Məhkəmə qərarları › İş №1(019)-6/2022

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-6/2022

01.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-6/2022 01.02.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, X1 oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, müdafiəçilər- Balakən rayon Vəkil Bürosunun vəkilləri-X7 və Müdafiəçi2 və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə xx.xx.1990-ci il tarixdə Balakən rayonu Poştbinə kəndində anadan olmuş,Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilməmiş, Balakən rayonu Qullar kəndində qeydiyyatda olan və həmin kənddə daimi yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs1 Azərbaycan Resrublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrilə və xx.xx.1990-cı il tarixdə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.1-ci madddəsilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, narkotik vasitəni və psixotrop maddəni əldə etmə, daşıma və saxlama, eləcə də qəsdən, qanunsuz olaraq, vahid satış məqsədi və tamah niyyəti ilə narkotik vasitəni və psixotrop maddəni əldə etmə, daşıma, saxlama və satma cinayət əməllərini törətmişdir. Belə ki, o, qəsdən, qanunsuz olaraq, satış məqsədi olmadan, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi 02 ədəd gümüşü ağ rəngli-kağız bükümlərdə ayrı ayrılıqda təmiz çəkiləri 0,154 qram və 0,304 qram, ümumi təmiz çəkisi 0,458 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 02 ədəd gümüşü ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,234 qram və 0,103 qram, ümumi təmiz çəkiləri 0,337 qram olan Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil edilən metamfetamini öz şəxsi istifadəsi üçün əynindəki qara rəngli cins şalvarın sağ yan cibində daşıyaraq üzərində saxlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 qəsdən, qanunsuz olaraq, vahid satış məqsədi və tamah niyyəti ilə istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi bir ədəd gümüşü ağ rəngli-kağız bükümdə təmiz çəkisi 0,357 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd gümüşü ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,344 qram Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan metamfetamini qəsdən, qanunsuz olaraq, vahid satış məqsədi və tamah niyyəti ilə əldə edib, üzərində saxlayıb, daşıyaraq, 27 aprel 2021-ci il tarixdə saat 16 radələrində Balakən bazarının arxasında, Balakən şəhəri, Səttar Gözəlov küçəsində həmin təmiz çəkisi 0,357 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 10 manat müqabilində, həmin təmiz çəkisi 0,344 qram Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan metamfetamini isə 25 manat müqabilində tanışı Təqsirləndirilən şəxs2 satmışdır. 27 aprel 2021-ci il tarixdə Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutularaq saat 18:35-dən 19:05-dək üzərində Balakən RPŞdə şəxsi axtarış aparılarkən onun Təqsirləndirilən şəxs1 öz şəxsi istifadəsi üçün 10 manata aldığı və üzərində daşıyaraq saxladığı 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə 0,357 qram olan narkotik vasitə hesab edilən kustar üsulla hazırlanmış heroin və 25 manata aldığı 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə 0,344 qram olan Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan metamfetamin əynindəki göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüş, həmçinin həmin tarixdə Təqsirləndirilən şəxs1 Siracuddiniviç şübhəli şəxs qismində tutularaq saat 21:00-dən 21:35-dək onun üzərində Balakən RPŞ-də şəxsi axtarış aparılarkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibində onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, əldə edib, daşıyaraq, öz istifadəsi məqsədi ilə üzərində saxladığı, həmin 02 ədəd gümüşü ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,154 qram və 0,304 qram, ümumi təmiz çəkiləri 0,458 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 02 ədəd gümüşü ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,234 qram və 0,103 qram ümumi təmiz çəkiləri 0,337 qram olan Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil edilən metamfetamin, yəni Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş heroin və metamfetamin ilə tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 oğlu qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, narkotik vasitəni və psixotrop maddəni əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, 27 aprel 2021-ci il tarixdə saat 16 radələrində tanışı Balakən rayonu Qullar kənd sakini Təqsirləndirilən şəxs1 Balakən bazarının arxasında, Balakən şəhəri, Səttar Gözəlov küçəsində, satış məqsədi olmadan, qəsdən, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,357 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 10 manata, həmçinin təmiz 0,344 qram psixotrop maddə Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan metamfetamini 25 manata alıb əldə etməklə öz istifadəsi məqsədi ilə üzərində daşıyaraq saxlamışdır. 27 aprel 2021-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutularaq saat 18:35-dən 19:05-dək üzərində Balakən RPŞ-də şəxsi axtarış aparılarkən onun Təqsirləndirilən şəxs1 öz şəxsi istifadəsi üçün 10 manata aldığı və üzərində daşıyaraq saxladığı 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə 0,357 qram olan narkotik vasitə hesab edilən kustar üsulla hazırlanmış heroin və 25 manata aldığı 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə 0,344 qram olan Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan metamfetamin əynindəki göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə isə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, atasını həkimə aparan vaxt Təqsirləndirilən şəxs2lə görüşmüş, onunla birlikdə oturub çay içmişdir. Sonra polislər gəlib evlərini dağıtmışlar. Nə axtardıqlarını soruşduqda, cavabında narkotik axtardıqlarını bildirmişlər. O da üstündə olan narkotiki çıxarıb polislərə vermişdir. Sonra ona polis şöbəsində işgəncə vermişlər. Hazırki şahidlərin siyahısında onu tutan və döyənlər yoxdur. Onu döyən polis əməkdaşları Anar, Amil və adını bilmədiyi bir yaşlı polis əməkdaşı olmuşdur. Polis əməkdaşları tərəfindən o, onların istədiyi ifadəni vermədiyi təqdirdə atasının da şöbəyə gətiriləcəyi bildirilmişdir. Onun üstündə iki bükümdə bir az heroin və bir az metamfetamin, yəni bir dəfə istifadə ediləcək qədər narkotik vasitə və psixotrop maddə olmuşdur. Onu əvəlcə əməliyyatçıların otağına aparmış, sonra isə təhqiqatçının yanına aparmışlar. Üstünə dörd büküm qoymuş və onun etirazlarına əhəmiyyət vermədən polislər onu döymüş və istədikləri ifadəni verməyə məcbur etmişlər. Çəkilişə qədər iki saat işgəncə vermişlər. Həkim gəlmiş və bir iynə vurub getmişdir. Həkim onu soyundurmamışdır. Həkim ondan sağlamlığından şikayətinin olub-olmamasını soruşmuş, o da şikayətinin olmadığını bildirmişdir. O, MSY-də dəmir qırığı ilə öz-özünə xəsarət yetirmişdir. Zaqatala rayon sakini Elvar Qənbərovdan narkotik vasitə heroin və psxiotrop maddə metamfetamin almamışdır. Elvarla 27 aprel 2021-ci il tarixdə Balakən şəhərində Balakən bazarının arxasında toyuq bazarının yaxınlğında Səttar Gözəlov küçəsində görüşmüşdür. Elvara Samsung markalı mobil telefonunu 150 manata satmışdır. Elvar isə həmin mobil telefona görə ona 110 manat vermiş, lakin 40 manat Elvarın ona borcu qalmışdır.O, həmin borcu 27 aprel tarixdə Elvardan istəmişdir. Elvar isə Balakən Rayon Məhkəməsində olduğunu və gəldiyi zaman onunla görüşərək pulu verəcəyini bildirmişdir. Həmin vaxt o, Azərlə birlikdə olmuşdur. Azərlə çay içmək üçün görüşmüşdür. Həmçinin Azərlə görüşdüyü zaman çay içərkən Elvara zəng etmişdir.Sonra Azərlə ayağa qalxıb və çay evindən uzaqlaşıb siqaret çəkmişlər. Elvarla mobil telefon vasitəsi ilə danışdığı zaman ona Balakən bazarının arxasında gözlədiyini bildirmişdir.Bir müddətdən sonra Elvar onun mobil telefonuna zəng edərək, Balakən şəhərində olan Balakən bazarının arxasına gəlmişdir. Həmin yer Balakən bazarının arxası, toyuq bazarının yanı, Səttar Gözəlov küçəsi olmuşdur. Həmin vaxt saatı tam olaraq xatırlamır. Saat təxminən 16 radələri olmuşdur. Elvar gəldiyi zaman yanında Nurlan Alqayev də olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs2 də onun yanında olmuşdur. Elvar 40 manat məbləğində pulu Azərin və Nurlanın yanında ona vermişdir. Elvar ona narkotik vasitə heroin və psixotrop maddə metamfetamin satmamışdır. Həmçinin o, Təqsirləndirilən şəxs2 narkotik vasitə heroin və psixotrop maddə metamfetamin satmamışdır. Polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində o, Azərə heroin və metamfetamin satması barədə ifadə vermişdir. Sonrakı ifadələrdə özünü narkotik vasitə heroin və psixtrop maddə metamfetamininin satışı ilə bağlı təqsirli bilməmişdir.Təqsirləndirilən şəxs2 üzərində aşkar edilmiş narkotik vasitə heroinin və psxotrop maddə metamfetaminin onunla heç bir əlaqəsi yoxdur. Azərin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini haradan əldə etməsi barədə heç bir söz deyə bilməz. Haradan əldə etdiyini bilmir. Bundan xəbəri belə olmamışdır. Narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə etmişdir. İbtidai araşdırmanın əvvəlki mərhələsində səhv ifadə vermişdir. Həmçinin polis şöbəsində polisdən qorxduğu və döyüldüğü üçün belə ifadə vermişdir. Tutulduğundan 15 gün əvvəl 12 aprel tarixində Bakı şəhərinə iş axtarmaq üçün getmişdir. Özünə iş axtarmış, lakin iş tapa bilməmişdir.Həmin gün geri qayıdarkən Bakı avtovagzalında tanımadığı şəxs ona yaxınlaşaraq ondan siqaret istəmiş o, həmin şəxsə siqaret vermişdir.Siqaretini yandırıb onunla bir az söhbət etdikdən sonra özündə narkotik vasitə heroin olduğunu və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin şəxsdən narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satıb-satmadığını soruşduqda həmin şəxs satdığını bildirmişdir.O da həmin şəxsə üzərində olan 150 manat puldan 50 manat vermiş həmin şəxs ona 25 manatlıq heroin və 25 manatlıq metamfetamin verməsini xahiş etmişdir.Həmin şəxs metamfetamin və heroin vermiş və 50 manatlıq olduğunu bildirmişdir. Həmin şəxsi tanımır.Tanımadığı həmin şəxs nakotik vasitə heroini və psixotrop maddə metamfetamini ona satdıqdan sonra oradan uzaqlaşmışdır.Həmin gün o, Balakən rayonuna qayıtmış və narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin bir hissəsini istifadə etmişdir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilir, CM-nin 234.2-ci maddəsi ilə isə özünü təqsirli bilmir. Atası ağır xəstədir. Ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə bəraət verilməsini xahiş edir. İbtidai araşdırmanın əvvəlki mərhələsində isə Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, narkotik vasitədən vaxtaşırı 1 ilə yaxındır ki, istifadə edir. 27 aprel 2021-ci il tarixdə saat 16 radələrində əvvəllər tanıdığı Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 ilə Balakən şəhərində yerləşən bazarın arxa küçəsində görüşmüşlər. Azərlə söhbət etdikləri zaman Azər ondan öz şəxsi istifadəsi üçün narkotik vasitə “kokos” müvafiq ekspertizanın rəyindən sonra isə adı ona məlum olan heroin və psixotrop maddə metamfetamin istəmişdir. O, Azərə bir az gözləməli olacağını, Zaqatala şəhər sakini, əvvəldən tanıdığı Elvar adlı şəxsə müraciət edəcəyini, Elvarın 50 manat qarşılığında narkotik vasitə “kokos”, yəni heroin və psixotrop maddə metamfetamini gətirəcəyini bildirmişdir. Yəni o, istifadəsində olan mobil telefonla əvvəldən tanıdığı Zaqatala rayon sakini Elvar Qənbərova zəng etmiş, Elvar da təxminən 15 dəqiqəyə gələcəyini bildirmişdir. Təxminən 15-20 dəqiqədən sonra Elvar Qənbərov tanımadığı taksi avtomaşını ilə gəlmiş, həmin vaxt o, Elvara 50 manat pul vermiş, Elvar da ona əvəzində psixotrop maddə metamfetamin və narkotik vasitə heroin vermişdir. Yəni Elvar ona 25 manatlıq narkotik vasitə “kokos” və 25 manat dəyərində psixotrop maddə metamfetamini satmışdır. O da Elvara ümumilikdə 50 manat pul vermişdir. Elvar çıxıb getdikdən sonra o, Təqsirləndirilən şəxs2 Elvarın ona satdığı narkotikdən və psixotrop maddədən 10 manat dəyərində narkotik vasitə “kokos” və 25 manat dəyərində psixotrop maddə metamfetamini istifadə etməsi üçün satmışdır. Təqsirləndirilən şəxs2 ümumilikdə 35 manat pul almışdır. Həmin vaxt onların yanında başqa heç kim olmamışdır. Daha sonra isə o, çıxıb evə getmişdir. 27.04.2021-ci il tarixdə polis əməkdaşları Balakən şəhər ərazisində ona yaxınlaşaraq, üzərində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə saxlamağında şübhəli olduğundan onu Balakən RPŞ-yə gətirmişlər. Polis şöbəsində onu şübhəli şəxs kimi tutmuş, vəkillər siyahısından seçmiş olduğu vəkil X5 və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı o, əynindəki qara rəngli cins şalvarın sağ yan cibində saxladığı 2 ədəd kağız bükümdəki narkotik vasitə heroini və 2 ədəd kağız bükümdəki psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Həmçinin o, şalvarının sağ cibində saxladığı 2 ədəd 1 manatlıq pul əskinaslarından narkotik vasitə və psixotrop maddə qəbul etmək üçün hazırladığı borucuqları da polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra onun təqdim etdiyi 2 ədəd gümüşü ağ rəngli kağız bükümlərdə saxladığı narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş və kağızla birlikdə ümumi çəkiləri 0.77 qram təşkil etmişdir. Həmin kağız bükümlər ağ rəngli zərfə qoyulub möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Daha sonra da 2 ədəd gümüşü ağ rəngli kağız bükümlərdə saxladığı psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmiş və üzərindəki kağızla birlikdə bükümlərin ümumi çəkisi 0.45 qram təşkil etmişdir. Həmin kağız bükümlər də ağ rəngli zərfə qoyulmuş, möhürlənib maddi sübut kimi götürülmüşdür. Daha sonra da təqdim etdiyi 2 ədəd 1 manatlıq pul əskinaslarından narkotik vasitə və psixotrop maddə qəbul etmək üçün hazırladığı borucuqlar da 1 ədəd kağız zərfə qoyularaq möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Onun üzərindən başqa qanunsuz heç bir əşya, vasitə aşkar edilməmişdir. Ekspert rəyi ilə tanış olduqdan sonra isə ona məlum olmuşdur ki, üzərindən aşkar edilmiş 2 ədəd kağız bükümlərdəki narkotik vasitə heroinin ümumi təmiz çəkiləri 0,458 qram, digər 2 ədəd kağız bükümdə saxladığı psixotrop maddə metamfetaminin ümumi təmiz çəkiləri isə 0,337 qramdır. Həmçinin ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2a satdığı narkotik vasitə heroinin təmiz çəkisi 0,357 qram, psixotrop maddə metamfetaminin çəkisi isə 0,344 qramdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Təqsirləndirilən şəxs1 anasının rəhmətə getdiyi üçüncü gün olmuş, həmin gün onu yolda polislər bazarda saxlayıb maşina otuzdurmuşlar. Sonradan onu şöbəyə aparıb işgəncə verməyə başlamışlar. Bir bükümü ona təhqiqatçının yanında vermiş və bunu cibinə qoymasını demişlər. Onun əlini arxadan bağlamış və ona demişlər ki, Maqomeddən izahat götürmüşlər, Maqomed satıb, o da almışdır. Həmin vaxt Maqomed ilə üzləşdirməsini xahiş etmiş, lakin onları üzləşdirməmişlər. Onda heç bir narkotik olmayıb. Narkotiki ona polis əməkdaşı Şahid1 verib. Onu polis şöbəsində 48 saat saxlamışlar. Oradan çıxdıqdan sonra Zaqatalaya gedib müayinə olunmuşdur. Zaqatala Rayon Mərkəzi Xəstəxanasında xəsarətlərin evdə yıxılması nəticəsində aldığını bildirmişdir. Onun Maqomedə qarşı ifadə verməyinin səbəbi polis əməkdaşlarının qona işgəncə verməsidir. Polis əməkdaşları ona təzyiq ediblər ki, onu kiloqramla satışla yükləyərlər. Maqomedə qarşı izahatı kimə verdiyini xatırlamır. O, izahat verən vaxt orada 7-8 nəfər olmuşdur. Polis şöbəsində həkim gəlmiş və ona baxmış, lakin onu soyundurmamışdır. Həmçinin həkim ondan sağlamlığından şikayətinin olub-olmamasını soruşmuş, o da şikayətinin olmadığını bildirmişdir. O, Balakən rayonu Qullar kənd sakini Təqsirləndirilən şəxs1 narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin almamışdır. Ona bəraət verilməsini xahiş edir. İbtidai istintaqın ilkin mərhələsində verdiyi ifadəsində isə Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, göstərmişdir ki, təxminən 1 ilə yaxındır ki, narkotik vasitədən istifadə edir. 27.04.2021-ci il tarixdə saat 16 radələrində əvvəllər tanıdığı Balakən rayonu Qullar kənd sakini Təqsirləndirilən şəxs1lə Balakən şəhərində yerləşən bazarın arxa küçəsində görüşmüşlər. Həmin vaxt o, Maqomeddən şəxsi istifadəsi üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istəmişdir. Maqomed də ondan narkotik vasitə “kokosu” vermək üçün 10 manat, psixotrop maddə metamfetamini vermək qarşılığında isə 25 manat olmaqla ümumilikdə 35 manat pul istəmişdir. O da Maqomedə 35 manat pul verərək 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə narkotik vasitə “heroini və 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə psixotrop maddə metamfetamin almış və həmin 2 ədəd bükümü şəxsi istifadəsi üçün üzərində saxlamışdır. 27.04.2021-ci il tarixdə polis əməkdaşları Balakən şəhər ərazisində ona yaxınlaşaraq üzərində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli olduğundan onu Balakən RPŞ-yə dəvət etmişlər. Polis şöbəsində onu şübhəli şəxs kimi tutmuş və vəkillər siyahısından seçmiş olduğu vəkil Müdafiəçi2 və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı o, əynindəki göy rəngli cins şalvarın sol yan cibində saxladığı 1 ədəd kağız bükümdəki narkotik vasitə heroini və 1 ədəd kağız bükümdəki psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra onun təqdim etdiyi 1 ədəd gümüşü ağ rəngli kağız bükümdə saxladığı narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş və kağızla birlikdə ümumi çəkisi 0.57 qram təşkil etmişdir. Həmin kağız büküm ağ rəngli zərfə qoyulub möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Daha sonra isə 1 ədəd gümüşü ağ rəngli kağız bükümdə saxladığı psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmiş və üzərindəki kağızla birlikdə ümumi çəkisi 0.45 qram təşkil etmişdir. Həmin kağız büküm də ağ rəngli zərfə qoyulub möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Onun üzərindən başqa qanunsuz heç bir əşya, vasitə aşkar edilməmişdir. Ekspert rəyi ilə tanış olandan sonra isə üzərindən aşkar edilmiş 1 ədəd kağız bükümdəki narkotik vasitə heroinin təmiz çəkisi 0,357 qram, digər kağız bükümdə saxladığı psixotrop maddə metamfetaminin təmiz çəkisi isə 0,344 qram olduğu ona məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdir ki, Balakən RPŞ-nin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 27 aprel 2021-ci il tarixdə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə və yaxud psixotrop maddə saxlamaqda şübhəli olduğundan Balakən RPŞ-yə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs2 təhqiqatçı Natiq Muradov tərəfindən şübhəli şəxs qismində tutulmuş və təqdim edilmiş vəkillər siyasından seçmiş olduğu Müdafiəçi2 iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində (bundan sonra Azərbaycan Respublikası CPM) nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Daha sonra şəxsi axtarış zamanı təhqiqatçı Natiq Muradov tərəfindən Təqsirləndirilən şəxs2 üzərində hər hansı narkotik vasitə, psixotrop maddə, yaxud qadağan edilmiş əşya olub- olmaması barədə sual verilmiş, əgər vardırsa təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 02 ədəd gümüşü ağ rəngli kağız büküm çıxarıb təqdim edərək, həmin bükümlərin içərisində narkotik vasitə kokos və psixotrop maddə metamfetamin olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını, iki ildir ki, narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Həmçinin həmin bükümlərdən birinin içərisində olan narkotik vasitə kokosu 10 manata, digər bükümdə olan psixotrop maddə olan metamfetamini isə 25 manata aldığını, ümumilikdə hər iki bükümə 35 manat pul verdiyini, həmin bükümləri isə tanışı, Balakən rayonu Qullar kənd sakini Təqsirləndirilən şəxs1 27 aprel 2021-ci il tarixdə saat 16 radələrində Balakən şəhərində yerləşən bazarın arxa küçəsində aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir ədəd gümüşü ağ rəngli kağız bükümdəki narkotik vasitə heroinə oxşar maddə üzərindəki kağızla birlikdə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 0,57 qram təşkil etmişdir. Digər gümüşü ağ rəngli kağız bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə də elektron tərəzidə çəkilmiş, kağızla birlikdə ümümi çəkisi 0,45 qram təşkil etmişdir. Bundan sonra isə hər iki kağız büküm ayrı-ayrılıqda üzəri möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Təqsirləndirilən şəxs2 üzərində aşkar edilmiş 01 ədəd Samsung markalı mobil telefon və Prima markalı içərisində tütün olan qutu isə alışqanla birlikdə Təqsirləndirilən şəxs2 geri qaytarılmışdır. Şəxsi axtarış Balakən RPŞ-nin kriminalistik tədqiqatlar qrupunun baş inspektor kriminalisti Sadiq Vəzirov tərəfindən “Sony” markalı videokamera vasitəsi ilə qeydə alınmışdır. Həmçinin şəxsi axtarış zamanı protokol tərtib olunmuş və doğruluğu imzalarla təsdiq olunmuşdur. X8 istintaqa təqdim edilməsi və ifadəsinin alınması üçün bir sıra əməliyyat tədbirləri keçirilmiş, lakin Elvarın olduğu yeri müəyyən etmək mümkün olmamışdır. O, Təqsirləndirilən şəxs2 heç bir narkotik vasitə və psixotrop maddə verməmişdir. Narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin Azərin üstündən çıxmışdır və bunu şahid ifadələri və sair sübutlar, o cümlədən videogörüntülər təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Balakən RPŞ-nin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 27 aprel 2021ci il tarixdə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə və yaxud psixotrop maddə saxlamaqda şübhəli olduğundan Balakən RPŞ-yə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs2 təhqiqatçı Natiq Muradov tərəfindən şübhəli şəxs qismində tutulmuş və təqdim edilmiş vəkillər siyasından seçmiş olduğu Müdafiəçi2 iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Daha sonra şəxsi axtarış zamanı təhqiqatçı Natiq Muradov tərəfindən Təqsirləndirilən şəxs2 üzərində hər hansı narkotik vasitə, psixotrop maddə, yaxud qadağan edilmiş əşya olub olmaması barədə sual verilmiş, əgər vardırsa təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 02 ədəd gümüşü ağ rəngli kağız büküm çıxarıb təqdim edərək, həmin bükümlərin içərisində narkotik vasitə kokos və psixotrop maddə metamfetamin olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını, iki ildir ki, narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Həmçinin həmin bükümlərdən birinin içərisində olan narkotik vasitə kokosu 10 manata, digər bükümdə olan psixotrop maddə olan metamfetamini isə 25 manata aldığını, ümumilikdə hər iki bükümə 35 manat pul verdiyini, həmin bükümləri isə tanışı Balakən rayonu Qullar kənd sakini Təqsirləndirilən şəxs1 27 aprel 2021-ci il tarixdə saat 16 radələrində Balakən şəhərində yerləşən bazarın arxa küçəsində aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir ədəd gümüşü ağ rəngli kağız bükümdəki narkotik vasitə heroinə oxşar maddə üzərindəki kağızla birlikdə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 0,57 qram təşkil etmişdir. Digər gümüşü ağ rəngli kağız bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə də elektron tərəzidə çəkilmiş, kağızla birlikdə ümümi çəkisi 0,45 qram təşkil etmişdir. Bundan sonra isə hər iki kağız büküm ayrıayrılıqda üzəri möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Təqsirləndirilən şəxs2 üzərində aşkar edilmiş 01 ədəd Samsung markalı mobil telefon və Prima markalı içərisində tütün olan qutu isə alışqanla birlikdə Təqsirləndirilən şəxs2 geri qaytarılmışdır. Şəxsi axtarış Balakən RPŞ-nin kriminalistik tədqiqatlar qrupunun baş inspektor kriminalisti Sadiq Vəzirov tərəfindən “Sony” markalı videokamera vasitəsi ilə qeydə alınmışdır. Həmçinin şəxsi axtarış zamanı protokol tərtib olunmuş və doğruluğu imzalarla təsdiq olunmuşdur. 27 aprel 2021-ci il tarixdə Balakən rayonu Qullar kənd sakini Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 narkotik vasitə heroin və psixotrop maddə metamfetamin satmaqda, həmçinin üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli olduğundan Balakən RPŞ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduqdan sonra vəkillər siyahısından seçdiyi vəkil X5 iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CPM-də nəzərdə tutulan hüquq və vəzifələri izah olunmuşdur. Sonra isə təhqiqatçı Natiq Muradov tərəfindən Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə, psixotrop maddə, yaxud qadağan edilmiş əşya olub-olmaması barədə sual verilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd 1 manatlıq pul əskinaslarından narkotik vasitə və psixotrop maddə qəbul etmək üçün düzəltdiyi borucuqları və 04 ədəd gümüşü ağ rəngli kağız bükümləri çıxararaq, təqdim etmişdir. Həmin bükümlərdən 02 ədədinin içərisində narkotik vasitə kokos, digər 02 ədədində isə psixotrop maddə metamfetamin olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını, az-az istifadə etmək üçün narkotik vasitə psixotrop maddə olan bükümləri hissələrə böldüyünü və üzərində saxladığı bildirmişdir. Həmçinin həmin narkotik vasitə və psixotrop maddələri Zaqatala şəhər sakini Elvar adlı şəxsdən 50 manata aldığını, bir hissəsini isə tanışı Təqsirləndirilən şəxs2 35 manata sataraq, qalan narkotik vasitə və psixotrop maddələri şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmçinin də Təqsirləndirilən şəxs1 təxminən iki ildir ki, narkotik vasitələrdən istifadə etdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi iki ədəd içərisində narkotik vasitə heroinə oxşar maddə olan kağız bükümlər elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 0,77 qram gəlmişdir. Digər iki ədəd içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olan bükümlər də elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 0,45 qram təşkil etmişdir. Daha sonra aşkar edilmiş 04 ədəd büküm bir ədəd ağ rəngli kağız zərfə qoyularaq üzəri möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 manatlıq pul əskinasından hazırlanmış narkotik vasitə, psixotrop maddə qəbul etmək üçün nəzərdə tutulmuş borucuqlar da bir ədəd kağız zərfə qoyularaq, üzəri möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 23 manat pul isə özünə geri qaytarımışldır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən başqa qanunsuz əşya və vasitə aşkar edilməmişdir. Şəxsi axtarış Balakən RPŞ-nin kriminalistik tədqiqatlar qrupunun baş inspektor kriminalisti Sadiq Vəzirov tərəfindən “Sony” markalı videokamera vasitəsi ilə qeydə alınmışdır. Şəxsi axtarış zamanı protokol tərtib olunmuş, doğruluğu imzalarla təsdiq olunmuşdur. X8 istintaqa təqdim edilməsi və ifadəsinin alınması üçün bir sıra əməliyyat tədbirləri keçirilmiş, lakin Elvarın olduğu yeri müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, halhazırda Balakən RPŞ-nin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 27 aprel 2021-ci il tarixdə Balakən rayonu Qullar kənd sakini Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 narkotik vasitə heroin və psixotrop maddə metamfetamin satmaqda, həmçinin üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli olduğundan Balakən RPŞ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduqdan sonra vəkillər siyahısından seçdiyi vəkil X5 iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CPM-də nəzərdə tutulan hüquq və vəzifələri izah olunmuşdur. Sonra isə təhqiqatçı Natiq Muradov tərəfindən Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə, psixotrop maddə, yaxud qadağan edilmiş əşya olub-olmaması barədə sual verilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd 1 manatlıq pul əskinaslarından narkotik vasitə və psixotrop maddə qəbul etmək üçün düzəltdiyi borucuqları və 04 ədəd gümüşü ağ rəngli kağız bükümləri çıxararaq, təqdim etmişdir. Həmin bükümlərdən 02 ədədinin içərisində narkotik vasitə kokos, digər 02 ədədində isə psixotrop maddə metamfetamin olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını, az az istifadə etmək üçün narkotik vasitə və psixotrop maddə olan bükümləri hissələrə böldüyünü və üzərində saxladığı bildirmişdir. Həmçinin həmin narkotik vasitə və psixotrop maddələri Zaqatala şəhər sakini Elvar adlı şəxsdən 50 manata aldığını, bir hissəsini isə tanışı Təqsirləndirilən şəxs2 35 manata sataraq, qalan narkotik vasitə və psixotrop maddələri şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmçinin də Təqsirləndirilən şəxs1 təxminən iki ildir ki, narkotik vasitələrdən istifadə etdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi iki ədəd içərisində narkotik vasitə heroinə oxşar maddə olan kağız bükümlər elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 0,77 qram gəlmişdir. Digər iki ədəd içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olan bükümlər də elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 0,45 qram təşkil etmişdir. Daha sonra aşkar edilmiş 04 ədəd büküm bir ədəd ağ rəngli kağız zərfə qoyularaq, üzəri möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 manatlıq pul əskinasından hazırlanmış narkotik vasitə, psixotrop maddə qəbul etmək üçün nəzərdə tutulmuş borucuqlar da bir ədəd kağız zərfə qoyularaq, üzəri möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 23 manat pul isə özünə geri qaytarımışldır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən başqa qanunsuz əşya və vasitə aşkar edilməmişdir. Şəxsi axtarış Balakən RPŞ-nin kriminalistik tədqiqatlar qrupunun baş inspektor kriminalisti Sadiq Vəzirov tərəfindən “Sony” markalı videokamera vasitəsi ilə qeydə alınmışdır. Şəxsi axtarış zamanı protokol tərtib olunmuş, doğruluğu imzalarla təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid3 da Şahid2 ifadəsinə uyğun ifadə vermiş, onun ifadəsində göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Balakən Rayon Mərkəzi Xəstəxanasında təcili tibbi yardımda həkim işləyir. O, növbətçi olan vaxt Balakən RPŞ-nin çağırışı ilə həmin polis şöbəsində tutulan şəxslərin tibbi müayinəsini aparır. Tibbi müayinə aparılan zaman həbsdə olan şəxslərin vizual tibbi yoxlaması aparılır və onlardan sağlamlıqları ilə bağlı şikayətlərinin olub-olmaması soruşulur. Müayinə polis şöbəsinin müayinə otağında aparılır. Polis şöbəsində Təqsirləndirilən şəxs1 tibbi müayinəsində iştirak etmiş, Maqomeddə hər hansı xəsarət aşkarlanmamışdır. Həmçinin Maqomeddən sağlamlıqla bağlı hər hansı şikayətinin olubolmamasını soruşmuş, Təqsirləndirilən şəxs1 da heç bir şikayətinin olmadığını bildirmişdir. Bütün bunlar Balakən RPŞ-nin MSY-də olan tibbi müayinənin qeydiyyatı jurnalında qeyd edilmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Balakən Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyir. Növbədə olan vaxt həkimlərlə Balakən RPŞ-nin çağırışı ilə həmin polis şöbəsində tutulan şəxslərin tibbi müayinəsində iştirak edir. Tibbi müayinə aparılan zaman həkim tərəfindən həbsdə olan şəxslərin tibbi vizual yoxlaması aparılır və onlardan sağlamlıqları ilə bağlı şikayətlərinin olub-olmaması soruşulur. Səhv etmirsə polis şöbəsində həkim Şahid8 ilə birlikdə Təqsirləndirilən şəxs1 tibbi müayinəsində iştirak etmiş, Maqomeddə hər hansı xəsarət aşkarlanmamışdır. Həmçinin həkim Maqomeddən sağlamlıqla bağlı şikayətinin olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs1 da heç bir şikayətinin olmadığını bildirmişdir. Tibbi müayinənin nəticələri Balakən RPŞ-nin MSY-də olan tibbi müayinənin qeydiyyatı jurnalında qeyd edilmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Balakən RPŞ-nin cinayət-axtarış bölməsinin rəisi vəzifəsində xidmət edir. Balakən RPŞnin rəhbərliyinin göstərişi ilə əməliyyat işlərinə nəzarət edir. Təqsirləndirilən şəxs2 tutulanda narkotik vasitə olan heroini 10 manata, psixotrop maddə olan metamfetamini isə 25 manata Təqsirləndirilən şəxs1 aldığını, Təqsirləndirilən şəxs1 isə heroini və metamfetamini Elvar Qənbərov adlı şəxsdən aldığını bildirmişdir. Nə şübhəli şəxs kimi tutulan vaxt, nə də Balakən RPŞ-də saxlanılan vaxt polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 döyülməmiş, onlara heç bir işgəncə verilməmişdir. Əgər elə bir hal olsaydı, onda prokurorluğa şikayət verilərdi. Ancaq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bununla bağlı prokurora heç bir şikayət verməmişlər. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Balakən RPŞ-də manqa komandiri vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanımır, onları görməmiş və döyməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Balakən Rayon Mərkəzi Xəstəxanasında təcili tibbi yardımda həkim işləyir. O, növbətçi olan vaxt Balakən RPŞ-nin çağırışı ilə həmin polis şöbəsində tutulan şəxslərin tibbi müayinəsini aparır. Tutulan şəxslərin sifətində və əllərində çızıq və ya digər xəsarətlər görəndə, onların döyülüb-döyülməməsini soruşur. Tibbi müayinə aparılan zaman həbsdə olan şəxslərin tibbi vizual yoxlaması aparılır və onlardan sağlamlıqları ilə bağlı şikayətlərinin olub-olmaması soruşulur. Polis şöbəsində Təqsirləndirilən şəxs2 tibbi müayinəsində iştirak etmiş, Təqsirləndirilən şəxs2 gözlə görünən hər hansı xəsarət aşkarlanmamışdır. Həmçinin Azərdən sağlamlıqla bağlı hər hansı şikayətin olubolmamasını soruşmuş, Təqsirləndirilən şəxs2 heç bir şikayətinin olmadığını bildirmişdir. Bütün bunlar Balakən RPŞ-nin MSY-də olan tibbi müayinənin qeydiyyatı jurnalında qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 27 aprel 2021-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, 27 aprel 2021-ci il tarixdə saat 18:35-dan 19:05-dək olan müddət ərzində Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış zamanı aşağıdakılar müəyyən edilmişdir: 27 aprel 2021-ci il tarixdə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə və yaxud psixotrop maddə saxlamaqda şübhəli olduğundan Balakən RPŞ-yə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs2 təhqiqatçı Natiq Muradov tərəfindən şübhəli şəxs qismində tutulmuş və onun üzərində təqdim edilmiş vəkillər siyasından seçmiş olduğu Müdafiəçi2 iştirakı ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində hər hansı narkotik vasitə, psixotrop maddə, yaxud qadağan edilmiş əşya olub-olmaması barədə sual verilmiş, əgər vardırsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 02 ədəd gümüşü ağ rəngli kağız büküm təqdim edərək, həmin bükümlərin içərisində narkotik vasitə kokos və psixotrop maddə metamfetamin olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını, iki ildir ki, narkotik vasitədən istifadə etdiyini, həmin bükümlərdən birinin içərisində olan narkotik vasitə kokosu 10 manata, digər bükümdə olan psixotrop maddə metamfetamini isə 25 manata aldığını, ümumilikdə hər iki bükümə 35 manat pul verdiyini, həmin bükümləri isə tanışı Balakən rayonu Qullar kənd sakini Təqsirləndirilən şəxs1 27 aprel 2021-ci il tarixdə saat 16 radələrində Balakən şəhərində yerləşən bazarın arxa küçəsində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir ədəd gümüşü ağ rəngli kağız bükümdəki narkotik vasitə heroinə oxşar maddə üzərindəki kağızla birlikdə elektron tərəzidə çəkilərkən ümumi çəkisi 0,57 qram təşkil etmişdir. Sonra digər gümüşü ağ rəngli kağız bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə elektron tərəzidə çəkilərkən kağızla birlikdə ümümi çəkisi 0,45 qram təşkil etmişdir. Sonra isə hər iki kağız büküm ayrı-ayrılıqda möhürlənmiş və götürülmüşdür.Vətəndaş Təqsirləndirilən şəxs2 üzərində aşkar edilmiş 01 ədəd Samsug markalı mobil telefon və Prima markalı içərisində tütün olan qutu alışqanla birlikdə Təqsirləndirilən şəxs2 geri qaytarılmışdır. Şəxsi axtarış “Sony” markalı videokamera vasitəsi ilə qeydə alınmış və 01 ədəd DVD disk gələcəkdə protokola əlavə olunmuşdur. Protokol tərtib olunmuş, doğruluğu imzalarla təsdiq olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 27 aprel 2021-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, 27 aprel 2021-ci il tarixdə saat 21:00-dan 21:35-dək olan müddət ərzində Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış zamanı aşağıdakılar müəyyən edilmişdir: 27 aprel 2021-ci il tarixdə Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 üzərində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə saxlamasında şübhəli bilinərək, Balakən RPŞ-yə dəvət olunmuş, şübhəli şəxs qismində tutularaq, onun üzərində şəxsi axtarış aparılarkən 02 ədəd kağız bükümlərdə narkotik vasitə heroinə oxşar maddə və psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Azər Abdullyevin həmin narkotiki və psixotrop maddəni ümumilikdə 35 manata Balakən rayonu Qullar kənd sakini Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir.Təqsirləndirilən şəxs1 Siracuddin oğlu 27 aprel 2021-ci il tarixdə Balakən RPŞ-yə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra onun vəkillər siyahısından seçdiyi vəkil X5 iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışdan aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CPM-də nəzərdə tutulan hüquq və vəzifələri izah olunmuşdur. Sonra isə Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə, psixotrop maddə, yaxud qadağan edilmiş əşya olubolmaması barədə sual verilmişdir. Bu zaman Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd 1 manatlıq pul əskinaslarından narkotik vasitə və psixotrop maddə qəbul etmək üçün düzəltdiyi borucuqlar və 04 ədəd gümüşü ağ rəngli kağız bükümləri çıxararaq, bükümlərdən 02 ədədinin içərisində narkotik vasitə kokos, digər 02 ədədində isə psixotrop maddə metamfetamin olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını, az az istifadə etmək üçün narkotik vasitə, psixotrop maddə olan bükümləri hissələrə böldüyünü, üzərində saxladığı narkotik vasitə və psixotrop maddələri Zaqatala şəhər sakini Elvar adlı şəxsdən 50 manata aldığını, onun bir hissəsini isə tanışı Təqsirləndirilən şəxs2 35 manata sataraq, qalan narkotik vasitə və psixotrop maddələri şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 təxminən iki ildir ki, narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi iki ədəd içərisində narkotik vasitə heroinə oxşar maddə olan kağız bükümlər elektron tərəzidə çəkilərkən ümumi çəkisi 0,77 qram gəlmiş, digər iki ədəd içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olan bükümlər elektron tərəzidə çəkilərkən ümumi çəkisi 0,45 qram təşkil etmişdir. Aşkar edilmiş 04 ədəd büküm bir ədəd ağ rəngli kağız zərfə qoyularaq, üzəri möhürlənmiş və götürülmüşdür. Sonra isə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 manatlıq pul əskinasından hazırlanmış narkotik vasitə, psixotrop maddə qəbul etmək üçün nəzərdə tutulmuş borucuqlar bir ədəd kağız zərfə qoyularaq, üzəri möhürlənmiş və götürülmüşdür. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 23 manat pul isə ona geri qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən başqa qanunsuz əşya və vasitə aşkar edilməmişdir. Şəxsi axtarış “Sony” markalı videokamera vasitəsi ilə qeydə alınmış və 01 ədəd DVD disk gələcəkdə protokola əlavə olunmuşdur. Protokol tərtib olunmuş, doğruluğu imzalarla təsdiq olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X13 bölməsinin materialların məhkəmə ekspertizasının 28.04.2021-ci il tarixli 17/303 nömrəli rəyində göstərmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində "Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş...heroinə oxşar maddə." sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi -0,357 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; tədqiqata təqdim edilmiş, üzərində "Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş...metamfetaminə oxşar kütlə." sözləri və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi -0,344 qram olan maddə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına" (İ siyahı, İİ bənd, sıra №27) daxil olan – metamfetamindir; Tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 4 ədəd kağız bükümlərdə..."sözləri və imzalar yazılmış zərfin içərisindəki: - 02 (iki) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri-0,154 qram və 0,304 qram, ümumi təmiz çəkiləri- 0,458 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. -02 (iki) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə, arı-ayrılıqda təmiz çəkiləri- 0,234 qram və 0,103 qram, ümumi təmiz çəkiləri- 0,337 qram olan maddələr "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına" (İ siyahı, İİ bənd, sıra №27) daxil olan -metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 2 ədəd 1 manatlıq əskinasdan hazırlanmış borucuqlar" sözləri və imzalar yazılmış zərfin içərisindəki 02 (iki) ədəd 1 manatlıq pul əskinaslarının üzərində olan maddə hissəcikləriheroin hissəcikləridir. Heroin hissəcikləri cuzi miqdarda olduğundan onun təmiz çəkisini müəyyən etmək və təqdim olunmuş heroinlərə müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş 03 (üç) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə olan heroinlər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 03 (üç) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə olan metamfetaminlər tərkiblərinə görə eynidirlər. Qeyd:a) Heroinlərin ümumi təmiz çəkisi-0,815 qram, tədqiqata sərf edildi-0,15 qram (hər obyektdən 0,05 qram), qalıq-0,665 qram; b) Metamfetaminlərin ümumi təmiz çəkisi-,681 qram, tədqiqata sərf edildi-0,15 qram (hər obyektdən 0,05 qram), qalıq-0,531 qram. Ekspertiza tədqiqatının dəyəri 69,10 manat təşkil edir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş ambulator məhkəmənarkoloji ekspertizasının 05 iyul 2021-ci il tarixli 788 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş ambulator məhkəmənarkoloji ekspertizasının 17 iyul 2021-ci il tarixli 858 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 27 aprel 2021-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, 27 aprel 2021-ci ildə saat 20:45-də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Məhkəməsininin 29 aprel 2021-ci il tarixli, 4(019)-34/2021 nömrəli qərarından görünür ki, həmiq qərarla Təqsirləndirilən şəxs1 Çiracuddinoviçin barəsində 3 ay müddətinə-27 aprel 2021-ci il tarixdən 27 iyul 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 27 aprel 2021-ci il tarixdən hesablanmışdır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Məhkəməsininin 19.07. 2021-ci il tarixli, 4(019)-60/2021 nömrəli qərarından görünür ki, həmiq qərarla Təqsirləndirilən şəxs1 Çiracuddinoviçin həbsdə saxlanılma müddəti 20 gün müddətinə, yəni 16 avqust 2021-ci il tarixədək uzadılmışdır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 27 aprel 2021-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, 27 aprel 2021-ci ildə saat 18:10-da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 29 aprel 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi barədə qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs2 Balakən RPŞ-nin MSYdən azad edilmiş və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş tələbnamə üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş 18.05.2021-ci tarixli, 5 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş tələbnamə üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş 13.05.2021-ci tarixli, 10 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Balakən Rayon Məhkəməsinin 18.02.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2,177.2.3-ci maddələrilə təqsirli bilinib CM-nin 68.1.3 və 67.1-ci maddələrinə əsasən 03 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 14.06.2013-cü il tarixli qərarı ilə CM-nin 69.3,69.4-cü maddələri tətbiq edilərək 2500 manat cərimə cəzası təyin edilmişdir. İşə əlavə olunan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 20 iyun 2016-cı il tarixli amnistiya aktının təbiq edilməsi haqqında qərardan görünür ki, “28 may Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli qərarının 1.8-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 Şəki Apellyasiya Məhkəməsinin 14.06.2013-cü il tarixli qərarı ilə təyin olunmuş cərimə cəzasından azad edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən RPŞ-nin İBnin müstəntiqinin 19 iyul 2021-ci il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymətin verilməsi haqqında qərarından görünür ki, iş üzrə ümumi təmiz çəkisi 0,815 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,665 qramı, ümumi təmiz çəkisi 0,681 qram olan psixtrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,531 qramı və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş üzərində cüzi miqdarda heroin hissəcikləri müəyyən edilmiş 02 (iki) ədəd 1 manatlıq pul əskinasları maddi sübut kim tanınmış və saxlanması üçün Balakən RPŞ-nin saxlanc anbarına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində aparılan şəxsi axtarışların videogörüntüləri əks olunmuş 02 ədəd DVD diski sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X16 Balakən rayon vəkil Bürosunun vəkili Müdafiəçi2 ünvanladığı 16.08.2021-ci il tarixli, 625 nömrəli məktuba əlavə olunmuş X4 tibbi müayinə sənədlərindən görünür ki, xəstəxanaya müraciət edərkən X9 döş qəfəsində olan ağrılardan şikayətlənmiş, deməsinə görə evdə yıxılması qeyd edilmiş, onun döş qəfəsinin R-müayinəsi keçirilmiş, növbətçi həkim-cərrah çağrılmış, xəstə müayinə olunmuş və ambulator müalicə təyinat verilərək evə yazılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmənin sorğusu əsasında Balakən RPŞ-nin 09.10.2021-ci il tarixli, 109-24467-1221 nömrəli məktubu əsasında həmin şöbədən alınmış RPŞ-nin MSY-də tərtib olunmuş tibbi müayinə aktlarının qeyd olunduğu jurnalın müvafiq səhifələrindən görünür ki, tutulub Balakən RPŞ-də saxlanılan zaman Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həkim tərəfindən tibbi müayinədən keçirilmiş və həmin şəxslərdə müayinə zamanı xəsarətlər aşkar edilməmiş və onlardan hər hansı şikayət bildirilməmişdir. Məhkəmə iş üzrə şahidlərin ifadələrini, 27 aprel 2021-ci il tarixli şəxsi axtarış protokollarını, şəxsi axtarış aparılarkən videoçəkilişlərin əks olunduğu 02 ədəd DVD diskini, materialların məhkəmə ekspertizasının 28 aprel 2021-ci il tarixli, 17/303 nömrəli rəyini, maddi sübutları, ambulator məhkəmə-narkoloji ekspertizasının 05 iyul 2021-ci il tarixli, 788 nömrəli və 17 iyul 2021-ci il tarixli, 858 nömrəli nömrəli rəylərini, Balakən RPŞnin İB-nin müstəntiqinin 19 iyul 2021-ci il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymətin verilməsi haqqında qərarını, məhkəmənin və ibtidai istintaq orqanının işdə olan digər qərarlarını və hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə eyni zamanda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai araşdırmanın əvvəlki mərhələsində verdiyi etirafedici ifadələri ilə ibtidai araşdırmanın sonrakı mərhələsində və məhkəmə istintaqı zamanı verdiyi ifadələri arasında ziddiyyətə işdəki mötəbər sübutlarla müqayisəli şəkildə hüquqi qiymət verərək, hesab edir ki, təqsirləndirilən şəxslərin ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi etirafedici ifadələri daha mötəbər sayılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsində narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə etdiyini, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini satdığını və həmin vasitələri üstündə saxladığını, həmçinin Təqsirləndirilən şəxs2 ibtidai araşdırmanın ilkin mərhələsində Təqsirləndirilən şəxs1 10 manata 0,357 qram heroin və 25 manata 0,344 qram çəkidə psixotrop maddə olan metamfetamin aldığını və həmin vasitələri qanunsuz olaraq əldə edib, üstündə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxslər bu ifadələri müdafiəçilərinin iştirakı ilə vermiş və bu ifadələr alınan zaman onlara fiziki və ya psixi təsirin edilməsi müəyyən olunmamışdır. Təqsirləndirilən şəxslər heç bir əsaslı səbəb göstərmədən ibtidai araşdırmanın sonrakı mərhələsində və məhkəmə iclasında tamamilə fərqli ifadələr vermiş, bu ifadələrində Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 heroin və metamfetamin satmadığını, Təqsirləndirilən şəxs2 də Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini almadığını göstərmişdir. Təqsirləndirilən şəxslər öz ifadələrini nəyə görə dəyişmələri, əvvəl etirafedici ifadələr verdiyi təqdirdə, sonradan bu ifadələrini inkar etdiklərini tuturalı əsaslar göstərmədən və mötəbər sübutlar təqdim etmədən ağlabatan formada izah edə bilməmişlər. Həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai araşdırmanın sonrakı mərhələsində və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində göstərilənlər iş üzrə mötəbər sübutlarla, o cümlədən onların özlərinin ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadələri, 27 aprel 2021-ci il tarixli şəxsi axtarış keçirilməsi barədə protokollar, materialların məhkəmə ekspertizasının 28 aprel 2021-ci il tarixli rəyi, onlar haqqında ambulator məhkəmənarkoloji ekspertizasının rəyləri, maddi sübutlar, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokolları və sair sübutlarla tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai araşdırmanın sonrakı mərhələsində və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində göstərdikləri bu xüsusatları özünümüdafiə kimi qiymətləndirir və qəbul etmir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulduqları zaman və polis şöbəsində saxlanılarkən polis əməkdaşları tərəfindən döyülməsi, onlara işgəncə verilməsi və ibtidai araşdırmanın ilkin mərhələsində etirafedici ifadələrin işgəncə altında verilməsi barədə gətirdikləri əsasları müvafiq araşdıma aparmaqla və işdəki sübutlara hüquqi qiymət verməklə əsassız sayır və qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs1 tutulan zaman və polis şöbəsində saxlanılarkən polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalması, bu zaman bədən xəsarəti alması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. İş materiallarından isə görünür ki, şəxsi axtarış aparılan zaman videogörüntüdə Təqsirləndirilən şəxs1 onun polislər tərəfindən döyülməsini və işgəncəyə məruz qalmasını bildirməmiş, həmçinin müdafiəçisi ilə konfidensial ünsiyyət zamanı onun döyülməsini və polislər tərəfindən ona işgəncə verilməsini bildirməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi qeyd etdiyi bu xüsusat üzrə Balakən rayon prokuroruna, digər prokurorluq orqanlarına və məhkəməyə də şikayət verməmişlər. Halbuki bunun üçün onun kifayət qədər vaxt və imkanı olmuşdur. Digər tərəfdən məhkəmədə dindirilərkən həkim Şahid8 polis şöbəsində tutulduqdan sonra Təqsirləndirilən şəxs1 tibbi müayinə etdiyini, onda bədən xəsarətlərinin aşkar edilmədiyini, ondan sağlamlığı ilə bağlı şikayətinin olubolmadığını soruşduğunu, Təqsirləndirilən şəxs1 heç heç bir şikayət və narazılığının olmadığını dediyini qeyd etmiş, Təqsirləndirilən şəxs1 da bu xüsusatı təsdiq etmişdir. Məhkəmənin təşəbüsü ilə sorğu ilə Balakən RPŞ-dən alınaraq işə əlavə olunmuş tibbi müayinənin qeydiyyatı jurnalında da həmin vaxt Təqsirləndirilən şəxs1 həkim tərəfindən tibbi müayinədən keçirilməsi və onda hər hansı bədən xəsarətlərinin olmaması müəyyən edilmişdir. İşdə də Təqsirləndirilən şəxs1 tutulan zaman və polis şöbəsinə gətirildikdən sonra onun döyülməsi və ona işgəncə verilməsini təsdiq edən heç bir sübut yoxdur, belə bir sübutlar müdafiə tərəfindən məhkəməyə təqdim edilməmişdir. Ona görə məhkəmə bu xüsusda Təqsirləndirilən şəxs1 bildirdiklərini əsassız sayır. Eynilə məhkəmə araşdıması zamanı Təqsirləndirilən şəxs2 tutularkən və polis şöbəsinə gətirildikdən sonra polis əməkdaşları tərəfindən döyülməsi və ona işgəncə verilməsi məlumatı təsdiqini tapmamışdır. Belə ki, məhkəmənin təşəbbüsü ilə dindirilmiş Balakən RMX-nın həkim X6 Azər Yaşar oğlu tutulduqdan sonra onun tərəfindən müayinə edildiyini, müayinə zamanı onda heç bir xəsarətin aşkar edilmədiyini və Təqsirləndirilən şəxs2 da sağlamlığından heç bir şikayət və narazılığının olmadığını bildirdiyini göstərmişdir. Məhkəmənin təşəbüsü ilə sorğu ilə Balakən RPŞ-dən alınaraq işə əlavə olunmuş tibbi müayinənin qeydiyyatı jurnalında da həmin vaxt Təqsirləndirilən şəxs2 həkim tərəfindən tibbi müayinədən keçirilməsi və onda hər hansı bədən xəsarətlərinin olmaması müəyyən edilmişdir. Həmçinin iş materiallarından görünür ki, şəxsi axtarış aparılan zaman videogörüntüdə Təqsirləndirilən şəxs2 polislər tərəfindən döyülməsini və işgəncəyə məruz qalmasını bildirməmiş, həmçinin müdafiəçisi ilə konfidensial ünsiyyət zamanı onun döyülməsini və polislər tərəfindən ona işgəncə verilməsini bildirməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi qeyd etdiyi bu xüsusat üzrə Balakən rayon prokuroruna, digər prokurorluq orqanlarına və məhkəməyə şikayət verməmişlər. Halbuki bunun üçün onun kifayət qədər vaxt və imkanı olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2 və müdafiəçisi tərəfindən təqdim edilən “Zaqatala Rayon Mərkəzəi Xəstəxanası” X19 tərəfindən həyata keçirilmiş Təqsirləndirilən şəxs2 tibbi müayinə sənədlərində onun döş qəfəsində olan ağrılardan şikayətlənməsi və deməsinə görə evdə yıxılması, yəni həmin xəsarətləri evdə yıxılması nəticəsində alması qeyd edilmişdir. Həmçinin həkim tərəfindən ona ambulator təyinat verilərək evə yazılmışdır. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində də Zaqatala Rayon Mərkəzi Xəstəxanasında müayinə olunarkən döş qəfəsində olan ağrılardan şikayətlənməsini, bu ağrıların evdə yıxılma nəticəsində yaranmasını göstərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi tutulan zaman və polis şöbəsində polis əməkdaşları tərəfindən döyülməyə və işgəncəyə məruz qalması, bu zaman bədən xəsarəti alması barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər. Ona görə məhkəmə bu xüsusda Təqsirləndirilən şəxs2 bildirdiklərini əsassız sayır. Məhkəmə onu da qeyd edir ki, bu xüsusat Azərbaycan Respublikası Konstitusiyasının 63, Avropa Konvensiyasının 6 və Azərbaycan Respublikası CPM-nin 21-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququ konteksində nəzərə alınmalıdır. Belə ki, özünü müdafiə etmək və bu xüsusda özünü ifşa edən ifadələr verməmək həmin hüququn mahiyyətindən irəli gəlir. Təqsirsizlik prezumpsiyası hüququna görə təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi Minelli İsveçrəyə qarşı işdə qeyd etmişdir ki, cinayət əməli törətməkdə təqsirləndirilən şəxs öz əleyhinə ifadə verməyə məcbur edilməməlidir. Cinayət araşdırmasının gedişində sübutetmə yükü təqsirləndirilən şəxsin üzərinə qoyula bilməz. Həmçinin təqsirləndirilən şəxs özünü ifşa edən ifadələr verməmək, öz maraqları əleyhinə şahidlik etməkdən imtina etmək hüququna malikdir ki, cinayət araşdırmasının istənilən mərhələsində bu hüquqlara hörmət edilməlidir. Funke Fransaya qarşı məhkəmə işində Avropa Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, təqsirləndirilən şəxsin susmaq hüququ və cinayət törətməkdə ifşa edilməsinə yardım göstərməmək hüququ vardır. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaqın sonrakı mərhələsində və məhkəmə iclasında göstərdiyi bu hallar nə cinayət əməlinin törədilməsinin sübut olunması, nə də cəza verilməsində onların əleyhinə istifadə oluna bilməz. Əks hal təqsirləndirilən şəxlərinn təqsirsizlik prezumpsiyası hüququnun kobud pozuntusu olacaqdır. Məhkəmə təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini dinləyib, işdə olan ekspertiza rəylərini və digər sübutları bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən,satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama, eləcə də qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyəti ilə narkotik vasitəni əldə edib, daşıyaraq, saxlama və satma cinayət əməllərini törətmiş, həmçinin Təqsirləndirilən şəxs2 qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə,daşıma və saxlama cinayət əməlini törətmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməllərinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövriyyəsi nəzarət edilən, məhdudlaşdırılmış və ya qadağan edilmiş (bundan sonra - nəzarət edilən) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsi (idxalı), Azərbaycan Respublikasının ərazisindən çıxarılması (ixracı) və ya onların tranzit nəql edilməsi, habelə həmin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının saxlanılması, alınması, daşınması, göndərilməsi, məhv edilməsi, istifadə edilməsi və onlar barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əməliyyatların aparılmasıdır. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Yenə də Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahılarda bu miqdar heroin üçün 0,15 qram, psixotrop maddə metamfetamin üçün 0,15 qram müəyyən edilmişdir. Həmin Qərarın 8-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Həmin qərarın 9-cu bəndində qeyd olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrin tərkibi, Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməllər təqsirləndirilən şəxslər tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində, Təqsirləndirilən şəxs2 oğlu isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs1 cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 cinayət əməli isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməllərinə görə cəzalanmalıdırlar. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59-cü maddəsində cəzanı yüngülləşdirən hallar, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində isə cəzanı ağırlaşdıran hallar nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən iş materiallarına əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə tərəfindən iş materiallarına əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğluna cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərə cəza təyin edilməsi zamanı onların xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş əməllər, həmçinin Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməl, öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını yüngülləşdirən hallar və cəzalarını ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1 maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında isə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs2 oğlunun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmaqla cəzanın məqsədlərinə nail olunması mümkünlüyü qənaətinə gələrək, hesab edir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CMin 234.1-ci maddəsinin sanksiyası həddində və Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməli, Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən onun 27 aprel 2021-ci il tarixdən hazırki günədək həbsdə saxlandığı müddət ona təyin ediləcək qəti cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 27 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 05 iyul 2021-ci il tarixli, 788 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs1 narkotik vasitə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinin, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olduğunun və narkoloji kabinetdə qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin Təqsirləndirilən şəxs1 ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X10 Şəxsinə göndərilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 oğlunun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmaqla cəzanın məqsədlərinə nail olunması mümkünlüyü qənaətinə gələrək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 27 aprel 2021-ci il tarixdən 29 aprel 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 2 (iki) müddət həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs2 oğluna təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 oğlu ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə istinadən hesab edir ki, Təqsirləndirilən şəxs2 oğlu ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəzaçəkmə müddətinin əvvəli hazırki hökmün çıxarıldığı 01 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 17 iyul 2021-ci il tarixli, 858 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etdiyinin, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinin, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olduğunun və narkoloji kabinetdə qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Həmçinin Təqsirləndirilən şəxs2 oğlunun ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X10 Şəxsinə göndərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə cəmi 69.10 manat ekspertiza xərcinin 34.55 manatı Təqsirləndirilən şəxs1 və 34.55 manatı Təqsirləndirilən şəxs2 tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan ümumi təmiz çəkisi 0,815 qram olan heroinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,665 qramı, ümumi təmiz çəkisi 0,681 qram olan psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,531 qramı və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş üzərində cüzi miqdarda heroin hissəcikləri müəyyən edilmiş 02 (iki) ədəd 1 manatlıq pul əskinasları məhv edilməli, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində aparılan şəxsi axtarışların videogörüntüləri əks olunmuş 02 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hazırkı cinayət əməllərini törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmələrini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkil Müdafiəçi1 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə 60 saat iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün 360 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X11 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş bu cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun 27 aprel 2021-ci il tarixdən hazırki günədək həbsdə saxlandığı müddət ona təyin edilən cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 27 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin; Təqsirləndirilən şəxs1 ərazi narkoloji kabinetində qeydiyyata alınsın; onun ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün hazırki hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X10 Şəxsinə göndərilsin. Təqsirləndirilən şəxs2 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 27 aprel 2021-ci il tarixdən 29 aprel 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 2 (iki) müddət həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın;Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəza çəkmə müddətinin əvvəli hazırkı hökmün çıxarıldığı 01 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalında həbs edilsin; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs2 ərazi narkoloji kabinetində qeydiyyata alınsın; onun ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün hazırki hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X10 Şəxsinə göndərilsin. İş üzrə cəmi 69.10 manat ekspertiza xərcinin 34.55 manatı Təqsirləndirilən şəxs1 Siracuddinoviçdən və 34.55 manatı Təqsirləndirilən şəxs2 tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 saylı hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan ümumi təmiz çəkisi 0,815 qram olan heroinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,665 qramı, ümumi təmiz çəkisi 0,681 qram olan psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,531 qramı və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş üzərində cüzi miqdarda heroin hissəcikləri müəyyən edilmiş 02 (iki) ədəd 1 manatlıq pul əskinasları məhv edilsin; Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində aparılan şəxsi axtarışların videogörüntüləri əks olunmuş 02 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün 360 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X11 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar