Məhkəmə qərarları › İş №1(019)-55/2024

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-55/2024

17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-55/2024 17.09.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2, müdafiəçilər-Balakən rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx xxxxxx 1991-ci il tarixdə Balakən rayonu Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də satış üzrə bölgə müdiri vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində Balakən Rayon Məhkəməsi tərəfindən 27 fevral 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hazırda həbsdə olan- Təqsirləndirilən şəxs1 və xx xxxxxxxx 1992-ci il tarixdə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də fəhlə işləyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanda yaşayan, barəsində Balakən Rayon Məhkəməsi tərəfindən 01 aprel 2024-cü il tarixdə ev dustaqlığı qətimkan tədbiri seçilmiş və hazırda ev dustaqlığında olan- Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 221.3-cü maddəsilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qəsdən, bir qrup şəxs tərəfindən silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik edərək, şəxs üzərində zor tətbiq edərək, özgə əmlakını məhv edərək və zədələyərək xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, o, 24 fevral 2024-cü il tarixdə saat 22:10 radələrində alkoqol sərxoşluğu vəziyyətində, bir qrup şəxs halında, ictimai yerdə, yəni Balakən şəhəri H.Əliyev prospekti-53 ünvanında yerləşən, Zərərçəkmiş şəxs1 icarəyə götürərək işlətdiyi “Piramida” adlı kafedə tanışı Təqsirləndirilən şəxs2 ilə eyni masada əyləşib spirtli içki qəbul etdikdən sonra bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında, şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsində, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları,əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda ifadə olunan, vətəndaşlar üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, yəni heç bir əsaslı səbəb olmadan Təqsirləndirilən şəxs1 kafenin kassiri Şahid1 və kafenin ofisiantı Zərərçəkmiş şəxs2 verdiyi pulu xırdalamadıqlarını bəhanə etməklə kafedə olan kənar şəxslərin gözü qarşısında səs-küy salıb mübahisə edib masanın üzərindəki pivə qədəhini kassaya yaxınlaşan ofisiant Zərərçəkmiş şəxs2 tərəf atıb sındırmış, sonradan ona yaxınlaşaraq bu hərəkətlərinə irad bildirən kafenin qəlyançısı Zərərçəkmiş şəxs3 ilə mübahisə etmiş, Təqsirləndirilən şəxs2 masadan uzaqlaşaraq kafenin barında qəlyan dolduran Zərərçəkmiş şəxs3 arxasınca bara daxil olub onun ünvanına nalayiq sözlər deyərək yumruqlar vurduqdan sonra o, masanın üzərindən götürdüyü “Sirab” şüşəsi ilə qəlyançı Zərərçəkmiş şəxs3 baş nahiyəsinə vuraraq ona sol gicgahın yuxarı orta səthinin sıyrığı ilə nəticələnən sağlamlığına zərər vurmayan xəsarət yetirməklə zor tətbiq etmiş, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs3 yumruq atmaqla və masanın üzərindən bir ədəd saxsı fincanı götürüb həmin vaxtı mətbəxin qapısının qarşısında dayanmış Zərərçəkmiş şəxs2 üz nahiyəsinə vurmaqla ona sağ üst göz qapağında cızıq-qansızması ilə nəticələnən sağlamlığına zərər vurmayan xəsarət yetirməklə zor tətbiq etdikdən sonra, o, ucadan ünvansız nalayiq ifadələr deyərək kafenin içərisində olan Türkiyənin “Paşabahçe” firmasının istehsalı olan, 02 (iki) manat dəyərində 01 (bir) ədəd meyvə şirəsi stəkanını, Türkiyənin “Boss” firmasının istehsalı olan, hər biri 80 (səksən) manat dəyərində olmaqla cəmi 02 (iki) ədəd “E-29” markalı qəlyan aparatlarını, Türkiyənin “Paşabahçe” firmasının istehsalı olan, 05 (beş) manat dəyərində 01 (bir) ədəd aş dövrəsini, Türkiyənin “Paşabahçe” firmasının istehsalı olan, hər biri 01 (bir) manat dəyərində olan cəmi 02 (iki) ədəd sadə boşqabları, Belçikanın “Hoegaarden” firmasının istehsalı olan, 0,5 ml ölçüdə 04 (dörd) manat dəyərində olan cəmi 01 (bir) ədəd pivə fujerini, Azərbaycanın “Xırdalan” firmasının istehsalı olan, 0,4 ml ölçüdə hər biri 01 (bir) manat dəyərində olan cəmi 06 (altı) ədəd pivə qədəhlərini sındıraraq, Azərbaycan istehsalı olan hər biri 10 (on) manat dəyərində olan cəmi 02 (iki) ədəd stol süfrələrini yararsız hala salaraq kafenin icarədarı Zərərçəkmiş şəxs1 ümumilikdə 199 (yüz doqsan doqquz) manat maddi ziyan vurmaqla Təqsirləndirilən şəxs2lə birlikdə bir qrup şəxs halında kafenin içərisində xuliqanlıq hərəkətlərini davam etdirməklə kafedə olan şəxslərin narahatlığına səbəb olan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs2 qəsdən, bir qrup şəxs tərəfindən silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik edərək, şəxs üzərində zor tətbiq edərək, özgə əmlakını məhv edərək və zədələyərək xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, o, 24 fevral 2024-cü il tarixdə saat 22:10 radələrində alkoqol sərxoşluğu vəziyyətində, bir qrup şəxs halında, ictimai yerdə, yəni Balakən şəhəri H.Əliyev prospekti-53 ünvanında yerləşən, Zərərçəkmiş şəxs1 icarəyə götürərək işlətdiyi “Piramida” adlı kafedə tanışı Təqsirləndirilən şəxs1 ilə eyni masada əyləşib spirtli içki qəbul etdikdən sonra bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında, şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsində, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda ifadə olunan, vətəndaşlar üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, yəni heç bir əsaslı səbəb olmadan Təqsirləndirilən şəxs1 kafenin kassiri Şahid1 və kafenin ofisiantı Zərərçəkmiş şəxs2 verdiyi pulu xırdalamadıqlarını bəhanə etməklə kafedə olan kənar şəxslərin gözü qarşısında səs-küy salıb mübahisə edib masanın üzərindəki pivə qədəhini kassaya yaxınlaşan ofisiant Zərərçəkmiş şəxs2 tərəf atıb sındıraraq, sonradan ona yaxınlaşaraq bu hərəkətlərinə irad bildirən kafenin qəlyançısı Zərərçəkmiş şəxs3 ilə mübahisə edərək, o isə masadan uzaqlaşaraq kafenin barında qəlyan dolduran Zərərçəkmiş şəxs3 arxasınca bara daxil olub ünvanına nalayiq sözlər deyərək yumruqlar vurmuş, Təqsirləndirilən şəxs1 masanın üzərindən götürdüyü “Sirab” şüşəsi ilə qəlyançı Zərərçəkmiş şəxs3 baş nahiyəsinə vuraraq ona sol gicgahın yuxarı orta səthinin sıyrığı ilə nəticələnən sağlamlığına zərər vurmayan xəsarət yetirməklə zor tətbiq etməklə, o, Zərərçəkmiş şəxs3 yumruq atmaqla və masanın üzərindən bir ədəd saxsı fincanı götürüb həmin vaxtı mətbəxin qapısının qarşısında dayanmış Zərərçəkmiş şəxs2 üz nahiyəsinə vurmaqla ona sağ üst göz qapağında cızıq-qansızması ilə nəticələnən sağlamlığına zərər vurmayan xəsarət yetirməklə zor tətbiq etdikdən sonra Təqsirləndirilən şəxs1 ucadan ünvansız nalayiq ifadələr deyərək kafenin içərisində olan Türkiyənin “Paşabahçe” firmasının istehsalı olan, 02 (iki) manat dəyərində 01 (bir) ədəd meyvə şirəsi stəkanını, Türkiyənin “Boss” firmasının istehsalı olan, hər biri 80 (səksən) manat dəyərində olan cəmi 02 (iki) ədəd “E-29” markalı qəlyan aparatlarını, Türkiyənin “Paşabahçe” firmasının istehsalı olan, 05 (beş) manat dəyərində 01 (bir) ədəd aş dövrəsini, Türkiyənin “Paşabahçe” firmasının istehsalı olan, hər biri 01 (bir) manat dəyərində olan cəmi 02 (iki) ədəd sadə boşqabları, Belçikanın “Hoegaarden” firmasının istehsalı olan, 0,5 ml ölçüdə 04 (dörd) manat dəyərində olan cəmi 01 (bir) ədəd pivə fujerini, Azərbaycanın “Xırdalan” firmasının istehsalı olan, 0,4 ml ölçüdə hər biri 01 (bir) manat dəyərində olan cəmi 06 (altı) ədəd pivə qədəhlərini sındıraraq, Azərbaycan istehsalı olan hər biri 10 (on) manat dəyərində olan cəmi 02 (iki) ədəd stol süfrələrini yararsız hala salaraq kafenin icarədarı Zərərçəkmiş şəxs1 ümumilikdə 199 (yüz doqsan doqquz) manat maddi ziyan vurmaqla Təqsirləndirilən şəxs1la birlikdə bir qrup şəxs halında kafenin içərisində xuliqanlıq hərəkətlərini davam etdirməklə kafedə olan şəxslərin narahatlığına səbəb olan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, polis şöbəsində ona fiziki və psixi təsir göstərilməmiş, sadəcə düzgün maddə qoyulmamışdır. 24 fevral 2024-cü il tarixdə kafedə olarkən içkili olmuş, pul xırdalamaq istəmiş, onunla kobud rəftar olunduğu üçün bir bokalı sındırmışdır. Sonra isə oturub polisi gözləmişdir. Videogörüntülərlə tanışdır. Butılka əlində olmuş, butılkanı əlində tutub aşağı endirmiş, amma butılka Zərərçəkmiş şəxs3 dəyməmişdir. Bokalı zərərçəkmiş şəxslərin heç birinə vurmamış, yerə vurmuşdur. Şəmsəddin və o, içkili olmuş, Şəmsəddin ona sual vermiş, o da cavab vermişdir. Butılka əlində olmuş, ünvanlı söyüş söyməmişdir. Zalda adam çox olmuşdur Təqsirləndirilən şəxs2 dava etməmiş, aranı sakitləşdirməyə çalışmışdır. O, Şəmsəddin Bodrovu və Zərərçəkmiş şəxs2 vurmamış, bokalı bara tərəf atmışdır. Sirab şüşəsini əlinə götürmüş, vurmaq istəmiş, amma vurmamışdır. Məhəməliyə pivə bokalı atmamış, kassada pulu xırdalanmadığına görə hirsindən pivə bokalını yerə vurmuşdur. Heç kimi vurmamış, kiməsə xəsarət yetirməmişdir. Qəlyanı da qırmamışdır. Həmin bokalı yerə vuranda Məhəməli 3-4 metr aralıda olmuşdur. Həmin gün çox içmişdir. Heç bir psixi xəstəliyi yoxdur. Zərərçəkmiş şəxslərlə barışıq əldə etmiş və zərərçəkmiş şəxslərə vurduğu ziyanı könüllü şəkildə tam olaraq ödəmişdir. Bu halların nəzərə alınmasını xahiş edir. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanda valideynləri ilə birlikdə yaşayır. 2022-ci ilin iyun ayından "xxxx" MMC-də müxtəlif vəzifələrdə işləmişdir, 2023-cü ilin əvvəlindən isə həmin MMC-nin satış üzrə bölgə müdiri vəzifəsində işləyir. Əvvəllər məhkum olunmamış və psixi xəstəliklər keçirməmişdir. 24 fevral 2024-cü il tarixdə Balakən şəhərində yerləşən “Piramida” kafesində meyxana gecəsi keçirildiyini deyərək dostu Təqsirləndirilən şəxs2 onu həmin tədbirə dəvət etmişdir. Həmin gün gündüz vaxtı spirtli içki də qəbul etmişdir. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində “Piramida” kafesinə getdiyi zaman artıq sərxoş vəziyyətdə olmuşdur. Kafeyə çatdıqda Təqsirləndirilən şəxs2 onu oturduğu stola dəvət etmişdir. Həmin stolun arxasında o, Təqsirləndirilən şəxs2, Şahid4 və tanımadığı başqa şəxslər də oturmuşlar. Bir müddət sonra əvvəldən zəng edib kafeyə dəvət etdiyi dostu Şahid3 da gəlmişdir. O da onların stolunun arxasında oturmuşdur. Bir müddət sonra 20 manatlıq pul əskinasını xırdalamaq üçün kassaya yaxınlaşmışdır. Kassada oturan şəxsdən həmin 20 manatlıq pul əskinasını xırdalayaraq ona 4 ədəd 5 manatlıq pul əskinasıı verməsini xahiş etmişdir. Kassir ona kobud şəkildə xırda pulun olmadığını bidirdikdə əsəbləşərək, nədən aqressiv cavab verdiyini soruşub geri qaydıb stolun arxasına əyləşmişdir. Hətta yanında əyləşmiş Təqsirləndirilən şəxs2 ondan niyə əsəbləşdiyini soruşduqda, Məhəmmədə kassirin onunla danışıq tərzinə əsəbləşdiyini bildirmişdir. Həmin vaxtı orada olan hündür boylu, gözündə eynəyi olan ofisiantı çağıraraq ona 20 manatlıq pul əskinasını verib kassada xırdalayaraq, 4 ədəd 5 manatlıq pul əskinasını gətirməsini xahiş etmişdir. Həmin ofisiant kassirə yaxınlaşıb danışdıqda kassir ona tərəf baxmış və pulu onun göndərdiyini başa düşdüyünü bilmişdir. Ofisiant geri qayıdıb kassada xırda pulun olmadığını deyib, 20 manatlıq pul əskinasını geri qaytarmaq istədikdə, ona “necə yəni pul yoxdur” demiş və pulu xırdalamadıqlarına görə əsəbləşərək, stolun üzərindən bir ədəd pivə qədəhini götürüb yerə vurub qırmışdır. Qədəhi yerə vurub qırdığını görən ofisiant kassada pulu xırdalayıb gətirib ona vermişdir. Bir müddət sonra kafenin işçisi olduğunu bildiyi kök oğlan sərxoş şəkildə stola yaxınlaşıb əllərini stola qoyub “harınlamısanmı, qudurmusanmı, bakalı niyə qırmısan?”demişdir. Həmin oğlana “sənə nə dəxli var? Sən kimsən?” dedikdə həmin şəxs ona “sualıma cavab ver” demişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs2 ayağa qalxaraq onların arasına girmiş və həmin şəxsə “başın xarabdırmı? nə edirsən?” deyərək, onu kassaya tərəf aparmışdır. Kassanın olduğu barda sonradan adının Zərərçəkmiş şəxs3 olduğunu öyrəndiyi həmin şəxslə Təqsirləndirilən şəxs2 aralarında dava baş verdiyini görüb, Şəmsəddin tərəfə pivə qədəhini atmışdır. xx.xx.2024-cü il tarixdə Balakən şəhəri H.Əliyev prospekti-53 ünvanında yerləşən «Piramida» kafesinin müşahidə kameraları tərəfindən qeydə alınmış videogörüntülərin köçürüldüyü 02 ədəd DVD diskə baxmışdır. Bu barədə onu deyə bilər ki, masanın üzərindən şüşə butulkanı götürüb Zərərçəkmiş şəxs3 tərəf atmış, lakin həmin butulka onun başına dəyməmiş və butulkanın dəyməsi nəticəsində Zərərçəkmiş şəxs3 xəsarət almamışdır. Dava bitəndən sonra kafedən çıxanda Zərərçəkmiş şəxs3 özü ona kafenin ayaqyolunda yıxılaraq unitaza başı dəyərək xəsarət aldığını bildirmişdir. Onu da bildirmək istəyir ki, münaqişə Zərərçəkmiş şəxs3 onun əyləşdiyi masaya yaxınlaşaraq, ona qarşı kobudluq etməsi, niyə bakalı sındırdığını soruşmasının nəticəsində başlanmışdır. Kassada oturan şəxs ona xırda pul verməyərək, ona kobud cavab verdiyinə və onun ofisiantla göndərdiyi pulu xırdanın olmadığını bildirib geri göndərdiyinə görə kassirə əsəbləşib pivə qədəhini yerə vurub qırmışdır. Zərərçəkmiş şəxs3 zalı tərk etdikdən sonra masaların üzərindəki bir neçə qabı sındırmışdır, lakin qəlyan aparatlarını sındırdığını xatırlamır. Qabların çoxu dava-dalaş baş verən zaman oradakı şəxslərin masalara dəyməsi və itələşmələri nəticəsində sınmışdır. xx.xx.2024-cü il tarixdə “Piramida” kafesində olduğu zaman ümumiyyətlə söyüş söyməmişdir. Kafedə baş vermiş hadisənin təxminən 5 dəqiqə ərzində baş verdiyini hesab edir. Hadisə vaxtı Zərərçəkmiş şəxs3 onu vurmağa cəhd edib, lakin kafedəki şəxslər Şəmsəddinə mane olduqlarına görə onu vura bilməyib. Hadisə vaxtı Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs2 yumruq zərbələri vurmuşdur. Başqa dalaşan şəxsləri görməmişdir. Hadisə vaxtı nalayiq ifadələr işləndiyini eşitməmişdir. Hadisə vaxtı heç bir xəsarət almamışdır. Hadisə vaxtı kafedə çox adam olmuşdur. Konkret nə qədər adamın olduğunu deyə bilmir, lakin stolların hamısı dolu olmuşdur. Kafedə olan şəxslərdən Təqsirləndirilən şəxs2, Şahid4 və Şahid3ı, Zərərçəkmiş şəxs3, kafenin sahibini və başqalarını xatırlayır. Üzdən tanıdığı şəxslər də olmuşdur, konkret adlarını deyə bilmir. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində verdiyi əlavə ifadəsində Təqsirləndirilən şəxs1 əvvəlki ifadəsində bildirdiklərini təsdiq edərək göstərmişdir ki, həmin gün kafedə olduğu zaman hər hansı bir şəxsin ünvanına söyüş söyməmişdir. Hadisə vaxtı dalaşan şəxsləri görməmişdir. Hadisə vaxtı nalayiq ifadələr işləndiyini eşitməmişdir. Hadisə vaxtı heç bir xəsarət almamışdır. Sərxoş olduğuna görə hadisə vaxtı baş verənləri dəqiq xatırlamır. Hadisə baş verən zaman sərxoş olduğuna görə hadisə vaxtı hansı şəxslərin dalaşaraq bir-birilərinə xəsarət yetirmələrini xatırlamır. Hadisə vaxtı Zərərçəkmiş şəxs2 hansı şəraitdə xəsarət aldığını bilmir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, öz obyektində oturub içmiş, sonra isə meyxana deyənlər gəldiyi üçün 24 fevral 2024-cü il tarixdə saat 20-21 arası “Piramida” kafesinə getmişdir. Ora getdikdən 5-10 dəqiqə sonra kafeyə Təqsirləndirilən şəxs1 gəlmişdir. Kafedə pivə içmişlər. Təqsirləndirilən şəxs1 pul xırdalamaq istəmiş, pulu xırdalamayanda İsrafil bokalı yerə boş sahəyə atıb qırmışdır. Sonra Zərərçəkmiş şəxs3 onlara yaxınlaşmışdır. İsrafilin kiməsə butılka vurduğunu görməmişdir. Polis şöbəsində ona qarşı heç bir fiziki və psixi təsir olmamışdır. O, heç kimlə dava etməmiş, məqsədi aranı sakitləşdirnmək olmuşdur. İbtidai istintaqda və məhkəmə istintaqında verdiyi ifadələrindəki ziddiyyəti onunla əsaslandırır ki, ibtidai istintaqda ona verilən sualı düzgün başa düşməmişdir. O, özünü təqsirli bilmir. Məhkəmədə verdiyi ifadəsi doğrudur. Həmin vaxt sərxoş olduğu üçün hadisənin detallarını xatırlamır. Təqsirləndirilən şəxs1 kiməsə bokalı və şüşə butılkanı vurduğunu görməmişdir. Mübahisə kassada olan kobudluqla başlamışdır. Kimisə vurduğunu xatırlamır. Məhəməlini itələməsi yəqin ayırmaq məqsədilə olmuşdur. Söyüş söyməsini xatırlamır. İsrafil bokalı atıb sınldırmamışdır, ola bilsin stoldan qalxanda bokala toxunmuş və bokal yerə düşüb sınmışdır. Zərərçəkmiş şəxslərlə barışıq əldə etmiş və zərərçəkmiş şəxslərə vurduğu ziyanı könüllü şəkildə tam olaraq onlara ödəmişdir. Bu halların nəzərə alınmasını xahiş edir. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 verdiyi ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin mahiyyətini anlayır və həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilir. Balakən şəhəri Füzuli küçəsi ev 4 ünvanında valideynləri ilə birlikdə yaşayır. 2023-cü ilin aprel ayından "xxxx" MMC-də fəhlə işləyir. Əvvəllər məhkum olunmamış və psixi xəstəliklər keçirməmişdir. xx.xx.2024-cü il tarixdə Balakən şəhərində yerləşən “Piramida” kafesində meyxana gecəsi keçirildiyini eşidərək, həmin gün axşam saat 20-21 radələrində kafeyə getmişdir. Kafeyə getməzdən bir saat əvvəl spirtli içki qəbul etmişdir. Kafedə meyxana gecəsi olduğunu dostu Təqsirləndirilən şəxs1 da bildirmişdir. Kafeyə getdiyi zaman İsrafil hələ gəlməmişdir. Təxminən yarım saat sonra İsrafil də kafeyə gəlmişdir. Kafedəki masalardan birinin arxasında onunla birlikdə Təqsirləndirilən şəxs1, Şahid3, Ələddin adlı Balakən şəhər sakini, Şahid4 və tanımadığı bir nəfər başqa şəxs də əyləşmişdir. Pivə sifariş verib içərək, meyxana dinləmişlər. Tanımadığı meyxana ustaları meyxana oxumuşlar. Kafedəki masaların hamısı dolu olmuşdur. Bir müddət sonra Təqsirləndirilən şəxs1 kassaya yaxınlaşmış və kassirlə danışaraq geri qayıtmışdır. İçəridə səs-küy olduğundan, meyxana ustaları meyxana oxuduğundan və əyləşdikləri masa ilə kassanın arasında xeyli məsafə olduğuna görə İsrafilin kassirlə nə danışdığını eşitməmişdir. Təqsirləndirilən şəxs1 geri masaya əsəbi halda söyə-söyə yaxınlaşdıqda ondan nə baş verdiyini soruşmuşdur. İsrafil ona kassirin pulu xırdalamayaraq, ona kobud cavab verdiyindən əsəbləşdiyini bildirmişdir. Həmin vaxt İsrafil orada olan eynəkli ofisiantı çağıraraq ona 20 manat pul verib kassada xırdalamasını bildirmişdir. Ofisiant pulu götürüb kassaya yaxınlaşıb geri qayıdaraq xırdanın olmadığını bildirərək 20 manat pulu İsrafilə qaytarmışdır. O da İsrafilə “yoxdu yoxdu da. Niyə əsəbləşirsən?” demişdir. İsrafil əsəbindən masanın üzərindən bir ədəd pivə qədəhini götürüb kassaya tərəf yerə vurub qırmışdır. Səhv etmirsə, həmin vaxt masanın üzərindəki pivə qədəhləri də dağılmışdır. Hadisədən təxminən 15-20 dəqiqə keçdikdən sonra ara sakitləşən zaman əvvəllər kafedə işləyən kimi tanıdığı, sonradan adının Şəmsəddin olduğunu öyrəndiyi şəxs masaya yaxınlaşaraq İsrafilə nəsə demişdir. Səs-küydən onun nə dediyini eşitməmişdir. İsrafilin də ayağa qalxdığını görüb nəsə dava olacağını başa düşüb onların arasına girmiş və həmin şəxsi kassaya doğru itələmişdir ki, İsrafildən aralansın. Şəmsəddini kassaya doğru aparmışlar. 4-5 nəfər Şəmsəddini tutduqda o, bir az da qızışaraq əl-qol atıb İsrafilin üzərinə gəlməyə başlamışdır. Şəmsəddinin həmin vaxt artıq nə etdiyini xatırlamır. Sərxoş olduğuna görə sonradan baş verənləri xatırlamır. Hadisə vaxtı Şəmsəddinin onun üstünə hücum çəkdiyini həmin vaxt kafedə olan müştərilərin hadisədən bir neçə gün sonra “Tik-tok” sosial şəbəkəsinə yerləşdirdikləri videogörüntülərdən bilir. Şəmsəddin ona hücum çəkib yumruqlayır, o isə qaçıb aralanmaq istəsə də, kafedəki müştərilər Şəmsəddini ondan ayırmağa çalışsalar da arxasınca qaçıb onu yumruqlayır, o yıxılır. Şəmsəddin onu yumruqlayan zaman yıxılaraq sağ əlinin ovuc hissəsindən xəsarət də almışdır. Hadisə baş verən zaman sərxoş olduğuna görə baş verənləri xatırlamır. Kafedə dava təxminən 15-20 dəqiqə davam etmişdir. Hadisə vaxtı kafedə təxminən 100-150 adam olmuşdur. Kafedə olan şəxslərdən Təqsirləndirilən şəxs1 və Şahid3ı, kafenin sahibi Zərərçəkmiş şəxs1, Şahid4, Şahid2ı tanıyır. Üzdən tanıdığı şəxslər də olmuşdur. Konkret adlarını deyə bilmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 24 fevral 2024-cü il tarixdə icarəyə götürdüyü “Piramida” kafesində onun təşkil etdiyi meyxana məclisi olmuşdur. Məclis saat 19-da başlamış, saat 21 radələrində o da kafedə oturub yeyib-içmiş, bu zaman stoldan yerə bokal düşmüşdür. Təqsirləndirilən şəxs1 və onun yanında oturanlar ayağa dürmuş və mübahisə başlamışdır. O, həmin vaxt içkili olmuşdur, ona görə də kimin kimi vurmasını xatırlamır. İbtidai istintaqda ona fiziki və psixi təsir göstərilməmişdir. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. İsrafil həmin vaxt ünvansız nalayiq ifadələr işlətmişdir. Kamerada hadisəni gördüyü üçün ibtidai istintaqda verdiyi ifadəsinə imza etmişdir. Başqa kimin kimi vurduğunu bilmir. Ona qarşı heç bir fiziki zor olmamışdır. Orada səs-küy çox olduğundan kimlərin söyş söyməsi yadında deyil. İsrafilin kimisə vurduğunu görməmiş, lakin ibtidai istintaqda kamera görüntülərinə baxmış və ona görə də orada verdiyi ifadəsinə imza etmişdir. İsrafilin Məhəməlini vurmasını görməmişdir. Təqsirləndirilən şəxs2 heç görməmişdir. Videogörüntülərdə bokalın İsrafil tərəfindən sındırıldığını görmüşdür. İbtidai istintaqda ondan hadisə ilə bağlı nə gördüyünü soruşmuş, xatırlamadığnı deyəndə kamera görüntülərini ona göstərmişlər. Sonra ifadəyə imza etmişdir. İbtidai istintqdakı ifadəsini düzüb qoşublar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxs kimi ona vurulan ziyanı könüllü şəkildə tamamilə ona ödəmiş və onunla barışıq əldə etmişlər. Onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir tələbi və şikayəti yoxdur. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Balakən rayonu Mahamalar kəndində qeydiyyatdadır, lakin ailəsi ilə birlikdə ünvan 7 ünvanında yaşayır. Əvvəllər məhkum olunmamış və psixi xəstəliklər keçirməmişdir. 2022-ci ilin sentyabr ayından hal-hazıradək Balakən şəhəri H.Əliyev prospekti-53 ünvanında yerləşən «Piramida» kafesini icarəyə götürərək işlədir. 24 fevral 2024-cü il tarixdə gecə saat 22 radələrində kafedə 100-ə qədər müştəri olmuşdur. Ətraf rayonlardan dəvət etdikləri 6 nəfər meyxanaçı da kafedə meyxana oxumuşdur. Həmin vaxt kafedəki barla üzbəüz yerləşən stolun arxasında X16 və Şahid5 ilə birlikdə əyləşib yemək yemişdir. Kafedə səs-küy çox olmuş, meyxanaçılar da meyxana oxumuşlar. 6 nömrəli divanda masanın arxasında Balakən rayon sakinləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şahid4 və ayağında aparatla gəzən, sonradan adının Şahid3 olduğunu öyrəndiyi şəxs olmuşdur. Başqa iki nəfər də tanımadığı şəxslər oturmuşlar. Əyləşdiyi masadan Təqsirləndirilən şəxs1 ayaga qalxıb əlindəki pivə qədəhini kassaya tərəf yerə vurub qırdığını görmüşdür. Səs-küydə və qarışıqlıqda nə olduğunu başa düşməmişdir. Sonradan bilmişdir ki, mübahisə Təqsirləndirilən şəxs1 ofisianta xırdalamaq üçün verdiyi pul üstündə düşmüşdür. Təqsirləndirilən şəxs1 kassada xırda pul olmadığına görə əsəbləşib dava salmışdır. İsrafilin əyləşdiyi masada həmin pivə qədəhi qırılandan sonra bir müddət sözsöhbət olmamış, ofisiantlar da gedib pivə qədəhinin qırıntılarını süpürüb götürmüşlər. Təqsirləndirilən şəxs1 ofisiant Zərərçəkmiş şəxs2 kassadan pul xırdalayıb gətirməsini tapşırdığını, xırda pul olmadıqda ofisiantı təhqir edib ona tərəf pivə qədəhini atdığını sonradan Zərərçəkmiş şəxs2 eşitmişdir. Bu hadisədən təxminən yarım saata yaxın vaxt keçdikdən sonra oturduğu yerdən kafenin qəlyançısı Zərərçəkmiş şəxs3 qarşıdakı stolun arxasında əyləşmiş Təqsirləndirilən şəxs1 yaxınlaşıb əl tutub görüşərək ona nəsə dediyini görmüşdür. Başa düşmüşdür ki, həmin masada narazılıq yaranıb. Ofisiant Zərərçəkmiş şəxs2 Şəmsəddinə yaxınlaşıb onu masadan uzaqlaşdırmış və bar tərəfə aparmışdır. Onun arxasınca da Təqsirləndirilən şəxs2 bar tərəfə, yəni kassa tərəfə getmişdir. Barın içərisində Təqsirləndirilən şəxs2lə Zərərçəkmiş şəxs3 dava etdiyini başa düşmüş, lakin oturduğu yerdən həmin davanı görməmişdir. Bu zaman Təqsirləndirilən şəxs1 də bar tərəfə gedib barın içinə tərəf pivə bokalını atmışdır. Bardan çıxıb Şəmsəddinlə Təqsirləndirilən şəxs2 dalaşmağa başlamışlar. O və orada olan digər şəxslər onları bir-birindən ayırmışlar. X1caqlayıb onu sakitləşdirmişlər. Təqsirləndirilən şəxs1 da uzaqdan ünvansız söyüşlər söymüşdür. Bu zaman Şəmsəddin də dartınaraq onu tutan şəxslərin əlindən çıxmağa çalışmış və İsrafilin söyüşünə qarşılıq verərək söyüşlə ona «gəl bura» demişdir. Bu zaman Şəmsəddini tutmuş şəxslər onunla danışıb sakitləşdirdikləri vaxt Təqsirləndirilən şəxs1 əlində şüşə butulka ilə yaxınlaşaraq Şəmsəddinin baş nahiyəsinə butulkanı vurmuşdur. Eyni zamanda da Təqsirləndirilən şəxs2 Şəmsəddinə tərəf yumruq atmışdır. Şəmsəddin Məhəmmədin üstünə hücum çəkib onunla süpürləşmiş, həmin vaxt Şəmsəddinin başından qan axmışdır. Bu zaman İsrafil divanın üstünə yıxıldığı yerdən durub Şəmsəddinə pivə fujerini vurmaq istəmişdir. Oradakı şəxslər İsrafili də kənarlaşdırmışlar. Təqsirləndirilən şəxs2 Şəmsəddinin əlindən qaçıb qurtarmağa çalışsa da, həmin vaxt bərk əsəbləşmiş Şəmsəddin ondan əl çəkməyərək, bir neçə dəqiqə ərzində onu qaçan yerdə belindən vurmuş, özü yıxılsa da Məhəmmədin ayağından tutub onu yıxdırmışdır. O və kafedəki şəxslər Şəmsəddinin Təqsirləndirilən şəxs2 zorla ayırıb kafedən çıxartdıqdan sonra Təqsirləndirilən şəxs1 ünvansız söyüşlər söyərək, kafedəki masaların üzərindəki qabqacağı və iki ədəd qəlyan aparatını sındırmış, qəlyan aparatlarından masaların üzərinə sərilmiş süfrələrə köz tökülərək süfrələr də yanıb yararsız hala düşmüş, nəticədə ona təxminən 400 manat məbləgində ziyan dəymişdir. Bir müddət sonra onun zənginə əsasən polis əməkdaşları gəlib İsrafıl Sayılovu və digərlərini aparmışlar. Hadisə təxminən ən azı 15 dəqiqə davam etmişdir. Hadisə vaxtı Zərərçəkmiş şəxs3la Təqsirləndirilən şəxs1 tutaşdıqlarını görmüşdür. Lakin adam çox olduğundan, qarışıqlıq olduğundan konkret olaraq kimin kimə vurduğunu ayırd edə bilməmişdir. Təqsirləndirilən şəxs1 hadisə vaxtı ucadan ünvansız nalayiq sözlər dediyini eşitmişdir. Kafedə ofisiant işləyən Zərərçəkmiş şəxs2 hadisə vaxtı gözündən xəsarət aldığını sonradan eşitmişdir. Hadisə vaxtı kafedə 100ə yaxın şəxs olmuşdur. Masaların hamısı dolu olmuşdur. Hətta yer olmadığına görə qayıdan müştərilər də olmuşdur. X16 və Şahid5 adlı rayon sakinləri onunla bir masada əyləşmişdilər. Şəkidən gəlmiş adlarını bilmədiyi 6 nəfər meyxanaçı da hadisə vaxtı kafedə olmuşdur. Hazırda adlarını xatırlamadığı tanıdığı və tanımadığı başqa müştərilər də çox olmuşdur. Hadisə vaxtı Türkiyənin “Paşabahçe” firmasının istehsalı olan, 1 ay əvvəl 3 (üç) manata aldığı 01 (bir) ədəd meyvə şirəsi stəkanı, 2023-cü ilin sentyabr ayında aldığı, Türkiyənin “Boss” firmasının “E-29” markalı, hər biri 150 manat dəyərində olan 02 (iki) ədəd qəlyan aparatları, Türkiyənin “Paşabahçe” firmasının istehsalı olan, 1 ay əvvəl 8 (səkkiz) manata aldığı 01 (bir) ədəd aş dövrəsi, Türkiyənin “Paşabahçe” firmasının istehsalı olan, 1 ay əvvəl hər birini 1 (bir) manat 50 (əlli) qəpiyə aldığı 02 (iki) ədəd sadə boşqablar, Belçikanın “Hoegaarden” firmasının istehsalı olan 0,5 ml. ölçüdə 01 (bir) ədəd, 10 manat dəyərində pivə fujeri, Azərbaycanın “Xırdalan” firmasının istehsalı olan 0,4 ml. ölçüdə 06 (altı) ədəd, hər biri 3 (üç) manat dəyərində pivə qədəhləri qırılaraq və Azərbaycan istehsalı olan 145X160 sm. ölçüdə olan hər biri 17 (on yeddi) manat 50 (əlli) qəpiyə olan 02 (iki) ədəd stol süfrələri yanaraq sıradan çıxmışdır. Sınmış 01 ədəd saxsı fincan köhnə olduğundan onun bir dəyəri olmamışdır. Ümumilikdə ona təxminən 377 manat maddi ziyan dəymişdir. Hadisə vaxtı onu heç kim vurmamış və xəsarət almamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 24 fevral 2024-cü il tarixdə saat 21.30 radələrində toydan işlədiyi “Piramida” kafesinə gəlmişdir. Məhəməli belə bir hadisənin baş verdiyini ona demişdir. O da İsrafilgilin stoluna yaxınlaşmışdır. Butılkanın ona dəydiyini görməmişdir. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq etmir. O, həmin vaxt xəsarət almışdır, lakin harada aldığını bilmir. Ayaqyolunda yıxılandan sonra başında qan olduğunu görmüşdür. Həmin vaxt davası olmuşdur. Deyilənlərə görə barəsində cinayət işi vardır. Təqsirləndirilən şəxs1 ona qarşı heç nə etməmişdir. Əvvəllər İsrafillə tanışlıqları olmuşdur, həmin vaxi İsrafilin söyş söyməsini eşitməmişdir. Onu ibtidai istintaqda müstəntiqlər Şahid6 və Mətanət Həşimova dindirmişlər. Onu iki gün polis şöbəsində saxlamışlar. Oradan çıxmaq üçün ibtidai istintaqda verdiyi ifadəsinə imza etmişdir. Şahid6 ona təzyiq etmiş, Mətanət Həşimova isə ona təzyiq etməmişdir. O, zərərçəkmiş şəxs olduğu halda iki gün polis şöbəsində saxlanılmışdır. Şahid6 onu otağına çağırmış və Mətanətin dediyini yazmasını bildirmişdir. O, ilk dəfə polis şöbəsində olmuşdur. Natiqdən prokurorluğa şikayət etmişdir. O, İsrafilin onu butılka ilə vurduğunu görməmiş və hiss etməmişdir. Təqsirləndirilən şəxs2lə aralarında münaqişə olduğundan Təqsirləndirilən şəxs2 onu vurmuş, o da Məhəmmədi vurmuşdur. Onun məhkəmədə dedikləri daha doğrudur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxs kimi ona vurulan ziyanı könüllü şəkildə tamamilə ona ödəmiş və onunla barışıq əldə etmişlər. Onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir tələbi və şikayəti yoxdur. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Balakən rayonu Gərəkli kəndində valideynləri ilə birlikdə yaşayır. 2022-ci ilin sentyabr ayından Balakən şəhərində yerləşən “Piramida” kafesində qəlyan ustası işləyir. Əvvəllər məhkum olunmamış və psixi xəstəliklər keçirməmişdir. xx.xx.2024-cü il tarixdə Balakən şəhərində yerləşən “Piramida” kafesində meyxana gecəsi keçirilmişdir. Həmin gün kafe sahibindən icazə alaraq Zaqatala rayonunda yerləşən “Talaçay” şadlıq evində keçirilən Balakən rayonu Katex kənd sakini olan dostu Poladın toy mərasimində iştirak etmişdir. Əvvəldən kafe sahibi ona həmin gün kafedə meyxana gecəsi keçiriləcəyinə görə müştərilərin çox olacağını bildirərək, tez qayıtmağını xahiş etmişdir. Buna görə də saat 20:30 radələrində toy məclisindən çıxıb kafeyə qayıtmışdır. Toy məclisində spirtli içki də qəbul etmişdir. Gecə saat 21:10-da artıq kafedə olmuşdur. Kafeyə çatdıqda tanış meyxanaçılar onun haqqında qəzəl demişlər. Meyxanaçılara 5 manat da pul verib bir qədəh pivə götürüb kafe sahibinin yanında oturmuşdur. Bir müddət sonra qəlyan sifarişini götürmək üçün stollardan birinə yaxınlaşdıqda həmin yerdə gördüyü kafenin ofisiantı Zərərçəkmiş şəxs2 ona stollardan birinin arxasında əyləşmiş, sonradan adının Təqsirləndirilən şəxs1 olduğunu öyrəndiyi şəxsin özünü nalayiq sözlərlə təhqir etdiyini bildirmişdir. Məhəməlidən həmin şəxsin onu hansı səbəbdən söydüyünü soruşmamışdır. Həmin stola yaxınlaşıb məsələni aydınlaşdırmaq qərarına gəlmişdir. Fikirləşmişdir ki, bəlkə günah ofisiantdadır. Stola yaxınlaşıb orada əyləşən Təqsirləndirilən şəxs1lə və digər şəxslərlə əl tutub görüşmüşdür. Ümumi stola müraciət edərək “qardaş, ofisiantı söyən olub?” deyə soruşmuşdur. Təqsirləndirilən şəxs1 “bəli, mən söymüşəm”, demişdir. O da qayıdıb ona “ofisiantdır, çörək puluna işləyir, niyə görə söyürsən” deyə soruşduqda, İsrafil ona “yaxşı edirəm” demişdir. Həmin vaxt stolun arxasında əyləşmiş, sonradan adının Təqsirləndirilən şəxs2 olduğunu öyrəndiyi şəxs stoldan qalxaraq ona kobud şəkildə “yaxşı edib, sənə nə var?” demişdir. Həmin şəxsə İsrafili nəzərdə tutaraq, “mən onunla danışıram” demişdir. Onda o, İsrafilə “sən də içkilisən, mən də içkiliyəm, sabah arxayın danışarıq” demişdir. Həmin vaxt ofisiant Zərərçəkmiş şəxs2 yaxınlaşıb “ehtiyac yoxdur, lazım deyil” deyərək, onu kassaya tərəf aparmışdır. Bara çatdıqda şagirdinə müştərinin sifariş verdiyini deyərək, ona qəlyan hazırlamağını tapşırmışdır. Qəlyan ləvazimatları həmin yerdə barın içində olmuşdur. Bu zaman Təqsirləndirilən şəxs1la bir stol arxasında oturmuş Təqsirləndirilən şəxs2 arxasınca qışqırıb əlini uzadaraq, “ə, nə deyirdin sən” kimi bir söz işlədib, barın içində ona yumruq atmış, o da Məhəmmədi geri itələmişdir. İkinci dəfə Təqsirləndirilən şəxs2 yenə ona yumruq atdıqda həmin vaxtı orada olan ofisiant Zərərçəkmiş şəxs2 onu kənara itələmişdir. Üçüncü dəfəsində Təqsirləndirilən şəxs2 ucadan nalayiq söz deyərək, ona yumruq atdıqda itələyib barın içərisindən çıxarıb Məhəmmədə bir neçə yumruq vurmuşdur. Təqsirləndirilən şəxs2 ona yumruq vurduqda, o, üzünü tutaraq yumruğun dəyməsinə imkan verməmiş, lakin Təqsirləndirilən şəxs2 onu söydükdə artıq Məhəmmədin yumruqlarına cavab verməli olmuşdur. Kafenin sahibinin qardaşı Şahid2 və kafe sahibi ilə eyni stolda əyləşmiş Səyyad adlı şəxs onu Təqsirləndirilən şəxs2 ayırıb kənara çəkmişdir. Nicatgil onu kənara çəkdikdə, onlara “ məni söydü, ofisiantı söydü, buraxın bir baxım görüm nə məsələdir”, demişdir. Onlarla söhbət edən zaman, Şahid2 onu qucaqlayıb sakitləşdirərkən anidən haradan gəldiyini bilmədiyi Təqsirləndirilən şəxs1 ona yaxınlaşaraq əlindəki şüşə butulkanı Nicatın başının üzərindən onun başının sol tərəfinə vurmuş, bu zaman başından xəsarət almışdır. İsrafil butulkanı vuranda eyni vaxtda da Təqsirləndirilən şəxs2 yaxınlaşıb sağ göz nahiyəsinə yumruq vurmuşdur. Təqsirləndirilən şəxs2 qarşısında görmüş və yenidən yumruq atdığını gördükdə o da Məhəmmədi vurmağa başlamışdır. Həmin anda Təqsirləndirilən şəxs1 səndələyib yıxılmışdır. Təqsirləndirilən şəxs1 vurmamış, onu söydüyünə və üzünə yumruq vurduğuna görə Təqsirləndirilən şəxs2 vurmuşdur. Oradakı şəxslər onu Təqsirləndirilən şəxs2 ayırmışlar. Başından qan axmış, mətbəxə, ordan da ayaqyoluna keçmişdir. Ayaqyolundan çıxdıqdan sonra artıq polis əməkdaşları kafeyə gəlmişlər. Kafedə hadisənin təxminən 5-10 dəqiqə ərzində baş verdiyini hesab edir. Hadisə vaxtı Təqsirləndirilən şəxs1 onun baş nahiyəsinə şüşə butulka vuraraq başının sol tərəfinə xəsarət yetirmiş, Təqsirləndirilən şəxs2 isə sağ göz nahiyəsinə yumruq vuraraq xəsarət yetirmişdir. Hadisə vaxtı Təqsirləndirilən şəxs2 bokal ataraq ofisiant Zərərçəkmiş şəxs2 gözünə xəsarət yetirdiyini sonradan eşitmişdir. Başqa hər hansı bir şəxsin xəsarət alması barədə heç bir məlumatı yoxdur. Hadisə vaxtı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ucadan nalayiq söyüşlər söymüşlər. Hadisə vaxtı kafedə 100-ə yaxın adam olmuşdur. Konkret nə qədər adamın olduğunu deyə bilmir, lakin stolların hamısı dolu olmuşdur. Kafedə olan şəxslərdən demək olar ki çoxu tanışı olmuşdur. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində verdiyi əlavə ifadəsində Zərərçəkmiş şəxs3 göstərmişdir ki, hadisə baş verən günü o, özü də içkili olmuşdur. İsrafillə uzun danışmamaq üçün İsrafil ona sual verdiyi zaman başının unitaza dəyərək xəsarət aldığını bildirmişdir. Əslində isə İsrafilin ona şüşə butulka vurması nəticəsində başından xəsarət almışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, “Piramida” kafesində ofisiant işləmişdir. 24 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 onu çağırıb 20 manat verimş və xırdalamasını xahiş etmişdir. Həmin 20 manatı kassaya aparmış və kassada ona xırda olmadığını demişlər. 20 manatı İsrafilə qaytarmış, sonra başqa stola qulluq etməyə başlamışdır. Həmin vaxt bokal üstünə gəlmişdir. Polisdə ona qarşı heç bir fiziki və psixi təsir olmamışdır. Polisdə verdiyi ifadəsini təsdiq edir. Həmin vaxt xəsarət almamışdır. Sağ gözünə stəkanın qırıntısı dəymişdir. Belə ki, Təqsirləndirilən şəxs2 stəkanı atmışdır, bu kamerada görüntüsündə vardır. İsrafilin onun tərəfinə atdığı bokal sol ayağına sürtülüb getmişdir. Həmin vaxt o, kassaya pivə götürmək üçün gəlmişdir. Bokal əvvəl yerə, sonra isə ona dəymişdir. İsrafil ona qarşı hər hansı söyüş işlətməmiş, hər hansı hədə-qorxu gəlməmişdir. Bokal onun ayağına dəyəndə fiziki ağrı hiss etməmişdir. Fincanın kimin tərəfindən atıldığını görə bilməmiş, fincan qapının tininə dəyərək, qırığı gözünə dəymişdir. Ona qarşı heç nə olmamışdır. Onu ekspertizaya yollamışlar, amma ekspertin nə yazdığını bilmir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxs kimi ona vurulan ziyanı könüllü şəkildə tamamilə ona ödəmiş və onunla barışıq əldə etmişlər. Onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir tələbi və şikayəti yoxdur. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Balakən rayonu Sarıbulaq kəndində ailəsi ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmamış və psixi xəstəliklər keçirməmişdir. Təxminən 10 gün əvvəldən Balakən şəhərində yerləşən “Piramida” kafesində ofisiant işləyir. 24 fevral 2024-cü il trixdə təxminən gecə saat 22 radələrində kafedə işdə olduğu zaman sonradan adının Təqsirləndirilən şəxs1 olduğunu öyrəndiyi müştəri digər 5 nəfər tanımadığı müştərilərlə birlikdə eyni stolun arxasında əyləşmişdilər. Barmenin göstərişi ilə həmin stola ayrı-ayrı vaxtlarda 3 qədəh, 2 qədəh və 1 qədəh olmaqla cəmi 6 qədəh pivə aparmışdır. Bir müddət sonra Təqsirləndirilən şəxs1 onu stola çağıraraq 20 manatlıq kağız pulu uzadaraq, “bunu dörd dənə beşlik elə” demişdir. Həmin 20 manatı barmenə apararaq, müştərinin göndərdiyini bildirərək, pulu xırdalamağını xahiş etmişdir. Barmen ona xırda pulun olmadığını bildirdikdə, həmin 20 manat pulu aparıb Təqsirləndirilən şəxs1 qaytarmış və xırda pulun olmadığını ona bildirmişdir. Təqsirləndirilən şəxs1 pulu götürərək heç nə deməmişdir. Təxminən 10 dəqiqə keçdikdən sonra sifariş qəbul etmək üçün başqa bir stola yaxınlaşmışdır. Sifarişi qəbul edib barmenin yanına gələrkən Təqsirləndirilən şəxs1 əlini qaldıraraq, onu yanına çağırmışdır. O da İsrafilə əli ilə “gəlirəm” işarəsini edərək, dayanmayıb barmenə tərəf getmişdir. Barmenə yaxınlaşıb pivə qədəhlərini götürən zaman arxadan bir qədəh gəlib sol ayağına dəyib keçmişdir. Geri çevrildikdə həmin qədəhi atan şəxsin Təqsirləndirilən şəxs1 olduğunu görmüşdür. İsrafilin bu hərəkətindən əsəbləşib kənara çəkilib siqaret çəkməyə başlamışdır. Üstündən 20 dəqiqəyə yaxın vaxt keçdikdən sonra kafenin qəlyançısı Şəmsəddin ona yaxınlaşaraq, nə baş verdiyini soruşmuşdur. Şəmsəddinə hadisəni danışmış və Təqsirləndirilən şəxs1 onun ayağına qədəh vurduğunu bildirmişdir. Şəmsəddinin içkili olduğunu bilsəydi ona bu barədə deməzdi. Şəmsəddin onunla İsrafilin arasında yaranmış münaqişəni aydınlaşdırmaq üçün İsrafilgilin masasına tərəf getmək istədikdə kassir Ramin də ona əli ilə işarə edib getməməsi üçün nəsə demişdir. Musiqi səsindən Raminin Şəmsəddinə nə dediyini eşitməmişdir. O özü də Şəmsəddinə İsrafilgilin içkili olduğunu, onunla aralarında olan söhbətin o qədər vacib olmadığını, artıq hamının sakitləşdiyini, əgər onlara yaxınlaşsa dava düşəcəyini deyərək, İsrafilgilin yanına getməməyini ondan xahiş etmişdir. Lakin Şəmsəddin içkili olduğundan ona qulaq asmamışdır. Şəmsəddin Təqsirləndirilən şəxs1 yaxınlaşaraq bildiyi qədər, hansı səbəbdən onun ayağına qədəh vurduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs1 həmin anda Şəmsəddinə dediklərini eşitməmiş, lakin artıq münaqişənin yarandığını görüb, onlara yaxınlaşıb özünə görə söz-söhbət olmasın deyə Şəmsəddini kənara çəkib barın içərisinə aparmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs1 yanında əyləşmiş tanımadığı şəxslərdən biri, sonradan Təqsirləndirilən şəxs2 olduğunu öyrəndiyi şəxs onların arxasınca bara girərək, ucadan ünvansız söyüşlər söyərək, Şəmsəddinin üstünə hücum çəkib ona yumruq atmışdır. Şəmsəddin də həmin şəxsi qırağa itələmişdir. Həmin şəxs yenidən ucadan söyüşlər söyərək, yumruqla Şəmsəddinin üzərinə hücum çəkmiş, lakin bu zaman o, Məhəmmədi kənara itələmişdir. Buna baxmayaraq həmin şəxs ucadan ünvansız söyüşlər söyərək, üçüncü dəfə də Şəmsəddinin üstünə hücum çəkdikdə artıq Məhəmmədin öhdəsindən gələ bilməmiş və həmin şəxs Şəmsəddini vurmağa başlamışdır. Şəmsəddin də onu vurmuşdur. Şəmsəddini tutub saxlamış, sonra tuta bilməmiş, əlindən çıxıb Məhəmmədə hücum çəkmişdir. Davanın qızışdığını görüb özünü qorumaq üçün əvvəl pivə çəlləklərinin arasına girmiş, sonra oradan da çıxıb yavaşca kafenin mətbəxinə keçmişdir. Bir neçə dəqiqə mətbəxdə ləngidikdən sonra geri qayıtdıqda artıq kütləvi davanın baş verdiyini görmüşdür. Şəmsəddin yerdə olmuş, Təqsirləndirilən şəxs2lə dalaşmışdır. Oradakı şəxslər də onları birbirilərindən ayırmağa çalışmışlar. Təqsirləndirilən şəxs1 da kütləyə yaxınlaşaraq, deyəsən qədəhi kiməsə vurmağa çalışmışdır. Bir azdan, dava səngiyən vaxt oradakılardan biri saxsı fincanı həmin vaxt mətbəxin qapısının qarşısında dayanıb zala baxanda onun üzünə vurmuşdur. Fincanın dəyməsi nəticəsində sağ gözündən xəsarət almış və göz qapağından qan axmağa başlamışdır. Ona fincan vurub gözünə xəsarət yetirən şəxsin Təqsirləndirilən şəxs2 olduğunu sonradan bilmişdir. Fincan ona dəyən vaxt mətbəxin qapısının qarşısında və ümumiyyətlə həmin istiqamətdə ondan başqa heç kim olmamışdır. Təqsirləndirilən şəxs2 də həmin fincanı məhz ona atmışdır. Hadisə təxminən 20 dəqiqə davam etmişdir. Yuxarıda da qeyd etdiyi kimi, hadisə vaxtı Şəmsəddini Təqsirləndirilən şəxs1la eyni stolun arxasında əyləşmiş Təqsirləndirilən şəxs2 ucadan ünvansız söyüşlər söyərək barın içində vurduğunu görmüşdür. Sonradan da Şəmsəddinin yerdə Təqsirləndirilən şəxs2lə süpürləşərək, onu yumruqladığını görmüşdür. Eynəyinin qırılıb gözünə batacağından ehtiyat etdiyinə görə onlara yaxınlaşmamışdır. Hadisə vaxtı birinci dəfə Təqsirləndirilən şəxs1 onun sol ayağına tərəf pivə qədəhini vurmuşdur. Sonradan isə mətbəxdən qayıtdıqdan sonra, mətbəxin qapısının qarşısında dayanıb zala baxdığı zaman Təqsirləndirilən şəxs2 üzünə fincan vuraraq sağ gözünə xəsarət yetirmişdir. Hadisə vaxtı kafedə 100-ə yaxın şəxs olmuşdur. Stolların hamısı dolu olmuşdur. Hətta yer olmadığına görə qayıdan müştərilər də olmuşdur. O, ancaq iş yoldaşlarını tanıyır. Müştəriləri isə tanımır. Ətraf rayonlardan gəlmiş, adlarını bilmədiyi 6 nəfər meyxanaçı da hadisə vaxtı kafedə olmuşlar. Gözündən qan axdığına görə mətbəxdə gözü ilə məşğul olmuşdur. Həmin vaxt mətbəxə zaldan başından qan axa-axa Şəmsəddin də gəlmişdir. Şəmsəddindən də baş verdiyini soruşduqda başına nəsə vurduqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, bokal atma məsələsini görməmişdir. O, hadisə vaxtı içkili olmamışdır. Təqsirləndirilən şəxs1 kimisə vurduğunu görməmişdir. Zərərçəkmiş şəxs3 başında qan olduğunu polis şöbəsində görmüşdür. Təqsirləndirilən şəxs2 kimisə vurmasını görməmişdir. Həmin vaxtda kafedə çoxlu adamlar var idi. Ünvanlı və ünvansız söyüşlər söyülmüşdür. Amma kimin söyməsini görməmişdir. İbtidai istintaqda müstəntiq tərəfindən ona fiziki və psixi təsir göstərilməmişdir. İbtidai istintaqdakı ifadəsi düz deyildir. Məhkəmədə verdiyi ifadəsi doğrudur. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2022ci ilin sentyabr ayından etibarən Balakən şəhəri H.Əliyev prospektində yerləşən Zərərçəkmiş şəxs1 işlətdiyi Piramida adlı kafedə ofisiant, 2024-cü ilin yanvar ayından etibarən isə həmin kafedə kassir kimi işləyir. xx.xx.2024-cü il tarixdə Piramida adlı kafedə meyxana gecəsi adlı tədbir təşkil olunmuşdur. Həmin tədbir saat 20 radələrində başlamışdır. Həmin tədbirə digər rayonlardan 5-6 nəfər meyxana deyən şəxslər gəlmişlər. Həmçinin kafedə Balakən rayon sakinləri olan təxminən 100 nəfər müştəri qismində qruplar halında masalarda əyləşib, spirtli içkilər qəbul edib əylənmişlər. Təxminən saat 22 radələrində sonradan adının Təqsirləndirilən şəxs1 olduğunu öyrəndiyi şəxs ofisiant işləyən Zərərçəkmiş şəxs2lə 20 manatlıq pul əskinasını ona göndərib, həmin 20 manatı 4 ədəd 5 manatlıq əskinaslar formasında xırda etməyini bildirmişdir. Zərərçəkmiş şəxs2 həmin vaxt xırda pulun olmadığını, bir müddət sonra xırda pul olduqda verə biləcəyini demişdir. Bir az keçmiş İsrafil yaxınlaşaraq ofisiantla ona 20 manat pul göndərdiyini, hansı səbəbə həmin pulu xırda etmədiyini soruşmuşdur. O da kassada olan pulu çıxarıb İsrafilə göstərərək, xırda olmadığını demişdir. İsrafil nalayiq ifadələr işlədərək ona hörmətsizlik etdiyini bildirmiş, həmçinin ona “səninlə görüşərik” deyərək qayıdıb yenidən öz masasında əyləşmişdir. Bir az keçmiş İsrafil masada olan 01 ədəd pivə bakalını kassaya tərəf atmışdır. Bu zaman ofisiant Zərərçəkmiş şəxs2 kassaya söykənərək, onunla danışmışdır. Məhəməli ona İsrafilin bokalı özünə atdığını demişdir. Lakin həmin vaxt pivə bakalının kiməsə dəyib dəymədiyini görməmişdir. İsrafil bu zaman ucadan ünvansız söyüş söymüşdür. Ofisiantlar sınmış bokalları yerdən təmizləmişlər. Bir neçə dəqiqə sonra İsrafil əl edib onu masaya çağırmışdır. Masaya yaxınlaşdıqda İsrafil ondan yenə nəyə görə pulu xırdalamadığını soruşmuşdur. İsrafillə mülayim danışaraq kassada xırda pulun olmadığını desə də, heç cür başa düşmək istəməmişdir. Axırda İsrafilin masanın üzərindəki pivə bokalını əlinə götürüb geri masaya vurduğunu gördükdə, söz-söhbətin artmasından ehtiyat edərək geri çəkilib kassaya tərəf getmişdir. Bu hadisədən təxminən 20 dəqiqə keçəndən sonra ofisiantlardan biri ona Zərərçəkmiş şəxs2 kafedə qəlyançı işləyən Şəmsəddinə Təqsirləndirilən şəxs1 şikayət etdiyini bildirdikdə, Şəmsəddinin İsrafilgilə yanaşacağından ehtiyat edərək, onu yanına çağırıb onların masasına yaxınlaşmamağını xahiş etmişdir. Hətta Şəmsəddinə özünün də həmin masaya yaxınlaşdığını, lakin masada əyləşənlər sərxoş olduğundan onlara söz başa sala bilmədiyini demişdir. Həmin vaxt yan masadakı müştərilər Şəmsəddini qəlyan sifariş vermək üçün çağırmışlar. Onların sifarişini qəbul edəndən sonra Şəmsəddinin İsrafilin masasına yanaşdığını görmüşdür. Şəmsəddin İsrafilin yanına getdikdə hansı səbəbə söyüş söydüyünü soruşmuş, bu zaman İsrafil yenidən nalayiq ifadə işlədərək yaxşı etdiyini bildirmiş, Şəmsəddin isə İsrafilə içkili olduğunu deyərək, bu məsələni ayıq başla həll etməyi təklif etsə də, İsrafil anidən qızışaraq Şəmsəddini itələmiş və ona qarşı da nalayiq ifadə işlətmişdir. Kassada durduğu yerdə musiqi səsindən Şəmsəddinlə İsrafilin arasında baş vermiş söhbəti eşitməmiş, bu söhbət barədə ona sonradan Şəmsəddin bildirmişdir. Həm Şəmsəddin, həm də İsrafil sərxoş olduqlarından aralarında münaqişə baş verəcəyini başa düşüb, ofisiant Məhəməlini «başqa zakaz var» bəhanəsi ilə Şəmsəddinin arxasınca göndərmişdir. Məhəməli Şəmsəddini kassa tərəf dartıb gətirmişdir. İsrafillə bir masada əyləşmiş Təqsirləndirilən şəxs2 Şəmsəddinin arxasınca bara getdiyini görüb, onu bara girməməsi üçün çağırmış, lakin Məhəmməd onun sözünə məhəl qoymayaraq, barın içinə girmişdir. Şəmsəddin kassanın da yerləşdiyi, onun olduğu barın içində qəlyan hazırlamağa başlayarkən Təqsirləndirilən şəxs2 bara daxil olub Şəmsəddinə yumruqlar atmışdır. Həmin vaxt Məhəməli də Kaltayevə mane olmağa çalışmışdır. Kaltayev ucadan söyüb yumruq atdıqda Şəmsəddin onu yumruqlayıb bardan çıxartmışdır. Bardan çıxdıqdan sonra da Şəmsəddin Məhəmmədin belinə yumruqlar vurmuş və kafedəki şəxslər onları ayırmışlar. X13 tutub saxlamışlar. Bu zaman İsrafil ünvansız söyüş söydükdə, Şəmsəddin də ağır söyüş söymüşdür. Bu zaman İsrafil Şəmsəddinə yaxınlaşıb əlindəki şüşə butulkanı onun başına vurmuşdur. Həmin vaxt X11 əlindən çıxıb, orada olan Təqsirləndirilən şəxs2 üstünə hücum çəkib onu yumruqlamağa başlamışdır. O və kafedəki şəxslər Şəmsəddini Məhəmmədən ayırmağa çalışmışlar. Həmin vaxt Şəmsəddinin başından qan axmışdır. Şəmsəddini Məhəmməddən zorla ayırıb zaldan çıxarmışlar. Daha sonra isə hər kəs sakitləşib kənarda dayansa da Təqsirləndirilən şəxs1 ucadan ünvansız nalayiq sözlər deyərək, masalarda olan boşqabları, qəlyan aparatlarını, pivə bakallarını və digər qabları döşəməyə ataraq sındırmışdır. Bu zaman İsrafil həddindən artıq sərxoş olduğu üçün ona yaxınlşaraq heç kim heç nə deməmişdir. Bir müddət sonra isə o, kafenin həyətinə düşmüş və az sonra polis əməkdaşlarının kafeyə gəldiklərini görmüşdür. Mübahisənin yaranma səbəbi ifadəsində də qeyd etdiyi kimi Təqsirləndirilən şəxs1 pul xırdalamaq üstündə onunla və Məhəməli ilə əsassız mübahisə etməsi, sonradan həmin hadisənin üstündən təxminən 20 dəqiqə keçdikdən və ara sakitləşdikdən sonra onun dəfələrlə getməməsini bildirməyinə baxmayaraq,Şəmsəddinin İsrafilgilin masasına yaxınlaşaraq onlarla danışması olmuşdur. O, ofisiant işləyən Məhəməli və qəlyançı Şəmsəddindən başqa da ifadəsində bildirdiyi kimi kafedə 100-ə qədər şəxs musiqiyə qulaq asaraq istirahət etmişdir. Lakin İsrafil bunu heçə sayaraq, öz istədiyi və bildiyi hərəkətləri etmişdir. Kafedə baş vermiş mübahisə və davada Şəmsəddin, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 olmuşlar. Həmçinin onunla birlikdə tanımadığı bir neçə şəxs də Şəmsəddin və İsrafil arasında, Şəmsəddinlə Məhəmməd arasında baş vermiş dava -dalaşa müdaxilə etsə də, onların kim olmalarını dəqiq bilməmişdir. Baş vermiş mübahisə və dava təxminən 15-20 dəqiqə müddətində davam etmişdir. Baş vermiş dava zamanı Təqsirləndirilən şəxs2 ofisant Zərərçəkmiş şəxs2 pivə bakalı ataraq və ya fincan ataraq vurmasını sonradan bilmişdir. İsrafilin isə Şəmsəddinin başına butulka vurmasını həmin vaxt görmüşdür. Bundan başqa da konkret olaraq kimin kimə vuraraq xəsarət yetirməsini görməmiş, sonradan da eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, həmin gün saat 20 olmuş, «Piramida» kafesində meyxana məclisi təşkil olunmuşdur. Kafedə qarışıqlıq düşmüş, Şəmsəddin adamları sakitləşdirməyə çalışmışdır. O, həmin vaxt içkili olmamış, İsrafilgilin stolundan bir stol aralıda olmuşdur. İsrafilin Şəmsəddini butılka ilə vurmasını görməmişdir. Həmin kafedə 100-ə yaxın adam olmuşdur. Onun burada verdiyi ifadəsi daha doğrudur. İsrafili tanımamış, indi burada görüb tanımışdır. İbtidai istintaqda verdiyi ifadəsini oxumamışdır. Lakin həmin ifadədəki imza ona məxsusdur. İbtidai istintaqda kamera görüntüləri qoymuşlar, o da həmin görüntülərə baxıb onları təsdiq edən ifadə vermişdir. İlk dəfə polisdə ifadə vermişdir və ona görə də ifadə verməklə bağlı anlayışı olmamışdır. Müstəntiq ifadəsini yazmış, o da inanıb imza etmişdir. O, ibtidai istintqda elə deməmiş, polis şöbəsində onu yönləndirmişlər. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Balakən şəhəri H.Əliyev prospektində yerləşən qardaşı Zərərçəkmiş şəxs1 işlətdiyi Piramida adlı kafedə meyxana gecəsi adlı tədbir təşkil olunmuşdur. Həmin tədbir saat 20 radələrində başlamışdır.Tədbirə digər rayonlardan 5-6 nəfər meyxana deyənlər gəlmişdir. Həmçinin kafedə Balakən rayon sakinləri olan təxminən 100 nəfər müştəri qismində qruplar halında masalarda əyləşib, spirtli içkilər qəbul etmişlər. Təxminən saat 21:30 radələrində kafedə müştəri qismində əyləşmiş, sonradan adının Təqsirləndirilən şəxs1 olaraq bildiyi şəxsin ofisiant işləyən Məhəməli adlı şəxslə uca səslə danışıb söyüş söyüb nə isə mübahisə etdiyini və həmin vaxt İsrafilin pivə bakalını ataraq yerə vurduğunu görmüşdür. Həmin vaxt bir müddət sakitçilik olsa da, təxminən saat 22 radələrində kafedə qəlyançı işləyən Şəmsəddin İsrafilin əyləşdiyi masaya yaxınlaşdıqdan sonra onların arasında mübahisə yenidən başlamışdır. Bu zaman Şəmsəddin İsrafil adlı şəxsdən uzaqlaşıb kənara getsə də, İsrafil Şəmsəddinin ünvanına ucadan söyüşlər söyməyə başlamışdır. Bir müddət sonra bir də baxdıqda Şəmsəddinin barın içindən çıxaraq Kaltayevi yumruqladığını görmüşdür. Orada olan şəxslərlə birlikdə Şəmsəddini Məhəmməddən aralamışdır. Daha sonra kafeyə müştəri qismində gəlmiş Səyyadla birlikdə Şəmsəddini kafenin pəncərəsinin qarşısında tutub saxlayaraq sakitləşdirmişlər ki, dava etməsin. Şəmsəddin də Təqsirləndirilən şəxs1 söyməsinə qarşılıq verərək söymüşdür. İsrafil də Şəmsəddinin ünvanına ağır ifadələr işlətmişdir. Bundan sonra isə İsrafil qəflətən yaxınlaşaraq, əlindəki şüşə butulka ilə Şəmsəddinin baş nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Bu zaman Şəmsəddin özünü itirmiş və qarışıqlıq yaranmışdır. Elə həmin vaxt İsrafil masanın üzərinə yıxılmışdır. Həmçinin orada olan Təqsirləndirilən şəxs2 yumruğunu sıxaraq vurmaq üçün Şəmsəddinin üzərinə gəldiyindən Şəmsəddin onun üstünə gedərək, onu yumruq və təpiklə vurmuşdur. Bu zaman Təqsirləndirilən şəxs2 yerə yıxılmışdır. Bir müddət qarışıqlıq yaransa da onları sakitləşdirib kənara aparmışlar. Həmçinin Təqsirləndirilən şəxs2 əlinə götürdüyü fincanı ofisiant Zərərçəkmiş şəxs2 dayandığı mətbəxin qapısına tərəf atmışdır. Daha sonra hamını sakitləşdirsələr də, Təqsirləndirilən şəxs1 sakitləşdirmək mümkün olmamışdır. Çünki Təqsirləndirilən şəxs1 kafenin ortasında dayanıb masaların üzərini dağıdaraq ucadan kafedə olan hər hər kəsin ünvanına nalayiq söyüşlər söymüşdür. Çünki İsrafil «hamınızı belə-belə edərəm» deyərək, onlara hədə gəlmişdir. Həmçinin əlini sinəsinə vuraraq lazım gəlsə kafeni dağıdacağını, heç nədən qorxmadığını, lazım gəlsə “sroka” belə gedə biləcəyini demişdir. Bunun üçün də orada olan şəxslərdən heç kim İsrafilə yaxınlaşaraq bir söz deməmişdir. Çünki İsrafil masaların üzərində olan bakalları və boşqabları hara gəldi atmışdır. Həmin qabların da kiməsə dəyərək xəsarət yetirmə ehtimalı olduğundan orada olan şəxslər ondan çəkinərək yaxınlığına getməmişlər. Bunu görüb kafedən çıxaraq həyətə getmişdir. Daha sonra isə nə baş verdiyini bilməmişdir. Baş vermiş mübahisə və dava təxminən 15-20 dəqiqə müddətində davam etmişdir. Baş vermiş dava zamanı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 şüşə butulka ilə vurmasını görmüşdür. Başqa da Şəmsəddinin Məhəmmədə yumruqlarla zərbələr vurmasını, həmçinin Məhəmmədin atdığı fincanın Zərərçəkmiş şəxs2 dəyməsini görmüş, başqa da konkret olaraq kimin kimə vuraraq xəsarət yetirdiyini görməmişdir. Baş vermiş dava zamanı hər hansı bir xəsarət almamışdır. Sadəcə olaraq Şəmsəddini sakitləşdirib kənara aparmaq istəmişdir. Bunu etsə də İsrafil Şəmsəddinə vurduqdan sonra Şəmsəddin özünü itirmiş və onlara hücum edərək İsrafil və Məhəmmədi vurmağa başlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 24 fevral 2024-cü il tarixdə o, işdən evə gəlmiş, bu zaman Təqsirləndirilən şəxs1 ona zəng edib «Piramida» kafesinə meyxana deyənlərin gəldiyini demiş, o da həmin kafeyə getmişdir. Kafedə İsrafil xırdalamaq üçün 20 manat vermiş, lakin həmin 20 manatı xırdalamamışlar. İsrafilin əlindəki bokal yerə düşmüş, ofisant onu götürmüşdür. Sonra o, evə getmiş, bu zaman İsrafilin qardaşı Anar ona zəng edərək, İsrafili evə gətirməsini xahiş etmişdir. O, kafeyə geri qaydında İsrafilgilin pivə içdiyini görmüş, sonra ora polis əməkdaşları gəlmişlər. İbtidai istintaqda ona qarşı fiziki və psixi təsir göstərilməmişdir. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Hadisəni görməmiş, söyüş söyüldüyünü eşitməmişdir. İsrafil bokalı atmamış, bokala əli dəymiş, bokal da sürüşüb kassa tərəfə getmişdir. Pivə bokalı İsrafilin önündə olmuş, o, içkili olduğundan fikir verməmişdir. Təqsirləndirilən şəxs1 həmin vaxt kimisə söyməsini və kiməsə xəsarət yetirməsini görməmişdir. İbtidai istintaqda və məhkəmə istintaqında verdiyi ifadələri arasında ziddiyyətlə bağlı onu bildirir ki, içkili olduğundan hadisə çox da yadında qalmamışdır. İsrafil bokalı atmamışdır. Bokalın Zərərçəkmiş şəxs2 dəyməsini görməmiş və söyüş eşitməmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, ünvan 8 ünvanında ailəsi ilə birlikdə yaşayır. Balakən kərpic zavodunda fəhlə işləyir. Əvvəllər psixi xəstəliklər keçirməmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir, hazırda cəza çəkir. Dostu və uzaq qohumu olan Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə işdən çıxdıqdan sonra axşam saat təxminən 20:05 radələrində ona zəng edərək, Balakən şəhərindəki “Piramida” kafesində axşam meyxana olacağını bildirərək, onu dəvət etmişdir. Zəngdən təxminən 40- 45 dəqiqə sonra, axşam saat 21 radələrində “Piramida” kafesinə getmişdir. Kafeyə çatdıqda Təqsirləndirilən şəxs1, “Maqa” ləqəbli Təqsirləndirilən şəxs2 və Şahid4 bir masanın arxasında əyləşib pivə içmişlər. Onlardan başqa tanımadığı iki nəfər şəxs də həmin masanın arxasında əyləşmişlər. O da həmin masanın arxasında oturub pivə sifariş etmişdir. Təqsirləndirilən şəxs1 20 manatlıq kağız pulu masaya yaxınlaşmış ofisianta verərək, 4 ədəd 5 manatlıq pula xırdalayıb gətirməsini bildirmişdir. Ofisiant kassaya yaxınlaşıb geri qayıdaraq xırda pulun olmadığını deyərək, 20 manatı İsrafilə qaytarmışdır. İsrafil ofisianta nəsə demiş, lakin həmin vaxt kafedə musiqi səsi olduğundan onların nə danışdıqlarını eşitməmişdir. Ofisiant heç nə deməyərək çıxıb getmişdir. Bir neçə dəqiqə sonra İsrafil özü pulu xırdalamaq üçün kassaya getmiş və geri əsəbi qayıtmışdır. Kassirin ondan “pivənin pulunu kim verəcək?” soruşduğunu bildirmişdir. X18 narahat olmamağını, pulu özünün verəcəyini demişdir. Məhəmməd yerindən durub kassaya yaxınlaşıb pivənin pulunu özünün verəcəyini deyib geri qayıtmışdır. İsrafil kassada işləyən qarayanız oğlana əsəbləşdiyinə görə yerindən qalxıb masanın üzərindən bir ədəd pivə qədəhini götürüb kassaya tərəf atmış və kassirə tərəf getmişdir. Bu zaman kassadan aralanıb masaya yaxınlaşan Təqsirləndirilən şəxs2 İsrafili tutub saxlamış və geri oturtmuşdur. İsrafil kassiri çağırdıqda kassada işləyən oğlan masaya yaxınlaşmışdır. İsrafil kassirdən nəyə görə 20 manatı xırdalamadığını soruşmuş, kassir də ona kassada xırda pulun olmadığını demişdir. İsrafil həmçinin meyxanaçılara pul verdiyini, buna baxmayaraq Balakənə aid bir dənə də olsun meyxana oxumadıqlarından da narazılıq etmiş və əsəbləşib söyüş söyərək, masanın üzərindəki pivə qədəhini götürüb geri masaya vurub ayağa qalxmışdır. Qədəhin içərisindəki pivə masaya dağılmışdır. Bunu görən kassir geri kassaya getmişdir. O, salfetka götürüb masanı təmizləmişdir. Təqsirləndirilən şəxs2 İsrafilin yanında oturub onu sakitləşdirmişdir. Azadlığın məhdudlaşdırılması növündə cəza çəkdiyinə görə hər gecə saat 23-də evdə olmalıdır. Buna görə də İsrafilgillə sağollaşıb kafedən düşüb piyada evə doğru getmişdir. Köhnə “Nərmin” şadlıq sarayının qarşısında taksi görüb taksiyə minmiş və evə aparmağını xahiş etmişdir. Evə çataçatda Təqsirləndirilən şəxs1 qardaşı Anar ona zəng edərək, İsrafillə bir yerdə olubolmadığını soruşmuşdur. Ona İsrafillə birlikdə olduğunu, lakin ondan ayrıldığını və artıq evə çatmaq üzrə olduğunu bildirmişdir. Anara taksidə olduğunu bildirmişdir. Anar ona İsrafilin çox içkili olduğunu deyərək, onu taksi ilə evə gətirməyini xahiş etmişdir. Həmin taksi ilə geri “Piramidla” kafesinə getmişdir. Sürücüdən onu gözləməyini xahiş edərək, kafenin ikinci mərtəbəsinə qalxmışdır. Kafedə hər yerin dağınıq olduğunu, qırılmış əşyaların yerə səpələndiyini görmüşdür. Təqsirləndirilən şəxs1 onların oturduqları stolun arxasında deyil, başqa stolun arxasında əyləşmişdir. Stoldan bir qədər kənarda Təqsirləndirilən şəxs2 dayanmışdır. Əvvəldən İsrafillə bir stolun arxasında gördüyü digər 3 nəfər şəxs isə başqa bir stolun arxasında oturub pivə içmişlər. İsrafilə yaxınlaşıb qardaşı Anarın zəng etdiyini bildirib, taksi ilə evə getməyini təklif etmişdir. Bu zaman polis əməkdaşları yaxınlaşaraq, Təqsirləndirilən şəxs1 polis şöbəsinə aparmışlar. Hadisə barədə başqa heç bir şey bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə “Piramida” kafesində İsrafillə bir yerdə oturmuşlar. Həmin vaxt çox içkili olmuşdur. İçkili olduğundant kafedə baş verənləri xatırlamır. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Balakən şəhəri H.Əliyev prospektində yerləşən Zərərçəkmiş şəxs1 işlətdiyi Piramida adlı kafedə meyxana gecəsi adlı tədbir təşkil olunmuşdur. Bundan məlumatı olduğu üçün əylənmək məqsədi ilə təxminən saat 21 radələrində həmin kafeyə getmişdir. Kafeyə getdikdə rayon sakinləri kimi tanıdığı və normal münasibəti olan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Ramazan və Ələddin adlı şəxslər əyləşən masada əyləşmişdir. Bir müddət həmin masada əyləşib spirtli içki olan pivə içdikdən sonra Təqsirləndirilən şəxs1 oturduqları masaya yaxınlaşmış, sonradan adının Məhəməli olaraq bildiyi ofisiantla mübahisə etdiyini görmüşdür. 2018-ci ildə ağır beyin əməliyyatı keçirdiyindən həmin vaxtdan sonra eşitmə və görmə qabiliyyəti əhəmiyyətli dərəcədə zəifləmişdir. Həm zəif eşitdiyindən, həm də musiqi səsi olduğundan İsrafillə Məhəməlinin hansı səbəbə mübahisə etdiklərini bilməmişdir. Elə həmin mübahisə vaxtı İsrafil masada olan pivə bakalını götürüb yerə vurmaqla sındırmışdır. Bir müddət sakitlik olsa da, sonradan həmin kafedə işləyən kimi tanıdığı Şəmsəddin adlı şəxs də onların masasına yaxınlaşmış və İsrafil ilə nə barədəsə söhbət eləmişlər. Lakin nə danışdıqlarını bilməmişdir. Həmin vaxt yenidən İsrafil əsəbiləşərək ayağa qalxmış və ünvansız olaraq ucadan söyüş söyməyə başlamışdır. Şəmsəddinin İsrafilə nə dediyini anlamamışdır. Bu zaman tanımadığı şəxslər Şəmsəddini İsrafilin yaxınlığından aralayaraq bar tərəfə aparmışlar. Onların arxasınca da Təqsirləndirilən şəxs2 bara getmişdir. Bundan sonra İsrafil də Şəmsəddin olan tərəfə getmişdir. Həmin yerdə qarışıqlıq yaranmışdır. Tam olaraq nə baş verdiyini görməmişdir. Elə həmin vaxt dava-dalaş zamanı Şəmsəddinin başının sol hissəsindən qan axdığını görmüşdür. İsrafilin masanın yanındakı oturacağa tərəf yıxıldığını və yenidən nə isə qarışıqlıq yarandığını da xatırlayır. Həm də İsrafili sakitləşdirməyə çalışdığını xatırlayır, lakin İsrafil sərxoş olduğundan onu sakitləşdirə bilməmişdir. Həmçinin kiminsə kimisə vurmasını bilməmişdir. Bir müddət sonra isə polis əməkdaşları kafeyə gəlmişlər. O da kafedən çıxıb oradan uzaqlaşaraq yaşadığı evə getmişdir. Baş vermiş mübahisə və dava təxminən 20 dəqiqə müddətində davam etmişdir. Baş vermiş dava zamanı konkret olaraq kimlərin birbirini vuraraq xəsarət yetirmələrini görməmişdir. Təqsirləndirilən şəxs1 yıxılı vəziyyətdə olduğunu, Şəmsəddinin başında qan olduğunu görmüşdür. Lakin həmin xəsarəti necə almasını dəqiq bilməmişdir. Səhhəti ilə əlaqədar olaraq hadisə vaxtı baş verənləri tam olaraq xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, İsrafili tanımamış, 24 fevral 2024-cü il tarixdə «Piramida» kafesində ilk dəfə görmüşdür. Zərərçəkmiş şəxs3 kafedən tanıyır. Həmin vaxt Şəmsəddin kafedə pəncərinin yanında olanda İsrafilin şüşə ilə ona tərəf getdiyini görmüşdür. O, İsrafilin qarşısını ala bilməmiş, bu zaman eynəyi düşüb sınmışdır. O, həmin vaxt içkili olmamışdır. İbtidai istintaqda verdiyi ifadəsini oxumuş və imzalamışdır. Təqsirləndirilən şəxs2 Şəmsəddinlə tutaşanda görmüş, lakin vuranda görməmişdir. İsrafilin kimisə vurduğunu görməmişdir. Polis şöbəsində ona fiziki və psixi təsir olmamışdır. İsrafilin Şəmsəddinin başına butılka vurduğunu görməmiş, lakin əlində butılka Şəmsəddinə tərəf getdiyini görmüşdür. İsrafilin Şəmsəddini vurduğunu kamerada görmüşdür. Məhkəmədə verdiyi ifadəsi daha doğrudur. O, ibtidai istintaqda ifadəsini sözlə demiş, lakin müstəntiq elektron versiyada işləmişdir. O, ilk dəfə polis şöbəsində olduğu üçün oradan çıxmaq istəmiş, ona görə ifadəyə imza etmişdir. İbtidai istintaqda dedikləri ifadəsində yanlış yazılmış, ifadəsini oxumadan imzalamışdır. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 24 fevral 2024-cü il tarixdə axşam radələrində Balakən şəhərində yerləşən “Piramida” adlı kefedə keçirilən “meyxana gecəsi” adlanan tədbirdə iştirak etmək üçün həmin kafeyə getmişdir. Saat təxminən 22 radələrində sonradan adının İsrafil olduğunu öyrəndiyi şəxsin kafenin işçisi olan Şəmsəddin adlı şəxslə mübahisə etdiyini, sonradan adının Məhəmməd olduğunu öyrəndiyi şəxsin də Şəmsəddinin arxasınca bara girdiyini görmüşdür. Həmin vaxt barın yaxınlığında olduğundan barın içərisinə girən yerdə onların tutaşdıqlarını görüb ayırmaq üçün ora yaxınlaşmışdır. Yaxınlaşıb bir neçə saniyə ərzində onları sakitləşdirməyə çalışsa da, Şəmsəddin Məhəmməd adlı şəxsi yumruqlayaraq bardan çıxartmışdır. Kafe sahibinin qardaşı Nicatla birlikdə həmin vaxt Şəmsəddini tutaraq onu dalaşmağa qoymamış və sakitləşdirməyə çalışmışlar. Bir neçə dəqiqə sonra o, Şəmsəddini buraxıb aralanmışdır, Nicat isə Şəmsəddini tutmuşdur. Bu zaman İsrafilin əlində butulka ilə Şəmsəddinin dayandığı yerə yaxınlaşdığını görüb onun qarşısını almağa cəhd etmiş, lakin buna nail ola bilməmişdir. İsrafil əlindəki şüşə butulkanı Şəmsəddinin başına vurmuşdur. Həmin vaxt Şəmsəddin Nicatın əlindən çıxıb ona tərəf gəlmiş Məhəmmədin üstünə hücum çəkib onu yumruqlamağa başlamışdır. O, Şəmsəddini Məhəmməddən aralamağa çalışsa da, bunu edə bilmədiyinə görə kənara çəkilmişdir. Bir müddət sonra kafedəki şəxslər Şəmsəddini Məhəmməddən aralayıb aparmışlar. Dava-dalaş zamanı itmiş eynəyini tapıb kafedən çıxmışdır. Sonradan baş verən hadisələri görməmişdir. X8 arasında mübahisə baş verdiyini görmüşdür. Əvvəldən ofisiantla İsrafil arasında baş vermiş mübahisəni görməmişdir. Kafedə dava təxminən 15-20 dəqiqə davam etmişdir. Hadisə vaxtı İsrafilin Zərərçəkmiş şəxs3 başına şüşə butulka vurduğunu görmüşdür. Sonradan da Şəmsəddinin Məhəmmədi yumruqladığını görmüşdür. Başqa kiminsə kiməsə xəsarət yetirdiyini görməmişdir. Səsküydən nalayiq ifadələrin işlənib-işlənmədiyini xatırlamır. Hadisə vaxtı kafedə təxminən 100ə yaxın adam olmuşdur. Konkret nə qədər adamın olduğunu deyə bilmir, lakin stolların hamısı dolu olmuşdur. Kafedə olan şəxslərdən kafenin sahibi Zərərçəkmiş şəxs1, onun qardaşı Nicatı tanıyır. Üzdən tanıdığı şəxslər də olmuşdur. Konkret adlarını deyə bilmir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Balakən RPŞ-nin İstintaq Bölməsinin rəisi vəzifəsində işləyir. Bu işlə bağlı polis şöbəsinə Zərərçəkmiş şəxs1 məlumat vermişdir. Hadisə ilə bağlı Bodurov X5 RPŞ-nin İstintaq Bölməsində şahid qismində dindirilmişdir. Polis şöbəsində nə tərəfindən, nə də digər polis əməkdaşları tərəfindən Zərərçəkmiş şəxs3 hər hansı fiziki və ya psixi təsir göstərilməmiş, ona qarşı heç bir qanunsuz hərəkətlər edilməmişdir. Bu işin ibtidai istintaqını müstəntiq Mətanət Həşimova aparmışdır. Zərərçəkmiş şəxs3 anasının ərizəsi əsasında Balakən rayon prokurorluğunda və Azərbaycan Respublikasının Baş Prokurorluğunda araşdırma aparılmış və cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 24 fevral 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, baxış Balakən şəhəri H.Əliyev prospekti-53 ünvanında yerləşən «Piramida» kafesinə 24 fevral 2024-cü il tarixdə saat 22:45-dən saat 23:55-dək olan müddət ərzində keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən olunmuşdur: pilləkənlərlə kafenin yerləşdiyi binanın ikinci mərtəbəsinə qalxdıqda sol tərəfdə açıq zal, pilləkənin sağında mətbəx və sanitar qovşağı yerləşir. Zala daxil olduqda sol tərəfdə soyuq içkilər üçün vitrin- soyuducu qoyulmuşdur, sağ tərəfdə, pilləkənlə üzbəüz isə bar yerləşir. Zalda masalar-stullar, divanlar qoyulmuşdur. Döşəmədə və masaların üzərində çoxsaylı qırılmış qablar, bokallar, stəkanlar və iki ədəd qırılmış qəlyan aparatı vardır. Döşəmənin üzərində qab-qacaq qırıntıları və qan ləkələri, həmçinin pivə və digər spirtli içkilər və ərzaqlar səpələnmişdir. Barın qarşısında yerdə qırılmış fincan və stəkan qırıntıları vardır. Kafenin icarədarı Zərərçəkmiş şəxs1 həmin gün saat 22 radələrində kafedə meyxana keçirilən zaman orada olan 100-dən çox müştərinin yanında Təqsirləndirilən şəxs1 pul xırdalamaq üstündə nahaqdan narazılıq yaradaraq, ucadan nalayiq sözlər deyib, pivə qədəhini vurub qırdığını, bir qədər onu sakitləşdirdiklərini, sonradan isə təxminən yarım saat keçdikdən sonra yenidən dava salaraq, kafenin qəlyançısı Zərərçəkmiş şəxs3 başına şüşə butulka vurub ona xəsarət yetirdiyini, həmçinin Təqsirləndirilən şəxs1lə birlikdə spirtli içki qəbul etmiş Təqsirləndirilən şəxs2 adlı şəxsin də dava saldığını və stəkanları qırdığını bildirmişdir. Zərərçəkmiş şəxs1 hadisə vaxtı kafenin ofisiantı Zərərçəkmiş şəxs2 də göz nahiyəsindən xəsarət aldığını, həmçinin Təqsirləndirilən şəxs1 sonradan da, yəni dava sakitləşdikdən sonra kafedə gəzərək, masaların üstündən qab-qacağı qırdığını bildirmişdir. Baş vermiş hadisə nəticəsində özünə 400 manata qədər ziyan dəydiyini də qeyd etmişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 6 nömrəli divan masanın arxasında Təqsirləndirilən şəxs2lə və 3 nəfər xatırlamadığı şəxslərlə birlikdə oturduqlarını qeyd edərək, həmin masanı göstərmişdir. Masanın üzəri dağılmamışdır, qabqacaq yerindədir. Kafenin müşahidə kameraları tərəfindən qeydə alınmış görüntülərin olduğu drayver qurğusu kafenin icarədarı Zərərçəkmiş şəxs1 tərəfindən təqdim olunaraq götürülmüşdür. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək başqa heç bir alət, predmet aşkarlanaraq götürülməmişdir. Baxış zamanı tərtib edilmiş protokol ucadan oxunmuşdur, əlavə hər hansı şikayət və vəsatət daxil olmamışdır, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Baxış zamanı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. İş materiallarında olan 25 fevral 2024-cü il tarixli hadisə yerinə əlavə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, əlavə baxış Balakən şəhəri H.Əliyev prospekti-53 ünvanında yerləşən «Piramida» kafesinə 25 fevral 2024-cü il tarixdə saat 09:15-dən saat 09:50-dək olan müddət ərzində keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən olunmuşdur: «Piramida» kafesinin yerləşdiyi binanın ikinci mərtəbəsinə qalxdıqda sol tərəfdə açıq zal, pilləkənlə üzbəüz bar, sağ tərəfdə zalla üzbəüz isə mətbəx və sanitar qovşağı yerləşir. Döşəmədə və masaların üzərində sınmış qab-qacaq qırıntıları, döşəmədə iki ədəd qırılmış qəlyan aparatı vardır. Qəlyan aparatlarının içərisindən köz tökülməsi nəticəsində 02 ədəd masa süfrələri yararsız hala düşmüşdür. Mətbəx qapısının qarşısında döşəməyə sınmış ağ rəngli saxsı fincanın qırıntıları səpələnmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 həmin qırıntıları göstərərək, hadisə vaxtı mətbəxin qapısının qarşısında dayanıb zala baxdığı zaman zal istiqamətindən həmin fincanın ona atıldığını və fincanın dəyməsi nəticəsində gözündən xəsarət aldığını və pilləkənlə üzbəüz istiqamətdə yerləşən barı göstərərək, həmin yerdə Zərərçəkmiş şəxs3la Təqsirləndirilən şəxs2 adlı şəxslərin dalaşdıqlarını bildirmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs3 masalardan birini göstərərək, onun üzərinə qoyulmuş «Sirab» butulkasının hadisə vaxtı Təqsirləndirilən şəxs1 onun baş nahiyəsinə vurduğu butulka olduğunu, barın içərisini göstərək, həmin yerdə Təqsirləndirilən şəxs2 onun arxasınca gələrək, onunla dalaşdığını və zalın içərisində pilləkənlərin yaxınlığındakı soyuducu-vitrinin yanındakı, pəncərənin qarşısındakı yeri göstərərək, həmin yerdə Təqsirləndirilən şəxs1 onun baş nahiyəsinə «Sirab» butulkası ilə vurduğunu, döşəmədəki qan ləkələrinin Təqsirləndirilən şəxs1 onun başına butulka vurması nəticəsində aldığı xəsarət zamanı başından axmış qan olduğunu bildirmişdir. Kafedəki masanın üzərindən Zərərçəkmiş şəxs3 göstərdiyi yaşıl rəngli, üzərində «Sirab» yazılmış şüşə butulka və Zərərçəkmiş şəxs2 göstərdiyi mətbəxin qapısının qarşısında yerə səpələnmiş ağ rəngli saxsı fincan qırıntıları iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək başqa heç bir alət, predmet aşkarlanaraq götürülməmişdir. Baxış zamanı tərtib edilmiş protokol ucadan oxunmuşdur, əlavə hər hansı şikayət və vəsatət daxil olmamışdır, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Baxış zamanı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. Məhkəmə iclasında hadisənin baş verdiyi «Piramida» kafesinin müşahidə kameralarından götürülən 03 ədəd DVD disklərindəki videogörüntülərə baxış keçirilmiş və həmin disklərdəki videogörüntülər ittiham aktında göstərilən işin hallarını təsdiq etmişdir. İş materiallarında olan 25 fevral 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saat 18.00da Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(0190- 6/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsilə təqsirləndirilən şəxs hesab edilən Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 25 fevral 2024-cü il tarixdən hesablanmışdır. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən hazırki günədək həbsdədir. İş materiallarında olan 30 mart 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə saat 17.35də Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(01xxxx/2024 nömrəli qərarından görünür ki, Balakən RPŞ-nin İB-nin müstəntiqinin vəsatəti təmin edilmiş, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsilə təqsirləndirilən şəxs hesab edilən Təqsirləndirilən şəxs2 barəsində onun şübhəli şəxs kimi tutulduğu 30 mart 2024-cü il tarixdən hazırki qərarın çıxarıldığı 01 aprel 2024-cü il tarixədək həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla 3 (üç) ay müddətinə, yəni 30 iyun 2024-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. İş materiallarından Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən hazırki günədək ev dustaqlığındadır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 49 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarət-sağ əlin ovuc səthində sıyrıq- küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü ildə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir; vət. Kaltayevdə yuxarıda qeyd edilmiş xəsarətin əmələ gəlmə şəraitinin istintaq yolu ilə araşdırılması daha məqsədə uyğundur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 50 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- başın təpə nahiyəsində və sol dizin ön səthində çapıq toxumaları hər hansı bir yaranın nəticələri olub, müayinədən 6 aydan 1-1,5 ilə qədər əmələ gəlməyə uygun olub küt əşyanın (əşyaların) təsirindən törənmişlər; vət.Sayılovda yuxarıda qeyd edilmiş yaralardan sonrakı çapıqlar onun 2023-cü il 22 fevralda Balakən rayonu ərazisində keçirdiyi avto qəza ilə əlaqədar olub, bu haqda DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin YNH-nə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinin müstəntiqi, polis mayoru Mehman Şükürova xx.xx.2023cü il tarixli 52 №-li rəy verilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 51 rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində müəyyən edilmiş xəsarət-sol gicgahın yuxarı orta səthində sıyrıq-küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü ildə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir; vət. Bodurovda yuxarıda qeyd edilmiş xəsarətin əmələ gəlmə şəraitinin istintaq yolu ilə araşdırılması daha məqsədə uygundur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 57 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətsağ üst göz qapağında cızıq-qansızma küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü ildə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir; vət. Qarayevdə yuxarıda qeyd edilmiş xəsarətin əmələ gəlmə şəraitinin istintaq yolu ilə araşdırılması daha məqsədə uyğundur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 aprel 2024-cü il tarixli 9/2137 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 07 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 199,0 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan “Balakən rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 870 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 hadisə vaxtı 1,747 promili alkoqol sərxoşluğu vəziyyətində olmaqla sərxoş olmuşdur. İş materiallarında olan “Balakən rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 871 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 hadisə vaxtı 1,794 promili alkoqol sərxoşluğu vəziyyətində olmaqla sərxoş olmuşdur. İş materiallarında olan “Balakən Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 872 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 hadisə vaxtı 1,119 promili alkoqol sərxoşluğu vəziyyətində olmaqla sərxoş olmuşdur. İş materiallarında olan “Balakən rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinin 13 mart 2024-cü il tarixli 18-1-27/2-180/2024 nömrəli arayışından görünür ki, Sayılov X10 RMX-nın Poliklinika şöbəsində həkim narkoloqun və həkim-psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tələbnamə üzrə verilmiş xx.xx.2024-cü il tarixli 8 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tələbnamə üzrə verilmiş xx.xx.2024-cü il tarixli 8 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olunmamışdır. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin 11 may 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, hazırki cinayət işindən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə Zərərçəkmiş şəxs3 barəsində cinayət işi ayrıca icraata ayrılmış və ayrılmış cinayət işi üzrə icraatın ********* nömrəsi altında davam etdirilməsi qərara alınmış, Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyan 199 manat kimi qiymətləndirilmiş, iş üzrə Təqsirləndirilən şəxs1 tərəfindən silah qismində istifadə edilmiş əşya-üzərində «Sirab» yazısı olan bir ədəd yaşıl rəngli şüşə butılka və iş üzrə Təqsirləndirilən şəxs2 tərəfindən silah qismində istifadə edilmiş əşya-bir ədəd ağ rəngli saxsı fincanın qırıqları maddi sübut kimi tanınaraq saxlanılması üçün Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Balakən şəhəri H.Əliyev prospekti-53 ünvanında yerləşən «Piramida» kafesinin müşahidə kameraları tərəfindən xx.xx.2024-cü il tarixdə qeydə alınmış videogörüntülərin köçürüldüyü 03 ədəd DVD diskləri cinayət işində saxlanılmışdır. İş materiallarına əlavə olunmuş 25 mart 2020-ci il tarixdə verilmiş İV-AN 809383 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 5 mart 2020-ci il tarixdə doğulmuş X6maqla Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşaq vardır. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona vurulan maddi və mənəvi ziyanı tamamilə ona ödəmiş və onunla barışmışlar. Onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir tələb və şikayəti yoxdur. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona vurulan ziyanı tamamilə ona ödəmiş və onunla barışmışlar. Onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir tələb və şikayəti yoxdur. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona vurulan ziyanı tamamilə ona ödəmiş və onunla barışmışlar. Onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir tələb və şikayəti yoxdur. İş materiallarına əlavə olunmuş Balakən rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X9 xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Balakən rayon prokurorluğuna daxil olmuş xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğundan Balakən rayonu Gərəkli kənd sakini X2 Balakən RPŞ-nin İB-nin rəisi Şahid6 rüşvət alması məqsədi ilə oğlu Zərərçəkmiş şəxs3 qanunsuz olaraq Balakən RPŞ-də saxlaması barədə müraciəti əsasında araşdırma aparılmış və toplanmış materiallarda cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbacan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin prokuroru, ədliyyə müşaviri X4 07 iyun 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Balakən RPŞnin İB-nin rəisi Şahid6 rüşvət alması məqsədi ilə Balakən rayonu Gərəkli kənd sakini Zərərçəkmiş şəxs3 qanunsuz olaraq saxlaması barədə anası X2 müraciəti əsasında Xidməti araşdırmalar idarəsində araşdırma aparılmış və qərarın təsviri hissəsində göstərilənlərə əsasən 1078-C-24 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs1 ibtidai istintaqda və məhkəmə istintaqında özünü Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilməməsi, hadisə zamanı Zərərçəkmiş şəxs3 şüşə butılka ilə vurmaması və Zərərçəkmiş şəxs3 xəsarət almaması, həmçinin həmin vaxt “Piramida” kafesində söyüş söyməməsi, ictimai qaydanı kobud surətdə pozmaması, həmin kafeyə məxsus əşyaları yararsız hala salmaması barədə gətirdiyi dəlillləri əsassız saymaqla qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs1 özünümüdafiə üçün gətirdiyi həmin dəlillər işdəki mötəbər sübutlarla- zərəçəkmiş şəxslərin və şahidlərin ibtidai istintaqda verdiyi ifadələri, hadisə yerinə baxış keçirilməsi barədə protokollar, ekspertiza rəyləri, hadisə yerində quraşırılımış müşahidə kameraları tərəfindən qeydə alınmış hadisə anının videogörüntüləri və digər sübutlarla tam təkzib edilmişdir. Belə ki, işdəki həmin mötəbər sübutlarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında və ibtidai istintaqda verdiyi ifadələri arasında ziddiyyətə işdəki mötəbər sübutlar əsasında hüquqi qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi ifadəsi daha mötəbər sübut kimi qəbul olunmalıdır. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi ifadəsində göstərilən hallar işdəki digər sübutlarla təsdiq olunur və işin faktiki hallarını əks etdirir. Məhkəmə eyni zamanda bildirir ki, heç bir halda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özünümüdafiə üçün gətirdiyi və işdəki mötəbər sübutlarla təsdiq olunmayan dəlilləri nə cinayət əməlinin törədilməsinin sübut olunması, nə də cəza verilməsində onların əleyhinə istifadə oluna bilməz. Bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 63, Avropa Konvensiyasının 6 və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 21-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Özünü müdafiə etmək və bu xüsusda özünü ifşa edən ifadələr verməmək həmin hüququn mahiyyətindən irəli gəlir. Təqsirsizlik prezumpsiyası hüququna görə təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Avropa Məhkəməsi Minelli İsveçrəyə qarşı işdə qeyd etmişdir ki, cinayət əməli törətməkdə təqsirləndirilən şəxs öz əleyhinə ifadə verməyə məcbur edilməməlidir. Cinayət araşdırmasının gedişində sübutetmə yükü təqsirləndirilən şəxsin üzərinə qoyula bilməz. Həmçinin təqsirləndirilən şəxs özünü ifşa edən ifadələr verməmək, öz maraqları əleyhinə şahidlik etməkdən imtina etmək hüququna malikdir ki, cinayət araşdırmasının istənilən mərhələsində bu hüquqlara hörmət edilməlidir. Funke Fransaya qarşı məhkəmə işində Avropa Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, təqsirləndirilən şəxsin susmaq hüququ və cinayət törətməkdə ifşa edilməsinə yardım göstərməmək hüququ vardır. Əks hal təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququnun kobud pozuntusu olacaqdır. Məhkəmə həmçinin işin faktiki halları ilə bağlı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, həmçinin şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5 məhkəmə istintaqında və ibtidai istintaqda verdiyi ifadələri arasında ziddiyyətə işdəki mötəbər sübutlar əsasında hüquqi qiymət verərək, hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, həmçinin şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5 ibtidai istintaqda verdiyi ifadələri daha mötəbər sübut kimi qəbul olunmalıdır. Belə ki, həmin şəxslərin ibtidai istintaqda verdiyi ifadələrində göstərilən hallar işdəki digər sübutlarla təsdiq olunur və işin faktiki hallarını əks etdirir. Məhkəmə həmçinin işdəki mötəbər sübutlarla təsdiq olunduğu üçün əlavə şahid qismində dindirilmiş Şahid6 məhkəmədə verdiyi ifadəsini mötəbər sübut kimi qəbul edir. Məhkəmə müvafiq ekspertiza rəyi ilə Təqsirləndirilən şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətin-sağ əlin ovuc səthində sıyrığın əməli gəlməsi xüsusatına da qiymət verərək, hesab edir ki, işdəki mötəbər sübutlar əsasında hadisə zamanı həmin xəsarətin ona Zərərçəkmiş şəxs3 tərəfindən yetirilməsi müəyyən olunur. Bununla bağlı da Zərərçəkmiş şəxs3 barəsində CM-nin 221.1-ci maddəsilə cinayət işi başlanmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 50 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlərinbaşın təpə nahiyəsində və sol dizin ön səthində çapıq toxumalarının əmələ gəlməsi xüsusatına gəldikdə isə həmin ekspertiza rəyində bu xəsarətlərin hər hansı bir yaranın nəticələri olub, müayinədən 6 aydan 1-1,5 ilə qədər əmələ gəlməyə uygun olub küt əşyanın (əşyaların) təsirindən törənməsi, Təqsirləndirilən şəxs1 yuxarıda qeyd edilmiş yaralardan sonrakı çapıqların onun 2023-cü il 22 fevralda Balakən rayonu ərazisində keçirdiyi avto qəza ilə əlaqədar olub, bu haqda DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin YNH-nə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinin müstəntiqi, polis mayoru Mehman Şükürova xx.xx.2023-cü il tarixli 52 №-li rəyin verilməsi qeyd edilmişdir. Təqsirlənləndirilən şəxs Təqsirləndirilən şəxs1 da məhkəmədə bu xəsarətlərin 2023-cü ilin fevral ayında keçirdiyi avtoqəza nəticəsində yaranmasını bildirmişdir. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi hadisə yerinə baxış keçirilməsi haqqında protokollar, diskə baxış keçirilməsi haqqında protokollar, maddi sübutlar, zərərçəkmiş şəxslərin və şahidlərin ibtidai istintaqdakı ifadələri, ekspertiza rəyləri, hadisə baş verən zaman Balakən şəhəri “Piramida” kafesinin müşahidə kameraları tərəfindən qeydə alınmış videogörüntülərin köçürüldüyü 03 (üç) ədəd DVD disklərindəki videogörüntülər, həmçinin cinayət işinə əlavə edilmiş digər sənədlərlə təsdiq edilərək tam sübuta yetirilmişdir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən onlara istinad olunan Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri müəyyən olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011ci il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmişdir, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Lakin CM-in 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına görə cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Cinayət Məcəlləsinin 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur. Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfatməişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. “Silah qismində istifadə edilən əşyaların” anlayışına Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 7 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiya və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 fevral 2006-cı il tarixli Qərarında aydınlıq gətirilmişdir. Həmin Qərara əsasən silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat təsərrufat-məişət məqsədi ilə və yaxud da ümumiyyətlə hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhvetmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. ”Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 nömrəli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Hazırki cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində onlara istinad olunan CM-nin 221.3-cxü maddəsilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 7 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiya və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 fevral 2006-cı il tarixli Qərarında və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqedə göstərilən dispozitiv şərtlər mövcuddur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli törətmişlər, həmin əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkibi vardır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməklə təqsirli bilinməlidirlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxslər törətdiyi əmələ görə cəzalanmalıdırlar. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsində zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsində cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmas cəzanı yüngülləşdirən hallar kimi nəzərdə tutulmuşdur. Məhkəmə, işin hallarına və qanun normalarının tələbinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, işin hallarına və qanun normalarının tələbinə əsasən himayəsində bir azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağın olması, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi müvafiq olaraq CM-nin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrində cəzanı yüngülləşdirən hallar kimi imperativ qaydada müəyyən olunmuşdur ki, qanun normaları da birmənalı şəkildə bu halların təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alınmasını tələb edir. Ona görə də məhkəmə təqsirləndirilən şəxslərə münasibətdə həmin qanun normalarının tələbini nəzərə almışdır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərə cəza təyin edilməsi zamanı onların xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cəza təyinatı zamanı nəzərə alınmalıdır ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə barışıq əldə etmiş, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə zərərçəkmiş şəxslərə ödəmişlər. Həmçinin Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşaq vardır. Bu xüsusda məhkəmə qeyd edir ki, CM-nin 221.3-cü maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının aşağı həddi 2 il, yuxarı həddi isə 5 il müəyyən edilmişdir. Qeyd edildiyi kimi, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İstinad olunan qanun normalarının mənasından görünür ki, əslində qanunverici CM-nin 221.3-cü maddəsinin sanksiyasında 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını həmin cinayətin xarakterinə və ictimal təhküləlik dərəcəsinə, yəni cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasına və qəsdən törədilməsinə, həmçinin onun törədilmə hallarına və təqsirli şəxsin şəxsiyyətinə uyğun olaraq müəyyən etmişdir. Qanunverici maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da aşağı həddə cəzanın təyin edilməsini CM-nin 62-ci maddəsinin tətbiqi şərtləri ilə bağlayır. Həmçinin qanuna əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən və xüsusiilə təhlükəli residivə görə dörddə üçündən az ola bilməz (CM-nin 65.2-ci maddəsi). Belə olan halda cəzalarını yüngülləşdirən halların olduğu, o cümlədən zərərçəkmiş şəxslərlə barışıq əldə edildiyi və zərərçəkmiş şəxslərə vurulan ziyanın könüllü şəkildə tam olaraq ödənildiyi, cəzalarını ağırlaşdıran halların olmadığı, o cümlədən cinayətlərin residivinin olmadığı nəzərə alınmaqla təqsirləndirilən şəxslərə CM-nin 221.3-cü maddəsilə qanuni tələblər və şərtlər daxilində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi törədilən cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirləndirilən şəxslərin şəxsiyyətlərinə tam uyğundur. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını yüngülləşdirən hallar vardır. Təqsirləndirilən şəxslərin əməlində cəzalarını ağırlaşdıran hallar, o cümlədən cinayətin residivi yoxdur. Qeyd olunduğu kimi qanunvericilik mütləq qaydada maddənin sanksiyasında nəzərdə tutulmuş ciddi cəza növünün son həddinin yarısı, üçdə iki və dörddə üç hissə həddində azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını müvafiq olaraq residiv, təhlükəli residiv və xüsusilə təhlükəli residiv halı ilə bağlayır. Qalan hallarda şəxsə mütləq olaraq daha ciddi cəzanın son həddinin yarısı, üçdə ikisi və dörddə üçünün təyin olunmasını imperativ şərt kimi qoymur. Nəzərə çatdırıldığı kimi, əgər qanunverici maddənin sanksiyasında cəzanın hədlərini qeyd edirsə, onda residiv halları və cəzanı ağırlaşdıran digər hallar olmadığı şəraitdə, xüsusən cəzanı yüngülləşdirən halların olduğu halında təqsirləndirilən şəxslərə yüksək həddə cəzanın təyin edilməsi ədalətli sayıla bilməz. Bu halın cinayətlər üzrə vahid cəza müddətlərinin müəyyən olunmasına xidmət etməsini qəbul etmək də gülüncdür. Belə ki, ədalət prinsipi, eyni zamanda cinayət məsuliyyətinin fərdiləşdirilməsi meyarı cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə yanaşı, hər bir cinayətə onun törədilməsi halları və onu törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, cəzanın onun ailəsinin həyat şəraitinə təsiri baxımından xüsusi fərdi yanaşmasını tələb edir. Belə olan halda hər hansı cinayətlərə, hazırki halda CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş, törədilməsi halları və onu törədən şəxslərin şəxsiyyətini xarakterizə edən hallar müxtəlif olan cinayətlərə görə eyni cəza həddlərinin müəyyən olunması ədalət prinsipinə və CM-nin 9-cu maddəsində nəzərdə tutulmuş humanizm prinsipinə zidd olardı. Cinayət işləri üzrə vahid cəza müddətlərinin tətbiqi, bu xüsusda cəzanın məqsədlərinə nail olmaq adı altında təqsirləndirilən şəxslərə yuxarı hədlərdə cəzanın təyin edilməsi subyektivliyə əsaslanan yanaşmadır, cəzanın məqsədlərinə çatmağa xidmət etməməklə bir növ təqsirləndirilən şəxslərdən qisas almağa yönəlmiş bir mövqedir. Bu da qanunla qadağandır. Belə ki, Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və məqsəd daşıya bilməz, yəni cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədini ehtiva edə bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni təqsirləndirilən şəxsdən əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda humanizm prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Bir də qeyd etmək lazımdır ki, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın əsas məqsədi sosial ədaləti bərpa etmək, yəni insanın ictimai münasibətlərə vurduğu zərər həcmində onun üçün qanunda nəzərdə tutulmuş məhrumiyyətlər yaratmaq və bununla da həmin zərər görmüş ictimai münasibətləri bərpa etməkdir. Bu xüsusda təqsirləndirilən şəxslərə tətbiq edilən cəza onların əməlinə adekvat olmalıdır. Cəzanın ədalətliliyinin əsas meyarı da bundan ibarətdir. Qanunda nəzərdə tutulmuş cəzalarını yüngülləşdirən halların olduğu, o cümlədən zərərçəkmiş şəxslərlə barışıq əldə edildiyi və onlara vurulmuş ziyanın könüllü olaraq tam şəkildə ödənildiyi və əməllərində qanunda nəzərdə tutulmuş cəzalarını ağırlaşdıran halların olmadığı şəraitdə təqsirləndirilən şəxslərə onlara istinad olunan maddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə cəza təyin edilməsi əmələ adekvat olmamaqla qanuni və ədalətli cəza sayıla bilməz. Məhz göstərilənləri, cəzalarını yüngülləşdirən halların olduğunu və cəzalarını ağırlaşdıran halların olmadığını nəzərə alaraq, məhkəmə hazırki iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əmələ adekvat olmaqla, cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğun, qanuni və ədalətli sayır. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə zərərçəkmiş şəxslərə ödəməsi kimi cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, ədalət və humanizm prinsiplərini və cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğunu nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onun 25 fevral 2024-cü il tarixdən hazırki hökmün çıxarıldığı günədək tutulub həbsdə saxlandığı müddət ona təyin olunan bu cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 25 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən himayəsində bir azyaşlı uşağın olması, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə zərərçəkmiş şəxslərə ödəməsi kimi cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, ədalət və humanizm prinsiplərini və cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğunu nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onun 30 mart 2024-cü il tarixdən 01 aprel 2024-cü il tarixədək tutulduğu müddət və 01 aprel 2024-cü il tarixdən hazırki hökmün çıxarıldığı günədək ev dustaqlığında saxlandığı müddət həbsdə saxlandığı müddət olaraq ona təyin olunan bu cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 30 mart 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət… Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır… Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirlndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxslərin şəxsiyyətini, Cinayət Məcəlləsinin 62 və 70-ci maddələrinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən onlara təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə görə qəsdən törədlmiş o cümlədən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə 50 manat ekspertiza xərcinin 25 manatı Təqsirləndirilən şəxs1 və 25 manatı Təqsirləndirilən şəxs2 tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM;VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPMnin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs1 tərəfindən silah qismində istifadə edilmiş əşya-üzərində “Sirab” yazısı olan bir ədəd yaşıl rəngli şüşə butılka və Təqsirləndirilən şəxs2 tərəfindən silah qismində istifadə edilmiş əşya-bir ədəd ağ rəngli saxsı fincanın qırıqları məhv edilməli, Balakən şəhəri H.Əliyev prospekti-53 ünvanında yerləşən “Piramida” kafesinin müşahidə kameraları tərəfindən xx.xx.2024-cü il tarixdə qeydə alınmış videogörüntülərin köçürüldüyü 03 ədəd DVD diski cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş matieriallarından görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1un hüquqlarının müdafiəsinə 12 saat və Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə 12 saat vaxt sərf edilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, hazırki iş üzrə Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Müdafiəçi1 ödənilməsi üçün 72 manat və Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Müdafiəçi2 ödənilməsi üçün 72 manat, cəmi 144 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X14 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda,bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun 25 fevral 2024-cü il tarixdən hazırki hökmün çıxarıldığı günədək tutulub həbsdə saxlandığı müddət təyin olunan bu cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 25 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun 30 mart 2024-cü il tarixdən 01 aprel 2024-cü il tarixədək tutulduğu müddət və 01 aprel 2024-cü il tarixdən hazırki hökmün çıxarıldığı günədək ev dustaqlığında saxlandığı müddət ona təyin olunan bu cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 30 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalında həbs edilsin; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 manat ekspertiza xərcinin 25 manatı Təqsirləndirilən şəxs1 və 25 manatı Təqsirləndirilən şəxs2 tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM;VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs1 tərəfindən silah qismində istifadə edilmiş əşya-üzərində “Sirab” yazısı olan bir ədəd yaşıl rəngli şüşə butılka və Təqsirləndirilən şəxs2 tərəfindən silah qismində istifadə edilmiş əşyabir ədəd ağ rəngli saxsı fincanın qırıqları məhv edilsin; Balakən şəhəri H.Əliyev prospekti-53 ünvanında yerləşən “Piramida” kafesinin müşahidə kameraları tərəfindən xx.xx.2024-cü il tarixdə qeydə alınmış videogörüntülərin köçürüldüyü 03 ədəd DVD diski cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Müdafiəçi1 ödənilməsi üçün 72 manat və Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Müdafiəçi2 ödənilməsi üçün 72 manat, cəmi 144 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X14 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar