Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-58/2021 24.06.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs-xx.xx.1959-cu ildə Balakən rayonunun Mahamalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, evdar qadın, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs “Covid-19” virusuna yoluxaraq 14 gün ərzində, yəni 07.12.2020ci il tarixdən 21.12.2020-ci il tarixədək evdən çıxmadan ev şəraitində müalicə almalı olduğu halda və bu barədə xüsusi qaydada məlumatlandırılmaqla ona xəbərdarlıq edilməsinə baxmayaraq 18 dekabr 2020-ci il tarixdə saat 14 radələrində kürəkəni Şahid3 idarə etdiyi “Mercedes-Benz” markalı, AZ **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək faktiki yaşadığı və “Covid-19” virusundan müalicə aldığı Balakən şəhəri A.Məmmədov küçəsi ev-16 ünvanını əsaslı səbəb olmadan icazəsiz tərk edərək qəsdən karantin rejimini pozmaqla “Covid-19” xəstəliyinin yayılması üçün real təhlükə yaradaraq insanların sıx olduğu Balakən rayonu Tülü kəndində qudasının yas mərasiminə getmiş, 18 dekabr 2020-ci il tarixdə saat 15 radələrində qeyd edilən yas mərasimindən kürəkəni Şahid3 idarə etdiyi “Mercedes-Benz” markalı, AZ **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin oturacağında əyləşərək qayıdarkən qeydiyyatda olduğu və yaşadığı Balakən şəhəri A.Məmmədov küçəsi ev-16 ünvanının qarşısında Balakən RPŞnin əməkdaşları tərəfindən saxlanılaraq Balakən MRX-nın işçilərinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Səməd qızı ona Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Balakən şəhəri A.Məmmədov küçəsi ev-16 ünvanında ailəsi ilə birlikdə yaşayır. Evdar qadındır. Səhhətində olan narahatçılıqla bağlı 04.12.2020-ci il tarixdə həyat yoldaşı Şahid4 ilə birlikdə Zaqatala MRX-ya müraciət etmişdir. Zaqatala MRX-da “Covid- 19” virusuna yoluxub-yoluxmamağının müəyyən edilməsi üçün MRX-nın laboratoriya şöbəsinə göndərilmişdir. Laboratoriyada “Covid 19” virusuna yoluxub-yoluxmamağını yoxlamaq məqsədi ilə burnundan yaxma analizi götürmüşlər.Onun istifadəsində özünə məxsus mobil telefon olmadığından analizin cavabları barədə məlumatın göndərilməsi üçün həyat yoldaşı Şahid4 istifadəsində olan 055 *** ** ** mobil telefon nömrəsini vermişlər. Zaqatala MRX-da verdiyi analizin cavabı pozitiv çıxmış, bu barədə 07.12.2020-ci il tarixdə həyat yoldaşı Şahid4 mobil telefonuna sms gəlmiş və 14 gün ərzində yaşadığı ünvanı tərk etməməyi barədə ona xəbərdarlıq edilmişdir. Bu barədə həyat yoldaşı ona məlumat vermişdir. Həyat yoldaşı Şahid4 onunla təmasda olduğundan Balakən GEM tərəfindən karantinə alınaraq evdə qalmışdır. Balakən GEM tərəfindən həyat yoldaşı ilə əlaqə saxlanılaraq ona karantin nəzarətini pozmaması ilə bağlı məlumat verilmişdir. Karantin qaydalarına riayət etməklə yaşadığı Balakən şəhəri A.Məmmədov küçəsi ev-16 ünvanında ev şəraitində müalicə olunmuşdur. Xəstəliyi çox yüngül keçirmişdir. Artıq həkimə müraciət etdiyi gündən 10 gün keçdikdən sonra özünü tam sağalmış hiss etmişdir.Eyni zamanda fikirləşmişdir ki, 14 günlük müddət 04 dekabr 2020-ci il tarixdən hesablanır.12 dekabr 2020-ci il tarixdə vəfat etmiş qudasının Balakən rayonu Tülü kəndində yaşayan ailəsinə başsağlığı vermək üçün xəstəliyi ilə əlaqədar olaraq həmin vaxtı gedə bilmədiyindən 18 dekabr 2020-ci il tarixdə kürəkəni Şahid3lə həyat yoldaşına məxsus telefon vasitəsi ilə əlaqə saxlayaraq ondan özünü yas yerinə aparmağını xahiş etmişdir. Günorta saat 14 radələrində Şahid3 onu idarə etdiyi avtomobillə qudası olan anası İkramat Musayevanın yas mərasiminə aparmışdır.Yas mərasimində çox adam olmamışdır.Yalnız mərhum qudasının ailə üzvləri olmuşdur. Vəfat etmiş qudasının ailə üzvlərinə başsağlığı verib geri qayıtmaq istədikdə həyat yoldaşı Aydın kürəkəni Şahid3 telefonuna zəng edərək polis əməkdaşlarının gəlib onu yoxladıqlarını bildirmişdir. Dərhal kürəkəni Şahid3 idarə etdiyi avtomobilə minib Balakən şəhəri A.Məmmədov küçəsi-16 ünvanında yerləşən yaşadığı evə qayıtmışdır.Evin qarşısına çatdıqda polis əməkdaşlarının onu gözlədiklərini görmüşdür. Ona yaxınlaşıb özlərini Balakən RPŞ-nin əməkdaşları kimi təqdim edən polis əməkdaşları haradan gəldiyini soruşduqda onlara qudasının yas mərasimindən qayıtdığını, özünü tam yaxşı hiss etdiyindən və artıq sağaldığını hesab etdiyinə görə vəfat etmiş qudasının ailəsinə başsağlığı verməyə getdiyini bildirmişdir.Videoçəkiliş aparılmaqla polis əməkdaşları tərəfindən Balakən şəhəri A.Məmmədov küçəsi-16 ünvanında yerləşən evinin qarşısındakı yolda dayandıqları yerə baxış keçirilmişdir. Bundan sonra onu təcili tibbi yardım avtomobili ilə Balakən MRX-ya çatdırmışlar. Balakən MRX-da 14 gün tamam olmadan evdən çıxmamaq şərti ilə müalicə olunmağı barədə xəbərdar olunmuşdur. Evə qayıdaraq karantin nəzarətində qalmağa davam etmişdir. Analizi 04.12.2020-ci il tarixdə verdiyinə görə 18.12.2020-ci il tarixdə 14 günün tamam olduğunu hesab etmişdir. Qudasının yas mərasiminə getməyi ilə heç kimi xəstəliyə yoluxdurmamış, həmin yas mərasimində qısa müddət ərzində iştirak etmiş, heç kimlə təmasda olmamışdır. Yas mərasimində maskadan istifadə etməklə sosial məsafəyə riayət etmişdir.Törətdiyi əmələ görə çox peşmandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül cəza tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, Balakən şəhəri A.Məmmədov küçəsi ev-16 ünvanında ailəsi ilə birlikdə yaşayır. Balakən rayon Asan Xidmət Mərkəzinin əməkdaşıdır. Həyat yoldaşı Təqsirləndirilən şəxs səhhətində olan narahatçılıqla bağlı 04.12.2020-ci il tarixdə həyat yoldaşı ilə birlikdə Zaqatala MRX-ya müraciət etmişlər. Zaqatala MRX-da Nazilənin “Covid 19” virusuna yoluxubyoluxmamağını yoxlamaq məqsədi ilə müayinə edən həkim onu MRX-nın laboratoriya şöbəsinə göndərmişdir. Laboratoriyada yoldaşının “Covid 19” virusuna yoluxubyoluxmamağını müayinə etmək məqsədi ilə burnundan yaxma analizini götürmüşlər. Nazilənin şəxsi mobil telefonu olmadığından analizin cavabları barədə məlumatın göndərilməsi üçün onun istifadəsində olan 055 *** ** ** mobil telefon nömrəsini laboratoriya əməkdaşlarına vermişlər. Həyat yoldaşı Təqsirləndirilən şəxs Zaqatala MRXda verdiyi test analizinin cavabı 07.12.2020-ci il tarixdə pozitiv çıxmış, bu barədə onun mobil telefonuna xəbərdarlıq SMS-i gəlmişdir. Həyat yoldaşı Təqsirləndirilən şəxs 14 gün ərzində karantin nəzarətinə alınması barədə məlumat vermişdir. O özü də Balakən Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən iş yeri olan “Asan Xidmət” mərkəzinə göndərilmiş məktub əsasında “Covid-19” virusuna yoluxmuş şəxslə təmasda olduğuna görə 14 günlük karantin nəzarətinə götürülmüşdür. 12.12.2020-ci il tarixdə Balakən rayonu Tülü kəndində qudası vəfat etmişdir. Həyat yoldaşı Təqsirləndirilən şəxs həmin yas mərasimində iştirak edə bilməmişdir. Buna görə də özünü yaxşı hiss etdiyindən və tam sağaldığı qənaətinə gəldiyinə görə 18.12.2020-ci il tarixdə onun telefonundan kürəkəni Şahid3 telefonuna zəng edərək özünü yas mərasiminə aparmağını xahiş etmişdir. Günorta radələrində (dəqiq saatı xatırlamır) Şahid3 idarə etdiyi “Mercedes Benz” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə gəlib yoldaşını yas mərasiminə aparmışdır. Bir müddət sonra, saat 14 və ya 15 radələrində 2 nəfər polis əməkdaşı yaşadıqları ünvana gələrək həyat yoldaşını soruşmuşlar. Həyat yoldaşının evdə olmadığını bildirmiş və bundan sonra kürəkəni Şahid3 zəng edərək polis əməkdaşlarının gəlib Naziləni soruşduqlarını bildirmişdir. Bir müddət sonra həyat yoldaşı kürəkəninin idarə etdiyi avtomobillə yaşadıqları ünvanın qarşısına gəlmiş və təcili tibbi yardım maşını ilə Balakən MRX-ya aparılmışdır.Həyat yoldaşı Təqsirləndirilən şəxs mobil telefonu olmadığından “Covid-19” virusuna yoluxması və 14 gün ərzində yaşadığı ünvanı tərk etməməsi barədə xəbərdarlıq sms-i onun mobil telefonuna gəlmişdir. Bu barədə həyat yoldaşının məlumatı olmuşdur. Həm də Balakən rayon Gigiyena və Epidemiologiya mərkəzindən həkim mikrobioloq Şahid2 zəng edərək ona xəbərdarlıq etmişdir.O da bu barədə həyat yoldaşına bildirmişdir. Həyat yoldaşının 14 gün ərzində karantin nəzarəti altında olmalı olduğu və yaşadığı ünvanı tərk etməməsi ilə bağlı məlumatı olmuşdur. Lakin özünü tam yaxşı hiss etdiyinə görə Balakən rayonu Tülü kəndinə vəfat etmiş qudasının yas mərasiminə qısa müddətlik getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Balakən rayonu Tülü kəndində ailəsi ilə birlikdə yaşayır. Balakən RİHB-nin Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qayınanasıdır. X1 12.12.2020-ci il tarixdə “Covid-19” virusuna yoluxma nəticəsində vəfat etmişdir. Qayınanası Təqsirləndirilən şəxs da “Covid-19” virusuna yoluxması barədə məlumatı olmuşdur, lakin anasının yas mərasimi ilə məşğul olduğundan qaynanası Təqsirləndirilən şəxs həmin xəstəliyə dəqiq hansı tarixdə yoluxması barədə məlumatı olmamışdır. Qayınanası Təqsirləndirilən şəxs keçirdiyi xəstəliklə əlaqədar olaraq anasının dəfn mərasimində iştirak edə bilməmişdir. 18.12.2020-ci il tarixdə qayınanası Nazilə qayınatası Şahid4 məxsus telefonla ona zəng edib artıq sağaldığını bildirərək anasının yas mərasimində iştirak etməsi üçün özünü yaşadıqları ünvana aparmağını ondan xahiş etmişdir. 18.12.2020-ci il tarixdə günorta radələrində qaynanası Təqsirləndirilən şəxs “Mercedes Benz” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 6 ünvana anasının yas mərasiminə aparmışdır. Qaynanasının 2020-ci ilin dekabr ayının əvvəlində səhhətində olan problemlərlə bağlı Zaqatala MRX-ya müraciət etdiyini və həmin vaxtı onun Covid-19 test analizinin nəticələrinin pozitiv çıxdığını bilmişdir. Karantin müddəti 14 gün olduğundan 18.12.2020-ci il tarixdə qaynanasının artıq sağaldığını hesab etmişdir. Qayınanası özü də sağaldığını dediyinə görə onu yaşadığı ünvana yas mərasiminə aparmışdır. Qayınanasını yas mərasiminə gətirdiyi vaxtdan bir saat keçmiş qayınatası Şahid4 ona zəng edərək polis əməkdaşlarının yaşadıqları ünvana gələrək qayınanası Təqsirləndirilən şəxs ilə maraqlandıqlarını bildirmiş və qayınanasını evə gətirməyini ondan xahiş etmişdir. İdarə etdiyi “Mercedes Benz” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə qaynanası Təqsirləndirilən şəxs 18.12.2020-ci il tarixdə saat təxminən 15 radələrində yaşadığı Balakən şəhəri A.Məmmədov küçəsi-16 ünvanına aparmışdır. Həmin ünvanda onları polis əməkdaşları gözləmişlər. Polis əməkdaşları videoqeydiyyata alınmaqla hadisə yerinə baxış keçirmişlər, qayınanasından yaşadığı ünvanı hansı səbəbdən tərk etdiyini soruşmuşlar. Qayınanası onlara mərhum qudasının yas mərasimində iştirak etmək üçün yaşadığı ünvanı tərk etdiyini bildirmişdir. Polis əməkdaşlarının çağırdıqları təcili tibbi xidmət əməkdaşları qayınanası Təqsirləndirilən şəxs Balakən MRX-ya aparmışlar.Qayınanasının “Covid-19” virusuna yoluxması barədə məlumatı olsa da, anasının vəfatı ilə əlaqədar başı qarışıq olduğundan qayınanasının hansı tarixlərdə karantin nəzarətində olması barədə dəqiq məlumatı olmamışdır. Qayınanası artıq sağaldığını bildirdiyinə görə onu yaşadığı evə yas mərasiminə aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki,Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Balakən rayon Gigiyena və Epidemiologiya mərkəzində həkim-mikrobioloq vəzifəsində işləmiş, hazırda direktor vəzifəsini icra edir.04.12.2020-ci il tarixdə Zaqatala MRX-da laborator testi vermiş Balakən rayon sakini Təqsirləndirilən şəxs “Covid-19” test nəticəsinin pozitiv çıxması barədə 07.12.2020-ci il tarixdə milli məlumat bazasından Balakən rayon GEM-ə məlumat daxil olmuşdur. Həmin tarixdə Təqsirləndirilən şəxs 14 gün ərzində karantin nəzarətinə alınması barədə onun tərəfindən həyat yoldaşı Şahid4 istifadəsində olan mobil telefona zəng edilməklə məlumatlandırılmışdır. 10.12.2020-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 2020-ci il tarixli 377 saylı qərarı ilə təsdiq edilmiş Koronavirus “Covid- 19” infeksiyası ilə yoluxma halı təsdiqlənmiş şəxslərin və onlarla təmasda olanların müəyyənləşdirilməsinə, izlənilməsinə və müşahidəsi üzrə tədbirlərin həyata keçirilməsinə, monitorinqinə və dövlət qurumları arasında əlaqələndirilməsinə dair “Protokol”un 1 nömrəli əlavəsinə (“Covid-19”) infeksiyasına yoluxma faktı təsdiq olunmuş şəxslə təmasda olanların dairəsinin müəyyən edilməsinə dair Tövsiyələr) uyğun olaraq Təqsirləndirilən şəxs Balakən rayon Asan Xidmət Mərkəzində işləyən həyat yoldaşı Şahid4 da xəstə ilə yaxın təmasda olan şəxs kimi karantin nəzarətinə alınması və işə buraxılmaması barədə ünvan 8 ünvanlanmışdır.Şahid4 da karantin nəzarətinə alınmışdır. Təqsirləndirilən şəxs və Şahid4 14 gün ərzində karantin nəzarətinə alınmaları və yaşadıqları ünvanları tərk etməmələri barədə onun tərəfindən məlumatlandırılmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. “Covid 19” xəstəliyinin yayılmasının qarşısının alınması məqsədi ilə Balakən RPŞ-nin əməkdaşları tərəfindən Balakən rayonu ərazisində bir sıra tədbirlər həyata keçirilir. Rayon ərazisində ictimai yerlərdə qoruyucu maskadan istifadə etməyən vətəndaşlarla izahat işləri aparılır və həmin qaydaları pozan şəxslər barədə müvafiq inzibati tədbirlər görülür. Həmçinin onlar tərəfindən “Covid 19” virusuna yoluxaraq ev şəraitində 14 gün müddətinə izolyasiya olunaraq müalicə olunan şəxslərin yaşadıqları ünvanları tərk edərək digər şəxslərə xəstəliyi yoluxdurma riskinin qarşısını almaq məqsədi ilə virusa yoluxmuş və ev şəraitində müalicə təyin edilmiş vətəndaşların yaşadıqları ünvanı tərk edib-etməmələri yoxlanılaraq nəzarət tədbirləri də həyata keçirilir. 18 dekabr 2020-ci il tarixdə saat təxminən 15 radələrində Balakən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Nizami Fərzəliyevlə birlikdə “Covid19” virusuna yoluxaraq ev şəraitində müalicə alan ünvan 9 ünvanında yaşayan Təqsirləndirilən şəxs karantin rejimi qaydalarını pozub-pozmamasını, yaşadığı ünvanı tərk edib-etməməsini yoxladıqda Təqsirləndirilən şəxs həyat yoldaşı onun Tülü kəndində yaşayan qudasının yas mərasiminə getdiyini bildirmişdir. Təqsirləndirilən şəxs özbaşına olaraq yaşadığı ünvanı tərk etməsi barədə dərhal RPŞ-yə məlumat vermişlər. Bir müddət sonra, təxminən 10 dəqiqə keçdikdən sonra Təqsirləndirilən şəxs kürəkəni Şahid3 idarə etdiyi “Mercedes Benz” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin oturacağında əyləşərək A.Məmmədov küçəsi-16 ünvanına yaxınlaşdığını görmüşlər. Sürücü Şahid3 A.Məmmədov küçəsi -16 ünvanının qarşısında avtomobili saxladıqda avtomobilin arxa sərnişin oturacağında əyləşmiş Təqsirləndirilən şəxs özlərini təqdim etmişlər və hansı səbəbdən yaşadığı ünvanı tərk etdiyini soruşduqda Təqsirləndirilən şəxs onlara Tülü kəndində yaşayan qudasının yas mərasiminə getdiyini, bu səbəbdən yaşadığı ünvanı tərk etdiyini və hazırda həmin yas mərasimindən qayıtdığını bildirmişdir. Avtomobili idarə edən Şahid3 də Təqsirləndirilən şəxs onun vəfat etmiş anasının yas mərasimindən qayıtdığını bildirmişdir. Hadisə yerinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Baxışda ondan başqa RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Nizami Fərzəliyev və RPŞ-nin İB-nin rəisi Ruslan Cavadov iştirak etmişlər. Baxış zamanı Balakən MRX-dan təcili tibbi yardım avtomaşını çağırılmış və onların müşayiəti ilə təcili tibbi yardım xidməti əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Balakən MRX-ya təhvil verilmişdir. İşin 5-6-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 18 dekabr 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, baxış 18.12.2020-ci il tarixdə saat 14:45-dən 15:20-dək olan müddət ərzində Balakən şəhəri A.Məmmədov küçəsində keçirilmişdir. Baxış keçirilən zaman müəyyən olunmuşdur: Hadisə yeri Balakən şəhəri A.Məmmədov küçəsi ev-16 ünvanının yerləşdiyi ərazidir. Aktiv “Covid-19” xəstəsi olmasına baxmayaraq, 14 gün ərzində ev şəraitində müalicə olunmalı olan vət. Təqsirləndirilən şəxs kürəkəni olan Balakən rayonu Tülü kənd sakini Şahid3 idarə etdiyi “Mercedes-Benz” markalı, 08 BX-440 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin oturacağında gələrək Balakən şəhəri A.Məmmədov küçəsi-16 ünvanında yerləşən evin qarşısında düşmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, ölmüş qudasının Balakən rayonun Tülü kəndində yerləşən evinə yas yerinə başsağlığı vermək üçün getdiyi yerdən geri yaşadığı Balakən şəhəri A.Məmmədov küçəsi ev-16 ünvanına qayıtmışdır. Baxış keçirilən ərazidə yaşayış evləri və yol kənarında hərəkətsiz dayanmış minik avtomobilləri vardır. “Covid-19” xəstəsi olan Təqsirləndirilən şəxs hadisə yerindən təcili tibbi yardım avtomaşını ilə xəstəxanaya təhvil verilməsi üçün Balakən rayon Mərkəzi Xəstəxanasına yola salınmışdır.Hadisə yerinə baxış RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən videokamera vasitəsi ilə qeydə alınmışdır. Baxış keçirilən ərazidə iş üçün əhəmiyyət kəsb edə biləcək əlavə hallar müəyyən edilməmiş, həmçinin iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir əşya və ya predmet aşkar edilib götürülməmişdir. Protokol tərtib edilmiş, ucadan oxunmuş, iştirakçılar tərəfindən düzəliş və qeydlər daxil olmamışdır, iştirakçılar tərəfindən protokol imzalanmışdır. Baxış zamanı qeydə alınmış videogörüntü bir ədəd DVD diskə köçürülərək protokola əlavə edilmişdir. İşin 21-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın şəhər inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. İşin 22-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 05 yanvar 2021-ci il tarixli 151 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 10 ünvanında yaşayır, himayəsində yoldaşı, qızı və nəvələri vardır. İşin 19-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 58-ci vərəqəsində olan və məhkəmə iclasında tədqiq edilmiş 01 mart 2021-ci il tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə gətməmək haqqında iltizam seçilmişdir. Məhkəmə iş üzrə şahidlər- Şahid1, Şahid4, Şahid2 və Şahid3 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq məhkəmə tərəfindən müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratma cinayət əməlini törətmişdir. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sənədləri bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq,məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir,əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli,25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, 62 yaşlı qadın olmasını, ali təhsilli şəxs olmasını, əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını, yaşayış yeri və iş üzrə müsbət cəhətdən xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini,ona törədilmiş cinayətə görə nəzərdə tutulmuş cərimə cəzasından daha ciddi cəza növü və ya həddinin təyin edilməsi üçün əsasların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut olan bir ədəd CD diski cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, “xxxx” ASC-in X4 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 3000 (üç min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cərimə məbləğini hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut olan bir ədəd CD diski cinayət işinin materiallarında saxlansın. Hökmün icrası Balakən rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, “xxxx” ASC-in X4 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-58/2021
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-58/2021
24.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver