Məhkəmə qərarları › İş №1(019)-54/2025

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-54/2025

29.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-54/2025 29.07.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər Balakən rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Ramil Gajievin iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, 29 aprel 2025-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.4,206.1-ci maddələri ilə; 31 iyul 1997-ci il tarixdə Gürcüstanın Dmanisi rayonunda anadan olmuş, Gürcüstan Respublikası vətəndaşı, evli, orta təhsilli, yük nəqliyyat vasitəsinin sürücüsü işləyən, əvvəllər məhkum olunmamış, Gürcüstanın Dmanisi rayonunun Yuxarı Oruzman kəndində qeydiyyatda olmaqla, müvəqqəti olaraq ünvan 2 ünvanında yaşayan, 28 aprel 2025ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Ramil Gajievin (Ramil Hacıyev) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 21 noyabr 2024-cü il tarixədək olan müddət ərzində Bakı şəhərində tanışı Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək xeyli miqdarda mobil telefonları 1200 manat müqabilində idarə etdiyi nəqliyyat vasitəsində gizlədərək Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib Gürcüstana aparmaq barədə sövdələşməklə Ramil Gajievi (Ramil Hacıyevi) cinayət törətməyə təhrik etmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq o, 1 ədədinin qiyməti 2970 manat olmaqla, 11880 manat dəyərində 4 ədəd “İphone 16 pro max” markalı, 256 GB yaddaş tutumuna malik, 1 ədəd 3470 manat dəyərində “İphone 16 pro max” markalı 512 GB yaddaş tutumuna malik, 1 ədədinin qiyməti 2700 manat olmaqla, 13500 manat dəyərində 5 ədəd “İphone 16 pro” markalı, 256 GB yaddaş tutumuna malik, 1 ədəd 3250 manat dəyərində “İphone 160 pro” markalı, 512 GB yaddaş tutumuna malik, 1 ədədinin qiyməti 2450 manat olmaqla, 7350 manat dəyərində 3 ədəd “İphone 16 pro” markalı, 128 GB yaddaş tutumuna malik, 1 ədəd 2150 manat dəyərində “İphone 16” markalı 256 GB yaddaş tutumuna malik, 1 ədəd 1900 manat dəyərində “İphone 16” markalı 128 GB yaddaş tutumuna malik, 1 ədədinin qiyməti 2650 manat olmaqla, 15900 manat dəyərində 6 ədəd “İphone 15 pro max” markalı 256 GB yaddaş tutumuna malik, 1 ədədinin qiyməti 1240 manat olmaqla, 3720 manat dəyərində 3 ədəd “İphone 14” markalı 128 GB yaddaş tutumuna malik, 1 ədəd 799 manat dəyərində “Samsung A55 5G” markalı 256 GB yaddaş tutumuna malik, 1 ədədinin qiyməti 480 manat olmaqla, 960 manat dəyərində 2 ədəd “Samsung A25 5G” markalı 256 GB yaddaş tutumuna malik, 1 ədədinin qiyməti 1930 manat olmaqla, 7720 manat dəyərində 4 ədəd “Samsung S24 ultra” markalı 256 GB yadda tutumuna malik, 1 ədədinin qiyməti 455 manat olmaqla, 910 manat dəyərində 2 ədəd “X37 13 Pro” markalı 256 GB yaddaş tutumuna malik, 1 ədədinin qiyməti 2170 manat olmaqla, 4340 manat dəyərində 2 ədəd “İphone 15 pro” markalı 128 GB yaddaş tutumuna malik, 1 ədəd 1400 manat dəyərində “İphone 14 pro max” markalı 128 GB yaddaş tutumuna malik, 1 ədəd 700 manat dəyərində “İphone 12 pro” markalı 256 GB yaddaş tutumuna malik, 1 ədəd 1150 manat dəyərində “İphone 13” markalı 128 GB yaddaş tutumuna malik, 1 ədəd 430 manat dəyərində “Samsung Galaxy A73 5G” markalı 256 GB yaddaş tutumuna malik, 1 ədəd 550 manat dəyərində “Samsung Galaxy A55 5G” markalı 128 GB yaddaş tutumuna malik, 1 ədəd 250 manat dəyərində “Samsung A33 5G” markalı 128 GB yaddaş tutumuna malik ümumilikdə xeyli miqdarda, 82509 manat dəyərində cəmi 43 mobil telefonu Bakı şəhəri Qaradağ rayonu ərazisində cinayətin icraçısı Ramil Gajievə (Ramil Hacıyevə) təhvil vermiş, sonuncu həmin mobil telefonları malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi “Scania” markalı, 0J6750J/PP675D Gürcüstana məxsus dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin qoşqusunun yuxarı platformasının sağ və sol kənar çərçivələrində kəsilmiş boşluğun içərisindəki gizli saxlanc yerində gizlədərək saxlamış və Azərbaycan Respublikasından Gürcüstana gedərkən 21 noyabr 2024-cü il tarixdə, saat 10:30 radələrində Balakən rayonunun inzibati ərazisində yerləşən Balakən Gömrük İdarəsinin “Mazımqara” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, aparılmış yoxlama nəticəsində qeyd olunan mobil telefonlar gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 21 noyabr 2024-cü il tarixədək olan müddət ərzində Bakı şəhərində tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək xeyli miqdarda mobil telefonları 1200 manat müqabilində idarə etdiyi nəqliyyat vasitəsində gizlədərək Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib Gürcüstana aparmaq barədə sövdələşmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq 1 ədədinin qiyməti 2970 manat olmaqla, 11880 manat dəyərində 4 ədəd “iphone 16 pro max” markalı, 256 GB yaddaş tutumuna malik, 1 ədəd 3470 manat dəyərində “İphone 16 pro max” markalı 512 GB yaddaş tutumuna malik, 1 ədədinin qiyməti 2700 manat olmaqla, 13500 manat dəyərində 5 ədəd “İphone 16 pro” markalı, 256 GB yaddaş tutumuna malik, 1 ədəd 3250 manat dəyərində “İphone 160 pro” markalı, 512 GB yaddaş tutumuna malik, 1 ədədinin qiyməti 2450 manat olmaqla, 7350 manat dəyərində 3 ədəd “İphone 16 pro” markalı, 128 GB yaddaş tutumuna malik, 1 ədəd 2150 manat dəyərində “İphone 16” markalı 256 GB yaddaş tutumuna malik, 1 ədəd 1900 manat dəyərində “İphone 16” markalı 128 GB yaddaş tutumuna malik, 1 ədədinin qiyməti 2650 manat olmaqla, 15900 manat dəyərində 6 ədəd “İphone 15 pro max” markalı 256 GB yaddaş tutumuna malik, 1 ədədinin qiyməti 1240 manat olmaqla, 3720 manat dəyərində 3 ədəd “İphone 14” markalı 128 GB yaddaş tutumuna malik, 1 ədəd 799 manat dəyərində “Samsung A55 5G” markalı 256 GB yaddaş tutumuna malik, 1 ədədinin qiyməti 480 manat olmaqla, 960 manat dəyərində 2 ədəd “Samsung A25 5G” markalı 256 GB yaddaş tutumuna malik, 1 ədədinin qiyməti 1930 manat olmaqla, 7720 manat dəyərində 4 ədəd “Samsung S24 ultra” markalı 256 GB yaddaş tutumuna malik, 1 ədədinin qiyməti 455 manat olmaqla, 910 manat dəyərində 2 ədəd “X37 13 Pro” markalı 256 GB yaddaş tutumuna malik, 1 ədədinin qiyməti 2170 manat olmaqla, 4340 manat dəyərində 2 ədəd “İphone 15 pro” markalı 128 GB yaddaş tutumuna malik, 1 ədəd 1400 manat dəyərində “İphone 14 pro max” markalı 128 GB yaddaş tutumuna malik, 1 ədəd 700 manat dəyərində “İphone 12 pro” markalı 256 GB yaddaş tutumuna malik, 1 ədəd 1150 manat dəyərində “İphone 13” markalı 128 GB yaddaş tutumuna malik, 1 ədəd 430 manat dəyərində “Samsung Galaxy A73 5G” markalı 256 GB yaddaş tutumuna malik, 1 ədəd 550 manat dəyərində “Samsung Galaxy A55 5G” markalı 128 GB yaddaş tutumuna malik, 1 ədəd 250 manat dəyərində “Samsung A33 5G” markalı 128 GB yaddaş tutumuna malik ümumilikdə xeyli miqdarda, 82509 manat dəyərində cəmi 43 mobil telefonu Bakı şəhəri Qaradağ rayonu ərazisində cinayətin təhrikçisi Təqsirləndirilən şəxs1 təhvil alıb malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi “Scania” markalı, 0J6750J/PP675D Gürcüstana məxsus dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin qoşqusunun yuxarı platformasının sağ və sol kənar çərçivələrində kəsilmiş boşluğun içərisindəki gizli saxlanc yerində gizlədərək saxlamış və Azərbaycan Respublikasından Gürcüstana gedərkən 21 noyabr 2024-cü il tarixdə, saat 10:30 radələrində Balakən rayonunun inzibati ərazisində yerləşən Balakən Gömrük İdarəsinin “Mazımqara” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, aparılmış yoxlama nəticəsində qeyd olunan mobil telefonlar gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Ramil Gajievə elan edilmiş ittiham məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,206.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, əvvəllər telefon təmiri ilə məşğul olmuşdur, hazırda işləmir. Ucuz qiymətə, kreditdə olan, satıcı tərəfindən İMEİ kodları blok olunmuş “İphone”, “Samsung” markalı mobil telefonları alıb yığırmış. Belə ki, “Kontakt Home”, “Soliton” və başqa mağazalardan müştərilər mobil telefonları kreditlə 18, 24, 36 aylığına alır, sonra isə aylıq krediti ödəyə bilmədikdə mobil telefonu satan mağaza telefonu işlətmək mümkün olmasın deyə İMEİ kodunun blok olunması barədə mobil operatorlara müraciət etmişdir. İMEİ kodu blok olunmuş mobil telefon ölkə ərazisində işləməmiş, o, belə mobil telefonları ucuz qiymətə alıb yığmışdır. Cəmi 43 ədəd olmaqla yeni və işlənmiş mobil telefonları lombarddan, “tap.az” elan səhifəsindən, mağazalardan alıb yığmışdır. Bu telefonlar Azərbaycanda işləmədiyi üçün tanışlarıyla soraqlaşıb bir nəfər gürcüstanlı ilə tanış olmuş, həmin şəxs ona mobil telefonları Gürcüstana göndərməyini, alacağını demişdir. Ümumilikdə mobil telefonların qiyməti 50000 manata yaxın olmuş, hər bir modelin özünün qiyməti olmuş, həmin şəxs satdıqca pulunu göndərməli olmuşdur. Həmin şəxsi şəxsən tanımamış, əyani olaraq görməmiş, sadəcə telefonda danışmışlar. Bu hadisə baş verdikdən sonra, həmin şəxslə əlaqə saxlaya bilməmiş, telefon nömrəsi bağlı olmuşdur. Yük avtomobili sürücüsü gürcüstanlı Ramil ilə 2 ildir ki, ortaq dostları vasitəsilə tanış olmuş, o, Ramilə keçən ilin yay vaxtı Gürcüstana mobil telefon göndərmək istədiyini demiş, Ramil 1 ədədini 30 manatdan apara biləcəyini demişdir. Təxminən 20 noyabr 2024-cü il tarixdə “Meyvəli” terminalının yaxınlığında Ramil ilə görüşmüş və sellofan paketdə bəziləri qutuları ilə birlikdə, bəziləri açıq vəziyyətdə 43 ədəd mobil telefonu verib Gürcüstana keçdikdə bir nəfərin zəng vurub təhvil alacağını bildirmişdir. Həmin vaxt Ramil ilə aralarında pul alış-verişi olmamış, mobil telefonların keçirilməsinə görə Ramilə çatası pulu Gürcüstandakı şəxs verməli olmuşdur. Ramil mobil telefonları təhvil alıb saymış və tezliklə yola düşəcəyini bildirmiş, bir neçə gündən sonra Ramil ona zəng vurub mobil telefonların Balakən Gömrük idarəsində tutulduğunu bildirmişdir. Mobil telefonlar ölkəyə gətirilərkən bəyan edilməli olduğunu bilmiş, lakin çıxarılarkən bəyan edilməli olduğunu bilməmişdir. O bu telefonların ölkəyə gətirilərkən bəyan olunduğu üçün bir daha gömrükdə bəyan etməyə ehtiyac olmadığını düşünmüşdür. O, Ramilə heç bir sənəd, etibarnamə verməmiş, sadəcə telefonları vermişdir. Mobil telefonları vətəndaşlar könüllü şəkildə müxtəlif mağazalarda satmışlar, bu barədə heç kəs onlara təzyiq göstərməmiş, o isə birbaşa vətəndaşlardan yox, mağazalardan almışdır. Əməlindən peşman olmasını, törətdiyi əməlin cinayət olduğunu bilmədiyini nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Ramil Gajiev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, Azərbaycan dilində sərbəst danışa, oxuya bilir, təhsilini Azərbaycan dilində almışdır. 5 ildir yük avtomobili sürücüsü işləmiş, Gürcüstandan Bakı şəhərinə minik avtomobillərinin daşınmasını həyata keçirmişdir. Gətirdiyi minik avtomobillərini xx.xx.2024-cü il tarixdə təyinat yerində, “Meyvəli” ərazisində olan gömrük terminalına çatdırmış, bundan sonra Gürcüstana aparmaq üçün 1 ədəd “Volkswagen” markalı, Ukraynaya məxsus dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini elə “Meyvəli” terminalı ərazisində təhvil almış və xx.xx.2024-cü il tarixdə axşam saatlarında Gürcüstan Respublikasına geri qayıtmaq üçün yola düşmüş, təxminən 5 gün Azərbaycanda qalmışdır. Azərbaycanda olduğu vaxt xx.xx.2024-cü il tarixdə əvvəlcədən tanıdığı, Xəyal adlı şəxs ona zəng edərək Gürcüstana aparılmalı 40 ədəd mobil telefon olduğunu bildirmiş və onları özü ilə Gürcüstana aparıb orada bir nəfərə təhvil verməyi təklif etmiş və bunun müqabilində ona hər telefona 30 manat, cəmi 1200 manat pul veriləcəyini vəd etmişdir. Xəyal həmin mobil telefonların bəyan olunmuş telefonlar olduğunu demiş, o, razılaşmış, Xəyal “Meyvəli” terminalının yanındakı “Socar" yanacaqdoldurma məntəqəsinin yanına gəlmiş və özü ilə “İphone”, “Samsung” və “Redmi” markalı mobil telefonu sellofan paketin içərisində gətirmişdir. Həmin mobil telefonların əksəriyyəti qutuda, 3-4 ədədi açıq, qutusuz olmuşdur. O, həmin mobil telefonları təhvil alaraq birbaşa Gürcüstan istiqamətində yola düşmüşdür. Yolda olarkən telefonları, qoşqunun dəmir konstruksiyasının içərisində gizlədərkən zədələnməsin deyə 2 ədədini bir-birinin üzərinə qoyub yapışqanlı lentlə sarımışdır. Kürdəmir rayonu ərazisində maşını saxlamış və qoşqunun yuxarı platformasını endirərək əvvəlcə sağ, sonra isə sol tərəfdə olan ağzı kəsik metal profilin içərisində həmin telefonları gizlətmişdir. xx.xx.2024-cü il tarixdə təxminən 09:00 radələrində “Mazımqara” gömrük postuna çatmış, sonra gömrük əməkdaşı ona yaxınlaşaraq üzərində və nəqliyyat vasitəsində olan malları gömrük nəzarətinə bəyan etməyini təklif etmiş və o da gömrük əməkdaşına üzərində hər hansı bir əşya olmadığını, lakin nəqliyyat vasitəsində şəxsi geyim əşyalarının olduğunu bildirmişdir. Bundan sonra ona nəqliyyat vasitəsini rentgen qurğusuna sürməyi bildirilmiş və rentgendə baxış keçirildikdən sonra nəqliyyat vasitəsinə keçirilmiş gömrük baxışı zamanı qoşqunun yuxarı hərəkət edən platformasının sağ və sol kənar çərçivələrində şübhəli cizgilər müşahidə edilmişdir. Həmin hissələrə gömrük yoxlaması həyata keçirilmiş, əvvəlcə qoşqunun yuxarı platformasının sağ tərəfindən, daha sonra eyni qaydada sol tərəfindən kənar çərçivələrin kəsilməsi ilə yaranmış gizli saxlanc yerindən gömrük nəzarətindən gizlədilmiş qara rəngli sellofan paketlərə bükülərək yapışqanlı lentlə sarınmış vəziyyətdə müxtəlif modelli mobil telefonlar aşkar edilmişdir. Xəyal həmin mobil telefonların qanuni yolla, bəyan olunaraq Azərbaycana gətirildiyini, özünün malı olduğunu demişdir. Onun həmin mobil telefonları açıq keçirəcəyi halda Gürcüstan gömrüyündə hər birinə görə rüsum verməli olacağı, buna görə də gömrükdən gizli keçirəcəyindən Xəyalın məlumatı olmuşdur. O, telefonları gecə oğurlamasınlar deyə gizlətmişdir. Mobil telefonları gizlətdiyi bölməni özü bu məqsədlə xüsusi olaraq kəsib düzəltməmiş, həmin yer qoşqunun özündə mövcud olmuş, belə evakuator qoşquların hamısında profilin içərisində belə boşluq olmuşdur. Həmin telefonları Gürcüstana keçirdikdən sonra tanımadığı şəxs ondan təhvil alıb keçirməyə görə pulu verməli idi. Əməlindən peşman olmasını, xx.xx.2024-cü il təvəllüdlü azyaşlı uşağının olmasını, telefonları ölkədən çıxaran zaman bəyan edilməli olduğunu bilmədiyini nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, 2016-cı ildən gömrük orqanlarında xidmət edir. Balakən Gömrük İdarəsinin “Azərterminalkompleks” Birliyi gömrük fəaliyyətinə dəstəyin təşkili idarəsini gömrük işinə yardım şöbəsinin böyük inspektoru vəzifəsində çalışır, Xidməti zərurətlə əlaqədar olaraq Balakən Gömrük İdarəsinin “Mazımqara” gömrük postuna təhkim edilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 09 radələrində xidmət vəzifəsini yerinə yetirərkən Əməliyyat və təhqiqat şöbəsinin əməliyyat müvəkkili X4 ona “Mazımqara” gömrük postunun ixrac gömrük nəzarəti xəttinə daxil olan Gürcüstan vətəndaşı Gajiev Ramilin idarə etdiyi “Scania” markalı, 0J6750J/PP675D xarici dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə - keçiriləcək yoxlamada iştirak etməyini xahiş etdi. Videoçəkilişdən istifadə edərək gömrük yoxlaması həyata keçirdilər, yoxlamaya başlamazdan əvvəl, Qalib Fərzəliyev qeyd olunan nəqliyyat vasitəsinin sürücüsü Gajiev Ramildən şifahi olaraq üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmalı hər hansı bir mal olub-olmamasını soruşdu və olduğu halda təqdim etməsini təklif etdi. Gajiev Ramil isə üzərində və ya idarə etdiyi nəqliyyat vasitəsində belə mallar olmadığını bildirdi, əvvəlcə nəqliyyat vasitəsinin kabinasına gömrük yoxlaması həyata keçirildi, lakin bununla qadağan edilmiş və ya gömrük nəzarətindən gizlədilmiş, yaxud bəyan edilməmiş hər hansı bir əşya aşkar edilmədi. Bundan sonra həmin yük nəqliyyat vasitəsinə “Mazımqara” gömrük postunda yerləşən stasionar rentgen qurğusunda baxış keçirildi və baxış zamanı nəqliyyat vasitəsinin qoşqusunun yuxarı hərəkət edən platformasının sağ və sol kənar çərçivələrində şübhəli cizgilər müşahidə edildi. Qurğunun verdiyi rentgen müvafiq-çıxarışına əsasən həmin şübhəli təsvirlərin müşahidə olunduğu hissələrə gömrük yoxlaması həyata keçirtdilər. Əvvəlcə qoşqunun yuxarı platformasının sağ tərəfindən, daha sonra eyni qaydada sol tərəfindən kənar çərçivələrin kəsilməsi ilə yaranmış gizli saxlanc yerindən gömrük nəzarətindən gizlədilmiş qara rəngli sellofan paketlərdə bükülərək yapışqanlı lentlə sarınmış vəziyyətdə müxtəlif modelli mobil telefonlar aşkar edildi. Şahid Balakən Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin əməliyyat müvəkkili X4 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmiş, onun ifadəsi Şahid2 ifadəsi ilə eyni məzmunlu olmuşdur. 252970020 nömrəli cinayət işinin: l cild 10-18-ci vərəqələrində olan 21 noyabr 2024-cü il tarixli nəqliyyat vasitəsinin və malların yoxlanılması haqqında protokoldan görünür ki, Balakən Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olmuş əməliyyat məlumat əsasında xx.xx.2024-cü il tarixdə saat təxminən 09 radələrində Azərbaycan Respublikası istiqamətindən “Mazımqara” gömrük postunun ixrac gömrük nəzarəti xəttinə daxil olan “Scania” markalı, OJ675OJ/PP675D xarici dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü Gürcüstan vətəndaşı Gajiev Ramildən şifahi olaraq üzərində və nəqliyyat vasitəsində gömrük orqanına bəyan olunmalı hər hansı bir predmetin olub-olmaması barədə sorğu-sual aparılmışdır. Gajiev Ramil üzərində gömrük orqanına bəyan edilməli hər hansı bir əşya olmadığını, yüknəqliyyat vasitəsində şəxsi geyim və digər əşyalarının olduğunu bildirmişdir. Yük-nəqliyyat vasitəsinin kabinasına gömrük yoxlaması həyata keçirilmiş, həmin hissədən gömrük nəzarətindən gizlədilmiş və ya bəyan edilməyən hər hansı bir predmet aşkar edilməmişdir. Bundan sonra yük-nəqliyyat vasitəsinə “Mazımqara” gömrük postunda yerləşən stasionar rentgendə vizual baxış keçirilmiş və baxış zamanı nəqliyyat vasitəsinin qoşqusunun yuxarı hərəkət edən platformasının sağ və sol kənar çərçivələrində şübhəli cizgilər müşahidə edilmişdir. Bundan sonra, həmin hissələrə gömrük yoxlaması həyata keçirilmişdir. Əvvəlcə qoşqunun yuxarı platformasının sağ tərəfindən, daha sonra eyni qaydada sol tərəfindən kənar çərçivələrin kəsilməsi ilə yaranmış gizli saxlanc yerindən gömrük nəzarətindən gizlədilmiş qara rəngli sellofan paketlərə bükülərək yapışqanlı lentlə sarınmış vəziyyətdə müxtəlif modelli - 1 ədəd iPhone 13, 1 ədəd iPhone 12 Pro, 1 ədəd iPhone 14 Pro Max, 3 ədəd İPhone 14, 5 ədəd iPhone 16 Pro Max, 2 ədəd iPhone 15 Pro, 2 ədəd iPhone 16, 6 ədəd iPhone 15 Pro Max, 9 ədəd iPhone 16 Pro, 2 ədəd Samsung Galaxy A25, 1 ədəd Samsung Galaxy A33, 2 ədəd Samsung Galaxy A55, 4 ədəd Samsung Galaxy S24 Ultra, 1 ədəd Samsung Galaxy A73, 1 ədəd Samsung Galaxy A05 və 2 ədəd Redmi Note 13 Pro markalı olmaqla ümumilikdə 43 ədəd mobil telefon aşkar olunaraq götürülmüşdür. Yoxlama zamanı Sony markalı videokameradan istifadə edilmişdir. 1 ədəd DVD diskdə videoçəkiliş, rentgen çıxarışı, mobil telefonların İMEİ kodlar qeyd olunan siyahısı və 03 vərəq fotocədvəl protokola əlavə olunmuşdur. l cild 25-ci vərəqdə olan 21 noyabr 2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Balakən Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, xx.xx.2024-cü il tarixdə saat təxminən 09:00 radələrində Azərbaycan Respublikası istiqamətindən “Mazımqara” gömrük postunun ixrac gömrük nəzarəti xəttinə daxil olan “Scania” markalı, OJ675OJ/PP675D xarici dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü Gürcüstan vətəndaşı Gajiev Ramildən gömrük nəzarətindən gizlədilən ümumilikdə 43 ədəd mobil telefon aşkar edildiyi üçün qeyd olunan mobil telefonları gömrük nəzarətindən gizlətməklə keçirtməsində, həmçinin sözügedən mobil telefonları göndərən və alan şəxslər barəsində hər hansı bir məlumatın olub-olmamasını müəyyənləşdirmək məqsədilə Gajiev Ramilin istifadəsində olan “Samsung A52” markalı mobil telefona baxış keçirildi. Baxış zamanı Gajiev Ramilin izahatında bildirdiyi “Xəyal Mola” adı ilə qeyd edilmiş +994-55-727-72-72 mobil telefon nömrəsi ilə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə whatsapp mobil tətbiqi vasitəsilə telefon danışıqları və sms yazışmaları olduğu müəyyən edilmişdir. l cild 39-44-cü vərəqlərində olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 dekabr 2024-cü il tarixli, 5/1333-9/9849 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 5 ədəd İphone 16 Pro Max, 9 ədəd İphone 16 Pro, 2 ədəd İphone 16, 3 ədəd İphone 15 Pro Max, 2 ədəd İphone 14, 1 ədəd A55 5G, 1 ədəd A25 5G, 2 ədəd S24Ultra və 2 ədəd Redmi Note 13 Pro markalı aktivləşdirilməmiş mobil smartfonlar hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş 3 ədəd iphone 15 Pro Max , 2 ədəd İphone 15 Pro, 1 ədəd İphone 14 Pro Max, 1 ədəd iphone 14, 1 ədəd İphone 13, 1 ədəd İphone 12 Pro, 1 ədəd Galaxy A73 5G, 1 ədəd Galaxy A55 5G Galaxy, 1 ədəd A33 5G, 1 ədəd A25 5G, 1 ədəd Galaxy A05S və 2 ədəd S24 ultra markalı aktivləşdirilmiş mobil smartfonlar hal-hazırda işlək vəziyyətdədir. Ekspertiza tədqiqatına təqdim edilmiş mobil telefonların xx.xx.2024-cü il tarixə ümumilikdə orta bazar qiyməti təxminən 82509,00 manat təşkil edir. Həmin mobil telefonların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. l cild 50-53-cü vərəqlərində olan məhkəmənin qərarınadək götürülmüş malların “Azərterminalkompleks” Birliyinin saxlanc anbarına qəbul edilməsi haqqında 10 yanvar 2025-ci il tarixli aktdan görünür ki, 1 ədəd iPhone 13, 1 ədəd iPhone 12 Pro, 1 ədəd iPhone 14 Pro Max, 3 ədəd İPhone 14, 5 ədəd iPhone 16 Pro Max, 2 ədəd iPhone 15 Pro, 2 ədəd iPhone 16, 6 ədəd iPhone 15 Pro Max, 9 ədəd iPhone 16 Pro, 2 ədəd Samsung Galaxy A25, 1 ədəd Samsung Galaxy A33, 2 ədəd Samsung Galaxy A55, 4 ədəd Samsung Galaxy S24 Ultra, 1 ədəd Samsung Galaxy A73, 1 ədəd Samsung Galaxy A05 və 2 ədəd Redmi Note 13 Pro markalı olmaqla ümumilikdə 43 ədəd mobil telefon “Azərterminalkompleks” Birliyində saxlanc anbarına qəbul edilmişdir. l cild 58-62-ci vərəqələrində olan 22 yanvar 2025-ci il tarixli Ramil Gajiev tərəfindən verilən izahatdan görünür ki, ona verilən suallara cavab olaraq bildirmişdir ki, “Xəyal mobil telefonların qanuni yolla, bəyan olunaraq Azərbaycana gətirildiyini, özünün malı olduğunu demişdi. Xəyal bilirdi ki, həmin telefonları gömrükdən gizli keçirəcəyəm, çünki açıq keçirsə Gürcüstan gömrüyündə hər birinə görə rüsum verməli olacaqdım”. l cild 77-78-ci vərəqələrində olan 24 yanvar 2025-ci il tarixli “sərhədkeçmə məlumatlarına baxış keçirilməsi haqqında” protokol və əlavə edilmiş hesabatdan görünür ki, Gürcüstan vətəndaşı Ramil Gajiev sonuncu dəfə xx.xx.2024-cü il tarixdə, saat 22:04-də Mazımqara DSMB-dən keçməklə Gürcüstandan Azərbaycan Respublikasına daxil olması, xx.xx.2024-cü il tarixdə saat 13:42-də həmin DSMB-dən keçməklə Gürcüstana gedərkən saxlanıldığı və idarə etdiyi nəqliyyat vasitəsindən 43 ədəd mobil telefon aşkar edilmişdir. l cild 116-ci vərəqdə olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. l cild 117-ci vərəqdə olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Gajiev Ramil əvvəllər məhkum olunmamışdır. l cild 150-151-ci vərəqlərində olan 14 mart 2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış predmeti olan diskin içərisində 19 ədəd pdf faylı olduğu müəyyən edildi, həmin fayllar təhlil edilərkən "xxxx" MMC (Kontakt Home) tərəfindən aşağıda marka, model və İMEİ kodləri qeyd edilmiş mobil telefonların qeyd edilən şəxslərin müvəqqəyi istifadələrinə verilməsi ilə bağlı tərtib edilmiş müqavilə və digər sənədlərin olduğu müəyyən edildi. X16, “Samsung Galaxy A25 256 GB” markalı, **********54913, **********54915 İMEİ kodlu, X5, “Samsung Galaxy S24 Ultra 256 GB” markalı, **********71659, **********71653 İMEİ kodlu, X17, “iphone 16 Pro 256 GB” markalı, **********54960, **********75799 İMEİ kodlu, X6, “İphone 15 Pro Max 256 GB” markalı, **********22588, **********68086 İMEİ kodlu, X21, “İphone 15 Pro Max 256 GB” markalı, **********58934, **********29652 İMEİ kodlu, X7, “iphone 14 128 GB” markalı, **********10765, **********36974 İMEİ kodlu, X10, “İphone 16 Pro 256 GB” markalı, **********43614, **********69505 İMEİ kodlu, X1, “İphone 16 Pro Max 256 GB” markalı, **********78040, **********75474 İMEİ kodlu, Zeynalov Hümmət Şahid oğlu, “İphone 16 Pro 512 GB” markalı, **********79367, **********87356 İMEİ kodlu, X2, “Samsung Galaxy A05S 128 GB” markaiı, **********28569, **********28560 İMEİ kodlu, X11, “Samsung Galaxy S24 Ultra 256 GB” markalı, **********77221, **********77225 İMEİ kodlu, X12, “İphone 14 128 GB” markalı, **********61357, **********03554 İMEİ kodlu, X3, “Samsung Galaxy A55 128 GB markalı, **********64956, **********64958 İMEİ kodlu, X8, “İphone 13 128GB” markalı, **********76340, **********13317 İMEİ kodlu, X18, “İphone 14 128 GB” markalı, **********08997, **********13065 İMEİ kodlu, X13, “İphone 16 Pro 256 GB” markalı, **********28098, **********89336 İMEİ kodlu, X9, “İphone 15 Pro 128 GB” markalı, **********07592, **********69709 İMEİ kodlu, X19, “İphone 16 256 GB” markalı, **********17295, **********99263 kodlu. ll cild 30-31-ci vərəqlərində olan 28 aprel 2025-ci il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Ramil Gajiev barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. ll cild 62-63-cü vərəqlərində olan 29 aprel 2025-ci il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. ll cild 65-67-ci vərəqlərində olan 29 aprel 2025-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, 21 noyabr 2024-cü il tarixdə Balakən Gömrük İdarəsinin “Mazımqara” gömrük postunda Ramil Gajievin (Ramil Hacıyevin) idarə etdiyi “Scania” markalı, OJ675OJ/PP675D Gürcüstana məxsus dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsindən aşkar edilmiş ümumilikdə xeyli miqdarda, 82509,00 manat dəyərində 9 ədəd “iPhone 16 Pro”, 6 ədəd “iPhone 15 Pro Max”, 5 ədəd “İPhone 16 Pro Max”, 3 ədəd “iPhone 14”, 2 ədəd “İPhone 15 Pro”, 2 ədəd “iPhone 16”, 1 ədəd “iPhone 13”, 1 ədəd “iPhone 12 Pro”, 1 ədəd “İPhone 14 Pro Max”, 4 ədəd “Samsung Galaxy S24 Ultra”, 2 ədəd “Samsung Galaxy A55”, 2 ədəd “Samsung Galaxy A25”, 1 ədəd “Samsung Galaxy A33”, 1 ədəd “Samsung Galaxy A73”, 1 ədəd “Samsung Galaxy A05” və 2 ədəd “Redmi Note 13 Pro” markalı olmaqla ümumilikdə 43 ədəd mobil telefon cinayət işi üzrə maddi sübut kimi tanınmış və Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılması nəzərə alınmışdır. ll cild 80-ci vərəqdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin 05 may 2025-ci il tarixli, 3-13-44/2-6695/2025 saylı məktubundan görünür ki, siyahıda qeyd olunan İMEİ kodlu mobil telefonların talanması ilə bağlı Baklı şəhəri üzrə polis orqanlarının istintaq və təhqiqat qurumlarında hər hansı araşdırma aparılması müəyyən edilməmişdir. ll cild 88-93-cü vərəqlərində olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin 12 may 2025-ci il tarixli 103 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2025-ci il tarixli qərara əsasən dartıcı hissəsi 2007-ci il buraxılışlı OJ675OJ dövlət qeydiyyat nişanlı, “Scania” markalı, “Specialized” modelli, qoşqu hissəsi PP675D dövlət qeydiyyat nişanlı, “Rimo” markalı, “Specialized” modelli yük avtomobilinin Azərbaycan Respublikasının xx.xx.2024-cü il tarixə faktiki bazar qiyməti dəyəri: “Scania” markalı, “Specialized” modelli, 1 ədəd, dartıcı təyinatlı, 2007-ci il istehsal tarixli nəqliyyat vasitəsinin orta bazar qiyməti 35000 AZN, “Rimo” markalı, “Specialized” modelli, qoşqu təyinatlı nəqliyyat vasitəsinin orta bazar qiyməti 30000 AZN olmaqla, cəmi 65000 AZN təşkil edir. ll cild 96-98-ci vərəqlərində olan 15 may 2025-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, 21 noyabr 2024-cü il tarixdə Balakən Gömrük İdarəsinin “Mazımqara” gömrük postunda Ramil Gajievin (Ramil Hacıyevin) idarə etdiyi və içərisindən 43 ədəd mobil telefon aşkar olunaraq götürülmüş “Scania” markalı, OJ675OJ/PP675D Gürcüstana məxsus dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi təsvir edilən cinayətin törədilməsində istifadə edilmiş alət hesab olunaraq maddi sübut kimi tanınmışdır, Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsi “Mazımqara” gömrük postunun terminalında saxlanılması nəzərə alınmışdır. ll cild 103-cü vərəqdə olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 15 may 2025-ci il tarixli məktubundan görünür ki, təqdim edilən İMEİ nömrələr mobil cihazların qeydiyyat sistemində itirilmiş cihaz kimi qeydə alınmamışdır. ll cild 146-ci vərəqində olan 31 saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs1 barəsində heç bir şikayət daxil olmadığı göstərilir. ll cild 149-151-ci vərəqlərində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 may 2025-ci il tarixli, 5(103)-34/2025 nömrəli qərarından görünür ki, dartıcı hissəsi 2007-ci il buraxılışlı, 0J6750J dövlət qeydiyyat nişanlı, “Scania” markalı, “Specialized” modelli, qoşqu hissəsi PP675D dövlət qeydiyyat nişanlı, “Rimo” markalı, “Specialized” modelli, orta bazar qiyməti ilə dəyəri 65000 manat təşkil edən yük avtomobilinin üzərinə həbs qoyulması barədə vəsatətin və təqdimatın təmin edilməməsi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin “əmlak üzərinə həbs qoyulması haqqında” 20 may 2025-ci il tarixli, 5(004)-470/2025 nömrəli qərarından verilmiş apellyasiya protesti təmin edilmiş, sözügedən məhkəmənin müvafiq qərarı ləğv edilmiş və yük avtomobilinin üzərinə həbs qoyulması barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə olunan qeydiyyat şəhadətnaməsindən görünür ki, dartıcı hissəsi 2007-ci il buraxılışlı, 0J6750J dövlət qeydiyyat nişanlı, “Scania” markalı, “Specialized” modelli, qoşqu hissəsi PP675D dövlət qeydiyyat nişanlı, “Rimo” markalı, “Specialized” modelli nəqliyyat vasitəsi Gürcüstan Respublikası vətəndaşı Arif Gajievə məxsusdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 32.4-cü maddəsinə əsasən ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. 206.1-ci maddəsinə əsasən qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların xeyli miqdarda keçirilməsi cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Qeyd” hissəsinin 1. bəndinə əsasən Bu Məcəllənin 206.1-ci maddəsində “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, 206.1- 1-ci maddəsində “külli miqdar” dedikdə, iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, 206.1-2-ci maddəsində “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli Qərarının: 17-ci bəndində qeyd olunur ki, nəzərə alınmalıdır ki, malların və ya digər əşyaların ölkədən çıxarılmasına bilavasitə yönəldilmiş hərəkətlərə gömrük bəyannaməsinin verilməsindən başqa, qeyd olunmuş malların və ya digər əşyaların gömrük sərhədini faktiki olaraq keçirilənədək onlarla bağlı edilən, GM-də nəzərdə tutulmuş digər hərəkətlər (Azərbaycan Respublikasından çıxan fiziki şəxsin gömrük nəzarəti zonasına girişi və ya daxil olması, nəqliyyat vasitəsinin Azərbaycan Respublikasının gömrük ərazisindən çıxmaq üçün nəzarət-buraxılış məntəqəsinə daxil olması, Azərbaycan Respublikasının gömrük ərazisindən kənara göndərmək üçün nəqliyyat təşkilatlarına malların və ya poçt rabitəsi təşkilatlarına beynəlxalq poçt göndərişlərinin təhvil verilməsi, şəxs tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq müəyyən edilmiş yerlərdən kənar mallar və nəqliyyat vasitələrinin gömrük sərhədindən faktiki keçirilməsi) aiddir. Buna görə, qaçaqmalçılıq malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılması zamanı gömrük nəzarətindən gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, bəyan etməməklə və ya düzgün bəyan etməməklə törədildikdə gömrük sərhəd buraxılış məntəqəsində gömrük nəzarəti başa çatdığı andan, malların və ya digər əşyaların gömrük nəzarətindən kənar Azərbaycan Respublikasının ərazisindən çıxarılması zamanı isə bu cinayətin predmetlərinin gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir. 19-cu bəndin 3-cü abzasında qeyd olunur ki, bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-in 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-in 206.1, 206.1-1, 206.1-2 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-in 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-in 206.1, 206.1-1, 206.1-2, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Məhkəmə təqsirləndirilən şəxslərin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaqda verikləri ifadələrini, “nəqliyyat vasitəsinin və malların yoxlanılması haqqında” protokolu, ona əlavə edilmiş videogörüntünü, əşyanın maddi sübut hesab edilməsi haqqında qərarı, ekspert rəyini və digər iş materiallarını tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib hesab edir ki, həmin sübutlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Ramil Gajievə elan edilmiş ittiham üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslərin ittiham olunduqları əməldə təqsirini etiraf etmələri digər sübutların məcmusu ilə təsdiq edildiyi üçün onlara qarşı ittihamın əsası kimi qəbul edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CPM-in 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə cinayət hadisəsinin olması, Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 32.4, 206.1-ci maddəsinin və Ramil Gajievin əməlində Cinayət Məcəlləsinin 206.1-ci maddəsinin tərkibinin olması, onların cinayətin törədilməsində aidiyyəti və cinayətin törədilməsində təqsirliliyi sübuta yetir. Onların əməli həmin maddələr ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilmək üçün əsaslar yoxdur, odur ki, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. 46.3-cü maddəsinə əsasan müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. 64.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar iştirakçılardan birinə aid olduqda, cəza təyin edilərkən yalnız həmin şəxsə münasibətdə nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. 2. Şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirli şəxsə islah işləri və ya cərimə cəzası təyin edilərkən onun maddi vəziyyəti, öhdəsində yetkinlik yaşına çatmayanların, əmək qabiliyyəti olmayan digər şəxslərin olması və s. aydınlaşdırılmalıdır. Cərimə növündə cəza təyin edərkən məhkum edilənin əmək haqqının və ya başqa gəlirinin miqdarı hökm çıxarılan vaxt üçün hesablanmalıdır. Məhkum edilənin əmək haqqının və ya başqa gəlirinin aşağı olması ona əsas cəza kimi cərimə cəzası əvəzinə sanksiyada nəzərdə tutulan başqa daha ağır cəza növü təyin edilməsi üçün əsas ola bilməz. 23-cü bəndin 6-cı abzasına əsasən Cinayət Məcəlləsinin 52.1-ci və CM-in 52.2-ci maddələrində göstərilən şəxslər istisna edilməklə bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə əlavə cəza qismində Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarma cəzasının təyin edilməsini nəzərdə tutmaqla, habelə bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə CM-in 58.3cü maddəsində göstərilən hallar nəzərə alınmaqla həmin əlavə cəzanın təyin edilməsinə yol verməklə, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində olan hər bir işdə cəza təyini məsələsi həll edilərkən onlara əlavə cəzanın təyin edilməsinin mümkünlüyü məsələsinin müzakirə olunmasını və hökmün təsviri-əsaslandırıcı hissəsində bu məsələ üzrə məhkəmənin gəldiyi nəticənin əsaslandırılmasını tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli Qərarında qeyd olunur ki, əlavə cəzalar – müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir. Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar olmasa da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlini etiraf etməklə səmimi peşman olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Belə ki, onun cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını bildirməsi ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissini qoruyub saxlamasına, islah yoluna qədəm qoymasına dəlalət edir və tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Bundan başqa məhkəmə onun yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunması, əvvəllər məhkum olmamasını da cəzasını yüngüllədirici hal kimi nəzərə alır. Belə ki, cəzanın əsas məqsədi məhkumun islah olunması, məhkumların islah edilməsi isə onlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunması və əvvəllər məhkum olmaması onun insana, cəmiyyətə, birgəyaşayış qayda və ənənələrinə hörmət etməsinə, onun daha tez islah olunacağına, yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə nail olunacağına dəlalət edən hallardır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin olunacaq cəzanın növü və həddi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmasını, daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqi üçün cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar aşkar edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsinə əsasən mobil telefon satışı fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməlidir. Ramil Gajievin himayəsində azyaşlı uşağının olması cəzasını yüngülləşdirən haldır. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Ramil Gajievin əməlini etiraf etməklə səmimi peşman olması və əvvəllər məhkum olmaması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Belə ki, onun cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını bildirməsi ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissini qoruyub saxlamasına, islah yoluna qədəm qoymasına dəlalət edir və tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Cəzanın əsas məqsədi məhkumun islah olunması, məhkumların islah edilməsi isə onlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Təqsirləndirilən şəxsin əvvəllər məhkum olmaması onun daha tez islah olunacağına, yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə nail olunacağına dəlalət edən hallardır. Təqsirləndirilən şəxs Ramil Gajievin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs Ramil Gajievə təyin olunacaq cəzanın növü və həddi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların isə olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmasını, daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, Ramil Gajiev Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsinə əsasən mobil telefon satışı fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməlidir. Təqsirləndirilən şəxs Ramil Gajiev barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqi üçün cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar aşkar edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini, Gürcüstan vətəndaşı olsa da, milliyyətcə azərbaycanlı olmasını nəzərə alaraq Ramil Gajiev barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilməsi üçün əsas müəyyən etməmişdir. Azərbaycan Respublikası CPM-in 198.3-cü maddəsinə əsasən cinayət təqibi üzrə bir neçə şəxs məhkum olunmuşsa, məhkəmə məsrəfləri məhkumların hər birindən təqsirlilik dərəcəsi, təyin olunmuş cəzanın ciddiliyi və əmlak vəziyyəti nəzərə alınaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə tutulmalıdır. Odur ki, ekspertiza tədqiqatının dəyəri 100 manatın 40 manatı təqsirləndirilən şəxs Ramil Gajievdən və 60 manatı Təqsirləndirilən şəxs1 tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CPM-in 346.1.18-ci maddəsinə əsasən cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə qoyulmuş həbsin ləğv edilməli olub-olmadığı məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsinə əsasən Xüsusi müsadirə cinayəthüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: 99-1.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 80-ci bəndinə əsasən xüsusi müsadirə üzrə məsələlər həll edilərkən cinayətin törədilməsində alət və vasitə kimi istifadə olunmuş, lakin qanuni sahibinə qaytarılmalı olan əmlakın, eləcə də cinayət yolu ilə əldə olunsa da (həmin əmlak hesabına əldə edilmiş gəlir olsa da), qanuni sahibinə qaytarılmalı olan əmlakın müsadirəsini istisna edən müvafiq olaraq CM-in 99-1.1.1 və 99-1.1.2-ci maddələrinin müddəaları nəzərdən qaçırılmamalıdır. “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı ilə Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi vacib bilmişdir ki, cinayət törətməyən və ya cinayət törədən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət daşımayan şəxsin əmlakına əsaslandırılmamış həbsin qoyulması mülkiyyət hüququna qeyri-mütənasib və əsassız müdaxilə kimi qəbul oluna bilər. Bu isə ədalətlilik, hüquq və azadlıqların məhdudlaşdırılmasının mütənasibliyinə və qanuniliyinə dair konstitusiya prinsiplərinə, mülkiyyətin qanunla qorunmasına, məhkəmə müdafiəsi təminatına cavab vermir və Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinin və 60-cı maddəsinin İ hissəsinin tələblərinə ziddir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 may 2025-ci il tarixli, 5(103)- 34/2025 nömrəli qərarı ilə dartıcı hissəsi 0J6750J dövlət qeydiyyat nişanlı, “Scania” markalı, “Specialized” modelli, qoşqu hissəsi PP675D dövlət qeydiyyat nişanlı, “Rimo” markalı, “Specialized” modelli, orta bazar qiyməti ilə dəyəri 65000 manat təşkil edən yük avtomobilinin üzərinə həbs qoyulmuşdur. İş materialları əsasında müəyyən edilmişdir ki, həmin nəqliyyat vasitəsi Arif Gajievə məxsusdur. Qanunvericilik isə cinayətin törədilməsində alət və vasitə kimi istifadə olunmuş, lakin qanuni sahibinə qaytarılmalı olan əmlakın müsadirəsini istisna etmişdir. Odur ki, yük avtomobilinin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış dartıcı hissəsi 0J6750J dövlət qeydiyyat nişanlı, “Scania” markalı, “Specialized” modelli, qoşqu hissəsi PP675D dövlət qeydiyyat nişanlı, “Rimo” markalı, “Specialized” modelli yük avtomobili hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibi Arif Gajievə qaytarılmalıdır. “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində və 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyət toxunulmazlığı hüququ baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1, 99-2 və 99-3.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 7 aprel 2025-ci il tarixli Qərarında qeyd olunur ki, Cinayət Qanununda xüsusi müsadirənin məqsədləri birbaşa göstərilməsə də, qeyd olunmalıdır ki, xüsusi müsadirə yeni cinayətlərin törədilməsinin, o cümlədən alət və vasitələrin başqa cinayətlərin törədilməsində təkrar istifadəsinin qarşısının alınması, fərdlərin cinayətkar qəsdlərdən qorunması, cinayətin predmeti olan əşyaları dövlət nəfinə keçirməklə onların məhv edilərək tamamilə dövriyyədən çıxarılması kimi məqsədlərlə tətbiq edilən hüquqi institutdur. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli Qərarının 26-cı bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələblərinə müvafiq olaraq qaçaqmalçılığa dair işlər üzrə hökm çıxarılarkən, yaxud digər yekun məhkəmə qərarı, o cümlədən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilərkən qaçaqmalçılığın predmeti, aləti və ya vasitəsi olan maddi sübutlar barədə məsələ həll edilməlidir. İzah edilmişdir ki, bu zaman həmçinin mülkiyyətin toxunulmazlığı haqqında Konstitusiyanın 29-cu maddəsinin, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ, xüsusi müsadirənin əsasları və qaydaları təsbit edilmiş CM-in 99-1-ci maddəsinin və GM-in tələbləri nəzərə alınmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 əldə etdiyi maddi sübut kimi tanınmış 43 ədəd mobil telefon “Kontakt Home”, “Soliton” və başqa mağazalardan müştərilərin kreditlə aldığı telefonlardır, müştərilər aylıq krediti ödəyə bilmədikdə mobil telefonu satan mağaza telefonu işlətmək mümkün olmasın deyə İMEİ kodunun blok olunması barədə mobil operatorlara müraciət etmişdir. İMEİ kodu blok olunmuş mobil telefon ölkə ərazisində işləməmiş, o, belə mobil telefonları ucuz qiymətə alıb yığmışdır. Bu telefonlar Azərbaycanda işləmədiyi üçün Gürcüstanda satmağı planlaşdırmışdır. Təqsirləndirilən şəxs1 mobil telefonların pulunu ödəyərək müxtəlif mağazalardan, lombarddan, “tap.az” elan səhifəsindən əldə etsə də, həmin mobil telefonları müştərilərin kreditlə aldığını, aylıq ödənişləri ödəyə bilmədiklərini, İMEİ kodu blok olunmuş mobil telefonların ölkə ərazisində işləmədiyini bilmişdir. Göstərilənləri, Konstitusiya Məhkəməsi Plenumunun 7 aprel 2025-ci il tarixli Qərarında qeyd edilmiş xüsusi müsadirənin məqsədlərini nəzərə alaraq iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan, 9 ədəd “iPhone 16 Pro”, 6 ədəd “iPhone 15 Pro Max”, 5 ədəd “İPhone 16 Pro Max”, 3 ədəd “iPhone 14”, 2 ədəd “İPhone 15 Pro”, 2 ədəd “iPhone 16”, 1 ədəd “iPhone 13”, 1 ədəd “iPhone 12 Pro”, 1 ədəd “İPhone 14 Pro Max”, 4 ədəd “Samsung Galaxy S24 Ultra”, 2 ədəd “Samsung Galaxy A55”, 2 ədəd “Samsung Galaxy A25”, 1 ədəd “Samsung Galaxy A33”, 1 ədəd “Samsung Galaxy A73”, 1 ədəd “Samsung Galaxy A05” və 2 ədəd “Redmi Note 13 Pro” markalı olmaqla ümumilikdə 43 ədəd mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə xüsusi müsadirə edilməlidir. Məhkəmə hesab edir ki, həmin mobil telefonların müsadirə edilməsi təqsirləndirilən şəxsin mülkiyyətin toxunulmazlığı hüququnun pozulmasına səbəb olmur. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə nəqliyyat vasitəsinin və malların yoxlanmasının videogörüntüsünü və "xxxx" MMC tərəfindən təqdim edilmiş müqavilələrin əks olunduğu 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi2 təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı hər biri ayrılıqda 10 iş saatı sərf etmişlər. Məhkəmə hesab edir ki, dövlət büdcəsinin vəsaiti hesabından 110 manat Müdafiəçi2 və 110 manat Müdafiəçi1 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 144-146, 346-347, 349, 351-353 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,206.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və cinayətin predmetinin dəyərinin - 82509 manatın 50 faizi, yəni 41254.50 (qırx bir min iki yüz əlli dörd manat əlli qəpik) manat miqdarında cərimə cəzasına məhkum edilsin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətinə mobil telefon satışı üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilsin. Cabbarov X23 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və cinayətin predmetinin dəyərinin - 82509 manatın 45 faizi, yəni 37129.05 (otuz yeddi min yüz iyirmi doqquz manat beş qəpik) miqdarında cərimə cəzasına məhkum edilsin. Ramil Gajiev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətinə mobil telefon satışı üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilsin. Ramil Gajiev barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 100 manatın 40 manatı təqsirləndirilən şəxs Ramil Gajievdən və 60 manatı Təqsirləndirilən şəxs1 tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan, 9 ədəd “iPhone 16 Pro”, 6 ədəd “iPhone 15 Pro Max”, 5 ədəd “İPhone 16 Pro Max”, 3 ədəd “iPhone 14”, 2 ədəd “İPhone 15 Pro”, 2 ədəd “iPhone 16”, 1 ədəd “iPhone 13”, 1 ədəd “iPhone 12 Pro”, 1 ədəd “İPhone 14 Pro Max”, 4 ədəd “Samsung Galaxy S24 Ultra”, 2 ədəd “Samsung Galaxy A55”, 2 ədəd “Samsung Galaxy A25”, 1 ədəd “Samsung Galaxy A33”, 1 ədəd “Samsung Galaxy A73”, 1 ədəd “Samsung Galaxy A05” və 2 ədəd “Redmi Note 13 Pro” markalı olmaqla ümumilikdə 43 ədəd mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə xüsusi müsadirə edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 may 2025-ci il tarixli, 5(103)- 34/2025 nömrəli qərarı ilə dartıcı hissəsi 2007-ci il buraxılışlı, 0J6750J dövlət qeydiyyat nişanlı, “Scania” markalı, “Specialized” modelli, qoşqu hissəsi PP675D dövlət qeydiyyat nişanlı, “Rimo” markalı, “Specialized” modelli yük avtomobilinin üzərinə qoyulmuş həbs ləğv edilsin. Maddi sübut kimi tanınmış Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsi “Mazımqara” gömrük postunun terminalında saxlanılan dartıcı hissəsi 2007-ci il buraxılışlı, 0J6750J dövlət qeydiyyat nişanlı, “Scania” markalı, “Specialized” modelli, qoşqu hissəsi PP675D dövlət qeydiyyat nişanlı, “Rimo” markalı, “Specialized” modelli yük avtomobili hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibi Arif Gajievə qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Balakən Rayon Məhkəməsinə təqdim edilmiş Ramil Gajievə məxsus Geo seriyalı 22AC45152 nömrəli pasport özünə qaytarılsın. Cinayət işi üzrə nəqliyyat vasitəsinin və malların yoxlanmasının videogörüntüsünü və "xxxx" MMC tərəfindən təqdim edilmiş müqavilələrin əks olunduğu 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından 110 manat tutulub vəkil Müdafiəçi2, Ramil Gajievə məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından 110 manat tutulub vəkil Müdafiəçi1 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar