Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 1(019)-53/2023 29.03.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsinin icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS - xx.xx.1987-ci il tarixdə Zaqatala rayonu Yengiyan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də sürücü işləyən,məhkumluğu olmayan, Zaqatala rayonu Yengiyan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir ki, o, 07 yanvar 2023-cü il tarixdə saat 16:50 radələrində Yevlax-Zaqatala- Gürcüstan sərhəd avtomobil yolunun Balakən rayonun Qasbinə kəndi ərazisindən keçən 146-cı km-də xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək etibarlı olan 0027 saylı yol vərəqəsi əsasında idarə etdiyi “İsuzu” markalı ** JB *** dövlət qeydiyyat nişanlı evakuatorla Balakən şəhəri istiqamətindən Zaqatala rayonu istiqamətində saatda 60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunları etməyərək idarə etdiyi evakuatorun qabaq sol yan hissəsi ilə Balakən şəhərindən üzü Qasbinə kəndi istiqamətində saatda 20 km/saat sürətlə öz yolu ilə hərəkətdə olub sola doğru dönmə əməliyyatı yerinə yetirən Zərərçəkmiş şəxs idarə etdiyi Vaz 2106 MİNİK markalı 8 BG 207 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsi ilə vurub toqquşmuş, nəticədə ehtiyatsızlıqdan törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində Vaz 2106 MİNİK markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs Q.K.B.T baş beyin silkələnməsi, alnında hematoma, sağ göz altında qançır, sol körpücük sümüyünün hərəkətsiz oynaqdan qopması-natamam çıxığı, sol körpücük akromial birləşməsinin bağların hissəvi zədələnməsi, sol bazu oynağında hərəkət məhdudluğu ilə müşayiət edilən və sağlamlığının uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvuran bədən xəsarətləri yetirmişdir. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək onun barəsində Balakən Rayon Məhkəməsinin icraatında Azərbaycan Respublikası CMnin 263.1-ci maddəsi ilə cinayət işi olduğunu, Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəyən zərər və ziyanı tam ödədiyini, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını göstərərək işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində olan cinayət işində zərər çəkmiş şəxs olmasını, təqsirləndlirilən şəxslə barışmasını, ona dəymiş zərər və ziyanın tam ödənilməsini göstərərək işin icraatına xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə göndərdiyi, notariat qaydasında təsdiq edilmiş ərizəsində göstərilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam şəkildə ödənmişdir. Odur ki, bununla əlaqədar olaraq iddiası və tələbi yoxdur, gələcəkdə də məhkəməyə müraciət etməyəcəkdir. Məhkəmə hazırlıq iclasında dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsinin icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslə barışmasını,ona dəymiş ziyanı tam ödəməsini, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinin qeyd hissəsinə əsasən xitam verilməsi, onun cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini təklif etdi. Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299-cu maddəsinə əsasən: 299.1. Məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 299.2. Hazırlıq iclasının keçirilməsi qaydası məhkəmə tərəfindən müəyyən olunur. Məhkəmə cinayət prosesi tərəflərinin məhkəmənin hazırlıq iclasının keçirilməsi qaydasına dair təkliflərini nəzərə ala bilər. 299.3. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: 299.3.1. məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; 299.3.2. aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulubpozulmaması barədə; 299.3.3. xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; 299.3.4. cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə; 299.3.5. cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə. Həmin Məcəllənin 300-cü maddəsinə əsasən: 300.1. Məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində aşağıdakı qərarlardan biri qəbul edilir: 300.1.1. təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; 300.1.2. xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; 300.1.3. xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə; 300.1.4. müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 300.1.5. cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə; 300.1.6. cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması barədə; 300.1.7. cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə. Məhkəmə işin hallarını, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin işin icraatına xitam verilməsini xahiş etmələrini,dövlət ittihamçısının cinayət işinin icraatına xitam verilməsi və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini təklif etməsini,cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin263.1-ci maddəsində nəzərdə tutulan əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinin qeyd hissəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut olan VAZ-2106 markalı 08BG207 dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs, “İsuzu” markalı 77JB-393 dövlət qeydiyyat nişanlı evakuatorun Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanmalıdır. İş üzrə 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə - AZ.MEM. VÖEN **********, X2, KOD 210005 VÖEN **********, müxbir hesab AZ41NABZ ******************** SFİFT BİK CTREAZ22 hesaba ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 299-300 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinin qeyd hissəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan VAZ-2106 markalı 08BG207 dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs, “İsuzu” markalı 77JB-393 dövlət qeydiyyat nişanlı evakuatorun Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan 1 ədəd disk cinayət işinin materiallarında saxlansın. İş üzrə 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə - AZ.MEM. VÖEN **********, X2, KOD 210005 VÖEN **********, müxbir hesab AZ41NABZ ******************** SFİFT BİK CTREAZ22 hesaba ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-53/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №1(019)-53/2023
29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver