Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-55/2025 14.07.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-03 avqust 1986-cı il tarixdə Balakən rayonu Tülü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Balakən rayonu Tülü kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, 19 aprel 2025-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda - 30,62 qram çəkidə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, həmçinin 2024-cü ilin may ayının ortalarında Balakən rayon Tülü kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində daş hasarın yanında narkotik tərkibli çətənə (kannabis) bitkisinin istintaqa məlum olmayan sayda toxumlarını qanunsuz olaraq torpağa əkərək həmin toxumlardan bitmiş xeyli miqdarda-08 (səkkiz) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini suvarmaqla, diblərini alaq otlarından təmizləyib aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 17 aprel 2025-ci il tarixdə saat 19:09-da Balakən rayonu Tülü kəndinin ərazisində küçədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq üstü yoxlanılan zaman həmin narkotik vasitəqurudulmuş marixuana 01 ədəd sellofan bükümdə olmaqla əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüş, həmin tədbirin davamı olaraq onun Balakən rayon Tülü kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə onun öz könüllü razılığı ilə baxış keçirilən zaman uzunluqları 59 sm-dən 146 sm-dək, ümumi çəkiləri 405,0 qram olan, xeyli miqdarda – 08 (səkkiz) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri evin həyətyanı sahəsində daş hasarın yanında torpağa əkilmiş vəziyyətdə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1 və 234.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Balakən rayon Tülü kəndində anası X1 ilə yaşayır. Subaydır. Fərdi əməklə məşğuldur. Narkotik vasitə marixuanadan 2 ildir ki, hərdənbir istifadə edir. 2 il bundan əvvəl Balakən şəhəri R. Səmədov küçəsində yolun kənarından kibrit qutusunun içərisində narkotik vasitə olan marixuana toxumlarını tapmışdır. Həmin toxumları götürüb özündə saxlamış və 2024cü ilin may ayının ortalarında yaşadığı Tülü kəndində yerləşən evinin həyətyanı sahəsində daş hasarın yanında əkmişdir. Həmin toxumlardan 08 ədədi bitmişdir. Daha sonra o, bitkilərə su vermiş, diblərini yumşaltmış və xırda alaq otlarından təmizləmişdir ki, yaxşı inkişaf etsinlər. Çətənə bitkilərinin toxumlarından bitmiş 08 ədəd çətənə bitkisinə aqrotexniki qaydada qulluq edib, 2024-cü ilin avqust ayının axırlarında həmin bitkinin yararlı hissələrini yığıb qurutmuş və yataq otağında saxlamışdır. O, həmin 08 ədəd çətənə bitkisinin üzərindən yararlı hissələrini yığdıqdan sonra bitkinin kök hissələrini çıxarmamış və elə orada, yəni, əkdiyi yerdə qalmışdır. O, müxtəlif vaxtlarda həmin narkotik vasitədən özü üçün çəkib istifadə etmişdir. 17 aprel 2025-ci il tarixdə yaşadığı evdə özü çəkib istifadə etdiyi narkotik vasitə marixuananı saxladığı yerdən götürüb əynindəki şalvarın sağ yan cibinə qoyub Balakən rayonu Tülü kəndi ərazisində küçə ilə getməyə başlamışdır. Narkotik vasitə qurudulmuş marixuananı üzərində götürməkdə məqsədi ondan ibarət olmuşdur ki, fürsət olanda çəkib istifadə edər. Tülü kəndi ərazisində bir qədər yolla hərəkət etmişdir ki, saat 19:09-da mülki geyimli polis əməkdaşları ona yaxınlaşmışlar. Həmin şəxslər özlərini təqdim edib Balakən Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuana da əynindəki şalvarın sağ yan cibində olmuşdur. Polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsində, üzərində saxlamasında, daşımasında və yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsində şübhəli olduğunu bildirərək, üzərində narkotik vasitə olub olmadığını, varsa təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra o, əynindəki şalvarının sağ yan cibində saxladığı 01 ədəd sellofan bükümü təqdim etmişdir. Həmin bükümün içərisindəki kütlə nəşə olmuşdur. Sonra polis əməkdaşı üzərinə baxdıqda üzərində başqa qanunla qadağan olunan kütlə, vasitə aşkar olunmamışdır. Sonra polis əməkdaşları üzərində aşkar olunmuş narkotik vasitəni elektron tərəzidə çəkdiklərində ümumi çəkisi 33,42 qram olmuşdur. Polis əməkdaşları həmin bükümü bir ədəd kağız zərfə qoyaraq qablaşdırmışlar. Qablaşdırmanın üzəri möhürlənərək imzalanmışdır. Bundan sonra ona verilən suala cavab olaraq bildirmişdir ki, həmin üzərindən aşkar olunan narkotik vasitəni 2024-cü ilin may ayında yaşadığı evin həyətyanı sahəsində əkib yetişdirdiyi çətənə bitkilərindən yığaraq əldə etmişdir. Daha sonra Balakən rayon Tülü kəndi ərazisində yerləşən yaşadığı evin həyətyanı sahəsinə polis əməkdaşları tərəfindən mütəxəssisin iştirakı ilə onun öz könüllü razılığı ilə baxış keçirilmiş və baxış zamanı həyətyanı sahədə daş hasarın yanında 8 ədəd hündürlükləri 59-sm-dən 146 sm-dək olan narkotik tərkibli çətənə bitkiləri aşkar olunmuş, maddi sübut kimi qablaşdırılmış, möhürlənmiş, onun və digər iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Aqronommütəxəssis baxış zamanı aşkar olunmuş 8 ədəd bitkinin çətənə bitkiləri olduğunu, həmin bitkilərə qulluq olunaraq yetişdirildiyini, diblərində alaq otlarının olmadığını bildirmişdir. Sonra polis əməkdaşları ilə polis şöbəsinə gəlmişlər. Ekspert rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 30,62 qramdır. Həmçinin ekspert rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, yaşadığı evin həyətyanı sahəsindən müəyyən edilmiş çətənə bitkiləri ümumi çəkisi 405,0 qram olan 08 ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkilərinin hissələridir. Onun narkotik tərkibli çətənə bitkilərini əkməsindən heç kəsin xəbəri olmamışdır, o, heç kimə bu barədə heç nə deməmişdir. Balakən RPŞ-də ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməmişdir.Əməlindən çox peşimandır. Gələcəkdə heç vaxt belə əməllərə yol verməyəcəkdir. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Balakən RPŞ-nin İTB-nin sahə polis nəfəri vəzifəsində işləyir.17 aprel 2025-ci il tarixdə Balakən rayonu Tülü kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib istifadə etməsi, Balakən rayonu ərazisində üzərində saxlaması və yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkilərini əkibbecərməsi barədə məlumat daxil olmuşdur.Daha sonra həmin məlumat Balakən RPŞ-nin Qabaqçöl polis bölməsinin cinayət-axtarış xətti üzrə baş əməliyyat müvəkkili X12 tərəfindən raportla Balakən RPŞ-nin rəhbərliyinə məruzə olunmuşdur. Həmin tarixdə o, Balakən RPŞ-nin Qabaqçöl polis bölməsinin cinayət-axtarış xətti üzrə baş əməliyyat müvəkkili X12, Balakən RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1, Balakən RPŞ-nin TŞ-nin operatoru X7 ilə birlikdə mütəxəssis-aqronom X5 iştirakı ilə keçirdikləri tədbir zamanı Təqsirləndirilən şəxs Balakən rayonu Tülü kəndi ərazisində küçədə onların tərəfindən saxlanılmış, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra Balakən RPŞ-nin Qabaqçöl polis bölməsinin cinayət-axtarış xətti üzrə baş əməliyyat müvəkkili X2 Axverdiyevin üzərini yoxlamağa başlamışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl onun tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı qeyriqanuni əşya varsa verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibində olan 01 ədəd sellofan bükümü təqdim edərək içərisində narkotik vasitə olduğunu, həmin narkotik vasitəni 2024-cü ilin may ayında yaşadığı Balakən rayonu Tülü kəndində yerləşən evinin həyətyanı sahəsində əkdiyi 08 ədəd çətənə bitkilərindən yığaraq əldə etdiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını, əkdiyi çətənə bitkilərinin qalıq hissələrinin əkdiyi yerdə qaldığını bildirmişdir. Bundan sonra həmin büküm elektron tərəzidə çəkilmiş və sellofanla birlikdə ümumi çəkisinin 33,42 qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin büküm içərisindəki kütlə ilə birlikdə qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman həyətyanı sahədə daş hasarın yanında 08 ədəd hündürlükləri 59 sm-dən 146 sm-dək olan narkotik tərkibli çətənə bitkiləri aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bitkiləri şəxsi istifadəsi üçün əkdiyini bildirmişdir. Aqronom-mütəxəssis Rasim Balagözov həmin 08 ədəd bitkinin çətənə bitkiləri olduğunu, həmin bitkilərə qulluq edildiyini, diblərində alaq otlarının olmadığını, bir ədəd bitkinin isə üzərində çətənə bitkisinə məxsus yarpağın olduğunu bildirmişdir. Bundan sonra həmin bitlkilər qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs üstünün yoxlanılması və yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi zamanı TŞ-nin operatoru Amil Şahmuradov tərəfindən “Samsung S24 Ultra” markalı mobil telefon vasitəsilə video çəkiliş aparılmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmadığından Balakən RPŞ-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, doğruluğu imzalarla təsdiq edilmiş və protokola Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının və yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinin video görüntüsünün əks olunduğu 01 ədəd DVD disk əlavə olunmuşdur. Daha sonra həmin material və maddi sübut təhqiqatçıya təhvil verilmiş və təhqiqatçı Kənan Dopbuyev tərəfindən maddi sübuta və Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının və yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinin video görüntüsünün əks olunduğu diskə baxış keçirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, iş üzrə şahid- Şahid1 məhkəmə iclasına gəlməmişdir. Balakən Rayon Polis Şöbəsi tərəfindən məlumat verilmişdir ki, Şahid1 məzuniyyətdədir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid1 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Balakən RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir.17 aprel 2025-ci il tarixdə Balakən rayonu Tülü kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib istifadə etməsi, Balakən rayonu ərazisində üzərində saxlaması və yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkilərini əkibbecərməsi barədə məlumat daxil olmuşdur.Daha sonra həmin məlumat onun tərəfindən raportla Balakən RPŞ-nin rəhbərliyinə məruzə olunmuşdur.Həmin tarixdə Balakən RPŞ-nin Qabaqçöl polis bölməsinin cinayət-axtarış xətti üzrə baş əməliyyat müvəkkili X12, Balakən RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid2, Balakən RPŞ-nin TŞ-nin operatoru X7 ilə birlikdə mütəxəssis-aqronom X5 iştirakı ilə keçirdikləri tədbir zamanı Təqsirləndirilən şəxs Balakən rayonu Tülü kəndi ərazisində küçədə onların tərəfindən saxlanılmış, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra o, Təqsirləndirilən şəxs üzərini yoxlamağa başlamışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl onun tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı qeyri-qanuni əşya varsa verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibində olan 01 ədəd sellofan bükümü təqdim edərək içərisində narkotik vasitə olduğunu, həmin narkotik vasitəni 2024-cü ilin may ayında yaşadığı Balakən rayonu Tülü kəndində yerləşən evinin həyətyanı sahəsində əkdiyi 08 ədəd çətənə bitkilərindən yığaraq əldə etdiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını, əkdiyi çətənə bitkilərinin qalıq hissələrinin əkdiyi yerdə qaldığını bildirmişdir. Bundan sonra həmin büküm elektron tərəzidə çəkilmiş və sellofanla birlikdə ümumi çəkisinin 33,42 qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin büküm içərisindəki kütlə ilə birlikdə qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman həyətyanı sahədə daş hasarın yanında 08 ədəd hündürlükləri 59 sm-dən 146 sm-dək olan narkotik tərkibli çətənə bitkiləri aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bitkiləri şəxsi istifadəsi üçün əkdiyini bildirmişdir. Aqronommütəxəssis Rasim Balagözov həmin 08 ədəd bitkinin çətənə bitkiləri olduğunu, həmin bitkilərə qulluq edildiyini, diblərində alaq otlarının olmadığını, bir ədəd bitkinin isə üzərində çətənə bitkisinə məxsus yarpağın olduğunu bildirmişdir. Bundan sonra həmin bitlkilər qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs üstünün yoxlanılması və yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi zamanı TŞnin operatoru Amil Şahmuradov tərəfindən “Samsung S24 Ultra” markalı mobil telefon vasitəsilə video çəkiliş aparılmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmadığından Balakən RPŞ-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, doğruluğu imzalarla təsdiq edilmiş və protokola Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının və yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinin video görüntüsünün əks olunduğu 01 ədəd DVD disk əlavə olunmuşdur. Daha sonra həmin material və maddi sübut təhqiqatçıya təhvil verilmiş və təhqiqatçı Kənan Dopbuyev tərəfindən maddi sübuta və Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının və yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinin video görüntüsünün əks olunduğu diskə baxış keçirilmişdir. İşin 14-15-ci vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən 17 aprel 2025-ci il tarixdə Balakən RPŞ-nin Qabaqçöl polis bölməsinin cinayətaxtarış xətti üzrə baş əməliyyat müvəkkili polis mayoru X12 tərəfindən tərtib olunmuş “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, 17 aprel 2025-ci il tarixdə saat 19:09-da Balakən Rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsində, üzərində saxlamasında, daşımasında və yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkilərinin əkib-becərməsində şübhəli bilinən Təqsirləndirilən şəxs Balakən rayon Tülü kəndi ərazisində, küçədə saxlanılmış, sonuncuya hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə Balakən rayon Tülü kəndi ərazisində, küçədə üstü yoxlanmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə içərisində narkotik tərkibli bitki olan marixuanaya bənzər kütləni təqdim etmişdir. Sonra həmin büküm elektron tərəzidə çəkilmiş və büküm ilə birlikdə ümumi çəkisinin 33.42 qram olduğu müəyyən olunmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, möhürlənmiş, saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi narkotik vasitə marixuanaya oxşar kütləni 2024-cü ilin may ayında yaşadığı Balakən rayon Tülü kəndi ərazisində yerləşən evinin həyətyanı sahəsində, daş hasarın yanında əkdiyi 08 ədəd çətənə bitkilərindən yığıb saxladığını bildirdiyi üçün onun yaşadığı Balakən rayonu Tülü kəndi ərazisində yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilmiş və baxış zamanı həyətyanı sahədə daş hasarın yanında 08 ədəd hündürlükləri 59 sm-dən 146 sm-dək olan narkotik tərkibli çətənə bitkisə oxşar bitkilər aşkar olunmuş, maddi sübut kimi qablaşdırılmış, möhürlənmiş, saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, təxminən 2024-cü ilin may ayında Balakən rayonu Tülü kəndi ərazisində yerləşən həyətyanı sahədə şəxsi istifadəsi üçün narkotik tərkibli çətənə birkilərini əkib-becərdiyini, daha sonra onları yığaraq qurutduğunu, şəxsi istifadəsi məqsədilə üzərində saxladığını, üzərindən bir neçə dəfə götürərək istifadə etdiyini, kiməsə satmaq və ya vermək niyyətinin olmadığını həmçinin əkdiyi narkotik tərkibli çətənə bitkilərinin köklərinin yaşadığı evin həyətyanı sahəsində, daş hasarın yanında qaldığını, onları çıxarıb tullamadığını bildirmişdir. Aqronom-mütəxəssis X8 baxış zamanı aşkar olunmuş 08 ədəd bitkinin çətənə bitkiləri olduğunu, həmin bitkilərə qulluq olunaraq yetişdirildiyini, diblərində alaq otlarının olmadığını, 1 ədəd bitkinin isə üzərində çətənə bitkisinə məxsus yarpağının olduğunu bildirmişdir. Üstünü yoxlama və həyətyanı sahəyə baxış Balakən rayonu Tülü kəndi ərazisində küçədə və Təqsirləndirilən şəxs məxsus Balakən rayon Tülü kəndi ərazisində yerləşən evinin həyətyanı sahəsində keçirilmişdir. Üstünü yoxlama və həyətyanı sahəyə baxış zamanı “Samsung S24 Ultra ” markalı telefon ilə Balakən RPŞ-nin TŞ-nin operatoru, polis sıravisi X7 tərəfindən video çəkiliş aparılmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Balakən RPŞ-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmiş, imzalarla təsdiq edilmiş, protoloka 1(bir) ədəd DVD disk əlavə olunmuşdur. Məhkəmə iclas zalında diskə baxış keçirilmiş, protokolda qeyd edilənlərin düzgünlüyü müəyyən olunmuşdur. İşin 19-20-ci vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən 17 aprel 2025-ci il tarixdə Balakən RPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı X9 tərəfindən tərtib olunmuş “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 19:09 dəqiqədə ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə edib üzərində saxlamaqda, gəzdirməkdə və yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməkdə şübhəli bilindiyi üçün yaşadığı Balakən rayonu Tülü kəndi ərazisində, küçədə olduğu zaman saxlanılaraq üstü yoxlanılmış, bu zaman onun üzərindən 01 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin tədbirin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman, həyətyanı sahədə, daş hasarın yanında 08 ədəd hündürlükləri 59-sm dən 146 sm-dək olan narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər aşkar olunmuş və maddi sübut kimi götürülməsi raporta qeyd olunmuş və aidiyyatı üzrə təqdim olunmuşdur. Təqdim olunan 1 (bir) ədəd ağ rəngli zərfə, 1 ədəd ağ rəngli sintetik kisəyə və 1 (bir) ədəd DVD-yə baxış keçirilmişdir. Üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş marixuana (narkotik vasitəyə bənzər kütlə)” yazılı zərfdən 1 (bir) ədəd sellofan bükümdə, açıq yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər kütlə, həmçinin üzərində “Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilmiş” sözləri yazılmış, 1 ədəd sintetik kisədə hündürlükləri 59-sm dən 146 sm-dək olan ümumilikdə 08 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkiləri aşkar olunmuşdur. Sonra həmin kütlə və narkotik tərkibli çətənə bitkiləri olan kütlə yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra 1 (bir) ədəd DVD-yə HP markalı komputerdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlənin və narkotik tərkibli çətənə bitkilərinin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə olan marixuana və çətənə bitkilərinin aşkar olunması baradə bildirməsi öz əksini tapmışdır. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirildi. Baxış və götürmə zamanı “Panasonic” markalı videokamera vasitəsi ilə Balakən RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, polis mayoru X13 tərəfindən video çəkiliş aparılmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmiş, imzalarla təsdiq edilmiş, protoloka 1 (bir) ədəd DVD əlavə olunmuşdur. Məhkəmə iclas zalında diskə baxış keçirilmiş, protokolda qeyd edilənlərin düzgünlüyü müəyyən olunmuşdur. İşin 17-ci vərəqəsində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən ixtisasca aqronom X5 verdiyi xx.xx.2025-ci il tarixli rəydə göstərilmişdir ki,xx.xx.2025-ci il tarixdə Balakən rayon polis şöbəsinin əməkdaşları ilə Balakən rayonu Tülü kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmiş,baxış zamanı onun həyətindəki daş hasarın yaxınlığında 8 ədəd çətənə kollarına oxşar bitki köklərihündürlükləri 59 sm-dən 146 sm-dək olan bitki kökləri aşkar olundu.Bitki köklərinə aqrotexniki qaydada qulluq olunmuş, dlibləri alaq otlarından təmizlənmişdir. İşin 50-51-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş məhkəmə-bioloji ekspertizasının 18 aprel 2025-ci il tarixli 17/298 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs. Balakən rayon Tülü kəndində qeydiyyatdadır.” Sözləri, adlar və imzalar yazılmış 01(bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 30,62 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Şübhəli şəxs Balakən rayon Tülü kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş 8 ədəd narkotik vasitəyə bənzər bitki kökləri.” Yazısı, adlar və imzalar yazılmış - 1(bir) ədəd sintetik kisənin içərisindəki, ümumi çəkisi – 405,0 qram olan 08 (səkkiz) ədəd bitki hissələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir. Aqronom (mütəxəssis) Rasim Balagözovun 17 aprel 2025-ci il tarixli rəyinə əsasən tədqiqata hissələri təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İşin 34-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 17 aprel 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, 17 aprel 2025-ci ildə saat 21:55-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. Onun azadlığının faktiki olaraq 17 aprel 2025-ci ildə saat 19:09-da məhdudlaşdırıldığı qeyd edilmişdir. İşin 92-93-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 19 aprel 2025-ci il tarixli barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin 105-107-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 19 aprel 2025-ci il tarixli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edlmiş, o məhkəmə iclas zalında darhal həbsdən azad edilmişdir. İşin 132-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Məhkəmə-narkoloji ekspertizasının 10 iyun 2025-ci il tarixli 919 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 113-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 111-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon Tülü kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunur. Onun barəsində nümayəndəliyə heç bir şikayət və narazılıq daxil olmadığı göstərilmişdir. İşin 109-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən Rayon İcra Hakimiyyəti Tülü kənd inzibati ərazi dairəsi tərəfindən 23 aprel 2025-ci il tarixdə verilmiş 267 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən rayon Tülü kənd sakinidir. Məhkəmə iş üzrə şahidlər- Şahid1 və Şahid2 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmə və qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək daşıma və saxlama cinayət əməllərini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir); Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.6-ci maddəsinə görə tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi və ya yetişdirilməsidir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 08 nömrəli qərarının 4-cü bəndinə görə narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 05 qram müəyyən edilmişdir. Həmin Qərarının 21-ci bəndinə görə CM-in 237-ci maddəsində işlədilən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının izahı Qanunun 1.0.6-cı maddəsində verilmişdir. CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 25 fevral tarixli Qərarı ilə müəyyən edilən hüquqi mövqeyə əsasən CM-in 237.1-ci maddəsində nəzərdə tutulan çətənə (kannabis), xaşxaş növlərinin və ya tərkibində narkotik maddələr olan digər bitkilərin kultivasiyası yabanı şəkildə bitən və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanmasını ehtiva etmir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 6 iyul tarixli Qərarı ilə müəyyən edilən hüquqi mövqeyə əsasən toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan xeyli miqdardan artıq miqdarda və yaxud satış məqsədilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri CM-in 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq həmin Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa (İİİ siyahı) əsasən çətənə bitkilərinin xeyli miqdarını 3-15 ədəd (6-30 hissə)təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki,Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət hadisələri baş vermişdir, həmin əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrinin tərkibi vardır, həmin əməllər təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətlərin törədilməsində təqsirlidir, onun cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə düzgün tövsif edilmişdir,əməllərin cinayət olmasını aradan qaldıran hallar,təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi,cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında"Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar olmasa da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlini etiraf etməklə əməlindən səmimi peşiman olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Belə ki, Təqsirləndirilən şəxs üstü yoxlanılarkən könüllü olaraq cibində olan narkotik vasitəni çıxarıb təqdim etmiş, eyni zamanda özü narkotik vasitələr əkdiyini bildirmiş, əkdiyi narkotik vasitələrin yerini göstərmiş, ibtidai istintaq və məhkəmə istintaqı zamanı o, cinayət əməllərini səmimi etiraf etməklə əməlindən peşiman olmasını bildirmişdir. Bunlar isə onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissini qoruyub saxlamasına dəlalət edir və tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir, ciddi cəza növü tətbiq olunmadan da onun islah olunacağı qənaətinə gəlməyə əsas verir. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qeyd edilənlərə əsaslanaraq məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməklə əməlindən səmimi peşiman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini,onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, yaşayış yerindən müsbət xasiyyətnamə ilə xarakterizə olunmasını, cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cəmiyyətdən təcrid edilmədən də islah olunmasının mümkün olmasını, daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını, hazırkı məhkəmə təcrübəsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Onun 17 aprel 2025-ci il tarixdən 19 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla,cəmi 4(dörd) gün müddət təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə Balakən rayonu Tülü kəndi ünvanındakı yaşayış yerini gecə saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkomaniyadan məcburi müalicə olunmalıdır. O,narkomaniyadan məcburi müalicə olunduğu müddətdə onun yaşayış yeri cəzanı icra edən orqan tərəfindən müvəqqəti olaraq yerləşdirildiyi müvafiq tibb müəssisəsinin yerləşdiyi ərazi hesab olunmalı və göstərilən müddət ərzində cəzanın icrasına nəzarət həmin tibb müəssisəsinin yerləşdiyi ərazi üzrə İcra və Probasiya Şöbəsinə tapşırılmaldır. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalı və onun qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X10 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34.55 (otuz dörd manat əlli beş qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 01 ədəd sellofan bükümdə təmiz çəkisi 30,62 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0,10 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 30,52 qram olan narkotik vasitə qurudulmuş marixuana, həmçinin Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 01 ədəd sintetik kisədə ümumi çəkisi 405,0 qram olan narkotik tərkibli çətənə bitkisinin hissələrinin tədqiqata sərf edilən 0,80 qram miqdarı nəzərə alınmaqla, qalıq ümumi çəkisi 404,20 qram olan narkotik tərkibli çətənə bitkisinin hissələri hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 06 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 11 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 66 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, “KAPİTALBANK” X11 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin,Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 237.1-ci maddəsilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırıdlması cəzası təyin edilsin. Onun 17 aprel 2025-ci il tarixdən 19 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 2(iki) gününə hesablanmaqla,cəmi 4(dörd) gün müddət həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11(on bir) ay 26 (iyirmi altı ) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə Balakən rayonu Tülü kəndi ünvanındakı yaşayış yerini gecə saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək,habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, onun cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkomaniyadan məcburi müalicə olunsun. O,narkomaniyadan məcburi müalicə olunduğu müddətdə onun yaşayış yeri cəzanı icra edən orqan tərəfindən müvəqqəti olaraq yerləşdirildiyi müvafiq tibb müəssisəsinin yerləşdiyi ərazi hesab olunsun və göstərilən müddət ərzində cəzanın icrasına nəzarət həmin tibb müəssisəsinin yerləşdiyi ərazi üzrə İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın, onun ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün hazırki hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X10 Şəxsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. 34.55 (otuz dörd manat 55 qəpik ) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 01 ədəd sellofan bükümdə təmiz çəkisi 30,62 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0,10 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 30,52 qram olan narkotik vasitə qurudulmuş marixuana, həmçinin Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 01 ədəd sintetik kisədə ümumi çəkisi 405,0 qram olan narkotik tərkibli çətənə bitkisinin hissələrinin tədqiqata sərf edilən 0,80 qram miqdarı nəzərə alınmaqla, qalıq ümumi çəkisi 404,20 qram olan narkotik tərkibli çətənə bitkisinin hissələri hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut olan iki ədəd DVD diski cinayət işinin materiallarında saxlansın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 66 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, “KAPİTALBANK” X11 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-55/2025
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-55/2025
14.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver