Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-55/2020 05.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X7 qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs-xx xxxxx 1993-cü ildə Balakən rayonu Gərəkli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Balakən rayonu Gərəkli kəndində pasport qeydiyyatında olmaqla yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə Balakən rayonu Gərəkli kəndi ərazisində yol kənarında 1 ədəd salfet bükümün içərisində 26 ədəd kiçik bükümlərdə olmaqla ümumi təmiz çəkisi 0,872 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini taparaq satış məqsədi olmadan, qəsdən, qanunsuz olaraq əldə edib daşımaqla 1 ədəd kibrit qutusunun içərisində şəffaf sellofan bükümdə təmiz çəkisi 0,764 qram hər birində ayrı-ayrılıqda təmiz çəkiləri 0,045 qram, 0,028 qram, 0,036 qram, 0,034 qram, 0,034 qram, 0,031 qram, 0,029 qram, 0,025 qram, 0,032 qram, 0,030 qram, 0,025 qram, 0,032 qram, 0,024 qram, 0,028 qram, 0,037 qram, 0,035 qram, 0,032 qram, 0,036 qram, 0,043 qram, 0,042 qram, 0,031 qram, 0,037 qram və 0,038 qram olmaqla 23 ədəd gümüşü-ağ rəngli kağız bükümlərin içərisində əynindəki şalvarın sol yan cibində, eləcə də ümumi təmiz çəkisi 0,108 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini hər birində ayrı-ayrılıqda təmiz çəkiləri 0,041 qram, 0,028 qram, 0,039 qram olmaqla 03 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə əynindəki şalvarın sağ yan cibindəki Samsung A6 markalı mobil telefonun arxa hissəsindəki şəffaf üzlüyün altında saxlamışdır. xx xxx 2020-ci il tarixdə saat 19 radələrində Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Qarayev X6 rayon polis şöbəsinə dəvət edilib şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış aparılan zaman əynindəki şalvarın sağ yan cibində satış məqsədi olmadan, qəsdən, qanunsuz olaraq, əldə edib daşıyaraq saxladığı 1 ədəd kibrit qutusunun içərisindəki səffaf sellofan bükümdə hər birində ayrı-ayrılıqda təmiz çəkiləri 0,045 qram, 0,028 qram, 0,036 qram, 0,034 qram, 0,034 qram, 0,031 qram, 0,029 qram, 0,025 qram, 0,032 qram, 0,030 qram, 0,025 qram, 0,032 qram, 0,024 qram, 0,028 qram, 0,037 qram, 0,035 qram, 0,032 qram, 0,036 qram, 0,043 qram, 0,042 qram, 0,031 qram, 0,037 qram və 0,038 qram olmaqla 23 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə təmiz çəkisi 0,764 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və əynindəki şalvarın sağ yan cibindəki Samsung A6 markalı mobil telefonun arxa hissəsində olan şəffaf üzlüyün altında saxladığı hər birində ayrı-ayrılıqda təmiz çəkiləri 0,041 qram, 0,028 qram, 0,039 qram olmaqla 03 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə təmiz çəkisi 0,108 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,872 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Balakən rayonu Gərəkli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2020-ci il tarixdə yaşadığı Balakən rayonu Gərəkli kəndi ərazisində küçə ilə piyada hərəkət etdiyi zaman yol kənarında ağ rəngli salfetka büküm görmüşdür. Həmin bükümü götürüb içərisinə baxdıqda içərisində siqaret qutusunun içərisindən çıxmış ayrı-ayrı kağız bükümlərdə kokos adı ilə tanıdığı və istifadə etdiyi narkotik vasitə olduğunu görmüşdür. Həmin narkotik vasitəni götürüb üzərində saxlamışdır. Daha sonra etibarnamə əsasında idarə etdiyi VAZ 2106 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşında oturub bir daha həmin bükümü açıb baxmış və kakos yəni narkotik vasitə olan heroinin olduğundan əmin olmuşdur. Bundan sonra həmin bükümləri sayıb baxdıqda 26 ədəd bükümün olduğunu bilmişdir. Həmin bükümlərin sayının çox olduğundan və həmin bükümlərdə olan narkotiki uzun müddət istifadə edə biləcəyini düşünərək bükümlərdən 3 ədədini Samsung A6 markalı mobil telefonunun arxa tərəfinə üzlüyün altına qoymuş və tezliklə istifadə etmək üçün nəzərdə tutmuşdur. Geriyə qalan 23 ədəd bükümü isə 1 ədəd kibrit qutusunun içərisinə siqaretin üzərindən çıxmış sellofana büküb qoymuşdur. Çünki həmin siqaretdə olan bükümləri idarə etdiyi avtomaşında saxlayaraq digər 3 büküm qurtardıqdan sonra az-az istifadə etməyi fikirləşmişdir. Bundan sonra kənd ərazisində olmuşdur. Həmin gün saat təxminən 19 radələrində Balakən rayonu Gərəkli kəndi ərazisində dayandığı zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişdirlər. Daha sonra isə onu Balakən rayon polis şöbəsinə dəvət etmişlər. Buna görə də polis əməkdaşlarına etiraz etməyərək birlikdə polis şöbəsinə gəlmişdir. Balakən rayon polis şöbəsində ona təqdim edilən vəkillərin adlı siyahısından hüquqlarını müdafiə etməsi üçün vəkil Müdafiəçi olaraq seçmişdir. Daha sonra isə cinayət işi başlananadək şübhəli şəxs qismində tutulmağı barədə sənədləşdirmə aparılmış, vəkilin iştirakı ilə sənədlərlə tanış olaraq imzalamışdır. Bundan sonra üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarışa başlamazdan əvvəl ona üzərində hər hansı qanunsuz saxladığı əşya və ya narkotik vasitə olub-olmaması soruşulduqda narkotik vasitə olduğunu bildirərək əynindəki şalvarın sağ yan cibindən özünə məxsus Samsung A6 markalı mobil telefonunu çıxardaraq arxa tərəfindəki bükümlərdə narkotik vasitə olduğunu, həmçinin əynindəki şalvarın sol yan cibindən 1 ədəd kibrit qutusu çıxardaraq içərisindəki bükümlərdə kakos yəni heroin olduğunu bildirmişdir. Daha sonra üzərində axtarış davam etdirilmiş, lakin başqa qanunsuz saxlanılan əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi Samsung A6 markalı mobil telefonun arxa tərəfində saxladığı 3 ədəd bükümdə olan narkotik vasitə heroin elektron tərəzidə çəkildikdə çəkisi 0,24 qram olmuşdur. Daha sonra isə kibrit qutusunun içərisində olan 23 ədəd bükümdəki narkotik vasitə olan heroin elektron tərəzidə çəkildikdə çəkisi 1,83 qram olmuşdur. Bundan sonra aşkar edilmiş 1 ədəd kibrit qutusunda olan 23 ədəd bükümdəki narkotik vasitə olan heroin və 3 ədəd bükümlərdə olan narkotik vasitə heroin 1 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, üzərini də imzalarla təsdiq etmişdirlər. Təhqiqatçı tərəfindən şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Daha sonra idarə etdiyi VAZ- 2106 markalı **-BB-*** dövlət nömrə nişanlı avtomaşına baxış keçirilmiş, baxış zamanı avtomaşının ön sağ oturacağının qarşısındakı yerdən 01 ədəd elektron tərəzi aşkar edilmişdir. Həmin elektron tərəzi də 1 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, üzərini də imzalarla təsdiq etmişlər. Bundan sonra təhqiqatçı tərəfindən baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Daha sonra isə polis əməkdaşları yaşadığı evə baxış keçirməli olduqlarını bildirmişlər. O, isə buna etiraz etməmiş və bu barədə ərizə də yazmışdır. Bundan sonra yaşadığı Gərəkli kəndində yerləşən evinə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı yaşadığı evdə qanunsuz saxlanılan nə isə aşkar edilməmişdir. Daha sonra isə baxış keçirilməsinə dair protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Həmçinin bildirmişdir ki, həmin narkotik vasitəni özü istifadə etmək üçün saxlamışdır. Çünki narkotik vasitə istifadə edəndir. Başqa isə hər hansı bir məqsədi olmamışdır. Həmçinin həmin narkotik vasitəni elə tutulduğu gün, yəni xx xxx 2020-ci il tarixdə tapmışdır. Yəni bir neçə saat ərzində həmin narkotik vasitəni saxlamaqda başqa bir məqsədi də olmamışdır. O, əvvəllər narkotik vasitənin satışı və ya qanunsuz dövriyyəsi ilə məşğul olmamışdır. Əməlindən çox peşimandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Nəzərə alıb ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, xx xxx 2020-ci il tarixdə Balakən rayon Gərəkli kənd sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə Balakən RPŞ-nə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə Təqsirləndirilən şəxs RPŞ-nə dəvət edilmiş və barəsində tədbir görülməsi məqsədilə tərəfindən RPŞ-nin rəhbərliyinə raportla müraciət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilmiş və üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Bu zaman Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan əşya, vasitə olub olmaması soruşulduqda Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmiş və əynindəki şalvarın sağ yan cibindən mobil telefonunu çıxardaraq arxa tərəfindəki bükümlərdə narkotik vasitə olduğunu, həmçinin əynindəki şalvarın sol yan cibindən 1 ədəd kibrit qutusu çıxardaraq içərisində kakos, yəni heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilmiş, lakin başqa qanunsuz saxlanılan əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi Samsung A6 markalı mobil telefonun arxa tərəfində 3 ədəd bükümdə saxladığı toz halında olan narkotik vasitə heroinə oxşar maddə elektron tərəzidə çəkildikdə çəkisi 0,24 qram olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni taparaq əldə etdiyini və istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan sonra kibrit qutusunun içərisində olan bükümlərin içərisinə baxdıqda 23 ədəd bükümdə narkotik vasitə olan heroinə oxşar maddənin olması müəyyən edilmişdir. Həmin bükümlər elektron tərəzidə çəkildikdə çəkisi 1,83 qram olmuşdur. Bundan sonra aşkar edilmiş 1 ədəd kibrit qutusunda olan 23 ədəd bükümdəki narkotik vasitə olan heroinə oxşar maddə və 3 ədəd bükümlərdə olan narkotik vasitə heroinə oxşar maddə 1 ədəd ağ rəngli kağız zərfə qoyulub qabılaşdırılaraq DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmişdir. Üzərini də digər iştirakçılarla birlikdə imzalamışlar. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2106 markalı **-BB-*** dövlət nömrə nişanlı avtomaşına baxış keçirilmişdir. Baxış zamanı avtomaşının ön sağ oturacağının qarşısındakı saxlanc yerindən 01 ədəd elektron tərəzi aşkar edilmişdir. Həmin elektron tərəzi də 1 ədəd ağ rəngli kağız zərfdə qoyulub qablaşdırılaraq DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmişdir. Üzərini də digər iştirakçılarla birlikdə imzalamışlar. Avtomaşına baxış davam edərkən başqa qanunsuz saxlanılan əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi üçün yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə heç bir etirazının olmadığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməyə başlanmışdır. Baxış zamanı yaşadığı evdə, evin həyətyanı sahəsində qanunsuz saxlanılan əşya, predmet və sairə aşkar edilməmişdir. Baxış keçirilməsinə dair protokol tərtib edilmiş və ucadan oxunmuşdur. Protokola heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin əməkdaşı Şahid1 Şahid2lə oxşar məzmunlu ifadə vermişlər. İşin 20-22-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş xx xxx 2020-ci il tarixli baxış aparılması barədə protokoldan görünür ki, xx xxx 2020-ci il tarixdə Balakən rayonu Gərəkli kənd sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs rayon polis şöbəsinə dəvət edilib şübhəli şəxs qismində tutulub həmin gün saat 19:15-dən 19:55-dək olan müddətdə üzərində şəxsi axtarış aparılan zaman əvvəlcə hüquq və vəzifələri izah olunmuş, daha sonra isə üzərində narkotik vasitə və ya digər cinayət xarakterli əşya, vasitə varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs isə üzərində narkotik vasitə olduğunu bildirərək əynində olan şalvarın ön sol cibindən 1 ədəd kibrit qutusu, sağ cibindən isə Samsung AC markalı telefon çıxarmışdır. Kibrit qutusunun içərisində 23 ədəd, telefonun arxa tərəfində üzlüyün altında isə 3 ədəd ağ qurğuşun rəngli kağız büküm aşkar edilmişdir. Həmin bükümlərin hər birinin içərisində toz halında narkotik vasitə hesab edilən heroinə oxşar maddə olmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilərkən əlavə heç bir qanunsuz əşya, vasitə aşkar edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitəyə oxşar həmin maddəni Gərəkli kənd yolunda piyada hərəkət etdiyi zaman yol kənarından tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Daha sonra aşkar edilmiş 23 ədəd büküm çəkilərkən içərisindəki heroinə oxşar maddə ilə birlikdə ümumi çəkisi 1,83 qram, 3 ədəd büküm isə 0,24 qram gəlmişdir. Ümumi sayı 26 ədəd olan bükümlər 1 ədəd ağ rəngli kağız zərfə qoyularaq möhürlənmiş, iş üçün sübut əhəmiyyətinə malik əşya kimi götürülmüşdür. Həmçinin şəxsi axtarış zamanı Sadiq Vəzirov tərəfindən videoçəkiliş aparılmış, həmin görüntülər olan disk protokola əlavə olunmuşdur. Daha sonra şəxsi axtarış aparılmasına dair protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 36-37-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası ƏN-nin MEM-nin Şəki Regional bölməsindən alınmış xx xxx 2020-ci il tarixli 17/322 nömrəli ekspert rəyində göstərilmişdir: Tədqiqata təqdim edilmiş, üzərində "Vət. Ş. Qarayevin üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə...." sözləri yazılmış zərfin içərisində; -01 (bir) ədəd kibrit qutusundakı 23 (iyirmi üç) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri- 0,045 qr., 0,028 qr., 0,036 qr., 0,034 qr., 0,034 qr., 0,031 qr., 0,029 qr., 0,025 qr., 0,032 qr., 0,030 qr., 0,025 qr., 0,032 qr., 0,024 qr., 0,028 qr., 0,037 qr., 0,035 qr., 0,032 qr., 0,036 qr., 0,043 qr., 0,042 qr., 0,031 qr., 0,037 qr., 0,038qr., ümumi təmiz çəkisi-0,764 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroinlərdir, -0,3 (üç) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri- 0,041 qr., 0,028 qr., 0,039 qr., ümumi təmiz çəkisi-0,108 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroinlərdir. Tədqiqata təqdim edilmiş, 26 (iyirmi altı) ədəd kağız bükümlərdə olan heroinlər tərkiblərinə görə eynidirlər. Qeyd: Heroinlərin ümumi təmiz çəkisi–0,872qr.,tədqiqata sərf edildi-0,100 qr. (10 ədəd obyektin hər birindən-0,010 qr) qalıq 0,772 qr. İşin 104-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş X5 Gəncə şəhər ambulator məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 500 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşin 14-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş xx xxx 2020-ci il tarixli cinayət işi başlanana kimi şəxsi tutma protokolundan görünür ki, xx xxx 2020-ci ildə saat 18:55-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 72-73-cü vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilən xx xxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi qərara alınmış və qərar icra edilməsi üçün surəti Balakən RPŞ-nə göndərilmişdir. İşin 981-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Gərəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 833 nömrəli arayışdan görünür ki, Qarayev X6 rayonu Gərəkli kəndində yaşayır, himayəsində atası, anası və qardaşı vardır. İşin 99-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Gərəkli kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. İşin 93-94-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki,Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının çıxışını dinləyib, işdə olan ekspertiza rəylərini və digər sənədləri bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx xxxx 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilikdərəcəsini, onun şəxsiyyətini, əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Onun şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə vaxtı saat 23:00-da səhər saat 06:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və qonşu Zaqatala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X3 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert rəyindən sonra təmiz çəkisi 0,772 qram narkotik vasitə-heroin hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 24 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi nəfinə, «KAPİTALBANK» X4 Rekvizitləri: VÖEN **********, kod 200695, Müxbir hesab AZ37NAB013501**********1944, BİK AİİBAZ2x. hesabına 138 manat köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. X1rşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Onun xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 06:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması üçün hökmün surəti onun yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X3 Şəxsinə göndərilsin. İş üzrə 71.94 (yetmiş bir manat doxsan dörd qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN **********; AZ34CTRE********************, DövlətXəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon polis şöbəsində saxlanılan ekspert rəyindən sonra ümumi təmiz çəkisi 0,772 qram narkotik vasitə-heroin hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. Hökmün icrası Balakən rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi nəfinə, «KAPİTALBANK» X4 Rekvizitləri: VÖEN **********, kod 200695, Müxbir hesab AZ37NAB013501**********1944, BİK AİİBAZ2x. hesabına 138 manat köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №1(019)-55/2020
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-55/2020
05.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver