Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 1(019)-58/2025 07.07.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ (başlandı saat 16:20-də , qurtardı saat 16:55-də) Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X1 nümayəndəsi Nümayəndə və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs- X9 iştirakları ilə X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə və cəzalandırılmalarına dair X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə materiala Balakən Rayon Məhkəməsinin iinzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq mü ə y y ə n e t d i: Möhsünova X5 Mədinə Məmməd qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin olunması barədə xüsusi ittiham qaydasında şikayətlə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki,o,uzun müddətdir ki,psixoloji və loqopedik dəstəyə ehtiyacı olan uşaqların (diskelsiya) inkişafına dəstək fəaliyyəti, həmçinin bu sahə üzrə mütəxəssislərin yetişdirilməsi və təlim verilməsi ilə məşğuldur. Təlimlərində vaxtı ilə iştirak edən və eyni fəaliyyət istiqaməti ilə məşğul olan X11 onun fəaliyyətindən narahat olmuş və xx.xx.2024-cü il tarixində özünün istifadəsində olan “pedaqoq medineisrafilova” instaqram səhifəsində onun instagram səhifəsini qeyd etməklə ictimaiyyətdə,dinləyici valideynlərdə,əməkdaşlarında və sosial şəbəkə izləyicilərində ona qarşı mənfi rəy və fikri formalaşdırmaqdan ötrü barəsində şərəf və ləyaqətini,həmçinin işgüzar nüfuzunu ləkələyən böhtan xarakterli məlumatlar paylaşmışdır. Həmin məlumatlarda -“belə çıxır ki, səhifədə paylaşılan “nəticə” görüntülərinin hamısı bu cür yalan və fırıldaqdan ibarətdir". "Amma həmin müəllimə təlimlərinin İngiltərədən (nə bir sertifikat, nə İngiltərədə olduğuna dair görüntü, ən azından xarici pasportundakı möhür görüntüsü belə heç kim tərəfindən görülməyib) aldığı çox bahalı təlimlər əsasında və öz zehninin məhsulu olduğunu bildirir", “Dəfələrlə konsultasiyalarda səhv diaqnoz qoyub, faydasız korreksiya işi apardığı valideynlərin müraciətlərindən xəbərdaram”. “Bir azca analiz edərsək, savadın və intellekt səviyyəsinin nə dərəcədə aşağı olduğunu anlaya bilərsiniz", “Bundan əlavə yenə də özünü hər kəsdən fərqli, dəyərli, güclü göstərmək adına müxtəlif dövlət orqanlarının və şəxslərin adından istifadə etmişdir. Hansı ki bu konkret həmin orqan və şəxslərə bildirilərsə, cinayət məsuliyyəti hesab olunacaq" və “!!! Yuxarıda qeyd etdiklərimdən də aydın olduğu kimi insanın heç bir dəyəri yoxdur, nə ailə, nə Vətən, millət, din, iman, əxlaq və s. Elə olduğu halda da təbii olaraq ad-san, maddiyat əldən getməsin deyə hər cür çirkaba əl atma ehtimalı var. Atdığını da bilirik. Odur ki, bu paylaşımdan sonra şəxsimlə bağlı hər hansı problemli hal yaranarsa, həyatıma, işimə hər hansı şəkildə zərər gələrsə Təranə Möhsünova adlı şəxsdən bilinsin və məsuliyyətə cəlb olunsun" kimi ifadələr öz əksini tapır. Mədinəyə ortaq tanışları vasitəsi ilə qanunsuz hərəkətlərinə son verməyi bildirsə də, müxtəlif yerlərdə qanunsuz hərəkətlərini davam etdirmişdir.Hər zaman uşaqların savadlı, cəmiyyətə yararlı bir fərd kimi yetişməsi üçün var gücü ilə çalışmışdır.Gecə-gündüz demədən gördüyü işlər, atdığı addımlar, qurduğu layihələr zamanla bəhrəsini verib və bu zəhməti Təhsil Nazirliyi tərəfindən də yüksək qiymətləndirilib.Ancaq təəssüf ki,hər uğurun kölgəsində,hər nailiyyətin ardınca paxıllıq edənlər də tapılır.Bəzi şəxslər öz acizliklərini və uğursuzluqlarını ört-basdır etmək üçün ona qarşı böhtan atmağa cəhd ediblər. Uğurlarına kölgə salmaq istəyənlər cəmiyyət içində, uşaqların valideynləri və təlim verdiyi müəllimlərin qarşısında onu nüfuzdan salmaq üçün əsassız şayiələr yaymağa başlayıblar. Onu dələduz adlandırmaq, dövlət orqanlarının adından danışmaqda ittiham etmək və bu yalanlarla insanları çaşdırmaq istəyiblər. Bütün bu çirkin niyyətlərə baxmayaraq, o doğru yoldan dönməmişdir. Çünki inanır ki, həqiqət nə qədər gec də olsa, gün işığına çıxır. O gördüyü işə, arxasında duran saf niyyətə və dürüstlüyünə güvənir. İnsanların etimadını qazanmaq illər çəkir, ancaq yalanla qurulan tələlər bir gün öz içində çökür. O həmişə dürüst əməklə, uşaqların gələcəyi naminə çalışmağa davam edəcəkdir. Çünki əsl qalibiyyət zamanın sınağından çıxanlardadır.Qeyd olunanlara əsasən təqsirləndirilən şəxs X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə həmin maddə ilə cinayət məsuliyyətinə cəlb olunmalıdır. Həmin paylaşım yalnız böhtan xarakteri daşımır, eyni zamanda şərəf və ləyaqətinin qəsdən və açıq şəkildə alçaldılmasına yönəlmiş nalayiq ifadələr – yəni təhqir əməllərini də ehtiva edir.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən,təhqir-kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında şəxsin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaq – cinayət tərkibi yaradan əməldir. Xüsusilə nəzərə çatdırmaq istəyir ki,X12 tərəfindən yayımlanmış paylaşımda aşağıdakı ifadələr açıq-aşkar təhqir xarakterli olub, onun şərəf və ləyaqətinin qəsdən alçaldılmasına yönəlmişdir: “Bir azca analiz edərsək, savadın və intellekt səviyyəsinin nə dərəcədə aşağı olduğunu anlaya bilərsiniz”; “İnsanın heç bir dəyəri yoxdur, nə ailə, nə Vətən, millət, din, iman, əxlaq...”; “...hər cür çirkaba əl atma ehtimalı var. Atdığını da bilirik.” Yuxarıda sadalanan ifadələr təkcə böhtan xarakteri daşımır, həm də mənəvi dəyərlərini və cəmiyyətdəki nüfuzunu hədəf alaraq açıq şəkildə təhqir məqsədi güdür və bu baxımdan CM-nin 148-ci maddəsi üzrə də hüquqi məsuliyyət tələb edir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X1 nümayəndəsi Nümayəndə xüsusi ittiham qaydasında verdikləri şikayəti müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs-X12 göstərdi ki, o, 2019-cu ildən bu xanımı qiyabi, 2021-ci ildən isə şəxsən yaxından tanıyır. Onunla çox yaxın münasibətləri olmuşdur. Xanım hər dəfəsində öz danışıqlarında davamlı olaraq “zehnimin məhsuludur”, “öz kitablarımı İngiltərədən 1000 dollara, 10 min dollara almışam” deyə ifadələr işlətmiş, İELTS sertifikatı olduğunu, uşaqlara ingilis dilində dərs keçdiyini, təlim keçdiyini, Azərbaycanda ingilis dilində təlim keçən yeganə müəllim olduğunu qeyd etmiş, onlar da inanmışlar. Onun təlimlərinə gedib 1000 manat pul xərcləmişlər. Son zamanlar haqqında müəyyən sözlərin danışıldığını eşitmiş, eyni sahədə fəaliyyət göstərməyə başlayandan sonra açıq-aydın şəkildə valideynlərinin vasitəsilə ona qarşı müəyyən hərəkətlər etdikdən,şagirdini özünə yönəltməklə bağlı davranışlar etdikdən sonra artıq digər məsələləri də araşdırıb, təlimlərin kitablardan kopyalanaraq hazırlandığını gördükdən sonra bu şəkildə paylaşım etmək qərarına gəlmişdir. Onun X3 böhtan atmaq, onun nüfuzuna ləkə vurmaq, onu təhqir etmək fikri olmamışdır, özünə məlum olan halları ictimaiyyətlə paylaşmışdır. İş materiallarında olan sosial şəbəkələrdə paylaşılmış məlumatlardan görünür ki, İsrəfilova Mədinə instagram səhifəsində belə bir paylaşım edib: “belə çıxır ki, səhifədə paylaşılan “nəticə” görüntülərinin hamısı bu cür yalan və fırıldaqdan ibarətdir”, ”Amma həmin müəllimə təlimlərinin İngiltərədən (nə bir sertifikat, nə İngiltərədə olduğuna dair görüntü, ən azından xarici pasportundakı möhür görüntüsü belə heç kim tərəfindən görülməyib) aldığı çox bahalı təlimlər əsasında və öz zehninin məhsulu olduğunu bildirir”, “Dəfələrlə konsultasiyalarda səhv diaqnoz qoyub, faydasız korreksiya işi apardığı valideynlərin müraciətlərindən xəbərdaram”, “Bir azca analiz edərsək, savadın və intellekt səviyyəsinin nə dərəcədə aşağı olduğunu anlaya bilərsiniz”, “Bundan əlavə yenə də özünü hər kəsdən fərqli, dəyərli, güclü göstərmək adına müxtəlif dövlət orqanlarının və şəxslərin adından istifadə etmişdir. Hansı ki bu konkret həmin orqan və şəxslərə bildirilərsə, cinayət məsuliyyəti hesab olunacaq” və “!!! Yuxarıda qeyd etdiklərimdən də aydın olduğu kimi insanın heç bir dəyəri yoxdur, nə ailə, nə Vətən, millət, din, iman, əxlaq və s. Elə olduğu halda da təbii olaraq ad-san, maddiyyat əldən getməsin deyə hər cür çirkaba əl atma ehtimalı var. Atdığını da bilirik. Odur ki, bu paylaşımdan sonra şəxsimlə bağlı hər hansı problemli hal yaranarsa, həyatıma, işimə hər hansı şəkildə zərər gələrsə, Təranə Möhsünova adlı şəxsdən bilinsin və məsuliyyətə cəlb olunsun”. İşdə olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1738/2025 nömrəli,14 may 2025-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X7 cavabdehlər X12 və X18 qarşı "şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən X12 və X22 tərəfindən iddiaçının şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatların təkzib edilməsi, cavabdeh X9 üzərinə istifadəsində olan "pedaqoq_medineisrafilova” instaqram səhifəsində iddiaçının adını qeyd etməklə yazılı şəkildə iddiaçıdan üzr istəməsi və 7 (yeddi) gün müddətində həmin məlumatı silməməsi vəzifəsinin qoyulması, cavabdeh X2 Mədinə Məmməd qızının paylaşımından sonra özünə məxsus "zehra_m_20” instaqram səhifəsində həmin üzr istəmə məlumatının paylaşılması və 7 (yeddi) gün müddətində həmin məlumatı silməməsi vəzifəsinin qoyulması, cavabdeh X8 iddiaçıya vurduğu mənəvi zərərə görə 1900 (min doqquz yüz) manat, cavabdeh X13 iddiaçıya vurduğu mənəvi zərərə görə 100 (yüz) manat və cavabdehlərdən hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manat və 43 (qırx üç) manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X7 uzun müddətdir ki, psixoloji və loqopedik dəstəyə ehtiyacı olan uşaqların inkişafına dəstək fəaliyyəti, həmçinin bu sahə üzrə mütəxəssislərin yetişdirilməsi və təlim verilməsi ilə məşğuldur. Təlimlərində vaxtı ilə iştirak edən və eyni fəaliyyət istiqaməti ilə məşğul olan X12 iddiaçının fəaliyyətindən narahat olmuş və xx.xx.2024-cü il tarixində özünün istifadəsində olan "pedaqoq_medineisrafilova” instaqram səhifəsində iddiaçının instagram səhifəsini qeyd etməklə ictimaiyyətdə,dinləyici valideynlərdə, əməkdaşlarda və sosial şəbəkə izləyicilərində iddiaçıya qarşı mənfi rəy və fikri formalaşdırmaqdan ötrü barəsində şərəf və ləyaqəti, həmçinin işgüzar nüfuzu ləkələyən məlumatlar paylaşmışdır.Həmin məlumatlarda-"belə çıxır ki,səhifədə paylaşılan "nəticə” görüntülərinin hamısı bu cür yalan və fırıldaqdan ibarətdir”, ”Amma həmin müəllimə təlimlərinin İngiltərədən (nə bir sertifikat, nə İngiltərədə olduğuna dair görüntü, ən azından xarici pasportundakı möhür görüntüsü belə heç kim tərəfindən görülməyib) aldığı çox bahalı təlimlər əsasında və öz zehninin məhsulu olduğunu bildirir”, "Dəfələrlə konsultasiyalarda səhv diaqnoz qoyub, faydasız korreksiya işi apardığı valideynlərin müraciətlərindən xəbərdaram”, "Bir azca analiz edərsək, savadın və intellekt səviyyəsinin nə dərəcədə aşağı olduğunu anlaya bilərsiniz”, "Bundan əlavə yenə də özünü hər kəsdən fərqli, dəyərli, güclü göstərmək adına müxtəlif dövlət orqanlarının və şəxslərin adından istifadə etmişdir.Hansı ki bu konkret həmin orqan və şəxslərə bildirilərsə, cinayət məsuliyyəti hesab olunacaq” və "!!! Yuxarıda qeyd etdiklərimdən də aydın olduğu kimi insanın heç bir dəyəri yoxdur, nə ailə, nə Vətən, millət, din, iman, əxlaq və s. Elə olduğu halda da təbii olaraq ad-san, maddiyat əldən getməsin deyə hər cür çirkaba əl atma ehtimalı var. Atdığını da bilirik. Odur ki, bu paylaşımdan sonra şəxsimlə bağlı hər hansı problemli hal yaranarsa, həyatıma, işimə hər hansı şəkildə zərər gələrsə, Təranə Möhsünova adlı şəxsdən bilinsin və məsuliyyətə cəlb olunsun” kimi ifadələr öz əksini tapır. İddiaçının heç bir tanışlığı olmadığı halda Mədinənin tanışı olan X22 iddiaçı barəsində Mədinə İsrəfilovanın paylaşdığı məlumatı özünün istifadəsində olan "zehra_m_20” instaqram səhifəsində xx.xx.2024-cü il tarixdə hər kəsə açıq şəkildə məlumatı yaymışdır. Mədinəyə ortaq tanışları vasitəsi ilə qanunsuz hərəkətlərinə son verməyi bildirsə də, müxtəlif yerlərdə qanunsuz hərəkətlərini davam etdirmişdir. Bu haldan narahat olan dinləyici valideynlər övladlarını iddiaçının xidmətindən istifadə etməyəcəklərini bildirmişdirlər. Bu səbəbdən cavabdehlərin qanunsuz əməllərinə son qoymaları üçün iddiaçı Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə müracət etdi.Polis şöbəsində araşdırma vaxtı cavabdehlər polis şöbəsinə dəvət edilmiş və əməllərindən peşman olduqlarını bildirmişdirlər.Polis şöbəsindən iddiaçıya hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə etmişdirlər. Məhkəmə qətnamədə vurğulamışdır ki, iddiaçı da öz növbəsində onun barəsində cavabdehlər tərəfindən deyilənlərin əksi olaraq, onun həqiqətən də bu fəaliyyətlə məşğul olmaq üçün xüsusi diplomunun olmasını, qeyd etdiyi kimi ingilis dilini yüksək səviyyədə bildiyini təsdiq edən “ielts” sertifikatının olduğuna və sairə dair məhkəməyə hər hansısa bir sübut təqdim etməmişdir.Çünki, faktiki olaraq iddiaçı Möhsünova özünü instagram səhifəsində psixoloq kimi qələmə versə də, psixoloq olmasına dair diplomunu məhkəməyə təqdim etmədi. Halbuki, məhkəmə dəfələrlə bu halın iş üçün əhəmiyyətli olduğunu qeyd etsə də, iddiaçı bu işin araşdırılmalı hal olmadığını və işə aidiyyatının olmadığını bildirdi.Həmçinin, cavabdeh İsrəfilovanın paylaşımından sonra iddiaçının işgüzar nüfuzunun ləkələnməsi, nəticədə səhifənin izləyici sayının azalması və sair kimi hallarını da məhkəmə müşahidə etmədi. Yəni buna dair sübut təqdim olunmadı. İddiaçı X1 cavabdehlər X12 və X18 qarşı "şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi” tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə şikayət vermiş şəxsin nümayəndəsini, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi dinləyib,şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, X7 xüsusi ittiham qaydasında şikayətlə Balakən Rayon Məhkəməsinə müraciət edərək X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin olunmasını xahiş etmişdir. Cinayət Məcəlləsinin 147.1-ci maddəsində böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymağa görə; Cinayət Məcəlləsinin 148-ci maddəsində isə təhqir,yəni kütləvi çıxışlarda,kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə, onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə, şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Qərarın 3-cü bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki,Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələri ilə xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən bütün hallarda Konstitusiyanın 30-cu maddəsində (əqli mülkiyyət hüququ), 32-ci maddəsinin İİ və İİİ hissələrində (şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ), 46-cı (şərəf və ləyaqətin müdafiəsi hüququ), 47-ci (fikir və söz azadlığı) və 50-ci (məlumat azadlığı) maddələrində, Konvensiyanın 8- ci (şəxsi həyata və ailə həyatına hörmət hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrində təsbit edilmiş hüquq və azadlıqların pozulub-pozulmaması araşdırılmalı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin ifadə azadlığına dair presedent hüququndan geniş istifadə olunmalıdır. Qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Avropa Məhkəməsinin presedent hüququnda demokratik sistemin davamlılığı baxımından söz azadlığının əhəmiyyətinə xüsusi diqqət yetirilir. Bununla belə, o da nəzərə alınmalıdır ki, fikri ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün məhdudiyyətlərə məruz qala bilər. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olub olmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Avropa Məhkəməsi həmçinin bildirmişdir ki, mətbuatın demokratik cəmiyyətdə oynadığı “gözətçi” rolu xüsusi əhəmiyyət kəsb edən amildir (bax, X15rşı, 27 mart 1996-cı il, § 39). Onun vəzifəsi öz məsuliyyət və öhdəliklərinə uyğun qaydada siyasi məsələlər və ümumi maraq kəsb edən digər məsələlər barədə məlumat və fikirləri yaymaqdan ibarətdir (bax, başqa bir çox mənbələrlə yanaşı, De Haes və Gijsels Belçikaya qarşı, § 37 və Kolombani və digərləri Fransaya qarşı, § 55). Lakin mətbuat müəyyən hədləri, xüsusilə başqalarının nüfuz və hüquqlarına aid olan hədləri aşmamalıdır. Həmçinin nəzərə alınmalıdır ki, məqbul olan tənqidin hüdudları fərdi şəxslə müqayisədə ictimai xadim, o cümlədən siyasətçi ilə bağlı daha genişdir. Birincidən fərqli olaraq ictimai və ya siyasi xadim sözlərinin və hərəkətlərinin jurnalistlər və ümumiyyətlə ictimaiyyət tərəfindən yoxlanılmasına qaçılmaz olaraq və bilə-bilə açıq edir və buna görə o, daha böyük dərəcədə dözümlülük nümayiş etdirməlidir (bax, Lingens Avstriyaya qarşı, § 42). Qərarın 6-cı bəndində məhkəmələrə izah edilmişdir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). 7. Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olub olmamasına diqqət yetirsinlər. Məhkəmə hazırlıq iclasında müəyyən olundu ki,İsrəfilova Mədinə instagram səhifəsində “belə çıxır ki, səhifədə paylaşılan “nəticə” görüntülərinin hamısı bu cür yalan və fırıldaqdan ibarətdir”, ”Amma həmin müəllimə təlimlərinin İngiltərədən (nə bir sertifikat, nə İngiltərədə olduğuna dair görüntü, ən azından xarici pasportundakı möhür görüntüsü belə heç kim tərəfindən görülməyib) aldığı çox bahalı təlimlər əsasında və öz zehninin məhsulu olduğunu bildirir”, “Dəfələrlə konsultasiyalarda səhv diaqnoz qoyub, faydasız korreksiya işi apardığı valideynlərin müraciətlərindən xəbərdaram”, “Bir azca analiz edərsək, savadın və intellekt səviyyəsinin nə dərəcədə aşağı olduğunu anlaya bilərsiniz”, “Bundan əlavə yenə də özünü hər kəsdən fərqli, dəyərli, güclü göstərmək adına müxtəlif dövlət orqanlarının və şəxslərin adından istifadə etmişdir. Hansı ki bu konkret həmin orqan və şəxslərə bildirilərsə, cinayət məsuliyyəti hesab olunacaq” və “!!! Yuxarıda qeyd etdiklərimdən də aydın olduğu kimi insanın heç bir dəyəri yoxdur, nə ailə, nə Vətən, millət, din, iman, əxlaq və s. Elə olduğu halda da təbii olaraq ad-san, maddiyyat əldən getməsin deyə hər cür çirkaba əl atma ehtimalı var. Atdığını da bilirik. Odur ki, bu paylaşımdan sonra şəxsimlə bağlı hər hansı problemli hal yaranarsa, həyatıma, işimə hər hansı şəkildə zərər gələrsə,Təranə Möhsünova adlı şəxsdən bilinsin və məsuliyyətə cəlb olunsun” paylaşımlarını etmişdir. Onun X3 böhtan atmaq, onu təhqir etmək fikri olmamış, fikir və söz azadlığı hüququndan istifadə edərək Təranə Möhsünovanın fəaliyyəti ilə bağlı fikirlərini ictimaiyyətə çatdırmışdır. Mədinə İsrafilovanın təqdim etdiyi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1738/2025 nömrəli,14 may 2025-ci il tarixli qətnaməsindən də görünür ki,iddiaçı X7 instagram səhifəsində özünü psixoloq kimi qələmə versə də psixoloq olmasına dair diplomunu, bu fəaliyyətlə məşğul olmaq üçün xüsusi diplomunu,qeyd etdiyi kimi ingilis dilini yüksək səviyyədə bildiyini təsdiq edən “ielts” sertifikatını və digər hallara dair heç bir sübutu məhkəmə tərəfindən tələb olunmasına baxmayaraq məhkəməyə təqdim edə bilməmişdir. Bununla da təsdiq olunur ki, İsrəfilova Mədinə ona böhtan atmamışdır. Həmçinin şikayət vermiş Möhsünova X5 Mədinənin onun şəxsiyyətini, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmasına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.---“Bir azca analiz edərsək, savadın və intellekt səviyyəsinin nə dərəcədə aşağı olduğunu anlaya bilərsiniz”; “İnsanın heç bir dəyəri yoxdur, nə ailə, nə Vətən, millət, din, iman, əxlaq...”; “...hər cür çirkaba əl atma ehtimalı var. Atdığını da bilirik.” ifadələri isə şəxsiyyəti , şərəf və ləyaqəti nalayiq formada qəsdən alçaltma hesab oluna bilməz. Beləliklə məhkəmə hazırlıq iclasında müəyyən edildi ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148 -ci maddələrinin əlamətləri yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1 və 302.1.6-cı maddələrinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Bundan başqa Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirir. CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-nin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. İş materiallarından görünür ki, şikayətçi X4r, xx.xx.1990-cı ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dırnış kəndində anadan olmuşdur. Şikayət ərizəsində şikayətçi olaraq X6 qeyd edilmiş, onun xx.xx.1998-cı ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olması göstərilmiş, şikayətin sonunda isə Möhsümova Təranə yazılmışdır. Qeyd edilən nöqsan nümayəndənin nəzərinə çatdırıldıqdan sonra şikayət ərizəsi yenidən məhkəməyə göndərilmiş, lakin şikayətçi barədə məlumatlar yenə də düzgün qeyd edilməmişdir.Belə ki,yenə də şikayətçinin soyadı “Möhsünova Eyublu” əvəzinə “Möhsümova Eyublu” , doğum tarixi “xx.xx.1990-cı il” əvəzinə “xx.xx.1998-cı il”, doğum yeri “Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dırnış kəndi” əvəzinə “NMR-sı Ordubad rayonu” qeyd edilmişdir. Şikayət ərizəsinin sonunda şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməmişdir. Bundan başqa şikayət ərizəsində və ona əlavə olaraq göndərilmiş ərizədə İsrəfilova Mədinənin 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb olunması, ona Cinayət Məcəlləsinin 147.1 və 148.1 -ci maddələrinin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin olunması xahiş olunmuşdur. Halbuki şəxsin CM-in 147-ci maddəsi ilə məsuliyyətə cəlb olunması mümkün deyildir.Belə ki, CM-nin 147-ci maddəsi həmin maddənin başlığıdır, bu maddə 147.1 və 147.2-ci maddələrindən ibarətdir.Şəxs CM-nin 147.1 və ya 147.2-ci maddələrindən biri ilə məsuliyyətə cəlb oluna bilər. Həmçinin CM-də 148.1-ci maddə mövcud deyildir. Göründüyü kimi X1 şikayət ərizəsi CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun deyildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Qeyd olunanlara əsasən məhkəmə yekun olaraq bu nəticəyə gəlir ki,X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin olunması barədə X1 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299,300 və 302 və 384.1.7-ci maddələrini rəhbər tutub məhkəmə qəraraaldı X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin olunması barədə X1 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №1(019)-58/2025
Balakən Rayon Məhkəməsi Qərar — İş №1(019)-58/2025
07.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver