Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-55/2021 06.10.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X13 qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı oğlunun, müdafiəçi-Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS İbrahimov Nəsrəddin Afər oğlunun-xx.xx.1995-ci il tarixdə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum edilməmiş, fərdi əməklə məşğul olan, Balakən rayonu Mahamalar kəndində pasport qeydiyyatında olan və ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Afər oğlu 28 aprel 2021-ci il tarixdə Balakən şəhəri, M.Əsədov küçəsi ilə piyada hərəkət edərək evinə getdiyi zaman taparaq qəsdən, qanunsuz olaraq əldə etdiyi dəmir qutunun içərisində olan 1 ədəd sellofan bükümdəki 6,04 qram çəkidə narkotik vasitə marixuananı, 1 ədəd sellofan bükümdəki 1,239 qram çəkidə kustar üsulla hazırlanmış heroini və 1 ədəd sellofan bükümdəki 0,337 qram çəkidə psixotrop maddə olan kustar üsulla hazırlanmış metamfetamini daşıyaraq yaşadığı ünvan 1 ünvanına gətirdikdən sonra narkotik vasitə olan heroini hər birində təmiz çəkiləri-0.751 qram, 0.115 qram, 0.281 qram, 0.092 qram olmaqla biri politilen, 3 ədədi isə gümüşü kağız bükümlərə ayırmaqla 4 ədəd bükümlərdə, psixotrop maddə metamfetamini isə hər birində təmiz çəkiləri-0.129 qram, 0.044 qram, 0.052 qram, 0.043 qram, 0.069 qram olmaqla biri politilen, 4 ədədi isə qızılı-ağ kağız bükümlərə ayırmaqla 5 ədəd bükümlərdə qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyəti ilə, 01 ədəd sellofan bükümdə, təmiz çəkisi-6.04 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı isə aşkar etdiyi vəziyyətdə, həmin bükümdə qəsdən, qanunsuz olaraq, satış məqsədi olmadan, öz istehlakı məqsədi ilə yenidən həmin dəmir qaba qoyaraq əynində olan şalvarının sağ arxa cibində daşıyaraq saxlamışdır. 29.04.2021-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq Balakən rayon polis şöbəsinə gətirilmiş, polis şöbəsində həmin tarixdə saat 23 radələrində onun üzərində şəxsi axtarış keçirilən zaman qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyəti ilə əldə edib daşıyaraq saxladığı həmin heroin və metanfetamin, eləcə də satış məqsədi olmadan, qəsdən, qanunsuz olaraq, əldə edib daşıyaraq saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda həmin marixuana onun üzərindən, yəni qeyd edilən dəmir qabın içərisində şalvarının arxa sağ cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməsi məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək göstərdi ki,fərdi əməklə məşğul olaraq bərbər işləyir. Əvvəllər narkotik vasitələrdən istifadə etsə də hazırda istifadə etmir. 28.04.2021-ci il tarixdə saat 23-24 radələrində altı-yeddi nəfər polis əməkdaşı onun işlədiyi obyektə gəlmişlər və onu tutub üzərinə baxış keçirtmişlər.Sonra onun işlədiyi obyektdə axtarış apararaq oranı dağıtmışlar,lakin heç nə tapmamışlar. Bundan sonra onu Balakən rayon Polis Şöbəsinə gətirmişlər. Orada onu sıxıb, döyüb etiraf etdirmişlər ki, onda narkotik vasitə olmuşdur. O, narkotik vasitə tapmamış, onda narkotik vasitə olmamışdır. Ondakı xəsarət də maşına dəymə nəticəsində deyil, polislərin döyməsi nəticəsində yaranmışdır. Barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Balakən RPŞ-nin X2 baş əməliyyat müvəkkili vəzifəsində, polis polkovnik-leytenantı rütbəsində xidmət edir. 29 aprel 2021-ci il tarixdə Balakən şəhəri, M.Əsədov küçəsində yaşayan Təqsirləndirilən şəxs üzərində satış məqsədilə narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olması və Təqsirləndirilən şəxs Balakən şəhəri, Heydər Əliyev prospektində yerləşən kişi bərbərxanasının qarşısında dayanması barədə aldığı məlumat əsasında Balakən RPŞ-yə məxsus idarə etdiyi “Chevrolet Niva” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobillə Balakən RPŞ-nin X2 əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və Balakən RPŞnin PPXB-nin polis nəfəri, polis serjantı Ramin Qarayevlə qeyd edilən yerə getmişlər. Həmin vaxt saat təxminən saat 22:30 radələri olmuşdur. Orada bərbərxananın qarşısında bir nəfər şəxs olduğunu, həmin şəxsin əlamətlərinin ona verilən məlumatda Təqsirləndirilən şəxs zahiri və əynindəki geyiminin əlamətləri olaraq qeyd edilən əlamətlərə uyğun olduğunu görüb avtomobili saxlayıb ona yaxınlaşıb özlərini təqdim etmiş, həmin şəxs özünün Təqsirləndirilən şəxs olmasını təsdiq etmişdir. Onlar ona narkotik vasitələrin satışı ilə məşğul olması, üzərində satış məqsədilə narkotik vasitə saxlaması və daşıması barədə məlumat daxil olduğunu bildirərək Balakən RPŞ-nə dəvət etdikləri vaxt o qəfildən qaçmaq istədikdə ayağı büdrəyərək sol tərəfi dayanmış vəziyyətdə olan “Chevrolet Niva” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobilə dəyərək yıxılmışdır. Daha sonra onlar Təqsirləndirilən şəxs Balakən RPŞ-nə gətirib növbətçi hissəyə təhvil vermişlər. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra üzərində şəxsi axtarış keçirilən zaman onun hüquqlarını müdafiə edən vəkil Müdafiəçi1 və digər polis əməkdaşları ilə birlikdə o da iştirak etmişdir. Şəxsi axtarış zamanı “Panasonic” markalı videokamera ilə videoçəkiliş aparılmışdır. Balakən RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru Mikayıl Mahmudov tərəfindən Təqsirləndirilən şəxs şəxsi axtarış başlamazdan əvvəl üzərində qanunsuz olaraq narkotik vasitə və ya hər hansı başqa bir qanunsuz saxladığı əşya varsa könüllü təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan cins şalvarın arxa sağ cibindən 1 ədəd dəmir qutu çıxarıb təqdim etmiş, həmin qutunun içərisinə baxıldıqda oradan 1 ədəd sellofan bükümdə tünd yaşıl rəngli spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi, 1 ədəd polietilen və 3 ədəd gümüşü rəngli kağız bükümlərdə narkotik vasitə heroinə oxşar maddə, 1 ədəd polietilen və 4 ədəd qızılı-ağ rəngli kağız bükümlərdə psixotrop maddə olan metamfetaminə oxşar maddə, içərisində psixotrop maddənin hissəciklərinə oxşar maddə hisəcikləri olan 1 manatlıq pul əskinasından və ağ kağızdan hazırlanmış 2 ədəd boruşəkilli bükülülər aşkar edilmişdir. Elektron tərəzi vasitəsilə çəkildikdə 1 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsinin sellofanla birlikdə çəkisi 6.19 qram, 1 ədəd polietilen və 3 ədəd gümüşü rəngli kağız bükümlərdə olan narkotik vasitə heroinə oxşar maddənin polietilen və kağız bükümlərlə birlikdə çəkisi 1.69 qram, 1 ədəd polietilen və 4 ədəd qızılı-ağ rəngli kağız bükümlərdə psixotrop maddə olan metamfetaminə oxşar maddənin sellofan və kağız bükümlərlə birlikdə çəkisi 0.94 qram olmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirildiyi zaman əlavə olaraq qanunsuz olaraq saxlanılan əşya, vasitə aşkar edilməmişdir. Aşkar edilmiş 1 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi, 1 ədəd polietilen və 3 ədəd gümüşü rəngli kağız bükümlərdə narkotik vasitə heroinə oxşar maddə, 1 ədəd polietilen və 4 ədəd qızılı-ağ rəngli kağız bükümlərdə olan psixotrop maddə metamfetaminə oxşar maddə, içərisində psixotrop maddənin hissəciklərinə oxşar maddə hissəcikləri olan 1 manatlıq pul əskinasından və ağ kağızdan hazırlanmış 2 ədəd boruşəkilli bükülülər 1 ədəd kağız zərfə qoyulub üzəri möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə olan marixuana və heroinə, psixotrop maddə metamfetaminə oxşar kütlələri 28.04.2021-ci il tarixdə yaşadığı evə gedərkən küçədə yerdən tapdığını, narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsini öz şəxsi istifadəsi üçün, narkotik vasitə heroinə oxşar maddə və psixotrop maddə metamfetaminə oxşar maddəni isə satmaq üçün üzərində saxladığını bildirmişdir. O,həmçinin bildirdi ki, Təqsirləndirilən şəxs polis Şöbəsinə dəvət edilərkən,Polis Şöbəsində olarkən ona heç bir fiziki və ya psixi təsir göstərilməmişdir.Təqsirləndirilən şəxs Polis şöbəsinə dəvət edilərkən qaçmaq istəmiş həmin vaxt maşına dəymişdir. Döyülməsi barədə Təqsirləndirilən şəxs göstərdiyi xüsusastların heç biri həqiqətə uyğun deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Qarayev X11 RPŞ-nin X2 baş əməliyyat müvəkkili Şahid2 ilə eyni məzmunlu ifadə verərək ifadəsində onun göstərdiklərini təsdiq etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Balakən RPŞ-nin X2 sabiq əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. O, məhkəməyə teleqram göndərərək iş yerinin dəyişməsi ilə bağlı məhkəmə iclasına gələ bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə cinayət prosesi tərəflərini dinləyib, işdə olan sənədlərə baxaraq Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan etməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş şahid Balakən RPŞ-nin X2 əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı göstərmişdir ki,Balakən RPŞ-nin X2 əməliyyat müvəkkili vəzifəsində, polis kapitanı rütbəsində xidmət edir. 29 aprel 2021-ci il tarixdə Balakən RPŞ-nin X2 baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 Balakən şəhəri, M.Əsədov küçəsində yaşayan Təqsirləndirilən şəxs üzərində satış məqsədilə narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olması və Təqsirləndirilən şəxs özünün Balakən şəhəri, Heydər Əliyev prospektində yerləşən kişi bərbərxanasının qarşısında dayanması barədə aldığı məlumat əsasında Şahid2 və Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3lə Balakən RPŞ-yə məxsus “Chevrolet Niva” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobillə qeyd edilən yerə getmişlər. Həmin vaxt saat təxminən 22:30 radələri olmuşdur. Orada bərbərxananın qarşısında bir nəfər gənc oğlanın dayandığını, həmin şəxsin daxil olan məlumatda Təqsirləndirilən şəxs zahiri və əynindəki geyiminin əlamətləri olaraq qeyd edilən əlamətlərə uyğun gəldiyini görüb avtomobili saxlayıb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxs özünün Təqsirləndirilən şəxs olmasını təsdiq etmişdir. Ona narkotik vasitələrin satışı ilə məşğul olması, üzərində satış məqsədilə narkotik vasitə saxlaması və daşıması barədə məlumat daxil olduğunu bildirərək Balakən RPŞ-yə dəvət etdikdə o qəflətən qaçmaq istədikdə ayağı büdrəyərək sol tərəfi dayanmış vəziyyətdə olan “Chevrolet Niva” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobilin qabaq sol küncünə dəyərək yerə yıxılmışdır.Daha sonra onlar Təqsirləndirilən şəxs Balakən RPŞ-yə gətirib növbətçi hissəyə təhvil vermişlər. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra üzərində şəxsi axtarış keçirilən zaman onun hüquqlarını müdafiə edən vəkil Müdafiəçi1 və digər polis əməkdaşları ilə birlikdə o da iştirak etmişdir. Şəxsi axtarış başlamazdan əvvəl baş təhqiqatçı, polis mayoru Mikayıl Mahmudov tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə və ya hər hansı başqa bir qanunsuz saxladığı əşya varsa könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan cins şalvarın arxa sağ cibindən 1 ədəd dəmir qutu çıxarıb təqdim etmiş, həmin qutunun içərisinə baxıldıqda oradan 1 ədəd sellofan bükümdə tünd yaşıl rəngli spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi, 1 ədəd polietilen və 3 ədəd gümüşü rəngli kağız bükümlərdə narkotik vasitə heroinə oxşar maddə, 1 ədəd polietilen və 4 ədəd qızılı-ağ rəngli kağız bükümlərdə psixotrop maddə olan metamfetaminə oxşar maddə, içərisində psixotrop maddənin hissəciklərinə oxşar maddə hissəcikləri olan 1 manatlıq pul əskinasından və ağ kağızdan hazırlanmış 02 ədəd boruşəkilli bükülülər aşkar edilmişdir. Elektron tərəzi vasitəsilə çəkildikdə 1 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsinin sellofanla birlikdə çəkisi 6.19 qram, 01 ədəd polietilen və 03 ədəd gümüşü rəngli kağız bükümlərdə olan narkotik vasitə heroinə oxşar maddənin polietilen və kağız bükümlərlə birlikdə çəkisi 1.69 qram, 1 ədəd polietilen və 4 ədəd qızılı-ağ rəngli kağız bükümlərdə psixotrop maddə olan metamfetaminə oxşar maddənin sellofan və kağız bükümlərlə birlikdə çəkisi 0.94 qram olmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirildiyi zaman əlavə olaraq qanunsuz olaraq saxlanılan əşya, vasitə aşkar edilməmişdir. Aşkar edilmiş 1 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi, 1 ədəd polietilen və 3 ədəd gümüşü rəngli kağız bükümlərdə narkotik vasitə heroinə oxşar maddə, 1 ədəd polietilen və 4 ədəd qızılı-ağ rəngli kağız bükümlərdə psixotrop maddə olan metamfetaminə oxşar maddə, içərisində psixotrop maddənin hissəciklərinə oxşar maddə hissəcikləri olan 1 manatlıq pul əskinasından və ağ kağızdan hazırlanmış 2 ədəd boruşəkilli bükülülər 1 ədəd kağız zərfə qoyulub üzəri Balakən RPŞ-nin “Arayışlar üçün” 185 nömrəli möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə olan marixuana və heroinə, psixotop maddə metamfetaminə oxşar kütlələri 28.04.2021-ci il tarixdə yaşadığı evə gedərkən Balakən şəhəri, M.Əsədov küçəsində yerdən tapdığını, narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsini öz şəxsi istifadəsi üçün, narkotik vasitə heroinə oxşar maddə və psixotrop maddə metamfetaminə oxşar maddəni isə satmaq üçün üzərində saxladığını bildirmişdir. İşin 20-23-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması haqqında 29 aprel 2021-ci il tarixli protokoldan görünür ki, 29 aprel 2021-ci il tarixdə saat 23:15 radələrindən 23:45 radələrinədək davam edən şəxsi axtarış zamanı aşağıdakılar müəyyən olunmuşdur: Təqsirləndirilən şəxs əynində göy rəngli gödəkçə, qırmızı rəngli köynək, göy rəngli cins şalvar, qara rəngli dəri ayaqqabı olmuşdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış aparılmışdır.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın arxa sağ cibindən dəmir qutu çıxararaq təqdim etmişdir. Həmin qutu açıldıqda qutunun içərisində qayçı, gümüşü falqalı kağızlar, alışqan olmuşdur. Bundan əlavə qutudan şəffaf polietilen bükümdə tünd yaşıl rəngli spesifik iyə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur.Bundan əlavə şəffaf sellofan bükümdə kristal formada psixotrop maddə metamfetaminə oxşar maddə aşkar olunmuşdur. Digər şəffaf polietilen bükümdə tünd qəhvəyi rəngli toz halında narkotik vasitə heroinə oxşar maddə aşkar olunmuşdur. Qutunun içərisindən iki ədəd kağız borucuqlar aşkar olunmuşdur. Qutuda olan gümüş falqalı kağız bükümü açdıqda kristal formada psixotrop maddə metamfetaminə oxşar maddə aşkar olunmuşdur. Digər gümüşü rəngli kağız bükümü açdıqda tünd qəhvəyi rəngli toz halında heroinə oxşar maddə aşkar olunmuşdur. Daha 3 ədəd gümüş falqalı bükümlərdə psixotrop maddə metamfetaminə oxşar maddə, iki ədəd gümüş falqalı kağız bükümlərdə tünd qəhvəyi rəngli tünd qəhvəyi rəngli toz halında narkotik vasitə heroinə oxşar maddə aşkar olunmuşdur. Aşkar olunmuş 1 ədəd polietilen bükümdə olan tünd yaşıl rəngli spesifik iyi olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə elektron tərəzidə çəkildikdə çəkisi 6.19 qram gəlmişdir. 1 ədəd polietilen və 3 ədəd gümüş falqalı kağıza bükülmüş tünd qəhvəyi rəngli toz halında narkotik vasitə heroinə oxşar maddə elektron tərəzidə çəkilmiş və çəkisi 1.69 qram gəlmişdir. Digər 1 ədəd polietilen və 4 ədəd gümüş falqalı kağız bükümlərdə olan psixotrop maddə metamfetaminə oxşar maddə elektron tərəzidə çəkilmiş və çəkisi 0.94 qram gəlmişdir. Vətəndaş Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd polietilen bükümdə narkotik tərkibli qurudulmuş marixuanaya oxşar kütlə, 4 ədəd bükümdə olan narkotik vasitə heroinə oxşar maddə və 5 ədəd bükümdə kristal formada psixotrop maddə metamfetaminə oxşar maddə, 2 ədəd kağız borular 01 ədəd kağız zərfə qoyularaq möhürlənərək maddi sübut kimi götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş maruixuanaya oxşar kütlənin özü tərəfindən qəbul edildiyini, psixotrop maddə olan metamfetaminə oxşar maddə və narkotik vasitə heroinə oxşar maddəni isə satacağını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütləni, narkoitk vasitə heroinə oxşar maddəni və psixotrop maddə hesab edilən metamfetaminə oxşar maddəni 28.04.2021-ci il tarixdə evə gedən zaman yolda yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları onun kişi bərbərxanasının qarşısında dayandığı zaman özlərini təqdim etdikdə qaçan zaman maşına dəydiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axarış aparılan zaman videoçəkiliş aparılmış, çəkiliş diski protokola əlavə edilmişdir. Protokol ucadan oxunmuş, iştirakçılardan şikayət, təklif daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 30-33-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X10 Bölməsinin 30 aprel 2021-ci tarixli, 17/313 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübutlar....” sözləri yazılmış zərfin içərisindəki ; -01 ədəd sellofan bükümdə, təmiz çəkisi-6.04 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. -01 ədəd polietilen və 03 ədəd gümüşü rəngli kağız bükümlərdə uyğun olaraq ayrıayrılıqda təmiz çəkiləri-0.751 qr, 0.115 qr, 0.281 qr, 0.092 qr, ümumi təmiz çəkisi 1.239 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroinlərdir. -01 ədəd polietilen və 04 ədəd qızılı-ağ rəngli kağız bükümlərdə uyğun olaraq ayrıayrılıqda təmiz çəkiləri-0.129 qr, 0.044 qr, 0.052 qr, 0.043 qr, 0.069 qr, ümumi təmiz çəkisi- 0.337 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetaminlərdir, -1 manatlıq pul əskinasından və ağ kağızdan hazırlanmış 02 ədəd boruşəkilli bükülülərin hər birinin içərisindən aşkar edilmiş cüzi miqdarda maddə hissəcikləri-metamfetamin hissəcikləridir. Həmin metamfetamin hissəcikləri cüzi miqdarda olduqlarına görə təmiz çəkilərinin müəyyən etmək mümkün olmadı. İşin 119-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Gəncə Şəhəri Narkoloji Dispanserinin 22 may 2021-ci il tarixli 569 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan marixuanadan sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var.Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 18-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs Afər oğlu 29 aprel 2021-ci ildə saat 23:00-də-də Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 79-82-ci vərəqələrində olan Balakən Rayon Məhkəməsinin 01 may 2021-ci il tarixli 4(019)-35/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 29 iyul 2021-ci il tarixdən hesablanmışdır. Həmin məhkəmə iclasında Təqsirləndirilən şəxs Afər oğlu elan edilmiş ittiham üzrə özünü təqsirli bildiyini, əməlindən peşiman olduğunu bildirmişdir. İşin 88-91-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Şəki Apellyasiya Məhkəməsininin Cinayət Kollegiyasının 08 may 2021-ci il tarixli 4(107)- 42/2021 nömrəli qərarından görünür ki, təqsirləndirilən şəxs İbrahimov Nəsrəddin Afər oğlunun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Azərbaycan Rspublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədlbiri seçilməsinə dair Balakən Rayon Məhkəməsinin 01 may 2021-ci il tarixli 4(019)-35/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bildiyini, əməlindən peşiman olduğunu bildirmişdir. İşin 84-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 110-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Afər oğlu Balakən rayonu Mahamalar kəndində qeydiyyatdadır. İşin 111-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Afər oğlu Mahamalar kəndində qeydiyyatda olmasına baxmayaraq ,faktiki olaraq ailəsi ilə birgə şəhərin M.Əsədov küçəsi 65 saylı ünvanda yaşayır. İşin 111/ a vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonu Mahamalar kənd sakinidir, himayəsində atası, anası qardaşı, arvadı və 18.11.2020-ci il təvəllüdlü qızı Aylin vardır. İşin 112-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət cəhətdən xarakterizə olunur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş X14 Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 18.01.2021-ci il tarixdə verilmiş AZ-İV seriyalı 493158 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X3 18.11.2020-ci ildə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X6 qeyd edilmişdir. İşin 121-130-cu vərəqələrində olan 26 may 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə maddi sübut 01 (bir) ədəd möhürlənmiş zərfdə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 6.04 qram çəkidə və kompleks məhkəmə-bioloji və məhkəmə fiziki-kimyəvi ekspertizanın rəyindən sonra faktiki çəkisi 6.02 qram olan narkotik vasitə-qurudulmuş marixuana, ümumi təmiz çəkisi 1.239 qram çəkidə və kompleks məhkəmə-bioloji və məhkəmə fiziki-kimyəvi ekspertizanın rəyindən sonra faktiki çəkisi 1.039 qram olan narkotik vasitə heroin, ümumi təmiz çəkisi 0.337 qram çəkidə və kompleks məhkəmə-bioloji və məhkəmə fiziki-kimyəvi ekspertizanın rəyindən sonra faktiki çəkisi 0.237 qram olan psixotrop maddə-metamfetamin və hər birinin içərisindən cüzi miqdarda metamfetamin hissəcikləri aşkar edilmiş 1 manatlıq pul əskinasından və ağ kağızdan hazırlanmış 02 ədəd boruşəkilli bükülülər saxlanması üçün Balakən RPŞ-yə təhvil verilmişdir. Cinayət işinin istintaqı zamanı və şəxsi axtarışlar zamanı həkk edilmiş 01 ədəd CD diski obyektiv və iş materiallarına uyğun olduğundan sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq satış məqsədi və tamah niyyəti ilə narkotik vasitələri və psixotrop maddələri əldə etmə, daşıma, saxlama və satış məqsədi olmadan, qəsdən, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, daşıma, saxlama cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs ittihamda göstərilən narkotik vasitələrin ona məxsus olmaması, polis əməkdaşları onu döydükləri üçün cinayət əməlini özünün törətdiyini bildirməsi barədə məhkəmə baxışında verdiyi ifadəsi işin faktiki hallarına uyğun olmadığı, eləcə də mötəbər, biri-digərini tamamlayan sübutlarla, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və digər sübutlarla təkzib olunduğu üçün məhkəmə onun bu ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmağa hesablanmış ifadə hesab edərək sübut kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki,6 aya yaxındır ki, narkotik vasitə marixuanadan istifadə edir. 28.04.2021-ci il tarixdə axşam saatlarında Balakən şəhəri M.Əsədov küçəsi ilə evə gedən zaman yolda yerdə dəmir qutu görərək onu götürüb özü ilə evə gətirmiş, evdə hamamın qapısını arxadan bağlayaraq qutunu açıb içərisinə baxdıqda qutuda 1 ədəd sellofan bükümdə narkotik vasitə marixuana, 1 ədəd sellofan bükümdə heroin və 1 ədəd selofan bükümdə psixotrop maddə olan metamfetamin olduğunu görmüşdür. O heroini 4 bükümə, metamfetamini isə 5 bükümə ayırmışdır. 4 hissəyə ayırdığı heroindən bir hissəsinin heroini tapdığı sellofana, 3 hissəsini isə hər birini gümüşü kağızlara bükmüşdür. Həmçinin metamfetamini 5 hissəyə ayırdıqdan sonra bir hissəni metamfetamini dəmir qabın içərisində aşkar etdiyi sellofana, yəni öz sellofanına, qalan 4 hissəni isə hər birini ayrılıqda qızılı-ağ rəngli kağızlara bükmüşdür. 1 ədəd selofan bükümdə olan marixuananı, 1 ədəd sellofan və 3 ədəd kağız bükümlərdə olan ümumi sayı 4 ədəd bükümdə olan heroini, 1 ədəd sellofan və 4 ədəd kağız bükümlərdə olan ümumi sayı 5 ədəd olan bükümlərdə metamfetamini yenidən həmin qaba yığaraq şalvarının cibinə qoymuşdur. 29.04.2021-ci il tarixdə Balakən şəhərində yerləşən “kişi bərbərxanasının” qarşısında dayandığı zaman üç nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş və ona üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli olduğunu bildirərək polis şöbəsinə dəvət etmişlər. O həmin vaxt qaçmaq istəmiş, polis əməkdaşlarının gəldikləri Niva markalı maşının qabaq sol küncünə sol tərəfi toxunmuş, polis əməkdaşları onu tutaraq polis şöbəsinə gətirmişlər. Polis şöbəsində o şübhəli şəxs kimi tutulmuş, vəkillər siyahısından seçmiş olduğu vəkil Müdafiəçi1 və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynindəki göy rəngli şalvarın sağ arxa cibindən dəmir qutunu çıxararaq təqdim etmişdir. Həmin qutudan bir ədəd polietilenə bükülmüş marixuana, dörd ədəd bükümlərdə olan heroin və beş ədəd bükümlərdə olan psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Aşkar olunmuş bir ədəd polietilenə bükülmüş marixuana elektron tərəzidə çəkildikdə çəkisi 6.19 qram , dörd ədəd bükümlərdə olan heroin elektron tərəzidə çəkildikdə çəkisi 1.69 qram, beş ədəd bükümlərdə olan psixotrop maddə metamfetamin elektron tərəzidə çəkildikdə çəkisi 0.94 qram gəlmişdir. Aşkar edilmiş ümumilikdə on ədəd bükümdə olan narkotik vasitə və psixotrop maddələr kağız zərfə qoyularaq möhürlənib götürülmüşdür. Onun üzərindən başqa qanunsuz heç bir əşya, vasitə aşkar edilməmişdir.Marixuananı özü istifadə etmək, heroin və psixotrop maddə olan metamfetamini isə istəyən olsa satmaq üçün saxlamışdır. Balakən RPŞ-də ona hər hansı bir psixi və fiziki təsir göstərilməmişdir. Həmçinin Balakən Rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair işə baxılarkən habelə Şəki Apellyasiya Məhkəməsində onun həbs qətimkan tədbirinin seçilməsi barədə qərardan verdiyi şikayətə baxılarkən Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bildiyini, əməlindən peşiman olduğunu bildirmişdir.Bundan başqa o, ibtidai istintaq dövründə ona qarşı hər hansı təzyiqin olması barədə heç bir orqana şikayət etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi işin hallarına uyğun və daha inandırıcı olduğuna, eləcə də mötəbər, biri-digərini tamamlayan sübutlarla təsdiq olunduğu üçün məhkəmə onun həmin ifadələrini sübut kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki,cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə Cinayət Məcəlləsinin 234.2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə narkotik vasitələr-BMT-nin 1961-ci il tarixli «Narkotik vasitələr haqqında» Vahid Konvensiyasında, 1971-ci il tarixli «Psixotrop maddələr haqqında» Konvensiyasında, 1988-ci il tarixli «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında» Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, müdafiəçinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Afər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrinin tərkibi vardır, həmin əməllər təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətlərin törədilməsində təqsirlidir. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti , o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Onun əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təyin ediləcək cəzaları CM-in 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barələrində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, o təyin ediləcək cəzanı çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Ekspert rəyinə uyğun olaraq Təqsirləndirilən şəxs CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, narkomaniyadan məcburi müalicə olunmalı,o,narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X9 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 107,91 (bir yüz yeddi manat 91 qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X4, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon polis şöbəsində saxlanılan, təmiz çəkisi 6.04 qram çəkidə və kompleks məhkəmə-bioloji və məhkəmə fiziki-kimyəvi ekspertizanın rəyindən sonra faktiki çəkisi 6.02 qram olan narkotik vasitə-qurudulmuş marixuana, ümumi təmiz çəkisi 1.239 qram çəkidə və kompleks məhkəmə-bioloji və məhkəmə fiziki-kimyəvi ekspertizanın rəyindən sonra faktiki çəkisi 1.039 qram olan narkotik vasitə heroin, ümumi təmiz çəkisi 0.337 qram çəkidə və kompleks məhkəmə-bioloji və məhkəmə fiziki-kimyəvi ekspertizanın rəyindən sonra faktiki çəkisi 0.237 qram olan psixotrop maddə-metamfetamin və hər birinin içərisindən cüzi miqdarda metamfetamin hissəcikləri aşkar edilmiş ağ kağızdan hazırlanmış 01 ədəd boruşəkilli bükülü hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 1 manatlıq pul əskinası dövlət nəfinə müsadirə olunmalı, 01 ədəd CD diski işin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, CM-nin 234.1-ci maddəsi ilə 1(bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğluna təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3(üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 29 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs Afər oğluna CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkomaniyadan məcburi müalicə olunsun. O, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X9 Şəxsinə göndərilsin. İş üzrə 107.91 (bir yüz yeddi manat 91 qəpik ) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X4, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon polis şöbəsində saxlanılan təmiz çəkisi 6.04 qram çəkidə və kompleks məhkəmə-bioloji və məhkəmə fiziki-kimyəvi ekspertizanın rəyindən sonra faktiki çəkisi 6.02 qram olan narkotik vasitə-qurudulmuş marixuana, ümumi təmiz çəkisi 1.239 qram çəkidə və kompleks məhkəmə-bioloji və məhkəmə fiziki-kimyəvi ekspertizanın rəyindən sonra faktiki çəkisi 1.039 qram olan narkotik vasitə heroin, ümumi təmiz çəkisi 0.337 qram çəkidə və kompleks məhkəməbioloji və məhkəmə fiziki-kimyəvi ekspertizanın rəyindən sonra faktiki çəkisi 0.237 qram olan psixotrop maddə-metamfetamin və hər birinin içərisindən cüzi miqdarda metamfetamin hissəcikləri aşkar edilmiş ağ kağızdan hazırlanmış 01 ədəd boruşəkilli bükülü hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin,1 manatlıq pul əskinası dövlət nəfinə müsadirə olunsun. 01 ədəd CD diski cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-55/2021
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-55/2021
06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver