Məhkəmə qərarları › İş №1(019)-59/2020

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-59/2020

22.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-59/2020 22.07.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər-fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi2 və Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə xx.xx.1968-ci il tarixdə Balakən rayonu Talalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, 2-ci qrup əlil təqaüdçü, əvvəllər məhkum olunmayan, Balakən rayonu Talalar kəndində qeydiyyatında olan və faktiki olaraq həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs1 və xx.xx.1982-ci il tarixdə ünvan 4ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 4ində qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.1-ci maddəsilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, xx xxx 2020-ci il tarixdə, saat 14 radələrində yaşadığı Balakən rayonu Talalar kəndi ərazisində yerləşən evinin yaxınlığında tanışı ünvan 4 sakini olan Təqsirləndirilən şəxs2 öz istifadəsi üçün əvəzsiz olaraq qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 6,24 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, üzərindəki şalvarının sol yan cibində daşıyaraq saxlamış, həmin tarixdə, saat 16 radələrində Balakən RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 əvəzsiz olaraq qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq, üzərində saxladığı 6,24 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana onun şalvarının sol yan cibindən aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs2 qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, 2020-ci ilin fevral ayının sonlarında Balakən rayonuyla Gürcüstan Respublikası sərhəddində yerləşən “Mazımçay” Gömrük postunun yaxınlığından yol kənarından taparaq, qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 6,24 qram çəkidə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, etibarnamə əsasında idarə etdiyi VAZ-2106 markalı, ** BN *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının dolabında xx.xx.2020-ci il tarixədək daşıyaraq saxlamış, xx xxx 2020-ci il tarixdə, saat 14 radələrində həmin narkotik vasitəni tanışı, ünvan 2 olan Təqsirləndirilən şəxs1 yaşadığı ünvanın yaxınlığına daşıyaraq, əvəzsiz olaraq şəxsi istifadəsi üçün sonuncuya vermişdir. xx.xx.2020-ci il tarixdə, saat 16 radələrində Balakən RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri zamanı onun Təqsirləndirilən şəxs1 əvəzsiz olaraq verdiyi həmin narkotik vasitə onun üzərindən aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməlini törətmələri məhkəmə iclasında özlərinin səmimi etirafedici ifadələri, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, hal-hazırda Balakən rayonu Talalar kəndində ailə üzvləriylə birlikdə yaşayır, evlidir. Əvvəllər məhkumluq həyatı yaşamayıb və psixi xəstəliklər keçirməyib, 2-ci qrup əlil təqaüdçüdür. Uzun müddətdir ki, hərdən narkotik vasitə marixuanadan istifadə edib. Ancaq son zamanlar marixuanadan istifadə etmir, çünki ürək xəstəliyi ilə bağlı əməliyyat olunub. ünvan 4 sakini Təqsirləndirilən şəxs2 bir neçə il olar ki, tanıyır. Onunla fərdi evlərdə ustalıq etdiyi zaman tanış olmuşdur və yaxşı münasibətləri vardır. Söhrab da fərdi evlərdə rəngsaz işləyib. Söhrab onu Rafayil kimi tanıyıb, çünki onu yaşadığı kənddə Rafayil kimi çağırırlar. Söhrabla aralarında heç vaxt düşmənçilik və ədavət olmayıb, onunla keçmişdə xatırlamadığı tarixdə bir dəfə marixuana qəbul etmişdir. Təxminən 2020-ci ilin may ayında xatırlamadığı tarixdə Söhrabla Balakən bazarında rasltlaşıb, hal-əhval tutduqdan sonra ona məxsus olan VAZ-2106 markalı avtomaşınla evə-yaşadığı Balakən rayonu Talalar kəndinə gedərkən işlə bağlı söhbət etmişlər. Söhrab ona uşağının xəstə olduğunu, qazanc və iş olmadığını bildirmişdir. Sonra Söhrabdan marixuana soruşub və ona bildirib ki, uzun müddətdir marixuanadan istifadə etmir. Ancaq Söhraba bildirib ki, ürəyi darıxır, marixuana olsa, istifadə edərdi. Söhrab özündə marixuana olmadığını bildirmişdir. Söhrabdan xahiş edib ki, gələcəkdə marixuana olsa, özü üçün də təşkil etsin. Həmin tarixdə Söhrab onu öz avtomaşınıyla evinin yaxınlığına düşürdükdən sonra onlar ayrılmışlar. xx xxx 2020-ci il tarixdə, axşam saatlarında Söhrab ona zəng vuraraq, özündə marixuana olduğunu və həmin marixuananı bir neçə ay əvvəl Balakən gömrük postunun yaxınlığından kağız bükümdə tapdığını bildirmişdir. Həmin tarixdə işi olduğu üçün Söhrabla görüşə bilməmişdir. Ancaq xx xxx 2020-ci il tarixdə, səhər saatlarında Söhraba zəng vurub, ondan marixuana istəmişdir. Söhrab ona bildirib ki, onun yaşadığı Qazma kəndi ərazisinə gəlib, marixuananı ondan götürsün. Cavabında maşını olmadığını bildirib, Söhrabdan marixuananı yaşadığı evin yaxınlığına gətirməsini xahiş etmişdir. Söhrab ona avtomaşınında benzin olmadığını və benzin almağa pulu olmadığını bildirdikdə, ona narkotiki yaşadığı Talalar kəndindəki evin yaxınlığılna gətirməsini və ona 10 manat benzin pulu verəcəyini demişdir. Həm də Söhraba təklif edib ki, evdə təkdir, gəlsin, həyətdə oturub birlikdə bir araq içsinlər və marixuanadan da istifadə etsinlər. Söhrab evdə uşağı xəstə olduğu üçün dayana bilməyəcəyini, ancaq marixuananı gətirib, ona çatdırıb, qayıdacağını bildirmişdir. xx xxx 2020-ci il tarixdə, saat təxminən 14 radələrində Söhrab özünə məxsus olan avtomaşınla yaşadığı evin yaxınlığına gəlmiş və onunla görüşərkən özündə olan narkotik vasitəni ona vermişdir. Onun verdiy kağız bükümdə olan marixuananı əyində olan şalvarının sol yan cibinə qoymuşdur. Söhrabı yenə həyətlərinə yeyib-içməyə dəvət etmiş, ancaq Söhrab dayana bilməyəcəyini bildirmişdir. Özündə olan 20 manatı çıxarıb Söhraba vertmək istəmiş, Söhrab isə ona bildirmişdir ki, 10 manat benzin puluna ehtiyacı vardır, artıq lazım deyildir. Söhraba bildirib ki, 10 manata benzin vursun, 10 manatı isə marixuanaya görə ona verir. Söhrab ona cavab olaraq bildirib ki, marixuanaya görə pul lazım deyil. Üstündə xırda pul olmadığı üçün evə girib xırda pul götürüb, Söhraba 10 manat, bir ədəd 5 və 5 ədəd 1 manatlıq pul vermişdir. Söhrab onunla görüşüb, geri qayıtmışdır. Bir qədər həyət darvazasında dayanıb, Söhrabın ona verdiyi marixuanadan bir qədər harada qəbul edəcəyi və qalan hissəsini harada saxlayacağı haqda fikirləşdiyi an oraya Balakən Rayon Polis Şöbəsinin əməkdaşlrı gəlmiş və ona bildirmişlər ki, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğu üçün onlarla birlikdə polis şöbəsinə getməlidir. Vəziyyətin nə yerdə olduğunu başa düşsə də, polis işçiləriylə birlikdə Balakən Rayon Polis Şöbəsinə getmişdir. Orada seçdiyi vəkilinin iştirakıyla şübhəli şəxs kimi tutulmuş və üzərində videoçəkilişlə axtarış aparılmışdır. Axtarışa başlanmazdan əvvəl ona üzərində narkotik vasitə və ya sair qanunsuz olaraq saxladığı kütlə varsa, təqdim etmək təklif edildikdə, o, əynində olan şalvarının sol yan cibində saxladığı kağız bükümdəki marixuananı çıxarıb, təqdim etmişdir. Həmin kütlə ondan götürülərək, tərəzidə çəkilib qablaşdırılaraq, möhürlənmişdir. Kütlənin çəkisi 6 qramdan artıq olmuşdur. Təqdim etdiyi marixuananın dəqiq çəkisinin 6,24 qram olduğunu ekspert rəyi ilə tanış olduqdan sonda bilmişdir. Sorğu zamanı qeyd olunan marixuananın həmin tarixdə Söhrab adlı tanışından istifadə üçün əvəzsiz aldığını bildirmişdir. Həmçinin həmin tarixdə polis işçiləri tərəfindən vəkilinin iştirakıyla videoçəkiliş aparılmaqla yaşadığı evə və həyətə baxış keçirilmişdir. Ancaq evindən, eləcə də həyətindən hər hansı bir qadağan olunmuş kütlə və ya əşya aşkar edilməmişdir. Söhrabdan marixuananı pulla almamış, xx.xx.2020-ci il tarixdə Söhrabdan marixuananı yaşadığı ünvanın yaxınlığına gətirməsini xahiş etdikdə o, gəlmək üçün maşınında benzin olmadığını və benzin almaq üçün pulu olmadığını bildirdiyi üçün ona 10 manat benzin pulu vermişdir. Üzərindən aşkar edilmiş 6,24 qram çəkidə marixuananı Söhrabdan özü üçün istifadə etmək məqsədilə götürmüşdür. O, xx xxx 2020-ci il tarixdə, saat 15.10-da şübhəli şəxs qismində tutulmuş və xx xxx 2020-ci il tarixdə axşam saatlarında polis şöbəsinin müvəqqəti saxlama yerindən azad edilmişdir. İlk dəfədir ki, cinayət əməli törətmişdir. Cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, hal-hazırda ünvan 4ində ailə üzvləriylə birlikdə yaşayır, evlidir, iki azyaşlı övladı vardır. Bir neçə il olar ki, hərdən narkotik vasitə marixuanadan istifadə edir. Ancaq son zamanlar marixuanadan istifadə etməmişdir. Şəxsi VAZ-2106 markalı, ** BN *** qeydiyyat nömrə nişanlı avtomaşını vardır. Boş vaxtlarında həmin avtomaşınla sərnişin daşıyıb, çörək pulu qazanır. 2020-ci ilin fevral ayının sonlarında avtomaşını ilə sərnişin gətirmək üçün Balakən rayonuyla Gürcüstan Respublikası sərhədində yerləşən “Mazımçay” gömrük postuna getdiyi zaman orada sərnişin gözlədikdə yol kənarında yerdə olan kağız bükülü diqqətini cəlb etmiş, həmin bükülünü yerdən götürüb açaraq, içərisinə baxdıqda, həmin kağız bükülünün içərisində yaşıl kütlənin olduğunu görmüşdür. Həmin kütləyə diqqətlə baxdıqda, onun marixuana olduğunu bilmişdir. Çünki marixuananı tanıyır və hərdən istifadə edib. Həmin bükülüdə olan marixuananı avtomaşınının dolabında saxlayıb ki, ürəyi istədikdə qəbul etsin. Həmin marixuanadan bir dəfə özü istifadə etmiş, qalan hissəsini isə istifadə etmək üçün avtomaşınında saxlamışdır. ünvan 2 olan Təqsirləndirilən şəxs1 bir neçə il olar ki, Rafayil kimi tanıyır. Əsl adının Cavad olduğunu son vaxtlar bilmişdir. Onunla fərdi evlərdə ustalıq etdikləri zaman iş əsnasında usta kimi tanış olmuşdur və yaxşı münasibətləri vardır. Onunla keçmişdə bir dəfə marixuana qəbul etmişdir. Təxminən 2020-ci ilin may ayının 10da Cavadla Balakən bazarında rasltlaşıb, hal-əhval tutduqdan sonra birlikdə özünə məxsus avtomaşında kəndə gedəsi olmuşlar. İkisi yol gedərkən işdən-gücdən, vəziyətdən söhbət etmişlər. Ona uşağının xəstə olduğunu,qazanc və iş olmadığını bildirmişdir. Sonra aralarında marixuana ilə bağlı söhbət yaranmışdır. Cavad ona bildirib ki, ürəyində ağrılar var, mualicə alıb və uzun müddətdir ki, marixuanadan istifadə etmir. Cavad ondan marixuana soruşub və bildirib ki, olsa, istifadə edərdi.Cavada özündə marixuana olmadığını və gələcəkdə marixuana düşsə, onun üçün təşkil edəcəyini demişdir. Bundan sonra Cavadı evlərinə düşürüb, ayrılmışlar. Bundan bir neçə gün sonra Cavad xatırlamadığı mobil nömrəsindən istifadə etdiyi mobil nömrəsinə dəfələrlə zəng vurub, söhbət etdikləri zaman ondan özü üçün istifadə etmək məqsədilə marixuana istəmişdir. Cavada müxtəlif bəhanələr gətirib, özündə marixuana olmadığını bildirmişdir. Ancaq xx xxx 2020-ci il tarixdə Cavada özündə marixuana olduğunu və 2020-ci ilin fevral ayında marixuananı Balakən sərhər Gömrük postunun yaxınlığından tapdığını bildirmişdir. xx xxx 2020-ci il tarixdə, səhər saat 11 radələrində Cavad ona təkrarən zəng edib, marixuana istəmişdir. Həm də o, xahiş etmişdir ki, marixuananı onun yaşadığı ünvana gətirsin. Cavada avtomaşınında benzin olmadığını və benzin almağa pulunun olmadığını bildirmiş, cavabında Cavad ona narkotiki onun yaşadığı Talalar kəndindəki evinin yaxınlığına gətirməsini və ona bunun müqavilində benzin pulu olaraq 10 manat pul verəcəyini söyləmişdir. xx xxx 2020-ci il tarixdə, saat 14 radələrində özünə məxsus olan avtomaşınla Cavadın yaşadığı evinin yaxınlığına gəlmiş və orada Cavadla görüşüb özündə olan narkotik vasitəni ona vermişdir. Cavad cibindən bir ədəd 20 manatlıq çıxarıb, ona uzatmış, özü isə utanaraq, ona 10 manat benzin pulu versə, bəs edəcıyini demişdir. Həm də ona deyib ki, imkansızlıqdır, maşında benzin olsaydı, 10 manatı da götürməzdi. Cavad bir dəqiqəyə gəldiyini deyib, həyətlərinə keçmiş və az bir vaxtda geriyə qayıdıb, ona cəmi 10 manat, bir ədəd 5 və 5 ədəd 1 manatlıq pul əskinasları benzin pulu vermişdir. Bundan sonra Cavadla sağollaşıb geriyə, yaşadığı Qazma kəndinə qayıtmışdır. Həmin tarixdə, saat təxminən 16 radələrində Balakən Rayon Polis Şöbəsinin əməkdaşları onu polis şöbəsinə dəvət etmiş və orada şübhəli şəxs qismində tutulmuşdur. Polis şöbəsində vəkilinin iştirakıyla və videoçəkiliş aparılmaqla üzərində axtarış aparılmış, ancaq üzərindən heç nə aşkar edilməmişdir. Yalnız Cavadın ona avtomaşınına benzin tökmək üçün vermiş olduğu 10 manat, yəni bir ədəd 5 manatlıq və 5 ədəd 1 manatlıq pul əskinasları aşkar edilib götürülmüşdür. Həmçinin həmin tarixdə polis işçiləri tərəfindən vəkilinin iştirakıyla videoçəkiliş aparılmaqla ona məxsus olan VAZ-2106 markalı avtomaşına və yaşadığı ünvana baxış keçirilmişdir. Ancaq avtomaşınından və evindən, eləcə də, həyətindən hər hansı bir qadağan olunmuş kütlə və ya əşya aşkar edilməmişdir. Polis işçilərinə bildirmişdir ki, həmin tapdığı narkotik vasitəni özü üçün hərdən qəbul etmək məqsədilə özündə, yəni avtomaşınında saxlamış, həmin narkotik vasitədən bir dəfə bir qismini istifadə etmişdir. Həmin narkotik vasitəni tapdıqda, yanında heç kim olmamış və bu barədə heç kimə bildirməmişdir. Həmin narkotik vasitənin miqdarını bilməmiş, ancaq ekspert rəyi ilə tanış olduqdan sonra bilmişdir ki, xx.xx.2020-ci il tarixdə Cavada vermiş olduğu narkotik vasitənin ümumi çəkisi 6,24 qramdır. O, xx xxx 2020-ci il tarixdə, saat 17.15-də şübhəli şəxs qismində tutulmuş və xx xxx 2020-ci il tarixdə axşam saatlarında polis şöbəsinin müvəqqəti saxlama yerindən azad edilmişdir. İlk dəfədir ki, cinayət əməli törətmişdir. Cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Himayəsində iki azyaşlı uşağı vardır, bu uşaqlardan biri ağır xəstədir. Bu halların ona cəza verilməsində nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismindədindirilmiş Balakən RPŞ-nin İTB-nin sahə rəisi vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə ünvan 2 Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə daxil olmuş məlumat əsasında həmin tarixdə Təqsirləndirilən şəxs1 polis nəfəri Şahid2la birlikdə tərəflərindən Balakən Rayon Polis Şöbəsinə gətirilmiş və bu barədə şöbə rəhbərliyinə raportla məruzə etmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakıyla şübhəli şəxs qismində tutulduqdan sonra, onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılarkən özü də iştirak etmişdir. Videoçəkiliş aparılmaqla təhiqatçı Qiya Musayev tərəfindən İlk olaraq Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə və ya digər əşya olduğu təqdirdə, təqdim olunması təklif edilmişdir. Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarının sağ yan cibindən kağız bükülü çıxararaq, masanın üzərinə qoymuşdur. Həmin kağız bükülü açılaraq, içərisinə baxıldıqda, kəskin iyə malik olan yaşıl kütlənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin yaşıl kütlənin nəşə olduğunu və özü üçün istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Həmçinin o, qeyd etmişdir ki, həmin kütləni Söhrab adlı tanıdığı şəxsdən 10 manata almışdır. Həmin kütlə elektron tərəzidə çəkildikdə, çəkisinin təxminən 6,98 qram olduğu müəyyən edilmişdir. Qeyd olunan kütlə kağız zərfə qoyularaq, qablaşdırılıb möhürlənmişdir. Eyni tarixdə Təqsirləndirilən şəxs1 evinə baxış keçirilmiş və baxış zamanı onun evindən və həyətindən hər hansı bir kütlə aşkar edilməmişdir. Eyni tarixdə ünvan 4 sakini Təqsirləndirilən şəxs2 Balakən RPŞ-nə gətirilib, şübhəli şəxs kimi tutulduqdan sonra vəkilinin iştirakıyla onun üzərində şəxsi axtarış aparılmışdır. Onun üzərindən hər hansı kütlə və sair predmet aşkar edilməmişdir. Lakin Təqsirləndirilən şəxs2 üzərində olan 1 ədəd 5 və 5 ədəd 1 manatlıq pul əskinaslarını, cəmi 10 manat pulu xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı ünvana narkotik aparıb verdiyinə görə Cavadın ona benzin pulu kimi verdiyini bildirmişdir. Qeyd olunan pul əskinasları ondan götürülmüşdür. Həmçinin eyni tarixdə Təqsirləndirilən şəxs2 VAZ-2106 markalı avtomaşınına, eləcə də, yaşadığı ünvan 4i ərazisində yerləşən evinə və həyətyanı sahəsinə baxış keçirilmişdir. Lakin onun avtomaşınından, evindən və həyətindən hər hansı bir qadağan olunmuş kütlə və ya əşya aşkar edilib, götürülməmişdir. Qeyd olunanlar protokollarda öz əksini tapmış və tərtib edilmiş protokollar ucadan oxunduqdan sonra hər bir iştirakçıyla yanaşı, tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə vermiş və onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. İşin 19-21, 23-24, 41-45, 47-49 vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş şübhəli şəxsin üzərində axtarış aparılması barədə protokoldan görünür ki, Balakən rayonu Talalar kəndində yaşayan Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə daxil olmuş məlumat əsasında xx.xx.2020-ci il tarixdə onun üzərində saat 15:40-dan 16:10-dək olan müddətdə şəxsi axtarış aparılmış və axtarış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 üzərində bir ədəd kağız bükümdə saxladığı narkotik vasitəni təqdim etmişdir. Təqsirləndirilən şəxs1 qeyd olunan marixuananı özü üçün istifadə etmək məqsədilə xx xxx 2020-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2 aldığını bildirmişdir. Aşkar edilmiş bitki kütlələri elektron tərəzidə çəkilərkən çəkisi 6,98 qram olmuşdur. Həmin kütlə 1 ədəd kağız zərfə qoyularaq, qablaşdırılıb DİN-nin 185 nömrəli möhürü ilə möhürlənib, maddi sübut kimi götürülmüşdür. Təqsirləndirilən şəxs1 yaşadığı evinə baxış keçirilən zaman başqa qanunsuz əşya və vasitə aşkar edilməmişdir. Baxış “Sony” markalı videokamera ilə qeydə alınmış, baxış zamanı iştirakçılar tərəfindən hər hansı şikayət və vəsatət daxil olmamışdır. İlkin izahatında Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2020-ci il tarixdə, saat 14 radələrində tanışı ünvan 4ində yaşayan Söhrab adlı şəxsdən aldığını bildirməsi ilə bağlı Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə Balakən RPŞ-nə gətirilmiş və şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərində saat 17.35dən 18.12-dək olan müddətdə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən ona üzərində narkotik vasitə və digər qanunla qadağan edilmiş nəsə varsa təqdim edilməsi təklif edildikdə o, əynində olan şalvarının sağ yan cibindən cəmi 10 manat, 1 ədəd 5 və 5 ədəd isə 1 manatlıq pul əskinasları çıxararaq, həmin pulu Təqsirləndirilən şəxs1 ona verdiyi narkotikin müqavilində verdiyini bildirmişdir. Həmin pul əskinasları ondan götürülərək, 1 ədəd kağız zərfə qoyularaq, DİN-nin 185 nömrəli möhürüylə möhürlənərək, maddi sübut kimi götürülmüşdür. Onun üzərindən əlavə hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış aparılarkən “Sony” markalı videokamera ilə qeydə alınmış, baxış zamanı iştirakçılar tərəfindən hər hansı şikayət və vəsatət daxil olmamışdır. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 VAZ-2106 markalı avtomaşınına və yaşadığı ünvan 4ində yerləşən evinə baxış keçirilmişdir. Lakin baxış zamanı hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. İşin 56-58-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş məhkəmə-bioloji ekspertizanın xx xxx 2020-ci il tarixli, 17/301 nömrəli ekspert rəyindən görünür ki, -tədqiqata təqdim eilmiş, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş” zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi - 6,24 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: marixuananın təmiz çəkisi-6,24 qram, tədqiqata sərf edildi-0,02 qram, qalıq-6,22 qram. İşin 165-ci vərəqəcində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizanın xx xxxx 2020-ci il tarixli, 444 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannabinoidlərdən epizotik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi mualicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İşin 166-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizanın xx xxxx 2020-ci il tarixli, 446 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannabinoidlərdən epizotik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi mualicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İşin 13-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş xx xxx 2020-ci il tarixli cinayət işi başlanana kimi şəxsi tutma protokolundan görünür ki, xx xxx 2020-ci ildə, saat 15:10-da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 35-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş xx xxx 2020-ci il tarixli cinayət işi başlanana kimi şəxsi tutma protokolundan görünür ki, xx xxx 2020-ci ildə, saat 17:15-də Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 111-112-ci vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq olunmuş xx xxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, onun Balakən RPŞ-nin MSY-dən azad olunması qərara alınmış və qərarın icra edilməsi Balakən RPŞ-yə həvalə edilmişdir. İşin 116-117-ci vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq olunmuş xx xxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, onun Balakən RPŞ-nin MSY-dən azad olunması qərara alınmış və qərarın icra edilməsi Balakən RPŞ-yə həvalə edilmişdir. İşin 155-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixl,i 681 nömrəli arayışdan görünür ki, Ustayev x7 rayonu şəhəri Talalar kəndi ünvanında yaşayır, himayəsində işləməyən anası, arvadı, oğlu, gəlini və nəvəlri vardır. İşin 153-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Talalar kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Barəsində nümayəndəliyə heç bir yazılı şikayət ərizəsi daxil olmamışdır. İşin 143-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamə üzrə arayışdan örünür ki,Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx xxx 2018-ci il tarixli 163034 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Abdlulla oğlu İİ qrup əlildir. İşin 147-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Qazma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 856 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 4i ünvanında yaşayır, himayəsində işləməyən arvadı, 2009-cu il təvəllüdlü Fidan və 2012-ci il təvəllüdlü Ləman adlı uşaqları vardır. İşin 96-97-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş xx xxxxx 2009-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 243215 №-li və xx xxxxxxx 2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 956025 №-li doğum haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.2009-cu il tarixdə doğulmuş Qarakişiyeva Fidan Söhrab qızı və xx.xx.2012-ci il tarixdə doğulmuş Qarakişiyeva Ləman Söhrab qızı olmaqla Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşaq vardır. İşin 146-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Qazma kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 144-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamə üzrə arayışdan görünür ki,Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərardan görünür ki, ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 6,22 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş ona məxsus 1 ədəd 5 manatlıq və 5 ədəd 1 manatlıq-cəmi 10 manat pul maddi sübut kimi tanınaraq, işə əlavə edilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə axtarış, avtomobilə və evlərə baxış zamanı videoçəkilişlər əks olunmuş 02 ədəd CD diski maddi sübut kimi tanıraraq, iş materiallarına əlavə edilmişdir. Məhkəmə iş üzrə şahidlərin ifadələrini, xx xxx 2020ciiltarixlişəxsiaxtarışvəbaxışprotokolllarını,Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə axtarış, avtomobilə və evlərə baxış zamanı videoçəkilişlər əks olunmuş 02 ədəd CD disklərini,məhkəmə-biolojiekspertizasının xx xxx 2020-ciiltarixli, 17/301 nömrəlirəyini, maddisübutları,ambulatorməhkəmə-narkolojiekspertizasının xx xxxx 2020-ci il tarixli, 444 və 446 nömrəlirəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, birbiriiləuyğunşəkildəişinfaktikihallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-ProsessualMəcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslərUstayevCavad AbdullaoğlununvəQarakişiyevSöhrabZahid oğlunun ittiham olunduğu əməldə öz təqsirini etiraf etmələrini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün onlara qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün sübut kimi qəbul edilməklə yanaşı, təqsirləndirilən şəxslərin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməli və nəzərə alınmalıdır. x12 Avropa Məhkəməsi,İnsan Hüquqlarının və x5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsilə əlaqədar Con x4rşı işi üzrə qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə, təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini dinləyib, işdə olan ekspertiza rəylərini və digər sənədləri bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər UstayevCavadAbdulla oğluvə QarakişiyevSöhrabZahidoğluqəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişlər. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə,daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli, 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə, işdəkisübutları, işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər, həmin əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxslər tərəfindən törədilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməlidirlər, onların cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əmələ görə cəzalanmalıdırlar. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx xxxx 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki,hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, İİ qup əlil olmasını, ilk dəfə cinayət əməli törətməsini və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəməhimayəsində iki azyaşlı uşağın olmasını, ilk dəfə cinayət əməli törətməsini və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs2cəzasınıyüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən QarakişiyevSöhrabZahidoğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən,kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilk dəfədir ki, cinayət törədirlər, cinayət əməli törətmələrini etraf edib, bu əməli törətmələrindən səmimi peşmançılıq çəkirlər. Təqsirləndirilən şəxs1 İİ qrupəlildir. Təqsirləndirilən şəxs2 himayəsindəisə 2 azyaşlı uşaq vardır. Onların cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Təqsirləndirilən şəxs1və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətlərini xarakterizə edən halları, o cümlədən cəzalarını yüngülləşdirən halları və cəzalarını ağırlaşdıran halların olmamasını və cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx xxx 2020-ci il tarixdə, saat 15.10-da, Təqsirləndirilən şəxs2 isə xx xxx 2020-ci il tarixdə, saat 17.15-də şübhəli şəxs qismində tutulmuş, lakin onların xx xxx 2020-ci il tarixdə hansı saatda Balakən Rayon Polis Şöbəsinin MSY-dən azadlığa buraxılması heç bir sənəddə qeyd edilməmişdir. Təqsirləndirilən şəxslər məhkəmədə verdiyi ifadələrində xx xxx 2020-ci il tarixdə, axşam vaxtlarında polis şöbəsinin MSY-dən azadlığa buraxılmasını bildirmişlər. Məhkəmə qeyd edir ki, milli qanunvericilikdə fərqli yanaşılma olsa da, Avropa Konvensiyasının 5-ci maddəsinin mənası baxımından tutulma, həbs və azadlıqdan məhrum etmə anlayışları eyni məna daşıyır. Bu xüsusda həbs müddətləri ilə bağlı Azərbaycan Respublikası CPM-nin normalarında müxtəlif müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM-nin 148.6-cı maddəsində şübhəli şəxsin tutulmasının, həmin Məcəllənin 150-ci maddəsinə əsasən ittihamın elan edilməsi üçün şəxsin tutulmasının 48 saatdan artıq davam etməməsi, Azərbaycan Respublikası CPM-nin 310.6.2-ci maddəsinə əsasən məhkəmə iclasında qaydanı kobud şəkildə pozan şəxsə 3 saatdan 48-saatadək tutmanın tətbiq edilməsi, yəni həbsin müddətinin saatlarla müəyyən olunması nəzərdə tutulduğu halda, Azərbaycan Respublikası CPM-nin 158.1, 159.1. və 159.2-ci maddələrində həbsin müddətinin aylarla müəyyən olunması təsbit edilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 168.2-ci maddəsinə əsasən isə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzanın icrası yerindən cəza müddətinin axırıncı gününün birinci yarısından azad edilirlər. Eynilə Azərbaycan Respublikası CPM-nin 162.3-cü maddəsinə əsasən bu Məcəllənin 162.1.1 və 162.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda (təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlinə görə ittiham təsdiq edilmədikdə və ya məhkəmədə cinayət işi üzrə icraata xitam verildikdə; məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirildikdə və ya ləğv edildikdə, habelə məhkuma təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadıqda) həbsdə saxlanılan şəxsin məhkəmə zalından dərhal həbsdən azad edilməsi təsbit olunmuşdur. Bu qanun normalarından görünür ki, şəxsin həbs müddətinin aylarla və ya günlərlə hesablanmasına baxmayaraq, məhkəmə qərarı (hökmü) günün hansı vaxtında (saatında) çıxarılırsa, onun həbs müddətinin son gününün bitməsindən asılı olmayaraq, o, həmin vaxtda (saatda) həbsdən azad edilməlidir. Yəni qanunun fəlsəfəsinə görə burada şəxsin konkret saatlarla ifadə olunan həbs müddəti, həmin günün bitməsinə baxmayaraq, günə bərabər tutulur. Ona görə də şəxsin bir neçə saat həbsdə qalması onun bir gün həbsdə qalması sayılmaqla, ona təyin edilən cəza müddətinə daxil edilməli, ya da həmin müddətdən çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraat aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Göstərilənlərin koteksində məhkəmə hesab edir ki, əslində Təqsirləndirilən şəxs1 xx xxx 2020-ci il tarixdə, saat 15.10-da, Təqsirləndirilən şəxs2 isə xx xxx 2020-ci il tarixdə, saat 17.15-də tutulmaqla, onların xx xxx 2020-ci il tarixdə hansı saatda azad olunması müəyyən olunmadığından (təqsirləndirilən şəxslərin məhkəmədə bildirdiklərinə görə onlar xx xxx 2020-ci il tarixdə axşam vaxtı həbsdən azad olunmuşlar), bu hal təqsirləndirilən şəxslərin xeyrinə həll olunmaqla həmin günlər-xx xxx 2020-ci il, xx xxx 2020-ci il və xx xxx 2020-ci il tarixlər müstəqil olaraq təqsirləndirilən şəxslərin həbsdə saxlanması günləri kimi qəbul edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx xxx 2020-ci il, xx xxx 2020-ci il və xx xxx 2020-ci il tarixlərdə tutularaq həbsdə saxlandığı 3 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla onlara təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən halları, cəzalarını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq və onların cəmiyyətdən təcrid olunmadan da islah olunmalarının mümkünlüyü qənaətinə gələrək, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinə təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onların xx xxx 2020-ci il, xx xxx 2020-ci il və xx xxx 2020-ci il tarixlərdə şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 3 gün müddətin bir günü təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, 6 gün azadlığın məhdudlaşdırılması cəzasına gətirilib, onlara təyin ediləcək cəzalardan çıxılmalı və bununla da təqsirləndirilən şəxslərə qəti cəzalar təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2təyin ediləcək cəzanı çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxslərin cəzadan azad edilməsi, yaxud barələrində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxslər onlara təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini gecə saat 23:00dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hazırki hökmün icrası müvafiq olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onların cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1və Təqsirləndirilən şəxs2 hər biri barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 444 saylı və xx xxxx 2020-ci il tarixli, 446 nömrəli rəylərinə hüquqi qiymət verib, həmin rəylərlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmədiklərinin, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olmadıqlarının və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalarının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin onlar ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. Həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti onların yaşayış yeri üzrə Balakən rayon x8 Hüquqi Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri olan 35,97 (otux beş sanat doxsan yeddi qəpik) manat məbləğin 17,99 manatı Təqsirləndirilən şəxs1və 17,99 manatı Təqsirləndirilən şəxs2 tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası MərkəzininAz. MEM; VÖEN **********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPMnin 353.4.10-cu maddəsinə əsasən cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Həmçinin hazırki hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis Şöbəsində saxlanılan 6,24 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 6,22 qramı tam həcmdə məhv edilməli, Təqsirləndirilən şəxs2 götürülmüş ona məxsus 1 ədəd 5 manatlıq və 5 ədəd 1 manatlıq pul əskinasları- cəmi 10 manat pul Təqsirləndirilən şəxs2 qaytarılmalı və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə axtarış, avtomobilə və evlərə baxış zamanı videoçəkilişlər əks olunmuş 02 ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132.0.2-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Azərbaycan Respublikası CPM-nin 132.0.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.0.5-ci maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarında olan vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlarda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə 30 saat, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə 25 iş saatı vaxt sərf etməsi göstərilmişdir. Məhkəmə hesabatları iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, həmin hesabatlar qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, müdafiəçilərin təqsirləndirilən şəxslərə məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımın hesabatda göstərilən vaxtları şişirdilmişdir və ağlabatan deyildir. İş materiallarından aydın olur ki, Müdafiəçi2 məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə 5 saat, məhkəmə icraatı zamanı isə həmin təqsirləndirilən şəxsin müdafiəsinə 4 saat vaxt sərf etmişdir. Digər Müdafiəçi1 da məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə 5 iş saatı, məhkəmə icraatı zamanı isə təqsirləndirilən şəxsin müdafiəsinə 4 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxslərin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətlərini, habelə digər halları nəzərə alaraq həmin şəxslərin müdafiəçilər tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 24 manat, cəmi 54 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 nəfinə, x10 rayon filialındakı CİF ******* valyuta: AZN Benefisiarın Bankı: Kapital Bank ASC Balakən rayon filialı Filialın Kodu:200695 VÖEN: ********** SVVİFT kod: AİİBAZ2X Benefisiarın adı: Ceyhun x3 hesabı: AZ11AİİB******************** VÖEN:********** Muxbir bank:SVVİFT kod: Müxbir hesabına köçürülməli, digər Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 24 manat, cəmi 54 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 nəfinə, «KAPİTALBANK» x9 Rekvizitləri: VÖEN **********,kod 200695, Müxbir hesab AZ37NAB013501**********1944, BİK AİİBAZ2x. hesabına köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. x1rşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqimüəyyənlikprinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hö k m e t d i : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx xxx 2020-ci il, xx xxx 2020-ci il və xx xxx 2020-ci il tarixlərdə şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 3 gün müddətin bir günü ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 1 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın; onun ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti yaşayış yeri üzrə x6 x11 göndərilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx xxx 2020-ci il, xx xxx 2020-ci il və xx xxx 2020-ci il tarixlərdə şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 3 gün müddətin bir günü ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 1 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın; onun ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti yaşayış yeri üzrə x6 x11 göndərilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 35,97 manat məbləğin 17,99 manatı Təqsirləndirilən şəxs1 və 17,99 manatı Təqsirləndirilən şəxs2 tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az. MEM; VÖEN **********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına köçürülsün. Hazırki hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis Şöbəsində saxlanılan 6,24 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 6,22 qramı tam həcmdə məhv edilsin; Təqsirləndirilən şəxs2 götürülmüş ona məxsus 1 ədəd 5 manatlıq və 5 ədəd 1 manatlıq pul əskinasları-cəmi 10 manat pul Təqsirləndirilən şəxs2 qaytarılsın; Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə axtarış, avtomobilə və evlərə baxış zamanı videoçəkilişlər əks olunmuş 02 ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 24 manat, cəmi 54 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 nəfinə, x10 rayon filialındakı CİF ******* valyuta: AZN Benefisiarın Bankı: Kapital Bank ASC Balakən rayon filialı Filialın Kodu:200695 VÖEN: ********** SVVİFT kod: AİİBAZ2X Benefisiarın adı: Ceyhun x3 hesabı: AZ11AİİB******************** VÖEN:********** Muxbir bank:SVVİFT kod: Müxbir hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 24 manat, cəmi 54 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 nəfinə, «KAPİTALBANK» x9 Rekvizitləri: VÖEN **********,kod 200695, Müxbir hesab AZ37NAB013501**********1944, BİK AİİBAZ2x. hesabına köçürülsün. Hökmün icrası müvafiq olaraq Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar