Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-54/2024 22.05.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi,məhkəmə iclas katibi X2 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-xx.xx.1978-ci ildə Balakən rayonu Hənifə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayında Balakən rayonu Hənifə kəndinin Roçəhməd yaşayış məntəqəsinin çöllük sahəsində narkotik tərkibli çətənə (kannabis) bitkisinin 06 (altı) ədəd toxumunu qanunsuz olaraq əkərək həmin toxumlardan cücərmiş 06 (altı) ədəd, yəni xeyli miqdarda olan narkotik tərkibli çətənə (kannabis) bitkilərinə suvarmaqla,diblərini alaq otlarından təmizləməklə, həmçinin digər aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, əkib-becərib yetişdirərək kultivasiya etdiyi həmin 06 (altı) ədəd çətənə bitkilərinin 02 (iki) ədədinin üzərindən 2023-cü ilin avqust ayında yararlı hissələrini toplayıb yaşadığı evə gətirib bağda sərib qurutmaqla qanunsuz olaraq, satış məqsədi olmadan, xeyli miqdarda – 8,45 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuananı əldə edib, üzərində saxlayaraq daşımış, Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində 13 mart 2024-cü il tarixdə saat 13:30 radələrində Balakən rayonu Hənifə kəndində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Balakən rayon polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış keçirilərkən həmin tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə –qurudulmuş marixuana bir ədəd sellofan bükümdə olmaqla əynindəki qış gödəkçəsinin sağ yan cibindən aşkar olunaraq götürülmüşdür və həmin tədbirlərin davamı olaraq 13 mart 2024-cü il tarixdə Balakən rayonu Hənifə kəndinin Roçəhməd yaşayış məntəqəsinin çöllük ərazisinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs qanunsuz olaraq əkib-becərib yetişdirərək kultivasiya etdiyi əkilib-becərilməsi qadağan olunmuş həmin narkotik tərkibli çətənə (kannabis) bitkilərinin 06 (altı) ədəd hissələri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1 və 234.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Balakən rayonu Hənifə kəndində qeydiyyatdadır və ailəsi ilə birlikdə həmin kənddə yaşayır. Fərdi əməklə məşğul olur. Əvvəllər məhkum olunmamışdır. 30 ilə yaxındır ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 2022-ci ilin yayında yaşadığı Hənifə kəndində yerdən içərisində qurudulmuş marixuna olan bir ədəd sellofan büküm tapmışdır. Həmin bükümün içərisində qurudulmuş marixuanadan başqa 6 ədəd çətənə toxumunu da tapmışdır. Tapdığı toxumları ayrı sellofana büküb yaşadığı evin arxa hissəsindəki bağda torpağa basdırmışdır. 2023-cü ilin mart ayında həmin toxumları basdırdığı yerdən çıxardıb yaşadığı kəndin ərazisindəki Roçəhməd yaşayış məntəqəsinin çöllük ərazisində əkmişdir. Bir müddət sonra həmin sahəyə getdikdə əkdiyi 06 ədəd toxumun hamısının cücərdiyini görmüşdür. Vaxtaşırı həmin sahəyə gedərək əkdiyi çətənə bitkilərini suvarmaqla, kənarlarını alaq otlarından təmizlməklə onlara qulluq etmişdir. Bir müddət sonra həmin bitkilərdən 04 ədədinin keyfiyyətsiz olduğunu, qalan 2 ədəd bitkinin isə keyfiyyətli və yararlı olduğunu görmüşdür. 2023-cü ilin avqust ayında həmin 02 ədəd çətənə bitkisinin üzərindən yararlı hissələrini yığıb yaşadığı evin həyətindəki bağa gətirib sərib qurutmuşdur. Qurutduğu marixuananı bir ədəd sellofana doldurmuşdur və üzərindən götürüb istifadə etməyə başlamışdır. Həmin narkotik vasitənin qalan hissəsini sellofana büküb qış gödəkçəsinin cibinə qoymuşdur. xx.xx.2024-cü il tarixdə günorta saat 13:30 radələrində Balakən rayonu Hənifə kəndinin ərazisində yaşadığı evin qarşısında olduğu zaman əvvəldən tanımadığı, mülki geyimdə olan iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edərək üzərində narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu deyərək şəxsi axtarış aparılması üçün onu Balakən rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis əməkdaşlarının dəvəti ilə razılaşaraq onlarla birlikdə Balakən rayon Polis Şöbəsinə gəlmişdir. Polis şöbəsində xidməti otaqların birində təhqiqatçı Zaur Xəlilov tərəfindən ona şübhəli şəxs kimi tutulmağı barədə qərar elan edilmişdir, qərarla və hüquq və vəzifələri ilə tanış olmuşdur, hüquq və vəzifələri barədə bildiriş ona təqdim edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Balakən rayon Vəkil Bürosunun vəkillərinin adları qeyd edilmiş siyahı ona təqdim edilmişdir və həmin siyahıdan vəkil seçmək təklif edilmişdir. Ona təqdim edilmiş vəkil siyahısından dövlət hesabına hüquqlarını müdafiə etmək üçün vəkil Müdafiəçi seçmişdir və bu barədə Balakən RPŞ-nin rəhbərliyinə ərizə ilə müraciət etmişdir. Hüquqlarını dövlət hesabına müdafiə etmək üçün seçdiyi vəkil Müdafiəçi rayon polis şöbəsinə dəvət edildikdən sonra şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxs qismində tutulmağı barədə onun və vəkil Müdafiəçi iştirakı ilə protokol tərtib edilmişdir, hər ikisi tərəfindən protokol imzalanmışdır və şübhəli şəxs qismində tutulmağı barədə zəng edərək şəxsən özü həyat yoldaşına məlumat vermişdir. Balakən RPŞ-də ona təqdim edilmiş vəkillər siyahısından dövlət hesabına hüquqlarını müdafiə etmək üçün seçdiyi vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl ona bir daha hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış başlayanda təhqiqatçı tərəfindən ona üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə olub-olmaması barədə sual verildikdə əynindəki qış gödəkçəsinin sağ yan cibində saxladığı bir ədəd sellofan bükümdə olan narkotik vasitə- qurudulmuş marixuananı çıxardıb təqdim etmişdir. Təhqiqatçının suallarına cavab olaraq təqdim etdiyi sellofan bükümdəki kütlənin narkotik olduğunu, narkotik vasitə istifadəçisi olduğunu, üzərindən aşkarlanmış narkotik vasitəni Roçəhməd yaşayış məntəqəsində əkdiyi çətənə bitkilərinin üzərindən yığıb əldə etdiyini və həmin yeri göstərə biləcəyini bildirmişdir. Təqdim etdiyi narkotik vasitə üzərindəki sellofan torba ilə birlikdə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilərkən çəkisi 10,11 qram təşkil etmişdir. Həmin narkotik vasitə-qurudulmuş marixuana üzərindəki sellofan büküm ilə birlikdə təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılmışdır, möhürlənmişdir və zərfin üzəri onun tərəfindən və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılan zaman başqa heç bir qanunsuz əşya, vasitə və ya predmet aşkarlanmamışdır. Şəxsi axtarış polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq qeydə alınmışdır. Şəxsi axtarış keçirilməsi haqqında protokol tərtib edilmişdir, ucadan oxunmuşdur, onun tərəfindən və digər iştirakçılar tərəfindən imzalanmışdır. Həmin gün aqronomun, vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə yaşadığı Hənifə kəndindəki Roçəhməd yaşayış məntəqəsinin çöllük sahəsinə baxış keçirilmişdir. Baxış iştirakçılarına 06 ədəd narkotik tərkibli çətənə bitkilərini əkib-becərdiyi yeri göstərmişdir. Həmin yerdən 2023-cü ilin mart ayında əkdiyi 06 ədəd çətənə bitkilərinin 06 ədəd hissələri aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Baxış polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq qeydə alınmışdır. Baxış keçirilməsi haqqında protokol tərtib edilmişdir, ucadan oxunmuşdur, onun tərəfindən və digər iştirakçılar tərəfindən imzalanmışdır. Hüquqlarını müdafiə edən vəkil Müdafiəçi iştirakı ilə 14 mart 2024-cü il tarixli ekspert rəyi ilə tanış olduğu zaman ona məlum olmuşdur ki, şəxsi axtarış zamanı üzərindən bir ədəd sellofan bükümdə aşkarlanmış kütlə təmiz çəkisi 8,45 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Həmçinin ona məlum olmuşdur ki, baxış zamanı aşkar olunmuş 06 (altı) ədəd bitki hissələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir. Ekspert rəyi ona mahiyyəti üzrə izah olunmuşdur, aydındır, ekspert rəyi ilə razıdır. Balakən RPŞ-də ona qarşı heç bir psixi və fiziki zor tətbiq olunmayıb. Əməlindən çox peşimandır. Gələcəkdə heç vaxt belə əməllərə yol verməyəcəkdir.Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə Balakən RPŞ-nin CAB-na məlumatların daxil olmasını RPŞ rəhbərliyinə məruzə edərək bununla əlaqədar olaraq Təqsirləndirilən şəxs ətrafında müvafiq tədbirlərin keçirilməsinə icazə verilməsini xahiş etmişdir. 13 mart 2024-cü il tarixdə günorta saat 13:30 radələrində Balakən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birgə keçirdikləri tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamaqda və mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməkdə şübhəli olan Muradov X1 rayonu Hənifə kəndinin ərazisində yerləşən yaşadığı evin qarşısında aşkarlanmışdır. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək üzərində narkotik vasitələr saxlamaqda şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış aparılması üçün Balakən RPŞ-yə dəvət edilmişdir və Təqsirləndirilən şəxs təklifi qəbul edərək RPŞ-nin inzibati binasına gəlmişdir. xx.xx.2024-cü il tarixdə Balakən RPŞ-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində həmin gün saat 15 radələrində şəxsi axtarış aparılmasında iştirak etmişdir. Şəxsi axtarışda ondan başqa təhqiqatçı Zaur Xəlilov, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkil Müdafiəçi, RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 və RPŞnin KTQ-nun baş inspektor -kriminalisti X7 da iştirak etmişlər. Şəxsi axtarış başlayarkən təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş hər hansı başqa bir əşyanın olub-olmaması barədə sual verildikdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirərək əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymuşdur. Təhqiqatçının suallarına cavab olaraq şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükümdə narkotik vasitə olduğunu, 2022-ci ildə yaşadığı kənddən tapdığı bir büküm narkotik vasitənin içərisindəki 06 ədəd toxumları 2023-cü ilin mart ayının axırlarında Hənifə kəndinin Roçəhməd yaşayış məntəqəsinin çöllük ərazisinə aparıb əkdiyini, toxumların hamısının cücərdiyini, həmin əkdiyi bitkilərdən dördünün yararsız, ikisinin isə yararlı olduğunu, yararlı bitkilərin üzərindən yığıb qurudub istifadə etdiyini, uzun müddətdir ki narkotik vasitələrdən istifadə etdiyini, narkotik tərkibli bitkiləri əkdiyi yeri xatırladığını, hazırda həmin bitkilərin əkdiyi yerdə qaldığını, Balakən RPŞ-də ona qarşı psixi və fiziki təsir göstərilmədiyini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan büküm açıldıqda həmin bükümün içərisində qurudulmuş marixuanaya oxşar kütlə aşkarlanmışdır. Həmin kütlə üzərindəki sellofanla birlikdə elektron tərəzidə çəkildikdə çəkisi 10,11 qram təşkil etmişdir. Aşkar edilmiş narkotik vasitəqurudulmuş marixuanaya oxşar kütlə üzərindəki sellofan torba ilə birlikdə bir ədəd kağız zərfə qablaşdırılaraq möhürlənib maddi sübut kimi götürülmüşdür, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkarlanmamışdır. Şəxsi axtarış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Şəxsi axtarış barədə protokol tərtib edilmişdir və iştirakçılar tərəfindən imzalanmışdır. Həmin gün saat 17 radələrində Balakən rayonu Hənifə kəndinin Roçəhməd yaşayış məntəqəsinin çöllük ərazisinə baxış keçirilməsində də iştirak etmişdir. Baxışda ondan başqa təhqiqatçı Zaur Xəlilov, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkil Müdafiəçi, RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2, aqronom Şahid3 və RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti X7 da iştirak etmişlər. Baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs 06 ədəd çətənə bitkisini əkdiyi yerdəki qurumuş bitki hissələrini göstərərək həmin yerə 6 ədəd çətənə bitkisini əkdiyini,onlardan dörd ədədinin yararsız olduğunu, iki ədədinin üzərindən isə hissələrini yığdığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs özü həmin yerdəki 06 ədəd qurumuş bitki hissələrini sayıb göstərmişdir. Baxışda iştirak edən aqronom Şahid3 bitki hissələrinin çətənə kollarına oxşar kollar olduğunu və onlara arotexniki qaydada qulluq edildiyini bildirmişdir. Həmin 06 ədəd qurumuş bitki hissələri kökündən çıxarılaraq ölçüldükdə 70 sm.-dən 105 sm.-dək uzunluqda olduqları aşkarlanmışdır. Aşkar edilmiş bitki hissələri bir ədəd sintetik kisədə qablaşdırılaraq möhürlənib maddi sübut kimi götürülmüşdür, kisənin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Baxış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Baxış barədə protokol tərtib edilmişdir və iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 ifadəsində göstərdiyi xüsusatları iş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında verdiyi ifadəsi ilə tam təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Balakən rayonu Hənifə kəndində ailəsi ilə birlikdə yaşayır. Balakən RİHB-nin Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyir. İxtisasca ali təhsilli alim-aqronomdur. 13 mart 2024-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları mütəxəssis qismində dəvət etmə barədə qərarı ona təqdim edərək Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs Balakən rayonu Hənifə kəndinin Roçəhməd yaşayış məntəqəsinin çöllük ərazisində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini əkib-becərməkdə şübhəli olduğundan həmin əraziyə baxışda iştirak etmək üçün mütəxəssis qismində dəvət olunduğunu bildirmişlər. Mütəxəssis kimi hüquq və vəzifələri ona izah olunmuşdur, məsuliyyət barədə xəbərdar olunmuşdur, mütəxəssis kimi dəvət olunmağı barədə qərar və hüquq və vəzifələrinin izah edilməsi barədə bildiriş ona təqdim olunmuşdur. xx.xx.2024-cü il tarixdə saat təxminən 17 radələrində Hənifə kəndinin Roçəhməd yaşayış məntəqəsinin çöllük ərazisinə baxış keçirilməsində iştirak etmişdir. Baxışda ondan başqa təhqiqatçı Zaur Xəlilov, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, vəkil Müdafiəçi və polis əməkdaşları iştirak etmişlər. Baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs çətənə bitkilərini əkdiyi yerdəki qurumuş bitki hissələrini göstərərək həmin yerə 6 ədəd çətənə bitkisini əkdiyini,onlardan dörd ədədinin yararsız olduğunu, iki ədədinin üzərindən isə hissələrini yığdığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs özü həmin yerdəki 06 ədəd qurumuş bitki hissələrini sayıb göstərmişdir. Qeyd edilən qurumuş bitki hissələri kökündən çıxarılaraq onlara baxış keçirmişdir, təhqiqatçı tərəfindən ölçülmüşdür. Bitkilərin hündürlüklərinin 70 sm.-dən 105 sm-dək olduğu müəyyən edilmişdir. Aşkar edilmiş narkotik tərkibli çətənə bitkilərinə oxşar qurumuş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Bu barədə rəy yazaraq polis əməkdaşlarına təqdim etmişdir. Qeyd edilən qurumuş bitki hissələri təhqiqatçı tərəfindən bir ədəd sintetik kisəyə qablaşdırılaraq möhürlənib maddi sübut kimi götürülmüşdür. Baxış barədə protokol tərtib edilmişdir və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış fasiləsiz olaraq polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə qeydə alınmışdır. İşin 27-30-cu vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən 13 mart 2024-cü il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış Balakən RPŞ-nin inzibati binasında xx.xx.2024-cü il tarixdə saat 15:00-dan 15:30-dək olan müddət ərzində keçirilmişdir. Şəxsi axtarış Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs üzərində aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs onun Balakən rayon Vəkil Bürosunun adlı siyahısından seçdiyi vəkil və digər iştirakçıların iştirakı ilə hüquq və vəzifələri izah edilərək onun şübhəli şəxs qismində tutulduğu bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya başqa qanunla qadağan edilmiş vasitə, kütlə olub-olmaması soruşulduqda o, əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan bükümü çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs sellofan bükümün içərisindəki kütlənin narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni 2023-cü ilin mart ayının axırlarında Hənifə kəndinin Roçəhməd yaşayış məntəqəsinin çöllük ərazisində əkibbecərdiyi bitkilərin üzərindən yığıb qurudub əldə etdiyini, narkotik tərkibli bitkiləri əkdiyi yeri xatırladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan büküm içərisindəki qurudulmuş marixuanaya oxşar kütlə ilə birlikdə elektron tərəzidə çəkildikdə ümumi çəkisi 10,11 qram təşkil etmişdir. Həmin 01 (bir) ədəd sellofan büküm qablaşdırılaraq götürülmüşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində başqa hər hansı qanunla qadağan edilmiş vasitə, kütlə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ona qarşı Balakən RPŞ-də hər hansı fiziki və ya psixi təsir göstərilibgöstərilmədiyi soruşulduqda o, belə bir halın olmadığını bildirmişdir. Şəxsi axtarış videokamera vasitəsi ilə qeydə alınmışdır. Şəxsi axtarış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuşdur, əlavə hər hansı şikayət və ya vəsatət daxil olmamışdır, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diskinə məhkəmə iclas zalında baxış keçirilmiş, protokolda qeyd edilənlərin düzgün qeyd edildiyi müəyyən edilmişdir. İşin 36-40-cı vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən 13 mart 2024-cü il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, baxış Balakən rayonun Hənifə kəndinin ərazisində xx.xx.2024-cü il tarixdə saat 16:30-dan 17:15-dək olan müddət ərzində keçirilmişdir. Baxış Balakən rayonu Hənifə kəndi ərazisindəki Roçəhməd adlanan yaşayış məntəqəsindəki çöllük əraziyə baxış keçirilmişdir. Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs iştirakı ilə əraziyə baxış keçirilən zaman o içərisi boş qazılmış kanalın içərisində olan 6 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkiləri göstərərək üzərindən aşkar edilmiş qurudulmuş marixuanaya oxşar kütləni həmin bitkilərin üzərindən yığaraq əldə etdiyini bildirmişdir. Baxışda iştirak edən aqranom Şahid3 qurumuş halda olan çətənə kollarına oxşar bitki kollarına aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Həmin bitkilər kökündən çıxarılıb uzunluqları ölçülərkən 70 sm-dən 105 smdək olduqları müəyyən edilmişdir. Həmin bitkilər bir ədəd ağ rəngli sintetik kisəyə qoyulub qablaşdırılıb maddi sübut ktimi götürülmüşdür. Baxış videokamera vasitəsi ilə qeydə alınmışdır. Baxış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuşdur, əlavə hər hansı şikayət və ya vəsatət daxil olmamışdır, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Baxış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Baxış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diskinə məhkəmə iclas zalında baxış keçirilmiş, protokolda qeyd edilənlərin düzgün qeyd edildiyi müəyyən edilmişdir. İşin 40-cı vərəqəsində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən ixtisasca aqronom Şahid3 verdiyi xx.xx.2024-cü il tarixli rəydə göstərilmişdir ki,xx.xx.2024cü il tarixdə Balakən Balakən rayonu Hənifə kəndi ərazisində yerləşən Roçəhməd adlanan yaşayış məntəqəsindəki çöllük sahədə aşkar edilmiş 6 ədəd, hündürlükləri 70 sm-dən 105sm-dək qurumuş halda olan narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kollarına aqrotexniki qaydada qulluq göstərilmişdir. İşin 104-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin Məhkəmə-Narkoloji ekspert komissiyasının 19 mart 2024-cü il tarixli 482 nömrəli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var.Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 53-54-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X6 Bölməsinin 14 mart 2024-cü il tarixli 3-16-16-2-17/267 nömrəli ekspert rəyində göstərilmişdir: Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə-qurudulmuş marixuanaya oxşar kütlədən ibarət maddi sübut...” sözləri və imzalar yazılmış 01 (bir) zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 8,45 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Aşkar edilmiş 6 ədəd qurumuş halda olan çətənə bitkisinə oxşar bitki kollarından ibarət maddi sübut.” yazısı və imzalar yazılmış 01 (bir) ədəd sintetik kisənin içərisindəki, ümumi çəkisi 295,0 qram olan 06 (altı) ədəd bitki hissələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir. Aqronom (mütəxəssis) Şahid3 xx.xx.2024-cü il tarixli rəyinə əsasən tədqiqata hissələri təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Təqdim olunmuş 06 (altı) ədəd çətənə (kannabis) bitkisinin hissələrinin üzərində yarpaqları olmadığından onların təqdim olunmuş qurudulmuş marixuana ilə müqayisəli tədqiqatını (eynilik) aparmaq mümkün olmadı. İşin 20-21-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 13 mart 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, 13 mart 2024-cü ildə saat 14:40-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 80-81,84-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 15 mart 2023-cü il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi, barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında aktdan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, 15 mart 2023-cü il tarixdə saat 12:55-də Balakən rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. İşin 93-cü vərəqəsində oloan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 100-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon Hənifə kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunur. Onun barəsində nümayəndəliyə heç bir şikayət və narazılıq daxil olmadığı göstərilmişdir. İşin 99-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən Rayon İcra Hakimiyyəti Hənifə kənd inzibati ərazi dairəsi tərəfindən 28 mart 2024cü il tarixdə verilmiş 17 nömrəli arayışdan görünür ki, Muradov X1 rayon Hənifə kənd sakinidir, himayəsində işləməyən anası, arvadı, xx.xx.2009-cu il təvəllüdlü qızı Fatimə, xx.xx.2010-cu il təvəllüdlü qızı Xədicə və xx.xx.2013-cü il təvəllüdlü oğlu Məhəmməd vardır. Məhkəmə iş üzrə şahidlər- Şahid1,Şahid2 və Şahid3 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmə və qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək daşıma və saxlama cinayət əməllərini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməyə (əkmə və ya yetişdirmə) görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə narkotik vasitələr-BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.6-ci maddəsinə görə tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Həmin Qərarın 19-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ-qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər).Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki,Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət hadisələri baş vermişdir, həmin əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrinin tərkibi vardır, həmin əməllər təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə düzgün tövsif edilmişdir,əməllərin cinayət olmasını aradan qaldıran hallar,təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi,cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında"Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşaqlarının olması onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini,onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını,yaşayış yerindən müsbət xasiyyətnamə ilə xarakterizə olunmasını,cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmasını, daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını hazırkı məhkəmə təcrübəsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Onun 13 mart 2024-cü il tarixdən 15 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə hesablanmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq,işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkomaniyadan məcburi müalicə olunmalıdır. O,narkomaniyadan məcburi müalicə olunduğu müddətdə onun yaşayış yeri cəzanı icra edən orqan tərəfindən müvəqqəti olaraq yerləşdirildiyi müvafiq tibb müəssisəsinin yerləşdiyi ərazi hesab olunmalı və göstərilən müddət ərzində cəzanın icrasına nəzarət həmin tibb müəssisəsinin yerləşdiyi ərazi üzrə İcra və Probasiya Şöbəsinə tapşırılmaldır. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalı və onun qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X4 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34.55 (otuz dörd manat əlli beş qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş, ekspertiza tədqiqatından sonra təmiz çəkisi 8,40 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə –qurudulmuş marixuana və ekspertiza tədqiqatından sonra təmiz çəkisi 294,40 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin 06 (altı) ədəd hissələri hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 07 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 42 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X5 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin,Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 237.1-ci maddəsilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırıdlması cəzası təyin edilsin. Onun 13 mart 2024-cü il tarixdən 15 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 2(iki) gününə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11(on bir) ay 26 (iyirmi altı ) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, onun cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkomaniyadan məcburi müalicə olunsun. O,narkomaniyadan məcburi müalicə olunduğu müddətdə onun yaşayış yeri cəzanı icra edən orqan tərəfindən müvəqqəti olaraq yerləşdirildiyi müvafiq tibb müəssisəsinin yerləşdiyi ərazi hesab olunsun və göstərilən müddət ərzində cəzanın icrasına nəzarət həmin tibb müəssisəsinin yerləşdiyi ərazi üzrə İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın, onun ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün hazırki hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X4 Şəxsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. 34.55 (otuz dörd manat əlli beş qəpik ) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş, ekspertiza tədqiqatından sonra təmiz çəkisi 8,40 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə –qurudulmuş marixuana və ekspertiza tədqiqatından sonra təmiz çəkisi 294,40 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin 06 (altı) ədəd hissələri hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut olan iki ədəd DVD diski cinayət işinin materiallarında saxlansın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 42 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X5 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-54/2024
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-54/2024
22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver