Məhkəmə qərarları › İş №1(019)-57/2021

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-57/2021

22.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-57/2021 22.06.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1990-cı il tarixdə Balakən rayonu Mahamalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli-himayəsində üç azyaşlı uşağı olan, məhkum olunmamış, Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olan və həmin kənddə daimi yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.1 və 237.1-ci maddələrilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, narkotik vasitələri əldə etmə, daşıma, saxlama və qəsdən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmə cinayət əməllərini törətmişdir. Belə ki, o, 2020-ci ilin sentyabr ayının ortalarında Balakən rayonu Sarıbulaq kəndinin çöl səhəsində aşkar etdiyi, yabanı halda bitmiş 01 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin hisslərini yığaraq, qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 129,92 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, öz istifadəsi məqsədi ilə üzərində daşıyaraq, əvvəlcə yaşadığı evə aparıb sellofanda qurutmaqla saxlamış, daha sonra 23 aprel 2021-ci ildə öz istifadəsi məqsədi ilə əynindəki qara-qırmızı rəngli damalı köynəyin altında daşıyaraq saxlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs yabanı halda bitmiş həmin çətənə bitkisinin üzərindən 2020-ci ilin sentyabr ayının ortalarında yığdığı və yaşadığı evdə gizlədərək, saxladığı 03 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2021-ci ilin mart ayının ortalarında gizlətdiyi yerdən çıxarıb, Balakən rayonu Mahamalar kəndində yerləşən evinin həyətində qəsdən qanunsuz olaraq əkərək, həmin toxumlardan bitmiş xeyli miqdarda, yəni 03 (ədəd) ədəd hündürlükləri 19 sm-dən 29 sm-dək, ümumi təmiz çəkiləri 2,55 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkilərinin şitillərinin diblərini alaq otlarından təmizləməklə, suvarmaqla və digər tədbirlər görməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə, ümumilikdə xeyli miqdarda, yəni 03 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkilərinin şitillərini kultivasiya etmişdir. 23 aprel 2021-ci il tarixdə Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Balakən RPŞ-yə dəvət edilərək, şübhəli şəxs qismində tutulub, üzərində saat 18:15-dən 18:45-dək olan müddət ərzində şəxsi axtarış aparılarkən onun Balakən rayonu Mahamalar kəndində yerləşən yaşadığı evinin həyətyanı sahəsində qəsdən, qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya edib daha münbit şəraiti olan və daha təhlükəsiz hesab etdiyi Balakən rayonu Sarıbulaq kəndində olan çöl sahəsində əkmək məqsədi ilə torpağı ilə birlikdə kökündən çıxararaq, bir ədəd sellofan torbada daşıdığı həmin 03 (üç) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkilərinin şitilləri onun əlindəki sellofan torbada aşkar edilərək, götürülmüş, həmçinin onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq, əvvəlcə yaşadığı evdə saxladığı və daha sonra təhlükəsiz hesab etdiyi Balakən rayonu Sarıbulaq kəndində olan çöl sahəsinə aparıb öz istifadəsi məqsədi ilə saxlamaq üçün üzərində daşıdığı 01 ədəd sellofanda, təmiz çəkisi 129,92 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əynindəki qara-qırmızı rəngli damalı köynəyin altından aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hal-hazırda Balakən rayonu Mahamalar kəndində anası Cənnətey Bayramova, həyat yoldaşı Aytən Bayramova, azyaşlı oğlanları Rasim Bayramov, Ravil Bayramov və azyaşlı qızı Bahar Bayramova ilə birlikdə yaşayır.Əvvəllər məhkum edilməmişdir. Psixi xəstələliklərdən əziyyət çəkməmişdir.Narkotik vasitə olan marixuanadan 4 ildir ki, istifadə edir. Lakin narkotik vasitə marixuananın heç vaxt satışı ilə məşğul olmamışdır. Kənddə fərdi kənd təsərrüfatı işləri ilə məşğul olur. 2020-ci ilin senyabr ayının ortalarında Balakən rayonu Sarıbulaq kəndinin çöl sahəsinə getdiyi zaman orada 01 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisini görmüşdür, həmin bitkinin yararlı hissələrindən yığıb sellofan torbaya doldurmuş və yaşadığı evə gətirmişdir. Bir neçə gün həmin torbanın ağzını açıq qoyaraq, içindəki narkotik vasitə marixuananı qarışdırmışdır ki, nəmlənməsin, həmçinin qurusun. Narkotik vasitə quruduqdan sonra isə evdə gizlətmiş və özünün şəxsi istifadəsi üçün saxlamışdır. Həmçinin həmin 01 ədəd yabanı halda bitmiş çətənə bitkisinin toxumundan da 03 ədəd yığıb yaşadığı evə gətirmiş və gələcəkdə əkmək məqsədi ilə gizlədib saxlamışdır. Yabanı halda bitmiş həmin 01 ədəd çətənə bitkisini də məhv etmişdir. Sellofanda qurudaraq saxladığı narkotik vasitədən bir neçə dəfə istifadə etmişdir. 2021-ci ilin mart ayının ortalarında yaşadığı evdə saxladığı çətənə bitkisinin 03 ədəd toxumunu evin həyətində torpağa əkmişdir. Həmin toxumları əkməkdə məqsədi toxum cücərib bitkilər yetişdikdən sonra yararlı yerlərini yığıb, özunün şəxsi istifadəsi üçün saxlamaq olmuşdur. Həmin 3 ədəd toxum cücərmiş, butkilərə qulluq etmişdir. Diblərini alaq otlarından təmizləmiş və suvarmışdır. Məqsədi isə həmin bitkiləri bir az böyütdükdən sonra onları daha təhlükəsiz və torpağı münbit olan yerə, yəni Balakən rayonu Sarıbulaq kəndində çöl ərazisinə köçürmək olmuşdur. Çünki çətənə bitkiləri həmin çöldə daha yaxşı yetişir. Həmçinin də daha təhlükəsiz yerdə olur. Narkotik tərkibli çətənə bitkisini əkməyin cinayət məsuliyyətinə səbəb olduğunu bilmişdir. Belə olan halda polis əməkdaşları onun həmin bitkiləri əkibbecərməyini bilməzdilər. Həmin çətənə bitkisinin şitillərinə qulluq göstərdikdən sonra 03 ədəd şitillər boy atmağa başlamışdır. O, 23 aprel 2021-ci il tarixdə yetişdirdiyi 03 ədəd narkotik tərkibli çətənə bitkisininin şitillərini torpaqla birlikdə həyətindən çıxararaq, Balakən rayonu Sarıbulaq kəndinin çöl sahəsində əkmək üçün 01 ədəd sellofan torbaya qoymuşdur. Həmçinin evində saxladığı 01 ədəd sellofan torbadakı narkotik vasitə marixuananı şəxsi istifadəsi məqsədi ilə həmin çöl sahəsində saxlamaq üçün əynindəki köynəyin altına qoyaraq, evindən çıxmış və Sarıbulaq kəndinin çöl sahəsinə doğru piyada getməyə başlamışdır. Qeyd etdiyi kimi, həmin bitki şitillərini çöl səhəsində əkmək fikri olmuşdur. Çünki şitillər orada əkilmiş olsa idi, onun üçün daha təhlükəsiz olar, onun əkibbecərdiyini heç kim bilməzdi. Həmçinin evində saxladığı narkotik vasitə marixuananı da çöl sahəsində gizlətmək fikri olmuşdur. Çünki evdə saxlamağa qorxmuşdur ki, birdən polis əməkdaşları onu tutarlar. Fikirləşmişdir ki, narkotik vasitə marixuananı çöl ərazisində olan yaşlanmış qoca ağac koğuşlarında gizlədib saxlayar və lazım olanda özü çəkib istifadə edər. Həmin vaxt saat 17 radələri olmuşdur. O, yolla getdiyi zaman yolda polis əməkdaşları yaxınlaşaraq, özlərini təqdim etmiş və onun narkotik tərkibli çətənə bitkilərini əkib-becərməkdə, daşımaqda və üzərində narkotik vasitə saxlamağında şübhəli olduğunu bildirmiş və onu Balakən RPŞ-yə dəvət etmişlər. Balakən RPŞ-də o, şübhəli şəxs kimi tutulmuş və vəkillər siyahısından dövlət hesabına seçmiş olduğu vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı polis əməkdaşı ona üzərində narkotik vasitə, həmçinin narkotik tərkibli çətənə bitkisi, yaxud qadağan edilmiş əşya olub-olmamasını soruşmuşdur. Həmçinin əgər vardırsa, təqdim etməyini xahiş etmişdir. O, bildirmişdir ki, üzərində narkotik vasitə var. Həmçinin narkotik tərkibli çətənə bitkisinin şitilləri olduğunu da bildirmişdir. Sonra isə şəxsi axtarış zamanı o, əynindəki qara-qırmızı rəngli damalı köynəyin altında 01 ədəd sellofan torbada saxladığı narkotik vasitə marixuananı, həmçinin sağ əlində saxladığı 01 ədəd sellofan torbanın içərisindəki 03 ədəd kökü torpaqda olan narkotik tərkibli çətənə bitkisinin şitillərini polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi 03 ədəd narkotik tərkibli çətənə bitkisinin şitillərinin hündürlükləri ölçülərkən hündürlüklərinin 19 sm-dən 29 sm-dək olması müəyyən edilmişdir. Şəxsi axarışda iştirak edən alim-aqronom Şahid3 onun əkdiyi 03 ədəd çətənə bitkisinə aqrotexniki qaydada qulluq edildiyini söyləmişdir. Polis əməkdaşları həmin 03 ədəd çətənə bitkisinin şitillərini torpaqdan çıxartdıqdan sonra 01 ədəd kağız zərfə qoymuş və möhürləyərək, götürmüşlər. Daha sonra onun təqdim etdiyi 01 ədəd sellofan torbadakı narkotik vasitə marixuananı elektron tərəzidə çəkmiş və marixuananın sellofanla birlikdə çəkisi 141 qram təşkil etmişdir. Daha sonra həmin 01 ədəd sellofan torbadakı narkotik vasitə marixuana sellofanla birlikdə 01 ədəd ağ rəngli kağız zərfə qoyulub möhürlənərək, götürülmüşdür. Şəxsi axtarış zamanı onun üzərindən başqa qanunsuz heç nə aşkar edilməmişdir. Ekspert rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, onun üzərindən aşkar edilmiş 01 ədəd sellofan torbadakı narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 129,92 qramdır. Əlindəki sellofanın içərisində hündürlükləri 19 sm-dan 29 sm-dək, ümumi təmiz çəkiləri 2,55 qram olan 03 ədəd bitki şitilləri isə narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri olmuşdur. Narkotik tərkibli çətənə bitkilərini əkməyindən və başqa yerə köçürmək üçün daşımağından heç kimin xəbəri olmamışdır. Bunu ailə üzvlərindən belə gizləmişdir. Həmçinin yaşadığı evdə narkotik vasitə marixuana saxlamağından və çətənə bitkisi toxumları saxladığından sonra isə həyətində 03 ədəd çətənə bitkisi toxumları əkməyindən ailə üzvlərinin xəbəri olmamışdır. Ona Balakən RPŞdə hər hansı bir psixi və fiziki təsir göstərilməmişdir.Həmçinin 2020-ci ili sentyabr ayının ortalarında Balakən rayonu Sarıbulaq kəndinin çöl sahəsində tapdığı 01 ədəd çətənə bitkisini tapdığı yer yadında qalmamışdır.Ona görə də həmin yeri göstərməyi mümkün deyildir. Cinayət əməlləri törətməsini etiraf edir və bu əməlləri törətməsindən səmimi peşmançılıq hissi keçirir. Gələcəkdə belə hallara yol verməyəcəkdir. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki,hazırda Balakən RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində çalışır. 23 aprel 2021-ci il tarixdə onun Balakən RPŞ-nin rəhbərliyinə ünvanladığı raportu əsasında Balakən rayonu Mahamalar kəndində yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və narkotik tərkibli çətənə bitkilərini əkib-becərməkdə və daşımaqda şübhəli bilinərək, polis şöbəsinə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs polis şöbəsinə gəldikdən sonra üzərində şəxsi axtarış aparılması üçün Təhqiqat Bölməsinin təhqiqatçısı Natiq Muradov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra dövlət hesabına dəvət olunmuş Müdafiəçi, Balakən RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1, Balakən RPŞ-nin kriminalistik tədqiqatlar qrupunun baş inspektor kriminalisti X5, iş üzrə dəvət edilmiş alim-aqronom Şahid3 və onun iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunaraq, üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Həmin vaxt Sadiq Vəzirov şəxsi axtarış aparılması hərəkətini “Sony” markalı videokamera ilə lentə almışdır. Şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində narkotik vasitə var. Həmçinin o, üzərində narkotik tərkibli çətənə bitkisinin şitilləri olduğunu bildirmişdir. Sonra isə şəxsi axtarış zamanı o, əynindəki qaraqırmızı rəngli damalı köynəyin altında 01 ədəd sellofan torbada saxladığı narkotik vasitə marixuanaya oxşar bitki kütləsini, həmçinin sağ əlində saxladığı 01 ədəd sellofan torbanın içərisindəki 03 ədəd kökü torpaqda olan narkotik tərkibli çətənə bitkisinin şitillərinə oxşar bitki şitillərini təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki şitillərinin hündürlükləri ölçülərkən hündürlüklərinin 19 sm-dən 29 sm-dək olması müəyyən edilmişdir. Şəxsi axtarışda iştirak edən alim-aqronom Şahid3 03 ədəd çətənə bitkisinə oxşar bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Daha sonra həmin 03 ədəd çətənə bitkisinin şitilləri torpaqdan çıxarılmış vəziyyətdə kökləri ilə birlikdə 01 ədəd kağız zərfə qoyulmuş və möhürlənərək, təhqiqatçı tərəfindən götürülmüşdür. Sonra isə Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan torbadakı narkotik vasitə marixuana elektron tərəzidə çəkilmiş və marixuananın sellofanla birlikdə çəkisi 141 qram təşkil etmişdir. Daha sonra həmin 01 ədəd sellofan torbadakı narkotik vasitə marixuanaya oşxar bitki kütləsi sellofanla birlikdə 01 ədəd ağ rəngli kağız zərfə qoyulub,möhürlənərək, götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, o, 4 ildir ki, narkotik vasitə marixuanadan istifadə edir. Üzərində aşkar edilmiş narkotik vasitə marixuanaya oxşar bitki kütləsinin 2020-ci ilin sentyabr ayının ortalarında Balakən rayonu Sarıbulaq kəndində çöl səhəsində bitmiş 01 ədəd yabanı çətənə bitkisinin üzərindən sellofana yığaraq, öz yaşadığı evində şəxsi istifadəsi üçün saxlamışdır. Həmçinin Təqsirləndirilən şəxs demişdir ki, üzərində daşıdığı 03 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki şitillərini öz yaşadığı evin həyətində əkib-becərmişdir. Həmin 03 ədəd bitki şitillərinin toxumları isə 2020-ci ilin sentyabr ayının ortalarında Balakən rayonu Sarıbulaq kəndinin çöl səhəsində tapdığı 01 ədəd çətənə bitkisinin üzərindən yığdığı 03 ədəd toxumdan əkdiyi bitki şitilləridir. Təqsirləndirilən şəxs həmçinin təqdim etdiyi 03 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki şitillərini Balakən rayon Sarıbulaq kəndinin çöl səhəsinə əkmək üçün apardığını, həmçinin narkotik vasitə marixuanaya oxşar bitki kütləsini isə evindən götürüb, çöl səhəsində öz şəxsi istifadəsi məqsədi ilə saxlamaq üçün apardığını bildirmişdir.Şəxsi axtarış zamanı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 da Şahid2 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, hazırda Balakən rayonu Qazma kəndində ailə üzvləri ilə birlikdə yaşayır. İxtisasca bitkiçilik üzrə ali təhsilli alim-aqronomdur. X16 İnkişaf Mərkəzində bitkiçilik sektorunun baş məsləhətçisi vəzifəsində işləyir. 23 aprel 2021-ci il tarixdə Balakən rayonu Mahamalar kəndində yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda, narkotik tərkibli çətənə bitkilərini əkib-becərməkdə və daşımaqda şübhəli bilinərək, polis şöbəsinə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs polis şöbəsinə gəldikdən sonra üzərində şəxsi axtarış aparılması üçün Natiq Muradov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra onun və polis əməkdaşlarının, həmçinin Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunaraq, üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində narkotik vasitə var. Həmçinin o, üzərində narkotik tərkibli çətənə bitkisinin şitilləri olduğunu bildirmişdir. Sonra isə şəxsi axtarış zamanı o, əynindəki qara-qırmızı rəngli damalı köynəyin altında 01 ədəd sellofan torbada saxladığı narkotik vasitə marixuanaya oxşar bitki kütləsini, həmçinin sağ əlində saxladığı 01 ədəd sellofan torbanın içərisindəki 03 ədəd kökü torpaqda olan narkotik tərkibli çətənə bitkisinin şitillərinə oxşar bitki şitillərini təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki şitillərinin hündürlükləri ölçülərkən hündürlüklərinin 19 sm-dən 29 sm-dək olması müəyyən edilmişdir. Həmin 03 ədəd çətənə bitkilərinə oxşar bitkilərə onun tərəfindən baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilib, suvarılıb və dibləri yumşaldılaraq, alaq otlarından təmizlənmişdir. Aşkar edilmiş bitkilərə aqrotexniki qaydada qulluq göstərilməsi haqda tərəfindən rəy tərtib edilmişdir. Daha sonra həmin 03 ədəd çətənə bitkisinin şitilləri torpaqdan çıxarılmış vəziyyətdə kökləri ilə birlikdə 01 ədəd kağız zərfə qoyulmuş və möhürlənərək, təhqiqatçı tərəfindən götürülmüşdür. Sonra isə Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan torbadakı narkotik vasitə marixuana elektron tərəzidə çəkilmiş və marixuananın sellofanla birlikdə çəkisi 141 qram təşkil etmişdir. Daha sonra həmin 01 ədəd sellofan torbadakı narkotik vasitə marixuanaya oşxar bitki kütləsi sellofanla birlikdə 01 ədəd ağ rəngli kağız zərfə qoyulub, möhürlənərək, götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, o, 4 ildir ki, narkotik vasitə marixuanadan istifadə edir. Üzərində aşkar edilmiş narkotik vasitə marixuanaya oxşar bitki kütləsini 2020-ci ilin sentyabr ayının ortalarında Balakən rayonu Sarıbulaq kəndində çöl səhəsində bitmiş 01 ədəd yabanı çətənə bitkisinin üzərindən sellofana yığaraq, öz yaşadığı evində şəxsi istifadəsi üçün saxlamışdır. Həmçinin Təqsirləndirilən şəxs qeyd etmişdir ki, üzərində daşıdığı 03 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki şitillərini öz yaşadığı evin həyətində əkib-becərmişdir. Həmin 03 ədəd bitki şitillərinin toxumları isə 2020-ci ilin sentyabr ayının ortalarında Balakən rayonu Sarıbulaq kəndinin çöl səhəsində tapdığı 01 ədəd çətənə bitkisinin üzərindən yığdığı 03 ədəd toxumdan əkdiyi bitki şitilləridir. Təqsirləndirilən şəxs həmçinin təqdim etdiyi 03 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki şitillərini Balakən rayonu Sarıbulaq kəndinin çöl səhəsinə əkmək üçün apardığını, həmçinin narkotik vasitə marixuanaya oxşar bitki kütləsini isə evindən götürüb, çöl səhəsində öz şəxsi istifadəsi məqsədi ilə saxlamaq üçün apardığını bildirmişdir. Şəxsi axtarış zamanı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 23 aprel 2021-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış 23 aprel 2021-ci il tarixdə saat 18:15-dan 18:45-dək olan müddət ərzində aparılmışdır. Balakən rayon Mahamalar kənd sakini Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini əkib-becərməkdə, daşımaqda, həmçinin üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan Balakən RPŞ-yə dəvət olunmuş, o, şübhəli şəxs qismində tutularaq, üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərində narkotik tərkibli çətənə bitkisi olduğunu, həmçinin üzərində narkotik vasitə saxladığını bildirmişdir. Sonra isə sağ əlində 01 ədəd sellofan torbada saxladığı torpağı ilə birlikdə 03 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki şitillərini və əynindəki qara-qırmızı damalı köynəyin altında 01 ədəd sellofan torbada saxladığı narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsini təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki şitillərinin hündürlükləri ölçülərkən hündürlüklərinin 19 sm-dən 29 sm-dək olması müəyyən edilmişdir. Şəxsi axtarışda iştirak edən alim-aqronom Şahid3 03 ədəd çətənə bitkisinə oxşar bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Daha sonra həmin 03 ədəd çətənə bitkisinin şitilləri torpaqdan çıxarılmış vəziyyətdə kökləri ilə birlikdə 01 ədəd kağız zərfə qoyulmuş və möhürlənərək, təhqiqatçı tərəfindən götürülmüşdür. Sonra isə Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan torbadakı narkotik vasitə marixuana elektron tərəzidə çəkilmiş və marixuananın sellofanla birlikdə çəkisi 141 qram təşkil etmişdir. Daha sonra həmin 01 ədəd sellofan torbadakı narkotik vasitə marixuanaya oşxar bitki kütləsi sellofanla birlikdə 01 ədəd ağ rəngli kağız zərfə qoyulub, möhürlənərək, təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz heç nə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, o, 4 ildir ki, narkotik vasitə marixuanadan istifadə edir. Üzərində aşkar edilmiş narkotik vasitə marixuanaya oxşar bitki kütləsini 2020-ci ilin sentyabr ayının ortalarında Balakən rayon Sarıbulaq kəndində çöl səhəsində bitmiş 01 ədəd yabanı çətənə bitkisinin üzərindən sellofana yığaraq, öz yaşadığı evində şəxsi istifadəsi üçün saxlamışdır. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində daşıdığı 03 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki şitillərini öz yaşadığı evin həyətində əkibbecərmişdir. Həmin 03 ədəd bitki şitillərinin toxumlarının isə 2020-ci ilin sentyabr ayının ortalarında Balakən rayonu Sarıbulaq kəndinin çöl səhəsində tapdığı 01 ədəd çətənə bitkisinin üzərindən yığdığı 03 ədəd toxumdan əkdiyi bitki şitilləri olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki şitillərini Balakən rayonu Sarıbulaq kəndinin çöl səhəsinə əkmək üçün apardığını, həmçinin narkotik vasitə marixuanaya oxşar bitki kütləsini isə evindən götürüb çöl səhəsində öz şəxsi istifadəsi məqsədi ilə saxlamaq üçün apardığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə başqa narkotik vasitə saxlamadığını, həmçinin narkotik vasitə əkmədiyini bildirmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 24 aprel 2021-ci tarixli, 17/295 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3 ədəd çətənə bitkisinə oxşar bitki şitilləri” sözləri yazılmış zərfin içərisindəki hündürlükləri 19 sm-dən 29 sm-dək, ümumi təmiz çəkiləri-2,55 qram olan 03 (üç) ədəd bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir; aqronom mütəxəssis Şahid3 23 aprel 2021-ci il tarixli rəyinə əsasən 03 (üç) ədəd çətənə (kannabis) bitkisinin şitillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir; tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd sellofan torbadakı qurudulmuş marixuanaya oxşar bitki kütləsi ” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan torbada təmiz çəkisi-129,92 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Qeyd: qurudulmuş marixuananın təmiz çəkisi-129,92 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-129,87 qram. Ekspertiza tədqiqatının dəyəri 34.55 manat təşkil edir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş ambulator məhkəmənarkoloji ekspertizasının 19 may 2021-ci il tarixli, 560 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan konnobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş mütəxəssis aqronom Şahid3 23.04.2021-ci il tarixli rəyindən görünür ki, Balakən rayonu Mahamalar kənd sakini Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən aşkar edilmiş 1 ədəd selofan torbanın içərisindəki hündürlükləri 19 sm-dən 29 sm-dək olan 3 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki şitillərinə aqrotexniki qaydada qulluq edilmiş, təmizlənmiş və suvarılmışdır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 23 aprel 2021-ci il tarixli cinayət işi başlanana kimi şəxsi tutma haqqında protokoldan görünür ki, 23 aprel 2021-ci ildə saat 18:00-da Bayramov Rəsul İlyas oğlu Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 25.04.2021-ci il tarixli, 4 (019)-33/2021 saylı qərarından görünür ki, vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 25 aprel 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB-nın Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonu Mahamalar kəndində yaşayır. Himayəsində pensiyaçı anası, işləməyən arvadı və 2012-ci il təvəllüdlü Rasim, 2013-cü il təvəllüdlü Bahar və 2014-cü il təvəllüdlü Ravil adında üç uşağı vardır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 10 fevral 2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı 822668 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X7 arasında 06 fevral 2013-cü ildə nikah bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş AZ-İİ seriyalı, 894791 nömrəli, AZ-İİİ seriyalı, 102005 nömrəli və AZ-İİİ seriyalı, 399326 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, 15 fevral 2012-ci ildə doğulmuş X11, 10 aprel 2013-cü ildə doğulmuş X8 və 16 oktyabr 2014-cü ildə doğulmuş X12 olmaqla Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşaq vardır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamə üzrə 18.05.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən RPŞ-nin İB-nin müstəntiqinin sübutların qiymətləndirilməsi haqqında 26 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş və tədqiqata təqdim edilmiş təmiz çəkisi 129,92 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0,05 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 129,87 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannbis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş hündürlükləri 19 sm-dən 29 sm-dək ümimi təmiz çəkiləri 2,55 qram olan 03 (üç) ədəd bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləri iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışın videogörüntüləri əks olunmuş bir ədəd CD diski sübut kimi qiymətləndirilərək, cinayət işinə əlavə edilmişdir. Məhkəmə,iş üzrə şahidlərin ifadələrini, məhkəmə-bioloji ekspretizasının 24 aprel 2021ci tarixli, 17/295 nömrəli rəyin, mütəxəssis aqronom Şahid3 23.04.2021-ci il tarixli rəyini, ambulator məhkəmə-narkoloji ekspertizasının 19 may 2021-ci il tarixli, 560 nömrəli rəyini, 23 aprel 2021-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokolu, Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışın videogörüntüləri əks olunmuş bir ədəd CD diskini, maddi sübutları, 10 fevral 2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı 822668 nömrəli nikah haqqında şəhadətnaməni, AZ-İİ seriyalı, 894791 nömrəli, AZ-İİİ seriyalı, 102005 nömrəli və AZ-İİİ seriyalı, 399326 nömrəli doğum haqqında şəhadətnamələri, Balakən RPŞ-nin İB-nin müstəntiqinin sübutların qiymətləndirilməsi haqqında 26 may 2021-ci il tarixli qərarını, ibtidai istintaq orqanının və məhkəmənin prosessual hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün ittihamın əsası kimi qəbul edilməklə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməlidir. Bu zəmində məhkəmə, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar X1rşı işi ilə bağlı qərarına istinad etməyi zəruri hesab edir. Belə ki, həmin qərarda Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs oğlu qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və qəsdən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmə cinayət əməllərini törətmişdir. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməyə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) görə Azərbaycan Respublikası CMnin 237.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə narkotik vasitələr-BMT-nin 1961-ci il tarixli «Narkotik vasitələr haqqında» Vahid Konvensiyasında, 1971-ci il tarixli «Psixotrop maddələr haqqında» Konvensiyasında, 1988-ci il tarixli «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında» Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.6-ci maddəsinə görə tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Həmin Qanunun 1.0.7-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevirilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarına görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Həmin qərarın 19-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ-qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər).Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət hadisələri baş vermişdir, həmin əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrinin tərkibi vardır, həmin əməllər təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinməlidir, onun cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətmiş və ibtidai istintaqda və məhkəmə istintaqında etirafedici ifadələr verərək, ona Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrilə verilən ittiham üzrə öz təqsirini etiraf etmiş və bu etiraf digər sübutlarla təsdiq edildiyi üçün Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edilmişdir. Həmçinin məhkəmə bu etirafın könüllü şəkildə, məcbur edilmədən həyata keçirildiyi üçün təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi dəyərləndirilməsi və nəzərə alınması qənaətinə gəlmişdir. Qeyd olunan qanun normalarına əsasən məhkəmə himayəsində üç azyaşlı uşağın olmasını, ilk dəfə cinayət törətməsini və cinayət əməlləri törətməsini etiraf edib, bu əməlləri törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs əməlləri cinayətlərin məcmusunu yaratdığı və bu məcmuya daxil olunan cinayətlər az ağır cinayətlər olduğu üçün Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin ediləcək bu cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 23 aprel 2021-ci il tarixdən 25 aprel 2021-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı iki gün müddət həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs qəti olaraq təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli hazırki hökmün çıxarıldığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirlndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğu üçün Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənaətinə gəlindiyi üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 19 may 2021-ci il tarixli, 560 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Bayramov Rəsul İlyas oğlunun narkotik vasitə olan konnobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinin, narkomaniya xəstəliyindən məcburi mualicəyə ehtiyacı olduğunun və narkoloji kabinetdə qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X9 Şəxsinə göndərilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri olan 34.55 (otuz dörd manat 55 qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM;VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan təmiz çəkisi 129,92 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 129,87 qramı və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş hündürlükləri 19 sm-dən 29 sm-dək ümimi təmiz çəkiləri 2,55 qram olan 03 (üç) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləri məhv edilməli, Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışın videogörüntüləri əks olunmuş bir ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxs X21 oğlunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 5 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq, həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən Rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X10 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşina Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə 1 (bir) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1ci maddəsilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş bu cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 23 aprel 2021-ci il tarixdən 25 aprel 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki) gün müddət həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın; Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəza çəkmə müddətinin əvvəli hazırki hökmün çıxarıldığı 22 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın; onun ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün hazırki hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X9 Şəxsinə göndərilsin. İş üzrə 34.55 (otuz dörd manat 55 qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM;VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan təmiz çəkisi 129,92 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 129,87 qramı və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş hündürlükləri 19 sm-dən 29 sm-dək ümimi təmiz çəkiləri 2,55 qram olan 03 (üç) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləri məhv edilsin; Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışın videogörüntüləri əks olunmuş bir ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən Rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X10 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar