Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-58/2020 22.07.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1962-ci ildə Balakən rayon Qazma kəndində anadan olmuş, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Balakən rayonu Qazma kəndində qeydiyyatda olan və hal-hazırda həmin ünvanda yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 237.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda çətənə (kannabis) bitkilərini kultivasiya etmə cinayət əməlini törətmişdir. Belə ki, o, 2019-cu ilin sentyabr ayında Balakən rayonu Qazma kəndi ərazisindəki çöllük sahədə yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisinin toxumlarını yığıb əldə edərək, yaşadığı evə gətirib saxlamış, həmin toxumları 2020-ci ilin aprel ayında Balakən rayonu Qazma kəndində yaşadığı evin həyətyanı sahəsində yerləşən dirrik sahədə qəsdən, qanunsuz olaraq əkmiş, bitmiş 10 ədəd xeyli miqdarda çətənə (kannabis) bitkilərini alaq otlarından təmizləyib suvararaq, onlara aqrotexniki qaydada qulluq göstərməklə yetişdirib kultivasiya etmiş, xx xxxx 2020-ci il tarixdə, saat 20 radələrində Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evin həyətyanı sahəsindəki dirrik sahədə qəsdən qanunsuz olaraq əkdiyi 45 santimetrdən 110 santimetrədək hündürlükdə olan xeyli miqdarda 10 (on) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, ailə üzvlərilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmamışdır. Hər hansı psixi xəstəliklər keçirməmişdir. Fərdi əməklə məşğul olur və ailəsini dolandırır.Təxminən 2 ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. İstifadə etmək üçün marixuananı əsasən rayon ərazisində balıq tutmaq üçün çay kənarı sahələrə gedərkən rast gəldiyi yabanı halda bitən bitkilərin üzərindən yığmışdır. Buna görə də narkotik tərkibli çətənə bitkisini tanımışdır. Həmçinin 2019-cu ilin sentyabr ayında Balakən rayonu Qazma kəndi ərazisində çöllük sahədə olduğu zaman yabanı halda bitmiş 01 ədəd narkotik tərkibli çətənə bitkisinin olduğunu görmüşdür. Həmin bitkinin üzərindən toxumları yığmışdır ki, gələcəkdə istifadə etmək üçün narkotik vasitə əldə etsin.10 ədəd toxum yığmışdır. Həmin toxumları 2020-ci ilin aprel ayında həyətində dirrik sahəsində əkmişdir. Fikirləşmişdir ki, həmin bitkilərdən əldə olunan marixuananı özü istifadə edər, daha çöldən, çay kənarından axtarmağa ehtiyac olmaz. Əkdiyi çətənə bitkisi toxumlarından 10 ədədi də bitmiş və inkişaf etmişdir. Həmin bitkilərin köklərini alaq otlarından təmizləmiş, suvarmışdır. xx xxxx 2020-ci il tarixdə yaşadığı evdə olduğu zaman evin giriş qapısından onu kimsə səsləmişdir. Baxdıqda Balakən Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bilmişdir. Polis əməkdaşları ona yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkməkdə şübhəli olduğunu və buna görə də yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişlər.Bu barədə qərarla tanış etmişlər. O isə buna etiraz etməmiş və həyətyanı sahədə narkotik tərkibli bitkilər əkdiyini və həmin yeri də göstərəcəyini söyləmişdir. Daha sonra polis əməkdaşları mütəxəssisaqronom kimi təqdim edilən Şahid3 və onun iştirakı ilə yaşadığı evin həyətyanı sahəsinə və yaşadığı evə baxış keçirməyə başlamışlar. Baxış zamanı həyətyanı sahədə olan dirrikdə pomidor bitkilərinin arxa tərəfində əkdiyi 8 ədəd, həmçinin polis əməkdaşları nə vaxtsa həyətinə gəlib 8 ədəd bitkini aşkar etsələr də, özü istifadə etməyə qalması üçün bir qədər aralıda əkdiyi digər iki ədəd, ümumilikdə 10 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilmişdir. Həmin bitkilər kökündən çıxarılaraq ölçüldükdə, hündürlükləri 45 sm-dan 110 sm-dək olmuşdur. Həmçinin baxışda iştirak edən mütəxəssis-aqronom Şahid3 10 ədəd çətənə bitkilərinə aqrotexniki qulluq edildiyini bildirmişdir. Bitkilər 1 ədəd sintetik kisəyə qoyulub, qablaşdırılmışdır. Bundan sonra həmin bitkilər 1 ədəd ağ rəngli sintetik kisəyə qoyulmuş və möhürlənərək, götürülmüşdür.Evin həyətyanı sahəsi və evə baxış davam edərkən başqa qanunsuz saxlanılan əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra doğruluğu imzalarla təsdiq edilmişdir. Həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərini əkməyindən heç kimin məlumatı olmamışdır.Yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisinin üzərindən toxumları yığdığı yer isə yadında qalmamışdır. Əvvəllər narkotik vasitənin satışı və ya qanunsuz dövriyyəsi ilə məşğul olmamışdır. Narkotik vasitə istifadə etdiyi üçün əkmiş olduğu narkotik tərkibli bitkiləri də özü istifadə etmək üçün narkotik əldə etmək məqsədilə əkmişdir. Ekspertizanın rəyindən sonra ona məlum olmuşdur ki, onun əkdiyi bitkilər narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Gələcəkdə heç vaxt belə əməllərə yol verməyəcəkdir. O, xx xxxx 2020-ci il tarixdə, saat 20.55-də şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2020-ci il tarixdə gecə vaxtı Balakən RPŞ-nin x6 buraxılmışdır. Cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. 3-cu qrup əlildir. Bu halları nəzərə alıb, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Balakən Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxx 2020-ci ildə Balakən rayon Qazma kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər yetişdirməsi barədə Balakən Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciətinə və polis şöbəsinin rəhbərliyinin qanunamüvafiq göstərişinə əsasən polis əməkdaşları və dəvət edilmiş mütəxəssisaqronom Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs Balakən rayonu Qazma kəndində yaşadığı ünvana getmiş və yol qapısının giriş hissəsindən yolda dayanaraq, Təqsirləndirilən şəxs səsləmişlər. Bu zaman Təqsirləndirilən şəxs onlara yaxınlaşmış, təhqiqatçı x12 İbrahimova barəsində yaşadığı evin həyətində narkotik tərkibli bitkilər əkibbecərməsi barədə Balakən Rayon Polis Şöbəsinə məlumat daxil olduğunu və həmin məlumat əsasında həyətyanı sahəsinə, yaşadığı evinə, yardımçı tikililərinə baxış keçiriləyəcini bildirmişdir. Həmçinin bu barədə qərar Təqsirləndirilən şəxs elan edilmişdir. Təqsirləndirilən şəxs isə heç bir etirazı olmadığını bildirib, bu barədə ərizə verərək, etirazının olmadığını qeyd etmişdir. Bundan sonra təhqiqatçı x12 İbrahimovdan həyətyanı sahəsində narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə soruşmuş, Təqsirləndirilən şəxs isə özünə məxsus həyətyanı sahədə narkotik tərkibli bitki ağacları yetişdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə özünün, polis əməkdaşlarının, mütəxəssis-aqronom Şahid3 iştirakı ilə baxış keçirilərkən həyətində olan tərəvəz məhsulları əkdiyi yerdə 10 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bitkiləri özü əkib-becərdiyini söyləmişdir. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etdiyini, həmin 10 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar ağacları da öz şəxsi istifadəsi üçün əkib-becərdiyini bildirmişdir. Sonra baxışda iştirak edən mütəxəssis-aqronom Şahid3 aşkar edilmiş 10 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərin diblərinin alaq otlarından təmizləndiyini, yəni aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş bitkilər kökündən çıxarılmış və həmin bitkilərin hündürlükləri ölçüldükdə, hündürlüklərinin 45 santimetrdən 110 santimetrədək olması müəyyən edilmişdir. Daha sonra 10 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər sintetik kisəyə qoyulmuş və sintetik kisəylə birlikdə elektron tərəzi vasitəsilə çəkilərkən çəkisinin 590 qram olması müəyyən edilmişdir. Daha sonra isə sintetik kisə içərisindəki 10 ədəd bitki ilə birlikdə möhürlənərək, maddi sübut kimi götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən hər hansı qadağan edilmiş əşya, yaxud narkotik vasitə və narkotik tərkibli bitki aşkar edilməmişdir. Daha sonra təhqiqatçı İsa Yolçuyev tərəfindən baxış keçirilməsi barədə protokol tərtib edilmiş, ucadan oxunmuş və baxışda iştirak edən iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin baxış keçirilərkən fasiləsiz videoçəkilişdən istifadə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 da Şahid2 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, yuxarıda qeyd edilən ünvanda ailə üzvləri; anası Sevil İbrahimova və atası Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır. Subaydır. Fərdi əməklə məşğul olur. xx xxxx 2020-ci ildə Balakən Rayon Polis Şöbəsinin əməkdaşları onların yaşadığı ünvana gələrək, atası Təqsirləndirilən şəxsla birlikdə yaşadığı evin həyətyanı sahəsinə və yaşadığı evə baxış keçirmişlər. Sonradan isə anası Sevilə və ona məlum olmuşdur ki, polislər həyətdə atası Yusif tərəfindən əkilmiş narkotik tərkibli bitkilər aşkar etmişlər. Həmin bitkilərdən anası Sevilin və onun xəbəri olmamışdır. Həmçinin atası Təqsirləndirilən şəxs narkotik tərkibli bitki əkməsini onlara deməmişdir. Anası və o, narkotik tərkibli bitkiləri tanımır. Həmçinin atası Yusifin narkotik vasitədən istifadə edib-etməməsini bilmir. Balakən şəhərində qadın geyimləri mağazasında işləyir. Hər gün işə gedir. Gün ərzində evdə olmur. Atası Yusif isə gün ərzində evdə olur. Atası Yusifin bağ sahəsində nə əkib-becərdiyindən isə anası Sevilin və onun xəbəri olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, iş üzrə Şahid3 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessul Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağrılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Azərbaycan Respublikası CPM-nin 327.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı, əvvələr keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid3 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan olunmuş və məhkəmə iclasında tədqiq olunmuş mütəxəssis-aqronom Şahid3 ifadəsində göstərmişdir ki, hal-hazırda rəsmi olaraq Balakən rayonunda Dövlət Aqrar inkişaf mərkəzinin bitkiçilik sektorunda baş məsləhətçi vəzifəsində çalışır. xx xxxx 2020-ci il tarixdə Balakən Rayon Polis Şöbəsinin əməkdaşları onu Balakən Rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə gəldikdən sonra polis əməkdaşları Balakən rayon Qazma kənd sakini Təqsirləndirilən şəxs həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkilər yetişdirdiyini və buna görə də həmin əraziyə baxış keçirəcəklərini bildirərək, həmin bitkilərə aqrotexniki qaydada qulluq edilib-edilmədiyi barədə rəy verməsini xahiş etmişlər. O da polis əməkdaşlarına razılıq vermişdir. Bundan sonra isə polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs Balakən rayonu Qazma kəndində yaşadığı ünvana getmiş və yol qapısının giriş hissəsindən yolda dayanaraq, Təqsirləndirilən şəxs səsləmişlər. Bu zaman Təqsirləndirilən şəxs onlara yaxınlaşmış, təhqiqatçı x12 İbrahimova barəsində yaşadığı evin həyətində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə Balakən Rayon Polis Şöbəsinə məlumat daxil olduğunu və həmin məlumat əsasında həyətyanı sahəsinə, yaşadığı evinə, yardımçı tikililərinə baxış keçiriləyəcini bildirmişdir. Həmçinin bu barədə qərar Təqsirləndirilən şəxs elan edilmişdir. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirərək, bu barədə ərizə verərək, etirazının olmadığını qeyd etmişdir. Bundan sonra təhqiqatçı x12 İbrahimovdan həyətyanı sahəsində narkotik tərkibli bitkiləri əkibbecərməsi barədə soruşmuş, Təqsirləndirilən şəxs isə özünə məxsus həyətyanı sahədə narkotik tərkibli bitki ağacları yetişdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə özünün, polis əməkdaşlarının, onun iştirakı ilə baxış keçirilərkən həyətində olan tərəvəz məhsulları əkdiyi yerdə 10 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bitkiləri özü əkib-becərdiyini bildirmişdir. Həmçinin narkotik vasitə qəbul etdiyini, həmin 10 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar ağacları da öz şəxsi istifadəsi üçün əkib-becərdiyini demişdir. Daha sonra o, həmin bitkilərə baxmış və bitkilərə aqrotexniki qaydada qulluq edildiyini, diblərinin yumşaldıldığını, alaq otlarından təmizləndiyini və suvarıldığını bildirmişdir. Bundan sonra aşkar edilmiş bitkilər kökündən çıxarılmış və həmin bitkilərin hündürlükləri ölçüldükdə, hündürlüklərinin 45 santimetrdən 110 santimetrədək olması müəyyən edilmişdir. Sonra 10 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər sintetik kisəyə qoyulmuş və sintetik kisəylə birlikdə elektron tərəzi vasitəsilə çəkilərkən, çəkisinin 590 qram olması müəyyən edilmişdir. Daha sonra isə sintetik kisə içərisindəki 10 ədəd bitki ilə birlikdə möhürlənərək, maddi sübut kimi götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən hər-hansı qadağan edilmiş əşya, yaxud narkotik vasitə, narkotik tərkibli bitki aşkar edilməmişdir. Sonra təhqiqatçı İsa Yolçuyev tərəfindən baxış keçirilməsi barədə protokol tərtib edilmiş, ucadan oxunmuş və baxışda iştirak edən iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin baxış keçirilərkən fasiləsiz videoçəkilişdən istifadə edilmişdir. İşin 11-14-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş xx xxxx 2020-ci il tarixli baxış protokolundan görünür ki, baxış zamanı aşağıdakılar müəyyən olunmuşdur.xx xxxx 2020-ci il tarixdə, saat 20:50 radələrindən 21:30 radələrinədək Təqsirləndirilən şəxs yaşadığı evə və yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmiş protokoldan görünür ki, Balakən rayon Qazma kənd sakini Təqsirləndirilən şəxs ona məxsus evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkibbecərməsi barədə daxil olmuş məlumat əsasında sonuncuya məxsus həyətyanı sahəyə baxış keçirilməmişdən ilk öncə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gəlinərək, küçə qapısından Təqsirləndirilən şəxs çağırılmışdır. Təqsirləndirilən şəxs yol qapısından çıxmış, Təqsirləndirilən şəxs izah edilmişdir ki, onun həyətində narkotik tərkibli bitkilər əkib-becərilməsi barədə məlumat daxil olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin həyəta keçirilməsi barədə qərarla tanış edilmişdir. Təqsirləndirilən şəxs qərarla tanış olduqdan sonra heç bir etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-yetişdirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı özünün dirrik sahəsinin kənarında pomidor bitkilərinin cərgəsinin arxa tərəfində əkilmiş 08 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər və ondan təxminən 10 metr məsafədə əkilmiş 01 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kollarını göstərmişdir. Həmin bitkiləri öz istifadəsi üçün əkib-becərdiyini bildirmişdir. Həyətyanı sahəyə baxış davam edərkən 08 ədəd bitkinin əkildiyi yerdən 03 metr məsafədə əkilmiş 01 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki aşkar edilmişdir. Daha sonra aşkar edilmiş 10 ədəd ümumi saylı bitkilər kökündən çıxarılmış, hündürlükləri isə ölçüldükdə, 45 santimetrdən 110 santimetrədək olması müəyyən edilmişdir. Sonra isə bir ədəd kisəyə qoyulmuş, möhürlənmiş və çəkisi çəkilərkən kisə ilə birlikdə yaş halda çəkisinin 590 qram olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı evdən hər hansı qadağan edilmiş əşya və ya narkotik vasitə aşkar edilməmişdir. Baxış zamanı videokamera vasitəsilə videogörüntünün əks olunduğu 1 ədəd CD diski protokola əlavə edilmişdir. Baxış zamanı tərtib olunmuş protokol ucadan oxunmuş, hər hansı əlavə şikayət və vəsatət daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 13-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş xx.xx.2020-ci il tarixli ixtisasca aqronom-mütəxəssis Şahid3 verdiyi rəydən görünür ki, xx.xx.2020-ci il tarixdə Balakən rayonu Qazma kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən hündürlükləri 45 sm-dən 110 sm-dək olan narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kollarına aqrotexniki qaydada qulluq edilmişdir, dibləri alaq otlarından təmizlənmiş və suvarılmışdır. İşin 37-39-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza x9 Bölməsinin məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 17/359 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış vərəqədə Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilmiş 10 ədəd bitkilər sözləri yazılmış ağ rəngli sintetik kisənin içərisindəki 10 (on) ədəd hündürlükləri 45 sm-dən 110 sm-dək ümumi təmiz çəkisi-445,00 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom Şahid3 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli aqronom rəyinə əsasən təqdim olunmuş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Qeyd: 10 (on) ədəd çətənə bitkilərinin ümumi təmiz çəkisi - 445,00 qram, tədqiqata sərf edildi-0,50 qram (hər bitkidən-0,05 qram), qalıq- 444,50 qram. Həmçinin iş üzrə məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 35,97 manat müəyyən edilmişdir. İşin 90-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş ambulator məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 529 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstləyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşin 27-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş cinayət işi başlanana kimi şəxsi tutma protokolundan görünür ki, xx xxxx 2020-ci il tarixdə, saat 20:55-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 63-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Balakən RPŞ-nin MSYdən azad olunaraq, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və qərarın icrası Balakən RPŞ-nə həvalə edilmişdir. İşin 71-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən RİHB-nın Qazma kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunduğu göstərilmişdir. İşin 73-74-cü vərəqlərində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 5 (019)-52/2020 saylı qərarından görünür ki, Balakən rayonu Qazma kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Balakın rayonu Qazma kəndində yaşadığı evin həyətyanı sahəsinə, binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olmaqla baxış keçirilməsi barədə Balakən Rayon Polis Şöbəsinin TQ-nun təhqiqatçısı, polis kapitanı İsa Yolçuyevin xx xxxx 2020-ci il tarixli qərarı qanuni hesab edilmişdir. İşin 91-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Tələbnamə üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi xx.xx.2020-ci il tarixli, 7 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İşin 94-102-cu vərəqələrində və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs götürülmüş bir ədəd möhürlənmiş sintetik kisədə saxlanılan 10 ədəd çətənə bitkiləri maddi sübut kimi tanınaraq, saxlanması üçün Balakən RPŞ-nin saxlanc anbarına verilmiş, Təqsirləndirilən şəxs həyətyanı sahəsinə və yaşadığı evə baxış keçirilərkən aparılmış video çəkilişlər həkk olunmuş 01 ədəd CD diski maddi sübut kimi qiymətləndirilərək, cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası ƏƏSMN-nin yanında DSMF-nin Balakən rayon şöbəsi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xx xxxx 2020-ci il tarixli, 2022 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İİİ qrup daimi əlildir. Məhkəmə iş üzrə şahidlərin ifadələrini, xx xxxx 2019-cu il tarixli baxış protokolunu, xx xxxx 2020-ci il tarixli aqronom-mütəxəssisin rəyini, məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 17/359 nömrəli rəyini, Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarını, ambulator məhkəmə-narkoloji ekspertizasının 24 iyun2020-ci il tarixli, 529 nömrəli rəyini, xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı, maddi sübutları, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biriilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası CPM-nin126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün sübut kimi qəbul edilməklə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməli və nəzərə alınmalıdır. x10 Avropa Məhkəməsi,İnsan Hüquqlarının və x5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsilə əlaqədar Con x4rşı işi üzrə qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda çətənə (kannabis) bitkilərini kultivasiya etmə cinayət əməlini törətmişdir. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplamaya görə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə narkotik vasitələr-BMT-nin 1961-ci il tarixli «Narkotik vasitələr haqqında» Vahid Konvensiyasında, 1971-ci il tarixli «Psixotrop maddələr haqqında» Konvensiyasında, 1988-ci il tarixli «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında» Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.6-ci maddəsinə görə tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli, 02 nömrəli qərarının 19-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİqanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışını dinləyib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, Avropa Konvensiyasının 6-cı maddəsində və Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək və tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx xxxx 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, İİİ qrup əlil olmasını, ilk dəfə cinayət əməli törətməsini və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, cinayət əməli törətmişdir, İİİ qrup əlildir, həmçinin o, cinayət əməli törətməsini etraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkir. Onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyasında üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını və cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 20.55-də tutulmuş, lakin onun xx xxxx 2020-ci il tarixdə hansı saatda Balakən Rayon Polis Şöbəsinin MSY-dən azadlığa buraxılması heç bir sənəddə qeyd edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində xx xxxx 2020-ci il tarixdə, gecə vaxtlarında polis şöbəsinin MSY-dən azadlığa buraxılmasını bildirmişdir. Məhkəmə qeyd edir ki, milli qanunvericilikdə fərqli yanaşılma olsa da, Avropa Konvensiyasının 5-ci maddəsinin mənası baxımından tutulma, həbs və azadlıqdan məhrum etmə anlayışları eyni məna daşıyır. Bu xüsusda həbs müddətləri ilə bağlı Azərbaycan Respublikası CPM-nin normalarında müxtəlif müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM-nin 148.6-cı maddəsində şübhəli şəxsin tutulmasının, həmin Məcəllənin 150-ci maddəsinə əsasən ittihamın elan edilməsi üçün şəxsin tutulmasının 48 saatdan artıq davam etməməsi, Azərbaycan Respublikası CPM-nin 310.6.2-ci maddəsinə əsasən məhkəmə iclasında qaydanı kobud şəkildə pozan şəxsə 3 saatdan 48-saatadək tutmanın tətbiq edilməsi, yəni həbsin müddətinin saatlarla müəyyən olunması nəzərdə tutulduğu halda, Azərbaycan Respublikası CPM-nin 158.1, 159.1. və 159.2-ci maddələrində həbsin müddətinin aylarla müəyyən olunması təsbit edilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 168.2-ci maddəsinə əsasən isə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzanın icrası yerindən cəza müddətinin axırıncı gününün birinci yarısından azad edilirlər. Eynilə Azərbaycan Respublikası CPM-nin 162.3-cü maddəsinə əsasən bu Məcəllənin 162.1.1 və 162.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda (təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlinə görə ittiham təsdiq edilmədikdə və ya məhkəmədə cinayət işi üzrə icraata xitam verildikdə; məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirildikdə və ya ləğv edildikdə, habelə məhkuma təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadıqda) həbsdə saxlanılan şəxsin məhkəmə zalından dərhal həbsdən azad edilməsi təsbit olunmuşdur. Bu qanun normalarından görünür ki, şəxsin həbs müddətinin aylarla və ya günlərlə hesablanmasına baxmayaraq, məhkəmə qərarı (hökmü) günün hansı vaxtında (saatında) çıxarılırsa, onun həbs müddətinin son gününün bitməsindən asılı olmayaraq, o, həmin vaxtda (saatda) həbsdən azad edilməlidir. Yəni qanunun fəlsəfəsinə görə burada şəxsin konkret saatlarla ifadə olunan həbs müddəti, həmin günün bitməsinə baxmayaraq, günə bərabər tutulur. Ona görə də şəxsin bir neçə saat həbsdə qalması onun bir gün həbsdə qalması sayılmaqla, ona təyin edilən cəza müddətinə daxil edilməli, ya da həmin müddətdən çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraat aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Göstərilənlərin koteksində məhkəmə hesab edir ki, əslində Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 20.55-də şübhəli şəxs qismində tutulmaqla, onun xx xxxx 2020-ci il tarixdə hansı saatda azad olunması müəyyən olunmadığından (təqsirləndirilən şəxsin məhkəmədə bildirdiyinə görə o, xx xxxx 2020-ci il tarixdə gecə vaxtı həbsdən azad olunmuşlar), bu hal təqsirləndirilən şəxsin xeyrinə həll olunmaqla həmin günlər-xx xxxx 2020-ci il, xx xxxx 2020-ci il və xx xxxx 2020-ci il tarixlər müstəqil olaraq təqsirləndirilən şəxsin həbsdə saxlanması günləri kimi qəbul edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il,xx xxxx 2020-ci il və xx xxxx 2020-ci il tarixlərdə tutularaq həbsdə saxlandığı 3 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən İİİ qrup əlil olması, ilk dəfə cinayət əməli törətməsi və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəmiyyətdən təcrid olunmadan da islah olunmasının mümkünlüyünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, onun xx xxxx 2020-ci il, xx xxxx 2020-ci il və xx xxxx 2020-ci il tarixlərdə şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 03 (üç) gün müddətin bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, 6 gün azadlığın məhdudlaşdırılması cəzasına gətirilib, həmin cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-da növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hazırki hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 529 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədyinin, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olmadığının və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. Həmçinin Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi x7 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPMnin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis Şöbəsində saxlanılan 10 (on) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra tam həcmdə məhv edilməli, Təqsirləndirilən şəxs həyətyanı sahəsinə və yaşadığı evə baxış keçirilərkən aparılmış videoçəkilişlər əks olunmuş 01 ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132.0.2-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Azərbaycan Respublikası CPM-nin 132.0.5-ci maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlınılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarında olan vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatda Balakən rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 25 iş saatı vaxt sərf etməsi göstərilmişdir. Məhkəmə hesabatı iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, hesabat qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Müdafiəçi qeyd edilən cinayət işi ilə bağlı təqsirləndirilən şəxsin müdafiəsinə məhkəməyədək icraat zamanı 5 iş saatı vaxt sərf etmişdir. Həmçinin Müdafiəçi Balakən Rayon Məhkəməsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 5 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat, cəmi 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi nəfinə, «KAPİTALBANK» x8 Rekvizitləri: VÖEN **********,kod 200695, Müxbir hesab AZ37NAB013501**********1944, BİK AİİBAZ2x. hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. x1rşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin; Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx xxxx 2020-ci il, xx xxxx 2020-ci il və xx xxxx 2020-ci il tarixlərdə şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 03 (üç) gün müddətin bir günü ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın; Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi x7 Şəxsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Balakən Rayon Polis Şöbəsində saxlanılan 10 (on ) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs həyətyanı sahəsinə və yaşadığı evə baxış keçirilərkən aparılmış videoçəkilişlər əks olunmuş 01 ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat, cəmi 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi nəfinə, «KAPİTALBANK» x8 Rekvizitləri: VÖEN **********,kod 200695, Müxbir hesab AZ37NAB013501**********1944, BİK AİİBAZ2x. hesabına köçürülsün. Hökmün icrası Balakən rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-58/2020
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-58/2020
22.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver