Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-59/2023 12.07.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun nümayəndəsi Müdafiəçi2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-xx.xx.1959-cu ildə Balakən rayonun Hənifə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, dul, heç bir yerdə işləməyən, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə AR CM-nin 29,120.2.2, 228.1-ci maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 01 il 05 ay 14 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2ında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs 05 noyabr 2022-ci il tarixdə saat 19 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan etibarnamə əsasında sərəncamında olan “OPEL ASTRA” markalı, 99 KG-271 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Balakən şəhəri H.Əliyev prospekti-Qullar kəndi istiqamətində hərəkətdə olduğu zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükənin yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunları etməyərək hərəkətləri və ya hərəkətsizliyi ilə həmin maddənin tələblərini pozaraq idarə etdiyi avtomobili ilə yolun hərəkət istiqamətində sağdan sola addımlayaraq keçən piyada Zərərçəkmiş şəxs avtomobilin ön sol hissəsi ilə ehtiyatsızlıqdan vurmuş, nəticədə piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan sol said sümüklərinin qapalı, qəlpəli yerdəyişən sınıqlarından ibarət olan dərəcəsinə görə onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən bədən xəsarətlərinin və ehtiyatsızlıqdan sol baldır sümüklərinin yuxarı 1/3 hissəsinin fraqmentlərinin yerdəyişən və bitişməmiş sınıqları ilə nəticələnmiş qapalı, qəlpəli sınıqlarından ibarət olan, dərəcəsinə görə sol baldır sümüklərinin bitişməmiş sınığı ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmamaqla (45%-nin) daimi itirilməsinə səbəb olan dərəcəsinə görə onun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətlərinin yetirilməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, ünvan 3 ünvanında qeydiyyatdadır. Həm qeydiyyatda olduğu ünvanda, həm də ünvan 48-ci ildə Azərbaycan Respublikasının Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəməsinin hökmü ilə AR CM-nin 29, 120.2.2 və 228.1-ci maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 2018-ci ildə Şəki rayon Məhkəməsinin qərarı ilə 01 il 05 ay 14 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Sürücülük hüququ yoxdur. Mərhum arvadı böyrək çatışmamazlığı ilə əlaqədar olaraq dializə düşdüyündən xəstəliyi ilə əlaqədar olaraq onu xəstəxanaya aparmalı olduğundan təxminən 2020-ci ildə hazırda adını xatırlamadığı Zaqatala rayonu Kebeloba kənd sakinindən “OPEL ASTRA” markalı 99 KG-271 dövlət qeydiyyat nişanlı avtomobili almışdır. Həmin avtomobili qohumu Alvasov Rasimin adına sənədləşdirmişdir. xx.xx.2022-ci il tarixdə Rasim Alvasov “OPEL ASTRA” markalı 99 KG-271 dövlət qeydiyyat nişanlı avtomobilə sərəncam verilməsini bir il müddətinə ona etibar etmişdir. O da avtomobili idarə etmək üçün bacısının oğlu Alvasov Elçinə etibar etmişdir. 2022-ci ilin yanvar ayının 03-də arvadı vəfat etmişdir. Mərhum həyat yoldaşını sağlığında həkimə aparmaq üçün həmin avtomobili idarə etmişdir. 05 noyabr 2022-ci il tarixdə axşam saat 19 radələrində “OPEL ASTRA” markalı 99 KG-271 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Balakən şəhəri H.Əliyev prospektində “Bayraq Meydanı” adlanan ərazidən İcra Hakimiyyəti tərəfə Qullar kəndi istiqamətində 30-40 km/saat sürətlə hərəkətdə olduğu zaman birdən qarşıdan “dördgöz” faralı avtomobilin gəldiyini görmüşdür. Qarşıdan gələn avtomobil “Mercedes”markalı olardı. Həmin avtomobilin dövlət qeydiyyat nişanını görməmişdir. Həmin avtomobilin arxasınca da sırayla 20-yə qədər avtomobil gəlmişdir. Həmçinin onun idarə etdiyi avtomobilin arxasınca da bir neçə avtomobil gəlmişdir. Qarşıdan və arxadan gələn avtomobillərin markalarını və dövlət qeydiyyat nişanlarını bilmir. Qarşıdan gələn “Mercedes” olduğunu hesab etdiyi avtomobilin arxa qanadından 50- 60 sm irəli keçərkən birdən maşına nəsə dəyən “bomp” səsini eşitmişdir. Səsi eşidib bir an baxanda nəsə hərəkətdə olan əşya və ya canlını böyür aynadan görmüşdür. Anidən qabağına baxanda avtomobilinin qabaq aynasının qırıldığını görmüşdür və avtomobilin qəza işıqlarını yandırıb yolun sağına çəkib saxlamışdır. Maşından düşüb səs gələn tərəfə baxanda həmin yerdə bir neçə saniyə ərzində təxminən 30-40 adam yarımqövs formasında dayanmışdılar. Həmin adamlara çatmağına 1-2 metr qaldıqda kiminsə «öldü, öldü» deyən səsini eşitmişdir. Baxanda görmüşdür ki, yolun qoşa xəttindən təxminən 20- 30 sm. məsafədə onun yolunda başı “Bayraq Meydanı” istiqamətində yerdə bir nəfər kişi uzanmışdır. O da “öldüsədə mənim maşınıma dəyib ölübdü. Tez xəstəxanaya aparmaq lazımdır” demişdir. Həmin yerdə olan orta boylu, üzü saqqallı tanımadığı şəxs yaralını xəstəxanaya təcili tibbi yardım maşınının aparmalı olduğunu bildirmişdir. O da təcili tibbi yardım maşınının gec gələ biləcəyini deyərək ətrafdakı şəxslərdən yaralını maşınına qoymağa kömək eləmələrini xahiş etmişdir və avtomobilini arxaya vermişdir. Hadisə yerindəki iki-üç nəfər tanımadığı şəxsin köməkliyi ilə yaralını avtomobilin arxa sərnişin oturacağına uzadıb tək özü Balakən rayon mərkəzi xəstəxanasına aparmışdır. Həmin yaralı şəxsi maşına mindirən zaman ətrafdakı şəxslərdən birinin “bu da onundur” dediyi bir ədəd bank kartını və telefon üzlüyünü yerdən götürmüşdür. Sonradan həmin əşyaları polisə təqdim etmişdir. Balakən MRX-dan geri qayıdıb hadisə yerinə baxış keçirilən zaman həmin xəstəxanaya apardığı şəxsin Zərərçəkmiş şəxs olduğunu onun özünün idarə etdiyi 08 və ya 09 markalı avtomobilin yolun sağında görərək polis əməkdaşları ona dediklərinə görə bilmişdir. 05 noyabr 2022-ci il tarixdə hadisə baş verən vaxtı “OPEL ASTRA” markalı 99 KG-271 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən spirtli içki və ya psixotrop maddələrdən istifadə etməmişdir. Avtomobili heç vaxt sərxoş vəziyyətdə idarə etmir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət almamışdır. 05 noyabr 2022-ci il tarixdə idarə etdiyi «OPEL ASTRA» markalı 99 KG-271 dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs vurmamışdan əvvəl onu görməmişdir. Hadisə anidən baş vermişdir. Hadisə anidən baş verdiyinə görə və hadisədən əvvəl piyadanı görmədiyinə görə avtomobilin əyləcini basmamışdır. Yol nəqliyyat hadisəsi zamanı avtomobilində sərnişin olmamışdır. Zərərçəkmiş şəxs xəstəxanaya idarə etdiyi «OPEL ASTRA» markalı 99 KG- 271 dövlət qeydiyyat nişanlı avtomobillə özü çatdırmışdır. Həmin şəxsə ilkin tibbi yardım göstərilməsi üçün ləvazimatları da şəxsən özü almışdır. Xəstənin xəstəxanada ilk tibbi yardımına lazım olan ləvazimatları aldığı kimi davamı olaraq müalicəsi üçün Zaqatala rayonunda MRT aparatından keçirmə xərclərini də onun qohumları çəkmişdir, həmçinin axıra qədər müalicə xərclərini “biz çəkəcəyik” deyib davam etdirdiyi vaxt Zərərçəkmiş şəxs ondan şikayət etdiyinə görə öz köməyini dayandırmışdır. Sürücülük vəsiqəsi olmadan avtomaşın idarə etdiyinə görə özünü təqsirli bilir. Hadisənin qarşısını almağa isə onun texniki imkanı olmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Balakən rayonu Gərəkli kəndində arvadı və iki azyaşlı oğlu ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. 05 noyabr 2022-ci il tarixdə axşam saat 19 radələrində idarə etdiyi avtomobillə Balakən şəhər H.Əliyev adına prospektlə Balakən şəhəri “Bayraq Meydanı” adlı ərazidən Qullar kəndi istiqamətində hərəkət etmişdir. Balakən şəhəri H.Əliyev prospektində yerləşən “Üç meyvə” adlı mağazada satıcı işləyən arvadını işdən götürməyə getmişdir. Həmin istiqamətdə H.Əliyev adına prospektdə yolun solunda yerləşən “24 saat” adlı aptekdən dərman almaq üçün idarə etdiyi avtomobili hərəkət etdiyi istiqamətdə yolun sağında saxlayıb maşından düşmüşdür. İdarə etdiyi avtomobildə heç kim olmamışdır. Orta sürətli addımlarla küçənin o biri tərəfindəki aptekə keçərkən, yəni yolun sağından soluna tərəf keçərkən Balakən şəhəri “Bayraq Meydanı” - Qullar kəndi istiqamətində sürətlə hərəkətdə olan “Opel Astra” markalı, ** KG *** dövlət qeydiyyat nişanlı avtomobil onu vurmuşdur və o, xəsarətlər alaraq yerə yıxılmışdır. Onu vurmuş avtomobilin sürücüsü Təqsirləndirilən şəxs adlı şəxs onu Balakən MRX-ya çatdırmışdır. Yolu keçərkən qaçmamışdır, orta sürətli addımlarla yolu keçmişdir. Təqsirləndirilən şəxs onun sonrakı müalicələrinin pulunu ödəməmişdir. O, təqsirləndirilən şəxsdən şikayətçidir, ona ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid göstərdi ki, Balakən RPŞ-nin DYPB-nin YPX inspektoru vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə Balakən şəhəri H.Əliyev prospektində baş vermiş, piyada Zərərçəkmiş şəxs Opel Astra markalı 99 KG- 271 dövlət qeydiyyat nişanlı avtomobillə vurularaq xəsarət alması ilə nəticələnən yol – nəqliyyat hadisəsi yerinin müayinə olunması üçün həmin gün saat təxminən 21 radələrində təhqiqatçü Ruslan Quliyevlə birlikdə hadisə yerinə gəlmişdir. Piyada Zərərçəkmiş şəxs vurmuş Opel Astra markalı ** KG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və adlarını hazırda xatırlamadığı hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. Sürücü Təqsirləndirilən şəxs hadisə baş verdikdən sonra piyada Zərərçəkmiş şəxs Balakən MRX-ya idarə etdiyi Opel Astra markalı ** KG *** dövlət qeydiyyat nişanlı avtomobillə çatdırdıqdan sonra həmin avtomobillə geri hadisə yerinə gəlmişdir. Hadisə yerinin müayinəsi zamanı ona məlum olmuşdur ki, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı ** KG *** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən şəhəri H.Əliyev prospektində “Bayraq Meydanı” adlı ərazidən Balakən şəhəri – Qullar kəndi istiqamətində hərəkətdə olduğu zaman yolu keçən piyada Zərərçəkmiş şəxs avtomobilin ön sol hissəsi ilə vurmuşdur. Nəticədə piyada Zərərçəkmiş şəxs xəsarət alaraq sürücü Təqsirləndirilən şəxs tərəfindən Balakən MRX-ya çatdırılmışdır. Hadisə yerinə baxış keçirilən zaman sürücü Təqsirləndirilən şəxs piyada yolu soldan sağa keçən zaman yol-nəqliyyat hadisəsinin baş verdiyini bildirmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zaman “Opel Astra” markalı ** KG *** dövlət qeydiyyat nişanlı avtomobilin ön qabaq şüşəsi sükan tərəfdən qırılmışdı, avtomobilin ön sol farasının yuxarı hissəsinin şüşəsi qırılmışdı, həmin faranın aşağı hissəsinin boyası tökülmüşdü və əzilmişdi, faranın yuxarısındakı kapot hissəsi də bir qədər əyilmişdi. Baxış protokolu tərtib edilmiş , fotoşəkillər çəkilmiş, yol-nəqliyyat hadisəsi sxemi tərtib edilmişdir. Tərtib olunmuş protokol ucadan oxunduqdan sonra və sxemə baxdıqdan sonra sürücü Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən protokol və sxem imzalanmışdır. İşin 120-121-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş iş üzrə təyin edilmiş əlavə məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6 X11 Balakən rayon MTE və PA şöbəsinin X11 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 01-Ə nömrəli ekspert rəyinin (canlı şəxsin ekspertizası) nəticə hissəsində göstərilmişdir: Vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə, tibbi sənədlərində qeyd edilənlərə, hadisə haqqında olanları nəzərə alaraq, ekspertiza qarşısında qoyulmuş suallara əsasən aşağıdakı nəticəyə gəlinir. Vət. Zərərçəkmiş şəxs bədənində sol baldır sümüklərinin yuxarı 1/3 hissəsinin fraqmentlərinin yerdəyişən və bitişməmiş sınıqları ilə nəticələnmiş qapalı, qəlpəli sınıqları, sol said sümüklərinin qapalı qəlpəli yerdəyişən sınıqları olmuşdur, qərarda göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2022-ci ildə hərəkətdə olan avtomobilin qabarıq hissələrinin dəyməsi təsirindən əmələ gələ bilərdilər, dərəcəsinə görə sol baldır sümüklərinin bitişməmiş sınığı ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmamaqla (45%-nin) daimi itirilməsinə səbəb olduğundan sağlamlığa ağır zərər vurmaya, sol said sümüklərinin qapalı yerdəyişən sınıqları sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilirlər. İşin 60-61-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə yol-nəqliyyat ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 dekabr 2022-ci il tarixli 8/3285 nömrəli ekspert rəyinin tədqiqatın nəticəsi hissəsində göstərilmişdir: İstintaq tərəfindən verilən məlumatlara əsasən:
1. “Opel Astra” markalı, ** KG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.
2. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur.
3. Mövcud metodikanın tələblərinə əsasən piyadalar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və piyadaların hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən piyadanın hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətinə aid deyildir. İşin 42-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş DİNin BDYPİ Şəki RQİ və TBŞ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, 300-384-1222 nömrəli məktubda bildirilmişdir ki, DİN-in BDYPİ Şəki RQİ və TBŞ-də yaradılan mərkəzləşdirilmiş kompüter bazasına əsasən ünvan 1-də qeydiyyatda olan xx.xx.1959-cu il təvəllüdlü Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi almamışdır. İşin 132-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş iş materiallarına əlavə edilmiş DİN-in BDYPİ Şəki RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Opel Astra markalı ** KG *** dövlət qeydiyyat nişanlı minik avtomobili Balakən rayonu Qazma kənd sakini X3 məxsusdur. İşin 133-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, Balakən rayonu Qazma kənd sakini X4 xx.xx.2023-cü il tarixədək, yəni 01 il müddətinə özünə məxsus olan “Opel Astra” markalı ** KG *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə sərəncam verilməsini ünvan 1-də qeydiyyatda olan Təqsirləndirilən şəxs etibar etmişdir. İşin 24-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş “Balakən Rayon Mərkəzi Xəstəxanası” X11 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 316 nömrəli “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan görünür ki, sürücü Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi zamanı ayıq olmuşdur. İşin 51-53-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətilərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,120.2.2, 228.1; 66.3 maddəsi ilə 12 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 01 il 05 ay 14 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. İşin 102-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 17 fevral 2023-cü il tarixli 377 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanda qeydiyyatda olmaqla ünvan 6 103-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 17 fevral 2023-cü il tarixli 378 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanda qeydiyyatda olmaqla ünvan 7sində oğlu və qızı vardır. İşin 104-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB şəhər İƏD üzrə nümayəndəsi tərəfindən 17 fevral 2023-cü il tarixdə verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət cəhətdən xarakterizə olunur, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilmişdir. İşin 106-110-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 10 iyun 2008-ci il tarixli 1(101)-623/2008 nömrəli hökmünü surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 10 iyun 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,120.2.2 və 228.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin 112-117-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Şəki Rayon Məhkəməsinin 15 avqust 2018-ci il tarixli 7(075)-383/2018 nömrəli qərarından görünür ki, həmin qərarla Azərbayxcan respublikası Ədliyyə Nazirliyi Şəki Penitensiar Müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilərək, o cəzadan şərti olaraq 1(bir) il , 05 (beş) ay,14 (on dörd) gün vaxtından əvvəl azad edilmişdir. İşdə olan 09 mart 2023-cü il tarixli arayışdan görünür ki, "Opel Astra" markalı 99 KG- 271 dövlət nişanlı avtomaşın etibarnamə üzrə sahibi Təqsirləndirilən şəxs qaytarılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X11 tərəfindən xx.xx.2023-cü il tarixli T 376/2023 nömrəli ekspert rəyindən görünür ki;1.Vətəndaş Zərərçəkmiş şəxs sol baldır sümüklərinin yuxarı 1/3 hissəsinin fraqmentlərinin yerdəyişən və bitişməmiş sınıqları ilə nəticələnmiş qəlpəli sınıqları,sol said sümüklərinin qapalı,qəlpəli yerdəyişən sınıqları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşya (əşyaların) təsirindən yaranmış, yaranma müddəti qərarda göstərilən xx.xx.2022-ci ilə uyğun gəlir, avtoqəza zamanı əmələ gəlməsi mümkündür, dərəcəsinə görə sol baldır sümüklərinin bitişməmiş sınığı ümumi əmək qabliyyətinin 1/3 hissəsindən az olmamaqla (45 %-nin) daimi itirilməsinə səbəb olduğundan sağlamlığa Ağır zərərvurmaya, sol said sümüklərinin qapalı yerdəyişən sınıqları sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aid edilirlər. 2.Vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərindəki xəsarətlərin hal-hazıradək tam sağalmaması xx.xx.2022-ci il tarixdə baş vermiş yol –nəqliyyat hadisəsi zamanı aldığı sınıqların mürəkkəbliyi və orqanizmin fərdi xususiyyətlərindən asılı olmuşdur. Təqdim edilmiş sənədlərlə vətəndaş Zərərçəkmiş şəxs yıxılması haqqında hər-hansı məlumat aşkar edilmədi. Məhkəmə iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, şahid- Şahid ifadələrini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Hadisənin anidən baş verməsi, onun təqsirinin olmaması barədə Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərdiyi xüsusatlar iş materialları ilə təkzib olunduğundan məhkəmə onun bu ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmağa hesablanmış, özünü müdafiə məqsədi ilə verilmiş ifadə hesab edərək sübut kimi qəbul etmir. Məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu əsasında bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsi olan avtomobili idarə etməklə yol hərəkəti qaydalarını pozub, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına Ağır zərər vurmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozulduqda Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi yaranır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 3-cü bəndində göstərilir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263 və 263-1.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qərarın 4-cü bəndində isə göstərilir ki, CM-nin 263 və 263-1.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinin tərkibi vardır, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxsə törətdiyi əmələ görə ədalətli cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda onun məhkumluğunun olmasını, təqsirli bilindiyi maddənin sanksiyasında yalnız azadlıqdan məhrumetmə cəzasının nəzərdə tutulmasını, onun barəsində CM-nin 62-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmçinin təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququndan müəyyən müddətə məhrum edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzadan azad edilməsi, Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən X8 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş olan polisin nəzarəti altına vermə qətimkan tədbirinin şərtlərinə əməl etdiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN: **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK STREAZ22 hesaba keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə maddi sübut olan "Opel Astra" markalı 99 KG-271 dövlət nömrə nişanlı avtomaşının etibarnamə üzrə sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi1 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx"ASC-in X7 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır . Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-354, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 2(iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2(iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. X8 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlansın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş ) manat Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN: **********; AZ34CTRE ********************,X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK STREAZ22 hesaba keçirilsin. İş üzrə maddi sübut olan "Opel Astra" markalı 99KG-271 dövlət nömrə nişanlı avtomaşının etibarnamə üzrə sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Hökmün icrası təqsirləndirilən şəxs X5 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi1 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X7 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən H.Q.Səlimov