Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-56/2022 07.06.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1966-cı il tarixdə Balakən rayonu Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Şəki Ağır Cinayətlər Məhkəməsinin 12.11.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin 19.01.2018-ci il tarixli qərarı ilə cəzasının 05 ay 10 günündən vaxtından əvvəl şərti olaraq azad edilmiş, məhkumluğu ödənilməmiş, əməli cinayətin residivini yaradan, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olan və barəsində həbs qətimkan tədbiri seçilənədək həmin kənddə yaşamış, barəsində Balakən Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayının ortalarında Balakən çayının Hənifə kəndi ərazisindən keçən kolluq hissəsində aşkar etdiyi bir ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə(kannabis) bitkisinin yararlı hissələrini yığıb qurudaraq qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz şəxsi istifadəsi məqsədi ilə əldə etdiyi 01 ədəd sellofan torbanın içərisindəki şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 6,59 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadəsi məqsədi ilə üzərində daşıyaraq Balakən çayının Hənifə kəndi ərazisindəki bəndinin yaxınlığında, 06.04.2022-ci il tarixdən etibarən isə həmin narkotik vasitə qurudulmuş marixuananı bir ədəd kibrit qutusuna doldurmaqla əynindəki göy rəngli cins şalvarın sol yan cibində daşıyaraq saxlamışdır. 06 aprel 2022-ci il tarixdə Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs rayon polis şöbəsinə dəvət edilib şübhəli şəxs qismində tutulduqdan sonra həmin tarixdə saat 21:45dən saat 22:20-dək üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı, bir ədəd kibrit qutusunun içərisindəki şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 6,59 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əynindəki göy rəngli cins şalvarın sol yan cibindən aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 12 noyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respubliksı CM-nin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin 19.01.2018-ci il tarixli qərarı ilə 05 ay 10 gün vaxtından əvvəl şərti azadlığa buraxılmışdır. Əvvəllər heç bir psixi xəstəliklər keçirməmişdir. Təxminən 20 ildir narkotik vasitələrdən istifadə edir. 2021-ci ilin avqust ayının ortalarında Balakən çayının rayonun Hənifə kəndi ərazisindən keçən hissəsində olduğu zaman kolluq sahədə 1 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisinin olmasını görmüş, həmin bitkinin yararlı hissələrindən yığaraq çaylaq ərazidə qurutmuş və qurutduğu narkotik vasitə marixuananı bir ədəd sellofan torbaya dolduraraq, çaylaq ərazidə bəndin yaxınlığında öz şəxsi istifadəsi üçün saxlamışdır. Üzərindən narkotik vasitəni yığıdığı yabanı halda bitmiş 1 ədəd narkotik tərkibli çətənə bitkisini isə məhv edərək, Balakən çayına atmışdır. Əldə etdiyi həmin narkotik vasitədən bir neçə dəfə istifadə etmiş, geriyə qalanını da Balakən çayının kənarındakı bəndin yaxınlığında saxlamışdır. 2022-ci ilin mart ayının əvvəllərində həmin narkotik vasitəni saxladığı Balakən çayının kənarındakı bəndin yaxınlığına gedərək, qalan narkotik vasitənin bir hissəsini də istifadə etdikdən sonra geriyə qalanını sellofan torbadan 1 ədəd kibrit qutusuna boşaldıb həmin kibrit qutusunu da həmin yerdə saxlamışdır. 06 aprel 2022-ci il tarixdə isə saxladığı kibrit qutusunu səhər saatlarından həmin yerdən götürərək, üzərində saxlamışdır. 06 aprel 2022-ci il tarixdə təxminən saat 21 radələrində Balakən rayonu Hənifə kəndi ərazisində olduğu zaman Balakən RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq, üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək, onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarına etiraz etmədən polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona təqdim edilmiş vəkillərin siyahısından seçmiş olduğu vəkil Müdafiəçi iştirakı ilə onu şübhəli şəxs kimi tutmuş, daha sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə hüququ və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl ondan üzərində qanunsuz saxlanılan nə isə olub-olmaması soruşulmuş, həmçinin üzərində olan əşyaları təqdim etmək bildirilmişdir. Bu zaman o, üzərində narkotik vasitə olduğunu bildirərək, əynindəki göy rəngli cins şalvarın sol yan cibində saxladığı 1 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Həmçinin əynindəki gödəkcənin ciblərində olan 02 ədəd West markalı siqaret qutusunu, 01 ədəd alışqanı və şalvarının sağ yan cibindəki 04 ədəd 1 manatlıq pul əskinaslarını təqdim etmişdir. Üzərində şəxsi axtarış davam etdirilən zaman başqa qanunsuz heç nə aşkar edilməmişdir. Təqdim etdiyi 1 ədəd kibrit qutusu açılıb baxılan zaman içərisində narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmiş və həmin narkotik vasitə marixuana kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş, kibrit qutusu ilə birlikdə narkotik vasitənin ümumi çəkisi 9,57 qram təşkil etmişdir. Daha sonra həmin bir ədəd kibrit qutusu bir ədəd ağ rəngli kağız zərfə qoyulub möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Həmçinin üzərindən aşkar edilmiş 02 ədəd West markalı siqaret qutusu, 01 ədəd alışqan və 04 ədəd 1 manatlıq pul əskinasları ona geri qaytarımılmışdır. Bundan sonra şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Həmçinin təyin edilmiş ekspertizanın rəyi ilə tanış olduğu zaman ona məlum olmuşdur ki, üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 6,59 qramdır. Üzərində saxladığı narkotik vasitədən başqa hər hansı bir şəxsin məlumatı olmamışdır. O, heç vaxt narkotik vasitənin alqı-satqısı ilə məşğul olmamışdır. Həmçinin ona Balakən RPŞ-də hər hansı bir psixi və fiziki təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Ziyat oğlu ifadəsində göstərmişdir ki, Balakən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. 06 aprel 2022-ci il tarixdə Balakən rayon Hənifə kənd sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə Balakən RPŞ-yə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə tərəfindən Balakən RPŞ-nin rəhbərliyinə raportla müraciət edildikdən sonra müvafiq göstəriş əsasında həmin gün saat təxminən 21 radələrində Təqsirləndirilən şəxs yaşadığı Hənifə kəndi ərazisində saxlanılaraq, Balakən RPŞ-yə gətirilmiş və barəsində tədbir görülməsi məqsədi ilə Balakən RPŞ-nin rəhbərliyinə raportla müraciət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edildikdən sonra fasiləsiz videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan əşya, vasitə olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmiş və əynindəki göy rəngli cins şalvarın sol yan cibində saxladığı 1 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Həmçinin əynindəki gödəkcənin ciblərində olan 02 ədəd West markalı siqaret qutusunu, 01 ədəd alışqanı və şalvarının sağ yan cibindəki 04 ədəd 1 manatlıq pul əskinaslarını təqdim etmişdir. Daha sonra üzərində şəxsi axtarış davam etdirilən zaman başqa qanunsuz heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kibrit qutusuna baxış keçirilən zaman içərisində tünd yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsinin olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd kibrit qutusu elektron tərəzidə çəkilmilş, bitki kütləsi ilə birlikdə kibrit qutusunun çəkisi 9,57 qram olmuşdur. Sonra da bir ədəd kibrit qutusunun içərisindəki narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi kibrit qutusu ilə birlikdə bir ədəd ağ rəngli kağız zərfə qoyulub qabılaşdırılaraq DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmiş, üzərini də digər iştirakçılarla birlikdə imzalamışlar. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd West markalı siqaret qutusu, 01 ədəd alışqan və 04 ədəd 1 manatlıq pul əskinasları isə ona geri qaytarılmışdır. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni 2021-ci ilin avqust ayının ortalarında Balakən rayonu Hənifə kəndinin çaylaq ərazisində 1 ədəd yabanı halda bitən bitkinin üzərindən yığaraq əldə etdiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış aparılmasına dair protokol tərtib edilmiş və ucadan oxunmuşdur. Protokola heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin əməkdaşları Şahid2 da Şahid1 Ziyat oğlunun ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. İş materiallarında olan 06 aprel 2022-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, 06.04.2022-ci il tarixdə Balakən rayon Hənifə kəndində pasport qeydiyyatında olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilib şübhəli şəxs qismində tutularaq həmin gün saat 21:45-dən 22:20-dək olan müddətdə üzərində şəxsi axtarış aparılan zaman müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd kibrit qutusunu çıxarıb həmin kibrit qutusunda narkotik vasitə marixuana saxladığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynindəki gödəkçənin içərisində saxladığı 2 ədəd "West" markalı siqaret qutusunu, 1 ədəd alışqanı və 4 ədəd 1 manatlıq kağız pul əskinaslarını təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində 1 ədəd kibrit qutusunda saxladığı narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadəsi üçün üzərində saxladığını, təxminən 15-20 ildir ki, narkotikdən istifadə etdiyini, əvvəllər bununla bağlı məhkum olunduğunu bildirmişdir. Həmçinin üzərində saxladığı narkotiki 2021ci ilin avqust ayının ortalarında Hənifə kəndində yerləşən çaylaq ərazidə tapdığı 1 ədəd yabanı halda bitmiş çətənə bitkisinin üzərindən yığaraq qurutduğunu və üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı yığıdığı 1 ədəd yabanı halda bitmiş çətənə bitkisini yığdıqdan sonra məhv edərək çaya atdığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 9,57 qram təşkil etmişdir. Aşkar edilmiş 1 ədəd kibrit qutusundakı narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi 1 ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd West markalı siqaret qutusu, 1 ədəd alışqan və 4 manat pul geri özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə qanunsuz əşya, vasitə aşkar edilməmişdir. Şəxsi axtarış Panasonic markalı videokamera vasitəsi ilə qeydə alınmış, videogörüntülərin olduğu disk protokola əlavə edilmişdir. Daha sonra protokol tərtib edilmiş, ucadan oxunmuş və doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 07 aprel 2022-ci il tarixli 17/315 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi.." sözləri və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi – 6,59 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır. Qeyd:1)Marixuananın təmiz çəkisi -6,59 qr,. tədqiqata sərf edildi-0,05 qr, qalıq-6,54 qr.Ekspertiza tədqiqatının dəyəri 34,55 manat təşkil edir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 25 aprel 2022-ci il tarixli 554 nömrəli rəyindən görünür ki, X2 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 06 aprel 2022-ci il tarixli şübhəli şəxsi tutma qərarından və protokolundan görünür ki, Təqsirləndirilən şəxs 06 aprel 2022-ci il tarixdə, saat 21.30-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 08.04.2022-ci il tarixli qərarından görünür ki, həmin qərarla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirləndirilən şəxs hesab edilən Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 06 aprel 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X11 Ərazi Bölmələrini İdarəetmə Birliyi Balakən rayon X6 Hüquqi Şəxsinin 19.04.2022-ci il tarixli, 111 nömrəli arayışından görünür ki, Balakən rayonu Hənifə kənd sakini 1966-cı il təvəllüdlü Çıraqov X5 MRX-nın poliklinika şöbəsində psixiatriya və narkoloji kabinetdə qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnamə üzrə verdiyi 16.04.2022-ci il tarixli, 2 saylı arayışdan, Şəki Ağır Cinayətlər Məhkəməsinin 12 noyabr 2015-ci il tarixli, 1 (091)-157/15 nömrəli hökmündən və Şəki Rayon Məhkəməsinin 19 yanvar 2018-ci il tarixli, 7 (075)-47/2018 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 29 iyun 2015-ci il tarixdən hesablanmış, Şəki Rayon Məhkəməsinin 19 yanvar 2018-ci il tarixli, 7 (075)-47/2018 nömrəli qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Penitensiar Müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilərək o, cəzadan şərti olaraq 05 ay 10 gün vaxtından əvvəl azad edilmiş, 29.06.2018-ci ildə cəzasını tam çəkdiyindən qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında 26 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 6,59 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 6,54 qramı maddi sübut kimi tanınaraq, Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışın videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski sübut kimi cinayət işində saxlanılmışdır. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, məhkəmə-bioloji ekspertizasının 07 aprel 2022-ci il tarixli, 17/315 nömrəli rəyini, ambulator məhkəmə-narkoloji ekspertizasının 25 aprel 2022-ci il tarixli, 554 nömrəli rəyini, 06 aprel 2022-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokolu, həmin protokolun videogörüntüləri əks olunmuş 01 ədəd DVD diskini, maddi sübutu, Balakən RPŞ-nin İB-nin müstəntiqinin sübutların qiymətləndirilməsi haqqında 26 aprel 2022-ci il tarixli qərarını, ibtidai istintaq orqanının və məhkəmənin hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün sübut kimi qəbul edilməlidir. Bu zəmində məhkəmə, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar X1rşı işi ilə bağlı qərarına istinad etməyi zəruri hesab edir. Belə ki, həmin qərarda Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikası CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Yenə də həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq,Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarına görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin İ siyahıda bu miqdar narkotik vasitə qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur, Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində cəzanı yüngülləşdirən hallar nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən iş materiallarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində isə cəzanı ağırlaşdıran hallar nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 12.11.2015-ci il tarixli, 1(091)-157/15 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin 19.01.2018-ci il tarixli qərarı ilə 05 ay 10 gün vaxtından əvvəl şərti azad olunmuş, 29.06.2018-ci ildə cəzasını tam çəkdiyindən qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur:… 83.3.4. ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 12.11.2015-ci il tarixli, 1 (091)- 157/15 nömrəli hökmü ilə məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş əməl Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər təsnifatına aiddir. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 12.11. 2015-ci il tarixli, 1 (091)-157/15 nömrəli hökmü əsasında ağır cinayət sayılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsilə məhkum edilməsindən, Şəki Rayon Məhkəməsinin 19.01.2018-ci il tarixli qərarı ilə, həmin hökmlə ona təyin olunmuş 3 il müddətə azadlıqdan məhrum etmə cəzasının 05 ay 10 günündən vaxtından əvvəl şərti azad olunduqdan və 29.06.2018-ci ildə cəzasını tam çəkməklə qeydiyyatdan çıxarıldıqdan sonra həmin məhkumluq müddəti ödənilmədən və ya götürülmədən, yəni qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqdan sonra yenidən qəsdən cinayət əməli törətmişdir. Bununla da Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsində cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməl öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar yoxdur, ancaq cəzasını ağırlaşdıran hal mövcuddur. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs qəsdən CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, bundan nəticə çıxarmamış və həmin cinayət üzrə məhkumluq müddəti ödənilmədən yenidən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətmişdir. Bu da onun mənəvi deqradasiyaya məruz qalmasını və törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu göstərir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bu xüsusda məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaratdığı üçün ona Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri qaydasında cəza təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmamasını və cinayətin residivi kimi cəzasını ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmaqla cəzanın məqsədlərinə nail olunmasının mümkünlüyü qənaətinə gələrək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Həmçinin Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 aprel 2022-ci il tarixdən şübhəli şəxs qismində tutulub hazırki günədək həbsdə saxlandığı müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 06 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə cəzasının ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənaətinə gəlindiyi üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 25 aprel 2022-ci il tarixli 554 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyinin, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinin, narkomaniya xəstəliyindən məcburi mualicəyə ehtiyacı olduğunun və narkoloji kabinetdə qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən rayon X6 Hüquqi Şəxsinə göndərilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə 34,55 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X8 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 6,59 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 6,54 qramı məhv edilməli, Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışın videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq, həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X7 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşina Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; Təqsirləndirilən şəxs 06 aprel 2022-ci il tarixdən şübhəli şəxs qismində tutulub hazırki günədək həbsdə saxlandığı müddət ona təyin edilən cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 06 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın; onun ərazi narkoloji kabinetdə qeydiyyata alınması üçün hazırki hökmün surəti yaşayış yeri üzrə Balakən rayon X6 Hüquqi Şəxsinə göndərilsin. İş üzrə 34,55 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X8 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 6,59 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 6,54 qramı məhv edilsin; Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışın videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X7 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-56/2022
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-56/2022
07.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver