Məhkəmə qərarları › İş №1(019)-56/2021

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-56/2021

24.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-56/2021 24.06.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.2000-ci ildə Balakən rayonunun Hənifə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ibtidai təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.1 və 237.1-ci maddələrilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və qəsdən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmə cinayət əməllərini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan yerdən və vaxtda əldə edərək yaşadığı evdə gizlədib saxladığı narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2020-ci ilin yayında Balakən rayonu Qazma kəndinin ərazisindəki qarğıdalı sahəsində əkərək, həmin toxumlardan cücərmiş narkotik tərkibli çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, 2020-ci ilin oktyabr ayında əkib-becərərək yetişdirdiyi həmin çətənə bitkilərinin üzərindən yararlı hissələrini toplayıb qurutmaqla qəsdən, qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 450,00 qram olan kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuana əldə edib bir ədəd üzərində «Levis» yazısı olan sellofan torbaya doldurub daşımaqla həmin yerdə kolluqda öz istifadəsi üçün gizlədərək saxlamışdır. Bundan başqa o, 2020-ci ilin yayında kultivasiya etdiyi həmin çətənə bitkilərinin üzərindən yığdığı 20 ədəd narkotik tərkibli çətənə (kannabis) toxumlarından 15 ədəd toxumu 2021-ci ilin mart ayının əvvəllərində gizlətdiyi yerdən çıxardıb yaxınlıqdakı ərazidə düzəltdiyi sahəyə əkərək, həmin toxumlardan bitmiş xeyli miqdarda, yəni 09 (doqquz) ədəd hündürlükləri 21 sm-dən 45 sm-dək, ümumi təmiz çəkiləri 62,21 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərinin diblərini alaq otlarından təmizləməklə, suvarmaqla və digər tədbirlər görməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə, geri qalan 5 ədəd narkotik tərkibli çətənə(kannabis) bitkisinin toxumlarını isə vahid niyyətlə 2021-ci ilin mart ayının axırında yaşadığı Hənifə kəndinin ərazisində olan sahədə əkərək həmin toxumlardan bitmiş xeyli miqdarda, yəni 03 (üç) ədəd hündürlükləri 11 smdən 21 sm-dək, ümumi təmiz çəkiləri 0,69 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisi şitillərinin diblərini alaq otlarından təmizləməklə, suvarmaqla və digər tədbirlər görməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə, ümumilikdə xeyli miqdarda, yəni 12 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini kultivasiya etmişdir. 23 aprel 2021-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qarayev X3 RPŞ-yə dəvət edilərək, şübhəli şəxs qismində tutulub, üzərində saat 17:50-dən 18:20-dək olan müddət ərzində şəxsi axtarış aparılarkən Balakən rayonu Hənifə kəndinin ərazisində olan sahədə qəsdən, qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya edib daha münbit şəraiti olan və daha təhlükəsiz hesab etdiyi meşə ərazisində əkmək məqsədi ilə kökündən çıxararaq, bir ədəd sellofan torbada daşıdığı həmin 03 (üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin şitilləri onun əlindəki sellofan torbada, keçirilən əməliyyat tədbirlərinin davamı olaraq həmin gün Balakən rayonu Qazma kəndindəki çöllük əraziyə saat 18:55-dən 19:30-dək olan müddət ərzində baxış keçirilən zaman həmin çöllük ərazidən onun qəsdən, qanunsuz olaraq tamah niyyəti ilə əkib yetişdirməklə kultivasiya etdiyi həmin 09 (doqquz) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və qeyd edilən ərazidə bir ədəd üzərində “Levis” yazısı olan sellofan torbada saxladığı təmiz çəkisi 450,00 qram olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, Balakən rayonun Hənifə kəndində ailəsi birlikdə yaşayır. Heç bir yerdə işləmir. AR CM-nin 234.1 və 237.1-ci maddələrinin mahiyyətini anlayır və həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü təqsirli bilir. Əvvəllər AR CM-nin 177-ci maddəsi ilə məhkum olunmuşdur, məhkumluğu ödənilmişdir. Psixi xəstəliklərdən əziyyət çəkməmişdir. Bir neçə ildir ki, narkotik vasitələrdən istifadə edir. Təxminən 2020-ci ilin yay aylarında hardan topladığını xatırlamadığı, yaşadığı evdə gizlədib saxladığı 5 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumlarını Balakən rayonu Qazma kəndində qarğıdalı olan sahədə əkibbecərmişdir. Qulluq edib yetişdirdiyi həmin 5 ədəd narkotik tərkibli çətənə bitkisinin üzərindən hissələrini 2020-ci ilin oktyabr ayında gələcəkdə özü istifadə etmək üçün yığıb qurudaraq, bir ədəd üzərində «Levis» yazısı olan sellofan torbaya dodurub, həmin yerdə kolluqda gizlətmişdir. Həm də həmin bitkilərin üzərindən 20 ədəd toxumları yığıb gələcəkdə əkmək məqsədi ilə qurudulmuş marixuananı gizlətdiyi yerdə saxlamışdır. 2021ci ilin mart ayının əvvəllərində Balakən rayonu Qazma kəndində narkotik toxumlarını gizlədib saxladığı yerə getmiş, oradan 15 ədəd toxumu götürüb yaxınlıqda həmin toxumları əkmək üçün ərazini alaq otlarından təmizləyib düzəldərək, orada 15 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumlarını əkmişdir. Əkdiyi 15 ədəd toxumdan 9 ədədi cücərmişdir. Əkdiyi toxumlar çürüməyə meyilli olmuşdur. Narkotik tərkibli çətənə bitkiləri boy atan zaman bitkilərin özləri də çürüməyə çox meyilli olduğundan və bəziləri «erkəkləyərək», yəni çiçəkləyərək məhsul vermədiyindən, Balakən rayonu Qazma kəndində çöllük ərazidə əkdiyi 09 ədəd narkotik tərkibli çətənə bitkilərindən əlavə də həmin 3 ədəd çətənə bitkisini əkmək qərarına gəlmişdir. Əkdiyi bitkilər yetişdikdə onları birlikdə toplayıb öz istifadəsi üçün qurudub heç kimin bilmədiyi bir yerdə gizlədib saxlayacaqdı və həmin saxladığı narkotik vasitədən də az-az istifadə edəcəkdi. Başqa bir niyyəti olmamışdır.Vaxtaşırı qeyd edilən əraziyə gedərək, əkdiyi toxumlardan cücərmiş narkotik tərkibli bitkilərin kənarını alaq otlarından təmizləməklə, onları suvarmaqla qulluq etmişdir. 20 ədəd toxumdan qalmış 5 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumunu 2021-ci ilin mart ayının axırında yaşadığı kənddə gicitkan bitkiləri olan ərazidə əkmişdir. Həmin 5 ədəd toxumdan 3 ədədi cücərmişdir. Bir müddət həmin şitillərə qulluq etdikdən sonra bitkilər boy atdıqda onları kənd əhalisinin görəcəyindən ehtiyat edib, onları həmin yerdən çıxarıb, meşəyə aparıb, daha münbit və geniş, həm də təhlükəsiz yerə əkmək qərarına gəlmişdir. 23.04.2021-ci il tarixdə evdən bir ədəd sellofan torba götürərək, əkdiyi 3 ədəd narkotik tərkibli çətənə bitklərinin olduğu yerə getmişdir. Həmin yerdən torpaq götürüb sellofan torbaya doldurmuş və 3 ədəd narkotik şitillərini kökündən çıxarıb, sellofan torbanın içərisindəki torpağa basdırmışdır. Həmin bitkiləri meşəyə apardığı zaman yolda polis əməkdaşları onu saxlayaraq, polis şöbəsinə gətirmişlər. Polis Şöbəsində ona narkotik tərkibli bitkiləri əkib-becərməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutulduğunu bildirmişlər. Ona təqdim olunmuş siyahıdan hüquqlarını müdafiə etmək üçün seçdiyi vəkil Müdafiəçi, aqronomun və polis əməkdaşlarının iştirakı ilə 23.04.2021-ci il tarixdə, saat 18 radələrində üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əlindəki sellofan torbadakı torpağa basdırdığı 03 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilmişdir. Aqronom həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Həmin bitkilər ölçüldükdə hündürlükləri 11 sm-dən 21 sm-dək olmuşdur. Narkotik bitkilər polis əməkdaşları tərəfindən bir ədəd zərfə qablaşdırılaraq, möhürlənib götürülmüşdür. Üzərindən başqa qanunsuz heç bir şey aşkarlanmamışdır. Polis əməkdaşlarına Qazma kəndində olan çöllük sahədə narkotik tərkibli çətənə bitkilərini əkib becərdiyini və elə həmin yerdə də öz istifadəsi üçün qurudulmuş marixuana saxladığını bildirmişdir. Baxış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Polis əməkdaşlarını şəxsi axtarış başa çatdıqdan sonra həmin əraziyə aparmışdır. 09 ədəd çətənə bitkilərini əkdiyi və qurudulmuş marixuananı gizlədib saxladığı əraziyə baxışda o, vəkil Müdafiəçi, aqronom və polis əməkdaşları iştirak etmişlər. Qeyd edilən ərazidə əkdiyi 09 ədəd narkotik tərkibli çətənə bitkiləri polis əməkdaşları tərəfindən aşkarlanmışdır. Aqronom həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Aşkar edilmiş narkotik bitkiləri ölçülərkən onların hündürlükləri 21 sm-dən 45 sm-dək olmuşdur. Həmin bitkilər polis əməkdaşları tərəfindən kökündən çıxarılaraq, bir ədəd sintetik kisəyə doldurularaq, qablaşdırılıb, möhürlənib götürülmüşdür. Bundan sonra polis əməkdaşlarına həmin yerdə kolluğun içərisində saxladığı qurudulmuş marixuananı göstəmişdir. Polis əməkdaşları tərəfindən kolluqdan üzərində «Levis» yazısı olan torba aşkarlanmışdır. Həmin sellofan torba içərisində olan narkotik vasitə ilə birlikdə polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkildikdə çəkisi 456 qram olmuşdur. Həmin narkotik vasitə də polis əməkdaşları tərəfindən bir ədəd zərfə qablaşdırılaraq, möhürlənib götürülmüşdür. Baxış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Müdafiəçi iştirakı ilə ekspert rəyi ilə tanış olduğu zaman çöllük ərazidə bir ədəd sellofan torbada gizlədib saxladığı narkotik vasitə-qurudulmuş marixuananın təmiz çəkisinin ekspert rəyinə görə 450 qram olduğu, şəxsi axtarış zamanı əlində olan sellofan torbadan aşkarlanmış 3 ədəd bitkinin əkilib -becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləri və çöllük ərazidə əkib becərdiyi 09 ədəd bitkilərin əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitklərinin olması ona aydın olmuşdur. Ekspert rəyi ilə razıdır. Özü narkotik vasitə istifadəçisidir. Narkotik tərkibli çətənə bitkilərini əkib-becərməkdə və qurudulmuş marixuananı saxlamaqda məqsədi özü üçün istifadə etmək olmuşdur. Bir ədəd sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuana saxlamağından və narkotik tərkibli çətənə bitkilərini əkib-becərməyindən heç kimin məlumatı olmamışdır. Cinayət əməlləri törətməsini etiraf edir və bu əməlləri törətməsindən səmimi peşmançılıq hissi keçirir. Gələcəkdə belə hallara yol verməyəcəkdir. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Balakən RPŞ-nin PPXB-nin manqa komandiri vəzifəsində işləyir. Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini daşıması, həmçinin narkotik tərkibli çətənə bitkilərini kultivasiya etməsi barədə ona daxil olmuş məlumat əsasında RPŞ rəisinə 23.04.2021-ci il tarixdə bu barədə raportla məruzə etmiş və həmin tarixdə Təqsirləndirilən şəxs onun tərəfindən Balakən RPŞ-yə dəvət edilərək gətirilmişdir. 23 aprel 2021-ci il tarixdə Balakən RPŞ-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində saat 18 radələrində şəxsi axtarış aparılmasında iştirak etmişdir. Şəxsi axtarışda ondan başqa şübhəli şəxs Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkil Müdafiəçi, X8, RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 və mütəxəssis kimi dəvət edilmiş aqronom Şahid3 iştirak etmişlər. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əlindəki göy rəngli sellofan torbanın içinə qoyulmuş ağ rəngli sellofan torbada torpağa əkilmiş halda 3 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkarlanmışdır. Şəxsi axtarışda iştirak edən aqronom Şahid3 bitkilərə baxış keçirdikdən sonra onlara aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik tərkibli həmin bitkiləri bir ay əvvəl öz istifadəsi üçün əkdiyini, hazırda əkdiyi yerdən çıxararaq, başqa yerə əkmək üçün apardığını bildirmişdir. Həmin 3 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər kökündən çıxarılaraq, ölçüldükdə hündürlükləri 11 sm-dən 21-dək olmuşdur. Aşkar edilmiş 03 ədəd çətənə bitkisinə oxşar bitkilər təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qablaşdırılaraq, möhürlənib maddi sübut kimi götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, çöl ərazisində də 9-10 ədəd narkotik tərkibli çətənə bitkilərini əkmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin yerdə quru mal da saxladığını, yəni narkotik vasitə saxladığını deyərək, bitkiləri əkdiyi və həmin malın olduğu yeri göstərə biləcəyini bildirmişdir. Şəxsi axtarış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış başa çatdıqdan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs dediklərinə əsasən Balakən rayonu Qazma kəndinin çöllük ərazisinə getmişlər. 23.04.2021-ci il tarixdə, saat 19 radələrində Təqsirləndirilən şəxs göstərdiyi sahəyə baxış keçirilməyə başlanmışdır. Baxışda ondan başqa şübhəli şəxs Təqsirləndirilən şəxs, vəkil Müdafiəçi, X8, RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 və mütəxəssis kimi dəvət edilmiş aqronom Şahid3 iştirak etmişlər. Baxış keçirilən ərazi Balakən rayonu Qazma kəndinin çöllük sahəsində yerləşmişdir. Baxış keçirilən ərazidə şübhəli şəxs Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkdiyi yeri göstərmiş və həmin yerə 09 ədəd narkotik bitkisini əkdiyini bildirmişdir. Təqsirləndirilən şəxs göstərdiyi, üzərinə polietilen örtüyün örtülməsi üçün çubuqlar basdırılmış yerdə cərgə ilə əkilmiş 09 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bitkiləri 2 ay əvvəl özünün əkdiyini, 10-15-20 ədəd toxum əkdiyini və həmin bitkilərin qeyd edilən toxumlardan cücərdiyini demişdir. Aqronom Şahid3 aşkar edilmiş bitkilərə baxış keçirərək onlara aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Həmin bitklər kökündən çıxarılaraq ölçüldükdə, hündürlükləri 21 sm.-dən 45 sm-dək olmuşdur. 09 ədəd bitki bir ədəd kağız zərfə qablaşdırılaraq, möhürlənib maddi sübut kimi götürülmüşdür. X8 şübhəli şəxs Təqsirləndirilən şəxs RPŞ-də üzərində şəxsi axtarış aparılan zaman əlavə olaraq narkotik vasitə saxlaması barədə dediklərini xatırladaraq, həmin narkotik vasitəni harada saxladığını soruşduqda, Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini əkdiyi sahədən təxminən 10 metrdən çox aralı məsafədə kolluğun içərisindən bir ədəd üzərində «Levis» yazısı olan sellofan torbanı çıxararaq, təqdim etmişdir. Həmin sellofan torbadan qurudulmuş marixuanaya oxşar bitki kütləsi aşkarlanmışdır. Bitki kütləsi elektron tərəzidə çəkildikdə çəkisi 456 qram olmuşdur. Qurudulmuş marixuanaya bənzər bitki kütləsi bir ədəd kağız zərfə qablaşdırılaraq, möhürlənib götürülmüşdür. Baxış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərdi ki, Balakən rayon X9 Mərkəzində baş məsləhətçi vəzifəsində işləyir. İxtisasca ali təhsilli alimaqronomdur. 23 aprel 2021-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları mütəxəssis qismində dəvət etmə barədə qərarı ona təqdim edərək, Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs üzərində narkotik tərkibli çətənə bitkilərini daşımaqda və həmçinin narkotik tərkibli çətənə bitkilərini kultivasiya etməkdə şübhəli olduğunu bildirərək, onun üzərində keçiriləcək şəxsi axtarışda mütəxəssis qismində dəvət olunduğunu bildirmişlər. Mütəxəssis kimi hüquq və vəzifələri ona izah olunmuş, məsuliyyət barədə xəbərdar olunmuş, mütəxəssis kimi dəvət olunmağı barədə qərar və hüquq və vəzifələrinin izah edilməsi barədə bildiriş ona təqdim olunmuşdur. Təqsirləndirilən şəxs üzərində 23 aprel 2021-ci il tarixdə, saat 18 radələrində şəxsi axtarış aparılmasında iştirak etmişdir. Şəxsi axtarışda ondan başqa şübhəli şəxs Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkil Müdafiəçi, X8, RPŞ-nin PPXB-nin manqa komandiri Şahid1 və RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 iştirak etmişlər. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əlindəki göy rəngli sellofan torbanın içinə qoyulmuş ağ rəngli sellofan torbada torpağa əkilmiş halda 3 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkarlanmışdır. Həmin bitkilərə onun tərəfindən baxış keçirildikdən sonra onlara aqrotexniki qaydada qulluq göstərildiyi müəyyən edilmişdir. Bu barədə rəy yazıb polis əməkdaşlarına da təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik tərkibli həmin bitkiləri bir ay əvvəl öz istifadəsi üçün əkdiyini, hazırda əkdiyi yerdən çıxararaq, başqa yerə əkmək üçün apardığını bildirmişdir. Həmin 3 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər kökündən çıxarılaraq ölçüldükdə, hündürlükləri 11 sm-dən 21-dək olmuşdur. Aşkar edilmiş 03 ədəd çətənə bitkisinə oxşar bitkilər təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qablaşdırılaraq, möhürlənib maddi sübut kimi götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, çöl ərazisində də 9-10 ədəd narkotik tərkibli çətənə bitkilərini əkmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin yerdə quru mal da saxladığını, yəni narkotik vasitə saxladığını deyərək, bitkiləri əkdiyi və həmin malın olduğu yeri göstərə biləcəyini bildirmişdir. Şəxsi axtarış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış başa çatdıqdan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs dediklərinə əsasən Balakən rayonu Qazma kəndinin çöllük ərazisinə getmişlər. 23.04.2021-ci il tarixdə, saat 19 radələrində Təqsirləndirilən şəxs göstərdiyi sahəyə baxış keçirilməyə başlanmışdır. Baxışda ondan başqa şübhəli şəxs Təqsirləndirilən şəxs, vəkil Müdafiəçi, X8, RPŞ-nin PPXB-nin manqa komandiri Şahid1 və CAB-nin baş əməliyyat müvəkkili Şahid2 iştirak etmişlər. Baxış keçirilən ərazi Balakən rayonu Qazma kəndinin çöllük sahəsində yerləşmişdir. Baxış keçirilən ərazidə şübhəli şəxs Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkdiyi yeri göstərmiş və həmin yerə 09 ədəd narkotik bitkisini əkdiyini bildirmişdir. Təqsirləndirilən şəxs göstərdiyi, üzərinə polietilen örtüyün örtülməsi üçün çubuqlar basdırılmış yerdə cərgə ilə əkilmiş 09 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bitkiləri 2 ay əvvəl özünün əkdiyini, 10-15-20 ədəd toxum əkdiyini və həmin bitkilərin qeyd edilən toxumlardan cücərdiyini demişdir. Həmin bitkilərə onun tərəfindən baxış keçirildikdə, onların suvarıldığı, ətrafı alaq otlarından təmizləndiyi, diblərinin yumşaldıldığı, yəni bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyi müəyyən edilmişdir. Bu barədə rəy yazıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin bitkilər kökündən çıxarılaraq ölçüldükdə, hündürlükləri 21 sm.-dən 45 sm-dək olmuşdur. 09 ədəd bitki bir ədəd kağız zərfə qablaşdırılaraq, möhürlənib maddi sübut kimi götürülmüşdür. X8 şübhəli şəxs Təqsirləndirilən şəxs RPŞ-də üzərində şəxsi axtarış aparılan zaman əlavə olaraq narkotik vasitə saxlaması barədə dediklərini xatırladaraq, həmin narkotik vasitəni harada saxladığını soruşduqda, Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini əkdiyi sahədən təxminən 10 metrdən çox aralı məsafədə, kolluğun içərisindən bir ədəd üzərində «Levis» yazısı olan sellofan torbanı çıxararaq, təqdim etmişdir. Həmin sellofan torbadan qurudulmuş marixuanaya oxşar bitki kütləsi aşkarlanmışdır. Bitki kütləsi elektron tərəzidə çəkildikdə, çəkisi 456 qram olmuşdur. Qurudulmuş marixuanaya bənzər bitki kütləsi bir ədəd kağız zərfə qablaşdırılaraq möhürlənib, götürülmüşdür. Baxış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə 23 aprel 2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış 23.04.2021-ci il tarixdə Balakən RPŞ-nin inzibati binasında saat 17:50-dən 18:20dək olan müddət ərzində keçirilmişdir. Şəxsi axtarış zamanı aşağıdakılar müəyyən olunmuşdur: Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində göy rəngli idman dəsti, idman ayaqqabısı, sağ əlində isə göy rəngli sellofan torba vardır. Həmin sellofan torbanın içərisinə baxış keçirilən zaman ağ rəngli torbanın içərisində torpağa basdırılmış, bitmiş halda 3 ədəd, hündürlükləri 11 sm-dən 21 sm.-dək olan narkotik tərkibli çətənə bitkisinə oxşar bitki şitilləri aşkar edilərək, bir ədəd ağ rəngli zərfdə qablaşdırılıb, möhürlənib götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı heç bir əşya və ya predmetə rast gəlinməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs başqa hansısa yerdə narkotik tərkibli çətənə bitkisini əkməsi və yaxud da narkotik saxlaması barədə sual verildikdə o, çöllük sahədə narkotik tərkibli bitkiləri əkdiyini və həmin yerdə narkotik vasitə-qurudulmuş marixuana saxladığını bildirmişdir. Şəxsi axtarış «Sony HDRX» markalı videokamera vasitəsi ilə görüntülənmişdir. Şəxsi axtarış zamanı tərtib olunmuş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət, vəsatət daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü DVD disk protokola əlavə edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş baxış keçirilməsi barədə 23 aprel 2021-ci il tarixli protokoldan görünür ki, baxış 23.04.2021-ci il tarixdə Balakən rayonu Qazma kəndində saat 18:55-dən 19:30-dək olan müddət ərzində keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən olunmuşdur: Baxış keçirilən yer Balakən rayonu Qazma kəndinin ərazisində olan çöllük sahədir. Həmin əraziyə baxış keçirilən zaman 158x180 ölçülərdə olan ərazidə 9 ədəd hündürlükləri 21 sm-dən 45 sm.-dək narkotik tərkibli çətənə bitkisinə oxşar bitki şitilləri aşkar edilərək bir ədəd ağ rəngli sintetik kisədə qablaşdırılıb, möhürlənib maddi sübut kimi götürülmüşdür. Bundan başqa həmin yerdən 13 metr məsafədə kolluq ərazidən 01 ədəd üzərində «Levis» yazısı olan sellofan torbada narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi aşkar edilərək, bir ədəd elektron tərəzidə çəkilmiş, çəkisi 456 qram təşkil etmişdir. Həmin kütlə bir ədəd ağ rəngli kağız zərfə qoyularaq, qablaşdırılıb, möhürlənib maddi sübut kimi götürülmüşdür. Baxış «Panaconic» markalı videokamera vasitəsi ilə görüntülənmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət, vəsatət daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. Baxış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü DVD disk protokola əlavə edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 24 aprel 2021-ci il tarixli 17/296 nömrəli ekspert rəyində göstərilmişdir: Tədqiqata təqdim olunmuş, üzərində “Aşkar edilmiş bir ədəd sellofan torbada olan qurudulmuş marixuanaya oxşar kütlədən ibarət maddi sübut...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan torbada, təmiz çəkisi – 450,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır; Tədqiqata təqdim olunmuş, üzərində “ Vət. Təqsirləndirilən şəxs əlində olan sellofan torbadan aşkar edilmiş 3 ədəd....” sözləri yazılmış zərfin içərisindəki hündürlükləri 11 sm.-dən 21 sm.-dək, ümumi təmiz çəkiləri 0,69 qram olan 03 (üç) ədəd bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir; Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “Balakən rayonu Qazma kəndi ərazisindən çöllük sahədə aşkar edilmiş 9 ədəd...” sözləri yazılmış zərfin içərisindəki hündürlükləri 21 sm.-dən 45 sm.-dək, ümumi təmiz çəkiləri 62,21 qram olan 09 (doqquz) ədəd bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir; Aqronom mütəxəssis Şahid3 23 aprel 2021-ci il tarixli rəyinə əsasən 03 (üç) ədəd çətənə (kannabis) bitkisinin şitillərinə və 09 (doqquz) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir; Qeyd: a) 09 (doqquz) ədəd çətənə bitkilərinin ümumi təmiz çəkisi- 62.21 qram, tədqiqata sərf edildi-0,45 qram (hər bitkidən 0,05 qram), qalıq-61.76 qram, b) qurudulmuş marixuananın təmiz çəkisi 450 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq 449,95 qram. Ekspertiza tədqiqatının dəyəri 34.55 manat təşkil edir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş ambulator məhkəmənarkoloji ekspertizasının 22 may 2021-ci il tarixli, 570 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan marixuanadan sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş mütəxəssis aqronom Şahid3 23.04.2021-ci il tarixli rəylərindən görünür ki, Balakən rayonu Qazma kənd sakini Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən və baxış aparılarkən aşkar edilmiş 3 ədəd və 9 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki şitillərinə aqrotexniki qaydada qulluq edilmiş, təmizlənmiş və suvarılmışdır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 23 aprel 2021-ci il tarixli cinayət işi başlanana kimi şəxsi tutma haqqında protokoldan görünür ki, 23 aprel 2021-ci ildə saat 17:30-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 25.04.2021-ci il tarixli, 4 (019)-32/2021 saylı qərarından görünür ki, vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 25 aprel 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamə üzrə 04.05.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Mərkəzi X6 Şəxsinin 04.05.2020-ci il tarixli, 78 nömrəli arayışından görünür ki, Qarayev X3 MRXnın poliklinika şöbəsində psixiatriya kabinetində qeydiyyatda yoxdur. İşdə olan olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən RPŞ-nin İB-nin müstəntiqinin sübutların qiymətləndirilməsi haqqında 24 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş və tədqiqata təqdim edilmiş təmiz çəkisi 450,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0,45 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 449.95 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannbis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 03 (üç) ədəd bitki şitilləri və Balakən rayonu Qazma kəndinin çöllük ərazisində əkib becərdiyi 9 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləri iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışın və Balakən rayonu Qazma kəndinin çöllük ərazisinə keçirilən baxışın videogörüntüləri əks olunmuş 02 ədəd DVD diski sübut kimi qiymətləndirilərək, cinayət işinə əlavə edilmişdir. Məhkəmə,iş üzrə şahidlərin ifadələrini, məhkəmə-bioloji ekspretizasının 24 aprel 2021ci tarixli, 17/296 nömrəli rəyin, mütəxəssis aqronom Şahid3 23.04.2021-ci il tarixli rəylərini, ambulator məhkəmə-narkoloji ekspertizasının 22 may 2021-ci il tarixli, 570 nömrəli rəyini, 23 aprel 2021-ci il tarixli şəxsi axtarış və baxış protokollarını, həimin şəxsi axtarışın və baxışın videogörüntüləri əks olunmuş iki ədəd DVD diskini, maddi sübutları, Balakən RPŞnin İB-nin müstəntiqinin sübutların qiymətləndirilməsi haqqında 24 may 2021-ci il tarixli qərarını, ibtidai istintaq orqanının və məhkəmənin prosessual hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Bu zəmində məhkəmə, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar X1rşı işi ilə bağlı qərarına istinad etməyi zəruri hesab edir. Belə ki, həmin qərarda Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və qəsdən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmə cinayət əməllərini törətmişdir. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməyə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) görə Azərbaycan Respublikası CMnin 237.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə narkotik vasitələr-BMT-nin 1961-ci il tarixli «Narkotik vasitələr haqqında» Vahid Konvensiyasında, 1971-ci il tarixli «Psixotrop maddələr haqqında» Konvensiyasında, 1988-ci il tarixli «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında» Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.6-ci maddəsinə görə tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Həmin Qanunun 1.0.7-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevirilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarına görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Həmin qərarın 19-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ-qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər).Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət hadisələri baş vermişdir, həmin əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrinin tərkibi vardır, həmin əməllər təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinməlidir, onun cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs əməlləri cinayətlərin məcmusunu yaratdığı və bu məcmuya daxil olunan cinayətlər az ağır cinayətlər olduğu üçün Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin ediləcək bu cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 23 aprel 2021-ci il tarixdən 25 aprel 2021-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı iki gün müddət həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs qəti olaraq təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli hazırki hökmün çıxarıldığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirlndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğu üçün Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənaətinə gəlindiyi üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 22 may 2021-ci il tarixli, 570 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkotik vasitə olan konnobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinin, narkomaniya xəstəliyindən məcburi mualicəyə ehtiyacı olduğunun və narkoloji kabinetdə qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məxcburi tədbirlər təyin edir. Həmçinin Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X6 Şəxsinə göndərilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri olan 34.55 (otuz dörd manat 55 qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM;VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan 450 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 449,95 qramı və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aşkarlanaraq götürülmüş 03 (üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin şitilləri və onun Balakən rayonu Qazma kəndinin çöllük ərazisində əkib-becərdiyi və həmin əraziyə baxış keçirilən zaman aşkarlanaraq götürülmüş 09 (doqquz) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilməli, Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışın və Balakən rayonu Qazma kəndindəki çöllük ərazidə aparılan baxışın videogörüntüləri əks olunmuş iki ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 5 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq, həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən Rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X7 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşina Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1ci maddəsilə 1 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş bu cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 23 aprel 2021-ci il tarixdən 25 aprel 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki) gün müddət həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın; Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəza çəkmə müddətinin əvvəli hazırki hökmün çıxarıldığı 24 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın; onun ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün hazırki hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X6 Şəxsinə göndərilsin. İş üzrə 34.55 (otuz dörd manat 55 qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM;VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan 450 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 449,95 qramı və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aşkarlanaraq götürülmüş 03 (üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin şitilləri və onun Balakən rayonu Qazma kəndinin çöllük ərazisində əkib-becərdiyi və həmin əraziyə baxış keçirilən zaman aşkarlanaraq götürülmüş 09 (doqquz) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilsin; Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışın və Balakən rayonu Qazma kəndindəki çöllük ərazidə aparılan baxışın videogörüntüləri əks olunmuş iki ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən Rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X7 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar