Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-59/2021 30.06.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X12 qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs-xx xxxxx 1990-cı il tarixdə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2021-ci ilin mart ayının əvvəllərində Balakən rayonu Gərəkli kəndi ərazisində yolun kənarından yerdən taparaq qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 7,60 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib idarə etdiyi Mitsubishi Pajero markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomaşının ön sol qapısının cib hissəsində və üzərində daşıyaraq öz istifadəsi məqsədi ilə saxlamışdır. Təqsirləndirilən şəxs 11 mart 2021-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində RPŞ-nə dəvət edilərək şübhəli şəxs qismində tutulduqdan sonra onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib daşıyaraq öz istifadəsi məqsədi ilə üzərində və idarə etdiyi avtomobildə saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumilikdə 7,60 qram çəkidə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuananın 02 ədəd kibrit qutularındakı ayrı-ayrılıqda təmiz çəkiləri 3,27 qram və 4,12 qram olan hissəsi saat 18:15-dən saat 18:45-dək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman əynindəki açıq rəngli cins şalvarın sol yan cibindən, açıq halda olan 0,21 qram hissəsi isə saat 19:00-dan saat 19:25-dək olan müddət ərzində onun idarə etdiyi Mitsubishi Pajero markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilən zaman avtomaşının ön sol qapısının cib hissəsindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, hazırda Balakən şəhəri Niyazi küçəsi ev 27 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır və fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Təxminən 03 ildir narkotik vasitə marixuanadan istifadə edir. 2021-ci ilin mart ayının əvvəllərində şəxsi işi ilə bağlı idarə etdiyi, mərhum atasına məxsus olan Mitsubishi Pajero markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Balakən rayonu Mazımçay Gömrük postu istiqamətinə gedərkən Balakən rayonu Gərəkli kəndi ərazisində avtomaşında nasazlıq yarandığı üçün o, avtomaşına baxmaq üçün yolun kənarında saxlamış, yerə düşüb avtomaşının ətrafında gəzəndə yolun kənarındakı daşın altında 01 ədəd sellofan torba görmüş, daşı qaldırıb sellofan torbanı götürmüş, torbanı açanda içərisində 02 ədəd kibrit qutularının olduğunu, kibrit qutularını açanda isə içərisində narkotik vasitə marixuana olduğunu aşkar etmişdir. Buna görə həmin kibrit qutularını sellofan torbadan çıxarıb cibinə qoymuş, torbanı isə yerə atmışdır. Bir qədər gözlədikdən sonra avtomaşının mühərriki soyumuş, daha sonra avtomaşını işə salıb yoluna davam edərək Mazımçay Gömrük postuna getmiş və işini bitirdikdən sonra evinə qayıtmışdır. Balakən rayonu Gərəkli kəndi ərazisindən tapdığı və içərisində narkotik vasitə marixuana olan 02 ədəd kibrit qutularını ailə üzvləri görməsin deyə üzərində saxlamışdır. 11 mart 2021-ci il tarixdə təxminən saat 17:00 radələrində həmin avtomaşınla gəzmək üçün Balakən şəhəri ərazisinə çıxmış, şəhər ərazisində gəzən zaman cibindəki kibrit qutularını çıxarıb baxmaq istəmiş, qutulardan birini açan zaman içərisindəki narkotik vasitə marixuananın cüzi bir hissəsi avtomaşının sürücü tərəfdəki qapısının cib hissəsinə tökülmüşdür. Lakin onun əli həmin yerə çətin girdiyi üçün, həmçinin, avtomaşın idarə etdiyinə görə qapının cibinə tökülmüş marixuananı oradan yığmamış və avtomaşını elə idarə etməyə davam etmişdir. Daha sonra tanışı X4 zəng edərək avtomaşında birlikdə gəzməyi təklif etmiş, Həsən də etiraz etmədən yaşadığı məhlədən götürməsini xahiş etmişdir. O, razılaşaraq avtomaşınla gedib Həsəni yaşadığı evin qarşısından götürmüş və birlikdə şəhər ərazisində gəzməyə başlamışlar. Həmin vaxt o, təbii ehtiyaclarını ödəmək məqsədi ilə avtomaşını şəhər ərazisində yerləşən “MM oil” adlanan yancaqdoldurma məntəqəsinin qarşısına sürüb saxlamış, daha sonra o, avtomaşından yerə düşüb yanacaqdoldurma məntəqəsinin sanitar qovşağına getmək istəyərkən 02 nəfər polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək üzərlərində narkotik vasitə saxlamaqda şübhəli olduqlarını bildirmişlər və onları Balakən rayon Polis Şöbəsinə dəvət etmişlər. Onlar da etiraz etməmiş və avtomaşını sürüb polis əməkdaşları ilə birlikdə Polis Şöbəsinə getmişlər. Polis Şöbəsində əvvəlcə o şübhəli şəxs qismində tutulmuş, daha sonra vəkillər siyahısından seçmiş olduğu vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakları ilə üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı o, əynindəki cins şalvarın sol yan cibində saxladığı və içərisində narkotik vasitə marixuana olan 02 ədəd kibrit qutularını çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin kibrit qutuları elektron tərəzidə çəkilmiş, birinin çəkisi 7,22 qram, digərinin çəkisi isə 6,37 qram təşkil etmişdir. Aşkar olunmuş 02 ədəd kibrit qutuları polis əməkdaşı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən digər hər hansı qanunsuz əşya və predmet aşkar edilməmişdir. Daha sonra bu barədə protokol tərtib edilərək doğruluğu bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra onun ərizəsi əsasında həmin iştirakçıların iştirakları ilə idarə etdiyi avtomaşına baxış keçirilmişdir. Baxış zamanı avtomaşının ön sol qapısının cib hissəsinə dağılmış narkotik vasitə marixuananı polis əməkdaşlarına göstərmiş, həmin narkotik vasitə marixuana polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüş və elektron tərəzidə çəkilərək çəkisinin 0,20 qram olması müəyyən edilmişdir. Aşkar olunmuş həmin narkotik vasitə marixuana polis əməkdaşı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra polis əməkdaşları tərəfindən avtomaşına baxış keçirilmiş, lakin avtomaşından digər hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmiş və bu barədə protokol tərtib edilərək doğruluğu bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Sonradan ona məlum olmuşdur ki, Polis Şöbəsində ondan sonra Həsən Mamedov şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılan zaman sonuncunun üzərindən də narkotik vasitə marixuana aşkar edilmişdir. Lakin Həsəndə narkotik vasitə olması barədə onun heç bir məlumatı olmamışdır. Həmçinin, 12 mart 2021-ci il tarixdə məhkəmə-bioloji ekspertizasının rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, 11 mart 2021-ci il tarixdə üzərində şəxsi axtarış aparılan zaman aşkar olunmuş 02 ədəd kibrit qutularındakı narkotik vasitə marixuananın ayrı-ayrılıqda təmiz çəkiləri 3,27 qram və 4,12 qram, idarə etdiyi avtomaşından aşkar olunmuş narkotik vasitə marixuananın təmiz çəkisi isə 0,21 qramdır. Bundan başqa, rəylə tanış olduqdan sonra ona məlum olmuşdur ki, X3 üzərində şəxsi axtarış aparılan zaman aşkar olunmuş narkotik vasitə marixuananın təmiz çəkisi 0,53 qramdır və hər ikisinin üzərindən aşkar olunmuş narkotik vasitə marixunanın tərkibi eynidir. Əməlindən çox peşimandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül cəza tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1 göstərdi ki, 11 mart 2021-ci il tarixdə Balakən şəhər sakinləri Təqsirləndirilən şəxs və X3 üzərlərində qanunsuz olaraq narkotik vasitə saxlamaları barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat onun tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunmuş, daha sonra CAB-nin əməliyyat müvəkkili Şahid2lə birlikdə tərəflərindən keçirilən əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs və X1 şəhəri ərazisində yerləşən “MM oil” yanacaqdoldurma məntəqəsinin qarşısında saxlanılaraq RPŞ-nə dəvət olunmuşlar. Təqsirləndirilən şəxs və X9 etiraz etmədən Təqsirləndirilən şəxs idarə etdiyi Mitsubishi Pajero markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla RPŞ-nə getmişlər. Polis Şöbəsində əvvəlcə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, daha sonra dəvət olunmuş vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sol yan cibindən 02 ədəd kibrit qutularını çıxarıb təqdim etmiş və həmin kibrit qutularının içərisində narkotik vasitə olduğunu bildirmişdir. Həmin kibrit qutuları açılan zaman içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilmiş, daha sonra kibrit qutuları ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, birinin çəkisi 7,22 qram, digərinin çəkisi isə 6,37 qram təşkil etmişdir. Aşkar olunmuş 02 ədəd kibrit qutuları 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin sonuncunun üzərindən digər hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra bu barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır.Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşına baxış keçirilmiş, baxış zamanı avtomaşının ön sol qapısının cib hissəsindən açıq vəziyyətdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütlələri aşkar edilmiş, həmin kütlələr elektron tərəzidə çəkilərkən çəkisinin 0,20 qram olması müəyyən edilmiş, 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra avtomaşına baxış keçirilmiş, lakin avtomaşından digər hər hansı qanunsuz əşya aşkar edilməmiş və bu barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra X9 şübhəli şəxs qismində tutularaq dəvət olunmuş müdafiəçi Hidayət Muradovun və polis əməkdaşlarının iştirakları ilə Həsən Mamedovun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı X3 əynindəki cins şalvarın sol yan cibindən 01 ədəd salfet kağızına bükülmüş vəziyyətdə kütlə aşkar edilmiş, həmin bükülü açılan zaman içərisində siqaret tütünü ilə qarışdırılmış vəziyyətdə narkotik vasitə marixuanaya oxşar kütlə olması müəyyən olunmuşdur. Aşkar edilmiş büküm elektron tərəzidə çəkilərkən çəkisinin 2,00 qram olması müəyyən edilmiş, həmin büküm 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Həsən Mamedovun üzərində şəxsi axtarış aparılmış, lakin sonuncunun üzərindən digər hər hansı qanunsuz əşya aşkar edilməmiş və bu barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bütün bu hərəkətlər Balakən RPŞ-nin KTQ-nun ekspert-kriminalisti Sadiq Vəzirov tərəfindən videokamera ilə lentə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İşin 21-24-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 11 mart 2021-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, həmin tarixdə saat 18:15-dən saat 18:45-dək olan müddət ərzində Balakən şəhər sakini Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun ayağında qara rəngli ayaqqabı, açıq rəngli cins şalvar, qış gödəkcəsi və qara-göy xəttli köynək olmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun əynində olan cins şalvarın sol yan cibindən 02 ədəd kibrit qutularında narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütlələri aşkar edilmiş, birinci kibrit qutusu elektron tərəzidə çəkilərkən çəkisi 7,22 qram, ikinci kibrit qutusunun çəkisi isə 6,37 qram təşkil etmişdir. Hər iki kibrit qutusu içərisində olan kütlələrlə birlikdə elektron tərəzidə çəkildikdən sonra 01 ədəd ağ rəngli zərfdə qablaşdırılıb götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən 02 ədəd 05 manatlıq pul əskinazları, 01 ədəd avtomaşın açarı, 03 ədəd qəbzlər, 01 ədəd siqaret qutusu aşkar edilmişdir. Şəxsi axtarış Sony HDRX markalı videokamera vasitəsilə görüntülənmiş, həmin videogörüntü 01 ədəd DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. Tərtib olunmuş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət, vəsatət daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 26-29-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 11 mart 2021-ci il tarixli baxış keçirilməsi aparılması barədə protokoldan görünür ki, həmin tarixdə saat 19:00-dan saat 19:25-dək olan müddət ərzində Balakən RPŞ-nin inzibati binasının həyətində Balakən şəhər sakini Təqsirləndirilən şəxs idarə etdiyi Mitsubishi Pajero markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilmişdir. Avtomaşına baxış keçirilən zaman sürücü tərəfdəki qapının saxlanc yerindən açıq halda qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar edilərək elektron tərəzidə çəkilmiş və çəkisi 0,20 qram təşkil etmişdir. Həmin kütlə 01 ədəd ağ rəngli zərfdə qablaşdırılıb maddi sübut kimi götürülmüşdür. Bundan sonra avtomaşının digər yerlərinə baxış keçirilən zaman hər hansı qeyri-qanuni əşya və ya predmetə rast gəlinməmişdir. Baxış Sony HDRX markalı videokamera vasitəsilə görüntülənmiş, həmin videogörüntü 01 ədəd DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. Baxış zamanı tərtib olunmuş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 62-66-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X11 Bölməsinin 12 mart 2021-ci il tarixli 17/194 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində "Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..." sözləri və imzalar yazılmış zərfin içərisindəki 02 (iki) ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri 3,27 qram və 4,12 qram, ümumi təmiz çəkiləri 7,39 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində "Avtomaşından aşkar edilmiş qurudulmuş marixuanaya bənzər... maddi sübut." sözləri və imzalar yazılmış zərfin içərisində açıq vəziyyətdə, təmizi çəkisi 0,21 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Vət. X3 üzərindən aşkar edilmiş..." sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd salfet kağızı bükümündə, təmizi çəkisi 0,53 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin bükümün içərisində təmiz çəkisi 0,46 qram olan bitki mənşəli kütlə narkotik vasitələr aid deyildir. Tədqiqata təqdim olunmuş 02 (iki) ədəd kibrit qutularında, 01 (bir) ədəd açıq vəziyyətdə olan və 01 (bir) ədəd salfet kağızı bükümündə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İşin 135-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji Dispanserinin 15 aprel 2021-ci il tarixli 383 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 15-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 11 mart 2021-ci il tarixli cinayət işi başlanana kimi şəxsi tutma protokolundan görünür ki, 11 mart 2021-ci ildə saat 18:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 103-104-cü vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilən 13 mart 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Balakən RPŞ-nin MSY-dən azad edilməsi, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi qərara alınmış və qərar icra edilməsi üçün surəti Balakən RPŞ-nə göndərilmişdir. İşin 132-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 13 aprel 2021-ci il tarixli 1128 nömrəli arayışdan görünür ki, Yetimov X5 şəhəri Niyazi küçəsi 27 nömrəli evdə yaşayır, himayəsində arvadı, 2014-cü ildə anadan olmuş Ramazan və 2016-cı ildə anadan olmuş Zəhra adlı uşaqları vardır. İşin 134-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın şəhər inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. İşin 129-130-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iş üzrə şahidlər- Şahid1 və Şahid2 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs Ramazan oğlunun ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, Təqsirləndirilən şəxs qəsdən,satış iməqsədi olmadan,qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə,daşıma və saxlama cinayət əməlini törətmişdir. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan ekspertiza rəylərini və digər sənədləri bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41 -ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında"Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs oğlunun himayəsində iki nəfər azyaşlı uşaqlarının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır, onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını,cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini,ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs oğluna təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Onun şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq,işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə vaxtı saat 23:00-dan səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və qonşu Zaqatala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı olduğundan CM-in 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o səhiyyə orqanlarında narkomaniyadan məcburi müalicə olunmalıdır. O, narkomaniyadan məcburi müalicə olunduğu müddətdə onun yaşayış yeri cəzanı icra edən orqan tərəfindən müvəqqəti olaraq yerləşdirildiyi müvafiq tibb müəssisəsinin yerləşdiyi ərazi hesab olunmalı və göstərilən müddət ərzində cəzanın icrasına nəzarət həmin tibb müəssisəsinin yerləşdiyi ərazi üzrə icra və probasiya şöbəsinə tapşırılmalıdır. O, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X7 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 34.55 (otuz dörd manat 55 qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra Balakən rayon polis şöbəsində saxlanılan ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən, onun idarə etdiyi avtomaşından, həmçinin, X3 üzərindən aşkar edilərək götürülmüş və ekspert tədqiqatından sonra ümumi qalıq təmiz çəkisi 8,05 qram olan narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitələrə aid olmayan bitki kütləsi hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməlidir. İş üzrə maddi sübut olan üç ədəd DVD diskləri cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X8 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 1(bir) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Onun 11 mart 2021-ci il tarixdən 13 mart 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və üzərində qəti olaraq 1(bir) il 5 (beş) ay 26 (iyirmi altı ) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, onun cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı olduğundan CM-in 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilsin və o, səhiyyə orqanlarında narkomaniyadan məcburi müalicə olunsun. O, narkomaniyadan məcburi müalicə olunduğu müddətdə onun yaşayış yeri cəzanı icra edən orqan tərəfindən müvəqqəti olaraq yerləşdirildiyi müvafiq tibb müəssisəsinin yerləşdiyi ərazi hesab olunsun və göstərilən müddət ərzində cəzanın icrasına nəzarət həmin tibb müəssisəsinin yerləşdiyi ərazi üzrə icra və probasiya şöbəsinə tapşırılsın. O, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X7 Şəxsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. 34.55 (otuz dörd manat 55 qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************,X2, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra Balakən rayon polis şöbəsində saxlanılan ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən, onun idarə etdiyi avtomaşından, həmçinin, X3 üzərindən aşkar edilərək götürülmüş və ekspert tədqiqatından sonra ümumi qalıq təmiz çəkisi 8,05 qram olan narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitələrə aid olmayan bitki kütləsi hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut olan üç ədəd DVD diskləri cinayət işinin materiallarında saxlansın. Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X8 Rekvizitləri: VÖEN-**********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-59/2021
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-59/2021
30.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver