Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-54/2021 23.06.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs Mamed oğlunun (Khalilov Ruslani ) iştirakları ilə Təqsirləndirilən şəxs (Khalilov Ruslaninin)-xx.xx.1991-ci ildə Gürcüstanın Tbilisi şəhərində anadan olmuş, Gürcüstan vətəndaşı, subay, orta təhsilli, məhkum olunmayan, işsiz, Balakən rayon Qullar kəndində müvəqqəti qeydiyyatda olmaqla həmin ünvanda daimi yaşayan və 29 aprel 2021-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Mamed oğlu (Khalilov Ruslani ) 17 aprel 2021-ci il tarixdə saat 16 radələrində yaşadığı Balakən rayon Qullar kəndi ərazisində piyada gedərkən asfalt yolun kənarında yerdən taparaq qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd “Kent” markalı siqaret qutusunun üzərində olan şəffaf sellofanın arasında 01 ədəd, bənövşəyi-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,789 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və həmin siqaret qutusunun içərisində 01 ədəd, polietilen bükümdə təmiz çəkisi 0,163 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq öz istifadəsi məqsədi ilə üzərində saxlamışdır. 27 aprel 2021-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs (Khalilov Ruslani) Balakən rayon polis şöbəsinə dəvət edilərək şübhəli şəxs qismində tutulduqdan sonra saat 20:50-dən saat 21:20-dək üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq öz istifadəsi məqsədi ilə üzərindəki şalvarının sol arxa cibində olan Kent markalı siqaret qutusunun üzərindəki şəffaf sellofanın arasında 01 ədəd bənövşəyi-ağ rəngli kağız bükümün içərisində saxladığı təmiz çəkisi 0,789 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və həmin siqaret qutusunun içərisində 01 ədəd, polietilen bükümdə saxladığı təmiz çəkisi 0,163 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs (Khalilov Ruslaninin) həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs (Khalilov Ruslani) ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Balakən rayon Qullar kəndində anası X3 və qardaşı X7 ilə birlikdə yaşayır. Gürcüstan vətəndaşıdır. Milliyyəti Azərbaycanlıdır. Uzun illərdir ki,Azərbaycan Respublikasında yaşayır. Dövlət Miqrasiya Xidmətinin qeydiyyatından keçərək Azərbaycan Respublikasında yaşamaq icazəsi almışdır. Azərbaycan dilində sərbəst danışa bilir və yazıb oxumağı bacarır. Təxminən 2021-ci ilin fevral ayından narkotik vasitə qəbul etməyə başlamış, bu müddətdə 10 dəfə narkotik vasitə və psixotrop maddə istifadə etmişdir.17 aprel 2021-ci il tarixdə saat 16 radələrində yaşadığı evindən çıxaraq Balakən rayon Qullar kəndinin ərazisində magistral yol kənarı ilə Humbul çayının körpüsü olan istiqamətə getmişdir. İstifadə etdiyi siqareti qurtarmışdır. Lakin siqaret almaq üçün pulu olmamışdır. Yol ilə gəldiyi zaman yerdə “Kent” markalı siqaret qutusu görmüşdür. Həmin vaxt siqaret qutusunun içərisində siqaret olacağını düşünərək siqaret qutusunu yerdən götürmüşdür. Daha sonra siqaret qutusunu açdıqda, qutunun içərisində polietilen bükümə bükülmüş psixotrop maddə olan metafetamin olduğunu görmüşdür.Həmçinin siqaret qutusunun içərisində bir neçə ədəd çəkmək üçün siqaret də olmuşdur. Bu zaman o, həmin bükümü geri siqaret qutusuna qoymuş, qutunun ağzını bağladığı zaman siqaret qutusunun üzərinə çəkilmiş şəffat sellofanla siqaret qutusunun arasında bənövşəyi-ağ rəngli kağız büküm görüb həmin bükümü oradan çıxararaq açmış və həmin bükümün içərisində qəhvəyi rəngli paraşok-toz halında heroin olduğunu görmüşdür.Həmin kağız bükümü geri bağlayaraq siqaret qutusunun üzərinə çəkilmiş şəffaf sellofanın arasına qoymuşdur. Bundan sonra siqaret qutusunu şalvarının cibinə qoymuşdur. Həmin qutunu o, ailə üzvülərindən də gizlətmişdir. İçərisində heroin və metamfetamin olan həmin siqaret qutusunu üzərində saxlamışdır. 27 aprel 2021-ci il tarixdə axşam saat 20 radələrində Balakən şəhər ərazisində polis əməkdaşları ona yaxınlaşaraq üzərində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə saxlamağında şübhəli olduğunu bildirərək onu Balakən RPŞ-yə dəvət etmişlər. Polis şöbəsində onu şübhəli şəxs kimi tutmuşlar, vəkillər siyahısından seçmiş olduğu vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı polis əməkdaşı tərəfindən onun üzərində narkotik vasitə psixotrop maddə həmçinin qadağan edilmiş hər hansı əşya yaxud vasitə olub-olmaması soruşulmuş, həmçinin əgər varsa təqdim etməsi təklif edilmişdir. Bu zaman əynindəki qara rəngli şalvarın sol arxa cibindən üzərində saxladığı “Kent” markalı siqaret qutusunun üzərinə çəkilmiş polietilenin arasında olan 1 ədəd bənövşəyi kağız bükümdəki narkotik vasitə heroini və həmin qutunun içərisindəki 1 ədəd bənövşəyi ağ rəngli kağız bükümdə saxladığı psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Onun təqdim etdiyi 1 ədəd bənövşəyi ağ rəngli kağız bükümdə saxladığı narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş və kağızla birlikdə ümumi çəkisi 1,14 qram təşkil etmişdir. Daha sonra 1 ədəd polietilen bükümdə saxladığı psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmiş və polietilen bükümlə birlikdə ümumi çəkisi 0,55 qram təşkil etmişdir. Sonra isə hər iki büküm ağ rəngli zərfə qoyulub möhürlənmiş və götürülmüşdür. Onun üzərindən başqa qanunsuz heç bir əşya, vasitə aşkar edilməmişdir. Əməlindən çox peşimandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Xəstə qardaşı vardır. Onun köməyi olmadan anasının qardaşına baxması mümkün deyildir. Ailə vəziyyətini nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, 27 aprel 2021-ci il tarixdə Balakən rayon Qullar kəndində yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinərək Polis Şöbəsinə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs polis şöbəsinə gəldikdən sonra üzərində şəxsi axtarış aparılması üçün Təhqiqat Bölməsinin baş təhqiqatçısı Mikayıl Mahmudov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur.Daha sonra dəvət olunmuş Müdafiəçi, Balakən rayon polis şöbəsinin KTQ-nin baş insektor kriminalisti Vəzirov Sadiq Fazil oğlunun, Balakən rayon polis şöbəsinin post patrul xidmətinin polis nəfəri, polis kiçik serjantı Şahid2 və onun iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunaraq üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Həmin vaxt o, şəxsi axtarış aparılması hərəkətini “Sony” markalı videokamera ilə lentə almışdır. Şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs da əynindəki şalvarın sol arxa cibindən 01 ədəd “Kent” markalı siqaret qutusunu çıxardıb təqdim etmişdir. Həmin siqaret qutusunun içərisində siqaretlər və 01 ədəd polietilen büküm olmuşdur. Həmin polietilen bükümün içərisini açdıqda isə içərisində psixotrop maddə hesab edilən metamfetaminə oxşar maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin polietilen bükümün içərisində olan maddənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə metamfetaminə oxşar kütlə polietilen bükümlə birlikdə elektron tərəzi vasitəsi ilə çəkilmiş, çəkisinin 0,55 qram olması müəyyən edilmişdir. Həmçinin şəxsi axtarış davam etdirilərkən həmin “Kent” markalı siqaret qutusunun üzərinə çəkilmiş sellofanın arasında 01 ədəd bənövşəyi-ağ rəngli kağız büküm olması müəyyən edilmişdir. Həmin kağız büküm sellofanla siqaret qutusunun arasında olduğu yerdən çıxarılmış və içərisi açılmışdır. Kağız büküm açıldıqda içərisində narkotik vasitə heroinə oxşar maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddə narkotik vasitə hesab edilən heroin olduğunu bildirmişdir. Sonra isə narkotik vasitə heroinə oxşar kütlə kağız bükümlə birlikdə elektron tərəzidə çəkilmiş, çəkisinin 1,14 qram olması müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə etdiyini bildirmişdir. Aşkar edilmiş narkotik vasitə heroinə oxşar kütləni və psixotrop maddə metamfetaminə oxşar kütləni birlikdə 17 aprel 2021-ci ildə Balakən rayon Qullar kəndi ərazisində asfalt yolun kənarından 01 ədəd həmin kent markalı siqaret qutusunun içərisində taparaq üzərində öz şəxsi istifadəsi üçün saxlamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən digər hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə oxşar kütlə və psixotrop maddə metamfetaminə oxşar kütlə təhqiqatçı tərəfindən bir ədəd ağ kağız zərflərə qoyulmuş, qablaşdırılmış və zərflərin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclaısnda ifadəsi elan edilməklə tədqiq edilmiş, şahid qismində dindirilmiş Balakən RPŞ-nin post patrul xidməti bölüyünün polis nəfəri Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 ifadəsində göstərdiklərini təsdiq edərək onun ifadəsinin məzmununa uyğun ifadə vermişdir. İşin 20-23-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə keçirilməsi barədə 27 aprel 2021-ci il tarixli protokoldan görünür ki, 27 aprel 2021-ci il tarixdə saat 20:50-dən 21:20-dək olan müddət ərzində Təqsirləndirilən şəxs (Khalilov Ruslani) üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış gecə vaxtı süni işıqlandırmadan istifadə edilməklə aparılmışdır. Şübhəli şəxs qismində tutulmuş və üzərində şəxsi axtarış aparılan Təqsirləndirilən şəxs əynində qırmızımtıl rəngdə qolu uzun yun köynək, qara rəngli şalvar, ayağında isə qara rəngli hamam ayaqqabısı vardır.Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə və ya qadağan edilmiş əşya olub- olmaması, əgər vardırsa təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki şalvarın sol arxa cibindən Kent markalı siqaret qutusunu çıxararaq stolun üzərinə qoymuşdur. Onun üzərində şəxs axtarış aparılarkən başqa heç bir əşya aşkar edilməmişdir. Siqaret qutusunu açdıqda 04 ədəd “kent” markalı siqaretlər bir ədəd isə yarısı çəkilmiş “kent” markalı siqaret olması müəyyən edilmişdir. Qutunun içərisində polietilenə bükülmüş psixotrop maddə metamfetaminə oxşar maddə olması müəyyən edilmişdir. Həmin kütlə polietilenlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 0,55 qram olması müəyyən edilmişdir. Siqaret qutusunun üzərinə çəkilmiş polietilenin arasında bənövşəyi-ağ rəngli kağız aşkar olunmuşdur. Həmin kağız açıldıqda içərisində qəhvəyi rəngdə paraşok halında narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuşdur. Həmin kütlə kağızla birlikdə elektron tərəzidə çəkildikdə çəkisi 1,14 qram gəlmişdir. Hər iki büküm kağız zərfə qoyularaq möhürlənmiş və götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitə heroinə oxşar kütləni və psixotrop maddə metamfetaminə oxşar kütləni 17 aprel 2021-ci il tarixdə Balakən rayon Qullar kəndində Hunbol çayı istiqamətinə gedən zaman yol kənarından tapdığını və öz şəxsi istifadəsi məqsədi ilə üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış “Sony” markalı videokamera vasitəsi ilə qeydə alınmışdır və 01 ədəd disk protokola əlavə olunmuşdur. Protokol tərtib olunmuş, doğruluğu imzalarla təsdiq olunmuşdur. İşin 87-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin 22 may 2021-ci il tarixli 571 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs (Khalilov Ruslani) narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və psixotrop maddə metamfetamindən sui istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var.Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 29-32-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X6 Bölməsinin 28 aprel 2021-ci tarixli 17/304 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübutlar.....” sözləri yazılmış zərfin içərisindəki: -01 (bir) bənövşəyi-ağ rəngli kağız bükümdə təmiz çəkisi-0,789 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. -01 (bir) ədəd polietilen bükümdə təmiz çəkisi-0,163 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. İşin 15-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 24 aprel 2021-ci il tarixli cinayət işi başlanana kimi şəxsi tutma protokolundan görünür ki, 27 aprel 2021-ci ildə saat 20:30-da Təqsirləndirilən şəxs Mamed oğlu (Khalilov Ruslani ) Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 66-67-ci vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilən 29 aprel 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Mamed oğlunun (Khalilov Ruslani) MSY-dən azad edilməsi, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi qərara alınmış və qərar icra edilməsi üçün surəti Balakən RPŞ-nə göndərilmişdir. İşin 81-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Qullar inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 17.05.2021-ci il tarixli 423 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs (Khalilov Ruslani ) Balakən rayonun Qullar kəndində müvəqqəti yaşayır. İşin 80-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Qullar inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 17.05.2021-ci il tarixli 422 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs (Khalilov Ruslani) Balakən rayonun Qullar kəndində yaşayır, himayəsində anası və qardaşı vardır. İşin 82-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın şəhər inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs (Khalilov Ruslani ) yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. İşin 83-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs (Khalilov Ruslani) əvvəllər məhkum olunmamışdır. Məhkəmə iş üzrə şahidlər-Şahid1 ifadəsini və Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs (Khalilov Ruslani ) ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq məhkəmə tərəfindən müəyyən edildi ki, Təqsirləndirilən şəxs (Khalilov Ruslani ) qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar heroin üçünvə psixotrop maddəmetamfetamin üçün 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan ekspertiza rəylərini və digər sənədləri bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü,mötəbərliyi üzrə qiymətləndirib,Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Mamed oğlu (Khalilov Ruslani) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs (Khalilov Ruslani ) cəzasını yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs (Khalilov Ruslani) cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkməsini, CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cəzasının təyin edilməsinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini, onun islah olunması üçün cəmiyyətdən təcrid edilməsinin zəruri olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs (Khalilov Ruslani) təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Onun 27 aprel 2021-ci il tarixdən 29 aprel 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanın müddətinə hesablanmaqla həmin cəzadan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs (Khalilov Ruslani) tərəfindən ona təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs Mamed oğlu (Khalilov Ruslani ) CM-in 56.1.2-ci maddəsinə uyğun olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs (Khalilov Ruslani) barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı olduğundan CM-in 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o narkomaniyadan məcburi müalicə olunmalıdır. O, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X4 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 71.94 (yetmiş bir manat 94 qəpik) manat Təqsirləndirilən şəxs (Khalilov Ruslani ) tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra Balakən rayon polis şöbəsində saxlanılan ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs (Khalilov Ruslani ) üzərindən aşkar edilərək möhürlənib götürülmüş 01 (iki) ədəd zərfdəki təmiz çəkisi 0,789 qram olan narkotik vasitə heroinin tədqiqata sərf edilən 0,050 qram miqdarı, həmçinin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş təmiz çəkisi 0,163 qram olan psixotrop maddə metamfetaminin tədqiqata sərf edilən 0,050 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 0,739 qram olan narkotik vasitə heroin və qalıq təmiz çəkisi 0,113 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd CD disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs (Khalilov Ruslanidə )Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs (Khalilov Ruslaninin ) hüquqlarının müdafiəsinə 11 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs (Khalilov Ruslani ) məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 66 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «xxxx» X5 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs (Khalilov Ruslani ) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 1(bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Onun 27 aprel 2021-ci il tarixdən 29 aprel 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanın müddətinə hesablanmaqla həmin cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlansın.Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 23 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs (Khalilov Ruslani) barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o məhkəmə iclas zalında həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs (Khalilov Ruslani ) məcburi müalicəyə ehtiyacı olduğundan CMin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilsin və o narkomaniyadan məcburi müalicə olunsun. O, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X4 Şəxsinə göndərilsin. 71.94 (yetmiş bir manat 94 qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs (Khalilov Ruslanidən) tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra Balakən rayon polis şöbəsində saxlanılan ekspert rəyindən sonra təmiz çəkisi 0,739 qram olan narkotik vasitə heroin və qalıq təmiz çəkisi 0,113 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd CD diski cinayət işinin materiallarında saxlansın. Təqsirləndirilən şəxs (Khalilov Ruslaniyə ) məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 66 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «xxxx» ASCin X5 Rekvizitləri: VÖEN-**********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-54/2021
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-54/2021
23.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver