Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-6/2021 09.06.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X9 qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi- Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs-xx.xx.2001-ci il tarixdə Balakən rayonu Mahamalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, Balakən şəhəri H.Əliyev prospekti 63 ünvanında qeydiyyatda olmaqla hazırda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçən və barəsində komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2019-cu ilin dekabr ayının ortalarında tanışları Şahid1 və Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Balakən şəhər sakini Şahid3 yaşadığı evdən gizli yolla qəsdən, qanunsuz olaraq, satış məqsədi ilə əldə etdikləri 501,2 qram və 532,5 qram kimyəvi tərkiblərinə görə fərqlənən, ümumi təmiz çəkisi 1033.7 qram çəkidə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddəni, yəni metal parıltıya malik maddə olan metallik civəni aralarında olan razılaşmaya əsasən saxlanılması və satışının təşkil edilməsi üçün Şahid1 qalmasından ötrü sonuncunun vasitəsilə daşıyıb Şahid1 yaşadığı evə gətirmiş, 3 gün sonra Şahid2 qabaqcadan əlbir olduğu Şahid1 ilə razılaşıb həmin civəni geri, yəni Şahid3 həyətinə atmaq qərarına gəlmiş, bu məqsədlə Şahid1 həmin civəni saxladığı yerdən götürərkən civənin bir hissəsi, yəni 532,5 qramı yerə tökülmüş, təmiz çəkisi 501,2 qram çəkidə metal parıltıya malik maddə olan metallik civəni isə daşıyaraq Şahid3 yaşadığı evin həyətyanı sahəsinə atmış, daha sonra Şahid1 yerə dağılmış civəni qablaşdıraraq götürməsini gizlədərək təmiz çəkisi 501,2 qram civəni Şahid3 həyətinə atması barədə Şahid2 məlumat verdikdən sonra birlikdə qəsdən, qanunsuz olaraq, satış məqsədilə əldə etdikləri civəni Şahid3 yaşadığı həyətə geri atdıqlarını ona da xəbər vermişlər.02.04.2020-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Şahid4 Balakən RPŞ-nin inzibati binasında həmin tarixdə, saat 21 radələrində şübhəli şəxs qismində tutulub, üzərində şəxsi axtarış aparılan zaman Şahid1 götürmüş olduğu 01 ədəd şüşə flakonda təmiz çəkisi 59,4 qram metal parıltıya malik maddə olan metallik civə aşkar edilərək götürülmüş, həmin tədbirin davamı olaraq 03.04.2020-ci il tarixdə, saat 01 radələrində Şahid1 yaşadığı evə və evin həyətyanı sahəsinə öz könüllü razılığı və iştirakı ilə keçirilmiş baxış zamanı yaşadığı evin həyətində yerləşən yaşayış olmayan evin otağındakı divarın alt hissəsindən 01 ədəd şüşə flakonda təmiz çəkisi 48,1 qram metal parıltıya malik maddə olan metallik civə aşkar edilmiş, həmçinin 03.04.2020-ci il tarixdə, saat 02 radələrində Şahid1 Talalar kəndində yaşayan bibisi X1 yaşadığı evə öz könüllü razılığı və iştirakı ilə keçirilmiş baxış zamanı evin otağındakı şkafın arxasından 01 ədəd şüşə flakonda təmiz çəkisi 425 qram metal parıltıya malik maddə olan metallik civə aşkar edilərək götürülmüş, həmin tədbirlərin davamı olaraq 04.04.2020-ci il tarixdə, saat 10 radələrində Şahid3 yaşadığı evə və evin həyətyanı sahəsinə öz könüllü razılığı və iştirakı ilə keçirilmiş baxış zamanı yaşadığı evin arxa tərəfindəki hasarın yanından 01 ədəd şüşə flakonda təmiz çəkisi 501,2 qram metal parıltıya malik maddə olan metallik civə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Balakən rayonu Mahamalar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmamışdır. 10 yanvar 2020-ci il tarixdə isə həqiqi hərbi xidmətə yollanmışdır, hazırda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Füzuli rayon ərazisində yerləşən N saylı hərbi hissəsində qulluq edir. O, Şahid1 və Şahid2 Balakən rayon sakinləri kimi tanıyır. Hərbi xidmətə getməzdən 3-4 ay əvvəl onlarla arasında narazılıq olmuş, onları döymüşdür. O, 2019-cu ilin dekabr ayının ortalarında Şahid1 və Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Balakən şəhər sakini Şahid3 yaşadığı evdən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddəni, yəni metal parıltıya malik maddə olan metallik civəni oğurlamamışdır. Həmin civəni Toğrul və Məhəmmədin oğurlamasından da onun məlumatı olmamışdır. Ümumiyyətlə hər hansı bir cinayət hadisəsi törətməmişdir. Şahid2 və Şahid1 onunla bağlı qeyd etdikləri yalandır. Təxminən 2020-ci ilin may ayında atası Xəlil Yusifovla telefonla danışan zaman atası ona belə bir hadisənin olduğunu və Balakən rayon polis şöbəsinin əməkdaşlarının onunla maraqlandıqlarını bildirmişdir. O, həmin zaman da atasına bildirmişdir ki, belə bir hadisədən xəbəri yoxdur, belə bir hadisə törətməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsə də onun həmin cinayət əməlini törətməsi məhkəmə iclasında şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, 2019-cu ilin dekabr ayının əvvəllərində tanışı olan Balakən şəhər sakini Şahid2 ona Balakən şəhər sakini Nizami adlı şəxsin yaşadığı evdə civə saxladığını, həmin civəni Nizaminin evindən oğurlamaq istədiyini bildirmiş və bu işdə özünə kömək etməsini xahiş etmişdir. İlk öncə Şahid2 dəqiq civə olub-olmadığını hardan bildiyini soruşduqda, o, cavabında Nizaminin yaşadığı evdə olduğu zaman otaqdakı divanı tərpədərkən şüşə qabda nəyinsə yerə düşdüyünü bildirmişdir. Həmin vaxt Şahid2 ev sahibi Şahid3 oğlu Məhəmməd Quliyevdən həmin şüşədəkinin nə olduğunu soruşduqda, Məhəmmədin də həmin şüşədəkinin civə olduğunu bildirdiyini qeyd etmişdir. Bununla da Şahid2 həmin şüşə qabda olanın civə olduğunu bilmişdir. Bundan sonra Şahid2lə Şahid3 yaşadığı evə girərək, həmin şüşə qabda olan civəni oğurlamağa razılaşmışdır. Həmçinin razılaşmışlar ki, həmin civəni oğurlayıb satarlar. Təxminən 5-10 gün sonra, yəni 2019-cu ilin dekabr ayının ortalarında Şahid2 ona Nizaminin yaşadığı evdə olmadığıni, evinə girmək istədiyini və birlikdə gedib, civəni götürmələrini demişdir. Bundan sonra onlar Şahid2lə Balakən şəhəri ərazisində görüşmüş, oğurluğa gedəcəklərini planlaşdırmışlar. Bundan sonra düşünmüşlər ki, oğurluğa gedirlər, ehtimal olsun ki, evin qapısı bağlı olar, ona görə də o, yaşadığı evə gedərək, dəmir alət (mantirovka) götürüb, geri qayıtmışdır. Daha sonra onlar Balakən şəhəri ərazisində yerləşən aptekin qarşısına getmiş və aptekdən 3 ədəd qara rəngli tibbi maska və 3 cüt qara əlcəklər almışlar. Bundan sonra hər ikisi Nizaminin yaşadığı evin qarşısına getmişlər. Həmin zaman axşam saatları olmuş və ətraf da qaranlıq olmuşdur. Sonra maskaları və əlcəkləri taxmışlar. O, Nizaminin evinin qarşısında dayanmış, Məhəmməd Nizaminin yaşadığı evin hasarından keçərək, həyətə daxil olmuşdur. Təxminən 5-6 dəqiqə sonra Məhəmməd əlində şüşə qab geri qayıtmışdır. Əvvəlcədən aralarında olan razılaşmaya əsasən götürüləcək civəni o, saxlamalı və satmalı idi. Daha sonra da əldə olunacaq gəlir hər ikisinin arasında bölünəcəkdi. O, içərisində civə olan həmin şüşə qabı yaşadığı evə apararaq, evin həyətindəki yaşayış olmayan digər evin otağındakı divarın alt hissəsində saxlamışdır. Təxminən 3 gün sonra Balakən şəhərində Şahid2lə birlikdə olduğu zaman ona Nizaminin oğlu Azər Quliyevin yaşadığı evə qayıtdığını bildirmişdir. Elə bu zaman Nizaminin oğlu Azər Məhəmmədə zəng edərək, onu yaşadıqları evə çağırmışdır. Bu zaman Azərin Şahid2 civəyə görə çağırdığını bilmişdir. Buna görə də Məhəmmədlə birlikdə Nizaminin evinə getmişdir. Oraya çatdıqda evdə onlardan başqa Balakən rayon sakinləri Elsəvər və Ramazan adlı şəxslərin də olduğunu görmüşdür. Bir neçə dəqiqə sonra isə Ramazan işi olduğunu deyərək, oradan çıxıb getmişdir. Bundan sonra Azər, Elsəvər və Məhəmmədlə birlikdə yaşadığı evin otağına getmiş, ona isə nə olduğunu bilmədiyini deyərək, göz-qaş etmişdir. Bir müddət həmin şəxslər içəridə qaldıqdan sonra Azər həyətə çıxmışdır. Azərdən nə olduğunu soruşanda, cavabında yaşadığı evdə civə olduğunu, həmin civənin də orada olmasından Şahid2, Elsəvər və Ramazanın məlumatlarının olduğunu bildirmişdir. Həmçinin civənin oğurlanmasında həmin şəxslərdən şübhələndiyini demişdir. Daha sonra Şahid2, Elsəvər, Nizaminin oğlu Azər və o, Balakən şəhəri ərazisində yerləşən «Şeş-Beş» adlı kafeyə getmişlər. Həmin kafedə oturub çay içən zaman civənin kimin oğurlaya biləcəyi barədə söhbət etmişlər. Həmin zaman Şahid2 onu kafenin çölünə çıxararaq, götürdükləri civəni geri aparıb, Nizaminin yaşadığı evə qoymaq lazım olduğunu demişdir. Buna görə də Məhəmmədlə razılaşmış və geri kafeyə qayıdıb, orada olanlara evə gedib, sonra gələcəyini bildirmişdir. Təxminən 10 dəqiqə sonra oradan çıxaraq, yaşadığı evə getmişdir. Yaşadığı evin həyətində yerləşən yaşayış olmayan evin otağında Nizaminin evindən oğurlamış olduqları 01 ədəd şüşə qabda olan civəni götürüb, evdən çıxmaq istəyən zaman giriş hissədə olan daşa ayağı dəyərək, yerə yıxılmışdır. Həmin zaman əlindəki şüşə qab yerə düşmüş və içərisində olan maye, yəni civə yerə tökülməyə başlamışdır. Bu zaman tez şüşənin ağzını tutmuş və ağızlığını bağlamışdır. Həmin şüşədə olan mayenin təxminən yarısına qədəri yerə tökülmüşdür. Yerə tökülən mayeyə heç baxmadan, şüşəni aparıb Nizaminin yaşadığı evin giriş qapısının altından həyətə atmışdır. Daha sonra yenidən kafeyə qayıtmış və orada olanlarla söhbətləmişdir. Həmin gün axşam saatlarında yaşadığı evə qayıtmışdır. Evə gəldiyi zaman həmin civənin töküldüyü yerə baxdıqda, tökülmüş civənin yerdə olduğunu, yəni dağılmadığını görmüşdür. Həmin zaman bir az həyəcanlanmışdır ki, necə oldu ki, dağılmadan bir yerdə qalmışdır. Sonradan bilmişdir ki, civə dağılan maye deyildir. Daha sonra yaşadığı evə gedib, şpris götürüb, geri qayıtmış və həmin civəni şprisə çəkərək, 1 ədəd plastmas qabın içərisinə doldurmuşdur. Həmin plastmas qabı da yaşayış olmayan evin otağında saxlamışdır. Bir gün sonra isə yaşadığı evdən 01 ədəd içərisində ətir olmuş və boş olan şüşə qab götürüb plastmas qabda olan civəni həmin şüşə balona doldurmuş və yenə də yaşayış olmayan evin otağında saxlamışdır. Bir gün sonra həmin şüşəyə doldurmuş olduğu civəni aparıb, Nizaminin yaşadığı evə gizlincə atmaq istəmişdir. Lakin onun yaşadığı küçəyə getdiyi zaman Nizaminin evindən oğlu Azər Quliyevin çıxdığını görmüş, həmin zaman fikrini dəyişmiş və həmin civəni yaşadığı evə aparıb, saxlamaq qərarına gəlmişdir. Şüşədən yerə tökülüb qalmış və 01 ədəd şüşə qaba doldurduğu həmin civəni satacağını fikirləşib, evdə saxlamışdır. Şahid2 civənin yerə tökülən hissəsini özündə saxladığını bildirməmişdir. 2019-cu ilin dekabr ayının sonlarında yaşadığı evin həyətində yaşayış olmayan evin otağına getmiş və özü ilə 01 ədəd elektron tərəzi, 1 ədəd şpris və iki ədəd şüşə qab götürmüşdür. Özü ilə götürdüyü şüşə qabın birini elektron tərəzidə çəkmiş, çəkisi təxminən 5 qram olmuşdur. Daha sonra həmin şüşə qabın içərisinə ilkin olaraq civəni saxladığı şüşə qabdan şprislə götürüb, civəni tökmüşdür. Çəkisi də 70 qram olmuşdur. Sonra ikinci şüşə qaba da civəni şprislə doldurmuş və çəkisi 50 qram olmuşdur. İlk olaraq civəni saxladığı şüşə qabda olanı da çəkmiş, çəkisi təxminən 400 qram olmuşdur. Daha sonra həmin 400 qram gələn şüşə qabda olan civəni Talalar kəndi ərazisində yaşayan bibisi Tamella Səmədovaya məxsus yaşayış evinə aparıb, oradakı otaqda olan şkafın arxasında saxlamışdır. Daha sonra yaşadığı evə gəlmiş, özündə olan iki ədəd şüşə qabda olan civəni əvvəlki yerində, yəni yaşayış olmayan evin otağında divarın alt hissəsində saxlamışdır. Bundan sonra isə həmin civəni satmaq üçün özünə müştəri axtarmağa başlamışdır. Lakin kimə deyəcəyini bilməmişdir. Təxminən 2020-ci ilin mart ayının ortalarında tanışı və dostu olan Balakən rayon sakini Şahid4 bu barədə danışmışdır. Turan ilk öncə onunla razılaşmaq istəməsə də, ondan təkidlə xahiş etdikdə, onunla razılaşmışdır. Turan ona həmin civənin satılmasında kömək edəcəyini bildirmişdir. 02 aprel 2020-ci il tarixdə, saat təxminən 15 radələrində Turana zəng etmiş və onu yaşadığı evin qarşısına çağırmışdır. Bir az keçmiş Turan yaşadığı evin qarşısına gəlmiş və ona həmin civəni verməsini bildirmişdir. O da Turana yaşadığı evin otağında saxladığı iki ədəd şüşədə olan civənin özünün çəkdiyi içərisində 70 qram civə olan bir ədəd şüşəni vermişdir. Digər şüşədə olan civəni isə özündə saxlamışdır. Həmçinin Turana bunun civə olduğunu, qiymətini bilmədiyini, nə qədər olsa olduğunu, amma bahalı maddə olduğunu demişdir. Turan da civənin qiyməti barədə maraqlanacağını və onun satılmasında kömək edəcəyini bildirmişdir. Daha sonra Turan oradan uzaqlaşaraq, getmişdir. Həmin gün, yəni 02 aprel 2020-ci il tarixdə yaşadığı evdə olduğu zaman polis əməkdaşları gəlmiş və ona qanunsuz olaraq civə adlanan maddə saxlamaqda şübhəli olduğunu bildirərək, polis şöbəsinə dəvət etmişlər. Onlara heç bir etiraz etməyərək, polis şöbəsinə gəlmişdir. Polis şöbəsində olduğu zaman ona təqdim edilmiş vəkillərin siyahısından hüquqlarını müdafiə etməsi üçün seçmiş olduğu vəkil Məlahət Emçiyevanın iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah edilmiş, daha sonra üzərində qanunsuz saxlanılan predmet, əşya, vasitə, maddə və sair olub-olmaması soruşulduqda, üzərində hər hansı qanunsuz saxlanılan əşya, predmet və ya maddənin olmadığını bildirmişdir. Həmçinin yaşadığı evdə və rayonun Talalar kəndində yaşayan bibisi Tamella Səmədovaya məxsus evdə civə adlanan maddəni saxladığını və təqdim edəcəyini, bundan başqa 02 aprel 2020-ci il tarixdə tanışı Şahid4 həmin maddədən 1 ədəd şüşə qabda verdiyini də bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərində qanunsuz saxlanılan əşya, predmet və ya maddə aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Bundan sonra müdafiəçinin və digər polis əməkdaşlarının iştirakı ilə yaşadığı evə baxış keçirməyə getmişlər. Baxışa başlanmazdan əvvəl yaşadığı ünvanda qanunsuz saxlanılan əşya və ya predmetin olub-olmaması soruşulduqda, qeyd etdiyi bir ədəd şüşədə olan civəni saxladığını və təqdim edə biləcəyini demişdir. Bundan sonra yaşadığı evin həyətində yerləşən yaşayış olmayan otağın içərisində divarın alt hissəsində saxladığı 01 ədəd şüşə qabda olan civəni təqdim etmişdir. Həmçinin otaqda olan 01 ədəd plastmas qabdakı 01 ədəd qayçını, 01 ədəd şprisi və 01 ədəd elektron tərəzini də təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd şüşə qabda olan civə elektron tərəzidə çəkildikdə, şüşə qabla birlikdə çəkisi 55,84 qram olmuşdur. Aşkar edilmiş 01 ədəd şüşə qabda olan civə 1 ədəd kağız zərfdə qablaşdırılmış və üzərini də imzalarla təsdiq etmişlər. Həmçinin 01 ədəd qayçı, 01 ədəd şpris və 01 ədəd elektron tərəzi də 1 ədəd kağız zərfdə qablaşdırılmış və üzərini də imzalarla təsdiq etmişlər. Bundan sonra yaşadığı evə və evin həyətyanı sahəsinə baxış davam etdirilmiş, baxış zamanı yaşadığı evdə başqa hər hansı qanunsuz saxlanılan əşya, predmet və ya maddə aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş və ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Bundan sonra o, bir daha Talalar kəndində yaşayan bibisi Tamella Səmədovaya məxsus evin otağında da civə saxladığını bildirdikdə, polis əməkdaşları və müdafiəçinin iştirakı ilə Talalar kəndində yaşayan bibisi Tamella Səmədovaya məxsus evin qarşısına getmişlər. Polis əməkdaşları bibisini yaşadığı evin qarşısına çağırmış, bibisi Tamella evin qarşısına gəlmiş və onun qeyd etdiklərini, yəni yaşadığı evdə şüşə qabda civə saxladığını, buna görə də yaşadığı evə baxış keçirməli olduqlarını bildirmişlər. Bibisi Tamella belə bir şeydən məlumatının olmadığını və yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra ona həmin saxlamış olduğu şüşə qabda olan civəni təqdim etmək təklif edilmişdir. O, bibisi Tamella Səmədovaya məxsus evin qonaq otağına gedərək, həmin otaqda olan şkafın arxasında saxlamış olduğu bir ədəd şüşə qabı götürüb, təqdim etmiş və həmin qabın içərisində civə olduğunu bildirmişdir. Bundan sonra təqdim etdiyi həmin şüşə qab elektron tərəzidə çəkilmiş və çəkisi 515,64 qram olmuşdur. Daha sonra həmin civə olan şüşə qab 1 ədəd kağız zərfdə qablaşdırılmış və üzərini də imzalarla təsdiq etmişlər. Bundan sonra bibisi Tamella Səmədovanın yaşadığı evə və evin həyətyanı sahəsinə baxış davam etdirilmiş, baxış zamanı başqa hər hansı qanunsuz saxlanılan əşya, predmet və ya maddə aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş və ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Yaşadığı evdə və bibisi Tamella Səmədovanın yaşadığı evdə saxlamış olduğu 02 ədəd şüşə qabda olan civəni əgər müştəri olarsa, satması üçün saxlamışdır. Şahid4 ondan 01 ədəd şüşə qabda olan civəni götürən zaman ona bir-iki gün qalmaq üçün civəni verməsini demiş, amma müştəri tapıb-tapmaması ilə bağlı heç nə bildirməmişdir. O da müştəri tapıb-tapmadığını ondan soruşmamışdır. Şahid4 ondan 01 ədəd şüşə qabda olan civəni götürən zaman aralarında hər hansı bir razılaşma olmamışdır. Yəni onlar civəni qiymətləndirməmişlər. Həmçinin o, Turanın civəni satıb-satmayacağını da bilməmişdir. Sadəcə olaraq Turan ona həmin civəni verməsini demiş, o da həmin civəni Turana vermişdir. Onun bibisi Tamella Səmədovanın yaşadığı evdə 01 ədəd şüşə qabda olan civəni saxlamasından bibisinin və ya başqa hər hansı bir şəxsin məlumatı olmamışdır. O bibisi Tamella Səmədovanın yaşadığı evə tez-tez gedib-gəlirmiş, ona görə də bibisinin yaşadığı evə gedən zaman fikirləşmişdir ki, aparıb orada saxlasın, çünki özünün ailəsinin bilməsindən qorxmuşdur. Bibisi də yaşlı olduğu üçün orada saxladığını bilməyəcəkdir deyə aparıb orada saxlamışdır. Aşkar edilmiş həmin civəni satmağa müştəri axtarsa da, tapmamışdır. Çünki kimə deyəcəyini bilməmişdir. Bu barədə də sadəcə olaraq Şahid4 demişdir. O, Şahid3 evindən oğurlayaraq əldə etdikləri civəni geri qaytaran zaman dağılan hissəsini şüşə qaba doldurub saxlaması barədə həmin civəni oğurlayan Şahid2 və Qazbinə kəndində yaşayan Məhəmmədə deməmişdir. O, əvvəllər civə və ya ona oxşar başqa bir maddənin satışı ilə məşğul olmamışdır. O, Şahid4 həmin civəni yaşadığı evdə olan gir kimi adlandırdığı idman alətindən əldə etdiyini bildirmişdir. Əvvəllər civə və ya ona oxşar başqa bir maddənin satışı ilə məşğul olmamışdır. Lakin o, internet vasitəsilə maraqlandıqda, civvənin bahalı maddə olduğunu bilmişdir. Buna görə də civəni satmaq fikrinə düşmüşdür. Onlar Şahid4la civəni qiymətləndirməmişlər. Turan civənin qiyməti barədə ondan heç nə soruşmamışdır. Turana vermiş olduğu civənin çəkisini Şahid4 bilməmiş, çəkisi ilə bağlı da ondan heç nə soruşmamış, həmçinin civəni çəkib ölçüsünü bilməklə bağlı da heç nə deməmişdir. O, həmçinin göstərdi ki, bu cinayəti Şahid2lə birlikdə törətmişdir, Təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində iştirak etməmişdir. O, ibtidai istintaq zamanı və özlərinin məhkəmə prosesində həyəcanlı olduğundan Təqsirləndirilən şəxs da onlarla birlikdə cinayətin törədilməsində iştirak etdiyini göstərmişdir. Təqsirləndirilən şəxs onlarla birlikdə oğurluqda iştirak etməsi barədə ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Balakən şəhər sakini X2 ilə uzun müddətdir ki, tanışdır. 2019-cu ilin oktyabr ayından etibarən axşamlar Məhəmməd Quliyevin yaşadığı evə digər tanışları olan Ramazan Hacıyev və Elsevər Doldolovla birlikdə söhbət etmək üçün yığışmışlar. Həmin vaxtlarda Məhəmmədin ailəsi evdə olmamışdır. 2019-cu ilin noyabr ayının ortalarında hazırda xatırlamadığı gün yenə də X4 şəhərində yaşadığı evə getmişdir. Həmin vaxt Elsəvər Doldolov da orada olmuşdur. Bundan sonra Məhəmmədin yaşadığı evin otağında oturub çay içmişlər. Bu zaman Məhəmməd otaqda olan divanı açmış və həmin vaxt divanın altında 1 ədəd şüşə qabın yıxıldığını görmüşdür. O, həmin şüşəni yerdən götürmüş və şüşənin içində gümüşü rəngdə maye olduğunu görmüşdür. Həmin şüşə qab ağır olmuşdur. Məhəmməddən həmin mayenin nə olduğu soruşmuş, Məhəmməd də həmin şüşə qabda olanın nə olduğunu bilmədiyini qeyd etmişdir. Daha sonra onlar şüşəyə baxdıqda, içərisində civəyə oxşar maddə olduğunu bilmişlər. Bir müddət şüşəni o tərəf bu tərəf çevirmiş və şüşədəkinin civə olduğunu və Məhəmməd Quliyevin deməsinə görə bahalı maddə olduğunu bilmişlər. Bundan sonra həmin şüşə qabda olan maddəni geri öz yerinə, yəni divanın altına qoymuşdur. Bir az oturduqdan sonra çıxıb yaşadığı evə gəlmişdir. Bir müddət sonra, yəni 2019-cu ilin dekabr ayının əvvəllərində Balakən şəhər sakini olan dostu Toğrul ilə Balakən şəhər ərazisində görüşmüş və söhbət əsnasında Toğrulun da tanıdığı Balakən şəhər sakini Məhəmməd Quliyevin yaşadığı evin otağında divanın altında 1 ədəd şüşə qabda civə olduğunu, həmçinin bildiyinə görə bahalı maddə olduğunu demişdir. Toğrul da həmin zaman civə adlı maddənin bahalı bir maddə olduğunu, əgər əldə edə bilərlərsə, sata biləcəyini demişdir. Daha sonra onlar həmin civəni Məhəmməd Quliyevin yaşadığı evdən oğurlayıb, əldə etməyi qərarlaşdırmışlar. Həmçinin civəni oradan oğurladıqdan sonra Toğrul satacağını və əldə olunacaq pulu da aralarında böləcəklərini demişdir. 2019-cu ilin dekabr ayının ortalarında Məhəmməd Quliyevin ailəsi ilə birlikdə Bakı şəhərinə getdiklərini bilmişlər. Buna görə də yaşadıqları evdə heç kim olmadığından, civəni Məhəmməd Quliyevin evindən oğurlamaq qərarına gəlmişlər. Daha sonra Toğrulla Balakən şəhər ərazisində görüşmüşlər. Toğrul birdən evin giriş qapısının bağlı olacağını və evin qapısını qırmaq üçün dəmir əşya lazım olacağını fikirləşmişdir. Buna görə də Toğrul yaşadığı evə getmiş və bir neçə dəqiqədən sonra geri qayıtmış, əynindəki gödəkçənin içində dəmir aləti göstərərək, bununla Məhəmməd Quliyevin yaşadığı evinin qapısını sındırmalarını demişdir. Daha sonra isə Toğrul aptekə gedərək, oradan öz hesabına aptekdən 3 cüt qara əlcək və 3 ədəd qara rəngli tibbi maska almışdır. Bundan sonra hər ikisi piyada X4 şəhərində yerləşən evinə getmişlər. Məhəmməd Quliyevin yaşadığı evin qarşısına çatdıqda, evin qarşısında əlcəkləri və maskaları geyinmişlər. Toğrul Nizaminin evinin qarşısında dayanmış, o,isə yaşayış evinin hasarından tullanaraq, içəri daxil olmuşdur. Daha sonra həyətdə yerləşən ikimərtəbəli fərdi yaşayış evinin ikinci mərtəbəsində olan otağın qarşısına getmiş və qapının üzərinə bərkidilmiş kilidlə bağlandığını görmüşdür. Dəmir alətlə evin otağının qapısını qıraraq, açmış və daha sonra otağa daxil olmuşdur. Daha sonra divanın altındakı 1 ədəd şüşə qabda olan civəni götürmüşdür. Bundan sonra həyətə çıxıb, hasardan yola tullanmış və götürdüyü 1 ədəd şüşə qabda olan civəni Toğrula vermişdir. Sonra isə oradan uzaqlaşmışlar. Bundan sonra Toğrulun Balakən şəhərində Əli Ansuxski küçəsində yerləşən evinə gəlmişlər. Toğrul 1 ədəd şüşə qabda olan civəni evdə gizlətmişdir. Lakin harda gizlətdiyini bilməmişdir. Bundan sonra hərə öz evinə getmişdir. Təxminən 3 gün sonra Məhəmməd Quliyevin qardaşı Azər Quliyev ona zəng edərək, təcili yaşadığı evə gəlməyini bildirmişdir. Azər ona zəng edən zaman Toğrul da onun yanında olmuşdur. Daha sonra Toğrulla birlikdə Azər Quliyevin evinə getmişlər. Azər Quliyevin evində Elsevər Doldolov və Ramazan Hacıyevin də olduğunu görmüşdür. Bir müddət sonra Ramazan Hacıyev işi olduğunu bildirərək, oradan uzaqlaşaraq, getmişdir. Azər Toğrulu görüb, ona «sən çöldə gözlə, sən qarışma, burda sənlik bir iş yoxdur» demişdir. Toğrul da otağa daxil olmamışdır. Daha sonra Azər onlara civənin evdə olduğunu, onların bildiyini və kim civəni götürübsə, atası Şahid3 səhər Bakıdan gələnə qədər gətirib, yerinə qoymasını bildirmişdir. Azər onu deyəndə otaqda olanlar, yəni Elsevər və o, Azərə civəni götürmədiklərini bildirmişlər. Bundan sonra Azərin evindən çıxıb, Balakən şəhərində yerləşən "Şeş-beş" adlanan kafeyə gəlmişlər. Kafedə yarım saat oturmuşlar. Kafedə olan zaman o, Toğrulla aşağı həyətə düşmüş və Toğrula civəni aparıb, Məhəmməd Quliyevin evinə geri yerinə qoymasını demişdir. Həmçinin civənin Məhəmmədin evindəki otaqda divanın altında olduğunu da bildirmişdir. Toğrul da ona evə girə bilməyəcəyini demişdir. Bundan sonra Toğrulla yenidən kafeyə qayıtmış və Toğrul təcili evə getməli olduğunu deyərək, oradan çıxıb getmişdir. Bir müddət sonra Toğrul yenidən kafeyə qayıtmış və onu kənara çəkib oğurlamış olduqları 1 ədəd şüşə qabda olan civəni Məhəmməd Quliyevin evinin həyətinin giriş qapısının altına qoyduğunu bildirmişdir. Həmçinin Toğrul ona zəng edərək, 1 ədəd şüşə qabda olan civəni geri aparan zaman yarısının yerə dağıldığını söyləmişdir. Bundan sonra o, Azər və X10 yaşadığı evə getmişlər. Giriş qapısını açan zaman ayağına şüşə qab dəymiş və həmin 1 ədəd şüşə qabda olan civəni götürmüşdür. Həmçinin Azər civəni kiminsə gətirib, bura qoyduğunu demişdir. Bundan sonra o, 1 ədəd şüşə qabda olan civəni götürüb, evə aparmışdır. Evdə isə civəni harada saxladığını bilməmişdir. Həmin şüşə qab tapıldığı üçün onlar oradan uzaqlaşaraq, yaşadıqları evə getmişlər. 04.04.2020-ci il tarixdə Balakən şəhəri, Mübariz İbrahimov küçəsində yerləşən evinə polis əməkdaşları gəlmiş və ona qanunsuz olaraq zəhərli maddə civə saxlamaqda şübhəli olduğunu bildirərək, buna görə onu polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyərək, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. O, həmçinin göstərdi ki, bu cinayəti Şahid1 ilə birlikdə törətmişdir, Təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində iştirak etməmişdir. O, ibtidai istintaq zamanı və özlərinin məhkəmə prosesində həyəcanlı olduğundan Təqsirləndirilən şəxs da onlarla birlikdə cinayətin törədilməsində iştirak etdiyini göstərmişdir. Təqsirləndirilən şəxs onlarla birlikdə oğurluqda iştirak etməsi barədə ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. 2020-ci ilin mart ayının ortalarında tanışı və dostu Balakən şəhər sakini Şahid1 ona yaxınlaşaraq, özündə civə adlanan maddə olduğunu, həmin maddənin bahalı bir maddə olduğunu bildirmiş və həmin maddənin satılmasında ona kömək etməsini xahiş etmişdir. O da Toğrula baxacağını demişdir. Həmin vaxtdan bir müddət keçmiş, Toğrulun dedikləri də yadından çıxmışdır. 02 aprel 2020-ci il tarixdə Balakən şəhəri ərazisində olduğu zaman Toğrul yenidən onunla əlaqə saxlayaraq, görüşmək istədiyini bildirmişdir. Buna görə də o, şəhər ərazisində, yəni Toğrulun yaşadığı evin yaxınlığında Toğrulla görüşmüşdür. Həmin vaxtı Toğrul yenidən ona özündə olan civə adlanan maddənin satılmasında kömək etməsini xahiş etmişdir. Bu zaman Toğrula dediyi maddəni tanımadığını, həmin maddənin kimlərin aldığını bilmədiyini və buna görə də həmin maddəni sata bilməyəcəyini demişdir. Bundan sonra Toğrul ondan təkidlə həmin civəni götürməsini xahiş etdikdə,Toğrulla razılaşmış və Toğrul Balakən şəhəri ərazisində yaşadığı evin qarşısında ona 01 ədəd şüşə qabda civəni vermişdir. Bundan sonra həmin civəni əynindəki şalvarının cibində saxlamışdır. 02 aprel 2020-ci il tarixdə, saat təxminən 20 radələrində polis əməkdaşları ona yaxınlaşaraq, üzərində qanunsuz olaraq zəhərli maddə olan civə saxlamaqda şübhəli olduğunu bildirərək, onu rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində ona təqdim edilmiş vəkillərin siyahısından seçmiş olduğu vəkil Müdafiəçi2 iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmamışdan əvvəl ona hüquq və vəzifələri izah edilmişdir. Daha sonra isə üzərində qanunsuz saxlanılan əşya, predmet və ya maddə olub-olmaması soruşulduqda, əynindəki şalvarın sağ yan cibində saxladığı 01 dədəd şüşədə olan civəni təqdim etmişdir. Həmin civə elektron tərəzidə çəkildikdə, şüşə ilə birlikdə çəkisi 67,24 qram olmuşdur. Daha sonra həmin şüşə bir ədəd ağ zərfdə qablaşdırılmış və həmin zərfin üzərini də digər iştirakçılarla birlikdə imzalamışlar. Daha sonra şəxsi axtarış aparılmasına dair protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Bildirir ki, tanışı və dostu olan Şahid1 təxminən 2020-ci ilin mart ayının ortalarında onunla söhbət əsnasında özündə bahalı maddə olan civə olduğunu, həmin civəni satmaq istədiyini və satılmasında ona kömək etməsini xahiş etmişdir. Həmin vaxt Toğrula civənin nə olduğunu bilmədiyini, buna görə də sata bilməyəcəyini demişdir. Lakin Toğrulun ondan incidiyini və narazı olduğunu görmüşdür. Toğrul uzun müddətdir ki, tanışı olduğundan xətrinə dəymək istəməmiş, ona görə də Toğrula həmin civəni verdiyi təqdirdə baxacağını demişdir. Həmin zaman civənin necə bir şey olması özünə də maraqlı gəlmiş, buna görə də Toğruldan götürmüş və bir müddət özündə saxlamış, sonra da geri qaytarıb, sata bilmədiyini, müştəri tapa bilmədiyini deməyi fikirləşmişdir. Həmin zaman Toğrul ona xəbər edəcəyini və civəni verəcəyini demişdir. 02 aprel 2020-ci il tarixdə Şahid1 onunla əlaqə saxlamış və Balakən şəhəri ərazisində yaşadığı evin yaxınlığına gəlməsini xahiş etmişdir. O da Toğrulun yaşadığı evin yaxınlığına getmişdir. Toğrul yenidən özündə olan civə adlanan maddəni sata bilib-bilməyəcəyini soruşmuşdur. Həmin vaxt Toğrula bir daha civənin nə olduğunu bilmədiyini, bu barədə heç bir məlumatının olmadığını və çalışıb kömək edə biləcəyini demişdir. Həmin gün Toğrul Balakən şəhəri ərazisində, yaşadığı evin qarşısında ona 01 ədəd şüşə qabda civəni vermişdir. O da həmin civəni götürmüş və Toğrulun yanından uzaqlaşaraq, getmişdir. Daha sonra isə Balakən şəhəri ərazisində, heç kimin olmadığı yerdə həmin şüşənin içərisini açıb baxmış və qatı şəkildə maye olduğunu görmüşdür. Bundan sonra civənin necə bir maddə olmasını bilməsə də, təhlükəli maddə olduğunu eşitmişdir. Buna görə civəni çox da özündə saxlamaq istəməmişdir. Lakin bir neçə gün özündə saxlayıb, geri aparıb, Toğrula qaytarıb, müştəri tapmadığına görə də sata bilmədiyini demək istəmişdir. Daha sonra civə olan şüşəni əynindəki şalvarın cibinə qoyub, saxlamışdır. Bir müddət sonra isə polis əməkdaşları ona yaxınlaşaraq, onu polis şöbəsinə dəvət etmişlər. O, həmin civəni satmaq üçün müştəri tapmamışdır. Həmçinin satmaq üçün kiminləsə də razılaşmamışdır. Çünki ümumiyyətlə həmin civəni satmaq fikri olmamışdır. Toğrul tanışı olduğundan və ona israrla təklif elədiyindən, özünə də maraqlı olduğu üçün götürüb, özündə saxlamış, bir neçə gün sonra isə müştəri tapmadığını deyərək, geri qaytarmağı düşünmüşdür. Həmin maddəni tanımasa da, gündəlik istifadə etdikləri termometrdə olduğunu və təhlükəli maddə olduğunu eşitmişdir. Həm də fikirləşmişdir ki, birdən şüşədən dağılsa, nəsə olar, ona görə də geri aparıb, qaytarmaq istəmişdir. Əvvəllər civə və ya başqa zəhərli maddənin satışı ilə məşğul olmamışdır. Ümumiyyətlə civənin zəhərli maddə olduğunu və satıldığını, həmçinin civəni kiminsə də aldığını bilməmişdir. Toğrulun da məhz hansı səbəbə ona deməsini bilmir, Toğrulla bir neçə ildir ki, yaxın münasibəti var. Fikrincə özünə yaxın bildiyi üçün həmin civəyə müştəri taparaq, satmağı təklif etmişdir. Üzərində həmin civəni saxlamağından və Şahid1 civəni götürməsindən başqa kiminsə məlumatı olmamışdır. Civəni Toğruldan götürüb, bir neçə saat sonra polis əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilmişdir. Aşkar edilmiş həmin civəni 02 aprel 2020-ci il tarixdə, saat təxminən 15 radələrində Toğruldan götürmüş və üzərində saxlamışdır. Həmin civə olan şüşəni polis şöbəsində üzərində şəxsi axtarış aparılan zaman təqdim etmişdir. Bundan başqa yaşadığı evdə və ya başqa bir yerdə qanunsuz saxlanılan əşya, predmet və sairə olmamışdır. Toğruldan həmin maddəni, yəni civəni necə əldə etməsini soruşduqda, Toğrul cavabında gir kimi bildiyi idman alətindən əldə etdiyini bildirmişdir. Amma hansı üsulla əldə etdiyi və girin onda hardan olması ilə bağlı ona heç nə deməmişdir. Həmin civənin nə üçün istifadə olunduğunu bilmir. Civənin saxlanmasının qanunsuz və təhlükəli olduğunu da bilməmişdir. Civə üçün nə müştəri axtarmaq, nə də ki, civəni satmaq fikri olmamışdır. Buna görə də Toğrulla hər hansı bir razılaşması da olmamışdır. Həmçinin Toğrul həmin maddənin konkret qiyməti ilə bağlı ona heç nə deməmişdir. Sadəcə olaraq bahalı maddə olduğunu bildirmişdir. O da həmin maddənin qiyməti barədə də maraqlanmamışdır. Həmçinin Toğrulda ona vermiş olduğu civədən başqa civənin olmasını bilməmişdir. Çünki bu barədə ona heç nə deməmişdir. O da Toğruldan bu barədə heç nə soruşmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Balakən RPŞ-nin PPXB-nin polis nəfəri işləyir. 02 aprel 2020-ci il tarixdə Balakən rayonu Qullar kənd sakini Şahid4 üzərində qanunsuz olaraq zəhərli maddə olan civə saxlaması barədə Balakən RPŞ-nə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə Şahid4 tərəfindən rayon polis şöbəsinə dəvət edilmiş və tərəfindən RPŞ-nin rəhbərliyinə raportla müraciət edildikdən sonra Şahid4 şübhəli şəxs qismində tutulub, üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlanmazdan əvvəl Şahid4 üzərində hər hansı güclü təsir edən zəhərli maddəyə oxşar maddənin, hər hansı qanunsuz saxlanılan əşya, predmet, vasitə və ya maddənin olub-olmaması soruşulmuşdur. Həmin vaxtı Şahid4 əynindəki cins şalvarın sağ yan cibindən 1 ədəd şüşə qabda olan civə olaraq adlandırdığı zəhərli maddəyə oxşar maddəni təqdim etmişdir. Həmin şüşə qabın içərisində maye halında olan maddə olmuşdur. Şüşənin baş tərəfi sellofanla bükülərək, bağlanmış vəziyyətdə olmuşdur. Həmin şüşə qab elektron tərəzidə çəkildikdə, çəkisi şüşə qabla birlikdə 67,24 qram olmuşdur. Daha sonra 01 ədəd şüşə qab 01 ədəd ağ rəngli kağız zərfə qoyularaq, möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Həmçinin zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Şahid4 üzərində şəxsi axtarış davam etdirilmişdir. Şəxsi axtarış zamanı Şahid4 üzərində qanunsuz saxlanılan başqa hər hansı əşya, predmet, vasitə və maddə aşkar edilməmişdir. Daha sonra protokol tərtib edilmiş, ucadan oxunmuş, əlavə, şikayət və vəsatət daxil olmadığından, protokolun doğruluğu imzalarla təsdiq etmişlər. Həmçinin Şahid4 üzərindən aşkar edilmiş 1 ədəd şüşə qabda olan civəyə oxşar maddəni Balakən şəhər sakini Şahid1 əldə etdiyini bildirdiyi üçün Şahid1 polis şöbəsinə dəvət edilmişdir. Şahid1 polis şöbəsində şübhəli şəxs qismində tutulub, üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Toğrulun üzərində qanunsuz saxlanılan hər hansı əşya, predmet, vasitə və maddə aşkar edilməmişdir. Daha sonra protokol tərtib edilmiş, ucadan oxunmuş, əlavə, şikayət və vəsatət daxil olmadığından, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Şahid1 yaşadığı evdə və rayonun Talalar kəndi ərazisində bibisinin yaşadığı evdə zəhərli maddə olan civə saxladığını və həmin maddələri təqdim edə biləcəyini qeyd etdiyindən, 03 aprel 2020-ci il tarixdə onun yaşadığı evə baxış keçirilməsi üçün getmişlər. Baxış zamanı Şahid1 yaşadığı evin həyətyanı sahəsində yerləşən yaşayış olmayan təmirsiz evin otağına gedərək, həmin otaqdakı divarın alt hissəsindən 1 ədəd şüşə qabda civə olduğunu qeyd edərək, şüşə qab təqdim etmişdir. Həmçinin otaqda yerləşən taxtanın altından 1 ədəd plastmas qabın içərisində olan 1 ədəd qayçı, 1 ədəd şpris və 1 ədəd elektron tərəzini də təqdim etmişdir. Təqdim etdiyi 1 ədəd şüşə qabda olan civəyə oxşar maddəni satış məqsədi ilə saxladığını, 1 ədəd elektron tərəzini həmin civəyə oxşar maddənin çəkisini müəyyən etmək üçün, 1 ədəd qayçını şprisin baş hissəsini kəsmək üçün, həmçinin 1 ədəd şprisi də civəyə oxşar maddənin qramını ölçmək üçün saxladığını qeyd etmişdir. Bundan sonra Şahid1 təqdim etdiyi 1 ədəd şüşə qabda olan civəyə oxşar maddə elektron tərəzidə çəkildikdə, şüşə ilə birlikdə çəkisi 55,84 qram olmuşdur. Həmin 1 ədəd şüşə ağ rəngli kağız zərfə qoyulub, DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmiş və üzərini də imzalamışlar. Daha sonra Şahid1 təqdim etdiyi 01 ədəd elektron tərəzi, 01 ədəd şpris və 01 ədəd qayçı 1 ədəd ağ zərfə qoyulub, üzəri DİN-nin qarayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmiş və üzərini də imzalarla təsdiq etmişlər. Daha sonra isə Şahid1 yaşadığı evə, evin həyətyanı sahəsinə baxış davam etdirilmişdir. Baxış zamanı qanunsuz saxlanılan başqa hər hansı qanunsuz əşya, predmet, maddə və s. aşkar edilməmişdir. Baxış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş, ucadan oxunduqdan sonra heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Bundan sonra Şahid1 rayonun Talalar kəndində yaşayan bibisi X1 yaşadığı evdə də zəhərli maddə olan metallik civə saxladığını bildirdiyindən, Tamella Səmədovanın yaşadığı evə baxış keçirilməsi üçün getmişlər. Baxış keçirilməmişdən əvvəl Tamella Səmədovaya qohumu olan Şahid1 onun yaşadığı evdə zəhərli maddə olan civəyə oxşar maddəni saxladığını qeyd etdiyini bildirdikdə, Tamella bununla bağlı heç bir məlumatının olmadığını, həmçinin yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Şahid1 bibisi Tamella Səmədovaya məxsus evdə saxlamış olduğu civəyə oxşar maddəni təqdim etməsi təklif edilmişdir. Şahid1 Tamella Səmədovanın yaşadığı fərdi yaşayış evinin otağına gedərək, həmin otaqda yerləşən şkafın arxasından 1 ədəd şüşə qab götürüb, təqdim etmişdir. Həmin şüşə qabın içərisində civə olaraq adlandırdığı maddənin olduğunu bildirmişdir. Daha sonra həmin şüşə qab elektron tərəzidə çəkilmiş, şüşə qabla birlikdə çəkisi 515,64 qram olmuşdur. Bundan sonra həmin 1 ədəd şüşə qab 1 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış və üzəri DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənərək, maddi sübut kimi götürülmüşdür. X7 məxsus evə və evin həyətyanı sahəsinə baxış davam etdirilmiş, baxış zamanı başqa qanunsuz saxlanılan əşya, predmet və ya maddə aşkar edilməmişdir. Baxış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş,ucadan oxunduqdan sonra heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Daha sonra isə Şahid1 Şahid4 vermiş olduğu, yaşadığı evdə və bibisi Tamella Səmədovanın yaşadığı evdə saxladığı civəni Balakən şəhər sakini Şahid2 və Qazbinə kənd sakini Məhəmməd adlı şəxslərlə birlikdə Balakən şəhər sakini Şahid3 yaşadığı evdən oğurladığını bildirdiyindən, 04 aprel 2020-ci il tarixdə Şahid3 yaşadığı evə baxış keçirilməsi üçün getmişlər. Şahid3 yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və yaşadığı evdə civə saxladığını, həmin civəni təqdim edə biləcəyini qeyd etmişdir. Bundan sonra Şahid3 yaşadığı evin arxa tərəfindəki hasarın yanındakı yarpaqları kənara edərək, torpağın üzərindən 1 ədəd şüşə qab təqdim edərək, içərisindəki mayenin civə olduğunu və 1990-cı ildən saxladığını bildirmişdir. Bundan sonra həmin 1 ədəd içərisində zəhərli maddə civəyə oxşar maddə olan şüşə qab elektron tərəzidə çəkilmiş, çəkisi şüşə qabla birlikdə 588,32 qram olmuşdur. Daha sonra həmin qab 1 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, üzəri DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmiş, üzəri də iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şahid3 yaşadığı evə baxış davam etdirilərkən evin 2-ci mərtəbəsindəki stolun üzərindən 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Həmin 1 ədəd elektron tərəzi ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, üzəri DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şahid3 evinə baxış davam etdirilərkən başqa qanunsuz saxlanılan əşya, predmet, vasitə və ya maddə aşkar edilməmişdir. Baxış zamanı protokol tərtib olunmuş, ucadan oxunduqdan sonra heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Bundan sonra Şahid3 polis şöbəsinə dəvət edilib, şübhəli şəxs qismində tutulub, üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Toğrulun üzərində qanunsuz saxlanılan hər hansı əşya, predmet, vasitə və maddə aşkar edilməmişdir. Daha sonra protokol tərtib edilib,ucadan oxunmuş, əlavə, şikayət və vəsatət daxil olmadığından, protokolun doğruluğu imzalarla təsdiq etmişlər. Həmçinin 04 aprel 2020-ci il tarixdə Balakən şəhər sakini Şahid2 polis şöbəsinə dəvət edilib, şübhəli şəxs qismində tutulub, üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Şahid2 üzərində qanunsuz saxlanılan hər hansı əşya, predmet, vasitə və maddə aşkar edilməmişdir. Daha sonra protokol tərtib edilmiş, ucadan oxunmuş, əlavə, şikayət və vəsatət daxil olmadığından protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin əməkdaşı Şahid5 Şahid6 ilə eyni məzmunlu ifadə vermiş və onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. İşin 1-ci cild,80-82-ci vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 03 aprel 2020-ci il tarixli baxış protokolundan görünür ki, Balakən şəhəri, Ə.Ansuxski küçəsi ev 9-da qeydiyyatda olmaqla yaşayan Şahid1 yaşadığı evdə zəhərli maddə olan metallik civə saxlamasında şübhəli olduğundan yaşadığı evə, evin həyətyanı sahəsinə və yardımçı tikililərə öz könüllü razılığı və iştirakı ilə 03 aprel 2020-ci il tarixdə, saat 01:30-dan 02:25-dək olan müddətdə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, baxış ünvan 3 ünvanda yaşayan Şahid1 02.04.2020-ci il tarixdə üzərində zəhərli maddə olan civə saxlamaqda şübhəli olduğundan polis şöbəsinə dəvət edilmişdir. Polis şöbəsində şübhəli şəxs qismində tutulub, müdafiəçi Məlahət Emçiyevanın iştirakı ilə üzərində şəxsi axtarış aparılarkən hər hansı qanunsuz əşya predmet, vasitə aşkar edilməmişdir. Lakin Şahid1 yaşadığı evdə və rayonun Talalar kəndi ərazisində bibisinin yaşadığı evdə zəhərli maddə olan civə saxladığını və həmin maddələri təqdim edə biləcəyini qeyd etdiyindən, onun yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı Şahid1 yaşadığı evin həyətyanı sahəsində yerləşən yaşayış olmayan təmirsiz evin otağına getmiş, divarın alt hissəsindən 1 ədəd şüşə qabda içərisində civə olduğunu qeyd edərək, həmin şüşə qabı təqdim etmişdir. Həmçinin otaqda yerləşən taxtanın altından 1 ədəd plastmas qabın içərisində olan 1 ədəd qayçı, 1 ədəd şpris və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Təqdim etdiyi 1 ədəd şüşə qabda olan civəyə oxşar maddəni satış məqsədi ilə saxladığını, 1 ədəd elektron tərəzini həmin civəyə oxşar maddənin çəkisini müəyyən etmək üçün, 1 ədəd qayçını şprisin baş hissəsini kəsmək üçün, həmçinin 1 ədəd şprisi də civəyə oxşar maddənin qramını ölçmək üçün saxladığını qeyd etmişdir. Bundan sonra Şahid1 təqdim etdiyi 1 ədəd şüşə qabda olan civəyə oxşar maddə elektron tərəzidə çəkildikdə, şüşəylə birlikdə çəkisi 55,84 qram olmuşdur. Həmin 1 ədəd şüşə ağ rəngli kağız zərfə qoyulmuş, DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmiş və üzəri imzalanmışdır. Daha sonra Şahid1 təqdim etdiyi 01 ədəd elektron tərəzi, 01 ədəd şpris və 01 ədəd qayçı 1 ədəd ağ zərfə qoyulmuş, üzəri DİN-nin qarayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmiş və üzəri imzalanmışdır. Daha sonra isə Şahid1 yaşadığı evə, evin həyətyanı sahəsinə baxış davam etdirilmiş, baxış zamanı qanunsuz saxlanılan başqa hər hansı qanunsuz əşya, predmet, maddə və s. aşkar edilməmişdir. Baxış zamanı Sony markalı videokamera ilə qeydə alınmış görüntülər disk formasında protokola əlavə olunmuşdur. Baxış zamanı protokol tərtib olunmuş, ucadan oxunmuş, heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 1-ci cild,84-86-cı vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 03 aprel 2020-ci il tarixli baxış protokolundan görünür ki, Balakən şəhəri, Ə.Ansuxski küçəsi ev 9-da qeydiyyatda olmaqla yaşayan Şahid1 rayonun Talalar kəndində yaşayan bibisi X1 yaşadığı evdə də zəhərli maddə olan metallik civə saxladığını bildirdiyindən, Tamella Səmədovanın yaşadığı evə, evin həyətyanı sahəsinə və yardımçı tikililərə öz könüllü razılığı və iştirakı ilə 03 aprel 2020-ci il tarixdə, saat 02:40-dan 03:30-dək olan müddətdə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, baxış keçirilməmişdən əvvəl Tamella Səmədovaya qohumu olan Şahid1 onun yaşadığı evdə zəhərli maddə olan civəyə oxşar maddəni saxladığını qeyd etdiyini bildirdikdə, Tamella bununla bağlı heç bir məlumatının olmadığını, həmçinin yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Şahid1 bibisi Tamella Səmədovaya məxsus evdə saxlamış olduğu civəyə oxşar maddəni təqdim etməsi təklif edilmişdir. Şahid1 Tamella Səmədovanın yaşadığı fərdi yaşayış evinin otağına gedərək, həmin otaqda yerləşən şkafın arxasından 1 ədəd şüşə qab götürüb təqdim etmişdir. Həmin şüşə qabın içərisində civə olaraq adlandırdığı maddənin olduğunu bildirmişdir. Daha sonra həmin şüşə qab elektron tərəzidə çəkilmiş, şüşə qabla birlikdə çəkisi 515,64 qram olmuşdur. Bundan sonra 1 ədəd həmin 1 ədəd şüşə qab 1 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış və üzəri DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənərək, maddi sübut kimi götürülmüşdür. Bundan X7 məxsus evə və evin həyətyanı sahəsinə baxış davam etdirilmiş, baxış zamanı başqa qanunsuz saxlanılan əşya, predmet və ya maddə aşkar edilməmişdir. Baxış zamanı Sony markalı videokamera ilə qeydə alınmış görüntülər disk formasında protokola əlavə olunmuşdur. Baxış zamanı protokol tərtib olunmuş, ucadan oxunmuş, heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 1-ci cild,104-106-cı vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 04 aprel 2020-ci il tarixli baxış protokolundan görünür ki, Balakən şəhəri, R.Əhmədzadə küçəsi ev 36-da qeydiyyatda olmaqla yaşayan Şahid3 yaşadığı evdə zəhərli maddə olan metallik civə saxlamasında şübhəli olduğundan yaşadığı evə, evin həyətyanı sahəsinə və yardımçı tikililərə öz könüllü razılığı və iştirakı ilə 04 aprel 2020-ci il tarixdə, saat 10:30-dan 11:30-dək olan müddətdə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Balakən şəhər sakini Şahid3 yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxışa başlamazdan əvvəl Şahid3 yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etməmiş və yaşadığı evdə civə saxladığını, həmin civəni təqdim edə biləcəyini qeyd etmişdir. Bundan sonra Şahid3 yaşadığı evin arxa tərəfindəki hasarın yanındakı yarpaqları kənara edərək, torpağın üzərindən 1 ədəd şüşə qab təqdim edərək, içərisindəki mayenin civə olduğunu və 1990-cı ildən saxladığını bildirmişdir. Bundan sonra həmin 1 ədəd içərisində zəhərli maddə civəyə oxşar maddə olan şüşə qab elektron tərəzidə çəkilmiş, şüşə qabla birlikdə içərisində olan mayenin çəkisi 588,32 qram olmuşdur. Daha sonra həmin qab 1 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, üzəri DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmiş, üzəri də iştirakçılar tərəfindən imzalanmışdır. Şahid3 yaşadığı evə baxış davam etdirilərkən evin 2-ci mərtəbəsindəki stolun üzərindən 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Şahid3 həmin tərəzini meşəyə gedərkən öz tüfəngi üçün barıt ölçmək məqsədi ilə saxladığını bildirmişdir. Həmin 1 ədəd elektron tərəzi ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, üzəri DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şahid3 evinə baxış davam etdirilərkən başqa qanunsuz saxlanılan əşya, predmet, vasitə və ya maddə aşkar edilməmişdir. Baxış zamanı Sony markalı videokamera ilə qeydə alınmış görüntülər disk formasında protokola əlavə olunmuşdur. Baxış zamanı protokol tərtib olunmuş, ucadan oxunmuş, heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 1-ci cild 125-128-ci vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası ƏN-nin MEM-dən alınmış 03 aprel 2020-ci il tarixli, 6/367 nömrəli ekspert rəyində göstərilmişdir: Ekspertizaya təqdim olunmuş, üzərində "Vət. Şahid1 təqdim etdiyi..." əl yazısı olan kağız paketdəki 01 ədəd şüşə qabda təmiz çəkisi 425 qram metal parıltıya malik maddə, üzərində "Vət. Şahid4 üzərindən aşkar edilmiş..." əl yazısı olan kağız paketdəki 01 ədəd şüşə flakonda təmiz çəkisi 59.4 qram metal parıltıya malik maddə, üzərində "Vət. Şahid1 yaşadığı evdən götürülmüş...." əl yazısı olan kağız paketdəki 01 ədəd şüşə flakonda təmiz çəkisi 48,1 qram metal parıltıya malik maddə metallik civədir. 03 paketdəki civə maddələri kimyəvi tərkiblərinə görə eynilik təşkil edirlər. Metalik civə Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli Qanunu ilə təsdiq edilmiş "Zəhərli maddələrin siyahısı"na (2 nömrəli əlavə) daxildir. İşin 2-ci cild 3-5-ci vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-dən alınmış 06 aprel 2020-ci il tarixli, 6/367 nömrəli ekspert rəyində göstərilmişdir: Ekspertizaya təqdim olunmuş, üzərində "Vət. Şahid3 yaşadığı evdən aşkar edilərək götürülmüş..." əl yazısı olan kağız paketdəki (№4) 01 ədəd şüşə qabda təmiz çəkisi 501.2 qram metal parıltıya malik maddə metallik civədir. Bu maddə "Vət. Şahid1 təqdim etdiyi..." əl yazısı olan kağız paketdəki (№1) 01 ədəd şüşə qabda təmiz çəkisi 425 qram, üzərində "Vət. Şahid4 üzərindən aşkar edilmiş..." əl yazısı olan kağız paketdəki (№2) 01 ədəd şüşə flakonda təmiz çəkisi 59.4 qram, üzərində "Vət. Şahid1 yaşadığı evdən götürülmüş...." əl yazısı olan kağız paketdəki (№3) 01 ədəd şüşə flakonda təmiz çəkisi 48,1 qram metallik civə maddələrindən kimyəvi tərkibinə görə fərqlidir (əsas: rəyə əlavə olunmuş lazer spektroqramları). İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş “xxxx”MMC tərəfindən 07 aprel 2021-ci il tarixli 7002 nömrəli məktubla məhkəməyə göndərilmiş Təqsirləndirilən şəxs ilə Şahid1 və Şahid2 arasında 01.12.2019-cu ildən 31.12. 2019-cu ildə mövcud olan zənglər və SMS siyahısına , SMS mətnlərinə və əhatə dairəsinə dair CD diskinə baxış keçirilərkən müəyyən edildi ki, Şahid2 özünə məxsus (050)-835-28-55 mobil nömrəsindən Təqsirləndirilən şəxs məxsus (050) ***-**-** mobil nömrəsinə 22 dekabr 2019-cu il tarixdə saat 18:44-də və 18:51-də zəng etmiş,danışmışlar. İşin 2-ci cild 171-ci vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Balakən rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 30.09.2020-ci il tarixli, 2560 nömrəli arayışdan görünür ki, Yusifov X3 şəhəri, H.Əliyev prospekti 63 nömrəli ünvanda qeydiyyatdadır,. İşin 2-ci cild 172-ci vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Balakən rayon İHB-nın şəhər inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. İşin 2-ci cild,168-ci vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 2-ci cild 211-230-cu vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında 16 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Şahid4 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd şüşə flakonda təmiz çəkisi 59.4 qram metallik civə, Şahid1 yaşadığı evdən aşkar edilmiş 1 ədəd şüşə flakonda təmiz çəkisi 48,1 qram metallik civə, Şahid1 bibisi X1 yaşadığı evdən götürülmüş 01 ədəd şüşə qabda təmiz çəkisi 425 qram metallik civə və Şahid3 yaşadığı evdən aşkar edilərək götürülmüş 01 ədəd şüşə qabda təmiz çəkisi 501.2 qram metallik civə, həmçinin Şahid1 yaşadığı evdən aşkar edilərək götürülmüş 1 ədəd qayçı, 1 ədəd şpris və 1 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanılması üçün Balakən RPŞ-nin saxlanc anbarına verilmiş, cinayət işi üzrə Şahid3 yaşadığı evdən aşkar edilərək götürülmüş 01 ədəd elektron tərəzi sübut əhəmiyyəti kəsb etmədiyindən qəbz alınmaqla sahibi Şahid3 qaytarılmışdır. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq satış məqsədilə, Şahid1 və Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddəni -metallik civəni əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 2019-cu ilin dekabr ayının ortalarında onunla və Şahid2 ilə birlikdə Balakən şəhər sakini Şahid3 yaşadığı evdən gizli yolla qəsdən, qanunsuz olaraq, satış məqsədi ilə əldə etdikləri 501,2 qram və 532,5 qram kimyəvi tərkiblərinə görə fərqlənən, ümumi təmiz çəkisi 1033.7 qram çəkidə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddəni, yəni metal parıltıya malik maddə olan metallik civənin oğurlanmasında iştirak etməməsi, ibtidai istintaq zamanı və özlərinə aid cinayət işinə baxılarkən məhkəmə prosesində həyəcanlı olduğundan düzgün olmayaraq Təqsirləndirilən şəxs da onlarla birlikdə cinayətin törədilməsində iştirak etdiyini göstərməsi barədə Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi işin faktiki hallarına uyğun olmadığı, eləcə də mötəbər, biri-digərini tamamlayan sübutlarla, o cümlədən istintaq hərəkətlərinin protokolları və digər sübutlarla təkzib olunduğu üçün məhkəmə bu ifadəni Təqsirləndirilən şəxs müdafiə etməyə hesablanmış ifadə hesab edərək sübut kimi qəbul etmir. Belə ki, Şahid1 məhkəmə baxışında verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində, Təqsirləndirilən şəxsla üzləşdirilməsi zamanı , özü və Şahid2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsi ilə cinayət işinə baxılarkən göstərmişdir ki, 2019-cu ilin dekabr ayının əvvəllərində tanışı olan Balakən şəhər sakini Şahid2 ona Balakən şəhər sakini Nizami adlı şəxsin yaşadığı evdə civə saxladığını, həmin civəni Nizaminin evindən oğurlamaq istədiyini bildirmiş və bu işdə özünə kömək etməsini xahiş etmişdir. İlk öncə Şahid2 dəqiq civə olub-olmadığını hardan bildiyini soruşduqda, o, cavabında Nizaminin yaşadığı evdə olduğu zaman otaqdakı divanı tərpədərkən şüşə qabda nəyinsə yerə düşdüyünü bildirmişdir. Həmin vaxt Şahid2 ev sahibi Şahid3 oğlu Məhəmməd Quliyevdən həmin şüşədəkinin nə olduğunu soruşduqda, Məhəmmədin də həmin şüşədəkinin civə olduğunu bildirdiyini qeyd etmişdir. Bununla da Şahid2 həmin şüşə qabda olanın civə olduğunu bilmişdir. Bundan sonra Şahid2lə Şahid3 yaşadığı evə girərək, həmin şüşə qabda olan civəni oğurlamağa razılaşmışdır. Həmçinin razılaşmışlar ki, həmin civəni oğurlayıb satarlar. Təxminən 5-10 gün sonra, yəni 2019-cu ilin dekabr ayının ortalarında Şahid2 ona Nizaminin yaşadığı evdə olmadığıni, evinə girmək istədiyini və birlikdə gedib, civəni götürmələrini demişdir. Bundan sonra onlar Şahid2lə Balakən şəhəri ərazisində görüşmüş, oğurluğa gedəcəklərini planlaşdırmış və ikisinin az olduğunu, bir nəfər də götürmək lazım olduğunu düşünmüşlər. Daha sonra o, Balakən rayonu Qazbinə kənd sakini Məhəmməd adlı şəxsə zəng etmiş və Balakən şəhəri ərazisinə çağırmışdır. Balakən şəhəri ərazisində görüşmüşlər. Bu zaman Şahid2lə Qazbinə kənd sakini Məhəmmədə Balakən şəhər sakini Şahid3 yaşadığı evdə civə olduğunu və oğurlamaq istədiklərini, daha sonra isə həmin civəni sataraq, əldə olunmuş pulu hər üçünün arasında böləcəklərini bildirmişlər. Məhəmməd də onlarla razılaşmışdır. Bundan sonra düşünmüşlər ki, oğurluğa gedirlər, ehtimal olsun ki, evin qapısı bağlı olar, ona görə də o, yaşadığı evə gedərək, dəmir alət (mantirovka) götürüb, geri qayıtmış və Qazbinə kənd sakini Məhəmmədə vermişdir ki, oğurluqda lazım olarsa, istifadə etmək üçün saxlasın. Daha sonra onlar Balakən şəhəri ərazisində yerləşən aptekin qarşısına getmiş və aptekdən 3 ədəd qara rəngli tibbi maska və 3 cüt qara əlcəklər almışlar. Bundan sonra hər üçü Nizaminin yaşadığı evin qarşısına getmişlər. Həmin zaman axşam saatları olmuş və ətraf da qaranlıq olmuşdur. Sonra maskaları və əlcəkləri taxmışlar. O, Nizaminin yaşadığı evin qarşısında dayanmış, Şahid2 və Qazbinə kənd sakini Məhəmməd isə Nizaminin yaşadığı evin hasarından keçərək, həyətə daxil olmuşlar. Təxminən 5-6 dəqiqə sonra da geri qayıtmışlar. Həmçinin geri qayıtdıqdan sonra evin otağının giriş qapısı kilidli olduğundan, dəmir alətlə açaraq, evə daxil olduqlarını bildirmişlər. Əvvəlcədən aralarında olan razılaşmaya əsasən götürüləcək civəni o, saxlamalı və satmalı idi. Daha sonra da əldə olunacaq gəlir hər üçünün arasında bölünəcəkdi. Buna görə də Şahid2 ona 1 ədəd şüşə qabda olan civəni vermişdir. O, həmin şüşə qaba baxanda içərisində maye olduğunu və mayenin çəkisinin ağır olduğunu bilmişdir. Bundan sonra həmin şüşə qabı yaşadığı evə apararaq, evin həyətindəki yaşayış olmayan digər evin otağındakı divarın alt hissəsində saxlamışdır. Təxminən 3 gün sonra Balakən şəhərində Şahid2lə birlikdə olduğu zaman ona Nizaminin oğlu Azər Quliyevin yaşadığı evə qayıtdığını bildirmişdir. Elə bu zaman Nizaminin oğlu Azər Məhəmmədə zəng edərək, onu yaşadıqları evə çağırmışdır. Bu zaman Azərin Şahid2 civəyə görə çağırdığını bilmişdir. Buna görə də Məhəmmədlə birlikdə Nizaminin evinə getmişdir. Oraya çatdıqda evdə onalardan başqa Balakən rayon sakinləri Elsəvər və Ramazan adlı şəxslərin də olduğunu görmüşdür. Bir neçə dəqiqə sonra isə Ramazan işi olduğunu deyərək, oradan çıxıb getmişdir. Bundan sonra Azər, Elsəvər və Məhəmmədlə birlikdə yaşadığı evin otağına getmiş, ona isə nə olduğunu bilmədiyini deyərək, göz-qaş etmişdir. Bir müddət həmin şəxslər içəridə qaldıqdan sonra Azər həyətə çıxmışdır. Azərdən nə olduğunu soruşanda, cavabında yaşadığı evdə civə olduğunu, həmin civənin də orada olmasından Şahid2, Elsəvər və Ramazanın məlumatlarının olduğunu bildirmişdir. Həmçinin civənin oğurlanmasında həmin şəxslərdən şübhələndiyini demişdir. Daha sonra Şahid2, Elsəvər, Nizaminin oğlu Azər və o, Balakən şəhəri ərazisində yerləşən «Şeş-Beş» adlı kafeyə getmişlər. Həmin kafedə oturub çay içən zaman civənin kimin oğurlaya biləcəyi barədə söhbət etmişlər. Həmin zaman Şahid2 onu kafenin çölünə çıxararaq, götürdükləri civəni geri aparıb, Nizaminin yaşadığı evə qoymaq lazım olduğunu demişdir. Buna görə də Məhəmmədlə razılaşmış və geri kafeyə qayıdıb, orada olanlara evə gedib, sonra gələciyini bildirmişdir. Təxminən 10 dəqiqə sonra oradan çıxaraq, yaşadığı evə getmişdir. Yaşadığı evin həyətində yerləşən yaşayış olmayan evin otağında Nizaminin evindən oğurlamış olduqları 01 ədəd şüşə qabda olan civəni götürüb, evdən çıxmaq istəyən zaman giriş hissədə olan daşa ayağı dəyərək, yerə yıxılmışdır. Həmin zaman əlindəki şüşə qab yerə düşmüş və içərisində olan maye, yəni civə yerə tökülməyə başlamışdır. Bu zaman tez şüşənin ağzını tutmuş və ağızlığını bağlamışdır. Həmin şüşədə olan mayenin təxminən yarısına qədəri yerə tökülmüşdür. Yerə tökülən mayeyə heç baxmadan, şüşəni aparıb Nizaminin yaşadığı evin giriş qapısının altından həyətə atmışdır. Daha sonra yenidən kafeyə qayıtmış və orada olanlarla söhbətləmişdir. Həmin gün axşam saatlarında yaşadığı evə qayıtmışdır. Evə gəldiyi zaman həmin civənin töküldüyü yerə baxdıqda, tökülmüş civənin yerdə olduğunu, yəni dağılmadığını görmüşdür. Həmin zaman bir az həyəcanlanmışdır ki, necə oldu ki, dağılmadan bir yerdə qalmışdır. Sonradan bilmişdir ki, civə dağılan maye deyildir. Daha sonra yaşadığı evə gedib, şpris götürüb, geri qayıtmış və həmin civəni şprisə çəkərək, 1 ədəd plastmas qabın içərisinə doldurmuşdur. Həmin plastmas qabı da yaşayış olmayan evin otağında saxlamışdır. Bir gün sonra isə yaşadığı evdən 01 ədəd içərisində ətir olmuş və boş olan şüşə qab götürüb plastmas qabda olan civəni həmin şüşə balona doldurmuş və yenə də yaşayış olmayan evin otağında saxlamışdır. Bir gün sonra həmin şüşəyə doldurmuş olduğu civəni aparıb, Nizaminin yaşadığı evə gizlincə atmaq istəmişdir. Lakin onun yaşadığı küçəyə getdiyi zaman Nizaminin evindən oğlu Azər Quliyevin çıxdığını görmüş, həmin zaman fikrini dəyişmiş və həmin civəni yaşadığı evə aparıb, saxlamaq qərarına gəlmişdir. Şüşədən yerə tökülüb qalmış və 01 ədəd şüşə qaba doldurduğu həmin civəni satacağını fikirləşib, evdə saxlamışdır. Civəni aparıb Şahid3 yaşadığı evə atdıqdan sonrakı gün Qazbinə kənd sakini Məhəmmədə zəng edərək, bu barədə bildirmişdir. Hətta onu Balakən şəhəri ərazisinə çağırmış və Heydər bağı adlanan parkda görüşmüşlər. Şahid2lə ona civəni geri qaytardıqlarını bildirmişlər. Həmin zaman da Məhəmməd buna heyfslənmişdir. Bundan sonra isə nə Şahid2, nə də ki, Qazbinə kənd sakini Məhəmmədə civənin yerə tökülən hissəsini özündə saxladığını bildirməmişdir. Şahid1 yalnız məhkum olunduqdan və cəzaçəkmə müəssisəsinə göndərildikdən sonra ifadəsini dəyişərək cinayət törətdikləri zaman Təqsirləndirilən şəxs iştirak etmədiyini göstərmişdir. Şahid1 ibtidai istintaq zamanı və barəsində cinayət işinə baxılarkən ifadələr verərkən həyəcanlı olduğundan düzgün ifadə verməməsi barədə göstərdiyi xüsusat da həqiqətəuyğun deyildir. Belə ki, şəxsin bir ildən artıq müddətdə həyəcanlı vəziyyətdə olması mümkün deyildir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadələri işin hallarına uyğun və daha inandırıcı olduğuna, eləcə də mötəbər, biri-digərini tamamlayan sübutlarla təsdiq olunduğuna görə məhkəmə onun həmin ifadələrini sübut kimi qəbul edir,hazırkı məhkəmə iclasında verdiyi ifadəsini isə sübut kimi qəbul etmir. Təqsirləndirilən şəxs 2019-cu ilin dekabr ayının ortalarında onunla və Şahid1 ilə birlikdə Balakən şəhər sakini Şahid3 yaşadığı evdən gizli yolla qəsdən, qanunsuz olaraq, satış məqsədi ilə əldə etdikləri 501,2 qram və 532,5 qram kimyəvi tərkiblərinə görə fərqlənən, ümumi təmiz çəkisi 1033.7 qram çəkidə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddəni, yəni metal parıltıya malik maddə olan metallik civənin oğurlanmasında iştirak etməməsi, ibtidai istintaq zamanı və özlərinə aid cinayət işinə baxılarkən həyəcanlı olduğundan düzgün olmayaraq Təqsirləndirilən şəxs da onlarla birlikdə cinayətin törədilməsində iştirak etdiyini göstərməsi barədə Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi işin faktiki hallarına uyğun olmadığı, eləcə də mötəbər, biri-digərini tamamlayan sübutlarla, o cümlədən istintaq hərəkətlərinin protokolları və digər sübutlarla təkzib olunduğu üçün məhkəmə bu ifadəni Təqsirləndirilən şəxs müdafiə etməyə hesablanmış ifadə hesab edərək sübut kimi qəbul etmir. Belə ki, Şahid2 məhkəmə baxışında verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində, Təqsirləndirilən şəxsla üzləşdirilməsi zamanı, özü və Şahid1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsi ilə cinayət işinə baxılarkən göstərmişdir ki, 2019-cu ilin oktyabr ayından etibarən axşamlar Məhəmməd Quliyevin yaşadığı evə digər tanışları olan Ramazan Hacıyev və Elsevər Doldolovla birlikdə söhbət etmək üçün yığışmışlar. Həmin vaxtlarda Məhəmmədin ailəsi evdə olmamışdır. 2019-cu ilin noyabr ayının ortalarında hazırda xatırlamadığı gün yenə də X4 şəhərində yaşadığı evə getmişdir. Həmin vaxt Elsəvər Doldolov da orada olmuşdur. Bundan sonra Məhəmmədin yaşadığı evin otağında oturub çay içmişlər. Bu zaman Məhəmməd otaqda olan divanı açmış və həmin vaxt divanın altında 1 ədəd şüşə qabın yıxıldığını görmüşdür. O, həmin şüşəni yerdən götürmüş və şüşənin içində gümüşü rəngdə maye olduğunu görmüşdür. Həmin şüşə qab ağır olmuşdur. Məhəmməddən həmin mayenin nə olduğu soruşmuş, Məhəmməd də həmin şüşə qabda olanın nə olduğunu bilmədiyini qeyd etmişdir. Daha sonra onlar şüşəyə baxdıqda, içərisində civəyə oxşar maddə olduğunu bilmişlər. Bir müddət şüşəni o tərəf bu tərəf çevirmiş və şüşədəkinin civə olduğunu və Məhəmməd Quliyevin deməsinə görə bahalı maddə olduğunu bilmişlər. Bundan sonra həmin şüşə qabda olan maddəni geri öz yerinə, yəni divanın altına qoymuşdur. Bir az oturduqdan sonra çıxıb yaşadığı evə gəlmişdir. Bir müddət sonra, yəni 2019-cu ilin dekabr ayının əvvəllərində Balakən şəhər sakini olan dostu Toğrul ilə Balakən şəhər ərazisində görüşmüş və söhbət əsnasında Toğrulun da tanıdığı Balakən şəhər sakini Məhəmməd Quliyevin yaşadığı evin otağında divanın altında 1 ədəd şüşə qabda civə olduğunu, həmçinin bildiyinə görə bahalı maddə olduğunu demişdir. Toğrul da həmin zaman civə adlı maddənin bahalı bir maddə olduğunu, əgər əldə edə bilərlərsə, sata biləcəyini demişdir. Daha sonra onlar həmin civəni Məhəmməd Quliyevin yaşadığı evdən oğurlayıb, əldə etməyi qərarlaşdırmışlar. Həmçinin civəni oradan oğurladıqdan sonra Toğrul satacağını və əldə olunacaq pulu da aralarında böləcəklərini demişdir. 2019-cu ilin dekabr ayının ortalarında Məhəmməd Quliyevin ailəsi ilə birlikdə Bakı şəhərinə getdiklərini bilmişlər. Buna görə də yaşadıqları evdə heç kim olmadığından, civəni Məhəmməd Quliyevin evindən oğurlamaq qərarına gəlmişlər. Daha sonra Toğrulla Balakən şəhər ərazisində görüşmüşlər. Həmin vaxtı Toğruldan civəni oğurlamaq üçün ikisinin az olub-olmayacağını soruşmuş, Toğrul cavabında az olacağını demişdir. Buna görə də bir nəfər də özləri ilə götürmək qərarına gəlmişlər. Bundan sonra Toğrul Balakən rayonu Qazbinə kəndində yaşayan dostu Məhəmmədi də çağıracağını demişdir. X11 zəng edib, çağırmışdır. Bundan sonra həmin gün təxminən saat 21 radələrində Məhəmmədlə Balakən şəhər ərazisində görüşmüşlər. Həmin vaxt Toğrul Qazbinə kəndində yaşayan Məhəmmədə tanışı Məhəmməd Quliyevin evində civə olduğunu və həmin civəni oğurlamaq lazım olduğunu demişdir. Həmçinin Toğrul həmin civəni baha qiymətə satacağını və əldə olunmuş pulu öz aralarında böləcəklərini bildirmişdir. Məhəmməd isə civəni oğurlamaq üçün onlarla razılaşmışdır. Həmçinin Toğrul birdən evin giriş qapısının bağlı olacağını və evin qapısını qırmaq üçün dəmir əşya lazım olacağını fikirləşmişdir. Buna görə də Toğrul yaşadığı evə getmiş və bir neçə dəqiqədən sonra geri qayıtmış, əynindəki gödəkçənin içində dəmir aləti göstərərək, bununla Məhəmməd Quliyevin yaşadığı evinin qapısını sındırmalarını demişdir. Toğrul dəmir aləti Məhəmmədə vermişdir. Daha sonra isə Toğrul aptekə gedərək, oradan öz hesabına aptekdən 3 cüt qara əlcək və 3 ədəd qara rəngli tibbi maska almışdır. Bundan sonra hər üçü piyada X4 şəhərində yerləşən evinə getmişlər. Məhəmməd Quliyevin yaşadığı evin qarşısına çatdıqda, Toğrul evin qarşısında dayanıb, gəlib-gedənin olub-olmadığına nəzarət edəcəyini, onların isə evə daxil olub, civəni oğurlamalarını bildirmişdir. Bundan sonra evin qarşısında əlcəkləri və maskaları geyinmişlər. O və Məhəmməd yaşayış evinin hasarından tullanaraq, içəri daxil olmuşlar. Daha sonra həyətdə yerləşən ikimərtəbəli fərdi yaşayış evinin ikinci mərtəbəsində olan otağın qarşısına getmiş və qapının üzərinə bərkidilmiş kilidlə bağlandığını görmüşlər. Məhəmməd dəmir alətlə evin otağının qapısını qıraraq, açmış və daha sonra otağa daxil olmuşlar. Daha sonra o, divanın altındakı 1 ədəd şüşə qabda olan civəni götürmüşdür. Bundan sonra həyətə çıxıb, hasardan yola tullanmış və götürdüyü 1 ədəd şüşə qabda olan civəni Toğrula vermişdir. Sonra isə oradan uzaqlaşmışlar. Bundan sonra Toğrulun Balakən şəhərində Əli Ansuxski küçəsində yerləşən evinə gəlmişlər. Toğrul 1 ədəd şüşə qabda olan civəni evdə gizlətmişdir. Lakin harda gizlətdiyini bilməmişlər, çünki onlar yolda dayanmışlar. Bundan sonra onlar oradan dağılışmış və hərə öz evinə getmişdir. Təxminən 3 gün sonra Məhəmməd Quliyevin qardaşı Azər Quliyev ona zəng edərək, təcili yaşadığı evə gəlməyini bildirmişdir. Azər ona zəng edən zaman Toğrul da onun yanında olmuşdur. Daha sonra Toğrulla birlikdə Azər Quliyevin evinə getmişlər. Azər Quliyevin evində Elsevər Doldolov və Ramazan Hacıyevin də olduğunu görmüşdür. Bir müddət sonra Ramazan Hacıyev işi olduğunu bildirərək, oradan uzaqlaşaraq, getmişdir. Azər Toğrulu görüb, ona «sən çöldə gözlə, sən qarışma, burda sənlik bir iş yoxdur» demişdir. Toğrul da otağa daxil olmamışdır. Daha sonra Azər onlara civənin evdə olduğunu, onların bildiyini və kim civəni götürübsə, atası Şahid3 səhər Bakıdan gələnə qədər gətirib, yerinə qoymasını bildirmişdir. Azər onu deyəndə otaqda olanlar, yəni Elsevər və o, Azərə civəni götürmədiklərini bildirmişlər. Bundan sonra Azərin evindən çıxıb, Balakən şəhərində yerləşən "Şeş-beş" adlanan kafeyə gəlmişlər. Kafedə yarım saat oturmuşlar. Kafedə olan zaman o, Toğrulla aşağı həyətə düşmüş və Toğrula civəni aparıb, Məhəmməd Quliyevin evinə geri yerinə qoymasını demişdir. Həmçinin civənin Məhəmmədin evindəki otaqda divanın altında olduğunu da bildirmişdir. Toğrul da ona evə girə bilməyəcəyini demişdir. Bundan sonra Toğrulla yenidən kafeyə qayıtmış və Toğrul təcili evə getməli olduğunu deyərək, oradan çıxıb getmişdir. Bir müddət sonra Toğrul yenidən kafeyə qayıtmış və onu kənara çəkib oğurlamış olduqları 1 ədəd şüşə qabda olan civəni Məhəmməd Quliyevin evinin həyətinin giriş qapısının altına qoyduğunu bildirmişdir. Həmçinin Toğrul ona zəng edərək, 1 ədəd şüşə qabda olan civəni geri aparan zaman yarısının yerə dağıldığını söyləmişdir. Bundan sonra o, Azər və X10 yaşadığı evə getmişlər. Giriş qapısını açan zaman ayağına şüşə qab dəymiş və həmin 1 ədəd şüşə qabda olan civəni götürmüşdür. Həmçinin Azər civəni kiminsə gətirib, bura qoyduğunu demişdir. Bundan sonra o, 1 ədəd şüşə qabda olan civəni götürüb, evə aparmışdır. Evdə isə civəni harada saxladığını bilməmişdir. Həmin şüşə qab tapıldığı üçün onlar oradan uzaqlaşaraq, yaşadıqları evə getmişlər. Bundan sonra, yəni sonrakı gün Toğrul və onunla birlikdə Məhəmməd Quliyevin evindən 1 ədəd şüşə qabda olan civəni oğurlayan Qazbinədə yaşayan Məhəmmədlə əlaqə saxlamış və Məhəmmədə 1 ədəd şüşə qabda oğurladıqları civəni geri yerinə qoyduqlarını və civənin yarısının dağıldığını bildirmişlər. Həmçinin onlar Məhəmmədlə Balakən şəhəri ərazisində yerləşən Heydər bağı adlanan parkda görüşmüş və olanları bir daha Məhəmmədə bildirmişlər. Məhəmməd də bunu eşitdikdən sonra təəssüflənmişdir. Şahid2 yalnız məhkum olunduqdan və cəzaçəkmə müəssisəsinə göndərildikdən sonra ifadəsini dəyişərək cinayət törətdikləri zaman Təqsirləndirilən şəxs iştirak etmədiyini göstərmişdir. Şahid2 ibtidai istintaq zamanı və barəsində cinayət işinə baxılarkən ifadələr verərkən həyəcanlı olduğundan düzgün ifadə verməməsi barədə göstərdiyi xüsusat da həqiqətəuyğun deyildir. Belə ki, şəxsin bir ildən artıq müddətdə həyəcanlı vəziyyətdə olması mümkün deyildir. Şahid2 yalnız məhkum olunduqdan və cəzaçəkmə müəssisəsinə göndərildikdən sonra ifadələrini dəyişmişlər. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadələri işin hallarına uyğun və daha inandırıcı olduğuna, eləcə də mötəbər, biri-digərini tamamlayan sübutlarla təsdiq olunduğuna görə məhkəmə onun həmin ifadələrini sübut kimi qəbul edir, hazırkı məhkəmə iclasında verdiyi ifadəsini isə sübut kimi qəbul etmir. Təqsirləndirilən şəxs 2019-cu ilin dekabr ayının ortalarında Şahid2 və Şahid1 ilə birlikdə Balakən şəhər sakini Şahid3 yaşadığı evdən gizli yolla qəsdən, qanunsuz olaraq, satış məqsədi ilə 501,2 qram və 532,5 qram kimyəvi tərkiblərinə görə fərqlənən, ümumi təmiz çəkisi 1033.7 qram çəkidə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddəni, yəni metal parıltıya malik maddə olan metallik civənin oğurlanmasında iştirak etməməsi ifadəsi işin faktiki hallarına uyğun olmadığı, eləcə də mötəbər, biri-digərini tamamlayan sübutlarla, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və digər sübutlarla təkzib olunduğu üçün məhkəmə onun bu ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmağa hesablanmış ifadə hesab edərək sübut kimi qəbul etmir. Belə ki, həmin cinayət işi üzrə digər təqsirləndirilən şəxslər Şahid2 və Şahid1 ibtidai istintaq zamanı verdikləri ifadələrində, onunla üzləşmələrində göstərmişlər ki, həmin cinayət əməlini onunla birlikdə törətmişlər. Şahid2 və Şahid1 yalnız məhkum olunduqdan və cəzaçəkmə müəssisəsinə göndərildikdən sonra ifadələrini dəyişmişlər. Bundan başqa həmin şəxslərin ifadələrindən də görünür ki, hadisə törətməmişdən əvvəl onlar aptekdən üç tibbi əlcək və maska almışlar. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının çıxışını dinləyib, işdə olan ekspertiza rəylərini və digər sənədləri bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir,əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41 -ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, İkinci Qarabağ müharibəsi dövründə Fizuli rayonu ərazisində müddətli hərbi xidmətdə olmaqla dövlət sərhəd xidmətində xidmət etməsini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda onun təqsirli bilindiyi maddənin sanksiyasında yalnız azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutulmasını, barəsində CM-in 62-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. İş üzrə 219.80 (iki yüz on doqquz manat səksən qəpik) manat ekspertiza xərcinin Balakən Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli hökmünə əsasən məhkumlar Şahid1 və Şahid2 tutulmasının müəyyən edilməsi nəzərə alınmalıdır. Balakən Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli hökmü ilə, iş üzrə maddi sübut kimi Balakən Rayon Polis Şöbəsində saxlanılan Şahid4 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd şüşə flakonda təmiz çəkisi 59.4 qram metallik civə, Şahid1 yaşadığı evdən aşkar edilmiş 1 ədəd şüşə flakonda təmiz çəkisi 48,1 qram metallik civə, Şahid1 bibisi X1 yaşadığı evdən götürülmüş 01 ədəd şüşə qabda təmiz çəkisi 425 qram metallik civə və Şahid3 yaşadığı evdən aşkar edilərək götürülmüş 01 ədəd şüşə qabda təmiz çəkisi 501.2 qram metallik civənin dövlət nəfinə müsadirə edilməsinin, Şahid1 yaşadığı evdən aşkar edilərək götürülmüş 1 ədəd şpris və 1 ədəd elektron tərəzinin məhv edilməsinin müəyyən edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Yusifov Məhəmməd Xəlil oğlunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 2(iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 09 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o məhkəmə iclas zalında həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. İş üzrə 219.80 (iki yüz on doqquz manat səksən qəpik) manat ekspertiza xərcinin Balakən Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli hökmünə əsasən məhkumlar Şahid1 və Şahid2 tutulmasının müəyyən edilməsi nəzərə alınsın. Balakən Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli hökmü ilə, iş üzrə maddi sübut kimi Balakən Rayon Polis Şöbəsində saxlanılan Şahid4 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd şüşə flakonda təmiz çəkisi 59.4 qram metallik civə, Şahid1 yaşadığı evdən aşkar edilmiş 1 ədəd şüşə flakonda təmiz çəkisi 48,1 qram metallik civə, Şahid1 bibisi X1 yaşadığı evdən götürülmüş 01 ədəd şüşə qabda təmiz çəkisi 425 qram metallik civə və Şahid3 yaşadığı evdən aşkar edilərək götürülmüş 01 ədəd şüşə qabda təmiz çəkisi 501.2 qram metallik civənin dövlət nəfinə müsadirə edilməsinin, Şahid1 yaşadığı evdən aşkar edilərək götürülmüş 1 ədəd şpris və 1 ədəd elektron tərəzinin məhv edilməsinin müəyyən edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-6/2021
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-6/2021
09.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver