Məhkəmə qərarları › İş №1(019)-57/2023

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-57/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-57/2023 12.04.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi,məhkəmə iclas katibi X2 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində DİMÜŞ-nin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı,zərərçəkmiş hüquqi şəxs Balakən rayon Qazma bələdiyyəsinin nümayəndəsi Nümayəndə,Təqsirləndirilən şəxs, onun müdafiəçisi Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS - xx.xx.1954-cü il tarixdə Balakən rayonu Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, təqaüdçü, məhkum olunmamış, Balakən rayonu Qazma kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs Xəlilov X4 rayonu Qazma bələdiyyəsinə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə razılaşdıqdan sonra ağac kəsməli olduğu halda, bunları etməyərək 2022-ci ilin oktyabr ayının ortalarında Qazma bələdiyyəsinə məxsus olan, meşə fonduna daxil olmayan torpaq sahəsindəki, həmin Bələdiyyənin mülkiyyətində olan ağacları qəsdən, tamah niyyəti ilə, qanunsuz olaraq kəsmək qərarına gəlmiş, bu məqsədlə 2022-ci ilin oktyabr ayının ortalarında Qazma bələdiyyəsinə məxsus olan torpaq sahəsindəki, həmin Bələdiyyənin mülkiyyətində olan 01 ədəd 96 sm diametrində 3200 manat dəyərində, 01 ədəd 70 sm diametrində 1900 manat dəyərində, 01 ədəd 56 sm diametrində 1200 manat dəyərində və 01 ədəd 58 sm diametrində 1300 manat dəyərində qələmə qovaq ağaclarını qanunsuz kəsərək Balakən rayon Qazma bələdiyyəsinə külli miqdarda, yəni 7600 (yeddi min altı yüz) manat məbləğində maddi ziyan vurmaqla meşə fonduna daxil olmayan ərazidən qəsdən, tamah niyyəti ilə qanunsuz olaraq ağac kəsmə cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və şahidlərin ifadələri, işdə olan və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 259.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, hazırda Balakən rayonu Qazma kəndində ailəsi ilə birlikdə yaşayır. Arvadı yataq xəstəsi, özü isə təqaüdçüdür. O, Balakən rayonu Qazma kəndində yaşayan İmran Süleymanovdan 2000-ci ilin avqust ayında 0,92 hektar torpaq sahəsini almışdır. Həmin vaxt orada heç bir ağac olmamışdır. O, aldığı torpaq sahəsini münbitləşdirərək fındıq ağacları əkmişdir. 2000-ci ilin oktyabr ayının ortalarında sahənin bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsindən təxminən 3-4 metr məsafədə, özünə aid sahədə bir neçə qovaq ağacları əkmişdir. Həmin ağaclar böyüyərək fındıq ağaclarına kölgə saldığından diametrləri təxminən 50-100 sm-dək olan 4 ədəd qovaq ağaclarını kəsmək qərarına gəlmişdir. 2022-ci ilin oktyabr ayının ortalarında o, həmin 04 ədəd qovaq ağaclarını özünə məxsus motorlu mişar ilə kəsərək tanımadığı şəxsə 300 manata sataraq ailəsinin tələbatına xərcləmişdir. Təxminən noyabr ayının sonlarında polis şöbəsinə dəvət edildikdən sonra o, qardaşı Abdulla Xəlilovun arvadı Elnarənin onun öz yerindən kəsdiyi 04 ədəd qovaq ağacına görə ondan şikayət etdiyini, həmin ağacların bələdiyyə torpaq sahəsində yerləşməsi ilə bağlı ərizə verdiyini bilmişdir. Onun 04 ədəd qovaq ağaclarını kəsdiyi 0,92 hektar torpaq sahəsinin öz mülkiyyətində olmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi ******* nömrəli çıxarışı və 263147 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” vardır. Torpaq sahəsi onun adına qeydə alınarkən torpaq sahəsinin sərhədləri ona göstərilmiş, o da ağacları, o cümlədən kəsdiyi 4 ədəd qovaq ağaclarını öz mülkiyyətində olan torpaq sahəsində əkmişdir. Həmin .ağacları özü əkdiyindən və ağacların əkildiyi torpaq sahəsinin özünə aid olduğunu zənn edərək həmin ağacları kəsmişdir.Əməlindən peşimandır.Bir daha belə əməllərə yol verməyəcəkdir. O,ali təhsilli şəxsdir, uzun müddət müəllim işləmişdir, hazırda təqaüdçüdür.Heç vaxt cinayət törətməmiş,həmişə qanunlara hörmət etmişdir. Maddi vəziyyəti aşağı olduğu üçün ziyanı ödəyə bilməmişdir. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Balakən Rayon Qazma bələdiyyəsinin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki,Balakən rayon Qazma bələdiyyəsinin vergi müfəttişi vəzifəsində xidmət aparır. Xəlilov X1 sakinidir. Hazırda xatırladığı qədəri ilə Təqsirləndirilən şəxs ağac kəsməsi ilə bağlı araşdırma aparılır, həmçinin onun bildiyi qədəri ilə Təqsirləndirilən şəxs özü dediyinə görə kəsmiş olduğu 04 ədəd qovaq ağaclarını özünə məxsus pay torpaq sahəsində özü əkmiş və özü də kəsmişdir.Təqsirləndirilən şəxs pay torpaq sahəsi Qazma bələdiyyə torpaq sahəsi ilə həmsərhəd olduğundan həmin ağacların kəsildiyi ərazinin mülkiyyətçisinin dəqiq müəyyən edilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən qeyd edilən əraziyə GPS aləti vasitəsilə koordinatlar vurulmuş, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən kəsilmiş 04 ədəd qovaq ağaclarının yerləşdiyi ərazinin Qazma bələdiyyəsinin mülkiyyətində olması müəyyən edilmiş, eyni zamanda 04 ədəd qovaq ağaclarının kəsilməsi nəticəsində bələdiyyəyə 7600 manat məbləğində maddi ziyan dəyməsini bilmişdir. Həmin kəsilmiş ağacların diametrlərini bilmir, Təqsirləndirilən şəxs həmin ağacları kəsməsi ilə bağlı Bələdiyyəyə heç bir müraciət etməmişdir.Bələdiyyəyə dəymiş ziyanın az bir hissəsi ödənmişdir. Bələdiyyənin Təqsirləndirilən şəxs şikayəti yoxdur. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ətraf mühitin mühafizəsi nəzarət və ekoloji monitorinq sektorunun aparıcı məsləhətçi müfəttişi vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə Balakən rayonu Qazma kənd sakini Şahid2 onlara daxil olmuş ərizəsində Elnarə ilə qonşuluqda yerləşən Qazma bələdiyyəsinə məxsus torpaq sahəsindən qaynı Təqsirləndirilən şəxs 04 ədəd qovaq ağaclarını kəsməsini bildirmişdir. Daxil olmuş ərizə əsasında Qazma kənd sakini Şahid2 qonşuluğunda yerləşən qaynı Təqsirləndirilən şəxs 04 ədəd qovaq ağaclarını kəsdiyini bildirdiyi torpaq sahəsinə Təqsirləndirilən şəxs iştirakı ilə birlikdə baxış keçirmiş və bu zaman müəyyən etmişdir ki, həmin torpaq sahəsindən Təqsirləndirilən şəxs tərəfindən 04 ədəd qovaq ağacları kəsilmişdir. Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin özünün olmasını və həmin torpaq sahəsinin özünə məxsus olmasına dair Əmlak Məsələləri Dövlət Reyestri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən özünün adına verilmiş çıxarış və Əmlak Məsələləri Dövlət Reyestri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs kəsdiyi 04 ədəd qovaq ağaclarının diametrləri tərəfindən ölçülmüş və diametrləri 56 sm, 58 sm, 70 sm və 96 sm olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən kəsilmiş 04 ədəd ağacların diametrlərinə uyğun olaraq dəymiş zərəri hesablamış, 421 saylı Nazirlər Kabinetinin qərarına uyğun olaraq diametri 56 sm qovaq ağacına görə 1200 manat , 58 sm qovaq ağacına görə 1300 manat, 70 sm qovaq ağacına görə 1900 manat və 96 sm qovaq ağacına görə 3200 manat zərər olmaqla dəymiş ümumi zərərin məbləği 7600 manat olduğu müəyyən edilmişdir.Araşdırma zamanı Təqsirləndirilən şəxs acağları kəsdiyi torpaq sahəsinin özünün mülkiyyətinə aid olmamasını,Balakən rayonu Qazma bələdiyyəsinin mülkiyyətində olmasını ona bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, hazırda Balakən rayonu Qazma kəndində ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun qaynıdır. Onlarla qaynı Təqsirləndirilən şəxs aralarında torpaq və mülk mübahisəsi olduğundan ailəsi ilə münasibətləri və get-gəlləri yoxdur. Ümumiyyətlə qaynı Təqsirləndirilən şəxs və ailəsi ilə danışmırlar.Onun yaşadığı həyətyanı torpaq sahəsinin qonşuluğunda qaynı Təqsirləndirilən şəxs pay torpaq sahəsi yerləşir. Həmin torpaq sahəsinin qonşuluğunda Qazma bələdiyyəsinə məxsus qoruma zolağı vardır. Təqsirləndirilən şəxs 2022-ci ilin noyabr ayının sonlarında Qazma bələdiyyəsinə məxsus qoruma zolağından 04 ədəd qovaq ağaclarını kəsərək satmışdır. Bundan sonra o, DİN-nin 102 xidmətinə və Balakən rayon polis şöbəsinə ərizə ilə bu barədə şikayət etmişdir. İşin 7-11-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X8 tərəfindən tərtib edilmiş 24 noyabr 2022-ci il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, həmin tarixdə saat 15:10 dəqiqədən saat 16:00 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs 04 ədəd ağacları kəsdiyi əraziyə baxış keçirilmişdir. Baxış keçirilən yer Balakən rayonu Qazma kəndi ərazisindəki fındıqlıq sahəsidir. Sahədə çoxlu sayda fındıq ağacları var və sahənin ətrafı kol-kosla əhatəlidir. Həmin əraziyə baxış Şahid2 şikayəti əsasında keçirilmişdir. Baxış zamanı sahənin baş tərəfində 04 ədəd dib hissədən kəsilmiş çinar ağacının kökləri aşkar edilmişdir. Həmin ağacların diametrləri ölçülərkən 96, 70, 56 və 58 sm təşkil etmişdir. Baxış zamanı fotoşəkillər çəkilmiş, həmin fotoşəkillər protokola əlavə edilmişdir. Baxış zamanı protokol tərtib olunmuş, ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir. İşin 31-38-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 05 dekabr 2022-ci il tarixdə tərtib edilmiş “ Baxış və götürülmə keçirilməsi barədə” protokoldan görünür ki, həmin tarixdə saat 15:40 dəqiqədən saat 16:20 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan 0,92 ha torpaq sahəsinə baxış keçirilmişdir.Torpaq sahəsinə daxil olduqda sahədə fındıq ağacları vardır. Sahənin kənarları çəpər və kolluqla əhatələnmişdir. Bağın girişindən sonu istiqamətinə getdikdə birbirindən 20-25 sm aralıda üç ədəd kəsilmiş ağac kökləri, həmin yerdən təxminən 2,5 -3 m aralıda daha bir ədəd kəsilmiş ağac kökü vardır. Həmin ağacların diametrləri ölçüldükdə 1ci ağac kökünün diametri 96 sm, ikinci ağacın diametri 70 sm, üçüncü ağacın diametri 56 sm, dördüncü ağacın diametri isə 58 sm gəlmişdir. Həmin ağacların kəsildiyi köklərin yerləşdiyi yerin torpağının hansı mülkiyyətə aid olmasını müəyyən etmək üçün 18 saylı Zaqatala Ərazi İdarəsinin mühəndisi tərəfindən GPS aparatı vasitəsi ilə koordinatlar vurularaq götürülmüşdür. Baxış zamanı vətəndaş Təqsirləndirilən şəxs bildirmişdir ki, ağacların kəsildiyi torpaq sahəsi onun xüsusi mülkiyyətinə aiddir və ağacları özü kəsərək satmışdır. Baxış zamanı fotoşəkillər çəkilmiş və fotoşəkillər protokola əlavə olunmuşdur. Baxış zamanı protokol tərtib olunmuş, ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir. İşin 52-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən alınmış xx.xx.2022-ci il tarixli **********04 nömrəli məktubdan görünür ki, kəsilmiş 04 (dörd) ədəd çinar ağaclarının kəsildiyi torpaq sahəsi Qazma bələdiyyəsinin mülkiyyətinə aid bağlar və başqa çoxillik əkmələr arasındakı yollar ərazisinə aiddir. İşin 55-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş X6 Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ətraf mühitin mühafizəsi nəzarət və ekoloji monitorinq sektorunun aparıcı məsləhətçi müfəttişi Şahid1 tərtib etdiyi cədvəldə 01 ədəd 96 sm diametrində 3200 manat dəyərində, 01 ədəd 70 sm diametrində 1900 manat dəyərində, 01 ədəd 56 sm diametrində 1200 manat dəyərində və 01 ədəd 58 sm diametrində 1300 manat dəyərində təbiətə ziyan dəydiyi qeyd edilmişdir. İşin 91-92-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqda tədqiq edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 19 yanvar 2023-cü il tarixli 9/279 saylı rəyindən görünür ki, AR-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 1448 №-li akt və ona əlavə edilmiş "Hesablama Cədvəli"nə əsasən Balakən rayonu Qazma kənd sakini Təqsirləndirilən şəxs tərəfindən köküstə yaş olmaqla 04 ədəd qələmə növündən ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği 2022-ci ilin oktyabr ayına 7600,00 manat müəyyən edilir. İşin 51-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 48-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB-ın Qazma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1262 nömrəli arayışdan görünür ki, Xəlilov X4 rayonu Qazma kəndində yaşayır. İşin 49-cu vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon kənd İHB-ın Qazma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1262 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs təqaüdçü arvadı, işləməyən oğlu vardır. İşin 50-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB-ın Qazma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət cəhətdən xarakterizə olunur. Barəsində nümayəndəliyə heç bir şikayətin daxil olmaması göstərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs vurulmuş ziyana görə 200 manat ödəniş etmişdir. Məhkəmə, zərərçəkmiş hüquqi şəxs-Balakən Rayon Qazma bələdiyyəsinin nümayəndəsi Nümayəndə, iş üzrə şahidlər- Şahid1 və Şahid2 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq külli miqdarda ziyan vurmaqla meşə fonduna daxil olmayan ərazidən qanunsuz ağac kəsmə cinayət əməlini törətmişdir. Meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) külli miqdarda ziyan vurmaqla törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti yaranır. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sənədləri bilavasitə tədqiq edib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət hadisəsi baş vermişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir,əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 10.4-cü bəndində isə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi tövsiyyə edilmişdir . “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır, onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini,eyni zamanda cinayət nəticəsində vurulmuş ziyanın az bir hissəsinin ödənməsini, həmçinin Təqsirləndirilən şəxs heç bir vəzifə tutmamasını, heç bir peşə və fəaliyyətlə məşğul olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını, əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını, ali təhsilli şəxs olmaqla uzun müddət müəllim işləməsini, 68 yaşı olmaqla təqaüdçü olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, kəsilmiş ağacları özünün əkməsini, ağacları özü əkdiyindən və ağacların özünün mülkiyyətində olan torpaq sahəsində əkildiyini zənn edərək onları kəsməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmədən də islah olunması mümkündür, odur ki, onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətdiq edilməklə ona təyin ediləcək cəza şərti tətbiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-70.3-cü maddələrinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza şərti olaraq tətbiq olunmalı, onun üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin şərtlərinə əməl etdiyindən barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. Zərər çəkmiş hüquqi şəxs Balakən rayonu Qazma Bələdiyyəsinə izah olunur ki, vurulmuş ziyanın ödənilməmiş qalan hissəsi bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edə bilər. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 09 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 54 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X7 Rekvizitləri: VÖEN-**********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla və 1(bir) il sınaq müddəti müəyyən edilməklə ona təyin edilmiş cəza şərti olaraq tətbiq olunsun. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Ona təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. İş üzrə 50 ( əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. Zərərçəkmiş hüquqi şəxs Balakən rayonu Qazma Bələdiyyəsinə izah olunur ki, vurulmuş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Balakən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 54 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X7 Rekvizitləri: VÖEN-**********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar