Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 1(019)-57/2020 04.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs – xx xxxx 1983-cü ildə Balakən rayonunun Mahamalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində arvadı Zərərçəkmiş şəxs ilə yaşadıqları evin mətbəxində mübahisə etmiş, mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifətinə yumruqla vuraraq qəsdən onun sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs həmin əməli törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, bilavasitə tədqiq olunan sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, Balakən rayonunun Mahamalar kəndində ailəsi ilə birlikdə yaşayır. 2007-ci ildə Mahamalar kənd sakini Zərərçəkmiş şəxs ilə ailə qurmuş və həmin evlilikdən iki uşaqları vardır. Üç ildir ki, spirtli içki qəbul etmir. xx.xx.2020-ci il tarixdə saat 18-19 radələrində Balakən şəhərində olarkən mağazadan pivə almış və yol boyu içmişdir. Saat təxminən 22 radələrində evə gəlmiş, evə gələn zaman yoldaşı və uşaqları yatmışlar. O, evə daxil olmuş oğluna pilləkəndə bazarlıq edərək gətirdiyi şeyləri evə aparmasını bildirmişdir. O, telefonla dostları ilə danışan zaman yoldaşı Səbinə ona “sənin səsin gələndə pis oluram” deyərək həyətə düşmüşdür. Bu zaman o, mətbəxə keçib siqaret yandırıb çəkən zaman Səbinə gəlib ona pis sözlər demişdir. Həmin vaxt o, əsəbiləşmiş və Səbinənin sifətinə bir sillə vurmuşdur. Həmin vaxt Səbinə yerə yıxılmış və yıxıldığı yerdən qalxıb getmişdir. Əməlindən peşimandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Səbinə ilə barışmış, ona dəymiş ziyanı tam ödəmişdir. İşin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Balakən rayonunun Mahamalar kəndində yaşayır. 2008-ci ildə Mahamalar kənd sakini Təqsirləndirilən şəxs ilə ailə qurmuş və həmin evlilikdən iki uşaqları vardır. xx.xx.2020-ci il tarixdə saat 22 radələrində yoldaşı Nəcməddin yatan yerdən onu oyatmış və həmin vaxt aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Nəcməddin yumruqla onun sifətindən vurmuşdur. Həmin vaxt Nəcməddin sərxoş olmuşdur. Bundan sonra o, valideynləri bilməsin deyə qaynı Eldənizgilə getmişdir. Sonradan anası Daniyanın DİN-nin 102 xidmətinə zəng edərək onun yoldaşı tərəfindən döyülməsi və təhqir edilməsi barədə məlumat verdiyini bilmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Nəcmədin Piriyev ona dəymiş ziyanı tam ödəmişdir. Ondan heç bir şikayət və tələbi yoxdur və cinayət işinə xitam verilməsini xahiş etdi. İşin 29-cu vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə–Tibbi Ekspertiza və X2 X4 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 157 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlər-burun sümüyünün qapalı sınığı-bərk küt əşyanın təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2020-ci ildə əmələ gələ bilərdi, dərəcəsinə görə onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İşin 22-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 25-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-ın Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Piriyev X1 rayonu Mahamalar kəndində yaşayır, himayəsində işləməyən arvadı, 2010-cu il təvəllüdlü Adəm və 2009-cu il təvəllüdlü Aliyyə adlı uşaqları vardır. İşin 26-cı vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB-ın Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət cəhətdən xarakterizə olunur. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində arvadı Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarət yetirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlilidir, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə eyni zamanda hesab edir ki, cinayət işinin icraatına xitam verilməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs elan edilməklə tədqiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, ondan heç bir şikayət və tələbi olmadığını göstərmiş və cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilməklə tədqiq olunmuş ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır, əməlindən peşimandır. Barəsində olan cinayət işinə xitam verilməklə cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş zərəri tam ödəməsini nəzərə alaraq Cinayət Məcəlləsinin 73.2-ci maddənə əsasən cinayət təqibinə xitam verilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini təklif etdi. Məhkəmə işin hallarını, dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin işin icraatına xitam verilməsini xahiş etmələrini, cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddənin əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 43.3, 321.2.1, 347 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-57/2020
Balakən Rayon Məhkəməsi Qərar — İş №1(019)-57/2020
04.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver