişdir. Həmçinin Sərxan və qardaşı Əhməd VAZ 2101 markalı avtomobillə gəlmişlər. Həmin vaxt avtomobili Sərxanın qardaşı Əhməd idarə etmişdir. Sərxan isə qabaq sərnişin oturmaq üçün nəzərdə tutulmuş oturacaqda oturmuşdur. O da Əhmədin idarə etdiyi VAZ 2101 markalı avtomobilin arxa otruracağında sağ tərəfdə sərnişin üçün nəzərdə tutulmuş yerdə oturmuşdur. O, Əhməd və Sərxan birlikdə Balakən rayonu Mahamalar kəndinin Qazbinə yaşayış məntəqəsinə xurma asılması üçün fəhləlik işini görmək üçün getməli olmuşlar. Əhməd idarə etdiyi avtomobillə hərəkət edərək, Balakən şəhəri Heydər Əliyev prospektinə çıxmışdır. Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobillə Balakən şəhəri Heydər Əliyev prospektindən magistral yolla hərəkət edərək, Qazbinə yaşayış məntəqəsi istiqamətinə hərəkətdə olarkən həmin asfalt yolun sağ tərəfində olan 28 may küçəsindən Heydər Əliyev prospekti ilə 28 may küçəsinin kəsişdiyi yerdən, dairəvi yolun qarşısında qəfildən yolun sağ tərəfindən VAZ 2101 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Balakən rayonu Hənifə kənd sakini, sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə ikinci dərəcəli yoldan, yəni 28 may küçəsindən baş yola, yəni Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobil ilə hərəkətdə olduğu Heydər Əliyev prospektinə daxil olmuş, X22 prospektinə doğru hərəkət etmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil qəfildən Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobilin qarşısına çıxdığı üçün Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobil ilə toqquşmuşdur. Zərərçəkmiş şəxs2 idarə etdiyi VAZ 2101 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2101 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillər toqquşduqda Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xəsarət almışlar. O isə heç bir xəsarət almamışdır. Həmin vaxt VAZ 2101 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs da xəsarət aldığını görmüşdür. Sonra isə təcili tibbi yardım avtomobili gəlmiş və Təqsirləndirilən şəxs Təcili Tibbi yardım avtomobili ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. O, Əhməd və Sərxan isə Əhməd və Sərxanın tanışı, hadisə zamanı hadisə yerinə gələn Balakən şəhər sakini X6 idarə etdiyi avtomobilə minərək, Balakən Rayon Mərkəzi Xəstəxanasına getmişlər. O, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı heç bir xəsarət almamışdır. Buna görə də ilkin araşdırma zamanı tibbi ekspertdən keçməkdən imtina etmişdir. Hadisə baş verdiyi vaxt hava işıqlı olmuş və saat təxminən 17 radələri olmuşdur. İş materiallarında olan 01 noyabr 2022-ci il tarixdə saat 19:50 dəqiqədən saat 20:35 dəqiqəyədək olan müddət ərzində tərtib edilmiş “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan, həmin protokola əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, qeyd edilən yol-nəqliyyat hadisəsi 01 noyabr 2022-ci il tarixdə Balakən şəhəri Heydər Əliyev prospektində, yaşayış məntəqəsi ərazisində magistral yolda dairənin qarşısında baş vermişdir. Hadisə yerində yol asfalt örtüklü olmaqla hamar və quru olmuşdur. Hadisənin baş verdiyi Heydər Əliyev prospektində olan asfalt örtüklü yolun ümumi eni 11 mertdir.Yol ikitərəflidir. Asfalt ötüklü yolun üzərində hərəkəti nizamlayan qırıq-qırıq xətt vardır. Toqquşma yerində dairəyə olan məsafə 4,8 metrdir. Toqquşma yerində yolun sağ ehtiyat hissəsinə doğru, sağ tərəf səkiyə olan məsafə isə 8,6 metrdir. Toqquşmanın baş verdiyi yerdən avtomobillərin toqquşmadan sonra dayandıqları yerə olan məsafə isə 30,8 metrdir. Həmçinin baxış zamanı müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi baş verməmişdən əvvəl VAZ 2101 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Balakən şəhəri 28 küçəsindən, yəni ikinci dərəcəli yoldan baş yola, X22 prospektinə daxil olmuş, həmin vaxt VAZ 2101 markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 isə idarə etdiyi avtomobillə baş yolda, yəni Balakən şəhəri Heydər Əliyev prospektinin başlanğıcından sonuna doğru, yəni Balakən rayonu Mahamalar kəndinin Qazbinə yaşayış məntəqəsi istiqamətinə hərəkət etmiş və Təqsirləndirilən şəxs 28 may küçəsindən Heydər Əliyev prospektinə daxil olduğu zaman həmin yolda hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobillə toqquşma baş vermişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 12 noyabr 2021-ci il tarixli 358 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş xəsarətlər aşağıdakılardır: Sağ sirkə kasasının dibinin yerini dəyişməyən sınığı, soldan oturaq sümüyünün ikili və qasıq sümüklərinin qəlpəli yerdəyişən sınıqları, başının sol gicgahında sıyrıq, sol dirsəkdə yaralar-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qəranın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 01.11.2021-ci ildə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcəsinə görə onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilirlər. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 12 noyabr 2021-ci il tarixli 360 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 müəyyən edilmiş xəsarətlər aşağıdakılardır: Sağ bazu sümüyünün aşağı 1/3-nin qapalı-qəlpəli yerdəyişən sınığı-bərk küt əşyanın təsirindən törənmişdir, qəranın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 01.11.2021-ci ildə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 12 noyabr 2021-ci il tarixli 361 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 aşkar edilmiş xəsarətlər aşağıdakılardır: Sağ mil sümüyünün aşağı ucunun yerdəyişməyən qapalı sınığı- bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 01.11.2021-ci ildə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 24 yanvar 2022-ci il tarixli 8/3258 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən; 1.2.VAZ-21011 markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 «Yol verin» üstünlük yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Uzunov avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. 3.4. VAZ-21011 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Qərzəliyev avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. İş materiallarında olan tələbnamə üzrə Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 28.02.2022-ci il tarixli 6 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Şəki Regional Qİ və TB şöbəsinin 09 dekabr 2021-ci il tarixli 300-272-1221 saylı məktubundan görünür ki, X15 İmtahan və Texniki Baxış şöbəsində yaradılan mərkəzləşdirilmiş kompüter bazasına əsasən Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi almamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Şəki Regional Qİ və TB şöbəsinin 09 dekabr 2021-ci il tarixli 300-272-1221 saylı məktubundan görünür ki, X15 İmtahan və Texniki Baxış şöbəsində yaradılan mərkəzləşdirilmiş kompüter bazasına əsasən Zərərçəkmiş şəxs2 sürücülük vəsiqəsi almamışdır. İş materiallarında olan Balakən rayon 777 nömrəli Avtoservisdən daxil olmuş 17.02.2022-cil tarixli aktdan görünür ki, Zərərçəkmiş şəxs2 istifadəsində olan VAZ 2101 markalı **-BL-*** dövlət nömrə nişanlı avtomobilə baxış zamanı müəyyən edilmişdir ki, həmin avtomobilə dəymiş zərər 1229 manat olmaqla yuxarıda göstərilən avtohissələrin avtomaşına yerləşdirilməsi və avtomaşının rənglənməsi 1350 manat olmaqla 2579 manat təşkil edir. İş materiallarında olan Balakən rayon 777 nömrəli Avtoservisdən daxil olmuş 17.02.2022-cil tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan VAZ 2101 markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobilə baxış zamanı müəyyən edilmişdir ki, həmin avtomobilə dəymiş zərər 1591 manat olmaqla yuxarıda göstərilən avtohissələrin avtomaşına yerləşdirilməsi və avtomaşının rənglənməsi 800 manat olmaqla 2391 manat təşkil edir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 01 noyabr 2021ci il tarixli 403 nömrəli aktdan görünür ki, sürücü Təqsirləndirilən şəxs sərxoşluq müayinəsindən keçirilmiş və onun hadisə zamanı ayıq olduğu müəyyən edilmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 01 noyabr 2021ci il tarixli 405 nömrəli aktdan görünür ki, sürücü Zərərçəkmiş şəxs2 sərxoşluq müayinəsindən keçirilmiş və onun hadisə zamanı ayıq olduğu müəyyən edilmişdir. İş materiallarından həmçinin görünür ki, 05.02.2013-cü il tarixdə doğulmuş X18 və 18.06.2014-cü il tarixdə doğulmuş X14 olmaqla Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaq vardır. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin 10 mart 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2101 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil və Zərərçəkmiş şəxs2 idarə etdiyi VAZ 2101 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Balakən Rayon Polis X20 Polisi Bölməsinin cərimə meydançasına verilmiş, həmçinin Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobillərin toqquşması zamanı Balakən şəhəri H.Əliyev prospektində quraşdırılmış təhlükəsiz şəhər kamerasından əldə edilmiş videoçəkilişin əks olunduğu 01 ədəd DVD diski maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, ********* nömrəli cinayət işinin materiallarından Zərərçəkmiş şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmış və ********* nömrəli cinayət işində olan sənədlərin surəti çıxarılaraq ********* nömrəli cinayət işinə əlavə edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmaya səbəb olan yol nəqliyyat hadisəsi cinayət əməlini törətmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 346-cı maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsinə baxaraq, qeyd edir ki, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi yaranır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 3-cü bəndində göstərilir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qərarın 4-cü bəndində isə göstərilir ki, CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində CM-nin 263-1.1-ci maddəsinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur, Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü tarixli 5 №-li qərarının 21-ci bəndində göstərilir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün hallar, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq, zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 59.1.1-ci maddəsində hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi və Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hallar kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-591.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə istinad olunan qanun normalarının tələbinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində iki azyaşlı uşağın olmasını və hadisə nəticəsində özünün də az ağır xəsarət almasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatədək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə bildirir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır və ehtiyatsızlıqdan törədilən cinayətdir. Ancaq onu da nəzərə almaq lazımdır ki, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət əməli törətmişdir və onun himayəsində iki azyaşlı uşaq vardır. O, hadisə nəticəsində özü də az ağır xəsarət almışdır. Məhkəmə hesab edir ki, bu hallar, onun ictimai təhlükəliliyini azaldan hallar sayılmaqla, eyni zamanda onun, cinayətə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad olmasına, ictimai-faydalı fəaliyyətə qayıtması və islah olunması, həmçinin normal cəmiyyətə qovuşması istəyinə dəlalət edir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan baş verməklə davamlı antisosial yönümün nəticəsi olmamışdır. Ona görə də şərh olunan bu hallar cəzanın məqsədlərinə nail olunması baxımından Təqsirləndirilən şəxs cəza təyin edilməsində mütləq nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsi, himayəsində iki azyaşlı uşağın olması və hadisə nəticəsində özünün də az ağır xəsarət alması kimi cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, ədalət və humanizm prinsiplərini, cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğunu nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinin tələbinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsində cəzasının icrası müddətinin məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmasının müəyyən edildiyini nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********;AZ34CTRE********************, X5, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPMnin 353.4.10-cu maddəsinə əsasən cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis X20 Polisi Bölməsinin cərimə meydançasında saxlanılan VAZ 2101 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətçisi Balakən rayonu Katex kənd sakini X7 və VAZ 2101 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətçisi Zaqatala rayonu Faldarlı kənd sakini X3 qaytarılmalı, həmçinin Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobillərin toqquşması zamanı Balakən şəhəri H.Əliyev prospektində quraşdırılmış təhlükəsiz şəhər kamerasından əldə edilmiş videoçəkilişin əks olunduğu 01 ədəd DVD diski hazırki cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Məhkəmə həmçinin hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 hazırki cinayət əməli nəticəsində vurulmuş zərərin tələb edilməsi üçün mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. İş materiallarından görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 5 iş saatı vaxt sərf edilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə həmçinin hesab edir ki, hazırki iş üzrə Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X12 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin; cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********;AZ34CTRE********************, X5, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis X20 Polisi Bölməsinin cərimə meydançasında saxlanılan VAZ 2101 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətçisi Balakən rayonu Katex kənd sakini X7 və VAZ 2101 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətçisi Zaqatala rayonu Faldarlı kənd sakini X3 qaytarılsın; Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobillərin toqquşması zamanı Balakən şəhəri H.Əliyev prospektində quraşdırılmış təhlükəsiz şəhər kamerasından əldə edilmiş videoçəkilişin əks olunduğu 01 ədəd DVD diski hazırki cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 hazırki cinayət əməli nəticəsində vurulmuş zərərin tələb edilməsi üçün mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Hazırki iş üzrə Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X12 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülsün. Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-53/2022
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-53/2022
06.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver