Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-59/2022 14.06.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə 03 avqust 1998-ci il tarixdə Balakən rayonu Mahamalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 177.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 29 dekabr 2021-ci il tarixdə saat 11 radələrində özgə əmlakını gizli yolla talama məqsədilə yaşadığı Balakən rayonu Mahamalar kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətində Balakən şəhər sakini Zərərçəkmiş şəxs onun atası Şahid1 təmir etdirmək məqsədilə saxladığı, “Kamaz 5320” markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomaşının ehtiyat hissələrini, yəni hər biri 120 manat olmaqla ümumilikdə 960 manat dəyərində 08 ədəd qalovkasını (mühərrik başlığı), hər biri 65 manat olmaqla ümumilikdə 520 manat dəyərində 08 ədəd şatununu (mühərrikin valı ilə porşenin arasındakı əlaqələndirici), 01 ədəd 120 manat dəyərində papkasını (mühərrikin arxa qapağı), 01 ədəd 80 manat dəyərində hidromuftasını (mühərrikin pərini işə salan), 1 ədəd 800 manat dəyərində giliz porşenini (yanacağı alışdırıb mühərrikin xaricinə ötürür), hər biri 100 manat olmaqla ümumilikdə 200 manat dəyərində 02 ədəd palosunu (təkərləri hərəkətə gətirən), 01 dəst 65 manat dəyərində kladişini (mühərrik valı ilə şatun arasındakı əlaqələndirici) qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə, gizli yolla talayaraq ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə 2745 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi və şahidlərin ifadələri, işdə olan digər sübutların bilavasitə tədqiqi əsasında aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər məhkum olunmamış, heç bir psixi xəstəlik keçirməmişdir. Balakən rayonu Mahamalar kəndinin Qazbinə yaşayış məntəqəsində ailə üzvləri ilə birlikdə yaşayır. Atası Şahid1 təxminən 30 ildir ki, Kamaz markalı və digər dizel mühərrikli avtomobillərin mühərrik sistemini təmir etməklə məşğul olur. Həmçinin avtomobillərin təmirini yaşadıqları Mahamalar kəndi ərazisində yerləşən fərdi yaşayış evlərinin həyətində təşkil edir. O da avtomobil mühərriklərinin təmirində atasına köməklik göstərmişdir. Təxminən 4-5 ay əvvəl Balakən şəhər sakini Zərərçəkmiş şəxs idarə etdiyi Kamaz markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomaşınla yaşadıqları evə gəlmiş, Samir atasına avtomaşının mühərrikində nasazlıq olduğunu bildirmişdir. Bu zaman atası Xalid mühərriki açıb baxdıqda mühərrikin içərisindəki üçüncü boyunun kladişinin nasaz olduğunu bilmişdir. Həmin nasazlığı aradan qaldırıb Kamazı Samirə təhvil vermişdir. Həmçinin Samirə 3-4 reys etdikdən sonra yenidən yoxlanış üçün gəlməsini bildirmişdir. Həmin vaxt Samir özünə məxsus Kamazla Aran rayonlarından Balakən rayonuna satmaq üçün quru ot presi daşımışdır. O da otun gətirilməsində Samirin yanında bir müddət fəhlə kimi işləmişdir. Hazırda xatırlamadığı tarixdə, təxminən 2021-ci ilin iyul-avqust ayında Samir Kamazı yenidən yaşadıqları evə gətirmiş, bundan sonra o, tək avtomobilin karterini söküb bəzi hissələrin yararsız olduğunu görmüş və bu barədə Samirə bildirmişdir. Daha sonra həmin hissələri yerinə yığmış və Samir avtomaşını işə salıb bir az getdikdən sonra mühərrik dayanmışdır. Bundan sonra isə evə gəlmiş atası Xalidlə birlikdə mühərriki sökərək, yerə qoymuşlar. O, Kamazın mühərrikini sökərək, atasının təmir etdiyi kladişə baxmaq istədiyi və bunun üçün açarlar lazım olduğu üçün atası ilə əlaqə saxladıqda atası ona sökməməyini bildirmişdir. Buna baxmayaraq Samir ona söküb avtomaşını təmir etməyini dediyi üçün taksiylə atasının olduğu yerə gedərək, açarları götürüb Kamazın mühərrikini sökmək üçün yaşadığı evə qayıdaraq, mühərriki sökmüş və sonradan geri yığmışdır. Bir neçə gün sonra atası Xalid Samirin atası Nəsrəddinlə birlikdə mühərrikin valını yondurmaq üçün Şəki şəhərində fəaliyyət göstərən ustanın yanına aparmışlar. Atası həmin gün valı yondurub geri qayıtmışdır. Təxminən 2 gündən sonra atası ilə o, həmin valı mühərrikə yığıb, daha sonra mühərriki yerinə qoymuş və yoxlayan zaman valda çat olduğunu aşkar etmişlər. Bundan sonra Samir avtomobil üçün yeni val axtarmağa başlamışdır. Lakin Samir avtomobilə lazım olan ehtiyat hissəsini, yəni valı alıb gətirmədiyinə görə avtomobil həmin gündən sonra sökülmüş vəziyyətdə yaşadıqları evin həyətində qalmışdır. O da son zamanlar pula ehtiyacı olduğuna görə, həm də Samir yaşadıqları evə gələrək avtomobillə maraqlanmadığına görə avtomobilin ehtiyat hissələrini metallom kimi satmaq qərarına gəlmişdir. 29 dekabr 2021-ci il tarixdə saat təxminən 11 radələrində Samirə məxsus avtomobilin həmin 08 ədəd qalofkasını, 08 ədəd şatununu, 01 ədəd papkasını, 01 ədəd gidromuftasını, 01 ədəd giliz porşeni, 02 ədəd palosu və 01 dəst kladişi oğurlayaraq, rayonun Qazma kəndində yaşayan və əlvan metalların alqı-satqısı ilə məşğul olan Müslüm adlı şəxsin yaşadığı evə apararaq, xatırladığı qədəri ilə 280 manata satmışdır. Əldə etdiyi pulu isə bayram ərəfəsində öz şəxsi ehtiyaclarına xərcləmişdir. 2022-ci ilin yanvar ayının əvvəllərində atası Xalid onun avtomobilin ehtiyat hissələrini satmağından xəbər tutmuş, buna görə avtomobilin sahibi Samirə zəng edərək, Kamazın ehtiyat hissələrini satdığını bildirmişdir. Daha sonra atası Müslümə zəng edərək, onun satdığı ehtiyat hissələrini geri qaytarmasını xahiş etmiş, Müslüm də razılaşmışdır. Lakin sonradan Müslüm adlı şəxs ehtiyat hissələrini metallom kimi başqa şəxslərə satdığını bildirmişdir. Həmçinin bir neçə gündən sonra Samir onların yaşadıqları evə gəlmiş, həmin vaxt atası Samirə baş verənləri danışmış və Müslümün ehtiyat hissələrini geri qaytaracağını demişdir. Sonradan onlara məlum olmuşdur ki, Şahid3 Nəsrulla qızı atası ilə onun barəsində Balakən Rayon Polis Şöbəsinə şikayət etmişdir. Lakin Şahid3 təmir etmək məqsədi ilə onlara avtomobil verməmişdir. O, Kamaz markalı avtomobildən sökdüyü ehtiyat hissələrini Namiq adlı taksi sürücüsü ilə aparıb Müslüm adlı şəxsə satmışdır. Lakin o, Namiqə həmin ehtiyat hissələrinin oğurluq olması barədə heç bir məlumat verməmişdir. Namiq ondan bu barədə soruşanda, ona təmir etdikləri avtomobillərdən qalan yararsız ehtiyat hissələri olduğunu demişdir. Bundan başqa da heç kim onun həmin ehtiyat hissələrini oğurlayaraq, satdığını bilməmişdir. Həmçinin o, Namiqə dediyi qaydada Müslümə də həmin ehtiyat hissələrinin təmir etdikləri avtomobillərdən qalan yararsız ehtiyat hissələri olduğunu demişdir. Kamazın ehtiyat hissələrini metallom kimi satmaq qərarına özü gəlmişdir. Bunun üçün də atası Xalid evdə olmadığı gün o, həmin ehtiyat hissələrini taksi sürücüsünü yaşadıqları evə çağıraraq, həmin taksiyə yükləyib satmaq üçün Müslüm adlı şəxsin yaşadığı ünvana aparmışdır. Əvvəllər də Müslüm adlı şəxsə yararsız avtomobil ehtiyat hissələrini metallom kimi satdığı üçün Müslümün metallom aldığını bilmişdir. Onun Zərərçəkmiş şəxs məxsus Kamaza aid ehtiyat hissələrini oğurlayaraq satmağından atası Xalidin və ya başqa heç kimin məlumatı olmamışdır. Cinayət əməli törətməsini etiraf edir. Zərərçəkmiş şəxs vurduğu 2745 manat məbləğində ziyandan bir qismini Zərərçəkmiş şəxs ödəmişdir, ziyanın qalan hissəsinin də ödənilməsi barədə Zərərçəkmiş şəxsla razılığa gəlmişlər. O, Zərərçəkmiş şəxs ilə barışıq əldə etmişdir. Bu halların ona cəza verilməsində nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olaraq ailəsinin dolanmasını təmin edir. Təxminən 5 ildir özünə məxsus olan Kamaz markalı **-BJ- *** dövlət nömrə nişanlı avtomaşını idarə edir. Həmin avtomaşını xx.xx.2022-ci il tarixdə həmkəndlisi olan Şahid3 satmışdır. Lakin maşını xarab olduğu üçün Aynurəyə təhvil verə bilməmiş, yəni sənədləşmə işlərini apara bilməmişlər. Həmin avtomaşın xarab olduqda o, rayon ərazisində Kamaz markalı avtomaşınları təmir edən şəxslərin yanına getmişdir. Təxminən 3 ay əvvəl idarə etdiyi Kamaz markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomaşının mühərrik hissəsinin altında olan detal xarab olduğu üçün Balakən rayonu Mahamalar kənd sakini Xalid adlı şəxsin yaşadığı evə getmişdir. Xalid və oğlu Ramil həmin zaman detalı dəyişdirmiş və ona 3-4 dəfə reys etdikdən sonra yenidən həmin detalın işləyib-işləmədiyini yoxlamaq üçün onların yanına gəlməyini bildirmişlər. O, təxminən 3-4 reys etdikdən sonra onların yaşadığı ünvana getmişdir. Bu zaman evdə Xalidin oğlu Ramil olmuşdur. Xalidlə əlaqə saxlayaraq gəldiyini demişdir. Xalid həmin vaxt başqa müştərinin evində olduğunu bildirdiyi üçün taksi ilə Xalidi yaşadığı ünvana gətirmişdir ki, Kamaza baxsın. Xalid Kamazın ehtiyat hissəsinə baxmış və yaxşı olduğunu deyib, sökülmüş hissəsini geri bağlamışdır. Həmin vaxt o, Kamazı işə salıb oradan getmək istəsə də, Kamazı işə salan kimi mühərriki dayanmışdır. Xalid Kamaza baxsa da, nə olamasını başa düşməmişdir. Bunun üçün Vüqar adlı başqa bir ustanı həmin yerə çağırmışlar. Xalid, Vüqar və Xalidin oğlu Ramil maşını düzəldə bilməmişlər. Həmin vaxt o, işi olduğu üçün Kamazı Xalidin evinin həyətində saxlayaraq, oradan getmişdir. Bir neçə gün sonra o, Xalidin evinə gəldikdə Kamazın mühərrikini sökdüklərini görmüşdür. Xalid ona Kamazın mühərrikinin valının Şəkiyə gedərək yonulub sonradan yığılmalı olduğunu bildirmişdir. O da taksi tutaraq, atası Nəsrəddin və Xalidlə birlikdə həmin valı Şəki şəhərinə göndərmişdir. Şəki şəhərində usta valı yonub düzəltdikdən sonra Xalidin yaşadığı evə gətirmişlər ki, Xalid mühərriki yığsın. Təxminən 2 gün sonra Xalid ona zəng edərək, valda çat olduğunu demişdir. O da Şəkidəki ustaya zəng edərək, hansı səbəbə valın çat olduğunu soruşmuşdur. Həmin zaman şəkili usta ilk öncə ona “ola bilməz, vala baxıb yonduğunu” demişdir. O da danışığı bitirmiş, bir az sonra isə şəkili usta yenidən onu yığaraq, ola bilsin ki, valı yonan zaman çat olmasına fikir vermədiyini demişdir. Həmin gün usta Balakən rayonuna gələrək, valı yonmaq üçün verdiyi 80 manat pulu ona geri qaytarmışdır. O da Xalidin həyətinə gedərək, maşını yaşadığı evə aparmaq istəmiş, lakin sökülmüş vəziyyətdə olduğu üçün apara bilməmişdir. Xalid də ona val gətirməsini, maşının mühərrikini yığıb verəcəyini demişdir. O, maraqlandıqda valın qiymətinin 2000-2500 manat olduğunu bildikdən sonra almağa imkanı olmamışdır. Buna görə də Kamaz təxminən 3 aydan artıq müddətdə Xalidin evinin həyətində qalmışdır. O, hazırda xatırlamadığı tarixdə Xalidin evinə gedərək, mühərrikin sökülmüş hissələrini itməsin deyə Kamazın arxa hisəsinə yığdırmışdır. 2022-ci ilin yanvar ayının 6-da Xalid onu yaşadığı evə çağırmış və o, Xalidin yaşadığı evə getdikdə Xalid ona oğlu Ramilin Kamaza aid 01 ədəd su radiatorunu, 08 ədəd gilizi, 08 ədəd porşenlə birlikdə şatunu, 08 ədəd qalovkanı, 01 ədəd arxa papkasını, 01 ədəd hidromuftanı dəmir alqı-satqısı ilə məşğul olan Müslüm adlı şəxsə satdığını bildirmişdir. O da Xaliddən hansı səbəbə oğlunun belə iş tutduğunu soruşmuş, Xalid də özündən xəbərsiz oğlunun etdiyini bildirmişdir. O da Xalidə onu özünə dəymiş ziyanı tələb edəcəyini demişdir. Lakin Xalid ona həmin ehtiyat hissələrini oğlu Ramilin oğurlayaraq satdığını, bunun üçün də ona həmin ehtiyat hissələrini qaytarmaqdan imtina etdiyini bildirmişdir. Buna görə də Kamazı satmış olduğu Aynurəyə bu barədə demişdir. Aynurə də bununla bağlı polisə şikayət etmişdir. Daha sonra isə o, polis əməkdaşları və digər iştirakçılarla birlikdə Xalidin yaşadığı evə gedərək, Kamaz markalı avtomaşınına baxış keçirilən zaman ona məlum olmuşdur ki, ona məxsus Kamaz 5320 markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomaşınının 08 ədəd qalovkası, 08 ədəd şatunu, 01 ədəd papkası, 01 ədəd gidromuftası, 01 ədəd giliz porşeni, 02 ədəd palosu, 01 dəst kladişi oğurlanmışdır. Həmin ehtiyat hissələrinin dəyəri ilə bağlı Balakən şəhərində yerləşən avtoservis 777-dən alınmış aktdan sonra da ona dəymiş ziyanın 3735 manat olduğunu bildirmişlər. Lakin məhkəmə- əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/1589 saylı rəyi ilə onun avtomaşınından oğurlanmış hissələrin qiymətinin 2745 manat olduğu və ona bu oğurluq nəticəsində 2745 manat ziyan dəydiyi müəyyən olunmuşdur. O, məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/1589 saylı rəyi ilə onun avtomaşınından oğurlanmış hissələrin qiymətinin 2745 manat olduğunu və ona 2745 manat ziyan dəydiyini qəbul edir. Təqsirləndirilən şəxs ona vurduğu 2745 manat məbləğində ziyandan bir qismini ödəmişdir, ziyanın qalan hissəsinin də ödənilməsi barədə Təqsirləndirilən şəxs ilə razılığa gəlmişlər. Təqsirləndirilən şəxs onunla barışıq əldə etmişdir, onun Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Balakən rayonu Mahamalar kəndinin Qazbinə yaşayış məntəqəsində ailə üzvləri ilə birlikdə yaşayır. Təxminən 30 ildir ki, Kamaz markalı və digər dizel mühərrikli avtomobillərin mühərrik sistemini təmir etməklə məşğul olur. Avtomobillərin təmirini yaşadıqları Mahamalar kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətində özü təşkil edir. Oğlu Ramil də avtomobil mühərriklərinin təmirində ona köməklik göstərmişdir. Təxminən 4-5 ay əvvəl rayonun Qullar kənd sakini Zərərçəkmiş şəxs idarə etdiyi Kamaz markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomaşınla yaşadığı evə gəlmiş, həmin vaxtı Samir ona avtomaşının mühərrikində nasazlıq olduğunu bildirmişdir. O, mühərriki açıb baxdıqda mühərrikin içərisindəki üçüncü boyunun kladişinin nasaz olduğunu bilmişdir. Həmin nasazlığı aradan qaldırıb Kamazı Samirə təhvil vermişdir. Həmçinin Samirə 3-4 reys etdikdən sonra yenidən yoxlanış üçün gəlməsini bildirmişdir. Həmin vaxt Samir özünə məxsus Kamazla Aran rayonlarından Balakən rayonuna quru ot presi daşımışdır. Oğlu Ramil də otun gətirilməsində Samirin yanında fəhlə kimi işləmişdir. Hazırda xatırlamadığı tarixdə, təxminən 2021-ci ilin iyul-avqust ayında Kortala kəndi ərazisində traktor mühərriki xarab olduğu üçün həmin traktoru təmir etmişdir. Həmin vaxt Samir ona zəng edərək, Kamazı yenidən yaşadığı evə gətirdiyini, oğlu Ramilin Kamazın mühərrikini sökərək onun təmir etdiyi kladişə baxmaq istədiyini və bunun üçün açarlar lazım olduğunu bildirmişdir. O da mühərriki sökməmələrini, həmin gün əlində işinin olduğunu, səhəri gün baxa biləcəyini demişdir. Buna baxmayaraq, Samir və oğlu Ramil taksiylə onun olduğu yerə gələrək, ondan açarları götürüb Kamazın mühərrikini sökmək üçün yaşadığı evə qayıtmışlar. Həmin vaxt o, bir daha Kamazın mühərrikini sökməmələrini, söksələr də geri bağlamamalarını, səhəri gün o, özü baxacağını söyləmişdir. Sonradan isə onun dediklərinə baxmayaraq, Kamazın mühərrikinin söküləcəyini bildiyi üçün yaşadığı evə qayıtmışdır. O, evə qayıtdıqda oğlu Ramil mühərriki açıb baxmış, daha sonra isə geri bağlamışdır. Bundan sonra Samir Kamazı işə salanda mühərrikin dayandığını görmüşdür. Lakin bunu zəng edərək ona dediklərindən o, mühərrikə dəyməmələrini, özünün gəlib baxacağını demişdir. Bundan sonra o, mühərrikə baxmış və mühərrikin yerə düşürülərək yenidən yığılmalı olduğunu bildirmişdir. Daha sonra mühərriki yerə düşürmüşlər. O, Kamazın mühərikinin yığılması üçün Samirin atası Nəsrəddinə zəruri olan ehtiyyat hissələrin alınması üçün siyahı vermişdir. Təxminən 3-4 gün sonra isə mühərrikin valını yondurmaq üçün Samirin atası Nəsrəddinlə Şəki şəhərinə getmişlər. Şəki şəhərində valı yondurub 80 manat da zəhmət haqqı verib, geri, Balakən rayonuna qayıtmışlar. O, valı bloka salıb yoxladıqda üzərində çat olduğunu görmüşdür. Həmin çat olaola mühərrikin yığılmasının düzgün olmayacağını bildiyi üçün bu barədə Samirə demişdir. Həmçinin o, bunun üçün Şəki şəhərində həmin valı yonan ustaya zəng etmiş, usta yəqinki həmin çatı görmədiyini bildirmişdir. Təxminən 2-3 gün sonra Şəki şəhərində valı yonan usta ona verilmiş olan 80 manat pulu gətirib Samirə vermişdir. Bundan sonra mühərrikin yığılması üçün zəruri olan ehtiyyat hissələrini almadıqları üçün o, mühərriki yığa bilməmişdir. Hazırda xatırlamadığı tarixdə Samir oğlu Ramilə mühərrikin sökülmüş hissələrini Kamazın yük yerinə yığmasını xahiş etdiyi üçün Ramil həmin hissələri Kamazın yük yerinə yığmışdır. 2022-ci ilin yanvar ayının əvvəllərində hazırda xatırlamadığı tarixdə həmin Kamazın yük yerinin qapılarını açıb baxdıqda orada yığılmış ehtiyat hissələrindən yarısının, yəni 08 ədəd qalovkanın, 08 ədəd şatunun porşenlə birlikdə, 08 ədəd gilizin, arxa papkanın, gidromuftanın olmadığını görmüşdür. Oğlundan həmin hissələrin olmaması barədə soruşmuş, oğlu da dəmir alqı-satqısı ilə məşğul olan Qazma kənd sakini Müslüm adlı şəxsə metallom kimi satdığını bildirmişdir. Daha sonra o, Müslüm adlı şəxsin yaşadığı ünvana getmiş, Müslüm də həmin hissələri metallom olaraq digər şəxslərə satdığını demişdir. Həmçinin o, Samirə zəng edərək, olanlar barədə bildirmişdir. Samir də sonradan bildiyinə görə Kamazı satmış şəxsin vasitəsilə polisə şikayət etmişdir. İndiyə kimi belə bir hadisə heç vaxt baş verməmişdir. İlk dəfədir ki, oğlu Ramil onun başına belə bir iş gətirmişdir. Ramil Zərərçəkmiş şəxs vurduğu 2745 manat məbləğində ziyanın bir hissəsini ödəmiş, qalan hissənin də ödənilməsi barədə razılığa gəlmişlər. Samir Ramillə barışmışdır və Ramilə qarşı tələb və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Balakən rayonu Qazma kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olaraq ailəsinin dolanmasını təmin edir. Yəni dəmir alqı-satqısı ilə məşğul olur. Təxminən 10-15 ildir ki, Balakən rayon ərazisində dəmir və metallom üçün köhnə əşyaların alışı ilə məşğul olur. Müxtəlif şəxslərdən dəmir və yararsız halda olan əşyaları alaraq metalloma satır. Hazırda xatırladığı qədəri ilə 2021-ci ilin dekabr ayının sonlarında sonradan adını Ramil olaraq bildiyi şəxs tanımadığı şəxsə məxsus avtomobillə yaşadığı evin qarşısına gəlmiş, ona metallom üçün dəmir gətirdiyini bildirmişdir. O, Ramildən kim olmasını soruşduqda, Mahamalar kənd sakini mühərrik ustası Xalidin oğlu olduğunu, atasının müxtəlif şəxslərə məxsus avtomobillərin mühərriklərini təmir etdikdən sonra geriyə qalan yararsız vəziyyətdəki dəmir hissələri də metallom kimi satmaq üçün gətirdiyini bildirmişdir. O, Ramilin atası Xalidin adını eşitdiyi və mühərrik ustası olduğunu bildiyi üçün, eyni zamanda rayon ərazisində bir çox ustalar maşın təmiri sexlərində olan yararsız hissələri metallom kimi ona satdıqlarından o, Ramilə inanmış və gətirdiyi hissələri həyətinə boşaltmasını bildirmişdir. Daha sonra həmin dəmir hissələri tərəzidə çəkərək ümumilikdə Ramilə 280 manat məbləğində pul vermişdir. Təqsirləndirilən şəxs almış olduğu ehtiyat hissələri xatırladığı qədəri ilə Kamaz markalı avtomaşına məxsus 08 ədəd qalovka, 08 ədəd şatun, 01 ədəd papka, 01 ədəd gidromufta, 01 dəst giliz porşen, 02 ədəd palos, 01 ədəd kladiş olmuşdur. Ramil ona satmış olduğu əşyaları özünə məxsus olduğunu bildirərək, satdığı üçün o, həmin əşyaların oğurluq olmasını düşünməmişdir. Ramil kimi bir çox şəxs yaşadığı evə gəlib dəmir və ya əşyalar gətirib metallom üçün satır, həmin əşyalar da köhnə olduğundan, eyni zamanda həmin əşyaları gətirən şəxslər gətirdiklərinin özlərinə məxsus olduğunu bildirdikləri üçün o, həmin şəxslərin gətirdiyi dəmiri və əşyaları alır. Təqsirləndirilən şəxs almış olduğu əşyaları metallom halına saldığı üçün həmin əşyaları təqdim edə bilmir. Çünki həmin əşyalar yaşadığı evin həyətində geniş yer tutduğu üçün o, Ramildən və digər şəxslərdən almış olduğu əşyaları alan kimi metallom edərək Bakı şəhərində dəmir alan zavodlara satır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hazırda Balakən rayonu Qullar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə həmkəndlisi olan Zərərçəkmiş şəxs maddi vəziyyəti yaxşı olmadığı üçün özünə məxsus olan Kamaz markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomaşını satmaq istədiyini bildirmiş və həmin avtomaşını ondan almasını xahiş etmişdir. O da avtomaşını almaq qərarına gəlmişdir. Samir həmin vaxt ona avtomaşın nasaz olduğu üçün təmir etdirmək məqsədilə Mahamalar kənd sakini Xalid adlı şəxsin yaşadığı evdə olduğunu, avtomaşını tam təmir etdirdikdən sonra ona təhvil verəcəyini bildirmişdir. Bunun üçün avtomaşına ilkin ödəniş kimi 6000 manat pulu Zərərçəkmiş şəxs verərək, geriyə qalan pulu da avtomaşının adına rəsmiləşdirildiyi halda verəcəyini demişdir. 2022-ci ilin yanvar ayının 6-da Samir ona Xalidin yaşadığı evdə təmir üçün saxladığı Kamaza aid ehtiyat hissələrinin yerində olmadığını, yəni oğurlandığını bildirmişdir. Bununla bağlı Samirlə birlikdə Xalidin yaşadığı evə getdikdə onlara həmin ehtiyat hissələrinin oğlu Ramilin oğurlayaraq satdığını, bunun üçün də həmin ehtiyat hissələrini qaytarmayacağını bildirmişdir. O da bununla bağlı polisə şikayət etmişdir. Daha sonra isə polis əməkdaşları və digər iştirakçılarla birlikdə Xalidin yaşadığı evə gedərək, Kamaz markalı avtomaşına baxış keçirilən zaman Kamaz 5320 markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomaşına məxsus 08 ədəd qalovka, 08 ədəd şatun, 01 ədəd papka, 01 ədəd gidromufta, 01 dəst giliz porşen, 02 ədəd palos, 01 ədəd kladiş oğurlandığını aşkar etmişdir. Zərərçəkmiş şəxs avtomaşını tam təmir etdirdikdən sonra alacağını və geri qalan pulu ödəyəcəyini bildirmişdir. Buna görə də hazırda avtomaşın onun adına rəsmiləşdirilməmişdir və avtomaşın hazırda Zərərçəkmiş şəxs məxsusdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, iş üzrə Şahid4 məhkəmə iclasına gəlməmiş və gətirilməmişdir. İş materialları ilə müəyyən olunmuşdur ki, Şahid4 verilən ittihamın həlli üçün yeganə və həlledici şahid deyildir. Həmçinin təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin şahidin ibtidai istintaqda verdiyi ifadəsi ilə tanış olmuş və bu ifadəyə hər hansı etiraz bildirməmiş, eyni zamanda həmin ifadənin təkzib edilməsi üçün hər hansı vəsatətlər verməmiş, onun dindirilməsi zamanı eyni şərtlər daxilində öz şahidlərinin çağrılıb dindirilməsini xahiş etməmiş, bu şahidin ifadəsində göstərdiyi halların təkzibi ilə bağlı hər hansı sübutlar təqdim etməmişlər. Həmçinin məhkəmədə ittiham və müdafiə tərəflərinin iştirakı ilə iş üzrə ittihamın həlli üçün ifadəsi əsas hesab edilə biləcək şahidlər dindirilmiş, tərəflərə onlara müvafiq sualların verilməsi, ifadələrində göstərdiyi halların tədqiq edilməsi üçün hərtərəfli şərait yaradılmış, həmin ifadələrə işdə olan digər sübutlarla müqayisəli şəkildə hüquqi qiymətin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual tədlbirlər həyata keçirilmişdir. İş üzrə təqsirləndirilən şəxs də məhkəmədə verdiyi ifadəsində ona verilən ittiham üzrə özünü təqsirli bilmiş, bu konteksdə həmin şəxsin ifadəsi və işdə olan digər mötəbər sübutlarla tanış olmuşlar. Bu xüsusda ittiham və müdafiə tərəfləri Şahid4 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsinin məhkəmədə elan olunmasına və tədqiq olunmasına razılığını bildirmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağrılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Azərbaycan Respublikası CPM-nin 327.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvələr keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Məhkəmə, Şahid4 məhkəməyə gəlməsinin təmin edilməsi üçün müvafiq tədbirlərin görüldüyünü, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid4 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan olunmuş Şahid4 ifadəsində göstərmişdir ki, Balakən rayonu Mahamalar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olaraq ailəsinin dolanmasını təmin edir. Özünə məxsus VAZ 21063 markalı **-LN-*** dövlət nömrə nişanlı avtomaşınla taksi fəaliyyəti ilə məşğul olur. Hazırda xatırladığı qədəri ilə 2021-ci ilin dekabr ayının sonlarında həmkəndlisi və tanışı olan Təqsirləndirilən şəxs ona zəng edərək, gedəcək yerinin olduğunu bildirmiş və onu yaşadığı evin qarşısına çağırmışdır. Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında olduğu zaman ona metallom kimi satacağı dəmir olduğunu, həmin dəmiri Qazma kənd sakini Müslüm adlı şəxsin yaşadığı evə aparmaq istədiyini bildirmişdir. O, Ramilin atası Xalidin mühərrik ustası olduğunu bildiyi üçün həmin dəmirin də avtomobillərin mühərriklərini təmir etdikdən sonra geriyə qalan yararsız vəziyyətdəki dəmir hissələri olacağını düşünmüşdür. Həmçinin sonradan Ramil də ona yararsız vəziyyətdə dəmir hissələri olduğunu bildirmişdir. Bundan sonra isə Ramil hazırda dəqiq bilmədiyi Kamaza aid ehtiyat hissələrini avtomaşınının yük yerinə doldurmuş və onlar Qazma kənd sakini Müslüm adlı şəxsin yaşadığı ünvana getmişlər. Ramil həmin ünvanda dəmiri Müslüm adlı şəxsə satmış, lakin hansı qiymətə satmasını o, bilməmişdir. Ramil sadəcə olaraq ona yol haqqı olaraq 5 manat pul vermişdir. Sonra isə Ramili yaşadığı Mahamalar kəndinə gətirib düşürmüşdür. Təxminən bir müddət sonra isə əvvəllər tanıdığı Samir adlı şəxs ona zəng etdikdə Ramilin metallom kimi Müslüm adlı şəxsə satdığı ehtiyat hissələrinin oğurluq olduğunu və Samirə məxsus Kamaz markalı avtomobilin ehtiyat hissələri olduğunu bilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli 777 saylı Avtoservisin aktından görünür ki, Zərərçəkmiş şəxs Nəsruddin oğluna məxsus Kamaz markalı avtomaşından oğurlanmış hissələrin ümumi qiyməti 3735 manat müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tələbnamə üzrə verilmiş xx.xx.2022-ci il tarixli 5 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 aprel 2022-ci il tarixli 9/1589 saylı rəyindən görünür ki, 8 ədəd qalovkanın 1 ədədinin qiyməti 120 manat olmaqla 8 ədədinin ümumi dəyəri 960 manat, 8 ədəd şatunun 1 ədədinin qiyməti 65 manat olmaqla 8 ədədinin ümumi dəyəri 520 manat, 1 ədəd papkanın 1 ədədinin qiyməti 120 manat olmaqla ümumi dəyəri 120 manat, 1 ədəd hidromuftanın 1 ədədinin qiyməti 80 manat olmaqla ümumi dəyəri 80 manat, 1 ədəd giliz porşenin 1 ədədinin qiyməti 800 manat olmaqla ümumi dəyəri 800 manat, 2 ədəd palosun 1 ədədinin qiyməti 100 manat olmaqla 2 ədədinin ümumi dəyəri 200 manat, kladişin 1 dəstinin qiyməti 65 manat olmaqla ümumi dəyəri 65 manat təşkil edir. 1989-cu il buraxılışlı Kamaz 5320 markalı avtomaşına aid 7 adda malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2745,00 manat müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İşə əlavə olunan Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş 2745 manat ziyandan bir qismini ona ödəmişdir, qalan hissənin də ödənilməsi barədə razılığa gəlmişlər. Ona görə də Təqsirləndirilən şəxs heç bir tələb və şikayəti yoxdur. Məhkəmə iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin müvafiq olaraq məhkəmə iclasında və ibtidai istintaqda verdiyi ifadələrini, Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tələbnamə üzrə verilmiş xx.xx.2022-ci il tarixli 5 saylı arayışı, məhkəməəmtəəşünaslıq ekspertizasının 06 aprel 2022-ci il tarixli 9/1589 saylı rəyini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədiyi, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə sözügedən Kamaz markalı avtomaşının ehtiyat hissələrinin qiyməti və bununla əlaqədar vurulmuş ziyanla bağlı işdə olan xx.xx.2022-ci il tarixli 777 saylı Avtoservisin aktı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 aprel 2022-ci il tarixli 9/1589 saylı rəyi arasında ziddiyyətə hüquqi qiymət verərək, hesab edir ki, müasir tədqiqat metodlarına əsaslanmaqla verildiyindən və obyektiv həqiqəti əks etdirdiyindən bu xüsusda məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 aprel 2022-ci il tarixli 9/1589 saylı rəyi mötəbər sübut kimi qəbul olunmalı və həmin rəydə 8 ədəd qalovkanın 1 ədədinin qiyməti 120 manat olmaqla 8 ədədinin ümumi dəyəri 960 manat, 8 ədəd şatunun 1 ədədinin qiyməti 65 manat olmaqla 8 ədədinin ümumi dəyəri 520 manat, 1 ədəd papkanın 1 ədədinin qiyməti 120 manat olmaqla ümumi dəyəri 120 manat, 1 ədəd hidromuftanın 1 ədədinin qiyməti 80 manat olmaqla ümumi dəyəri 80 manat, 1 ədəd giliz porşenin 1 ədədinin qiyməti 800 manat olmaqla ümumi dəyəri 800 manat, 2 ədəd palosun 1 ədədinin qiyməti 100 manat olmaqla 2 ədədinin ümumi dəyəri 200 manat, kladişin 1 dəstinin qiyməti 65 manat olmaqla ümumi dəyəri 65 manat, 1989-cu il buraxılışlı Kamaz 5320 markalı avtomaşına aid 7 adda malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti ümumi 2745,00 manat məbləğində müəyyən olunmalıdır. Belə ki, Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsində həmin hissələrin qiyməti heç bir qiymət sənədinə istinad edilmədən ehtimal olaraq göstərilir və bu hal heç bir sübutla təsdiq olunmur. Eynilə xx.xx.2022-ci il tarixli 777 saylı Avtoservisin aktında həmin hissələrin qiyməti də heç bir qiymət sənədinə istinad olunmadan ehtimal olunaraq göstərilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 aprel 2022-ci il tarixli 9/1589 saylı rəyi isə müsir tədqiqat metodlarına əsaslanmaqla həmin hissələrin bazar qiymətlərinə uyğun dəyərini müəyyən etmişdir və bu xüsusda ədalətli və mötəbərdir. İş üzrə Zərərçəkmiş şəxs da məhkəmə istintaqında verdiyi ifadəsində ona məxsus Kamaz markalı avtomaşına aid ehtiyat hissələrin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 aprel 2022-ci il tarixli 9/1589 saylı rəyində qeyd olunmuş qiymətlərilə razılaşdığını və ona ümumilikdə həmin rəydə göstərilən 2745,00 manat məbləğində ziyan vurulduğunu bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.2-ci maddəsinə əsasən ekspertin rəyi cinayət prosesində sübut kimi qəbul olunur. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-nin 127.1-ci maddəsinə əsasən ekspertin rəyi onun tərəfindən yazılı şəkildə ifadə edilmiş elm, texnika, incəsənət və ya peşə sahəsində xüsusi biliklərə əsaslanmış: 127.1.1. cinayət prosesini həyata keçirən orqanın və ya cinayət prosesi tərəflərinin ekspert qarşısında qoyduğu suallara, habelə iş materiallarının tədqiqi zamanı ortaya çıxan onun səlahiyyətlərinə aid digər halların araşdırılmasına dair nəticələridir; 127.1.2. bu nəticələri əsaslandıran ekspertin apardığı tədqiqatın təsviridir. Azərbaycan Respublikası CPM-nin 127.2-ci maddəsinə əsasən ekspert tərəfindən aparılan tədqiqatın üsulları, qoyulmuş sualların cavablarının əsaslandırılması, habelə ekspertin öz təşəbbüsü ilə müəyyən etdiyi cinayət təqibi üzrə əhəmiyyət kəsb edən digər hallar ekspertin rəyində öz əksini tapmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs məxsus “Kamaz 5320” markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomaşının hər biri 120 manatdan artıq və 08 ədəd qalovkasının (mühərrik başlığının) ümumilikdə 960 manat dəyərindən artıq göstərilən, hər biri 65 manatdan artıq və 08 ədəd şatununun (mühərrikin valı ilə porşenin arasındakı əlaqələndiricinin) ümumilikdə 520 manat dəyərindən artıq göstərilən, 01 ədəd papkasının (mühərrikin arxa qapağının) 120 manat dəyərindən artıq göstərilən, 01 hidromuftasının (mühərrikin pərini işə salan) 80 manat dəyərindən artıq göstərilən, 1 ədəd giliz porşeninin (yanacağı alışdırıb mühərrikin xaricinə ötürür) 800 manat dəyərindən artıq göstərilən, hər biri 100 manatdan artıq və 02 ədəd palosun (təkərləri hərəkətə gətirən) ümumilikdə 200 manat dəyərindən artıq göstərilən qiymətlərlə və ümumilikdə 2745 manat maddi ziyandan artıq göstərilən məbləğlə bağlı bəndlər Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tösif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün sübut kimi qəbul edilməlidir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi, İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsilə əlaqədar X1rşı işi üzrə qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikası CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Oğurluğa, yəni özgənin əmlakını gizli olaraq talamaya görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz mantadan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir. Onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsində zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, CM-nin 59.1.14-cü maddəsində cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallar kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qeyd olunan qanun normalarına əsasən məhkəmə zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini və ilk dəfə cinayət əməli törətməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən iş materiallarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketrizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. İnsan öz imkanlarından kənara çıxmaq qabiliyyətinə malik deyil. Ancaq o, öz həyatı baxışlarına uyğun hərəkət vasitəsi seçməkdə azaddır. Əgər o, cəmiyyət tərəfindən qəbul olunmuş sosial-mənəvi normalara zidd olan davranış forması seçirsə, onda bu, şəxsin psixologiyasında antisosial yönümün olduğunu göstərir. Lakin bu yönümün davamlı olması, yəni şəxsin psixologiyasında dominantlıq təşkil edərək model davranışa çevrilməsi, yoxsa təsadüf nəticəsində meydana çıxması hallarını fərqləndirmək lazımdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin cəzalandırılması üçün onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Səxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azaddlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işində Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli qəsdən törədilən böyük ictimai təhlükə törətməyən cinayətdir. Ancaq onu da nəzərə almaq lazımdır ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etmiş, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəmişdir. Həmçinin ilk dəfədir ki, cinayət əməli törədir. Onun cəzasını ağırlaşdıran hallar müəyyən mövcud deyildir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, o cümlədən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını və cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən zərərçəkmiş şəxsə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsi və ilk dəfə cinayət əməli törətməsi kimi cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmadan da islah olunmasının mümkünlüyü qənaətinə gələrək, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-da növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hazırki hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X5 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPMnin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 5 iş saatı vaxt sərf edilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X4 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Zərərçəkmiş şəxs məxsus “Kamaz 5320” markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomaşının hər biri 120 manatdan artıq və 08 ədəd qalovkasının (mühərrik başlığının) ümumilikdə 960 manat dəyərindən artıq göstərilən, hər biri 65 manatdan artıq və 08 ədəd şatununun (mühərrikin valı ilə porşenin arasındakı əlaqələndiricinin) ümumilikdə 520 manat dəyərindən artıq göstərilən, 01 ədəd papkasının (mühərrikin arxa qapağının) 120 manat dəyərindən artıq göstərilən, 01 hidromuftasının (mühərrikin pərini işə salan) 80 manat dəyərindən artıq göstərilən, 1 ədəd giliz porşeninin (yanacağı alışdırıb mühərrikin xaricinə ötürür) 800 manat dəyərindən artıq göstərilən, hər biri 100 manatdan artıq və 02 ədəd palosun (təkərləri hərəkətə gətirən) ümumilikdə 200 manat dəyərindən artıq göstərilən qiymətlərlə və ümumilikdə 2745 manat maddi ziyandan artıq göstərilən məbləğlə bağlı bəndlər Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X5 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X4 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülsün. Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-59/2022
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-59/2022
14.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver